
Super User
Kinomuzun Həzi Aslanovu RAMİZ NOVRUZ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kinosunun tarixində XX əsr intibah dövrü kimi yadda qalıb. Həmin dövrdə elə filmlər ərsəyə gətirilib ki, qərb ögey münasibət göstərməsəydi, yəqin ki, “Oskar” mükafatına layiq görülənləri də olardı. Bizim Adil İsgəndərov, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Nəsibə Zeynalova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsənağa Turabov, Fuad Poladov, Yaşar Nuri kimi kinoda möcüzə yaradan aktyorlarımız olub. Onların yaratdıqları obrazlar heç də dünyada tanınan aktyorların yaratdıqlarından geri qalmır...
Bu gün sizə Həzi Aslanov obrazı ilə Azərbaycan kinosunun tarixinə adı qızıl hərflərlə yazılan, istedadı ilə insanların rəğbətini qazanan bir aktyordan danışmaq istəyirəm, xalq artisti Ramiz Novruzdan. Onun şəxsi keyfiyyətlərindən, siyasi düşüncələrindən xəbərsizəm, amma bir sənətkar kimi yaratdıqlarına söz ola bilməz...
O, 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində dünyaya gəlmişdi. 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdı. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilsə də, 1981-ci ildən isə Azərbaycan Akademik Milli Dram Teatrında çalışırdı. Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə əməkdar artist, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildən Prezidentin fərdi təqaüdünü alırdı. 2023-cü ilin fevral ayının 21-də haqqa qovuşub...
Onun “Sizi dünyalar qədər sevirdim” bədii filmində yaratdığı obraz isə bir başqa aləmdir. İkinci cahan müharibəsində qəhrəmancasına döyüşüb, həlak olan general Həzi Aslanovu biz onun ifasında yaxından tanıdıq, onun simasında sevdik. Bu sevgidən ona da pay düşdü. İnsanların ürəyində, yaddaşında yuva qurmağı bacardı. Bəli, bu gün Ramiz Novruzun adı çəkiləndə Azərbaycanın qəhrəman oğlu Həzi Aslanov ilk yada düşür...
Fevralın 21-də xalq artistinin vəfatından iki il ötəcək. Onu ehtiramla yad edir, ruhuna rəhmət diləyirik.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Kitab klubu”nun növbəti kitab icmalında RÖVŞƏN ABDULLAOĞLUNUN KİTABLARI
Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının gənc kitabxanaçılar və BDU-nun istehsalat təcrübəsində olan tələbələri üçün növbəti kitab icmalı keçirilib. İcmalda yazıçı Rövşən Abdullaoğlunun yetkinlik yaşına çatanlar üçün yazdığı “Ləpirçinin macəraları” seriasından olan “Xilaskar”, “İlk səfər”, “Meymunlarla saziş” və “Nəhəng ləpirin sahibi” adlı kitabları haqqında geniş məlumat verilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, icmalda qeyd olunub ki, "Ləpirçinin macəraları" adlı seriya 6 müxtəlif adda kitabdan ibarətdir və oxucunu əyləndirərək düşündürməklə ən gözəl mənəvi dəyərləri aşılayır.
Seriyanın “Xilaskar” adlı kitabında gənc oxucular xəyanətin, qəddarlığın, paxıllığın, insanları zahiri xüsusiyyətlərinə görə dəyərlərdirməyin acı nəticələrini görəcək, heyvanlarla mərhəmətli davranmağı öyrənəcək, dostluq və sədaqətin, fədakarlığın necə gözəl bəhrə verməsinə şahid olacaqlar.
“İlk səfər” kitabında gənc oxucular qəhrəman Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını məhv edərək sülh yartdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar.
“Meymunlarla saziş” kitabını gənc oxuculara inadkarlığın, yersiz rəqabət hissinin insana necə zərər vurduğunu göstərəcək, bağışlamağı, yalnışa yol verərkən üzr istəməyi, çətinliklə üzləşdikdə ruhdan düşməyib çıxış yolu axtarmağı aşılayacaq. “Nəhəng ləpirin sahibi” kitabı isə gənc oxucuları canlılar aləminin rəngarəngliyi ilə tanış edir, onlara dostluqda vəfalı olmağı, canlılarla, xüsusən də özündən zəiflərlə mərhəmətli davranmağı, tanımadığı insanlar, anlamadığı hadisələr haqqında tələsik qərarlar verməməyi, səbirli davranmağın və müsbət düşünməyin faydalarını öyrədir.
Sonda müəllifin böyük yaş kateqoriyası üçün yazdığı “Koramal”, “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon” və “Relslər üzərinə uzanmış adam” adlı kitabları haqqında da məlumat verilib.
Kitab oxumağın faydası böyükdür, xüsusən də yetkinlik yaşına çatanlara müsbət təsirləri çox genişdir.
Kitab icmalının keçirilməsinin əsas məqsədi yetkin insanın zəka və intellektual inkişafını dəstəkləmək, sosial bacarıqların qurulmasına, dil və üslubun inkişafına dəstək olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib
ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 26 fevral tarixi Xocalının Anım Günü elan edilib. Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Komissarlar Şurasının sədri Anthony Rodriguez (Entoni Rodriges) Bəyannamə imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız insanın, mülki şəxsin amansızlıqla qətlə yetirildiyi qeyd olunub. Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un (HRW) Xocalı soyqırımını regionda baş verən ən dəhşətli qətliam adlandırdığı vurğulanıb. Dairə sakinləri Xocalı soyqırımının 33-cü ildönümünü, anım gününü xüsusi hörmət və ehtiramla qeyd etməyə dəvət olunub.
Sənəd Floridada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə imzalanıb və Assosiasiyanın rəhbəri Töhfə Eminovaya təqdim edilib.
2006-ci ildə Mayamidə yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin ABŞ-də təbliği, Amerika və Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Balabilgə” dərgisinin 4-cü sayı işıq üzü gördü
“Hədəf Nəşrləri”nin təsis etdiyi elmi-kütləvi məktəbli dərgisi olan “Balabilgə”nin 4-cü sayı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına dərginin redaksiyasından verilən məlumata görə, dərgi “Alimləri tanıyaq” rubrikası altında yayımlanan “Anlaşılmaz dahi” yazısı ilə başlayır. Materialın müəllifi Rəna Abbasovadır.
Cavad Nur “Bir gün bir filmə baxdım...” rubrikası altında “Dostluğun virtual qalası”ndan danışır.
Ardınca Vəfa Alışzadə “Gəl STEAM oynayaq”rubrikasında “Musiqi və kodlaşdırmanı birləşdirən robot” yazısında “Matatalab”dan söz açır.
Oxucular “Qəribə canlılar” rubrikasında Günel Rəcəb və Ləman Abdullayevanın qələmində ixtiraçı tutuquşu Brüs, Darvinin başmağı və şüşə qurbağalarla tanış ola biləcəklər.
Bundan başqa, Söner Öztürkün tədimatında kod kopiyalama və kod tamamlama ilə tanış olmaq mümkündür.
Rəna Abbasova “Tarixi elmi ixtiralar” rubrikasında “Bəşər tarixini dəyişən ixtira”nı təqdim edir.
“İqlim sənin əlindədir” rubrikasında Katerina Terletska və Dmitri Kuzmenkonun müəllifliyi ilə “Dəniz səviyyəsinin qalxması”ndan danışılır. Oxucular bu yazı vasitəsilə maraqlı təcrübə keçirə bilərlər.
Vəfa Alışzadə “Müasir elmi ixtiralar” rubrikasında “Vətəndaşlıq alan ilk robot”dan danışır.
Günel Rəcəb “Kitabını göstər” rubrikasında Bilgənin mühəndisliyə maraq göstərməyindən söz açır.
Nizami Hüseynov “Krossvord” rubrikasında oxucuları sınağa çəkir. Bundan başqa, o, balabilgələrə interaktiv söz oyununu təqdim edir.
Qeyd edək ki, 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulan dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur.
Dərginin qiyməti 3 AZN-dir.
Övladlarınız üçün dərgini əlçatan edin!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
TMİF TƏQDİM EDİR – Ünlü Türkiyə yazarı Murat Gülsoy ilə müsahibə
Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə təqdim etdikləri Türk Mədəniyyəti Ünlüləri layihəsində bu gün Türkiyə ədəbiyyatının ünlü imzalarından biri – Murat Gülsoyla müsahibə təqdim edilir.
Tərcümeyi-Hal
Murat Gülsoy, mühəndislik və psixologiya təhsili alıb. 1993–2023-cü illər arasında Boğaziçi Universitetində akademik heyətin üzvü kimi çalışıb. 2004–2021-ci illər arasında Boğaziçi Universiteti Nəşriyyatının nəşr komitəsinin başçılığını və 2015–2023-cü illər arasında Boğaziçi Universiteti Nâzım Hikmət Mədəniyyət və İncəsənət Araşdırmaları Mərkəzinin müdiri vəzifəsini yerinə yetirib. 1992–2002-ci illərdə dostları ilə birlikdə Hayalet Gemi jurnalını çıxardığı gündən bəri, akademik fəaliyyətin yanında ədəbiyyat və incəsənətlə əlaqəsini peşəkar səviyyədə davam etdirmişdir. Müxtəlif dillərə tərcümə olunan hekayə və romanları çoxsaylı milli mükafatlara layiq görülüb.
2001-ci ildə Sait Faik Hekayə Hədiyyəsi, "Bu Kitabı Oğurlayın" adlı kitabına, 2004-cü ildə Yunus Nadi Roman Mükafatı, "Bu Filmin Pis Adamı Mənim" adlı əsərinə, 2013-cü ildə Notre Dame de Sion Mükafatı, "Ata Oğul və Müqəddəs Roman" adlı əsərinə, 2014-cü ildə isə Sedat Simavi Ədəbiyyat Mükafatı, "Kölgələr və Xəyallar Şəhərində" adlı romanına verilib.
2003-cü ildən bəri yaradıcı yazıçılıq təhsili verir; yaradıcı yazıçılıq üzərində yazdığı "Büyübozumu: Yaradıcı Yazıçılıq" əsəri isə bu sahədə qabaqcıl kitab kimi tanınır.
-Murat bəy, "Öylə Gözəl Bir Yer ki" romanınızın mərkəzində duran Kərəm xarakteri daim dağılan, hissələrə ayrılan, daxili aləmində uyğunsuzluq yaşayan biridir. Xəyal və həyat qarşıdurmasında tarazlıq qura bilməmək və nə istədiyinə qərar verə bilməmək müasir insanın ən böyük problemi kimi görünür. Kərəm əslində bizikmi?
-Hekayə və roman xarakterləri uydurma olduqları üçün adətən real insanlardan daha tutarlı çəkilirlər. Biz oxucular olaraq da belə bir gözlənti ilə oxuyuruq. Hətta gündəlik danışıq dilində "tutarlılıq" və "xarakter" bəzən eyni mənada işlənir. İnsanlara "xaraktersiz" dediyimiz zaman onların etibarsız və uyğunsuz olduğunu ifadə edirik. Amma daxili aləmimiz girdablarla qaynayan bir çay kimidir; davamlı bir axın var. Çox vaxt bir-biri ilə ziddiyyət təşkil edən arzuların və qorxuların mübarizə meydanıdır. İçimizdən bir şeyi arzulayırıq, amma reallıqda onu əldə etmək mümkün olmur və bu reallığı qəbul etməyimiz gərginlik yaradır. Daxili aləm ilə reallıq daim münaqişə halındadır. Biz bu münaqişənin öhdəsindən gəlmək üçün böyük səy göstəririk, çox vaxt ağıla uyğun gəlməyən istəkləri kəsərək reallıqla barışıq bir "mən" qururuq. Romanlar, hekayələr, filmlər, yəni bədii əsərlər də bizə bu mövzuda kömək edir. Öz tamlığını qurmuş xarakterləri oxuduqca, həqiqətən də belə ola biləcəyimizi düşünürük, insanın daxili aləminin tutarlı ola biləcəyinə inanırıq. Romanımın qəhrəmanı Kərəm isə bu bildiyimiz xarakterlərdən fərqlidir. Üstəlik, onun həyatının böhranlı bir dövrünə şahid oluruq. Buna görə də onun daxilindəki uyğunsuzluqları çox aydın görürük.
-Məkan dəyişiklikləri, diqqətlə işlənmiş dekorlar və keçmişə qayıdışlar... Romanı oxuyarkən sanki film izləyir kimi hiss edirik. Kitabın qurğusunu yaradarkən belə bir məqsədiniz var idi?
-Canlı bir anlatım əldə etməyə çalışırdım. Realist roman ənənəsinin böyük bir hədiyyəsidir ki, beş hissi hərəkətə gətirərək oxucunun zehnində uydurma dünyanı həqiqət kimi canlandırır. Modernist ədəbiyyat realist ənənə ilə hesablaşarkən reallığın zehndə qurulması məsələsini bir az kənara qoydu. Buna görə də yeni anlatım formaları axtararkən, fərqli roman qurğuları sınayarkən realizmin qazancından istifadə etmək istədim. Dövrü qurğu ilə realist anlatım iç-içə keçəndə belə bir nəticə ortaya çıxdı. Əlbəttə, başdan planlaşdırdığım bir quruluş var idi, amma nəticə həmişə planladığımızdan fərqli olur.
-Yenə Kərəmə qayıdaq. Kərəm: "Bəzi şeyləri yalnız mən düşünürəm deyə bilərdim? Gəncliyimdə bundan qürur duyardım, indi isə qorxuram." deyir. Bu qorxunun altında getdikcə artan tənhalıq hissi ola bilərmi?
-Bir çox səbəb ola bilər. Fərdiləşmək həm istədiyimiz, həm də bizi tənhalığa salacağını bildiyimiz üçün qorxduğumuz bir şeydir. Bir cəmiyyətin üzvü olmaq rahat bir vəziyyətdir. Fərd olmaq isə bu rahatlığı təpikləməyi tələb edir. Nəticədə tənhasınız. Yalnız siz və prinsipləriniz, inandığınız normalar var. Bu da qorxuducu ola bilər. Amma eyni zamanda cəlbedici. "Hər kəs kimi deyiləm, mən fərqliyəm" hissi. Digər tərəfdə isə bir "biz"ə aid olma həsrəti. Bu iki vəziyyət həmişə münaqişədədir.
-Romanın arxa planında "şəhər çevrilişi" kimi ictimai hadisələrə də toxunursunuz. Şəhər çevrilişinin yalnız evləri deyil, həmin məhəllələrdə yaşayan insanların xatirələrini və keçmişlərini də məhv etdiyini düşünürsünüzmü?
-Bəli, ürəyimiz istərdi ki, çox yaxşı planlaşdırıldığı üçün heç bir dəyişikliyə ehtiyac olmayan bir şəhərdə yaşayaq. Amma reallıq bu deyil. Dəyişiklik qaçılmazdır. Şəhər çevrilişini biz etməsək, zəlzələ edəcək. Əlbəttə, bu işin nə qədər sağlam həyata keçirildiyi ayrıca mütəxəssislik sahəsidir. Məni maraqlandıran çevrilişin insan üzərində yaratdığı dağıntıdır. Sürətli bir dövrdə yaşayırıq. Son əlli ildir, özümü bildim-bu yana çox böyük dəyişikliklərin baş verdiyi bir coğrafiyadayıq. Təkcə İstanbulla da məhdud deyil. Ölkəmiz sürətlə inkişaf edir, buna görə də çirkinləşir. Ətrafımıza baxırıq, keçmiş mədəniyyətlərdən qalan binaların nə qədər estetik olduğunu və indi bizim tikdiklərimizin nə qədər çirkin olduğunu təəccüblə görürük. Amma yüz illər ərzində yaradılanları biz bir neçə ildə reallaşdırırıq. Əlbəttə, bu sürət eyni zamanda fəlakətimizi də hazırlayır. İqlim dəyişikliyi, terror və ya müharibə təhlükəsi, beyin köçü kimi mövzular gündəlik həyatımızın bir parçasıdır. Əlbəttə, bütün bunlar romanın əsas atmosferini yaradır. Romanımızın qəhrəmanı tam da bu prosesin içindən keçərkən bir çox şeyi çılpaq şəkildə görüb yaşamaq fürsəti tapır.
-Gözəlliyi hiss etmənin bahası dəhşətli olanı fərq etməkdir, deyirsiniz. İnsanın həyatındakı ziddiyyətlərin heç bitməyəcəyini düşünürsünüz? Bu ziddiyyətlərlə yaşamağı öyrənməliyik?
-Klassik nümunələrdir, amma izahedicidir; yaxşılığı ancaq pisliyin varlığı ilə anlayırıq, işığı qaranlıqla, gözəlli çirkinliklə. Bunun konseptual tərəfi budur. Amma bir də ruh tərəfi var. İnsan həmişə sakit, təhlükəsiz, isti, sevgi dolu bir anın, hətta həyat tərzinin arzusu ilə yaşayır və heç vaxt bu mükəmməl ana çata bilmir. Çünki həmişə bu sakitliyi təhdid edən risklər var, hər an narahat olacaq, qorxacaq vəziyyətlər mövcuddur. Məsələn, insan övladını sevərkən, eyni zamanda onu itirmək qorxusu yaşayır. Xəstələnərsə, ölərsə, onu itirsəm? İşin pis tərəfi odur ki, riskləri düşünməyə başladıqda sonsuz ehtimallar menyusunda çox yaradıcı fəlakətlər tapırsan. Bəs belə yaşamaq olarmı? Əlbəttə, görməməzliyə vurmağı, yox saymağı öyrənirik, xəyal qururuq. Gələcəkdə hər şeyin yoluna girdiyi çox gözəl bir həyatın məni gözlədiyi düşüncəsinə özümüzü inandırırıq. Keçmişə baxdıqda o dövrün bir çox problemləri indi həll olunduğu üçün sakit anlar tapa bilirik. Beləcə nostalji səhnəyə çıxır. Nəticə olaraq, arzularımızla qorxularımızın davamlı mübarizə etdiyi dinamik bir prosesdir həyat dediyimiz. Ədəbiyyat və incəsənət də məhz bu prosesdən doğulur.
-Kərəm yaşlanmanı heç vaxt başına gəlməyəcək bir xəstəlik kimi düşünür. Gənclik dövrünün ən böyük yanılğanı və orta yaş böhranlarının əsas səbəbi də bu düşüncə deyilmi?
-Əlbəttə. Orta yaş böhranı çoxüzlü bir mövzudur. Bir tərəfdən yaxınlaşan ölüm, digər tərəfdən bədənin güc itirməsi, xəstəliklərin başlanğıcı var. Amma əsas məsələ budur: "Mən bu günə qədər necə bir həyat yaşadım? Bu müddət ərzində nələr etdim?" Bu sualın ağırlığı ilə üz-üzə gəlmək var. Kərəm də çoxumuz kimi orta yaşa addım atarkən hələ də özünü gənc zənn edən, amma bəzi qırılma anlarında ömrünün çoxunu, ona ayrılan vaxtın böyük hissəsini sərf etdiyini fərq edən bir xarakterdir. Amma bunlar müvəqqəti duyğulardır. Həmişə o hisslə yaşanmır. Böhran, ruhən çöküntü insanı funksiyasız edir. Kərəm çoxlu səhvlər edir, bəzən böhrana düşür, qəzəblənir, əziyyət çəkir, amma bəzən də arzularını sonuna qədər doyurur, coşur, varlıq sevincini dadır.
-Mim sənətçisinin yer aldığı səhnələr olduqca təsirli, xüsusilə də xəyali qılınc səhnəsi. Romanı yazmazdan əvvəl mim sənəti üzrə ön tədqiqatınız olubmu?
-Mim sənəti həmişə marağımı cəlb edib. Teatr, canlandırma, mim... İnsanın rol edərək bir hekayəni danışması ən qədim sənətlərdən biri olmasına baxmayaraq imkanları heç vaxt tükənmir. Bu çox maraqlıdır. Mim sənətinin romanda çox xüsusi bir yeri var. Heç danışmadan, sadəcə hərəkətləri ilə, sanki boşluğu yonmuş bir heykəltaraş kimi Gezi Parkının ortasında hekayəsini danışır və hətta ona hücum etmək istəyənləri qorxutmağı bacarır. Məncə, mim sənəti incəsənət növləri içərisində ən nəzik görünənidir. Ən zəif, ən kövrək tiplərdən biri Pierrodur. O hücum edən serserilər isə hər şeyi edə biləcək qüvvədədirlər, amma işdə orada Pierro sənətini nümayiş etdirir. İncəsənətin hələ də çox böyük bir gücə malik olduğuna inanıram. Qadağan edildiyi, təzyiq altına alındığı dövrlərdə ağlın çatmadığı yeni yollar, üsullar, dillər tapdığını görürük. Çünki incəsənət insanın varoluş nidasıdır, arzularını və qorxularını bu şəkildə ifadə edir. Buna görə də cəlbedici olduğu qədər qorxuducudur.
-Kərəm çox maraqlı bir xarakterdir. Yaxşı təhsil almaq fürsəti tapmış olsa da, qabığını bir cür sındıra bilmir. Mükəmməl həyatlar yaşadığını zənn etdiyi dostlarının da özü qədər yaralı və məyusluqla dolu olduğunu öyrənirik. Başqa həyata imrenmək və öz həyatından şikayətlənmək çoxumuzun düşdüyü bir səhvdir, deyəsən?
-Səhvmi yoxsa insan təbiətimi? Hətta müasir insanın narahatlığımı? Bu da sorğulanabilər.
-Oxuyanlar mütləq fərq edəcək: romanda, Beşir Fuatı mərkəzə aldığınız əvvəlki romanınız "Kölgələr və Xəyallar Şəhərində"yə də bir istinad var. Bu yazma prosesində yaranıb, yoxsa romana başlamazdan əvvəl belə bir niyyətiniz var idi?
-Bu romanımda əvvəllər yazdığım hekayə və romanlardakı personajların peyda olması sirr deyil. Əvvəllər də belə keçidlər edirdim. Amma bu romanı yazarkən qəribə bir ruhi vəziyyətə düşdüm: sanki yazdığım hər şey böyük bir dünyanın parçaları idi, yəni hamısı eyni dünyada yaşayırdı. Bu hissi əvvəllər də vaxtaşırı yaşamışam, hətta yazdıqlarımda da... Məsələn, "Alemlerin Sürekliliyi" kitabında təsvir olunan jurnalist Cem, digər kitablarımda tək-tək hekayələrdə və nəhayət "Sevgilinin Gecikən Ölümü"ndə roman qəhrəmanı kimi ortaya çıxmışdı. Bunu niyə belə etdiyimi bilmirəm. Daha dəqiq desəm: bilərək etdiyim işlər var, bir də niyə etdiyimi bilmədən etdiyim işlər. Əslində bu ikinci kateqoriyadakılar məni daha çox maraqlandırır.
-Uğurlu bir yazar kimi çox sayda əhəmiyyətli mükafata layiq görülmüsünüz. Mükafatların sizin üçün nə məna daşıdığını öyrənə bilərikmi? Alınan mükafatların oxucu kütləsi üzərində və kitabların yeni nəşrlər etməsində təsiri olurmu?
-Yazmağa başladığım ilk illərdə bir hekayəmlə Yunus Nadi mükafatına müraciət etmişdim. İki səhifəlik qısa hekayəm həmin il üçüncü olmuşdu. Daha dəqiq desək, başqa bir gənc yazar namizədi ilə bölüşdürülmüşdü. Eyni universitetin fərqli mühəndislik bölmələrində oxuduğumuzu orada tanış olandan sonra öyrəndik. Aslı Erdoğanla "Cumhuriyyət" qəzetinin bağında keçirilən mərasimdə pilləkanı birlikdə çıxıb mükafatı almışdıq. Bu, mənim ədəbiyyat dünyası ilə ilk təmasım idi. Əvvəlcədən heç bir hekayəm çap olunmamışdı. İlk dəfə yazmağa başlamışdım və belə bir mükafata layiq görülmüşdüm. Bu mükafat mənim üzərimdə son dərəcə müsbət təsir bağışladı. O vaxtlar da indiki kimi mükafatlar haqqında mənfi dedi-qodular dolaşırdı. Amma bunlar çox vaxt həqiqəti əks etdirmir. Hər sahədə olduğu kimi burada da yaxşılar, orta səviyyəlilər və pis işlər var. Ciddi mükafatlar var, orta səviyyəlilər və pis idarə olunanlar. Hamısını bir qazana tökək çox səhvdir. Mən mükafatları əhəmiyyətli sayıram. Köklənmiş, nüfuzlu ədəbi mükafatların ədəbiyyata müsbət təsir etdiyini düşünürəm. Bundan əlavə, dedi-qodular və qərəzlərlə hərəkət etmək əvəzinə məlumatlara baxmaq, mükafatları illər ərzində performansı ilə qiymətləndirmək lazımdır. Bir mükafatın uğuru, seçdiyi yazarların gələcək uğurları ilə ölçülür. Məsələn, mən uzun müddətdir Sait Faik mükafatının münsiflər heyətindəyəm. Başlanğıcdan bu günə qədər bu mükafatı alan yazarların necə davam etdiklərinə baxıram. Əksəriyyəti yazıçılıqda səviyyəni irəli aparan şəxslərdir. Bu da əhəmiyyətli bir qazancdır. Mükafatların oxucu kütləsi üzərində təsirini nəşriyyatlardan soruşmaq lazımdır.
(İndi isə Türkiyə oxucuları üçün müsahibənin türkcə variantını təqdim edirik)
Murat Gülsoy ile Kurmacanın İmkanları Üzerine Röportaj
Öyle Güzel Bir Yer ki romanınızın merkezinde yer alan Kerem karakteri, sürekli dağılan, parçalarına ayrılan, iç dünyasında tutarsız biri. Hayal ve hayat çatışmasında bir türlü dengeyi kuramamak ve ne istediğine karar verememek günümüz insanının en büyük problemi sanki. Kerem, aslında biz miyiz?
Öykü ve roman karakterleri kurmaca oldukları için genellikle gerçek insanlara göre daha tutarlı olarak çizilirler. Bizler okur olarak da böyle bir beklentiyle okuruz. Hatta gündelik dilde tutarlılık ile karakter kimi zaman eşanlamlı olarak kullanılır. İnsanlara karaktersiz dediğimiz zaman onların tutarsız ve güvenilmez olduklarını ifade etmiş oluruz. Oysa iç dünyamız çeşitli anaforlarla kaynayan bir ırmak gibidir; sürekli bir akış vardır. Çoğu zaman birbiriyle çelişen arzuların ve korkuların savaş alanı gibidir. İçimizden bir şeyi arzularız ama gerçeklikte onu elde etmemiz mümkün değildir ve bizim bu gerçekliği kabullenmemiz bir gerilim yaratır. İç dünya ile gerçeklik sürekli bir çatışma halindedir. Biz, bu çatışmanın üstesinden gelme için muazzam bir çaba harcarız, çoğu zaman akıldışı istekleri törpülenmiş, gerçeklik ile barışık bir benlik kurgularız ve buna kendimiz adını veririz. Romanlar, öyküler, filmler, yani kurmaca eserler de bize bu konuda yardımcı olurlar. Kendi bütünlüğünü oluşturmuş karakterleri okudukça gerçekten de öyle olunabilir diye düşünürüz, bir insan iç dünyasının tutarlı olabileceğine ikna oluruz. Romanımın kahramanı Kerem bu bildiğimiz tipteki karakterlerden daha farklı. Üstelik hayatının krizli bir dönemine şahit oluyoruz. Bu yüzden de iç dünyasındaki tutarsızlıkları çok berrak bir şekilde görüyoruz.
Mekân atlamaları, dikkatlice işlenmiş dekorlar ve geriye dönüşler... Romanı okurken adeta bir film izliyormuş hissine kapılıyoruz. Kitabın kurgusunu oluştururken böyle bir amacınız var mıydı?
Canlı bir anlatıma ulaşmaya çalışıyorum. Realist roman geleneğinin müthiş bir armağanıdır, beş duyuyu harekete geçirerek okurun zihninde kurmaca dünyayı gerçekmiş gibi canlandırmak. Modernist edebiyat realist gelenekle hesaplaşırken gerçekliğin zihinde kurulması meselesini, biraz es geçti diye düşünüyorum. Dolayısıyla, yeni anlatım biçimleri ararken, farklı roman mimarileri denerken realizmin kazanımlarından yararlanmak istiyorum. Döngüsel bir kurgu ile gerçekçi anlatım iç içe girince böyle bir sonuç ortaya çıktı. Elbette en başından beri tasarladığım bir yapı vardı ama sonuç her zaman tasarladığımızdan farklıdır.
Yine Kerem’e dönelim. Kerem, “Bazı şeyleri sadece ben düşünüyor olabilir miydim? Gençliğimde bununla gurur duyardım, şimdiyse korkuyorum.” diyor. Bu korkunun altında yatan sebep gittikçe artan yalnızlık duygusu olabilir mi?
Birçok şey olabilir. Bireyselleşmek hem istediğimiz hem de bizi yalnızlaştıracağını bildiğimiz için korktuğumuz bir şeydir. Bir topluluğun üyesi, olmak konforlu bir durumdur. Birey olmak bu konforu geri tepmeyi gerektirir. Son kertede yalnızsınızdır. Siz ve ilkeleriniz, inandığınız normlar vardır sadece. Bu da korkutucu olabilir. Ama aynı zamanda çekici. Ben herkes gibi değilim, ben farklıyım duygusu. Öte yanda bir biz’e ait olma özlemi. Bu iki durum her zaman çatışma halindedir.
Romanın arka planında “kentsel dönüşüm” gibi toplumsal olayları da ele alıyorsunuz. Kentsel dönüşümün yalnızca evleri değil, o mahallelerde yaşayan insanların hatıralarını ve geçmişlerini de yıktığını düşünüyor musunuz?
Evet gönül isterdi ki çok iyi tasarlanmış olduğu için hiçbir değişime ihtiyaç duyulmauan bir şehirde yaşayalım. Ama gerçek bu dewğil. Dönüşüm kaçınılmaz bir durum. Kentsel dönüşümü biz yapmazsak deprem yapacak zaten. Tabii bu işin ne kadar sağlıklı yapıldıuğı ayrı bir uzmanlık alanı. Beni ilgilendiren dönüşümün insanın üzerinde yarattığı tahribat. Hızlı bir çağda yaşıyoruz. Son elli yıldır, kendimi bildiğimden beri çok büyük dönüşümlerin yaşandığı bir coğrafya burası. Sadece İstanbul’la da sınırlı değil. Ülkemiz hızlı gelişiyor, bu yüzden de çirkinleşiyor. Çevremize bakıyoruz, geçmiş kültürlerden kalan yapıların ne kadar estetik olduklarını ve şimdi bizlerin yaptıklarının ne kadar çirkin olduğunu hayretle görüyoruz. Ama yüzlerce yılda üretilenleri biz birkaç yılda gerçekleştiriyoruz. Tabii bu hız aynı zamanda felaketimizi de hazırlıyor. İklim değişikliği, terör veya savaş tehdidi, beyin döçü giib konular gündelik hayatımızın bir parçası. Tabii tüm bunlar romanın başat atmosferini oluşturuyor. Romanımızın kahramanı tam da bu sürecin içinden geçerken birçok şeyi çıplak bir şekilde görme ve deneyimleme fırsatı buluyor.
Güzeli hissetmenin bedeli korkunç olanı fark etmek, diyorsunuz. İnsanın hayatındaki zıtlıkların hiç bitmeyeceğini mi düşünüyorsunuz? Bu zıtlıklarla yaşamayı mı öğrenmeliyiz?
Klasik örneklerdir ama açıklayıcıdır; iyiyi ancak kötünün varlığı ile kavrarız, ışığı karanlık ile, güzeli çirkin ile. Bu işin kavramsal yanı. Ama bir de ruhsal yanı var. İnsan hep huzurlu, güvenli, sıcak, sevgi dolu bir anın, hatta yaşantının hayaliyle yaşar ve hiçbir zaman da bu mükemmel ana ulaşamaz. Çünkü her zaman bu huzuru tehdit eden riskler vardır, her an endişelenecek, korkulacak durumlar mevcuttur. Örneğin insan sevgi dolu olduğu bir anda, örneğin bebeğini severken, bir yandan da onu kaybetme endişesi yaşar. Hastalanırsa, ölürse, onu kaybedersem? İşin kötü yanı riskleri düşünmeye başladığınızda olasılıkların sonsuz menüsünde son derece yaratıcı felaketler bulursunuz. Peki ama böyle yaşanır mı? Elbette görmezden gelmeyi, yok saymayı öğreniyoruz, hayal kuruyoruz. Gelecekte her şeyin yoluna girdiği çok güzel bir hayat beni bekliyor düşüncesine kendimizi inandırıyoruz. Geçmişe baktığımızda o zamanın birçok sorunu şimdi çözülmüş olduğu için huzurlu yaşantılar bulabiliyoruz. Böylece nostalji sahneye çıkmış oluyor. Sonuç olarak arzularımızla korkularımızın sürekli olarak birbiriyle savaştığı dinamik bir süreç hayat dediğimiz. Edebiyat ve sanat bu süreçten doğuyor.
Kerem, yaşlanmayı asla başına gelmeyecek bir hastalık olarak düşündüğünü söylüyor. Gençlik döneminin en büyük yanılgısı ve orta yaş buhranlarının temel sebebi de bu düşünce değil midir?
Elbette. Orta yaş bunalımı çok yönlü bir konu. Bir yandan yaklaşan ölüm var, bir yandan bedenin güç kaybı, hastalıkların başlangıcı ama bence asıl önemlisi, ben bugüne kadar nasıl bir hayat yaşadım? Neler yaptım bu süre içinde ? BU sorunun ezici ağırlığıyla yüzleşmek var. Kerem de birçoklarımız gibi orta yaşa adım atarken halen kendini genç zanneden ama bazı kırılma anlarında ömrünün çoğunu , ona ayrılan sürenin büyük bölümünü harcamış olduğunu fark eden bir karakter. Ama bunlar geçici duygular. Hep o duyguyla yaşanmaz. Bunalım, ruhsal çöküntü insanı işlevsiz kılar. Kerem birçok hata yapıyor, zaman zaman bunalıyor, öfkeleniyor, acı çekiyor ama zaman zaman da arzularını sonuna dek tatmin ediyor, coşuyor, var olma sevincini tadıyor.
Mim sanatçısının yer aldığı sahneler oldukça etkileyici, özellikle de hayali kılıç sahnesi. Romanı yazmadan evvel mim sanatı üzerine bir ön çalışmanız oldu mu?
Mim sanatı oldum olası ilgimi çeker. Tiyatro, canlandırma, mim... İnsanın rol yaparak bir hikayeyi anlatması en eski sanatlardan biri olmasına rağmen imkanları asla tükenmiyor. Bu çok ilginç. Mim sanatının tabii çok özel bir yeri var romanda. Hiç konuşmadan sadece hareketleriyle , adeta boşluğu yontan bir heykeltıraş gibi Gezi Parkı'nın ortasında hikayesini anlatıyor ve evet, ona saldırmaya kalkışanları korkutmayı da başarıyor. Bence mim sanatlar içinde en naif görüneni. En savunmasız, en kırılgan tiplerden biri Pierrot. O saldırgan serseriler ise her şeyi yapabilecek güce sahipler ama işte orada Pierrot sanatını ortaya koyuyor. Sanatın halen, her zaman çok büyük bir gücü olduğuna inanıyorum. Yasaklandığı, baskı altına alındığı dönemlerde akıl sır ermeyen yeni yollar, yöntemler, diller bulduğunu görüyoruz. Çünkü sanat insanın varoluş çığlığıdır, arzularını ve korkularını bu şekilde dile getirir. Bu yüzden de çekici olduğu kadar ürkütücüdür de.
Kerem, çok ilginç bir karakter. İyi bir eğitim alma fırsatı yakalamış olsa da kabuğunu bir türlü kıramıyor. Mükemmel hayatlar yaşadığını sandığı arkadaşlarının da kendisi kadar yaralı ve hayal kırıklığıyla dolu olduğunu öğreniyoruz. Başka hayatlara imrenmek ve kendi hayatından şikâyet etmek çoğumuzun düştüğü bir hata sanırım?
Hata mı yoksa insan doğası mı? Hatta modern insanın huzursuzluğu mu? Bu da sorgulanabilir.
Okuyanlar mutlaka fark edecektir; romanda, Beşir Fuat'ı merkeze aldığınız bir önceki romanınız Gölgeler ve Hayaller Şehrinde'ye de bir atıf var. Bu, yazma sürecinde mi oluştu, yoksa romana başlamadan önce böyle bir niyetiniz var mıydı?
Bu romanımda daha önce yazdığım öykü ve romanlardaki kişilerin ortaya çıktığı bir sır değil. Daha önce de bu türden geçişler yapıyordum. Ama bu romanı yazarken garip bir ruh durumuna girdim: sanki tüm yazdıklarım büyük bir dünyanın parçalarıydı, yani hepsi aynı dünyada yaşıyorlardı. Bu daha önce de zaman zaman yaşadığım bir his, hatta yazdığım da diyebilirim ... Örneğin Alemlerin Sürekliliği kitabında anlatılan gazeteci Cem başka kitaplarımda tek tek öykülerde ve en nihayetinde Sevgilinin Geciken Ölümü’nde bir roman kahramnı olarak ortaya çıkmıştı. Bunu neden böyle yaptığımı bilmiyorum. Daha doğrusu şöyle söylersem daha iyi olacak: Bir, bilerek yaptıklarım var, bir de neden yaptığımı bilmeden yaptıklarım. Aslında bu ikinci kategoride olanlar beni daha çok ilgilendiriyor.
Başarılı bir yazar olarak pek çok önemli ödüle de layık görüldünüz. Ödüllerin sizin için ne ifade ettiğini öğrenebilir miyiz? Alınan ödüllerin okur kitlesi üzerinde ve kitapların yeni baskılar yapmasında bir etkisi oluyor mu?
Yazmaya başladığım ilk yıllarda, bir öykümle Yunus Nadi’ye katılmıştım. İki sayfalık kısa öyküm o yıl üçüncü olmuştu. Daha doğrusu bir başka genç yazar adayı ile paylaştırılmıştı. Aynı üniversitenin farklı mühendislik bölümlerinde okuduğumuzu orada tanışınca öğrenecektik. Aslı Erdoğan ile Cumhuriyet gazetesinin bahçesinde yapılan törende merdiveni birlikte çıkıp almıştık ödülü. Bu benim edebiyat dünyası ile ilk temasımdı. Daha önce yayımlanmış bir öyküm yoktu. İlk kez yazmaya başlamıştım ve böyle bir ödüle layık bulunmuştum. Bu ödül benim üzerimde son derece olumlu bir etki yaptı. O zamanlar da şimdilerde olduğu gibi ödüller hakkında olumsuz dedikodular yapılırdı. Oysa bunlar çoğu zaman gerçeği yansıtmazlar. Her alanda olduğu gibi bu alanda da iyiler, vasatlar ve kötüler vardır. Ciddi ödüller vardır, vasat olanları ve kötü yürütülenleri. Hepsini bir potaya koymak çok yanlış. Ben ödülleri önemsiyorum. Kökleşmiş, saygın edebiyat ödüllerinin edebiyata olumlu anlamda katkıda bulunduğunu düşünüyorum. Ayrıca dedikodularla ve önyargılarla hareket etmek yerine verilere bakmak gerekir, ödülleri yıllar içindeki performansıyla değerlendirmek gerekir. Bir ödülün başarısı seçtiği yazarların gelecekteki başarılarıyla ölçülür. Örneğin ben Sait Faik jürisindeyim uzun bir süredir. Başlangıçtan günümüze bu ödülleri almış yazarların nasıl devam ettiklerine bakıyorum. Çoğunluğu yazarlıkta çıtayı ileri taşımış kişiler. Bu da önemli bir kazanımdır. Ödüllerin okur kitlesi üzerindeki etkisini yayınlara sormak gerekir.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Azərbaycan filmi növbəti dəfə Avropa film festivalının finalçısı olub
CBC Azərbaycan beynəlxalq teleşirkətinin “Azərbaycan ərazisində Türk damğaları” sənədli filmi Berlində keçirilən Almaniyanın ORION Beynəlxalq Film Festivalının finalçısı olub.
AzərTAC xəbər verir ki, sənədli film Azərbaycanın nadir mədəni irsinə-türk damğalarına, türk xalqlarının tarixində mühüm rol oynayan qədim tayfa kimlik əlamətlərinə həsr olunub. Ölkə boyu səpələnmiş bu rəmzlər əcdadlarımızın irsinin canlı sübutudur. Onlara karvansaralar, məqbərələr kimi tarixi tikililərdə, həmçinin qəbir daşlarında rast gəlinir.
Film CBC telekanalı tərəfindən ölkənin mədəni-tarixi sərvətlərinin tədqiqi və təbliği layihəsi olan “Naməlum Azərbaycan” silsiləsi çərçivəsində hazırlanaraq ərsəyə gəlib. Bu layihənin filmləri keçmişin, tarixin, mədəniyyətin və təbiətin az öyrənilmiş səhifələrini açır, tamaşaçılara Azərbaycan irsinə bənzərsiz baxışları təqdim edir.
“Naməlum Azərbaycan” layihəsinin müəllifi tarixçi və tədqiqatçı Vahid Şükürov məqsədlərinin ölkənin öyrənilməmiş guşələrini, zəngin tarixini, memarlıq abidələrini və mədəni ənənələrini geniş auditoriyaya təqdim etmək olduğunu bildirib. O deyib: “Bu layihə çərçivəsində hər bir əsər tarixi və təbii obyektlərin Azərbaycanın görkəmini necə formalaşdırdığını nümayiş etdirən əsrlərə səyahətdir. Ölkənin Türk dünyası tarixindəki əhəmiyyətini təsdiqləyən belə səyahətlərdən biri də “Azərbaycan ərazisində Türk damğaları” filmidir. Onun nüfuzlu kinofestivalın finalına vəsiqə qazanması milli mədəni irsin qorunub saxlanmasının və beynəlxalq səviyyədə təbliğinin vacibliyini göstərir”.
Qeyd edək ki, ORION Beynəlxalq Film Festivalı hər il müstəqil kinorejissorları bir araya gətirir, onlara yaradıcı ifadə və mədəni dialoq üçün platforma təqdim edir. Festival geniş janrları əhatə edir və yeni istedadları kəşf etmək, onların məharətini, yaradıcılığını və bədii müxtəlifliyini qiymətləndirmək məqsədi daşıyır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Mədəniyyət Nazirliyi Ekspert şurasının növbəti iclası keçirilib
Fevralın 20-də Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilən işlərə və qarşıda duran vəzifələrə dair növbəti iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısının 2001-ci ildə təsdiq edildiyini bildirib.
Nazir müavini siyahının yenilənməsinə ciddi ehtiyac olduğunu bildirərək deyib: “Həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb. Aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib. Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi, 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib. Bütün məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq. Yeni reyestr bəzi tarixi abidələrin məlumatlarının yenilənməsini təqdim edəcək”, - deyə o əlavə edib.
Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.
Şuranın fəaliyyəti çərçivəsində daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi məqsədilə Ekspertiza aktı formaları hazırlandığını vurğulayan professor deyib: “Ekspertiza aktları memarlıq və arxeoloji abidələrin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatından çıxarılması, eləcə də zəruri dəyişikliklərin edilməsi üçün nəzərdə tutulub. Həyata keçirilən monitorinqin nəticələri ekspertiza aktları ilə şura üzvlərinə təqdim olunub. İndiyədək 300-dən artıq nümunəyə dair ekspertiza aktları hazırlanaraq şuranın müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra verilən qərarlar rəy bildirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilir. Ekspertiza aktları AMEA-dan alınan rəylərə uyğun olaraq, müvafiq qərarın verilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək”.
Xatırladaq ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Əyləci yoxuymuş dəli səbrimin” - Rizvan Nəsiboğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rizvan Nəsiboğlunun şeirləri təqdim edilir.
Divardan baxırsan
Anamın divardan asılan şəklinə
Səsini tapmıram ruhuma təpəm,
Canın yanımdadı, bunu bilirəm.
Yuxuda qaçıram əlini öpəm,
Oyanıb şəklinə salam verirəm.
Divardan baxırsan, gülüşündə qəm.
Əlinə həsrətdi saqqalım, saçım.
Bir yerim ağrısa, vallah, bilmirəm
Kimə "ana" deyim üstünə qaçım?
Çırpınır könlümdə boyat arzu-kam.
Əlimiz nəyəsə çatmır həmişə.
Neçə yol möcüzə arzulamışam,
Yolun şəklindən aşağı düşə.
Yoxluğun ömrümün payız əsimi,
Əlinin dadını vermir çayımız.
Bilmirsənmi başın "gizlənən" kimi,
Kəsilib evimdən ana bayımız.
Nə deyim, hər duyğu sinəmə yatmır.
Səhərə sirdaşdın, axşama qənim.
Sənə əlim çatmır, harayım çatmır.
Ürəyim divardan asılıb mənim.
Qış şeiri
Şaxta bıçaq kimi kəsir adamı,
Sərçələr üşüyür keşəl budaqda.
Hələ dəyişməyib cır narın tamı,
Ağappaq kağızdı çöllər uzaqda.
Sızqa külək gəzir baxçanı-bağı,
Kimiydi sovuran qarı beləcə?
Cığırlar yüyürmür üzüaşağı,
Bir mart nağılıdı bu uzun gecə.
Bir qara boşluqdu evin dalında
Köpəyi gizlədən o xırdaca dam.
Ağappaq səhərdi evin damında,
Dəhlizdə qaraya çalan bir axşam.
Qarlı pəncərələr, söndürülmüş şam.
Ağaclar heykəldi, budaqları buz.
Demə, bir şəkildi dünya bu axşam
Bu göy - qar ələyi, bu yer - yuxusuz.
Bacanın tüstüsü boz yuxu kimi,
Axşamdan adlayıb təzə gün gəlir.
Evlər - ağ ümmanda bir neçə gəmi,
Bu qış gecəsində bir kənd dincəlir.
Şair Vasif Süleymanlıya
İçinin ağrısı gözündə gəzir,
Bəzən bircə sözlə duyulmaq olar.
İntizar duyğular sənə tələsir
Üzünün nuruyla yuyunmaq olar.
Səhərin - dərdini gizlədiyin dam,
Axşamın - qələmin qonduğu budaq.
Bir dəfə görənə doğmasan adam,
Durna qanadlıdı xəyalın ancaq.
Səsin - yarı sevinc, yarı qəmiymiş.
Yollar çağrılmamış ayağındadı.
Bir nakam məhəbbət səni gəzirmiş,
Hələ də həsrəti "qulağındadı".
Salamın həzindi, duan həzindi.
Gülüşün bir bahar yeli kimidi.
Bir dost kədərinə canın üzüldü.
Ürəyin qürbətin gülü kimidi.
Ömrün qüssəsi var bənövşə sözdə,
Kamanla alışıb, neylə bişirik.
Bir söz qatarın var ürəyimizdə,
Unutduq, görəsən, harda düşürük?
Altı sudu, üstü torpaq
Ağlatmadı zirvə qarın,
Sükutu daşdı dağların.
Boy verməyən arzuların.
Altı sudu, üstü torpaq.
O bulud niyə əyildi,
Bir ovuc suya düyüldü.
Daş taleyin yüz bir ildi,
Altı sudu, üstü torpaq.
Qoynu qəmdi bu möhnətin,
Udmadıq Təbriz töhmətin.
Durnalar köçən qürbətin
Altı sudu, üstü torpaq.
Dərya dayaz, göylər dərin,
Üzü gülməz bu şəhərin.
Yadımdan çıxa günlərin
Altı sudu, üstü torpaq.
Yuxusu yox kölgəmizin,
Həsrət evimizdi bizim.
Çin olmayan sevgimizin
Altı sudu, üstü torpaq.
Səbri gendi dünyamızın,
Üzü bərkdi canımızın.
İsinməyən komamızın
Altı sudu, üstü torpaq.
Dadı qaçıb axşamların,
Canı yox ölən şamların.
Haqqı gəzən adamların
Qəbri sudu, üstü torpaq.
Şair
Hər şeir ömürdən kəsir nə qədər.
Vaxtın uzun yolu bir az gödəlir.
Dörd divar içində yubanır səhər,
Axşamı yüyürə-yüyürə gəlir.
Bilməyir dünyanın hansı çağıdır,
Çətin xəbər tutar, sözün qısası.
Döngəsi, dönümü şeir bağıdı,
Qürbət şəhəridi şair masası.
Dağılar masaya qüssəsi, qəmi,
Kimdi yuxusunu gətirən dilə?
Hər şeir-səfərdən qayıdan gəmi,
Sevinə-sevinə çıxır sahilə.
Hara tələsirmiş su kimi illər.
Hər səhər telinə bəyaz düşər.
Qələmindən qopan həsrət şeirdi,
Özündən sonraya intizar düşər.
Özündən ayrıdı, can hardadı ki,
Bəzən düz yolunu tərsinə gedir.
Sözün alınmayan bazarındakı,
Bir sözün günahsız həbsinə gedir.
Gözəllik qibləsi, gözəl Tanrısı.
Min dərdin içində çiçəyə yer var.
Ən zərif şairin, sözün doğrusu,
Ləngər yerişində təzə şeir var.
Bəlkə mənzili yox bu haqq sorğunun,
Can necə tablasın dağ ağrısına?
İlahi, bu mizan sənin qurduğun,
Möhtacdı bir şair hayqırtısına.
Bir boyat şəkil
Getdin kölgəni də tuta bilmədim.
Yox oldun dumanda Qu səkən kimi.
O ötən sevginin ahını hər gün
Canıma çəkirəm suçəkən kimi.
Bu necə hicrandı, xəyalı göynək,
İçimi qovurub, çölümə çıxır.
Özündən xəbərsiz nadinc uşaqtək,
Adın oğurlanıb dilimə çıxır.
Qürbətə düşürəm şər qarışanda,
Hər günün başımda bir axşam durur.
Mənim taleyimin daş yoxuşunda
Sənin həsrətinə yaraşan durur.
Əyləci yoxuymuş dəli səbrimin,
Hələ göz yaşımı görən olmayıb.
Bir dənəm, sənəcən mənim qəlbimin,
Bağlı qapısını döyən olmayıb.
Dincliyi yoxuymuş yolun, cığırın;
"Gözüm sinəsini yağır eləyib,
İçimi əyirmiş dərdin ağırı,
Həsrətin Rizvanı fağır eləyib,
Yaxşı ki, ürəyim nazını çəkir,
Dərdimi uçurdum, boşaldım bir az.
Bu şeir deyil ki, bir boyat şəkil,
Uzaqlar tanıyar, yaxın tanımaz.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Yəhya Abbasov və Gülay Hüseynli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir.
23 dekabr 1999-cu il tarixinən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir.
3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir.
1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.
ŞAGİRD:
Mən, Hüseynli Gülay Zaur qızı 244 nömrəli tam orta məktəbdə təhsil alıram.
2012-ci ildə Sumqayıtda anadan olmuşam və hal- hazırda 7a sinfində oxuyuram .
Kitab oxumağı çox sevirəm və ən sevdiyim janr detektiv janrıdır.
ESSE:
Azərbaycan
Vətən torpağından daha əziz nə var ki? Hər bir insanın boya -başa çatdığı, öz canından belə keçməyə hazır olduğu yer öz doğma Vətənidir.
Gözümüzü açıb dünyanı dərk etdiyimiz andan bəri hər an daim eşitdiyimiz, "ana Vətən", "doğma Vətən" adı verilən bu torpaqlar....
Mənim doğulub boya başa
çatdığım vətənim Azərbaycandır. Mən düşünürəm ki, çox şanslıyam, çünki müstəqil bir Azərbaycan vətəndaşıyam, bununla qürur duyuram. Vətənimi öz
canımdan, qanımdan çox sevirəm və onun bir qarış torpağı üçün canımdan belə keçərəm. Mənim böyüyüb boya başa çatdığım bu torpaqlarda hər bir insan öz Vətənini- Azərbaycanı hər şeydən, hər kəsdən çox sevir və bu torpaqlar üçün hər
cür əzab- əziyyətə tab gətirib.
Bizim xalqımız, dövlətimiz "dəmir yumruq" kimi güclüdür, çünki biz müstəqilik, azadıq və ən əsası qorxmaz, cəsur, igid əsgərlərimiz daim bizimlədir, Vətənimizi qoruyurlar.
Bu çətin yolda Şəhidlərimiz oldu, lakin hal - hazırda onlar sayəsində güclü bir dövlətik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, onların ana -atalarına səbir versin.
Azərbaycan Polad Həşimov, Mübariz İbrahimov, Üzeyir Hacıbəyli, Natəvan, Xan Suşinski, Seyid Suşinski, Qara Qarayev, Zeynəb Xanlarova kimi unudulmaz dahilərin Vətənidir. Şanlı dövlətimiz çox güclü və yenilməzdir, bunun ən əsas digər səbəbi güclü və ağıllı dövlət başçısının olmasıdır. Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin dövlətimizin bir çox nailiyyətlər əldə etməsində əvəzsiz xidmətləri var. Onların etdikləri hər bir iş bizim xeyrimizə olub.
Essemi gözəl bir cümlə ilə bitirmək istəyirəm. Bu cümlə Ulu Öndər Heydər Əliyevə məxsusdur. "Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Ağdam Dram Teatrı beyləqanlılara “Cənnət və Cəhənnəm”i göstərəcək
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi
Ağdam Dövlət Dram Teatrı 2 hissəli “Cənnət və Cəhənnəm” komediyası ilə 05 mart 2025-ci il tarixində beyləqanlı tamaşaçıların görüşünə gəlir.
Tamaşa Beyləqan rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Səhnə əsəri olduqca dinamik, rəngarəng və maraqlıdır.
Real və mistik aləmdə baş verən hadisələrin məzəli əhvalatlarını özündə təcəssüm etdirən tamaşa unudulmaz təəssurat yaradacaq, uzun müddət yaddaşlardan silinməyəcək.
Şair-dramaturq Sahib İbrahimlinin ,,Cənnət və cəhənnəm” komediyası 2 pərdə və
2 şəkildən ibarətdir. Komediyanın süjetini dediyimiz kimi, real və mistik bir aləmdə (Cəhənnəmdə) baş
verən məzəli əhvalatlar təşkil edir. Əsərin əsas qəhrəmanları ər-arvad Mustafa və
Ləyaqət dünyalarını dəyişərək cəhənnəmə düşürlər. Buna da səbəb onların öz
həyatlarını düzgün qurmaması, pul və sərvət qazanmaq naminə min cür fırıldaq və
dələduzluğa, naqis əməllərə, yaramaz vərdişlərə meyl etməsidir.
Mustafa və Ləyaqət rahat və işıqlı bir həyatda olduğu kimi, dünyalarını dəyişərək məhrumiyyət və əzab-əziyyət dolu Cəhənnəmə düşdükdə də özlərinin tamah və xudpəsəndlikdən doğan rəzil həyat tərzini davam etdirməyə can atır, öz məqsədlərinə nail olmaq üçün real
həyatda mənimsədikləri çirkin fənd və hiylələri bu qaranlıq mühitdə də tətbiq
etməyə çalışırlar. Belə ki, onlar Cənnətə buraxılmadıqda Cəhənnəmdəki insanlara
rüşvət vermək, İnkirlə Minkir, Əzrayılla Şeytan, Huri ilə Qılman arasında qarşıdurma
yaratmaq, qalmaqal törətmək, şər və böhtan atmaq yolu ilə nəyəsə nail
olacaqlarına ümid bəsləyirlər və bu yolda hər cür eybəcər üsul və vasitələrdən
istifadə edirlər. Bunların ifrat qeyri insani hərəkət və davranışları hətta sonda
Əzrayılı intihar dərəcəsinə çatdırır.
İnsan və insanlığın qənimi olan Əzrayılın
Mustafa və Ləyaqətin əlindən cana doyaraq intihar etmək qərarına gəlməsi bu
ərlə arvadın real həyatda necə mənfur bir ömür yaşamaları barədə tamaşaçıda
aydın və mükəmməl təsəvvür yaradır.
Tamaşa tənqid hədəfi kimi götürülən Mustafa və Ləyaqətin ağılsız cəhdlərinin
iflası ilə tamamlanır. Quruluşçu rejissor və müəllifin, eyni zamanda bütün yaradıcı
heyətin tamaşaçılara çatdırmaq istədiyi əsas ideya bundan ibarətdir ki, insanlar
həyatda düzgün yol tutmalı, əliəyrilik, tamahkarlıq və xudpəsəndlik kimi mənəviəxlaqi dəyərlərə zidd əməllərdən çəkinməli, saf və təmiz bir ömür yaşamalıdırlar.
Bütün beyləqanlı teatrsevərləri tamaşanı izləməyə dəvət edirik!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)