
Super User
CƏLİL XƏLİLOV: “Zatulinin açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”
“Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı absurd açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Zatulin məlum açıqlamasında separatçılara haqq qazandırıb, Cənubi Qafqazla bağlı tarixi faktları saxtalaşdırıb:
“Zatulin xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Bakıda keçirilən məhkəmə prosesini “şəxsi qisas”, repressiya kimi dəyərləndirib ki, bu da yumşaq desək, həyasızlıqdır. Çünki bu gün məhkəmə qarşısında dayanan şəxslərin uzun illərdir ki, xalqımıza qarşı çoxsaylı təxribatlara, qanlı əməllərə yol verdiyi, separatizmi alovlandırdığı hər kəsə məlumdur.
Bu şəxslərin vaxtiylə Ermənistan mediasına verdikləri müsahibələrə baxmaq kifayətdir ki, onların öz qanlı əməlləri ilə necə fəxr etdikləri, necə böyük cinayətlərə imza atdıqları isbatlansın. Belə olan halda həmin separatçıların məsuliyyətə cəlb edilməsini “şəxsi qisas” kimi səciyyələndirmək, bunu “ədalətsiz yanaşma” kimi şərh etmək gülüncdür.
Zatulin açıqlamasında Cənubi Qafqazın tarixi ilə bağlı da yalan danışır, xalqımıza böhtan atır. O, bildirir ki guya ermənilər Cənubi Qafqazın qədim, aborogen xalqıdır və onlar bu coğrafiyada azərbaycanlılardan öncə məskunlaşıb. Halbuki, Rusiyanın özündə bugünə qədər bir çox tarixçi və siyasətçi ermənilərin Cənubi Qafqaza “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsi olaraq köçürüldyünü etiraf ediblər. Bununla bağlı, müxtəlif tarixi mənbələrdə çoxsaylı faktlar mövcuddur. Belə olan halda erməniləri Cənubi Qafqazın qədim xalqı kimi səciyyələndirmək ağ yalandan başqa bir şey deyil.
Hesab edirəm ki, Zatulin və onun kimilərin antiAzərbaycan bəyanatları davamlı olaraq ifşa edilməli, Rusiya dövləti onun imicinə zərbə vuran bu cür şəxslərlə bağlı konkret addımlar atmalıdır. Çünki Zatulin və onun kimilərin nifrət dolu, qızışdırıcı bəyanatları Cənubi Qafqazda sülh prosesinə ziyan vurmaqla yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə da kölgə salır, ictimai rəydə Rusiya dövləti haqqında xoşagəlməz fikir formalaşdırır.
Bu baxımdan, Rusiya hakimiyyətindən zatulinçilərlə bağlı əməli addımlar atmağı, onları əxlaqa, vicdana, məsuliyyətə dəvət etməyi gözləyirik, gələcəkdə bu kimi halların bri daha yaşanmayacağına ümid edirik”.
“Ədəbiyyat və incəsənət”
(01.03.2025)
Şeffild qəzetində Qarabağ münaqişəsi haqqında məqalə yayımlanıb
Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Şeffild Universitetinin Siyasət Cəmiyyətinin qəzetində “The Karabakh Conflict and the Minsk Group: A case of failed mediation” (“Qarabağ münaqişəsi və Minsk qrupu: uğursuz vasitəçilik işi”) adlı məqalə yayımlanıb.
Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Turanə Abdullayevanın təşəbbüsü ilə çıxan məqalədə Xocalı soyqırımı haqqında geniş məlumat verilib, Minsk qrupunun Birinci Qarabağ müharibəsində apardığı siyasət, İkinci Qarabağ müharibəsinə gətirib çıxaran səbəblər qısaca təhlil edilib, müasir geosiyasi məsələlərə toxunulub.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
Materialı “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsi təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(01.03.2025)
AMERİKADA XOCALI TƏDBİRLƏRİ – Bu dəfə Hamiltonda
Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 33-cü il dönümü ilə bağlı anım tədbiri keçirib. Tədbirə Azərbaycan icmasının, Kanada ictimaiyyətinin üzvləri, McMaster Universitetinin tələbələri və 10 fərqli ölkənin nümayəndələri (Türkiyə, İngiltərə, Çin, Koreya, Ukrayna, Hollandiya, Meksika, Kanada, Serbiya, İrlandiya) qatılıb.
“Ədəbiyyat və İncəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, anım mərasimində əvvəlcə Kanadanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilib, Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təşkilatın rəhbəri Cəmilə Şepherd və tədbirin moderatoru Devid Şepherd Xocalı faciəsi haqqında tarixi faktlar, soyqırımının baş vermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bu faciənin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
“Khojaly: The Grief of a Nation” (“Xocalı: Bir Millətin Dərdi”) adlı filmin nümayişindən sonra Kanadada fəaliyyət göstərən koreyalı skripkaçı, maestro Robert “Ay Laçın” və “Sən gəlməz oldun” mahnılarını ifa edib. Maestro Robertə Hamilton Azərbaycan Cəmiyyətinin adından “Azərbaycan musiqisinin inciləri” adlı kitab hədiyyə edilib.
Tədbirdə iştirak edən xarici qonaqlar Azərbaycan və onun tarixi haqqında kitablarla tanış olublar. İştirakçılara Xocalıda amansızlıqla qətlə yetirilən uşaqların adları və yaşları yazılmış kağız stəkanlarda çay və kofe təqdim olunub.
“Ədəbiyyat və İncəsənət”
(01.03.2025)
SAFLAŞAQ! 11 ayın sultanı- Ramazan ayı
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
11 aylıq həsrət bitdi. Qullarının Rəbbinə qovuşduğu ay gəldi çatdı. Günahların bağışlandığı və Rəbbimizə səsimizi ən yaxından eşitdirə bildiyimiz mübarək ay yetişdi.
Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı və eyni zamanda bütün müsəlmanların nəfsinə kilid vurduğu aydır- Ramazan.
Oruc tutmaq İslam dininin beş şərtindən biri olduğu həmən-həmən bütün müsəlmanlara bəllidir. İl ərzində nə Ramazan ayı qədər gözəl ay, nə də Ramazan bayramı qədər gözəl olan bayram yoxdur. Küsülülərin barışdığı hər kəsin bir araya gəldiyi yeganə aydır bu ay.
Ramazan ayını mübarək və möhtəşəm qılan bir digər səbəb isə ALLAHIN islam dünyasına ən gözəl hədiyyələrindən olan Quran-i Kərimi bizlərə bəxş etməsidir. Digər tərəfdən isə Qədr gecəsi də məhz Ramazan ayına təsadüf etmişdir.
Ramazan ayı nə təriflərə, nə də bu kiçik qəlbimizə sığışdırılması mümkün olmayan nadir gözəlliklərdəndir.
Ramazan ayı bərəkət, nəfsini tərbiyyə etmək, ALLAHLA yaxınlaşa bildiyin yeganə aydır. Boşuna Ramazan ayına ibadətin baharı deyilmir. Bizi bu mübarək günə, bu möhtəşəm anlara şahid olmağı nəsib edən ALLAHA sonsuz şükürlər olsun.
ALLAH tutduğumuz orucu və etdiyimiz duaları bir ALLAHLIĞINA xatir, qəbul etsin.
Gəlin Ramazan ayına elə davranaq ki, vidalaşmaq vaxtı çatanda biz Müsəlmanlardan inciməsin.
“Ədəbiyyat və İncəsənət”
(01.03.2025)
BU GÜN RAMAZAN AYI BAŞLAYIR - Ramazan: nəfsin sükuta, ruhun azadlığa müqəddəs yolçuluğu
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Bu gün - martın 1-də Azərbaycan və dünya müsəlmanları Ramazan ayının gəlişini sübh tezdən başlayaraq gün batanadək yemək və içməkdən çəkinərək oruc tutmaqla qeyd edəcəklər.
Ramazanın birinci günü üçün Azərbaycanda oruc vaxtları:
İmsaq (orucun başlanğıcı): 05:49
İftar (orucun açılması): 18:47
Gecənin qaranlığında sevgi və istəklə oyanıb Ramazan ayında işıqlarını yandıran evlərin sakinləri Allahın ən xoşbəxt bəndələridir. Otuz ildən sonra bu evlərin sayı cəmi 44 gündə artdı ölkəmizdə. İndi bütövləşən Azərbaycan torpaqlarında çırağı yanan evlərin sayı artıb. Çünki neçə-neçə ataların duası olub imsaka Şuşada dursun, Xankəndidə, Xocalıda dursun. Neçə-neçə anaların duası olub iftarı Füzulidə, Zəngilanda, Laçında açsın. Neçə-neçə oğulların istəyi olub o torpaqları oruclu ziyarət etsin.
Ürəklər təmiz, niyyətlər saf olarsa, səmaya ucalan dualar pıçıltı olub Allaha çatar. Əmrlər, qadağalar, olar-olmazların hamısı isə Allahın insana sevgisinin təzahürüdür. Ramazan ayı il ərzində günahdan qorunmaq üçün ən gözəl fürsətdir. Sanki Allah bizi bu bir ayda təcrübə etdirərək dözümlülük yaradır. Allah dostları yorulmur bu günlərdə Allah qapısına getməkdən. Üzrxahlıq üçün də, keçmişi düzəltmək üçün də ən gözəl fürsətdir bu ay.
Müqəddəs Ramazan ayı müsəlmanlara 622-ci ildə fərz edildi. Bu ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onları öz iradələrini ortaya qoymağa, dözümlülüyünü yoxlamağa, təmiz vicdanlı olmağa yönəldir. Oruc ərəbcədən tərcümədə “çəkinmək” anlamına gəlir. Ramazan isə ərəbcədən tərcümədə “yandırmaq” anlamı verir. Yəni bu müddət ərzində insan təkcə qida ilə özünü sınamır, eyni zamanda baxışları ilə harama baxmamaqla, nitqi ilə qeybət etməməklə pislikləri yandırır. Ramazan ayı insanın müsbət keyfiyyətlərini artıran bir aydır. Bu baxımdan müqəddəs sayılır. Digər tərəfdən, ən gözəl dini bayram kimi xüsusi önəm daşıyır. Klassik ədəbiyyatımızda da ramazaniyyələr yazılaraq bu ayda insanlara oxunub. Tarixdə Ramazanla bağlı belə məqamlar çox olub. Ona görə Ramazan xalqın taleyinə yazılan müqəddəs bayram kimi qeyd olunur.
Bu bayramda hər bir kəs özünü sınaqdan keçirir. Yəni mən Allahın sınaqlarına hazıram və layiqəm. Yəni Allah məni sınadı, dedi ki, oruc tut, mən də tutdum. Orucu açanda da “Allahım sənə güvəndim, sənə görə oruc tutdum” , – deyir.
Ramazan müsəlmanlar üçün orucun vacib olduğu doqquzuncu qəməri ayıdır. Bu ay Allahın qonaqpərvərliyi, rəhmət, bağışlanma və bərəkət ayı, Quranın baharı adlandırılmışdır. Hədislərə görə, bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Quranın nazil olduğu Qədr gecəsi bu aydadır. Tövrat və İncil kimi digər səmavi kitablar da bu ayda nazil olunub. Ramazan ayı Quranda adı keçən yeganə aydır. Bu ayın müsəlmanlar üçün xüsusi yeri və hörməti vardır. Müsəlmanlar bu ayda ibadətə xüsusi diqqət yetirirlər. Bu ayın ən mühüm əməllərindən biri də Quran tilavəti, Qədr gecələrini diriltmək, dua etmək, istiğfar etmək, iftar etmək, yoxsullara kömək etməkdir.
Bu ayın 21-də birinci imam Həzrət Əli şəhadətə qovuşub, İmam Həsən isə bu ayın 15-də dünyaya göz açıb. Ramazan ayında ibadət və oruc tutmaq müsəlman kimliyinin bir hissəsidir. İslam cəmiyyətlərində Ramazan ayı üçün məclislər, məscid və dini yerlərin təmizliyi, barışıq mərasimləri, daş atma mərasimləri, şirniyyat və xörək bişirmək kimi müxtəlif adət və ənənələr formalaşıb. Bu ayda məhrəm insanlar bir-birinə libas kimidir. Bəndələr bu ayda Allahın buyurduğu kimi yeyib-içir ta ki ağ sap kimi sübhün nuru qara sap kimi zülmətdən ayrılana qədər. Sonra Günəş batana və axşam namazının vaxtı daxil olana qədər oruc tutulur.
Oruc bir qalxandır. Oruc tutarkən pis söz danışmaq olmaz. Oruc tutanın iki sevinc anı vardır: biri iftar etdiyi zaman, digəri isə orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır. Orucluq hələ İslamdan da əvvəl mövcud idi. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, sizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”. Orucluq Fitr bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.
Hər bir dində oruc tutmaq, orqanizmi həm fiziki, həm də mənəvi baxımdan təmizləmək ənənəsi var. İslamda isə il ərzində bir dəfə – Ramazan ayında oruc tutmaq buyurulub. Ramazan 11 ayın sultanı sayılır. İslami ehkamlara görə, Ramazan ayında günahlar bağışlanır. Şəriət kitablarının yazdığına əsasən Ramazanın ən böyük fəziləti ondan ibarətdir ki, Allah bu müqəddəs ayda edilən duaları qəbul edir. Bu ayda oruc tutan müsəlmanlar günahdan təmizləndiklərinə əmin olduğu üçün yayın istisində də, qışın soyuğunda da ibadətlərini davam etdirirlər. İslam inancına əsasən Allah buyurur: “Oruc mənim üçündür və mən də onun mükafatını öz dərgahımda xüsusi olaraq verəcəyəm”. Yayda tutulan orucun savabı ona görə böyük hesab olunur ki, Allah isti havalarda öz bəndəsinin səbrini bir daha sınağa çəkir, onu dözümlü olmağa çağırır. “Qurani-Kərim”də deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi”. Oruc müəyyən və sayılı günlərdə tutulur. Orucun vacib olduğu Ramazan ayı insanlara hidayət olan, onlara doğru yolu göstərən və haqqı batildən ayıran ən açıq dəlilləri ehtiva edən “Qurani-Kərim”in nazil edildiyi aydır. Bütün bunlar Allahın izzətini tanımaq və sizə doğru yolu göstərdiyi üçün Ona şükür etmək üçündür.
Ramazanın son gününə qədər insanlar oruc tutub, ibadət edir, günahlardan arınmaq üçün nəfslərindən qaçıb Allaha sığınırlar. Quranın yer üzünə nail olduğu bu ayda hər kəsin üzündə bir bəxtəvərlik, sevinc yaranır. Lakin ürəyi Allah eşqi ilə döyünən ariflər üçünsə bu ayın son günləri o sevinc yox olur. Səbəbi isə budur ki, aşiqlər öz məşuquna yetişmədi. Ona görə də hicran yenə davam edir. Bu baxımdan nə qədər ki insanın bədənində nəfsi var, nə qədər ki bu nəfsi cilovlaya bilmir, o zaman bu istəkdən keçərək bayram etmək olar. Məhz Ramazan ayının bir digər mənası da nəfsdən qurtulub bayram etmək anlamındadır. İnsan yaşadığı müddətdə tam nəfsdən qurtula bilməz. Gərək cismi təhvil versin ki, ruhu qurtulsun. Bu mənada, Ramazan sanki nəfsdən az müddətə epizodik qurtulmadır.
Göydən yerə rəhmət tökülən bu ayın gəlişinin sevincini yaşayırıq artıq. Bu rəhmət ayında çalışırıq ki, nəfsdən qurtulub özümüzlə üz-üzə qalaq. Ruhumuzun dərinliklərində sevgini, mərhəməti və saflığı yenidən kəşf edək.
“Ədəbiyyat və incəsənət”
(01.03.2025)
Qazaxıstan yeni zirehli texnikasına azərbaycanlı qəhrəmanın adını verib
Qazaxıstanda istehsal olunan hərbi təyinatlı zirehli təcili yardım maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.
“Ədəbiyyat və incəsənət” Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount” müdafiə sənayesi şirkətinin təsisçisi Aybek Barisov özünün instaqram hesabında paylaşım edib.
O, Hökumə Əliyevanın həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman olduğunu bildirib.
"O, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökumənin ruhu şad olsun!” , - şirkət rəhbəri qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Milli Məclisin sədri ilə görüşüb
Fevralın 28-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova milli məclisdə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” Portalı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,qonağı salamlayan Milli Məclisin sədri Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb. O, bildirib ki, Türk dünyasının güclənməsinə Azərbaycan xüsusi önəm verir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”
Spiker bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu Fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın daha da yaxınlaşmasına imkan yaradır. Fondun səmərəli fəaliyyət göstərdiyini deyən Milli Məclisin sədri onun fəaliyyətinin daha da genişləndirilməsi üçün böyük potensialın və ən əsası istəyin olduğunu qeyd edib.
Söhbət zamanı bildirilib ki, Fond Türk dünyasının zəngin mədəni irsini qorumaq, yaymaq, gələcək nəsillərə ötürmək baxımından mühüm körpü rolunu oynayır. Fond türk xalqlarının dəyərlərini vurğulayaraq, mədəniyyətlərarası dialoqu gücləndirməklə bu sahəyə önəmli töhfələr verir. Aparılan bu işlər türk dünyasının qlobal miqyasda daha yaxşı tanınmasına və onun dəyərlərinin qiymətləndirilməsinə şərait yaradır.
Səmimi görüş üçün təşəkkürünü bildirən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova bu fondun yaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətə çatdırıb. O, bildirib ki, mədəniyyət yumşaq gücdür və xalqların bir-birinə yaxınlaşmasında mühüm rola malikdir.
Söhbət zamanı qonaq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. O, Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” sözlərini özləri üçün bir deviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdə qurduqlarını diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
ДЖАЛИЛ ХАЛИЛОВ: «Герои должны жить»
«Ədəbiyyat və incəsənət” представляет заметку Джалил Халилова -
полковника, председателя Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики
Республиканская организация ветеранов войны, труда и Вооруженных сил Азербайджана в преддверии 80-летия Победы выступила с инициативой увековечения в городах бывшего СССР памяти соотечественников, проявивших героизм при защите и освобождении этих населенных пунктов от фашистских захватчиков. Герои не умирают, когда живут в нашей памяти, когда их имена вписываются в культуру, в летопись страны. Так, подвиги Ази Асланова, Исрафила Мамедова, Мехти Гусейнзаде, Мирзы Джабиева и многих других хорошо известны, и сейчас они передаются из уст в уста. Наша задача выяснить имена неизвестных героев, рассказать современникам об их выдающихся подвигах. Ветераны Республики считают реализацию данной идеи своим священным долгом. Великая Отечественная война была опустошительной, самой, наверное, ужасной войной в истории человечества. В ней погибли более 27 млн. советских граждан. Мы должны помнить о героизме этих людей̆, которые спасли человечество от фашизма, чтобы мир не столкнулся с массовыми трагедиями. На фронтах Великой Отечественной войны сражались около 700 тыс. уроженцев Азербайджана, половина из них не вернулась с полей сражений. В войне участвовали шесть азербайджанских дивизий, пять из которых на 95% были сформированы из уроженцев Азербайджана. 416-я Таганрогская дивизия дошла до Берлина. 77-я дивизия участвовала в освобождении Украины, Керчи, Севастополя. Представители Азербайджана достойно сражались, 130 человек были удостоены звания Героя Советского Союза, 17 стали полными кавалерами ордена Славы. Память некоторых из них увековечена. К примеру, в Волгограде, в Беларуси установлены памятники Ази Асланову. В Калининграде одна из улиц названа именем Мирзы Джабиева. В Кишиневе установлена мраморная плита с именами более 300 азербайджанцев, героически павших в годы войны на территории Молдовы. Но о многих героях-азербайджанцах информации нет. Хотелось бы, чтобы в канун 80-летия Победы над фашизмом их имена были установлены и увековечены. Это станет свидетельством того, что память о людях, которые боролись с фашизмом, чтят и сегодня, о них помнят. Герой – это человек, отличившийся своей храбростью, доблестью, совершивший подвиг, зачастую ценой своей жизни. Героический человек обладает чрезвычайно сильной волей, позволяющий ему преодолевать естественный инстинкт самосохранения во имя благополучия близких, родных, страны в целом. Это не каждому по плечу. Ведь, если для человечества смысл жизни заключается в продлении существования до бесконечности, то для отдельного человека – в продлении как можно дольше собственной жизни. Герой не думает об этом. Он достигает бессмертия благодаря памяти потомков. Народная память служит тем мостом, который связывает Героя с будущими поколениями, с вечностью. Это освобождает Героя от власти индивидуального времени, отведенного ему Всевышним. Так бессмертными становятся люди, внесшие особый вклад в защиту Родины. Эти мысли поэтически очень глубоко и красиво выразил великий дагестанский поэт Расул Гамзатов:
«Мне кажется порою, что солдаты, С кровавых не пришедшие полей, Не в землю эту полегли когда-то, А превратились в белых журавлей. Они до сей поры со времен тех дальних
Летят и подают нам голоса. Не потому ль так часто и печально Мы замолкаем, глядя в небеса?»
Республиканская организация ветеранов войны, труда и Вооруженных Сил Азербайджана считает справедливым и гуманным, чтобы в городах, поселках, селах бывшего СССР, в защите и освобождении которых в годы Второй мировой войны участвовали уроженцы Азербайджана, получившие звание Героя Советского Союза или ставшие полными кавалерами ордена Славы, была увековечена память этих людей. С этой целью мы направили обращения в ветеранскую организацию СНГ, Комиссию по увековечиванию памяти павших при защите Отечества, в посольства Азербайджана в странах Содружества.
Вместе с тем в связи с юбилейной годовщиной Победы, наша Организация ветеранов планирует провести ряд мероприятий, в том числе международную конференцию, посвященную вкладу Азербайджана в разгром фашизма. А вклад был значительным. Бакинские нефтяники в годы войны трудились круглосуточно, бесперебойно обеспечивая фронт нефтью. 85% горюче-смазочных материалов для нужд армии обеспечивал Азербайджан. В республике был развернут целый ряд оборонных предприятий, на которых производилось 123 вида вооружений, в том числе легендарная "Катюша". Республика также обеспечивала фронт продовольствием. Активный вклад в общее дело вносили азербайджанские ученые. В частности, академик Юсиф Мамедалиев предложил и реализовал производство высокооктанового авиационного топлива, незамерзающих масел, что обеспечило качественное превосходство над авиацией противника.
В Азербайджане, в годы войны действовали 45 госпиталей, которые вылечили и вернули в строй 440 тысяч фронтовиков. В Баку есть три мемориальных захоронения, где покоятся бойцы, павшие от боевых ранений в госпиталях города Баку. Все могилы ухожены. Ежегодно 9 мая у мемориалов проводятся торжественные мероприятия.
В целом в Азербайджане с большой заботой относятся к мемориальным захоронениям и памятникам, посвященным войне 1941–1945 годов. Такие памятники установлены во всех районах страны. Они охраняются и благоустраиваются местными властями, членами молодежных организаций и ветеранами.
К сожалению, бывших фронтовиков в Азербайджане осталось мало - всего 18 человек. По традиции каждый год 9 мая, представители различных общественных организаций и волонтеры посетят ветеранов на дому, поздравят их, вручат подарки. На государственном уровне ежегодно в канун 9 мая ветеранам и вдовам участников войны, труженикам тыла оказывается материальная помощь. Хочу заметить, что это касается не только ветеранов Второй мировой войны, но и ветеранов Карабахских войн.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Azərbaycan Hotel Assosiasiyasının 6-cı Baş Assambleyası keçirilib
Azərbaycan Hotel Assosiasiyasının (AHA) 6-cı Baş Assambleyası keçirilib. Məqsəd 2024-cü il ərzində görülən işlər haqqında məlumat vermək və gələcək fəaliyyət planını müzakirə etmək olub.
“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, hotelçilik sənayesinin təmsilçiləri və digər turizm assosiasiyalarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə qurum tərəfindən turizmin inkişafı üçün çoxistiqamətli işlərin həyata keçirildiyini, hotellərin təklif etdiyi xidmət səviyyəsi və qiymət siyasətinin turizm sənayesinin inkişafında mühüm rol oynadığını qeyd edib. Kənan Quluzadə, həmçinin Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərdə keçirilən Milli Ulduz Təsnifatının xüsusi əhəmiyyət daşıdığını və prosesin regionlarda da davam etdiriləcəyini bildirib.
Sədr müşaviri diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən hotellərdə ulduzlaşma prosesi davam etdirilir və ölkə üzrə əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduz sertifikatı verilib. Regionlar üzrə monitorinqlərin başlanacağını qeyd edən Kənan Quluzadə ilkin mərhələdə Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax, Mingəçevir və Xankəndi şəhərlərində monitorinqlərin aparılacağını, təxminən 160-dan çox yerləşmə müəssisəsi üzrə monitorinqlərin keçiriləcəyini əlavə edib.
Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid AHA ilə əməkdaşlığının strateji əhəmiyyət daşıdığını, qarşılıqlı görüşlərə və sənaye təmsilçilərinin təkliflərini dəyərləndirməyə daim hazır olduqlarını vurğulayıb. Florian Zenqstşmid Azərbaycan Turizm Bürosunun destinasiya marketinqi istiqamətində planlaşdırdığı işlərdən bəhs edib, həmçinin hotellərin dayanıqlılıq proqramlarını tətbiq etməsinin vacibliyini qeyd edib.
Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov COP29 tədbiri zamanı sənaye təmsilçilərinin yüksək səviyyədə fəaliyyətini xüsusi qeyd edərək iştirakçılara təşəkkürünü bildirib. O, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun inkişafı, yeni hotellərin fəaliyyətə başlamasının qonaqpərvərlik sənayesi üçün yeni imkanlar yaradacağını vurğulayıb.
AHA-nın Baş icraçı direktoru Günay Sağlam Assosiasiyanın 2024-cü il ərzində əldə etdiyi nailiyyətləri, həmçinin 2025-ci il üçün fəaliyyət planını əks etdirən təqdimatla çıxış edib.
G.Sağlam COP29-a hazırlıq çərçivəsində təşkil edilən hotelçilik təlimlərinin uğurlu nəticələrini paylaşıb və 2025-ci il üzrə fəaliyyət planının prioritetlərinin lobbiçilik fəaliyyəti, insan kapitalına dəstək, destinasiya marketinqi, dayanıqlılıq təşəbbüsləri və Milli Ulduz Təsnifatının davamlı tətbiqi kimi istiqamətləri əhatə edəcəyini əlavə edib.
Tədbir zamanı, həmçinin Avropa Hotellər, Restoranlar və Kafelər Birliyinin (HOTREC) Baş direktoru Marie Audrenin, Avropa Ulduz Təsnifatı Birliyinin prezidenti Markus Luthenin və “HOTREC – Hospitality Europe” təşkilatının eks vitse-prezidenti, Macarıstan Hotel və Restoranlar Assosiasiyasının eks-prezidenti Akos Niklainin AHA ilə uğurlu əməkdaşlıqla bağlı təəssüratlarını əhatə edən videomüraciətləri dinlənilib.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə “İlin ən yaxşısı” seçilən hotellər mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
XOCALIYA ƏDALƏT! - Diaspor Komitəsi Avropa ölkələrində məlumatlandırma aksiyaları təşkil edib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, aksiyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil edilib.
Çexiyada fəaliyyət göstərən “Land of Fire”in təşkilatçılığı ilə Praqanın “Respublika” meydanında Xocalı soyqırımına həsr olunmuş məlumatlandırma aksiyası keçirilib. Kampaniya çərçivəsində meydanda Xocalı faciəsi haqqında məlumatları özündə əks etdirən məlumat lövhəsi yerləşdirilib, Çex ictimaiyyəti və şəhərin qonaqları Xocalı soyqırımı haqqında ətraflı məlumatlandırılıb, Azərbaycan həqiqətləri təbliğ olunub.
Digər bir aksiya Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub. Yerli sakinlər və şəhərin qonaqları Xocalı soyqırımı haqqında məlumatlandırılıb. Azərbaycan Mədəniyyət Mərkəzi və İş Adamları Dərnəyinin təşkilatçılığı, eyni zamanda Vyanada yaşayan soydaşlarımızın fəal iştirakı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzində yerləşən küçə və meydanlarda bukletlər, məlumat vərəqələri paylanılıb. Bununla yanaşı, üzərində soyqırımına dair faktları əks olunan xüsusi avtomobil şəhərin mərkəzi küçə və prospektlərində hərəkət edib.
Sloveniyanın paytaxtı Lyublyana şəhərində Xocalı soyqırımıqurbanları anılıb. Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə şəhərin mərkəzində və dövlət müəssisələrinin yerləşdiyi küçələrdə üzərində "Xocalını unutmayaq!" yazılmış QR kodlu bannerlər nümayiş olunub. Bannerlərdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qətliamın tarixin ən dəhşətli və amansız hadisələrindən biri olduğu vurğulanıb.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)