Super User
Sumqayıt hadisələrindən 35 il keçir...
“Ədəbiyyat və incəsənət” portalı 35-ci ildönümünü yaşadığımız Sumqayıt hadisələri barədə publisit Elman Eldaroğlunun yazısını təqdim edir. Sumqayıtlı Elman Eldaroğlu bu hadisələrin canlı şahididir.
Onda iyirmi iki yaşım var idi. Yeddi ay olardı ki, sovet ordusu sıralarından təxris olunmuşdum. Sumqayıt Politexnik texnikumunu bitirdikdən sonra əsgəri xidmətimi iki il iki ay Almaniyadakı sovet qoşunlarında keçmişdim. İndiki Azərbaycan Texniki Universitetinin axşam şöbəsində təhsil alırdım. Gündüzlər isə Sumqayıt Superfosfat zavodunun təhcizat şöbəsində çalışırdım. Eyni zamanda "Sosialist Sumqayıtı" qəzetinin ştatdankənar müxbirlərindən biri kimi fəaliyyət göstərirdim...
Yaxşı yadımdadır, təqvimdə 27 fevral 1988-ci il idi. Sumqayıt od tutub yanırdı. Alışdırılmış avtomobillərin qara tüstüsü şəhərin üzərində müharibə ab-havası yaratmışdı. Bir qrup insan (sonradan biləcəkdik ki, bunlar maskalanmış ermənilırdir) evlərə soxulur, öz soydaşlarını eyvandan, pəncərədən çölə atır, qadın və qızları zorlayırdılar. Hamı əsəbi, hər kəs təlaş içində idi. İnsanları yayılan şayələr, məkirli çağırışlar idarə edirdi. Necə deyərlər, bütün şəhər ayaqüstə idi...
Təqvim 28 fevral 1988-ci ili göstərirdi. Şəhərdə baş verən hadisələr hamı kimi məni də sarsıtmışdı. Səhər birtəhər özümü zavoda çatdırıb yenicə işə başlamışdım, hay düşdü ki, ermənilər uşaq bağçalarına girib qadınları zorlayır, uşaqları öldürürlər. Ətrafımda olan gənclər kimi, mən də bir dəmir parçasını qəzetə büküb, özümlə götürdüm və avtobus dayanacağına doğru yürüdüm. Yalan olmasın, bəlkə də zavodun bütün gəncləri orada idi. Nəisə, avtobuslara doluşub şəhərə yola düşdük. Biz şəhərə çatanda sovet əsgərləri qarşımızı kəsib, geriyə qayıtmağımızı tələb etsələr də, özümüzü qaynar nöqtəyə- köhnə avtovaqzalın yanına çatdıra bildik. Məlum oldu ki, yalan məlumat yayılıb. Dünənki hadisələrdən sonra şəhərin bütün ermənilərini klublara, ictimai yerlərə yığıb mühafizə edirlər.
Tanımadığımız kimlərsə səsgücləndirici vasitəsi ilə elə hey qışqırırdı- “Vurun Əli şiələri, kopəkoğlu rus əsgərləri bizim düşmənlərimizdir, erməniləri müdafiə edirlər. Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb…”
Əsəblərini cilovlaya bilməyən gənclər əsgərlərə daş atır, şəhəri tərk etmələrini tələb edirdilər. Mən də onların arasında idim. Baş o qədər qarışmışdı ki, bir də gördüm ki, 7-8 rus əsgər məni mühasirəyə alıb. Əlimdəki dəmir parçasını yerə atmağımı tələb edirdilər. Yerə atan kimi onlardan biri avtomatın qundağı ilə burnuma vurdu. Digəri isə hərbi bellə başıma zərbə endirdi, özümü itirdim. Ayılıb gördüm ki, iki əsgər qollarıma girib məni “katalaşka” adlandırılan “KPZ” maşınına qaldırır. Maşın insanlarla doluydu. Burnumdan, başımdan axan qan dayanmaq bilmirdi. Kimisi dəsmal verir, kimisi boynundakı şərfi çıxarıb mənə uzadırdı. Az vaxt keçmişdi ki, bizi Sumqayıt milis şöbəsinə apardılar. Müstəntiqlər dindirəndən sonra şöbənin müvəqqəti təcridxanlarına yerləşdirdilər. Bir gün orada saxlanılandan sonra bizi "Bayıl türməsi"nə apararaq əl izlərimizi götürüb, sağdan, soldan, qarşıdan şəkilimizi çəkdilər və kameralara bölüşdürdülər.
On dörd gün orada qaldım, sonra əməlimdə heç bir cinayət tərkibi olmadığı üçün məni də yenidən Sumqayıt Milis şöbəsinə gətirib azadlığa buraxdılar. Qalanı acı xatirələrdir...
Artıq o vaxtdan 35 keçir. Təqvimdə 28 fevral 2023-cü ildir. İndi anlayıram ki, o hadisələr KQB-də ssenarisi yazılan, mənfur ermənilərin həyata keçirdiyi faciəvi tamaşa idi. Həmin tamaşa qanlı müharibəyə, on minlərlə soydaşımızın həlak olmasına səbəb oldu…
Allah şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
“Macar etüdləri”
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – Turançılıq ideyasının geniş miqyasda yayılması və bərqərar olması işinə xüsusi töhfələr vermiş tanınmış macar alimləri və elm korifeylərinin həyat və fəaliyyətini əks etdirən “Macar etüdləri” kitabı işıq üzü görüb.
Tanınmış filoloq, professor Vilayət Quliyevin təhlil və araşdırmaları əsasında ərsəyə gətirilmiş kitab macar-türk əlaqələrinin mənəvi yaxınlığının tarixi köklərindən bəhs edən “Hun-türk qurultayı və Macarıstanda turançılıq”, “Macarları özlərinə tanıdan alim”, “Macar türkologiyasının ikinci adamı”, “Budapeştdə türk ellərinin elçisi”, “Avropa türkologiyasının son mogikanı”, “Macar nəsrinin sevilən “türk povesti” kimi maraqlı faktlar və hadisələrlə zəngin fəsillər üzrə tərtib edilib.
Kitabın ön sözünün müəllifi – Vilayət Quliyev, redaktoru – İradə Musalıdır.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Kinostudiyanın 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək
Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış tədbirləri keçiriləcək.
Dövlət Film Fondunun məlumatına görə, ilk baxış çərçivəsində martın 3-də saat 15:00-da Azərbaycan Dövlət Film Fondunda qocaman rejissor, görkəmli sənədli kino ustası Niyazi Bədəlovun “150 il. Mirzə Fətəli Axundov”, “Dağlarda ada” və “Estafet” filmləri nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
ABŞ Kinoaktyorlar Gildiyası qalibləri elan edib
Dünən Los-Ancelesdə ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarının 29-cu təqdimat mərasimi başa çatıb. «Ədəbiyyat və incəsənət” portalı qazeta.ru-ya istinadən xəbər verir ki, müxtəlif nominasiyalarda fərqlənənlər bunlardır:
Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” tragikomediyası gecənin triumfatoru olub və 4 mükafat qazanıb. Film ən yaxşı aktyor heyətinə görə heykəlcik qazanıb, həmçinin Mişel Yeo “ən yaxşı aktrisa, Ke Hyui Kvan “Ən yaxşı ikinci plan aktyoru” və Ceym Li Kertis “ən yaxşı ikinci plan aktrisası” fərdi mükafatlara layiq görülüblər.
“Ən yaxşı kişi aktyor” kateqoriyasında mükafat Darren Aronofskinin “Balina” filmində roluna görə Brendan Frreyzerə təqdim edilib.
Televiziya serialları kateqoriyalarında ən yaxşı aktyor heyəti mükafatlarına dramatik film “Ağ lotus” və Ebbot ibtidai məktəbi” komediya filmi layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(28.02.2023)
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
S/n |
Qəbulun keçirildiyi şəhər, rayon |
Əhatə olunan şəhər və rayonlar |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu |
Qəbulun keçirildiyi gün |
1. |
Göyçay |
Göyçay, Ağdaş, Kürdəmir, Ucar, Zərdab |
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev |
02 |
2. |
Şəmkir |
Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax |
Energetika naziri Pərviz Şahbazov |
03 |
3 |
Biləsuvar |
Biləsuvar, Cəlilabad, Cəbrayıl |
Gənclər və idman naziri Fərid Qayıbov |
09 |
4. |
Şamaxı |
Şamaxı, Qobustan |
Kənd təsərrüfatı naziri İnam Kərimov |
09 |
5. |
Quba |
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov |
09 |
6. |
Oğuz |
Oğuz, Qəbələ, Ağdaş |
Ədliyyə naziri Fikrət Məmmədov |
10 |
7. |
Salyan |
Salyan, Neftçala |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova |
10 |
8. |
Neftçala |
Neftçala, Salyan |
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov |
10 |
9. |
Tovuz |
Tovuz, Ağstafa, Qazax |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev |
10 |
10. |
Xızı |
Xızı, Siyəzən |
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov |
10 |
11. |
Hacıqabul |
Hacıqabul, Şirvan |
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov |
10 |
12. |
Sabirabad |
Sabirabad, Saatlı, İmişli |
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev |
13 |
13. |
İsmayıllı |
İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ, Oğuz |
Baş prokuror Kamran Əliyev |
15 |
14. |
Masallı |
Masallı, Yardımlı |
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev |
15 |
15. |
Sumqayıt |
Sumqayıt, Qubadlı |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev |
15 |
16. |
Şəmkir |
Şəmkir, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax |
Daxili işlər naziri Vilayət Eyvazov |
16 |
17. |
Bərdə |
Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Laçın |
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli |
16 |
18. |
Salyan |
Salyan, Neftçala |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov |
17 |
19. |
Füzuli (Horadiz şəhəri) |
Füzuli, Beyləqan, Xocavənd, Cəbrayıl (Cocuq Mərcanlı) |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev |
17 |
20. |
Göyçay |
Göyçay, Ağdaş |
“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov |
17 |
21. |
Salyan |
Salyan, Neftçala |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov |
27 |
22. |
Ağcabədi |
Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın, Cəbrayıl (Cocuq Mərcanlı) |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı |
29 |
23. |
Göygöl |
Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər, Xocalı |
Elm və təhsil naziri Emin Əmrullayev |
30 |
24. |
Sabirabad |
Sabirabad, Saatlı |
İqtisadiyyat naziri Mikayıl Cabbarov |
30 |
25. |
Naftalan |
Naftalan, Goranboy, Xocalı |
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev |
30 |
26. |
Şabran |
Şabran, Siyəzən |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev |
31 |
27. |
Biləsuvar |
Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl |
Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli |
31 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Rəsm qalereyası: Rövşən Nur, “Xocalı qətliamı”
Azərbaycanlı rəssamın Tallində sərgisi açılıb
Estoniyanın paytaxtı Tallində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Rövşən Quliyevin (Nur) fərdi rəsm sərgisi açılıb.
Bu barədə AzərTAC-a məlumat verən rəssam sərgi ilə yanaşı, Tallinin mərkəzi küçələrində 24 saat ərzində böyük ekranda Xocalı faciəsindən bəhs edən videomaterialların da göstərildiyini bildirib.
Qeyd edək ki, Tallin Rəssamlıq Akademiyasını bitirən Rövşən Quliyev artıq 17 ildir bu ölkədə Azərbaycanın mədəniyyətini və tarixi irsini çəkdiyi rəsmlərlə tanıtmağa çalışır.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Berlin Kinofestivalının Qızıl və Gümüş Ayıları fransızlara qismət oldu
Avropa qitəsinin ən nüfuzlu kinofestivallarından olan Berlin kinofestivalı dünən gecə saatlarında yekunlaşdı və qalibləfr elan edildi. Fransız rejissor Nikol Filiberin "Adamantda" adlı sənədli filmi Berlin Kinofestivalının əsas mükafatını — "Qızıl ayı"nı qazandı.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, film Parisin mərkəzində, Sena çayının sahilində qərarlaşmış üzən binada yerləşən bənzərsiz bir psixiatriya klinikasından bəhs edir. Filmin premyerası fevralın 24-də, məhz Berlin Kinofestivalı çərçivəsində baş tutub.
Festivalın ikinci əsas mükafatı – “Ən yaxşı rejissorluq üçün” nəzərdə tutulan “Gümüş Ayı” da Fransa kinematoqrafına qismət oldu. “Şum” dramına görə fransız rejissor Philip Garrel mükafata sahib oldu.
“Ən yaxşı baş rol ifaçısı” üçün “Gümüş ayı” “20 min növ Arı” filmində rol alan ispan aktrisası Sofiya Oteronun qisməti oldu.
Xatırladaq ki, 73-cü Berlin Film Festivalının əsas proqramına 19 ölkə kinematoqrafçılarının təqdim etdiyi 19 film daxil edilmişdi.
Fotonun hüququ: M.Schreiber, AP
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Başqalarından fərqləndiyin qədər maraqlısan - Hümbət Həsənoğludan 10 aforizm
1. İnsan ömrü boyu oxuyub, sadə həqiqətləri başa düşməyə də bilir.
2. Kişi üçün qadın vərəqlərinin çoxu cırılmış kitab kimidir, oxuyub nəsə başa düşməyə çalışır.
3. Qadınlar başa düşməlidirlər ki, kişilər onları heç vaxt başa düşməyəcəklər.
4. Başa düşməyə çalışmasan, yaşamaq o qədər də çətin iş deyil.
5. Şeytanı insan öz pis əməllərinə bəraət üçün düşünüb.
6. Başqalarından fərqləndiyin qədər maraqlısan.
7. Həkim xəstəyə inam verir və xəstə həkimə olan inamı ilə özünü sağaldır.
8. İnsan hərdən öz içinə o qədər adam doldurur ki, özünə oturmağa yer qalmır.
9. Yalnız özü haqda danışan insana sakit bax, o, özündən başqa kimi tanıyır ki?!
10. Öz fikri olanların fikri heç kimə maraqlı deyil.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Açıq portfel: Meyvə-tərəvəz idxalında azalma olub
Cari ilin yanvarında 27,6 min ton meyvə-tərəvəz idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən meyvə-tərəvəzin dəyəri 19,8 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin yanvarında dəyəri 18,9 milyon dollar olmaqla 33,3 min ton meyvə-tərəvəz idxal edilib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)