Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.

 

Mərcan Mənafzadə

Təbriz

 

EY MAVİLİYİM

 

Səndən gəlir ağrılarım

Günəş damlalanır səsindən

İşıqlar çələngi

Ağacların

İsti gülüşüdür səsin

Polislərin qalabalığı

Yaşıl sətirlərin sözcüyüdür səsin.

 

Ah... Səni hardan alım?!

Şirin yuxu kimisən

Əmlik quzu kimisən.

 

Söylə...

Neçə göz yaşı bitir gözlərində

Neçə?

Neçə?

Neçə?

Əllərin məhşər saatımdı

Qiyamətimdi... Ey maviliyim...

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

Четверг, 27 Февраль 2025 10:31

XOCALIYA ƏDALƏT! - Eskişehirdə anım konfransı keçirildi

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “Xocalı Soyqırımı: Unutmadıq, Unutmayacağıq!” adlı anım konfransı geniş iştirakla keçirildi. Tədbirdə, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı Soyqırımı zamanı həyatını itirənlər yad edilərək beynəlxalq ictimaiyyətə “Xocalıya Ədalət!” çağırışı edildi.

 

“Ədəbiyyat və incəsənət” portalına Eskişehir Azərbaycanlılar Dərnəyindən verilən məlumata görə, konfrans Anadolu Universiteti Jurnalistika ixtisası tələbəsi Nərmin Qasımzadənin aparıcılığı ilə baş tutdu. Tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut, ardından Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı. Açılış nitqini Eskişehir Azərbaycanlılar Dərnəyi sədr müavini Sirac Yaquboğlu etdi. Yaquboğlu, Xocalı Soyqırımının təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yarası olduğunu vurğulayaraq, ədalət mübarizəsinin davam etdiyini qeyd etdi.

Yaquboğlunun çıxışından sonra Barama Production və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə hazırladığı Xocalı Soyqırımına həsr olunmuş xüsusi video tamaşaçılara nümayiş etdirildi. Video, Xocalıda baş verən insanlıq faciəsini və Azərbaycan xalqının ədalət uğrunda mübarizəsini əks etdirdi.

Daha sonra söz alan Eskişehir Türk Ocağının sədri Prof. Dr. Nedim Ünal, Xocalı Soyqırımının tarixi çərçivədə qiymətləndirilməsinin əhəmiyyətindən danışaraq, Türk dünyasının birliyinin vacibliyini vurğuladı. O, tarixdən dərs çıxarmağın zəruriliyini ifadə edərək, “Dünən baş verənləri unutsanız, tarix sizi bağışlamaz.” sözləri ilə iştirakçılara tarixi unutmağın təhlükələri barədə çağırış etdi.

Konfransın əsas məruzəçisi Beynəlxalq Münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu, Xocalıda baş verənlərin beynəlxalq hüquq çərçivəsində soyqırım kimi tanınmasının vacibliyini qeyd edərək, cinayətkarların məsuliyyətə cəlb olunmasının əhəmiyyətini vurğuladı. O, eyni zamanda, Qarabağın 2020-ci ildə işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini qeyd edərək, bu prosesin siyasi və diplomatik nəticələrindən danışdı.

Konfransın bağlanış nitqini Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri, Uzman Əczaçı Cavid Aydın etdi. Cavid Aydın, Xocalı Soyqırımının unudulmamasının və bu cür tədbirlərin gənc nəsillərə tarixi doğru çatdırmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. O, çıxışının sonunda “Soyqırımı unutmayın! Çünki unudulan hər soyqırım təkrarlanır.” sözləri ilə Aliya İzzetbeqoviçin fikrini xatırladaraq, ədalət axtarışının davam etdirilməsinin vacibliyini qeyd etdi.

Çıxışından sonra, konfransın məruzəçisi Mehmet Gökhan Özçubukçuya proqramın xatirəsinə plaket təqdim edildi.

 

Tədbir, şəhidlərə ehtiramın və ədalət axtarışının bir daha vurğulanması ilə başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan diaspor təşkilatları hər il ABŞ-nin nüfuzlu universitetlərində Xocalı soyqırımı və bu qətliamın acı nəticələri barədə konfranslar təşkil edir. Həmin görüşlər, elmi müzakirələr Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanınması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm bir addımdır.

 

Belə konfranslardan biri də ABŞ-nin İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransıdır ki, orada xarici jurnalistlər, siyasi şərhçilər, tarixçilər iştirak edib. Diasporla iş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaradıb konfransın işi ilə maraqlandıq. Kimlər şıxış ediblər, nə danışıblar?

 

KALVİN DARK, ABŞ

Amerikalı jurnalist, siyasi şərhçi Kalvin Dark çıxışında bildirib ki: “Mən Azərbaycan və Ermənistan arasındakı uzunmüddətli münaqişə barədə 2023-cü ildə Qarabağa səfərim zamanı öyrəndim. Azərbaycanda olduğum müddətdə münaqişə, yerlə bir olmuş yaşayış məntəqələri və aparılan yenidənqurma işləri ilə tanış oldum. Məni ən çox təsirləndirən məqamlardan biri isə fiziki dağıntılarla yanaşı, psixoloji, mental və emosional yaraların sağalmasının daha uzun çəkməsidir. Buna görə də, bu istiqamətdə aparılan işlər və insanların prosesə verdiyi töhfə çox vacibdir”.

FABİANA CEYHAN, BRAZİLİYA

Qarabağ məsələsinin özü üçün bir həyat missiyasına çevrildiyini deyən braziliyalı jurnalist Fabiana Ceyhan işğaldan azad olunmuş rayonlara üç jurnalistdən ibarət qrupla getdiyini deyib: “Ərazidə çoxlu minalar olduğu üçün bu, müəyyən qədər riskli idi. O vaxt nə hava limanı, nə də nəqliyyat infrastrukturu mövcud idi, lakin biz öz gözlərimizlə görmək üçün risk etdik. O andan etibarən Qarabağ məsələsi mənim üçün bir həyat missiyasına çevrildi, çünki tarixi və coğrafi baxımdan Qarabağın Azərbaycana məxsus olduğunu gördük. Bu gün Xocalının səsi olmaq üçün buradayam. Xocalıda baş verən vəhşiliklər barədə öyrənəndə dərin sarsıntı keçirdim. Xocalı kiçik bir şəhər idi, orada hərbi qüvvələr yox idi. Ermənistanın günahsız insanlara hücumu heç nə ilə əsaslandırıla bilməz. Bu faciə unudulmamalıdır ki, bir daha təkrarlanmasın. Biz hamımız insanıq və Xocalı üçün sülh və ədalət naminə birləşməliyik”.

MALİK AYUB SUMBAL, MİSİR

“Tovuzdan Qarabağa” kitabının müəllifi, beynəlxalq jurnalist və analitik Malik Ayub Sumbal Xocalı hadisələrinə öz yaradıcılığında xüsusi yer ayırdığını vurğulayaraq qeyd edib ki, Xocalı soyqırımı beynəlxalq media tərəfindən qeydə alınmış ən dəhşətli qətliamlardan biridir: “Kitabımda Ermənistanın işğal siyasəti və Xocalı faciəsini geniş təhlil etmişəm. Bu, Qarabağ müharibəsindən sonra yayımlanan ilk dərin analizdir. Xocalıya ayrıca bir fəsil həsr etmişəm, çünki bu, nifrət zəminində törədilmiş kütləvi qətldir. Günahsız insanların qətli cəzasız qala bilməz, cinayətkarlar beynəlxalq hüquq çərçivəsində cavab verməlidir. Xocalı faciəsi etnik təmizləmənin ən dəhşətli nümunələrindən biridir. 600-dən çox insan, o cümlədən qadın və uşaqlar bir gecədə qətlə yetirildi. Bir çox beynəlxalq təşkilatlar bunu pisləyib və ədalət tələb edir. Azərbaycan xalqı isə hər il bu faciəni anaraq günahsız qurbanların xatirəsini yaşadır”.

STEFAN BRUKS, ABŞ

ABŞ-nin Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks çıxış edərək Xocalı həqiqətlərinin heç zaman unudulmamalı olduğunu vurğulayıb: “Xocalı Soyqırımı barədə oxuyanda dəhşətə gəldim. Ən böyük ironiya isə Ermənistanın bunu inkar etməsidir. Xocalı faciəsi müasir dünyanın ən böyük vəhşiliklərindən biridir. Burada məqsəd yalnız düşməni məğlub etmək deyil, onu tamamilə məhv etmək olub. Mülki əhalini hədəf almaq müharibə cinayətidir və bu faciə heç vaxt unudulmamalıdır. Əgər bu faciə erməni xalqının başına gəlsəydi, onlar susmazdılar. Burada əsas problem insanlıq, mərhəmət və anlayış çatışmazlığıdır”.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan diaspor təşkilatları bu günə qədər Xocalı soyqırımının tanıdılması istiqamətində onlarla ölkənin nüfuzlu ali məktəblərində, elmi mərkəzlərində Azərbaycanla bağlı konfranslar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

Четверг, 27 Февраль 2025 09:00

ELEGİYA - Məktəbdə ona "Eynşteyn" deyirdilər...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Şux qaməti, sərt baxışları ona xüsusi yaraşıq verirdi. Sədaqətli dost, etibarlı yoldaş idi. Təmtərağı xoşlamasa da, ləzzətli yeməklərdən zövq alırdı. Elə ona görə də yeyib-içməyi xoşlayırdı. Haradan eşitdiyimi unutmuşam- “Yeyib-içən adam heç vaxt yaman olmayır...” El dilində söylənən bu kəlmələr ona da yapışırdı...

 

1954-cü ildə Qubanın ucqar dağ kəndlərindən biri- İspikdə dünyaya gəlmişdi. Qayğısız uşaqlıq illərini, yeniyetmə çağlarını həmin kənddə keçirmişdi. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub, beş il indiki Bakı Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil almışdı. On iki il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant, kiçik elmi işçi, baş elmi işçi kimi müxtəlif vəzifələrində çalışmışdı. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, dosent, professor kimi fəaliyyət göstərmişdi. 2007-ci ildə yenidən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dönərək, 2013-cü ilədək orada "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində baş elmi işçi vəzifələrində işləmişdi. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və dillər" kafedrasının professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirmişdi. 2016-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. 24 fevral 2025-ci ildə haqqa qovuşub...

 

Elmi xidmətlərinə görə akademik Yusif Məmmədəliyev mükafatının laureatı adına layiq görülüb. 2010-cu ildə isə müəlliflərindən biri olduğu "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb...

 

1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnmişdi. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqına, sonradan Azərbaycan Yazıçılar Birliyinə üzv kimi qəbul olunmuşdu...

 

Deyirdi ki,- “Nəslimiz yeyib-içən, şən, davakar nəsil idi. Dalaşmağa adam tapmayanda, adi bir şeyi bəhanə edib bir-birlərini döyürdülər. Bir neçə saatdan sonra ağız-burunlarının qanını yuyur, bir süfrədə çörək yeyirdilər. Dalaşanda onları heç kim ayırmırdı. Çünki ayıranda daha çox qızışırdılar”...

 

Həyəcan hissi ona yad idi. Nə qədər çətin vəziyyətə düşsə də çöhrəsindəki təbəssümü qoruyub saxlaya bilirdi. Güclü təxəyyülü vardı. Böyük ürəkli, zəngin ideyalarla dolu insandı. Maraq dünyası çox geniş idi. Bəzən ona elə gəlirdi ki, yetkin təfəkkür hər kəsə məxsusdur, elə ona görə də hamıya yüksək qiymət verib, sayğıyla yanaşırdı. Daima yeni-yeni insanlarla görüşə can atırdı. Səyahət etməyi xoşlayırdı. Romantikası çox güclüydü, dünyanı gəzib görmək arzusu heç zaman onu tərk etmirdi...

Orta məktəbdə oxuyanda çox savadlı olduğundan ona "Eynşteyn” deyirdilər, amma əsl adı Nizaməddin, soyadı Şəmsizadə idi...

 Allah rəhmət etsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

Kirpinin Eleştiri İğneleri: Refik Halit Karay

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birlikdə Türk Mədəniyyəti Ünlüləri layihəsində bu gün sizlərə Azərbaycan dilində  və Türkiyə türkcəsində Türkiyə yazarı Refik Həlit Qaray təqdim ediləcək.

 

Refik Həlit Qaray (14 Mart 1888 – 18 İyul 1965), yumoru, həcvləri, realist hekayələri və sosial tənqid sahəsində verdiyi əsərlərlə həm dövrünün siyasi atmosferinə işıq tutmuş, həm də Anadolu insanını ədəbiyyata daşıyan pioner şəxslərdən biri olmuşdur. Əsərlərində istifadə etdiyi kəskin müşahidə qabiliyyəti, sadə və axıcı İstanbul Türkcəsi, ictimai dəyişimləri əks etdirməsindəki ironik üslub onu Milli Ədəbiyyat cərəyanının əhəmiyyətli nümayəndələrindən birinə çevirmişdir. Bu mətn, Refik Həlit Qarayın həyatını xronoloji bir çərçivədə təqdim edərkən, əsasən onun ədəbi şəxsiyyətini, əsərlərinin tematik və formal xüsusiyyətlərini, Türk ədəbiyyatındakı yerini və sürgünlərinin sənətinə təsirini araşdıracaqdır.

Refik Həlit Qaray, 14 Mart 1888-ci ildə İstanbulun Beylərbəyi səmtində köklü bir ailənin uşağı olaraq dünyaya gəldi. Atası Mudurnulu Mehmed Həlid Bəy, Osmanlı maliyyə bürokratiyasında mühüm vəzifələrdə çalışmış; anası Nəfisə Ruhsar Xanım isə Qırımdakı Giray sülaləsindən idi. Ailənin mədəni birikimi, onun erkən yaşda ədəbiyyat və dil mövzularında həssaslıq qazanmasına səbəb oldu. İlk təhsilini Vəznəcilərdəki Şəmsülməarif Məktəbi və Göztəpədəki Daşməktəbdə tamamladı. Qalatasaray Məktəb-i Sultaniyyəsinə qeyd olunsa da intizam problemləri səbəbilə məzun ola bilmədən ayrıldı (1906). Hüquq Məktəbinə davam edərkən məmurluğa başladı; lakin II Məşrutiyyətin elanı ilə (1908) jurnalistliyə yönəldi.

Siyasi yazıları və həcvləri səbəbilə İttihad və Tərəqqi hökuməti tərəfindən 1913-cü ildə Sinopa, sonra isə Çorum, Ankara və Bilecikə sürgün edildi. Bu dövr, onun ədəbi yaradıcılığında Anadolu insanını kəşf etdiyi və realist hekayələr yazdığı bir mərhələyə çevrildi. 1918-ci ildə İstanbula qayıtdığında Robert Kollecində Türkcə müəllimliyi etdi; lakin Milli Mübarizəyə qarşı duruşu səbəbilə 1922-ci ildə "Yüzelliliklər" siyahısına daxil edilərək Suriyəyə sürgün edildi. 1938-ci ildə çıxarılan əfv qanunu ilə Türkiyəyə qayıtdı və ölümünə qədər jurnalistlik, roman və hekayə yazıçılığı ilə həyatını qazandı.

Refik Həlit ədəbiyyat aləminə yumor və həcv yazıları ilə addım atdı. Qələm, Cem və Şəhrah kimi jurnallarda "Kirpi" təxəllüsü ilə dərc etdirdiyi yazılar dövrün siyasi hakimiyyətini tənqid edən kəskin bir üsluba malik idi. Məsələn, İttihad və Tərəqqinin təzyiqçi siyasətlərini istehzalı bir dillə tənqid etdiyi yazıları həm xalq tərəfindən maraqla qarşılandı, həm də onu sürgünlərə sürüklədi. Bu yazılar yalnız siyasi tənqid deyil, eyni zamanda cəmiyyətdəki pozulmuş tipləri (miras yeyənlər, müharibə zənginləri, alafranga təqlidçilər) hədəf alan sosial həcv nümunələri idi.

Refik Həlit, Ziya Göyalp və Ömər Seyfəddinin rəhbərlik etdiyi "Yeni Dil" hərəkatını qəbul etdi. Dildə sadələşməni müdafiə edərək, hekayələrində mahalli şivələrə batmadan, İstanbul Türkcəsinin zərifliyini qoruyan bir üslub inkişaf etdirdi. Məmləkət Hekayələri (1919) bu dil anlayışının ən mükəmməl nümunələrindən biri hesab olunur. Ömər Seyfəddin onun hekayələrindəki dilin "axtaranların tapdığı Türkcə" olduğunu qeyd etmişdir.

Sürgün illəri Refik Həlitin ədəbi perspektivini dərin şəkildə təsirləndirdi. Anadolunun qəsəbə və kəndlərində yaşayan insanların gündəlik həyatını, çətinliklərini və mədəni toxumunu ilk dəfə realist bir müşahidə ilə əsərlərinə daşıdı. Məmləkət Hekayələri’ndə Çorumda bir qəsəbə həkiminin çarəsizliyini (Fərman), Sinopda balıqçıların mübarizəsini (Qərib Bir Hədiyyə) təsvir etdi. Bu hekayələr dövrün İstanbul mərkəzli ədəbiyyat anlayışına qarşı Anadolunu mərkəzə alan bir inqilab xarakteri daşıyırdı.

1922-1938-ci illər arasında Suriya və Livan keçən ikinci sürgün dövrü onun ədəbiyyatında "qürbət" mövzusunu dərinləşdirdi. Qürbət Hekayələri (1940), sürgün edilən Türklərin vətən həsrətini, çöl insanlarının həyatını və mədəniyyətlərarası toqquşmaları işlədi. Bu əsərlərdə ekzotik məkanlar, psixoloji təhlillər və trajik məhəbbət hekayələri ön plana çıxdı.

Refik Həlit hekayələrində məkan və personaj təsvirlərində son dərəcə detalcıdır. Məsələn, Məmləkət Hekayələri’ndə Anadolunun kasıb havasını, qəhvəxanaların tozlu guşələrini, kənd qadınlarının geyimlərini sanki bir rəssam diqqəti ilə təsvir edir. Məmləkət Hekayələri Türk ədəbiyyatında realist ifadənin və sosial tənqidin əhəmiyyətli nümunələrindən biridir. 1909-1919-cu illər arasında yazılan bu hekayələr Anadolu və İstanbulun ictimai quruluşunu əks etdirir. Qaray, Maupassant tərzi hadisə qurğuları ilə adi insanların həyat mübarizəsini, yoxsulluq, bürokratik çürümə, batil inanclar və əxlaqi pozulma kimi mövzular vasitəsilə işləyir. Əsərdə sürgün illərində qazandığı təcrübələrlə formalaşan təsvirlər, qəsəbə və kənd reallığını səmimi bir dillə ötürərkən, ironiya və yumorla zənginləşdirilmiş tənqidi baxış ictimai ədalətsizliyi və insanın ikirəngliyini üzə çıxarır. Şaftalı Bağları kimi hekayələrdə bürokratiyanın tənbəlliyini və dövlət məmurlarının məsuliyyətsizliyini vurğulayarkən; Yatıq Əminə və Sarı Bal kimi personajlar vasitəsilə qadınların cəmiyyətdəki mövqeyini araşdırır.

Qarayın hekayələri məkan və personaj əlaqəsini dərinləşdirərək Anadolunun nəzərdən qaçırılmışlığını və İstanbulun kənar məhəllələrindəki səfaləti gözlər qarşısına sərir. Din xadimlərinin mənafeliliyi, zənginlərin istismarı və yoxsul xalqın çarəsizliyi sosial tənqidin əsas nöqtələrini təşkil edir. Məsələn, Haqqı Sükut’da işçi sinfinin əzilməsi, Boz Eşşək’də kənd-şəhər uçurumu, Böyük Öküz’də hiyləkarlığın cəzasız qalmaması dövrün ictimai dinamiklərini əks etdirən çarpıcı səhnələrlə işlənir. Qaray hadisələri təəccüblü sonlarla bağlayarkən, insanın daxili münaqişələrini ictimai şərtlərlə əlaqələndirir. Bu yanaşma əsəri yalnız ədəbi bir mətindən kənara çıxararaq, Cümhuriyyət əvvəli Türkiyənin sosioloji bir panoramaşına çevirir.

“İnsanlar yalnız öz səadətlərini yaxşı hiss etmək üçün başqalarının fəlakətlərini axtarar.” (Məmləkət Hekayələri, s. 126)

Yumoru yalnız güldürmək üçün deyil, ictimai tənqid etmək məqsədilə istifadə edir. Kirpinin Dedikləri’ndə "müharibə zənginləri"nə istehza edərkən, bu tiplərin əxlaqi çöküntüsünü vurğulayır. Sadə, axıcı və danışıq dilinə yaxın bir Türkcə istifadə edir. Mahalli sözləri ölçülü şəkildə mətnə daxil edərək yerli rəng qatarkən, oxucunun anlamasına mane olmur. Cümlələri qısa və təsirlidir; xüsusilə dialoqlarda təbiiyyət ön plandadır. Refik Həlit Anadolunu ədəbiyyata daşıyarak Milli Ədəbiyyatın təməllərini qoyanlardan biridir. Onun realist üslubu Yaqub Qadri Qaraosmanoğlu və Xalidə Ədib Adıvar kimi yazıçıları təsirləndirmişdir.

Refik Həlit Qaray, ömrü boyu siyasi təzyiqlər, sürgünlər və şəxsi faciələrlə mübarizə aparmış; lakin bu çətinliklər onun ədəbi yaradıcılığını qidalandırmışdır. Anadolu insanını realist bir müşahidə ilə ədəbiyyata daşıması, dildəki sadələşmə səyləri və kəskin həcvləri ilə Türk ədəbiyyatının əsas daşlarından biri olmuşdur. Əsərləri həm dövrünün sosiopolitik atmosferini əks etdirən bir sənəd, həm də universal mövzuları işləyən bədii mətnlər kimi öz dəyərini qoruyur.

 

Biblioqrafiya

M. Orhan Okay, "KARAY, Refik Halit", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/karay-refik-halit [Erişim Tarihi: 22.02.2025].

Abdullah Şengül, “Refik Halit Karay”, Türk Edebiyatı Eserler Sözlüğü,  https://teis.yesevi.edu.tr/madde-detay/karay-refik-halit [Erişim Tarihi: 22.01.2025].

İnci Enginün, Tanzimat'tan Cumhuriyete 1839-1923 Yeni Türk Edebiyatı, İstanbul: Dergah Yayınları, 2019.

Şerif Aktaş, Refik Halit Karay Edebiyatımızın Zirvesindekiler, Ankara: Akçağ Yayınları, 2005.

 

EYNİ MƏTNİ TÜRKİYƏ TÜRKCƏSİNDƏ DƏ TƏQDİM EDİRİK:

 

Kirpinin Eleştiri İğneleri: Refik Halit Karay

Refik Halit Karay (14 Mart 1888 – 18 Temmuz 1965), mizahı, hicvi, realist hikâyeleri ve sosyal eleştiri alanlarında verdiği eserlerle hem döneminin siyasi atmosferine ışık tutmuş hem de Anadolu insanını edebiyata taşıyan öncü isimlerden biri olmuştur. Eserlerinde kullandığı keskin gözlem yeteneği, sade ve akıcı İstanbul Türkçesi, toplumsal değişimleri ele alışındaki ironik üslup, onu Millî Edebiyat akımının önemli temsilcilerinden biri yapmıştır. Bu metin, Refik Halit Karay'ın hayatını kronolojik bir çerçevede sunarken, ağırlıklı olarak edebî kişiliğini, eserlerinin tematik ve biçimsel özelliklerini, Türk edebiyatındaki yerini ve sürgünlerinin sanatına etkisini inceleyecektir.

Refik Halit Karay, 14 Mart 1888'de İstanbul Beylerbeyi'nde köklü bir ailenin çocuğu olarak dünyaya geldi. Babası Mudurnulu Mehmed Halid Bey, Osmanlı maliye bürokrasisinde önemli görevlerde bulunmuş; annesi Nefise Ruhsar Hanım ise Kırım’daki Giray hanedanına mensuptu. Ailesinin kültürel birikimi, onun erken yaşta edebiyat ve dil konusunda hassasiyet kazanmasını sağladı. İlk eğitimini Vezneciler'deki Şemsülmaârif Mektebi ve Göztepe'deki Taşmektep'te tamamladı. Galatasaray Mekteb-i Sultânîsi'ne kaydolsa da disiplin sorunları nedeniyle mezun olamadan ayrıldı (1906). Hukuk Mektebi'ne devam ederken memuriyete başladı; ancak II. Meşrutiyet'in ilanıyla (1908) gazeteciliğe yöneldi.

Siyasi yazıları ve hicivleri nedeniyle İttihat ve Terakki hükümeti tarafından 1913'te Sinop'a, ardından Çorum, Ankara ve Bilecik'e sürgün edildi. Bu dönem, edebî üretiminde Anadolu insanını keşfettiği ve realist hikâyeler yazdığı bir döneme dönüştü. 1918'de İstanbul'a döndüğünde Robert Kolej'de Türkçe öğretmenliği yaptı; ancak Millî Mücadele'ye muhalif duruşu nedeniyle 1922'de "Yüzellilikler" listesine alınarak Suriye'ye sürgün edildi. 1938'de çıkarılan af kanunuyla Türkiye'ye döndü ve ölümüne kadar gazetecilik, roman ve hikâye yazarlığı ile geçimini sağladı.

Refik Halit, edebiyat dünyasına mizah ve hiciv yazılarıyla adım attı. Kalem, Cem ve Şehrah gibi dergilerde "Kirpi" takma adıyla yayımladığı yazılar, dönemin siyasi iktidarını eleştiren keskin bir üsluba sahipti. Örneğin, İttihat ve Terakki'nin baskıcı politikalarını alaycı bir dille eleştirdiği yazıları, hem halk tarafından ilgiyle karşılandı hem de onu sürgünlere sürükledi. Bu yazılar, sadece siyasi eleştiri değil, aynı zamanda toplumdaki yozlaşmış tipleri (mirasyediler, harp zenginleri, alafranga taklitçiler) hedef alan sosyal hiciv örnekleriydi.

Refik Halit, Ziya Gökalp ve Ömer Seyfettin'in öncülüğündeki "Yeni Lisan" hareketini benimsedi. Dilde sadeleşmeyi savunarak, hikâyelerinde mahalli ağızlara saplanmadan, İstanbul Türkçesi'nin zarafetini koruyan bir üslup geliştirdi. Memleket Hikâyeleri (1919), bu dil anlayışının en yetkin örneklerinden biri olarak kabul edilir. Ömer Seyfettin, onun hikâyelerindeki dilin "arayanların bulduğu Türkçe" olduğunu belirtmiştir.

Sürgün yılları, Refik Halit'in edebî perspektifini derinden etkiledi. Anadolu'nun kasaba ve köylerinde yaşayan insanların gündelik hayatını, sıkıntılarını ve kültürel dokusunu ilk kez gerçekçi bir gözlemle eserlerine taşıdı. Memleket Hikâyeleri'nde Çorum'da bir kasaba doktorunun çaresizliğini (Ferman), Sinop'ta balıkçıların mücadelesini (Garip Bir Hediye) anlattı. Bu hikâyeler, dönemin İstanbul merkezli edebiyat anlayışına karşı Anadolu'yu merkeze alan bir devrim niteliğindeydi.

1922-1938 arasında Suriye ve Lübnan'da geçen ikinci sürgün dönemi, onun edebiyatında "gurbet" temasını derinleştirdi. Gurbet Hikâyeleri (1940), sürgün edilen Türklerin vatan hasretini, çöl insanlarının yaşamını ve kültürler arası çatışmaları işledi. Bu eserlerde egzotik mekânlar, psikolojik tahliller ve trajik aşk öyküleri öne çıktı.

Refik Halit, hikâyelerinde mekân ve karakter betimlemelerinde son derece detaycıdır. Örneğin, Memleket Hikâyeleri'nde Anadolu'nun kasvetli havasını, kahvehanelerin tozlu köşelerini, köy kadınlarının giysilerini adeta bir ressam titizliğiyle tasvir eder. Memleket Hikâyeleri, Türk edebiyatında gerçekçi anlatımın ve sosyal eleştirinin önemli örneklerinden biridir. 1909-1919 yılları arasında kaleme alınan bu hikâyeler, Anadolu ve İstanbul’un toplumsal yapısını yansıtır. Karay, Maupassant tarzı olay örgütleriyle sıradan insanların yaşam mücadelelerini, yoksulluk, bürokratik çürüme, batıl inançlar ve ahlaki yozlaşma gibi temalar üzerinden ele alır. Eserde, sürgün yıllarında edindiği deneyimlerle şekillenen tasvirler, kasaba ve köy gerçekliğini samimi bir dille aktarırken, ironi ve mizahla beslenen eleştirel bakış, toplumsal adaletsizliği ve insanın ikiyüzlülüğünü ortaya koyar. Şeftali Bahçeleri gibi hikâyelerde, bürokrasinin tembelliğini ve devlet memurlarının sorumsuzluğunu vurgularken; Yatık Emine ve Sarı Bal gibi karakterler üzerinden kadınların toplumdaki konumunu irdeler.

Karay’ın hikâyeleri, mekân ve karakter ilişkisini derinlemesine işleyerek Anadolu’nun ihmal edilmişliğini ve İstanbul’un kenar mahallelerindeki sefaleti gözler önüne serer. Din adamlarının çıkarcılığı, zenginlerin sömürüsü ve yoksul halkın çaresizliği, sosyal eleştirinin odak noktalarını oluşturur. Örneğin, Hakkı Sükût’ta işçi sınıfının ezilişi, Boz Eşek’te köy-kent kopukluğu, Koca Öküz’de hilekârlığın cezasız kalmayışı, dönemin toplumsal dinamiklerini yansıtan çarpıcı sahnelerle işlenir. Karay, olayları şaşırtıcı sonlarla bağlarken, insanın iç çatışmalarını toplumsal koşullarla ilişkilendirir. Bu yaklaşım, eseri yalnızca bir edebi metin olmanın ötesine taşıyarak, Cumhuriyet öncesi Türkiye’nin sosyolojik bir panoraması haline getirir. 

Mizahı yalnızca güldürmek için değil, toplumsal eleştiri yapmak amacıyla kullanır. Kirpinin Dedikleri'nde "harp zenginleri"ni alaya alırken, bu tiplerin ahlaki çöküntüsünü vurgular. Sade, akıcı ve konuşma diline yakın bir Türkçe kullanır. Mahalli kelimeleri ölçülü şekilde metne dahil ederek yerel renk katarken, okurun anlamasını engellemez. Cümleleri kısa ve vurucudur; özellikle diyaloglarda doğallık ön plandadır. Refik Halit, Anadolu'yu edebiyata taşıyarak Millî Edebiyat'ın temellerini atan isimlerden biridir. Onun gerçekçi üslubu, Yakup Kadri Karaosmanoğlu ve Halide Edip Adıvar gibi yazarları etkilemiştir.

Refik Halit Karay, yaşamı boyunca siyasi baskılar, sürgünler ve kişisel trajedilerle mücadele etmiş; ancak bu zorluklar onun edebî üretimini beslemiştir. Anadolu insanını gerçekçi bir gözlemle edebiyata taşıması, dildeki sadeleşme çabaları ve keskin hicivleriyle Türk edebiyatının kilometre taşlarından biri olmuştur. Eserleri, hem döneminin sosyopolitik atmosferini yansıtan bir belge hem de evrensel temaları işleyen sanatsal metinler olarak değerini korumaktadır.

Seçilmiş Kaynakça

M. Orhan Okay, "KARAY, Refik Halit", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/karay-refik-halit [Erişim Tarihi: 22.02.2025].

Abdullah Şengül, “Refik Halit Karay”, Türk Edebiyatı Eserler Sözlüğü,  https://teis.yesevi.edu.tr/madde-detay/karay-refik-halit [Erişim Tarihi: 22.01.2025].

İnci Enginün, Tanzimat'tan Cumhuriyete 1839-1923 Yeni Türk Edebiyatı, İstanbul: Dergah Yayınları, 2019.

Şerif Aktaş, Refik Halit Karay Edebiyatımızın Zirvesindekiler, Ankara: Akçağ Yayınları, 2005.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2027)

Четверг, 27 Февраль 2025 12:27

Şəhidlər barədə şeirlər – Niftalı Mehdili

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü

Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şükürlüyə həsr edilmiş şeirlə tanış olacaqsını

 

NİFTALI QNYAZ OĞLU MEHDİLİ

(15.05.1996.-16.10.2020.)

 

Ucar  rayonunun Bərgüşad  kəndindən olan,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin  şəhidi

 

 

NİFTALI - DƏMİR ADAM

 

Ləyaqətli  kişinin

İgid, qəhrəman oğlu,

Doğma elin-obanın

Şöhrət oğlu, şan oğlu.

 

Bir ömür yaşadın ki,

Hər kəsə qismət olmaz.

Ürəksizə, qorxağa

Heç zaman hörmət olmaz.

 

Səni döyüş dostların

Anırlar məhəbbətlə.

Deyirlər :  “-Döyüşürdü

Düşmənlərlə  cürətlə.

 

Nə qədər kafirləri

Məhv etmişdi qorxmadan.

Biz də ona deyirdik

“Niftalı-dəmir adam.”

 

Bir şərəfli yol keçdin,

Hamıya örnək bir yol.

Bu,  sənin  taleyindir,

Oldun, Vətənə oğul.

 

Anan  Şirmayə xanım,

Atan Qnyaz sağ olsun.

Bərgüşadı  tanıdan

Oğul, üzün ağ olsun.

 

Rahat uyu,  Niftalı,

Alınıb intiqamın.

Ucadan ucadasan,

Cənnətlikdir məqamın.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

 

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib. Tədbirdə yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov Xocalı faciəsi haqqında müfəssəl məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı soyqırımının tanındığını diqqətə çatdırıb. Soydaşlarımızı və ictimai təşkilatları beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha da səylə qorumağa çağırıb.

Tədbir zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərlərinə, sakinlərlə görüşlərinə də diqqət çəkilib. Qeyd olunub ki, 31 il üzərində qara buludlar dolaşan Xocalı artıq dirçəlir. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.

Tədbirin davamında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş videolar və foto sərgi nümayiş etdirilib.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

 

 

Qazaxıstanın Almatı və Şimkənd şəhərlərində, Türküstan vilayətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd - Nomad" Respublika İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş tədbir Xocalı soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Birliyin sədri Süleyman Əhmədov və Azərbaycanın Almatı şəhərindəki konsulu Anar Hüseynzadə çıxış edərək soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xatırladılıb. Xocalının artıq dirçəldiyi vurğulanıb. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.

Şimkənd şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbində Xocalı soyqırmına həsr olunmuş açıq dərs keçirilib. Məktəbin müəllimi Günel Abbasova şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs edib. Soyqırımının heç vaxt unudulmayacağını, Xocalının yenidən dirçəldiləcəyini söyləyib. Daha sonra Xocalı soyqırımına həsr edilmiş film nümayiş olunub.

Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən "Qarabağ" Etnomədəni Birliyinin nəzdindəki Qarabağ məktəbində Xocalı soyqırımına həsr olunmuş açıq dərs keçirilib. Şagirdlərə Xocalı faciəsi haqqında ətraflı məlumat verilib və soyqırıma həsr olunmuş film nümayiş etdirilib. Hazırda Xocalıda Azərbaycan Bayrağının dalğalanmasının faciə qurbanlarının qanının yerdə qalmadığının göstəricisi olduğu diqqətə çatdırılıb. Daha sonra təşkilatın sədri Ramilə Mustafayevanın rəhbərliyi ilə Sayram rayonunda tədbir keçirilib, şəhidlərimizin ruhu ehtiramla yad edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

İğdır liseylərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsi keçirilib.

Müsabiqə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, İğdır Azərbaycan Evi Dərnəyinin, Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub. Hər il ənənəvi olaraq keçirilən müsabiqədə Heydər Əliyev Fənn Liseyi ilə yanaşı, digər liseylərin şagirdləri də iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İğdırdakı Heydər Əliyev Fənn Liseyində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi yad edilib. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş olunub.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal müsabiqə barədə danışarkən ənənəvi tədbirin türkiyəli məktəblilərdə milli, vətənpərvərlik ruhunun yüksəlməsinə və onların tarixi biliklərinin artmasına böyük təsir göstərdiyini bildirib. O, çıxışında "Xocalı deyəndə yadıma soyuq bir fevral gecəsi gəlir. Xocalı deyəndə ağlıma günahsız, silahsız insanların soyqırımı gəlir. Ermənilər günahsız insanları qətlə yetiriblər. Bu hadisə dünya tarixində soyqırım kimi qalacaq. Xocalıya ədalət tələb edirik!”- deyə qeyd edib.

İğdırdakı Heydər Əliyev Fənn Liseyinin direktoru Yavuz Bağcı bildirib ki, ermənilər Xocalıda soyqırımı törədib, günahsız insanları öldürüb, işgəncə veriblər. Türk milləti olaraq bu faciənin heç vaxt unudulmayacağını vurğulayan direktor Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı heç bir uşağa, mülki şəxsə zərər vermədiyini diqqətə çatdırıb.

Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib. Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.

Sonra münsiflər heyəti müsabiqənin müxtəlif nominasiyalar üzrə qaliblərini elan edib. Qaliblər arasında Sedanur Manaz (şeir), Zeynep Kübra Ada (bədii kompozisiya), Sıla Angay (hekayə) və Selin Ünlü (rəsm) birinci yerlərə layiq görülüblər. Qaliblərə, həmçinin digər şagirdlərə hədiyyələr təqdim edilib.

Sonda məktəblilərin iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini, eləcə də təcavüzkar dövlətin Türkiyəyə qarşı əsasız iddialara aid həqiqətləri şagirdlərə çatdırmaqdır. İştirakçılar keçirilən şeir, bədii kompozisiya, hekayə və rəsm müsabiqələrində öz yaradıcılıqları ilə Xocalı soyqırımının unudulmadığını bir daha göstəriblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

 

 

 

 

Четверг, 27 Февраль 2025 08:28

Londonun nüfuzlu universitetində Xocalı soyqırımı anılıb

London İmperial Kollecində (Imperial College London – Imperial) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin təşkil etdiyi Stories of Resilience and Justice: Forced Exile and Return” (“Əzmkarlıq və ədalət hekayələri: Məcburi köçürülmə və qayıdış”)  adlı tədbir London Universitet Kolleci, London Kral Kolleci, London İmperial Kolleci, London Şahzadə Meri və London Şəhər Universitetində fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətlərinin dəstəyi ilə baş tutub.

Tədbir Xocalıda qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.

“2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində London İmperial Kollecində təhsil alan Azərbaycan Tələbə Cəmiyyətinin idarə heyətinin üzvləri Aygün Həsənova və  Aydan Poladova Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Onlar hadisə şahidlərinin dilindən olan faktlardan və məcburi köçkün həyatının ağır izlərindən bəhs ediblər. Bildirilib ki, xaricdə təhsil alan gənclər ölkəmizə qarşı bu ədalətsizliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Bu dəhşətli hadisəni törədənlərin hüquqi müstəvidə cəzalandırılmasının vacibliyini vurğulayıb. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun rəşadəti ilə ədalətin bərqərar olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər xalqımıza qələbə sevinci yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xatırladılıb. Xocalının artıq dirçəldiyi vurğulanıb. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığı, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmini, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görüldüyü qeyd olunub.

Sonda Əməkdar artisti, skripkaçı Ceyla Seyidova Xocalı qurbanlarının xatirəsinə musiqi parçaları ifa edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq tədbirin təşkilinə kömək məqsədilə tələbələri müxtəlif təbliğat materialları ilə təmin edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.