
Super User
Bu gün Əli Vəliyevin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu yazıçını qısa necə təqdim edərik? Azərbaycan Sovet yazıçısı, sosializm realizminin görləmli nümayəndəsi, kommunizmin bədii ədəbiyyatda təbliğatçısı.
Əli Vəliyev 1901-ci il fevralın 27-də Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Ağdü kəndində anadan olmuşdur.
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925–1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır.
1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur.
1942–1945-ci illərdə “Kommunist” qəzetinin redaktor müavini işləmişdir. 1945–1950-ci illərdə “Kommunist” qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır.
1950–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954–1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır.
Nasir Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Kitabları:
1. Nənəmin cəhrəsi
2. Qarlı dağlar
3. Dostlar
4. Ordenli çoban
5. Qəhrəman
6. Sübut
7. Cəbhə hekayələri
8. Gülşən
9. Çiçəkli
10. Turaclıya gedən yol
11. Anaqız
12. Bir cüt ulduz
13. Bir cüt tərlan
Mükafatları
1. "1941–1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı
2. "Qırmızı əmək bayrağı" ordeni
3. "Əmək veteranı" medalı
4. "Qızıl qələm" mükafatı
5. "Xalq maarifi əlaçısı" döş nişanı
6. "Qızıl oraq" mükafatı
7. "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı
8. "Oktyabr inqilabı" ordeni
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Yəhya Abbasov və Aylin Kərimli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir.
23 dekabr 1999-cu il tarixinən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir.
3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir.
1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.
ŞAGİRD:
Kǝrimli Aylin Ziya qızı 7 sentyabr 2012-ci il tarixindǝ Bakı şǝhǝrindǝ anadan olmuşdur.
İncəsənətə marağı olduğundan 2016-2019-cu illǝr arası rǝqs ilǝ mǝşğul olmuşdur.
2018-ci ildǝ Bakı şǝhǝri Binǝqǝdi rayonu Ə.Əlǝskǝrov adına 244 saylı tam orta mǝktǝbin I sinfinǝ daxil olmuşdur.
2022-ci ildǝ Quba şǝhǝri Hacıbaba Əliyev adına 1 saylı tam orta mǝktǝbdǝ tǝhsilini davam etdirmişdir.
2023-cü ildǝ 6 ay ǝrzindǝ rus dilinin sǝrbǝst şǝkildǝ danışığı vǝ qrammatikasını öyrəndiyi üçün diplom ilǝ tǝltif olunmuşdur.
2024-cü ildǝ 6-cı siniflǝr üzrǝ keçirilǝn monitorinqdǝ region üzrǝ yüksǝk nǝticǝ toplamışdır.
Hal-hazırda 244 saylı tam orta mǝktǝbin VII sinif şagirdidir.
ESSE:
Müasir dövrümüzün üstünlüklǝri vǝ fǝsadları
Mǝn bu gün sizǝ müasir dövrümüzün üstünlüklǝri vǝ fǝsadları haqqında esse tǝqdim edǝcǝyəm. Ümid edirǝm ki, bu barǝdǝ düşündüyüm fikirləri sizǝ aydın şǝkildǝ çatdıra bilǝrǝm. Gǝlin, ǝvvǝlcǝ dövrümüzün üstünlüklǝrindǝn bǝhs edǝk. Mǝnim fikrimcǝ, yaşadığımız zamanın ǝn üstün cǝhǝti insanların tǝhsilinin, elminin, biliyinin inkişaf etmǝsi üçün yaranan şǝraitdir. Şǝrait dedikdǝ nǝyi nǝzǝrdǝ tuturam? Əlbǝttǝ ki, bizǝ verilǝn sǝrbǝstliyi, oxumaq imkanlarını, bizǝ kömǝk olan kitabları vǝ ǝn önǝmlisi, süni intellekti nǝzǝrdǝ tuturam. Texnologiyanın sürǝtlǝ inkişafı ilǝ hǝyatımızın müxtǝlif sahǝlǝrindǝ yeniliklǝr müşahidǝ olunur. Bunların biri dǝ süni intellektin tǝhsilimizdǝ oynadığı roldur. İlk öncǝ süni intellektin ǝn gözǝl cǝhǝti budur ki, süni intellektin kömǝyi ilǝ fǝrdi şǝkildǝ öyrǝnmǝ imkanına sahib oluruq. Vǝ nǝzǝrǝ alsaq ki, bu imkanların bir çoxu bizim valideynlǝrimizin ǝlindǝ olmayıb, lakin buna baxmayaraq onlar bu şǝraiti bizǝ yaradıb.
Mǝnim fikrimcǝ, bu hökmlǝrdǝn sonra nǝticǝ çıxarmalıyıq ki, valideynlərimizin vǝ müǝllimlǝrimizin bizǝ yaratdıqları bu imkanlardan sǝmǝrǝli şǝkildǝ istifadǝ etmǝli vǝ onların ǝmǝyinin qarşılığını verib onları sevindirmǝliyik.
Növbǝti hissǝdǝ isǝ dövrümüzün fǝsadları haqqında danışacağıq.Tǝbii ki, ǝn başda bunlara iqlim dǝyişikliklǝri, biomüxtǝlifliyin mǝhvi, torpaq su vǝ hava çirkliliyinin artması, torpaq eroziyası vǝ canlıların mǝhvi daxildir.
Bǝşǝr inkişaf etdikcǝ, oksigen ehtiyatımız azalmağa başlayır. Lakin tǝǝssüflǝr olsun ki, karbon qazı isǝ çoxalmağa doğru gedir. Milyonlarla avtomobillǝrdǝn çıxan zəhərli qazlar qazanxanalardan, zavod-fabriklǝrdǝn çıxan zǝrǝrli maddǝlǝr bu fǝsadlara sǝbǝb olan ǝsas amillǝrdǝndir. Dizel daxiliyanma mühǝrrikini ixtira edǝrkǝn, gǝlǝcǝk ekoloji pozğunluğun bünövrǝsi qoyulmuşdur. Bu proseslǝrin ǝksǝrinin tǝmǝli 20-ci ǝsrdǝn qoyulmağa başlamışdır. Ekoloji vǝziyyǝtin dözülmǝz hala gǝlmǝsi, ozon qatının mǝhvi vǝ oksigen qazının çox-çox azalması zǝncirvarı olaraq digǝr fǝsadlar törǝdǝcǝkdir.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Ağdam Teatrında Xocalıya həsr olunmuş tamaşa
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş Ağdam Dövlət Dram Teatrında nümayiş olunan tamaşa Nemət Tahirin “Gecə yarısı dönüş” əsəri əsasında hazırlanmışdır.
Tamaşanın quruluşçu rejissoru Kərim Həsənov, rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur.
Tamaşada rolları teatrın aktyorları Elmir Uğurlu, Nuranə Əliyeva, Elman Məhərov, gənc aktyorlarımız Zərifə Ağayeva və Rüstəm Məmmədov ifa ediblər.
Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında qalmalı olan bir tarixdir. Bu faciəni unutdurmamaq, gələcək nəsillərə ötürmək və ədalətin bərqərar olması üçün mədəniyyət və incəsənət böyük rol oynayır. Ağdam Dövlət Dram Teatrının təqdim etdiyi “Gecə yarısı dönüş” tamaşası da məhz bu missiyanı yerinə yetirərək, Xocalı faciəsinin ağrı-acısını bir daha cəmiyyətin diqqətinə çatdırdı.
Bu cür tamaşalar xalqımızın milli kimliyini və tarixi yaddaşını yaşatmağın ən təsirli yollarından biridir. Xocalı şəhidlərinin ruhu qarşısında baş əyərək, onların xatirəsini daim yaşadacağımızı bir daha sübut edən bu tamaşa gələcək illərdə də teatr səhnələrində öz layiqli yerini tapacaqdır.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
REDAKSİYANIN POÇTUNDAN – Fəxri Müslümün şeirləri
Hörmətli “Ədəbiyyat və incəsənət” portalının rəhbərliy!
Aşağıdakı şeirlərimi portalınızın səhifəsində görmək mənim üçün qürurverici olardı.
Hörmətlə: Fəxri Müslüm
Gözəldi
Ucalar arzular üzü göylərə,
Göylərin örpəyi, şalı gözəldi.
Zirvələr şahlığın baş tacı kmi,
Yaşıl yamacları, yalı gözəldi.
Bu yer də, bu göy də, iç-içə bağlı,
Ömür də, ya ruha, ya heçə bağlı,
Keçən karvanına, ya köçə bağlı,
Getdiyi cığırı, yolu gözəldi.
Üzü Tanrı dağa söz çiçək açar,
Köhnə ocaqlarda köz çiçək açar,
Könül qönçələnib gül-çiçək açar,
Elə, çeşid-çeşid xalı gözəldi.
Ömür dərviş ömrü, gün gəlib keçər,
Başından qədərsiz dən gəlib keçər,
Duman gəlib keçər, çən gəlib keçər,
Nə yaxşı, əhvalı, halı, gözəldi.
Leyləyi, Qu quşu gölə tələsər,
Dərə də, yazağzı selə tələsər,
Arı da çiçəyə, gülə tələsər,
Pətəkdə kəhraba balıgözəldi.
Ucalar arzular üzü göylərə,
Göylərin örpəyi, şalı gözəldi.
Zirvələr şahlığın baş tacı kmi,
Yaşıl yamacları, yalı gözəldi.
Damın kipriyiylə yaş məzələnir
Çox şükür şaxtana, qarına, Tanrım,
Ömür təzələnir, yaş təzələnir.
Sirri yaxasında lal olan dağda,
Ulu qayalarım, daş təzələnir.
Günüm-güzaranım içimdən keçir,
Min illik binəmdən, köçümdən keçir,
Nə yaxşı, sapsağlam seçimdən keçir,
Nə yaxşı, könlümüz, baş təzələnir.
Yollar da gözləri çəkib aparır,
Candan qəm, kədəri söküb aparır,
Qarın süfrəsinə büküb aparır,
Bayırda-bacada qış təzələnir.
Ağarır dünyanın qaranlıq üzü,
Bu yerin, torpağın şoranlıq üzü,
Qar üstə parlayır Ayı, ulduzu,
Sevgi mələyində qaş təsələnir.
Cəngi havası var havada bu gün,
Yatammır quşlar da yuvada bu gün,
Köz-közə qarışıb sobada bu gün,
Satılda, qazanda aştəzələnir.
Əsgərmi, zabitmi sınağa tutub,
Borannı alnına, yanağa tutub,
Kürkünü ağardıb yamağa tutub,
Ordum sayıq-sayıq, huş təzələnir.
Külək tütək çalır camdan aşağı
Şaxta da bərkiyib candan aşağı,
Sallanıb buzlar da damdan aşağı,
Damın kipriyiylə yaş məzələnir.
Çox şükür şaxtana, qarına, Tanrım,
Ömür təzələnir, yaş, təzələnir.
Sirri yaxasında lal olan dağda,
Ulu qayalarım, daştəzələnir.
Bu şaxta Bakının öz havasıdı
Bakının qışı da qəribə qışdı,
Bu qış, Gədəbəyin yaz havasıdı.
Atların örüşdə çölləmə vaxtı,
İlahi göylərin boz havasıdı.
Qar yağdı-yağmadı, çöl üzə gülər,
Tanrının küləyi, yel üzə gülər,
Yer-yurda hazırca, bel üzə gülər,
Şumun sığal üstə iz havasıdı.
Dağlar xoşallanar, yal xoşallanar,
Bizi gözləməkdən yol xoşallanar,
Buzov, Dana qıran gülxoşallanar,
Çillənin bahara naz havasıdı.
Bulaqları, sanki payız oxuyar,
Qıraq-bucağı da yarpız qoxuyar,
Salxım söyüd sayaq hər buz oxuyar,
Şeir havasıdı, söz havasıdı.
Baltanın kəsəri odunu tutmaz,
Yadı vurub Allah, adınıtutmaz,
Bu şaxta, dağların badını tutmaz,
Bu şaxta Bakının öz havasıdı.
Bakının qışı da qəribə qışdı,
Bu qış, Gədəbəyin yaz havasıdı.
Atların örüşdə çölləmə vaxtı,
İlahi göylərin boz havasıdı.
Dəfn edin
Ölərsəm, qibləm də, gündoğanadı,
Sol çiynim üstündə sola dəfn edin.
Günəşə, ya Aya üzüm yön alsın,
Al-əlvan yamaca, yala dəfn edin.
Ömür dərviş ömrü, bir bilən olsun,
Dərdimi Tanrıyla, ya bölən olsun,
Karvan da, ya gedən, ya gələn olsun,
Elə, yol ağzına, yola dəfn edin.
Bu qiblə ruhumu göyə daşıdı,
Şamanın duası,
Odu, ocağıyla, közlə yaxşıdı,
Ruhun da urvatı sazla yaxşıdı.
Sarı simlərinə, telə dəfn edin.
Dönsün Tanrı dağa, dönsün, azanı,
Ulusdan yaddaşa Tanrı yazanı,
“Dərvişi” çaldıqca Türkün ozanı,
İncə xallarına, xala dəfn edin.
Min ilin yükünü,
Kürəyə vermişəm, belə vermişəm,
Ömrümü, günümü,
Özüm ağlayıb da, özüm dərmişəm,
Taleyin atını kəsə, sürmüşəm,
Onun yalmanına, yala dəfn edin.
Şər-şəvə sevmədim, şəri sevmədim,
Kür-Arazı sevdim, kürü sevmədim,
Havası çatmayan yeri sevmədim,
Obaşın mehinə, yelə dəfn edin.
Könül xana-xana xanalanıbdı,
Quş da dəryasında sonalanıbdı,
Çırpına-çırpına,
Daha son sahilə qanad salıbdı,
Yovşanlı, yosunlu gülədəfn edin.
Ölərsəm, qibləm də gündoğanadı,
Sol çiynim üstündə sola dəfn edin.
Günəşə, ya Aya üzüm yön alsın,
Al-əlvan yamaca, yala dəfn edin.
Qarışıq
Bulud qat bağlayıb göyün üzündə,
Yerlə göy birləşib boran qarışıq,
Ağarıb dünyanın üzü də biraz,
Dağlı, daş kəskli, aran qarışıq.
Ağaclar şax durub üzü dumana,
Sanki meydan alıb üzü zamana,
Səsləyir ocaqlar ulu şamana,
Yaşıdım, sirdaşım, sıram qarışıq.
Havalar canımdan cin olub keçir,
Vaxt da irəlləyib ün olub keçir,
Ağarmış başımda dən olub keçir,
Ağrılı, acılı, yaram qarışıq.
Qumrunun, sərçənin səsi kəsilib,
Sanki civil-civil pəsi kəsilib,
Qapqara tüstünün hisi kəsilib,
Dam-daşı qarışıq, tavan qarışıq.
Bulaqlar ağzını açammır hələ,
Çaylar da sel olub qaçammır hələ,
Şahin gözə dəymir uçammır hələ,
Dolaşır kölgəm də, toran qarışıq.
Salavat alına, qaşa yeriyir,
Min illik yaddaşa, yaşa yeriyir,
Bərəkət torpağa, daşa yeriyir,
Min bir budaq olmuş Turan qarışıq.
Yaşa etibar yox dalanda, tində,
Səki də, sürüşkən, qar kündə-kündə,
Çəkilib Ay-ulduz, çəkilib Gün də,
Dərirəm gözümə qarmaqarışıq.
Bulud qat bağlayıb göyün üzündə,
Yerlə göy birləşib boran qarışıq,
Ağarıb dünyanın üzü də, biraz,
Dağlı, daş kəskli, aran qarışıq.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Səməd Vurğunun 100 illik yubileyində Xаlq yаzıçısı Anаrın çıxışı
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
XАLQ ŞАİRİ SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİ MÜNАSİBƏTİLƏQАZАXDА KEÇİRİLƏN ÜMUMXАLQ BАYRАMINDAN
Xаlq yаzıçısı Anаrın çıxışı:
– Əziz dostlаr, hörmətli xаnımlаr, əziz qаzаxlılаr və Azərbаycаnın bütün guşələrindən gəlmiş qonаqlаr və həttа qonşu, qаrdаş Gürcüstаndаn gəlmiş qonаqlаr! Səməd Vurğunun uzun illər rəhbərlik etdiyi yаzıçılаr təşkilаtı аdındаn sizi ürəkdən sаlаmlаyırаm. İyirmi il bundаn qаbаq Səməd Vurğunun 80 illiyi zаmаnı “Ulduz” jurnаlının bаş redаktoru olаn əziz və unudulmаz dostum Yusif Səmədoğlu mənim Səməd Vurğun hаqqındа “Ulduz” jurnаlındа bir məqаləmi dərc etdi. Məqаləmin аdı “Vurğunluq” idi. Səməd Vurğunun təxəllüsündə olаn vurğun sözü yаlnız sevgi, məhəbbət, bir qаdınа, bir qızа olаn vurğunluq deyil, bu, xаlqа olаn vurğunluqdur, həyаtа olаn vurğunluqdur. Səməd Vurğun həyаtsevən insаn idi. Səməd Vurğun həyаtın bütün gözəlliklərinə vurğun bir insаn idi. Bu millətə, bu xаlqа ömrü boyu fədаkаr xidmət eləmiş bir insаn idi.
Səməd Vurğun Azərbаycаn ədəbiyyаtındа, Azərbаycаn şeirində, Azərbаycаn mənəviyyаtındа misilsiz xidmətləri olаn böyük sənətkаrdır. Mən çox şаdаm ki, bu gün onun doğulduğu, boyа-bаşа çаtdığı torpаqdаyаm. Bu torpаğа səcdə edirəm və аrzu edərdim ki, Azərbаycаnın bütün rаyonlаrı bu cəhətdən Qаzаxdаn nümunə götürsünlər. Mən Qаzаxdа çoxdаn olmаmışdım. İndi gördüm ki, görülən işlər, elm аdаmlаrınа, sənət аdаmlаrınа qoyulmuş heykəllər –bunlаr hаmısı yüksək səviyyədən, yüksək intellektdən xəbər verir. Çox şаdаm ki, bizim gənc Prezidentimiz İlhаm Əliyev bu tаpşırığı dа verib ki, Səməd Vurğun Poeziyа evi dаhа dа аbаdlаşsın və bu gün biz o evi yüksək səviyyədə аbаdlаşmış gördük. Səməd Vurğunun xаtirəsinə töhfə onа həsr edilmiş tədbirlərin keçirilməsidir və bu tədbirlər Azərbаycаnın bir çox rаyonlаrındа keçirilir və keçiriləcəkdir. Mən təşəbbüs irəli sürmüşəm ki, Moskvаdа da belə bir tədbir keçirilsin. Yəni yubileyi Səməd Vurğunun аdı tаnınаn bir çox ölkələrdə qeyd olunsun.
Səməd Vurğunun xаtirəsini yаd etmək, onun hаqqındа şeirlər yаzmаq və s. Həmçinin hаqqındа televiziyа verilişlərinin verilməsi, mənim fikrimcə, Səməd Vurğunun xаtirəsinə böyük hörmətdir. Amma mən bu gün icrа bаşçısındаn soruşаndа bildirdi ki, bu gün Qаzаxın bütün kəndləri elektrikləşib və bu ilin аxırınаdək bütün kəndlər də qаzlа təmin olunаcаq. Mənə elə gəlir ki, Səməd Vurğunun ruhunu ən çox bu, şаd edər. Böyük şаirimizə eşq olsun!
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
“Ən çox soyuqdan və qandan qorxuram” - MÜSAHİBƏ
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəcənət” portalının Sumqayıt təmsilçisi
Ənənəvi sualları verməməyi bizdən xahiş edən müsahibim qələm dostlarının cəsarətli yazıçı kimi tanıdığı Almaz Ərgünəş Bəyaziddir.
- Almaz xanım, həqiqəti bu qədər cəsarətlə söyləməyi kimdən öyrənmisiniz?
- Oxuduğum əsərlərin qəhrəmanlarından.
- Dönə-dönə oxuduğunuz əsər varmı?
- Dünya ədəbiyyatını təkrarən oxuyuram. H.Cavidi ruhən özümə yaxın bildiyimdən tez-tez onunla “dərdləşirəm”.
- Hiss olunur ki, qələm dostlarınızın sizə xüsusi bir sevgisi var. Bunun sirri nədədir?
- Olduğum kimi görünməyimdə.
- Sizə əzab verən nədir?
- İnsanların görünməyən tərəflərini görünən tərəflərindən daha aydın görməyim.
- Nədən zövq alırsınız?
- Uzun-uzadı növbələrdə dayanaraq insanları müşahidə etməkdən, gecələr yol getməkdən, xəstəyə qulluq göstərməkdən, qəfl qonaq getməkdən və.s
- Özünüzü ən yaxın dost kimi hesab edirsiniz?
- Özümü. Amma çox istərdim məni mənimtək duyan fədakar bir dostum olsun.
- Nə vaxtdan yazırsınız?
- Özümün çoxlarından fərqli taleyimlə tanış olandan bəri.
- Həyatınızda xoş təsadüflər çoxmu olub?
- Elə bil həyatım başdan-ayağa təsadüflər üzərində qurulub.
- Ötənləri bir də yaşamaq istərdinizmi?
- Gələnləri yaşamaq dərdi məni götürüb. Onda qala, ötənləri yenidən yaşamaq... Mən heç vaxt heç nə üçün təəssüflənmirəm.
- Ən çox nədən qorxursunuz?
- Soyuqdan və qandan. Laqeydlikdən və anlanılmamaqdan.
- Səfərə çıxmağı xoşlayırsınız?
- Xeyr. Amma içimdə xoş bir səfər arzusu var. Zülmət gecədə uzaqdan görünən işığa tərəf getmək, elə hey getmək. Lakin ona çatmamaq arzusu.
- Bəs niyə çatmamaq?
- Elə həyatın sirri bunda, yaşamaq duyğusu da bu sirdədir.
- Özünüzü yazıçı hesab edirsinizmi?
- Mən illiyimə kimi yazıçı olduğumu hiss edirəm.
- Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz qəhrəman kimdir?
- Cahandar ağa.
- Ətrafınızda elə bir insan varmı ki, siz onun simasında bu dövrün Cahandar ağasını yaradasınız?
- Var.
- Şeir yazırsınız heç?
- Beş-altı şeirim var.
- Bəlkə sonluğu şeirlə bitirək?
- Buyurun!
Mən yolun sonunda,
sən əvvəlində.
Qayıdıb mən sənə
çata bilsəydim;
Yüyürüb sən mənə
çata bilsəydin;
Yəqin görüşərdik
yol ayrıcında.
Öldümmü
vay-şivən qoparıb
dəng etməyin
dinc ruhumu
Qəbrim üstə
əlçim boyda başdaşıma
nə ad qoyun, nə də tarix,
Qoy ötənlər bircə
bunu oxusunlar:
Nə yaşadı
Nə də öldü!
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və ya Bayram bəyin Qarabulağa gəlməsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İndi sizə Kamırxan qarıdan danışım. Qarabağda bir adamın yaşlılığını bildirmək istəyəndə deyərdilər ki, "filankəs Nadiri taxtda görüb". Lakin Kamırxan qarı həqiqətən də Nadiri görmüşdü.
Deməli, o nişanlı olanda Nadir şah Qarabağa qoşun çəkib, insanları qılıncdan keçirir. Onlar da əşyalarını yığıb Ərgünəş meşəsinə qaçırlar. Kamırxan qarının neçə qızı, oğlu olur.
İndi isə sizə onun Xəlsə adlı qızından söz açım. O, Ağa Məhəmməd Əfəndi ilə evlənir. 4 oğlu və 1 qızı olur. Uşaqlar körpə ikən yoldaşı vəfat edir. Kürdobalı Səkinə, Alyanlı Xanım kimi o da dünyanın zövq-səfasından əl çəkir və övladlarını böyüdür.
Onun haqqında "sağ olsun, kişi qızıymış" deyirdilər. Ortancıl oğlu zirək və çox fərasətli oğlan idi. Əmisi onu rus-tatar məktəbinə qoyur. Abdulla böyük bacısı Şirinin əri Əbdüləzinin açdığı mağazada işləməyə başlayır. Rus dilini bildiyi üçün Moskva, Xarkov kimi şəhərlərdən mal almağa onu göndərirdi. Çox cavan olsa da məharətlə görürdü işləri. Elə oldu ki, 3-4 il sonra yeznəsinə şərik çıxdı. Sonra isə ayrılıb özünə o cür mağaza açdı, az zamanda yeznəsini sıxışdırıb bazardan çıxardı.
Deməli bu olanlar Qarabulaq kəndində baş verirdi. Söhbəti fırlayaq Bayram bəyə.
Yadınızdadırsa, bundan öncəki yazıda sizə Kürdobalı Səkinənin oğlu Bayram bəy ilə Alyanlı kəndindən olan Xanımın qızı Fatmanın ailə qurmasından bəhs etmişdim.
Bir müddət Şuşada işlədikdən sonra Bayram bəyi Qarabulaq kəndinə pristav təyin etdilər. Oğlu Nurunu gimnaziyaya qoyub, qızı ilə xanımını da götürüb gəldi Qarabulağa. Çox çəkmədi ki Bayram bəyin izzəti hörməti lap naçalnikdən də çox oldu. Qəzaya Volkov adlı təzə naçalnik gəlmişdi. Görəndə ki hər kəsin işi Bayram bəylədi, onu sayan yoxdu, başladı bəyi burunlamağa. Bu xəbər də qaçaq Nəbi kimi dillərə dastan olan qaçaq Süleymana çatdı. Deməli, naçalnik xanımı ilə söhbət edəndə qapı taybatay açıldı. Süleyman əlində onatılan girdi içəri. Xanım qışqırdı, onatılanı qobura qoyub Süleyman - "qorxma, xanım, biz adamyeyen deyilik" - dedi. Qadın deyilənləri başa düşməsə də gələnin tapançanı qobura qoyması onu sakitləşdirdi.
Bu dəfə müraciəti naçalnikə oldu. Belə desək, bir növ qulaqburması etdi. "Qospadin komandir, əgər bu mahaldan sağ -salamat getmək istəyirsənsə, Kürdobalı Bayram bəylə işin olmasın!".
"Yaxşı" cavabını aldıqdan sonra bir daha təkrarladı - "Komandir, dediklərimi yaddan çıxarsan, yaxşı olmayacaq". Və arvadına müraciət ilə "Bağışla, xanım" deyib qapıdan çıxdı. Bu əhvalatdan sonra isə naçalnikin yanında Bayram bəyin bir sözü iki olmadı.
İlyas Əfəndiyev, “Geriyə baxma, qoca” romanı.
Xoş oxumalar.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
“Ağrım müğənnidir, yaram şairdir” – HAFİZ HACXALILIN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Hafiz Hacxalılın şeirləri təqdim ediləcək.
Hafizin şeirləri fərqlidir, oxunaqlıdır, həm də düşündürücüdür. Təqdim etdiyi lirik etüdlər sanki tamaşa edirmişsən kimi canlıdır. Onun bir cümləlik şeirləri isə bir poetik yenilikdir.
Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.
***
İlahi, bu adamlar
Çətin insan olalar.
***
Bu nə nəfəs, bu nə səsdi,
Dinləyin, Qədir oxuyur.
Oxumur ki, inildəyir,
Bağrını didir, oxuyur.
Ürək yara, can yarımcan,
Sona yetər həsrət haçan?
Xəyalında Şuşayacan,
Ağdama gedir, oxuyur.
Düşünərək sonumuzu,
Sağımızı, solumuzu,
Qardaş, ölən ruhumuzu
Bu səs dirildir, oxuyur.
Göydə uçan quşları da,
Gözümüzdə yaşları da.
Biz ürəyi daşları da
Bu səs əridir, oxuyur.
***
Bir ürək nəğməsi, bir könül şeiri,
Bir qaya üstündə bitən gül şeiri,
Şəhid məzarına qərənfil şeiri
Yaza bilmirəmsə, haram şairdi?..
Ömür bir əsimlik ötəri yeldi,
Ürək bənd uçuran bir dəli seldi,
Dərdim telli sazda “Baş sarıtel”di,
Ağrım müğənnidir, yaram şairdir.
BƏNÖVŞƏ
Yerindən, yurdundan oynatdım səni,
Gətirib dibçəyə əkdim, bənövşə.
Bir də boynun bükük qalmasın deyə,
Mən özüm nazını çəkdim, bənövşə.
Bir anlıq sevincə qaldım tamarzı,
Kədərsiz dinmədi könlümün sazı,
Sən yazı gözlədin, mən də o qızı,
Gözümü yollara dikdim, bənövşə.
Əsl aşiq olan haqdan dərd dilər,
Yeriməz, yüyürməz yükü dərdli nər,
Bizə bənzəyirmiş bütün dərdlilər,
Çökdükcə içimə çökdüm, bənövşə.
Dost gülsün, düşmənlər gülməsin deyib,
Güldüm gülüşümdə qəmi gizləyib,
Sevgimin, sevdamın gözünü, heyif,
Özüm öz əlimlə tökdüm, bənövşə.
Of, getdi gəncliyim hara, bilmədim,
Bu dərdlərdən can qurtara bilmədim,
Özümə bir yuva qura bilmədim,
Özgəyə min yuva tikdim, bənövşə.
***
Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur.
***
Allah, sən qara qızları
Ağlara möhtac eyləmə.
***
Bəxtə düşən günə ömürdən demə,
Üzərlik nəfəslim, mənim qar ağım.
Sənsiz gecələrin mürəkkəbinə
Batıb qaralanır ömür varağım.
BİR QIZIN DEDİKLƏRİ
Saç ürəkdən su içirmiş,
Gözəl dedin, zalım qızı.
Bəlkə, elə ona görə
İllərdir ki, unutmadım
Uzun saçı ürəyindən
Su içən bir vəfasızı.
***
Səndən gələn dərdə şükür deyirəm,
Ürəyim bu dərdi çəkir, deyirəm,
Hər gün gözlərimə əklil deyirəm,
Gətirib qoyuram sən gələn yola.
***
Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.
ALÇA AĞACINA
Qışdan sağ çıxıbsan, alça ağacı,
Mübarək bu yaşıl yarpaqların da!
Dünyanın ağrısı asılıb sanki
Hələ bərkiməyən budaqlarında.
Bu nədir, üzündə bıçaq yeri var?
Gözlərin min yerdən ağlayır sənin.
Körpə budağını qıran uşaqlar
Bilmir ki, ürəyin ağrıyır sənin?
Səni bura əkən ölübmü, sağmı?
Hər iki dünyada rəhmət qazanıb.
Ötən günlərini qaytaracaqmı
Dünyanın qaynayan zaman qazanı?
Nə vaxt çiçəklərin çevrilər bara?
Torpaqdan güc alıb böyü, ağacım.
Sən ümid eyləmə bu adamlara,
Yıxılıb dünyanın evi, ağacım.
Həyat əkir bizi dən-dən torpağa,
Kasıbı, varlısı çoxdu, inanın.
Anamız torpağa, Vətən torpağa,
Sizdən vəfalısı yoxdu, inanın.
DAĞLAR
Sizə gələn bu yolları
Yağı kəsib, yağı, dağlar.
Gözlərimdə yaşa dönüb
Ürəyimin yağı, dağlar.
Qatlanıbdı nər dizlərin,
Qan göyərdir gül düzlərin,
Gəl-gəl deyir nərgizlərin,
Gələmmirəm axı, dağlar.
Öldürəcək xiffət məni,
Əridibdi bu dərd məni.
İllərdir ki, həsrət məni
Hey yandırıb-yaxır, dağlar.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
PORTAL AKADEMİYASINDA - Hansı şərtlər daxilində fəaliyyət faydalı olar?
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Bu şərtlər daxilində fəaliyyət faydalı olar:
- Şəxsi və professional keyfiyyətlər texniki və maliyyə köməyi göstərmək imkanı ilə yanaşı partnyorluğun müvəffəqiyyətini müəyyən edir.
- Öz işçilərinizi diqqət və səylə toplayın. İşə götürməzdən qabaq onlardan məhz nə gözlədiyinizi müəyyən edin. Sizə öyrənməyi bacaran, öz səlahiyyətləri çərçivəsində müxtəlif tapşırıqları yerinə yetirə bilən işçilər lazımdır.
- Əməkhaqqının səviyyəsi vəzifənin vaciblik dərəcəsi və əmək təcrübəsinin qiymətləndirmə kriteriyalarından istifadə etməklə müəyyən edilir.
Əksər vəzifə və məşğulluq tipləri üçün qanun tərəfindən təyin edilmiş minimal əməkhaqqı dərəcəsi olduğundan, əmək haqqının real həcmi sizin məramlarınızla işçinin gözlədikləri arasında orta qiymətə bərabər olmalıdır.
- İşçilərdən gələn qarət və israfçılıq təhlükçəsi ən müvəffəq biznesi belə dağıda bilər. Onun qabağını almaq üçün siz etibarlı fiziki mühafizə sistemi qurmalısınız. Necə olursa olsun, işəgötürmə zamanı işçilərin ətraflı, diqqətlə öyrənilməsi cinayətlərdən qorunmaq üçün ən yaxşı təminatdır.
- İstehsalat binaları və avadanlıqla bağlı hər şey müəyyən edildikdən sonra siz ən azı bir il müddətinə əməliyyat xərclərinizin ödənilməsi üçün kifayət qədər pul vəsaitinizin olması barədə əsaslı şəkildə düşünməlisiniz.
Biznesdə uğursuzluğun əsas səbəblərindən biri start kapitalının kifayət qədər olmamasıdır. Odur ki, biznesin həyata keçirilməsi prosesi ərzində maliyyə tələbatını qiymətləndirmək üçün siz partnyorlarınızla birgə hesablamalar üzərində diqqətlə işləməlisiniz.
- Öz şəxsi vəsaitlərinizin cəlb olunması çox zaman sizin biznesinizin maliyyələşdirilməsində ilk addımdır. Faktiki olaraq, bu sizin öz şəxsi işinizə nə dərəcədə ciddi yanaşdığınızı göstərir. Sizin öz şəxsi pullarınızla riskə getməyiniz digərlərini də sizin biznesə isvestisiyalar qoymağın məqsədəuyğun olmasına əmin edir. Şübhəsiz, əsas maliyyələşdirmə mənbələri isə banklardır. Digər maliyyələşdirmə mənbələri – kommersiya-maliyyə kompaniyaları, regional inkişaf proqramlarını təmin edən kompaniyalar, sığota kompaniyalarıdır. Əmtəə krediti, qiymətli kağızların emissiyası, lizinq isə borc vəsaitinin cəlbedilmə variantlarıdır.
- Kredit almaq üçün öncə özünüzə üç sual verməlisiniz: «Kreditdən necə istifadə edəcəksiniz?», «Hansı həcm borc vəsaitinə sizin həqiqətən ehtiyacınız var», «Krediti necə qaytaracaqsınız?».
- Unutmayın, marketinq sizin biznesin ən vacib təşkilatlanma alətidir. Marketinqin dörd əsas aspekti mövcuddur:
- məhsul: satdığınız əmtəə və ya xidmət;
- qiymət: öz əmtəəniz və ya xidmətiniz müqabilində aldığınız pul;
- irəliləmə: sizin bazarda özünüzü təqdim etdiyiniz üsullar – siz kimsiniz, nəçisiniz və haradasınız;
- təminat: sizin malı istehlakçıya çatdıran kanallar.
Aydındır ki, marketinq sadəcə reklam və satışdan başqa digər xeyli şeyi əhatə edir. Məsələn, marketinqin əsas hissəsinə sizin müştərilərin öyrənilməsi prosesi daxildir.
Onlar nə istəyirlər?
Onlar özlərinə nəyi rəva görə bilərlər?
Onlar nə düşünürlər?
Sizin sualları anlamaq və formalaşdırmaq qabiliyyətiniz və həmin sualların cavablarını təcrübədə tətbiq etməyiniz biznesdə uğlur qazanmağınızda başlıca rol oynayır.
- Bazar payının və bazar potensialının müəyyən edilmə prinsipləri də çox vacibdir. İlk olaraq öz istekhlakçınızı (kim) və bazarın həcmini (nə qədər) müəyyən edin. Bu, bazarın ümumi potensialıdır. Rəqiblərinizin sayı və gücünü bildikdə və onlardan ala biləcəyiniz bazar payını qiymətləndirdikdən sonra siz konkret olaraq öz müəssisəniz üçün bazar potensialını almış olacaqsınız.
- Sizin biznesin artım templəri sizin reklam kampaniyasını nə dərəcədə yaxşı planlaşdırıb həyata keçirmənizdən asılıdır. Bu, sizin kampaniyanın imicini formalaşdıran əsas faktorlardan olduğundan, reklam kampaniyası yaxşı planlaşdırılmalı və maliyyə resursları ilə təmin edilməlidir. Sizə effektiv reklam strategiyasının işlənib hazırlanmasında kömək edəcək yerli reklam agentliyini dərhal müəyyənləşdirməli və onunla əlaqəyə girməlisiniz.
- Biznesin həyata keçirilməsi üçün yer seçiminə sərf etdiyiniz vaxt və səylər sizin işinizin uğur və ya iflasını birbaşa təmin etmiş ola bilər. Biznesin həyata keçirilmə yerini seçərkən siz sahənin xüsusiyyətləri, potensial bazar, əlçatan işçi qüvvəsi, rəqiblərin sayı və gücü kimi amilləri nəzərə almalısınız.
Biz bəzi şərtlərə baxdıq. Artıq siz müstəqil hazırlığı bitirmisiniz, biznes-planı işləyib hazırlamısınız, harada (hansı sahədə) işləyəcəyinizi bilirsiniz, nə qədər pul lazım olacağını hesablamısınız, siz öz işçiləriniz, tədarükçüləriniz və bazar imkanlarınız haqqında zəruri informasiyaya maliksiniz. Planlarınızın mütləq obyektiv kənar qiymətə ehtiyacı var. Kənar obyektiv qiymətləndirmə üçün regionunzdakı ekspertlərlə əlaqəyə girin. Qərarınızda əmin olduqdan sonra işə başlayın. Uğur mütləq sizi tapacaq!
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)
Oğuz rayon tarix-diyarşünaslıq muzeyi Xocalı məktəbində tədbir keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyi rayon ərazisində fəaliyyət göstərən Xocalı rayonun Garagav kənd orta məktəbində “Xocalı fəryadı” adlı ədəbi-bədii gecə keçirib.
İlk olaraq Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib,“Xocalı harayı” adlı film nümayiş olunub.
Daha sonra muzeyin əməkdaşı Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu, Xocalı təkcə hüzn deyil, eyni zamanda,bir millətin əyilməz ruhunun sarsılmaz iradəsinin simvolu olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində məktəblilərin Xocalı faciəsinə həsr olunmuş kompozisiyası təqdim edilib, video-sujetlər nümayiş olunub.
Sonda şagirdlərin Xocalı həqiqətlərini əks etdirən rəsmlərindən ibarət sərgiyə kollektiv baxış keçirilib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)