Super User

Super User

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Axıska türklərinin hüquqi və sosial problemləri” mövzusunda II Beynəlxalq Simpoziumda çıxış edib.

“Ədəbiyyat və incəsənət” portalına Milli Məclisin müvafiq komitəsindən verilən məlumata görə, “Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Həmrəyliyi” Vəqfi, “Dünya Axıska Türkləri” Birliyi, “Mədəniyyətlərarası Şəbəkə” İctimai Birliyinin təşkilatçısı olduğu beynəlxalq simpozium Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının Əlaqələr Müdirliyi (İletişim Başkanlığı), Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə keçirilib.

Rəsmi şəxslərin, mötəbər qonaqların, ziyalıların, mövzu üzrə tanınmış mütəxəssislərin və Axıskakökənli ictimai fəalların qatıldığı simpozium Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığının Əlaqələr Müdirliyinin Konfrans salonunda 18 noyabrda keçirilib. 

“Azərbaycanın tolerantlıq siyasətinin konkret örnəyi: Axıska türkləri” mövzusunda geniş məruzə ilə çıxış edən komitə sədri Fazil Mustafa Azərbaycanda Axıska türkləri ilə bağlı məsələlərə hər zaman diqqətlə yanaşıldığını diqqətə çatdırıb. O, tolerantlıq, multikulturalizm siyasətinin Azərbaycan dövləti və xalqımız üçün ötəri yanaşma olmadığı, xarakterik özəllik daşıdığını faktlar əsasında vurğulayıb. 

Axıska türkləri ilə bağlı verilən qərarların parlamentlərdə dəyərləndirilməsinin vacib olduğunu söyləyən Fazil Mustafa Azərbaycan Prezidentinin dillər əzbəri olan “Bizim ailəmiz Türk dünyasıdır” sözlərini xatırladaraq, Azərbaycanın Türk Dövlətləri Təşkilatında qaldırdığı vacib məsələlərə toxunub.

Komitə sədri ortaq türk əlifbası mövzusunda vahid strategiya ilə çıxış etməyi tarixi zərurət adlandırıb.

Fazil Mustafa yarım milyondan çox Axıska türkünün 9 ölkədə məskunlaşdığına diqqət yönəldərək, onların öz milli kimliklərini, mədəniyyətlərini qorumaqla bağlı mübarizələrinin beynəlxalq hüququn tələblərinə cavab verdiyini bildirib. O, bildirib ki, beynəlxalq ictimaiyyətdə, uyğun profilli platformalarda bu mövzuda maarifləndirmə işlərini gücləndirmək, çağdaş İKT imkanlarından geniş surətdə yararlanmaq vacibdir.

“Axıskalıların mütəşəkkil mübarizəsi bir sıra nəticələr meydana çıxarıb.

Bu gün Axıska türklərinin hüquq davası tezisləri hər bir türk dövlətinin gündəmində olmalıdır. Türk dövlətləri Gürcüstan dövləti ilə bütün təmaslarda Axıskalıların öz vətənlərinə qayıtmaqla bağlı qanuni tələblərinin həyata keçirilməsini ifadə etməlidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq hüquq normalarına uyğun olaraq Axıska türklərinin vətənə qayıtmasına maliyyə dəstəyi üçün xüsusi fond yaratması faydalı olardı.

Axıska türklərinin haqq davası bütün türk toplumlarının haqq davası kimi başa düşülmədikcə, beynəlxalq miqyasda məsələni aktuallaşdırmaq çətin olacaqdır. Bu, əsl türk həmrəyliyini zəruri edən ən mühüm məsələlərdən biridir”. – Bu fikirləri Komitə sədri öz məruzəsində bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

Ведущие российские и зарубежные эксперты приняли участие в V Международной научно-практической конференции «Communicative Aspects of Law and National Security» – «Коммуникативные аспекты права и национальной безопасности» (24.04.2024 г., организаторы – Центр лингвистики и профессиональной коммуникации и научно-исследовательская лаборатория «Лингвобезопасность и психология информационного воздействия» ИПНБ в партнерстве с кафедрой английской филологии Донецкого государственного университета).

 

Портал “Edebiyyatveincesenet.az” сообщает что доклад доктора исторических наук, профессора Академии государственного управления при Президенте Азербайджанской Республики, президента Ассоциации культуры Азербайджана «Симург», основоположника культурологической науки в республике Фуада Тейюбовича Мамедова вызвал большой интерес. 

В своем докладе Фуад Тейюбович рассматривает проблемы национальной безопасности и управления государством с точки зрения системного культурологического подхода, предлагает технологии решения этих проблем и определяет условия устойчивого и безопасного развития общества. Докладчик размышляет о духовно-нравственной и интеллектуальной культуре как истинных критериях ценности человека и инструменте борьбы с деструктивными явлениями и процессами в условиях цивилизационного кризиса. Эксперт утверждает, что миссия государства заключается в служении развитию духовной культуры, формировании общечеловеческих ценностей высококультурных граждан как стратегического ресурса устойчивого и безопасного развития общества. Особый акцент делается на важности развития международной культурной идентичности, гармонизации отношений между культурами и введении культурологической экспертизы принимаемых решений и результатов деятельности с точки зрения соответствия универсальным ценностям.

«Духовное родство очень важно и для любви, и для дружбы, и для гармонии, понимаете, для взаимопонимания, для сотрудничества, для счастья, если хотите, для радости жизни. Вот, поэтому, по моему глубокому убеждению, не может быть более высокой задачи ни у одного государства и у той же Организации Объединенных Наций, и у того же ЮНЕСКО. Не может быть. Никто меня не сможет переубедить. Целью и стратегическим ресурсом должен быть высококультурный гражданин.»

«Учитывая то, что вы работаете в Академии народного хозяйства и государственной службы при Президенте России, я вас прошу, будьте инициатором вот этой идеи, чтобы на государственном уровне приоритетной была именно эта идея ­– производство высококультурных граждан. И поверьте, если это все будет сделано правильно, при правильном меритократическом воспитании и управлении это поможет поднять производительность труда в стране, с одной стороны, а с другой стороны, социально-политическую устойчивость общества, потому что люди будут все вовлечены в этот процесс, люди будут довольны…»­­

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Wednesday, 20 November 2024 16:06

“Bir şeirin hekayəti" SAYMAN ARUZLA

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Əziz izləyicilərimiz, bu dəfə "Bir şeirin hekayəti" rubrikasının qonağı şair, yazıçı, AYB Güney Azərbaycan Şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri Sayman Aruzdur.

 

-Xoş gördük, dəyərli Sayman bəy!

Məlumdur ki, ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, emosiyalarını, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Poeziyada insan hisslərinin  ifadəsi- dərin emosiya və hisslərin təsviri ön planda olur.

Aristotel poeziyanın fəlsəfəyə daha yaxın olduğunu deyirdi. Kant isə poeziyanın bütün sənət növləri arasında ən üstün olduğunu vurğulayırdı…

Rubrikamızın şərtinə görə, əziz Sayman bəy, bizə şeirlərinizdən birinin yaranma tarixindən söz açmalısınız.

Beləliklə, dəyərli şairimiz, bizə " Bir şeirin hekayəti"- ni söyləyin.

 

-Xoş gördük, dəvətiniz üçün təşəkkür edirəm.

İzləyicilər üçün mənə çox dəyərli olan "Bir şeirin hekayəti"- ni danışmaq istəyirəm. Mən bu şeirdə otaylı, butaylı Azərbaycana bağlı olan hisslərimi, üstəlik dövlətə və dövlət başçısına olan həqiqi səmimi fikirlərimi, mövqeyimi ifadə etdiyimi hesab edirəm. Düzdür, təsirili şeirlərim çoxdur. Həbsdə olduğum dönəmdə yazdığım təsirli şeirlərim var. O taydan bu taya keçərkən yolda yazdığım şeirlər var ki, onlar da mənim üçün çox qiymətlidir. Buradakı müəyyən hadisələrdən təsirlənib yazdığım şeirlər də var ki, çox dəyərlidir. Lakin rubrikanız üçün seçfiyim şeir zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən təsirlənib və eyni zamanda Cənab Prezidentin  60 illik yubleyi  münasibətilə Şuşada yazdığım şeirdir. Ona görə bu şeir mənim üçün çox dəyərlidir. Bu şeiri Şuşada da, müəllifi olduğum “Körpü" verlişində düz Xudafərin körpüsünün yanında da səsləndirmişəm. Mənim arzum bütöv Azərbaycanın yaranmasıdır. Bu arzum gerçəkləşsin deyə, gecə- gündüz çalışıram. Hər cür kin-küdurətlə, şərlə, böhtanla da qarşılaşıram. Bununla belə xalqımızın, dövlətimizin qayğısını, sevgisini də görürəm. Hədəfə olan inamım və imanım məni bu yolda irəli aparır, dayaq olur və sarsılmağa imkan vermir. Hesab edirəm ki, hədəfi müqəddəs və ümummilli olan insan heç vaxt məğlub olub uduzmur. Heç vaxt naümid olmur. Torpaqdan ilhamlanaraq arzunu daxilində yaradırsansa, torpaq sənə xəyanət etmir deyə, arzu da xəyanət etmir. Mən də öz torpağımdan, xalqımdan ilhamlanaraq arzulayıram  ki, Vətənim birləşsin, Azərbaycan bütöv olsun. Torpağım heç kimin istilasında olmasın, Vətən də, vətəndaş da müstəqil olsun, bütöv olsun, var olsun! Hiss edirəm ki, bu arzuma çatacağam. Ona görə belə əmin olaraq  söyləyirəm ki, bu, bir ya iki fərdin arzusu deyil, tamamilə Azərbaycan xalqının, Azərbaycan dövlətinin arzusu kimi cilalanır, rənglənir və öz həqiqətinə yaxınlaşır.

Əslində, bu şeirdə mən bir növ xalqın nümayəndəsi olaraq Cənab Prezidentə müraciət etmişəm.

Mən Cənubi Azərbaycanda dünyaya gələn bir insan kimi öz Prezidentimə müraciət etmişəm ki, bizə arxayın olun, əmin olun ki, dünyada yaşayan hər bir azərbaycanlının ürəyi Azərbaycan dövləti və onun başçısıyladı. Bizə arxayın olun, illərlə bizə iranlı dedilər, illər boyu müxtəlif dillərin, fikir mərkəzlərinin təsirinə salmağa çalışdılar, amma biz, həqiqətən də, öz kökümüzü, nəslimizi itirmədik. Biz böyük Azərbaycanın elə böyük hissəsiyik. Güney Azərbaycanda 45 milyondan artıq soydaşımız yaşayır. 100 ildən çoxdu manqurt kimi yetişdirilməyə   cəhd edilir. Onları milli kimliyindən uzaq saxlayırlar. Onların müstəqillik, azadlıq haqqı, arzusu var. Çox sevinirəm ki,  artıq bu haqq Azərbaycan dövləti tərəfindən də müxtəlif  formalarda bəyan edilir. Möhtərəm Prezidentimizin Səmərqənd çıxışı və o çıxışda da İranda yaşayan soydaşlarımızın  haqqını, hüququnu, mənafeyini qorumaqla bağlı verdiyi mesajlar tarixi mesajlar idi. Bu mesajdan sonra o soydaşlarımız bildilər ki, onların belə möhtəşəm və qalib dövləti, onları düşünən dövlət başçısı var. Onlar artıq ümidlə, gələcəyə inamla yaşayırlar.

Hər bir Vətənini, torpağını sevən insan üçün; şairdisə milli məfkurədə şeiri, rəssamdırsa  milli müstəvidə çəkdiyi rəsmi, bəstəkardırsa  milli zəmində bəstəsi ona övladı qədər əzizdir.

Mən də ona görə bu şeirin  hekayətini danışdım. 

 

Dünya azərbaycanlılarının Lideri, Ali Baş Komandanımız İlham Əliyevin 60 illik yubileyi  münasibətilə yazdığım şeir:

 

Nə Araz, nə də ki, dikanlı məftil,

Xalqın niyyətini bölə bilmədi.

İki yüz ildir ki, erməni qafil,

Sənin millətini bölə bilmədi.

 

Bu gün ad günündür, cənab Prezident,

Altmışı haqladın, mübarək olsun!

Gücümüz gücündür, cənab Prezident,

Gözlərin sevinclə, zəfərlə dolsun!

 

Sən altmış yaşında, biz altmış milyon...

Böyük bir millətin ümidi sənsən.

Sonadək şərəflə dayandın, durdun,

Sən özün Vətənsən, özün Vətənsən!

 

İzn ver izinlə sürünüb gedək,

Bakıdan Şuşaya, ordan Təbrizə.

Vətən torpağına bürünüb gedək,

Əmrinlə düşməni gətirək dizə.

 

Gözlərin yol çəkir, görürəm hərdən...

O yolun sonunda vətən görünür...

Xalqın qüdrətini görür efirdən,

Qoca da, cavan da sənlə öyünür..

 

Lütfən kədərlənmə, sən gül hər zaman,

Güləndə gülürük biz də səninlə.

İlləri həsrəti silinir, inan,

Vətənə yaydığın gur nəfəsinlə.

 

Sən ey Azad vətən, ey azad dəniz,

Səninlə vətənə zəfər dolacaq.

19 ildir ki, səninləyik biz,

Min illər keçsə də belə olacaq.

 

Dəmir yumruğunla, ləyaqətinlə,

Xalqın ürəyində heykəl qurubsan.

Vətən məhəbbətin, saf niyyətinlə,

Ordunun önündə özün durubsan.

 

Ey son yüz illərin məğrur fatehi! 

Sən ey ölümsüzlər Baş Komandanı!

Dədəm Xətainin ruhu səndədir,

Bütövlət, bütövlət Azərbaycanı! 

 

İkinci Qarabağ savaşı bizə,

Həmrəylik, bütövlük nəğməsi oldu.

Düşməni qarşında gətirən dizə,

Müzəffər savaşa qoyduğun qoldu.

 

Sən təkcə Şuşanın fatehi deyil,

Həm də ürəklərin fatehisən, bil.

İlhamın nə xalqın düşüncəsindən,

Nə də tarixindən silinən deyil.

 

Şuşanı işğaldan azad edəndən,

Günbəgün dirçəlir dumanlı Təbriz.

Sənə səslənirik Xudafərindən,

Bizə arxayın ol, səninləyik biz...

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Wednesday, 20 November 2024 19:10

Gülüş klubunda Don Juan

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Kişilər ona görə xəyanət etmirlər ki, alçaqdırlar. Ona görə xəyanət edirlər ki, qadınlar hamısı gözəldir.

(Don Juan)

 

2.

Nə qəribədir, elə ki, mən pəhrizə başlamaq istəyirəm, dərhal 8 Mart, Novruz bayramı, sonra bir sürü yubiley, ad günü, sonra “hər şey daxil” Türkiyədə yay istirahəti, sonra nişan, xınayaxdı və toylar silsiləsi, sonra Yeni il… - hamısı aıraya düzlənir. 

 

3.

Sən planı yerinə yetirirsənsə, düşünmə ki, sənin əməkhaqqını qaldıracaqlar. Yox, sənin planını qaldıracaqlar.

 

4.

Bu gün eşitdim ki, kollektivimizdə hər on nəfərdən doqquzu virusa yoluxub. O hamının əleyhinə gedən, başqasının vayını bayram edən bir nəfər nadürüstün kim olduğunu heyif ki bilmirəm. Bilsəm ona divan tutardım.

 

5.

“Daşları yığmağın vaxtıdır” məsəlini çəkib oğru zərgərlik mağazasına girdi.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

Noyabrın 29-dan dekabrın 8-dək Türkiyənin paytaxtı Ankarada növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə Azərbaycan milli stendini təşkil edəcək.

“Ədəbiyyat və incəsənət” portalı Nazirliyə istinadən xəbər verir ki, bu il sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçib.

Beynəlxalq kitab sərgi-yarmarkasına ümumilikdə 500 mindən artıq ziyarətçinin gələcəyi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr - “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən məlumat bülleteni hazırlanıb. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib. 

 Hazırlanan materialda bir sıra rəsmi sənədlər yer alır, “Ağdam: düşmən gözünə daman ağ” başlığı altında Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, mənfur düşmən tərəfindən Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi haqqında məlumat verilir. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Məlumat bülletenində bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən materialda https://ryl.az/funds/melumat-b%C3%BClleteni “Xilaskarlar”, “Zəfər salnaməsi” “Qarabağın tarixindən səhifələr”, “Ağdam kəndi - Qəhrəmanlar diyarı”, “Vətən kitabı”, “Vətən bizə oğul dedi”, “Xıdırlıda qalan günlər”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın biblioqrafik təsviri ilə yanaşı qısa annotasiyası və 2020-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələri yer alır.

 

 “Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi

 

Qarakənd səmasından Ağdamın azadlığına faciələr və qəhrəmanlıqlarla uzanan keşməkeşli və şərəfli 30 illik yol...

 

Günün mübarək, doğma Ağdamım!

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. 

 

*

Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi.

*

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 Noyabr Ağdam şəhəri Günü kimi müəyyən olub.

Qarabağ Azərbaycandır!

Ağdam Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiya nazirinin müşaviri Bobur Raximov,  Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyinin Aparat rəhbəri Hahmadou Bamba, Misirin kommunikasiya və informasiya texnologiyaları nazirinin baş müşaviri Hodoka Baraka və Qambiyanın Dövlət Xidmətləri, İnzibati İslahatlar və Siyasi Koordinasiya Nazirliyinin daimi katibi Pateh Jah "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, qonaqlar 14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası COP29 çərçivəsində “ASAN xidmət”in təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizə səfər ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

 

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, burada tətbiq olunan innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.

 

Özbəkistan tərəfi ilə keçirilən görüşdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdindəki “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci ilin 15 dekabr tarixində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulan tədbirlər, birgə fəaliyyət planları, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramları müzakirə edilib.

 

Misir tərəfi ilə keçirilən görüşdə isə mümkün əməkdaşlıq perspektivlərinin qurulması məqsədilə anlaşma memorandumunun imzalanması istiqamətində ilkin razılığa gəlinib.

 

Rəsmilər “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Wednesday, 20 November 2024 17:17

“Zilif” - KİTAB BƏLƏDÇİSİNDƏ

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bu kitabla zərif davranın. Çünki həyata qarşı ümidini itirmiş bir atanın son çırpınışlarıdır. Bir ölümə hazırlıq məktubudur. Təsadüfən instagram paylaşımlarını nəzərdən keçirərkən qarşıma bir yazı çıxdı.

 

  Dünya ne ise oydu; ben de ne isem o oldum

— uyuşamadık. Hepsi bu.

 

Sonra ani qərarla kitabın PDF formatını oxumağa başladım. 35 səhifəlik olan kitabda elə sətirlər var ki, bəzi yazıçıların 1000 səhifəlik yazısı o qədər vurucu olmur. Valideynlərin ümidsizliyə düçar olması necə də ağır bir haldır. "Zilif" bu ağır və kədərli halı ən təsirli çatdıran kitablardan biridir. 

Siz bu kitabı oxuduğunuz təqdirdə Oruc Aruobanın 'ın intihar etməyi düşündüyü bir gecədə qızı Filizə olan son vəsiyyəti və sözləri ilə tanış olacaqsınız. Bütün səhifələrdə təşviq etməyə çalışdığı əsas fikir budur ki, qızı ən gözəl, ən məqsədli və ən sadiq insanlardan biri olsun, amma hər kəs kimi olmağıda unutmasın. 

Yazıçı üçün ən kədərli tərəfi isə qaçmağa çalışdığı ən başlıca səbəbin bizim qatılaşmış eqomuz olmasıdır. 

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Adilə Nəzərin yeni poemasından parçalar təqdim edilir.

 

*

Mənim şanlı qəhrəmanım

            Haqq yolunda döyüşçüdür.

Qurşun kimi baxışları, polad kimi biləyi var.

Silahlanıb vətən üçün,

            torpaq üçün, millət üçün,

Onun cəsur ürəyində min arzusu, diləyi var.

 

Ölsə belə döyüşlərdə ondan ötrü ölüm nağıl,

O - adında qəhrəmanım torpaq ilə bütünləşir.

Bu vətənin uğurunda canın verən hər bir oğul

Səngərləşir, heykəlləşir, bayraqlaşır, vətənləşir.

   

*

Savaş varsa demək zəfər də vardır,

Olanlar, olacaq öz sırasıyla...

Qızışmışdı ara iki ay əvvəl

Polad Həşimovun vurulmasıyla.

 

Arada gərginlik hökm sürürdü,

Hər iki tərəfə yox idi dinclik.

Artıq kəsməkdəydi xalqın səbrini,

Uzun sürən xaos, həm də hərc-mərclik.

 

Əsgərin atası - mərd generalın,

Ölümüylə artıq hamı coşmuşdu.

İyirmi yeddisi sentyabrın,

Başlandı. Ordular səddə toqquşdu.

 

*

Azadlıq ərlərinin hayqıran səslərindən,

Sanki bir zəlzələ tək sarsılırdı göy üzü.

İrəli atıldıqca qabarırdı ürəyi,

Gözləri böyüsə də nurlanırdı ay üzü.

 

Ona sadiq olanlar gəlirdi arxasınca,

Dağ sayırdı onları, o qəhrəman, o zabit.

Qorxu yoxdu gözündə qarayanız əsgərin,

Qaşları çatılıydı, baxışlarısa sabit.

 

Yeni bir xəbər gəldi: Atılın sağ cinaha!

Xəbəri tez çatdırın halqada duranlara.

Bir işarə bəs idi tapşırığı anlasın,

Bu ürəkdən-ürəyə əlaqə quranlara.

 

*

Elə ki, al günəşin od-ocağı qalandı,

Sübh çağı on nəfərin adları sadalandı.

İrəli getmək əmri, qərarı qəti idi,

Adları çəkilənlər zabit heyəti idi.

Bu vaxt çıxdı irəli boy-buxunlu bir igid,

İzin verin mən gedim! - deyib eylədi təkid.

Bilirsiniz ki, düşmən hər addımda izləyir,

Sizləri ailəniz-uşağınız gözləyir.

Mənsə subayam hələ, icazənizlə gedim,

O mənfur düşmənlərin hamısını məhv edim!

On ayın əsgəriydi, cəsarətli, azadə,

Adı tək ehtişamlı Cəbrayıl Dövlətzadə!

On doqquz yaşındaydı, tam dəliqanlı vaxtı,

(Sən demə Şəhidlikdə qurulu imiş taxtı...)

Yola düşdülər onlar, gizli yollar seçdilər,

Erməni postlarına üç saata keçdilər.

Arxadan hücum edib bölüklərə daldılar,

Mübarizin, Çingizin qisasını aldılar.

Cəbrayıl boğazladı erməni polkovniki,

Əlləri güclü idi, hərəkəti taktiki...

Generalın boynunu qırdı göz baxa-baxa,

Hünər göstərdi igid döyüşdə əlbəyaxa.

Bir-bir məğlub edirdi qabağa çıxanları,

Gerçək olurdu sanki bir günə xəyalları.

O quduz köpəklərin canını aldı belə,

Neçəsini gəbərtdi tam yalın əllərilə.

O gün tarixə düşdü Cəbrayıl əfsanəsi,

Heyif ki, tək bircə gün döyüşdən gəldi səsi...

Duyuq düşüb gəlmişdi haylar leşin iyindən,

Bir günün qəhrəmanı vuruldu kürəyindən.

On doqquz yaşlı igid qəhrəmana dönmüşdü,

İlk günün zəfərindən Qələbəyə pay düşdü.

 

*

Düşüncələr içində gəzinirdi o yenə,

Baxa bilirdi ancaq işin nəticəsinə...

Bu Bozqurdlarla mütləq qələbə olacaqdı,

Zəfərin ilk yolunu artıq Cəbrayıl açdı...

 

*

Bu gecə qorxulu, hamı təlaşlı,

Acı müharibə - qanlı, savaşlı...

Axşamdan hava da barıt qoxuyur,

O yanda bir əsgər dua oxuyur.

Yayılır ətrafa inilti səsi,

Bir cavan ürəyin bitir həvəsi...

O, son sözlərini pıçıldayaraq,

Közərən sinəsi enib-qalxaraq,

Allaha, vətənə etibarilə,

Kəlmeyi-Şəhadət gətirir dilə...

 

*

Keçib topun arxasına mərmini aldı ələ,

Vurmalıdır hədəfi o,

Əmr verdi komandir:

Düz nişan al, dağı-daşı, yeri-göyü silkələ,

Elə at ki, başdan-başa Qarabağı oyandır.

Atacaqdır, əlbəttə ki, tam hədəfi tuşlayıb,

Mərmini lüləyə saldı, tam üçə qədər sayıb.

Sonra dönüb yumruğunu yuxarıya qaldırdı,

Qalib vəziyyəti idi, hər dəfədə alırdı.

İrəlidə susdu həyat, toz dumana qarışdı,

Əridi gözündə kədər, olanlarla barışdı.

Vətən üçün vuruşuruq, şəhidlik dirilikdir,

Arzumuz azadlıq, sülh, bütövlükdür, birlikdir.

Belə düşüncələrlə qalxdı təpəyə sarı,

Birdən sanki qırıldı dizlərinin bağları...

 

*

Döyüşlər ara vermir, haqq ayrılır gümandan,

Bir-birinin ardınca əmr verir Komandan,

Nəhayət çözüləcək otuz illik bu düyün,

Haydı, cəsur oğullar, irəliyə, yürüyün!

 

*

Şəhidlik zirvəsini paylaşdıqca qardaşlar,

Qızıl qana dönürdü dik təpələr, sal daşlar,

Çoxalırdı yad ikən doğmalaşan sirdaşlar.

Üzüağ çıxan hər kəs bugün haqq döyüşündən,

Zəfər mükafatını asacaqdı döşündən.

Çıxmışdı şahinlərim zirvələrin seyrinə,

Savaş davam edirdi ədalətin xeyrinə...

 

*

Güclü döyüşdən sonra hamı yorğun, ac-susuz,

Pərişan olmuşdular, itkilər də çox idi.

Adları çəkildikcə indi burda olmayan

Hər ad ürəklərinə dəyən qanlı ox idi.

 

Bir azdan keçməliydi qoşun yenə hücuma,

Əsir yoldaşlarını xilas etməliydilər.

And içmişdi ilk gündən hamısı buna görə

Ölüm bahasına da, birgə getməliydilər.

 

Vaxt itirmək olmazdı, tezcə hazır oldular,

Yarıya bölündülər: meşə yolu, dağ yolu...

Çatdılar, gördükləri qarşısında dondular...

Ortalıq qan gölüydü, ətrafsa cəllad dolu.

 

Demək müharibənin soyuq üzü bu imiş,

Dama-dama qafanı dələn elə su imiş...

Torpaq üçün torpağa qarışanlar can idi,

Bir zirehli maşının təkərləri qan idi...

 

*

Az vaxtda bu qədər yol möcüzəydi doğrusu,

Sürətlə irəlləyir Azərbaycan ordusu!

Hamı bir yumruq kimi birləşmişdi bir ayda,

Bir idi xalqla ordu - həm öndə, həm arxada.

Alındıqca hər qarış torpaq düşməndən geri,

İrəli! şüarları titrədir göyü, yeri.

Savaşın ortasından xoş xəbərlər gəldikcə

Bayram edir xalq, düşmən geriyə çəkildikcə.

Hərbi maşın görəndə tökülür küçələrə,

Su, yemək, corab, papaq göndərirlər əsgərə.

Tutur ana duası göyün yeddi qatını,

Pay olsun, deyə verir ata son manatını.

Hər günün axırında bir məlumat gözləyir,

Televizor qarşısında yeni xəbər izləyir.

Yumruğunu havaya qaldırdıqca anbaban

Xalqın qəlbi atlanır danışdıqca Komandan.

Bu gün Füzulinin bir neçə kəndi, sabah

Cəbrayılın kəndləri, Ağdərə, həm Murovdağ,

ardınca da Xocavənd...

Eheyyy, Xudafərinim artıq azaddır, azad...

 

*

Bir-bir azad olduqca kəndləri, şəhərləri,

Üçrəngli bayraq ilə bəzənirdi Qarabağ.

Yağış yuyub üzünü, açırdı gerçəkləri,

Ordumuz da çıxırdı imtahandan üzüağ.

 

*

Beş gündür ki, səngimir burda qanlı döyüşlər,

Səslənir o tərəfdən həqarətlər, söyüşlər.

Əldən salıbdır onu yorğunluq, yuxusuzluq,

Bir yandan da susuzluq...

Xeyli itki veribdi yağı düşmən bu həftə,

Leş-leş üstə qalanıb ermənilər tərəfdə.

Yüksəldir əhvalını bu da bizimkilərin,

Əsir zəfər küləyi dağlardan sərin-sərin.

Ulu Tanrı əli var haqq deyilən bu işdə.

Anası ağlar qalıb düşmənin bu döyüşdə.

 

*

Savaş davam edirdi, sürətlə, dayanmadan,

Qiymətli idi hər an.

Artıq Zəfər yelləri əsirdi Qarabağdan,

"Azad oldu!" nidası gəlirdi hər bir dağdan.

Noyabr özü ilə qar-çovğun gətirsə də,

Ürəklər isti idi, qan coşqun - nəticədə.

 

*

Bakı küçələri ən xoşbəxt günü

Yaşayır, qeyd edir Zəfər gününü,

Bayraq meydanında, çiyin-çiyinə,

Qürurla gəzirdi Qazilərimiz.

Nə sözə gəlirdi, nə saza könül,

O günkü mübarək, xoş hisslərimiz.

Hamı qəlbidolu, hamı sevincək,

Gözlər gah ağlayır, gah parlayırdı,

Bir əlində bayraq, birində çiçək,

Bir şair ən kövrək duyğularıyla,

Qazi qardaşları salamlayırdı:

 

*

Döşünə qəlpəni qızılgül kimi,

Taxan Qaziləri salamlayıram.

Düşmən üzərinə çoşğun sel kimi,

Axan Qaziləri salamlayıram.

 

Üz-üzə dayanıb mənfur yağıyla,

Keçib imtahandan can sınağıyla,

Girdiyi meydandan tək ayağıyla

Çıxan Qaziləri salamlayıram.

 

Gedib babaların şanlı iziylə,

Savaşa atılıb bıçaq-nizəylə...

Gözünü itirib, könül gözüylə,

Baxan Qaziləri salamlayıram.

 

Payız gətirsə də ömürünün yazı,

"Cəngi"də dil açdı qəlbinin sazı,

Qoymadı zəfərə bizi tamarzı,

O xan Qaziləri salamlayıram.

 

*

Qış günündə üzdə çiçək açdıran,

Gecəmizə gün işığı saçdıran,

Yağıları el-obadan qaçdıran

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Səman geniş hey uçduqca uçasan,

Torpağını ana kimi qucasan,

Qələbənlə Qaf dağından ucasan,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Olmaz imiş, sözdür, dostu düşənin,

Dostu aldı qəlbin "qəlbişüşənin",

Söylənəcək yüz il fəthi Şuşanın,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Haqq deyənlər, haqq yolundan azdılar,

Tarix boyu sənə quyu qazdılar,

...Oğulların şanlı tarix yazdılar,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Qürurluydu bu Qarabağ səfəri...

Bu torpağın hər oğlu, hər nəfəri,

Qanımızla qazanmışıq zəfəri,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Şuşamızda dağlar başı dumanlı,

Daha bir də kimsə olmaz gümanlı,

Qazin rəşadətli, Şəhidin sanlı,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Xarı bülbül gələr bu yaz, səcdənə,

Dursam min il, yenə də az, səcdənə,

Dayanıbdı bütün Qafqaz səcdənə,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

*

Hər qarış torpağını öz canınla qorudun,

Sənin adın vətəndir, igid hərbçi qardaş.

Vətənin keşiyində ayıq və sayıq durdun,

Bundan sonra Turanı qurmaq üçün hazırlaş.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.