Üç gün qısa təmsil zamanı Featured

Coşqun Xəliloğlu, AYB üzvü.

“Ədəbiyyat və incəsənət”

 

6.KÖYNƏK İRADI

Başa düşmürəm,

Deyirdi, köynək,

Mən plan yerdə

Nə gəzir Pencək?

 

7.BƏYANAT

Müxbirləri toplayıb

Bəyanat verdi Fərə:

-Çil Toyuq əxlaqsızdır,

Kəbinsiz gedib ərə.

 

8.YUMURTA

Boğazını uzadıb,

Özünü darta-darta:

Toyuq mənim balamdı,

Qışqırırdı yumurta.

 

9.ƏLDƏN DÜŞƏN AY

Lampa baxdı göylərə,

Söylədi ki, aman, vay,

Daha əldən düşübdür,

İşıq saça bilmir Ay.

 

10.ZƏHƏRLİ  ZƏY

Suyu təmizləməyə

Durmadan etsə də səy,

Xlor iclasda dedi:

-Suyu zəhərləyir Zəy.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.