
Super User
PA - Uğur üçün 15 keyfiyyət - 1) Nümunəvi tərbiyə almaq
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:
1) Nümunəvi tərbiyə almaq
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
“KİTABİ-DƏDƏ QORQUD” – xalq ensiklopediyası, əxlaq kodeksi
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1300 ildən çoxdur milli-mənəvi dəyərlər xəzinəmizin ən qiymətli incisi kimi mövcud olan“Kitabi-Dədə Qorqud” türkün ensiklopediyasıdır. O, məişətimz, yurdumuz, inam və tapınaqlarımız, milli adət və mərasimlərimiz, əxlaqımız, dilimiz, düşüncə tərzimiz, xalqımızın qəhrəmanlığı və s. barədə aydın təsəvvür yaradan, hüquq və azadlığımıza, dövlətçiliyimizə, mənəvi bütövlüyümüzə aid əsas məqamları əks etdirən monolit abidədir.
“Kitabi-Dədə Qorqud”a qədər formalaşmış türk tarixi də nəzərə alınarsa, dastanın ömrü xalqımızın yaranması, təşəkkül tapması dövləri ilə üzvi bağlıdır.
İnsanı hünərinə, el-oba qarşısında xidmətlərinə görə qiymətləndirir “Kitabi-Dədə Qorqud”. Dastanda insanların hüquq və azadlıqlarının pozulmasına, onların şəxsiyyətlərinin alçaldılmasına qarşı bir etiraz hayqırtısı var. Cəmiyyət bu cür halları qəbul etmir. Lakin xalqın adını batıranları, xainləri öz axarından kənara atır. “Axar su mundarlıq götürməz” misalına rəğmən “Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya” anlamıyla Dədə-Qorqud xalqı, dünyanın işlərini saf-çürük etmək əzmindədir və bu, ali səviyyəli xarakter dəqiqliyidir, insanın dünyəviliyidir.
Səlcuqlar dövründə güney Azərbaycanda yaradılan bir dekorativ nimçədə yazılıb ki, “Türklə ucuz başla danışmaq olmaz”, yəni onunla ali insan xarakteri keyfiyyətləri ilə ünsiyyət saxlamaq mümkündür.” Yüzilliklərlə Dədə Qorqudun türkə yetəri mirası da elə budur. İnanc, güvənc yerimiz, mənəvi təmizlənmə və rahatlanma yolunda vasitəmiz, müşküllərini çözən, düşmənə qalib gəlmək üçün çarələr tapan, zəfər və qələbəyə inandırandır “Kitabi-Dədə Qorqud”.
“Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bütün insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü...ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir”.
Eposda ata və qardaşlarına, ər və nişanlılarına arxa duran, zərifliyi, mənəvi təmizliyi, intellekti ilə bu günün insanını heyrətə gətirən qadınlar göstərilən mənəvi mirasın əsil sahibləridir. Gənc nəslin tərbiyəsində qadının-ananın üzərinə düşən böyük məsuliyyət Dədə Qorqud cəmiyyətinin bütün incəliklərinə qədər dərk edildiyindən, dastanda qadına xüsusi münasibət yaranmışdır.
Ər meydanında kişilərdən “yey”, hökmlü, sevgisində misli - bərabəri olmayan Burla xatun, nişanlısı Qanturalıdan geri qalmayan Selcan xatun, sevgilisi Beyrəyi çətin imtahana çəkən, on dörd ilin həsrətinə mərdliklə dözən Banuçiçək və başqa qadın obrazları sanki böyük və möhtəşəm bir sarayın dayanıqlığını və estetik gözəlliyini tamamlayan silsilə sütunlar, atributlardır.
Dastanda oğuz igidləri qadınlara qarşı ədəb-ərkanı, zərif etik normaları bütün dəqiqliyi ilə gözləyirlər. Qadınlara “Xan qızı, qara gözlü yavuqlum, həlalım, qadınım, diləyim-döləyim”, - deyə müraciət edirlər. Oğuz xanımları isə onlara “Başımın baxtı, evim taxtı...”- deyə səslənirlər. Bu ifadələrin dilin estetikliyi cəhətdən qüdrətini heç bir zərifliklə izah etmək mümkün deyildir. Mən demirəm ki, müasirlərimiz bu ifadələri təkrar etsinlər. Ancaq fikrin nəciblik mahiyyəti, koloriti itirilməməlidir. (Birdə ki, həmin ifadələrdən indi də istifadə etməyin nə eybi var ki?! Gözəl səslənməzmi?!)
Oğuz xanımları “göz açıban gördüyü, könül verib sevdiyi” igidlərə ərə gedirlər, yeri gələndə nöqsanlarını açıqlayıb, ağıllı məsləhətlər verirlər, onları ruhlandırır, ürək dostlarına çevrilirlər. Türkün qadını yüzilliklərlə belə olub, ona görə ki, onlar ailə, cəmiyyət qarşısında öz məsuliyyətlərini yaxşı anlayıb, fədakarlıqları ilə seçilib. Bütün bunlarda müasir sayılmayacaq nə var!? Hələ ilk məktəb illərindən balalarımızın bu “əlifba” kitabı, “xalqımızın ana abidəsi” (H.Əliyev) ilə böyümələrində qəbahət nədir ki ?!
Qazan xan döyüşdən əvvəl “Anamı vergil mana! Savaşmadan, vuruşmadan qaydayım” ifadələri ilə müraciət edir düşməninə. Uruz anasına deyir ki, “qoy məni çəngələ vursunlar, ətimdən qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində, sən iki ye.” Onun dedikləri valideynə, ata hörmətinə, namusuna yüksək səviyyədən baxışın ifadəsidir. “Kitabi-Dədə Qorqud”da ana haqqı tanrı haqqı hesab olunur, anaya bundan yüksək qiymət, bəlkə də, heç bir ədəbiyyatda verilməyib.
Əsərdə qaravaş kimi öz mənliyini alçaldan, ərini hörmətdən salan və ona xəyanət edən, ailə qayğısı çəkməyən, övladlarının tərbiyəsinə laqeyd yanaşan qadınlar kəskin tənqid olunurlar. Belələri “solduran soy, dolduran toy, bayağı qadın” adlandırılır. Mühitimizdə dilini, görkəmini, davranış qaydalarını saxlamağa çətinlik çəkən, yad ənənələrə tapınan, ənlik-kirşanı və geyimi-gecimi, plastik əməliyyatları, rəqsləri əndazəni aşan, hər şeydən əvvəl türk başlanğıcını itirən bəzi müasir “qadınlar, qızlar” Dədə Qorqud qadınları qarşısında nə qədər miskin görünürlər! Belə çıxır ki, biz zəngin bir təlim-tərbiyə xəzinəsinin yanından gözübağlı keçməkdəyik. Bu isə ancaq təəssüf doğurur.
Bir insan kimi Dədə Qorqud öyrətmələrinin və bu öyrənclər zamansız yarandığına görə onların müasir dünyamızdan da qırmızı işıq kimi keçməsi həmişə mənim arzum olmuşdur. “Milli dəyərlərimizin Avropa dəyərləri ilə qovuşduğu, xaricə böyük insan axınının, dünyada siyasi, iqtisadi və mədəni proseslərin dəyişilməsinin və s. proseslərin baş verdiyi bir dövrdə milli dəyərlər sistemimizi işə salmalıyıq”. Müstəqil Azərbaycanımızın inkişaf edərək dünya birliyində öz layiqli yerini tutduğu bir vaxtda Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər birimizin, hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsi olmalıdır.
Hər birimiz “Kitabi-Dədə Qorqud" eposuna fokuslanmaqla öz kimliyimizi onda qorunan milli-identifikativ kodlara uyğunlaşdırmalıyıq. Çunki Dədə Qorqud öyrətmələri müasirdir və xalqımızın bütün dünyada öz orjinalında olduğu kimi tanınması üçün misilsiz mənbədir. “Azərbaycan xalqının...düşmən əli dəyməmiş və saxtalaşdırılmamış tarixidir”. Heç bir millətin mənəvi xəzinəsinə bənzəməyən, təkrarsız mənəvi xəzinəsidir.
Bu xəzinəni səhifə-səhifə öyrənmək, təbliğ etmək, onunla öyünmək, ondan qidalanmaq və qürurlanmaq lazımdır ki, bu tarixi, bu mənəviyyatı başqası deyil, mənim xalqım, bizim xalqımız yaratmışdır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Zamanın və məkanın qovuşduğu bir üfüqdə itən sirr - SUMQAYIT
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Şəhər, bir xəyalın təkrarıdır; hər küçə, zamanın arxasında itmiş bir melodiyanı xatırladır və hər bina, kədərli bir həqiqətin gizləndiyi, işıqsız bir göy üzüdür.
Qoynunda sülhün bütün motivlərini, eyni zamanda onun rəmzini daşıyan Sumqayıt şəhəri, zamanla sənaye mərkəzinə çevrilməsi ilə yalnız Azərbaycanın deyil, regionun da inkişafında mühüm rol oynamış bir şəhərdir. Onun qurulması, texnologiya və sənayenin inteqrasiyası ilə həyatın müxtəlif sahələrində yeni bir dövrün başlanğıcını qoymuşdur.
Bu şəhər, insan zəhməti və elmin birgə harmoniyası ilə formalaşan bir dinamizm və dəyişikliklər simvoludur. Şəhər, sanki göyərçinin yavaş-yavaş açılan qanadlarıdır - əvvəlcə titrək, ehtiyatlı, lakin hər çırpıntıda daha cəsarətli, daha əzəmətli. Hər yeni bina, elə bil, o qanadlara əlavə edilən yeni bir lələkdir - bir-birinə calanaraq göyə daha da yaxınlaşır. Asfalt yollar göyərçinin uçuş trayektoriyası kimi şəhərin bağrını çaparaq uzaqlara doğru yol alır, hər küçə döngəsi isə qəfil dəyişən külək axınıdır. Şəhər də göyərçin kimi bəzən dayanır, nəfəsini tutur, amma sonra qəfil sürətlə irəli atılır - zirvələrə, ucalığa doğru.
Günəş şüaları binaların şüşələrində parlayanda, elə bil, göyərçinin qanadlarındakı çiy damlaları şəfəqdə yanır. Hər yeni gün, o göyərçinin yenidən uçmağa qərar verdiyi bir başlanğıcdır daha uzağa, daha yuxarıya, bəzən də görünməz bir hədəfə doğru.
Şəhərin tarixinə nəzər salsaq, bir sıra əfsanələrə şahid olmağımız qaçınılmazdır. Bu əfsanələrdən birinə görə qədimlərdə belə bir hadisə baş verib:
Şəhərdən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa getdi. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilmir.
Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası.
Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.
Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur, yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”
Aparılan tədqiqatlara əsasən 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisində pers tayfaları yaşayırdı. Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir.
Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasından söz etməkdədir.
Azərbaycan Respublikasında əhalisinin sayına və sənaye əhəmiyyətinə görə paytaxt Bakıdan sonra ikinci olan respublika tabeli şəhərdir Sumqayıt. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midyalılar məskunlaşıb.
Böyük Britaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki,
"Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."
Sovet İttifaqı rəhbərliyi Abşeron Yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır, lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi.
Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi. Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
Sumqayıtın əsası, zəhmət və əzmkarlıqla qoyulmuşdur. Şəhərin sənaye inkişafı, yalnız bir istehsal gücü yaratmaqla kifayətlənməmiş, həm də şəhər sakinlərinin həyat tərzini, mədəniyyətini və sosial strukturunu dərin şəkildə dəyişdirmişdir. Sənayenin yüksəlişi, bir tərəfdən şəhərə iqtisadi güc və rifah gətirsə də, digər tərəfdən də bir çox sosial və mədəni dəyişiklikləri ortaya çıxarmışdır. Bu dəyişikliklər, şəhərin həyatını təzələyərək, gələcəyə doğru daha dinamik addımlar atmasına səbəb olmuşdur. Sumqayıtın hər bir bölgəsində bu inkişafın izləri aydın şəkildə görünür — sənaye sahələrinin artması, yeni yaşayış məntəqələrinin qurulması və şəhərin sosial həyatı ilə bağlı müxtəlif yeniliklər və s. Bu gün Sumqayıt, keçmişin izlərini qoruyaraq, gələcəyə doğru sürətlə irəliləyir. Şəhər, əsrlər boyu yaşadığı dəyişikliklərin hər birini, özündə birləşdirərək daha da böyüyür və inkişaf edir. Bu inkişaf, yalnız iqtisadi və sənaye sahələrində deyil, eyni zamanda şəhərin sosial həyatında, mədəniyyətində və infrastrukturunda da özünü göstərir. Sumqayıt, artıq təkcə sənaye mərkəzi olmaqla kifayətlənməyib, həm də daha yaxşı bir gələcək üçün öz əhalisinə yeni imkanlar yaradır. Hər yeni inşa edilən bina, hər yeni açılan yol, bu şəhərin daha da böyüməsinə və inkişaf etməsinə səbəb olur.
Bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Qarabağda əldə etdiyimiz tarixi Zəfər bizə imkan verir ki, bütün sahələrdə dinamik inkişafa nail olaq, iqtisadiyyatımızı daha da yüksəldək.
Sumqayıtın inkişafına xüsusi həssaslıqla yanaşan cənab Prezident şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin fəaliyyətilə daim yaxından maraqlanır, Sumqayıtda sənayenin inkişafı ilə bağlı qərarlar verir. Sumqayıtda fəaliyyət göstərən kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri hazırda var gücləri ilə fəaliyyət göstərirlər. “Azgüntex” zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Azərbaycan iqtisadiyyatında böyük paya sahibdirlər. Sumqayıtdakı “SOCAR Karbamid” və “SOCAR Polymer” zavodları respublikamızın ixrac potensialını artırır.
Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə Cənubi Qafqazda ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. 583,5 hektar ərazidə yerləşən parkda 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 3,4 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi – təqribən 35 faizi ixrac olunub. 9 min nəfərə yaxın vətəndaşın daimi işlə təmin olunduğu parkda istehsal olunan məhsullar 60-a yaxın ölkəyə ixrac olunur.
2024-cü ilin ilk doqquz ayında Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif sahələrində nəzərəçarpacaq inkişaf müşahidə olunub. Bu dövr ərzində ümumi məhsul və xidmətlərin həcmi 3 milyard 547 milyon 371,8 min manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir. İqtisadiyyatda istehsal sektorunun ümumi məhsul buraxılışında xüsusi çəkisi 84,8 faiz, xidmət sektorunun payı isə 15,2 faiz təşkil edib.
Sənaye sahəsindəki göstəricilərdə də artım müşahidə olunur. Faktiki qiymətlərlə sənaye məhsulu və xidmətlərin ümumi dəyəri 2 milyard 849 milyon 209 min manat olub və sabit qiymətlərlə 106,8 faiz səviyyəsində artım qeydə alınıb. Bu nəticələr Sumqayıtın sənaye potensialının gücləndiyini və iqtisadiyyatında yeni dəyərlərin yarandığını göstərir.
Qeyd etməkdə fayda vardır ki, Sumqayıt şəhəri təhsil sahəsində də böyük bir inkişaf dövrü yaşamışdır. SDU-da universitet-sənaye əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır və qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılması olduqca əhəmiyyətlidir. Bu istiqamətdə görüşlərin təşkili də vacib amillərdəndir. Heç şübhə yoxdur ki, rektor, dosent Rüfət Əzizovun başçılığı altında universitetimiz çiçəklənməyə və qlobal səviyyədə inkişaf etməyə davam edəcək. Son illərdə atılan xüsusi addımlar və görülən işlər bunun xüsusi sübutudur.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə etdi. Bildirdi ki, ali təhsil müəssisələrində innovasiya və elmi-tədqiqat zəruridir. Bu səbəbdən də universitetlər öz iş mexanizmlərini uyğun qurmalı, zamanın tələbinə uyğun planlamalıdır. Ali təhsil müəssisələrində tədrisdə məzmunun yenilənməsində birgə fəaliyyət istiqamətləri, elmi-tədqiqat layihələrində birgə əməkdaşlıq aparılmalıdır.
Sumqayıtın sakinləri, burada yaşayan hər bir insan, şəhərin inkişafında müstəsna rol oynayaraq, bu şəhəri dinamik, gələcəyə ümidlə baxan bir yerə çevirirlər. Hər bir insanın zəhməti və özünəməxsus töhvəsi ilə şəhər daha gözəl və hər kəs üçün daha yaxşı bir gələcək vəd edir. Bu gün Sumqayıt, yalnız sənaye ilə deyil, həm də mədəniyyət, təhsil və sosial inkişafla bağlı yeni hədəflərə doğru gedir. Şəhərin bu inkişaf yolunda hər bir addım, gələcəkdə daha da böyük uğurların başlanğıcı olacaq.
Bu şəhər, göy üzündəki buludların oyununda bir nağıl kimi doğur, hər yeni gün isə başqa bir aləmdən gələn bir işıq kimi yol alır – görünən və görünməyən sərhədləri bir-birinə qarışdıraraq.
Sumqayıt, sanki zamanın və məkanın qovuşduğu bir üfüqdə itən bir sirrdir. Hər addımda keçmişlə gələcək arasında nazlı bir rəqs başlayır, şəhər öz sirli nağılını səssizcə fısıldayır. Hər bir bina, hər bir küçə, təkcə gözlə görülən deyil, eyni zamanda ruhda iz qoyan, illüziya kimi solub gedən bir xatirəyə çevrilir, şəhərin havasında yox olan, amma hər an duyulan bir melodiyanın notları qulaqlara çırpılır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Arəstə Baxışova
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Arəstə Baxışovaya ithaf olunub.
ARƏSTƏ KƏRİM QIZI BAXIŞOVA
(04.05.1989.-23.10.2020.)
Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olmuş, Azərbaycan Silahlı
Qüvvələrinin çavuşu və hərbi feldşeri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu,
Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin yeganə xanım şəhidi
A R Ə S T Ə
-Ana, orduda xidmət eyləmək qərarımdır.
Bilirsən ki, sənintək Vətən də vüqarımdır.
İki balamı sənə eyləyirəm əmanət,
Tezliklə zəfər çalar haqq işimiz- ədalət.
Qarabağsız yaşamaq hamımıza töhmətdir,
Əgər ki, şəhid olsam, qəm yemə, bu, qismətdir.
Sonra balalarının öpərək üz-gözündən;
-Mərdan, Zəhra, çıxmayın, nənənizin sözündən.
İnşallah, günəş doğar, açılar aydın səhər,
Ürəyimə damıb ki, bizim olacaq, zəfər.
Ana min əziyyətlə böyütmüşdü balasın.
Ürəyindən keçirdi; -Qızım, Allah saxlasın!
Görüşüb ayrılanda Arəstə qəmlənmişdi,
Anası da susurdu… gözləri nəmlənmişdi.
Amma fikirləşdi ki, başqa cür ola bilməz,
Bizim doğma Vətəndə kafirlər qala bilməz.
Orduda xidmət etmək, hamı bilir, çətindir,
Qadın hərbiçidirsə, o, necə də mətindir!
Arəstə xidmətini eyləyirdi qeyrətlə,
Heç arası yox idi boş söz ilə, qeybətlə.
Allah ona vermişdi, nə qədər böyük ürək,
Xidmət yoldaşlarına doğma oldu, bacıtək.
Başlarkən müharibə düşündü çatıb məqam,
Yağılardan alarıq, cəsarətlə intiqam.
O, neçə yaralıya hər gün edirdi yardım,
Yatmazdı bircə saat təki var olsun ordum.
Yaralı əsgərləri doğma qardaş bilirdi,
Onlarla kədərlənib, onlar ilə gülürdü.
Budur , Arəstə xanım döyüş meydanındadır,
Cəsur, mərd əsgərlərin yenə də yanındadır.
Göydən alov tökülür, silkələnir dağ-dərə,
Elə bil sözün deyir ucadan Xeyir Şərə.
Bax, əsgərlərdən biri indicə yaralandı,
Qolunun biri düşdü, ayağı paralandı.
Arəstə istədi ki, yaralını çıxarsın,
Bir az aralıdakı məntəqəyə aparsın.
Elə bu an düşmənin gülləsinə tuş gəldi,
Çöhrəsi işıqlandı, şəhidliyə yüksəldi.
Şəhid oldu Arəstə, yolu cənnətdən keçdi,
Tanrı bu mərtəbəyə sevərək onu seçdi.
Arəstə bir gül idi, bu gül heç zaman solmaz,
Torpağa qan axmasa, torpaqdan Vətən olmaz.
Qalmadı yerdə qanın, Arəstə-şəhid bacı,
Şəhid qardaşlarına yeganə, vahid bacı.
Şuşada vüqar ilə dalğalanır bayrağım,
Azad olub yağıdan, doğma yurdum, torpağım!
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Nihad Sami BANARLI – “Füzulinin duası”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Füzuli günləri davam edir.
Milletimizin, tarihte yetiştirdiği büyük adamlarla, bu arada dilimize, edebiyatımıza şaheserler kazandırmış büyük şairlerle iftiharı eski bir Türk faziletiydi. Eski Türkler böyle büyüklerini, üstelik bilerek, anlayarak, okuyarak severlerdi.
Kader bu fazileti bizden alıp başka milletlere vermiştir. Son asrın herşeyden çok başkalarına hayran yetiştirilen kozmopolit münevverleri (!) arasında bu asil duygu ve bilginin hergün biraz daha söndüğü görülüyor.
Bugün, bilmem, Türkiyede Fuzuliyi önce hiç tanımayanlar, sonra tanıyıp da okuyamayanlar, nihayet, okuyup da anlamayanlar yanında bir de Türk şairi saymayanlar bulunduğunu bilir misiniz?
İleri sürülen sebep, bu en büyük şairimizin, eserlerini Türk diliyle değil de Arabi ve Farisi ile yazdığı iftirasıdır.
Halbuki Fuzuli sadece büyük bir şair birçok ilim dallarında ihtisas yapmış kudretli bir alim ve o ölçüde büyük bir mütefekkir değildir; aynı zamanda samimi bir Türkçeci bir Türk dili milliyetçisidir. İIzah edeyim:
Biz, iki asırdan beri, sözüm ona, Batı medeniyetine mensubuz. Buna rağmen, herhangi bir Batı dilini o dilin edebiyatına şaheserler kazandıracak kadar iyi bilen tek bir Türke ben raslamadım. Eskiler ise mensubu oldukları İslam Medeniyeti dillerini o dillerin en üstün seviyesinde eserler verecek kadar iyi bilirlerdi. Çünkü o devirlerde bir medeniyete Türk üslubuyle girmek demek en kısa bir zamanda, o medeniyetin hakim milleti olmak demekti.
***
Fuzulinin de Arapça Divanı, Farsça Divanı ve bu dillerle daha başka eserleri, elbette, vardır. Fakat bu şair en çok sayıda en güzel ve en üstün eserlerini mensup olduğu milletin diliyle vermiş; bunda tam bir milli hassasiyet göstermiş ve bir milli haysiyet gözetmişti.
O kadar ki Fuzuli, başka dillerin Türkçeden üstün oluşuna tahammül edemeyen bir milli duygu içindeydi:
Ol sebepden farisi lafz ile çokdur nazm kim
Nazmı nazük Türk lafzıyle igen düşvar olur.
Mende tevfik olsa bu düşvarı asan eylerem,
Nevbahar olgaç dikenden bergi gül izhar olur.
“Farisi ile çok sayıda şiir söylenmesinin sebebi Türk diliyle ince şiir söylemenin güç olmasındandır. Fakat, Allah yardım ederse, ben bu güçlüğü yeneceğim! İlkbahar geldiği zaman kuru dikenlerden nasıl gül yaprakları çıkmaya başlarsa, ben de diken gibi sert sanılan Türkçe ile gül yaprağı gibi ince şiirler söyleyeceğim!” demesi ve bu dediğini harikulade üstün bir sanatla yerine getirmesi bundandır.
Unutmamak lazımdır ki, Fuzuli hemen bütün Şark edebiyatının gerçek şiir vadisindeki en üstün şairidir. Yine aslaa unutmamalıdır ki, Fuzuli bu sözleri Türkçenin henüz yeter derecede işlenmediği bir çevrede ve XVI asırda söylemiştir. Bağdat ve çevresi gibi sokaklarında Arapça konuşulan; (devrin ilim dili Arapça olduğu için) medreselerinde Arap diliyle ders okutulan ve bunun yanında şiir denilen şey bir mantıkut-tayr yani bir kuş dili ahengindeki Farisi ile söylenebilir inancının atmosferi kapladığı bir yerde, tam bir Türk haysiyeti ve gururu içinde söylemiştir.
***
Fakat Fuzulinin bundan daha imanlı ve daha heyecanlı bir Türkçeciliği onun Kerbela şehidleri için yazdığı “Hadikatüs-Suada” adlı eserinin önsözündedir.
Fuzuli bu yazısında bilhassa İrak müslümanları için mukaddes bir mevzu olan Kerbela vakalarını ve Kerbela şehitlerinin macerasını şairlerin hep Arapça veya Farsça ile yazdıklarını düşünür. Bu eserlerden yalnız Arap ve Acem büyüklerinin faydalanmasını Türk haysiyetine aykırı bulur. İnsan cinsinin en üstünü olduğunu söylediği ve alemi terkip eden insanlığın en büyük cüzü olduğunu belirttiği Türklerin bundan mahrum bırakılmasından ciddi bir eza duyar; hatıralarını derin tazimle andığı Kerbela şehitleri için bu sefer Türk dili ile bir şehitler abidesi inşasını tasarlar. Bu arada yegane endişesini şöyle düşüncelerle söyler: “Gerçi Türk diliyle bu vakaların beyanı kolay değildir. Zira (Türkçenin henüz) birçok sözleri zayıf ve ibareleri işlenmiş değildir. Ancak ben erenlerin himmeti ile öyle umuyorum ki, bu Türkçe kitabı bitireceğim” der ve arkasından Türk Dili Tarihinin en güzel duasmı söylemek için o aziz ellerini Allahına kaldırır:
Ey feyz-resan-ı Arab u Türk ü Acem,
Kıldın Arabı efsah-ı ehl-i alem,
Etdin fusahayı Acemi İsi-dem,
Men Türk-zebandan iltifat eyleme kem.
(“Ey Arap, Acem ve Türk milletlerine feyiz veren Tanrım! Sen Arap kavmini dünyanın en fasih konuşan milleti yaptın! Acem fasihlerinin ise sözlerini, İsa nefesi gibi, cana can katan bir güzelliğe ulaştırdın! Ben Türküm ve Türkçe söylemek istiyorum! Tanrım, benden iltifatını esirgeme!”)
Dua budur. Bu mısraları okuyanlar ilk anda Fuzulinin sadece Türkçe yazmak istediğini ve bunun için Allahtan yardım ve teveccüh dilediğini zannederler. Halbuki rubainin bütün inceliği iltifat kelimesindendir. Çünkü söz sanatında iltifat sözü en güzel en sanatlı ve en üstün bir üslupla kullanabilmek demektir. Böyle olunca Fuzulinin Tanrısından dilediği büyük yardım Türkçeyi hatta Arapçadan da, Farisiden de güzel ve üstün kullanma yardımıdır.
***
Fuzuli bu asil arzusunda Allahtan yardım görmüşcesine muvaffak olmuştur...
Bütün bu yazdıklarımız büyük Fuzulinin Türk kültürüne hizmetinin binde biri değildir. Bu hizmetler ise bugün artık bilinmiyor. Esasen büyük Türk şairlerini Türk çocuklarına tanıtmamız daha Tanzimattan beri yanlış bir tutum içindedir.
...Eski Türk edebiyatını lekelemek hatası Tanzimat devrinde başlamıştır. Her türlü ciddi tedkik, bilgi ve tenkid değerlerinden mahrum bu Tanzimat yıkıcılığı bugün daha başka maksatlarla devam edip gitmektedir.
İçinde bulunduğumuz derin ve milli kültür buhranının kökü bu eski hatalardadır.
*****
“Köhnə şeirdə bir Füzuli türkcəsi var: Füzuli də eynən Nəvai kimi tikanlı bağçalarda gül dərməyin zövqü və şövqü içindədir: Məcnunun Leylanı sevdiyi qədər üstün bir Türk dili sevgisiylə “Mən tikantək sərt bilinən Türkcəylə gül yarpağı kimi şeirlər söyləyəcəyəm” demiş və əziz dilimizi gerçəkdən gül yarpağı kimi incə rəngli söyləyişlərə qovuşdurmuşdur.
Onlar Türkcənin böyük aşiqləriydilər. Onun üçün əbədi oldular” (N.S.BANARLI).
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Dəli bir ağlamaq keçir könlümdən… - Nüsrət Kəsəmənlinin 78-ci mövluduna
Könül, “Ədəbiyyat və incəsənət”
Bir vaxtların sevgi şairi, şeirlərini gənclərin əzbərlədiyi, o şeirlərdən saf sevgi duyğuları aşıladıqları Nüsrət Kəsəmənli barədə necə qısa danışasan?
1946 -cı il dekabr ayının 29-da Qazaxda, Kəsəmən kəndində anadan olan Nüsrət Kəsəmənli bədii yaradıcılığa XX əsrin 60-cı illərində başlayıb, şeirlərinin əsas mövzusu məhəbbət olsa da, insanpərvərliyə, yеr üzərində əminamanlığa, vətənə, torpağa aid müxtəlif əsərlər yaradıb. Onun “Dəli bir ağlamaq kеçir könlümdən”, “Biri vardı, biri yox”, “Oğru olmaq istəyirəm” kimi şeirlərinin dillər əzbəri olması fenomenini isə heç kəs aça bilmir, Nüsrət Kəsəmənli Səməd Vurğundan sonra şeirlərini dillər əzbəri etmək missiyasını uğurla davam etdirib.
Nüsrət Kəsəmənlinin lirikası o qədər axıcı, gözəldir ki, hər şeiri özlüyündə bir mahnıdır sanki, təsadüfi deyil ki, “Dünya köhnə dünyadır”, “Unut kədərini”, “Allahım, ayırma bizi”, “Unuda bilməyəcəksən”, “Özümü aldadıram”, “Biri vardı, biri yox...” kimi yüzlərlə şeirinə musiqi bəstələnib.
Fəal ictimaiyyətçi olan Nüsrət Kəsəmənli 1981- 1984-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, Poeziya şurasının sədri seçilib, 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor kimi çalışıb, 1982-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.
Əfsuslar olsun ki, böyük şair çox az ömür yaşayıb, 2003-cü il oktyabr ayının 16-da 57 yaşında müalicə aldığı Təbriz şəhərində vəfat edib.
Nüsrət Kəsəmənli yüz minlərin yaddaşındadır, ədalətsizlik edib xalq şairi titulunu ondan əsirgəsələr də o, həqiqətən xalqın şairidir. Əminəm ki, ədalət haçansa bərpa ediləcək, ona ölümündən sonra Azərbaycanın Xalq Şairi fəxri adı veriləcək. Çox inanıram!
Könlünə dəydiyim, incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən, alışıb yana bilərəm.
Don desən, yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt! Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Oğuzda şəhid övladları ilə tədbir keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bayram süfrəsi arxasında şəhid övladları ilə görüş keçirilmişdir.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətini başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmoviştirak etmişlər.
Tədbirdə uşaqlar Şaxta babaya məktublar yazmışlar. Şəhid övladlarının öz arzuları əsasında onlara bayram hədiyyələri təqdim edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Şəkidə “Vətən məcnunları” silsiləsindən növbəti kitab təqdim edilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
27 dekabr 2024-cü ildə Şəki şəhər Heydər Əliyev Mərkəzində "Vətən sizə oğul dedi" kitabının 1-ci və 2-ci hissəsinin təqdimatı keçirilib. Təqdimatda şəhid ailələri, qazilər, idarə və təşkilatların nümayəndələri, rayonictimaiyyəti iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Baş Komandanın Vətən müharibəsi haqqında, şəhid və qazilərin bu müharibədə göstərdiyi fədakarlıqları barədə söylədiyi fikirləri əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə igid oğullarımızın qəhrəmanlıqlarından, ordumuzun yenilməzliyindən, dünyanı heyrətə salan uğurlu hərbi əməliyyatlardan danışıblar. Vurğulanıb ki, Şəki Tibb Kollecinin tələbələrinin, məzunlarının və əməkdaşlarının qələmə aldığı kitab vətən aşiqləri olan qəhrəman oğulların rəşadətinə, vətənpərvərliyinə, hünərləriylə yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır.
Qeyd edək ki, “Vətən sənə oğul dedi” kitabı "Vətən məcnunları" layihəsi çərçivəsində çıxan silsilə kitabların növbətisidir. Layihənin ideya müəllifi və tərtibatçısı Şəki Tibb Kollecinin bölmə rəhbəri Pərvanə Məmmədova, redaktoru AYB-nin üzvü Şəfa Vəlidir. Kitablara ön sözləri isə Beynəlxalq "Alaş" ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı və Şəfa Vəli yazıblar.
Kitablarda könüllərindəki Vətən sevdasıyla ömrün fövqünə yüksələnlərin hekayələri yer alıb. Qazi və müharibə iştirakçılarının hər biri bu hekayələrin, həm də Azərbaycan xalqının qəhrəmanıdır.
Rəsmi hissədən sonra bu qəhrəmanlara kitab və Fəxri fərmanlar təqdim edilib. Qazilərin və tibb kollecinin tələbələrinin ifasında vətənpərvər ruhlu şeirlər, mahnılar, rəqslər ifa olunub.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Bu gün Xalq yazıçısı Əzizə Çəfərzadənin doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İcazənizlə, Əzizə xanım barəsində nisbətən geniş danışacağam. Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan Əzizə Cəfərzadə əslən şamaxılıdır, 1921-ci il dekabr ayının 29-da Bakı şəhərində anadan olub.
Qara gələn 1937-ci ildə əski əlifba ilə yazılan kitabların yandırılması əmri veriləndə Əzizə Cəfərzadə evlərindəki kitabları kisəyə yığaraq aparıb basdırıb ki, ələ keçməsinlər.
İlk gəncliyində pilot olmaq istəyib, aviasiya klubuna yazılıb, orada gələcək həyat yoldaşı ilə tanış olub. Müharibə başlayan ildə - 1941-ci ildə gənclər ailə qurublar, bir qızları dünyaya gəlib. Tale Əzizə Cəfərzadəyə qarşı amansız olub, uşaq qundaqda ikən Əzizənin əlindən düşüb, baş zədəsi alaraq tələf olub. Bir daha övladı olmayan qadın məcbur qalıb qardaşı oğlu Turanı oğulluğa götürüb.
Dövlət Universitetinə qəbul olan Əzizə əmək fəaliyyətinə çox erkən başlayıb, təhsil ala-ala müharibə illərində Ağsu rayonundakı Çaparlı kəndində müəllimlik edib. 1945-ci ildə o, növbəti zərbəni alıb, əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitab olduğuna görə universitetdən xaric edilib. Amma sonradan hər halda ekstern yolla universiteti bitirə bilib. Müharibəyə görə kişi kadrların çatışmadığı dönəm idi, Əzizə kimi savadlı xanımlara da zəruri ehtiyac yaranmışdı, 1944-1946-cı illərdə Əzizə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin rəisi, sonra 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri olub. İki il respublika xaricində çalışıb, uzaq Kamçatkada Pedaqoji İnstitutda dosentlik edib, 1957-1974- cü illərdə Azərbaycan EA Əlyazmalar İnstitutunda şöbə müdiri, 1974-cü ildən isə BDU-nun professoru olub.
Əzizə xanım ədəbi fəaliyyətə 16 yaşında başlayıb, 1937-ci ildə “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilib. Və çox maraqlı bir detal. Əzizə Cəfərzadə Azərbaycan Sovet ədəbiyyatında azadfikirli kimin tarixə düşən azsaylı yazarlardan biridir. Onun 1948-ci ildə nəşr edilmiş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. O, Anna Axmatova kimi “burjua lirikasını” tərənnüm etməkdə günahlandırılıb.
Əzizə Cəfərzadənin əsərləri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdi, yüzlərlə oçerk, elmi tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilirdi. Klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində elmi tədqiqat işləri də aparırdı bu fədakar insan.
1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirib. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonorarını xərcləyib. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satası olub.
Həyat yoldaşı Qana prezidentinin baş pilotu təyin olunanda Əzizə xanımın ömrünün Afrika dönəmi başlayıb, o zaman o, “Qızıl səyahət” adlı kitab yazıb. Ona yazıçı kimi şöhrəti isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı gətirib. “Vətənə qayıt”, “Bakı-1501”, “Cəlaliyyə”, “İşığa doğru” kimi tarixi roman və povestləri də məşhur olub. Əsərləri bir çox xarici dillərə - rus, fars, tacik, ərəb, qazax və s. tərcümə edilib.
Əzizə Cəfərzadə biz tələbələrinə Azərbaycanı işğal etmiş Çar Rusiyası, Sovet imperiyası barədə həqiqətləri açıb söyləməkdən belə usanmırdı, hətta məlumat var ki, xüsusi orqanlar onun dərslərini izləmək üçün auditoriyalarda səsyazma cihazları gizlədirmişlər.
1981-1989-cu illərdə Əzizə xanım Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib, 2001-ci ildə “Azərbaycan anası” və “Xalq yazıçısı” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Yazı makinasına “sevgilim” deyərmiş. Ömrünün axırlarında yazı makinası ilə yaza bilmirmiş, barmaqları gücdən düşübmüş. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edib. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürürmüş. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da diktofona diktə etmişdi.
Ürək çatışmazlığı varı idi, amma ailə üzvlərindən bunu gizlərdi. Sonralar bədəninə su yığılıb, 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edib. Onu vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində - bir vaxtlar məktəb inşa etdirdiyi həmin kənddə dəfn eləyiblər.
Ruhu şad olsun bu böyük, aləmdə səsi qalan ziyalımızın!
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Xosrov Barışanın “Dərdlərə köynək olduq...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Əhərdə yaşayan Xosrov Barışandır.
Xosrov Barışan
Təbriz
İynəsinə tikildik dünyanın
Aydınlığımız
Bulanlıq gözlərə batdı.
Qanatmayaq deyə
Ayıran bir çay kimi
Hep qanadıq,
Qanadıq...
Anaydıq, biz ana...
Dərdlərə köynək olub
Ömrümüzü sınırdaki güllərə kəpənəklər toxuduq.
Sınırlar pul-pul pul kimi...
Pullar zaman kimi...
Zaman diktatör kimi
Bu beyti mızıldayır qulağıma:
- Çalxandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Ah açılıb bağrıvı dələr
Bu dumanlı günlər
Güllələr..,
Güllələr...
Güllər, güllər
Ozon üzlüm
Səni görməyincə açılmayırlar.
Nəfəs qıtlığıdır buralarda.
Hər şairin köynəyidir şeir, qəfəs edilib!
Gəl.
Gəl artıq sevgilim.
Gəl bu sınırları sil.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)