Super User
Yaqub Öməroğlu təltif olunub
Ötən gün Ahmet Yesevi Üniversitesinin 30 illiyi Ankarada Cumhurbaşkanlığı Millət Kitabxanasında qeyd edilib.
Mərasimdə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu Ahmet Yesevi Üniversitesi 30 medalı ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı Yaqub Öməroğluya istinadən xəbər verir ki, medala görə Yaqub Öməroğlu təhsil ocağının Mütevelli Heyəti Başkanı Prof.Dr Muhittin Şimşekə minnətdarlığını bildirib.
Medalı ona Cumhurbaşkanlığının Öncəki Baş katibi, bilim ve kültür adamı Prof.Dr. Mustafa təqdim edib.
Türk Dünyasının Ortak elm sərvəti olan Ahmet Yesevi ilə bağlı mükafat almasından dolayı Yaqub Öməroğlu bərk məmnunluq duyduğunu izhar edib.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Əlirza Xələflinin 69-u
Elman Eldaroğu yazır
Zəhmətkeşlik, işgüzarlıq sonradan qazanılan xüsusiyyət deyil, qandan, ruhdan gəlir. Ömür yolu 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndindən başlayan “Kredo” qəzetinin baş redaktoru, yazıçı, jurnalist, şair Əlirza Xələfli də belə insanlardandır- zəhmətkeş və işgüzar. Onun ömür kitabını vərəqlədikcə hansı əzablara qatlaşdığının, hansı maneələri dəf etdiyinin şahidi olursan...
Çox uğurlara imza atıb, çox adamlara dəstək olub. Ucalıb, ustad səviyyəsinə yüksəlib.
Dekabrın 7-də onun ad günüydü, 69 yaşı tamam oldu.
Ustadı bu münasibətlə təbrik edib, möhkəm cansağlığı arzulayaraq haqqında geniş yazımı 70 illik yubileyinə saxlayıram.
69 yaşınız mübarək olsun, Əlirza müəllim!
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Rəsm qalereyası: Fikrət İbrahimli, “Bakı”
Bir rəssamın ömür səhifələri
Rəngkarlıqla bağlı “Ədəbiyyat və incəsənət” portalı sizi maraqlı bir tədbirə dəvət edir. Dekabrın 16-da, saat 18-də Bakı Muzey Mərkəzində (Səbayel rayonu, Neftçilər prospekti, 49) tanınmış rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı - Ömür səhifələrim" adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Özbək mədəniyyətini sevəcəksiniz
Özbəkistan mədəniyyəti günləri ilə bağlı oxucularımızı iki maraqlı tədbir barədə bilgiləndirmək istəyirik.
Dekabrın 17-də Sumqayıtda - Heydər Əliyev Mərkəzində “Daşkənddən Qarabağa könül körpüsü” proqramı olacaq.
Dekabrın 19-da isə bu dəfə paytaxtda - Beynəlxalq Muğam Mərkəzində Yəsəvi Divanının təqdimatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Mədəniyyət müəssisələrində keçirilən “Ustad dərsləri həftəsi”nə yekun vurulub
Mədəniyyət Nazirliyi daha bir layihəsini yekunlaşdırıb. XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illikləri ilə əlaqədar “Ustad dərsləri həftəsi” çərçivəsində nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəbi və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun (kanon) müəllimləri üçün ustad dərslərinin keçiririlməsi başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.
Ustad dərsləri xanəndəlik ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar müəllim Qəzənfər Abbasov, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova tərəfindən aparılıb.
Xanəndəlik, xor dirijorluğu və qanun müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən xor dirijorluğu ixtisası üzrə partitura oxunuşu, xorun təşkili (şagirdlərin səslərinin təyini), dərsin təşkili (nəfəs məşğələləri, idman məşğələləri, səs məşğələləri), musiqi təhlili (əsərin diapazonu, tonallığı, ladı, ifa çətinlikləri, mətni, janrı), ifa növləri (akapella, unison, cüt səslər), xanəndəliklə bağlı ustad dərslərində xalq mahnısı və bəstəkar mahnısının ifası, xanəndəlik ixtisasının tədris proqramı haqqında məlumat (siniflər üzrə muğam və mahnılar) muğamlar, təsniflər, qəzəllər, bayatı, qoşma, vəznlər (heca, əruz) haqqında məlumatlar (mənaları, xarakteri, quruluşu, şöbələri və s.), qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası), hər hansı bir əsərin əzbər ifası (sərbəst seçim), alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası (əllərin quruluşu, keçidlər, vibrasiya, pozisiyaların mənimsənilməsi yolları, hər iki əl üzərində qoyulan tapşırıqlar və onların həlli yolları və s.) ştrixlər, dinamika, rəng çalarları, cümlə, ibarə, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ustad dərslərdə xanəndəlik ixtisası üzrə 31, xor-dirijorluq ixtisası üzrə 61, qanun ixtisası üzrə isə 20 müəllim iştirak etmişdir. Bundan əlavə, aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərə rəng qatıblar.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Netflix plagiatda günahlandırılır
Braziliyadan olan bir yazıçı Netflix-i “1899”serialında müəllif hüquqlarını pozmaqda günahlandırır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Daily Mail-ə istinadən xəbər verir.
Belə ki, Braziliyanın San Paulo şəhərindən olan yazıçı Meri Kanyin öz tvitterində yazıb ki, Netflix-in yayımladığı “1899” adlı yeni serial onun 2016-cı ildə yazdığı "Qara sükut" qrafik romanına bənzəyir. Merinin sözlərinə görə, serialda onun əsərində təsvir olunan piramidalarla bağlı mövzu qaldırılır. Kanyin servisi qəhrəmanın ölümü epizodları da daxil olmaqla kitabının süjetindəki bəzi detalları serialda istifadə etməkdə günahlandırır. Yazıçı, işinin bu şəkildə istifadə edildiyini - oğurlandığını aşkar edərkən ürəyinin "qırıldığını" qeyd edərək, Netflix-i plagiatlıqda günahlandırır. Servisin filmi çəkməzdən əvvəl onunla əlaqə saxlamadığını və ya layihəyə başlamaq üçün heç bir icazə almadığını qeyd edən yazar bir xəyal qırıqlığı yaşasığını söyləyir.
İndi də keçək qarşı tərəfin mövqeyinə. “1899” filminin prodüseri Yantye Frize sosial şəbəkələrdə plagiat ittihamlarına cavab olaraq serialın orijinal bir hekayə olduğunu və plagiat olmadığını yazıb. "Bu vaxta qədər deyilən romanın varlığını belə bilmirdik. Təxminən iki ildir ki, “1899”-un yaradılması üzərində tər və qanla işləyirik. Bu orijinal süjetdir, heç bir əsərə əsaslanmır" şəklindədir onin cavabı.
Daha əvvəl isə ünlü rejissor Kventin Tarantino repçi Kanye Uestin plagiat ittihamlarına cavab vermişdi.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Soruşun, cavab verək: Özbək teatrının Bakı qastrolunun yekunları
Hörmətli “Ədəbiyyat və incəsənət” portalı. Yaşadığım Səmərqənd Teatrının Bakıya qastrola getməsi barədə məlumat oxumuşdum. Amma təəssüf ki, bu qastrolun gedişatı barədə heç bir məlumat ala bilməmişəm. Mümkünsə, məlumat verərdiniz.
Duyğu Rəhmanova, Səmərqənd, Özbəkistan.
Məmnuniyyətlə. Özbəkistanın Səmərqənd Vilayətinin Kattakurqan Dövlət Dram Teatrının yaradıcı heyəti Bakıya qastrola dükabrın 2-də gəlmişdi. Həmin gün onların ilk çıxışı azərbaycanlı tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Qardaş ölkənin sənət ocağının kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç gün xoş ovqat yaratdı. Onlar Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını özbək dilində nümayiş etdirdilər.
Həmçinin özbəkistanlı qonaqlar teatrın inzibati binası ilə tanış oldular, teatrda məşqləri davam edən yerli tamaşaların hazırlıq prosesini izlədilər.
Özbək sənətçilər dekabrın 5-də sonuncu dəfə Bakı tamaşaçılarının qarşısında “Qayınana” tamaşası ilə çıxış etdilər.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Bu gün Əhməd Cavadın 130 illiyi Özbəkistanda qeyd olunacaq
Önəmli layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mediaya məlumat yayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr edilib. Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimatı olub.
Növbəti təqdimatı isə bu gün Daşkənddə Özbəkistan Yazıçılar Birliyində nəzərdə tutulur.
Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlayıb. Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edəcək. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın “Can Azərbaycan”, “Türkün bayrağı”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun əsərlərini ifa edəcək.
Dekabrın 9-da Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans keçiriləcək. Universitetin mərkəzi foyesində isə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinin açılışı nəzərdə tutulub. Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdiriləcək.
Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək verir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Ter-Gevondyan Üzeyir bəydən qisas almaq üçün qızını araya saldı…
Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir
Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qaldı. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.
İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.
“Şuşam - qalamdır mənim” adlı layihəmizdə Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışmaüda davam edirik. Dünyalarca tanınmış məşhur Üzeyir Hacıbəylinin əsərlərini ermənilərin öz adlarına çıxmaları barədə söhbətimizi davam edirik. Yenə də Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun ermənilərin mədəni irsimizdən, eləcə də Üzeyir Hacıbəylidən oğurladıqları musiqilərimiz haqqında topladığı xatirələri səsləndiririk:
...1938-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunduqda, ondan əvvəl bu vəzifədə çalışan Anuşavan Ter-Qevondyan bunu qısqanclıqla qarşıladı. Üzdə özünü dost kimi göstərən, çox zaman həmkar kimi bir yerdə çalışan Ter Qevondyan qəlbində Üzeyir bəyə həsəd, kin bəsləyirdi. Tezliklə Mərkəzi Komitəyə Üzeyir bəyin konservatoriyada "yarıtmaz fəaliyyəti" barədə anonim məktublar axışmağa başlayır. Ancaq Üzeyir bəyi sevən, ona inanan rəhbər işçilər, bu naməlum şikayətçini tam aşkar etmək üçün gizli bir komissiya yaradır. Üzeyir bəyin özü də bu komissiyaya daxil idi. Yazılan məktublardakı xəttlərin kimə aid olmasını yoxlayırlar. Bir müddət sonra anonoim şikayətçi aşkar olunur. Bu, Avanes Ter-Qevondyanın o zaman tələbə olan qızı imiş. Elə ilk sorğu-sualda qız bu işləri atasının təkidi və göstərişi ilə etdiyini bildirir. A.Ter-Qevondyan isə Üzeyir bəyin ayaqlarına düşüb and-aman edərək bağışlanmasını xahiş edir. Xahiş edir ki, Üzeyir bəy onun məsuliyyətə cəlb olunmasına yol verməsin, o isə biryolluq Bakını tərk edib Üzeyir bəyin gözünə görünməyəcək. Üzeyir bəyin humanizmi yenə bir şərəfsizi ədalət məhkəməsindən qurtarır. T.Qevondyan tezliklə Yerevana köçür.
Növbəti fakta keçək.
1939-cu ildə Moskvada milli musiqi alətlərində çalan ifaçıların I Ümumittifaq baxış-müsabiqəsi keçirilirdi. Stalinin göstərişi ilə bu tədbirə münsiflər heyətinin sədri kimi Ü.Hacıbəyov rəhbərlik etməli idi. Böyük ilhamla, həvəslə bu işə girişən Ü.Hacıbəyov SSRİ-nin bütün respublikalarından, bütün millətlərdən, xalqlardan olan hər bir iştirakçıya qarşı qayğı və diqqətini əsirgəmirdi. Bununla belə, bir qrup erməni Kremlə teleqram vurub Üzeyir bəyi qərəzli mövqe tutmasında ittiham edərək, onun münsiflər heyətindən çıxarılmasını tələb etmişdilər. Qəribədir ki, həmin teleqrama Stalin dərkənar qoyaraq "Özünüz bildiyiniz kimi həll edin" sözləri ilə birbaşa Üzeyir bəyin özünə bu məsələni həll etməyi həvalə etmişdi.
Ancaq Üzeyir bəy burda da o alçaq insanların səviyyəsinə enməmiş, onları cəzalandırmamış, təkcə təcili Moskvanı tərk etmələrini tələb etmişdi. Əslində teleqramı vuranlar II tura keçməyən naşı musiqiçilər idi. Halbuki müsabiqənin sonunda qaliblər arasında nə qədər erməni millətinin də nümayəndəsi vardı.
Ü.Hacıbəyovun tez-tez işlətdiyi bir qədim atalar sözü vardı: "Düşmən səni daşnan, sən onu aşnan". Doğrudan da öz aşkar düşmənlərinə qarşı belə, Üzeyir bəy həmişə təmkinli, alicənab olmuşdur.
Bizim xalqımızın hədsiz humanizmindən irəli gəlir bu.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)