
Super User
45 yaşlı kitabxana
Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi tamam olur. “Ədəbiyyat və incəsənət” portalının poçtuna kitabxana əməkdaşları Aysel Həsənova və Təranə Heydərovanın “45 yaşlı kitabxana” adlı yazıları daxil olub. Həmin yazını diqqətinizə çatdırırıq.
“Azərbaycan kitabxanaları xalqımızın milli-mədəni sərvəti, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyət ocaqlarıdır. Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan kitabxanalarının inkişaf mərhələsi XX əsrin 70-ci illərinə təsadüf edir. Məhz o zaman Azərbaycanda kitabxana şəbəkəsi genişlənmiş, yeni kitabxanalar yaradılmışdır. Bu proses Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər kitabxananı bilik, zəka mənbəyi adlandırırdı. Təhsil və mədəniyyət sahələrinin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, oradakı zəngin mədəni irsin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bu sahəni ötən əsrin çətin 90-cı illərində də daim diqqət mərkəzində saxlamış və demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.
2024-cü ilin payızında Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi tamam olur. Bu kitabxana Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1978-ci ildə kütləvi kitabxana kimi təşkil olunmuş və 1979-cu ildə oxucuların istifadəsinə verilmişdir. 2011-ci ildə M.Ş.Vazeh adına Kütləvi Kitabxanaya Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası statusu verilmişdir.
Kitabxananın fəaliyyətinin vacib istiqamətlərindən biri oxuculara kitabxana xidmətinin təşkili olmuşdur. Bunun üçün kitabxanada oxucu sorğularını tam və düzgün ödəmək üçün müasir forma və metodlardan istifadə olunur. Kitabxanaların öhdəsinə düşən ən ümdə vəzifə informasiya cəmiyyətində baş verən dəyişikliklərdə iştirak etmək, insanları informasiya ilə təmin etməkdir.
MKS-də həyata keçirilən informasiyalaşdırma prosesi oxuculara onların tələbatına uyğun informasiya almaq imkanı verir. Kitabxananın təşkil etdiyi tədbirlər bir çox Veb sayt və KİV-lərdə, “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “Mədəniyyət”, “Vışka”, “Yeni Təfəkkür” qəzetlərində və “Mədəniyyət.az” jurnalında işıqlandırılır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Facebook (yasamal MKS, “Sərhədsiz informasiya tribunası”), İnstagram (yasamalmks), Twitter (yasamal_MKS) sosial şəbəkələrində və YouTube kanalında səhifələri var.
Sosial şəbəkələrdə və kitabxananın YouTube kanalında oxucu kontingentinin maraq dairəsinə uyğun olan aktual mövzular, əlamətdar və tarixi günlər, kitab təbliğatı mövzusunda materiallar da əks olunur.
Kitabxananın təşkil etdiyi tədbirlərdə kitab və mütaliə, tariximiz, mədəniyyətimiz, milli adət və ənənələrimiz təbliğ olunur. Bu tədbirlər oxucuların mədəni və intellektual səviyyəsinin yüksəldilməsinə yönəldilərək, gənc nəslin torpağa, Vətənə, onun böyük şəxsiyyətlərinə məhəbbət hisslərini aşılayır, hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirir, onların asudə vaxtlarının səmərəli təşkilinə təkan verir.
Kitabxananın qarşısında duran ən vacib məsələlərdən biri uşaq ədəbiyyatının təbliğidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən Facebook sosial şəbəkəsində “Kitabsevər usaqlar” səhifəsi və eyniadlı YouTube kanalı fəaliyyət göstərir. Azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədi ilə “Kitabsevər uşaqlar” səhifəsində maraqlı nağıl, əfsanə, hekayə və şeirlər yerləşdirilir. Burada uşaqlara onların məntiqini inkişaf etdirən sual və tapşırıqlar verilir, müxtəlif müsabiqələr keçirilir.
Son 6 ildə Mərkəzi Kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur”, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Tarix yazan igid veteran və qazilərimiz”, “Nağıllar aləminə səyahət”, “Yaradıcı oxucularımız”, “Yubileylər silsiləsi”, “Kitabxanaya kitab hədiyyə edirik”, “Nəşrə hazırladığımız kitablar”, “Kitabxananın Beynəlxalq əlaqələri”, “Təbiətə valeh olanlar”, “Mədəniyyətimizin incisi – Şuşa” davamlı sosial layihələr həyata keçirilmişdir. “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi çərçivəsində kitabxana MDB kitabxanaları ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə interaktiv plakatlar hazırlanır, Blaqoveşensk şəhər kitabxanası ilə təcrübə mübadiləsi aparılır. S.Vurğun adına Kiyev Şəhər Kütləvi Kitabxanasında, Udmurd və Saxa Respublikasının Milli Kitabxanalarında Azərbaycan guşəsi yaradılmışdır. “Tarix yazan igid veteran və qazilərimiz” layihəsi çərçivəsində torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan, Vətəni canından artıq sevən Azərbaycanın igid oğul və qızlarının həyatı, döyüş yolu haqqında məlumat verilir. Kitabxananın İkinci Qarabağ müharibəsi qazisi Kənan Cabbarlı, müharibə veteranı, qazi, Xocalı soyqırımının şahidi Valeh Hüseynovla keçirdiyi görüşlər bu qəbildəndir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsi və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatında işğaldan azad olundu. Bununla əlaqədar, Mərkəzi Kitabxana “Azad olmuş şəhərlərimiz” layihəsi çərçivəsində tədbirlər keçirmiş, videoçarxlar hazırlanmışdır.
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizin incisi – Şuşa” Beynəlxalq layihəyə start verildi. Layihə çərçivəsində Mərkəzi Kitabxananın fəxri oxucuları olan şair və yazıçılar, ziyalılar Şuşa haqqında yazdıqları şeir, hekayə, əfsanə, nağıl, esse və s. oxuculara təqdim edirlər. “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” Beynəlxalq layihə həyata keçirilir. Layihə çərçivəsində təqdim olunan əsərlədə təbiəti qorumaq, ətraf mühitə qayğı göstərmək, sağlam gələcək naminə yaşıl dünyamızı qorumaq tovsiyə olunur. Layihəyə informasiya dəstəyini “Вышка” qəzeti verir. “Yubileylər silsiləsi” layihəsi çərçivəsində yubileyləri olan tanınmış şəxsiyyətlər, yazıçılar, şairlər, mədəniyyət və elm xadimləri, Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər haqqında 50-ə yaxın videoçarx, videoməlumatlar, informasiya məktubları hazırlanmış və tədbirlər keçirilmişdir. “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində Mərkəzi Kitabxananın 45-dən çox Fəxri oxucusu mütəmadi olaraq yeni əsərlərini kitabxanaya təqdim edirlər. “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində oxucular, ziyalılar, yazıçılar, şairlər yazdıqları kitabları və şəxsi kitabxanalarından olan kitabları kitabxanaya hədiyyə edirlər.
Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı ilə birgə hələ 2018-ci ildə həyata keçirdiyi bilinqivistik layihə əsasında “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı nəşrə hazırlanmışdır. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyi ilə əlaqədar və böyük Zəfərimizə həsr olunan yazar qadınların “60 çiçək – bir çələng” ədəbi almanaxı, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi ilə əlaqədar aforizm və sitatlarından ibarət “Azərbaycanın zəngin mədəniyyəti var” kitabları da nəşrə hazırlanmışdır.
Kitabxanada “Zəfərin mübarək, Azərbaycan!”, “Uşaqlar Tanrının səltənətidir. Дети – сокровище Творца” adlı elektron toplular və şair Qadir Hüseynovun “Mənim dünyam...” adlı elektron kitabı hazırlanıb.
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatına həsr olunan şair, yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əsanələri” və yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabı kitabxana ilə birgə hazırlamışdır.
2018-ci ildə M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Fəxri oxucu institutu yaradılıb. Tanınmış şair və yazıçılar, ziyalılar – Milli Məclisin deputatları Aydın Mirzəzadə və Cavanşir Feyziyev, Xalq şairi Vahid Əziz, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov, nasir, şair, tərcüməçi, kinodramaturq, AYB-nin üzvü, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, şair, bəstəkar Xanım İsmayılqızı, yazıçı, publisist, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Nüşabə Məmmədli, uşaq yazıçısı, şair Gülzar İbrahimova, şair, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı, publisist Reyhan Mirzəzadə və b. kitabxananın Fəxri oxucularıdırlar.
Kitabxanada kitab təqdimatları, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları, poeziya tədbirləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar, vətənpərvərlik tədbirləri, kitab sərgiləri və s. keçirilir. Kitabxanada mütaliə günləri, şeir və qiraət müsabiqələri, nağıl və rəsm saatları, kitab sərgiləri təşkil olunur. Videoçarxlar hazırlanır, sosial şəbəkələrdə paylaşımlar edilir, şair və yazıçıların kitabları təbliğ edilir, ən çox sevilən yazıçı və şairlərlə görüşlər təşkil edilir. Son 6 ildə kitabxanada 250-ə qədər videoçarx, 1000-dən çox kitab sərgisi, 50-ə qədər fotostend, 40 informasiya məktubu, 4 elektron (virtual) sərgi hazırlanmışdır.
Kitabxana Yasamal rayon Heydər Əliyev Mərkəzi, Gəncə şəhər, Quba, Ucar rayon MKS-ləri ilə əməkdaşlıq edir.
Kitabxanada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbirlər, “İnsan Hüquqları Aylığı” çərçivəsində və uşaq hüquqları dair müxtəlif tədbirlər həyata keçirilir.
Ulu Öndər Heydər Əliyevin 100 illik, akademik Zərifə Əliyevanın 100 illik, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın 60 illik yubileyləri qeyd olunmuşdur. Kitabxana Mirzə Şəfi Vazehin 225 və 230 illik yubileyi, İmadəddin Nəsiminin 650 və 655 illik yubileyi, A.A.Bakıxanovun 225 və 230 illik yubileyi, dramaturq Cəfər Cabbarlının 120 və 125 illik yubileyi, rus şairi M.Y.Lermontovun 210 illik yubileyi, Məhəmmədhüseyn Şəhriyarın 110 və 115 illik, istiqlal şairi, tərcüməçi Əhməd Cavadın 130 illik, böyük dramaturq Hüseyn Cavidin 135 və 140 illik, Aşıq Ələsgərin 200 illik, şair, yazıçı Əli Tudənin 100 illik, nasir, dramaturq İlyas Əfəndiyevin 110 illik, yazıçı, publisist, Xalq yazıçısı İsmayıl Şıxlının 100 və 105 illik və b. yubileylərini keçirmişdir.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxana şair, yazıçı Pərixanım Mikayılqızının (Muradova) 70 illik yubileyi, uşaq yazıçısı və şair Gülzar İbrahimovanın 60 və 65 illik yubileyləri, tanımış yazıçı, publisist Nüşabə Məmmədlinin 70 illik yubileyi, yazıçı, publisist Gülarə Munisin 70 illik yubileylərini, AYB-nin üzvü, “Qızıl qələm” və Mahmud Kaşğari mükafatları laureatı, şair, yazıçı-publisist Şövkət Zərin Horovlunun, yazıçı-publisist Mənzər Niyarlının və digər yazıçıların, şairlərin yaradıcılıq gecələrini təşkil etmişdir.
Kitabxana şair, publisist Sevinc ağa Xəlilqızının, yazıçı Mircəfər Seyidovun, yazıçı, publisist Nüşabə Məmmədlinin, Pərixanım Mikayılqızının, tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin, Esmira Günəşin və digər şair və yazıçılarının kitablarının təqdimatlarını keçirmişdir. “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birlikdə hazırladığı “Azərbaycanın zəngin mədəniyyəti var” adlı kitabının, “60 çiçək – bir çələng” adlı Zəfər almanaxının da təqdimatları oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsini də təşkil etmişdir.
Kitabxana cəmiyyətdə sosial reabilitasiyaya və uyğunlaşmaya ehtiyacı olan sağlamlıq imkanları məhdud insanlara məlumat əldə etmək, onların asudə vaxtlarının təşkilinə dəstək vermişdir.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası və “Mədəniyyət Nazirliyinin gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar maraqlı tədbirlər həyata keçirilir.
Mərkəzi Kitabxanada İRBİS 64 (AKİS) proqramı əsasında Elektron kataloq yaradılıb.
Mərkəzi Kitabxananın təşkil etdiyi tədbirlərdə gənclərin iştirakına böyük önəm verilir. Onlar könüllülər qismində tədbirlərdə, ekskursiyalarda iştirak edirlər. Mərkəzi Kitabxanada və Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərin bədii hissəsində gənc və istedadlı oxucuların çıxışları maraqla qarşılanır.
MKS-nin direktoru Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova Beynəlxalq konfranslarda (Moskva, Sankt-Peterburq, İjevsk) iştirak və çıxış edərək, kitabxananın iş təcrübəsi haqqında danışır. O, bir çox aktual məsələlərlə bağlı Beynəlxalq onlayn konfranslarda və dövri mətbuatda da çıxış edir.
Əziz, sevimli, fəxri və fəal oxucularımız! 45 yaşlı kitabxanamız zəngin fondu, ənənəvi və elektron xidmətləri, maraqlı tədbirləri, peşəkar kitabxanaçıları ilə daim sizin xidmətinizdədir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Seulda yaşayan soydaşımız İstanbulda Koreyanın tanınmış musiqi qrupunun konsertini təşkil edib
Koreya Respublikasının Seul şəhərində yaşayan həmyerlimiz Rahil Əhmədovanın “Korever Company” (Korever Kompani) və Türkiyənin “Eventi Venti” şirkətləri Koreyanın tanınmış musiqi qrupu “TRENDZ”in İstanbulda ilk konsertini təşkil edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Seulun fəxri vətəndaşı olan Rahil Əhmədova Koreya ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi və Koreya mədəniyyətinin tanıdılması istiqamətində işlər görür. “Korever Company” “Koreya və dünya arasında əlaqələr qururuq” şüarı ilə Koreya şirkətlərinin Türkiyə və Azərbaycanda uğurlu fəaliyyət göstərməsi üçün peşəkar məsləhət xidmətləri təqdim edir.
Şirkətin növbəti layihələrindən olan və İstanbulda böyük uğurla baş tutan konsert pərəstişkarların böyük rəğbəti ilə qarşılanıb, qrupun mükəmməl səhnə çıxışı, sevimli mahnıları ilə yadda qalıb. Rahil Əhmədova tədbirin əsas məqsədinin Koreya mədəniyyətini tanıtmaq, Koreyanın populyar musiqisini (K-pop) Türkiyə və Azərbaycandakı pərəstişkarları ilə qovuşdurmaq olduğunu vurğulayıb. Bunun Koreya və Türkiyə arasında mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli bir addım hesab edilə biləcəyini söyləyib.
Koreya mədəniyyətinin bir hissəsi sayılan K-pop musiqi janrı hazırda dünyada çox məşhurdur. K-pop getdikcə gənclər arasında milyonlarla pərəstişkarı olan genişmiqyaslı musiqi submədəniyyətinə çevrilir.
İstanbul konserti Türkiyə və Koreya mediasında geniş işıqlandırılıb.
https://djournal.kr/news/article.html?no=23861
https://www.youtube.com/watch?v=aJAQWMz_r5c
https://www.youtube.com/watch?app=desktop&si=yZjyJWsdodoUQ7XY&v=5evrzMADleI&feature=youtu.be
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Gəncədə "Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olubub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsi aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunub.
«Ədəbiyyat və incəsənət” portlına filarmoniyadan verilən məlumata görə,layihənin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı UMM, Zərif Qayıbov adına 5 saylı UMM-nin müəllim və şagirdləri çıxış ediblər. Onların ifasında "Baş şəşəngi", "Dost mehriban ya bir ola ya iki", "Ay bala gəlin", "Yaşa Azərbaycan", aşıq havası "Paşa köçdü", el havası, "Gödək donu", "Baş dubeyti" havası səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Uzun bir “Yol”da “Karakoç”a rastlamak” - İsmail Kılınç
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
Uzun bir “Yol”da “Karakoç”a rastlamak
İsmail Kılınç
“Yol”dayız. İnişli-çıkışlı, bol çakıllı bir “yol”da yürüyerek imtihan ediliyoruz. Hikâyemizin başladığı ve “belâ” dediğimiz günden beri irili-ufaklı belâların sinesinde bazen başroller üstleniyor, bazen de kıyıdan-kıyıdan ilerliyoruz. İmtihanlara karşı “Bir derdim var bin dermana değişmem” diyen/diyebilen bir “yolcu” olabiliyor, “yolcu”luğun fıtratını kavrayabiliyorsak ne âlâ, ne güzel; ancak isyanlara boğuluyor, isyanlarla boğuluyorsak çekilmez davalara gark oluyoruz demektir. Davaları devâlarına dönüşmeyenler için kutsallar kaybolur. Kutsalları kaybolan insanın yürüyen bir ceset olması kaçınılmazdır.
Bir çok kitabî tanımda “edebiyat”ın hüviyeti değişkendir. Söz gelimi liselerde “Duygu ve düşüncelerin yazılı, ya da sözlü olarak ifadesidir” gibi bir tanımla karşılaşırsınız. Bu tanım bir “ezber materyali”nden öteye gitmez. Nitekim edebiyat, ona sahip çıkanın, onu davalaştıranın gönlünde çok farklı tanımlamalara kavuşur. Merhum İsmail Gaspıralı için bir “gıda-yı mâneviye”dir. Ya da Sartre için başlı-başına bir “amaç”a hizmet etmektir. Dostoyevski için “vicdan”dır. Veysel’in “gören göz”üdür edebiyat. Yunus’ta “gönül”, Köroğlu’da “silah”tır. Edebiyata gönül vermiş, onu benimsemiş ne kadar yazar/şair/düşünür/okur varsa, o kadar çok tanım vardır. Bu da edebiyatın sanat tarafına vurgu yapar. “Sanat tarafı” diyoruz, çünkü edebiyatın bir de bilim tarafı vardır.
Tanımlara çok girdik. Deneme diye çıktığımız yolda “makale”leşmeden devam edelim. Sanat sevgimizi, âlimlerden izinsiz bilim gösterisine dönüştürmeden “kıyıdan-kıyıdan” ilerleyelim. “Yol”umuzu, “yolcu”luğumuzu unutmadan şu soruyu soralım: İnsan niçin yaşar? “Yemek-içmek” gibi basit bir cevabı olsaydı, insanın “eşref-i mahlûkat”lığı kalmazdı. Sadece, yemek ve içmek amacıyla yaşayan insan yok mu? Var. Var denirse! Konumuz bu değil. Soruyu “iyi bir kariyer” diye cevaplandıralım. Soğuk bir cevap vermiş oluruz. Arkasından para, lüks araba ve daireler gelecektir. Allah muhafaza! Yolumuzdan çıkıyoruz. Söze girelim: İnsan, davası için yaşar. Başta da belirttiğimiz insanın davası, aynı zamanda kendine devâlaştığı zaman, yaşamak anlam bulmuş demektir. Bu, bir maksûda ermek ve ya mutlu sona ulaşmak anlamı da taşımaz. “Yol” ve “yolcu” kavramlarıyla doğrudan ilişkilidir. Dava uğruna savaş vermek, “yol”da olmaktır. “Yol”da olmak, tecrübelenmek ve tecrübelerle terbiye edilmektir. “Yolcu”nun imtihanı açısından yaşadığımız coğrafya, badireler coğrafyasıdır. Hem İslâm’ın, hem Türklüğün yaşamaya çalıştığı coğrafya demek, “Ben buradayım ve her kese kafa tutuyorum.” demek/diyebilmektir. Kafa tutmanın farklı yöntemleri vardır. İşte bu yöntemlerden en nahifi sanattır. Sanat ile kafa tutmak, kalıcı zaferler getirebilir. Ancak muzaffer olmanın tek ve en önemli şartı şudur: Samimiyet…
“Yol”a tek başına çıkmanın tehlikeleri vardır. Kılavuz/rehber eşliğinde çıkanlar usul bilirler. Önde gidenlerin adımlarını takip ederler. Adımları takip edilen kişiler sayesinde, etrafı “lanet”lerle çevrili bir coğrafyada dimdik durmaktayız. İşte bu yolbaşçıların gönül muhafızları edebî âlemde ebedî cümleler kuran söz ustalarıdır. Uzun bir “yol”da s/öz ustalarıyla “yolculuk” yapmak, yürüyüşe estetik bir kararlılık katar. Estetik kararlılığı görmezden gelenler için sığ bir hayat vardır. Çünkü sanatın yeşermediği coğrafyalarda ruhlar zindandadır. Biz ise ne bedeni, ne ruhu zindana alışık olanlardanız. Kemale ermiş nice s/özlerle tanış olmuş, nicesini gönül tezgâhımızda misafir etmişiz. Biz, yani bu toprakların türkülerini söyleyenler için öyle yolbaşçıları, öyle kılavuzları vardır ki, bereketine bin dua etsek az kalır. İşte böyle bir ortamda “İslâm’ın ince davası, Türklüğün soylu davası” için ruhunu teslim edenedek kalem oynatan Abdurrahim Karakoç ismiyle karşılaşırız. Bu, “karşılaşırız” sözünün altındaki mana çok gizli değildir. Baştan beri, yol-yolcu, dava-devâ, sanat-edebiyat ilişkilerine vurgu yaparken Karakoç ile karşılaşmasak olmazdı. Teyit mahiyetinde tekrar edelim, baştan beri yazdıklarımız “bu toprakların türküsünü söyleyenler”i ilgilendirir. Gayrısı zaten bizi de ilgilendirmez.
Türklük ve İslamiyet diyoruz. İkisini harmanlayıp Türklük diye devam edelim. “İkisinin harmanlanmasıyla nasıl Türklük çıktı ortaya?” diyenlerden ricamız, yazımızı okumamalarıdır. Bunu söylerken kuru-kuruya şovenlik yapma derdinde değiliz. Dünyaya hükmettiğimiz zamanlarda ecdat bu şovenliği yapsaydı, dünyanın şah damarı kesilirdi; onu biliyoruz. Bu gün için bu coğrafyada yaşayan ve soluduğu havanın hakkını vermek isteyen her birey, yürüdüğü yolda bir Karakoç mısrasıyla karşılaşmıştır. Ecdat demiştik. Kendine ağır bir sorumluluk yükleyerek ecdattan helallik dileyen şu mısralara kulak veriniz:
“Esir iken Kırım, Kerkük, Türkistan,
Bana zindan olur Maraş, Elbistan.
İbn-i Sîna, Dedem Korkut, Alparslan,
Susarsam hakkını helal etmesin (…)”
Esarete maruz bırakılmış tüm Türk yurtlarının sorumluluğunu yüklenmek, bu yüzyılın derviş ruhlu şairi Karakoç’a yakışırdı. Zaten o, bu yüzden yolculuğumuzun kutsal şairidir. Sadece “ben” demez, içindeki “biz” duygusu kalemini yönlendiren en güçlü duygudur. Bu “biz” duygusu çok farklı konular barındırır. Sosyal bir varlık olarak insanın yaşarken ve sorumluluklar alırken teferruatı gözden kaçırmaması gerekir. Eskilerin “Kemâlat teferruatta gizlidir” demesi bundandır. Yeri gelir, duyarsız bir neslin hayal kırıklığını “Koyup gittikleri nesli görünce/ İftihar ettiğim soya küskünüm” diyerek en derininde hisseder; yeri gelir, bürokrasinin ciddiye almadığı ve hor gördüğü köylüyü şiirine konu eder, “Hakim Bey”i de “Tohtur Beğ”i de hak ettiği değeri görmeyen Anadolu insanının yaralarını dile getirir. Anadolu, çoğu zaman öksüz bırakılmış bir çocuk gibi mağduriyetlerin vatanı olmuştur. Bitmemiştir çilesi bir türlü:
“Yanan hep sen oldun, yakılan sensin,
Ruhuna çiviler çakılan sensin,
Şekilden-şekile sokulan sensin,
Oy güzel vatanım, oy Anadolu (…)”
“Hasan”a yazdığı mektupların hepsi ayrı-ayrı bu çağı anlatır sanki. Zaten bu çağ, onun söylemiyle “çarpık”tır. Ancak ne kadar çarpık olursa-olsun Karakoç’un şiirlerinde “ayağa kalkmak” önemlidir. Zaten şairin kutlu davalara sevdalandıran tarafı da budur. Geleceğe Türk’çe bakarken asla umutsuz olmamak… Akif’in “Yeis yok!” diye defalarca vurguladığını Karakoç da başka bir telden dillendirir. Serden geçmeye hazır canlara şöyle seslenir:
““Burdayım” de, ararlarsa,
Doğru söyle sorarlarsa.
Tabutuna sararlarsa
Bayrak senden incinmesin (…)”
Türklük davasındaysanız ve bu “yol”da yürümeye gayret ediyorsanız Karakoç, işte böyle “inceden” usûl öğretir. O, elinde kalemi, gönlünde imanı ile her şiirinde ayrı-ayrı okunan bir derstir. Yanlışı ele alışı da, yanışı-yakarışı da samimidir. Anadolu irfanı onun şiirlerinde vücut bulmuştur. Bahara, dağlara, çiçeklere, yayla ve ovalara ne kadar düşkünse “Türkçe sevdalanmaya, İslamca yanmaya” da o kadar düşkündür. Her halükârda, o da bir “yolcu”dur ve yolundan ayrılmamak için dua eder:
“Hakikat yolundan şaşırma bizi,
Korkuya-zillete düşürme bizi.
Zalimin zulmüyle pişirme bizi,
Enel-ekber diyenlerden ayrı tut (…)”
Karakoç’un davası aşktır. Okuyan bilir, aşkı da davadır. Popüler kültür onu “lambada titreyen alev”i üşüten şair olarak bilir. Bilsin, ziyanı yok. Efsaneleşmiş bir aşk şiiridir Mihriban. Ama Karakoç’un efsaneleşmiş aşk mısraları bunlarla sınırlı değildir. Saymakla da bitiremeyiz. Öyle bir niyetimiz de yok. Şu mısralara bakıp s/özün mucize olduğunu bir kere daha tasdik edelim:
“Öz suyusun hayat denen şişenin,
Nedenisin keder ile neşenin.
Sevda cephesinde şehit düşenin,
Donuk-donuk bakışında sen varsın (…)”
Yolu okumak ve yazmaktan geçen, postu pek modern çağdan bıkmış münzeviler bilecektir ki, edebiyat kaçış için en kadim limanlardan birisidir. Bu kaçış, içerisinde varoluşun anlamını da barındırır. Felsefe ve sosyolojinin araştırma alanı olarak en güzel örneklerine gebe olan ülkemizde felsefe ve sosyolojiden mahrumiyetimiz, edebiyata kaçışımıza alt zemin oluşturur. Zira bizim şairlerimiz filozoflara, roman ve öykücülerimiz sosyologlara nazire yapar cinstendir. Konu ne olursa-olsun, edebiyat, hep arayışlarımızın güzergâhındadır. Fikrimizi de, duygumuzu da en güzel edebiyatla kemâle erdiririz. İşte bu anlayışlardan hareketle Karakoç’un çok yönlülüğü “kılavuz”luğunu beraberinde getirir. Şimdi, el pençe divan durulan makamları göz önüne getiriniz. O makamlara o insanların nasıl getirildiğini sorgulayıp, o makamdaki “Küçük dağları ben yarattım” tavrını düşününüz. Böyle bir ortamda doğruları da yazsa, bir sosyoloğun sesi kısıktır. Ancak o kendini beğenmişliğin karşısına edebiyat en keskin cümleleriyle çıkabilir ve büyük bir etki yaratabilir. İşte hep bu etkilerin adamıdır Karakoç. “İsyanlı Sükût”un dillendirdiği bürokratik çürümeyi, bu kadar açık ve mertçe hangi sosyolog dillendirmiştir? Dillendirdiyse, ne kadar ciddiye alınmıştır?
“Gitmişti makama arz-ı hâl için,
“Bey!” dedi yutkundu, eğdi başını.
Bir azar yedi ki, oldu o biçim
“Şey!” dedi yutkundu, eğdi başını (…)”
Gel gelelim edebî meselelere… Türk halk şiiri geleneksel çizgisine yenilikler katarak ilerlemektedir. Dörtlüklerle ve belli hece kalıplarıyla yazılmanın ötesinde modern şiire ayak uydurmaktadır. Her ne kadar halkın şiiri gibi görülüyor olsa da, entelektüel alt yapıya, ahenge, imge ve/ve ya metafora yüz çeviren şiirler basit, ya da klişe olarak algılanmaktadır. Bu algının farkında olan samimi halk şairleri için Karakoç yüzyılın son büyük temsilcilerinden birisidir. Yani edebiyat davasıyla dolan yürekler için bir devâ mahiyetindedir. Bir çok edebiyat otoritesinin onun hakkında “son büyük halk şairi” demesi de, zannederiz, halk şiirini farklı bir kulvara taşımasındandır. Karakoç’un yaşadığımız çağa karşı sitemini anlatan “Müzelik Şiir”i, hem ifade gücü, hem ahengi, hem de yapısı bakımından bahsettiğimiz farklılık ve özgünlüğe güzel bir örnektir:
“Yürüyen heykellerle aynı müzedeyim ben,
Konuşan mumyalara kimden söz edeyim ben?
Fikren işkencedeyim, ruhen cezadayım ben,
Korkaklığın sükûtu kol geziyor her yerde,
Sanki tek başımayım, tek kişilik mahşerde.
Putların gölgesinde dans eder akbabalar,
Söz sokakta dolaşır, öz zindanda çabalar.
Atılan ucuz safra selâmlar, merhabalar,
En temiz topraklara gül eksem mantar biter,
Yollar sırat köprüsü, durmak düşmekten beter (…)”
Netice-i kelâm…
“Ben yürüyorum” deyince “yolcu” olunmuyor. Usûl lazım. Samimiyet ustalarının hikmetli s/özlerine bir dergâh hassasiyetiyle yaklaştığımızda yolumuz aydınlanır. Hem fikrî, hem de edebî birikimleriyle ufkumuz genişler. Karakoç’un farkını “samimiyet”le özetleyelim. Yaşamadığı, dert edinmediği, savaşını vermediği hiç bir şeye kalem oynatmamıştır. Bu topraklarda yaşamış olmanın, bu havayı solumuş olmanın zekâtını nice şiirle vermiştir. En güzeli de, engin gönlünün mahareti olarak popülizme hiç kaçmamıştır. Tüm bunları yaparken her kesin ozanı olmayı başarabilmiştir. Davası şiir, davası şuurdur.
Bu gün çok büyük konuştuk. Çok büyük bir ismi de yazımıza konu/k ettik. Destursuz bir bağa girdik, bağışlanmak dileriz!
Davalarınız devâlarınız olsun!
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
|
Beynəlxalq Qadın Xöşbəxtliyi, ilk tranzistorlu radioqəbuledici və ilk komikslər günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
18 oktyabr. İnsan alveri ilə mübarizədə Avropa günü
Bu günə təsadüf edən əlamətdar tarixi hadisələri diqqətinizə çatdırırıq.
İnsan alveri hazırda aktual mövzudur əlbəttə. Ona görə də bu günün sıradan gün olmaması dəqiqdir. İnsan alveri deyəndə, burada uşaqların qul kimi zorakı əməyə cəlb edilməsi, qadınlarınsa fahişəliyə məcbur edilməsi əsas sırada dayanır. İstəsəniz, sizə bu mövzuda maraqlı roman deyərəm, oxuyarsınız. Elçin Səfərli: “Dönüşü olmayan gediş”. Zorən fahişəliyə cəlb edilib Türkiyəyə aparılan bir rus qadının həyatı təsirli boyalarla əks etdirilib.
18 oktyabr. Beynəlxalq qadın xoşbəxtliyi günü
Karin Rokindin 2017-ci ildəki təşəbbüsü nəticəsində təqvimə salınan bu gün qadınlardakı depressiya epidemiyasına qarşı yönəlib. Qadınları depressiyaya nə salır? Ən çox yaşlaşmaq, üzdə qırışların peyda olması. Sonra kökəlmək, artıq çəkidən bədən fiqurunun pozulması. Sonra isə yaşadıqları stresslər, əsəb gərginlikləri.
Deyirlər ki, xoşbəxtliyin cəmi bir adı var, amma bu belə deyil, hər bir qadınçün xoşbəxtlik anlamı özünəməxsus bir nəsnədir. Bir qadını yaxşı həyat yoldaşı, birini əsl sevgi, birini ağıllı övladlar, birini var-dövlət, birini uğurlu karyera, birini yaxşı rəfiqələri, birini öz bədən quruluşu, birini öz sima gözəlliyi, birini eqosu xoşbəxt edir. Dinclikdən, sakitçilikdən xoşbəxt olan qadınlar yoxdurmu, var. Hobbiləri olan məşğuliyyətdən xoşbəxt olanlar necə? Belələri də var. İnanın ki, hətta ekstrimdən də xoşbəxt olanlar az deyil. Nə isə. Çox uzatmayaq, qadınlara bir ağızdan xoşbəxtlik arzulayaq.
18 oktyabr. Böyük alım Niftalı Qocayevin doğum günü
Niftalı Qocayev ilk azərbaycanlı biofizik alimdir. 400-dən çox məqalənin, 16 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olan N.Qocayev beynəlxalq simpozium və konfranslarda 52 məruzə (onlardan 12-si Plenar məruzələrdir) ilə çıxış etmişdir. N.Qocayev Azərbaycan SSR Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranın Fizika və astronomiya seksiyasının sədri (1980-1984), Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri (1989-1993) vəzifələrində işləmişdir. Onun təşəbbüsü ilə 1997-ci ildə yaradılmış Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin prezidenti seçmişdir. Niftalı Qocayev Türkiyədə-Ərzurum Atatürk və İstanbul Universitetlərində professor vəzifəsində çalışaraq yüksək səviyyədə elmi pedaqoji-fəaliyyət göstərmişdir. Onun elmi rəhbərliyi ilə 30 elmlər doktoru və elmlər namizədi müdafiə etmişdir. Əsasən Amerika və Avropada nəşr olunan mötəbər elmi jurnallarda (İnt.J. Peptide and Protein Res., J.Mol. Struct., Protein and Peptide Letters, v.s.) nəşr olunan və Beynəlxalq Konfranslarda məruzə olunan 376 elmi əsərin, müxtəlif ölkələrdə nəşr olunmuş 15 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir bu şəxs. “American Biographical institute” tərəfindən 2 dəfə “American Medal of Honor” medalı ilə mükafatlandırılmışdır. N.M.Qocayev keçmiş SSRİ universitetləri üçün fizika üzrə dərslik (Оптика, Москва, Из-во Высшая Школа) yazmış yeganə azərbaycanlıdır. Onun dəfələrlə yenidən nəşr olunmuş çoxcildli “Ümumi fizika kursu”, həmçinin Türkiyədə nəşr olunmuş “Temel Moleküler Fizik”, “Optik”, 2 cilddən ibarət “Molekülün Yapısı ve özellikler” dərslikləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, tələbələr tərəfindən geniş istifadə olunur. Allah böyük alimimizə ömür versin.
18 oktyabr. İlk tranzistorlu radioqəbuledici və ilk komikslər
Alyaska günü. 1867-ci ildə Alyaskanın ruslardan alınıb amerikalılara verilməsi şərəfinə qeyd edilən bir gündür. Saqqalsızlıq günü. Hamıdan təvəqqe olunur ki, bu gün ictimaiyyət qarşısına saqqalsız çıxsınlar. Xorvatiyada qalstuksuzluq günü. Qalstuk taxanı hamılıqla hoydu-hoyduya götürürlər xorvatlar bu gün. Kanadada insanlar günü. Necə deyirlər bir məsəldə? Adam olmaq asandır, insan olmaq çətin. İtsax Rabinin xatirə günü. Yəhudilər öz məşhur dövlət xadimlərini bu gün anacaqlar. Polşalılar Poçtalyon gününü qeyd edəcəklər. (Görəsən onların da Novruzəliləri olubmu?) ABŞ isə şokoladlı keks gününü qeyd edəcək.
1967-ci ildə ilk dəfə SSRİ kosmonavtları Venera planetinə uçuş etmişlər. 1954-cü ildə Amerikada ilk tranzistorlu radioqəbuledici istismara buraxılıb, markası da “Texas İnstruments” olub. 1929-cu ildə Kanada qanunvericiliyi qadınların da insan sayılmasını qəbul edib. Təsəvvür edin ki, o vaxta qədər zavallı qadınlar insan hesab edilmirmişlər. 1896-cı ildə “Nyu-York Jornal”da ilk komikslər peyda olub. 1775-ci ildə Afrika amerikalısı olan şair Filips Uitli həmyerliləri arasında ilk olaraq qul olmaqdan azad edilib, kişiyə şairliyinə görə güzəşt ediblər.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Gülüş klubunda Birgünlük kəpənəyin jesti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Britaniya hansı səbəbdən Avropa İttifaqından çıxdı?
Pifaqor teoremi - 24 sözdən ibarətdir;
Arximed qanunu - 66 sözdən ibarətdir;
Bibliyada 10 xitab - 179 sözdən ibarətdir;
ABŞ-ın müstəqillik deklorasiyası - 1300 sözdən ibarətdir;
Kələmi necə satmaq barədə Avropa İttifaqının qaydaları - 26911 sözdən ibarətdir.
2.
Zooparkda şok hadisə qeydə alınıb. Bir günlük kəpənək araqdan içib, hamıya ana söyüşü söyüb, dollarla böyük kredit götürüb və ölüb.
3.
Bir rus qarısı o birinə deyir:
-Mən kirayinişinimi qovdum. Eləsini axtarıram ki, ideal oksun, çəkməsin, içmısin, zibilləməsin, musiqi dinləməsin, qız gətirməsin, sakitcə uzanıb özü üçün tavana baxsın. Elə birisini tanımırsan?
-Tanıyıram. Mavzoleydəki Lenin necədir?
4.
Pul valideynin gözündə övladı kimidir, nə qədər böyük olsa belə kiçik görünür.
5.
İndi kişi öz hisslərini qadına ən rahat çatdırmaq üçün puldan istifadə edir.
6.
Yolun solu velosipedin,
Sağı da avtobusun,
Vardır bunun toyu, yası.
Canın çıxsın, ay 2 milyon avtomobil
Sənə də yolun təkcə ortası.
Belə qərar verdi AYNA
Dedi, sürücü, get oyna!
Zülqərneyn Vəsfipur
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
“Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç vaxt anlaya bilməz." (Paskal)
Əziz İbrahim bəy, heç qəlbinizin sözünə əməl edib peşman olmusunuzmu, o zaman İbrahim İlyaslı öz qəlbini necə danlayıb, nə söyləyib?
CAVAB
Bu, hər kəsin həyatında baş verə biləcək bir haldır. Məndə də olmamış deyil. Bəzən hisslər adamı aldadır. Amma mən taleyə inanan adamam. “Deməli bu da olmalıymış” deyə düşünüb, yoluma davam etmişəm. Əslində, ömür özü də bir aldanışdı…
Məni aldanmağa yaradıb Allah,
Düşmənim aldadır, dostum aldadır.
Zalımlar elə bil himə bənddilər,
Dindim – günahkaram, susdum – aldadır.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
Sabah “Mezzo” telekanalı Şahin Növrəslinin konsertini canlı yayımda təqdim edəcək
Oktyabr ayında “Mezzo” telekanalı öz tamaşaçıları üçün əsl musiqi eksklüzivi hazırlayıb: tanınmış Azərbaycan pianoçusu Şahin Növrəslinin konserti canlı yayımlanacaq.
Musiqiçinin bu il mayın 23-də nüfuzlu “Auditorium Louis Vuitton Fondation” meydançasında çıxışı musiqi aləmində böyük maraqla qarşılanıb və bütün dünyada milyonlarla tamaşaçısının rəğbətinə səbəb olub. Həmin konsert “Medici TV” kanalının canlı efirində təqdim edilmişdi.
“Ədəbiyyat və incəsənət” portalı Şahin Novrəslinin açıqlamasına istinad edərək xəbər verir ki, konsertin canlı yayımı “Mezzo Live” kanalında sabahdan - oktyabrın 19-dan 31-dək, 13 gün ərzində davam edəcək.
“Mezzo” Avropanın klassik musiqi, opera, balet və caz üzrə bir nömrəli telekanalıdır. O, tamaşaçılara həm yeni istedadlı musiqiçilər, həm də dövrümüzün tanınmış ulduzları haqqında eksklüziv televiziya proqramları təqdim edir.
Şərq və Qərb musiqisi ənənələrini harmonik şəkildə birləşdirən, habelə virtuoz ifası, özünəməxsus üslubu ilə tanınan Şahin Növrəsli “Auditorium Louis Vuitton Fondation”da çıxışı zamanı parlaq improvizasiyalar və dərin emosiyalarla dolu yeni proqramını ictimaiyyətə təqdim edib. Konsert dünyanın hər yerindən cazsevərləri bir araya gətirərək mədəni həyatda əsl hadisəyə çevrilib.
Xatırlaq ki, Şahin Növrəsli konsertlə bağlı təəssüratlarını ötən həftə AzərTAC-ın müxbiri ilə bölüşmüşdü: “Dünyanın ən yaxşı səhnələrindən birində və solo proqramı ilə çıxış etmək böyük zövq idi. Konsertə bir ay qalmış biletlərin artıq satıldığını öyrəndim və buna sevindim. Hələ də çoxları mənə yazır və bu konsertə görə təşəkkür edir! Konsert eyni dərəcədə populyar “Medici TV” kanalında canlı yayımlandı. İndi isə 13 gün ardıcıl olaraq bütün dünyanın izlədiyi, seçmə yayımlanan “Mezzo Live” telekanalında yayımlanacaq. Bu, böyük uğur və məmnunluqdur”.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Xaş
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Xaşın hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR (nüsxə):
§ Mal başı – 214 qr
§ Mal ayaqları – 179 qr
§ Qarın – 45 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ sarımsaq – 2 qr
HAZIRLANMASI:
Xaş Irəvan mətbəxinin sevimlisidir. Xaş üçün hazırlıq bir gün qabaqcadan görülür. Belə ki, malın (heyvanın) başı, dırnaqları ütülür, qarnı təmizlənir, doğranır. Iri, ağzı dar qazana yığılır. Qazanın başından dörd barmaq aşağı olmaq şərtilə soyuq su tökülür. Qazan ya ocaq üzərinə qoyulur, ya da təndirə sallanır. Təndirdə bişirilən xaş ayrı ləzzətə malik olur. Axşamdan təndirə sallanmış xaş səhər üzü qıpqırmızı qı- zarmış, suyu sanki balı, ləti damlayan vəziyyətdə hazır olur.
Səhər tezdən axşamdan sulanmış lavaşla, quru lavaşla, duza qoyulmuş acı bibərlə, ağ turpla süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)
“Yuxu” - Fərəc Fərəcovun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fərəc Fərəcovun hekayəsi təqdim edilir.
- Vəfa, nə olub sənə? - deyə evə daxil olan Vüqar təlaşla xəbər aldı. - Üz-gözün sel-su içindədir. Lap cavan yasından çıxan qadınlara bənzəyirsən.
- Düz deyirsən, qardaş, onsuz da günümüz ah-vayda, göz yaşı axıtmaqda keçir...
- Qapıda dayanma, keç, keç otağına görüm, nə baş verib? Kim dağıdıb dünyanı yenə?..
- Kim dağıdacaq, anam Nərgiz, anamız! Bezmişəm day bunun əlindən. Bu evdə nə qədər söz-sov, gidə-gid olar?.. Allaha qurban olum, hər şeyimiz var. Ev korluğu yox, yemək-içmək korluğu yox, geyim-keçim korluğu da yox. Bəs deyən gərək, nə istəyir bizdən?! Nə inadından əl götürür, nə də mənasız "mənəm-mənəm"liyindən. Atamın da səbrini qaçırıb, elə bizim də. Ha can atır ki, qaşınmayan yerdən qan çıxarsın... Daha nəyini deyim, Vüqar?
- Dayan görüm, ay mənim qəşəng bacım... Yəqin yenə ata ilə sözə gəlib?
- Hə də... yox... tək ata ilə yox, elə hamımızla. Hörmətdən salıb kişini. Böyük bir orta məktəbə rəhbərlik edən, dağ boyda xətir-hörmət sahibi olan atam da bu gicin əlində çaş-baş qalıb. Ha nəsiyyət edir, ha dil tökür, hara yetər, elə bil daşa deyirsən, anlamır ki, anlamır. Əslində vallah, görürəm o özünü qəsdən gicliyə, dəliliyə qoyur. İstəyir hamı bu başıxarabdan qorxub çəkinsin, "bəli", "baş üstə" desinlər cənab anamıza.
- Bilirəm, ay Vəfa, mən səndən də yaxşı tanıyıram anamı. Atam əslində bizə görə dərinə keçmir. Bir də abrına, nüfuzuna boğulur. Hayıf deyil atamdan, qızıl kimi xasiyyəti var. Hər şeyi qarşılıqlı hörmətdə, mehribançılıqda görmək istəyir atam. O isə bunu, ya dərk eləmir, ya da dərk eləmək istəmir.
- Qardaşım, mənim dediyim odur da. Bədbəxt anamızın qarşılıqlı hörmət, güzəşt anlayışlarından bir zərrə belə xəbər-ətəri yoxdur. Olsa da, özünü karlığa, korluğa qoyub. Heç bilirsən, onun öz dilindən nələr eşitmişəm? Deyib mən bu evə gəlin gələndə başa salmışlar ki, ay qız, ağlın olsun, nə sevgi, nə filan. Çalış, diribaş ol, istədiyini et. Əlinin üstünə əl qoyanın, sözünün üstünə söz qoyanın olmasın.
- Onu çox yerində vurğuladın, Vəfa. Kənardan barmaq uzadanlar indi də az olmur. Dilverənləri deyim, müəllimləri deyim, başını əməlli-başlı xarab ediblər. Bəlkə də öz yaxın adamlarıdı, nə bilim. Kim nə edirsə, Allah cəzasını versin.
- Vüqar, mən özüm neçə dəfə fürsət tapan kimi anamın qılığına girib başa salmaq istəmişəm. Heç bilirsən, necə açılıb üstümə? Deyib, ay qız, kəs səsini, mənə nəsiyyət verən tapılıb... Sən qanmazsan belə işləri... Hələ sənin özünə də anladacağam ki, getdiyin xarabada necə davranasan, necə hər şeyi ələ alıb hökmranlıq edəsən. Vallah, qardaş, mən də çəkinmədən cavabını qaytardım. Dedim, sən özün bu evdə dava-dalaşdan savayı nə qazanmısan ki, öz yolunu da mənə qandırırsan? Səndə əxz ediləsi heç nə yoxdur. Ancaq atamın hər sözünü, hər nəsiyyətini qulağımda sırğa etmişəm, sonadək də edəcəyəm. Bunu eşidəndə lap dəli oldu arvad.
- Sağ ol, bacım, düz demisən. O, atamızın tayı deyil. Sanki bir-birlərinə əks qütblərdi.
- Vüqar, bilirsən, nə ağlıma gəlir? Düşünürəm, görəsən, atam nə yaxşı anamı boşamır? Hər şitliyinə dözür...
- Ay mənim əziz bacım, birinci, atamız ağıllı, uzaqgörən insandır. Əməkdar müəllimdir. Hər xırda-para dava-dalaşdan ötəri ailə dağıdan deyil. Mənə danışıb hər şeyi. Deyib, hər çətinliyə dözərəm, təki siz ata-anasız qalmayasız. İkinci də, bildiyimə görə, anamızı çox sevib. Anamız qanmasa da, onu itirmək istəmir atam.
- Qardaş, anam onu sevməyib bəyəm?! Sevməyibsə, bəs onda zorla veriblər atama?
- Xeyr, elə olmayıb, o da sevib. Hələ eşitdiyimə görə, lap betər sevib. İntəhası, anamızın sevgisi, görünür, içinin çirkli ab-havasına qarışaraq çürüyüb yoxa çıxıb.
- Onu düz dedin, vallah. Sevgi ancaq saf ürəklərdə, saf niyyətdə yaşaya bilər. Qəlbləri natəmizlər o ülvi dəyərə sahib olmağı bacarmazlar.
- Ay sağ ol, bacım, lap şairlər kimi düzüb-qoşursan, - deyə Vüqar gülümsəyir.
- Sən Allah qardaş, gülməyin yeri deyil. Gəl zarafata salmayaq. Artıq uşaq deyilsən ee, 24-ü aşırmısan. Vüsal da orta məktəblə vidalaşıb, yekə kişidir.
- Heç özünü demirsən, sən də bir ildən sonra müəllimə olacaqsan. Tarixdən dərs deyəcəksən. Özü də qələbəmizin tarixindən, xalqımızın, ordumuzun qəhrəmanlığından danışassan.
- Düz deyirsən, başına dönüm, ay Vüqar, düz deyirsən, çox sevinirəm. Ancaq indi biz də gərək öz qəhrəmanlığımızı burada - evimizdə göstərək.
- Yəni nə edək, bacım?
- Onu edək ki, bu gözəl ailəmizdəki mənasız, boş dava-dalaşa son qoyaq. Bu da olsun, bizim qəhrəmanlığımız. Kənardan kimsə gəlib evimizin problemlərini həll edəsi deyil. Özümüz - sən, Vüsal, bir də mən - iki qardaş, bir bacı, nə olsa, bizlikdir. Özümüzə güvənməliyik.
- Hə, Vəfa, yaxşı yadıma saldın, Vüsal da evdəydi?
- Evdəydi... O yazıq da cana doyub anamızın hərəkətlərindən. Qapını çırpıb evdən çıxdı. Hara getdiyini bilmədim.
- Ay mənim ağıllı bacım, ya bunlar, bunlar deyəndə əslində anamı nəzərdə tuturam. Anam ağıla gəlib daşı ətəyindən tökməsə, bir qadın kimi öz yerini, həddini anlamasa, ailəmiz dağılmağa məhkumdur. Atamızın da dözümü, hövsələsi dəmirdən, daşdan deyil.
- Allah eləməsin, ayrılıq baş versin, onda özümü öldürərəm. Mən atamsız bircə gün də yaşayammaram.
- Axı bu bədbəxt anamız da başa düşəsi ağılda deyil. Atam onun xarakteristikasını çox gözəl izah edib mənə. Deyir, belə sayaq insanlar qayğıya, hörmətə yox, ancaq qorxuya baş əyərlər. O, qorxunu yaratmaqdan ötrü isə gərək özünü ondan beşqat artıq dəliliyə vurasan. Huş-başı yerində olan, normal insan da süni rola girməyi əsla bacarmaz.
- Vüqar, qəribədir ki, anam bir tərəfdən namaz qılır, ibadət eliyir, o biri tərəfdən də Allahın qoyduğu qanunların ziddinə gedir. Vallah, onu anlamaq çətin məsələdir.
- Ay qız, o özü-özünü yaxşı anlayır. Elə güman edir ki, nə qədər alnını möhürə dayasa, başını qaldırıb göylərə yalvarışlar etsə, Allah da onun əməllərini görməzdən gələcək, bağışlayacaq...
- Qardaş, yaxşı gəldin mətləbə. El içində məsəl var, deyərlər, "İlan ulduz görməsə, can verməz". Qorxu söhbətini deyirəm. Mən götür-qoy edib bir şey fikirləşəcəyəm. Mütləq fikirləşəcəyəm. Onun dərdini qorxu yaratmaqla sağaldacağam, inşəallah.
- Yəni nə edəcəksən, ay Vəfa?.. Sevindirdin məni. Di söylə görüm, nədir elə? Bax, əgər dediyin işi bacarsan, onda evimizin əsl qəhrəmanı da sən olassan.
- Vüqar, gəl səsə salmayaq. Bu bir sürpriz olmalıdır. Bizim üçün də, elə atamız üçün də.
- Demək belə, görəcəyin işləri böyük qardaşından gizli saxlayırsan?
- Can qardaş, səndən kənar nə işim ola bilər?! Hamısını danışacağam sənə, məsləhət alacağam. Bir sən biləssən, bir də mən. Vüsal kiçikdir, bilməsə də olar.
- Nə deyirəm, ağlabatan olsa, mən razı.
*
İki qardaşın deyib-gülən, dilli-dilavər bacısı ailə problemlərinin ağır yükü altında əriyirdi. Və eyni zamanda ortaya bir barışıq gətirəcəyinin də yol-yolağasını düşünməkdən qalmırdı. Atası Mahir müəllimə isti münasibəti sonsuz idi Vəfanın. Heç anasını da az istəmirdi. Di gəl ki, anası Nərgiz gündəlik vərdişə döndərdiyi gidə-gidiynən, dava-dalaşıynan qızının gözündən düşmüşdü. Elədiklərinin əsla fərqində deyildi bədbaxt qadın. Onun ucbatından ailə uçuruma sürüklənirdi. Atasının da olub-keçənlərə sonadək göz yumacağı inandırıcı görünmürdü.
Vəfa heç cürə çəkə bilmirdi anasının haqdan, ədalətdən uzaq hərəkətlərini. Onun nə zamansa, anlayıb əsl adam olacağı günün intizarındaydı yazıq Vəfa. Zarafat deyil, bu gün-sabah qardaşı Vüqar ailə quracaqdı. Vüsal da subay qalası deyil ki. Hələ özü... Neçə yerdən qapılarını döymüşlər, ürəyində tutduğuna "hə" deməyə də ehtiyat edirdi. Ola bilərmi heç el arasında hörmət-izzət yiyəsi olan ailə pərdə arxasında belə əsassız söz-sovun qurbanına çevrilsin?! Birdən ayrılıq oldu. Onda necə?! Bu ayrılığa tab etmək olardımı? Vəfa qəlbində hey üzüb-düzürdü. -Yox, yox, qətiyyən ayrılıq ola bilməz. Canı çıxsın anam, ağıla-huşa gəlsin, yerini-həddini bilsin. Uşaqlarını fikirləşsin. Elə ən çoxu da özünü. Vallah, ürəyim ağrıyır o bədbəxtə. Allaha qurban olum, ona hərtərəfli xoşbəxtlik nəsib edib. Fəxr edəsi əri, oğlanları var. Ay səfeh, nəyin çatmır, qarnını deşən nədir? Niyə anlamırsan həyatını? Görünür, Allah verdiklərini əlindən çıxarsa, onda nə vaxtsa xoşbəxt olduğunu duymaq zorunda qalacaqsan axı.
*
- Allah, bu nə yuxuydu gördüm mən?.. Bu nə bəladır bizi tapdı? - deyə göz yaşlarını sel tək axıdan Vəfanın səsinə anası yan otaqdan özünü yetirdi:
- A qızım, nə olub? Niyə ağlayırsan? Yoxsa, yuxunda diksinib-eləmisən?
- Hə, hə, yuxu görmüşəm, ana... Özü də çox qorxulu yuxu. Otur, otur, yanımda. Mən qalxa bilmirəm. Şil olmuşam elə bil. Əyləş ee, canım ana, əyləş səni son dəfə qucaqlayım. Gül nəfəsini, iyini, qoxunu ürəyimə, ciyərlərimə çəkim, ay gözəl anam, yazıq anam, bədbəxt anam.
- Bıy, Allah məni öldürsün, Vəfa, dəli olmusan, ağlın qaçıb? Bir toxda görüm, bu vay-şivən nədi belə? "Son dəfə səni qucaqlayım" bəs nəmənədir? Maşallah, sənin nəyindi ki?!
- Ana, kim var evimizdə?.. Qorxuram danışmağa. Barı, eşidən-bilən olmasın sözümüzü.
- Ay qız, indi kim olacaq evdə, gün günortadır, ee. Hərə bir tərəfə çəkilib. Yuxuya qalan elə sən özünsən.
- Məni qınama, ana, gördüklərim yuxu deyildi, sanki əsl həqiqət idi. Özü də dəhşətli bir həqiqət.
- Anan qurban, lap öldürdün məni. Ürək-göbəyimi yedim. Bir qandırsana görək, nə olub, nə görmüsən, nə eşitmisən?
- Dilim açılmır danışmağa. Ürəyim elə bil tel üstədir. Qoy hələ özümə gəlim.
- Yəqin yuxunda öldürüblər səni, hə, elə olub?
- Ana, mən ölməmişəm, başa düş, sən.. sə... - sözünün ardını sona çatdıra bilmədi və ucadan qışqırtı ilə ağladı. Nərgizi var qüvvəsi ilə özünə dartıb:
- Ana, yazıq anam, bicarə anam, səni görmüşəm yuxumda. Sən olmüsən e, sən. Xeyr... yox, əslində ölməmisən, başımı itirdim lap. Yəni sən öləcəksən. Özü də bu gün, düzünü desəm, axşam azanınadək.
- Can bala, sən əsl cadu-pitilik olmusan, Allah məni öldürsün. Gedim Fizzə arvada baxdırım.
- Nə Fizzə arvad, nə baxdırmaq? Mənim huş-başım yerindədir. Ağlım evimizin saatı kimi dəqiq işləyir. Sən bir mənə qulaq ver, yerli-yataqlı nağıl eyləyim.
- Danış görək di, içimi yedim lap.
- Ana, eyni yuxunu əslində iki gün əvvəl də, dünən də gördüm. Amma demədim, açıb-ağartmadım. "Yuxudur da, keçib-gedər" düşündüm. Sən demə, bu yuxuma yol tapmış həqiqətiymiş. Əməlli-başlı həqiqət. Başımın üstünü almış əli qılınclı insan, əslində insan deyəndə, yəni ölüm mələyiymiş - Əzrayılmış. Son dəfə mənə çox hədə-qorxu gəldi. Uca və ötkəm səslə bunları söylədi:
- Dediklərimi nöqtəbənöqtə anana çatdır. Başa sal ki, o qadın hansı üzlə, hansı haqla təmiz, günahlardan xali olan bir ocağı cəhənnəmə çevirib? Cəhənnəm birdir. O da bizim haqq dünyamızda. Ananın barəsində dalbadal eşitdiyimiz xoş olmayan məlumatlar bizi əməlli-başlı təbdən çıxarıb. O, nə ərli qadın kimi yerini qanır, nə üç uşaq anası kimi. Səbrimiz kükrəyib daşıb artıq. Ona görə o zalım qadına ölüm hökmü kəsilib. Elə bu gün. Günün sonunadək dünyasını dəyişməlidir! Burada bizim əsl cəhənnəmimizdə onunçün mizan-tərəzi qurulub. Elədiklərinin bədəlini ödəməlidir. Hökm dəyişilə və yüngülləşə bilməz!
Lakin bir şərtlə: o, ölümdən xilas olub bağışlana bilər, əgər silkinib bütün pis əməllərini atarsa, saf niyyətli insan olarsa.
Yuxuma girən bəni-insanın son xəbərdarlığı isə belə oldu, əziz anam: Boğazımı tutub bərk-bərk sıxdı və amiranə səslə dedi: "Qızcığaz, üçüncü, həm də sonuncu dəfə söylədiklərimi olduğu kimi anana çatdırmasan, yatağından qalxa bilməyəcəksən. Ömürlük şil kimi uzalı qalacaqsan".
- Ana, ana, bir bax, möcüzə baş verdi, möcüzə... Həqiqətən də, onun sözlərini sənə çatdırıb qurtaran anda elə bil qurumuş bədənim açıldı. Canıma xoş bir yüngüllük gəldi. Qoy bir tez qalxıb səni doyunca öpüm, qucaqlayım. Bax beləcə...
- Yavaş görüm, ay şeytan. Mən lap şokdayam, anlaya bilmirəm səni. İndi mən nə etməliyəm axı?
- Əziz anam, sənə qurban olum, yəni aydın olmadı dediklərim?
- Sənin dediklərindən belə başa düşdüm ki, Əzrayıl bu gün gəlib mənim canımı alacaq, hə?! Axı nəyə görə, niyə? Az ibadət etmişəm Rəbbimə?
- Ay ana, nə ibadət, nə zad... Söhbət namazdan, orucdan getmir. Söhbət evimizdə törətdiyin dava-dalaşlardan, yerli-yersiz özünü haqlı çıxarmağından, zakslı, kəbinli ərini heçə saymağından, bir sözlə, Allahımızın buyurduqlarının əksinə getməyindən, daha nə bilim, hansı günahlarından gedir. Mənasız inadın, özünə bab gəlməyən iddiaların öz içini də çürüdür, elə bizi də əridib yoxa çıxarır... Bilirəm, yazıq anam, birdən-ikiyə sən "mənəm-mənəm"liyindən əl götürən deyilsən. Onun üçün də çox qorxuram sənə görə. Artıq real ölümlə üz-üzə, göz-gözəsən. Ya daşı ətəyindən töküb, ailəmizin sevimli bir üzvünə çevrilməlisən, ya da... uf... dilim də gəlmir söyləməyə... özü də nə etsən, elə bu gün etməlisən. Tövbə qapısı qaş qaralanadək açıqdır üzünə. Bilmirəm, bunu bacaracaqsanmı, yoxsa, yox... Qırma bizi, ana, səni itirsək, biz neyləyərik?! Yazığın gəlsin bizə. Elə özünə də. Axı nə yaşın var.
Vəfa gözlərindən yaş axıda-axıda sözlərini tamamlayıb yenidən anasının boynuna sarıldı.
İçində ağır bir təlatüm yaşayan ana çaş-baş vəziyyətdə qızına:
- Vəfa, düzünü söylə, həqiqətən də, mənim canımı alacaqları haqda söhbət gedib? Bəlkə ayrı cür olub? Bir yaxşı-yaxşı fikirləş.
- Ana, nə tez unutdun şil olmuş qızının birdən-birə yataqdan qalxmasını? Mən səhv söyləsəydim, elə şil-şikəst kimi də yatağımda saxlayacaqdılar məni.
- Onu da düz deyirsən e... Keçmə qurban olduğumun möcüzələrindən. Qızım, gəl otur yerində, heç yana çıxma, bu saat gəlirəm.
- Yaxşı, yaxşı, ay ana, sən də uzağa getmə. Qoy bir doyunca üzünü görüm, mənim nisgilli anam, qəşəng anam.
Aradan bir qədər keçmiş ölüm qorxusunu canında yaşadan, dil-dodağı titrəyən ana rəng-rufu ağ kağıza dönmüş halda geri qayıtdı. Qızı ilə qabaq-qarşı əyləşdi. Əllərini əllərinə alıb titrəyişlə danışmağa başladı:
- Mə... mənim əziz qızım, inanıram yuxu görməyinə. Qətiyyən şübhə etmirəm. Bu kimi hadisələr azmı olur? Amma sənə suallarım var. De görüm, yuxunda doğrudan da, mənim adım hallanıb? Yəni elə bu bircə günün içində canımı alacaqlarını bildiriblər?
- Ana, vallah, billah, elədir, yalanı-filanı əsla yoxdur.
- Axı, başına dönüm, ay qızım, mən xəstə-zad deyiləm ha, sağlamam. Bu günə kimi də nə həkim, nə dava-dərman tanımamışam. Birdən-ikiyə sağlam insan necə ölə bilər axı?
- Ay yazıq anam, ay avam anam, o boyda Allahın əlində bir ölüm nəmənədir, hə? Qurban olduğum istədiyi anda insanın canını ağır xəstəliyə düçar edər, ya gözlənilməz qəzaya salar, ya da .. ya da təbii fəlakət gətirər. Olmazmı məgər?
- Qızım, başa düşdüm səni. Amma son bir ricam olacaq səndən. İncimə ha, əgər dediklərin doğrudursa, evimizdə muqəddəs Qurani-Kərim kitabı var. Onu tapıb gətirmişəm... O kitaba əlini bas. Qoy sözlərinin düzgünlüyü Allah dərgahında da təsdiq olunsun. Bunu bacarsan, daha sənə şəkk-şübhəm qalmaz.
- İnanmırsan mənə? İndiyədək sənə heç bir dəfə də olsa, yalan danışmışam?
- Xeyr, danışmamısan, gözümün işığı, danışmamısan. Ancaq yenə şübhəli qalmayım. Əgər yuxun söylədiyin kimidirsə, niyə qorxmalısan ki?! Əlini rahatca basıb and içə bilərsən. Amma əvvəlcə get yaxşı-yaxşı yuyun, təmizlən, sonra gəl.
Anasının tapşırığını cəldliklə icra edən Vəfa çox çəkmədi evə döndü, yerini rahatladı: Ya Allah, kömək ol, - deyə astadan səslənib sağ əlini müqəddəs kitabın üzərinə toxundurdu və dualar etdi:
- Söylədiklərim doğrudur, heç bir yalanım yoxdur, - deyə Vəfa ayinini bitirdi: - Daha sözün, ay ana? İnandınmı indi? - deyərək qorxu təri axıda-axıda ayağa qalxdı, yenidən ona dördgözlə diqqət kəsilən anasını özünə tərəf çəkib hönkürdü. Xeyli vaxt bir-birinə sarılı qaldılar. Ana birdən qızından ayrıldı. İri addımlarla özünü daima ibadət etdiyi odasına saldı. Üzünü Qiblə səmtinə çevirib, başını dikəltdi, əllərini göyə tuşladı:
- Allahım, keç günahlarımdan. Öldürmə məni. Mən artıq əvvəlki Nərgiz deyiləm. Dəyişmişəm, paklaşmışam. İçimi didib-tökən, içimə ağırlıq gətirən iblisanə düşüncələrdən uzağam. İnsanlığın əksi olan nə varsa, artıq tərk edib məni. Özü də elə indi, bu saatda edib. Mən tamam başqalaşmışam.
Nə yaxşı yuxu əhvalatı ortaya çıxdı. Şükürlər olsun, özümə qayıtdım. Elə bil təzədən doğulmuşam. Allah mərdimazarlara, ev yıxanlara lənət eləsin. Baş-beynimi yemişlər... Elədiyim iyrənc oyunların fərqində deyildim. Tilsimdəydim, sanki.
Allahım, qıyma mənə, qapımızı Əzrailə tanıtma. Günü bu gün baş tacım olan ərimdən də, ciyər paralarım olan uşaqlarımdan da üzr istəyəcəyəm. Özü də dönə-dönə. Təki Tanrım məni bağışlasın, keçsin günahlarımdan. Mən ölmək istəmirəm!
Gün sona yetməkdəydi. Axşam azanına sayılı dəqiqələr qalmışdı. Suçlu qadın həyəcan, qorxu məngənəsində çeşidli şam süfrəsi açmağı da unutmamışdı. Gözləri yol çəkirdi. Vəfa anasının hərəkətlərini anbaan sezdikcə sevinir, qürurlanır və özünü dünyanın xoşbəxti sanırdı. Bir azdan həyət qapısı açıldı. Gələn Mahir müəllim idi. Nərgiz işini kənara atıb qapıya yüyürdü. Əri gözlərinə inanmadı. Amma yuxu deyildi. Bu, o idi. Bəli, o idi, ömür-gün yoldaşıydı. Lap qənşərində dayanmışdı. Baxışlar bir-birinə dirəndi. Mahir müəllim onu başdan-sonadək süzdü. Eynən birinci dəfə rastlaşdığı Nərgiziydi. Gülərüz, mehriban... Cavanlıq təravəti də üstündəydi. Şükürlər olsun.
Vəfa həsrətində olduğu bu mənzərəni seyr edərkən qardaşları Vüqar və Vüsal da içəri daxil oldu. Gəlib bacılarının yanında dayandılar.
*
O günün üstündən aylar, illər adlamışdı. Nərgiz Tanrının qəzəbindən yaxa qurtarmış, Vəfa da düzüb-qoşduğu oyunlara rəğmən cəzalandırılmamışdı. Görünür, Vəfanın xeyirxah niyyətlə uydurduğu yalanlar uca Allaha xoş getmişdir.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)