Super User
“Doğu Türkistan’da zulüm var!” - Ahsen Yıldız Şahin
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Doğu Türkistan’da zulüm var!”
Ahsen Yıldız Şahin
Doğu Türkistan’da soydaşımız ve dindaşımız Uygur Türklerine karşı Çin devletinin büyük bir zulmü olduğunu hepimiz biliyoruz artık. Bu zulme maruz kalan kardeşlerimizden yüzlercesinin verdiği haberler, izlediğimiz videolar içimizi dağlıyor, yüreğimizi yakıyor. Bu büyük zulmün, aşağılık uygulamanın, vahşi düşüncenin sadece bir boyutunu dile getirmeye çalışacağım:
İnsanlık dışı uygulamalarla nam salmış Çin devleti, Uygur Türk’ü kardeşlerimizi asimile etmek için şeytanın bile aklına gelmeyecek bir proje ortaya koyuyor: Kardeşlik Projesi. Neymiş efendim, Uygur Türk’ü ile Çin halkı aynı ortamda kalarak kültürel bir gelişme gösterecekmiş. Kargaların bile güldüğü, saçma, anlamsız ve sahte bir proje…
Her eve Çinli erkekleri yerleştiriyorlar. Bunlar aynı zamanda birer ajan. Evde her şey yasak: namaz kılmak, “Kur’an-ı Kerim” okumak, oruç tutmak… Kısacası, Müslüman ve Türk olmak yasak. Hemen bildiriyorlar. Sonrası büyük işkenceler... Evlere konan Çinli erkekler Uygur Türk’ü genç kızlarla evlendiriliyor. Bazı kardeşlerimiz bu zulme dayanamayıp evlendiği gün intihar ediyor. Onlara zorla tecavüz ediyorlar, ırzlarına geçiyorlar, dövüyorlar.Sonraki zaman diliminde “eğitim kampları” diye adlandırdıkları toplama kamplarına alıyorlar. Bu toplama kamplarında işkenceler hem psikolojik, hem fiziksel. Genç, yaşlı, çocuk demeden bütün mazlumları bu kamplara götürüyorlar.
Toplama kampındaki hücrelerde yaklaşık 25 kişiyle birlikte iç-içe kalıyorlar. Tuvalet hücrenin içinde ve herkesin bir-birini görebileceği bir yerde. Uyumak için yatacak bir yer yok. Herkes ya bir-birinin omuzunda, ya da dizinde yatıyor. Yerlerde fareler, örümcekler… Kimsenin bir-birini tanımasına izin verilmiyor. Uygur Türkçesi konuşmak yasak. İletişim halinde olmamaları için haftada bir kez hücreler değiştiriliyor. Kimsenin kimseden haberi olmuyor. Sabahın ilk ışıklarında Komünist Partisi Başkanı Şi Cinping’in adına zorla şarkı söylettiriyorlar. Yanlış okursan dayak, eksik okursan dayak…
Her kesi çırılçıplak soyup buz gibi yerlere oturtuyorlar. Ellerinin dışında bir yerini yıkayamıyorsun. Yüzünü yıkarsan, sen abdest alıyorsun diye, köpekleri üstlerine ısırmaları için bırakıyorlar. Yan hücrelerden kadınların bağırış seslerini duymak çok da zor olmuyor, maalesef. Belirli günler, Uygur Türklerine bir ilaç enjekte ediyorlar. Bu ilaçlar onları sakinleştiriyor ve istedikleri şeyi kolayca yapmalarını sağlıyor. Bazı ilaçlar var ki, onlar da, hamile kadınların çocuklarını düşürmek için kullanılıyor. Zorla kürtaj yapılıyor. Anneleri yavrusundan koparıyorlar. Çocukları da ayrı bir toplama kamplarına götürüyorlar. Küçük yaşta oldukları için beyinlerini yıkamak daha kolay oluyor onlar için. Çocuklara kendi değerlerini, milletini, dinini unutturuyorlar. (Cengiz Aytmatov’un “Mankurt” adlı o acı hikayesini hatırlıyorum.)
Kendi vatanında dinini yaşayamıyorsun. Bir Müslüman “Ya Allah!” dediği için tellerle sopalarla dövülüyor. Onlarca camilerden sadece 1 tane cami kaldı. Çoğunu ya yıktılar, ya da ataşe verdiler. Oruç tutmak yasak. Sahur vakti ışığı açık olanların oruçları ertesi gün zorla bozduruluyor. Okullarda su dağıtılıyor, memurlara ise yemek veriliyor. Onların gözü önünde yemek ve içmek zorundalar.
Din, dil, kültür, sanat yasak. Hepsi Çin’in elinde. Uygur Türklerinin bilinen sanatçılarından Abdurehim Heyit “Uçraşkanda” (Karşılaşınca) ve “Atılar” (Atalar) adlı şarkıları yüzünden 8 yıl hapse çarptırıldı. Çünkü o, Uygur Türklerinin dili ve kalbiydi. Son zamanlarında onu gören oğlu, çok bitkin ve zayıf düşmüş olduğunu söylemişti. Büyük bir işkencede olduğu âşikar. Abdurehim Heyit bu işkenceye 2 yıl dayanabildi. Uygur Türkü’nün şanlı mücadelesinde şehit oldu.
Tüm bu olaylar yaşanırken, Çin hükümeti her şeyi yalanladı. Bazı ülkelerdeki gösteri ve tepkiler karşısında gazetecileri Doğu Türkistan’a davet ettiler. Gazeteciler için toplama kamplarını okul sistemine çevirdiler. Bütün Uygur Türklerini tehdit ederek orada mutlu olduklarını söylemelerini istediler. Eğer söylemezlerse onları daha kötü kamplara götüreceklerini anlattılar. Tam bir tiyatro… Ne göstermek istiyorlarsa, onu o şekilde gösterdiler. Her şey normalmiş gibi… Ama orada hiçbir şey normal değil. Uygur Türklerine soru sorulduğunda, bütün yetkililer gözlerinin içine bakıyorlar. Gazeteciler diğer toplama kamplarına gitmek isteyince telaşla kabul etmiyorlar.
Çin Uygur Türklerini teröristlikle suçluyor. Asıl terörist bu zulmü yapan Çin hükümeti değil mi? Tam bir devlet terörizmi… Zalim Çin yöneticilerinin, hesap günü ağır bir hesapla helâk olacaklarına yürekten inanıyoruz. Her şeyi bilen ve gören Allah; “Kur’an-ı Kerim”de bu azgınlar için şöyle buyuruyor: “Sakın, Allah'ı zâlimlerin yaptıklarından habersiz sanma! Allah onların hesabını, korkudan gözlerin dışarı fırlayacağı bir güne erteliyor.” (İbrahim Suresi/42)
Aziz Kardeşim! Zâlim, azgın, kâtil, insanlık düşmanı olanların hesabı, elbette, öbür dünyada görülecek. Lâkin bizim bir vazifemiz var: mazluma, dindaşımza, soydaşımıza ve bütün mağdur insanlara sahip çıkmak. Bu hepimizin en temel, en öncelikli görevidir. Zulme karşı susma, zulmü unutma! Kardeşlerini unutma! Çin’e boyun eğme! Sesin ne kadar çıkabiliyorsa bağır! Bağır ki, çocukların şu feryatları sussun! Daha oyun yaşındaki şu çocuğun feryadını unutma! “Size yalvarıyorum, babamı geri getirin, onu çok özledim.” Unutma! Türkün özü var olsun!”
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Kimdir şair, kimdir hökmdar?! - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Şübhə eləmək üçün gərək haqq qazanasan, gərək buna səlahiyyətin ola.
2.
Bir var, həyatının elə bir vaxtına gəlib çatasan ki, qayıtmaq istəyəsən. Elə istəyəsən ki, dözə bilməyəsən bu istəyin ağrısına. Qayıdıb bu yolu təzədən gəlmək üçün yanıb-yanıb qovrulasan. Bir də var, sənə qayıtmaq imkanı verələr və sən başlayasan yolu təzədən geri gəlməyə. Gələsən, gələsən və birdən ayılıb görəsən ki, yenə də həmin yolla gəlib həmin yerə çıxmısan.
3.
Səməd Vurğun: “Şair, hökmdarın hüzurundasan!”
Şair və hökmdar! Kimdir haqlı, kimdir haqsız?!
Şair və hökmdar! Kimdir güclü, kimdir gücsüz?!
Şair və hökmdar! Kimdir şair, kimdir hökmdar?!
4.
Gözlərindən doğmalıq çıxdı. Elə bil, havada üşüyən kimi oldu. Qayıtmaq istədi gəldiyi yerə. Sonra nə fikirləşdisə, ətrafa oğrun-oğrun baxıb tez-tələsik gözlərimə girdi.
5.
Füzuli səni sevməyə, daxilən azad olmağa... çağırmır. Füzuli səni buna səsləyir.
6.
Qarabağ sevgisi, Qarabağ həsrəti Elçində olan kimi heç kimdə bu qədər təsirli deyil. Hətta onun Bakı kəndləri mövzusunda yazdıqlarından da Qarabağ rayihəsi gəlir.
7.
“Allah, bizi bağışladı, yəni, verdi cəzamızı.”
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ –34.Yaxşı mütaliəçi üçün faydalı məsləhətlər
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
34.
YAXŞI MÜTALİƏÇİ ÜÇÜN FAYDALI MƏSLƏHƏTLƏR
Biz əvvəlki bölümlərdə daha effektiv və səmərəli oxuma üçün sizlərə dəyərli məsləhətlər verməyə çalışmışdıq. İndisə onları qruplaşdırıb sizlərin ixtiyarına veririk.
Beləliklə, bir əsərin məzmununu daha yaxşı öyrənmək üçün istifadə edilən üsullardan ən yararlısı və geniş yayılmışı konspektləşdirmədir.
Madam ki, indi dünyada bəhs etdiyimiz kimi, sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, “nə mənsəbə qulluq etdiyi” hətta müəllifləri tərəfindən belə bilinməyən, “söz yığınından ibarət olan“, kriminal və pornoqrafik səciyyəli kitabların sayı xeyli artmışdır, ona görə biz də tədbirli tərpənməliyik, axı təsadüfi (səhv) kitab seçimi xeyirdən çox ziyan gətirə bilər. Mütaliədə səhv seçimlər isə bir sıra fəsadlar yaradır: oxucuda fikir qarışıqlığına səbəb olur, onu ümidsizliyə sövq edir və hər şeyə şübhəylə yanaşan birinə çevirir.
-Müxtəlif səbəblərdən bəzən uşaq və gənclər bilik və yaşlarına uyğun olmayan kitabları oxumağa girişirlər. Aydın məsələdir ki, 8-10 yaşında olan bir uşağın gənclik romanını və yetişkinlər üçün nəzərdə tutulan kitabları oxuyub anlaması mümkün deyil. Çünki bu zaman kitab və uşaq “eyni dildə” danışa bilmirlər. Onlar belə kitablardan zövq ala bilməyəcək və mütaliədən soyuyacaqlar. Bir maraqsız kitab isə insanı ömürlük kitablardan uzaq sala bilər.
-Təsadüfi seçilən bəzi əsərlər oxucunun psixologiyasına mənfi təsir
edir. Məsələn, şiddət və qorxu məzmunlu kitabları oxuyanlar digərlərinə görə çox dalaşqan, üsyankar və aqressiv olurlar .
-Bəzən oxucular heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə
edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri
gözlənilmir, yersiz arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə
(xüsusən tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini və gözəlliyini nümayiş etdirməli, anlaşıqlı və axıcı bir dildə olmalı və oxucunun lüğət ehtiyatını artırmalı, onların nitq mədəniyyətini formalaşdırmalıdır.
-Bəzi əsərlərdə ana mövzu qeyri-müəyyən olur, hadisələr ləng şəkildə cərəyan edir, çoxlu sayda obrazlar olur, onların bəziləri həddindən artıq idellaşdırılır (təbiilikdən çıxarılır), zaman xronologiyası tez-tez pozulur (keçmişə və gələcəyə gəliş-gedişlər çox olur). Uzun təhkiyələrə yol verilir. Bunlar isə ikili və yanlış anlamalara səbəb olur, gənc oxucuları çaşdırır, onların canlarını sıxır. Nəticədə onlar usanır və bezirlər. Onlara elə gəlir ki, kitabların hamısı belədir.
-İndi kitab bazarında tərtibatı və dizaynı müasir tələblərə cavab verməyən kitablarla da tez- tez rastlaşırıq. Bu kitabların düzgün seçilməyən rəngi, kağız və şrift formatı, məzmunla uyuşmayan üz qabığı və illüstrasiyaları onu oxumaq üçün alanların estetik zövqünü korlayır.
Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift və düz olmayan sətirlərarası interval gözlərin nurunu da korlayır.
Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitabların insanların gözlərinə zərəri var.
Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda göstərilənlər yetərli sayıla bilər. Düzgün seçilməyən hər hansı ayaqqabı insanın ayaqlarını incidib şikəst etdiyi kimi, düzgün seçilməyən kitab da oxucuların insani duyğu və dəyərlərinin formalaşmasını ləngidir, mənən şikəst edir .
Mütaliənin səmərəliliyi onun icra olunduğu şərait və vaxtdan da çox asılıdır. Ona görə də münasib mütaliə vaxtının təyin edilməsinə (şərti olaraq) xüsusi fikir verilməlidir. Sübh və səhər çağı, yatmazdan qabaq mütaliə üçün ən münasib vaxt sayılır. Əzgin və yorğun vaxtlarda mütaliə etmək məsləhət görülmür.
Mütaliə salonu olduqca sakit, mümkün qədər bər-bəzəkdən uzaq olmalıdır. Atmosfer temperaturu və işıqlandırma sistemi münasib, mütaliə vasitələri - stol və stul, həmçinin digər texniki avadanlıqlar mütaliə üçün əlverişli olmalıdır.
Mütaliə ilə məşğul olan gün ərzində konkret istirahət saatlarının müəyyən edilməsi, mütaliəarası fasilələr, düzgün qidalanma, zehnə xeyirli qidaların qəbulu da diqqət mərkəzində saxlanılmalıdır.
Növbəti: 35.Bəs dünya nə oxuyur?
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Bu gün onun günüdür - ONUN, TEYMUR ƏMRAHIN
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə Teymurdan söhbət açmaq istəyirəm. Əmir Teymurdan yox ha, Azərbaycan vokal sənətinin ustadı Teymur Əmrahdan...
Mülayim, qayğıkeş, necə deyərlər, ipə-sapa yatan adamdır. Ömrü boyu heç kimlə mübahisə etməyib.
İnsanlarla ünsiyyətdə məmnunluq və mədəni münasibətlər əsasında davranır. Hər adamda nəsə bir müsbət cəhət görə bilir. İştirakçısı olduğu rəngarəng situasiyaların öhdəsindən çox asanlıqla gəlir. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. İntellektual və ruhi-mənəvi enerjiyə malikdir. Səliqə-səhmanı xoşlayır. Hətta vasvasılıq səviyyəsində təmizkarlığa diqqətlidir, natəmizlikdən diksinir. Evinə kimsə gedərsə gördüklərindən yaxşı mənada, dəhşətə gələr...
Teymur Əmrah 1971-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olub. 1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən görkəmli Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb. 1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda ilk dəfə solo konsert keçirib. 2005-ci ildə “Azəristar” layihəsinin vokal müəllimi kimi fəaliyyət göstərib. 1990-cı ildən Azərbaycan Dövlət Teatrlarında yaradıcılıq, yubiley və anım gecələrinin təşkilatçısı kimi fəaliyyət göstərir. Bunlardan Şövkət Ələkbərova, Oqtay Ağayev, Məlik Dadaşov, Ələddin Abbasov, Firudin Mehdiyev, Natavan Şeyxova, Vaqif Şərifov, Məmmədəli Balayev və başqalarına həsr olunan tədbirləri sadalamaq olar.
Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs deyib. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərib. 2012-ci ildə Azərbaycan estrada sənətinin inkişafında xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb...
İfa etdiyi əsərləri böyük sənətkarlıqla dinləyiciyə çatdıra bilir. Bu səbəbdən də insanların sevgisini qazanıb. Mahnıları oxuyarkən dinləyiciyə müsbət enerji, məmnunluq, ilahi bir təskinlik ötürə bilir. Onu dinlədikdə insanın ruhu qəribə bir aləmə düşür, həzz alır, rahatlıq tapır. Çünki ürəkdən ifa edir, necə deyərlər, hər dəfə oxuyarkən ürəyinin yağını xərcləyir...
Deyir ki,- “Həyata gəlmişəmsə, bu, Allahın bir mükafatıdı. Bir balaca səs verib, bu da ikinci mükafatıdı. Bu gün bir tikə çörək pulu qazanıramsa, bu da bir mükafatdı. Həmişə Allaha şükür edərək yaşamışam.
Atam vəfat edəndən sonra anam mənə baxa bilmədi. Hər bir ailədə faciə ola bilər və mən bu səbəbdən uşaq evində böyümüşəm. Amma ailədə əxlaqsız olarsa, bu çox pis damğadı. Mən müğənniyəm, mənə nə istəyirlər desinlər, amma ailəmə sataşmasınlar. Şükür ki, bizdə elə bir problem də yoxdu. Mən ailəmlə fəxr edirəm. Bakıya özüm – heç kimsiz gəlmişəm və gimnaziyaya daxil olmuşam. İstəsəm, narkoman, oğru, xidmətçi də ola bilərdim. Amma mən oxudum, çünki musiqiyə böyük marağım var idi. Uşaq evində hind filmləri nümayiş olunurdu. Orda səslənən mahnıları dinləyirdim. Sonradan təhsil aldıqca Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Oqtay Kazımi, Rauf Hacıyev və digərlərini tanıdım və sevdim. İllər ötdükcə onların repertuarına sadiq qaldım. Mənim müəllimlərim Şəfiqə Məmmədova, Məlik Dadaşov kimi korifeylər olub. Akademiyada Firudin Mehdiyevdən fərdi dərslər almışam. O, dahi Bülbülün ilk tələbəsi olub. Boynuma alıram ki, mənim ifa tərzim iyirmi faiz Flora Kərimovaya bənzəyir. Ancaq səksən faiz özüməm. Heç tam bənzəyə də bilmərəm, çünki kişinin diapazonu başqa, qadınınkı başqadır...”
Onun da öz tələbələri var. İki tələbəsi- Prezident mükafatçısı Amil Həsənov və xalq artisti Samir Cəfərov "Qızıl kitab"a düşüb. Digər tanınmış tələbələrindən Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynov, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev və əməkdar artist Sevinc Sarıyevanın adlarını çəkmək olar...
“Artıq 53 yaşım var və özümü xoşbəxt sayıram. Bu müddət ərzində məni sevənlərin evlərində qaldım. O insanlar həftələrlə evlərini mənə etibar edib, getməkdən çəkinmirdilər. Söz aparıb-gətirib, ailə dağıdıb, bala yetim qoymamışam. İnsan alverinə nifrət edirəm. Mən ideal da deyiləm. Heç kim ideal deyil, ideal Allahdı. Mənə desələr ki, səndə bu səhv var, doğrudursa, qəbul edib boynuma alaram. Əgər məndə olmayan səhvi də boynuma qoymaq istəsə, o insanı məhv edərəm! Sənətimi pisləsələr, lap elə fəxri adımı da əlimdən alsalar məni incitməz, ancaq mənə şər atılarsa, bu məni çox incidər. Bu dünyada olmasa da, bilirəm ki, o biri dünyada görüşəcəyik və haqq yerini tapacaq.”- söyləyir...
Bəli, haqqında söhbət etdiyim Teymur Əmrahın həqiqətən də Azərbaycan estrada sənətinin inkişafında həm bir müəllim və həm də bir ifaçı kimi özünəməxsus xidmətləri var...
Bu gün - oktyabrın 8-i onun növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
KAKTUSLAR MƏCƏLLƏSİ 64 - povestdən bir hissə
“Ədəbiyyat və incəsənət” portalı sizin mütaliəniz üçün bu gün gənc yazar Elçin Məhərrəmin yaradıcılığından bir nümunə təqdim edir.
Ceffersonun bəhs etdiyi böyük gün gəlib çatmışdı. Məhz bu gün o, işçilərə maaşlarının artacağı xəbərini verəcəkdi. İşçilər aylardır ki, bu xəbəri gözləyirdilər. Nə vaxt direktorla söhbət zamanı əmək haqqı barədə mövzu açılırdı, o şövqlə bu günü işardə edirdi. Hamı şirkətin iclas zalına ( köhnə teatrın zalı ) doluşmuşdu. Zala həm şimal-cənub, həm də şərq-qərb tərəfdən baxdıqda yanlız bir şeyin şahidi ola bilərdin- Təbbəsümün. Saça yapışan saqqız kimi təbbəssüm bütün işçilərin üzlərinə yapışmışdı. Hamı deyir-gülür, bir-biriylə zarafatlaşırdı. Birdən qapı cırıltı ilə açıldı. Direktor və idarə heyəti zala daxil oldular. Hamı ayağa qalxdı. Cefferson əliylə əyləşin göstərişini verdikdən sonra çıxış üçün hazırlanmış kürsüyə qalxdı. O çox gərgin, əsəbi görünürdü. Cibindən çıxardığı vərəqi kürsüyə qoyduqdan sonra gözlərini 200 nəfərin gözlərinə zilləyərək ( o bunu bacarırdı) danışmağa başladı.
-Hörmətli işçilər, əziz həmkarlar. Bilmirəm söhbətə haradan başlayım. Mən bu günü səbirsizlikə gözləyirdim. Bilirsiniz, siz mənim ailəmsiniz. Ailənin atası necə ki, ailəsini xoşbəxt görmək istəyir, mən də şirkətin atası olaraq işçilərimi xoşbəxt görmək istəyirəm. Lakin bəzən həyat ataları yorur, incidir, sıxır. Belə olan halda onlar övladlarını sevindirə bilmirlər. Onların üzlərini güldürə bilməmək... Ax bu necə dəhşətli bir vəziyyətdi. Bu gün mən də sizin qarşınızda yorğun ata kimi çıxış edirəm. Yorğun olmağımın səbəbi var. Bu günə olan statistik məlumatlara əsasən deyə bilərəm ki, reklam etdiyimiz məhsulların son səkkiz gündür, satışında kəskin azalmalar var. Mən böyük təəssüf hissiylə, kədərlənərək demək istəyirəm ki, mən sizin maaşlarınızı artıra bilməyəcəm...
Zalı bir anda hay-küy götürdü. İşçilər yerində qurcalanmağa, bir-biriylə söhbət etməyə başladılar. Sükutu direktorun “Bir dəqiqə, əzizlərim” ifadəsi kəsdi. Bütün diqqətlərin yenidən özündə cəmləndiyini görən Cefferson sözünə davam elədi.
-Bütün bunların bir səbəbi var. Düz bir həftədir, mənim- şirkətin atasının haqqında qaralama kampaniyalarına başlayıblar. Ard-arda pamfletlər yazırlar, yuxarılara məktublar göndərirlər. Öz dalına şalvar ala bilməyən tüfeyli bir çayxana jurnalisti görün mənim – yəni sizin haqqınızda nə yazıb.
Pamfletdən bir hissə :
Dünən baş vermiş hadisə başdan ayağa fiasko idi. “Cefferson” reklam şirkətinin rəhbəri, direktoru dövlətin onlar üçün ayırdığı yardımı öz yaxın ətrafı ilə mənimsəyib. Buradan işçilərə bir qəpik də düşməyib. Bununla bağlı müraciət etdiyim rəsmi qurumlardan sonra şəxsimə dair təhdidlər almışam. Hətta, Cefferson məni birbaşa doğratmaqla təhdid edib. Qoçularını üstümüzə göndərməklə nəticə alacağını zənn edənlər, özlərini Stalinə, Hitlərə bənzədərək onların miras qoyduğu qara idarəetmə forması ilə hərəkət edənlər, qanun qarşısında cavab verəcəklər. Artıq bəsdi.
Ey Cefferson ! Sən kralsansa, Berlinin də hakimləri var .
Ölüm Haqdan, Kəfən Məmməcəfərbəydən...
-Düz 7 nəfər mənim, yəni sizin haqqınızda bu cür cəfəng yazılar yazıblar. Təəssüf, bu yazılardan sonra şirkətin nüfuzu aşağı düşdü. Nəticədə nüfuz aşağı düşdükcə çörək də əldən çıxdı. Yəni sizin, mənim övladlarımın çörəyi itdi. Bütün bunların səbəbkarı o itdöyən jurnalistdi. Bizdə, yəni sizdə nə İMAN qoydu nə də ÇÖRƏK. Hə, bir də unutmayın mən olduqca DEMOKRATİK biriyəm.
Cefferson fikrini tamamladı və kürsüdən düşərək ön sırada əyləşdi.
Zalın suyu qaynamağa başlamışdı. Bu çıxış onun suyunun 55 C-yə qaldırdı. Sonra
Lama İzabella ağır addımlarla kürsüyə qalxdı. Dombalmış gözləriylə ətrafın rentgenini çəkdi və çıxan nəticəni dəyərləndirdikdən sonra danışmağa (tüpürməyə) başladı.
-Uca, mərhəmətli, sevgi dolu, səbirli Yaradanın adıyla sizləri salamlayıram. Əzizlərim, bilirsiniz ki, bu günün tez gəlməsi üçün çoxlu dualar edir, nəzirlər verirdim. Ramazan bayramında oruc tutur, heç bir Şabat gününü qaçırmır, İsa Məsihin doğum gününü qeyd edir, evimdə olan kiçik Budda heykəlini təmizləyir, Qızıl tovuzquşu təsvirinin ətrafında dövrələr vurur, Ahuramazdaya hər gün alqışlar söyləyirdim. Amma bu gün olduqca məyus oldum, kədərləndim. Sonra göz yaşlarımı sildim və bura çıxdım ki, sizə bu hadisədə bizim də günahımız olduğunu xatırladım. Bəli, biz günahkarıq. Bizim maaşlarımızın artmamasına səbəb elə özümüzük. Çünki biz Şeytanı, Demonu unutduq. Yadımızdan çıxdı ki, bu dünyada Əhriman da var. İndi biz əlimizi-qolumuzu bağlayıb oturmuşuq. Bəlkə bu zalda oturan bəziləri elə düşünür ki, o əxlaqsız jurnalistin yazdığı doğrudur ?! O şeytandır, şeytandır...
İzabella əliylə zalın qapısına tərəf işarə elədi. Sonra uca səslə sözünə qaldığı yerdən davam etdi.
-“Burada təəccüblü heçnə yoxdur, çünki Şeytan da nur mələyin cildinə girir“. Bunu mən demirəm, Müqqəddəs Kitab deyir. 2-ci Korinflilərə 11:14-ayəsi. Dünən gecə hövnlak yerimdən dik atıldım. Kabus görmüşdüm. Dəhşətli kabusla bərabər qəribə bir möcüzə də əyan oldu mənə. Deməli, yuxuda gördüm ki, çayın sahilində tək gəzirəm. Bu çay İori çayıdı. Dəqiq bilirəm ki, İori idi. Birdən çayın içindən yeddi kök inək çıxıb çayın qırağında otlamağa başladı. Mən də bunlara tamaşa edirəm. Sonra çayın içindən yeddi arıq inək də çıxdı. Biri zil qaraydı. Bunlar kök inəklər kimi heç otlamadılar da. Sağlam inəklərin üstünə cumub onları parçalayıb yedilər. Mən donub qalmışdım. Gözümdəki yaşın yanağımı yandırdığını yuxuda da hiss edirdim. Birdən göydə nəsə parladı. Gözlərim o andaca qamaşdı. Gözümü açıb gördüm ki, qarşımda başdan-ayağa ağ paltara bürünmüş kök, yaypan bədənli bir kişi durub. Bu kişinin saçı yox idi,amma başında par-par parıldayan bir tacı vardı. Elə bil başına ulduz qonmuşdu. Əlində tutduğu yaşıl rəngə çalan əsayla yerə üç dəfə vurdu. Bu hərəkətdən sonra qeyri-ixtiyarı onun qarşısında təzim etdim. Əlini çiynimə qoydu və mənə dedi ki, mən Əldebaran ulduzundan gəlmişəm. Nəyə görəsə bu sözdən sonra mən rahatladım və ona gördüyüm hadisəni danışdım. Əlini çiynimdən çəkmədən dedi: “Qorxma, mən sənə kömək edəcəm”. Və əlavə etdi: -Qulaq as İzabella. İori çayından çıxan yeddi sağlam inək o deməkdir ki, yeddi il siz bolluq, artım içində yaşayacaqsınız. Heç bir çətinliyiniz olmayacaq. Bağlarınız barlı, sularınız təmiz olacaq. Sonrakı yeddi il ərzində isə sizi quraqlıq, aclıq gözləyir. Meyvələrinizə, tərəvəzlərinizə qurd düşəcək. Aclıq bir yırtıcı heyvan kimi boğazınızdan yapışacaq. Sularınız qurayacaq. Quraqlığı, natəmizliyi bir libas kimi əyninizə keçirəcəksiniz. Biri-birinin iç-çalatını çıxarmağa hazır olan vəhşi, barbar tayfalar kimi özünüzlə vuruşacaqsınız. Xəstəlik, ağrılar, sancılar sizləri Olimp dağlarına qədər dırmaşdıracaq. Elə bir vaxt gəlib çatacaq ki, ana sağalamaq üçün övladının ətini çiy-çiy yeyəcək. Övlad anasının baş dərisindən sitayiş etdiyi bütlərə paltar tikəcək.
Əldebaran ulduzundan gələn müqəddəsin bu danışdığından sonra mən onun dizlərinə qapanıb yalvardım, vay-şivən qopardım, kömək istədim. O qolumdan yapışaraq ayağa qaldırdı və dedi : -Qorxma, İzabella. Əgər dediklərimi yerinə yetirsən sənə, sənin ətrafına, yaxınlarına və iş yoldaşlarına heç bir fəlakət toxunmaz. Mənə inan. Səhər açılan kimi hamama girib sirkə ilə yuyun. Yemək yeməmişdən qabaq üç dəfə Maidə surəsi 33-cü ayəni indi sənə oxuduğum kimi uca səslə oxu.
“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əlləri və ayaqlarını çarpazvari kəsmək yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu onlar üçün dünyada rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”
Sonra ətrafına, dostlarına, iş yoldaşlarına bu ayəyə uyğun hərəkət etməli olduqlarını söylə. Əgər onlar işlərinizi pozan, çörəyinizi əlinizdən alanlara rəhm etsələr, Yaradan da onlara rəhm etməyəcək. Onları Gehinnom vadisində sonsuz əzaba düçar edəcək.
Unutma, İzabella, düşmənləriniz 7 gün içində 7 fərqli alətlə cəzalanmalıdır. Yaradanın buyruğu belədi - dedi və bir anda gəldiyi kimi də getdi.
Hamı ovsunlanmışdı. İzabella kürsünün yanından 5-6 addım kənara atıldı. Sonra əliylə giriş qapısının yanında duran şirkətin anbardarına işarə edib, danışmağa (tüpürməyə) başladı:
-Ey mənim əziz həmkarlarım ! Yaradan bizi sevir və bizə çıxış yolu göstərir. Bu müqqəddəs vəzifəni həyata keçirmək sizlərin içərisindən seçilmiş 7 nəfərə qismət olacaq. 200 nəfərdən kim öncə işi həll etdi, Əldebaran ulduzundan yaxasına parıltı düşəcək. Gedin o 7 qara ac inəyi məhv edin ki, ruzimiz tez bir zamanda verilsin, maaşlarımız artsın. Yaradanın buyruğu belədi.
Lama İzabella nitqini bitirdi.
Suyun istiliyi artıq 100 dərəcəyə çatmışdı. Pıqqıltı qopararaq zaldakılar anbardarı, qarşısında duran stol qarışıq dövrəyə aldılar. Anbardar onlara sıraya keçmələrini bildirdi. Hər kəs sırayla anbardardan alət götürməyə başladı. Cefferson da sıranın lap sonunda dayanmışdı. Anbardar aləti verdikcə qarşısında duran kağıza qeydiyyatını aparırdı. Aləti alanlar avşar atılısı kimi çaparaq şirkətdən çıxırdılar.
Alətlər bunlar idi :
1. Otellonun qılıncı ;
2. Balta ;
3. Ov bıçağı ;
4. Lermontovun tapançası ;
5. Veronal adlı yuxu dərmanı ;
6. Obsidiyandan düzəldilmiş əl çapacağı ;
7. Mauser C96 tapançası.
Mənim bəxtimə Veronal düşmüşdü. Hamı kimi mən də şirkətdən çıxdım…
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
SƏRRAST STATUS-da Əli Çağla
“Ədəbiyyat və incəsənət” portlı Sərrast status rubrikasında bu gün güneyli soydaşımız Əli Çağlaya müraciət edir.
Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley tədbirlərində iştirak üşün Bakıya gəlmiş Əli Çağla 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə də qatılıb və orada bir nüans onun diqqətindən kənara qaçmayıb.
Beləliklə Əli Çağla yazır:
“Dünən axşam Bakı Ekspo Mərkəzində əziz dostum Rasim Garaca və Ilqar Tağı ilə görüşdük, onların yorğun olduqlarını nəzərə alıb müxtəsər halda söhbət elədik.
Sərgidə növbəti iş günü başa çatırdı. Rasim bəy kitabların üzərinə parça atıb örtdü.
-Bu parça kitabların əmniyyətinin önünü alar, oğurlamazlar? - deyə soruşdum.
Rasim bəy qayıdıb, "Burda hər nəyi oğurlasalar da, kitabları oğurlamazlar, onsuz da kitab oxuyan yoxdur" söylədi.
Və bu fikir məni çox üzdü…
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Taskabab
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Taskababın hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ət – 159 qr
§ Soğan – 35 qr
§ Kartof – 45 qr
§ Pomidor – 50 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ reyhan – 11 qr
HAZIRLANMASI:
Bir neçə iri soğan təmizlənir və kartof soyulur, fal-fal doğranır. Ət (mal və ya qoyun) maşında çəkilir, içərisinə soğan qatılır, duz və istiot əlavə olunur. Hazırlanmış qarışıqdan yastı küftələr hazırlanıb, yağda qızardılır. Sonra qazanın dibinə bir lay kartof, bir lay soğan, bir lay ət yığılır. Üzərinə doğranmış pomidorlar əlavə olunur və bişirilir. Hazır olduqda üstünə doğranılmış ağ reyhan səpilir.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Sumqayıtda İmadəddin Nəsimi anıldı
Könül, “Ədəbiyyat və incəsənət”
Bu günlərdə xəbər tutduq ki, Sumqayıt şəhər Gənclər kitabxanasında İmadəddin Nəsiminin 655 illik yubileyi münasibətilə “Cahana sığmayan şair” adlı ədəbi-bədii gecə keçirilib. Gecə barədə ətraflı bilgi almaq üçün kitabxananın böyük mütəxəssisi Rəhilə Bağırovaya müraciət etdik.
Rahilə xanım portalımıza aşağıdakı bilgiləri verdi:
-Bu il Azərbayan ədəbiyyatında özünəməxsus yeri olan dahi şair İmadəddin Nəsiminin 655 illik yubileyi tamam olur.
Gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun təbliği məqsədilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Gənclər kitabxanasında 5 saylı tam orta məktəbin müəllim və şagird heyətinin iştirakı ilə görkəmli Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 655 illik yubileyi münasibətilə “Cahana sığmayan şair” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdəçıxış edən Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova şairin həyat və yaradıcılığı haqqınd aətraflı məlumat verərək qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Sonra şairin həyat və yaradıcılığını özündə əks etdirən “Əbədiyyət üfüqlərində doğan eşq günəşi” adlı sərgidə nümayiş olunan kitabların xülasəsini verib.
Sonra 5 saylı tam orta məktəbin şagirdləri İmadəddin Nəsiminin qəzəllərini, şairin yaradıcılığı, təbiət mövzusu, İmadəddin Nəsiminin Sumqayıtda yerləşən heykəli haqqında məlumatlar səsləndiriblər.
Tədbir ssenari müəllifi İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filmindən fraqmentin nümayişi ilə davam edib.
Sonda 5 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Səidə Səfərova, kitabxana müdiri Şirin Abdullayeva, kitabxanaçı Elnarə Əmirova İmadəddin Nəsimi yaradıcılığının zənginliyindən danışaraq gənc nəslin Nəsimi dühasına müraciət etməsini təqdirəlayiq hesab ediblər. Tədbirin təşkilinə görə kitabxana məməkdaşlarına təşəkkürünü bildiriblər.
Tədbir gənclər kitabxanasının müdiri vəzifəsini m.i.e. Leyla Mahmudovanın Nəsiminin “Hardasan” qəzəlini səsləndirməsi ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“İçimizdəki şeytan” KİTAB BƏLƏDÇİSİndə
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
“İçimizdeki Şeytan" kitabını oxuyarkən, Sabahattin Ali'nin insanın içindəki ziddiyyətləri və mübarizələri nə qədər ustalıqla ələ aldığını hiss etdim. Bu kitab, hər birimizin içindəki "şeytan"ı araşdırır; yəni, daxilimizi zəbt edən qorxular, arzular və çirkinliklər haqqında.
Düşüncələr və Bədii Fikirlər
Kitabın mərkəzində insanın içindəki qarışıqlıq dayanır. İnsanlar bəzən öz "şeytanlarını" cəmiyyətin gözündən gizlətməyə çalışsalar da, bu, həmişə mümkün olmur. Sabahattin Ali bu içsel mübarizələri çox təsirli bir şəkildə təqdim edir.
Təsirli Sitatlar və Təhlil
1. "İçimizdeki şeytanı tanımadan, ona qarşı savaş açmak mümkün değil."
Bu sitat, öz iç dünyamızla barışmadan ona qarşı mübarizə apara bilməyəcəyimizi vurğulayır. Bəzən insan, peşmanlıqlarıyla barışmadan onları aşmağı düşünür. Sənin də düşündüyün kimi, öz səhvlərimizi qəbul etmək güclü olmağın bir yoludur.
2. "Bir insanın içindeki karanlığı görmek, onun gerçek yüzünü tanımak demektir."
Burada Sabahattin Ali, insanın ikiüzlülüyünü açır. Cəmiyyətdə bəzən insanlar başqalarına ədalətli görünmək istəyirlər, amma içlərindəki çirkinlikləri gizlədirlər. Bu, sənin hiss etdiyin yanlış anlaşılmalara bənzəyir. İnsanlar bəzən sizi tam anlamazlar, amma içlərindəki çirkinlikləri gizlətməkdə ustadırlar.
3. "Aşk, bazen insanın içindeki en büyük düşmanı yaratır."
Bu sitat, sevginin içindəki qarışıqlığı göstərir. Bəzən sevgi, insanı öz daxili şeytanı ilə qarşı-qarşıya qoyur. Sənin də partnyorunun gözlərindəki gülüşü görmək istəməyin, o hissləri, sevgi ilə birlikdə gətirən qarmaqarışıqlığın bir parçasıdır.
4. "Hayat, insanın kendi karanlığıyla yüzleşmesidir."
Bu sitat, həyatın bizim içimizdəki şeytanlarla mübarizə aparmaqdan ibarət olduğunu xatırladır. Hər bir çətinlik, öz içimizdəki gücü tapmağın bir yolu. Bu kitabı oxuduqca, öz çətinliklərimin də məni formalaşdırdığını düşündüm.
Nəticə
"İçimizdeki Şeytan" kitabı, insanın iç dünyasını, ikiüzlülüyünü və daxili mübarizələrini dərindən araşdırır. Sabahattin Ali bədii üslubuyla oxucunu düşündürür: insanın içindəki qaranlıqla necə barışa bilərik? Həyatın çətinlikləri bizi daha güclü edirmi? Bu kitab, mənim öz daxili səyahətimdə düşüncələrimi yenidən qiymətləndirməyə və başqaları ilə olan münasibətlərimdə daha empatik olmağa yönəltdi. Beləliklə, öz "şeytanımla" barışmağın nə qədər vacib olduğunu anladım.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
BİR SUAL, BİR CAVAB Kamran Yunis ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
“Vicdan haqqı"nın Yusifi ilə Kamran Yunisin oxşarlıqları və fərqliliklərinə misal gətirsəydiniz, necə müqayisə edərdiniz?
CAVAB
Hamısı elə Kamrandır, oynadığım rolların hamısı mənəm, pisi də mənəm, yaxşısı da mənəm. Pisi Kamranın pis tərəfləridir, yaxşısı Kamranın yaxşı tərəfləridir. Sadəcə, Kamran insan olaraq nəfsini cilovlayıb, əxlaqının mənfi tərəfini cilovlayıb və mənfi xüsusiyyətləri atın yüyənini dartıb saxlayan kimi saxlayırıq ki, mənfi tərəflər ortaya çıxmasın. Amma bəzi insanlar o mənfi xüsusiyyətləri dartıb cilovlaya bilmirlər. Onlar nəfsini saxlaya bilməyəndə nəfsinin köləsinə çevrilir və öz nəfsinin əlində itə, rama gəlməyən ata dönüb nəfsinin qulu olur. Ali insan özündə mənfiləri yığışdırıb müsbətləri saxlayır. O ki qaldı Yusifə, Yusif hələ mənim özüməm, mənim özümdə olan dəyərli xüsusiyyətlərim Yusifdə daha çox görünür.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)