Super User
Avroparlamentdə “Cəsarətli Ukrayna xalqı” təltif olunacaq
2022-ci ildə Andrey Saxarov adına mükafatın laureatı "prezidenti, seçilmiş liderləri və vətəndaş cəmiyyəti ilə birgə cəsarətli Ukrayna xalqı" elan olunmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Diplom və 50 min avro dekabrın 14-də Avropa Parlamentində keçiriləcək mərasimdə Ukrayan xalqınln təmsilçisinə təqdim olunacaq.
Münsiflərdən biri - Portuqaliyadan olan Pedru Markeş "Euronyus"a müsahibəsində bildirib ki, “böyük siyasi qruplar arasında, deputatların böyük sayı ilə Ukrayna xalqının bu il insan haqları, öz ölkəsində azad yaşamaq hüququ, öz müqəddəratını təyin etmək hüququ uğrunda, Rusiya təcavüzünə qarşı apardığı mərd mübarizəyə görə belə şərəfə layiq görülməsi barədə qəti konsensus var idi".
Qeyd edək ki, Ukrayna xalqı ilə yanaşı, finalçılar arasında həbsdə olan Vikileaks qurucusu Julian Assange və vətəndaş müharibəsinin altı onilliyindən sonra yaradılmış həqiqət və barışıq üçün Kolumbiya Komissiyası da var idi.
Daşkənddə özbək dilinə tərcümə olunmuş “Kitabi-Dədə Qorqud” dastanının təqdimatı olub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Mirzo Uluqbek adına Özbəkistan Milli Universiteti ilə birgə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində özbək dilinə tərcümə və çap olunmuş “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimini keçirib.
Kitab Azərbaycanın Mədəniyyət Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə alim-tədqiqatçı Rustamcon Cabbarov tərəfindən Azərbaycan dilindən özbək dilinə tərcümə edilərək çap olunub.
Tamaşa anşlaqla keçib
Söhbət Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsəri əsasında qoyulan tamaşadan gedir
Azərbaycan Film Akademiyasında Elçin Əfəndiyevin “Mahmud və Məryəm” əsəri tamaşaya qoyulub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dramaturqun iştirakı ilə təqdim olunan tamaşa Azərbaycanda ilkdir. Musiqili və plastik həllərlə qurulan səhnə əsərinin özəlliklərindən biri odur ki, aktyorlar bütün tamaşanı gözləri bağlı şəkildə oynayıblar. İkinci özəlliyi ondadır ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Film Akademiyasının tələbəsi Nicat Əkrəmdir və onun 16 yaşı var. Tamaşa boyu aktyorların gözləri tam bağlı olub. Öncədən qurulmuş mizanlara, səs istiqamətinə və hisslərə əsasən tamaşanı tam peşəkar şəkildə nümayiş etdiriblər.
Səhnə əsərində rolları Azərbaycan Film Akademiyasının aktyorları Nicat Əkrəm, Tamilla Həsənova, Tural Bünyadzadə, Nərmin Əhməd, Anar Əli, Həlimə Həsənli, Günel Məmmədli, Ləman Pərvizli, Rauf Muxtarov canlandırıblar. Azərbaycan Film Akademiyasının qurucu rəhbəri Zaur Tahirsoy deyib: “Bu sadəcə 9 aylıq düzgün və müasir aktyorluq dərslərinin nəticəsidir. Azərbaycan kino və teatr sahəsini axsadan əsas amillərdən biri də komanda işidir. Bu gün kino tədrisi proqramına müasir təhsil metodu ilə yanaşı, komanda işini də əlavə etmişik. Nəticəsi də göz qabağındadır”.
Qeyd edək ki, Azərbaycan Film Akademiyası yeni tədris metodikası ilə qısa zamanda effektli metodlarla aktyor sənəti ilə yanaşı, kinonun bütün istiqamətləri üzrə gənc kadrlar hazırlayır. Azərbaycan Film Akademiyasının nəzdində fəaliyyət göstərən Postmodern Aktyorluq Məktəbi 1 illik fəaliyyətini yaxın zamanda tamamlamasına baxmayaraq 3 tammetrajlı bədii film onlarla qısametrajlı film və əlliyə yaxın teatr tamaşasını səhnələşdirib.
Mərkəzi İncəsənət Məktəbi ölkəmizi Düşənbə şəhərində XVI Delfi Oyunlarında təmsil edib
Düşənbə şəhərində MDB iştirakçı dövlətləri gənclərinin XVI Delfi Oyunları təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, müsabiqədə birlik ölkələrindən 10-25 yaş arası 500-ə yaxın oğlan və qız iştirak edib. Münsiflər heyətində MDB-dən olan 30-dan çox görkəmli rəssam, professor və sənətşünaslıq doktoru yer alıb. Bu yarış Delfi Birliyi Oyunlarının 20-ci ildönümünün qeyd olunmasında mühüm hadisə olub. Oyunlar gənc istedadların peşəkar yüksəlişinə və milli mədəniyyətlərin inkişafına kömək etmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ölkələr arasında əlaqələri gücləndirmək, həmçinin tədbir turizmini və yaradıcı sənayeni inkişaf etdirmək məqsədilə keçirilir.
2022-ci ilin XVI Delfi Oyunlarına Azərbaycandan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nümayəndə heyəti də qatılıb. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli Delfi Oyunlarında nəfəs alətləri nominasiyası üzrə münsiflər heyətinin sədri kimi ölkəmizi təmsil edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Xatirə Həsənzadə və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Şahnaz Muradova oyunlar çərçivəsində M.Tursunzoda adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təşkil olunmuş elmi konfranslarda iştirak ediblər.
Şagirdlərimiz böyüklər qrupunda Məryam Məmmədova və kiçiklər qrupunda Sübhan Tahirov (konsertmeyster Sevinc Kərimova) gənclər arasında xalq çalğı alətləri nominasiyasında 2-ci mərhələyə keçid alaraq yarışların diplomantı adını qazanıblar. Tədbir S.Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında XVI Delfi Oyunlarının əsas tədbiri olan qala-konsertlə yekunlaşıb.
Qeyd edək ki, bu il müsabiqə proqramına 10 nominasiya daxil edilib. Düşənbədəki oyunların nominasiyaları üçün ölkənin ən yaxşı mədəniyyət ocaqları olan T.Sattorov adına Tacikistanın Milli Konservatoriyası, Tacikistanın Dövlət Təsviri İncəsənət və Dizayn İnstitutu və s. cəlb olunub.
Səfər zamanı məktəbin direktoru Əziz Qarayusifli Ziyodullo Şahidi adına xüsusi onbirillik musiqi məktəbində şagirdlər üçün ustad dərsləri keçirərək onlara faydalı məsləhətlər verib.
Əməkdar artist Süleyman Abdullayev evində ziyarət olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədov görkəmli xanəndə, Əməkdar artist Süleyman Abdullayevi evində ziyarət ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, vaxtı ilə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və onu peşəkar təhsil almaq üçün Bakıya dəvət etmişdir. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır.
Səhhəti ilə əlaqədar sənətkarımıza can sağlığı arzulayırıq!
Kıvanç Tatlıtuğ “Ailə” serialında yer alacaq
İstədiyi məbləğ verilmədiyi üçün "Kral kaynederse" serialından imtina edən aktyor Kıvanç Tatlıtuğun yeni layihəsi bəlli olub.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, aktyor "Ailə" serilanda rol alacaq.
Ekran işinin nə zaman çəkilişlərə başlayacağı isə bəlli deyil.
Qeyd edək ki, daha əvvəl "Ailə"də İbrahim Çelikkolun çəkiləcəyi deyilirdi. "Show" kanalı hazırda efirdə yüksək reytinqli seriallar olduğu üçün ekran işinin çəkilişini təxirə salmışdı.
Tanınmış müğənni Tarkan 50 yaşını qeyd etdi - onun şairliyi də varmış
Türkiyənin son dövrlər ən populyar müğənnisi olan meqastar Tarkan yarım əsrini qeyd etdi. Bəli, əcnəbi xanımları həm nəfəskəsdirici, qandondurucu mahnıları ilə, həm də yaraşığı ilə cazibəsində saxlayan meqastarın 50 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Almaniyanın Alzey qəsəbəsində 1972-ci ildə dünyaya göz açan sənətçi 1986-cı ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb.
İfaçı "Dudu", "Şımarık", "Yolla", "Öp", "Beni çok sev" kimi saysız hitlərə imza atıb.
Onun İzmirdə baş tutan 2 milyon nəfərin izlədiyi son konserti isə dünyanın ən izdihamlı ilk beş konsertindən biri kimi tarixə düşüb.
Müğənni 2016-cı ildə Pınar Dileklə ailə qurub. Onların bir qızı var.
Tarkan 50 ildə çox şey, böyük populyarlıq, varidat qazanıb. Ən əsası isə tükənməz dinləyici sevgisi.
Qeyd edək ki, Tarkan bəzi mahnılarının sözlərini özü yazıb.
Yolla mahnısının sözlərini isə karapke sevənlər üçün təqdim edirik:
Bide baktım ki o da ne
Sürü sürü bir sürü çile
Toplanmış geliyorlar
Güle oynaya yönüme
Hani sözdü bundan böyle
Gülecektin yüzüme
Yazıklar olsun sana çelmeni taktın ya yine
Oooooof
İçime içime ata ata pat diye patlıcam valla
Oooooof
Bu gidişle sonunda salıcam aklı çayıra
Yolla yolla kaderim yolla
Acıları bana yolla
Ne de olsa
Dert babasıyım ya ben
Vur ya lafımı olur vur ya
Düşene bir de sen vur ya
Ne de olsa
Sabır taşıyım ya ben
Yolla yolla kaderim yolla
Acıları bana yolla
Ne de olsa
Dert babasıyım ya ben
Vur ya lafımı olur vur ya
Düşene bir de sen vur ya
Ne de olsa
Sabır taşıyım ya ben
Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb
Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında “Təsərrüfathesablı qurumlar” bölməsinə “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə edilib.
Belə ki, Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.
Rövşən Məmmədquliyevin və Elmir Mirzəyevin solo konsertləri keçiriləcək
İki gün vaxtaxrımızda iki möhtəşəm konsert. “Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, 18 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə dünya şöhrətli gitara ifaçısı, beynəlxalq banklar laureatı Rövşən Məmmədquliyevin solo konserti uğrunda mübarizə aparır.
Müasir dövrün virtuoz gitara ifaçılarından biri olan Rövşən Məmmədquliyev geniş repertuarı ilə dünyanın bir çox məşhur konsert salonlarında çıxış edib. Beynəlxalq Muğam Mərkəzi baş tutacaq Gitara musiqisi axşamında Dionisio Aquado, Aqustin Barrios, Eytor Villa-Lobos, Nikita Koşkin, Fikrət Əmirov, Firəngiz Əlizadə, Fransisko Tarreqo kimi bəstəkarların əsərlərini səsləndirəcək.
19.0.2022-ci il tarixində Rövşən Məmmədquliyevin Bakıya səfəri1 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad-dərsi təşkil olunacaq. O, həvəskar və bacarıqları gitara ifaçı ilə öz bilik və bacarıqlarını paylaşacaq.
20.10.2022-ci il tarixində müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti baş tutacaq. Onun əsərləri bir çox proqram səslənmiş, MDB, Avropa və ABŞ-da keçirilən müxtəlif beynəlxalq fеstival və konfrans iştirakçısı olmuş, kulturoloq kimi bir çox nəzarət mühazirələri keçmiş, Pro Helvetia, Goethe Institut və s. kimi təşkilatlardan yaradıcılıq sifarişi almışdır. Elmir Mirzəyevin Beynəlxalq Muğamında baş tutacaq Allegoria Sacra (“Müqəddəs Allegoria”) müəllif yaradıcılığının 20 illik bir dövrünü (1995-2015) əhatə edən, fərqli janrlarda konsert-instrumental və səhnə əsərləri yer al. Müəllif konserti dirijor Orxan Həşimovun sifarişi ilə Cadenza orkestri və müxtəlif solistlər tərəfindən təqdim olunacaq.
26-7.10.2222-cil tarixlərində bəstəkar0 Elmir Mirzəyevin Bakıya səfəri çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mühazirələr təşkil olunacaq. Mühazirələr dövrünün aktual məsələlərə yönəldilməsi. 26 oktyabr tarixində Arseni Avraamovun (1886-1944) "Fitlərin simfoniyası"(1922) adlı əsər haqqında məlumat veriləcək. 27 oktyabrda Meditasiya güzgüsündə "Avanqard" Sovet musiqisində yeni dövrün xüsusiyyətləri (1970-80-ci illərdə bəstəkarların yaradıcılığı) maraqlı fikir idarə olunacaq.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində Firudin bəy Köçərli
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Firudin bəy Köçərliyə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub.
Azərbaycan ədəbiyyatşünaslığı və pedaqoji fikri tarixində məşhur "Azərbaycan alimi, tənqidçi və pedaqoqu" kimi dəyərləndirilən Firudin bəy Köçərli tərəqqipərvər elm və ədəbiyyat xadimləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdəndir. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. 1886-cı ildə ilk teatr tamaşasını qoyub.
1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. A.Koltsovun "A kişi, niyə yatıbsan?" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilib. M.F.Axundovun, Cəlil Məmmədquluzadənin və başqa yerli və xarici yazarların əsərlərini digər dillərə tərcümə edib.
1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyası yaradılıb. Firidun bəy Köçərli seminariyanın direktoru təyin olunur. Sonradan Qazaxda ilk uşaq evi açır.
Vətən dilinin" I hissəsinin (VII nəşr) yenidən işlənməsində Firudin bəyin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin "Darı və buğda" əsəri "Vətən dilinə" salınmışdır.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967, 1972 və 2013-cü illərdə çap edilib.