Super User

Super User

Bu günlərdə Azərbaycan Ədəbiyyat Fondu və “Ulduz” jurnalı birlikdə Xalq yazıçısı Anarın 85 illil yibileyi münasibətilə hekayə müsabiqəsi keçirdilər. Bu müsabiqənin informasiya dəstəyini “Ədəbiyyat və incəsənət” portalı həyata keçirirdi. 

Müsabiqə ölkənin ədəbiyyat arenasında çox müsbət qarşılandı və mükafatlanan 5 gəncin timsalında ədəbiyyatımızın gözəl ədəbi gəncliyə malik olması bir daha isbatlandı. 

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə həm ona yazdığı müraciətini, həm də müsabiqə qaliblərinin hekayələrinin təhlilini göndərib. 

Yazıları təqdim edirik. 

 

Hörmətli baş redaktor! Bu günlərdə tənqidçi, ədəbiyyatşünas Kəmalə Umudova söhbət zamanı Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş gənclərin hekayə müsabiqəsi haqqında danışdı və Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsi ilə bağlı yüksək fikirlər söylədi. Görkəmli ədəbiyyatşünas Kəmalə xanımın gəncliyin yaradıcılığına bu qiyməti mənim diqqətimi çəkdi və sizin də köməkliyinizlə müsabiqədə yer tutan digər iki gənc yazıçının-Cavid Babayev və Orxan Cuvarlının da hekayələrini əldə edib fikir bildirmək istədim. Öncə belə bir müsabiqənin keçirilməsindən dolayı Sizə təşəkkür edirəm. Bu cür müsabiqələr təkcə gəncliyin yaradıcılığına verilən qiymət deyil, həm də ədəbi prosesi zənginləşdirmək, ədəbiyyatın inkişafına verilən dəstəkdir. Mən də bu kiçik məqaləni yazmaqla istədim ki, bu hekayələr çağdaş nəsrimizin faktı kimi dəyərləndirilsin və həqiqi qiymətini alsın...

Hörmətlə, Bədirxan Əhmədli, 

Filologiya elmləri doktoru, professor

 

ÜÇ HEKAYƏYƏ BİR BAXIŞ

Üç gənc, üç imza, üç hekayə və bu hekayələrin ümid verdiyi üç gələcək ədəbi həyat... Bu fikirləri bəlkə sonda yazsam daha yaxşı olardı, yəni gəldiyim qənaət kimi səslənərdi. Ancaq gəldiyimiz qənaətlər yalnız bununla məhdudlaşmır, bu hekayələri oxuduqca yeni nəslin və yeni nəsrin hərəkətini izləməli oldum. 

Bu hekayələrdə zamanın axarı və ona yazıçı münasibətilə rastlaşdım, üslub müxtəlifliyi və özünəməxsusluğu, həyatın bədii idrakını və inikasını gördüm. Yeni süjet xətləri, obrazlar, bənzərsiz bədii təfəkkür, ideya, məzmun aydınlığı, yeni estetik yanaşma-bütün bunlar gənc nəslin gələcək ədəbi taleyini bəlirləyən faktorlardandır.

1.

Cavid Babayevin “Üç nəfərlik motosikletlər” hekayəsi maraqlı bir süjet üzərində qurulub. Hekayənin əvvəlindən sonuna kimi yazıçı hadisələri bir-birinə bağlaya bilir, hətta elə bağlayır ki, bu bədii qaynaq zərrəcə hiss olunmur, keçidləri belə hiss etmək olmur. Ən adi detal belə təsadüfi işlədilmir və sonrakı gedişatda mütləq o detalın nədən işlənildiyi ortaya çıxır. Bu, yazıçı (xüsusən gənc yazıçı!) üçün çox şey deməkdir; o deməkdir ki, burada təsvirlərin heç biri gəlişigözəl deyil, mütləq şəkildə hər detalın bir funksiyası var. Hekayənin lap əvvəlində Benzlər ailəsinin uşağının olmaması, bu ailənin həyat hekayəsi, təhkiyəçinin həyatı, eləcə də Deyşanın taleyi bir-birilə bağlanır. Kiçik bir hekayədə üç taleni sığışdırmaq yazıçı dilinin funksionallığı, çevikliyi ilə şərtlənir. Əvvəlcə avtomobil sənayesinin ilk qurucusu Benzlər ailəsinin həyatı gəlir; Karl və Berthanın evlilik hekayəsini üç nəfərlik motosikletin yaranması ilə bağlanılır. Berthanın uşağının olmamasından doğan vəziyyət ailədə üç nəfərin olması istəyi ilə üst-üstə düşür. Ailə iki yaşında oğlan uşağı götürür və beləliklə üç nəfərlik motosikletin yaranması hekayəsi quraşdırılır. Artıq universitet bitirərək həkim olan və üç nəfərlik ailəsi olan (eynilə Benzlər ailəsi kimi!) təhkiyəçiyə bunu Deyşa danışmışdı. Bundan sonra qəhrəmanın və Deyşanın özünün həyatı təsvir olunur. Qarayev metrosunun yaxınlığında 5 mərtəbəli evdə yaşayan 11 yaşlı cılız bir məktəbli oğlanın Deyşaya münasibəti səmimidir.  Qonşu 20 mərtəbəli binada yaşayan Deyşa haqqında onun gördükləri ilə eşitdikləri bir-birinə ziddir.  Deyşa əvvəllər burada yaşamayıb, sonralar gəlib və gəldiyi kimi də bir gün sirli şəkildə gedir. Yazıçı onun gözəlliyinə də işarə vurur. Ətrafın düşündüyünə görə isə Deyşa bu mühitə yaddır, onun geyimi, üç nəfərlik motosiklet sürməsi, siqaret çəkməsi ətrafda narahat təsirlər yaradır. Deyşanın kişilər kimi geyinməsi, tək yaşaması da məhəllədə söz-söhbətə səbəb olur. Məhəllə onun haqqında başqa şeylər düşnürdü. Bir neçə dəfə dostu T ilə onun motosikletində gedib gələndən sonra T bir daha minməməyə qərar verir. Bunu ona anası qadağan edir və bildirir ki, Deyşa yaxşı qız deyil və onun yanında olmamalısınız. Hər halda böyüklər Deyşa haqqında o fikirdə idilər. 11 yaşlı oğlan isə ondan gördüyü yaxşılığı unutmaq istəmir, ona yaxın olmaq istəyir: ”Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla, sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə hamısı birdən? Bəlkə heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə düşünüb bütün suallardan imtina etdim”.

Deyşanı ən yaxşı 11 yaşlı oğlan başa düşür; sonralar xatırladığı bu hadisələrin təsvirindən aydın olur ki, Deyşa heç də başa düşüldüyü kimi olmayıb. Oğlanı maraqlandıran həmişə işığının niyə yanılı olmasıdı, bir də özü tək olduğu halda niyə üç nəfərlik motosiklet sürməsi düşündürür. 11 yaşlı oğlan Deyşanı elə bu cür də qəbul edir və hətta sevir. Düşünür ki, içki içmək, siqaret çəkmək pis vərdişlər olsa da, onu tərgitdirə də bilər. Burada yazıçı ilə cəmiyyətin tək yaşayan Deyşa kimi bir qıza xor baxmağın reallığı əks etdirmədiyi barədə mübahisə etmək də olar. Ancaq əsas odur ki, yazıçı bunu oxucuya inandıra bilir.

Yazıçı bədii mətni yaxşı toxuyur, heç bir boşluq buraxmır. Hekayənin əvvəlindəki təsvirləri sonrakı detallar tamamlayır. Deyşanın motosikletindən asılan Kuala brelokununun əvvəldə təsvirinin sirri sonda aydın olur. Deyşa o breloku qəhrəmanın getdiyi avtobus sürücüsünə verərək ona çatdırmağı istəmişdi.

Hekayənin sonunda məlum olur ki, təhkiyəçinin Deyşadan eşitdiyi bu hekayənin özü gerçəkliyi əks etdirmir. Yazıçı Deyşa barədə məhəllənin insanlarının yanlış təsəvvürdə olduğu qənaətinə gəlir və bununla da bizim bir çox məsələlərdə yanlış qənaətlər əldə etdiyimizi göstərmık istəyir.

Hekayənin sonluğu da fikrimcə ufurludur. Təhkiyəçinin nənəsinin “torpağın altına”, T-nin Avropaya getməsi, özünün evliliyi və uşağının arxa oturacaqda oturması, Deyşanın ona Benzlər ailəsi haqqında yalan deməsini indi başa düşməsi və s. heç də yamaq kimi səslənmir. Bu cür təhlillər keçdiyi həyatla bugünkü həyatını müqayisə etməsinə və arxada oturan oğluna  baxıb düşünür: “Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma?” Deyşanın ona qoyub getdiyi Kualanın indi maşınının açarından yapışması isə ugurlu təsvirlər zəncirinin zirvəsidir. Bu detal təhkiyəçinin yaddaşpından Kualanın heç zaman getmədiyi anlamına gəlir.

Hekayədəki nəsr texnologiyası, hadisələrin və düşüncələrin iç-içə bağlanması, qəhrəmanın müxtəlif dövrlərinin təsviri, bəzən obrazın adının bir hərflə verilməsi (burada T) Murakami nəsr texologiyasını xatırlatdı mənə. Ancaq hər şey gənc yazıçının özünündür və bu cür nəsr texnologiyası onun gələcək yazıçı potensialından xəbər verir.

2.

Orxan Cuvarlının “Daş” hekayəsi lirik-romantik üslubdadır. Bu üslubu mövzunun özü doğurur. Xocalı hadisəsinə həsr olunan hekayə qəhrəmanın otuz il əvvəlki yaddaşını və onun buraxdığı acı, kədərli izləri ehtiva edir. Qəhrəman illərdi eyni mənzərəni görür; bu mənzərə onun gözlərində daşlaşmış şəkildədi. Sanki kimsə göyü üzünü onun gözləri qarşısında asıb gedib. Qəhrəman öz keçmuşindən qurtula bilmir: “Hərdən ötüb keçən vaxtlar quduz it kimi üstümə cumur. Hafizəmin illər əvvəlki hissəsindən sivişib irəli atılan xatirələr uzun labirintlərdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Elə indi də bu tutqun səmaya baxıb bulanıq yaddaşımı ələk-vələk edirəm”.

Yazıçı təhkiyəçinin dili ilə sanki daşlaşmış insan ürəyinin kardioqramını çıxarır; həmin məşum gecədə insanların qəddarlığının sonsuzluğu Xocalı soyqırımını doğuran amillər kimi mənalanır. Yazıçı burada nə erməni adı çəkir, nə də onların vəhşiklikləri barədə yüksək səslə haray salır; sadəcə, yaşananları lirik şəkildə təsvir edir: “Kim bilir, bəlkə bir möcüzə olsaydı, şaxtada bədəni qaxaca dönən cansız uşaqlardan biri dirilsəydi, sevinə-sevinə ilk dəfə gördüyü bu qəribəliyi dostlarına müjdələyərdi: "Uşaqlar, qırmızı qar yağıb…” Son dərəcə ugurlu bənzətmədi. Yaddaşlarda yemək iyini pəncərələrdən dolan barıt iyinin əvəzləməsi, hərbi geyimli tanımadıqları adamların evlərə girməsi, “divan küncündə unudulan kuklanın sarı saçlarının qırov bağlaması kimi təsvirlər bütöv hadisənin mahiyyətini son dərəcə dəqiqliklə açır: “Əvvəlcə bu şəhərin sakinlərinin ürəyini sökdülər, sonra evlərini.

Kərpic-kərpic tikilən bu yuva, indi də daş-daş, himinə qədər sökülürdü.

Günlər keçdikcə o əzəmətli ev qəfil xəstəliyə tutulan adamlar kimi əriyirdi. Əvvəlcə evin damı, sonra otağın tavanı yoxa çıxdı. O gündən səmayla məni ayıran bircə maneə qalmadı”.

Otuz il sonrakı mənzərə isə belədir: bütün bu dəhşətlərdən yalnız tanımadıqları yad adamların söküb apara bilmədikləri daşlar qalıb.

Mənə elə gəlir ki, bu lirik, bir qədər də mənsur hekayədə Xocalı qətliamını yalnız bu cür tanıtmaq mümkündür. Yazıçı burada süjetdən və obrazlardan şüurlu şəkildə imtina edib və yalnız daşın obrazını, yad adamların vəhşiliklərini göstərməyə çalışıb.

3.

Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsi təsvir manerası və bədii interpretasiyası baxımından məndə böyük təəssürat yaratdı. Hekayə struktur baxımından da ustalıqla hörülüb, müəllif ideyasının incə şəkildə müxtəlif vasitələrlə çatdırılması üçün mümkün olan hər şeyi edir. Hekayədə günümüzün real gerçəkliyi son dərəcə səmimi və həssaslıqla təsvir edilir. Yazıçı real gerçəkliklə yanaşı, özünün bədii həqiqətini də verə bilir və ən əsası budur ki, oxucunu da buna inandıra bilir. Xan Abdullanın hekayəsini maraqlı edən, bəlkə də detallar üzərində qurulmasıdır. Detal yazıçı üçün böyük tapıntıdır və əgər yazıçı onu süjet boyu mənalandıra bilirsə demək ki, məqsədinə nail olub. Süjet üçün hadisələrin ardıcıllığı, davamlı inkişafı deyil, hisslərin, duyğuların əlaqəsi, yaxud assosiativ yanaşmalar xarakterik olur. Təhkiyəçinin danışdığı hadisələr bir-birilə elə sıx şəkildə bağlanır ki, baş verən hadisələr oxucu yaddaşında dərin izlər buraxır. Hadisələrin bu cür təsviri üçün məncə yazıçı təhkiyəyə və bədii ümumiləşdirməyə borcludur; təhkiyənin hadisənin təsviri zamanı zəngin boyalardan istifadəsi olduqca ugurludur: “Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi”.

“Yazgülün nəvəsi” hekayəsində hadisələrə iki zamandan baxılır; təhkiyəçinin hələ məktəbli olduğu vaxt və bundantəxminən 15-20 il sonra. Yəni yazıçı hadisələrə qəhrəmanın həm uşaqlıq, həm də gənclik çağlarından baxır. Artıq o, bir həkim olmuşdu və Çexov kimi hekayələr yazırdı. Demək hadisələrin təsvirində təhkiyəçinin şahidi oldugu hadisələri yazması təəssüratı təsvir olunanlara inamı artırır. Bu, müəllifə imkan verir ki, qəhrəmanın taleyini sonacan izləyə bilsin. Maraqlıdır ki, təhkiyəçi Yazgülün qızı Yaqutla öz taleyi arasında bir oxşarlıq da tapır. Hər ikisi dovşandodaq idi, dodaqlarının üstündə çapıq var idi. Hər ikisi həkim olmaq istəyir. Yaqut ona görə həkim olmaq istəyir ki, anasının başı ağrıyır, onu sağaltsın. Yaqutun məktəbdə sıranın ən arxasıda durduğunu gördükdə fikirləşir: “Həmişə sıranın ən axrasında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi”.

Yazıçı hekayədə Yazgüldən daha çox qızı Yaqutun taleyini önə çəkir; o da başqaları kimi yaşaya bilərdi, məktəbi oxuyub başa vurardı və arzusunda olduğu həkim olar, bununla da xoşbəxt olardı mesajını verir: “Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yaqutun təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...” Lakin bunlar olmur, onun ömrü yarıda qırılır. Anası ilə görüşməyə gələn bir kişi anasının boğazını kəsir, onu da şahid olmasın deyə öldürür. Bunda günahkar kimdir? Yazgülmü, Yaqutmu, yoxsa cəmiyyətmi?!

Xan Abdulla hekayəsi üçün cəmiyyət problemini seçib, onun dərin qatlarına enib. Yataqxana həyatı yeni cəmiyyətin bir parçasıdır. Buradan “səfalətin” qoxusu gəlir. Cəmiyyət və səfalət problemi yazıçı üçün hər zaman aktuualdır. Sanki bütün bəxtsiz insanlar bura toplaşmışlar. Bunlar cəmiyyətin bir təbəqəsidir. Deyim ki, gənc yazıçı üçün bir qədər risqlidir, hər hansı yanlış bir təsvir, mövqe onu ugursuzluğa da apara bilər. Ancaq o, hər şeyi zərgər dəqiqliyi ilə hesablayb, əvvəldən sona qədər bu cəmiyyətin hər üzünü göstərməyə çalışıb. Bununla göstərmək istəyir ki, yazıçı yaşadığı həyata biganə qala bilməz. Elə yazıçı cəsarəti də budur. Yazgülün fahişə həyatının təsviri onun bu həyata laqeyd qalmadığının işarəsidir. Bu həyat olduqca sərtdir, burada adamlar bəzən acımasızdır. Hətta Yazgülün boğazını kəsəcək qədər acımasız. Çox doğru olaraq yazıçı Yazgülün nədən bu yola düşdüyünü göstərmir, heç bunu deməyə ehtiyac da yoxdu, oxucu hər şeyi yaxşı başa düşür, dərk edir və qiymətləndirir.  

Xan Abdullanın dili sadə, yaradıcı, zəngin və səlisdir. Yazıçı üçün bu əsas şərtlərdən biridir. Dialoqlar fikir yüklüdür, dramatizmlə yanaşı ideyaya xidmət edir. Kiçik bir hekayədə bir neçə yeni sözlər, ifadələr işlədliir. “İtikçilər” (qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər...), “zivələrdən asılmış qara-qura paltarlar”, “burnuyelli gənclər”, “yaşdaşlarım” və s. onlarla söz və ifadələr yazıçının söz yaradıcılığının zənginliyini göstərir.

 

Beləliklə, üç gəncin –Cavid Babayev, Orxan Cuvarlı və Xan Abdullanın hekayələrinə qısaca nəzər yetirdik; bilmirəm, bu gənclər neçə yaşındadır, nə vaxtdan yaradıcılıqla məşğuldurlar, neçə hekayələri çıxıb. Bu hekayələr onu təsdiq edir ki, nəsrimiz onların yaradıcılığı ilə dil, üslub, obraz, ideya baxımından dəyişib və yeniləşib. Süjetli nəsrin ən kiçik və çətin formalarından olan hekayə janrında bu cür ugur onların gələcək yaradıcılıq yoluna tutulmuş aydın bir işıqdır. Biz də burada bu işığı axtarmağa çalışdıq...

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Məhəmməd Hadinin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir...

 

***

Ey Vətən!.. Səni sevmək deyilmi imanım?..

 

***

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət...

Həya etməzmi nəfsin bəsləyənlər, bir utanmazmı?

 

***

Dedim şeytana rəhmət Adəm övladı görən gündən...

 

***

Edin nuri təməddünlə münəvvər qəlbü vicdanı.

 

***

Bən idrak etmədim, dünyaya gəlməkdən nədir hikmət,

Yaratmaqda nədir hikmət bizi, sübhanə, bilməm ki?!

 

***

Qaldıq əlində bir sürü ərbabi-vəhşətin...

 

***

Məfkurə yolunda tökülən qan hədər olmaz.

 

        “Ədəbiyyat və incəsənət”

         (06.03.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Devid C.Şvarts, «Masştablı düşünmək sənəti

Müəllif öz kitabında masştablı düşünmə prinsiplərini, praktik məsləhətlər və metodikalar təqdim edir ki, bunları mənimsəməklə oxucu istənilən fəaliyyət sferasında uğur qazanmağa müvəffəq olur.

Masştablı düşünmək, ilk öncə, məqsədinizin dəqiq ifadə edilməsi üçündür. «Əgər siz can atdığınız hədəfi dəqiq görməyə başladınızsa, onda bütün enerjinizi həmin hədəfi vurmağa yönəldin», - deyir Devid C.Şvarts.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Bu gün müharibənin dördüncü, sentyabrın isə sonuncu günü idi. Bu araşdırma mənim üçün bir qədər fərqliydi. Cəlb olunduğum bu məxfi əməliyyatda öyrənə bildiyim və ya mənə lazım olan hər bir şeyi Mahirə deyib sonra yenə də gözləmək məcburiyyətində idim. Dünən də belə olmuşdu. Ayrıldıqdan sonra nahar edib evə gəlmiş, bütün günü ondan xəbər gözləmişdim. Mahirdən isə hələ ki, bir xəbər yox idi. Sərbəst işləməyə öyrəşdiyim üçün belə vəziyyət məni bir qədər sıxırdı. Ancaq başqa çarə yox idi. Vəziyyət bunu tələb edirdi. Risk həddən artıq böyük idi. Üç günlük analitik işdən sonra kiçik bir ipucuna çıxa bilmişdik. Əgər müəyyən etdiyimiz Tərxan sağ olsaydı, bu işimizə çox yarayardı. Ancaq bizi qabaqlamışdılar. Bu üzdən yenə də yoxlamalar, aydınlaşdırmalar aparmaq lazım gəlirdi. Təkcə Tərxanın əlaqələrini araşdırmaq üçün dünəndən kim bilir hansı həcmdə işlər görülmüşdü. Telefonu götürüb Layiqəyə zəng vurdum. Ofisdəki işlərin vəziyyəti ilə maraqlandım. Hər şey qaydasında idi. Köməkçim öz işini yaxşı bildiyindən bu cəhətdən narahatçılığım yox idi. Layiqə son günlər cəmi bir nəfərin ofisə müraciət etdiyini, onun da sifarişini məlum səbəbdən qəbul etmədiyini dedi. Sağollaşıb xətti kəsdim.

Cəbhədən şad xəbərlər gəlməkdə davam edirdi. Ağızdan-ağıza Cəbrayıl rayonunun düşməndən təmizləndiyini eşitsəm də, bu məlumat rəsmi olaraq təsdiqlənməmişdi. Şəhidlərimiz vardı. Ancaq qarşı tərəf qat-qat çox itki verirdi. Bir neçə kilometrlikdən xüsusi təyinatlılarımızın gəldiyini görən düşmən qorxuya düşüb silahlarını və hərbi texnikanı atıb pərakəndə şəkildə qaçırdı. Bu yaxınlaradək ordularını ən inkişaf etmiş ölkələrin orduları ilə müqayisə edən, Azərbaycanı yeni-yeni torpaqlarımızı işğal etməklə hədələyən boşboğaz  erməni hərbi komandanlığı hətta öz əsgərinin ərzaq təminatını belə həyata keçirə bilmirdi. Saytlarda gedən bir kadrda erməni əsgəri acından ölməməkçün çörək və konserv dalınca dörd-beş kilometr məsafəni piyada qət etməli olduqlarını bildirmişdi. Çünki hərəkət edən hər bir texnika yerində başından vurulurdu. Bir kadrda isə erməni generalının təcili yardım maşınından yaralı erməni əsgərini düşürüb həmin maşınla döyüş zonasından qaçmasını əks etdirən görüntülər yayılmışdı. Başqa kadrlar da var idi: bu kadrlarda ermənilər şəhid olan hər bir əsgərimizin döş cibində, ürəyinin üstündə Azərbaycan bayrağının olduğunu deyir, igid oğullarımızın bu vətən, bayraq sevgisinə heyrətlərini gizlətmirdilər. Azərbaycan əsgərinin döyüş ruhu qarşısında düşmən mənəvi cəhətdən tam məhv olmuş görünürdü.

Dünən evə gələndə yolüstü bir qədər şirniyyat almışdım. Çaydanı qaynamağa qoyub televizoru işə saldım. Görək bu gün bizi hansı şad xəbərlər gözləyir…

 

* * *

Polkovnik Vəliyev mayor Yavər Əliyevin növbəti məruzəsini dinləyirdi:

-Mənə verilmiş mobil nömrələrin sahiblərini müəyyən etdim. Dərhal onlar haqqında məlumatları toplamağa başladım. Siyahıdakılardan yalnız bir nəfərin Yaşıllaşdırma Təsərrüfatı Birliyində işlədiyi məlum oldu. Bu adam Mahmud Səmədovdur. Nəzarətə götürülməsi üçün evinin və iş yerinin ünvanını bizim uşaqlara verdim. Ancaq gələn xəbərlər ürəkaçan deyil. Mahmud Səmədov iki ay əvvəl xəbərsiz itkin düşüb. Bu məlumatı aldıqdan sonra uşaqlar özlərini ərazi polis orqanının əməkdaşları kimi qələmə verib onun ailə üzvləri ilə söhbət ediblər. Mahmud iyul ayının iyirmi səkkizində səhər saatlarında işə getmək üçün evdən çıxıb, bundan sonra onu görən olmayıb. Mərkəzi baza vasitəsilə də yoxladım. Mahmud Səmədovun xəbərsiz itkin düşmüş kimi axtarışı elan olunub. Hə, bir də ki, rəis, Mahmud yoxa çıxmazdan bir müddət əvvəl «Jiquli» markalı köhnə maşınını satıb yapon istehsalı olan «Toyota Corolla» alıb.

Polkovnik Vəliyev onun sözünü kəsib dedi:

-Bu çox maraqlı məlumatdır. Bəs o təsərrüfatda nə vaxtdan işləyirmiş?

-Son üç ili orda işləyib. Uşaqlar iş yerində də olublar. Haqqında yaxşı işçi kimi danışırlar. Sakit təbiətli birisi imiş.

-Tərxan Nağıyevlə münasibətləri barədə nə öyrənə bilmisiz?

-Hansı şəraitdə tanış olmaları bizə məlum deyil. Ancaq bu ilin iyun ayının əvvəllərindən etibarən çox sıx-sıx zəngləşiblər. Belə məlum olur ki, həm də görüşüblər.

-Onların hansı şəraitdə tanış olmalarını bilməyimiz çox vacibdir, Yavər. Bunu öyrənməyə çalışın. Əgər Mahmud sakit təbiətli biri olubsa, onu təzyiqlə, ya da şantajla nəyəsə təhrik edə bilərdilər. Maşınını dəyişdirməsi sizi çaşdırmasın. Nəyəsə məcbur etdikdən sonra da susması üçün pul verə bilərdilər. Pulu götürər və qorxduğu üçün susmağa məcbur ola bilərdi. Əgər dediyimi öyrənə bilsəz, onun bu işdə rolunu da müəyyən edə bilərik. Bəlkə də o, bu işdə əsas fiqurantlardan biridir. Hər-halda yoxa çıxması özü-özlüyündə çox şeydən xəbər verir.  Ona görə də, tələsin. Qoy, iki nəfər sırf bu istiqamətdə iş aparsın. Qohumlarını, yaxınlarını, iş yoldaşlarını bir daha danışdırın.

Polkovnik Vəliyev bir qədər fasilə verib soruşdu:

-Bəs rusiyalı qonaqlarla vəziyyət necədir?

-Dediyiniz kimi, əlimizdəki siyahını kolleqalarımıza ötürdüm. Hələ ki, başqa heç kim müəyyən olunmayıb. Sahə inspektorları bu istiqamətdə işi davam etdirirlər.

-Yaxşı, yeni nəsə bilinərsə, dərhal mənə deyin. Gedə bilərsiz. 

Yavər,-oldu,-deyib kabineti tərk etdi.

Onun çıxmasını gözləyən Mahir Vəliyev telefonu götürüb zəng etdi.

-Salam, Bəxtiyar. Sənin «miçurin»in kimliyini müəyyən etdik. Ancaq məsələ bundadır ki, o, iyul ayının iyirmi səkkizində yoxa çıxıb. Bunu könüllü edib, ya onu da Tərxan kimi aradan götürüblər, hələ ki, bizə məlum deyil. Uşaqlar araşdırırlar. Ölümündən bir qədər əvvəl də salondan təptəzə maşın alıbmış. Əlavə nəsə bilinən kimi səninlə görüşəcəm.

Bunları deyib xətti kəsən polkovnik başını yellədi. Vəziyyət yaxşı deyildi. Onların əməliyyat yolu ilə çıxdıqları bir adam dörd gün əvvəl qətlə yetirilmiş, ikincisi isə iki ay idi yoxa çıxmışdı. Onun da həyatda olması böyük şübhə doğururdu. Hər-halda təcrübəsi ona belə deyirdi.

 

* * *

       Köçmək vaxtı gəlmişdi. Bütün əşyaları orta ölçülü idman çantasına yerləşirdi, paltarlarını səliqə ilə çantaya yığıb bir kənara qoydu. Qrimlənməsi üçün olan ləvazimatları götürüb güzgünün qarşısına keçdi. Bir azdan tanınmaz halda necə dəyişdiyinə baxıb gülümsədi. Gedəcəyi yer elə də uzaqda deyildi. Sənədləri də qaydasında idi. Onu yoxlayan olarsa, Bakıda anadan olmuş və bütün ömrünü Bakıda yaşamış İvan Alekseyeviç Nikolayev olduğu məlum olacaqdı. Sənəddəki şəklindən də eynilə qrimləndikdən sonra güzgüdə ona baxan sima baxırdı. Ancaq hər halda riski nəzərə almalıydı. Ona görə də  bir daha diqqətlə güzgüdə özünə baxıb hər şeyin qaydasında olduğunu yoxladı. Bundan sonra çantanı götürüb sonuncu dəfə mənzili nəzərdən keçirdi. Heç nə yadından çıxmamışdı. Çantanı çiyninə asıb yenə də altlığı biri o birindən hündür olan ayaqqabıları ayağına keçirdi. Sonra divara söykədiyi çəliyi götürdü, qapını açıb bloka, oradan da küçəyə çıxdı. Axsayaraq yeriməyə məcbur olsa da, yaxın olduğu üçün on beş dəqiqədən sonra onun üçün hazırlanmış yeni mənzildə idi. Bu mənzil binanın beşinci mərtəbəsində yerləşirdi. Əvvəlki yarızirzəmiyə nisbətən çox geniş və ikiotaqlı idi. Çantanı masanın üzərinə qoyub əşyalarını yerbəyer etməyə başladı. Paltarlarını dolaba asdıqdan sonra qrimini çıxarıb bükdü və bükülünü skotçla otağın ortasındakı iri masanın altına yapışdırdı. Bu işləri gördükdən sonra mənzillə tanış olmaq üçün yataq otağına keçdi. Qalın pərdələri olan yataq otağının işığını yandıranda ilk gözünə dəyən ikinəfərlik iri çarpayı oldu. Çarpayı sevgilisiylə keçirdiyi gecələri, onun ehtirasla altında inildəməsini, ekstaz halında dırnaqları ilə bədənini necə cırmaqlamasını yadına saldı. Saatlarla çəkən vəhşi ehtirasdan sonra sevgilisinin çılpaq halda qalxıb ikisinə də kofe gətirməsi, çarpayıda uzanıb siqaret çəkə-çəkə kofe içmələri gözünün önündən keçdi. Ən çətin anlarında belə heç vaxt emosiyalarını büruzə verməyən bu adamın yeganə zəif yeri sevgilisi idi. Onun həyatında başqa qadınlar çox olmuşdu. Ancaq heç biri gənc yaşlarından dəli kimi vurulduğu qadını əvəz edə bilməmişdi. Keçib çarpayıda uzandı. Bir qədər tavana baxdı. Sonra gözlərini yumub əli ilə başının yanındakı ikinci balışı sığalladı.

 

 “Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Nilufər Hacılının Türkiyə mətbuatına istinadən  hazırladığı “Nuri Bilgə Ceylanın sevdiyi 10 film”i sıra ilə təqdim edir. 

 

Türkiyəli rejissor və ssenarist Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın olub. Orta məktəbi bitirdikdən sonra Nuri Boğaziçi Universitetinin "Elektrotexnika" fakültəsinə daxil olub. 8 illik tələbəlik həyatından sonra, nəhayət ki, məzun ola bilib.

1997-ci ildən bəri çəkdiyi bədii filmlərlə bir çox mükafatlar qazanaraq beynəlxalq səviyyədə tanınıb. Rejissorun çəkdiyi "Qış yuxusu" filmi 2014-cü ildə Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma Budağı" mükafatına layiq görülüb və kino tarixində bu mükafatı alan ikinci türk filmi olub.

Rejissorun filmlərindən beşi "Ən Yaxşı Beynəlxalq Film Akademiyası" mükafatına Türkiyənin namizədi olaraq seçilib.

Nuri Bilgə Ceylan ssenarist, aktrisa və fotoqraf olan Ebru Ceylanla evlidir. Cütlüyün 2 övladı var.

 

Rejissorun ən yaxşı hesab etdiyi 10 filmi təqdim edirik.

 

5. "Macəra" ("L'avventura", 1960), Mikelancelo Antonioni

 

Anna sevgilisi Sandro və ən yaxın dostu Klaudiyanın da daxil olduğu bir qrupla yaxta səyahətinə çıxır. Yaxta Aralıq dənizinə doğru hərəkət edərkən, Anna sevgilisinə olan hisslərini şübhə altına almağa başlayır. Yaxta bir adaya yaxınlaşdıqdan az sonra Anna müəmmalı şəkildə yoxa çıxır. Annanı axtarmağa başlayan Sandro ilə Klaudiya arasında sevgi macərası başlayır. Çox az dialoq olan film öz gücünü rejissorun hekayəni anlatma üslubundan və filmdəki sirri daim qoruyub saxlamasından alır. Film bu şəkildə eşq hekayəsi ilə bərabər, gərginliyi də qoruyub saxlayır. Mikelancelonun ən mükəmməl filmlərindən biri olan "Macəra" Aralıq dənizinin möhtəşəm gözəlliyini də ağ-qara estetika ilə bizə nümayiş etdirir.

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Nəsr vaxtıdır, sizlərə Tural Sahabın “Sevgi döyüşü” hekayəsi təqdim olunacaq.

 

 

Dişi bir canavarın özünə ailə başçısı seçməsi çox maraqlıdı. Sürüdə olan istənilən bir erkək canavar onunla münasibətdə ola bilməz. Bunun üçün amansız bir savaş lazımdır. Rəqiblərindən üstün olduğunu göstərməli, bütün imtahanlardan keçdikdən sonra mükafatına çatmalıdır.

         Soyuq fevral ayı olmasına baxmayaraq, canavar ailəsi gündəlik həyatını yaşayırdı. Bəlkə də, bu yağan qar onlar üçün gözəl bir fürsətdi. Axı canavarlar qarlı, dumanlı havaları sevir. Belə havada ov etmək daha asandı. Lakin boz rəngli, sinəsində balaca bir ağ olan dişini indi ovdan daha çox maraqlandıran bir şey vardı... ehtiras. Gənc dişi artıq bala verəcək yaşa gəlmişdi. Özünə bir erkək seçib təbiətin qoyduğu qanunu həyata keçirməliydi.

         ...Hun dövlətinin sərkərdələrindən birinin oğlu olmamışdı. Bütün dualar, qurbanlar cavabsız qalmışdı... qalmışdımı, bunu hələ bilmək olmazdı. Yıldıray böyük başbuğ Atillanın ən sevdiyi sərkərdələrdəndi. Bir çox qanlı döyüşlərdə ordunun sol cinahına rəhbərlik etmiş, hilalın içində düşməni məhv etmişdi. Üzündə, bədənində çoxlu döyüş izləri vardı. Bu yaraları qürurla gəzdirirdi. Gəl ki, bu böyük sərkərdənin oğlu olmamışdı. Tanrının işini bilmək olmazdı. Türk bəylərinin duaları, ozanların alqışları, Yıldıray xanın kəsdiyi qurbanlar... bütün bunlar Tanrıya çatmırdı sanki. Bir gün bütün ümidlərini kəsən ataya yaşlı şaman bir müjdə verdi. Bir savaşçı müjdəsi. Ruhlar şad xəbəri gətirmişdi, buludlardan süzülüb. Tanrı Yıldıray xana savaşçı bir övlad verəcəkdi. Lakin bu övlad oğlan deyil, qız olacaqdı. Xanın əhvalı korlansa da, yaşlı şaman Kutadqu ona təsəlli yox, müjdə verirdi. Xan, sənin elə bir savaşçı qızın olacaq ki, obada, orduda onunla cəng edəcək kişi tapılmayacaq. Sənin qızın ad çıxaracaq, sənin qızın düşmənin ürəyində qorxu olaraq yaşayacaq. Kutadqu bilgə şamandı. Bütün Hun ölkəsində ona hörmət edilirdi. Onun sözlərindən sonra Yıldıray Tanrının bu müjdəsini gözləməyə başlamışdı. Daha öncə qızları dünyaya gəlmişdi. Lakin bu dəfə fərqli birinin yolunu gözləyirdi.

         ...Gənc dişinin bu halı sürüdəki erkəklərin diqqətini çəkdi. İndi onlar bir- birlərinə diş göstərir, dişini əldə etmək üçün yollar axtarırdı. Lakin dişi öz seçimini belə asanlıqla etməyəcəkdi.  Göyün üzündə bulud yoxdu. Aydınlıq bir gecəydi dişi yuvadan ayrılıb dağlara tərəf qaçanda. Artıq sevgi döyüşü başlamışdı. Onun sürüdən ayrılıb dağlara tərəf getdiyini görən erkəklər arxasınca düşdülər. Bir dişi canavar öndə, beş erkəksə onu izləyirdi. Dişi sürətlə özünü aydınlıq gecənin içinə salır, hərdən üzünü göy üzünə tutub ulayırdı. Erkəklər sadəcə onu izləmir, həm də aralarında döyüşürdü. Artıq onlardan biri al qan içində geridə qalmışdı. Fürsəti əldən verdiyi, bu savaşda uduzduğu üçün acı-acı zingildəyirdi. Bu səs nə gecəyə, nə ay ışığına yaraşırdı. Savaşsa davam edirdi.

         ...Doqquz ay sonra Kutadqunun müjdələdiyi qız Yıldıray xanın otağında doğuldu. Bir yaz günüydü. Xanın çadırında körpə səsi eşidilidi. Bu qız uşağı dünyaya qanla gəlmişdi... anası onu doğarkən ölmüş, körpənin ovuclarına bulaşan qan ailəyə sevinc yox, kədər gətirmişdi. Lakin Yıldıray bunun üçün üzülmədi. Savaşçı qızının doğulduğu üçün qurbanlar kəsdirdi, aclar doydurdu. Ondan bir neçə gün sonra ölkənin qərb sərhədlərində üsyançıların üzərinə gedən ordunun önündə məğrurca irəliləyirdi. Yıldıray, əslində, savaşmaq üçün doğulmuşdu. Onun sevgisi vətən, xaqan və qanlı qılıncıydı. Onun üçün də artıq döyüşə gedərkən nə ölən qadınını, nə də yeni doğulan qızını düşünürdü. Şaman körpəyə Umay adını verdi. Anasız və atasız olan Umay. Atası döyüşdən qayıdandan sonra yeni bir qadın aldı. Daha doğrusu, savaş qəniməti olaraq gətirdiyi qadınlardan biri ilə evləndi. Lakin Umaya südü obanın ən tanınmış qadınlarından biri verdi. Yıldıray qızı yox savaşçı böyüdürdü. Bəlkə də, şaman onu müjdələməsəydi, Umayın da normal bir həyatı olardı. Bəlkə də, bizi biz edən yaşadıqlarımızdı. Yıldıray savaşdan savaşa qaçır, Umay isə bir canavar kimi böyüyürdü.

          ...İndi dişinin arxasınca sadəcə dörd canavar gedirdi. Gecənin aydınlığında onların yaraları, üstlərinə bulaşan qan açıqca görünürdü. Bu yürüş gecələrcə, günlərcə davam etdi. Geriyə sadəcə iki rəqib qalmışdı. Birdən dişi yönünü dəyişdirib, yaxınlıqdakı obalara tərəf qaçmağa başladı. Onu izləyən erkəklər bir an tərəddüd etsələr də, yollarından qalmadılar. Geri dönmək, qorxmaq qurdluğun şanına sığışmazdı. Obanın qoyun sürüləri və onları qoruyan böyük köpəkləri vardı. Gecənin sükutunu bu itlərin səsi yarır, onlar dayandığı zaman qorxunc bir sükut hökm sürürdü. Dişi dayanmadan qaçır, özünü obaya çatdırmaq üçün hər şeyi edirdi. Və o an gəldi. Obanın içindən sakitcə keçib qoyunların olduğu yerə çatdı. Ağaclardan düzəlmiş çəpəri aşıb içəri girmək elə çətin deyildi. Hətta quzulardan birini ağzına alıb çıxmaq da. İşin çətini bundan sonrası idi, yəni bu obadan sağ çıxmaq.  Dişinin arxasınca gələn erkəklərin imtahanı da elə bu idi. Dişi ovunu götürüb ildirim kimi obadan uzaqlaşdı. Bu zaman onun  ardınca düşən köpəklərin qarşısını almaq isə erkək canavarların işi idi. İndi onlar həm bu itlərlə, həm də bir-birləri ilə döyüşməli idilər. Dişi obadan xeyli uzaqda hündür bir qayanın başında ovunu yeyərkən qalibi mükafatlandırmaq üçün gözləyirdi. Əgər bir qalib olacaqsa...

         ...Savaşlarda böyüdü Umay. On beş yaşından sonra at belində atası ilə onun getdiyi hər döyüşə qatıldı. İyirmi yaşına çatanda Umay adı Hun obalarında, Hun qoşunları arasında hörmətlə anılmağa başladı. O, hətta böyük xaqan Atillanın hüzuruna belə çıxmaq hüququna sahibdi. Ağ atının belində şeir kimi gedirdi. Özünü oğlanlara oxşatmırdı. Elə qız kimi, türk qızı kimi geyinir, saçlarını hörürdü. Onun savaşdığını yazmaq üçün şair olmalısan. Obanın ozanları Umay adına nəğmələr qoşurdu. Yaşlı şaman Kutadqu bu günləri görmədən ölsə də, indi ruhu şaddı. Hərdən gənc şamanlara xəbər göndərirdi göylərdən. Umayın güldüyünü obada kimsə görməmişdi. O, ən qorxunc sərkərdələrə belə sözünü çəkinmədən deyə bilir, düşmənə acımadığı kimi, öz millətindən olanlara da acımırdı. Onun insan olduğunu düşünənlərin sayı çox deyildi. Hər kəsin gözündə Umay Atillanın cəlladı, Yıldıray xanın qılıncı idi.  Neçə döyüşdə düşmən qarşısına çıxıb döyüşmək üçün  adam səsləmişdi. Onu tanımayan düşmən, adətən, birinci ən zəif əsgərini göndərirdi. Nə də olsa, bir qızın qarşısına çıxmaq igid savaşçılar üçün ayıb sayılardı. Lakin Umayın ilk zərbəsi düşmənin fikrini dəyişdirirdi. Onun insan olduğunu sadəcə özü bilirdi. O, qadındı. Qanlı döyüşlərdən sonra gur nəhirlərdə üzünü yuyub su içdiyi zaman öz əksini görürdü... necə gözəldi. Lakin ona bu obada qadın gözü ilə baxmağa kim cəsarət edə bilərdi? İnsanların gözündə bir cəllad, savaşçıydı. Kişilərlə dost ola bilməzdi, qadınlarla da... təkdi, bir yalquzaq kimi tək. Mağaralarda yatır, hərdən gecələr ocaq başında göy üzünə – ulduzlara, aya baxırdı. Ən çox ayı sevirdi. Necə də parlaqdı. Bəlkə də, ayı onun kimi tək olduğu üçün sevirdi. Yıldıray ordusunda ona minbaşı rütbəsini verdi.  İndi Umayın əmrində min türk igidi vardı. Bir qadının orduda bu rütbəni almasına heç kim etiraz etmədi. Çünki heç kim Umayı qadın kimi görmürdü...   min savaşçının önündə rüzgar kimi düşmən içinə girir, başlar kəsib çıxırdı. Döyüşlərin birində atının ayağı büdrədi... Umay yerə düşdü. Bu zaman qəribə bir mənzərə yaranmışdı. Savaşçının atından düşməsi normaldı. Hər döyüşdə bu baş verirdi. Hətta xaqanlar belə atından yıxıla bilərdi. Lakin Umay düşdüyü zaman qanın, cəsədlərin içində bir çiçək gördü. O an sadəcə bir an qadın olmağı arzuladı...

         ...Obanın ətrafında qanlı savaş başlamışdı. İki canavarın ətrafını saran çoxlu köpək. Onlar çoxdu, qarşılarında olansa  canavardı... Bu zaman qəribə bir hal baş verdi. Canavarlardan biri itlərə deyil, öz yoldaşına hücum etdi.  Gecənin qaranlığında itlər onun canavar olduğunu unutdu    elə hesab etdilər ki, onlardan biridi. Beləliklə, bir canavar, xeyli köpək qarşısında tək qalan canavar öldüyünü anladı. Lakin bu zaman  qəribə bir səs gəldi. İtlərin də, canavarların da səsinə bənzəmirdi... ancaq bu, canavar səsi idi.  İtlər nə olduğunu anlamadan qara bir canavar onların arasına girdi. Bir neçə dəqiqə çəkdi bu savaş. Üç canavar birlikdə itləri qovmağı bacardı. Lakin işin əsas hissəsini edən qara canavardı.  Savaşdan sonra  o birilər ona hücum etməyi düşünmədi və sakitcə geri çəkildilər. Lakin xəyanət edən qurdun cəzası verilməliydi... öz soyuna xainlik edənin cəzası ölümdü. O da bunu bilirdi. Bildiyi üçün də savaşmadı, etiraz etmədi. Qara canavarın dişləri boğazına sancılan zaman belə çırpınmadı. Köpək kimi xainlik etsə də, canavar kimi öldü.

          ... O gündən sonra Umay özünə yoldaş olacaq kişini axtarmağa başladı. Lakin bu heç də asan deyildi.  Nə qanlı qılıncını yerə qoya bilərdi, nə də ürəyini sinəsindən çıxarıb ata... əslində, biri vardı. Öz birliyində onun əmrində olan cavan bir savaşçı. Nə zaman sevmişdi onu... başqalarından  daha cəsurdumu, yox... daha güclüydümü, daha yaraşıqlıydımı... bütün cavablar yoxdu, yekə bir yox. Umayın sevdiyi döyüşçü əmrində olan min əsgərdən heç nəyi ilə fərqlənmirdi. Sadəcə bir şey istisana... ürəyi.  Akman onbaşı olmuşdu. Döyüşlərdən birində göstərdiyi qəhrəmanlığa görə. Umay Akmanı sevmişdi, ağlayan bir uşağın göz yaşını sildiyinə görə. Akmanın ürəyi orada olan hər kəsdən fərqliydi.  Digərləri atını özünə sipər etsə, Akman özü atına sipər olardı...

         Xaini öldürdükdən sonra dişinin yanına getmək yerinə uzaqlaşdı oradan qara canavar. Meydan digər canavara qalmışdı. Lakin o da yaxın getmədi dişiyə. Atalarının  törəsini poza bilməzdi. İndi dişi özü qara canavarın arxasınca gedirdi. Yaxşı anlayırdı ki, balalarına ancaq belə əsl bir qurd ata ola bilər. Qara canavarın isə imtahanı yoxdu. O, sadəcə öz yuvasına gedirdi, öz yuvasına aparırdı dişisini...

         ...Yıldıray savaşda öldürüldü. Umayın son döyüşü atasının qisasını almaq oldu. Sonra ayrıldı ordudan, daha doğrusu, yoxa çıxdı. Elə bildilər, o da öldü. Lakin Umay cəllad olmaqdan yorulmuşdu. Atının üzərində başqa bir diyara doğru yol alırdı. O tək deyildi. Onunla birlikdə bir atlı da gedirdi. Atın üzərindəki döyüşçünün əlləri arxadan bağlanmışdı. Bu, Akmandı. Çox güman ki, onunla gəlmək istəməmişdi. Başbuğdan, törədən qorxmuşdu. Lakin minbaşı Umay onu qaçırmışdı.

         ...Gecə mağarada yanan atəş ay ışığına tərəf ulayırdı. Akmanın ürəyi də həyacanla döyünürdü. O hələ də qarşısındakını qadın olaraq görə bilmirdi. Minbaşı Umayın isə gözləyəcək səbri yoxdu.   Dişi bir canavar kimi ovunun üzərinə atıldı. Bəli, qarşısındakı sadəcə onun ovu ola bilərdi. Umay savaşdığı kimi sevişirdi. Ürəyi qadınlığı, sevgini xatırlasa da, bədəni incəliyi, nəvazişi bilmirdi...

 

 “Ədəbiyyat və incəsənət”

(06.03.2024)                                                                                                                               

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Oruc Soltanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ORUC FƏRHAD OĞLU SOLTANOV

(01.01.1999.-15.10.2020.)

 

 Kürdəmirin Sovla kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin  əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi 

 

 

 ORUC

 

Necə də şirinmiş, İlahi, vətən,

Vətən daşı olmaz hər yoldan ötən.

Qarabağ uğrunda savaş zamanı

Tanıdıq nə qədər igid cavanı.

 

Ölümün üzünə onlar dik baxdı,

Mərdlər sayəsində üzümüz ağdı.

Vətən darda olsa oğullar gülməz,

Onların hünəri tərifə gəlməz.

 

Oruc da vətənin cəsur övladı,

İgid qəhrəmantək çağrılır adı.

Sovlada böyüyüb yaşa dolmuşdu,

Qeyrətli, cəngavər igid olmuşdu.

 

Vardı kəndlərində xətir-hörməti,

Hamıya xoş idi  sözü-söhbəti.

Vaxt gəldi, orduya xidmətə getdi,

Vətənə qürurla xidmətin etdi.

 

Əsgərlik necə də şərəfli yoldu,

Mahir  bir nişançı- snayper oldu.

Xidmətin bitirib, qayıtdı geri,

Başından çıxmadı  hərbinin sehri.

 

Haqq işi uğrunda başladı savaş,

Düşmənin başına yağırdı od, daş.

Oruc da yazıldı yenə orduma,

Zəfərlər yaraşır ana yurduma.

 

Nə qədər düşməni məhv etdi Oruc,

Necə də qoçaqmış, igidmiş Oruc.

Füzuli uğrunda döyüş vaxtında

Yaralandı – bu da varmış baxtında.

 

Yara ağır oldu, sağalmaz oldu,

Əlacsız həkimin gözləri doldu.

Yağılar məhv olsun, gəlsin lənətə,

Oruc şəhid oldu, köçdü cənnətə.

 

Oruc, arzuların açıbdır güllər,

Artıq əsir deyil  xarı bülbüllər.

Qarabağ ömürlük azad olubdr,

Erməni xülyası bərbad olubdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

 

 

Azərbaycan nəşriyyatçılığında öz yeri və çəkisi olan XAN nəşriyyatının 10 yaşı tamam oldu. Bu münasibətlə nəşriyyatın direktoru Səbuhi Şahmursoyun yazısını sizlərə təqdim edirik. 

Nəşriyyatın missiyası nədir? Hansı əlamətdar işlər görüb? Niyə məhz XAN? 

Tələsməyin, bütün suallara cavab alacaqsınız. 

 

İlk yazı, heroqlif, daş lövhəcik, lələk, mürəkkəb, perqament, “Xəmsə”, 1440-cı il, Qutenberq, samizdat, “Voyniç əlyazmaları”, makulatura, “əvvəl yazıçı olum, sonra yazmağı öyrənərəm”, minlərlə ağacın kəsilməsinə etiraz, PDF...

Bu açar sözlərin hər biri zaman şkalasının cüzi qismini xatırlatsa da, bəşər tarixinin nəhəng dövrü üçün əhəmiyyətli anlayışlardır. Bunların arasında minlərlə irili-xırdalı başqa açar sözlər də var, hər birinin vəzifəsi cəmi bir nəsnənin yaşaması üçün yalnız pazl rolunu oynamaqdır: KİTAB.

Kitab dünyanın dərki mövzusunda istənilən informasiyanı nəsildən-nəslə ötürən akkumulyasiya bazasıdır. Kitab inqilabdır, kitab bizə həm inanc bəxş edən, həm də inancımızı sorğulayandır. Kitab əmrin simasıdır, necə yaşayacağımızı göstərən qanundur. Tarixdir, sevgidir, haqq-hesabdır... Kitab bəşərin yaddaşıdır.

Kitaba sevgimin yaşını bilmirəm: elə sanıram, min ildir. Amma xatırlayıram ki, nə vaxtsa atamın kiçik rəfə sığışdırdığı qalın üzlü kitablarına balaca əllərimi sürtərkən də onlar mənə doğma gəlirdi. Onda hələ kitabların əsl həyatda nələrə qadir olduğundan xəbərsizdim. Onda hələ yalnız atamın tez-tez yaxınlaşdığı bu sakit guşənin özündə hansı fırtınalar gəzdirdiyini bilmirdim. Könüllü olaraq ilk dəfə hansı kitabı açdığımı da xatırlamıram, hərçənd əminəm ki, o kitabı əsgər rejimi ilə cümlə-cümlə oxumağım həftələr çəkmişdi.

Nədənsə taleyim elə gətirdi ki, həmişə kitabların əhatəsində oldum. Bu sehri hər gün daha bir az dərk etməyə çalışdım: əvvəl qarşıma çıxanı oxudum, sonra oxumaq istədiyimi axtardım, bəzən başqa layiqlisinə rast gəldim, sonra axtardığım məni tapdı və beləcə davam etdi. İnsanmərkəzçiliyin manifesti “nəhayət, insan yarandı” olan kimi, mənim də həyatım dövr edib, nəhayət, kitabın məbədinə çatdı. Əvvəllər məndə sakral məkan təəssüratı yaradan nəşriyyat gündəlik həyatımın böyük hissəsinə çevrildi. Kitabların doğuluşunu artıq canlı müəlliflərlə söhbətdə müşahidə etdim, iş alətimiz “ərköyün” söz oldu, biz onu, o bizi dəyərə mindirdi. İndi yeni doğulan kitabların bizə uzanan balaca əllərini təsəvvür edəndə, vaxtilə böyük kitablara uzanan öz balaca əlimi xatırladım. Həyatda hər şey necə də qarşılıqlıdır!

XAN Nəşriyyatı. XAN. Xalqım Azərbaycan Naminə – XAN-ın açıqlaması budur. Məncə, bu söz birləşməsi nəşriyyatın amalı barədə hər şeyi deyir.

İşlədiyin yerin şəninə xoş sözlər demək öz-özünü tərifləmək kimi bir şeydir və kənardan adekvat görünməyə bilir. Amma bu məsələnin olanı deməməklə ədalətsizlik etmək kimi bir vəziyyətə düşməmək istəyi də var. Məsələn, sirr deyil ki, ilin-günün bu vaxtı (bazar iqtisadiyyatının söz sahibi olduğu zamanda) “XAN Nəşriyyatı”nın müraciət etdiyi müəllif və əsərlərin böyük əksəriyyəti ədəbiyyatın fövqündə dayananlardır, bu mənada “Atlant göy qübbəsini hələ də çiynində saxlayır”. Məsələn, hələ tanınmamış gənc müəllifin nəşr olunan kitabı oxucular tərəfindən uğurla qarşılananda gizli-gizli duyulan qalibiyyət hissinin nə demək olduğunu yaxşı bilirəm. Eləcə də bilirəm ki, “Məşhurlar” silsiləsi ana dilində qeyri-bədii kitab axtarışında olan oxucu üçün nə deməkdir. Həvəsli oxucuya “Xatirə Ədəbiyyatı” silsiləsindən bir kitab uzatmaq onu elə çılpaq tarixlə qovuşdurmaqdır. Bilirəm ki, İsa Muğanna kimi dahinin Azərbaycanda müəllif hüquqları verilən yeganə nəşriyyat olmaq böyük məsuliyyətdir. Bu məsuliyyətə “Dədə Qorqud. Vatikan nüsxəsi”nin 500 ildən bəri ilk dəfə transliterasiya olunmuş nəşrini Azərbaycan oxucusuna təqdim etmək də aiddir. Ümumilikdə milli ədəbiyyat nümunələrini gənc nəslə tanıtdırmaq istiqamətində “XAN Nəşriyyatı”nın gördüyü işlər danılmaz faktdır. Müasir Azərbaycan ədəbiyyatının, necə deyərlər, “qaymaqları”nı seçib nəşr etməksə yerli ədəbi prosesə faydalı addımdır. “Tərcümə ədəbiyyatı” silsiləsinə məxsus kitabların seçimi onları tərcümə edənlərin seçimi qədər həssas mövzudur. Bu mənada yaşlı nəsillə birgə gənclər arasından kəşf edilən tərcüməçilər bu nəşriyyatın uğurudur. Əminəm ki, bu əzmlə, öz üzərində çalışmaqla Cavid Qədir, Xəyalə Murad, Həmid Piriyev və başqa tərcüməçi gənclər Azərbaycan dilinə hələ çox dəyərli əsər qazandıracaq.

“BalaBilgə” uşaq kitabları silsiləsi ilə uşaqların sevincinə bais olmaq “XAN Nəşriyyatı”nın istənilən əməkdaşı üçün ən gözəl duyğudur. Misal üçün, uşaqlıqdan Koroğlunu, Dədə Qorqudu, “Xəmsə”nin qəhrəmanlarını, Balaca qırmızı balığı tanıyan, şahmatı öyrənən, milli irsimizi – geyimlərimizi, abidələrimizi, sənətkarlarımızı, hökmdar və generallarımızı, idmançı və qəhrəmanlarımızı tanıyaraq, onların şəklini boyayan, yaxşılıq haqqında hekayələr dinləyən bir uşağın gələcəyini təsəvvür etmək adamda, həqiqətən, xoş hisslər oyadır. Məktəbdə uşaqların sıxışdırılması – “bullinq” mövzusunda işlənən ən gözəl kitablardan biri – Jeleznikovun “Müqəvva”sını oxuyan uşaq təkcə sinif yoldaşlarını deyil, bütün insanlığı anlamağa çalışar, heç vaxt empatiya hissindən uzaq düşməz. “Böyük adam olmuş uşaqlar”, “Bilgənin macəraları”, “Balaca Delfinin macəraları” silsiləsindən istənilən kitabı oxuyan uşaq ömründə pis insan ola bilməz.

Və bütün bunlar qısa zamanda – cəmi 10 il ərzində görülən işlərin cüzi hissəsidir. Bu nəşriyyatı yaxından izləyənlər bilməmiş olmaz ki, “XAN Nəşriyyatı”nın məqsədi və idealı fəaliyyət göstərdiyi cəmiyyəti hərtərəfli maarifləndirməkdir, bu yol isə təsəvvür ediləndən də uzun və hər cür sürprizlərlə doludur. Bu yükü, bu məsuliyyəti enli çiyinlərində saxlayan təsisçi Şəmil Sadiq və bütün həmkarlarımı – bu nəhəng insanları yubiley münasibətilə təbrik edirəm!  Əminəm ki, zəhmətli olsa da, gələcəkdə yenə fəxrli və mənəvi dəyəri yüksək olan işlər görəcək, arzuladığımız xoş günləri yaşayacağıq! Qoy, bu qədim tarixin bir açar sözü də “XAN” olsun! Ədəbiyyat və kitab qədər ömrün olsun, əziz “XAN Nəşriyyatı”!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun 

Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 247 nömrəli tam orta məktəbdir. 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Bakı şəhəri A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Uğurlu qızı Abbasova 10.12.1978 –ci ildə Qərbi Azərbaycanda Ağbaba mahalında anadan olmuşdur. Tam orta təhsilini  1995-cı ildə Bakı şəhərində bitirmişdir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili-ədəbiyyat” fakültəsinə qəbul olmuşdur. Həmin fakültənin 2000-ci ildə bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini bitirmişdir.

2001-ci ildən Bakı şəhərində pedaqoji fəaliyyətə başlamış, Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 2016-cı ildən məktəb direktoru vəzifəsində çalışır. İşlədiyi dövrdə bir sıra nailliyyətlər əldə etmişdir. 2011-ci ildə “100 ən yaxşı müəllim” müsabiqəsinin,  2018-ci ildə “İnteraktiv əlifba” layihəsi ilə Təhsildə inkişaf və innovasiyalar üzrə II Qrant müsabiqənin, 2019-cu ildə “Məktəbdə sağlam mənəvi-psixoloji mühit” mövzusu ilə Pedaqoji mühazirələr müsabiqəsinin qalibi olmuşdur. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin olimpiada və müsabiqələrdə uğur qazanmasına görə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir neçə dəfə Fəxri fərmanla təltif olunmuşdur.

 

ŞAGİRD:

Mən, Məmmədli Fidan Vüsal qızı 19 avqust 2011-ci ildə dünyaya göz açmışam. 2017-ci ildə Binəqədi rayonu 244 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşam. 2021-ci ildən isə 247 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsilimi davam etdirmişəm və hal-hazırda həmin məktəbdə təhsil alıram.

 

ESSE:

“Hacı Zeynalabdin Tağıyev”

Azərbaycanın görkəmli mesenatı Hacı Zeynalabdin Tağıyev kamil insanlardan biri idi. O öz doğma vətəninin gözəlləşməsi və abadlaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Belə ki, Azərbaycan xalqına öz xeyriyyəçi xidmətləri ilə böyük töhfələr verən Hacı Zeynalabdin Tağıyevin ömür yolu hər birimiz üçün örnək olmalıdır. O, xeyir əməllərin carçısı, bir millət fədaisi kimi çar Rusiyasının müstəmləkə siyasətinə zərbə vuran ilk milli kapitalistimiz olmuşdur.

Bu gün onun xeyirxah əməllərinin layiqli davamçısı Heydər Əliyev Fondudur. Fond da Hacı Zeynalabdin Tağıyev kimi dövlətimizin mütərəqqi ölkə kimi tanınmasında bəşəri addımlar atır.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı Məşhədi Məhəmməd-Tağı Dostməhəmməd oğlunun ailəsində anadan olmuşdur: o təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlmiş, gənc yaşında Şamaxıya gələrək məskunlaşmış, yetkin dövründə Bakıya köçmüş, burada evlənmişdir. Zeynalabdinin anası Ümmü xanım onun 10 yaşı olanda vəfat edir. Özündən 3 yaş kiçik Əliqulu adlı qardaşı vardı. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında olarkən atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. 

Tağıyev müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edirdi. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar məktəbinin binasında onun dəsti-xətti hiss edilir.

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O həm də, Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçilərdən idi.

 

“Neft sənayesi və nəqliyyat”

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradır.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır, lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəldilər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z. Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxartdı. Nəticədə onun gəlirləri sürətlə artmağa başladı. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun,  indiki Volqoqradda, Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtkü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.

Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınaraq neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə maraq göstərir.

1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud neft hasil edir.

"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb,Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda "Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti" təsis olunarkən Z. Tağıyev Şuranın 6 üzvündən biri olur.

Bundan başqa Tağıyev "Kaspi" birliyi ilə əməkdaşlığını sürətlə inkişaf etdirir ki, orada da o,1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka və körpüyə sahib idi.

 

“Qız məktəbinin açılmasına mane olanlarla mübarizə”

Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnəfikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. "Qaragüruhçu, iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın, enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb, isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğəmbər, xəlifə, imamlardan hədislər və sübutlar gətirərək, bu işi küfr adlandırırdılar. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dillərində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burada nə pis iş var?”

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

Wednesday, 06 March 2024 10:00

EKSPRESS-SORĞU - Mənim üç arzum

Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət”in növbəti

 ekspress sorğu sualı: Torunuza düşən qızıl balıq üç arzunuzu yerinə yetirəcək. Arzularınız hansılardır? 

Mənim cavabım belədir:

 

Tilovumu sudan çəkdim. Ümidlə atıb, məyusluqla çıxardığım tor sayını unutmuşdum. Əfsanələrdəki insanlara qızıl balıq bəxş edən sular, məndən quru balığı da məhrum edirdi. Dəniz sanki kimdənsə incimişdi və mən arada qurban gedirdim, savaş halında iki dövlət arasında qalan torpaq, mübahisə edən ana-atanın arasında qalan uşaq kimi. "Ey başqalarına qızıl balıq bəxş edən dalğalı sular! Niyə məndən kiçik xoşbəxtliyi də əsirgəyirsiniz?!" dedim qəzəblə. Buraya gəlmək məqsədim yadımdan çıxmışdı sanki. Bu üsyanım dənizin mənə vermədiyi balıqlar deyil də, həyatın mənə bəxş etmədiyi xoşbəxtlik idi sanki. 

Bəzən insan ən böyük hadisələrə susar, kiçik bir qığılcımda parlayar və arada haqqı olmayan haqsızlıqlara məruz qalanlar qalardı. Deyəsən, məndə də elə olmuşdu. Balıqdan başqa nələrsə tələb edirmişcəsinə baxırdım qəzəblə qayalara çırpılan dalğalara. Bunları düşünərək, "Son ümid" deyib ümidlənərək atıb, ümidsizcə toru sudan çəkdim. Tordan 3 kiçik balıq çıxdı. "Bunları verəcəyinə, heç verməzdin! İndi mən sənə "qızıl balıqlarını" geri qaytarıram" dedim, qəzəblə alt dodağımı dişləyərək. Dalğalar sanki bir az əvvəlkindən daha bərk gəlirdi üzərimə. Bu sözlərimə cavab olaraq, sanki dəniz mənə mənasız bir şey istədiyi üçün ağlayan uşaqlara susmaları üçün qəzəblə "nə istəyirsən?!" sualını verən valideynlər kimi cavab vermişdi. Əvəzində səndən ev, maşın və bir miqdar pul, qısaca, xoşbəxtlik istəyirəm! dedim mavi sulara. Bu balıqları mənə dənizin verdiyini unudaraq və indi balıqları geri qaytararaq ona nələrisə lütf etdiyimi zənn edərək. 

Dalğalar get-gedə sakitləşdi. Bunu "istədiklərini sənə verəcəyəm" kimi qəbul edirəm, dedim. Yığışıb, heçnə olmamış kimi evin yolunu tutdum. Son olaraq "arada belə də olar" deyərək, "əsəbi idim, dediklərim üçün üzr istəyirəm" deyən ruh qatillərinə bənzəyirdim. 

Yolu keçmək üçün dayandım, ətrafda elə də çox maşın görünmürdü. Keçmək üçün addımlamağa başladım. Yolu keçərkən, sürətlə mənə doğru gələn maşını gördüm, lakin bəzən görmək üçün çox gec ola bilirdi və eyni zamanda düşünmək üçün də... O an dünya ilə bütün əlaqəmi kəsmiş, qəlb ritmimə və yaşamaq üçün çırpınan ruhuma açmışdım sanki. Özümü yolun kənarındakı ağaclıqlara atdım iradəmdən kənar şəkildə. Qəlbim sanki əlimin içində döyünürdü. Xoşbəxtlik... xoşbəxtlik... xoşbəxtlik dedim tək kəlmə, deməyə də halım olmayacaq şəkildə. Bu sözlər məndən asılı olmayaraq dilimdən çıxmışdı. Bəzən dünyaya bizə verdikləri üçün yox, verdiklərini almama lütfünü bəxş etdiyi üçün təşəkkür etməli və sevinməli idik. Nəfəs almaq qızıl balıq, qızıl balıq xoşbəxtlik, xoşbəxtlik özüm imişəm sən demə!

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.