Super User

Super User

Cümə, 31 Yanvar 2025 11:03

Kəpənəyin son öpüşü - PRİTÇA

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

 

 

Günəş qüruba yol almışdı. Dağlar bənövşəyiyəboyanmışdı. Kəpənək üfüqə baxır,  sevinirdi. Elə bilirdi ki, bu bircə gündə dağlar, dərələr, çəmən-hər yer ona aşiqolub, ona görə onun qanadlarının rənginə-bənövşəyiyəbürünüblər.

Zəncirotu isə ayrı havadaydı... Bütün günü arılarbaşının üstündən o yan-bu yana uçurdu, qarışqalar torpağayayxanan yarpaqlarının üstündən yol salmışdı. Hələ səhərmehi... Elə bil, qəsdinə durmuşdu. Hər hovurda bir çəngəqopurdu saçından. Çəməndəki bütün çiçəklər kəpənəköpüşündən məst olurkən o, bilmirdi saçlarına yas saxlasın, yoxsa qarışqa tapdağında olan yarpağının göynərtisinədözsün. 

Hələ o günü qaymaqçiçəyi bir ağ kəpənəyin onuöpməyindən elə ürəkdolusu danışmışdı ki, zəncirotununsaplağı sulanmışdı...

İndi üzünü günəşin sarı donunun ətəyindəki saçaqlarasürtən kəpənəyə baxdıqca zəncirotunun qanı daha daqaralırdı. Axı, o, bilirdi ki, çox yox, elə günü sabah heç birçiçək  nə bu kəpənəyi, nə də onun öpüşünü xatırlayacaq... Başını qaldırıb astaca kəpənəyi çağırdı:

-Ay bənövşəyi kəpənək...

Kəpənək sevinc dolu səslə cavab verdi:

-Hə, zəncirotu bacı...

-İstəyirəm bir sirrdən agah olum. 

-Nə sirri?

-İstəyirəm biləm ki, kəpənək öpüşü nədir...

Kəpənək gülümsədi: 

-Bacı, özün deyirsən ki, bu, sirrdir. Mən bu sirri sənəaçsam, sabah bütün çiçəklər məndən küsər...

-Sabah olmayacaq, əzizim...

Kəpənək susdu... İndi o, gördüyü yuxuların mənasınıanlayırdı... Günəşin donunun saçaqları çəməndənçəkildikcə, qanadlarındakı ağrı artırdı... Deməli, gün boyubir dəfə də olsun xatırlamaq istəmədiyi o yuxu gerçəyədönürdü; onun ömrü bitirdi... 

Zəncirotu onun baxışlarındakı kədərin də bənövşəyiolduğunu gördü və gücü bircə nəfəs "ah"a çatdı... Bir "ah" da kəpənəyin sinəsindən qopdu... 

...Günəşin donunun son saçağı yerini ayın gözlərininaydınlığına verirdi. Ayla Günəşin bu dadardoymazvüsalında çəməndə işıldaböcəkləri heyrətə salan birmənzərə vardı: kəpənək zəncirotunu öpürdü...

                                                                          (2020)

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Kraliça Meri Universitetində (Queen Mary University of London) yeni tələbələr üçün məlumat xarakterli “Xoş gəldiniz sərgisi” (Welcome Fair) təşkil olunub. Tədbirdə universitetdə fəaliyyət göstərən 75 tələbə cəmiyyəti öz ölkələrinin mədəniyyətlərini sərgiləyib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, universitetdəki Azərbaycan Cəmiyyətinin rəhbəri, dövlət proqramı çərçivəsində universitetdə təhsil alan Müjgan Bayramova, üzvlər Ləman Məcid, Rəsul Abdullayev və universitetin digər azərbaycanlı tələbələri Fərhad Qaraisa və Ayan Şəfi ölkəmizə aid stend hazırlayıblar. Burada Azərbaycana, xüsusilə də Qarabağa dair kitablar, milli xalçalar, kəlağayı, buta naxışları ilə bəzədilmiş armudu stəkanlar, samovar, milli musiqi alətləri, kiçik suvenirlər və milli papaqlar nümayiş etdirilib.

Tədbir zamanı 100-ə yaxın ziyarətçi milli şirniyyatlarımızdan dadıb, Azərbaycanın qədim tarixi, mədəniyyəti, zəngin milli mətbəxi, abidələri haqqında geniş məlumat alıb. Böyük maraqla qarşılanan stend həm universitet heyəti, həm də tələbələr tərəfindən ən gözəl ekspozisiya seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Günəş Qocayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

GÜNƏŞ ƏFQAN OĞLU QOCAYEV

(12.11.1996.-01.11.2020.)

 

Xaçmaz rayonunun Palçıqoba kəndindən olan, SOCAR-ın “Kompleks qazma işləri” trestinin əməkdaşı Əfqan Qocayevin oğlu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

 

 

GÜNƏŞ

                                   

Dünyaya gəlmişdi o, gözəl Palçıqobada,

Hörmətlə tanınmışdı nəsli eldə-obada,

Sevildi uşaqlıqdan olsa da o, harada,

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Halallıq öyrənmişdi doğma, isti ocaqda ,

Hər şeyə maraq vardı fərasətli uşaqda.

Xəyalı dolaşırdı Şirvanda, Qarabağda,

Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Neftçi atası kimi sevirdi o, zəhməti,

Məktəbdə əla idi dərslərindən qiyməti.

Dostları arasında vardı, xətir-hörməti,

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Vaxt gəldi, məqam çatdı,  əsgərliyə yollandı,

Necə də bəxtəvərdi,  içəndə əsgər andı.

Orduda  “Nümunəvi əsgər” adın qazandı,

Nur üzlü,   şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Müharibə başlarkən – dedi- mən də hazıram,

Adımı könüllülər cərgəsinə yazıram.

Öz əlimlədüşmənə dərin quyu qazaram,-

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,

Vuruşdu kafirlərlə sonsuz kinlə, nifrətlə,

Xocavənddə görüşdü mələklərlə cənnətdə,

Nur üzlü,  şirürəkli, cəsur, qəhrəman Günəş.

 

Xalqın qürur yeridir şanlı tarix yazanlar,

Həmişə məğlub olur yollarını azanlar,

Çox nəğmə qoşacaqdır şəninizə ozanlar,

Nur üzlü, şirürəkli, cəsur, qəhrəman Günəş.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

   

 

Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi sahələrində musiqişünaslıq üzrə” respublika müsabiqəsi keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nazirliyə istinadən AzərTAC məlumat yayıb. Məlumatda bildirilir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi ilə bağlı yüksək elmi meyarlara cavab verən yeni tədqiqat işlərinin aşkar edilməsidir.

 

Müsabiqədə yalnız ali professional musiqişünaslıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər. Müsabiqəyə heç bir yerdə nəşr olunmamış, 2 - 4 çap vərəqi həcmində yeni elmi-tədqiqat işləri təqdim edilməlidir.

 

Müsabiqədə birinci yerin qalibinə 3000 manat, ikinci yerin sahibinə 2000 manat, üçüncü yerə layiq görülən namizədə isə 1000 manat pul mükafatı təqdim olunacaq.

 

Müsabiqə təqdim olunmuş elmi işlər oktyabrın 1-dək Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq və ittifaq tərəfindən müəyyən edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Heç kim bir-biri ilə anlaşa bilməyən və tez-tez mübahisə edən iki dostu arasında qalmağı arzulamaz. Azərbaycan son dövrlərdə özünün iki mühüm müttəfiqi – Türkiyə və İsrail arasında müvazinəti saxlamağa çalışır.

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Türkiyə-İsrail münasibətlərini yaxşılaşdıra biləcəkmi?” başlıqlı məqaləsində yazıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə “Türkiyə Azərbaycanın çoxdankı və ən yaxın müttəfiqidir; hər iki dövlət özünü iki ölkədə yaşayan bir xalqın parçası hesab edir. Digər tərəfdən, İsrail neft, silah və mobil telekommunikasiya kimi sahələrdə geniş ticarət əlaqələri olan Azərbaycanın yaxın tərəfdaşıdır,” deyə qeyd edilir.

Məqalə Azərbaycanın iki müttəfiqi arasında gərginliyi azaltmaq üçün nə etməli olması sualını qoyur. Həm Türkiyə, həm də İsrail Azərbaycana bir neçə sahədə, xüsusilə İkinci Qarabağ Müharibəsində dəstək veriblər. Bu iki ölkə arasında əməkdaşlıq Azərbaycanı beynəlxalq və regional müstəvidə daha da gücləndirər. Müəllif iki müttəfiqimiz arasındakı münaqişəli vəziyyətin ölkəmizin maraqlarına cavab vermədiyini və bunu nəzərə alan Azərbaycanın vasitəçilik üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməyə çalışdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu reallaşarsa, Azərbaycan müttəfiqlərinə güvənən bir ölkədən Yaxın Şərqdəki münaqişələrdə vasitəçilik edən və onları nizamlayan ölkəyə çevriləcək. Politoloq əmindir ki, Türkiyə ilə İsrail arasında vasitəçilik təkcə Azərbaycanın deyil, eləcə də İsrail və Türkiyənin təhlükəsizliyini gücləndirəcək, bütün regionda sabitliyi artıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə başqa bir layihə - “Ulduz” jurnalı” ilə Xalq Qəzeti TV-nin “birgə layihəsi təqdim edilir. Layihədə Qulu Ağsəsin Hidayət Orucovla “ayrı söhbət”i yer alır.

 

 

– Salam, əziz dostlar, efirdə Xalq Qəzeti TV, studiyada Qulu Ağsəsdir. “Ayrı söhbət” proqramı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovla birgə səyimiz nəticəsində ərsəyə gəlir. Bizim verilişimiz – qəzet və jurnalın layihəsi Xalq Qəzeti TV-də yayımlanacaq, “Xalq qəzeti”ndə və “Ulduz” jurnalında isə söhbətin mətni çap olunacaq. İlk qonağımız şair, yazıçı, dramaturq, publisist, ictimai xadim, hamımızın sevimlisi, təqdimata ehtiyacı olmayan Hidayət Orucovdur.

 

– Hidayət müəllim, xoş gəlmisiniz! Biz Əflatun müəllimlə bu layihə haqqında danışanda təxmini siyahını nəzərdən keçirdik. İlk nömrədə sizi seçdik, ona görə ki, Hidayət Orucov ələ düşməyən adamdır. O efirləri sevmir və biz onu, adətən, kamera qarşısında görmürük. Baxmayaraq ki, 1968-ci ildə 24 yaşında cavan bir oğlan böyük bir teatrın rəhbəri olub və o vaxtdan da məsul vəzifələrdə işləyib. Bugünə qədər də heç bir qalmaqalda, o cümlədən məmura xas olan korrupsiyada, kimisə haqsız işdən çıxarmada və s. adı hallanmayıb. Bu təmizliyi, paklığı vəzifə adamı olaraq necə qorumusunuz? Şair, yazıçı, publisist, tərcüməçi kimi qorumağınız bəllidir. Bəs məmur olaraq necə oldu ki, siz bütün bu intriqalardan uzaq qaldınız?

 

– Təşəkkür edirəm mənim fəaliyyətimlə bağlı yüksək fikirləriniz üçün. Mən bu suala qısa cavab vermək istəyirəm. Birincisi, bu bizim ailəmizdən gələn ənənədir, həmdə mən Qərbi Azərbaycanda doğulmuşam, orda böyümüşəm, bizim ailəmiz orada yaşayıb. Mənim babam, nənəm, anam hələ 1918-ci ildə qaçqın düşüblər. Qonşu rayona – Zəngilana pənah aparıblar. Ermənistan sovetləşəndən sonra qayıtmaq imkanları olub və yenidən Zəngəzura – bizim doğma kəndimiz Maralzəmiyə qayıdıblar. Anam o vaxt 13 yaşındaymış. Sonralar uşaqlığındakı yaddaşından silinməyən acı xatirələri bizə danışardı. Bir sözünü heç unutmuram.

“Sovet hökumətinin bayrağı bir az aşağı düşən kimi erməninin yumruğu yenə bizim başımızdadır”. 1988-ci ildə məhz belə oldu. Qorbaçovsayağı “yenidənqurma” (o vaxtların özündə də mən mətbuatda onu “yenidənqırma”  adlandırmışam) dövlətin sütunlarını sarsıtdı, mənəviyyatsızlıq baş alıb getdi.Anam ikinci dəfə, bu dəfə ömrünün ağbirçək çağında didərgin düşdü. Çox təəssüf ki, anam 44 günlük mücadilənin dəmir yumruğunu görmədi. Əlbəttə, erməni təqibləri də mənim formalaşmağımda, həyatımda ciddi rol oynayıb.

İkincisi, dediyiniz kimi mən çox gənc yaşlarımda yüksək vəzifəyə təyin olunmuşam. Hələ 20 yaşında məktəb müdiri idim. O vaxt ailə vəziyyəti ilə bağlı Bakı Dövlət Universitetində qiyabi şöbəyə dəyişildim. 6 illik qiyabi təhsili 5 ilə bitirdim. Birinci kursu bitirdikdən sonra ikinci kursun imtahanlarını eksternin yolu ilə verdim. Üçüncü kursa əmrim verildi. O vaxtlar Azərbaycan Dövlət Universitetində əyani şöbə 5 il, qiyabi şöbə 6 il idi.

Sonra rayona getdim və məktəb müdiri oldum. 20 yaşında Sovet Ermənistanı qəzetinin ədəbi işçisi, 24 yaşım tamam olmamış isə Cəfər Cabbarlı adına İrəvan Dövlət  Azərbaycan Dram teatrının direktoru təyin edildim. Məni sevməyənlər deyirdilər ki, onun pioner baş dəstə rəhbəri olmaq vaxtıdır, amma o böyük kollektivə, qədim teatra direktor təyin olundu. Görəsən, neçə həftə orada davam gətirə biləcək?

         Amma o vaxt teatrda çox fədakar kollektiv yarada bildik. İncəsənət Universitetinin (o zaman institut adlanırdı) bir qrupu oraya göndərilmişdi. Ermənilər 1965-ci ildə – uydurma genosidin 50 illiyindən sonra daha da fəallaşmışdılar. Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı açıq mübarizə aparırdılar. Qardaş Türkiyəyə qarşı ağlasığmaz ittihamlar irəli sürürdülər. Amma Azərbaycan Teatrının tarixinə çox böyük səhifələr yazıldı.

         Sizin sualınıza konkret cavab olaraq deyim ki, bu, bizim ailənin əxlaqı, cəmiyyətə münasibətindən irəli gəlir. İkinci isə –mən o vaxtdan indiyədək həmişə vəzifənin məsuliyyəti barədə düşünmüşəm, səlahiyyətləri barədə yox. Tutaq ki, mən dövlət  teatrının direktoruyam, mənim məsuliyyətim nədir, hansı işləri görməliyəm? Nəşriyyatın baş redaktoruyam, ictimaiyyət, cəmiyyət məndən nə gözləyir? Yaxud, siyasi və ya diplomatik fəaliyyətdəyəm, yenə də həmin vəzifələrin məsuliyyəti haqqında düşünürəm. Bugün belə mən hər bir addımımda öz məsuliyyətim barədə düşünürəm.

 

– Bu görüş öncəsi sizin kitabınız haqqında yazdığım “Burdan min atlı keçdi” adlı essemi də oxudum. Maraqlı məlumatlarla yanaşı, fotoşəkillər də diqqətimi cəlb etdi. Mənə elə gəlir ki, siz indi cavanlaşırsınız. Həmişə ağsaqqal, müdrik olmusunuz. Bu, həddən artıq məsuliyyəti üzərinizə götürdüyünüz üçün, həmişə kostyumda, qalstukda, ciddi görünüşdə olduğunuz üçünmü bizə elə gəlib. Sanki, Hidayətin çoxdan 80 yaşı olub. 

 

– Müxtəlif rəylər, fikirlər, yanaşmalar ola bilər. Dediyim kimi, mən keçdiyim yolların, daşıdığım  vəzifələrin məsuliyyətini həmişə səlahiyyətlərimdən çox uca tutmuşam, yəni bununla bağlıdır. Həyatımda, yaşadığım illərdə yalnız Allahım hüzurunda və vicdanımın qarşısında hesabat vermişəm.

 

– 80 yaş və 41 kitab. Bu, çox böyük məsuliyyətdir. Dövlət vəzifəsində işləyib, öz şaxəli yaradıcılığınız, tərcümələrinizlə 2 ildən bir kitab çıxarmaq uzun gecələrin hesabına baş tutub?

 

– 41 kitab köhnə məlumatdır. Əslində indi ondan çoxdur. Bəli, zəhmətkeşlik mənim ailəmin, doğulduğum, böyüdüyüm bölgənin – Zəngəzurun ənənəsidir. Əgər mənim fəaliyyətimdə müsbət tərəflər varsa ailəmizə və Zəngəzurda gəncliyimdə gördüyüm köhnə kişilərə minnətdaram. Ancaq mən özümdən çox narazıyam. Məsələn,  daha çox əsər, şeir, nəsr, publisist yazılar, esselər, pyeslər yaza bilərdim. Mən tutduğum vəzifələrdəki fəaliyyətimi şəxsi yaradıcılığıma görə məhdudlaşdırmamışam. Əksinə, bədii yaradıcılığımı tutduğum vəzifələrin qanunlarına görə müəyyən etmişəm.

 

– Sizin ilkin olmağınızın bir özəlliyi var. Siz 1967-ci ildə nəşr olunan və hazırda mənim çalışdığım “Ulduz” jurnalının 1 illiyi haqqında diplom işi yazmısınız. Biz istərdik onu təkrarən çap edək.

 

– Məmmuniyyətlə. O unudulmaz bir səhifədir həyatımda. Çünki mən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasından xahiş etmişdim ki, mənə Füzulidən, Nəsimidən, Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən diplom işi versinlər. Bu işləri koordinasiya edən müəllimdən dörd dahi fikir sahibi, yazıçı, yalnız Azərbaycan ədəbiyyatı deyil, Şərqdə, Qərbdə tanınan, sevilən sənətkarlar haqqında diplom işi verməyi xahiş etmişdim. Amma vəziyyət dəyişdi.

Böyük şairimiz Bəxtiyar Vahabzadə Bakı Dövlət Universitetinin professoru idi. İndi necədir – bilmirəm, o vaxt hər bir dosent, professorun dərs yükü vardı və o dərs yükünü çatdıra bilməmişdi. Beləliklə, kafedranın müdiri bizim böyük yazıçımız, mütəfəkkirimiz, fikir sahibimiz, alimimiz Mir Cəlal Paşayevdən xahiş etmişdi ki, ona bir iki nəfər yaxşı oxuyan diplomçu tələbə verilsin. Həmin tələbələrin diplom işi rəhbəri olsun və dərs yükünü yerinə yetirə bilsin.

1968-ci ilin may ayının əvvəlləri idi. Biz artıq sonuncu kursda idik, universiteti bitirirdik. Onu qeyd edim ki, mənim kafedradan xahiş etdiyim mövzular klassik ədəbiyyatdan, 20-ci əsr ədəbiyyatından idi. Bəxtiyar Vahabzadə isə Sovet dövrünün müəllimi idi və mövzusu bununla bağlı olmalı idi. Məni kafedraya çağırdılar. O vaxtlar Azərbaycan klassik ədəbiyyatı, sovet, xarici ədəbiyyat, ədəbiyyatşünaslıq və s. bir kafedrada – Azərbaycan ədəbiyyatı kafedrasında idi. İndiki Xalq Təsərrüfatı İnstitutunun binasında yerləşirdi. Bu kafedra əsas girişin ikinci mərtəbəsində idi.

         Kafedraya daxil oldum və gözlədim. Mir Cəlal müəllim yer göstərdi, əyləşdim, geniş otaqda var-gəl edə-edə biraz fikirləşdi və məndən soruşdu ki, “Ulduz” jurnalı çap olunur, bilirsən? Dedim, əlbəttə. Dedi: “Hə, sən şairsən, diplom işinin mövzusu olsun “Ulduz” jurnalının poeziyası”. Jurnal o vaxtlar 1 il idi ki fəaliyyət göstərirdi. Mən jurnalın poeziyasını, nəsrini, tənqidini  yenidən oxudum və  “Ulduz” jurnalının 12 nömrəsindən ibarət diplom işi yazmalı oldum.

Əvvəla, onu deyim: müdafiədən öncə öz təşəbbüsümlə diplom işini “Ulduz” jurnalına təqdim etdim ki, oxusunlar. Məmməd Araz o vaxtlar “Ulduz”un məsul katibiydi, mənim işimin ilk baş rəyçisi oldu. Yüksək fikirlər dedi, onu da əlavə etdi ki, bizdə işi demək olar, hamı oxuyub. Bir məqam indiyədək gözlərimin önündədir: vərəqlərin kənarında neçə yerdə eyni məzmunlu qeydlər etmişdi:  “Çox düzgün tutub” və bu qeydlərin demək olar ki, hamısı ayrı-ayrı müəlliflərin təngidinə aid idi.

“Ulduz” jurnalının yaranması Azərbaycan ədəbi mühitində böyük hadisə idi. Yalnız Azərbaycanda deyil, Sov. İKP MK-nın qərarı ilə bütün müttəfiq respublikalarda yaranmışdı. O zamanlar partiyanın mərkəzi komitəsinin qərarı olmadan ciddi bir tədbir keçirmək, jurnal yaratmaq mümkün deyildi. “Ulduz” jurnalı həmin illərdə çox böyük işlər gördü. Mənim İrəvanda çap olunan ilk kitabım “Məni səsləyəndə” haqqında  gənc şair, publisist Səyavuş Sərxanlının böyük bir məqaləsi “Ulduz” jurnalında çap olundu.

Təvazökarlıqdan uzaq da olmasın, “Ulduz” jurnalı mövzusundakı diplom işi müdafiəm çox ciddi əks-səda verdi, tərifləndi. Professor Xalid Əlimirzəyev mənim diplom işimin  rəyçisi idi. Çox yüksək qiymətləndirdi və dedi ki, bu universitetin elmi əsərlərində çap olunmalıdır. Bəxtiyar Vahabzadə də yüksək rəy yazdı və hazırda diplom işinin ön səhifəsindədir. Bir epizodu da qeyd edim, heç vaxt yadımdan çıxmır.

Titul vərəqəsində diplomçunun, mövzunun, kafedra müdirinin və elmi rəhbərin adları var idi. Elmi rəhbəri isə təbii ki, filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə yazmışdım. Bəxtiyar Vahabzadə bu sözləri pozdu və dedi ki, mən şairəm. Qaldı: elmi rəhbər – Bəxtiyar Vahabzadə. Diplom işində yalnızca bu dəyişiklik olundu. Dövlət imtahanı komissiyasının rəhbəri məşhur dilçi Mirzə müəllim idi, akademiyadan gəlmişdi. Bütün komissiyanın tərkibi yüksək fikirlər səsləndirdilər. Və qərara gəldilər ki, diplom işi universitetin elmi əsərlərində çap olunsun. Amma mən dərhal İrəvana qayıtdım. Bir-iki ay sonra məni dövlət teatrına direktor təyin etdilər və mən bu işi davam etdirmədim.

 

– “Ulduz” jurnalında ilk dəfə şair kimi neçənci ildə çap olunmusunuz?

 

– Dəqiq yadımda olmasa da, 1969-70-ci illər idi. Şeirlərim mütəmadi çap olunmağa başladı. Allah rəhmət eləsin Cavid Novruz, Əhməd Cəmil, Yusif Səmədoğluna. Onların zamanında mən İrəvanda yaşayırdım. Yusif Səmədoğlu ilə həmişə xoş münasibətlərim olub, istedadlı nasir kimi ona çox hörmət edirdim. Mənim üçün həm görkəmli Azərbaycan nasiri, həm də Səməd Vurğunun oğlu idi. Bir epizodu da deyim ki, mən həmişə Yusif müəllimin yanına gedəndə o çətinliklə ayağa qalxardı. Mən düşünürdüm ki, görkəmli nasirdir, Səməd Vurğunun oğludur deyə, belə edir.

         Səməd Vurğunun 80 illiyində mənim təhsil aldığım və qızıl medalla qurtardığım Mığrı rayonunun Aldərə kənd məktəbində Səməd Vurğunun büstünün açılma mərasimi idi. O məktəbə Səməd Vurğunun adının verilməsi prosesində mən də iştirak eləmişdim. Mən o vaxt maarif naziri (indikielm və təhsil naziri), mərkəzi komitənin müvafiq qurumları, şöbələri ilə, hətta mərkəzi komitənin ideologiya üzrə katibi ilə danışıqlar aparırdım ki, o məktəbə Səməd Vurğunun adı verilsin. Və verildi.

1986-cı ildə büst açılanda Azərbaycandan nümayəndə heyəti getdi oraya. Buradan Yusif Səmədoğlu, Aybəniz xanım və digər yazıçılar qrupu getdik ora. Açılış oldu və mən Azərbaycandan gələn nümayəndə heyətini öz kəndimizə, Maralzəmiyə – evimizə dəvət etdim. Süfrə ətrafında anam, qardaş-bacılarım da var idi.  Yusif Səmədoğlu mənim haqqımda tostda dedi ki, “mənim belimdə radikulit var, incidir. Mən heç kəsin gəlişinə ayağa durmuram.  Hidayət yeganə adamdır ki, o mənim yanıma gələndə mən ayağa dururam”.

Demə beli incidirmiş, ona görə çətinliklə ayağa qalxırmış. Bu həqiqəti biləndən sonra Yusif müəllim mənim gözlərimdə, ürəyimdə daha da ucaldı.

 

– Artıq vaxtınız var, bütün bunları yazmaq istərdinizmi?

 

– Bilirsiniz, siz bayaq xatırlatdığınız “Burdan min atlı keçdi”də mən müəyyən məqamları yazmışam. Və haqlısınız, əlbəttə, bunlar, bütövlüklə yazılmalıdır.

Amma illər  keçdikcə, hadisələr zaman etibarilə uzaqlaşdıqca insan o xatirələrə, o keçmişə artıq başqa nəzərlərlə baxır. O illərdə şəxsən mənə adi görüş kimi görünən, maraqlı epizod təsiri bağışlamayan hadisələr, sonradan görürsən ki, çox qiymətli imiş.

 

– Vaxt müəyyən həyat faktorudur, deyirsiz o vaxtlar qohum-əqraba kəndə gəldilər, oturdular... bütün bunlar həmin vaxtlar  üçün adi həyat faktoru idi. İllər keçdikcə onlar ədəbiyyat faktoruna çevirilir. Çünki Zəngəzur da, sizin kəndiniz də, valideynləriniz, qohumlarınız, orda açılan süfrə, bütün bunlar bizim üçün  hazırda çox qiymətlidir. Biz bu il Qərbi Azərbaycanla bağlı “Ulduz”un xüsusi nömrəsini hazırladıq və bunun  təqdimatı da Naxçıvanda keçirildi. Orada festival oldu və Qərbi Azərbaycanın bütün atrubutları ilə yanaşı, “Ulduz” jurnalı da o çadırlarda qoyulmuşdu. Sevə-sevə izlədim və Zəngəzurla bağlı bu layihəni davam etdirmək fikrimiz var.

Siz həmişə düşmən içində olmusunuz, orda çalışmısınız, yüksək vəzifələrdə olmusunuz, teatrda da çalışmısınız. Artıq ermənilərin iç üzünü də bilirdiz, sizə olan münasibəti də. Söhbətimizin əvvəlində dediniz ki, sizi formada saxlayan həm də düşmən içində olmağınız olub. Həmişə özünüzü qorumalı olmusunuz, çünki azərbaycanlı vəzifə adamı, xüsusilə düşmən ölkədə, o ölkənin bir atributuna çevrilir. O, mütləq formada olmalı, səlis danışığı, istedadı və  zəhməti ilə  seçilməlidir. Dili necə, bilirdiniz?

 

– Bilirsinizmi, onu yalnız  mən yox, teatrın əsas rəhbərliyindəki digər adamlar, aktyorlar... Biz onu bir an  unutmurduq, onları qabaqlayırdıq. Və ən çox ehtiyatlandığımız məqamlardan biri o idi. Məsələn, mən bilirdim ki, nə qədər gənc olsam da, bizim hər  bir hərəkətimizə erməni millətçiləri təftiş baxımından, yoxlama  eynəyi ilə baxırdılar. Bizdə istehza axtarmaq arzusunda idilər. Ona görə mən əvvəldə də teatrla bağlı bəzi məqamlar haqqında bir-iki cümlə dedim.

Biz işi elə qururduq ki, teatrda hər şey yüksək səviyyədə olsun. Məsələn, teatrın adi reklamı çox yüksək səviyyədə təşkil olunurdu. İrəvan şəhərindəki hər hansı tamaşanın reklamı nümunəyə çevrilirdi. Qastrol səfərlərində də erməni teatrlarına bunu nümunə kimi göstərirdilər. Əvvəla, hələ tamaşanın keyfiyyətini demirəm. Məsələn, erməni teatrı normal səviyyədə idi. Deyim ki, zəif idi, yox, deyildi. Amma biz çalışırdıq ki, erməni teatrından yüksək səviyyəda olaq. Bir epizodu deyim, o illərdə iki-üç ildən bir müxtəlif sahələr üzrə fəallar iclası keçirilirdi. Mədəniyyət sahəsinin iclaslarının birində Mərkəzi Komitənin katibi və Ali Sovetin Rəyasət Heyəti sədrinin birinci müavini iştirak edirdilər. Çaykovski adına musiqi məktəbinin 350 yerlik akt zalında mədəniyyət naziri erməni teatrlarını çox kəskin tənqid etdi – həm onların repertuar siyasətini, tamaşaların səviyyəsini, reklamlarını, qastrol səfərlərini...

Birdən heç kəsin gözləmədiyi halda dedi: “Kim teatrın repertuarını yüksək səviyyədə qura, qastrolları yaxşı təşkil edə bilmirsə, təşkilatçılıq qabiliyyəti yoxdursa, təbliğatı, reklamı yaxşı zinətləndirsə, onları Azərbaycan teatrına ezamiyyətə göndərək, gedib orada öyrənsinlər”. 350 ermənin hamısı – teatr direktorları, musiqi və mədəniyyət sahəsinin rəhbərləri, təhsil müəssisələrinin başçıları və s. elə bil şoka düşdülər. Azərbaycan teatrına? Bir anlıq zala tamamilə sükut çökdü. Hətta milçək uçsaydı belə səsi eşidilərdi. Nazir də bunu hiss etdi. Bir neçə saniyə ara verərək dedi:  “Mən öz teatrımızı deyirəm, İrəvan – Azərbaycan Dövlət dram Teatrını deyirəm”. Zarafata salaraq əlavə etdi: “Ezamiyyət xərcləri  lazım olmayacaq”. İştirakçılar rahat nəfəs aldıqdan sonra sürəkli alqışlamağa başladılar.

Mən yalnız bir epizod dedim. Bayaqkı fikrimin davamı olaraq onu da əlavə edim ki, orada iş elə qurulmuşdu ki, əməkdaşların hamısı – həm yaradıcı, həm texniki heyət elə bil, kamikadze idilər, yalnız irəli, yalnız uşuş, yalnız sənət! Orada elə aktyorlar  var idi ki, gözəl tamaşa oynayıb elə səhnədə də həlak olmağa hazır idilər. Belə bir əhval-ruhiyyə yaranmışdı orada.

 

         – Mədəniyyət  naziri sizin repertuara qarışırdı?

 

– Yetmişinci illərin əvvəllərindən başlayaraq,vvəl müəyyən cəhdlər odu, amma teatrın adı çıxandan sonra, xüsusilə 1978-ci il, Bakı qastrolundan sonra, Bakıda Musiqili Komediya Teatrının binasında 14 gün İrəvan teatrı, çox vaxt gündə iki tamaşa olmaqla (gündüz uşaqlar, axşam böyüklər üçün) qastrol səfərindən sonra Mədəniyyət Nazirliyi  bizim repertuarı redaktə etmirdi.

Ümumiyyətlə, Azərbaycana o illərin özündə də ünlü teatrlar – Moskva, Sankt-Peterburq, Tiflis və İrəvan teatrları gəlirdi. Və qastrolları 3-4 gündən artıq çəkmirdi. On dörd gün bütün tamaşalar anşlaq keçirdi.

Bir az sonra mən o vaxtkı mətbuat haqqında da münasibət bildirəcəyəm. İndiki “XQ TV” və “Xalq qəzeti”nin öncə uzun illər fəaliyyət göstərmiş, çap olunmuş “Kommunist” haqqında da müəyyən fikirlərimi deyəcəyəm.

 

– Hidayət müəllim, sosial mediadan istifadə  edirsinizmi?

 

– Çox az istifadə edirəm. Çünki mən öz zəif tərəflərimi bilirəm. Bilirəm ki, istifadə etsəm vaxtımı çox aparacaq. Şahmat və futbol uzun illər vaxtımı çox apardıqları kimi, ancaq sosial mediada gedən vacib materiallar barədə mənə məlumat verirlər.

 

– Vaxtımıza çox az qalıb. Qısa suallarımıza qısa cavab verməyinizi xahiş edirik. Yazılarınızı özünüz yığırsınızmı? Yoxsa, əlyazmalarınızı yığdırırsınız?

 

 – Xeyr, hər zaman qələmlə yazıram, yığırlar.

 

– Latınca yazırsınız, yoxsa kirilcə?

 

– Əlbəttə, latın qrafikalı Azərbaycan əlifbası ilə  yazıram. Kirilcə asan olur yazmaq, amma latın əlifbası ilə  yazıram.

 

– Əgər öz həyatınızı teatrlaşdırsaydınız, öz həyatınızdan pyes yazsaydınız adını nə qoyardınız?

 

         – “Burdan min atlı keçdi”. Çünki o mənim əbədi mövzumdu. Bu gün bizim görüşümüz “Xalq TV”-dədir. “Xalq qəzeti”nin əvvəlki adı “Kommunist” qəzeti haqqında, ümumiyyətlə o vaxtkı mətbuat haqqında müxtəlif fikirlər deyirlər. Bəzən hər şeyi qara görmək istəyirdilər. O vaxt yalnız “Kommist”i yox,  digər qəzetləri də, məsələn, “Vışka” da, “Bakinski raboçi” də... Mən o vaxt İrəvanda  yaşayanda onların hamısında çap olunurdum. Onların xidmətlərini unutmaq olmaz. Onlara layiq olduğu qiyməti vermək lazımdı. Bir epizodu mən  heç  vaxt unutmaram.  “Sovet Ermənistanı” qəzetinin 50 illiyi idi. Bu, 70-ci illərin əvvəllərinə təsadüf edirdi. Milli Akademik Dram Teatrının binasında formal da olsa çox möhtəşəm bir  tədbir keçirdilər. Mərkəzi Komitənin Birinci  katibi və büro üzvləri də iştirak edirdilər. Azərbaycandan nümayəndə heyəti gəlmişdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev, “Bakinski raboçi” qəzetinin baş redaktoru, hətta erməni qəzetinin baş redaktoru da vardı. Bu qəzetlər o vaxt Mərkəzi Komitənin orqanı idi. Sonra  orada yeni açılmış “Yelkən” adlı möhtəşəm bir restoranda ziyafət verildi. Bu vaxt mənim dişim möhkəm ağrıyırdı. Dişimin keyiməsi üçün iki-üç qədəh konyak içdim. Birdən masabəyinin səsini eşitdim. O da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeologiya üzrə katibi Robert Xaçatryan idi. Dedi: “Mən gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm”. Ayağa durdum. Dedim, Rober Hraçik oğlu, mən sizinlə Azərbaycan dilində danışmaq istəyirəm. Dedi: “Danış”. Sonra bunu nə üçün  istədiyimi izah etdim. Dedim: “Siz Bakı Dövlət Universitetini bitirmisiniz”. Dedi: “Bəli, bəli...” Bu sözləri Azərbaycan dilində dedi.

Əvvəlcə ümumi ənənəvi, “Sovet Ermənistanı” qəzetinin fəaliyyətindən bir neçə söz dedim. Tədbirə münasibətimi bildirdim. Amma Robert Xaçatryan deyəndə ki, gənc Hidayət Orucovun səsini eşitmək istəyirəm, o, mənim bədii yaradıcılığımı və əlbəttə, teatrın direktoru olmağımı nəzərdə tuturdu. Ona görə artıq bayaq dediyim kimi, 1965-ci ildən, o uydurma genosidin 50 illiyindən  sonra bunların açıq və bəzən üstüörtülü şəkildə millətçilikləri,  Qarabağ iddiaları, Naxçıvan iddiaları, Türkiyəyə böyük ərazi iddiaları, az qala, mətbuatda da özünə yer tapırdı. Ona  görə mən Yeğişe Çarentsdən danışdım. Yeğişe Çarents bunlar üçün ideal bir şair olub. Böyük və əfsanəvi şair idi. 1937-ci ildə güllələnib. Amma o, açıq millətçilikdən uzaq və C.Cabbarlı, S.Vurğun və M.Müşfiqlə dostluq əlaqələri olub. C.Cabbarlının vəfat etdiyi günün sabahı o, bizim teatra gələrək bildirir ki, teatra C.Cabbarlının adını vermək lazımdır.

Mən bir nümunə kimi, Yeğişe Çarentsin adından istifadə edərək dedim ki, o, Sovet Azərbaycanının 15 illiyinə bir şeir yazıb və mən öz tərcüməm ilə bu şeiri oxudum:

 

Alqış, alqış qardaş elə,
Bir torpaqdan, bir Günəşdən,
Bircə hünər aldığımız
Çarın dustaqxanasında birgə fikrə daldığımız

qardaş elə...

(Şeirin sonrası yadımda deyil). 

 

Bir də onun Qərbi Azərbaycanda ermənilərin az qala, himn olan bir şeiri var:

 

Hayastanım,  Günəş dadlı sözlərinə vurğunam,
Adı qədim, qəlbi kövrək sazlarına vurğunam,
Qan dodaqlı çiçəklərin duyğusuna, ətrinə,
Nairimin oynaq rəqsli qızlarına vurğunam...

 

Əlbəttə, bir az hissi, emosional çıxışdan sonra sürəkli alqışlar qondu. Çox alqışladılar. Ziyafət bitdi. “Kommunist” qəzetinin baş redaktoru Ağababa Rzayev mənə yaxınlaşdı və qucaqladı. Türksayağı hər iki üzümdən öpdü. Dedi: “Siz mənim ürəyimdə ucaldınız, siz mənim ürəyimdə heykələ döndünüz...” Onu müşayiət edən “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarına mənim haqqımda çox yüksək fikirlər səsləndirərək deyib ki, mən onunla fəxr edirəm və Azərbaycana qayıdıb onu təbliğ edəcəyəm.

Yubileydən iki-üç gündən sonra o vaxtın məşhur jurnalist Rəfael Nağıyev mənə zəng elədi. Soruşdu: “Hidayət, sən ziyafətdə nə etmisən?” Mən də zarafatyana: “dişim ağrıyırdı, bir-iki qədəh konyak içdim ki, ağrı keçsin”. Dedi: “Baş redaktor gələndən səndən danışır...”

O vaxt “Kommunist” qəzetinin baş redaktorunun İrəvana gəlişi, orda bir gənc Azərbaycan şairinin çıxışı, onun milli keyfiyyətləri, milli düşüncəsi və s. və i. ona elə təsir eləmişdi.

Sonralar mənə zəng edərək yazı sifariş verirdilər. Teatrın hər il, hər mövsümdə görəcəyi işlər barədə müsahibələr alırdılar. Bayaq sizə dediyim Bakıya 14 günlük qastrol vaxtı Azərbaycanın bütün mətbuatı, başda “Kommunist” olmaqla bütün qəzetləri hər tamaşa haqqında rəylər verirdilər, fikirlər bildirirdilər. Elə bilin ki, Bakı 14 günlük qastrol səfərində mədəniyyət sahəsində  İrəvan teatrının günlərinə çevrildi. Yəni “Kommunist” qəzetinə də  belə yanaşmaq lazımdı.

Sonralar – yenidənqurma zamanı (mən o dövrün özündə də onu mətbuatda  “yenidənqırma” saymışam) mən artıq Bakıda yaşayırdım. Erməni təcavüzü başlayandan sonra mənim ən kəskin yazılarımı “Kommunist” qəzeti çap elədi. Məsələn, “Didərginlərə məktub” “Kommunist” qəzetində çap olundu. O vaxtlar o böyük maraq doğurmuşdu və artıq Qərbi Azərbaycandan qaçqınlıq prosesi başlamışdı. Ona görə mən bu qəzetə minnətdaram.

Mənim fikrimcə, bu qəzet ən maraqlı, ən dəyərli günlərini indi yaşayır. Mən hər gün “Xalq qəzeti”ni oxuyuram. Mənə elə gəlir ki, bu günün qəzeti deyil, günün kitabıdır, çoxsəhifəlidir: həm siyasət, həm ictimai məsələlər, həm iqtisadiyyat, həm təhsl, həm mədəniyyət, lap başlıcası, milli özünüdərk, milli şüur, milli dəyərlər... Ona görə Əflatun Amaşov başda olmaqla, mən bu qəzetin bütün kollektivinə minnətdaram və bu qəzetdə çalışan bütün jurnalistləri uğurları üçün təbrik edirəm. Eyni zamanda, “Ulduz” jurnalını... Bu jurnalı indiki dövrdə saxlamaq böyük hadisədir. Mən bəzi nömrələrinə baxmışam, amma bundan sonra abunəçisi olacağam.

 

– Bütün məşhurlar – Xalq artistləri, Xalq yazıçıları, müəllimlər, akademiya, universitetlər hamısı jurnala abunədir. Çox sevinərdim ki, siz də abunə olasınız.

 

         – Mütləq! Mən “Ədəbiyyat” qəzetinə də hər həftə baxıram, eyni zamanda da digər gündəlik qəzetlərə.

 

– Biz bunları sizin üçün çıxarırıq. Yəni ki, bizim oxucularımız var, bilirik ki, kimlər oxuyur. Biri var alıcı, biri var oxucu... Siz bizim çox dəyərli oxucumuzsunuz.

Mən sizə təşəkkür edirəm.

Sonda “Ayrı söhbət” proqramına gələn qonaqlar öz hədiyyələrini verirlər. Təbii ki, sizin də ən gözəl hədiyyəniz yeni çıxmış kitabınız olacaq. Oxuculara məmnuniyyətlə təqdim etmək istəyirəm. Bu, Hidayət müəllimin seçilmiş əsərlərinin birinci cildidir. İstəyirik ki, sizin imzanızla bu kitabı “Xalq qəzeti”nin kitabxanasına, birini isə ayrıca olaraq “Ayrı söhbət” proqramına hədiyyə edəsiniz.

 

– Təşəkkür edirəm. Mən indi avtoqraf yazacağam və bu mənim on cildliyimdir. Bir neçə il bundan əvvəl çap olunub. Bunun səkkiz cildi orijinaldır – poeziyadır, nəsrdir, esselərdir, dramaturgiyadır, bəzi publisist yazılardır. Siz məni tərcüməçi kimi təqdim də elədiniz, qalan iki cildi isə tərcümələrdir. Bu iki cildə özüm ad qoymuşam: “Özüm yazmaq istərdim”. Orada Ulyam Şekspirin “Sonu yaxşı olan hər iş yaxşı” pyesini, Harriyet Biçer Stounun “Tom dayının daxması” romanını, XIX əsr ingilis və island ədəbiyyatından nümunələri,  rus ədəbiyyatından nseçmələri, qardaş türk ədəbiyyatından çevirmələr və i.a. Mən o əsərləri Azərbaycan dilinə tərcümə eləmişəm ki, onları özüm yazmaq istərdim. Amma məni qabaqlayıblar, yazıblar, özü də çox gözəl yaradıblar.

 

– Tərcüməçi ikinci müəllifdir, siz heç nə itirməmisiniz.

 

– Bu kitab “Xalq qəzeti”nə yadigar qalsın, verilişiniz uzunömürlü olsun.

 

– Çox təşəkkür edirəm sizə, Hidayət müəllim.

 

– Siz də kitabınızı mənə bağışladınız, təşəkkür edirəm. Mütləq oxuyacağam.

 

– İlk hədiyyə sizdən gəldi. Uğurlu olsun! Düşünürəm ki, tamaşaçıları yormadıq, inanıram ki, oxucular söhbəti çox maraqla izləyəcəklər.

Sizə bir daha təşəkkür edirəm. Tamaşaçılarla sağollaşıram. Sağ olun, “Ayrı söhbət” verilişində yenidən görüşənədək. Xatırladım ki, bugünkü ilk qonağımız şair, dramaturq, nasir, ictimai xadim, Hidayət Orucov idi. Sağ olun, sağlıqla qalın!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)



 

 

 

 

 

Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə TÜRK MƏDƏNİYYƏTİNİN ÜNLÜLƏRİ layihəsində növbə Qırğızıstanındır. Növbəti həmsöhbətimiz şair-yazıçı, Qırğızıstan Respublikasının əməkdar mədəniyyət xadimi, TÜRKSOY-un Jusup Balasağun beynəlxalq mükafatı laureatı, Colon Mamıtov mükafatı laureatı Zinakan Pasanovadır.

 

- Salam, Zinakan xanım! Müsahibənin əvvəlində türkdilli oxucularımıza özünüzü qısaca təqdim edin.

 

- Narahat olmayın, əziz müasirlər! Sizinlə qədim türk dillərindən biri olan Azərbaycan dilində ünsiyyət qurmaqdan məmnunam. Belə bir fürsət yaradan “Ədəbiyyat və incəsənət” portalına dərin minnətdarlığımı bildirirəm.

Yaradıcılığım məktəbli yaşlarımdan şeir və nəsr yazmaqla başlayıb, 80-ci illərdən davamlı olaraq həm poeziya, həm nəsr janrlarında çalışıram. "Ayal Sırı", "Yağış dağdan başlayır", "Yağmur gecələr", "Döyüşən qazlar", "Sırkeç yağışı", "Arıba, ürək", "5 il", "Dost", "Xoşbəxtlik axtaran Tomayak", " Ağ Mən “Yağış” adlı nəsr və poetik kitabların müəllifiyəm. Əsərlərimin əsas mövzusu müasir dövrdə qadın taleyi, ana təbiət, ana sevgisi, mənəvi mühit və onun qırğız cəmiyyətində yeridir. Son vaxtlar daha çox uşaq mövzusuna müraciət edirəm. Azyaşlı uşaqlar üçün yazılmış hekayələr və dünya ədəbiyyatı xəzinəsindən qırğız dilinə tərcümə edilmiş nağıllardan ibarət toplu çap olunmaq üzrədir. Mən Orta Asiyanın ən qədim şəhərlərindən biri olan Oşda yaşayıram. Oş Qırğızıstanın ikinci böyük şəhəridir və qeyri-rəsmi olaraq cənub paytaxtı statusuna malikdir. O, Böyük İpək Yolunun dağlarında yerləşir və Baburun dövründə özünəməxsus rəngi və mənzərəsi ilə seçilib.

 

- Biz sizi Qırğızıstanın tanınmış şair və yazıçısı kimi tanıyırıq. Bəs sizcə ikisindən hansı daha çox sizindir?

 

- Təbii ki, hər janrın özünəməxsus xüsusiyyətləri və uyğun olaraq həm çətinlikləri, həm də inanılmaz həzzi var. Hər iki janrda yol taparaq, əlimə qələm aldığımdan şeir və nəsr yazıram desəm, yəqin ki, mübaliğə olmaz. Ümumiyyətlə, şeirin çoxlu oxucusu var. Yaxşı şeirlər bir nəfəsdə yazılır, bir nəfəsdə oxunur.  Şeir qəlbin səsidir. Ürəyin tərpənməyənə qədər mahnı yaza bilməzsən. Bu, hər hansı bir həyat vəziyyətinə səbəb ola bilər. Mən adətən ürəyim sıxılanda və ya tənha olanda mahnı yazmaq istəyirəm. Belə olan halda mahnı təbi gəlir. Amma mən hekayə yazmağı da sevirəm. Mənim təbiətim nəsrə yaxındır. Mənim daxili aləmimdə ayrı bir bədii dünya yaşayır. Bunu real həyatla birləşdirib başqa bir bədii dünya yaratmaq çox xoşdur. Öz təcrübəmə əsaslanaraq deyərdim ki, şeir ən yaxşı gənc yaşda, duyğuların güclü olanda yazılır, nəsr isə həyatın ağ-qarasını tanıyanda, çoxlu yumruqlar alanda, açılmağa başlayanda inandırıcı çıxır.30 yaşımdan əvvəl yazdığım hekayələri heç bir kolleksiyama daxil etməmişəm.

 

- Sizi sənət aləminə kim və ya nə aparıb?

 

- Qələm sənəti bir tərəfdən dədə-babamdan bizə qalan mirasdır, ikincisi, uşaqlıqdan çoxlu kitab oxumuşam, üçüncüsü, məncə, doğulub boya-başa çatdığım yerin fantastik gözəlliyi səbəb olub. Yerin göbəyi Alay dağları arasında köçəri həyat sürən əcdadlarımdan birincisi, ilk hərf öyrənən, kənddə ilk məktəbi açan, 18 yaşında uşaqlara dərs deyən Pasan Koçkorbayev yaradıcılığımın ilk toxumlarını səpib. Gənc yaşlarından atam mahnı bəstələyib, onun mahnıları kənddə ağızdan-ağıza keçib. Körpə yaşlarımdan ətrafıma təxəyyüllə baxa bildiyimi vaxtında fərq edən atam ölənə qədər mənə dəstək olub, imkan daxilində ona şərait yaratmağa çalışıb. Evimizdəki ən qiymətli əşyalar sənət əsərləridir. Televiziyanın nə olduğunu belə bilmədən ucqar dağ kəndində böyüdüyüm üçün dünyagörüşümü kitablar və kənd həyatı formalaşdırıb. Dövrünün qabaqcıl simalarından olan atamı isə işimdə, həyatımda əsas müəllimim hesab edirəm.  Təəssüf ki, atamı erkən itirdim. Axı mən onun ilk hekayələrimi oxumağa vaxt tapdığını və sevinc göz yaşları ilə dolduğunu görməkdən məmnunluq duyurdum.

 

- Yaradıcı inkişaf istedaddan, yoxsa təcrübədən asılıdır?

 

- Bu suala artıq bir çox dahilər cavab verib. Onlardan birini fransız yazıçısı Emil Zolya belə müəyyənləşdirir: “İstedadsız rəssam heçdir, zəhmətsiz də istedad heçdir”. Yaradıcılıqda belə fitri istedad və zəhmət olmasa inkişaf ola bilməz. Bundan əlavə, Aleksandr Blokun dediyi kimi, “Talesiz şair şair olmaz”, şairin taleyi olmalıdır. Öz klassiklərimizin həyatına nəzər salsaq, düşünürəm ki, Çingiz Aytmatov, Alıkul Osmonov, Kubatbek Jusubəliyev faciəli uşaqlıqları olmasaydı, şedevrlər yaza bilməzdilər. Qəlbdə heç kimlə paylaşılması mümkün olmayan kədər, həsrət, tənhalıq olmalıdır. Siz onu yalnız bir kreativdə paylaşa bilərsiniz. Böyüməyin digər zəruri yolu dünya ədəbiyyatı mühitinə qərq olmaq, qabaqcıl təcrübələri araşdırmaqdır, amma öz üslubunu tapa bilmirsənsə, bəşəriyyətə deyəcək sözün yoxdursa, yazı işləməyəcək.

 

- Bir yazıçı kimi əsərlərinizdə hansı problemləri əks etdirmisiniz və gələcəkdə hansı mövzulara diqqət yetirmək fikrindəsiniz?

 

- Nəsr əsərlərimin əsasını qadın mövzusu təşkil edir.  Hekayələrim və hekayələrimdə qadın ruhu, analıq, əxlaqi düşüncələr, ziddiyyətli həyat fəlsəfəsi, təbiətlə iç-içə olan insan həyatının qanun və nizamı, sevgi mövzuları var. “Qərib pəncərədə çiçəklərimi bitir” povestim bütün sosial sistemi dağılmış, zəmanə dəyişmiş müasir qırğız qadınının taleyini, həyatda öz yerini axtarmasını, qadınlıq və analıq uğrunda mübarizəsini təsvir edir. Vəhşi bazar münasibətləri bir çox insanın, xüsusən də adi qadınların həyatını məhv edən kabusa çevrildi. Bu əsrlərin toqquşmasında kim sağ qaldı, kim müqavimət göstərə bilmədi? Həyatın təlatümlərində insanlığını qoruyub saxlamaq ən çətin mübarizədir. Düşünürəm ki, kitabın baş qəhrəmanı olan sadə qadının taleyinin bir çox oxucunun ürəyincə olmasının səbəbi də budur. Çünki hazırda hamımız uçurumdan çıxış yolu tapmalı və öz yolumuzu tutmalıyıq.

Dünya ədəbiyyatında “qadın poeziyası”, “qadın nəsri” ədəbi terminləri ötən əsrin 50-60-ci illərində meydana çıxsa da, qadın yazıçıların yaradıcılığının unikallığını heç kim inkar edə bilməz. Həyata, dünyaya qadın gözü ilə baxan, qadının həyata xüsusi duyğusunu, analıq instinktini, nəsildoğurma xüsusiyyətlərini, sevgiyə, zərif qəlbə ehtiyacı olan qadın obrazları xüsusi təsir bağışlayacaq oxucu üzərində.

“Əmizdirirsən” adlı hekayəm var. Körpəsini döşündən ayıran ana "uşaqlığın ən şirin həzzindən məhrum etdiyini" düşünərək səbir edir. Düşündüm ki, bu əsər ancaq süd verən qadınlar üçün maraqlı olacaq, kişilər oxumayacaq. Əksinə, kişi oxuculardan çoxlu müsbət rəylər eşitdim. Ana südü ilə qidalanan xoşbəxt anlar hər kəsin yaddaşında qalacaq.

Qadın həyatından götürdüyüm “Dörd gün doğum evində” povestim də kişi oxucular tərəfindən bəyənilib. Ona görə də biz kişilər və qadınlar bir-birimizin təbiətini, ruhunu anlamaq istəyirik, bir-birimiz üçün maraqlı və sirliyik, eyni zamanda bir-birimizi tamamlayırıq. “Qadın poeziyası” və “qadın nəsri” buna töhfə verir. Bu mövzu mənim əbədi mövzumdur.

 

- Yaradıcılıqda mənim müəllimim kimə deyərdiniz? Bundan əlavə, oxuduğunuz türk dünyasının şair-yazıçıları kimlərdir?

 

- Yazıçılıq ixtisas deyil, Qırğızıstanda onu öyrədən ədəbiyyat institutu yoxdur və hər kəsin Moskvaya oxumağa getməsi üçün əlverişli şərait yoxdur. Amma gənc qələm adamına mentor lazımdır. Yaradıcılıq müəllimlərim bunlar idi: Alykul Osmonov, Çingiz Aytmatov, Murza Qaparov, Colon Mamytov, Suyunba Eraliev, Omor Sultanov. Heç biri ilə şəxsən görüşməsəm də, məsləhətlərini dinləməsəm də, onları əsərləri ilə mənə yazmağı öyrədən müəllimlərim hesab edirəm. Yadımdadır, məktəbdə oxuyanda Alıkul Osmonovun şeirlərini əzbər bilirdim, onun qırğız ədəbiyyatının klassiki olduğunu belə bilmirdim. Şeirlərini oxuyan kimi beynimdə əzbər oldu.

Çingiz Aytmatovun ilk nəşr olunan əsərləri isə ruhumu çaşdıran bir kəşf oldu. Bu günə kimi böyük yazıçının ucalığına çata bilməmişəm.

Həm də 70-ci illərdə Qırğızıstanın yeganə universiteti olan Qırğızıstan Dövlət Universitetinin qırğız filologiyası fakültəsində təhsil almağa başlayanda dünya ədəbiyyatı mühitinə yol tapdım. Xarici klassiklərdən: L.Tolstoy, İ.Bunin, T.Drayzer, O.Henri, Heminquey, Q.Markes, Y.Kavabata, R.Akutaqava, C.Coys, Nazim Hikmət, Əziz Nesin, Nizami, Musa Cəlil, F.Kafka mənim üçün hələ də çox önəmlidir. Türk dünyasının şair və yazıçılarının da əsərlərini tez-tez oxuyuram: Orxan Pamuk, Elif Şafak, Oljas Süleymanov, Səməd Vurğunun.

 

- Əsərlərinizdə şəxsi həyatınızla bağlı hekayələrdən istifadə edirsiniz?

 

- Şübhəsiz ki, yazıçı həyatında baş verən hadisələri, düşüncələri, enerjini qəlbinin ələyindən keçirib qələmi ilə yaradıcılığına verməkdə xüsusi qabiliyyətə malikdir. Ancaq təkcə ədəbi prosesdə yazmaqla şair-yazıçı ola biləcəyini düşünmək doğru deyil. Yaradıcı insanın səciyyəvi cəhəti ondan ibarətdir ki, o, həyatın adi gözlə müşahidə olunmayan tərəflərini hiss etməyi, onları məharətlə, bədii şəkildə təsvir etməyi bacarır.

Dünyaşöhrətli şair-yazıçı, publisist Rəsul Həmzətov demişkən: "İnsanın ruhu bədənindən on qat ağırdır. Kiminləsə paylaşmasan, təkbaşına dözmək çətindir". Ancaq gördüklərini, yaşadıqlarını, eşitdiklərini sadəcə qələmə almaqla yaxşı əsər yarada bilməzsən. Bəzən mövzu yazmaq 3-4 il çəkir, hansısa süjet ömür boyu səninlə qalacaq. Bu müddət ərzində o, sintez olunur, əlavə olunur, çeşidlənir. Sonda saman çıxarılır və qırmızı taxıl qalır. Yalnız bundan sonra yazmağa başlaya bilərsiniz.

 

- Bir yazıçı kimi həyatınızın hansı məqamları sizə xüsusi xoşbəxtlik bəxş edir?

 

- Təbii ki, hər əsəri zəhmətlə yazırsınız. Əsər yaratmağın acısı ilə yanaşı, həzzi də var. Yalnız bu xoşbəxtlik verir. Bir də ki, insanlar o “ucuz”u bəyənirsə və bir xahişləri varsa, isti rəy eşidirsinizsə, bu da xoşbəxtlikdir. Belə dəqiqələr çox idi. Həyatımdakı bütün yaxşı şeylər yaradıcılığımla bağlıdır. Ona görə də bir yazıçı kimi taleyimlə kifayətlənməməyə haqqım yoxdur.

 

- Qloballaşma prosesi bədii ədəbiyyata təsir edirmi?

 

- Qloballaşma prosesi insan həyatının demək olar ki, bütün sahələrinə, o cümlədən mədəniyyətə, ədəbiyyata çoxlu tələblər qoyur. Müasir dövrün qloballaşma şəraiti milli ədəbiyyatlar arasında sərhədi aradan qaldırmaq, yeni multikultural ədəbi hadisələr yaratmaq təhlükəsi yaradır. Ancaq inanıram ki, bu “nailiyyət” dünya ədəbiyyatına da yaxşılıq gətirməyəcək. Çünki dünya mədəniyyəti yalnız milli mədəniyyətlər hesabına zənginləşə bilər. Milli kökü olmayan istənilən ədəbiyyatın itirilməsi ehtimalı var. Eyni zamanda, hər bir xalqın ədəbiyyatı öz rəngini və dəyərini qoruyub saxlamaqla ümumbəşəri dəyərləri təbii yolla mənimsəməklə inkişaf edə bilər.

 

- Sizcə, bugünkü şair-yazıçıların məqsədi nədir?

 

- Çağdaş ədəbiyyatın yükü, məsuliyyəti ağırdır. Axı biz yeni dövrün davranışını yazmalıyıq. Biz xalqın həyatında, şüurunda, psixologiyasında baş verən dəyişiklikləri, keçmişin eniş-yoxuşlarını, bu günün dramını, 90-cı illərin böyük tarixi dönüşlərinin necə dəyişdiyini qələmə almalıyıq. Bunların hamısını öz başımızdan, hisslərimizdən yaşamış, anlayan yazarlar olaraq bu mövzuda yazmağa borcluyuq. Dövrümüzün insanlarının obrazını yaratmağı öz yaradıcılıq məqsədim hesab edirəm.

 

- Müsahibə üçün çox sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

İlk çağındaydı gözəl mövsümün, 

Qışdan çıxılmışdı, bahar gəlmişdi. 

İyirmi səkkizində idi Mayısın, 

Azərbaycan İstiqlala girmişdi. 

 

Erkən qopdu bir qasırğa quzeydən, 

Baharımız, heyhat döndü qış oldu. 

Azərbaycan Moskovların əlində, 

Əsarətin zəhərini dadmış oldu. 

 

Azərilər sarsıldı bu zərbədən, 

İstilaya qarşı üsyanlar oldu. 

İstiqlalı bir kərə dadmış millət, 

"Hürriyyət" fikrinə candan vuruldu. 

 

Milli fikir toxumları səpildi, 

İslatdı torpağı axan qızıl qan. 

Bu əkindən yarınki bir baharda, 

Əlbət bitər bir yeni Azərbaycan. 

 

Şiddətliysə əgər mövsümün qışı, 

Yeni bahar, demək, parlaq olacaq. 

Verdiyimiz qurbanların bahası, 

Bizə yalnız hürriyyətlə dolacaq. 

 

Tarixin yenə gözəl bir çağında, 

Qaranlıq qış keçib, bahar gələcək. 

Hər hansı bir ilin aydın günündə, 

Azərbaycan İstiqlala girəcək! 

 

(“Mayıs duyğuları” - Məhəmməd Əmin Rəsulzadə, 1955-ci il. (Son şeiri))

 

Bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti üçün yaşayasan, lakin  vətənində yaşaya bilməyəsən... 

Bəli, o, bütün ömrünü vətəninin istiqlalı, xalqının hürriyyəti yolunda xərclədi. Bu uğurda dəfələrlə doğma yurdundan didərgin düşdü, 71 illik ömrünün 40 ilini o çox sevdiyi vətənindən uzaqda mühacirətdə, mübarizələrdə keçirdi. Mühacirətdə də daim vətəninin, millətinin rifahı üçün çalışdı. Davası yolunda ən əzizlərini, ailə üzvlərini belə faciəvi şəkildə itirdi, istiqlal səadəti yarım qaldı. Lakin, o, yenə də son nəfəsində Azərbaycan söylədi. 

Bu gün siyasi və ictimai xadim, publisist, şair, ədəbiyyatşunas, bütün şərqdə, türk-islam dünyasında ilk parlamentli demokratik respublikanın qurucusu böyük mütəfəkkir, milli lider Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

 

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Abşeronun Novxanı kəndində ruhani ailəsində dünyaya gəlib.

Sultan Məcid Qənizadənin rus-müsəlman məktəbində və Bakı texniki məktəbində təhsil alıb.

Gənc yaşlarından publisistik, ədəbi və siyasi fəaliyyətə başlayan Rəsulzadə 1903-cü ildə gizli fəaliyyət göstərən və əsas vəzifəsi gənclərdə milli hislər oyatmaq, rus məktəbində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq olan "Gənc İnqilabçılar Dərnəyi"ni yaradır.

Bu dərnəyin "Hümmət" adlı bir qəzeti də çıxmışdır.

Müxtəlif vaxtlarda "Şərqi-rus", "Həyat", "İrşad", "İqbal", "İstiqlal", "Qurtuluş", "Azərbaycan" və s. mətbu orqanlarında ictimai-siyasi, ədəbi məzmunlu yazılarla çıxış edilir, bəzilərində redaktorluq edir.

Çar Rusiyası tərəfindən təqib olunmağa başlanan Rəsulzadə 1909-cu ilin əvvəllərində təqiblərdən və həbs təhlukəsi səbəbindən vətəni tərk etmək məcburiyyətində qalaraq İrana üz tutur və bununla da onun mühacir həyatı başlayır.

İranda olduğu müddət ərzində Təbrizdə Səttarxanla görüşür, Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə "İran Demokrat partiyas"ını təsis edir, Tehranda "İrani-Nov" (Yeni İran) qəzetini yaradır. Və bu qəzet ilə birlikdə Rəsulzadə həm də İranda Avropa tipli jurnalistikanın əsasını qoyur.

1911-ci ildə Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə İranı da tərk edir.

İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir və bir müddət burda qaldıqdan sonra Türkiyəyə  mühacirət edir. İstanbulda "Türk Yurdu" dərgisi və "Türk Ocaqları" təşkilatı ilə yaxından əməkdaşlıq edir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlanmadan sonra bir çox mühacir kimi Rəsulzadə də vətənə qayıdır.

"Müsavat" partiyasının fəaliyyətini gücləndirir, 1915-ci ildə Rəsulzadənin redaktorluğu ilə "Müsavat" partiyasının ideyalarını təbliğ edən "Açıq söz" qəzeti nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur. 

1917-ci ildə Bakı şəhərində "İsmailiyyə" binasında "Müsavat" partiyasının I qurultayı keçirilir və Rəsulzadə partiyanın sədri seçilir.

1918-ci il ildə Azərbaycan Milli şurasının sədri seçilir.

1918-ci il 28 mayda Rəsulzadənin sədri olduğu Milli Şura Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığını elan edir və Azərbaycan Milli İstiqlal bəyannaməsi qəbul edilir. 

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti bütün Şərqdə həmçinin türk-islam dünyasında ilk demokratik hüquqi və dünyavi nümunəsi olmuşdur. 

Cəmi 23 ay yaşayan Xalq Cumhuriyyəti dövründə bir sıra vacib qərarlar qəbul edilir və icra olunur.  Ordu yaradılır, Azərbaycan dili dövlət dili elan edilir, İlk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edilir, Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilir, Azərbaycan tarixində mətbuatın ilk hüquqi əsasları, mətbuat haqqında nizamnamə yaradılır. 

1920-ci ildə Bolşeviklərin Azərbaycanı işğalından və Azərbaycanda yenidən Sovet hökuməti qurulduqdan sonra bir müddət Lahıcda qalır. 1920-ci ilin avqustunda həbs edilib Bakıya gətirilir.

Rəsulzadə həbsdə olarkən Stalin Bakıya gəlir və onu həbsdən azad edərək özü ilə Moskvaya aparır.

Bununla Stalin bəlkə də XX əsrin əvvəllərində onun Bakının Bayıl həbsxanasından qaçırılmasında xüsusi rol oynamış Rəsulzadə qarşısında öz vicdan borcunu yerinə yetirirdi. Lakin bir zamanlar dost münasibətində olmalarına baxmayaraq Stalin Rəsulzadənin ailəsini sürgünə göndərir. Rəsulzadənin həyat yoldaşı Ümbülbanu xanım 19 yaşında güllələnən oğlu Rəsulun ölümü ilə barışa bilmir və 1939-cu ildə sürgündə ürəyi partlayıb dünyasını dəyişir.  

Böyük qızı Lətifə xanım da övladları Firuzə və İşvə ilə birlikdə Qazaxıstana sürgünə göndərilir. 3-cü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılır. Lətifə xanım qızı İşvə ilə birlikdə 1943-cü ildə Qazaxıstanda sürgündə aclıqdan və soyuqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifə xanımın Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır, belə ehtimal edilir ki, o da xəstəlikdən dünyasını dəyişib.

Kiçik qızı Xalidə anasının ölümündən sonra Qazaxıstanda qala bilmir və həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, lakin sonra buranın nəzarətdə olduğunu hiss edib Şamaxıya üz tutur və ondan sonra ondan heç bir xəbər alınmır.

Böyük oğlu Rəsul 1937-ci ildə Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnir.

Rəsulzadənin ailəsindən sağ qalan yeganə kiçik oğlu Azər 1993 cü ildə Qazaxıstanda dünyasını dəyişib. 1946-cı ildə sürgündə Azər bəyin oğlu Rəis Rəsulzadə dünyaya gəlib. Rəis bəy Azərbaycanın əməkdar rəssamıdır.

Bir müddət Moskvada nəzarət altında yaşayan Rəsulzadə 1922-ci ildə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. 15 gün fin əsgərlərinin nəzarətində qalır. Bir müddət Helsinkidə yaşayır. Daha sonra Fransaya, Almaniyaya, oradan isə Türkiyəyə gedir.

1923-cü ildə İzmirdə Rəsulzadənin “Azərbaycan Cumhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti” kitabı Atatürk mükafatına layiq görülür.

Lakin Türkiyənin Sovet dövləti ilə olan münasibətləri və ölkə daxilindəki siyasi vəziyyətlə bağlı olaraq Rəsulzadə 1930-cu ildə Türkiyəni də tərk etmək məcburiyyətində qalır və bir müddət Polşa, Almaniya və Ruminiyada yaşadıqdan sonra  bir də 1947-ci ildə qayıdıb Türkiyə vətəndaşlığı alaraq ömrünün sonuna qədər orada yaşayır. 

Ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə həyatı qurub və hər ikisi Ankaradakı milli kitabxanada çalışıb.  Onların bu evlilikdən övladı olmayıb

2-ci dünya müharibəsi vaxtı Adolf Hitlerlə görüşməsə də Almaniya hökuməti ilə əlaqələr qurur. Və başlıca məqsədi sayı 70 000-ə qədər azərbaycanlı əsiri xilas etmək olur. 

Ankara universitetinin Cebeci xəstəxanasında şəkərli diabet xəstəliyindən müalicə alan Rəsulzadə 1955-ci il mart ayının 6-da uğrunda bütün ömrünü və ailəsini qurban verdiyi Azərbaycanın adını 3 dəfə söyləyərək vəfat edir və Ankaradakı Esri qəristanlığında dəfn olunur.

Martın 7-də Ankara radiosu təssüflə Azərbaycanın milli lideri Rəsulzadənin vəfat xəbərini yayır. 

 

Bizim üçün o mayak kimi daim üfüqdə parlayıb millətinə yol göstərəcək olan Zöhrə ulduzu, işığı heç bir zaman sönməyəcək olan bir Azadlıq Günəşidir. Çünki bu yurdda azadlığın, istiqlalın, hürriyyətin günəşi onunla birlikdə, onun verdiyi qurbanlar, onun çəkdiyi zəhmətlər hesabına doğdu. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti hazırda Ermənistana işgüzar səfərdədir.

Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib, daha sonra Ermənistan və Gürcüstan iqtisadi işbirliyi üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçirilib. 

 

Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili İrəvanda keçirilən Ermənistan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyasının XIV iclasını iki ölkə arasında işbirliyinin inkişafı üçün yaxşı fürsət kimi dəyərləndirib.

Onun fikrincə, səfər çərçivəsində iki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, turizm, təhsil və b. sahələrdə işbirliyinin gələcəyi ətraflı müzakirə ediləcək.

Haqq üçün deyək, xanım Boçorişvili Xarici işlər naziri kimi ilk səfərini elə bu ay Azərbaycana etmiş və “bu mənim üçün şərəfdir” demişdi. Maka Boçorişvili vurğulamışdı ki, ölkələrimiz arasındakı işbirliyi siyasi-iqtisadi münasibətlərdə yeni imkanlar yaradır. – Bəli, doğrudan da, “Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstan üçün önəmlidir”.

Onu da vurğulayaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də ölkəmizdə işgüzar səfərdə olmuş, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirmişdi.

 

Biz, bu, çoxbölümlü yazımızda Ermənistan-Gürcüstan bağlarının dünəni, bu günü və gələcəyinə dair fikirlərimizi bölüşməyə çalışacağıq. Hesab edirəm, qonşularımızın yalnız bizimlə deyil, bir-biri ilə münasibətləri də bizimçün maraqlı olmalıdır.

 

*

Ermənistan ilə Gürcüstanın arasındakı bağlar mədəni, dini və siyasi baxımdan qarşılıqlı təsir və işbirliyi ilə yanaşı, zaman-zaman fikir ayrılıqları da göstərib. Ermənistanın Gürcüstandan bəzi iddiaları və Gürcüstanın bu məsələlərə qarşı həssaslığı, onların münasibətlərində müəyyən gərginliklər yaratmamış deyil.

 

Ermənistanın bəzi dairələrində Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə dair əsassız iddialar səsləndirilir. Son qərinələr boyu əsasən erməni əhalisinin məskunlaşdırıldığı bu bölgə, Ermənistan üçün “tarixi ərazi” kimi təqdim edilir. Lakin bu iddiaların tarixi və hüquqi baxımdan əsassızlığını ağlı başında olan ermənilər özləri də bilməmiş deyil.

Cavaxetiyanın suveren Gürcüstanın ərazisi olduğunu vurğulayan gürcü dövləti, bölgədəki erməni separatizmi ilə bağlı məsələlərdən rahatsızdır. Belə rahatsızlıqlar 2020-ci ilədək daha güclü olub. – Azərbaycanın 44 günlük müharibədəki şanlı Zəfərindən sonra dünya erməniliyi Gürcüstandan torpaq qoparmaq iddialarını da ən azı ertələmiş kimi görünür...

Gürcüstan üçün strateji önəm daşıyan Samtsxe-Cavaxetiya bölgəsində erməni separatizminin hər hansı formada təşviqinin Tiflisdə ciddi rahatsızlıq yaratması başa düşüləndir. Gürcüstan Abxaziya və Güney Osetiya problemlərinə görə ərazi bütövlüyü məsələsində həssasdır və buna görə də Cavaxetiya ilə bağlı iddialara özəl diqqətlə yanaşır.

Gürcüstan Cavaxetiya kimi bölgələrdə etnik dəngənin qorunmasını və separatizmin qarşısının alınmasını prioritet hesab edir. Ermənistandan gələn bəzi təzyiqlər bu sabitliyə təhlükə kimi dəyərləndirilir.

 

Ermənistan Apostol Kilsəsi Gürcüstan ərazisindəki bəzi qədim kilsələrə və monastırlara dair iddialar irəli sürür. Gürcüstan isə bu kilsələrin tarixi olaraq Gürcü Pravoslav Kilsəsinə məxsus olduğunu bildirir.

Pravoslav dini abidələrinin qorunması Gürcüstan üçün milli kimliyin bir bölümüdür. Erməni kilsəsinin iddiaları bu sahədə gərginlik yaradır və Gürcü Pravoslav Kilsəsi bunu “tarixi təhrif” kimi qiymətləndirir.

Özəlliklə Tiflis və çevrəsindəki dini abidələr üzərində mübahisələr davam edir.

 

Ermənilər, Gürcüstanda yaşayan erməni azlığının ana dilində təhsil və mədəni hüquqlarının daha geniş təmin edilməsini tələb edir. Gürcüstan bu məsələyə ehtiyatla yanaşaraq, dövlət dilinin qorunmasını prioritet hesab etməkdədir.

 

Ermənistanın bəzi siyasi dairələri Gürcüstanı Azərbaycan və Türkiyə ilə yaxın bağlarına görə gərəksiz tənqidə tutur və onun dəngəli siyasətinə təsir etməyə çalışır.

Gürcüstan Azərbaycan və Türkiyə ilə enerji və daşımaçılıq layihələrində (məsələn, Bakı-Tiflis-Ceyhan boru xətti, Bakı-Tiflis-Qars dəmiryolu) iştirak edir. Ermənistanın bu layihələrə mane olmaq üçün təzyiqləri Tiflisdə, əlbəttə, xoş qarşılanmamışdır.

 

Tarixə bir baxış: Gürcüstan-Ermənistan savaşı

 

1918-ci ilin son ayında 6 aylıq Ermənistan Demokratik Respublikası keçmiş Tiflis quberniyasının Axalkələk (Axalkalaki) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarını öz sınırları içində birləşdirməkçün fəal dış siyasət yeritsə də, savaşa qoşula bilmədi. Lakin Ermənistan işğalçılıq planlarını savaş yolu ilə çözməyi alternativlərin ən yaxşısı sanırdı. Osmanlı İmperiyası ilə Güney Qafqaz respublikaları arasında bağlanmış Batum anlaşmalarına (1918) əsasən, Gürcüstanla Ermənistanın sınır zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdı və Gürcüstanı müdafiə edən alman qoşunları həmin sınır zolağını tutdu. Lakin I Dünya savaşında (1914-18) uduzmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etməli olunca, Borçalı qəzasının bir xeyli bölümü Gürcüstan hökumətinin nəzarətinə keçdi. Bu arada, Ermənistan Gürcüstana nota verərək, onun Axalkələkdən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında ittihamlar kəskinləşdi, ermənilər öz xislətlərinə sadiq qalaraq, Axalkələk və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladı. Ermənistan Axalkələkə süvari eskadron, Borçalıya isə IV erməni polkunun bölmələrini göndərdi.

09 dekabr 1918-ci ildə hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycanlıların toplu yaşadığı – tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkələk qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir bölümündən imtina etməliydi. Bu yerdə onu da xatırladaq ki, dünyadakı ilk erməni dövləti Tiflis mərkəzli qurulmalıydı; bu mümkün olmayınca Bakı mərkəzli erməni dövləti qurma planları işə düşdü və Şaumyanın başçılığı ilə soyqırımı aktları törədildi; lakin nə Tiflis, nə də Bakı sevdası baş tutmayınca, 1918-ci ildə, tarixdəki ilk erməni dövləti İrəvanı paytaxt elan etməklə quruldu... Əlbəttə, Tiflis, Bakı kimi İrəvanın da yadelli haylara heç bir aidiyyatı yoxuydu...

Bəli, 17 dekabr 1918-ci ildə Gürcüstan Ermənistana rəsmən savaş açdı. Tərəflər arasında hərbi əməliyyatlar dekabrın 18-dən 31-dək sürdü. Savaş Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi ziyan vurdu. I Dünya savaşında qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan savaşının dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa razı olduğunu bildirdi; ardınca, Gürcüstan hökuməti də bununla razılaşdığını duyurdu.

31 dekabr 1918-ci ildə Tiflisdə Gürcüstan və Ermənistan arasında barış anlaşması imzalandı və bundan 10 gün sonra – 1919 il yanvarın 9-da Tiflisdə Ermənistan-Gürcüstan barış konfransı öz işinə başladı. Konfrans 8 gün sürdü. Ermənistan və Gürcüstan arasında sınır məsələsi Antanta Ali Şurası tərəfindən çözülənədək Borçalı qəzasının quzey bölümünün Gürcüstana, güney bölümünün isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta bölgədə isə “neytral bölgə” yaradılması qərara alındı. “Neytral bölgə”nin idarəsi ingilis general-qubernatoruna həvalə edildi. İşə baxın ki, Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti çağrılmamışdı; ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi, haqlı olaraq, öz ölkəsinin bu qərarı tanımayacağını bildirdi.

Sonralar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz bürosunun 07 iyul 1921-ci il tarixli qərarı ilə “neytral bölgə” də Ermənistana birləşdirildi. Beləliklə, Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyinetmə hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan, azərbaycanlıların nəsilbənəsil yaşadığı Borçalı bizim iradəmizdən qıraqda bölüşdürüldü və günümüzdə Borçalının Ermənistanda qalan hissəsində tək bir azərbaycanlı belə yaşamır, ermənilər oradan bizim irsimizi, izimizi silməkçün nə mümkünsə edib...

 

Yazının I bölümünün sonucu olaraq, vurğulayaq ki,

tarixi əsaslardan məhrum və perspektivi olmayan “Böyük Ermənistan” adıyaman ideyasına “əsaslanan” Ermənistanın Gürcüstanın bəzi ərazilərinə iddiası, digər köksüz iddiaları və Gürcüstanın bu məsələlərə qarşı həssaslığı, hər iki ölkə arasında siyasi, mədəni münasibətləri çətinləşdirir. Ayrıca, Abxaziyanın işğalında iştirak edən erməni hərbi bölmələri faktoru da unudulmamalıdır. Bir dövlət onun bütövlüyünə, suverenliyinə qəsd edənləri, hələ-hələ “ələkçinin qıl verənləri”ni necə unudar?

Uzun sözün qısası,

problemlərin çözümü üçün hər iki tərəfin konstruktiv dialoq və beynəlxalq hüququn əsaslarına söykənməsi vacibdir. İş beynəlxalq hüquq və konstruktivliyə gəlincə, ermənilər dərdə düşür – çün, onlar üçün beynəlxalq hüquq da, konstruktiv mövqe nümayişi də gərginlik doğurur, darlıq yaradır...

Biz Ermənistan Respublikasından danışarkən Zəngəzur, Göyçə, İrəvan deyirik, Borçalını isə ya demirik ya çox nadir hallarda dilə gətiririk. Əslində, ermənilər bir də bunu düşünməli, bir də buna görə dərdlənməli deyilmi? Məgər bizim başımızı 30 illik işğalla qatmağın alt qatında həm də tarixi haqlarımızı unutdurmaq durmurdumu?..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Xeyrəddin Qoca həm əsərləri, həm də ictimai-siyasi fəaliyyəti ilə xalqın ruhunu dərk edən və bunu öz yaradıcılığında təcalla etdirən sayğılı aydınlarımızdandır. Xeyrəddin Qocanın yaradıcılığı insanları həm düşündürür, həm güldürür, həm də onlara öz həyatlarına ayna tutmağa imkan yaradır.

 

Onun əsərlərindəki yumor tərzi təkcə quru ironiya ilə məhdudlaşmır, o, insanları gülüşə gətirərək öz problemlərini görməyə və çözüm yollarını dərk etməyə çağırır. Xeyrəddin Qocanın yumoru “tənə” deyil, “tərbiyə” xarakteri daşıyır. Bu xalis gülüş və düşüncə onun əsərlərində əsas xətt kimi keçir və oxucularını, tamaşaçılarını həyata sevgi və müsbət baxışla yaxınlaşdırır. 

Xeyrəddin Qoca (Xeyrəddin Sayəddin oğlu Qoca; 29.01.1950, Qulbəndə, Ağdaş) bir çoxlarından fərqli olaraq, (qüsura baxmayın) qurşaqdan aşağı enmədən güldürməyi bacaran aydınımızdır. - "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), "Bu dünyadan məktublar" (2002), "Gərək yazam…" (2003), "Hərənin öz payı" (2003), "Bu da belə həyatdır…" (2008), "Biz bizə bənzərik…" (2010), "Yazdıqlarım… Yazılanlar…" (2018) və b. yazdıqlarımıza sübutdur.

 

Təbiidir ki, belə bir yaradıcı və məhsuldar aydına ictimaiyyət də, dövlət də diqqət, sayğı göstərib. Xeyrəddin Qoca uzun illər dövlət vəzifələrində çalışaraq, mədəniyyətimizi və ədəbiyyatımızı layiqincə təmsil edib. Azərbaycanın İstanbuldakı Baş konsulu, Millət vəkili, hakim partiyanın mətbu orqanının baş redaktoru kimi xidmətləri onu, haqlı olaraq, nüfuzlu bir şəxsiyyət kimi tanıdıb.

 

Eyni zamanda, Xeyrəddin Qocanın topluma verdiyi töhfə yalnız əsərləri və görəvləri ilə sınırlanmır. Xeyrəddin Qoca, həmişə gənc ədəbi nəslin nümayəndələrinə qayğı göstərən, onların uğurlarına səmimi sevinən, onları dəstəkləyən bir aydınımız kimi də nüfuz qazanıb. Həqiqət, ədalət və insani dəyərlər onun yaşamının və yaradıcılığının ayrılmaz hissəsidir.

 

75 illik yubileylə bağlı Xeyrəddin Qocanı ürəkdən qutlayır, ona uzun ömür, yeni yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.