Super User

Super User

Bazar ertəsi, 20 İyul 2026 09:26

Üç insultlu Xalq atristi

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ramiz Əzizbəylinin ulu babası Əziz bəy çox dövlətli adam olub, gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub. Atası Hacı Ağa Təzə Pir məscidindəki ruhani məktəbinin əsasını qoyanlardan olub. Amma sovetlər gəlib hər şeylərini əllərindən alıblar. Hacı Ağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini "Yasin" oxumaqla dolandırıb…

 

Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 10 yaşı olandaatası dünyasını dəyişir. Ailəninkiçiyiolduğu üçünanası və bacısı onahərcür şəraityaradıblar.

190 nömrəliməktəbdə təhsilalıb. Rəsmdərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqladaməşğulolub.

Ramiz Əzizbəylininsənətə gəlişi 1957-ciildən - 9 yaşındanbaşlayıb. Veriliş və televiziyatamaşalarındaazyaşlı aktyorkimi çıxış edib. İlkdəfə AzTV-ninuşaqredaksiyasındadaimi üzvkimiişləməyə başlayıb.Həttaadınamüvəqqətiəməkkitabçası daaçılıb. Əməkkitabçası müvəqqətiolsada, redaksiyanındaimi üzvü olub. Azyaşlı olduğu üçünmaaşı onun özünə verməyib, poçtlagöndərirmişlər.

1959-cuildə kinostudiyanındublyajredaksiyasınacəlbolunub. Ovaxtaqədəruşaqrollarını daböyüklərsəsləndirirdilər. İlkdəfə uşaqobrazlarını səsləndirməyionahəvalə ediblər. Televiziyadakı, kinostudiyadakı işindənəlavə, "Bənövşə" uşaqxorunda, 26-laradınaMədəniyyətEvində, indikiT.İsmayılovadınaUşaqYaradıcılıqMərkəzində fəaliyyətgöstərəndramdərnəklərinin üzvü olub.

Ovaxtonunlabirgə dramdərnəklərində olanlarRamiz Əzizbəylininhəvəsinə aktyorluqsənətiniseçibgörkəmlisənətkarlara çevrildilər. Gəray bəy obrazı ilə kinomuzda tarix yazan XalqartistiHəsənağaTurabovbubarədə etirafedir: “Mənbaşqasənətindalıncagedəcəkdim, bax, buRamizə baxıbaktyorluğuseçdim”.

 

Məktəbibitirəndənsonrasənədlərini İncəsənətUniversitetinə versə də, ixtisasfənnindənkəsilib.Könüllü əsgərgetməyiqəraraalıb. Tiflisdə hərbitibbməktəbiəlaqiymətlərlə bitirəndənsonratəyinatlaErmənistanınLeninakan şəhərinə yollanıb. Oranıntibbi-sanitarhissəsininbaş tibbitəlimatçısı işdən çıxdığı üçünonubuvəzifəyə təyinediblər, səkkizaybuvəzifədə işləyib. Başına çox iş gəlib həmin müddətdə. Ermənilərin gözü onu götürmürmüş. Həttaonu öldürməkistəyiblər. Bubarədə müsahibələrininbirində deyir: “Ermənilərqorxurdularki, oradakı azərbaycanlılarbirləşibbirqüvvəyə çevrilərlər. Hərbihissədə Qubadanolanbirəsgərdə varidi. Birgüno, möhkəmsancılandı. Başadüşdümki, təciliəməliyyatolunmalıdır. Mərkəzixəstəxanaya çatdırmaq üçünraportyazıbicazə istəməyə vaxtqalmamışdı, ölə bilərdi. Ondamaşını icazəsizgötürüboğlanı xəstəxanaya çatdırdım. Mənihəmmükafatlandırdılar, növbədənkənarməzuniyyətverdilər, həmdə cəzalandırdılar - məzuniyyətdənqayıdandansonra 72 saatnəmsementin üstündə yatmalı oldum. Səbəbkimidə maşını icazəsizgötürməyimigöstərdilər. Əslində isə bu, bəhanədənbaşqabir şeydeyildi. Onları qıcıqlandıranoidiki, birazərbaycanlı obirinixilasedib”.

Ramiz Əzizbəyli M. A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyorluq və rejissorluq üzrə. "Azərbaycanfilm" kinostudiyasında işləyib.

Aktyorkimi "Dərviş Parisipartladır", "Şeytangözqabağında", "Gümüşgöləfsanəsi", "Kişiləriqoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyinoğurlanması" filmlərində rolalıb. "Hacı ZeynalabdinTağıyev", "QızılButa" mükafatları laureatı olanRamiz ƏzizbəyliAzərbaycanradiosunda "Gəl, səhərim" verilişininaparıcılarındanbiriolmaqdansavayı, ictimaiişlərlə də məşğulolub.

1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb.

1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında isə xüsusi diploma layiq görülüb.

“Bəxt üzüyü” filminə Ramiz Əzizbəylihəyatyoldaşı Zümrüdxanımı çəksə də, sonradano, çəkilənhissələrimontajedibçıxarıb.

2006-cı ildə çəkdiyi "Yalan" bədiifilmiQarabağ müharibəsimövzusununənuğurluekranhəllindənbirihesabolunabilər.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülüb. 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

 

Filmoqrafiya

1. 100 - rol: satıcı

2. 777 №-li iş

3. Ad günü

4. 777 №-li müəssisədə

5. Adi əhvalat

6. Axtaran tapar

7. Əhməd haradadır?

8. Arayış

9. Kontor

10. Köhnə bərə

11. Yalan

12. Yanğın

13. Yol əhvalatı

14. Bir nömrəli

15. Yaxşı qurtardıq

16. Hədiyyə

17. Xəbərdarlıq

18. Sübhün səfiri

19. Halal pullar

20. Bağ mövsümü

 

Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilib. Sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ümumşəhər qəbiristanlığınida dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Müasir cəmiyyətdə yetkinlik yaşına çatmış hər bir gəncin gec-tez qarşılaşdığı, bəlkə də ən çox eşitdiyi suallardan biri budur: “Evlənmək fikrin yoxdur? Yaş keçir...”. İlk baxışdan sadə bir ailə qurmaq təklifi kimi görünən bu sual, pərdəarxasında gənclərin çiyinlərinə böyük bir sosial və iqtisadi yük qoyur. Çünki bu gün evlənmək sadəcə iki qəlbin birləşməsi deyil, həm də çox böyük bir maddi öhdəliyin altına girmək deməkdir. Bu öhdəliklərin başında isə ən vacib və ən çətin məsələ dayanır: Ev problemi.

 

 "Ev hanı?" Sualının yaratdığı təzyiq

Azərbaycan cəmiyyətində ailə qurmağa hazırlaşan gənclərə verilən ilk suallardan biri, qız tərəfinin haqlı olaraq maraqlandığı "Ev varmı?" sualıdır. Müstəqil ailə həyatı qurmaq, valideynlərdən ayrı, rahat bir yuva yaratmaq hər bir yeni cütlüyün arzusudur. Lakin bugünkü daşınmaz əmlak bazarındakı qiymətlər gənclərin bu arzusunu böyük bir dərdi-sərə çevirir.

Bakı şəhərində və onun ətraf qəsəbələrində mənzil qiymətlərinin durmadan artması, adi maaşla dolanan bir gəncin nağd pulla ev almasını qeyri-mümkün edir. 5 minə və ya 15 minə başını soxmağa keyfiyyətli bir mənzil tapmağın xəyal olduğu bir dövrdə, gənclər məcburən çoxillik kreditlərin, ipotekaların və MTK-ların təklif etdiyi ağır şərtlərin cənginə düşürlər.

 

 Kreditlərin ağır yükü və cavan yaşda qocalanlar

Şəhərin mərkəzindən uzaq olan Hökməli, Zabrat, Masazır və ya Xırdalan kimi ərazilərdə nisbətən ucuz ev tapılsa belə, bu dəfə gəncləri uzunmüddətli borc öhdəlikləri gözləyir. 20-25 illik ipoteka kreditləri kağız üzərində bir çıxış yolu kimi görünsə də, reallıqda insanın ən gözəl, ən məhsuldar gənclik illərini daimi bir stress içində keçirməsinə səbəb olur. Hər ay maaşın böyük bir hissəsini banka ödəmək qorxusu, işini itirmək təşvişi insanı mənəvi olaraq aşındırır. Müəllifin də qeyd etdiyi kimi, ev sahibi olmaq yolunda gənclərin "saçları tökülür, baş-beyni əldən gedir". Mərkəzdə isə qiymətlər astronomik rəqəmlərə — yarım milyona çatdığı üçün buralardan ev almaq adi bir əməkhaqqı alan şəxs üçün sadəcə utopiyadır.

 

Sosial nəticələr: gecikən evliliklər

Bu maddi çətinliklər birbaşa olaraq ölkədəki demoqrafik və sosial göstəricilərə də təsir edir. İqtisadi cəhətdən özünü təmin edə bilməyən, ev problemini həll edə bilməyən gənclər evliliyi illərlə təxirə salmalı olurlar. Nəticədə evlənənlərin sayı azalır, subay gənclərin fikri ailə qurmaqdan uzaqlaşaraq sadəcə günü-gündən yaşamağa yönəlir.

Evlənmək və yuva qurmaq insan həyatının ən gözəl mərhələlərindən biri olmalıdır. Lakin bu proses gəncliyi borc bataqlığına çəkən, onları vaxtından əvvəl qocaldan bir sınağa çevrilməməlidir. Cəmiyyət olaraq gənclərdən maddi tələbləri bir az azaltmaq və dövlət səviyyəsində gənc ailələr üçün daha əlçatan mənzil layihələri yaratmaq, bəlkə də bu problemin ən doğru çıxış yoludur. Əks halda, gənclərin bu ağır yükün altında əzilməsi qaçılmaz olacaq.

Sosial şəbəkələrdə böyük maraqla qarşılanan və bu acı reallığı sətiraltı yumor və birazda kədərlə ifadə edən şeir parçası ilə yekunlaşdırıram:

 

Evlənmək Dərdi

Hamı deyir evlən, ötür da yaşın,

Gəl sənə bir sirri deyim, qardaşım.

Hansı pulla ailə qurum qoç kimi?

Pul dediyin göydə uçur toz kimi.

Qaydası var, şərti var evlənməyin,

Gör nə qədər dərdi var evlənməyin.

Qız tərəf ordan dirənir "ev hanı?"

Ev də təmiz dərdə salır insanı.

Get düşünüb dərinə, ev varmı ki?

5 minə, 15 minə ev varmı ki?

Var desən əgər, gözdən gələn MTK-lar,

Yan-yana düzülüb özəl MTK-lar.

Var kreditlərlə, güzəştlər falan,

Hökməli, Zabrat, Masazır, Xırdalan.

Orda da lap tapdın ucuz qiymətə,

Orda da ayrıldın uzun müddətə.

Saç tökülüb, baş-beyin əldən gedib,

100 minə, 400 minin əldən gedib.

Ev cavan insanlara əziyyətlidir,

Mərkəzə gəlsən daha dəhşətlidir.

Lap qazanıb atdın hər aydan dala,

100 minə ev tapmaq alınmır, bala.

Bəlkə də gəlsin sənə çox gülməli,

Olsa yarım milyon, alarsan bəli.

Adi maaşla necə toplansın o?

Mümkünatı yoxdur bunun, bax, kişi!

Evlənənlərin sayı düşməkdədir,

Çoxlarının fikri gəzişməkdədir.

Sən də Murad, cəhd et, həyatla barış,

Yaxşısı torpaq seçəsən bir qarış.

Qalma cavan yaşda ağır yükdə də,

Dəfn eləsinlər rahat öldükdə də.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Bazar ertəsi, 20 İyul 2026 08:21

Doğum gününüz mübarək, ölümsüzlər!

Səngərdə dastan yazan xüsusi təyinatlı: Şəhid Baş Leytenant İbrahim Abdullayev

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçən, 44 günlük Vətən Müharibəsinin əfsanəvi kəşfiyyatçı və xüsusi təyinatlı zabitlərindən biri də baş leytenant İbrahim Abdullayevdir. Azərbaycan Ordusunun ən elit qoşun növü hesab edilən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında xidmət edən İbrahim, döyüş meydanındakı unikal taktikası və qorxmazlığı ilə düşmənə ağır zərbələr endirmişdir. Onun göstərdiyi misilsiz şücaət dövlət tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra ali hərbi mükafatlardan olan "Qarabağ" ordeni ilə təltif edilmişdir.

 

Mülki ixtisasdan elit hərbi sahəyə ucalan yol

 

İbrahim Habil oğlu Abdullayev 20 iyul 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ailəsi əslən Hacıqabul rayonundandır. Uşaqlıq illərindən intizamı, dəqiq elmlərə olan həvəsi vətənpərvərliyi ilə seçilən bir gənc kimi böyümüşdür.

 İlk və orta təhsili:  Bakı şəhər Nəsimi rayonu K. Kərimov adına 8 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Beynəlxalq ali təhsili: Mühəndislik sahəsinə marağı onu Ukraynaya yönəltmiş, 2011–2015-ci illərdə Ukraynanın ən nüfuzlu təhsil ocaqlarından olan Xarkov Politexnik İnstitutunda ali mülki təhsil almışdır.

Zabitlik kursu:  Ali təhsilini bitirib vətənə döndükdən sonra Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) zabitlik hazırlığı kursunu uğurla tamamlayaraq "leytenant" hərbi rütbəsini qazanmışdır.

 

 XTQ sıralarında: İntizamı, fiziki dözümlülüyü və kəskin zəkası sayəsində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) heyətinə seçilmişdir. Qısa müddətdə peşəkarlığı ilə fərqlənərək "baş leytenant" rütbəsinə ucalmışdır.

 

Vətən müharibəsi: Murovdağdan Füzuliyə keçən ağır savaş

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin ilk saatlarından etibarən baş leytenant İbrahim Abdullayev XTQ-nin tərkibində ən təhlükəli və strateji əməliyyatların ön xəttində yer aldı.

Murovdağ Əməliyyatı: Müharibənin ilk günlərində mühüm strateji əhəmiyyət kəsb edən və keçilməz qala hesab olunan Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində bilavasitə iştirak etdi, sıldırım qayalıqlarda düşmən postlarını darmadağın etdi.

Cənub Cəbhəsi: Daha sonra döyüş marşrutu Füzuli və Cəbrayıl rayonları istiqamətinə dəyişdi. Qarşıya qoyulan ən çətin kəşfiyyat tapşırıqlarını və pusqu əməliyyatlarını uğurla icra edərək, tabeliyindəki əsgərlə bərabər onlarla mənfur düşmən əsgərini məhv etdi.

 

Şəhadət zirvəsi və əbədi memorial

Cəbrayıl və Füzuli rayonlarının işğaldan təmizlənməsi zamanı qarşıya qoyulmuş həlledici döyüş tapşırığını yerinə yetirərkən xüsusi igidlik göstərən İbrahim Abdullayev, 4 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimizin nəşi paytaxt Bakıda yerləşən, yalnız xüsusi xidmətləri olan hərbçilərin və şəhidlərin dəfn edildiyi İkinci Fəxri Xiyabanda (Hərbi Memorial Məzarlıq) böyük izdiham və dövlət səviyyəli hərbi ehtiramla torpağa tapşırılmışdır.

 

Ali Dövlət Təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi və işğal olunmuş torpaqların azad olunması prosesində düşmənin məhv edilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi şəxsi mərdlik və rəşadətə görə baş leytenant İbrahim Abdullayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı yüksək orden və medallarla təltif olunmuşdur:

"Qarabağ" ordeni

 "Vətən uğrunda" medalı

 "Cəbrayılın azad olunmasına görə" medalı

 "Füzulinin azad olunmasına görə" medalı

 "Kəlbəcərin azad olunmasına görə" medalı

 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünya romançıları arasında bir ad da var - Erle Stenli Qardner. Amerikalıdır. Onun yaradıcılığı əlbət ki Teodor Drayzer, Cek London qədər məşhur deyil, amma bu kəsin kitabları heç vaxt mağaza rəflərində qalmayıb. Satiş həcminə görə isə o, Drayzer və Londonu hətta üstələyib də.  Gah boksla, gah siyasətlə, gah vəkilliklə məşğul olan Qardner nə yazıbsa real həyatdan yazıb, uydurmaya əsla varmayıb.

 

Erle Stenli Qardner 17 iyul 1889-cu ildə Massaçusets ştatının Malden şəhərində Qreys Adelma (Vo) və Çarlz Valter Qardnerin ailəsində anadan olub. Qardner 1909-cu ildə Kaliforniyadakı Palo Alto Liseyini bitirib və İndianadakı Valparaiso Universitetinin Hüquq Məktəbinə daxil olub . Boksa olan marağı yayındırıldıqdan təxminən bir ay sonra təhsili dayandırılıb.

 Kaliforniyaya qayıdıb, hüquq təhsilini müstəqil şəkildə davam etdirib və 1911-ci ildə Kaliforniya Dövlət Vəkillər Kollegiyasının imtahanından  keçib. Qardner hüquq karyerasına Kaliforniyadakı bir hüquq firmasında üç il makinaçı kimi işləməklə başlayıb. Vəkillər Kollegiyasına qəbul edildikdən sonra, xüsusilə Çin və Meksika immiqrantlarını, yoxsul insanları müdafiə edərək məhkəmə vəkili kimi işləməyə başlayıb. Bu təcrübə onun 1940-cı illərdə Son Kurort Məhkəməsini qurmasına səbəb olub.

Ədalətsiz həbs edilən və ya ədalətli məhkəmə araşdırması ala bilməyən insanlara kömək etməyə həsr olunan Son Kurort Məhkəməsi, digər təşkilatlar arasında Günahsızlıq Layihəsi, Şimal-Qərb Pritzker Hüquq Məktəbindəki Səhv Məhkumluqlar Mərkəzi və Centurion da daxil olmaqla , səhvən məhkum edilmiş şəxslərin hüquqlarını müdafiə edən bir neçə təşkilatdan birincisi olub.

1912-ci ildə Qardner Natali Franses Talbert ilə evlənib. Onların Qreys adlı bir qızı olub. O, ilk hüquq ofisini 1917-ci ildə Merseddə açıb, lakin satış agentliyində vəzifəni qəbul etdikdən sonra onu bağlayıb. 1921-ci ildə o, Ventura firması olan Sheridan, Orr, Drapeau və Gardner-in üzvü kimi hüquqa qayıdıb və 1933-cü ildə ilk Perri Meyson romanının nəşrinə qədər orada qalıb

Perri Meyson obrazı 77 qətl məhkəməsində iştirak edib, lakin yalnız üçündə uduzmuş məhkəmə vəkili Erl Rocersdən ilhamlanıb . O, məhkəmə iclası zamanı vizual materiallar, cədvəllər və diaqramlar kimi nümayiş materiallarından geniş istifadə etməsi ilə tanınıb, lakin bu, adi hala gəlməyib. Rocers 1912-ci ildə münsiflər heyətinə rüşvət verməyə cəhddə ittiham olunan həmkarı vəkil Klarens Darrou ilə vəkil-müştəri fikir ayrılığı ilə məşhurdur

Perri Meyson romanları nadir hallarda personajların həyatına dərindən nüfuz etsə də, romanlar reallığa əsaslanan və öz təcrübəsindən götürülmüş süjet detalları ilə zəngin olub. Pulp jurnalı bazarı üçün yazdığı ilk illərdə Qardner özünə ildə 1.200.000 söz kvotası müəyyən edib:   Əvvəlcə o, iki barmağından istifadə edərək hekayələri özü yazıb , lakin sonradan onları katiblər qrupuna diktə edib.

Perri Meysonun 1933-cü ildə nəşr olunan ilk romanı olan " Məxməri Caynaqların İşi" nin böyük bir hissəsi, Qardnerin Kaliforniyanın Ventura şəhərindəki köhnə hüquq ofisinin yaxınlığındakı tarixi Pierpont İnn- də baş verib. 1937-ci ildə Qardner ömrünün sonuna qədər yaşadığı Kaliforniyanın Temekula şəhərinə köçüb. 80-dən çox romandan ibarət "Meyson" seriyasının uğuru ilə Qardner, 1950-ci illərdə medianın ölümünə qədər pulp jurnallarına verdiyi töhfələri tədricən azaldıb.

Warner Bros 1930-cu illərdə Perri Meyson haqqında bir sıra bədii filmlər istehsal edib və Meyson roluna ardıcıl olaraq bir neçə aktyor cəlb edib: ilk dörd filmdə Uorren Uilyam , sonra isə hər biri bir filmdə Rikardo Kortez və Donald Vuds . Warners serialı 1937-ci ildə dayandırıb, lakin Qardnerin " Təhlükəli Cütlüyün İşi" romanı 1940-cı ilə qədər çəkilməyib: film versiyası olan " Nənə Silahını Al" Perri Meyson süjet xəttini saxlayıb, lakin Meyson personajı filmdən tamamilə çıxarılıb.

Perri Meyson radio proqramı 1943-cü ildən 1955-ci ilə qədər yayımlanıb. 1954-cü ildə CBS Perri Meysonu televiziya serialına çevirməyi təklif edib. Qardner bu ideyaya qarşı çıxdıqda, CBS , radio şousunda Meysonu səsləndirən Con Larkinin Meyson personajının incə örtülü təqlidi kimi yer aldığı "Gecənin Kənarları "nı yaradıb.

1957-ci ildə "Perry Mason" uzun müddətdir davam edən CBS-TV məhkəmə zalında dram serialına çevrilib və baş rolda Reymond Burr rol alıb. Burr rayon prokuroru Hamilton Burger rolu üçün dinləmələrə qatılıb , lakin Meyson rolu üçün oxumağı xahiş edib. Burrun Meyson rolu o qədər gərgin və inandırıcı idi ki, proyeksiya otağında ekran testini izləyən Qardner ekrana işarə edərək deyib: "Bu, Perry Masondur".  Qardner serialın sonuncu bölümü olan "The Case of the Final Fade-Out" (1966) filmində hakim kimi ləqəbini almayıb.

 

1937-ci ildə "The DA Calls It Murder" romanı ilə başlayan Qardner, Mason kitablarının formatını dəyişdirən bir sıra romanlar yazıb. Baş qəhrəman məhkəmədə hiyləgər vəkil Alphonse Baker Carr-a qarşı mübarizə aparan qətiyyətli rayon prokuroru Duq Selbi olub. Prokuror Selbi cəsarətli və təxəyyüllü cinayət həll edən kimi təsvir olunub.

Onun rəqibi Karr müştəriləri həmişə "cəhənnəm qədər günahkar" olan hiyləgər və utancaq bir insandır. 1939-cu ildə AA Fair təxəllüsü ilə Qardner özəl detektiv şirkəti Cool və Lam haqqında bir sıra romanlar yazmağa başlayıb. İkinci Dünya Müharibəsindən sonra Qardner həmçinin Collier's , Sports Afield və Look kimi "glossies" (jurnallar) üçün bir neçə qısa hekayə dərc etdirdib. 

Lakin müharibədən sonrakı jurnallara verdiyi töhfələrin əksəriyyəti səyahət, Qərb tarixi və məhkəmə tibb elmləri haqqında qeyri-bədii məqalələr olub. Qardnerin oxucu auditoriyası geniş və beynəlxalq idi, o cümlədən 1949-cu ildə Qardneri ən yaxşı yaşayan Amerika yazıçısı adlandıran ingilis romançısı Evelyn Waugh.

 O, həmçinin müxtəlif radio proqramları üçün personajlar yaradıb, o cümlədən Qlenn Fordun rol aldığı Kristofer London (1950) və Əllərinizdə Həyat (1949–1952) filmləri üçün də personajlar yaradıb. 11 mart 1970-ci ildə Temekuladakı rançosunda xərçəng xəstəliyindən vəfat edib.

Ölüm vaxtı o, 20-ci əsrin ən çox satılan Amerika yazıçısı olub. O, Perri Meyson televiziya serialında özəl detektiv Pol Dreyk rolunu canlandıran Uilyam Hopperdən beş gün sonra vəfat edib. Qardner kremasiya edilib və külləri sevimli Baja Kaliforniya yarımadasına səpələnib.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Bazar ertəsi, 20 İyul 2026 14:16

Kinoda baş rol qismət olmayan aktrisa

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nahidə Orucova uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktrisalarından biri kimi daha çox xarakterik və komik obrazları ilə tanınıb. Maraqlıdır ki, aktrisanın özü də dəfələrlə bildirib ki, karyerası ərzində ona baş rollar həvalə edilməyib və əsasən xarakter rollarında çıxış edib.

Onun yaradıcılığına nəzər saldıqda, tənqidçilər və tamaşaçılar arasında ən uğurlu hesab edilən rolu Cahanxala ("Arşınmalalan") hesab olunur.

 

Üzeyir Hacıbəylinin məşhur operettasında yaratdığı Cahan xala obrazı Nahidə Orucovanın ən uğurlu səhnə işlərindən biri sayılır. Bu obrazda o:

  • güclü komediya hissini nümayiş etdirir;
  • təbii danışıq və mimikası ilə tamaşaçı rəğbəti qazanır;
  • klassik Azərbaycan musiqili teatr ənənəsini müasir tamaşaçıya uğurla çatdırır.

Təsadüfi deyil ki, 2026-cı ildə 65 illik yubileyi münasibətilə məhz "Arşın mal alan" tamaşasının nümayişi təşkil olunmuş və aktrisa da bu obrazın onun üçün xüsusi yer tutduğunu vurğulamışdır.

Kino sahəsində isə o, əsasən epizodik və ikinci plan rolları ilə tanınıb. Aktrisa özü də etiraf edib ki, kino karyerasında istədiyi böyük rolları ala bilməyib və buna görə teatr yaradıcılığını daha uğurlu hesab edir.

Avtobioqrafiyasına nəzər yetirsək, Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak edib. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunub.

Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalıb.

"Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra və s. filmlərdə yaddaqalan obrazlar ifa edib.

1 avqust 2012-ci ildə Azərbaycanın Respublikasının əməkdar artisti adına, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əgər bir rəssam peşəkarlığının artırılması məqsədilə Sankt-Peterburqa üz tuturdusa, orda yollar arayıb tapıb tanınmış mütəxəsislərlə yaradıcılıq təmasında olurdusa, demək, onu parlaq gələcək gözləyirdi. Sankt-Peterburqa gedəsən, orada İ.Y.Repin adına Rəssamlıq Akademiyasında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Y.Y.Moiseyenkodan rəngkarlıq, Baron Ştiqlis adına (keçmiş V.Muxina adına) Ali Bədii-Sənaye Akademiyasında dizayn üzrə ustad dərsləri alasan, bu bilirsiniz nə demək idi?

 

Azər Əliyev 18 iyul 1969-cu ildə Bakıda anadan olub. İxtisas təhsili almaq üşün əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1992-ci ildən Azərbaycan Televiziyasının sənədli filmlər studiyasında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib.

1993-cü ildən başlayaraq Beynəlxalq, Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayıb. Əsərləri Almaniya, Türkiyə, Fransa, İtaliya, Rusiya və s. ölkələrdə təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqının, həmçinin Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.

Dəfələrlə müxtəlif Beynəlxalq sənət simpoziumlarının iştirakçısı olub. O, sənət aləmində həm də bir çox sərgilərin təşkilatçısı kimi də tanınıb. Bu mənada Azər Əliyev tərəfindən məşhur geyim rəssamı və modelyer-dizayner Pako Rabanın (Fransa) Bakıdakı “Gülüstan” sarayında keçirilən yaradıcılığının zərif və valehedici kolleksiyasının təşkil olunmasını qeyd etmək olar.

Rəssamın əsərləri 2018-ci ildə məşhur Luvr muzeyində təşkil olunan “Art Shopping” beynəlxalq sərgində nümayiş olunub, Kannda, Milanda təşkil olunan sənət sərgilərində Azərbaycanı təmsil edib. Azər Əliyevin özü də respublikada özünəməxsus dəstxəttə malik olan dizayner kimi qəbul olunub. Onun 300-dən çox interyer dizayn üzrə layihələri, qrafik dizayn sahəsində bir çox tanınmış şirkətlərin korporativ dizaynı hazırlayıb.

 

2017-ci ildə geyim dizaynı sahəsində yazdığı “Geyim mədəniyyətinə milli və tarixi ənənələrin təsiri“, 2018-ci ildə “Türk xalqlarının geyimləri“dərsliklərinin və “Türk xalqlarının geyim lüğəti“ kitabının müəllifidir. Hazırda “Bakudesigncenter” təhsil mərkəzinin təsisçisidir. Mərkəzdə, əsasən peşəkar dizaynerlər hazırlanir. Onun müxtəlif janrlı rəngkarlıq və qrafika əsərləri nüfuzlu muzey və şəxsi kolleksiyaları bəzəyir.

 Yaradıcılığı barəsində məqalələr “Sənətşünas taleyi” (Z.Əliyev) kitabında, “Mədəniyyət” və “Kaspi” qəzetləri və “Çapar” jurnalında dərc olunub. Azər Əliyevin görüntüyə gətirdiyi və çox vaxt da qəribə ecazkarlığı ilə seçilən təbiət motivləri heç də rəssam təxəyyülünün məhsulu olmayıb, bilavasitə reallıqdan götürülüblər.

Onların demək olar ki, hamısı rəssamın Azərbaycanın müxtəlif guşələrinə səyahətlərinin nəticəsidir. Bununla belə onların arasında Abşeron, Şamaxı, Quba, İsmayıllı və Qəbələ motivləri tanınandırlar. Rəssamın əsərlərində reallıqla irreallığın qovşağıında təqdim etdiyi mənzərələr də inandırıcı və duyğulandırıcı qəbul olunurlar.

Bu mənada onun son müxtəlif illərdə yaratdığı “Qırmızı mənzərə”, “Ritmlər”, “Ucalıq”, “Günəşli gün”, “Müjdə”, “Abşeronda”, “Həsrətlilər”, “Kənd motivi. Gözləmə”, “Payız” “Mavilik” və s. əsərlərin adını çəkmək olar.

Müəllifin ağacları və evləri duyulası sevgi ilə mavi yerliyə səpələməsi (“Ritmlər”), budanmış ağaclarda şanapipiyin müjdə gözləməsu (“Müjdə”), suya həsrətli qayıqların sahil boyu düzülməsi (“Həsrətlilər”), sinəsinə sıxdığı əllərini nigarançılıq göstəricisinə kökləməsi (“Kənd motivi.Gözləmə”), azman ağacın payız donunu qürur qaynağına çevirməsi (“Ucalıq”) rəssam təfsirində həm rənglərin oyunundan yaranmış gözəllik qaynağıdır, həm də arifanə baxışda fəlsəfi tutumlu olmaqla, düşündürücüdür.

Azər Əliyevin mənzərə janrının “estetik xəritəsi”ni genişləndirdiyi qabarıq duyulan həmin işlərə dünyanın bir çox yerlərində onun da qatıldığı beynəlxalq simpoziumlarda da duyulası maraq ifadə olunub. Bu mənada onun ərsəyə gətirdiyi mənzərələrin bir çox muzey və şəxsi kolleksiyalarda yer almasını da təbii saymaq olar. Rəssamın mənzərələri motiv baxımından kifayət qədər rəngarəngdirlər.

Çox vaxt gerçəklikdə onların oxşarına, hansısa yerlərlə anım yaradan məqamlara rast gəlinsə də, Azər Əliyevin həmin məkanlara kifayət qədər obrazlı tutum verdiyi də görünəndir. Başqa sözlə desək, çoxlarının gözündə ənənəviləşən yerlər müəllifin tətbiq etdiyi “bədii yalan” və şişirtmə sayəsində yeni görkəm alıb.

Azər Əliyev rəngin təsir gücünə inanan və bir qayda olaraq ondan bütün tablolarında geniş istifadə edən yaradıcılardandır. Qədim miniatür üslubu estetikasından yaradıcılıqla faydalanan rəssam, təzadlı rənglərin harmoniyasının təsirliliyinə müasirlik ruhu qatmaqla, motivlərin funksionallığını tamaşaçıya çatdıra bilib.

Onun hər bir kompozisiyasında fərqli rakursları bir araya gətirməklə, onların bütövlüyünə nail olması da klassik ənənəyə özünəməsus münasibətinin nəticisidir. Belə əsərlər zamansızlığa qovuşmuş kimi ən ciddi və möhtəşəm sənət ekspozisiyalarında tamaşaçı diqqətini cəlb etməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Bazar ertəsi, 20 İyul 2026 16:41

Son işıq - HEKAYƏ

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Payız o kəndə heç vaxt qəfil gəlməzdi. Əvvəlcə çayın sahilində bitən qamışlar rəngini dəyişər, sonra həyətyanı bağlarda nar ağaclarının yarpaqları saralmağa başlayardı. Səhərlər torpağın üstünü nazik duman örtər, günortaya doğru günəş həmin dumanı yavaş-yavaş çəkib aparardı. Axşam düşəndə isə kəndi elə bir sakitlik bürüyərdi ki, uzaqdan hürən itin səsi belə adamın ürəyinə toxunardı.

 

Kamran avtobusdan düşəndə günəş artıq qərbə əyilmişdi. Dayanacaq əvvəlki kimi balaca idi: pas basmış dəmir oturacaq, divarına köhnə elanlar yapışdırılmış köşk və yolun kənarında küləyin yellədiyi qovaq ağacları... On beş il idi bu mənzərəni görmürdü. Halbuki bir vaxtlar hər daşı, hər cığırı əzbər tanıyırdı.

Şəhərə köçəndə iyirmi yaşında idi. O yaşda insana elə gəlir ki, dünya doğulduğu kənddən böyükdür, arzular isə insanı mütləq uzaqlara aparmalıdır. Kamran da elə düşünmüşdü. Ali məktəbi bitirmiş, iş tapmış, sonra şəhərin gurultusuna qarışmışdı. İlk illər hər həftə anasına zəng edər, hər ay kəndə gələrdi. Sonra aylar illərə qarışdı. Zənglər seyrəldi, gəlişlər isə bayramdan-bayrama çevrildi. Anası heç vaxt gileylənməzdi. Hər danışığında eyni cümləni deyərdi:

— Özünə yaxşı bax, oğlum. Mən yaxşıyam.

İnsan ən çox da bu cümləyə aldanır. Çünki analar “yaxşıyam” deyəndə çox vaxt övladlarını narahat etmək istəmirlər.

Kamran torpaq yolla evlərinə tərəf addımladı. Kənd dəyişmişdi. Bəzi evlər sökülmüş, yerlərində yeniləri tikilmişdi. Məktəbin həyətinə hündür hasar çəkilmişdi. Uşaqlıqda top oynadıqları boş sahədə indi iki mərtəbəli evlər ucalırdı. Dəyişməyən isə havanın qoxusu idi: yaş torpaq, odun tüstüsü və uzaqdan gələn təzə dəmlənmiş çayın ətri. O dərindən nəfəs aldı. Elə bil illərlə itirdiyi bir hissi yenidən tapmışdı.

Evlərinin darvazası qarşısında ayaqları dayandı. Paslı dəmir qapı küləyin təsirindən yavaşca tərpənirdi. Həyətin ortasında ucalan iri tut ağacı isə əvvəlkindən də möhtəşəm görünürdü. Uşaqlığında saysız-hesabsız dəfə budaqlarına çıxmış, atası ilə birlikdə meyvəsini dərmiş, anasının səsini eşitməmək üçün yarpaqların arasında gizlənmişdi. İndi həmin ağacın gövdəsinə baxanda ilk dəfə hiss etdi ki, ağaclar da qocalır. Sadəcə insanlardan fərqli olaraq, yaşlandıqlarını gizlətməyi bacarırlar.

Darvazanı açanda köhnə menteşələrin səsi həyətin sükutunu pozdu. O səs Kamranın yadında olduğu kimi qalmışdı. Elə bil ev onu tanıyıb uzun illərin ayrılığından sonra salamlayırdı.

Açar həmişə olduğu yerdə idi — pəncərənin üstündəki daşın altında.

— Evin açarı gizlədilməz. Ev sahibini gözləməlidir.

Kamran açarı götürüb qapını açdı. İçəridə qəribə bir qoxu vardı: taxtanın, köhnə kitabların, qurumuş çiçəklərin, illərlə istifadə edilmiş parçaların qoxusu. Bu, tərk edilmiş evin qoxusu deyildi. Daha çox gözləyən evin qoxusuna bənzəyirdi.

Otağın ortasında dayanıb ətrafa baxdı. Divardakı saat işləmirdi. Əqrəblər beşin on yeddi dəqiqəsində dayanmışdı. Anasının ürəyi də məhz həmin saatda dayanmışdı. Dəfn günü qonşular saatı yenidən qurmaq istəyəndə Məsmə xala imkan verməmişdi.

— Qalsın. Bəzi saatlar zamanı göstərmir, xatirəni göstərir.

Kamran o vaxt bu sözlərin mənasını anlamamışdı. İndi isə anlayırdı. Çünki evdə hər şey vaxtın yox, xatirələrin içində yaşayırdı.

Mətbəxə keçdi. Masanın üstündə naxışlı süfrə sərilmişdi. Rəfdə armudu stəkanlar yan-yana düzülmüşdü. Küncdə samovar dayanırdı. Onun mis gövdəsi qaralmışdı, amma qulpunu tutanda Kamrana elə gəldi ki, bir azdan anası otağa girəcək, samovarı qalayacaq və həmişəki kimi deyəcək:

— Çay süzüm, sonra söhbət edərik.

Həyatda elə cümlələr var ki, insan onların son dəfə nə vaxt deyildiyini xatırlamır. Yalnız bir gün anlayır ki, həmin sözləri bir daha heç vaxt eşitməyəcək.

Kamran stullardan birini çəkib oturdu. Masanın üzərində nazik toz qatının altında köhnə bir dəftər vardı. Üz qabığı günəşdən solmuş, küncləri cırılmışdı. Elə bil illərlə kimsə ona toxunmamışdı.

Dəftəri əlinə götürəndə arasından balaca bir quru tut yarpağı yerə düşdü. O yarpağı götürüb ovucunda saxladı.

 

Birdən yadına düşdü. Altı yaşı vardı. Atası onu çiyninə alıb tut ağacının budağına uzatmışdı.

— Ən şirin meyvə həmişə yuxarıda olur.

Kamran isə qorxduğunu bildirməmək üçün budaqdan bərk yapışmışdı. Həyətdən anasının gülüşü gəlirdi. O gülüşdə qəribə bir rahatlıq vardı

İndi isə həmin həyətdə yalnız külək gəzirdi.

Kamran asta nəfəs aldı və dəftərin ilk səhifəsini açdı...

Dəftərin ilk səhifəsini açan kimi Kamranın diqqətini yazının səliqəsi çəkdi. Anası həmişə gözəl xəttlə yazardı. Hər hərf eyni ölçüdə, eyni məsafədə idi. Məktəb müəllimi olmasa da, yazıya xüsusi hörmətlə yanaşardı. Deyərdi ki, insanın xətti onun xasiyyətinə bənzəyir; səliqəsiz yazılan sözün yükü də yüngül olar.

Səhifənin yuxarı hissəsində tarix yox idi. Nə gün göstərilmişdi, nə də ay. Elə bil bu yazı müəyyən bir vaxta deyil, gələcəyə ünvanlanmışdı.

"Oğlum, bu dəftəri nə vaxt oxuyacağını bilmirəm. Bəlkə mən bu dünyada olmayacağam, bəlkə də sən hələ mənimlə küsülü olacaqsan. Amma bilirəm ki, insanın elə bir yaşı gəlir, o vaxta qədər eşitdiyi sözlərin mənasını yenidən düşünür. Mən də bu dəftəri məhz o yaşın üçün yazıram."

Kamran qeyri-ixtiyari gözlərini yumdu.

Onlar heç vaxt böyük dava etməmişdilər. Amma son illər aralarında görünməyən bir məsafə yaranmışdı. Hər telefon danışığında sözlər azalırdı. Əvvəllər yarım saat davam edən söhbətlər beş dəqiqəyə bitirdi.

— İşlər necədir?

— Yaxşıdır.

— Özünə fikir ver.

— Sən də.

Sonra uzun bir sükut...

Elə bir sükut ki, hər ikisi danışmaq istəyirdi, amma heç biri haradan başlayacağını bilmirdi.

Kamran sonuncu dəfə kəndə gələndə anası onu həmişəki kimi darvazanın ağzında qarşılamışdı. Əlində balaca dəsmal vardı. Həyəcanlananda həmişə onu ovcunda sıxardı.

— Çox arıqlamısan.

Kamran gülümsəmişdi.

— İş çoxdur.

Anası başqa heç nə soruşmamışdı. Bilirdi ki, bəzi sualların cavabı olmur. İnsan yorğun olanda bunu sözlə yox, baxışları ilə danışır.

Həmin gün birlikdə həyəti yığışdırmış, qurumuş budaqları toplamış, samovarı qalayıb çay içmişdilər. Gün batanda anası həmişə olduğu kimi tut ağacının altındakı köhnə skamyada oturmuşdu.

Kamran o anı indi elə aydın xatırlayırdı ki, sanki hər şey dünən baş vermişdi.

— Şəhərə nə vaxt qayıdacaqsan?

— Sabah səhər.

— Bir gün də qal.

Kamran başını bulamışdı.

— Mümkün deyil. İş var.

Anası sakitcə "yaxşı" demişdi.

İndi anlayırdı ki, o "yaxşı" razılıq deyil, övladını çətin vəziyyətdə qoymamaq üçün deyilmişdi.

Bu, onların son görüşü olmuşdu.

Bir ay sonra gələn zəng Kamranın həyatını iki hissəyə bölmüşdü: anası sağ olan günlər və anası olmayan günlər.

Dəftərdəki yazı davam edirdi.

"Sən uşaq olanda hər axşam məndən nağıl istəyərdin. Mən isə eyni nağılı hər dəfə başqa cür danışardım. Bilirsən niyə? Çünki həyat da elədir. Hadisə dəyişmir, onu necə xatırlamağın dəyişir. İnsan yaşa dolduqca uşaqlığını başqa cür, valideynlərini başqa cür, öz səhvlərini isə tamam başqa cür xatırlayır."

Kamran növbəti səhifəni çevirdi.

Bu dəfə anası evdən danışırdı.

"Bir gün bu ev sənə çox köhnə görünəcək. Divarlar çatlayacaq, dam köhnələcək, həyətin daşları yerindən oynayacaq. Amma çalış, bu evi yalnız daşına görə qiymətləndirmə. Ev insanın ən çox xatirə saxladığı yerdir. Divar sökülər, yenisi tikilər. Xatirə isə söküləndə bir daha əvvəlki kimi olmur."

Kamran ayağa qalxıb otağın ortasında dayandı. Divarlara baxdı. Suvağın bəzi yerləri tökülmüş, pəncərələrin taxtaları çatlamış, tavanın bir küncündə nəmişlik izi əmələ gəlmişdi.

Şəhərdə yaşadığı mənzil bundan qat-qat rahat idi. Amma o mənzildə özünü heç vaxt bu evdə olduğu qədər rahat hiss etməmişdi.

Elə bu vaxt darvaza döyüldü.

Kamran həyətə çıxdı.

Darvazanın ağzında kəndin köhnə poçtalyonu Əli əmi dayanmışdı. Saçları tamam ağarmışdı. Kamranı görən kimi üzündə kövrək bir təbəssüm yarandı.

— Tanımadın məni?

Kamran diqqətlə baxdı.

— Əli əmi...

Qoca gülümsədi.

— Axır ki, xatırladın.

Onlar bir müddət həyətin ortasında söhbət etdilər. Kənddən, köçən ailələrdən, boş qalan evlərdən danışdılar. Sonra Əli əmi pencəyinin iç cibindən köhnə, saralmış bir zərf çıxardı.

— Bunu sənə çoxdan verməli idim.

Kamran təəccüblə zərfə baxdı.

— Mənə?

— Hə. Anan ölümündən iki ay əvvəl bunu mənə verdi. Dedi ki, "Əgər Kamran nə vaxtsa öz ayağı ilə kəndə qayıtsa, məktubu ona verərsən. Poçtla göndərmə. Özü gəlməsə, məktub da onu gözləsin."

Kamranın əlləri titrədi.

Deməli, anası onun bir gün mütləq qayıdacağına inanmışdı.

Əli əmi darvazadan çıxarkən bir anlıq geri çevrildi.

— Oğlum... Bəzi adamlar dünyadan köçəndən sonra da evlərini gözləyirlər. Anan da onlardan idi.

Kamran cavab verə bilmədi.

Zərfi sinəsinə sıxaraq tut ağacının altındakı skamyaya oturdu.

Axşam asta-asta kəndin üstünə enirdi. Günəş budaqların arasından süzülərək həyətin ortasına son işığını salırdı.

Zərfin üzərində cəmi bir cümlə yazılmışdı:

"Qayıdacağın günü gözlədim."

Kamran uzun müddət bu sözlərə baxdı.

İnsan bəzən kiminsə onu nə qədər gözlədiyini yalnız həmin adam gedəndən sonra anlayır.

O, ehtiyatla zərfi açdı.

İçəridə iki vərəq vardı.

Anasının tanış xətti ilk sətirdən ürəyinə toxundu.

"Oğlum, əgər bu məktubu oxuyursansa, deməli, evə qayıtmısan. Buna sevindim. Mən bu məktubu yazanda həyətimizdəki tut ağacının yarpaqları yenicə saralmağa başlamışdı. Bilmirəm, sən gələndə hansı fəsil olacaq. Amma bilirəm ki, insanın ürəyində payız başlayanda doğulduğu evi daha çox xatırlayır..."

Kamran məktubu tələsmədən oxuyurdu. Hər cümlə ona elə gəlirdi ki, anası qarşısında oturub sakit səslə danışır.

"Sən gedəndən sonra ev çox sakitləşdi. Əvvəllər bu sakitlikdən qorxurdum. Sonra onunla yaşamağı öyrəndim. Deyirlər, insan hər şeyə öyrəşir. Məncə, bu, düz deyil. İnsan öyrəşmir, sadəcə yaşamağa davam edir."

Bu cümlə Kamranın ürəyinə sancıldı.

Anasının təkliyini heç vaxt bu qədər dərindən düşünməmişdi. Hər dəfə kəndə gələndə onu eyni qayğıkeş, eyni gülərüz, eyni güclü qadın kimi görmüşdü. Masanın üstündə isti yemək hazır olar, otaqlar səliqəli görünərdi. Elə bil zaman bu evin qapısından içəri keçmirdi.

Halbuki zaman hər gün anasının saçlarına bir az da dən qatır, baxışlarını bir az da yorurdu. Sadəcə Kamran bunu görmürdü.

Məktub davam edirdi.

"Səndən heç vaxt incimədim. Bunu mütləq bil. Ana övladından inciməz. Ana yalnız darıxar. Darıxmaq isə inciklik deyil, sevginin başqa adıdır."

Kamran göz yaşlarını saxlaya bilmədi.

Neçə dəfə anasının zənginə "sonra danışaram" demişdi. Neçə dəfə "işim var" bəhanəsi ilə kəndə gəlməyi təxirə salmışdı. O "sonra"ların isə heç biri gəlməmişdi.

Məktubun son hissəsində anasının yazısı bir qədər titrək görünürdü.

"Məndən sonra evi satmaq istəsən, sənə mane olmayacağam. Ev daşdan tikilir, oğlum. Amma bir xahişim var: həyətin ortasındakı tut ağacını kəsmə. O ağacı atan öz əlləri ilə əkmişdi. Mən ömrüm boyu onun kölgəsində yaşadım. Bir gün sən də anlayacaqsan ki, bəzi ağaclar meyvəsinə görə yox, xatirəsinə görə yaşayır."

Məktubun sonunda balaca bir qeyd vardı.

"Şkafın aşağı gözündə köhnə taxta qutu var. Vaxtı çatanda onu da açarsan. Hər həqiqətin öz zamanı olur."

Kamran sakitcə ayağa qalxdı.

Yataq otağındakı köhnə qoz ağacından hazırlanmış şkaf hələ də əvvəlki yerində idi. Aşağı gözü açanda doğrudan da balaca taxta qutu gördü.

Qutunun üstündə nə kilid vardı, nə də yazı.

Sadəcə illərin izi...

Qapağı ehtiyatla açdı.

İçəridə üç əşya vardı.

Kənarları saralmış köhnə bir şəkil.

Qara sapla bağlanmış məktublar dəstəsi.

Və çoxdan dayanmış cib saatı.

Kamran əvvəlcə şəkli götürdü.

Şəkildə atası ilə anası gülümsəyirdilər. Arxalarında isə yenicə əkilmiş balaca tut tingi görünürdü.

Şəklin arxasında atasının xətti ilə yazılmış bir cümlə vardı:

"İnsan bəzən ev tikmir. Sadəcə qayıdacağı yeri hazırlayır."

Kamran uzun müddət həmin cümləyə baxdı.

Sonra qara sapla bağlanmış məktubları açdı.

Ən üstdəki zərfin üzərində yazılmışdı:

"Oxumağa hazır olduğun gün üçün."

İlk məktub qısa idi.

"Əgər bu məktuba çatmısansa, deməli, anan sözünə əməl edib. O həmişə məndən daha səbirli idi. Mən həyatı tələsərək yaşadım, o isə gözləməyi bacardı."

Bir qədər aşağıda isə yazılmışdı:

"Səndən bir şey istəyəcəyəm. Məni bağışlamağa çalışma. Mənimlə hesablaşmaq əvəzinə özünü bağışlamağı öyrən. İnsan başqalarını bağışlayanda yox, özünü bağışlayanda yüngülləşir."

Kamran məktubu dizlərinin üstünə qoydu.

Bu sözlər uzun illər içində daşıdığı görünməz yükə toxunmuşdu.

İkinci məktubu açdı.

"Bilirdim ki, bir gün kənddən gedəcəksən. Hər gəncin ürəyində uzaqlara getmək arzusu olur. Səni buna görə heç vaxt qınamadım. Amma bir şeyi unutma: insan haraya getsə də, doğulduğu ev onun içində yaşayır. Bir gün yorulacaqsan. Onda anlayacaqsan ki, insanın axtardığı yer yeni şəhərlər deyil, köhnə xatirələrdir."

Kamran pəncərəyə yaxınlaşdı.

Həyət sakit idi.

Tut ağacı isə küləksiz havada belə sanki nəfəs alırdı.

Məktubun son sətirləri onun ürəyinə işıq kimi yayıldı.

"Əgər nə vaxtsa bu evə qayıdıb tut ağacının kölgəsində otursan, bil ki, mən səni orada gözləməmişəm. Mən sadəcə inanmışam. Ata ilə övlad arasında ən möhkəm körpü gözləmək deyil, inanmaqdır."

Kamran məktubu ehtiyatla qatladı.

Qutunun dibində qalan cib saatını əlinə götürdü.

Saat çoxdan dayanmışdı.

Artıq saat kimi deyil, xatirə kimi yaşayırdı.

Qapağını açanda iç tərəfində həkk olunmuş sözləri oxudu:

"26 aprel. Evə qayıdacağın günə qədər..."

Kamran gülümsədi.

İlk dəfə idi ki, bu cümlədə kədərdən çox ümid görürdü.

O, saatı cibinə qoyub həyətə çıxdı.

Səhər açılırdı.

Üfüqdən qalxan günəşin ilk şüaları tut ağacının budaqlarına toxunur, yarpaqların arasından süzülərək həyətə yayılırdı.

Kamran ağacın gövdəsinə söykəndi.

Artıq anlayırdı ki, nə atasını geri qaytara bilər, nə də anasının boş qalan yerini doldura bilər.

Amma onların qoyub getdiyi sevgini, xatirəni və ocağı yaşada bilərdi.

Həmin an qərarını verdi.

Bu ev satılmayacaqdı.

Bu həyətin qapısı bağlı qalmayacaqdı.

Tut ağacı kəsilməyəcəkdi.

Və hər payız kəndə qayıdanda samovar yenidən qalayacaq, həyətin ortasında çay dəmləyəcəkdi.

Çünki bəzi evlərdə yaşayan insanlar getsələr də, onların yandırdığı işıq sönmür.

O işıq yalnız bir sahibdən digərinə keçir.

Kamran başını qaldırıb doğan günəşə baxdı.

Sanki ev də, həyət də, tut ağacı da uzun illərdən sonra rahat nəfəs almışdı.

O an başa düşdü ki, insanın doğulduğu evə qayıtması yalnız yol qət etmək deyil.

Bəzən bu, özünə qayıtmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Bazar ertəsi, 20 İyul 2026 15:35

Üç gün qısa təmsil zamanı

Coşqun Xəliloğlu, AYB üzvü.

“Ədəbiyyat və incəsənət”

 

6.KÖYNƏK İRADI

Başa düşmürəm,

Deyirdi, köynək,

Mən plan yerdə

Nə gəzir Pencək?

 

7.BƏYANAT

Müxbirləri toplayıb

Bəyanat verdi Fərə:

-Çil Toyuq əxlaqsızdır,

Kəbinsiz gedib ərə.

 

8.YUMURTA

Boğazını uzadıb,

Özünü darta-darta:

Toyuq mənim balamdı,

Qışqırırdı yumurta.

 

9.ƏLDƏN DÜŞƏN AY

Lampa baxdı göylərə,

Söylədi ki, aman, vay,

Daha əldən düşübdür,

İşıq saça bilmir Ay.

 

10.ZƏHƏRLİ  ZƏY

Suyu təmizləməyə

Durmadan etsə də səy,

Xlor iclasda dedi:

-Suyu zəhərləyir Zəy.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

 

 

 

Bazar ertəsi, 20 İyul 2026 14:36

Ən məşhur yay yeməkləri – Hiyaşi Çuka

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yay mövsümündə dünyanın müxtəlif ölkələrində daha çox yüngül, təravətləndirici, bol tərəvəzli və meyvəli yeməklərə üstünlük verilir. Dünya mətbəxinin yaya aid ən məşhur 10 yeməyi və onların qısa hazırlanma resepti təqdim olunur. Bələdçimiz dünya mətbəxinə aid minlərlə resepti ilə məşhur olan BBC  good food nəşridir.

 

Hiyaşi Çuka

Ərzaqlar:

  • Ramen əriştəsi
  • Xiyar
  • Yerkökü
  • Vetçina və ya toyuq
  • Qaynadılmış yumurta
  • Küncüt sousu

Hazırlanması:
Əriştəni bişirib soyudun. Doğranmış tərəvəz və ətlə birlikdə boşqaba düzün, sous əlavə edin.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

 

 

 

Murad Vəlixanov,

"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan müstəqilliyini yenicə qazananda, bütün sahələrdə olduğu kimi kino sənətində də dərin bir böhran və eyni zamanda reallıqları gizlətmədən ekrana gətirmək azadlığı yaranmışdı. 1993-cü ildə işıq üzü görən "Mənim ağ şəhərim" bədii filmi məhz həmin dövrün acı, çılpaq və sarsıdıcı həqiqətlərini özündə birləşdirən bənzərsiz bir ekran əsəridir. Rejissor Mərahim Fərzəlibəyovun görkəmli dramaturq rəhmətlik Əli Əmirlinin "Ölüləri basdırın" pyesinin motivləri əsasında çəkdiyi bu film, bir sənaye şəhərinin timsalında həm ekoloji, həm də mənəvi aşınmanın dramını gözlər önünə sərir.

 

 Kimyəvi duman içində boğulan talelər

Filmdəki hadisələr böyük zavodlar və kimya sənayesi mərkəzi olan Sumqayıt şəhərində cərəyan edir. Şəhərin adı rəmzi olaraq "Ağ şəhər" adlandırılsa da, vizual olaraq tamaşaçı burada tamamilə boz, tüstülü və zəhərli bir atmosferlə qarşılaşır. Süjet xəttinin mərkəzində ekoloji fəsadlar ucbatından xərçəng və digər amansız xəstəliklərdən əziyyət çəkən sıravi insanların, xüsusilə də uşaqların acınacaqlı taleyi dayanır.

Əli Əmirlinin ssenari müəllifliyi ilə ərsəyə gələn bu əsər, sovet rejimindən miras qalmış "plan doldurmaq" naminə insan həyatını heçə sayan sənaye siyasətinin acı fəsadlarını ifşa edir. Ekologiyanın pozulması filmdə sadəcə təbiətin məhvi kimi deyil, birbaşa ailələrin dağılması, gələcəyin yox olması və insanların ümidsizlik bataqlığına yuvarlanması kimi təqdim olunur.

 

 Səhnə ustadlarının kinoda dramatik vəhdəti

"Mənim ağ şəhərim" filminin ən güclü tərəflərindən biri onun aktyor heyətidir. Mərahim Fərzəlibəyov teatr rejissoru olduğu üçün kinoda da aktyorların daxili potensialından, psixoloji gərginliyi ötürmək bacarığından maksimum istifadə edə bilmişdi.

Filmdə baş rolları və yaddaqalan obrazları Azərbaycan teatr və kinosunun parlaq simaları canlandırıb:

Səyavuş Aslan: Aktyor özünün öyrənilmiş komik ampluadan tamamilə uzaq, dərin dramatik və faciəvi bir obrazını yaradaraq tamaşaçını sarsıtmağı bacarır. Onun obrazının yaşadığı daxili peşmanlıq və çarəsizlik filmin əsas emosional xətlərindən biridir.

Yaşar Nuri: Həyatın reallıqları qarşısında sıxışan, həm qəzəb, həm də kədər dolu insan xarakterini Yaşar Nuri özünəməxsus aktyorluq səmimiyyəti ilə ekrana köçürür.

Məleykə Əsədova, Firəngiz Mütəllimova və Rafiq Əliyev: Bu ustad sənətkarların hər biri 90-cı illər insanının ümidsizliyini, çabalayışını və hər şeyə rəğmən yaşamaq, sağ qalmaq uğrunda verdiyi mübarizəni yüksək səviyyədə təcəssüm etdiriblər.

 

 Sənədli realizm və filmin tarixi mesajı

Kinoşünaslar bu filmi həm də bədii-sənədli xronika kimi dəyərləndirirlər. Çünki filmdə əks olunan zavod görüntüləri, ekoloji mühit heç bir süni dekorasiya olmadan, birbaşa real məkanlarda lentə alınıb. Bəstəkar Aydın Əliyevin film üçün bəstələdiyi kədərli və narahat musiqi motivləri şəhərin üzərinə çökən o görünməz kimyəvi qorxunu musiqi dili ilə tamamlayır.

"Mənim ağ şəhərim" sadəcə keçmişin filmi deyil. O, həm də bəşəriyyətə, sənayeləşən dünyaya və gələcək nəsillərə böyük bir xəbərdarlıqdır: İnsanın təbiətə etdiyi qəsd, gec-tez insanın öz faciəsinə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.