ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.

 

 

Nuriyyə Lövh

Binab

 

İNDİ DÜNYADA QAN QUSULUR

 

 Şeirin nəfəsi geri sayıma düşmüşdü

Qələmi,

Balamı, səni gətirmədilər.

Əlim,

Öpüşüm,

Baxışım,

Acı olduğu üçün...

 

Amma qoy deyim sənə

Aaaaaay oxucum

Dinləyicim

İnan

Ey özüm təki üsyankar, inan...

Dərdin çoxu da yoluxucu xəstəliyindən deyil

Qəfəsdə təngə gəlir nəfəsim

Vətən çicəkləri solur ürəyimin vulkanında 

və millət nisgilini

Daşıya bilməyən çiyinlərimdən aslanıb 

qara sevgi.

 

İndi əllərim əsitməyə düşsə də

Dilimin tutulmasına izin verməmişəm.

Niyə ki, güneyli-quzeylisindən 1400 çiçək yağacaq əllərimə vətən...

 

Düzdür kələmələr xırıldayır xırxıramda

Ventilyatorla çəkirəm acı sancıları

Amma xəstəliyə inanan deyil polad iradəm.

Axı

Təkcə mən deyiləm ki,

Yer kürəsinin dəli sızıltıları işini bitirib yazıq bəşərin kövrək kürəklərində...

İndi burda elə bu saat 1400-cü günəş cücərir sinəmin daş yarasından

İndi gecə quşları baladan çıxırlar ağ ciyərlərimin qaranlıq böcəklərində.

 

Pekin ilə Vaşinqton!

Hərdən nə isə Moskvaya süqut edir gözlərimin gücsüzlüyündə...

 

Mən isə ağ ciyərimin

Sən isə serum-saatın

Pərəstar dostum isə O2-nun eniş-yoxuşuna

Cum-culuq tər içində cummuşuq.

 

Üçümüz də bilirik

Zalımların hansı felinə uymuşuq.

 

İndi dünyada qan qusurlur

Humanizmin çeşidli düşuncəsi

Yer kürəsinin atlantasını

Ortadoğu ölkələrinin

Özünü qonşularından tez 

və ucuz satan yollarını

Şəhərin balalarıma çatdıran 

bütün xəritələrini

Bir də gözlərini

Hə gözlərini çəkirəm

Xəstəxananın şahmatı tavanında

İndi burda bütün isimləri qusaraq

Təkcə talanmış vətəni həzm edə bilirəm 

uca röyalarımda

Daşını, kəsəyini, çiçəklərini,

O tay-bu taylı dağlarını, dərələrini, təpələrini

Bütün hər nəyini

Sinirsiz çəkirəm

Vətəndaşların, dildaşların

Ürəklərini kədərsiz, yarasız çəkirəm...

 

İndi atrovent

Qıtlığına düşüb bu talanmış çevrədə

Sevgilim Qafqaza yürüyüb çiçəkli qıçlarıyla

Bəlkə nəfəs gətirə quzeydən

Yaramı sağaltmaq üçün...

  

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

 

Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib. Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin moderatoru Kanadanın keçmiş Multikulturalizm və Vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. Dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə  Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.

Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçün minnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.

Tədbirdə Ontario parlamentinin millət vəkilləri Rudy Cuzzetto (Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo (Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (Kris Qlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (Kristin Vonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (Andrea Hezel) iştirak ediblər. Onlar mərkəzin böyük işlər gördüyünü, bu işlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldə etdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilə rəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirin təşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb.

Günel İsmayılovanın piano müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.

Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızın milli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı, Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühüm işlər görür.

Aşağıdakı linkdən Kanadada “Azərbaycan İrs Günü” adlı tədbirlə bağlı video materialı izləmək mümkündür:

https://youtu.be/Q5YI2Y2Mets?si=7moYP-VmDDgIx4y6

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

Çərşənbə, 07 May 2025 16:02

Milli-mənəvi dəyərlərimiz

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Yaşadığımız ortam, şərait nə cür olursa olsun, milli-mənəvi dəyərlərimiz hər zaman hər şeydən üstündür. Bu gün həmin dəyərlərimiz barədə söhbət etmək istəyirəm. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.

 

Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb. Əgər Sovetlərdən əvvəl Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə, keçmiş SSRİ-nin dövründə ölkədə cəmi 17 məscid vardı. Hazırda isə Azərbaycanda 2054 məscid mövcuddur.

 

İslam dini -xalqımızın milli-mənəvi sərvəti                      

 

1993-cü ilin, iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də bir yenilik etdi. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa olundu, bir çoxları yenidən bərpa edildi. Bir sözlə dini dəyərlərimiz yenidən canlandı. Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahı məhz Heydər Əliyevin tapşırığı əsasında dövlət hesabına yenidən inşa olundu. Təsadüfi deyil ki, Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki,  dinimiz xalqımızın milli-mənəvi sərvətidir: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.  Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.

 

Tolerantlıq ənənələri və milli- mənəvi dəyərimiz

 

Bu bir reallıqdır ki, bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Hətta qeyri-İslam dinindən olan insanlar üçün də Azərbaycanda kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar inşa edilib.  Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir.

 

Dil milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi                    

 

Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilir. Bu mənada Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olub.

 

Muğam xalqımızın genetik kodu                 

 

Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün  dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Prezident İlham Əliyevin qayğısının nəticisidir ki, son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.

Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır. Buna nümunə olaraq müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidinin Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilməsini göstərmək olar.

Birmənalı şəkildə qeyd etmək olar ki, muğam xalqımızın incisi, onun genetik kodudur. Muğam nəsillərdən-nəsillərə keçərək Azərbaycan xalqının qan yaddaşında qalıb, onun ürəyində əbədi iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır”.

Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam ensiklopediyası. Və nəhayət, Muğam Mərkəzi.

 

Milli mənəvi dəyərlərin qorunmasında məqsədyönlü fəaliyyət

 

Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər  xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır.

Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dəyərli oxucular. Maraqlı faktlar rubrikasını çox bəyəndiyiniz bəllidir. Əlbəttə ki, bu sayaq məlumatlar qərbdən şərqə, 7-dən 77-yə hamı üçün maraqlıdır. Bu dəfə bir neçə mənbəni ələk-vələk edib sizlər üçün aşağıdakıları toplaya bildik:

 

- Ahtapotların üç ürəyi var.

İki ürək qanı qəlsəmələrə, biri isə bədənə pompalayır. Üzgüçülük edəndə isə bədənə qan vuran ürək dayanır!

 

- Yerin ən isti yeri Liviya səhrasında qeydə alınıb.

1922-ci ildə Əl-Əziziyə şəhərində 57.8°C temperatur ölçülmüşdü.

 

- Şir gündə orta hesabla 20 saat yatır.

Yəni şirlər, əslində, savannaların "yatan kralı"dır.

 

- İnsan burnu 1 trilyon fərqli qoxunu ayırd edə bilir.

Əvvəllər bu rəqəm daha aşağı hesab olunurdu, amma son araşdırmalar bunu sübut edib.

 

- Kosmosda ağlamaq mümkündür, amma göz yaşları axmaz. 

Sıfır cazibədə göz yaşları üzdə köpük kimi yığılır.

 

- Dəniz atları (sea horse) övladlarını atalar dünyaya gətirir.

Dişi dəniz atı yumurtaları erkəyə ötürür və erkək onları daşıyaraq doğur.

 

- Kərgədanların dərisi o qədər qalındır ki, silah gülləsinə belə bəzən davam gətirə bilir.

Amma yenə də çox həssas və təbiətdə təhdid altında olan heyvanlardır.

 

- Mavi balina dünyanın ən böyük heyvanıdır – həm də tarix boyunca yaşamış bütün canlılar arasında.

Onun ürəyi bir avtomobil ölçüsündə ola bilər və ürək döyüntüsünü 3 kilometr uzaqdan eşitmək mümkündür.

 

- Delfinlər bir-birilərini adla çağırırlar.

Onlar xüsusi səs siqnalları ilə digər delfinləri fərqləndirib çağırırlar – yəni "dil"ləri var.

 

- Qarışqalar özlərini "zombi" edə bilən göbələklərlə yoluxa bilər.

Ophiocordyceps adlı göbələk qarışqanın beynini ələ keçirir və onu idarə edir. Elm buna “zombi-parazit” deyir.

 

- Axsaq timsahlar düz qaçarkən atdan da sürətli ola bilərlər.

Sürətlə hücum zamanı qısa məsafədə 17-20 km/saat sürətə çata bilirlər.

 

- Tarantul hörümçəkləri yırtıcılarından qorunmaq üçün arxa ayaqları ilə tüklərini “atırlar”.

Bu tükcüklər dəridə qaşınma və yanmaya səbəb olur.

 

- Elektrikli ilanbalığı 600 volta qədər enerji buraxa bilir.

Bu qədər enerji ilə 5 nəfərlik ailənin lampasını yandırmaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Akif Şahbazov: “Sahibkar o adama deyirlər ki, təyyarəyə, gəmiyə minib, ailəsini burada qoyub gedir uzaq-uzazq ellərdən mal gətirməyə. Bütün riskləri də göz altına alır. Həmin mal gəlib çatacaq, çatmayacaq, hamısı sual altındadır. Deməli, sahibkarın həyatı, bütün  işləri, hər şeyi  risk altındadır”.

 

Sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olanlar çoxdur. Amma, əfsus ki, onların çoxu hətta gördükləri işin nə olduğunu və bu işdən necə pul qazanıb, ətrafında olan işçilərini  və öz ailəsini dolandırmağı, dövlət büdcəsinə kömək etməyi yaxşı bilmirlər. Məhz ona görə də bu işlə məşğul olanlar bir müddət sonra, bu işdən ayrılırlar və çox vaxt da özlərini yox, başqalarını günahlandırırlar. Məhz ona görə də mən deyirəm ki, “ Sahibkarlıq Allah vergisidi”. Necə ki, müəllimlik, hakimlik, həkimlik, yazıçılıq, incəsənət işçisi olmaq Allah vergisi olduğuna kimi  bu müqədds sahə də Allah vergisidi. Bu yazımda sizi həmin Allah vergisi olan bir şəxsiyyətlə daha yaxından tanış etmək istəyirəm.

 

ARAYIŞ:

May ayının 5-də artıq 56 yaşı tamam olan  Akif  Səfər  oğlu Şahbazov  1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaqlı kəndində kəndçi ailəsində anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinifinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da, mənfur, nankor qonşularımız olan ermənilərin türklərə olan nifrətinə  görə ona qızıl medal verməyiblər.  Amma Akif Şahbazov bundan ruhdan düşməyib. Həzrəti Əlinin bu sözlərini özünün ali məqsədi eləyib: “Mənə bir hərif öyərədənin köləsi olaram”. Müəllimlərini və valideynləri çox sevib. Çünki onlar ona təkcə hərifləri yox, elmin sirlərini öyrədiblər. O, artıq orta məktəbi bitirəndə yüksək kamil düşüncəyə malik olub. Dostumuz  Akif Şahbazov  deyir ki, “ artıq orta məktəbi  bitirəndə mən, gələcək həyatımı necə quracağımı başa düşmüşdüm. Və başa düşmüşdüm ki, bir insan qarşısına hansı məqsəd qoyursa və səbrlə ona doğru gedirsə, gec-tez ona çatacaq”.

 

DEPORTASİYA

O, 1987-ci ildə ordu sıralarına çağrılıb və Moskva vilayətinin Serpuxova şəhərində hərbi xidmətdə olub.  Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı törətdiyi ixtişaşlar  başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideynləri də Qərbi Azərbaycanda yaşayan üç yüz mindən çox  həmvətənlilərimiz kimi Ermənistandan deportasiya olunublar və  Sumqayıt şəhərində məskunlaşıblar. Akif də hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Akif  Şahbazov ilk əmək fəaliyyətinə Sumqayıt  Boruyayma  zavodunda çilingər kimi başlayıb. Ailə vəziyyəti ağır olduğundan, belə qərara gəlib ki, ali təhsilini yalnız axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə  Sankt-Peterburq  şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. O, oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən və müəllimlərinin hörmət bəslədiyi  bir tələbə olub.  Çünki Viktor Hüqonun bu kəlamı həmişə onun amalı olub:  “Xeyirxah olmaq çətin deyil, ədalətli olmaq çətindir”. Məhz buna görə də Akif Şahbazov təkcə tələbə yoldaşlarına yox, həm də onu əhatə eləyənlərə qarşı həmişə ədalətli olub.

Səkkiz il bundan qabaq, tanınmış  göz həkimi, ictimai xadim, maraqlı yazıçı, publisist Hümbət Həsənoğlunun yaratdığı Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü olan Akif Şahbazov, idarə heyyətinin bütün üzvləri tərəfindən sevilir və onun hər çıxışı çox maraqla qarşılanır. Çünki o, hər bir fikrini reallığa söykənərək deyir. Ən maraqlısı budur ki, bu gün də Akif Şahbazov özü üçün yox, ətrafında oıanlar üçün yaşayır. Hərbərlik etdiyi “Məktəbli aliəsi” kollektivinin işçiləri üçün yaşayır. Yəni ilk öncə onları düşünür. Onlaarın problemini həll edir. Bax, belələrinə deyirlər: “Əsl rəhbər”.

 

ƏMƏK FƏALİYYƏTİ

Ailələri çətin dolandığına görə Akif Şahbazov səhər işə gedib, axşam təhsil alıb və gecə yenə də növbəyə gedib ki, ailənin dolanışığına köməklik etsin. Hətta boş vaxtlarında “qul bazarına” gedib, orada da iki ustanın əlinin altında fəhlə  işləyib ki, heç olmasa 50-60  manat pul qazansın    böyük ailələri korluq, əziyyət çəkməsinlər. 1996-cı ildə ali təhsilli mütəxəsis kimi İqtisadiyyat Universitetini  bitirib. Təhsil aldığı bu altı ildə iş yerində də Akif Şahbazovun böyük  inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi zavoduna Boru Yayma zavodundan köçürmə yolu ilə keçib. Burada olan Metal-Qab zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Onun bacarığını, savadını görüb az bir vaxtda burada vəzifə pillələrində inkişaf  edərək, kadrlar şöbəsinin rəisi, material üzrə  mühasib, baş mühasib olub.

Elə həmin vaxtı “Azərikimya” Dövlət Şirkəti yaranıb. Şirkətin nəzdində də Təmir-Tikinti idarələri fəaliyyətə başlayıb.  O  vaxtı da Akif Şahbazovu  9  nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi təyin ediblər. Sonra onu 1 nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi vəzifəsinə keçirbilər. Bu artıq həmin dövr idi ki, şeytan xislətli  Mixail Qorbaçovun yenidənqurma adlı  bic siyasəti nəticəsində SRRİ kimi nəhəng dövlət  dağılmağa doğru gedirdi. Həmin dövrdə də artıq iş yerlərinin bağlanması, müəsisələrin çökməsi, parçalanması  başlanmışdı. Çox yaxşı intusiyaya, uzaqgörən siyasətə malik Akif  Şahbazov da artıq  başa düşür  ki, Sovetlər  ölkəsinin  sonu yaxınlaşır. Əgər burada qalıb işləsə gələcək üçün heç bir perspektivi olmayacaq. Çünki Həzrəti Əlinin bu kəlamını Akif Şahbazov elə həmin vaxtlar öz beyninə yazmışdı: “ Dövlətin dini ədalətdir. Ədaləti olmayan dövlət dinsizdir və gec-tez dağılacaq”.  Ona görə də çevik hərəkətlə  1991-ci ildən sahibkarlıq fəaliyyətinə başlayıb.

 

SAHİBKARLIQ

Belə ki, həmin vaxtı Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətə başlamaqla özünü  sahibkarlıqda sınayıb. O, görüb ki,  məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlara ehtiyac çox böyükdür. Ona görə də bu işlə məşğul olmağa başlayıb. Həqiqətən də həmin vaxtı  belə mallar Azərbaycanda qıt idi və çətin tapılırdı. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görə və  məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığından o,  bu boşluğu doldurmaq məqsədi ilə və geniş çeşidli etmək üçün  Sumqayıt  Mərkəzi Univermağın yaxınlığında olan “Sputnik” adlı sənaye malları  univermağında ayrıca icarəyə yer götürüb. Beləliklə, 1992- ci  ildə Bakı və Sumqayıtda ilk dəfə  ayrıca məktəbli malları, dəftərxana ləvazimatları  olan  xüsusi  mağazanı  məhz  Akif  Şahbazov  yaradıb. Bununla da imkanlarını  bir az da genişlənib. Az bir vaxtda artıq Sumqayıtdakı Sülh küçəsində, mərkəzi bazara yaxın yerdə  yer alıb    orada  60 kvadrat metr yerdə mağaza tikdirib. Həmin mağaza da məktəbli malları və dəftərxana ləvazimatlı mağazası  olub. Sonra həmin mağazanın ikinci mikrorayonda filiallarını açıb. Artıq sahibkarlıqda lazım olan təcrübə əldə eləyən  Akif  Şahbazov belə qərara gəlib ki, bu malları özü istehsal etmək üçün bir müəssisə yaratsın.  Bununla bağlı ayrıca yer götürüb və ora lazım olan aparatlar, dəzgahlar, maşınlar gətirməklə məktəbli malları və dəftərxana ləvazimatları olan məhsullar istehsal etməyə başlayıb  və ayrıca mətbəə-poliqrafiya yaradıb. Bu müqəddəs işdən möhkəm yapışan  Akif Şahbazov uzun illərdir ki, məktəb malları və dəftərxana  ləvazimatları istehsal etmək sahəsində ən yaxşı mütəxəssis olub və yaratdığı böyük  mətbəə, poliqrafiya  respublikada tanınır. Burada həm də bədii, sənədli kitablar çap etdirməklə və bu kitabları da öz mağazalarında satdırmaqla, çoxlu  müştəriləri, kitabsevərləri də ətrafına toplaya bilib  Akif  Şahbazov. Sumqayıtdakı bütün məktəblilər və yaşlı oxucular da  məhz Akif Şahbazovun rəhbəri olduğu mağazalara gəlirlər. Çünki bu mağazalarda Sumqayıtdakı bütün mağazalardan həm məktəbli malları, həm  dəftərxana ləvazimatları  və həm də kitablar çox ucuz qiymətə satılır. Bu iş, məhz elmlə, ziyalılarla bağlı olduğuna görə  Akif Şahbazov bu işi özünə müqəddəs iş və şərəf  bilir. Onu da vurğulayım ki, bu gün Bakı şəhərində və bölgələrdə olan  demək olar bütün məktəbli mağazaları  Akif Şahbazovun həm maraqlı məsləhətləri və həm də dəyərli  ziyalı kimi  böyük  dəstəyi ilə uğurlar əldə edirlər.  Akif Şahbazovun məsləhətilə Bakıda açılan məktəbli mağazaları alıcı çoxluğuna görə daha tez inkişaf etsələr də, amma onların rəhbərləri  bu gün də  Akif müəllimin  məsləhətlərindən yararlanırlar. 

 

MEDAL TƏLTİFİ, BƏLƏDİYYƏ ÜZVLÜYÜ...

Bütün bu illərdə Akif müəllimin çəkdiyi zəhmət hədər getməyib. Belə ki, keçən ilin oyabr ayında Sumqayıt şəhərinin 75 illik yubileyində ölkə başçımız cənab İlham Əliyevin sərəncamı ilə Akif Şahbazov “Tərəqqi” medalı ilə təltif olunub. Bu ilin əvvəlində keçirilən Bələdiyyə seçkilərində Akif Şahbazov çox böyük səs çoxluğu ilə Sumqayıt Bələdiyyəsinə seçilib. Biz inanırıq ki, Akif müəllim Sumqayıt Bələdiyyəsinin inkişafı üçün çox işlər görəcək. Çünki o, müasir düşüncəli, yüksək təfəkkürlü, yenilikçi sahibkar və iş adamıdır. Ona görə də Azərbaycan iqtisadiyyatını, sahibkarlığını dirçəltmək üçün belə uzaqgörən sahibkardan, yüksək təşkiltçı insandan lazım olan kimi istifadə etmək lazımdır. O, idarə heyyətinin  üzvü  olduğu  Qərbi Azərbaycanlıların Cəmiyətinin Sumqayıt şöbəsi üçün də böyük işlər görə bilər. Çünki bir siyasətçi kimi də çox yetkin insandır. Mən, onunla ad günüdə, çox yüksək, Avropa standartlarına uyğun  səviyyədə qurulmuş, geniş çeşidli Sumqayıt Məktəbli nağazasında bu müsahibəni  apardım. İstəyirəm siz də onun orijinal fikirlərilə tanış olasınız əziz oxucular.

 

MÜSAHİBƏ

 

-Akif müəllim, salam. Necə oldu ki, siz Sumqayıt şəhərindəki 2-ci mikrorayonun zirzəmisində mağaza yaradası oldunuz?

 

- Çox maraqlı sualdır.  Xarici ölklərə gedəndə görürdüm ki,  birinci mərtəbələrdə demək olar ki, yaşayış yoxdur. Ona görə də fikirləşirdim ki, bizdə də bunlar gec-tez qeyri-yaşayış sahələri olacaq. Belə qərara gəldim ki, burada  bir üç otaqlı mənzil alım. Sonra iki otaqlı bir mənzil də aldım. Sonradan bu binanın zirzəmisinə baxış keçirtdim. Baxış keçirən zaman gördüm ki, yuxarı mərtəbələrin təmirindən yaranan  bütün zibilləri zirzəmiyə töküblər.  SSRİ dövründən olan bütün kanalizasiya sistemi də istismar müddətini başa çatdırmışdı. Ona görə də bütün kanalizasiya suları da zirzəmiyə axırdı. Mən bu zirzəmini çirkab sularından, siçovullardan, ağcaqanadlardan təmizləmək və bu boş zirzəmidə fəaliyyət göstərmək  üçün belə bir qərara gəldim ki, buranın  təmizlənməsi işinə başlayaq. İlk öncə fikirləşəndə əlbəttə, bura bizim sahəyə yarayan bir iş deyildi.  Çünki zirzəmidə  həmişə nəmişlik olur. Və orada kitabla bağlı iş, ağlagələn və  işimizə yarayan  bir iş deyildi. Çünki bizdə kitab işidi.  Amma buna baxmayaraq  mən bu  riskə getdim.  Mən lap uşaq yaşlarımdan riskə getməyi xoşlayıram. Zaman-zaman bu zirzəmini təmizlədik. Zirzəmiyə  çirkab sularının buraxılması  nəticəsində  özül panellər artıq çürümüşdü. Onları bərpa etmək üçün, yerə  armobeton bərkitmə işləri aparmaqla bu  zirzəmini tam quru vəziyyətə gətirdik.  Avropa  satndartlarına uyğun  gözəl sahəyə çevirdik. Orada havalanma işini yüksək səviyyədə qurduq. Beləliklə də, burada artıq heç bir nəmişlik  olmadı.  Bununla da kitablarımıza, kağız məmulatlarımıza da heç bir maneə yoxdur. Özünüz də bunu görürsünüz.

 

- Elədi.  Çox gözəl, yaraşıqlı mağazadır. Bu gün işlə məşğul olanların hamısını sahibkar adlandırırlar. Amma əslində belə deyil. Bu adamların içərisində mülkədarlar da var. Sahibkarla, mülkadarın fərqi nədir?

 

-Sahibkar öz işinin sahibkarı deməkdir. Yüz nəfərdən Allah cəmi 3-4 nəfərə bu istedadı verir. Mülkadarlıqla sahibkarlığı qarışdırmaq olmaz.  Sahibkar malına, canına, puluna, mülkünə risk  eləyən insanlar qrupuna daxildir.  Onun məqsədi odur ki, yeni iş yerləri yaratsın. Yaradıcılıqla məşğul olsun.  Mülkədar isə bir yeri alır, icarəyə verir və oradan özü üçün pul qazanır. Bu artıq sahibkarlıq demək deyil. Sahibkar o adama deyirlər ki, təyyarəyə minib, öz həyatını riskə atır.  Ailəsini burada qoyub gedir mal gətirməyə. Həmin mal da gəlib çatacaq, çatmayacaq hamısı sual altındadır. Deməli, sahibkarın həyatı, bütün  işləri, hər şeyi  risk altındadır.  Mülkədar isə hansı  yollarlasa binalar, obyektlər  alır və onları icarəyə verir. Oturur öz evində və həmin icarəyə verdiyi yerlərdən pul qazanır.  İstədiyi kimi istirahət eləyir. Öz həyatını keyf  içində  yaşayır. Ona görə də artıq zamanıdır ki, biz sahibkarla, mülkədarı bir-birindən ayıraq. Mülkədara yox, sahibkara dəstək olmalıyıq. Sahibkar pulun sahibi deyil və pul haqqında da düşünmür. Sahibkar işinin sahibidi. Və istəyir iş qursun, işlər  yaratsın.  Bu, bir  növ  xəstəlikdir. Özü də xoş xassəli bir xəstəlik və həm də cəmiyyətin  xeyrinə  olan bir xəstəlikdir. Təsəvvür edin ki, sahibkar həmişə  risklər altında olduğuna görə canı xəstədir. Evində demək olar ki, heç nəyi yoxdur. Əlinə də  beş manat düşürsə bir iş qurur. Ya da gedib bankdan yüksək faizlə kredit  götürüb işlər qurur. Özünü  gərginlikdə, zorluqda  məhz ona görə  saxlayır  ki, nə isə yaratsın.  Bax,  məhz  bu insanlara dövlət tərəfindən lazım olan  şərait yaratmaq lazımdır ki, onlar geniş iş yerləri açıb, işsizlik probleminin müsbət həll olunmasında dövlətə köməklik etsinlər.

Bir daha vurğulamaq istəyirəm ki,  sahibkarlara şərait yaratmaq lazımdır ki, onlar öz işlərini lazım olan kimi görsünlər. İşsizliyin qarşısını rahat ala bilsinlər.

 

-Siz orta məktəbi əla qiymətlərlə bitiribsiniz. Ayrı-ayrı müəssisələrdə aparıcı vəzifələrdə işləyibsiniz və böyük uğur qazanıbsınız. Niyə siz məhz həmin sahələri yox, məktəbli işini seçdiniz?

 

-Bu, çox  maraqlı sualdır.  Mən başa düşdüm ki, ruhum elə buradadır və mən bu işi başqalarından daha çox sevirəm. Burada uşaqlarımıza, gələcək nəslimizə daha böyük xeyir verə bilərəm. Bilirsiniz ki, dünyanın 70 faizi sudur. İnsan orqanizminin də 70 faizi mayedir. İnsanın iş həyatı da 70 faizdən ibarətdir. Ona görə də mən məktəbli mağazalarını yaratmaqla öz iş həyatımı tapdım. İndi yalnız  bu işlə məşğul oluram. Bax,  mağazada  gördüyünüz bu kitabların hər biri mənimçün bir insandır.  Dahi Nizami Gəncəvi də görün kitab haqqında necə gözəl kəlam deyib:

-Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ.

Oxudum, oxudum sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxartdım.

Mən də bu şöbələrə girəndə, buradakı kitabların hər birini bir insan kimi görürəm. Ona görə də insanları tanımaq, onları müşahidə etmək, dəyərləndirmək  lazımdı. Bu kitabları oxuyan insanlar,  orada yazılanları öz həyatında tətbiq edə bilərlərr. Biz,  yüksək səviyyəli bir mətbəə də qurmuşuq. Çünki cənab  prezidentimiz İlham Əliyevin sahibkarlığa  dəstəyini gördüyümüzə görə yeni-yeni layihələr üzərində işləməyə başlamışıq. Bunu nəzərə alaraq, işsizliyin qarşısını almaq üçün  biz istehsal sahəsini də düşündük.  Hal-hazırda biz, istehsal sahəsi  də qurduq. Çox sağ olsun cənab Prezidentimizin sahibkarlığın inkişafına belə dəstək verməsi, bizi bu işləri görməyə ruhlandırıb. Bizə olan bu köməkdən, inamdan  ruhlanıb, işimizi daha da qabağa aparacağıq. İnşallah. Təki sağlıq, əmin-amanlıq olsun.

 

 

P. S.

Dostumuz Akif Şahbazov uzun illərdir ki, Çin Xalq Respublikasına işgüzar səfərlərə gedir və orada görülən işlərlə yaxından tanış olub və onları burada tətbiq etmək istəyir. Və hətta bəzi işləri tətbiq də edir. Onun ən böyük arzusu budur ki, Çin Xalq Respublikasında gedən yüksək quruculuq işləri Azərbaycanda da olsun. İnanır  ki, belə də olacaq. Çünki ölkə başçımız cənab İlham Əliyev də bu yaxın günlərdə Çin Xalq Respubublikasında olub və oradan böyük təəssüratla qayıdıb. Artıq Çin Xalq Respublikası ilə Azərbaycan Müstəqil Respublikası arasında olan viza rejimi ləğv olunub. Bu, özü çox uğurlu addımdır. Deməli, bundan sonra insanlarımız istədiyi vaxtı Çin Xalq Respublikasına gedəcək və çinlilər də Azərbaycana gələ biləcəklər. Bu da iqtisadiyyatımızın inkişafına çox köməklik edəcək. Və biz, ona da inanırıq ki, Akif Şahbazov kimi sahibkarlara, yüksək təşkilatçı, dərin bilikli iqtisadçı  insanlara da lazım olan şərait yaradılacaq ki, uzun illərdir Çin Xalq Respublikasında öyrəndiklərini  Azərbaycannda tətbiq etsinlər  və onlarla lazım olan ticarət  əlaqələri qura bilsinlər. D

ünya şöhrətli, çinli  filosof Konfutsinin bu kəlamları həmişə Akif Şahbazovun ali məqsədləri olub: “Xeyirxah adam heç zaman ədalət hissini itirməməli, başqalarını öz iradəsinə zorla tabe etdirməməli, buna müxtəlif fikirlər müstəvisində nail olmalıdır”. “  Xeyirxah adam xeyirxah kimi doğulmayıb, hətta ən xeyirxah ailəyə mənsub olsa da, o, bunu həyatda qazanır və bunun üçün əsas   prinsiplər – özünə və başqalarına münasibət, həyat fəaliyyətinə, xalqın   adət-ənənələrinə  və kitaba münasibətdən ibarətdir”.

 

Sizi Akif Şahbazovla tanış etdik. Belə həmyerlilərimiz varsa, demək, həyat gözəldir!

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

Çərşənbə, 07 May 2025 14:31

GÖZƏLLİKLƏR - Quel parkı

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Gözəlliklər rubrikasında Avropanın cənub-qərbinə - İspaniyaya səyahət edirik. Kataloniyanın paytaxtı olan əsararəngiz Barselona şəhərinə. 

 

Əlbəttə ki, bu şəhər dünyada daha çox eyniadlı klubu ilə tanınır, o klubda ki, əfsanəvi Messi də top qovurdu. 

Amma Barselona öz inanılmaz arxitektura şedevrləri ilə daha çox tanınmağa layiqdir.

Şəhərin əsas qürur rəmzlərindən biridir Quel parkı. Onu uzaq 1900-1914-cü illərdə Antonio Qaudi ərsəyə gətirmişdir. Möcüzəvi tikililəri, abidələri ilə göz oxşayan bu sehirli park şəhərin şimal ərazisində, 17 hektar ərazidə qərarlaşıb.

Barselonaya kim gedirsə, mütləq ora baş çəkir.

Qaudi bir əfsanədir, bu ad hələ də ispanlar üçün canlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

 

 




 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Yəqin ki, aranızda avtomobil idarə edərkən və ya evdə, işdə olarkən günün müəyyən vaxtlarında radionu FM 90 dalğasına kökləyib, onun aparıcısı olduğu “Can Azərbaycan” verilişinə diqqətlə qulaq asanlar az deyillər. Hər verilişində də bir-birindən maraqlı adamlarlarla müsahibə aparır. Bəli, sizə bu gün səsinə, peşəkarlığına valeh olduğumuz Pərvanə Nadirqızıdan söhbət açmaq istəyirəm...

 

Son dərəcə şən, gülərüz və mehriban xanımdır. Hər hansı bir işə başlayanda qərar verməyə çətinlik çəksə də, fəqət sarsılmaz xarekterə sahibdir. Onun üçün hər bir təcrübə, hər bir insan və ya hər bir fikir öyrəniləsi hədəfdir. Maraq dairəsinin genişliyi ona suallar verib, müzakirələr aparmağa və mövzunu dərindən analiz etməyə imkan yaradır. Elə ona görə də bu yöndə çevikliyi, peşəkarlığı ilə tanınır...

 

Müsahibələrinin birində deyib ki:- “Jurnalistikada etika əsasən peşə fəaliyyəti zamanı ortaya çıxır. Yəni, adi həyatda etika, mədəniyyət, əxlaqi dəyərlər bir insana necə lazımdırsa, peşə fəaliyyətində də etik qaydalara əməl etmək zəruridir. Jurnalist öz işində fakta əsaslanaraq danışırsa, bu, artıq onun etik göstəricisidir. Yəni, onun işi faktlarladır. O, detallarla işləyir. Fakta əsaslanan jurnalist isə artıq peşəkarlığın birinci pilləsini adlamış olur. Vicdanlı olmaq, ədalətli olmaq jurnalist etikasına xidmət edən məsələlərdir. Jurnalist informasiyanı da elə almalıdır ki, gərək onun bu bacarığı kənardan vulqar bir formada yox, professional şəkildə görünsün...”

 

Ətrafına həmişə sevinc saçır. Ağıllı, mədəni və müdrük xnımdır. Maraqlı, məzmunlu, ünsiyyətcildir. Odur ki, xeyli rəfiqələsi, eləcə də xətrini istəyən adamlar var. Yeni insanlarla, maraqlı şəxslərlə tanış olmaqdan zövq alır. Daxili aləmi nurlu olduğu üçün, həmişə cəlbedici, cazibədar görünür. Deyingən, paxıl, və qərəzli  insanlardan uzaq qaçır. Ünsiyyətdə hər zaman anlayış və tolerantlığı gözləyir...

 

“Televiziyada, eləcə də radioda fəaliyyətim boyu hədəflərim həmişə müxtəlif olub. Tutaq ki, hər hansı bir müsahibə götürürəmsə, onun auditoriyasının kimlər ola biləcəyini təxmin edirəm. Çünki müəyyən yaş qruplarından tutmuş, efirə gedən materialın hansı saatda olmasına qədər hər bir nüans peşəkarlıq göstəricisinə təsir edir. Ailəsinin yaşlı üzvləri, övladları üçün narahat olanlar var ki, onlar cəmiyyətin həssas qruplarıdır və bu kimi qrupları da nəzərə almaq vacibdir. Düşünürəm ki, həmsöhbətimdə olan maraqlı informasiyalar hər kəslə bölüşülməməlidir. Eyni zamanda aparıcı həmsöhbətinə elə suallar ünvanlamalıdır ki, onun cavabları tamaşaçılara maraqlı olsun...”- söyləyir.

 

Öz işinə kreativ yanaşma tərzi var, məhsuldarlıq ona ilham verir. İti zəkası, sürətli düşünmə, güclü dərketmə qabiliyyəti, həmçinin analitik təfəkkürü onu çoxlarından fərqləndirir. Maraq dairəsi o qədər genişdir ki, hətta müsahibələrdən öncə həmsöhbətlərinin haqqında araşdırma, tədqiqat aparmaqdan usanmır...

Bəli, onun həyat fəlsəfəsi, hər zaman öyrənməyə və inkişaf etməyə yönəlib. Sanki bunlar olmasa rahat yaşaya bilməz...

 

Deyir ki:- “Bir dəfə Qara Qarayev radioya irad bildirərək deyir ki, efirdə insanların zövqünü korlayan musiqilər gedir. Məktublar şöbəsinin direktoru Qarayevə bir topa məktub göstərir. Qeyd edir ki, insanlar bunları istəyir. Qarayevin cavabı isə bu olur: “İnsanların istəkləri onların zövqünü formalaşdırmır. Zövqü formalaşdıran sizsiniz.” Mən də düşünürəm ki, insanların nə istəməsi onları həm də yalnış yönə apara bilər. Hətta buna bir ad qoyulub: “Kütlə psixologiyası” Bəs kütlə kimdir? Birinci bunu aydınlaşdırmaq lazımdır...”

 

Müsahibələrini dinləyəndə qətiyyətliliyi hiss olunur. Belə qətiyyətli olması isə, onu xarizmatik və bənzərsiz göstərir. Həm də dürüst, şirindil və nəzakətlidir. Bir təcrübəli jurnalist kimi isə, hələlik radio və televiziyalarımızda öndə olan aparıcılardan biridir. Bu sahəyə yeni gələnlərə tövsiyyəsi belədir:

 

“Bütün gənclərə, elm, bilik ardınca gedən hər kəsə bu yolda uğurlar arzu edirəm. Onlara bu rəqabət dolu aləmdə öz mövqelərini tutmağı diləyirəm. Fərqi yoxdur aparıcı və ya müxbir olacaqlar. İlk növbədə etik qaydalara riayət edən əsl jurnalist olsunlar. Mən bu adı onlara arzu edirəm. Çünki bu ad çox şərəflidir.”

 

"Can, Azərbaycan" verilişi..

 Bəli, bu dəfəki söhbətimin qəhrəmanı İctimai Radioda hər gün dinlədiyim bu verilişin müəllifi və aparıcısı Pərvanə Nadirqızı idi...

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi “Titanik” filmi barədə danışmaq istəyirəm. Real hadisələr əsasında çəkilmiş əfsanəvi bir  filmdir. Filmdə Titanik kruiz gəmisinin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib.

 

Film real hadisəyə əsaslansa da burada həmçinin sentimental hisslərə rəvac verən məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla tanış olur. Rouz isə yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezmişdir. Rouzun atası qısa müddət əvvəl vəfat etmiş və arxasında böyük məbləğdə borc qoymuşdur. Və bu borcun yükü ailəsinin üzərinə düşmüşdür. Buna görə də Rouzun anası həm borclarını ödəmək həm də yüksək təbəqə statusu almaq üçün Rouzu Kellə nişanlamışdır. Rouz isə Keli sevmir, yalnız anasının xahişinə görə evlənməyi qəbul etmişdir. Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl məhəbbətini tapdığını başa düşmüş və Kellə evlənməyi rədd etmişdir. Cek aşağı təbəqədən olduğu üçün Rouzun anası bunu qəbul etməmişdir. Kel isə hiylə işlədərək Rouza aldığı boyunbağını Cekin cibinə atır. Sonra isə onu Cekin oğurladığını deyir. Rouz buna əvvəl inanmır ancaq sonra boyunbağının Cekin cibindən çıxdığını görür. Ceki gəminin ən alt qatına atıb əllərini qandallayırlar. Ancaq sonra Rouz hər şeyi başa düşür və bütün təhlükələrə baxmayaraq o Ceki xilas etmək üçün arxasınca gedir.

Filmdə həmçinin gəmi sahiblərinin özündən razılığı göstərilmişdir. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər.

Filmdə məhəbbət xətti ilə yanaşı sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib. Film 11 dəfə Oskar mükafı almış və kino tarixinin ən yadda qalan filmlərindən biri olmuşdur. Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.

Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilmişdir.

Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbdən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyəti, müasir teknika və güclü buxar mühərrikləri ilə təmin olunmuş gəminin batmasını heç kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediasını yenidən hadisə ətrafında cəmlədi.

 

Hazırlanması

 Titanik Vayt Star Layn şirkətinə məxsus Harland və Volf gəmi tərsanəsində hazırlanmağa başlamışdır. Gəmi Vayt Star Laynın ən güclü rəqibi olan Kunard Layn gəmi şirkətinin RMS Lusitania və RMS Mauretania gəmiləri ilə rəqabət aparmalı idi. Titanik olimpik tipinə aid üç gəmidən biri idi. Digər iki gəmi Titanikin əkiz qardaşları hesab olunan RMS Olimpik və RMS Britanik gəmiləri Titanik qədər məşhurluq əldə etməmişdir. Olimpik sinfinə aid olan gəmilərin hazırlanması işi ilə Vayt Star Layn şirkətinin mühəndisləri məşğul olurdu.

Şirkətin rəhbəri Uliyam Piyeri, iş icracısı və dizayn məsələlələri üzrə mütəxəssisi Aleksandr Karlays və baş mühəndis Tomas Andreu şirkətin ən tanınan üzvlərindən idi. Titanik hazırlanmasında bir çox xərcləri Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan ödəmişdir. RMS Titanik gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərində 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsada daxili sahədə işlər bitmədiyindən işlər 1 il daha uzanmışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır.

Titanik 269 metr uzunluğunda, 28.2 metr enində, 66.000 qros ton ağırlığında olan dövrünə görə ən böyük sərnişin gəmisi idi. Gəminin hərəkətə gəlməsinə 3 böyük pərvanə kömək edirdi. Gəminin qazanxanasında yerləşən 4 ədəd buxar mərkəzi gəminin əsas hərəkət verici qüvvəsi hesab olunurdu. Buxar mərkəzlərində 159 ədəd kömür sobası yerləşirdi. Fəhlələr tərəfindən münətəzəm şəkildə kömür atılan sobalar təzyiqi gəminin alt tərəfində yerləşən pərlərə ötürür və bununla da 43 km/s saat sürəti əldə edilirdi. Dövrünə görə Titanik kimi böyük bir gəmi üçün bu sürət maksimum hesab olunurdu. Titanikdə olan dörd bacadan yalnız üçü işləyirdi. Digər sonuncu baca isə gəmiyə dizayn məqsədilə əlavə olunmuşdu. Gəmi ümumi şəkildə 3.547 sərnişin daşımaq imkanına sahib idi. Titanik təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrindən biridə bağlama və məktubların daşınması üzrə idi. Titanikin gövdə hissəsində gəminin adının yazıldığı yerin yaxınlığında (ing. RMS - Royal Mail Steamer) sözləri yazılmışdır.

 

Xüsusiyyətləri

Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri Titanik tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı.[2]. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi.  Bununla yanaşı Café Parisien adlı kafedə birinci sinifdən olan müştərilərə səhər yeməyi xidməti göstərilirdi. Titanikdə bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.

Gəmi dövrünə görə müasir texniki vasitələr ilə təmin olunmuşdu. Buxar maşınlarının yardımı ilə işləyən geniş elektirik şəbəkəsi vardı. Gəmidə olan bütün elektirik lampaları və enerji ilə işləyən bütün cihazlara elektirik vahid mərkəzdən ötürülürdü. Titanikdə dövrünə görə ən yeni radio sistem olan Markoni radio sistemlərindən iki ədəd quraşdırılmışdır. Növbəli şəkildə fəaliyyət göstərən operatorlar 1.500 vat enerjinin sayəsində istənilən məlumatı qısa zamanda digər bir məntəqəyə ötürə bilirdi.

 

Qayıqlar

Titanikin hazırlanması zamanı dizayner Karlisie gəmiyə yerləşdiriləcək qayıqların daha geniş olmasını təklif etmişdir. Belə olan halda, Titanik 48 qayıq daşıyacaq və hər hansısa hadisə zamanı gəmidə olan bütün sərnişinlər olmasa da, sərnişinləri və şəxsi heyətin ən azı 90% xilas ediləcəkdi. Vayt Star Layn şirkəti qayıqların tutumunun artırılması ilə razılaşdı. Ancaq nəzərdə tutulduğu kimi 48 yox, 16 ədəd böyük tutumlu qayıq 4 ədəd isə kiçik tutumlu qayıq yerləşdirdi. Qanunlara əsasən bu rəqəm ən minumum hesab olunurdu və bununla ümumi gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.

Ticarət nazirliyindən həmin dövrdə iri həcimli sərnişin gəmilərində 16 qayıq yerləşdirilməsi əmri verilmişdi. Titanikdə qayıqların sayının az olmasının ən böyük səbəbi, qayıqların gəminin xarici görünüşünü korlaması iddası idi. 20 dən çox qayıq kənardan aydın şəkildə müşahidə olunurdu və Vayt Star Layn şirkətinin rəhbərləridə belə olan halda gəminin xarici görünüşünün ciddi şəkildə pozulduğunu iddia edirdilər. Digər tərəfdən 20 ədəd qayıqda gəmiyə məcburi şəkildə yerləşdirilmişdi. Ticarət nazirliyinin bu tələbi olmasa idi, Vayt Star Layn şirkətinin 10 ədəd qayıq yerləşdirmək fikri vardı. İnsanlarda formalaşan fikirlərə əsasən qayıqlar formal xarakter daşıyırdı, gəminin ilk səfərdəcə batmaq ehtimalı olmadığından qayıqlar məsələsi ən az diqqət ayrılan sahə olmuşdur.

Titanik gəmisinin dizaynerlərindən olan və gəmidə olan qayıqların hazırlanması və yerləşdirilməsi ilə məşğul olan Karlisie Vayt Star Layn şirkətinin sahiblərindən Brüs İsmey ilə təhlükəsizlik mövzusunda mübahisə etmişdir. Ehtimala əsasən mübahisə zamanı Karlisie Brüs İsmey ilə qayıqların az olmasına öz etirazını bildirmişdir. Brüs İsmey isə qayıqların artırılmasına şiddətlə qarşı çıxmışdır. Titanikin batmasından sonra təşkil olunmuş məhkəmədə Brüs İsmey Karlisie ilə aralarında belə bir danışığın olmadığını bildirmişdir.

 

Olimpik ilə müqayisəsi

 Titanik əkiz qardaşı olan Olimpikə çox bənzəyirdi. Aralarında olan əsas fərq sərnişin kabinalarının Titanikdə sayca daha çox və böyük olması idi. Titanikin A göyərtəsi Olimpikə nisbətən daha böyük və komfortlu hazırlanmışdı. Olimpikdən fərqli olaraq Titanikdə göyərtənin yarısı açıq havada yerləşirdi. Olimpikdə Titanikdə varlı sərnişinlər üçün nəzərdə tutlmuş Café Parisien kimi kübar cəmiyyət üzvülərinin toplandığı yerlər nəzərdə tutulmamışdır. Britanikdə belə bir kafe yalnız 1913-cü ildə yaradılmışdır. Olimpikdə olan bəzi qüsurlar isə Titanikdə aradan qaldırılmışdır. Titanikdə A göyərtəsində olan elektirik lampaları dairə şəklində idi. Olimpikdə isə bu lampalar oval formasında hazırlanmışdır. Oval lampalar tez qızdığı üçün tezdə partlayırdı. Bu texniki səhv Titanikdə aradan qaldırılmışdır. Titanikin kapitan kabini Olimpikə nisbətən daha geniş idi. Bu və digər dəyişikliklərlə birlikdə Titanik, Olimpikdən daha geniş, daha komfortlu və daha müasir hesab olunurdu. Titanikin ağırlığıda əkiz qardaşından 1.004 qross ton daha ağır olmasının səbəblərindən biridə Titanikə xeyli sayda əlavələrin edilməsi olmuşdur. 1912-ci ildə Titanik suya salınan zaman dövrünün ən böyük gəmisi hesab olunurdu.

 

Şəxsi heyət 

Kapitan Edvard Smit

Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır.

Edvard Smit 1880-ci ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü ofiseri olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. O, SS Resbulika adlanan gəmidə bir müddət kapitan vəzifəsində işləmişdir.

Edvard Smit Vayt Star Layn şirkətinə məxsus 17 gəmidə kapitanlıq etdikdən sonra Titanik gəmisinə kapitan təyin olundu. Vayt Star Layn ən böyük gəmisinə kapitan təyin edərkən, geniş seçim aparmamışdır. Edvard Smit həmin dövrdə təkcə Vayt Star Layn şirkətinin deyil, həm də bütün İngiltərədə ən məşhur kapitanlardan biri hesab olunurdu.

Titanikin batmasında kapitanın hansısa günahının olub-olmaması bu gündə tam məlum deyil. Müxtəlif iddialara əsasən gəminin aysberqlə toqquşması və toqquşmadan sonra sürətlə batmasında Smit tərəfindən qəbul olunan bəzi yanlış qərarlarında rolu olmuşdur.

Titanik batan zaman Edvard Smit ölmüşdür. Onun hansı şəraitdə ölməsi barədə müxtəlif fikirlər vardır. Robert Balardın fikrinə görə Smit Titanik filmində olduğu kimi, körpü istiqamətində irəliləmiş və burada son əmrlərini vermək üçün gözləmişdir. Gəminin batmasından sonra isə Atlantik okeanının buzlu sularında itkin düşmüşdür.

Digər bir iddia da isə kapitanın şəxsi silahı ilə intihar etdiyi göstərilir. Gəminin batmasından xilas olan şəxslər, sonralar danışdıqları xatirələrində Edvard Smitin valideynlərindən ayrı düşmüş kiçik yaşlı bir qızı qayıqa qədər ötürdüyü görmüşlərdir. Bir çox hadisə şahidləri Smitin son anlarında belə özünü təmkinli və soyuqqanlı apardığını bildirmişdir.

 

İlk səfər

Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-nin Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edvard Smitin əlində idi. Nyu-York istiqamətinə hərəkət etməzdən əvvəl gəminin La Manş boğazı vasitəsilə Fransanın Kerburq limanında lövbər salması və burada yeni sərnişinlər alması nəzərdə tutulmuşdur. Kerburqdan sonra Böyük Britaniyanın Quintoun liman şəhərində lövbər salınmış və buradan əsasən kübar cəmiyyətdən olan sərnişinlər gəmiyə minmişdilər.

Titanik hərəkətə başlayandan bir neçə saat sonra, hərəkətində olduğu cənub yolunun üzərində böyük buz parcalarının olması barədə xəbərdarlıq almağa başladı. Həmin xəbərdarlıq məlumatları əvvəlcə gəmilərin idarə edilməsi mərkəzinə göndərilirdi. Ehtimala görə alınan ilk siqnallar Titanikə göndərilməmişdir. Buz parcaları barədə olan xəbərdarlıqlar gün ərzində gəlməyə davam edirdi. Ancaq belə xəbərdarlıqların alınması ilin bu fəsilində tam normal idi və bir növ formal xarakter daşıyırdı. Səfərin ilk günündə saat 21:30 da Mesaba adlı gəmi Titanikin hərəkət istiqamətində irəliləyirdi. Mesabanın Titanikdə bir neçə yüz kilometr öndə olmasının səbəbi qarşıda yarana biləcək təhlükə barədə öncədən xəbər vermək idi. Mesaba hərəkət yolunun üzərində geniş və hündür buz parcalarının olması barəsində Titanikə bir neçə dəfə siqnal göndərdi. Markoni radio otağında olan Cek Fillips və Harold Brayd siqnalı qəbul etsələlərdə məlum olmayan səbəbdən bu barədə kapitan kabininə məlum verməmişdilər. 

Xəbərdarlıqların alınmasına baxmayaraq, kapitan kabini hərəkət istiqamətini dəyişməyə hec bir ehtiyac görmürdü. Titanik gəmisində müşahidəçi adlanan üç qrup fəaliyyət göstərirdi. Hər bir qrup iki matrosdan təşkil olunmuşdu. Qruplar iki saatdan bir yerlərini dəyişdirirdilər. Müşahidəçilərin işi gəminin göyərtəsində yerləşən hündür qüllədən qarşı tərəfi müşahidə etməkdən ibarət idi. Hadisə baş verdiyi gecədən əvvəl istənilən təhlükə rahat şəkildə müşahidə edilə bilirdi. Ancaq həmin gün bir çox səbəblər görmə məsafəni kəskin şəkildə azaltmışdır. Ayın görünməməsi, küləyin əsməməsi və havanın dumanlı olması aysberqin görünməməsinə səbəb olan əsas amillərdən hesab olunurdu. Gəminin batmasından sonra təşkil olunmuş məhkəmədə şəxsi heyətin üzvülərindən biri bu barədə belə demişdir: Həmin gecə, sanki hər şey bizim əlehimizə idi.

 

Aysberqin görünməsi

 1912-ci ilin 15 aprel tarixində yerli vaxtla saat 00:39 da RMS Titanik Kanadanın Nyufaundlend və Labrador əyalətinin Qrand Banks adlanan cənub sahilləri istiqamətində hərəkət edirdi. Müşahidəçi Fredrix Flet gəminin qarşısında aydın şəkildə müşahidə olunmayan aysberqi gördü. Flet gəminin zəngini üç dəfə çaldı və kapitan kabininə telefon etdi. Telefona altıncı ofiser Ceyms Mudi cavab verdi.

• Flet — Orada kimsə varmı?

• Mudey — Var. Nə gördün?

• Flet — Düz qarşımızda iri bir aysberq var!!

• Mudey — Təşəkkür edirəm.

Uilyam Merdok tərəfindən verilən əmrlər

 

Kapitan Edvard Smit kimi baş köməkçi Uilyam Merdok tərəfindən qəbul olunan qərarlardan uzun müddət müzakirə olunmuşdur. Toqquşmadan bir neçə dəqiqə əvvəl Uilyam Merdok istiqmətin tam dəyişdirilməsi əmri veridiyi bildirilir. Bununla gəminin gözlənilən toqquşmadan xilas etmək mümkün idi. Hadisə anında kapitan kabininə daxil olan dördüncü ofiser Cozef Boksholl Merdokun qazanxana ilə ələqə saxladığını və hərəkət istiqmətinin təcili dəyişdirilməsini əmr etdiyini bildirmişdir.

Titanikin mövcud təhlükədən xilas olmaq üçün iki əsas yolu vardı. Bunlardan birincisi gəminin hərəkəti istiqmətini dəyişmək və bununla da mövcud toqquşmadan xilas olmaq, digər yol isə gəminin tam şəkildə dayandırmaq idi. İkinci yol daha mürəkkəb görünürdü. Gəminin qısa zamanda dayanması üçün qazanxanada bir neçə prosesin eyni anda yerinə yetirilməsi tələb olunurdu. Bu səbəbdən Merdok aysberqdən yayınmağın daha real olduğnu düşünürdü. Şəxsi heyətin üzvülərindən olan Alfred Oliver toqquşma anında Merdokun istiqmətin tam dəyişdirilməsi əmrini verdiyini eşitmişdir.

Əsas məqsəd hərəkətin sol istiqmətə çəkilməsi və ən əsası arxa tərəfin ən az zədə almasına nail olmaq idi. Hadisə anında kabində olan dördüncü ofiser Robert Hikens və digər bir dördüncü ofiser Boksel öz ifadələrində Merdok tərəfindən qəbul olunan son əmrin istiqmətin tam dəyişdirilməsi olduğunu bildirmişdilər.

 

23:40 — Toqquşma

Tomas Andreu dövrünün tanınmış gəmi mühəndislərindən hesab olunurdu. Gəminin batması nəticəsində Tomas Andreu həlak olmuşdur.

Müşahidəçi Fletin aysberqi qarşıda dayanması haqqında kapitan kabininə xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunur. Gəminin sağ tərəfi aysberqin zərbəsindən deşilmişdir. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdir. Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdir. Ümümi hesablamalara əsasən aysberqin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdir. Qazanxanada yerləşən su nasosları zirzəmilərə sürətlə daxil olan yüksək təzyiqli suyu geri vura biliridi. Qazanxana dairəsinin suyla dolması nasosların işini mümkünsüz edirdi. Qısa müddətdə digər zirzəmilərədə su daxil olmağa başladı. Zirzəmilər arasında olan qapıların bağlanmasına baxmayaraq, suyun qarşısını almaq mümkün olmurdu.

Kapitan Edvard Smit toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşma anında bir neçə dəqiqə sonra kabinə daxil olan Smit gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin texniklərindən olan Hutkinson və Tomas Andreu B göyərtəsində yerləşən teleqraf otağında gəminin vəziyyəti barədə birlikdə araşdırma apardılar. Aparılan araşdırma tez bir zamanda yekunlaşdı və ümumi qərar qəbul olundu. Titanik yaxın 2 saat ərzində bataçaqdı. Titanik aysberqlə saat 23:40 da toqquşmuşdur.

Gecə yarısından əvvəl üçüncü sinif sərnişinlərin kabinləri suyla dolmağa başladı. Toqquşmadan 25 dəqiqə sonra saat 01:05 də Kapitan Edvard Smit sərnişinlərə xilas edici jiletlərin paylanmasını və qayıqların üzərində olan örtüklərin açılmasını əmr etdi. Saat 01:10 da Edvard Smit qayıqların yerlərindən çıxardılmasını, saat 01:25 də isə qadın və uşaqların qayıqlara mindirilməsinə göstəriş verdi. Saat 01:50 də dördüncü zabit Yozef Boksel ilk kömək fişəngini yandırdı. Fişəng ağ rəngində işıq saçırdı. Həmin dövrdə gəmilərdə yardım fişəngləri qırmızı rəngdə olurdu. Qırmızı rəng dənizçilikdə təhlükə rəngi olduğundan bu rəngdə olan fişənglərə ətrafda yerləşən gəmilər tez reaksiya verdilər.

Ancaq Titanikə əyləncə şənliklərində istifadə olunan ağ rəngli fişənglər verilmişdi. Bunun səbəb kimi Titanikin batmasını hec kimin ehtimal etməməsi və bu fişənglərində gəmini hazırlayan üçün bir növ formal xarakter daşıması idi. Ağ rəngli fişənglər ətrafda olan bir neçə gəmi tərəfindən müşahidə olundu. Təhlükə rəngi olmayan ağ rəngdən fişəng atılmasını tam olaraq anlamayan digər gəmilər bununun əyləncə məqsədilə olduğunu düşündülər. Digər gəmilərin ağ rəngli fişənglərə ciddi əhəmiyyət verməməsi Titanikdə baş verən itkilərin daha böyük olmasına səbəb olmuşdur. Titanikin batmazdan əvvəl sol tərəfinin şaxə qalxaraq, iki yerə parcalanması barədə olan fikirlər sübut olunmuşdur. Gəminin iki yerə parcalanmasının səbəbi sağ tərəfə yüksək həcmli suyun toplanması və gəmini birləşdirən dayaqların möhkəm olmaması idi.

 

00:45 — İlk qayığın suya salınması 

Çarlz Laytor ölümündən bir müddət əvvəl, Titanik barədə olan xatirələrində, gəminin batmasını belə təsvir etmişdir:

  Qayıqların örtükləri qaldırılmış, təmizlənmişdi. Bir müddət sonra qayıqlar yerlərindən qaldırılmağa başlandı. Artıq qayıqlar sənrişinləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdi. Bu an kapitan Edvard Smitlə qarşılaşdım. Kapitana yüksək səslə, ilk öncə qadın və uşaqları qayıqlara mindirməliyəm! bu sözümə, kapitan razılıq əlaməti olaraq başını salladı. Dərhal ilk qayığı qadın və uşaqlarla doldurub, suya endirdim.  

65 nəfərlik yeddi nörməli ilk qayıq saat 00:27 də qaldıcı kranın vasitəsilə cəmi 28 nəfərlə suya salındı. Titanik sərnişinləri və şəxsi heyəti ilə birlikdə 2.228 nəfər olmasına baxmayaraq, 1.178 nəfərə hesablanmış 20 qayığı vardı. Nömrələnmiş 16 qayıq A və B göyərtəsində yerləşdirdi. Bunların daşınması mümkün deyildi və yalnız qaldırıcı kran vasitəsilə suya salınırdı. Digər 4 qayıq isə şəxsi heyətin qaldığı bölmənin damında yerləşirdi. Əgər qayıqlardan tam və düzgün şəkildə istifadə olunsaydı gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.

 

Yüksək və orta sinifdən olan sərnişinlərin qayıqlara minməsi daha tez və rahat idi. Aşağı sinifdən olanlar üçün isə şans digərlərinə nisbətən çox az olmuşdur. Gəminin alt hissələrini su basdığından, aşağı təbəqdən olan sərnişinlərin qayıqlara tərəf hərəkət etməsi, daha da çətinləşmişdi. Digər tərəfdən aşağı təbəqənin kabinalarının əsas giriş qapıları bağlanmışdı. Göyərtədə sıxlığın yaranmaması üçün qazanxanada işləyən şəxsi heyətin və aşağı təbəqəyə məxsus kabinlərin qapısı bilərəkdən bağlanmışdır. Xilas etmə prosesində, qadınların və uşaqların öncədən xilas edilməsinə diqqət edilsədə, aşağı təbəqdən olan qadın və uşaqların yarsından çoxu həlak olmuşdur.

Mövcud xilas etmə planına əsasən A və B göyərtəsində toplanmış qadın və uşaqlar sıra ilə qayıqlara mindirilməli, daha sonra isə F və G göyərtəsində gözləyən qadın və uşaqlar keçid vasitəsilə əsas göyərtəyə ötürülməli idilər. Xilas etmə zamanı kütləvi qarışıqlığın yaşanması, bəzi kişilərin qadın və uşaqların yerinə zorla keçmək istəməsi, qayıqların tam doldurulmadan tələsik şəkildə suya endirilməsi, gəmidə olan bütün qadın və uşaqları xilas etməsini mümkünsüz etmişdir. Birinci təbəqədən 1 uşaq, 4 qadın, ikinci təbəqədən 13 qadın və üçüncü təbəqədən isə 53 uşaq və 89 qadın həlak olmuşdur.

Titanikdə çıxılmaz vəziyyət gecə saat 00:15 də yarandı. Həmin anda gəminin qazanxana, zirzəmi və aşağı mərtəbələri su altında qalmışdı. Bu ana qədər okean suyu yalnız aysberqlə toqquşma nəticəsində yaranmış dəlikdən daxil olurdu. Suyun böyük sürətlə gəmiyə daxil olması, onun çəkisini artırıdı və bu amildə gəminin batmasını sürətləndirirdi. Saat 01:10 65 nəfərlik 8 nömrəli qayıq cəmi 28 nəfərlə birlikdə suya salındı. Təxminən 10 dəqiqə sonra isə 9 nömrəli qayıq 56 nəfərlə birlikdə suya salındı.

 

Göyərtədə vəziyyət zamanla daha xaotik hala gəlirdi. Saat 01:25 də 11 nömrəli qayıq 70 nəfər sərnişin və bir neçə nəfər şəxsi heyətlə birlikdə suya salındı. Ancaq 11 nömrəli qayıq suya salınarkən su boşaltma nasoslarının birinə zərbə ilə dəymişdi. Bu səbəbdən bu qayıq suya salınarkən batmağa başlamışdır.

Saat 01:30 da 13 və 15 nömrəli qayıqlar suya salındı. Su nasoslarının işləməsi qayıqların suya salınmasını çətinləşdirirdi. 15 nömrəli qayığın altında dayanmış 13 nömrəli qayıq nasosdan vurulan suyun təzyiqi nəticəsində suya salınması xeyli çətinləşmişdi. Bir müddət sonra 14 nömrəli qayıq ofiser Harold Lou tərəfindən suya salındı. Qayıq suya salınan zaman bir çoxları qayığa icazəsiz minmək istəmişdilər. İcazəsiz qayqılara minilməsi onların suya salınan zaman batmasına səbəb ola bilərdi. Bu səbəbdən Harold Lou havaya bir neçə dəfə xəbərdarlıq atəşi açmışdır. Saat 01:35 də 15 və 16 saylı qayıqlar Titanikdən uzaqlaşmağa başladı. İkinci təbəqədən olan sərnişinlərə məxsus göyərtədə yerləşən bütün qayıqlar suya salınmışdı. Geridə yalnız birinci təbəqədən olan sərnişinlərə məxsus göyərtədə yerləşən 6 qayıq qalırdı.

 

6 qayıqdan düzgün şəkildə istifadə edilsəydi 293 nəfəri xilas etmək mümkün idi. Belə olan halda gəmidə 1.800 nəfər sərnişin qalırdı. 2 və 4 nömrəli qayıqlar gəmidən ən son ayrılan qayıqlar olmuşdur. 2 nömrəli qayıq Titanikdən saat 01:45 də ayrıldı. 01:55 də isə sonuncu qayıq 4 nömrəli qayıq suya salındı. 4 nömrəli qayıq suya salınmazdan əvvəl Titanikin yarısı batmış vəziyyətdə idi. Bu səbəbdən 4 nömrəli qayıq bir çox suya düşmüş sərnişini xilas etmişdir.

Saat 01:45 də gəminin əsas göyərtəsi su altında qaldı. Radio ötürüçülər vasitəsilə ətrafda olan bütün gəmilərə SOS siqnalı göndərilirdi. Siqnalların göndərilməsi ilə operatorlar Cek Filips və Harold Sidney məşğul olurdu. Onlar bütün gəmilərə CQD-MGY sinqalı göndərirdilər. Bu siqnal növündən nadir hallarda istifadə olunurdu və batırıq, bizə təcili kömək edin! mənasını daşıyırdı. Titanik tərəfindən göndərilən siqnallara bir çox gəmidən cavab gəldi. Maunt Templ, Frankfurt və Titanikin əkiz qardaşı olan Olimpik Titanikə ilk cavab verən gəmilər olmuşdular. Ancaq hər üç gəmi həmin an Titanikdən uzaq məsafədə yerləşirdi.

Titanik tərəfindən birinci siqnal göndərilən zaman Olimpik 930 km məsafədə yerləşirdi. SOS sinqalların cavab verən gəmilərdən biridə Karpatia gəmisi idi. Bu gəmi siqnal gələn zaman Titanikin ən yaxınında yerləşən gəmi olduğu hesab güman olunur. Hər iki gəmi arasında olan məsafə cəmi 93 km idi[7]. Karpatia gəmisinin Titanikin batdığı yerə catmaq üçün 4 saat vaxta ehtiyacı vardı, ancaq Titanikin batmasına cəmi bir saatdan bir qədər çox vaxt qalmışdı.

Titanikin SOS siqnallarına ABŞ-də yerləşən iki mərkəzdəndə cavab gəlmişdir. Birinci cavabı Keyp Reysdə yerləşən radio stansiyası vermişdir. İkinci cavab isə Nyu-York şəhərində yerləşən Vanamaker mağazasının yuxarı hissəsində yerləşən Markoni teleqraf mərkəzindən gəlmişdir. SOS siqnallarının verilməsindən bir neçə dəqiqə sonra məlumat gəmilər vasitəsilə Kanadanın Xalfik şəhərində yerləşən gəmiçilik mərkəzinə, oradan isə Nyu-York şəhərinə göndərilmişdir. Hadisənin səhərisi günü xəbər bütün Amerika Birləşmiş Ştatlarına yayıldı. İnsanlar Vayt Star Layn şirkətinin Nyu-Yorkda yerləşən mərkəzi ofisinin qarşısında toplanmağa və məlumat almağa çalışırdı.

 

Maunt Templ gəmisinin xilas cəhdi

 Titanikin SOS siqnallarına daha tez cavab verən və ehtimallara görə ən yaxınlığda yerləşən gəmi Maunt Templ gəmisi olmuşdur. Bu gəmi Titanikdən 79 dəniz mili məsafəsində yerləşirdi. Maunt Templ saat 00:30 da ilk SOS siqnalını aldı. Gəminin kapitanı More 11.5 knot sürətlə siqnal gələn tərəfə istiqamətləndi. Saat 04:30 aralığında Maunt Templ verilən koordinatlara gəldiyində, heç bir gəmi və ya qalıqlarla rastlaşmadı. Hadisədən bir müddət sonra aparılan araşdırmalarda məlum olmuşdur ki, Titanikdən Maunt Templə verilən koordinatlar 12 km şimal məsafəsində verilmişdir. Maunt Templ hadisə yerinə vardıqda gəmi batsa da, bir çox insanlar hələ də kömək gözləyirdi, ancaq koordinatlar düzgün göstərilmədiyindən Maunt Templ Titanikə kömək edə bilməmişdir. Əgər Titanik koordinatları düzgün versəydi, Maunt Templ gəmisinin Karpatia gəmisindən daha tez çatacağı ehtimal olunurdu.

 

SOS siqnallarına cavab verməyən gəmilər

Titanikin kapitan kabinindən şimal tərəfdə bir gəminin işıqları görürdü. Gəminin Titaniklə olan məsafəsi 16 – 24 km arasında idi. Bu gəmi nə radiodan gələn siqnallara nədə, 15 dəqiqədən bir atılan fişənglərə cavab verirdi. Həmin gəmidən cavab gəlmədiyi üçün Cozef Boksholl və texnik Corc Rou qarşı gəmiyə Morze siqnalları göndərməyə başladı, ancaq yenə də cavab gəlmədi.

Bu gəmi ilə bağlı aparılan araşdırmalarda, yaxınlıqda olan iki gəminin Mount Templ gəmisinin kapitanı More və Karpatia gəmisinin kapitanı Roston ifadələr vermişdilər. Hər iki kapitan Titaniki tərəfindən görülən gəmini görmədiklərini bildirmişdilər. Ancaq hadisəsinin səhərisi 15 aprel tarixində More və Roston tək bacası olan gəmini müşahidə etdiklərini bildirmişdilər. Bu gəminin SS Kaliforniya gəmisi olub — olmaması uzun müddət araşdırılmışdır. SS Kaliforniya gəmisinin şəxsi heyəti, hadisədən sonra aparılan araşdırmalarda daim şübhəli və günahkar vəziyyətində qalmışdır. Bunun səbəbi SS Kalifornia gəmisinin Titanikin toqquşduğu aysberqin Titanikin yolunun üzərində yerləşdiyi barədə öncədən xəbərdar olması, gəmi batarkən, ona ən yaxınlıqda yerləşən gəmilərdən biri olmasına baxmayaraq, SOS siqnalların heç birisinə cavab verməməsi idi.

Hadisə gecəsi SS Kaliforniya görüş məsafəsinin azladığı və qarşıda aysberqlərin olduğu üçün dayanmış vəziyyətdə idi. SS Kaliforniyanın operatoru gəmidə olan radio sistemi söndürmüş, özü isə yatmağa getmişdi. 14 aprel tarixində Titanikin radio sistemində müəyyən problemlər yaranmışdı və texniklər gün boyu yaranan problemi aradan qaldırmağa calışırdılar. Markoni radio sisteminin bir müddət işləməməsi, göndəriləcək məktubların toplanmasınsa səbəb olurdu. Filipsin Xalfik şəhərində yerləşən radio stansiyasından güclü bir siqnal qəbul etməsi, xarab olan radio sistemin fəaliyyətini bərpa etdi. SS Kaliforniya gəmisinin operatoru Kris İvans saat 23:00 də yatmazdan əvvəl Titanikə yollarının üstündə böyük bir aysberqin olması barədə məlumat göndərdi. Ancaq göndərilən məktub səhv yazılmışdı. Həmin dövrdə gəmilərin bir-birinə göndərdikləri səhv yazılmış məktublar etibarsız sayılır, bir növ qarşı tərəfi aldatmaq cəhdi hesab olunurdu. Məktub səhv yazıldığından kapitan kabininə göndərilmədi. Titanikdən bir neçə dəfə göndərilən məktuba qısa bir cavab gəldi. Səsini kəs, indi əlimdə çox iş var!

 

Saat 22:10 da SS Kaliforniya cənubdan gələn bir gəminin işıqlarını görmüşdü. Kapitan Lord və üçüncü ofiser Qrovs bu işıqların səyahət gəmilərindən birinə məxsus olduğunu yəqin etdidilər. SS Kaliforniya Titanikə xəbərdarlıq siqnalları göndərsədə, Titanik buna əhəmiyyət verməmişdir. SS Kaliforniyanın üçüncü ofiseri Qrova saat 23:50 də 1 saat əvvəl kapitanla birlikdə müşahidə etdikləri gəminin ışıqlarının yanıb söndüyünü və hərəkət etmədiyini gördü. Kapitan Lordun əmri ilə saat 23:30 və saat 01:00 də morze kodları müşahidə edilən gəmiyə göndərildi. Sonralar aparılan araşdırmada məlum olmuşdur ki, morz lampalarından göndərilən siqnallar 6 km məsafədən görünür. Bu səbəbdən Titanik gəmisindən heç kim SS Kaliforniya tərəfindən göndərilən siqnalları görməmişdir.

Kapitan Lord saat 23:30 da öz kabininə getdi. Kapitan istirahətdə olduğu müddətdə gəminin idarəsinin ikinci ofiser Ston həyata keçirirdi. Saat 01:15 də Ston kapitan Lorda Titanikdən fişənglərin atıldığı barədə məlumat verdi. Lord yenidən kapitan kabininə qayıtdı, SS Kaliforniyanın şəxsi heyəti Titanikdən atılan fişənglərin əyləncə yoxsa kömək məqsədilə atıldığını dəqiq müəyyən etməkdə çətinlik cəkirdilər. Titanik tərəfindən atılan kömək fişəngləri ağ rəngində olduğundan bir çox gəmilərin çaşqınlığına səbəb olmuşdur. Kapitan Lordun fişənglərin atılma səbəbini bilmədiyindən, Titanikə morz lampaları vasitəsilə siqnalların gönədrilməsini əmr etdi. Saat 01:50 də Ston 3 fişəng daha müşahidə etdi.

Saat 02:15 də Ston kapitan Lorda gəminin artıq görünmədiyni barədə raport verdi. Lord Stondan fişənglərin rəngi barədə soruşdu və cavabından müşahidə edilən bütün fişənglərin ağ rəngində olduğunu bildirdi. SS Kaliforniya gəmisinin ofiseri Corc Sivard saat 05:30 da gəmi operatoru Kris İvans ilə görüşdü. O, İvansın hər hansısa kömək siqnalı qəbul edib — etməməsi etməsi barədə məlumat aldı və sonda İvansa ətrafda olan bütün gəmilərə Titanikin yerinin müəyyən edilməsi üçün əlaqə yaratmasını əmr etdi. Frankfurt gəmisi Titanikin operatorunun itkin düşməsi barədə digər gəmilərə məlumat verdi. Yalnız bu xəbərdən sonra SS Kaliforniya Titanikin axtarışına başladı.

Aparılan araşdırmalarda isə məlum olmuşdur ki, hadisə anında Kaliforniya Titanikdən 31 km məsafədə yerləşdirdi. Kapitan Lord fişəngləri gördükdən sonra operator Kris İvansa ətrafda olan digər gəmilərə Titanikin naməlum vəziyyəti haqqında məlumat göndərə bilərdi. Məhkəmənin yekun qərarına əsasən SS Kaliforniya gəmisinin kapitanı Stenli Lord Titanik gəmisinə bilərəkdən lazımi köməkliyi göstərməmişdir.

 

Xilas edilənlərin və həlak olanların ümumi sayı

Titanikdə olan 2.224 nəfərdən (sərnişinlər və şəxsi heyət daxil olmaqla) sadəcə 705 nəfəri xilas oldu. Digər 1.514 nəfər isə həlak olmuşdur.

İnsanların çoxu −2 °C dərəcə suda hipotermiya səbəbindən həlak olmuşdular. Suya düşmüş sərnişinlərin suda yaşamaq müddətləri cəmi 15 dəqiqə olmuşdur. 

 

Titanik orkestrı

 Titanikin batması ilə bağlı olan hadisələrdən biridə məşhur Titanik orkestrasına aiddir. Uels Hardlinin rəhbərlik etdiyi səkkiz nəfərlik orkestr, gəminin batmağa başladığı andan etibarən sərnişinləri sakitləşdirmək və müsbət ovqat yaratmaq üçün gəmi batan ana qədər musiqi ifa etməyə davam etmişdir. Hardli digər yeddi nəfərə qaçmaları üçün icazə vermişdir. Ancaq onlar öz qrup rəhbərlərinin yanlarında qalmağı üstün tutmuşdular. Əvvəlcə birinci sinifə məxsus göyərtədə musiqi çalan orkestr, birinci sinifə aid göyərtənin su altına qalmağa başlamsından sonra, əsas göyərtəyə keçmişdir. Bir çox şahidlərin dediklərinə əsasən Titanik orkestrı gəmi batan ana qədər, musiqi çalmağa ara verməmişdir. Titanikin batması nəticəsində orkestrın bütün üzvüləri həlak olmuşdur.

Orkestr tərəfindən çalınan son musiqinin hansı olması ilə bağlı müxtəlif fikirlər vardır. Kanadadan olan Vera Dik adlı qadın orkestrın Nearer, my God, to thee mahnısını çaldığını iddia etmişdir. İddialar görə Hartli bir gün öz dostuna batan gəmidə olarsa, bu mahnını ifa edəcəyini bildirmişdi. Ancaq Volter Lord tərəfindən yazılan A Night to Remember əsərində Harold Braydın gəmi batmazdan az əvvəl orkestr tərəfindən çalınan mahnının Autumn və ya Songe d'Automne mahnılarından biri olduğunu bildirmişdir. Harold Brayd eyni zamanda gəmi batarkən Titanik orkestrının ən yaxınında dayanmış şəxs olduğunu iddia etmişdir. Bir çox mənbələrdə Vera adlı qadın gəminin batmasına 1 saat 20 dəqiqə qalmış, qayıqlar vasitəsilə gəmidən ayrıldığı göstərilir. Bu səbəbdən Titanik orkestrı tərəfindən çalınan son musiqini eşitməsi mümkün deyildir.

 

Qalıqların aşkarlanması

 Titanikin batması bütün dünyada şok effekti yaratdı. Siravi insanlar Titanik kimi müasir bir gəminin bir neçə saat ərzində batmasına inanmırdılar. Titanik batdığdan sonra onun batdığı yer uzun müddət məlum olmamışdır. Gəminin qalıqlar hadisədən 73 il sonra ABŞ dəniz donanmasının istehfada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə 4.000 metr dərinlikdə aşkarlanmışdır. Titanik 3.657 metr dərinliyə düşmüşdü. Belə bir dərinliyə sualtı qayıqların düşməsi mümkün deyil, 3.000 metrdən çox olan dərinliklərdə təzyiq ən yüksək səviyyədə olur və belə bir şəraitdə fəaliyyət göstərmək mümkünsüzdür. Bu gün həmin dərinliyə insansız xüsusi sualtı aparatlarla 2.5 saat müddətində enilir.

Aparılan ilk araşdırmalarda gəminin qalıqları iki ayrı-ayrı hissələrdə aşkarlanmışdır. Bu fakt gəmi batmazdan az əvvəl ikiyə bölünməsini sübut edir. Hadisə şahidləri iki bölünən sol hissəsinin yenidən parcalanmasını iddia etmişdilər. Ancaq okeanın dibində gəminin sol hissəsi bütöv şəkildə tapılmışdır. Robert Balard gəminin batmasından sonra ilk şəklini çəkməyə nail oldu. Araşdırmalarda əsas hədəflərdən biri kompüter vasitəsilə idarə olunan robotun Titanikin məşhur əsas zalına daxil olması idi. Bir neçə cəhtdən sonra sualtı robot, zalın yuxarı hissəsində yaranmış dəlikdən zala daxil oldu. Əsas zal taamilə çökmüş vəziyyətdə idi. Robert Balard hadisə nəticəsində həlak olan 1.514 nəfərin xatirəsini əziz tutmaq üçün gəmidə sərnişinlərə məxsus heç bir şəxsi əşyanı çıxartmamağa qərar verdi. İlk araşdırmalar zamanı gəmidən Titanikin hazırlanmasında istifadə olunmuş dəmir pərcimlərdən nümünələr götürüldü. Həmin nümunələr əsasında aparılan araşdırmalarda məlum oldu ki, pərcimlər gəminin ağırlığına hesablanmayıb.

Gəminin kabinlərində olan bir çox əşya dəyişilməmiş vəziyyətdə qalmışdı. Heç bir əşyanın çıxarılmaması barədə qərar qəbul olunsada, Titanikə olan marağın yenidən artması, tapılan bir çox şəxsi əşyanın çıxarılmasına səbəb olmuşdur. Titanik aşkarlanandan sonra bir neçə dəfə yüksək təzyiqə davamlı sualtı qayıqlarla, gəminin yaxınlığına enmişdilər. Belə enişlərin sayı günü-gündən artırdı. Bəzi hallarda Titanik ilə sualtı qayıqların toqquşması, yararsız vəziyyətdə olan gəmini daha tez dağılmasına səbəb olurdu. Robert Balardın gəminin mövcud vəziyyətinin qorunması barədə tələblər irəli sürməsindən sonra, Böyük Britaniya və ABŞ arasında ümumi razılıq əldə olundu. Razılığa əsasən Titanikin yerləşdiyi dərinliyə enməzdən əvvəl, hər iki dövlətdən icazə alınmalı idi.

Son illərdə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Titanikin qalıqları sürətli şəkildə çürüyür. Suyun 4 km dərinliyində yaşayan və Halomonas titanike adı verilən bakteriyalarda Titanikin çürüməsinin əsas səbəblərindəndir. Bu bakteriyalar yalnız pas ilə qidalanır. Halomonas titanike bakteriyasının 80 il ərzində Titanikdə olan 50 min ton dəmiri yediyi məlum olmuşdur. Prosesin bu şəkildə davam edəcəyi halda yaxın 20 il ərzində Titanikə məxsus olan qalıqların tamamilə yox olacaq. Sevilya Universitetində aparılan araşdırmalar zamanı Titanikin gövdə hissəsində 27 növ bakteriya aşkarlanmışdır. Gəminin cürüməsinə bu bakteriyalardan yalnız Halomonas titanike bakteriyası səbəb olur.

Titanikin qalıqlarının çıxarılmasına dair bir neçə dəfə cəhtlər ediləsədə, müasir texnologiya ilə belə bunu etmək mümkün deyil. Gəminin arxa hissəsi suyun dərinliklərində batmış vəziyyətdədir. Hal-hazırda olan qalıqların çəkisi isə 44.000 ton təşkil edir. Titanikin qalıqları bügun bütün dünya okeanlarında yerləşən ən böyük və ən dərində yerləşən gəmi qalığıdır. Yaxın 20 il ərzində sürətli çürümə və bakteriyalar səbəbindən qalıqların tam formasını dəyişərək, gəmiyə bənzəməyəcəyi ehtimal olunur.

 

İncəsənətdə əks etdirilməsi

 Gəminin batması bəşər tarixinin ən tanınmış qəzalarından biri olmuşdur. "Titanik"in məhvi insan sivilizasiyasının təbiət qüvvələri qarşısındakı acizliyinin simvolu kimi qəbul edilmişdi. Qəza kütləvi incəsənətdə çoxsaylı nümunələrlə əks edilmişdi. Titanikin obrazı aşağıdakı incəsənət nümunələrində təsvir edilmişdir:

• Qəzaya həsr edilmiş ilk film olan Titanikdən xilas olmuş filmi artıq 1912-ci ilin may ayında lentə alınmışdır.

• Qəzanın baş verməsindən qısa müddət əvvəl yazıçı Morqan Robersonun "Nahaq yerə, Titanın qəzası (roman)" (ing. Futility, or the Wreck of the Titan) əsəri çapdan çıxmışdı. Bu əsərdə qəzaya uğrayan gəmi böyüklüyünə və su tutumuna görə "Titanik"ə bənzəyirdi. Əsər 1898-ci ildə qələmə alınsa da, 1912-ci ildə nəşr edilmişdi.

• 1997-ci ildə çəkilmiş Titanik filmi 13 il ərzində ən çox gəlir gətirən film ünvanını qorumuşdu. ($1 845 034 188, ondan $600 788 188 — ABŞ-da)

• 2010-cu ildə çəkilmiş Titanik 2 filmi ən çox uğursuzluğa uğramış filmlərdən biridir. İMDB reytinqi 2.0 təşkil etmişdir.

• Dünyadakı ən böyük gəmilər "Titanik"in modelini əsas almışdılar. Belə ki, S. O. S. Titanik filminin çəkilişləri üçün gəminin 16 metrlik modeli hazırlanmışdı. Bu rekord yalnız Ceyms Kameronun Titanik filmi üçün 4 ədəd 19 metrlik model hazırlandıqda keçildi. Maraqlıdır ki, modellərin batırılacağı hovuzların dərinliyi cəmi 8 metr idi.

• 1976-cı ildə yazıçı Klayv Kasslerin "Titanikin qaldırılması" kitabı çapdan çıxmışdı.

• Fövqəltəbii teleserialında (6-cı mövsümün 17-ci bölümü, "My Heart Will Go On") mələk Baltazar keçmişə səyahət edir və xilas edilmiş sərnişinlərlə onların nəsillərinin ruhlarının əldə edilməsi məqsədilə gəmini xilas edir, lakin o, Vinçester qardaşlarına öz məqsədini izah edərkən Titanik filmindən və Selin Dionun qulaqbatırıcı səsindən zəhləsi getdiyinə görə bu addımı atdığını deyir.

• 1995-ci ildə fantasat Cek Funneyin son (ölümündən sonra nəşr edilib) "Üç zaman arasında" kitabı nəşr edilib. Bu romanın baş qəhrəmanı (zaman səyyahı, dövrümüzdə doğulmuşsa da, kitabın əvvəlində XIX əsrdə yaşayan və orada ailə qurmuş) təkcə humanizm deyil, həm də öz şəxsi məqsədlərinə görə I Dünya müharibəsinin qarşısını almağa çalışır. XX əsrin əvvəlində fəaliyyət göstərən qəhrəmanlar aydınlaşdırırıar ki, Titanikin qəzasında həlak olmuş Arçibald Battın ölümü böyük dünya dövlətləri arasında olan gizli diplomatik məktublaşmanın kəsilməsinə şərait yaradıb.

• Britaniya istehsalı olan Doktor Kim teleserialının Milad gününə həsr edilmiş bölümündə (Lənətlənmişlərin səyahəti) "Titanik" kosmik gəmisi var.

Titanikin qəzasına çoxsaylı mahnılar həsr edilmişdir. Avstriyalı müğənii Yohan Hölsölün eyniadlı mahnısında gəmi dünyanın sonunun, rus Nautilus Pompilius qrupunun Titanik albomunda (1994) isə məhkumluğun simvolu kimi çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə istedadlı gənc şair Aqşin Evrənin özüylə söhbəti və şeirləri təqdim edilir.

 

 

Aqşin EVRƏN

 

özüylə söhbəti...

 

Bu mənim ikinci “Özüylə söhbət”imdir.

Birinci neçə il əvvəl olub – 9, ya 10 – xatırlamıram.

O vaxt özümə nələri danışdığım da, açığı, sözün düzü, doğrusu, vallahi, billahi, yadımda deyil.

Olsun. Məncə, beləsi daha düzgün: bəzi şeylər yaddaşımızda boz-bulanıq qalmalı. Fraqmental. Bir neçə hissəsi itmiş pazl kimi.

Elə bil sözü sətirdən sətrə keçirərkən defis (-) işarəsi qoyursan, növbəti sətirdən yazacağın hecanı xatırlamırsan.

Amma bir şeyi deyim: bu defis (-) ki var, gərək olmayaydı. Sözlər niyə belə yad cisimlərə məruz qaldı? Bu defis (-) sözlərin arasında əməliyyat zamanı xəstənin qarnında unudulmuş cərrah bıçağı kimi görünür.

Biz qədim daş kitabələrin soyuq səthinə də bu sözləri cərrah bıçağı kimi itiuclu alətlərlə yazmışıq.

Əsrlərdir sözü bıçaqlayırıq, lakin o hələ də canlı, qüdrətli və əbədidir.

Burada reklam fasiləsinə ayrılıb tarixin, ədəbiyyatın, fəlsəfənin müxtəlif askpetlərdən çözməyə çalışdığı “daş, silah, söz” fenomeninə nəzər salmaq istəyirəm.

Niyə “daş” sözünün ağlımızdakı ilkin təəssüratı silahdır? Hansı səbəbdən “daş” deyəndə ağlımıza ev tikmək, saray ucaltmaq yox, baş yarmaq gəlir? Cavab çoxşaxəlidir, ancaq bir o qədər də sadə: çünki daş bizim dini-mifoloji yaddaşımızda Qabilin qardaşı Habili öldürdüyü silah olaraq qalıb.

Əlahəzrət sözün, mətnin gücü burada növbəti dəfə ortaya çıxır. Sən milyonlarla ehram tik, xeyri yoxdur! Sənə sözlə göndərilmiş mətn deyirsə ki daş silah olub, vəssalam! O ehramlar, sərdabələr mətnin, sözün diktəsinin yanında firon mumiyası kimi gücsüz görünəcək.

Bir də onu deyim ki...

Ya da qalsın. Bayaq dedik: bəzi şeylər yarım qalmalı. Fraqmental. Onu nələrsə tamamlamalı.

 

...və şeirləri

 

                                                        

HERBARİ

 

Herbari dəftərinə yarpaq tikir məktəbli
Bir az ümidli, bir az həvəsli
Yarpaqlar səhifələrə yapışırlar:
gəldikləri yerə qovuşurlar.

 

 

ANTİK İSTEHZA

 

Tarix yalan danışır,
Muzeylərdə gizlədir qədim, qanlı keçmişi,
Yer kürəsi gülür bizə – torpaq altdan ağarır mamont dişi.

 

 

GÖLMƏÇƏ

 

Asfaltdakı çuxurun yanına balıq şəkli çəkir uşaq,
Qoca ümidsizcə baxır səmaya:
“Bir azdan yağış yağacaq”
Uşaq xoşbəxtdir amma.
Qəribə bir təzad,
Qəribə bir müəmma!

 

 

QAR KÜRƏSİ

­

Qarışdı axşamla səhərin yeri,
Mənim gecəm itdi, gündüzüm itdi.
Ayrıldıq, qayıtdı hər şey əvvələ:
Yer üzü dağıldı, göy üzü itdi.

Sükutdur... bu ömrü lal sürəsiyəm,
Oxunu tərk etmiş boş Yer kürəsiyəm
Bəlkə də, suvenir bir qar kürəsiyəm,
İçim tufan-boran, üstüm sakitdi.

Üşümək gözəldir – qucaqlaramsa.
Sən mənim müqəddəs uzaqlarımsan...
İndi mən boş qalmış otaqlaramsa,
Başım yağış döyən gil kirəmitdi.

 

 

REİNKARNASİON ŞEİR

 

Qitənin ortasından dəvə karvanı keçir:
kəhrəba boyunbağısı ilə zikr edir səhra.
Dəvələr daşıyır gətirdikləri kölgə izini,
Tuluqlarındakı suyun yaddaşında balıqlar var
– Dəvələr birtəhər üzüb keçəcəklər bu qum dənizini.

Sənin getdiyin yerdən başlayır Mədain xarabaları,
Bu viranədə Kufə qurmaq istəyirəm, fəqət gələ bilmirəm:
Könlünün şikəstəliyi ayaqlarıma yoluxub,
Sürülmədən qəzaya uğrayıb əlil arabaları.

Ən ağrılı pəhrizdir insanın sevdiyini itirməsi,
Doğrayır bədəni ayrılığın cəlladı.
Sarayı-hümayundasan bu edam vaxtı
Gözləyirəm, gəlmirsən,
Çünki yarananda kişini qabırğa şəklində tərk etmişdi qadın.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

Çərşənbə, 07 May 2025 12:32

İçimizdəki adam - ESSE

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Sözlər nərdivandır… Bizi ya ucalığa ya da üzüaşağı daşıyar. Bəzən qəlb qırar, gildir-gildir göz yaşı tökdürər, bəzən də qaranlıq bir otağa salıb özümüzə sual verib cavab ala bilməz söz. 

 

İnsan elə düşünür ki, özü-özünə ən yaxşı dostdur. Əslində heç də elə deyil. İnsanın özündən belə gizlətdiyi məhrəmləri var ürəyində. Düşünmək, ağlına və dilinə gətirmək istəmədiyi fikirlər, sözlər var hər kəsin qəlbində. Hər kəsin içində cəmiyyətə “yox” dediyi halda özünüzə təkrar-təkrar “hə” dediyi sözlər var. Düşünün ki sonuncu qatar qarşınızda və bütün sevdikləriniz o qatarda amma içinizdəki adam sizi o qatara minməyə qoymur və sonuncu fit verilib qatar yola düşdükdən sonra sizdən min dəfə üzr istiyir, o qatara minmədiyiniz üçün. 

 

Hər söz içində ya nur daşıyır, ya da zülmət. Yuxarı qalxdıqca içimizdəki işıq ruhumuzla birləşərək bizi ilahi bir sükuta qərq edir. Aşağı endikcə isə, hərf-hərf söndürərək qaranlıqlar içində itirib-batırar.

 

İnsan yaşadıqca, ruhuna toxunan münasibətlər qurmağa çalışır. Bəziləri ötəri yel kimi keçib gedir, bəziləri isə səssizcə içimizdə bir çıraq yandırıb yolumuza işıq salır. O çıraq ki, mayası bir ömrə bərabər hislərdən, baxışlardan və sözlərdən yoğrulub. O çırağın yandığı otaqda hər gün zaman dayanır, həyat nəfəs alır.

 

Əslində çıraq da pərvanəni yandıran şam kimidir - gözəlliyi qədər yandırıcı, istiliyi qədər ağrılı olur. Çünki yaxınlaşdıqca daha çox hiss edir, hiss etdikcə daha çox yanırıq. Və hər dəfə o nərdivanın pillələrində qalxanda, qəlbimizdəki çıraq bir az daha parlayır - qürurla, sevgiylə, inamla. Amma düşəndə… elə bil sönür hər şey - nə söz qalır, nə səs, nə də baxışların istiliyi.

 

İnsanlar səni anlamadıqca sən daha çox var olursan. Başqaları üçün yox, öz doğruların, öz düşüncələrin, öz varlığın üçün. Və sən başa düşülməməyə, susmağa davam etdikcə əslində hər şeyi deyirsən. Amma və lakin sən artıq gözləmirsən. Sən sadəcə yoluna davam edirsən. Sonuncu avtobusun gəlməyəcəyini bilə-bilə dayanacaqda ümidlə gözləyən son sərnişin kimi. Hər kəs səni son avtobusa çata bilmədiyini düşündüyü halda sən artıq xəyalən o avtobusda çoxdan yol almısan. 

 

Biz işığa meyilli olsaq da ən dərin hisslərimizi qaranlıqda tapırıq. Zülmətdə çıraq yandıran hər qəlbə eşq olsun.

 

“Ədəbiyyat və incəsənət”

(07.05.2025)

 

 

 

 

 

 

93 -dən səhifə 2262

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.