
Super User
“Hadi çiçeğim” - DOĞUŞUN DOĞUM GÜNÜDÜR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tam adı Orhan Baltacı olan müğənni Doğuş bizə digər əcnəbi müəğnnilərdən bir kğynək yaxındır. Niyə? Çünki, bizim kürəkən sayılır, məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşıdır.
Bu gün Doğuşun doğum günüdür, 51 yaşı tamam olur. Gəlin haqqında bir az məlumatlanaq.
Doğuş 30 iyun 1974‑cü ildə Almaniyada dünyaya gəlib. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.
Acı uşaqlıq keçirib. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Musiqiyə marağı küçə müğənnilərini dinləməklə başlayıb, tezliklə səs tembri ətrafdakıları cəlb edib. İlk səhnə performansından sonra özünə "Doğuş" təxəllüsü götürüb.
1997‑ci ildən etibarən artıq musiqi çevrələrində tanınmağa başlayıb. İlk single-ları: “Uyan”, “Gamsız” (1997) olub, ardınca “Yan Yüreğim”, “Ayrılmalıyız” kimi hitlərlə davam edib.
Mahnılar:
1. Uyan
2. Hadi çiçeğim
3. Yalnızım
4. Gamsız
5. Ahım var
6. Üzülürsün
7. Kısas
8. Babam
9. İnsafsız.
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)
Həm həkim, həm şair, həm də ziyalı - PORTRET
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
(Cəlilabad ədəbi mühitinin görkəmli siması Əfrahim Hüseynliyə ithaf olunur!)
Cəlilabad rayonu öz bərəkətli torpağı, minilliklərdən süzülüb gələn qədim və sirli tarixi və tarixi abidələri, çoxsaylı şəhidləri və qaziləri ilə yanaşı həm də çoxsaylı şairləri və qələm əhli ilə tanınır. Bu diyardan ölkə səviyyəsində öz qələmi və imzası ilə tanınan (Babulla Səlimov, Abbasağa Azərtürk, Mirzəli Hüseynzadə, Ayaz Vəfalı, Əhməd İspər, Səlim Babullaoğlu, Salam Sarvan, Əlizadə Nuri və onlarca digər) samballı simalar çıxmışdır.
Cəlilabad ədəbi mühitinə nəzər saldıqda bu mühitdəki bəzi görkəmli simalar insanın diqqətini özünə cəlb edir. Heç şübhəsiz, onlardan biri də uzun illər boyu rayonda, bölgədə və ölkə səviyyəsində tanınan həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Hüseynlidir.
QISA BİOQRAFİK MƏLUMAT:
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu): 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır.
Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir.
Əfrahim həkim ədəbiyyata 70-ci ildə (orta məktəbdə oxuyarkən) mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib. Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Ədəbiyyat sahəsində "Əfrahim Hüseynli" imzası ilə tanınan Ə.Hüseynli yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların ilk poetik toplusu olan məşhur "Həkimlərin söz dünyası" adlı kitabının tərtibçisidir.
Şuşa dərdinə həsr olunmuş, ədəbiyyatımızda çox yüksək dəyərləndirilən, müəllifini oxuculara daha da çox sevdirən "Bu şəhər həsrət yeridir" poemasının müəllifi də Əfrahim Hüseynlidir. Onun qələmə aldığı şeirləri qardaş Türkiyədə çap olunan "Altun kalemler" kitabında da yer alıb.
Əfrahim Hüseynlinin şerlərinə müxtəlif illərdə T.Bayram, N.Kəsəmənli, B.Bağırlı və digər tanınmış ədəbiyyat adamları rəy yazmışdır. Bu rəylərdə onun şeirlərinin əsas qayəsini Vətən sevgisi, el-oba məhəbbəti, sevgi müqəddəsliyi, ata-ana ucalığı təşkil etdiyi vurğulanmışdır. Özünəməxsus poetik deyim tərzi olması yüksək qiymətləndirilir.
2000-ci ildə A.Şahsuvaroğlunun qələmə aldığı, yüksək tirajla çap olunan "Onların qisməti belə ömürdür" adlı kitabı Əfrahim həkimin həkimlik fəaliyyətinə və yaradıcılığına həsr edilmişdir.
Əfrahim Hüseynliyə Azərbaycan ədəbiyyatına, eləcə də Azərbaycan oxucularına əvəzedilməz töhfə olan iki tərtib etdiyi kitab: "Həkimlərin söz dünyası-1" (2016) və "Həkimlərin söz dünyası-2" (2019) kitabları daha çox şöhrət gətirmişdir. Bu kitablar 18-ci əsrdən üzü bəri çağdaş ədəbiyyatımızda olan həkim-yazarların həyat və yaradıcılıqlarına həsr edilmişdir.
1998-ci ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dəfələrlə bir çox fəxri fərmanlarla təltif edilmişdir. Buna misal olaraq indiyədək müxtəlif zamanlarda layiq görüldüyü "Xəmsə", "Cəsarətli qələm", "İbn-Sina", "Hippokrat", "Qızıl qələm", "Həməşəra" fəxri diplomlarını göstərmək olar. Ailəlidir. Afaq adlı bir övladı, Zəhra, Zeynəb və Saleh adlı üç əziz nəvəsi var.
Ömür-gün yoldaşı, həm də doğma yurdumuzun tanınmış ziyalı xanım-xatınlarından olan Yaqut xanım, həmçinin əziz qızı Afaq xanım müqəddəs həkim vəzifəsini daşıyırlar.
ƏSƏRLƏRİ:
Əfrahim Hüseynlinin indiyədək işıq üzü görmüş əsərləri aşağıdakılardan ibarətdir:
1. "Səni gözləyə-gözləyə" (şeirlər), Bakı: "Ekologiya", 1997, 48 səh.
2. "Yollar qayadan asılır" (şeirlər və poemalar). Bakı: "Gənclik", 1999, 84 səh.
3. "Ömrü hamıtək yaşasan" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2001, 80 səh.
4. "Məni axtaran varsa" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2002, 66 səh.
5. "Nə yaman çətinmiş məni tanımaq" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 76 səh.
6. "Yağan yağış yollarını döydümü" (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 80 səh.
7. "Ürəyi aldatmaq olmur" (şeirlər və poemalar). Bakı: "Adiloğlu" səh. 300 səh.
8. "Həkimlərin söz dünyası" (1-ci kitab), (Həkim-yazarların ilk poetik toplusu), tərtibatçı, Bakı: "Xan", 2016, 260 səh.
9. "Həkimlərin söz dünyası" (2-ci kitab), (Həkim-yazarların yaradıcılıq toplusu), tərtibatçı, "Elm və təhsil", 2019, 567 səh...
Məlumat üçün qeyd etmək lazımdır ki, indiyədək dəfələrlə dövlət və özəl telekanallarda Əfrahim Hüseynli haqqında müxtəlif verlişlər hazırlanaraq efirə getmiş, bir-birindən dəyərli və mənalı şeirləri səsləndirilmiş, həmçinin, ölkə mətbuatı və internet portallarında şeirləri yayımlanmışdır.
SUBYEKTİV BAXIŞIM:
Müxtəlif insanlar barədə bu qəbil tanıtım-təqdimat yazıları yazmaq sözün həqiqi mənasında ağır məsuliyyət tələb edən bir işdir. Çünki hər kəsi ədalət və insaf çərçivəsində araşdırmaq və təqdim etmək, eyni halda mübaliğə, yalan və haqsızlıqdan ciddi şəkildə pəhriz etmək bir zərurətdir. Bu da sanki qılıncdan iti və tükdən nazik bir körpünün üzərində hərəkət etməyə bənzəyir. Lakin haqqında danışdığım Əfrahim Hüseynli barədə söz açarkən və ya nəsə yazarkən əsla çətinliyə düşmürəm. Çünki onun malik olduğu insani və ali keyfiyyətlər, həmçinin şairlik bacarığı Ulu Tanrının ona bəxş etdiyi və özünün də çalışaraq özündə təsbit etdiyi bacarıq və xüsusiyyətlərdir.
Rayonda daha çox "Əfrahim həkim" kimi tanınsa da biz ona "Əfrahim əmi" deyə müraciət edirik. Ən azından yaşadığım məkanda və olduğum ədəbi mühitdə Əfrahim Hüseynli adı gələndə şairlikdən əlavə, həm də istər-istəməz paklıq, ziyalılıq, etika və yüksək mədəniyyət sahibi olan bir şəxsiyyət zehnimdə canlanır. Bu isə təkcə mənim deyil, bütün səmimi insanların qənaətidir.
Bir insan həyatda bacarıqlı həkim, alım, istedadlı şair, peşəkar yazıçı və s. ola bilər. Əlbəttə, bütün bunlar bir imtiyazdır. Lakin bu imtiyazlar həmin şəxsin etikası, mədəniyyəti və insanlığı ilə birgə olmadıqda, sözün həqiqi mənasında cəmiyyətə və ətrafa zülmət yayır. Əfrahim Hüseynli isə bacarıqlı həkim, istedadlı şair və bacarıqlı qələm əhli olmaqla yanaşı həm də sözün həqiqi mənasında bir elit-ziyalı şəxsiyyət, kübar insan və mədəni simadır. Buna görə də hər zaman cəmiyyətdə insanlar üçün parlaq çıraq kimi işıq saçır, öz gözəl davranışı və mövqei ilə hər kəsə ən yaxşı yolu göstərir. Heç şübhəsiz, bütün bunları eyni halda özündə toplamağın nə qədər çətin bir iş olduğu düşüncə sahiblərinə bəllidir.
Onun şeir və poeziya dünyası əynindəki ağ həkim xalatı kimi təmiz, ləkəsiz və şəffafdır. Əfrahim əmi bütün bunlarla yanaşı həm də öz vətənpərvərliyi, dövlətçiliyi və milli-mənəvi dəyərlərə sıx bağlılığı ilə tanınır.
Sözümün əsas məğzi budur ki, Əfrahim Huseynli istedadlı şair və bacarıqlı qələm əhli olmaqla bərabər, həm də öz insani keyfiyyətlərinə görə xalqın rəğbətini qazanmış dəyərli və ziyalı şəxsiyyət, tanınmış və gözəl bir həkimdir. O, rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olaraq indiyədək bir çox ailəyə sevinc bəxş etmişdir. Şəxsən mən belə bir dəyərli və ziyalı şəxsiyyətlə eyni məkanda və eyni zamanda yaşamaqdan fəxarət hissi duyuram!
Qeyd etmək lazımdır ki, mənim Azərbaycan Yazıçılar Birliyinə üzv olmağım üçün zəmanət məktubu təqdim etmiş görkəmli simalardan biri də məhz dəyərlimiz və fəxarətimiz Əfrahim Hüseynli olmuşdur.
ARZU VƏ DİLƏKLƏR:
Sonda Ulu Tanrıdan doğma elimizin əziz və dəyərli ziyalısı, Cəlilabad ədəbi mühitinin fəxarəti və görkəmli nümayəndəsi, şəfalı əllərə malik olan tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü hörmətli Əfrahim Hüseynliyə və əzizlərinə uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)
Baharı sevən şair - Əfşan Yusifqızı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“O üzündə nələr vardır bilmirəm,
Bu üzündə məşəqqətdir dünyanın.
Gündüzləri yüklənirsən dərd ilə,
Gecələri lap dəhşətdir dünyanın.
Bilmək olmur, kim xoşbəxtdir, kim bədbəxt,
Qaçaq düşüb ömrümüzdən səadət,
Yurd salıbdır əzab, nifrət, xəyanət,
Sevgisi də bir minnətdir dünyanın.
Yer üzünün əşrəfiyik guya biz,
Həsrət qaldıq havaya biz, suya biz.
Ömür bitir salınmırıq saya biz,-
Əfşan, nəyi de, zinətdir dünyanın?”
Onun “Dünyanın” adlandırdığı bu şeiri məni Yer kürəsinin xəritəsində noxud boyda yer tutan Azərbaycandakı insanlararası münasibətlər haqqında yenidən düşünməyimə vadar etdi. Doğrudanmı, bu balaca ölkədə xoşbəxtlərlə bədbəxtlərin arasında heç bir fərq yoxdur? Yəni səadət buradan qaçaq düşüb və bu ölkədə əzab, nifrət, xəyanət ayaq tutub yeriyir? Yoxsa, bu sözlər şairin bir anlıq ovqatından şeirə çevrilən gileyidir? Bilmirəm! Amma hər halda hamı bilir ki, dünya həmişə Xeyirlə Şərin mübarizə meydanı olub. Bu mübarizədə “yaralananlar” da olub, “məhv” olanlar da, “zəfər” çalanlar da...
Bəli, ötən gün növbəti ad gününü qeyd edən Əfşan Yusifqızının bu şeiri, onun yaradıcılığı haqqında söhbət açmağıma bir səbəbdir. Gəlin, əvvəlcə onun ömür yoluna işıq tutaq. 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. 1986-cı ildə orta təhsilini başa vurub. "Bir misra söz qədər duyanım ola”, “Bədirlənmiş Ay”, “Əli dağı”, “Xəyala döndün”, “Şəhid üzük” adlı kitabların müəllifidir. "Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəridir. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur...
Bəlkə də özü də bilir, bu dünya bir yuxudur. Burada hər nə tapmısansa itirə-itirə yaşayırsan. Əvvəl uşaqlığını, sonra yeniyetməliyini, daha sonra gəncliyini, cavanlığını itirirsən, sonda da dünya səni doğmalarının, əzizlərinin arasından itirir. Yəqin ki, bütün bunları bilməsəydi “Can nənə, nağıl demə” şerində nəvəsinin dili ilə söyləməzdi:
“Can nənə, nağıl demə,
İnanmıram nağıla.
Bu nağıllar üzündən,
Yetəmmədim "ağıla"
Gah "tık-tık xanım" oldum,
Tanhalıqdan yoruldum.
Gah da "Qoğala" döndüm,
Öz ədamda boğuldum.
Gah "Ağ atlı" oğlanı,
Gah " Xıdırı" gözlədim.
Yunumu yel apardı,
"Fatma" kimi izlədim…
Durub çay kənarında,
"Qızıl balıq" səslədim-
Arzulara inanıb,
Xeyli ümid bəslədim.
Can nənə, nağıl demə,
Nə deyirsən doğru de.
O saflığı məhv edən,
Bu dövrana oğru de.
Barmaq kəsib, duz səpən,
Məlikməmməd yox indi.
Həm "Təpəgöz", həm "Cırtdan",
“Adamyeyən” çox indi.
Can nənə, nağıl demə,
Bir bayatı hayla sən.
O məsum Şəhidlərə,
De, bir həzin layla, sən...”
Amma bütün bunlar o demək deyil ki, Əfşan Yusifqızının yaradıcılığı büsbütün qəm-qüssəyə bələnib, əsla. Onun şeirlərində sevgi də var, həsrət də, sevinc də…
"Can istə, yolunda bu candan keçim,
Könlünə libası sevgidən biçim.
Gəl sənə bəxtinin ulduzun seçim,
Sən eşq göylərindən ay göndər mənə.
Sən nə çəkirsənsə qanır ürəyim,
Sanma ki, sevgini danır ürəyim.
Söndürə bilmədin, yanır ürəyim,
Ölləm, dərya göndər, çay göndər mənə.
Əfşanam, dərdimin tap çarasını,
Bəxtimin üzündən sil qarasını.
Kəsib ürəyinin bir parasını,
Əgər sevirsənsə, pay göndər mənə."
Bu, onun “Ay göndər mənə” adlı poeziya nümunəsidir. Burada ülvü sevgiylə saf diləklərin vəhdəti var…
...Baharı çox sevir. Hər dəfə bu fəsilin gəlişi əhvalına müsbət təsir göstərir, ovqatı gözəl olur...
Deyir ki:- “Hər dəfə yaz fəsli gələndə Bahara dönürəm desəm, yanılmaram. Oxşarlıq elə çoxdu ki, əhvalımda. Əslində, çoxumuz beləyik. Könlümüzün bənövşə kimi küskün-küskün boynunu bükməsi, soyuq mehdən titrəməsi, ürəyimizin lalədən xal alması, gözlərimizin bahar buludu kimi tez-tez dolub-boşalması, yaz dumanının dərələrə yox, fikirlərimizə çökməsi, ruhumuzda səslənən qəmli bülbül nəvası, hər şey hər halı ilə bahara bənzəyir. Hətta ətrafa yayılan qəm rahiyəsi, həsrət qoxusu da... Bu, əhvalımın gözlə görülməyən baharıdır. Bir də, tumurcuq-tumurcuq ümidlər, al çətirli, ləçək-ləçək arzular...”
Vaxtınızı çox almadım ki? İcazə verin, bir şeirini də deyib söhbətimi yekunlaşdırım...
"Boşuna yanmağın nə xeyri var ki,
Bir topa üzərlik olaydım barı.
Dolanıb sevdiyim kəsin başına,
Qadasın, bəlasın alaydım barı.
Bir çimdik duz olub bir bədnəzərdən,
Uzaq saxlayaydım günahdan, şərdən.
Yanıb qoruyaraq daha nələrdən,
Müqəddəs inanctək qalaydım barı.
Xəfifcə çəkilən bir "eh"ə dönüb,
Tüstü-duman olub, zirehə dönüb,
Şəfalar gətirən bir mehə dönüb,
Duatək qəlbinə dolaydım barı."
Bəli, iyunun 29-u bu incə ruhlu şair xanımın növbəti ad günü oldu. Gec də olsa onu bu münasibətlə təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Yeni yaşı mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)
“Ayrılıqdan betər dünyada nə var?” , Nigar Rəfibəylinin əziz xatirəsinə – DÖRDÜNCÜ YAZI
Şərəf Cəlilli, filolgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi üçün çalışmışdır. Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir.
Heydər Əliyev
Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən türklər baş köşələrində ustad sənətkarlara, təbib-filosoflara, fikir və düşüncə sahiblərinə, mütəfəkkir şairlərə yer verdilər. Bilgə xaqanın sarayını Tonyukuk, Oğuz xaqanın sarayını Dədə Qorqud, Oğuz-Səlcuq sarayını, Məlikşahın dünyasını Nizamül-mülk, Ömər Xəyyam, Osman Qazinin sarayını Şeyx Əbdalı, Şah İsmayıl Səfəvinin sarayını Həbibi, dünyaşöhrətli rəssam Behzat, Sultan Səlimin və Sultan Süleymanın saraylarını Mustafa Xocazadə, Kamil Paşazadə, Hüseyn Baykaranın sarayını Əlişir Nəvai zinətləndirmişdi.
Bu ənənə üstündən illər, əsrlər ötəndən sonra Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsindən başlayaraq davam etdirildi. Milli-mənəvi dəyərlər tariximizə adını həkk edən Səməd Vurğun, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Bülbül, Seyid İmadəddin Nəsimi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilərin abidələri ucaldıldı, ev-müzeyləri yaradıldı. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsa Hüseynov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi fitri istedad sahibləri, İstiqlal fədailəri himayə olunub qorunduğu kimi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirvari Dilbazi, Əminə Dilbazi, Hökumə Büllruri, Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir kimi dövrün cövrünü çəkən, quruluşun, zamanın fövqünə qalxıb qələmi millətin, məmləkətin nəfinə işlədən şair və yazıçılar, ictimai-siyasi xadimlər xüsusi qayğı ilə əhatə olundu. Vəzifə pillələrində irəli çəkildi. Fəxri adlara, orden, medallara layiq görüldü. Onların arasında bir tarixi şəxsiyyət də vardı ki, o, Ulu Öndər üçün dəyərli, qiymətli, əziz idi. O, adı milli mənəvi dəyərlər və milli dövlətçilik tariximizə həkk olunan, soyu-kökü, şəcərə dəftəri ilə Azərbaycan, daha doğrusu paralanmış, yaralanmış Azərbaycan olan, sinəsinə repressiyaların, müharibələrin dağı çəkilən, Qacarların, Əfşarların, Osmanlı sultanlarının, Gəncəli Cavad xanın, Cümhuriyyətə bağlı Rəfibəylilərin, Xasməmədovların genetik kodlarının daşıyıcısı Nigar Xudadat bəy qızı Rəfibəyli idi. 20-ci illərin qanlı repressiyalarının qurbanı olan general-qubernator atası Xudadat bəy Rəfibəylinin, Cümhuriyyət qurucuları arasıda yer alan dayısının, dayısı oğullarının, qohumlarının siyasi fəaliyyətinə baxmayaraq Mircəfər Bağırov da, ondan sonra ölkəni idarə edən Birinci katiblər- İmam Mustafayev də, Vəli Axundov da ona toxunmamışdı.
Möcüzələr sayəsində 30-cu illərin qanlı repressiyalarından xilas olan Nigar Xudadat bəy qızı Rəfibəylinin fəaliyyəti 50-ci illərə qədər kölgədə qalsa da, Stalinizmin iflasından, Xruşşov yumşalmasından sonra onun da adı rəsmi səviyyələrdə tutulmuşdu. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə isə “Günəş Şərqdən doğacaq!” nidası ilə qələm çalan Nigar Rəfibəylinin dəyərini Ulu Öndər Heydər Əliyev verdi. 1959-cu il iyunun 9-da Azərbaycanın Birinci katibi İmam Mustafayevin imzası, Azərbaycan SSRİ Mərkəzi Komitəsi Bürosunun qərarı ilə “Şərəf nişanı” ordeninə, 1967-ci il oktyabrın 29-da Azərbaycanın Birinci katibi Vəli Axundovun imzası ilə Azərbaycan Mərkəzi Komitəsinin Bürosunun qərarı ilə “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Nigar Xudadat qızı Rəfibəyli Azərbaycan SSRİ Mərkəzi Komitəsi Bürosunun 6 iyul 1973-cü il tarixli 67-ci protokolunun 15-ci bəndinə əsasən Mərkəzi Komitənin kaitibi Heydər Əliyevin imzası ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə “Fəxri Fərman”la təltif edilir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Birinci Fondda, 68-ci siyahıda, 11-ci qutuda qorunan 90-cı işdə yer alan bir rəsmi sənəd isə Ulu Öndərin Nigar Xudadat qızı Rəfibəylinin irsinə, şəxsiyyətinə, şəcərəsinə verdiyi dəyərin ən ali göstəricisidir. Azərbaycan SSR Mərkəzi Komitəsinin Bürosunun 13 iyun 1981-ci il tarixli iclasının 15-ci protokolunun 11-ci bəndinə əsasən Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə, ictimai fəaliyyətinə görə Nigar Xudadat qızı Rəfibəyliyə xalq şairi fəxri adı verilir. Mərkəzi Komitənin qərarı bir gün sonra 19 iyun 1981-ci ildə Azərbaycanın Birinci kaitibinin imzası ilə təsdiq edilir. Xalq şairi fəxri adından sonra da, Azərbaycanın Birinci şəxsi Nigar Rəfibəyli ilə bağlı tarixi qərarlar aldı. Onun Fəxri Xiyabanda dəfn edilməsi, adının və xatirəsinin əbədiləşdirilməsi, irsinin dövlət mirası elan olunması, yubiley mərasimlərinin təşkili daima Ulu Öndərin nəzarətində oldu. Dəyərlərin əyarı olan Ulu Öndərin Nigar Rəfibəyli irsinə, şəxsiyyətinə münasibəti, həm də onun şəcərəsinə ehtiramının göstəricisi idi. O qüdrətli şəxsiyyətin, mütəfəkkir dövlət xadiminin siyasi hakimiyyətinin ikinci mərhələsində Nigar Rəfibəylinin Gəncədə ucaldılan abidəsinin açılış mərasimindəki nitqi də dediklərimizə əyani sübutdur: “Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər ailəsinin çox parlaq nümayəndəsidir. Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi üçün çalışmışdır. Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir.”
Qərənfili sevir könlüm...
Stalinizmin xofunun səngiməsi, Xruşşov yumşalması, Bağırov mərhələsinin başa çatması 50-ci illər Azərbaycanının nəfəsliyi oldu. 30-cu illərin dəhşətləri ilə 60-cı illərin mənəvi tərəqqisi, yaddaşa qayıdış ideologiyasının formalaşması üçün milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə Nəriman Nərimanov, Əziz Əliyev, İmam Mustafayev, Mirəsədulla Mirqasımov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Üzeyir bəy, Bülbül, Mirzə İbrahimov, Süleyman Rüstəm, Mir Cəlal, Qulam Məmmədli, Nəsir İmanquliyev, İlyas Əfəndiyev kimi simaların varlığı, Ulu Öndər Heydər Əliyevin bir dövlət xadimi, sərkərdə xaqan kimi əzəməti Cümhuriyyətdən sonra repressiyanın girdabında, müharibənin dəhşətlərində üzülən məmləkətin inamına, ümid yerinə döndü. Ədəbiyyatı partiyanın təkərciyi, vintciyi hesab edən Sosializm-realizminin diqtəsindən fərqli olaraq milli mücahidlər doğuldu. 1988-ci ilin Milli İstiqlal savaşı “Lenin meydanı”ndan, Xəzərin sahilindən başlamışdı. Əbülfəz Elçibəyin, Tağı Xalisbəylinin, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Sabir Rüstəmxanlının millətə, məmləkətə üz tutub oyanışın, qurtluşun nəğməsini çağıran İstiqlal aşiqlərinin sırasında bir tarixi şəxsiyyət, ictimai-siyasi xadim də var idi ki, o dik duruşu, nitqi, kübar və əsilzadə görkəmi, məğrurluq, müdrikliyi ilə fərqli idi. O, Fətəli xan Qacardan, Nadir şah Əfşardan, Ağa Məhəmməd şah Qacardan, Gəncəli Cavad xandan, Ələkbər bəy Rəfibəylidən, “İstiqlal Bəyannaməsi”nə imza atan Xudadat bəy Rəfibəylidən, Xəlil bəy Xasməmmədovdan nişanə idi. Onun damarından bütün həyatını milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən, qələmini süngüyə çevirən, milli-mənəvi dəyərlər tariximizə Azərbaycan Kinostudiyasının, Milli Ensiklopediyanın qurucusu, Azərbaycan Yazıçılar İttifaqının sədri kimi yazılan Rəsul Rzanın, Nigar Rəfibəylinin, Qacarlar sülaləsinə bağlı Məmmədxanlıların qanı axırdı. O, Anardı! İmzası addan, mükafatdan belə yuxarıda duran, varlığı millət üçün Tanrıdan tale payı olan Anar! 1988-ci ilin Meydan hərəkatı, 20 yanvar dəhşətləri ilə müşayiət olundu. Oyanışın, Qurtluşun dastanını yazan xalqın gözünü qırmaq üçün 1990-cı ilin qarlı qış gecəsində onu güllə-boran etdilər. O müdhiş günlərdə Anarın haqq səsi Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı qədər kəskin idi. Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi İlham Əliyevlə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlişi, Qorbaçov rejiminə etiraz notası ünvanlaması, SSRİ Ali Sovetinin deputatları Tofiq İsmayılovun, Midhət Abbasovun, Arif Məlikovun, Anarın etiraz çıxışları, Mixail Qarboçov əl uzadarkən “Millətimin qanına batan əli sıxa bilmərəm” - deyib, ona tarixi dərs verən, şəcərə dəftəri ilə Xurşudbanu Natəvan və Mir Teyyub ağa müqəddəsliyinə bağlı Məleykə Həşimovanın iradəsi, o ağır, dar zamanlarda, buralarda, Qafqazlarda qüdrətli bir millətin, məmlkəkətin olduğuna sübut olmaqla yanaşı, SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyevə yazdırılan istefa ərizəsinin “Dağlıq Qarabağ Azərbaycanın ayrlmaz tərkib hissəsidir” nidasına bağlı olduğunu təsdiq etdi. 1990-cı ilin 22 yanvarında yüz minlərlə insan Şəhidləri çiyinlərinə alıb Çəmbərəkəndə qaldırdı. Xalq bununla, bu cəsarətli addımı, tarixi qərarı ilə 1918-ci il 31 mart soyqırımı şəhidlərinin məzarı üzərində “Dostluq parkı” salan imperiyaya unuda bilməyəcəyi dərs verib yerini göstərdi.Həmin gün Bakı kəndlərində qərənfil qalmamışdı. Şəhərə qərənfil yağmışdı. Kamil Cəlilovun ifasında “Zəminxarə” səslənirdi. O gün, bir yumruq kimi birləşən Xalq vardı, Çəmbərəkənd vardı, Əbədi İstiqlalın manifestini al qanı ilə yazan Şəhidlərin cənazələri vardı, Şəhidlərin kəfən yerinə geydikləri al qırmızı Qərənfillər vardı, bir də Nigar Rəfibəylinin, Pənahəli xanın son vərəsəsi, Qarabağın “Dürr-yekta”sı Xurşudbanu Natəvandan sonra bir başqa biçimdə təsvir etdiyi, təqdim etdiyi misralar vardı:
Qərənfili sevdi könlüm,
Çiçəklərin arasından.
Elə bil, iki damla qan sızır,
Ürəyimin yarısından.
“Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə yoxdan bir bayraq yapıb, dövlət quranların sırasında yer alan atası Xudadat bəy Rəfibəyli Nargin adasında güllələnib şəhid ediləndə Nigarın yeddi yaşı vardı. Bir qadın, bir ana, bir nənə kimi sevincin, səadətin səltənətindən payı olsa da, onun sinəsində Qacarların, Əfşarların, Cavad xanın, Ələkbər bəyin, Cümhuriyyətin dağları vardı. Dilə gətirməsə də, üzə vurmasa da, sözə köçürürdü. Azərbaycanın rəmzlərindən biri kimi onun imzasına, möhürbəndinə çevrilən Qərənfilə könlünün sevgisi, ürəyinin parası, həm də qan axan, qaysaq tutmayan yarası kimi baxırdı. Nigar Rəfibəyli elə baxmasaydı, “Qərənfili” qələmə aldıqdan düz bir qərinə sonra duyduqları, hiss etdikləri gerçəyə çevrilməzdi. 20 yanvar dəhşətlərindən sonra Qərənfil-Şəhidlərin, Şəhidlər Əbədi İstiqlalın rəmzinə, simvoluna çevrildi. Qan yaddaşımız oldu! Olmuşlara, olanlara, Qərənfil ömrünə baxmayaraq o, dünyanın ən xoşbəxt türklərindən, azərbaycanlılarından idi. “İstiqlal Bəyannaməsi”nə imza atanların sırasında Atası, Əbədi İstiqlalın Manifestini yazanların, “Müstəqillik Aktı”na imza atanların arasında Oğlu vardı: Anar!
Gəncə üsyanından – Gəncə qiyamına
Azərbaycan Xalq Cümhuriyyəyi Tiflisdə elan olundu. On gün sonra Gəncəyə köçürüldü. Cümhuriyyətin də, ölkənin də müqəddəsliyi ilə bağlı qərarlar məhz burada – Gəncədə alındı. Cümhuriyyət səlib yürüşünə, Qızıl Ordunun qırmızı terroruna, Bolşevik Rusiyasının hücumlarına məruz qalanda onun taleyi ilə bağlı qərar Gəncədə alındığı kimi, müqəddəratı ilə bağlı məsələlər də burada gündəmə gətirildi. Cümhuriyyət Tiflisdən Gəncəyə iyunun 16-da köçmüşdü. Onun aldığı ilk tarixi qərarların sırasında isə Gəncənin siyasi taleyi ilə bağlı qərar vardı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən, sentyabrın 17-nə , Bakı XI Qafqaz İslam Ordusu və Milli Ordu tərəfindən işğaldan azad olunanadək dövlətin müvəqqəti paytaxtı oldu. “1920-ci il aprelin 28-də isə Gəncədə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. 1920-ci il mayın 1-də Gəncədə Sovet hakimiyyəti quruldu. 1920-ci il mayın 25-də Gəncədəki Milli qüvvələr Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışlara başladılar. Mayın 28-dən 29-na keçən gecə bolşevik əsgərləri şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanın yatırıldığı bir neçə gün ərzində minlərlə üsyançı həlak oldu. Qızıl Ordunun Gəncədə üsyanı yatırılmasında ermənilər də iştirak edirdilər. Gəncə ermənilərinin kömək göstərməsi Qızıl Ordu əsgərlərində ermənilərə rəğbət doğururdu”. Bütün bu faktlar Xudadat bəy Rəfibəyli, Firudin bəy Köçərli, Abbas bəy Rəfibəyli, Hacı Məmmədhüseyn Rəfibəyli, Məhəmməd Rəfiyev, Əyyub bəy Rəfibəyli, Abuzər bəy Rzayev, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli kimi tarixi şəxsiyyətlərin bir qisminin on minlərlə gəncəlinin iştirakı, etiraz dalğası ilə baş tutan “Gəncə üsyanı”nın təşkilatçısı, iştirakçısı kimi ya yerində güllələndi, ya Bakıya gətirilib Nargin adasında ölümün ağuşuna atıldı. Şura hökumətinin bu torpaqlarda atı 70 il işlədi. Gəncənin adı 1935-ci ildə dəyişdirilib cəllad Sergey Mironoviç Kirovun “şərəfinə” Kirovabad qoyulsa da, 1989-cu ilin Milli Azadlıq Hərəkatından sonra onun tarixi adı yenidən bərpa edildi. 20 yanvar dəhşətləri, Heydər Əliyevsiz Azərbaycan üçün faciələri üst-üstə gətirdi.
Xocalı faciəsi, Qarabağın, Şərqi Zəngəzurun işğalı, ölkəni bürüyən səfalət, vətəndaş qarşıdurması, mərkəzi hakimiyyətin zəifləməsi Gəncəni yenidən siyasi mərkəzə, hərbi münaqişənin ocağına çevirdi. Surət Hüseynovun qiyamı, dövlət çevrilişi cəhdləri hər gün işğala məruz qalan Vətən torpaqlarında faciəni dərinləşdirdi. Xalqın iradəsi isə Naxçıvandan Bakıya dönən Ulu Öndər, siyasi sabitliyə nail olmaq üçün öncə Gəncəyə - Surət Hüseynovun “qərargahına” yollandı. İki tarixi şəxsiyyətin, ictimai xadimin- Aslan Abbasovun və Anarın Gəncəyə Ulu Öndərlə gəlişi artıq bütün Gəncənin mövqeyi idi. Onların hər ikisi bu müqəddəs torpaqda, bütün dövrlərdə ölkənin ikinci paytaxtı olan şəhərdə nüfuz sahibi idi. Anarın yeri, məqamı isə daha fərqli idi. Onun mənsub olduğu soyun tarixi şəxsiyyətləri Gəncənin qurucuları, xilaskarları sırasında yüz illər boyu yer almışdı. Nəinki yer almışdı, onun sarayında sultan, xan olmuşdu. Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. Təhlükəsizlik orqanlarında ən kiçik vəzifədən və rütbədən, ən ali vəzifəyə, rütbəyə qədər yüksəlmişdi. Bu məmləkətdə kimin, daha doğrusu hansı yaradıcı insanın, soyun, dəyərin nədən ibarət olduğunu yaxşı bilirdi. Qəhrəman, mərd, məğrur Gəncə tarixdəki rolunu və yerini sevdiklərinin üzü-suyu hörmətinə bir daha sərf-nəzər edib müəyyənləşdirdi. Əbədi Xilaskarına, Qurtuluşun Memarına-Ulu Öndərə söykəndi. Əliheydər Qarayev kimi öz qılıncına doğranan Surət Hüseynova yerini göstərdi.Hər şeyin dərmanı olan zaman öz hökmünü verdi. 1994-cü ilin Oktyabr hadisələri həqiqəti üzə çıxardı. Ulu Öndərin cəsarətli addımları ilə öncə “Atəşkəs”, sonra isə “Əsrin müqaviləsi” imzalandı. Lider-varis ənənəsinə söykənən Azərbaycan xalqı Ulu Öndərin diqtəsi ilə taleyini etibarlı əllərə - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə tapşırdı. 2020-ci ilin 44 günlük tarixi Vətən savaşından sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qarabağda, Şərqi Zəngəzurda Qayıdışın, Dirçəlişin dastanı yazıldı. Qurucu Əzizin nəvəsi Qurucu İlham, Ulu Öndərin Xilaskar varisi Qarabağın Memarı kimi Vətən torpağına can gətirdi. Qılıncla Qələmin vəhdətində qurulan yeni dünyada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın öz yeri, məqamı oldu. “Vaqif Poeziya Günləri”, “Xarıbülbül” Musiqi Festivalı, Molla Pənah Vaqifin məqbərəsinin Heydər Əliyev Fondu, ölkənin Birinci Vitse-prezdenti xanım Mehriban Əliyeva tərəfindən bəpra olunduğu gün xalq 1993-cü ilin Gəncə səfərini, bir də “Dədə Qorqud” filminin son səhnəsini yada saldı: “Çağlayıb axan sularımız qurumasın. Qanadlarımız qırılmasın. Uca dağın ocaqları həmişə yanar olsun!”
Nigar-Rəsul sevgisi – bir məhəbbət əfsanəsi
“Qabusnamə”də təsvir olunan əfsanələr çoxdu. Biri də belə başlayır. “Şərqdə bir quş var: O hər gün ötüb deyir: “Yaxşını yamana, yamanı yaxşıya yaz”. Ancaq bircə gün: “Yaxşını yaxşıya yaz” deyib ötür. Rəsul Rza ilə Nigar Rəfibəylinin alın yazısı onları yaxından tanıyanların yadına həmişə bu əhvalatı salıb. Rəsul Rza Nigar Rəfibəyliyə könlünü açanda quruluşun, zamanın üstünə yeridiyini bilirdi. Onların nigahı 37-ci ilin dəhşətli repressiyalarının tüğyan etdiyi günlərə təsadüf edirdi. Gecə gələn qara maşınlar Hüseyn Cavidi, Salman Mümtazı, Hənəfi Zeynallını, Mikayıl Müşfiqi, Əhməd Cavadı, daha kimləri, kimləri zindana, sürgünə, Nargin adasına aparırdı. Rəsul Rza isə “İstiqalal Bəyannaməsi”nə imza atan, Cümhuriyyətin ilk səhiyyə naziri, Gəncənin general-qubernatorunun, ən əsası Bolşevik Rusiyasına, Qızıl ordunun Qırmızı terorruna etiraz edib “Gəncə qiyamı”nın əsas təşkilatçılarından biri kimi Nargin adasında güllələnən Xudadat bəy Rəfibəylinin qızı, Difai Partiyasının Gəncə bölməsinin sədri Ələkbər bəy Rəfibəylinin nəvəsi ilə izdivaca gedirdi. 30-cu illərin repressiyasının tüğyan etdiyi bir dövrdə bu ölümü gözə almaq, başını edam kötüyünə qoymaqdı. O, Rəsul Rza idi. Deyirlər, Firon İbrahim peyğəmbəri oda atmaq üçün tonqal çatdırır. Qövm iki yerə bölünür. Yarısı Peyğəmbərin, yarısı da Fironun yanında yer alır. Bir də görürlər ki, bir qarışqa gölməçədən ağzında su götürüb gəlir və tonqala yaxınlaşır. Sual edirlər: Ağzındakı bir damcı su ilə tonqalı söndürmək olarmı? Müdrik, yüku həmişə boyundan, çəkisindən ağır olan qarışqa deyir: Bilirəm, bir damcı su, tonqal söndürməz, amma, Səfimi müəyyən edirəm”. Rəsul Rzanın 37-ci ildə Nigar Rəfibəyli ilə nigaha getdiyi gün, Onun Səfini müəyyənləşdirdiyi gün idi. Ondan 28 mayın əzəməti, 28 aprelin dəhşəti boylanırdı. O, həmin gün “İstiqlal Bəyannaməsi”nə imza atan Liderin, millət və dövlət qurucusunun qızının əlindən tuturdu. O əl sıradan bir əl deyildi. Onda Qacarların, Əfşarların, Osmanlı sultanlarının, Cavad xanın, Ələkbər bəy Rəfibəylinin, ən əsası Xudadat bəy Rəfibəylinin sığalı vardı. Nigar Rəfibəyli böyük ədəbiyyata 1928-ci ildə, 16 yaşında “Çadra” şeiri ilə gəldi. “Şeirlər”, “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşam düşsən yadıma”, “Şanlı nəsillərin yadigarısan”, “Zəfər nəğməsi”, “Anaların səsi”, “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır”, “Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən” kitabları, Məhsəti Gəncəvi, Evripid, Şiller, Çexov, Voyniç, Qonçar, Puşkin, Lermontov, Şevçenko, Petrofi, Mitskeviç, Seriteli, Əlişir Nəvai kimi dahilərin irsindən etdiyi tərcümələrlə qaldı. O, 1913-cü ildə Gəncədə doğuldu, şöhrətin çələngini Bakıda başına qoydu. İlk sevginin hənirtisini, qəlb çırpıntısını, qadın məhəbbətini, ana səadətinin, nənə müqəddəsliyini də, burada yaşadı. Sürgün illərinin məşəqqəti onu 15 yaşından çörək qazanmağa məhkum etmişdi. 1927-ci ildə Kinostudiyada tərcüməçi kimi əmək fəaliyyətinə başlamışdı. 30-cu ildə Maarif Evində könlünün sultanı ilə ilk dəfə üz-üzə gəlmişdi. Qəribəsi, maraqlısı, daha dəhşətlisi də, odur ki, ilk məhəbbəti onu hədəfə alanların, incidənlərin, ilk qəlb çırpıntısına görə tənqid edənlərin sırasında yer almışdı. Amma, su axıb çuxurunu tapan kimi, onlar da, “İkimizdə bir ürək var” – deyib əl-ələ, ürək-ürəyə, kürək-kürəyə verib xan Çinara, qos-qoca Palıd ağacına çevrilmişdilər. Nigar Rəfibəylinin Moskvaya Ədəbiyyat İnstitutunda təhsil almağa yollanması böyük və sonsuz sevgisini də Moskvaya gətirmişdi. Bir yerdə təhsil alıb dönəndən sonra 1937-ci ildə Əbədi sevginin dəryasına varmışdılar. “Moskva göz yaşlarına inanmasa da”, Əbədi məhəbbətə, sonsuz sevgiyə inanmağa məcbur olmuşdu. Bu özəl, gözəl tanışlıqdan, Tanrıya xoş gedən nikahdan Anar, Fidan, Təranə doğulmuşdu. Səfərovların incisi Zemfira gəlin gəlmişdi. Bir-birindən qiymətli nəvələr, nəticələr “Bir qəlbdə iki can – Azərbaycan” olan Nigarla Rəsulun əfsanəvi sevgisindən ilham almışdılar...
Dərya kənarında bir ev tikmişəm
Nigar Rəfibəyli dünyaya gələndə atası Xudadat bəy ona vaxtsız ayrılığı ilə ailəyə kədər yaşadan bacısı Suğra xanımın adını vermişdi. Türk ədəbiyyatını oxumağı, mütaliə etməyi sevən, şəcərə dəftəri ilə də, Osmanlı sultanlarına bağlı olan Cəvahir xanım onu Nigar deyə çağırır. Ad dönür onun taleyi olur. Tanrının mələklərin qanadında yer üzünə endirib Peyğəmbər əleyhissəlamın ruhundan cücərtdiyi “Şüəra” və “Qələm” surələri ilə müjdələnən Nigar Nigar Rəfibəyli kimi 30-cu illərdən sonra budaqları budanan Soy Ağacının Dirilik Suyu olur. Sürgün illərini Bakıda anası Cəvahir xanımla keçirən, Qacarlar səltənətinin Şahbanularından biri saraydan saraya deyil, yosmaca evdən yosmaca evə gəlin gedir. Bakı Qara ağacları, Göyçay, Gəncə, Zəngilan xan Çinarları ilə məşhurdur. Ağlım kəsəndən, özümü dərk edəndə Rəsul Rza irsini həmin xan çinarlara bənzətmişəm. Oğuz xaqanla bağlı əfsanədən birində buyrulur: Suların bağrında bitən Qaba Ağacın yaxasının bağı cözüldü. Oradan altun saçlı, ala gözlü, sarıbənizli bir xatun çıxdı. Oğuz xaqanın ondan Ayxan, Gün xan, Dəniz xan adında oğulları doğuldu. Onlar Boz oxların, Üç oxların dastanını yaratdılar. Nigarla Rəsul Bakıda ala gözlü Xəzərin yaxasında tanış oldular. Rəsul Qaba Ağacının diyarından gəlmişdi. Göyçayda doğulmuşdu. Gəncədə oxumuşdu. Nigar onun rastına Oğuz xaqanın qarşısına çıxan, Qaba Ağacdan doğulan sarı bənizli, ala gözlü altun saçlı qız kimi çıxmışdı. Rəsulun gözünə Bəxt üzüyünün firuzə qaşı kimi görünmüşdü. Yoxsa o, nədən qərib, kimsəsiz şəhərdə bu misraları muncuq kimi ipə-sapa düzəydi?
Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır nədəndir?
Yaman gündə dost əlindən bərk yapış,
Dünyanın həvəsi gəldi gedərdir.
Onlar yaman gündə 30-cu illərin qara yellərinin əsdiyi, qara buludların ətəyini sıxdığı illərdə əl-ələ verdilər.
Necə çətin olsa ömrün yolları,
Birlikdə yorulmaz vurarıq başa
– dedilər. “Bir baxışla qəlbə məlhəm oldular”. Əbədi sevginin, düz ilqarın eşqinə bir-birinə dağ bilib söykəndilər. Əsrə bərabər illəri millətə, məmləkətə təmənnasız xidmətdə keçirdilər. Repressiyaların, müharibənin, 50-ci illəri Xruşşov yumşalmasının, 60-cı illərin yaddaşa qayıdış ideologiyasının öndərlərindən oldular. Övladlar böyütdülər. Hər biri yeriyən Azərbaycan olan övladlar. Nigar Rəfibəylinin bir Qacar Şahbanusu kimi Bakıda ömrü boyu iki səltənəti, möhtəşəm sarayı olmuşdu. Onun biri ala gözlü Xəzərdi. Cümhuriyyət atası Xudadat bəy Rəfibəylinin cisminin və ruhunun yiyəsi Xəzər. Digəri Kəlam və Qələm Rəsul Rzanın – ala gözlü Rəsulun bütöv Azərbaycan, Turan, türk dünyası boyda olan Könlü idi. Bu səbəbdən də onsuz, daha doğrusu onlarsız keçən gecələr uzun olurdu:
Ala gözlüm səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər,
Tezdən açır, vaxtsız solur neyləyim?
Bu misralardan təkcə Nigar Rəfibəylinin yardan ayrı qara gecələrin, uzun gecələrinin ağrısı, acısı boy vermir. Onda Qarabağdan, ilk məhəbbətindən qoparılan Ağabəyim Ağanın, Qubalı Fətəli xanın könlünün sultanı Tutu Bikənin, Cavad xanın qisasını qiyamətə qoymayan, Sisianovun təqdim etdiyi qızıl dolu təzminat torbasını “Osmanlı tokatı” kimi onun üzünə çırpan Bəyim xanımın, Köçdən köçə qoşulduqca Firudin bəy Köçərlinin əlyazmalarını, çırağını, kül qabını, alışqanını” yar əmanəti kimi yanından, ürəyinin başından ayırmayan Badisəba xanımın, “Soyadınızı dəyişin, Sizi Şimali Qafqaza göndərək” deyib, ona yardım etmək istəyən müstəntiqi: “Oğlum, bəy titulumu Axundzadəyə dəyişdim, Əhməd Cavadı kimə dəyişim” Sualı ilə heyrətləndirən Şükriyyə xanımın, Şamil bəy Mahmudbəyovun yolunda şimal səhralarına qədər pay-piyada gedən Məhbubə xanım Qacarın, ən əsası bolşevik cəlladı Əliheydər Qarayevin boğazını: “Atın yerinə eşşək bağlamaram” nidası ilə qurudan anası Cəvahir xanımın həsrəti, nisgili, əbədi sevgisi vardı.20-ci illərin qara yellərindən, 30-cü illərin dəhşətli repressiyalarından sonra Cavidin Müşgünazının, Nəriman Nərimanovun Gülsümünün, Firudin bəyin Badisəbasının, intizar gözləri çiçək kimi yol çəkən fədailərin nə çəkdiyini Nigar Rəfibəyli qədər anlayan bir də onların özləri, doğmaları idi. Elə olmasaydı, göydə mələklərə, suda pərilərə bağlı olan bu misralar zamanın, quruluşun, həsrətin, hicrətin, mühacirətin rəngli göz yaşına, tablosuna, yaddaş illüstrasiyasına çevrilməzdi.
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır neyləyim.
Ötən əsrin əvvəlində görkəmli maarifçi, ictimai xadim ilk kitabxananın, qiraətxananın, teatr truppasının qurucusu Həbib bəy Mahmudbəyov Sultan Məcid Qənizadə ilə birlikdə Staroselski və Kolubakin küçələrinin kəsişdiyi yerdə, neft milyonçusu Hacı Hacıağa Dadaşovun dörd gözlü dükanını kirayə götürüb ilk Rus-Tatar Məktəbini qurdu. Bu millətin cəhalətdən qurtuluşu üçün Mirzə Fətəli Axundzadədən, Mirzə Kazım bəydən, Abbasqulu Ağa Bakıxanovdan, Hacı Zeynalabdin Tağıyevdən, Həsən bəy Zərdabidən sonra atılan cəsarətli addım idi. Hər dəfə Zərgərpalan küçəsi ilə Nigar Rəfibəyli küçəsinin kəsişdiyi həmin nöqtədən keçəndə lal sükuta dalır, Həbib bəylə birlikdə Sultan Məcid Qənizadəni ehtiram hissi ilə anıram. Şeyx Nizami Gəncəvinin adını daşıyan küçədən keçəndə isə paralel küçəyə burulub “Kitab pasajı”nda növbəyə durduğum illərə dönmək istəyirəm. Bu küçə mənim kimi 80-cı illər insanı üçün həmişə əziz olub. Bakının ən qiymətli Kitab Evi burada idi. Bu küçədən keçəndə, daha doğrusu “Kitab pasajı”nın önündə dayananda isə qulağıma uzaqdan, lap uzaqdan “Cahargah” dəsgahının iki əsas şöbəsindən biri - “Bəstə-nigar” təsnifi gələrdi. Şair Ramiz Qusarçaylını Qubada deyil, Bakıda “Pasaj”ın qabağında nəfəs-nəfəsə duyar, dinləyirmiş kimi pıçıldayardım:
“Altda ürək, üstə Nigar,
“Bəstə-nigar, “Bəstə-nigar”.
Gözlərimi qaldırıb kitab dükanının üstündəki pəncərəyə - Kitab Adamların – Rəsul Rza ilə Nigar Rəfibəylinin dünyasına sarı boylanardım...Şura hökuməti gələndə, Cümhuriyyət Qızıl Ordunun Qırmızı terroruna məruz qalanda Nigarın 7 yaşı vardı. Bolşevik Rusiyası Xudadat bəy Rəfibəylini Nargin adasında güllələyib Xəzərdə qurda-quşa yem edəndən sonra kini, nifrəti, qəzəbi soyumadı. Onun tifaqını dağıtdı. Mülkünü, malikanəsini müsadirə, ailə üzvlərini, doğmalarını sürgün etdi. Tanrının Kəlam və Qələm müqəddəsliyi ilə müjdələnən tək və yeganə qızı Nigar Rəfibəylinin adını daşıyan ünvanda iki millət fədaisinə-Rəsul Rza ilə Nigar Rəfibəyliyə Dərya kənarında, Xəzərin ətəyində dövlət tərəfindən ev verildi. Azərbaycan Bakıdan, Bakı Səbail qəsrindən başlayır. Qədim-qayım Səbailin 200 illik inkişaf tarixində “Tarqovi” deyilən, Nizami küçəsinin öz yeri var. Kimin bu əl, ürək boyda ünvana necə baxmasından, dəyər verməsindən asılı olmayaraq buralar mənim üçün həm də, ikinci paytaxtımızdan – Gəncədən nişanədi. O yandan da, bu yandan da keçəndə qabağına Gəncənin kamalda xan, cahanda sultan simaları çıxır: Nizami Gəncəvi və Nigar Rəfibəyli, hər ikisi də:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin? – deyir.
Şura hökuməti Xudadat bəy Rəfibəylinin tifaqını dağıtdı. Qanını dəryaya – ala gözlü Xəzərə axıtdı. Tanrı onun gözünün nuruna, ruhunun və cisminin davamçılarına, vərəsələrinə Dəryalarda üzən Rəsul Rza və Nigar Rəfibəyli gəmilərindən pay verdi. Birinin suyu qurtaranda, özgə gəmidən yox, digərindən alacaq qədər müqəddəsliyə sahib Gəmilər! Tanrı onlara həm də, Dərya kənarında ev tikdi. Mənim verdiyimi məndən savayı kimsə ala bilməz deyib, əbədi, sonsuz, hüdudları məlum olmayan Sevgisini nəğməyə çevirdi.”
Dərya kənarında bir ev tikmişəm,
Hasarın çəkmişəm, üstün örtmüşəm.
Ay bu gələn gözələ gözüm dikmişəm.
Bağçada güllər,
Oxur bülbüllər,
Elə deyirələr,
Yenə yaz gəlir.
Dərya kənarındakı evdən Rəsul Rza cismən aprelin 1-də, Nigar Rəfibəyli iyulun 9-da ayrıldı. 1981-ci ilin yazı belə gəlmişdi...
2025-ci il mayın 31-də onlar yenidən Fəxri Xiyabandan qopub “Yar yarından ayrı qüssə, qəm eylər”, “Sonalar göllərdə gəzərlər qoşa” deyib, Dərya kənarına gəldilər. O gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Rəsul Rzanın ev muzeyinin yaradılması” haqqında 2022-ci ildə imzaladığı Sərəncam icra olunur, Muzeyin açılış mərasimi keçirilirdi...
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)
Yekaterinburq hadisəsində güzəştə yol vermək olmaz!
“Ədəbiyyat və incəsənət” portalının poçtunda Yekaterinburqda baş verən qanlı olayla bağlı müxtəlif yazılar, müraciətlər, tələbnamələr var. Onlardan birini “İpək yolu” İctimai Birliyinin sədri, tanınmış jurnalist Aida Eyvazlı Göytürk yazıb.
Yazını aktuallığını nəzərə alaraq diqqətinizə çatdırırıq.
Hər zaman Qafqazın, türk torpaqlarının hesabına dolanan Rusiya İmerializmi biz müstəqil olandan sonra, bizə qan uddurur. 15 respublika içərisində ən çox qanı axıdılan biz olduq. 30 il Qarabağ uğrunda oğullarımızın qanını içdilər, Qarabağı azad edəndən sonra da ermənilərə qahmar çıxıb, adı "sülhməramlı" olan quldurlarını Azərbaycanda saxladılar ki, yenə qanımızı içsinlər.
Bizim qanımız axdıqca, o güc alır...
Bu imperialist və irticaçı dövlətin başında kimin olmasından asılı olmayaraq, hamısının bir dərdi var: türkü-türkə qırdırmaq, az saylı xalqları düşmən etmək və bunun nəticəsində isə varlanmaq.
Rus imperializmi heç bir dövləti müstəqil görmək istəmir. 2008-ci ilin avqust ayının 8-də Gürcüstanın müstəqilliyini parçalayanda, Putinin yerində əvəzedici işləyən marionet Medvedev jurnalistin sualını belə cavablandırdı: "Müstəqillik , hələ müstəqil olmaq demək deyil!".
Tarixdən yaxşı bilirik ki, Rusiya İmperiyası 1721-ci ildə türk torpaqlarının hesabına varlanıb və qurulub. O zaman rusa baş əyməyən türkləri, yerli tayfaları yanan dəmir sobaların üstündə otuzdururdular, ayaqlarını qaynar kömürlərin, dəmir plitələrin üstünə qoyurdular. Bədənlərinə dağ basırdılar. Əllərindəki var-dövlətini alırdılar. Məcburi xristian dinini qəbul etdirirdilər. Bu, rus imperializminin yaşam metodu və daxili konstitusiyasıdır. Pyotrun vaxtında da belə olub, Yekatrinanın vaxtında da...
Elə 2 gün öncə Yekaterinburqda soyqırıma məruz qalan soydaşlarımız da (hələlik 5 nəfərin öldürüldüyü deyilir) Yekatrinanın zəbt elədiyi, dəmiri və filizi ilə zəngin olan bu türk torpaqlarında elə XVII əsrdəki kimi sorğusuz-sualsız qətl ediliblər.
RUS FTX (FSB)-sinin tutalım ki, 2001-ci ildə baş verən cinayət hadisəsi barədə şübhəli bildikləri var. Axı cinayət hüququnda prosesual qaydalar var.
Rus FSB-sinin azərbaycanlılara qarşı törətdiyi qəddar cinayət elə Xocalı faciəsini xatıladır. O faciəni də törədənrusun 366-cı alayı idi.
2001-ci ildə baş verən cinayəti 1997-ci ildə doğulan uşaqdan soruşmaq, ona işgəncə və əzab vermək, ancaq əxlaqsız rus imperializm aparatına yaraşır.
Ey rus, İsrail İranı bombalayanda sənin aktyorlarını qonaq kimi qarşılayıb yola saldıq. Süfrəmizin başında otuzdurduq. Ona görə etmədik ki, səndən qorxuruq, biz öz mədəniyyətimizi, tarixi ədalətimizi göstərdik.
Sən neylədin? Azərbaycan Prezidentinin təyyarəsi səmada ikən, Qroznı üzərindən uçan sərnişin təyyarəmizi vurdun! Cavab istəyirik, cavab vermirsən. Cinayətkarların cəzalanmasını istəyirik, cinayətkarları cəzalandırmırsan. Çünki ən böyük cinayətkar və cani özünsən.
Ukraynada uduzduğun müharibənin əvəzini Qalib və Zəfər qazanmış Azərbaycandan çıxırsan. Bəli, bilirik ki, bizim qələbəmizi həzm edə bilmirsən. Sənə nə qədər verməliyik ki, gözlərin doysun?
Bizə və digər qonşu ölkələrə, Rusiya daxilində yaşayan türk dövlətlərinə inkişaf etmək üçün yol qoymadın.
Ukrayna kimi gözəl bir ölkəni cəhənnəmə çevirdin. Oraya atdığın bombaların əvəzinə Rusiyanın tərkibində məcbur saxladığın nasleqləri, rayonları, kəndləri abadlaşdır. Sən məktəb tikmirsən, uşaqları öldürürsən.
Rusiyada artıb-çoxalanlar ancaq türk xalqlarıdır. Gör bir nə qədər türkü Ukraynaya göndərib öldürdün. İndi hər tərəfin qəbristanlıqdır.
Ona göprə də Azərbaycandakı abadlıqlara baxıb kor olursan.
Buradan üzümü Rusiyadakı imperiya təəssübkeşlərinə tutub deyirəm: Əlinizi azsaylı, çoxsaylı xalqlardan, respublikalardan çəkin!
Buradan üzümü dövlətimə tutub deyirəm: Yekatetinburqda zərər görən, qətl edilən azərbaycanlıların başına gətirilən cinayət hadisəsinə görə beynəlxalq səviyyədə məhkəmələrdə, istintaq əməliyyatları və şahid dindirlməsi proseslərinə iştirak etməyə vəkillər ayrılsın. Azərbaycanlı ziyalılarımız biz də həmin vəkillərin tərtib etdikləri məktubla Haqadakı Avropa məhkəməsinə müraciət edək!
Terror yolverilməzdir!
“Ədəbiyyat və incəsənət”
(30.06.2025)
Rusiyanın dövlət və özəl müəssisələrinin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilib
Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədəAzərTAC-a Azərbaycanın Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn paltformalarına müraciət edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(29.06.2025)
Очевидно, что это очередное кровавое проявление давления на азербайджанцев в России! – САЛИМ БАБУЛЛАОГЛЫ
Прошу вас не жалеть своих возможностей и личного авторитета, чтобы трагедия одной азербайджанской семьи и рода не углублялась!
Сергею Шаргунову - председателю Ассоциации союзов писателей и издателей России, Депутату Государственной думы Федерального собрания Российской Федерации;
Ркаилу Зайдулла - Народному поэту Татарстана, председателю Союза писателей Татарстана
Максиму Амелину - главному редактору издательства «ОГИ»
Михаилу Замшеву - главному редактору «Литературной газеты»
Юрию Викторовичу Коноплянникову - председателю Московского сообщества писательских сообществ
Айгизу Баймухаметову - председателю Союза Писателей Башкордостана
Уважаемые коллеги!
Вчера в Екатеринбурге российскими правоохранительными органами (по сообщениям некоторых источников, СОБР, ФСБ, ОМОН, полиция) была проведена операция, по сути, нападение, налет, в результате которой задержано около 50 азербайджанцев. Согласно официальным и неофициальным источникам, эта операция якобы связана с убийством азербайджанца, произошедшим 20-25 лет назад.
Суть в том, что нападение произошел в основном в домах членов семьи Сафаровых. Из числа задержанных Зияддин Сафаров и Гусейн Сафаров позже были убиты, а Бакир Сафаров и несколько других лиц получили разного рода телесные повреждения. По неподтвержденным информациям состояние некоторых из них очень тяжелое.
В настоящее время тела убитых членов семьи Сафаровых не выдаются родственникам. Встречи и контакты членов семьи и адвокатов с тяжелоранеными и изолированными лицами (Бакир Сафаров, Аяз Сафаров, Акиф Сафаров, Мазахир Сафаров, Камал Сафаров, Магомед Сафаров и др.) не предоставляются, подробной официальной информации об их состоянии здоровья нет.
Обращаясь к вам, хочу привлечь ваше внимание к одному вопросу.
Хочу, чтобы вы знали, что я знаком со многими членами семьи Сафаровых. С Сейфаддином Гусейнли (Сафаровым), братом убитых Гусейна и Зияддина, я работаю бок о бок более 20 лет. Сейфаддин Гусейнли – известный литературовед, переводчик, журналист, главный редактор журнала «Мировая литература», заместитель главного редактора самой популярной и ежедневной газеты Азербайджана – «525-й газеты», а также переводчик русской прозы. Убитый Зияддин Сафаров был глубоко верующим и очень порядочным человеком, предположить его участие в каком-либо преступлении абсурдно.
Даже если предположить, что эта операция и нападение связаны с убийством одного азербайджанца (!), произошедшим когда-то, то арест такого количества людей с помощью рейда и спецоперации, вероятное жестокое убийство двух человек, и тяжелые телесные повреждения, нанесенные другим, кажутся нелогичными и юридически необоснованными. С другой стороны, разве путь ареста и привлечения к расследованию конкретного лица, предположительно причастного к убийству 25-летней давности, с соблюдением соответствующих юридических процедур – это рейд?
Сегодня в азербайджанской семье происходит тяжелая трагедия с участием российских правоохранительных органов. Я уверен, что это дело связано не только якобы со старым преступлением. Очевидно, что это очередное кровавое проявление давления на азербайджанцев в России, национальный конфликт, свидетелями которого мы уже неоднократно становились. При этом в таких случаях не учитывается, являются ли эти азербайджанцы гражданами России, точно так же, в трагедии, о которой я говорю. Конечно, не исключено, что в этом процессе значительную роль сыграли чьи-то бизнес-интересы, чья-то национально-этническая злоба.
Я не сторонник поспешных выводов, я знаю, что это иногда могут истолковать как давление и вмешательство в расследование; хотя я и не настолько наивен, чтобы ожидать объективного решения от следствия.
Причины моего обращения к вам следующие:
-Согласно азербайджанским и исламским обычаям, умерших людей необходимо быстро похоронить. Пожалуйста, помогите с выдачей тел Зияддина Сафарова и Гусейна Сафарова (для медицинско-экспертных процедур после их смерти – если это необходимо правоохранительным органам РФ, 2-3 часов должно быть достаточно); в противном случае, то есть невыдача тел вовремя, увеличит и подтвердит вероятность жестокости и насилия, совершенных правоохранительными органами.
-Пожалуйста, помогите с публикацией официального заявления о состоянии здоровья тяжелораненого Бакира Сафарова и других задержанных (Аяза Мохбалы оглы Сафарова, Акифа Мохбалы оглы Сафарова, Мазахира Мохбалы оглы Сафарова, Камала Гадимали оглы Сафарова, Магомеда Мазахир оглы Сафарова), а также с организацией их встреч с членами семьи и освобождением их домой.
-Помогите обеспечить достаточные меры для безопасности других членов семьи Сафаровых.
Каждый из вас — известный, авторитетный литератор, общественный деятель, выдающийся представитель литературы и культуры Российской Федерации. Прошу вас не жалеть своих возможностей и личного авторитета, чтобы трагедия одной азербайджанской семьи и рода не углублялась.
С уважением,
Салим Бабуллаоглу
Секретарь Союза писателей Азербайджана
“Ədəbiyyat və incəsənət”
(28.06.2025)
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN Xidmət” dən verilən məlumata görə, uşaqlar parkur yarışlarında qələbə üçün mübarizə aparıblar. Azərbaycan Milli Güləş Yığmasının üzvü, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya çempionu, 4 qat Avropa çempionu, Avropa oyunlarının qızıl mükafatçısı Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar bu idman növünün ən maraqlı sirrlərinə yaxından bələd olublar.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə, “Bilim Bakı” mərkəzinin isə
kompozisiya təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər.
ABAD tərəfindən ebru sənəti üzrə təşkil olunan ustad dərsi, eləcə də "Dayaq Xeyriyyə"nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda baş tutan təlim marağa səbəb olub.
Düşərgə çərçivəsində iştirakçılar Kənan Zamanovun və Eyvaz Cəfərovun doğum günləri də qeyd olunub.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Səbinə Əsgərova müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.
Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub.
Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;
Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;
Dəstəkçilər: Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “Bilim Bakı” Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi;
Media dəstəyi: ASAN Radio/TV
“Ədəbiyyat və incəsənət”
(28.06.2025)
Yekaterinburqda azərbaycanlılara qarşı elan edilmiş müharibənin arxasında kimlər dayanır? KRİK TV REALLIĞI
Varis, “Ədəbiyyat və incəsənət”
Dünən səhər saatlarında bu xəbər ildırım sürəti ilə yayıldı və hamını kədərlə yüklədi:“İyunun 27-də Rusiyanın Yekaterenburq şəhərində OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi - red) azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb”.
Sonradan tanınmış jurnalist, ədəbiyyatşünas, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli mediaya belə bir açılama verdi:
"İki qardaşım Rusiyada işgəncələrlə öldürülüb, bir qardaşım isə hazırda polis bölməsində saxlanılır. Polis öldürülən qardaşlarım Ziyəddin və Hüseyn Səfərovların meyitini doğmalarına təhvil verməyib. 1964-cü il təvəllüdlü digər qardaşım Bakir Səfərov isə hələ də içəridədir. Ən azından, sağ olduğunu bilirik. Ordakıların vəziyyəti barədə isə bir məlumat ala bilmirik”.
Yerli mediamız hadisənin bəzi təfərrüatlarını da ortaya qoydu. APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.
Belə ki, ötən gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.
Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Rusiyanın mediası saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.
Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.
"Onları tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri e1.ru saytına bildirib.
Son məlumata görə isə, vəhşicəsinə öldürülən Səfərov qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu da əməliyyat zamanı öldürülüb.
Bunlar aysberqin görünən tərəfləri.
İndi isə gəlin görünməyən tərəflərinə keçək.
Tutalım, ortada hər hansı cinayət tərkibli iş var. Bu sayaq vəhşiliklə əməliyyat keçirib insanları məhv etmək nəyə lazımdır? Ədaləti bu sayaq ədalətsizlikləmi qoruyarlar?
Haqlı bir sual doğur. Bu, qanunçuluğun qorunması yolunda sadəcə bir hüquq-mühafizə əməliyyatıdırmı? Mən deyərdim, yox. Mənim qənaətimə görə, bu, ötən əsrdə Rusiyada qeyri-ruslara qarşı geniş yayılmış skinhed hərəkatının yeni dalğasının təzahürüdür.
Bu ilin əvvəllərində YouTube platformasında qarşıma Rusiyanın Yekaterinburq vilayətinin regional telekanalı olan Krik.TV-nin bir süjeti çıxdı. Aparıcı Aleksey Kuznetsov azərbaycanlıların işlətdikləri bir avtoyuma məntəqəsini hədəfə almışdı, küçəyə çirkab su axıdılması, bura gələn avtomobillərin yolu bağlayaraq sakinlərə narahatçılıq yaşatmalarını bağıra-bağıra izhar edirdi.
Sonradan həmin bu Aleksey Kuznetsovun azərbaycanlıların işlətdiyi bir restorana soxularaq orda qeyri-qanuni çəkilişlər apardığını gördüm, o, sakinlərdən restoprandan çıxan kabab tüstüsünün, bura gələn müştərilərin səs-küyünün onlara necə mənfi təsir etməsi barədə müsahibələr alaraq öz proqramını konkret ittihamlar şəklində qurmuşdu.
Daha sonra Krik.TV car çəkəndə ki, azərbaycanlılar Yekaterinburqda azyaşlı rus qızını zorlayıblar, illər öncəyə söykənən bu xəbərin (doğru-dürüst olması belə şübhə altındadır) tirajlanması artıq məndə fikir yaratdı ki, bu süjetlər heç də təsadüfi deyil və həmyerlilərimizə qarşı düşmən münasibət yaratmaq, ictimai nifrət formalaşdırmaq məqsədi daşıyır.
Yekaterinburqdakı “Azərbaycan evi”nin qeyri-qanuni tikilməsi, Azərbaycan Diasporunun Qərargahına Aleksey Kuznetsovun komandasının zorən soxularaq kameraları diaspor rəhbəri Şahin Şıxlinskiyə tuşlamaları, ona ittiham irəli sürmək həddinədək ağ eləmələri, "Reznans" adlı proqramın sırf azərbaycanlılara qarşı tribunaya çevrilməsi isə proses zəncirinin növbəti halqaları idi.
Aleksey Kuznetsov öz kök əndamı və həyasız çığırtıları ilə vilayət rəhbərliyini, hüquq-mühafizə orqanlarını azərbaycanlılardan rüşvət almaqla onların cinayətlərini ört-basdır etməkdə suçlayırdı, telesüjetlərini əməlli-başlı həmyerlilərimizə qarşı ictimai hərəkata çevirmişdi.
Məncə, dünənki hadisələrin mayası da məhz buradan yoğrulub.
Azərbaycanın Yekaterinburqda Konsulluyğu var, Moskvada Səfirliyimiz var, bizim Diasporların İşi üzrə Dövlət Komitəmiz var, bizim Xarici İşlər Nazirliyimiz var. Düşünürəm ki, bu hadisənin üstündən elə-belə keçməməlidirlər, çünki bu hadisə Rusiyanın digər regionlarına da qeyri-ruslardan (bu halda məhz azərbaycanlılardan) qurtulmaq ssenarisinin başlanğıcı ola bilər.
Allah xalqımızı hifz eləsin!
Şəkildə: Krik.TV-nin aparıcısı Aleksey Kuznetsov azərbaycanlılara qarşı növbəti ittihamlarını irəli sürür.
“Ədəbiyyat və incəsənət”
(28.06.2025)
Yaşasaydı, Hüseyn Dəryanın 50 yaşı tamam olardı...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O vaxt ABŞ-da yaşayanda işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı da rep musiqisi dinləyərək, necə deyərlər, yerlərində dingildəyirdilər. Bir gün həmin gənclər məni bir məclisə dəvət etdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxartdığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazı sifət göstərənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dilləndim:- "Dostlar, görürəm ki cazı xoşlamırsınız. Nədən belədir, deyə bilmərəm, amma mən bildiyim qədər rep küçə uşaqlarının mahnısıdır. Caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?"
Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki: "Ser, sən lap atamız bizə söylədiyi kimi danışdın. "Caz" Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. "Rep" isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib..."
Bu hadisəni niyə sizinlə bölüşdüm? Axı, yaşasaydı, sabah - iyunun 29-u Azərbaycan repçisi Hüseyn Dərynın 50 yaşı tamam olacaqdı.
Düz on bir il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra isə biz ABŞ-a köçmüşdük. Yəni artıq Amerikaya köçməmişdən qabaq "Rep"-dən məlumatım var idi. Hüseyn Dəryayla isə Sumqayıtda, dəniz sahilindəki kafelərdən birində tanış olmuşdum. Dediyinə görə, hər axşam kafeyə gəlib özünün bəstələdiyi "Rep" mahnılarını oxuyurdu...
Yeri gəlmişkən, Hüseyn Dərya Bakının Bakıxanov qəsəbəsində anadan olub. Atası əslən laçınlı, anası isə Ermənistan azərbaycanlısı idi. İlk təhsilini Nərimanov rayonunda fəaliyyət göstərən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bu məktəb, onda şeir vəznlərinə maraq oyadıb. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, o, təhsilindən imtina edərək, Birinci Qarabağ müharibəsinə qatılıb və döyüşlərdə iştirak edib. Zarafat deyil, dörd il iki ay hərbi xidmətdə olub. Hip hop karyerasına isə 2000-ci ildən başlayıb...
Nə isə, o vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi. Axı, ölkədə bir narkoman azalsa da, bir istedadı itirdik. Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!
"Nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar keyf elə,
Nə qədər ki pul var, nə qədər ki keyf var, nə qədər ki varsan keyf elə..."
“Ədəbiyyat və incəsənət”
(28.06.2025)