
Super User
KİTAB BƏLƏDÇİSİ - Böyük ödəniş
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Güclü xarakterə malik insan olmağın, iradə və daxili intizam tətbiq edərək düzgün bildiyiniz prinsiplərə uyğun yaşamağın qarşılıqlı ödənişi heyrətamizdir. Hər dəfə, cılız əvəzinə yüksək dəyərləri seçmək, asan əvəzinə çətinə qaçmaq, yalnış əvəzinə düzgün işi görmək bacarığınız sizin özünüzə hörmətinizi artırır.
Özünüzlə fəxr edirsiniz. Bütün bunlardan başqa siz xarakter göstərdikdə, əziyyətli olsa belə düzgün olanı etdikdə ətrafdakıların da sizə olan münasibəti dəyişir, hörmətləri artır. Sizə pərəstiş edəcəklər. Hər bir qapı üzünüzə açıq olacaq. Gəliriniz artacaq, karyeranız daha sürətlə inkişaf edəcək və sizə daha böyük öhdəliklər verəcəklər. Siz şərəfli və güclü xarakterli insan olduqda daha da geniş imkanlarınız olacaq. Digər tərəfdən isə, insanlar sizə güvənməsələr, dünyanın ən istedadlı, ağıllı və bacarıqlı adamı olsanız belə irəliləyə bilməyəcək, karyeranızı inkişaf etdirə bilməyəcəksiniz. Sizi işə götürməyəcək, götürsələr belə tezliklə işdən çıxaracaqlar.
Maliyyə qurumları sizə kredit verməyəcək. Çünki, “quşun lələkləri birlikdə uçur”, sizinlə ünsiyyətə can atan insanlar yalnız zəif xarakterli insanlar olacaq. Və bütün bunlara əlavə olaraq, həmin o zəif xarakterli insanlar sizin xarakter və hərəkətlərinizə təsir edərək vəziyyətinizi daha da pisləşdirəcəklər.
Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
UŞAQLARINIZ ÜÇÜN OXUYUN – “Balaca şahzadə”
“Ədəbiyyat və incəsənət” portalının UŞAQLARINIZ ÜÇÜN OXUYUN rubrikasında bu gün də sizlərə dünyaşöhrətli fransız yazıçının dünyaşöhrətli əsəri təqdim ediləcək. Bəli, söhbət Antuan dö sənt Eqzüperidən və onun “Balaca şahzadə”sindən gedir. Əsəri dilimizə Cavanşir Yusifli tərcümə edib.
XXI FƏSİL
Hə, indi də tülkü peyda oldu.
– Salam, – dedi.
– Salam, – Balaca şahzadə nəzakətlə cavab verdi, sonra böyür-başına baxsa da, heç kəsi görmədi.
– Mən burdayam, – səs eşidildi, – alma ağacının altındayam.
– Sən kimsən? – Balaca şahzadə soruşdu,– sən necə də gözəlsən...
– Mən tülküyəm, – o cavab verdi.
– Gəl səninlə oynayaq, – Balaca şahzadə ona təklif etdi. – Mən çox kədərliyəm...
– Mən səninlə oynaya bilmərəm, – tülkü dedi. – Mən əhliləşdirilməmişəm.
– Onda üzr istəyirəm, – Balaca şahzadə cavab verdi.
Ancaq nə fikirləşdisə, əlavə etdi:
– “Əhliləşmək” nə deməkdir?
– Sən buralı deyilsən, – tülkü dedi, – buralarda nə axtarırsan?
– İnsanları axtarıram, – Balaca şahzadə dedi. “Əhliləşdirmək” sözünün mənası nədir axı?
– İnsanların silahı var, – tülkü dedi, – bu silahla onlar bizi ovlayırlar. Bu heç də xoşa gələn bir hadisə deyildir. Onlar toyuq da saxlayırlar, bu da onların sevdikləri məşğuliyyətdir. Sənə toyuq lazımdır?
– Yox, – Balaca şahzadə dedi.– Mən özümə dost axtarıram. Demədin axı “əhliləşmək” nə deməkdir?
– Bu, çoxdan unudulmuş bir şeydir, – tülkü, nəhayət, dilləndi. – Mənası “bağlamaq, əlaqə yaratmaq” deməkdir.
– Bağ?
– Hə, – tülkü cavab verdi. – Sən mənimçün indi, bu saat yüz minlərlə oğlan uşağına bənzəyən bir uşaqsan. Üstəlik, sənə heç bir ehtiyacım yoxdur. Sənin də mənə. Mən də sənin üçün yüz minlərlə tülkünün biriyəm. Ancaq sən məni əhliləşdirsən, bizim bir-bi- rimizə ehtiyacımız ola bilər. Sən mənim üçün dünyada yeganə adama çevrilərsən. Mən də sənin üçün... eləcə...
– Hə, artıq mən anlamağa başlayıram, – Ba laca şahzadə cavab verdi. – Bir gül var... məncə, o məni artıq əhliləşdirib, yəni özününküləşdirib.
– Ola bilər, – tülkü cavab verdi. – Bu dünyada, bu Yer üzündə nə desən, ola bilər...
– Yox, mən deyən yer Yer üzü deyil. – Balaca şahzadə cavab verdi.
Tülkünü maraq götürdü.
– Başqa bir planetdən söz gedir?
– Hə, elədir.
– O planetdə ovçu varmı?
– Yoxdur.
– Bu ki çox maraqlıdır! Toyuq bəs?
– Yoxdur.
Heç nə mükəmməl deyil, Balaca şahzadə düşündü.
Ancaq Balaca şahzadə bayaq vurğuladığı fikrinə qayıtdı:
Mənim həyatım darıxdırıcıdır. Mən toyuqları tuturam, insanlarsa məni ovlayırlar.
Bütün toyuqlar bir-birinə oxşayır, bütün insanlar da eləcə... Həyat mənim üçün çox darıxdırıcıdır. Sən əgər məni əhliləşdirsən, həyatım günəş kimi parlayacaq. Sənin addım səslərini minlərlə səsin arasından seçib fərqləndirəcəyəm. İnsanların ayaq səslərini eşidən kimi qaçır, gizlənirəm. Ancaq sənin gəlişin məni özünə çəkəcək, həzin bir musiqi kimi, bu səsi eşitcək gizləndiyim yerdən çıxacağam. Sonra. Oralara bax, çöldə buğda yetişir. Mən çörək yemirəm. Sünbül nəyimə gərəkdir ki? Buğda zəmiləri məni qəti maraqlandırmır, gözümdə onların heç bir əhəmiyyəti yoxdur. Bu isə çox kədərlidir! Ancaq sənin saçların qızılıdır. Məni əhli ləş dirsən, bilirsən, necə füsunkar olar? Qızılı zəmilər səni mənə xatırladacaq. Mən külək əsəndə sünbüllərin bir-birinə dəyib səs çıxarmasını sevməyə başlayacağam.
Tülkü susdu və uzun-uzadı Balaca şahzadəyə baxdı:
– Nə olar, əhliləşdir məni...
Mən də bunu çox istəyirəm, – Balaca şahzadə dedi, – ancaq mənim bir elə vaxtım yoxdur. Hələ neçə-neçə dost tapmalıyam, hələ neçə-neçə məsələni aydınlaşdırmalıyam...
Sən bir şeyi əhliləşdirdikdən sonra onu bilə bilərsən, bunun başqa bir yolu yoxdur. İnsanların nəyisə öyrənməyə vaxtları heç olmur. Onlar həmişə tacirlərin satdığı malı almağa həvəslidirlər. Ancaq bu dünyada elə bir dükan yoxdur ki, orda dost satsınlar, bəlkə, bu səbəbdən insanların artıq dostları yoxdu. Dostun olmasını istəyirsənsə, məni, çox xahiş edirəm, əhliləşdir.
Nə etməliyəm ki?.. – Balaca şahzadə soruşdu.
Əvvəla, çox səbirli olmalısan, – tülkü cavab verdi. – Orda, məndən bir az aralıda otur. Bax belə. Ordan sənə gözümün ucuyla baxacam. Sənsə susarsan. Sözlər insanların bir-birlərini anlamasına mane olur. Ancaq hər gün bir az yaxınlaş mənə. Oturduğun yerdən bircə qarış mənə tərəf gəl.
Sabahı gün Balaca şahzadə həmin yerə gəldi.
Yaxşı olardı, hər gün eyni saatda gələsən bura, – tülkü dedi. – Sən əgər bir gün gü-nortadan sonra saat dörddə gəlirsənsə, saat üçdən sonra mən artıq özümü xoşbəxt hiss eləməyə başlayacağam. Saatlar irəli lədikcə mənim xoşbəxtliyim də artacaq. Saat dörd tamamda mən həyəcanlanmağa və naraha olmağa başlayacağam; mən xoşbəxtliyin mükafatını alacam. Ancaq hər dəfə fərqli saatlarda gəlsən, ürəyimi hansı xoşbəxtliyə hazır layacağımı bilməyəcəyəm. Ənənəyə əməl eləmək ciddi şərtdir.
Ənənə nə deyən şeydir? – Balaca şahzadə soruşdu.
Bu da öz növbəsində artıq çoxdan unudulmuş bir şeydir, – tülkü dedi. – Bu, elə bir şeydir ki, günlərdən biri digərindən fərq lənir, onlara oxşamır, hansısa bir saaatın digər saatlardan kəskin şəkildə fərqlənir. Məsələn, məni ovlamaq istəyən insanlarda belə bir adət var: cümə axşamları onlar kənd qızları ilə rəqs edirlər. Bax, bu cümə axşamı necə də ecazkar bir gündür. Mən özüm də gəzintiyə çıxıram, ta üzümlüklərə qədər gedirəm. Ancaq həmin ovçular cümə axşamı deyil, istədikləri vaxt rəqsə getsəydilər, bütün günlər bir-birinə bənzəyərdi və mən də is tirahət edə bilməzdim, nəfəsim kəsilərdi.
Beləcə, Balaca şahzadə tülkünü əhli ləşdirdi. Ancaq ayrılıq günü gəlib çatanda:
Ah! – tülkü dedi... – mən ağlayacam.
Bu ancaq və ancaq sənin səhvindir, – Balaca şahzadə dedi, mən sənə pis heç nə arzu lamırdım, sən özün istədin ki, səni əhliləşdirim...
Əlbəttə. Mən özüm istədim, – tülkü kədərlə cavab verdi.
– Sən ağlayacaqsan amma...
– Əlbəttə, necə ağlamayım ki... – tülkü cavab verdi.
– Demək, sən çox pis olubsan ... ağrıyırsan..
– Yox, elə demə, mən yaxşıyam, pis deyiləm, yadına sal qızılı buğda saçaqları haqqında sənə nələr dediyimi...
Sonra o əlavə etdi:
– Get, bir də qızılgüllərə tamaşa elə! Anlayarsan ki, sənin qızılgülün dünyada, doğ-rudan da, yeganədir. Mənimlə vidalaşmaq üçün geri qayıtdıqda isə sənə bir sirr açacağam. Bu sənə mənim hədiyyəm olacaq.
Balaca şahzadə qızılgüllərə baş çəkməyə getdi.
– Siz heç də mənim gülümə bənzəmirsiniz, siz hələ heç nəsiniz. Hələ kimsə gəlib sizi əhliləşdirməyib, elə siz də heç kəsi əhli ləşdirməmisiniz. Siz həmin tülkünün günündəsiniz. O da minlərlə tülküdən biriydi o zaman. Ancaq onunla dost oldum, indi isə o, dünyada yeganədir, təkdir, hamıdan fərqlənir.
Qızılgüllər bundan çox təsirləndilər.
Siz gözəlsiniz, ancaq içinizdə dəhşətli bir boşluq var, – onlara xitabən dedi. – Si-zin üçün can fəda etmək, ölmək olmaz, buna dəyməz. Əlbəttə, yoldan ötən bir şəxs üçün mənim gülüm də eynən sizin kimidir.
Ancaq heç kəs bilmir ki, bircə o, sizinhamınızdan daha dəyərlidir, çünki mən hər gün onu sulayıram. Çünki sizin yox, məhz onun üstünü şüşə qapaqla örtmüşəm ki, soyuqdan qoruna bilsin. Onu acı küləklərdən qorumuşam. Məhz ona görə mən qum-qumaları öldürmüşəm (ancaq iki-üçünü saxlamışam ki, kəpənəklərin toxumu kəsilməsin). Çünki mən məhz onun göz yaşlarını, necə ağlamasını görmüşəm. Çünki o, mənim qızıl gülümdür.
Bunu deyib Balaca şahzadə tülküyə yaxınlaşdı:
Əlvida, – dedi.
Əlvida, – tülkü dedi. – Bu da mənim sirrim.
O, çox sadədir: sən yalnız qəlbinlə nəyisə, doğrudan da, görə bilərsən. Mahiyyət gözlər üçün qapalıdır.
Mahiyyət gözlərə görünmür, – onun ardınca Balaca şahzadə təkrar etdi, təkrar etdi ki, yadda saxlasın.
Sən gülünü ona görə belə çox dəyərləndirirsən ki, onu bütün qəlbinlə sevirsən. Ona görə ki, sən ona bütün qəlbini vermisən... - yaddan çıxarmamaq üçün Balaca şahzadə bu sözləri təkrar etdi.
İnsanlar bu həqiqəti çoxdan yaddan çıxarıblar, – tülkü dilləndi. Ancaq bunu yaddan çıxarmamalısan. Sən bir dəfə əhliləşdirdiyin şeyə görə əbədi məsuliyyət daşımalısan. Sən o gül üçün cavabdehlik daşıyırsan...
Mən gülümə görə cavabdehəm... – Balaca şahzadə təkrar elədi ki, unutmasın...
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Yağışlı aprelin günəşli “ULDUZ”U
Könül, “Ədəbiyyat və incəsənət”
Şıltaq aprel öz soyuğu, küləyi, yağışı ilə fərlənməkdədir, amma bu günlərə ədəbiyyatsevərlərin sevimli jurnalı olan “Ulduz” işıq üzü görərək sanki bu soyuğu xeyli səngitdi. Bir sözlə, yağışlı aprelin günəşli “Ulduz”una çevrildi o.
“Ulduz”un aprel sayı istedadlı gənc şair Aqşin Evrənin “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr” rubrikasında Cavid Zeynallının “25 il sonra”, Mirmehdi Ağaoğlunun “Ayda həyat var?”, Nuray Nəzərovanın “Anamın “Xoşbəxtlik qutusu”, Məhliqa Eyvazqızının “Alça ağacı”, Oğuz Ayvazın “Soyuducuya aşiq olan adam”, Maya İmranın “Qara xal” hekayələrini təqdim edilir.
Jurnalın baş redaktoru, sevilən şair Qulu Ağsəs “Nəsrin ... mərtəbəsi”ndə gənc yazıçı Məmməd Məmmədlinin kitabından söz açır.
“Şeir vaxtı”nda Sahibə Yusif, Təranə Dəmir, Namiq Dəlidağlı, Aysel Fikrət, Adil Həsənoğlu və Şəhriyar Heydərdir bu aprelsayında.
“Yazı masası”nda Taleh Mansurun qonağı məşhur detektiv yazıçısı Çingiz Abdullayevdir.
“Təbriz eli”ndə “Şahmat” əsəri ilə bizim “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Əli Çağladır.
“Tribuna”da Azər Fəraqi “Ürfan ədəbiyyatı İslamın budaq dili”ndən söz açır.
“Tənqid”də Vaqif Yusifli “Zövlədən Ufaya: Baloğlan Cəlil” yaradıcılığını incələyir.
“Sənət”də istedadlı rəssam Nəvai Metin “Səttar Bəhlulzadənin özünəməxsus üslubu, realizmə və kökə bağlılığı”nı günümzə daşıyır.
Havar Şəfiyeva və Cabir Həsənin şeirləri də “Ulduz”un aprel sayındadır.
“Tərcümə saatı” Fidan Vahidin tərcüməsində Corc Oruellin “Fili öldürdüm” hekayəsini oxucularla görüşdürür.
“Debüt”də “Sular hədiyyəsini geri alır” hekayəsi ilə Turqut Nəhmətlidir.
“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin Məhəmməd Füzuli yaradıcılığından II yazısını təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə istedadlı məktəbli Xədicə Şahbazovadır.
Bir sözlə, bir-birindən gözəl yazılarla sizlərə qonaq gələn “Ulduz”u alın, oxuyun!
“Ədəbiyyat və incəcənət”
(18.04.2025)
Ağdamda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müzəffər Ali Baş Komandan və Suverenliyə gedən yol” mövzusunda tədbir keçirilib
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
17 aprel 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müzəffər Ali Baş Komandan və Suverenliyə gedən yol” mövzusunda tədbir keçirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək 1995-ci il noyabr ayının 12-də ilk milli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazılmasından, sonrakı illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklərin müasir çağırışları və yenilikləri özündə əks etidirməsindan, 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs etmişlər.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Səyyar ASAN xidmət Zaqatalada tam gücüylə fəaliyyətdədir
Səyyar ASAN xidmət avtobusu cari ilin 3 aprel tarixindən Zaqatala rayonu, Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Zaqatala rayonunda ümumilikdə, 49 dəfə Səyyar ASAN xidmət avtobusu vasitəsilə səyyar xidmət gerçəkləşib. Bu dövr ərzində 142.000-dən çox vətəndaş müraciəti daxil olub.
“Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının aidiyyəti hissələrinin icrası ilə əlaqədar isə 2022-ci ilin 6 yanvar tarixindən Zaqatala rayonunda Səyyar ASAN xidmət avtobusuna 45 mindən çox vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyondan çox, 2025-ci il ərzində isə 40 mindən çox vətəndaş müraciəti daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Çinin təhsil naziri Azərbaycan dili kafedrasında olub
Çin Xalq Respublikasının təhsil naziri Huay Cinpınq Pekin Xarici Dillər Universitetində (PXDU) olub. Nazir ziyarət zamanı Azərbaycan dili kafedrasına da baş çəkib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nazirə Asiya fakültəsində tədris olunan dillər, əldə olunmuş elmi nailiyyətlər, beynəlxalq əlaqələr haqqında məlumat verilib. Çinli nazir eyni zamanda, ali təhsil ocağının elmi və pedaqoji həyatında fəallığı ilə seçilən Azərbaycan dili kafedrasının müəllim heyəti və kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə görüşüb. Görüşdə nazirə kafedranın fəaliyyəti, Çində ilk və yeganə olan Azərbaycan dili ixtisası haqqında məlumat verilib.
Qeyd edək ki, Pekində yaşayan soydaşımız, fəlsəfə doktoru Aqşin Əliyev 2020-ci ildə Diasporla iş üzrə Dövlət Komitəsinin “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrı olub. PXDU-da birinci qəbulda (2018-2022-ci illər) Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr kafedranın ölkəmizlə bağlı həyata keçirdiyi müxtəlif layihə və tədbirlərdə yaxından iştirak ediblər. Ötən ilin sentyabrında universitetdə Azərbaycanşünaslıq elminin inkişafına yeni nəfəs vermək, iki ölkə arasında mədəni və elmi körpülərin qurulmasına təkan vermək, tələbə və tədqiqatçılar üçün yeni əməkdaşlıq imkanları yaratmaq, eyni zamanda iqtisadi və diplomatik əlaqələrin genişlənməsinə dəstək məqsədilə Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq konfransı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Fazil Mustafa Bədirxan Əhmədovu 70 illik yubileyi ilə bağlı təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai və elm xadimi - ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovu 70 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə professor Bədirxan Əhmədovun XX yüzil Azərbaycan ədəbiyyatının mərhələli və sistemli şəkildə tədqiqinə yönəlmiş sanballı elmi fəaliyyəti ilə tanınması vurğulanır.
Əsərlərində satira janrının inkişafı, ədəbiyyatın ideya-estetik yönləri və ictimai düşüncəyə təsiri kimi məsələlər elmi əsaslarla araşdırılıb.
Fazil Mustafa vurğulayıb ki, Əmin Abid və Sabit Rəhman irsinə xüsusi diqqət göstərən alim, bu yaradıcı simaların irsini həm tədqiq edib, həm də çağdaş oxucuya çatdırmaq üçün önəmli nəşrlərə imza atıb.
Təbrikdə professorun pedaqoji və elmi fəaliyyətinin geniş auditoriyalar üçün örnək təşkil etdiyi, çağdaş Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrin dəyərinin yüksək qiymətləndirildiyi vurğulanıb.
Komitə sədri professor Bədirxan Əhmədova ictimai və elmi fəaliyyətdə yeni uğurlar, uzun ömür, möhkəm cansağlığı diləyib.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
PORTAL AKADEMİYASINDA - Norman Vinsent Pil, «Pozitiv düşüncənin gücü»
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
Norman Vinsent Pil «Pozitiv düşüncənin gücü»
Daha bir superbestseller. Onun fəlsəfəsi milyonlarla insana, şəxsi, mənəvi və maliyyə hədəflərini vurmağa kömək edib. Müəllif qəti əmindir ki, pozitiv düşüncə həmişə müsbət nəticəyə gətirir. O, on illər boyunca bu təlimi öyrənib, əksər uğur qazanan insanın sirlərinə bələd olub və başa düşüb ki, bu təlim 100% işləyir.
Az qala 100 il yaşayan amerikalı yazıçı və din xadimi (1896 - 1993) Norman Vinsant Pil motivasiya kitabları boyunca aforizm səviyyəsinədək yüksələn gözəl fikirlərini səpələməklə də xüsusi maraq oyadır.
Əziz oxucum, gəlin onlardan bəzilərinə diqqət edək:
- Həyatımızdakı bu və ya digər cəhət özlüyündə heç bir məna kəsb etmir. Məna kəsb edən - sizin ona münasibətinizdir. Və məhz bu münasibət uğuru və uğursuzluğu müəyyənləşdirir.
- Fikirlərinizi dəyişin və siz öz dünyanızı dəyişəcəksiniz.
- Həyatın nə qədər miskin olsa da gözlərini aç və çalış ki, imkanları görəsən. Mütləq görəcəksən. Çünki onlar var.
- Boş ciblər heç vaxt sizə olmaq istədiyiniz mərtəbəyə çatmağa mane ola bilməzlər. Mane ola bilənlər boş başlar və boş ürəklərdir.
- Sürətlə üzmək üçün asta avar çəkmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Qafqazın ətəyində bir inci
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Əsrarəngiz təbiəti olan Oğuz rayonu qədim tarixi abidələri ilə də turistlərin diqqətini çəkir. Hazırda rayonda dövlət qeydiyyatına götürülmüş 39 tarix və mədəniyyət abidəsi mövcuddur. Alban məbədləri, sineqoqlar, kurqanlar, Muxas qülləsi, Surxayxan qalası, qədim məscidlər tarixilik baxımından turistlər üçün böyük maraq kəsb edir. Turistlərin abidələrə səyahətini təşkil etmək üçün xüsusi marşrutlar müəyyənləşdirilib. Rayonda kənd yaşıl turizm növü də getdikcə daha geniş yayılmaqdadır.
Oğuz ölkəmizin ən qədim yaşayış yerləri arasında 12-ci yeri tutur. Burada arxeoloji qazıntılar zamanı Neolit dövrünə aid əşyalar tapılmışdır. Oğuz yerli turistlərin mütəmadi ziyarət etdiyi bir yer olduğundan çox sayda otel və istirahət mərkəzi var.
- Oğuzun ən məşhur kəndlərdən biri Xalxaldır. Hal - Hal şəlaləsi, yerli turistlərin ən çox görmək istədiyi yerlər arasındadır.
- Filli kəndin adı türk mənşəlidir. Və “Ağrılı” deməkdir. Əks halda acı bibərin tez-tez böyüdüyü yer deməkdir. Kəndin içindən Gur çayı axır. Hər yer yaşıl rəngdədir. Yayda da bu kəndin havası sərin olur.
- Baştaşağıl - Göy Bayır Yaylası kimi tanınan bu kənd hər tərəfdən yaşıl dağlarla əhatə olunmuşdur. Yayda hər yerdə yaşıl olan bu yayla mühacirət qruplarının yeridir.
Əlbəttə, siyahını uzatdıqca uzatmaq olar. Ancaq bugünlük bu qədər bəs edər.
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)
Analardan övladlarına örnək məsləhətlər
“Ədəbiyyat və incəsənət” portalı bugünkü sitatı Anar Tağıyevdən gətirir. Müəllif yəhudi folkloruna əsaslanan nəsihət və məsləhətləri sizlərin diqqətinizə çatdıracaq. Xüsusən, yeni ailə quranlar üçün mövzumuzun maraqlı olacağı şübhəsizdir.
Yəhudi qadınların evlənən oğullarına məsləhətləri:
"Heç vaxt bizə xanımından şikayət etmə, unutma ki, həyat yoldaşını özün seçmisən",
"Evə qayıdarkən gülümsə, unutma ki, sən həyat yoldaşın və övladın üçün rahatlıq və ümid mənbəyisən",
"Xanımını hər ad günündə, bayramlarda, toy gününüzün ildönümündə təbrik et, qadın üçün bu, olduqca vacibdir",
"Həftədə cəmi bir axşamı dostlarınla keçir, qalan günlərdə ailənə vaxt ayır",
"Heç vaxt xanımının valideynlərini tənqid etmə, unutma ki, həyat yoldaşı seçdiyin qadını onlar dünyaya gətirib",
"Xanımının bişirdiyi yeməkləri pisləmə, yemək dadsız olsa belə",
"Anam daha yaxşı yemək bişirirdi" sözünü heç vaxt xanımına demə",
"Unutma ki, indi sənin həyatında əsas qadın həyat yoldaşındır",
"Hər gün kitab oxu, nəsə öyrən, bu, gündəlik və gələcək həyatında sənə çox lazım olacaq",
"Heç vaxt əliboş qonaq getmə, bu, hörmətsizlikdir",
"Gözləmə ki, xanımın sənə mənim kimi davranacaq, bu heç vaxt baş verməyəcək. Çünki səni o doğmayıb",
"Xanımına keçmişindən danışma, keçmişini unut".
“Ədəbiyyat və incəsənət”
(17.04.2025)