Super User

Super User

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçiriləcək. Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi "Şuşa İli"nə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərginin açılışı ərəfəsində isə “Hilton Baku" hotelində sərgi ilə bağlı mətbuat konfransı keçirilib. .

Giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli sərgi haqqında məlumat verib. Qeyd edib ki, builki sərginin digər sərgilərdən fərqi onun miqyasının daha geniş olmasıdır: "8-ci sərgi "Şuşa İli"nə həsr olunub. Ona görə də çap məhsullarının əksəriyyəti mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib. “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək sərgidə 10-dan çox ölkə (Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.), 100-dən artıq yerli və xarici nəşriyyatın iştirakı gözlənilir.

Kitab bayramında həmçinin Azərbaycanın tanınmış yazıçı və şairləri, gənc yazarlar, eləcə də məşhur xarici müəlliflər, sənətçilər iştirak edəcəklər. Sərgiyə həmçinin kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. qurumların da iştirakı nəzərdə tutulur.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Builki sərgidə ilk dəfə olaraq azyaşlı oxucular üçün spesifik formada "Uşaq dünyası" adlı stend quraşdırılacaq. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarlar”ı olacaqlar. Hər iki müəllifin iştirakı ilə müxtəlif səpkili tədbirlər keçiriləcək. Builki sərginin “fəxri qonaq ölkə”si isə Türkiyədir.

Akif Marifli bildirib ki, sərgi müddətində 2021-ci ildən Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” aksiyası da davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxanalar üçün 94 min nüsxəyə yaxın kitab toplanıb. Sərginin son günü isə təşkilat komitəsi tərəfindən "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabı çap etmiş naşir isə mədəniyyət paytaxtımızın 270 illiyi münasibətilə təsis olunan xatirə nişanı ilə təltif ediləcək.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov vurğulayıb ki, ötən ilki sərginin 30 mindən çox ziyarətçisi olub. Sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində qurulan infrastruktur onu deməyə imkan verir ki, builki sərgidə daha da çox kitabsevər iştirak edəcək.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Ziyarətçilər https://bakubookfair.az/az-register/ linki vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər.

Saat 10:00-dan 20:00-dək açıq olacaq sərgiyə giriş ödənişsizdir.

Qeyd edək ki, bu gün Sərgidə Mədəniyyət Nazirliyinə aid Natəvan guşəsində Xalq Yazıçısı Çingiz Abdullayevlə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə, yazıçı Varislə görüşlər keçiriləcək.

Çərşənbə, 05 Oktyabr 2022 09:11

Günün fotosu: İran çalxalanmaqdadır

Günün fotosu: İran çalxalanmaqdadır

 

İrandakı hökümət əleyhinə mitinqlərə tələbələr və şagirdlər də qoşulmuşlar. Beynəlxalq politoloqlar İranda köklü dəyişikliklər vəd edirlər.

Foto: Euronews

Çərşənbə axşamı, 04 Oktyabr 2022 14:57

2022-ci ilin ilk Nobel mükafatını isveçli paleogenetik qazanıb

Budur, 2022-ci il Nobel mükafatlarının təqdim ediıməsi mərasiminə başlanıldı və ənənəyə görə ilk olaraq tibb sahəsi üzrə Iaureat elan olundu. Bu, İsveç paleogenetiki Svante Pyaebodur. 

 

Svante Pyaebonun fiziologiya və ya tibb üzrə Nobel mükafatının növbəti laureatı olması xəbərini “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən yayır. 

Nobel Komitəsi Pyaeboya "ölmüş homininlərin genomlarına və insan təkamülünə dair kəşflərinə" görə mükafatı verir.

 

İctimaiyyətə məlum olduğu kimi, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, layihə çərçivəsində nazirliyin regional mədəniyyət idarələrində çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri kimi fəaliyyətini davam etdirəcək.

Nazirliyin regional mədəniyyət idarələri üzrə kommunikasiya menecerləri (onlar barədə məlumatlar və əlaqə vasitələri – fotolarda) ictimaiyyətə təqdim olunur: Pərvanə Muradzadə (Bakı), Leyla Dadaşova (Sumqayıt), Fərid Musayev (Xaçmaz), Əkbərli Nurtən (İsmayıllı), Elvin Qarayev (Şəki), Ramil Əhmədov (Kürdəmir), Leyla Bayramova (Ağstafa), Tamam Orucova (Şəmkir), Fərid Məmmədli (Gəncə), Əhliyyət Əliyev (Bərdə), İlkin Mamedov (Ağcabədi), Natəvan Ağayeva (Ağdaş), Anar Rəhimli (Sabirabad), Kürçaylı Məmmədov (Biləsuvar), Ceyhun Bəşirov (Masallı), Əli Abasov (Lənkəran).

Yuxarıda adları qeyd olunan menecerlər media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı regional idarənin tədbir və layihələrinin mediada işıqlandırılmasını, idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də sosial media fəaliyyətinin təşkilini təmin edəcək.

Qeyd edək ki, layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

Məlumat üçün bildiririk ki, kommunikasiya menecerlərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunda onların iştirakı nazirlik tərəfindən adıçəkilən layihə çərçivəsində təmin edilib. Təlim kursu “Ünsiyyət və netvörkinq bacarıqları”, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edib.

Rəsm qalereyası: İ.İ. Şişkin. “Qovaq meşəsində səhər”

Çərşənbə axşamı, 04 Oktyabr 2022 13:30

Günün fotosu: Roma Papası rusları bədnam etdi

Günün fotosu: Roma Papası rusları bədnam etdi

 

O, Ukraynanın bir neçə əyalətinin ruslar tərəfindən anneksiya edilməsini sərt ittiham etdi. Ukraynalılara ürək-dirək verdi, onların haqq işinin qalib gələcəyini vurğuladı.

 

Foto: Euronews

Çərşənbə axşamı, 04 Oktyabr 2022 16:00

1 milyard təklif olundu, “Youtube” kanalını satmadı

MrBeast adı ilə tanınan məşhur bloqer özünün "Youtube" kanalını böyük pul müqabilində satmaqdan imtina edib.

 

“Ədəbiyyat və incəsənət” lent.az-a istinadən xəbər verir ki, onun kanalına 1 milyard avro təklif edilib. Lakin bloqer bildirib ki, illərlə əziyyət çəkib qurduğu sistemi kiməsə vermək niyyətində deyil. 24 yaşlı superstarın kanalının 100 milyondan çox abunəçisi var. ən əsası, indiyədək heç bir "Youtube" kanalına belə bir məbləğ təklif edilməyib.

Media ekspertləri belə bir hazır kanalın real dəyərinin 10-20 milyard avro arası olduğunu bildirirlər.

 

Ehtiram Fərzəlibəyovun təqdimatında olan "Aclıq oyunları" realiti şousu bir-birindən fərqli buraxılışlar ilə yayımlanacaq. Müxtəlif məkanlarda baş tutacaq buraxılışlarda dünya mətbəxinin ləziz təamları Azərbaycan mətbəxinə uyğun tərzdə təqdim olunacaq. Belə ki, studiya şəraitində yemək bişirmək, vəhşi təbiətdə ərzaq tapıb yemək hazırlamaq, küçə yeməklərinin (streetfood) və s.  hər birinin mükəmməl şəkildə təqdim olunması nəzərdə tutulur. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” milli.az-a istinadən məlumat verir. Verilişdə peşəkar aşpazlar master-klass keçəcəklər. İştrakçıların qatıldığı realiti şounun qalibi seçim əsasında aparılacaq.  Sonda qalib 15 min manat pul mükafatı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomu ilə təltif ediləcək.

Qeyd edək ki, "Aclıq oyunları" realiti şousu oktyabr ayının 7-sindən etibarən həftənin şənbə və bazar günləri saat 18:00-da efirə gedəcək.

Çərşənbə axşamı, 04 Oktyabr 2022 12:30

“Bir həyatdı min günahlıq” -Zahid Sarıtorpağın şeiri

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Zahid Sarıtorpağın “…harda görsək bir qaranlıq” şeirini təqdim edir. 

 

harda görsək bir qaranlıq

gün kimi doğub gedərik

hər quraqlığa bir anlıq

yağış tək yağıb gedərik

 

biz gələrik sevə-sevə,

göz yumar O biz tərəfə

bir ömürdə bircə dəfə

üzünə baxıb gedərik

 

bir həyatdı min günahlıq

bir nəfəs qalıb son ahlıq

ömür adlı bu qonaqlıq

bitər də çıxıb gedərik

Çərşənbə axşamı, 04 Oktyabr 2022 15:00

Musiqili Teatrın oktyabr repertuarını təqdim edirik

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının oktyabr repertuarını diqqətinizə çatdırırıq. 

 

7 oktyabr- “Psix”

8 oktyabr –“Paris Notr-Dama ithaf”

9 oktyabr – “Qırmızı papaq”, “Bəxtiyar”

14 oktyabr- “Lara Martins Jazz club”

15 oktyabr – “Meşə çaqqalsız olmaz”, “999-cu gecə”

16 oktyabr – “Qoğal”, “O olmasın, bu olsun”

21 oktyabr – “Silva”

22 oktyabr - “Dəcəl çəpişlər”, “Məchul pilləkən”

23 oktyabr-“Qırmızı papaq”, “Qızıl toy”

28 oktyabr –“ Baladadaşın toy hamamı”,

29 oktyabr - “Bremen musiqiçiləri və Pen”, “Beş manatlıq gəlin”

30 oktyabr – “Buratino” , “Kimdir müqəssir”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.