Super User

Super User

 

Xəbər verdiyimiz kimi, 5-9 sentyabr 2022-ci il tarixlərində uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilmişdir.

Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://bit.ly/3ScvXU6

Şənbə, 17 Sentyabr 2022 09:30

Sülh üçün dua edirəm” - Sami Yusuf

 

Dünyaca məşhur müğənni Sami Yusuf Azərbaycanla bağlı paylaşım edib.

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, Sami Ermənistan təxribatı nəticəsində şəhid olan hərbçilərimizlə bağlı ölkəmizə dəstəyini bildirib.

"Vətən bölünməz! Şəhid ölməz! Hər kəsin təhlükəsizliyi, sülh və sabitlik üçün dua edirəm", - deyə, S. Yusuf qeyd edib.

Şənbə, 17 Sentyabr 2022 09:28

Türk ulduzlardan Azərbaycana başsağlığı

 

Türkiyənin məşhur simaları Ermənistan təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə bağlı paylaşım ediblər.

“Ədəbiyyat və incəsənət” olay-a istinadən yazır ki, pop ulduz Demet Akalın instaqramın hekayə bölməsində "Azərbaycan. 50 şəhid. Başınız sağ olsun" şərhini paylaşıb.

Müğənni Özcan Deniz isə paylşamında bu sözləri qeyd edib:

"Can Azərbaycan, başın sağ olsun. Acını paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik".

Sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan, müğənni və aparıcı Oğuzhan Uğur bayrağımızı paylaşaraq ölkəmizə dəstək olub.

Aktyor Mert Öcal "Başınız sağ olsun, Azərbaycan" şərhini hekayə bölməsində yerləşdirib.

Məşhur komediya aktyoru Şahan Gökbakarda bayrağımızın fotosunu ürək emojisi ilə paylaşıb.

 

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycanın tanınmış şairi Almas Yıldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibətilə təşkil olunmuş “Yıldırım ömrü” adlı ədəbi-bədii tədbir keçirilib. 

 

Tədbir Xəzər Rayon İcra Hakimiyyəti, Milli Məclisin Mədəniyyət komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Yubiley tədbirində Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və şüurlu həyatının böyük hissəsini Qaladan, Bakıdan və Azərbaycandan uzaqlarda keçirən şair Almas Yıldırımın həyat yolundan, yaradıcılığından danışılıb. Mübariz şairin anadan olmasının 115 illiyi münasibətilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılması və kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qənirə Paşayeva Almas Yıldırımın Azərbaycanı Türkiyədən, Qalanı Elazığdan ayırmadığını, bütün həyat və yaradıcılığına da qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib. Qeyd olunub ki, şərəfli ömrünü ölkəmizin istiqlaliyyətinə həsr etmiş, doğulduğu elindən-obasından didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi olub. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin haqq dünyasında olan istiqlal aşiqlərinin ruhunu şad etdiyi vurğulanıb. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qalada şairin ev-muzeyinin yaradılmasını təklif edib. 

Milli Məclisin deputatları Soltan Məmmədov, Rauf Əliyev, Tamam Cəfərova, Elnur Allahverdiyev, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi” İctimai Birliyinin başqanı Fatma Sönməz, “Türk yurdu” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, AYB-nin katibi İlqar Fəhmi, QKTC-nin Bakıdakı nümayəndəliyinin Təhsil, Mədəniyyət attaşesi Tevfik Ulual, sözügedən kitabın həmmüəllifi dosent Faiq Ələkbərli, Almas Yıldırımın qohumu Hacıağa Almaszadə və digərləri onun keçdiyi çətin, amma şərəfli ömür yolundan, mühacirlik həyatından, milli ruhun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışıblar.

Əməkdar artist Azad Şükürov Almas Yıldırımın şeirlərini səsləndirib. Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə Mütəllim Dəmirov, “Muğam” müsabiqəsinin qalibi Məmməd Nəcəfov mahnılar ifa ediblər.

 

Bu gün Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq.

Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunacaq. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 16-dək davam edəcək.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçirilən “Azərbaycan kinosu günləri”nin açılışından sonra festivalın növbəti günündə Özbəkistan Kinematoqrafiya Agentliyi ilə əməkdaşlıq edən ölkələrin film təqdimatları keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, həmçinin şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər.

“Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb. Festivalda Azərbaycan da nümayəndə heyəti ilə təmsil olunur. 

Əvvəlcə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Festivalın ilk günündə “Özbəkfilm” ilə “Azərbaycanfilm” nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə 2021-ci ildə kino sahəsində iki ölkənin təmsilçiləri arasında imzalanmış memorandumun nəticələrindən bəhs olunub. Qeyd edək ki, memorandumda Xalq artisti, kinorejissor Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” film layihəsinin müştərək istehsal planı yer alırdı. Hazırda filmin üzərində artıq iş başlayıb. Görüşdə filmin müştərək istehsalı üzərində növbəti müzakirələr aparılıb. İkili görüşdə iştirak edən “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov, kinorejissor Vaqif Mustafayev və kinoşünas Ayaz Salayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında kino sahəsinin önəmindən söz açıblar. Tanıtım mərasimində ilk olaraq “Özbəkfilm” və “Azərbaycanfilm” kinostudiyasının birgə əməkdaşlığı ilə ərsəyə gələcək “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” bədii filmi haqqında məlumat verilib. Layihəni Xalq artisti, kinorejissor Vaqif Mustafayev və “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov təqdim ediblər. Ekran əsərinin təsvir rejissoru Rusiya və Özbəkistanın məşhur kino mütəxəssisi Uluqbek Həmrayevdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri və keçirilən görüşlərin, imzalanan müqavilələrin ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib. O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, eləcə də Azərbaycan kinolarının Özbəkistanda böyük maraq və sevgi ilə qarşılandığını söyləyib. 

Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə azad olunduğunu, həmçinin bu gün kinematoqrafiyamızın azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasının qürurverici olduğunu qeyd edib. 

“Özbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestival və Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb. O, beynəlxalq kinofestivalda dünyanın 40 ölkəsindən gələn 500-dən artıq kinematoqrafçı, rejissor, tanınmış artist və kino sahəsinin mütəxəssislərinin iştirak etdiyini qeyd edib. 

Tədbirdə çıxış edən Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, eləcə də festivalın işinə uğurlar arzulayıb. 

Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq”, həmçinin İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, öz fikirlərini bölüşüblər. 

Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri və tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları” filmi də nümayiş olunub. İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb. Hər iki film festival iştirakçılarının böyük marağına səbəb olaraq, alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq sentyabrın 17-də filmlərimiz Buxara şəhərində nümayiş olunacaq

Cümə, 16 Sentyabr 2022 17:00

“Polşa kino günləri” davam edir

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Visla” Film Festivalının birgə təşkilatçılığı ilə keçirilən “Polşa kino günləri” davam edir.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Polşa kino günləri” çərçivəsində nümayiş olunan növbəti film - “Məsihin bədəni” ekran əsəri olub.

 

Rejissor Yan Komasanın 2019-cu ildə real hadisələr əsasında çəkdiyi film 20 yaşlı Danielin həyatından bəhs edir. O, islah əmək müəssisəsində olduğu zaman mənəvi transformasiya keçirir ki, nəticədə də keşiş olmaq arzusunu hamıdan gizlədir. Azadlığa çıxandan sonra onun arzusu cəmiyyətlə sərt konfliktlərə gətirib çıxarır.

Tədbirdə çıxış edən, kinotənqidçi Sevda Sultanova müasir Polşa kinosunun əsas mövzularından birinin dinin, kilsənin cəmiyyətə olan təsiri üzərində qurulması olduğunu qeyd edib: “Rejissorların bu mövzuya diqqət ayırmasının əsas səbəblərindən biri Polşada dinin cəmiyyətə təsiri, siyasətə müdaxiləsidir. Kilsənin təzyiqi ilə ölkədə abortun qadağan edilməsi, din xadimlərinin seksual xarakterli zorakılıqlar törətməsi faktları gənclər arasında dinin nüfuzdan düşməsinə səbəb olub. Ona görə yeni nəsil rejissorlar filmlərində dini mövzuya daha çox tənqidi rakursdan yanaşırlar”.

S.Sultanova daha sonra rejissor Yan Komasa barədə məlumat verib. Qeyd edib ki, filmləri müxtəlif festivallarda nümayiş olunan Komasa xüsusən, virtual dünyanın yeniyetmələrinin həyatına təsirindən danışan “İntiharedənlər zalı” əsəriylə tanınıb: “O, bu əsərdə maraqlı montaj həlli sayəsində real dünya ilə virtual məkan arasında sərhədləri silir. “Məsihin bədəni” filminə gəlincə, burada rejissor göstərir ki, din formaldır, onun həyatla bağlılığı yoxdur. Daniel isə öz fəaliyyətində dinə həyatilik gətirir”.

Xatırladaq ki, Polşa Kino Sənəti Məktəbi tərəfindən dəstəklənən “Məsihin bədəni” filmi “Oskar” və “Avropa kino mükafatları”na nominant olub.

Cümə, 16 Sentyabr 2022 14:03

Bu dəfə Bərdədə

 

“Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Bərdə, Tərtər və Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilib. Layihədə ümumilikdə 10 mədəniyyət müəssisəsindən 40-dan çox əməkdaş iştirak etmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin ekspozisiya şöbə müdiri Ülviyyə Şəmmədovanın iştirakı ilə “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin elmi nəşrləri təlim iştirakçılarına təqdim edilmişdir. Sonda təlim iştirakçılarının sualları ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı lahiyə regional muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Cümə, 16 Sentyabr 2022 14:02

Şvıdko Bakıdadır

 

Mədəniyyət naziri Anar Kərimov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 15 sentyabr tarixində mədəniyyət naziri Anar Kərimov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

Tərəflər Azərbaycan və Rusiya mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Görüşdə gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihə və planlar müzakirə olunub.

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycanın görkəmli şəxsiyyəti, alimi, sənətkarı, xalça ustası, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimova həsr olunur.

Muzey məlumat yayıb ki, təqdimatda görkəmli xalçaçı-rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilir. 

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın qədim diyarlarından biri olan Şuşa şəhərində anadan olub.

Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmağı öyrənib.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib. 

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.

O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlayıb.

Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.