Super User

Super User

Bu dəfə sizlərə qardaş Türkiyədən istedadlı gənc yazar, TV aparıcısı Gönül Doğan xanımın bizə ünvanladığı, dərcini arzuladığı bir yazısını təqdim edirəm. Əminəm ki, bəyənəcəksiniz.

                        Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Ey Gönül Dost!

Ey Gönüldost! Bir Gönül yapmak gelmiyorsa elinden, bari bir Gönül yıkılmasın dilinden...

 

Aşk bir zamanlar kutsal bir yangındı. İnsan sevdiği için yanardı, sevdiği için beklerdi. Beklemek tükenmek değildi, aksine aşkın en güzel sabrıydı. Bir çift göz için yollar gözlenir, mektuplar yürek titreyerek yazılırdı. Kağıda dökülen her kelime, sevdanın mührü olurdu. Aşıklar, Mecnun’un çöllerde kaybolması gibi yanardı sevdiği için. Leyla’nın adını söylemek bile kalpte bir yangın olurdu. Aşk, vuslata eremese de kalırdı. Yürekte bir şiir gibi, dudakta bir dua gibi…

Ama şimdi?

 

Şimdi aşklar gelip geçici, duygular sahte, sadakat unutulmuş bir efsane gibi. İnsanlar birbirine ulaşmak için bir tuşa basıyor, ama yüreklerine dokunamıyorlar. Söylenen her sevda sözü, ertesi gün bir başkasına kolayca söylenebiliyor. Oysa bir zamanlar aşk, bir kişiye adanır, bir ömür boyu taşınırdı. Sevgiliye yazılan bir mektup, yüzyıllık bir hatıra gibi saklanırdı. Şimdi ise birkaç kelimeyle atılan bir mesaj, birkaç gün içinde unutuluyor.

 

Nerede o yağmur altında beklenen sevgililer? Nerede bir cam kenarında sevdiğini düşleyerek sabahlayan yürekler? Nerede göz göze gelmenin kalbi titretmesi, nerede bir elin dokunuşunda dünyaları unutmak?

 

Aşk, o eski günlerde daha sessizdi ama daha derindi. Bugün ise çok sesli ama bomboş… Güvenin olmadığı, yalanların dost olduğu bir çağda, gerçek aşk hangi kapıyı çalsın? İnsanlar artık sevmiyor, sadece sahip olmak istiyor. Sevdasını ispat etmek için ne bir çaba, ne bir emek veriyor. Aşıklar bir zamanlar dağları delerdi, şimdi iki mesajla yollar ayrılıyor.

 

Eskiden aşkın ateşi vardı, şimdi külleri bile kalmadı. Hasret diye bir şey yok artık. Kavuşmayı bekleyenlerin yerine, hemen unutmayı seçenler var. Gidenin arkasından gözyaşı döken kalmadı, çünkü insanlar gitmeden önce bile gitmiş oluyor artık…

 

Aşkın en güzel zamanları geçmişte kaldı. O eski kış akşamlarında, şömine başında anlatılan masallar gibi… Kar taneleri pencereleri süslerken, sevgililer birbirinin ismini cama yazardı. Kestaneler közde pişerken, birinin sesi diğerinin ruhunu ısıtırdı. Kalpler gerçekti, duygular masumdu, sevdalar ölümsüzdü. Şimdi ise sadece buz gibi ekranlardan gelen soğuk birer kelime var.

 

Ve şimdi aşk diye bir şey var mı bilinmez… Ama özlemi her kar tanesinde yağıyor.

 

--

Gözlerinde Kış, Yüreğimde Bahar

 

Senin için yanıp tutuşmak,

Karda açan bir çiçek olmak gibi.

Dokunamasam da hissederim nefesini,

Yollar kapansa da beklerim seni.

 

Bir zamanlar aşk, bir dağ gibi dururdu,

Şimdi ise rüzgarla savruluyor.

Giden dönmüyor, kalan unutmuyor,

Aşkın adı var ama kendisi yok artık…

 

Ve sen ey Gönül!

Yanıp kül olmak gerekse de,

Sevdadan vazgeçme sakın…

 

"Ədəbiyyat və incəsənət"

(10.02.2025)

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə TÜRK MƏDƏNİYYƏTİ ÜNLÜLƏRİ layihəsində sizlərə keçən günlərdə vəfat edən məşhur Türkiyə yazıçısı Selim İleri ilə "Sona Ermek" romanı haqqında söhbətimizi təqdim edir, çağdaş türk ədəbiyyatının böyük yazarına Allahdan rəhmət diləyirəm.

 

-“Sona Ermək”  bioqrafik elementlər ən çox olan romanınızdır. Əsərdə estetik bir məsafə saxlanılsa da, oxucu qarşısına bu qədər açıq şəkildə çıxmaq sizi qorxutmurmu?

 

-Qorxudur. Əslində, bir şey yazan və nəşr edən insanların hamısında bu qorxu olduğunu düşünürəm. Amma bu qorxuya baxmayaraq bunu edirsən. İndi adını xatırlaya bilmirəm, amerikalı bir teatr yazarı var, komediya pyesləri yazmış. Üç pyesi var, hamısı öz avtobioqrafiyasıdır: ilk gəncliyi, hərbi xidməti və radio günləri. Birincidə ilk gəncliyini, öz ailə mühitini təsvir edir; demək olar ki, eyni ilə, avtobioqrafik. İkincidə hərbi macəranı. Üçüncüdə ilk dəfə bir pyesinin Amerikanın kiçik bir ştatındakı radioda yayımlanmasını mövzu edir. Bütün ailə həyəcanla gözləyir; iki pərdə, o ailənin həmin həyəcanı... Lakin tədricən başa düşürük ki, ailənin içində heç evlənməmiş bir xala var, bədbəxt. Bunalmış bir baba var. Ana dul qalıb. Ağrıları olan bir ailə... Birinci pərdə budur və həyəcanlı deyil. İkinci pərdədə radio pyesi başlayır. Birinci pərdədə izlədiyimiz hər şeyi o yazıçı, radio pyesində yazmış. Bütün ailə çox təəccüblənir. Bizi ifşa etmiş, necə belə bir şey edə bilmişdir? Dəhşətli bir küsmə - xala ağlayaraq qaçır, bunalmış baba birdən-birə keçmişi xatırlamağa başlayır. Möhtəşəm bir şey! Mərhum Şükran Güngör ifa etmişdi və çox böyük uğurla ifa etmişdi. Bir qardaş var. O da “necə etdin bunu, utanmadınmı” deyə soruşur. Sonda yazıçı deyir ki, mən heç nə etmədim, sadəcə yazmaq istədim. Sizin sualınızın da həmin cavabı olur. İnsan yazarkən yazdıqlarının haraya toxunacağını, kimləri incidəcəyini təəssüf ki, çox təxmin edə bilmir. Yaşasanız belə, hətta bundan əl çəkmirsiz. Çünki yazmaq deyilən bu qəribə ehtiras deyim, sirr deyim, yəni bu itici qüvvə sizi hər dəfə aldadır.

 

-Romanda natiq heç bir ağrını yatışdıra bilmədiyini və yazdıqlarına olan inancını itirdiyini deyir. Sonra yazmaq nəyi dəyişər deyə bir sorğulama başlayır. Burada məqsədini itirmiş bir yazıçı görürük?

 

-Ülküsünü itirir deyə bilərik... Keçən illər, zaman ərzində bütün bunların həyatı dəyişdirə bilməyəcəyini çox konkret olaraq anlaması, bunun nəticəsində də ülküsünü itirməsi. Əvvəldəki coşqunluğun, əlli il əvvəlki yola çıxışımla indi çatdığım nöqtədəki fikirlərin eyni olmasına imkan yox. Keçən bir proses var. O prosesdə etdiyiniz şeyin nəyə yarayıb nəyə yaramadığını çox yaxşı anlaya bilirsən. İndi baxdıqda belə bir şeyin ola bilməyəcəyini çox yaxşı başa düşmüş olursan. Onun gətirdiyi bir şey, hər halda.

Başlanğıcdakı coşqu və xəyali perspektiv genişliyi ilə keçən illər içində getdikcə daralan və nəyə yaradığını artıq bilmədiyiniz... Təbii ki, bir şeylərə də yarayır. Çox şükür, belə gözəl xatirələrim də var, amma cəmləsəniz, beş-altı insanın üzərində dərin təsir qoymuşam. Halbuki başlanğıcda nə qədər də iddialı - yer üzünü dəyişdirmək düşüncəsi yatır. Amma yaşayırsan və bir şeyləri dəyişdirə bilmirsən.

 

-Yazıçı ilə birlikdə üslubunun da qocaldığını, daha yorğun olduğunu və gənclikdəki odlu üslubu tuta bilməyin bir daha mümkün olmadığını deyirsiniz. Ümumiyyətlə, gənc yazıçılara yaşlandıqca üslublarının oturub yetkinləşəcəyi və daha yaxşı yazacaqları deyilir. Hətta V. Woolf kitab çıxarmaq üçün 30 yaş üstünü tövsiyə edir. Siz bu mövzuda nə düşünürsünüz?

 

-Mənim bu qədər çox kitabımın olmasının bir səbəbi də, həyatımı oradan qazanmaq məcburiyyətində olmam idi. Xüsusilə Altın Kitablar ilə işlədiyim illərdə hər il yeni bir kitab çıxmasa, köhnələrin anbardakı sayı artırdı. Yeni bir kitab, anbardakıların da satılmasını təmin edirdi.

 

-Bu vəziyyət üçün eyni zamanda yaxşı bir şey deyə bilərikmi?

 

-Yaxşı bir şey təbii. Burası yaxşı, mən o baxımdan özümü çox şanslı hesab edirəm: Professional bir yazıçı ola bildim, başqa işlərlə məşğul olaraq vaxt itirmədim, vaxtı düzgün və yaxşı istifadə etdim, azad şəkildə yazı yaza bildim. Vaxt baxımından azad şəkildə. Hamısı mənə aid bir zaman dilimində işləyə bildim. Məni yetişdirən nəslin yazıçılarına baxdığınız zaman; hamısı ya müəllim, ya bankda işçi, ya da mühəsib, memar, vəkil... Nəcati Cumalı vəkil, Oktay Rıfat oğlu da, Rıfat Ilğaz müəllim... Mənim üçün o baxımdan şanslı bir yol keçdi. Təbii ki, bir mübarizə də verirsən, keçim dərdin davam edir.

 

-Yemək yazıları yazdığınız bir dövr var, deyəsən bu səbəbdən?

 

-Ah, bəli, "Ləzzət" adlı bir jurnal var idi. Oradan zəng etdilər. Məşhurların süfrələrinə çox oturdunuz, Kəmal Tahirin süfrəsi, Belqin Duruğun süfrəsi... Onları yazarmısınız, dedilər. Əvvəlcə qəbul etmədim, başqalarının süfrələrini niyə yazım, demişdim. Amma sonra düşündüm, çox da xoş ola bilərdi. Üstəlik, yemək jurnalına mədəni bir ölçü qazandırmaq üçün sizdən xahiş edirik, deyirlər. Elə başladı yemək yazıları. Çox qəribə bir şey oldu. Bir restorana gedirsən. Orada yaşını-başını almış ağalar, heç həyatlarında məni oxumamışlar, amma bu yazıların hamısını oxumuşlar, yaxşı ki yazdınız dedilər. Elə, ədəbi yazdıqlarımı əsla oxumayan, amma onları oxuyan yeni bir oxucu oldu. Çox zərif xanımlar tanıdım. Birini heç unutmuram, bir yazımın məzmunu konfet haqqında idi, İspaniyadan mənim üçün konfet gətirmişdi. O yazılarımda ədəbiyyatı xeyli qorumağa çalışdım.

 

 

-Sona Ermək romanının bir yerində yazıçı və şairlərin muzey evlərinin bu günkü vəziyyətini dilə gətirirsiniz; sizin, gələcəkdə muzey düşüncəsi ilə saxladığınız qaralamalar və ya əşyalar varmı?

 

-Beşir Ayvazoğlu ilə birlikdə Yəhya Kəmal muzeyinə getmişdik. Beşir Bəy də deyəsən əvvəlcə oraları görməmişdi. İçəri girdik, uydurma bir bavul, amma bavul tökülür, bitmiş vəziyyətdə. Bir də bavulun üstündə takma dişlər dururdu. Muzey budur. Hələlik belə arzularım yoxdur, muzey olsun. Torpağa sakitcə getmək.

 

-Əsərdə Dördüncü Murad haqqında yazarkən belə, əslində "özünü yazdın" deyirsiniz yazıçıya. Romanlarınızda personajların arxasında həmişə sizmi durursunuz?

 

-Bəzi personajlar, təbii ki həmişə yox. Özünüzə yaxın hiss etdiyiniz insanları həyatda duyursunuz. Bu, ölmüş biri, tarixi bir şəxsiyyət də ola bilər... Bəzən isə tamamilə ziddiniz olan insanları roman və ya hekayələrdə əks etdirmək ehtiyacı hiss edirsiniz. "Sona Ermek" romanında, dediyiniz kimi, Dördüncü Muradın bizə öyrədilən şəkilləşməsinin arxasındakı şəxsiyyəti göstərmək üçün çox çalışdım. Bacardım ya yox, bilmirəm. Əgər tarixi həqiqətən incə bir nəzərlə təhlil etsək, qarşımıza tam fərqli bir Dördüncü Murad çıxır: Hələ cavan yaşlarında, uşaqlıqdan yeniyetməliyə keçid dövründə yaralanmış bir gənc. Zülm yolunun haradan başladığını görürük. Evliya Çələbinin onun haqqında yazdığı səhifələrdə maraqlı bir əhvalat var. Musa Çələbinin ardınca Dördüncü Murad bir şeir yazmış və onun oxunmasını qadağan etmiş. Evliya Çələbinin də bundan xəbəri yox imiş. Onun yanına çıxanda bu şeiri oxuyublar. Hamı qorxub ki, bir şey edəcək. Amma o, sadəcə ağlayıb. İlk işıq Evliya Çələbinin bu əhvalatıdır.

 

-Romanda həm də nəzəri bir sualın altını çəkirsiniz: "Özünü yazmaqla romançı olunmur" deyə. Siz bu barədə nə düşünürsünüz?

 

 

-Məncə, bu çox səhvdir. Sənətdə heç bir qanunun olub-olmamasına inanmıram. Bu, bizim yetişdiyimiz dövrdə yayılmış bir müzakirə mövzusu idi: "Yaxşı yazıçı yazarkən özündən uzaqlaşmalıdır" fikri. Mən belə düşünmürəm. Həm belə, həm də əksinə ola bilər. Əhəmiyyətli olan yaranan mətnin uğurlu olub-olmamasıdır. Sənətdə məhdudlaşdırıcılığın və qadağaların heç bir dəyəri yoxdur.

 

-Bəzi yerlərdə səhnəni dayandırıb uydurma haqqında suallar verirsiniz. Məqsədiniz yazıçının qarşılaşdığı texniki çətinliklərə işarə etmək, yoxsa oxucunu passiv vəziyyətdən çıxarıb "Sona Ermek" romanının yazılma prosesinə daxil etməkdir?

 

-Yox, birincisi. Nəqledici yazıçının özü ilə mübarizəsi, hesablaşması, narahatlığı, qeyri-müəyyənliyi...

 

-Romanda nəqledici yazıçı özünə "uydurmaqda çətinlik çəkirsən" deyə qəzəblənir. Yazdıqca özünü tükədirsən, özündən bir parça itirirsən, demək olarmı? Yoxsa bu, yazıçının o anki psixoloji böhranından qaynaqlanırmı?

 

-Hər ikisi. Yazdığı mühitə olan ümidsizliyini də üçüncü səbəb kimi əlavə edə bilərik. Bunların hamısı ya yanılgı, ya narahatlıq, ya da insanın daxilində hiss etdiyi bir ürək döyüntüsüdür.

 

-Roman üçün "yalan sənətidir" deyirsiniz, "Sona Ermek"in bir yerində. Onda böyük yazıçılar üçün həm də yaxşı yalançıdırlar, demək olarmı?


-Məncə demək olar. Rahatlıqla deyə bilərsiniz. Əlbətdə, buradakı yalanın həyatdakı adi yalan və ya pis niyyətli yalanla heç bir əlaqəsi yoxdur.

 

-Yazıçı içindən daşanları yazarkən təkrardan çəkinməlimi?

 

-İçindən daşanları yazmalıdır. Heç vaxt bundan əl çəkməməlidir. Təkrar ola bilər. Bəlkə də bu bir takidir. Yazıçı da insandır, Allahın quludur. Onun da təkidləri, səhvləri, nöqsanları var. Mən heç vaxt mükəmməlliyə üstünlük verməmişəm. Həmişə bir "qaranlıq tərəf" qalmalı, yarımçıqlıq və ya təkrar ola bilər... Nəticədə yazıçının dünyaya yanaşma tərzi də formalaşır. Bu təkrar sizi də özü ilə aparır. Üstəlik, təkrarın altında daha yaxşısını yazmaq arzusu da var. Yəni "bunu edə bilmədim, bu dəfə edəcəm" arzusu.

 

-"Sona Ermek" romanındakı bağ təsvirləri də çox canlı və təsirlidir. Bağların təsvir olunduğu yerlərdə yazıçının bir az rahatladığını hiss edirik. Bağlar nəqledici yazıçı üçün qorxularından gizlədiyi təhlükəsiz məkan ola bilərmi


-Bəli, deyə bilərik. Tamamilə təhlükəsiz sığınacaq. Çox gözəl ifadə etdiniz. İndi də bağlar haqqında yazmağa çalışıram.

 

-Romanın bir yerində deyirsiniz: "Yazıçı tamamilə təkdir". Yazarlıq üçün tənhalığı şərt hesab edirsinizmi?

 

-Tənhalıq mənim üçün zəruridir. Amma yazma sənətinin də tənhalıq tələb etdiyinə inanıram. Bunun həvəsləndirici tərəfi var, eyni zamanda yazmaq üçün tənhalıq lazımdır. Hətta bunu təkcə yazıçılar üçün deyil, oxuma sənəti üçün də doğru hesab edirəm.

 

-Oxucuların yazıçı üzərində haqqı olduğuna inanırsınızmı?

 

-Əlbəttə var, necə olmaz? Oxucu yazdıqlarınıza ciddi yanaşır, əmək verib qiymətləndirir. Bəzən tam anlaşıla bilmir, ayrılıqlar olsa da, illər sonra sizə də hörmət bəsləyir.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Немат Тахир, Карабахский представитель портала «Литература и искусство»

 

 

Sizə bir insan taleyi barədə söhbət açmaq istəyirəm.

Lyubov Məmmədova 1963-cü ildə Ukraynanın Xarkov şəhərində anadan olub. Onun atası gürcü, anası isə ukraynalıdır. 1983-cü ildə azərbaycanlı Hüseyn Məmmədov ilə ailə quraraq Azərbaycana - Ağdam rayonunun Qarazeynallı kəndinə köçüb. Bu, onun həyatında yeni bir dövrün başlanğıcı idi. Burada, ailəsinin əsas dayağı olan iki uşağı – oğlu Ruslan və qızı Esmira dünyaya gəlib. Oğlu 1984-cü ildə, qızı isə 1987-ci ildə anadan olub. 

Əvvəlki illərin xoşbəxt ailə həyatı təəssüf ki, uzun sürmədi. Qarabağda ermənilərin torpaq iddialarının başlaması ilə bütün Qarabağ camaatı vətənin müdafiəsinə qalxdı və 1992-ci ildə Lyubovun həyat yoldaşı Hüseyn də bu mübarizəyə qoşuldu. Müharibə dəhşətləri, təəssüf ki, Hüseynin həyatını aldı. O, müharibənin qorxunc sınaqları nəticəsində həlak oldu. Lakin Lyubov baş verən bu faciə ilə bacarıqlı və möhkəm bir ana olaraq başa çıxdı. Övladlarını özünün bütün sevgisi və diqqəti ilə böyüdərək, onlara həm analıq, həm də atalıq rolu ilə yanaşdı. O, bir ana olaraq, həyatını övladlarının xoşbəxtliyi üçün həsr etdi.

Bu ağır günlərdə, tək qalan Lyubov Məmmədova ailəsini bir arada saxlamaq üçün mübarizə aparmaq qərarına gəldi. Onlar Ukraynaya köçdülər və burada Lyubov azərbaycanlılara olan dərin sevgisi və hörməti ilə tanınan bir insan oldu. Həmişə öz kökünü unutmayaraq iş həyatında çalışdı və namusla övladlarını böyütdü. Onun həyatındakı ən böyük məqsəd, uşaqlarını ən yaxşı şəkildə yetişdirmək, onlara ailənin əsl dəyərlərini aşılamaq oldu. Lyubov, həyat yoldaşı Hüseynin xatirəsinə hörmət edərək, heç vaxt ailə qurmadı və övladlarına yalnız ana deyil, həm də atanın dəyərini göstərdi. 

Xarkovda yaşayan azərbaycanlılar deyirlər ki, Lyubov hər il Hüseynin anım günlərində məscidə gedər və orada yoldaşı üçün Quran oxudardı. O, həmişə övladlarına Azərbaycan dilini öyrədərək onlara həm milli kimliklərini, həm də Hüseynin ruhunu yaşatmağa çalışdı. Lyubov Məmmədova uşaqlarına daim deyərdi ki, "Atanız həmişə bizimlədir, onun ruhu şad olsun". O, Azərbaycanla əlaqələrini heç vaxt kəsmədi və 2000-ci illərdə övladları ilə birlikdə Bakıya gəldi. Burada, Hüseynin bütün qohumları ilə görüşərək, uşaqlarını onlarla tanış etdi. O, onlara: "Mən ölərəm, amma balalarım qohumlarını tanısın, kimsəsiz olmadıqlarını bilsinlər", - deyə xatırladırdı.

Lyubov Məmmədova, həmçinin övladlarına daim tövsiyə edirdi ki, "Əgər siz ailə qurarsınızsa, yalnız azərbaycanlı ilə ailə qurun, yoxsa atanızın ruhu bizdən inciyər". Bu, onun Azərbaycan sevgisinin və dəyərlərinin nə qədər dərin olduğunu göstərirdi. 

2006-cı ildə qızı Esmira Naxçıvandan olan bir Azərbaycan vətəndaşı ilə ailə quraraq, Lyubovun iki nəvəsini dünyaya gətirdi. Həyat davam edirdi, amma yeni ağır sınaqlar da gəlirdi. Oğlu Ruslan Ukrayna ordusunda minamiyot komandiri kimi xidmət edərək,  2022-ci  il oktyabrın 7-də  Ukrayna-Rusiya müharibəsində şəhid oldu. Bu, Lyubovun həyatında bir başqa böyük faciə idi. Lakin o, övladını itirməsinə baxmayaraq, belə bir qəhrəmanlıqdan qürur duyurdu. O, heç vaxt unutmadı ki, oğlu Ruslan atasının qəhrəmanlığını davam etdirərək, vətənini müdafiə edib.

Lyubov Məmmədova, əsl Azərbaycan xanımlarına xas olan xüsusiyyətləri ilə özünü göstərdi. O, həyatının hər bir anını Azərbaycan sevgisi və övladlarına olan dərin bağlılıqla yaşadı. Onun bu həyatıAzərbaycan xalqının hər bir üzvü üçün əsl bir nümunədir. Lyubovun həyatı, həm ailə dəyərlərinin, həm də vətən sevgisinin əsl təcəssümüdür. O, öz övladlarına, onların gələcək həyatlarına yalnız sevgi və bağlılıq ilə deyil, həm də Azərbaycan torpağına və onun müqəddəs dəyərlərinə olan sonsuz hörmətlə yanaşdı. Bu gözəl qadınAzərbaycan xalqının qəhrəman qadınlarından biridir və onun həyatı gələcək nəsillər üçün bir örnək olaraq qalacaq.

 

 

Я хочу начать с вами разговор о судьбе одной женшины.

Любовь Мамедова родилась в 1963 году в Харькове, Украина. Ее отец был грузином, а мать украинкой.  В 1984 году она вышла замуж за азербайджанца - Хусейна Мамедова. Вместе с мужем она переехала в Азербайджан, в село Каразейналлы Агдамского района. Здесь, в 1983 году, родился их сын Руслан, а в 1987 году - дочь Эсмира. 

 

Этот счастливый семейный период не длился долго. Когда армяне начали претендовать на Карабах, вся карабахская община встала на защиту Родины. В 1992 году Хусейн отправился на фронт. Но, к сожалению, в одном бою он погиб. Оставшись одна, Любовь забрала детей и уехала в Украину. Там она продолжала работать торговцем, а также проявила особую заботу и внимание, чтобы воспитать детей с честью и достоинством. После смерти Хусейна она не выходила замуж и продолжала быть и матерью, и отцом для своих детей. 

В Харькове, где живут немало азербайджанцов, азербайджанцы, говорят, что в годовщину смерти Хусейна Любовь всегда ходила в мечеть и читала Коран для него. Она говорила детям: «Мы всегда будем между собой говорить на азербайджанском языке, ваш отец всегда с нами, пусть его душа будет в покое».

Любовь никогда не разрывала связи с Азербайджаном. В начале 2000-х она приехала в Баку с детьми и встретилась со всеми родственниками Хусейна, чтобы познакомить детей с их семьей. Она говорила: «Когда я умру, пусть мои дети знают, кто их родственники. Пусть они понимают, что они не одни». Также она наставляла детей: «Когда вы будете создавать свою семью, обязательно выберите азербайджанцев, иначе душа вашего отца будет на нас сердиться». 

В 2006 году дочь Эсмира вышла замуж за гражданина Азербайджана из Нахичевани, и у Любови появилось два внука. 

Жаль что судьба нанесла еще один удар этой женщине. Ее сын, Руслан Мамедов, который служил в украинской армии, погиб в 2022 году в ходе войны Украины с Россией.

Любовь всегда говорила, что сын, как и его отец Хусейн, стал героем. Вопреки всем трудностям, она гордилась своим сыном.

Любовь Мамедова является настоящим примером для азербайджанских женщин. Она всю свою жизнь посвятила воспитанию детей и сохранению памяти о муже. Она воспитывала их в любви к своей родине, к Азербайджану, и они навсегда будут помнить её уроки.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2025)

 

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, fevralın 7-də  Astanada Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

Toplantı geniş və rəngarəng mədəniyyət proqramı ilə də diqqət çəkib. 

 

Fevralın 6-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub. 

Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib. 

“Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Həmin gün E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında “Tamyr” adlı türk xalqlarının musiqisindən ibarət konsert keçirilib. Türk dünyasının zəngin musiqi irsini əks etdirən bu konsertdə səhnədə "TURAN" Folklor-Etnoqrafik Ansamblı, "GULDER" Ansamblı, "SALTANAT" Dövlət Rəqs Ansamblı, K. Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının kollektivi və E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.

Bu tədbir həm də türk dövlətləri arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə və onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verib.

Fevralın 7-də Türk Mədəniyyəti və İrsi Fondunun iki qurumla - TİKA və Türk Dünyası Fonduyla birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Divani Lüğat ət-Türk” beynəlxalq sərgisinin açılış mərasimi keçirilib. 

Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, əsərin Türk dünyasını birləşdirən əsas açar rolunu oynadığını bildirib: “Böyük alim Mahmud Kaşğarinin XI əsrdə yaratdığı “Divani lüğat ət-türk” sadəcə ədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin, adət-ənənələrimizin əksidir. Nəsillər arasındakı əlaqəni simvollaşdırır”.

Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin əsəri “Divani Lüğat ət-Türk”ün 950 illiyinə həsr olunub. Bu möhtəşəm sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib. 

Xatırladaq ki, “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.

 

"Ədəbiyyat və incəsənət"

(08.02.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Fevralın 7-də Qəbələ rayon Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və "Gilan"ın dəstəyi ilə "Qış nağılı" Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

Festivalı Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli  festivalın əhəmiyyətdən bəhs edərək açıq elan edib. 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova qonaqları salamlayaraq festivalın Qəbələdə keçirilməsindən məmnunluğunu qeyd edib və Azərbaycan musiqisinin keyfiyyətindən və beynəlxalq səviyyədə tanınmasından bəhs edib.

"Qış nağılı" Beynəlxalq Musiqi Festivalına Azərbaycan Dövlət Simfonik Orkestrının bədii rəhbəri və baş dirijoru Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası ilə start verilib.

Daha sonra solistlər: Vanessa Qaykoeçea Aqorriya, Sercio Vitale və Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazovun çıxışları ilə davam edib. 

Festival bu gün - fevralın 8-də saat 16:00-da Bakı Xareoqrafiya Akademiyasının şagird və tələbələrinin konserti, 20:00-da  Heydər Əliyev Konqres Mərkəzində, 9 fevral saat 16:00-da Bakı Kamera Orkestrının və 20:00- da Heydər Əliyev Konqres Mərkəzində Aydar Qaynullin və Eyforiya Ansamblının ifaları, 10 fevral saat 16:00-da "Glassduo" ansamblının Qafqaz Riverside Hoteldə çıxışı ilə davam edəcək.

Festivalın təntənəli bağlanış mərasimi 10 fevral saat 20:00-da "Qaytağı" instrumental ansamblının çıxışı ilə Heydər Əliyev Konqres Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 


Deyirdi ki:- “Mən beş yaşımdan səhnəyə bağlı olmuşam. Harada oxusam da, boş vaxtımı hər zaman səhnədə keçirmişəm. Bağçada, məktəbdə şeirlər demişəm, dram dərnəklərində tamaşalardan parçalar oynamışam. Həyatımın bir tərəfi oxumaqla, işləməklə keçibsə, digər tərəfində isə hər zaman incəsənət olub. Sonralar incəsənət mənim bütün varlığıma hakim oldu. Uşaq idim, məktəbdə rus sektorunda təhsil alırdım, amma evə gəlib qardaşımın doğma dilimizdə “Ədəbiyyat müntəxabatı” kitabını oxuyurdum. İnanmazsınız, Səməd Vurğunun “Vaqif” dramını dəfələrlə oxuyub əzbərləmişdim. Özümdən asılı deyildi, həmin əsəri çox sevirdim. Tale elə gətirdi ki, illər sonra Akademik Milli Dram Teatrında Xuraman obrazını oynadım, amma mənə həmişə Qacar, Vəli obrazları maraqlı olub.”

 

Azərbaycan Respublikasının xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülmüşdü, dövlət mükafatı laureatıydı. Prezidentin fərdi təqaüdünü alırdı. Qırx yeddi filmə çəkilmişdi. Sonuncu dəfə “Yuxu” filmində Xuşud obrazını yaratsa da, xəstəliyi ilə əlaqədar sonradan heç bir fimə çəkilmədi. Şəkər xəstəliyi onu ruhdan salmışdı...

 

Haqqında söhbət açdığım Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində dünya gəlib. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Və ötən müddətdə övladları olmayıb. 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat edib. Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb. 

 

“Mən sənət üçün hər şeyimdən keçən insanam. Bütün varlığım sənətdir.”- söyləyirdi. 

Yaşasaydı noyabrın 6-da 80 yaşı tamam olacaqdı, təəssüf ki, bu gün onun vəfatından yeddi il ötür...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

 

Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasi problemlərindən çıxış yolu kimi görür. Əgər Tehran Ermənistanla hərbi saziş imzalayıb bu ölkəyə qüvvələr göndərərsə, bir neçə məqsədinə nail olacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə İsrailin tanınmış eksperti Mordexay Kedar “Jerusalem Post”da dərc olunmuş “İranın şiə ayparası laxlayır: 7 oktyabrdan sonra regional güc nisbəti necə dəyişir” adlı məqaləsində yazıb.

Qeyd olunub ki, İran Ermənistan vasitəsilə Rusiya ilə qaçaqmalçılıq əməliyyatlarını davam etdirmək niyyətindədir. Ermənistanın Avropaya yaxınlığı belə bir vəziyyətdə strateji və geosiyasi baxımdan üstünlükdür. Habelə, İran Ermənistanda hərbi mövcudluq yaratmaqla Azərbaycanla münasibətlərdə təsir imkanları əldə edə bilər.

İslam Respublikasının Ermənistan və Cənubi Qafqaz vasitəsilə regional gücünü bərpa etməyə çalışdığını, İran İnqilabı Keşikçiləri Korpusunun müxtəlif səylər göstərdiyini yazan müəllif İslam dünyasında dominantlığa can atan Tehranın onilliklər üçün planlar qurduğunu bildirib.

Məqalədə Ermənistanın tərəfdaşlıq münasibətində İrana loyallığını vaxtaşırı dilə gətirməsinə baxmayaraq, NATO tədricən Ermənistanı Qərbə doğru çəkməyə başladığı yazılıb. NATO hərbi personalının Ermənistanda fəallığı, ABŞ qüvvələri ilə birgə təlimlərin keçirildiyi, İranla sərhəddə ABŞ hərbçilərinin yerləşdirildiyi diqqətə çatdırılıb. ABŞ ordusunun Ermənistan hərbi bazalarında fəaliyyət göstərdiyi və İran ərazisindən buraxılan raket və PUA-ları izlədiyi qeyd olunub. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Ermənistana gedərək ölkə rəhbərliyi ilə görüşdüyü və baş verənlərə görə ölkəsinin narazılığını bildirdiyi vurğulanıb. İran Ermənistandan Avropa İttifaqı və NATO-ya üzvlük cəhdlərindən əl çəkməsini, habelə Qərb qüvvələrini öz ərazisindən çıxarmasını tələb edib. İran rəsmisi bildirib ki, İrəvan tələblərlə razılaşarsa, iki ölkə hərbi saziş imzalayacaq, Qərb qüvvələri Ermənistandan çıxacaq və İran maneəsiz fəaliyyət göstərmək üçün öz qoşunlarını bu əraziyə yeridəcək.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jpost.com/opinion/article-839499

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Şənbə, 08 Fevral 2025 09:00

Bu gün qar gözləntisi var

 

Havada bir qar qoxusu var, duyursunuzmu? 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 8-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

İstənilən şaxtalı hava şəraitində təki ürəklərimiz isti olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Əlisa Nicat adlı bir şəxs ötən əsrdə Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi 37458(!!!) işıqlı şəxslərimizi cəzalandıran əli qanlı cəllada - Mir Cəfər Bağırova yarınaraq çox güman ki, onun günümüzdə yaxşı imkana malik varislərindən xidmətpayı umur. 

Və bu yarınmada, o, Bağırovun 3 dəfə həbsinə və sürgününə qərar verdiyi, amma həfsiz nüfuzuna, ümumxalq sevgisinə görə böyük havadarlarının dəstəyi ilə salamat qaldığı, bununla belə, təqib, qarayaxma, ləkələnmə sayəsində xəstəlik taparaq çox erkən dünyadan köçən Səməd Vurğuna çamur atması cəmiyyəti silkələyən əsas olaya çevrilib. 

Əlisa Nicata hərə bir cür cavab verərək ürəyini boşaldır. Əslində, ona ən yaxşı cavab elə böyük Səməd Vurğunun şeirləridir. 

 

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

 

Bəli, böyük şair “Mən tələsmirəm” şeirində belə deyib. 

 

 

SƏMƏD VURĞUN, 

“Mən tələsmirəm”

 

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qücağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər 

Mənim söhbətimdən yorulmaq olmaz.

Yayılsın səsimiz qoy qitə-qitə,

Çox da bənd olmayaq hər hürən itə.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən…

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı, söhbətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

 

Sevgilim, qolunu boynuma dola!

Demə ki, yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni

Dənizdən – dənizə atsa da məni,

Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»

Dur, bütün aləmi gəzək qol – qola,

Sellərdən, sulardan yeyin axsam da,

Şimşəklə yanaşı göydə çaxsam da,

Nə şadlıq səyirtsin atını, nə qəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Mən də bu gözəlin eşqinə düşdüm 

Sən də, ovçu dostum, tələsmə sən də,

Bu qəlbi dağları qoy asta aşaq.

O çay yanındakı yaşıl çəməndə

Asta addımlayıb ağır dolaşaq.

Hər güllə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən-dən…

Odur ki, yel olub çöldə əsmirəm,

Heç yana, heç yerə mən tələsmirəm!

 

Bulud tez keçməsin başımın üstdən,

Çay da yavaş axsın…sular boyunca.

Baxım hər zərrəyə, baxım doyunca…

Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var.

Min cürə pisliklər gördüm həyatda,

Amma saxlamadım onları yadda.

Haqsızlıq daima olub, olacaq,

Amma ki,bu saat və bu dəm ancaq,

Heç yerə heç yana mən tələsmirəm.

 

Ürək tərpənməyir ötərgi səsdən,

Nə çıxar bir anlıq yanan həvəsdən.

Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı şikəst bir quşam…

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın

Al günəş üzündən nur yağa – yağa..

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Mən tələsmirəm..

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2025)

7 fevral 2025-ci il tarixində Astanada, Milli Muzeydə Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, iclasda Fondun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Başçılarının göstərişinə əsasən “Türk Dünyasına Baxış 2040” sənədi və TURKTIME təşəbbüsünün rəhbərliyi altında türk mədəni irsinin dünya arenasında qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi sahəsində təşkilatın strateji istiqamətləri barədə məlumat verib. Həmçinin, 2024-cü il üzrə Fondun fəaliyyətinə dair ətraflı hesabat təqdim olunub.

Eyni zamanda toplantı çərçivəsində iştirakçılara Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət Planları barədə ətraflı təqdimat keçirilib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya naziri Aida Balayevanın sədrliyi altında keçirilən Fondun ikinci Şura Toplantısında Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və Türkiyə Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu, eləcə də Türk ölkələri dövlət orqanlarının nümayəndələri iştirak ediblər. 

İclasın yekunlarına əsasən təşkilata üzv ölkələrin nümayəndələri tərəfindən Fondun 2024 – cü il üçün fəaliyyətinin yüksək qiymətləndirilməsi, təşkilatın 2025-2026-cı illər üçün Fəaliyyət Planlarının təsdiq edilməsi daxil olmaqla Protokol imzalanıb.

Qeyd etmək lazımdır ki,  Şura toplantısının nəticələri Türk dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında vacib bir addım olacaq, mədəni mirasın qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni bir təkan verəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.