Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər.

Bu gün bu xanımın doğum günü, anadan olmasının 108-ci ildönümüdür.

 

 Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da.

 Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.

Sofiya Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib.

 Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.

 Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə ("Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş" və "Solğuri çiçəklər", Cəfər Cabbarlı) və s. rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər. Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb.

 

Tamaşaları:

1. 777 №-li iş

2. Anlamaq istəyirəm

3. Avqust gələndə

4. Aygün

5. Bəxtiyar

6. Bizim Cəbiş müəllim

7. Bizim küçənin oğlanları

8. Dədə Qorqud

9. Dəli Kür

10. Dörd bazar günü

11. Evin kişisi

12. Əhməd haradadır?

13. Görüş

14. Göz həkimi

15. Gümüşgöl əfsanəsi

16. Günahsız Abdulla

17. Xüsusi vəziyyət

18. İstintaq davam edir

 

Aktrisanın böyük oğlu Camal Vəzirov anasını xatırlayarkən deyib:

 “Anamın balaca, çoх gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıхıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir.

Anamın ölümünə inanmıram. Elə bil o, indi də mənim yanımdadır. Evdə hər şey mənə anamı хatırladır. Hara baхıramsa, anamın nəfəsini, ətrini duyuram. Hər gün dönə-dönə başımın üzərindən asdığım şəklinə baхıram.”

Günlərin birində Sofa xanım mədəsində güclü ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu və onun çox yaşamayacağını deyir. Sofa xanımın tezliklə vəfat edəcəyini bilən ailə onu dincəlib istirahət etməsi üçün sanatoriyaya yerləşdirir.

 

Bir müddət sonra yatağa düşür. 1999-cu il dekabrın 31-də Sofa xanım övladlarını başına yığır, onların kədərlənməməsi üçün deyib-gülüb zarafat edir, “Bir gün gələn bir gün getməlidir” deyir. Duyubmuş öləcəyini. Və cəmi 4 gündən sonra Xalq artisti vəfat edir. Onun Fəхri Хiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn edirlər.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Enni Marikonenin, Nina Rotanın ifa etdikləri instrumental musiqi çox sevilir, elə Eldar Mansurovun kompozisiyaları da bu musiqilər qədər qəlbəyatımlıdırlar, ölkəmizdə populyardırlar.

Ustad bəstəkarın bu gün doğum günü – 74 yaşının tamam olduğu gündür. Əlbəttə ki, hər bir ciddi musiqisevərlərin adından onu təbrik edirik.

 

Azərbaycan bəstəkarı, xalq artisti Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.

 "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib.

2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan təntənəli yaradıcılıq gecəsi keçirilib. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.

 

Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa edib. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayılıb. Şair Vahid Əzizin sözlərinə yazılan "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır.

O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib

Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilib.  Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi Monica Salmaso və onu müşayiət edən "Orquestra Popular de Câmara" tərəfindən səsləndirilib. Sonralar "Bayatıları" məşhur Braziliya cazmeni, pianoçu Benjamim Taubkin və onun qrupu instrumental versiyada ifa ediblər.

Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verib. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. Levent Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır.

1995-ci ildə yunan müğənnisi Petros Dourdumbakis Bayatıları "TAXIDIARIKO BIRD" adlı mahnı kimi ifa edib. 1997-ci ildə isə digər yunan müğənnisi Dimitra Galani, şair Nikos Maraitisin "όσες φωτιές" (Bu yanğınlar) adlı mətni ilə "Bayatıları" bir daha ifa edib. Bir neçə il sonra daha bir yunan müğənnisi Vasilis Lekkas Bayatıları – "TAXIDIARIKO BIRD" ifa edib. Artıq 30 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənib və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılıb.

Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.

 

Türkiyənin tanınmış DJ-ləri – Hüseyn Karadayı və Cem Nadiran "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa ediblər. Elə həmin il yunan DJ Pantelis də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa edib. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa edib. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başlayıblar.

2009-cu ildə italiyanın "Cantodiscanto" qrupu "Bayatıları" fərqli şəkildə ifa edib. "Bayatılar" İsraildən də yan keçməyib. 2011-ci ildə İsrailin "Babbe Rabbe" qrupu "Bayatılar"ı orijinal versiyasında olduğu kimi ifa ediblər. Elə həmin ildə rumıniyalı DJ Edward Maya "Bayatılar"dan öz "Stereo love" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə edib. Elə həmin il "Stereo love" isveçli PJ feat Velvet və kanadalı Mia Martina ifasında da səslənərək dünyanı dolaşıb.

"Zalim" ilə məşhurlaşan Türkiyəli Levent Yüksel 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa edib. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa edib. 2005-ci ildə Nyu-Yorkda yaranmış "Brazilian girls" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə edib. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "The Guzek Trio" üçlüyü ifa edib.

Elə həmin il "Bayatılar"ı DJ Brizi və Eusebio Belli ispan dilində səslənən "Moliendo Cafe" (extended version) kompozisiyasına daxil ediblər. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu olub. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa ediblər.

2012-ci ilin əvvəllərində gənc türk müğənniləri Aydan Kaya, Haktan, Mustafa Eren, "SALTANATH" rok qrupu, 2013–2018-ci illərdə isə digər türk müğənniləri Selin Ataş, Bahtiyar Özdemir, Ayşe İnak Ekiz və Mustafa Demiroğlu, Bengü, Ferhat Göçer, Koray Çapanoğlu, Hediye Güven, Sevcan Orhan, Tuğba Uzun & Melis Aktaş, Mine Geçili, Fondip qrupu, Kanun Yıldırım, Edis, Yaraband qrupu və başqaları Bayatıların "Zalim" versiyasını özlərinə məxsus ifa ediblər.

2014-cü ildə İtaliyanın Leççe şəhərindən olan musiqiçilər — "Abash" rock qrupu "Bayatılar"ı çox orijinal şəkildə ifa edib. Daha bir maraqlı fakt odur ki, son bir neçə ildə "O Ses Türkiye" mahnı müsabiqəsində "Zalim" bir çox müğənnilər tərəfindən daim ifa olunur. 2018-ci ilin sentyabrında Finlandiyanın Flat Earth rok qrupu "CYANİDE" kompozisiyasında Bayatılardan istifadə edib. Onların ifa etdikləri bu kompozisiya rok-metal üslubundadır.

Həmən bu ildə azərbaycanlı — Dj Roshka və Samir Cavadzadə "Feel the rhythm" adlı kompozisiyasında "Bayatılar" mahnısını yeni versiyada ifa ediblər. 2019 və 2020-ci və sonrakı illərdə "Bayatılar" daha bir neçə yeni versiyada müxtəlif ifaçılar tərəfindən oxunub. Almaniyada Why So Sad — Out Of Time, Drenchill-in ifasında "Never Never", İsrail kamança çalanı Mark Eliyahu — "Alegria" kompozisiyasında və bir çox DJ-lər "Bayatılar"ı ifa ediblər.

Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap edib. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunub.

İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verib. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır. "Bəhramnamə" layihəsi əvvəlcə albom şəklində musiqisevərlərə təqdim olunub. Sonra layihənin efir ömrü başlandı: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səsləndi. Nəhayət, layihə nəhəng konsertlə tamamlandı.

2005-ci ilin dekabrın 1-də Heydər Əliyev adına Sarayda, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Bəhramnamə" layihəsinin təqdimatı keçirilib. Musiqiçilər tamaşaçıları yeni janrla tanış ediblər. Onun adı simfo-folk-rokdur. Burada simfoniya, rok, caz və muğam harmonik şəkildə vəhdət təşkil edir. Zala toplaşanlar Eldar Mansurovun yeni yaratdığı orkestrin müşayiətilə "Bəhramnamə"nin canlı ifasını ilk dəfə eşitdilər.

Bəstəkarın qardaşı – tarzən Elxan Mansurov orkestrin müşayiətilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılan kompozisiyaları atasından yadigar qalmış tarda ifa edib. Bu muğamlar, amma digər interpretasiyada – vokal-instrumental variantda populyar müğənni Manana və xanəndə Elbrus Abdulzadənin ifasında səslənib. "Bəhramnamə"də Şərq və Qərb görüşüb

Hər iki sivilizasiyanın kəsiyində yerləşən Azərbaycan bu iki qütbü özündə birləşdirir. Eldar Mansurov orijinal sintez yaradıb: о, simfoniya, rok və muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib. "Bəhramnamə"də səslənən hər bir kompozisiya musiqiçilərin ifasında Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.

Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu tələbəlik illərində muğamların nəzəriyyəsi haqqında elmi məqalələr yazmağa başlayır. 1987-ci ildə Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam simpoziumunda "Muğam adlarının yaranma tarixi" elmi məqaləsi ilə çıxış edir. Sonralar bu yazıların bir çoxu müəllifin "Muğam düşüncələrim" adlı kitabında toplu şəklində çap olunur.

 

Elmi məqalələrlə yanaşı Eldar Mansurov 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salıb. Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazıb.

 

Əsərlərinin siyahısı

- "12 prelüd" fortepiano üçün

- "Simli kvartet № 2"

- "6 prelüd" fortepiano üçün

- "Rubato" klavesin, çelesta və fortepiano üçün

- "Rübai" Ö. Xəyyam, M. Gəncəvi və S. Şirazinin sözlərinə а`kapella xoru üçün

- "Sonatina" fortepiano üçün

- "Poema" violin və fortepiano üçün

- "Simli kvartet № 1"

- "Konsert" violin ilə simfonik orkestr üçün

- "Simfoniya № 1"

- "Simli orkestr üçün pyeslər"

- "Simli alətlər üçün musiqi"

- "Pastoral" simli kvartet üçün

- "Bayatılar" а`kapella xoru üçün

- "Simfoniya № 2" kamera orkestri üçün

- "2 romans" bariton səs və fortepiano üçün

- "Adajio və skertso" fleyta və fortepiano üçün

 

Filmoqrafiya

- Aran

- Yürüşün sonu varmı?

- "Neftçi"-87

- Əndazədən çıxanda

- Güzgü

- Bəxtəvər

- Almas İldırım

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2026)

 

25 fevral 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunmuş və Türk dünyasının zəngin və çoxəsrlik mədəni-tarixinin təbliği və qorunub saxlanılmasına xidmət edən kitablar Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına  hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, kitabların təqdimat mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Fərid Hüseyn və kitabxananın direktoru Nigar İsmayılovanın iştirakı ilə görüş keçirilib. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini vurğulayıblar.

Görüşün sonunda kitabxananın fondunda Türk Mədəniyyəti və İrsi Fonduna həsr olunmuş xüsusi bölmənin yaradılması qərara alınıb. Bu təşəbbüsün əsas qayəsi gənc nəslin Türk dünyasının ortaq mənəvi dəyərləri və zəngin mədəni mirası ətrafında daha sıx birləşməsini təmin etmək, həmçinin tələbələrin bu köklü tarixə inteqrasiya prosesini sürətləndirməkdir.

Bu təşəbbüsün gələcəkdə Türk dünyasının zəngin mədəni irsinin daha geniş miqyasda təbliği üçün mühüm platformaya çevriləcəyi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

Misir, Əlcəzair, İraq, Suriya və digər ərəb ölkələrinin mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalələr dərc olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Kmitəsindən verilən məlumata görə, Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğu məqalələrdə Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilib. Qeyd olunub ki, beynəlxalq hüquqa əsasən Xocalıda törədilən bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir və soyqırımı kimi qiymətləndirilir.

Həmçinin Xocalı faciəsinin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığı bildirilir, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bununla bağlı qəbul etdiyi qərarlar xüsusi vurğulanır.

Müəllif Xocalı soyqırımını törədənlərin hamısının öz cəzalarını alacaqlarına dair inam ifadə edib.                                    

Məqalələri ətraflı aşağıdakı linklərdən oxumaq mümkündür:

https://alharir.info/122250-2/

https://wwnewss.com/د-سيمور-نصيروف-،،-يكتب-،،-لم-ننسى-ولن-نن/

https://elalmelarby.com/?p=60766

https://adwaa-alwatan.com/%d9%84%d9%85-%d9%86%d9%86%d8%b3%d9%89-%d9%88%d9%84%d9%86-%d9%86%d9%86%d8%b3%d9%8a-%d9%85%d8%b0%d8%a8%d8%ad%d8%a9-%d8%ae%d9%88%d8%ac%d8%a7%d9%84%d9%8a/

https://www.agnaden.net/?p=57171 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Bu faciənin 34-cü ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən  “Yaradıcı oxucularımız” tədbirlər silsiləsi çərçivəsində oxuculara şairlər, Mərkəzi Kitabxananın Fəxri oxucuları Zeynəb Cəmaləddinin “Xocalı” və “Bu qan ilk deyildi, amma son olsun!”, Graham Smithin “Xocalı dastanı” və “Xocalıda gecəydi, başqa gecələr kimi...” şeirləri təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Xocalı” şeirində şair publisistik-poetik üslubdan istifadə edərək faciəni təkcə tarixi hadisə kimi deyil, milli yaddaşda sağalmayan mənəvi yara, bəşəri vicdanın sınağı kimi təqdim edir. Şeirdə güclü emosional təsvirlər, xalq dilinə yaxın leksika, ağı və qoşma ünsürləri vasitəsilə Xocalının ümummilli ağrıya çevrilməsi bədii şəkildə ifadə olunur. Əsər həm günahsız qurbanların xatirəsinə ehtiram, həm də insanlığa yönəlmiş ittiham xarakteri daşıyır və oxucunu tarixi unutmamağa, ədalət və yaddaş qarşısında məsuliyyət hissinə çağırır.

“Bu qan ilk deyildi, amma son olsun!” şeiri Xocalı soyqırımının bədii-poetik ümumiləşdirilməsidir. Əsərdə günahsız insanların yaşadığı dəhşət, ağrı və itkilər emosional gücü yüksək təsvirlərlə təqdim olunur, faciə yalnız konkret hadisə kimi deyil, milli yaddaşda silinməyən mənəvi yara və bəşəri vicdanın sınağı kimi dəyərləndirilir. Müəllif publisistik-poetik üslubdan istifadə edərək bir tərəfdən düşmən vəhşiliyini sərt ittiham edir, digər tərəfdən isə sülh çağırışının arxasında gizlənən ikili standartları ifşa edir. Şeirdə tarixi yaddaş, ədalət axtarışı və milli dirəniş xətti ardıcıl şəkildə inkişaf etdirilərək Zəfər ideyası ilə yekunlaşdırılır. Əsər Xocalı qurbanlarının xatirəsinə ehtiramla yanaşı, gələcək nəsillərə ünvanlanan mənəvi and və “bu qan son olsun” çağırışı kimi səslənir.

Şair Zeynəb Cəmaləddinin  “Bu qan ilk deyildi, amma son olsun!” şeirinə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım videoklip hazırladı. Müəllif tərəfindən səsləndirilən şeir kitabxananın sosial şəbəkələrində nümayiş olundu. Videoklipdə Xocalı soyqrımını əks etdirən tarixi fotolar nümayiş olunub.

Şair Zeynəb Cəmaləddin tərəfindən şair Graham Smithin   Azərbaycan dilinə tərcümə edilmiş “Xocalı dastanı” şeiri milli yaddaş və bəşəri vicdan kontekstində oxucuya təqdim olunur. Əsərdə Xocalı faciəsi yalnız tarixi hadisə kimi deyil, insanlığa qarşı törədilmiş qəddarlığın, sarsıdılmış ümidlərin və sağalmaz mənəvi yaraların simvolu kimi təsvir edilir. Güclü metaforalar, kədərli lirizm və epik ovqat vasitəsilə günahsız qurbanların taleyi, zamanın yaddaşında silinməyən ağrı və ədalət çağırışı ön plana çəkilir. “Xocalı dastanı” həm faciə qurbanlarının xatirəsinə ehtiram, həm də insanlığı yaddaş, məsuliyyət və mənəvi and qarşısında düşünməyə səsləyən bədii çağırışdır.

“Xocalıda gecəydi, başqa gecələr kimi…” əsəri Xocalı faciəsinin gecə səhnəsi üzərindən bəşəri miqyasda təsvirini verən poetik-publisistik mətndir. Əsərdə faciənin qəfil başlanması, dinc əhalinin müdafiəsiz vəziyyəti, qadın, uşaq və qocaların yaşadığı dəhşət ardıcıl və təsirli obrazlarla canlandırılır. Şeir təkcə qətliamın təsviri ilə kifayətlənmir, həm də beynəlxalq ictimaiyyətin susqunluğunu, hüquqi və mənəvi ədalətsizliyi sərt publisistik tonla ittiham edir. Əsər Xocalı qurbanlarının xatirəsinə ehtiramla yanaşı, tarixi yaddaşı qorumağa, susqunluğa qarşı səs olmağa və insanlığı vicdan qarşısında cavab verməyə çağıran bədii çağırış xarakteri daşıyır.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar kitabxanalarda kitab və rəsm sərgiləri də nümayiş olunur. Rəsm sərgisində Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdi Fatimə Məmmədovanın “Xocalı dəhşəti”, 9-cu sinif şagirdi Rəhimə Mənsimzadənin “Unudulmayan tarix” rəsmləri nümayiş olunur.

Xocalı faciəsinə həsr olunmuş şeirlər və videoklip aşağıdakı keçidlərdə verilib:

https://drive.google.com/file/d/1AIGQgPLaq7PBUo5G2J9D9dDd3wAw5Q2V/view

https://www.youtube.com/watch?v=xoeCIRYKYy0

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

 

 

 

 

 

 

Nizaməddin Şəmsizadənin yoxluğundan 1 il keçdi

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Şux qaməti, sərt baxışları ona xüsusi yaraşıq verirdi. Sədaqətli dost, etibarlı yoldaş idi. Təmtərağı xoşlamasa da, ləzzətli yeməklərdən zövq alırdı. Elə ona görə də yeyib-içməyi xoşlayırdı. Haradan eşitdiyimi unutmuşam- “Yeyib-içən adam heç vaxt yaman olmayır...” El dilində söylənən bu kəlmələr ona da yapışırdı...

 

1954-cü ildə Qubanın ucqar dağ kəndlərindən biri- İspikdə dünyaya gəlmişdi. Qayğısız uşaqlıq illərini, yeniyetmə çağlarını həmin kənddə keçirmişdi. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub, beş il indiki Bakı Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil almışdı. On iki il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant, kiçik elmi işçi, baş elmi işçi kimi müxtəlif vəzifələrində çalışmışdı. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, dosent, professor kimi fəaliyyət göstərmişdi. 2007-ci ildə yenidən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dönərək, 2013-cü ilədək orada "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində baş elmi işçi vəzifələrində işləmişdi. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbiyyat və dillər" kafedrasının professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirmişdi. 2016-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi. 24 fevral 2025-ci ildə haqqa qovuşub...

 

Elmi xidmətlərinə görə akademik Yusif Məmmədəliyev mükafatının laureatı adına layiq görülüb. 2010-cu ildə isə müəlliflərindən biri olduğu "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb...

 

1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnmişdi. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqına, sonradan Azərbaycan Yazıçılar Birliyinə üzv kimi qəbul olunmuşdu...

 

Deyirdi ki,- “Nəslimiz yeyib-içən, şən, davakar nəsil idi. Dalaşmağa adam tapmayanda, adi bir şeyi bəhanə edib bir-birlərini döyürdülər. Bir neçə saatdan sonra ağız-burunlarının qanını yuyur, bir süfrədə çörək yeyirdilər. Dalaşanda onları heç kim ayırmırdı. Çünki ayıranda daha çox qızışırdılar”...

 

Həyəcan hissi ona yad idi. Nə qədər çətin vəziyyətə düşsə də çöhrəsindəki təbəssümü qoruyub saxlaya bilirdi. Güclü təxəyyülü vardı. Böyük ürəkli, zəngin ideyalarla dolu insandı. Maraq dünyası çox geniş idi. Bəzən ona elə gəlirdi ki, yetkin təfəkkür hər kəsə məxsusdur, elə ona görə də hamıya yüksək qiymət verib, sayğıyla yanaşırdı. Daima yeni-yeni insanlarla görüşə can atırdı. Səyahət etməyi xoşlayırdı. Romantikası çox güclüydü, dünyanı gəzib görmək arzusu heç zaman onu tərk etmirdi...

Orta məktəbdə oxuyanda çox savadlı olduğundan ona "Eynşteyn” deyirdilər, amma əsl adı Nizaməddin, soyadı Şəmsizadə idi...

 Allah rəhmət etsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

Kirpinin Eleştiri İğneleri: Refik Halit Karay

 

Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birlikdə Türk Mədəniyyəti Ünlüləri layihəsində bu gün sizlərə Azərbaycan dilində  və Türkiyə türkcəsində Türkiyə yazarı Refik Həlit Qaray yaradıcılığı təqdim ediləcək.

 

Refik Həlit Qaray (14 Mart 1888 – 18 İyul 1965), yumoru, həcvləri, realist hekayələri və sosial tənqid sahəsində verdiyi əsərlərlə həm dövrünün siyasi atmosferinə işıq tutmuş, həm də Anadolu insanını ədəbiyyata daşıyan pioner şəxslərdən biri olmuşdur. Əsərlərində istifadə etdiyi kəskin müşahidə qabiliyyəti, sadə və axıcı İstanbul Türkcəsi, ictimai dəyişimləri əks etdirməsindəki ironik üslub onu Milli Ədəbiyyat cərəyanının əhəmiyyətli nümayəndələrindən birinə çevirmişdir. Bu mətn, Refik Həlit Qarayın həyatını xronoloji bir çərçivədə təqdim edərkən, əsasən onun ədəbi şəxsiyyətini, əsərlərinin tematik və formal xüsusiyyətlərini, Türk ədəbiyyatındakı yerini və sürgünlərinin sənətinə təsirini araşdıracaqdır.

Refik Həlit Qaray, 14 Mart 1888-ci ildə İstanbulun Beylərbəyi səmtində köklü bir ailənin uşağı olaraq dünyaya gəldi. Atası Mudurnulu Mehmed Həlid Bəy, Osmanlı maliyyə bürokratiyasında mühüm vəzifələrdə çalışmış; anası Nəfisə Ruhsar Xanım isə Qırımdakı Giray sülaləsindən idi. Ailənin mədəni birikimi, onun erkən yaşda ədəbiyyat və dil mövzularında həssaslıq qazanmasına səbəb oldu. İlk təhsilini Vəznəcilərdəki Şəmsülməarif Məktəbi və Göztəpədəki Daşməktəbdə tamamladı. Qalatasaray Məktəb-i Sultaniyyəsinə qeyd olunsa da intizam problemləri səbəbilə məzun ola bilmədən ayrıldı (1906). Hüquq Məktəbinə davam edərkən məmurluğa başladı; lakin II Məşrutiyyətin elanı ilə (1908) jurnalistliyə yönəldi.

Siyasi yazıları və həcvləri səbəbilə İttihad və Tərəqqi hökuməti tərəfindən 1913-cü ildə Sinopa, sonra isə Çorum, Ankara və Bilecikə sürgün edildi. Bu dövr, onun ədəbi yaradıcılığında Anadolu insanını kəşf etdiyi və realist hekayələr yazdığı bir mərhələyə çevrildi. 1918-ci ildə İstanbula qayıtdığında Robert Kollecində Türkcə müəllimliyi etdi; lakin Milli Mübarizəyə qarşı duruşu səbəbilə 1922-ci ildə "Yüzelliliklər" siyahısına daxil edilərək Suriyəyə sürgün edildi. 1938-ci ildə çıxarılan əfv qanunu ilə Türkiyəyə qayıtdı və ölümünə qədər jurnalistlik, roman və hekayə yazıçılığı ilə həyatını qazandı.

Refik Həlit ədəbiyyat aləminə yumor və həcv yazıları ilə addım atdı. Qələm, Cem və Şəhrah kimi jurnallarda "Kirpi" təxəllüsü ilə dərc etdirdiyi yazılar dövrün siyasi hakimiyyətini tənqid edən kəskin bir üsluba malik idi. Məsələn, İttihad və Tərəqqinin təzyiqçi siyasətlərini istehzalı bir dillə tənqid etdiyi yazıları həm xalq tərəfindən maraqla qarşılandı, həm də onu sürgünlərə sürüklədi. Bu yazılar yalnız siyasi tənqid deyil, eyni zamanda cəmiyyətdəki pozulmuş tipləri (miras yeyənlər, müharibə zənginləri, alafranga təqlidçilər) hədəf alan sosial həcv nümunələri idi.

Refik Həlit, Ziya Göyalp və Ömər Seyfəddinin rəhbərlik etdiyi "Yeni Dil" hərəkatını qəbul etdi. Dildə sadələşməni müdafiə edərək, hekayələrində mahalli şivələrə batmadan, İstanbul Türkcəsinin zərifliyini qoruyan bir üslub inkişaf etdirdi. Məmləkət Hekayələri (1919) bu dil anlayışının ən mükəmməl nümunələrindən biri hesab olunur. Ömər Seyfəddin onun hekayələrindəki dilin "axtaranların tapdığı Türkcə" olduğunu qeyd etmişdir.

Sürgün illəri Refik Həlitin ədəbi perspektivini dərin şəkildə təsirləndirdi. Anadolunun qəsəbə və kəndlərində yaşayan insanların gündəlik həyatını, çətinliklərini və mədəni toxumunu ilk dəfə realist bir müşahidə ilə əsərlərinə daşıdı. Məmləkət Hekayələri’ndə Çorumda bir qəsəbə həkiminin çarəsizliyini (Fərman), Sinopda balıqçıların mübarizəsini (Qərib Bir Hədiyyə) təsvir etdi. Bu hekayələr dövrün İstanbul mərkəzli ədəbiyyat anlayışına qarşı Anadolunu mərkəzə alan bir inqilab xarakteri daşıyırdı.

1922-1938-ci illər arasında Suriya və Livan keçən ikinci sürgün dövrü onun ədəbiyyatında "qürbət" mövzusunu dərinləşdirdi. Qürbət Hekayələri (1940), sürgün edilən Türklərin vətən həsrətini, çöl insanlarının həyatını və mədəniyyətlərarası toqquşmaları işlədi. Bu əsərlərdə ekzotik məkanlar, psixoloji təhlillər və trajik məhəbbət hekayələri ön plana çıxdı.

Refik Həlit hekayələrində məkan və personaj təsvirlərində son dərəcə detalcıdır. Məsələn, Məmləkət Hekayələri’ndə Anadolunun kasıb havasını, qəhvəxanaların tozlu guşələrini, kənd qadınlarının geyimlərini sanki bir rəssam diqqəti ilə təsvir edir. Məmləkət Hekayələri Türk ədəbiyyatında realist ifadənin və sosial tənqidin əhəmiyyətli nümunələrindən biridir. 1909-1919-cu illər arasında yazılan bu hekayələr Anadolu və İstanbulun ictimai quruluşunu əks etdirir. Qaray, Maupassant tərzi hadisə qurğuları ilə adi insanların həyat mübarizəsini, yoxsulluq, bürokratik çürümə, batil inanclar və əxlaqi pozulma kimi mövzular vasitəsilə işləyir. Əsərdə sürgün illərində qazandığı təcrübələrlə formalaşan təsvirlər, qəsəbə və kənd reallığını səmimi bir dillə ötürərkən, ironiya və yumorla zənginləşdirilmiş tənqidi baxış ictimai ədalətsizliyi və insanın ikirəngliyini üzə çıxarır. Şaftalı Bağları kimi hekayələrdə bürokratiyanın tənbəlliyini və dövlət məmurlarının məsuliyyətsizliyini vurğulayarkən; Yatıq Əminə və Sarı Bal kimi personajlar vasitəsilə qadınların cəmiyyətdəki mövqeyini araşdırır.

Qarayın hekayələri məkan və personaj əlaqəsini dərinləşdirərək Anadolunun nəzərdən qaçırılmışlığını və İstanbulun kənar məhəllələrindəki səfaləti gözlər qarşısına sərir. Din xadimlərinin mənafeliliyi, zənginlərin istismarı və yoxsul xalqın çarəsizliyi sosial tənqidin əsas nöqtələrini təşkil edir. Məsələn, Haqqı Sükut’da işçi sinfinin əzilməsi, Boz Eşşək’də kənd-şəhər uçurumu, Böyük Öküz’də hiyləkarlığın cəzasız qalmaması dövrün ictimai dinamiklərini əks etdirən çarpıcı səhnələrlə işlənir. Qaray hadisələri təəccüblü sonlarla bağlayarkən, insanın daxili münaqişələrini ictimai şərtlərlə əlaqələndirir. Bu yanaşma əsəri yalnız ədəbi bir mətindən kənara çıxararaq, Cümhuriyyət əvvəli Türkiyənin sosioloji bir panoramaşına çevirir.

“İnsanlar yalnız öz səadətlərini yaxşı hiss etmək üçün başqalarının fəlakətlərini axtarar.” (Məmləkət Hekayələri, s. 126)

Yumoru yalnız güldürmək üçün deyil, ictimai tənqid etmək məqsədilə istifadə edir. Kirpinin Dedikləri’ndə "müharibə zənginləri"nə istehza edərkən, bu tiplərin əxlaqi çöküntüsünü vurğulayır. Sadə, axıcı və danışıq dilinə yaxın bir Türkcə istifadə edir. Mahalli sözləri ölçülü şəkildə mətnə daxil edərək yerli rəng qatarkən, oxucunun anlamasına mane olmur. Cümlələri qısa və təsirlidir; xüsusilə dialoqlarda təbiiyyət ön plandadır. Refik Həlit Anadolunu ədəbiyyata daşıyarak Milli Ədəbiyyatın təməllərini qoyanlardan biridir. Onun realist üslubu Yaqub Qadri Qaraosmanoğlu və Xalidə Ədib Adıvar kimi yazıçıları təsirləndirmişdir.

Refik Həlit Qaray, ömrü boyu siyasi təzyiqlər, sürgünlər və şəxsi faciələrlə mübarizə aparmış; lakin bu çətinliklər onun ədəbi yaradıcılığını qidalandırmışdır. Anadolu insanını realist bir müşahidə ilə ədəbiyyata daşıması, dildəki sadələşmə səyləri və kəskin həcvləri ilə Türk ədəbiyyatının əsas daşlarından biri olmuşdur. Əsərləri həm dövrünün sosiopolitik atmosferini əks etdirən bir sənəd, həm də universal mövzuları işləyən bədii mətnlər kimi öz dəyərini qoruyur.

 

Biblioqrafiya

M. Orhan Okay, "KARAY, Refik Halit", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/karay-refik-halit [Erişim Tarihi: 22.02.2025].

Abdullah Şengül, “Refik Halit Karay”, Türk Edebiyatı Eserler Sözlüğü,  https://teis.yesevi.edu.tr/madde-detay/karay-refik-halit [Erişim Tarihi: 22.01.2025].

İnci Enginün, Tanzimat'tan Cumhuriyete 1839-1923 Yeni Türk Edebiyatı, İstanbul: Dergah Yayınları, 2019.

Şerif Aktaş, Refik Halit Karay Edebiyatımızın Zirvesindekiler, Ankara: Akçağ Yayınları, 2005.

 

EYNİ MƏTNİ TÜRKİYƏ TÜRKCƏSİNDƏ DƏ TƏQDİM EDİRİK:

 

Kirpinin Eleştiri İğneleri: Refik Halit Karay

Refik Halit Karay (14 Mart 1888 – 18 Temmuz 1965), mizahı, hicvi, realist hikâyeleri ve sosyal eleştiri alanlarında verdiği eserlerle hem döneminin siyasi atmosferine ışık tutmuş hem de Anadolu insanını edebiyata taşıyan öncü isimlerden biri olmuştur. Eserlerinde kullandığı keskin gözlem yeteneği, sade ve akıcı İstanbul Türkçesi, toplumsal değişimleri ele alışındaki ironik üslup, onu Millî Edebiyat akımının önemli temsilcilerinden biri yapmıştır. Bu metin, Refik Halit Karay'ın hayatını kronolojik bir çerçevede sunarken, ağırlıklı olarak edebî kişiliğini, eserlerinin tematik ve biçimsel özelliklerini, Türk edebiyatındaki yerini ve sürgünlerinin sanatına etkisini inceleyecektir.

Refik Halit Karay, 14 Mart 1888'de İstanbul Beylerbeyi'nde köklü bir ailenin çocuğu olarak dünyaya geldi. Babası Mudurnulu Mehmed Halid Bey, Osmanlı maliye bürokrasisinde önemli görevlerde bulunmuş; annesi Nefise Ruhsar Hanım ise Kırım’daki Giray hanedanına mensuptu. Ailesinin kültürel birikimi, onun erken yaşta edebiyat ve dil konusunda hassasiyet kazanmasını sağladı. İlk eğitimini Vezneciler'deki Şemsülmaârif Mektebi ve Göztepe'deki Taşmektep'te tamamladı. Galatasaray Mekteb-i Sultânîsi'ne kaydolsa da disiplin sorunları nedeniyle mezun olamadan ayrıldı (1906). Hukuk Mektebi'ne devam ederken memuriyete başladı; ancak II. Meşrutiyet'in ilanıyla (1908) gazeteciliğe yöneldi.

Siyasi yazıları ve hicivleri nedeniyle İttihat ve Terakki hükümeti tarafından 1913'te Sinop'a, ardından Çorum, Ankara ve Bilecik'e sürgün edildi. Bu dönem, edebî üretiminde Anadolu insanını keşfettiği ve realist hikâyeler yazdığı bir döneme dönüştü. 1918'de İstanbul'a döndüğünde Robert Kolej'de Türkçe öğretmenliği yaptı; ancak Millî Mücadele'ye muhalif duruşu nedeniyle 1922'de "Yüzellilikler" listesine alınarak Suriye'ye sürgün edildi. 1938'de çıkarılan af kanunuyla Türkiye'ye döndü ve ölümüne kadar gazetecilik, roman ve hikâye yazarlığı ile geçimini sağladı.

Refik Halit, edebiyat dünyasına mizah ve hiciv yazılarıyla adım attı. Kalem, Cem ve Şehrah gibi dergilerde "Kirpi" takma adıyla yayımladığı yazılar, dönemin siyasi iktidarını eleştiren keskin bir üsluba sahipti. Örneğin, İttihat ve Terakki'nin baskıcı politikalarını alaycı bir dille eleştirdiği yazıları, hem halk tarafından ilgiyle karşılandı hem de onu sürgünlere sürükledi. Bu yazılar, sadece siyasi eleştiri değil, aynı zamanda toplumdaki yozlaşmış tipleri (mirasyediler, harp zenginleri, alafranga taklitçiler) hedef alan sosyal hiciv örnekleriydi.

Refik Halit, Ziya Gökalp ve Ömer Seyfettin'in öncülüğündeki "Yeni Lisan" hareketini benimsedi. Dilde sadeleşmeyi savunarak, hikâyelerinde mahalli ağızlara saplanmadan, İstanbul Türkçesi'nin zarafetini koruyan bir üslup geliştirdi. Memleket Hikâyeleri (1919), bu dil anlayışının en yetkin örneklerinden biri olarak kabul edilir. Ömer Seyfettin, onun hikâyelerindeki dilin "arayanların bulduğu Türkçe" olduğunu belirtmiştir.

Sürgün yılları, Refik Halit'in edebî perspektifini derinden etkiledi. Anadolu'nun kasaba ve köylerinde yaşayan insanların gündelik hayatını, sıkıntılarını ve kültürel dokusunu ilk kez gerçekçi bir gözlemle eserlerine taşıdı. Memleket Hikâyeleri'nde Çorum'da bir kasaba doktorunun çaresizliğini (Ferman), Sinop'ta balıkçıların mücadelesini (Garip Bir Hediye) anlattı. Bu hikâyeler, dönemin İstanbul merkezli edebiyat anlayışına karşı Anadolu'yu merkeze alan bir devrim niteliğindeydi.

1922-1938 arasında Suriye ve Lübnan'da geçen ikinci sürgün dönemi, onun edebiyatında "gurbet" temasını derinleştirdi. Gurbet Hikâyeleri (1940), sürgün edilen Türklerin vatan hasretini, çöl insanlarının yaşamını ve kültürler arası çatışmaları işledi. Bu eserlerde egzotik mekânlar, psikolojik tahliller ve trajik aşk öyküleri öne çıktı.

Refik Halit, hikâyelerinde mekân ve karakter betimlemelerinde son derece detaycıdır. Örneğin, Memleket Hikâyeleri'nde Anadolu'nun kasvetli havasını, kahvehanelerin tozlu köşelerini, köy kadınlarının giysilerini adeta bir ressam titizliğiyle tasvir eder. Memleket Hikâyeleri, Türk edebiyatında gerçekçi anlatımın ve sosyal eleştirinin önemli örneklerinden biridir. 1909-1919 yılları arasında kaleme alınan bu hikâyeler, Anadolu ve İstanbul’un toplumsal yapısını yansıtır. Karay, Maupassant tarzı olay örgütleriyle sıradan insanların yaşam mücadelelerini, yoksulluk, bürokratik çürüme, batıl inançlar ve ahlaki yozlaşma gibi temalar üzerinden ele alır. Eserde, sürgün yıllarında edindiği deneyimlerle şekillenen tasvirler, kasaba ve köy gerçekliğini samimi bir dille aktarırken, ironi ve mizahla beslenen eleştirel bakış, toplumsal adaletsizliği ve insanın ikiyüzlülüğünü ortaya koyar. Şeftali Bahçeleri gibi hikâyelerde, bürokrasinin tembelliğini ve devlet memurlarının sorumsuzluğunu vurgularken; Yatık Emine ve Sarı Bal gibi karakterler üzerinden kadınların toplumdaki konumunu irdeler.

Karay’ın hikâyeleri, mekân ve karakter ilişkisini derinlemesine işleyerek Anadolu’nun ihmal edilmişliğini ve İstanbul’un kenar mahallelerindeki sefaleti gözler önüne serer. Din adamlarının çıkarcılığı, zenginlerin sömürüsü ve yoksul halkın çaresizliği, sosyal eleştirinin odak noktalarını oluşturur. Örneğin, Hakkı Sükût’ta işçi sınıfının ezilişi, Boz Eşek’te köy-kent kopukluğu, Koca Öküz’de hilekârlığın cezasız kalmayışı, dönemin toplumsal dinamiklerini yansıtan çarpıcı sahnelerle işlenir. Karay, olayları şaşırtıcı sonlarla bağlarken, insanın iç çatışmalarını toplumsal koşullarla ilişkilendirir. Bu yaklaşım, eseri yalnızca bir edebi metin olmanın ötesine taşıyarak, Cumhuriyet öncesi Türkiye’nin sosyolojik bir panoraması haline getirir. 

Mizahı yalnızca güldürmek için değil, toplumsal eleştiri yapmak amacıyla kullanır. Kirpinin Dedikleri'nde "harp zenginleri"ni alaya alırken, bu tiplerin ahlaki çöküntüsünü vurgular. Sade, akıcı ve konuşma diline yakın bir Türkçe kullanır. Mahalli kelimeleri ölçülü şekilde metne dahil ederek yerel renk katarken, okurun anlamasını engellemez. Cümleleri kısa ve vurucudur; özellikle diyaloglarda doğallık ön plandadır. Refik Halit, Anadolu'yu edebiyata taşıyarak Millî Edebiyat'ın temellerini atan isimlerden biridir. Onun gerçekçi üslubu, Yakup Kadri Karaosmanoğlu ve Halide Edip Adıvar gibi yazarları etkilemiştir.

Refik Halit Karay, yaşamı boyunca siyasi baskılar, sürgünler ve kişisel trajedilerle mücadele etmiş; ancak bu zorluklar onun edebî üretimini beslemiştir. Anadolu insanını gerçekçi bir gözlemle edebiyata taşıması, dildeki sadeleşme çabaları ve keskin hicivleriyle Türk edebiyatının kilometre taşlarından biri olmuştur. Eserleri, hem döneminin sosyopolitik atmosferini yansıtan bir belge hem de evrensel temaları işleyen sanatsal metinler olarak değerini korumaktadır.

Seçilmiş Kaynakça

M. Orhan Okay, "KARAY, Refik Halit", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/karay-refik-halit [Erişim Tarihi: 22.02.2025].

Abdullah Şengül, “Refik Halit Karay”, Türk Edebiyatı Eserler Sözlüğü,  https://teis.yesevi.edu.tr/madde-detay/karay-refik-halit [Erişim Tarihi: 22.01.2025].

İnci Enginün, Tanzimat'tan Cumhuriyete 1839-1923 Yeni Türk Edebiyatı, İstanbul: Dergah Yayınları, 2019.

Şerif Aktaş, Refik Halit Karay Edebiyatımızın Zirvesindekiler, Ankara: Akçağ Yayınları, 2005.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan danışırıq. Bu dəfəki seçimim Entoni Robbinsin  «Özündə nəhəngi oyat» kitabıdır.

 

Dünyanın ən tanınmış motivasiya spikerlərindən olan, layf-kouçinqin (mütəxəssislə ondan bilgi almaq zərurəti duyan insanın lazımi nəticə alanadək peşəkar münasibətləri) banilərindən biri hesab olunan Entoni Robbins özü həyatda hər şeyi sıfırdan başlayıb, motivasiya kitablarını öz həyat təcrübəsinə əsasən yazıb. Entoni Robbinsə görə hər bir insan içində yatan enerjini oyatmalı, arzularını, hətta ən fantastik olanları belə reallaşdırmalıdır. Entoni Robbins tövsiyyə edir ki, böyük hədəfləri vurun, heç nəylə kifayətlənməyin. Ən vacibi – özünüzə güvənin, deyin ki, mən bunu bacaracağam!

«Hər gün öz üzərinizdə səylə çalışın, zərərli vərdişlərdən, səhv qənaətlərdən qorunun», - deyir spiker.

Entoni Robbins belə bir deviz də təklif edir: «Öz emosiyalarınızı özünüzə müttəfiq edin». Onun təklif etdiyi digər deviz isə belədir: «Arzulamaqdan dərhal real işə keçin!»

Oxuculara onu da söyləyim ki, Entoni Robbinsin kouçinq seanslarının (konsaltinq və treninq metodudur ki, kouç öz tələbəsinə konkret hədəfi vurmağı öyrədir) astronomik qiyməti var: 1 milyon dollar!!! Və bu prosedura arzulayanlar 2 il öncədən yazılırlar. Onun müştəriləri arasında isə bir görün kimlərə rast gələcəksiniz: Bill Klintona, Andre Aqasiyə, Opra Uinfriyə... Prezidentliyədək yüksələn siyasətçi, ən yüksək kürsülərdən düşməyən dünyaşöhrətli idmançı, dünyanın ən nüfuzlu qadınları reytinqində yer alan ən məşhur televiziya aparıcısı və şoumen...

Bu sırada tarixdə SSRİ dövlətinin, kommunizmin süqutunun memarı hesab edilən, Qarabağı da ermənilərə vəd etmiş sonuncu SSRİ prezidenti, mənfur Mixail Qorbaçovu  da görmək olardı, əziz oxucular.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

 

 

İlhamə Qəsəbova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent. “Ədəbiyyat və incəsənət”

 

 

Xocalı faciəsi Azərbaycan tarixində ən ağır və ağrılı hadisələrdən biri kimi yadda qalmışdır. 1992-ci ilin fevralında baş verən bu hadisə təkcə insan itkiləri ilə deyil, həm də yüzlərlə insanın əsir və girov götürülməsi ilə nəticələndi. Bu ağır taleyi yaşayanların arasında qadınlar xüsusi yer tuturdu. Əsirlikdən qayıdan qadınların həyat hekayələri yalnız fiziki sağ qalmanın deyil, həm də güclü sosial və psixoloji dirənişin nümunəsi kimi qiymətləndirilə bilər.

 

Əsirlik həyatı insan psixologiyasına dərin izlər buraxır. Qadınlar üçün bu sınaq daha mürəkkəb və çoxqatlı olmuşdur. Onlar yalnız şəxsi iztirablarını deyil, eyni zamanda ailə üzvlərinin itkisinin ağrısını, uşaqların taleyinə görə narahatlığı və gələcəyə dair qeyri-müəyyənliyi də yaşamalı olmuşlar. Buna baxmayaraq, bir çox qadın əsirlikdən qayıtdıqdan sonra həyatlarını yenidən qurmağa, ailələrini ayaqda saxlamağa və cəmiyyətə inteqrasiya olunmağa böyük iradə nümayiş etdirmişdir.

Bu dirənişin əsas mənbələrindən biri sosial dayaqlar olmuşdur. Ailə bağları, yaxınların dəstəyi və cəmiyyətin mənəvi həmrəyliyi qadınların travma ilə mübarizəsində mühüm rol oynamışdır. Digər tərəfdən, milli kimlik, vətən sevgisi və ədalətə inam kimi mənəvi dəyərlər də onların psixoloji dayanıqlığını gücləndirmişdir. Bu amillər qadınların yalnız sağ qalmasına deyil, həm də yaşadıqları ağır təcrübəni mənəvi gücə çevirməsinə imkan vermişdir.

Psixoloji baxımdan bu qadınların həyat hekayələri travmadan sonra dirçəliş (post-travmatik inkişaf) nümunəsi kimi də dəyərləndirilə bilər. Onların bir çoxu başlarına gələnləri unutmasa da, bu xatirələri yaşamaq və danışmaq vasitəsilə həm şəxsi sağalma prosesinə töhfə vermiş, həm də tarixi yaddaşın qorunmasına xidmət etmişdir. Bu baxımdan Xocalı əsirliyindən qayıdan qadınların xatirələri yalnız fərdi talelərin hekayəsi deyil, həm də kollektiv yaddaşın və milli dirəniş ruhunun mühüm tərkib hissəsidir.  Xocalı əsirliyini yaşamış qadınların sosial-psixoloji dirənişi insan iradəsinin və mənəvi gücünün parlaq nümunəsidir. Onların həyat yolu göstərir ki, ən ağır sınaqlardan belə çıxmaq, həyatı yenidən qurmaq və gələcəyə ümidlə baxmaq mümkündür. Bu hekayələr həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin mənəvi tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır.

Xocalı faciəsi zamanı sakin əsir və girov götürülmüş qadınların arasında bu ağır taleyi yaşayan insanlardan biri də səkkiz gün erməni əsirliyində qalmış Durdanə Ağayevadır. Onun həyat hekayəsi müharibənin insan taleyinə vurduğu yaraları və eyni zamanda insan iradəsinin gücünü göstərən təsirli nümunələrdən biridir.

Faciəli hadisələr zamanı Durdanə Ağayeva digər Xocalı sakinləri kimi doğma yurdunu tərk etməyə məcbur qalmışdı. Lakin qaçqınlıq yolunda o, erməni silahlıları tərəfindən əsir götürülür və günlərlə ağır şəraitdə saxlanılır. Əsirlik dövrü onun üçün həm fiziki, həm də mənəvi baxımdan son dərəcə çətin bir sınaq olur. Qeyri-insani münasibət, qorxu, qeyri-müəyyənlik və doğmalarının taleyi barədə narahatlıq bu günləri daha da ağırlaşdırırdı.

Buna baxmayaraq, Durdanə Ağayeva əsirlikdə olduğu müddətdə ruhdan düşmür. Onun yaşamaq istəyi, doğmalarına qovuşmaq ümidi və mənəvi gücü bu ağır günlərə tab gətirməsinə kömək edir. Səkkiz gün davam edən əsirlikdən sonra o, azad edilir və yenidən həyatla üz-üzə qalır. Lakin əsirliyin psixoloji izləri onun yaddaşında ömürlük qalır.

Azadlığa qovuşduqdan sonra Durdanə Ağayeva həyatını yenidən qurmaq üçün böyük iradə göstərir. O, yaşadıqlarını unutmasa da, bu acı xatirələri bir həqiqət kimi gələcək nəsillərə çatdırmağı özünə borc bilir. Onun danışdığı xatirələr müharibənin dəhşətlərini, mülki insanların üzləşdiyi faciəni və xüsusilə qadınların yaşadığı iztirabları anlamaq baxımından böyük əhəmiyyət daşıyır.

Durdanə Ağayevanın taleyi yalnız fərdi həyat hekayəsi deyil, həm də Xocalı şahidlərinin ümumi ağrısının bir parçasıdır. Bu hekayə insanın ən ağır şəraitdə belə yaşamaq və dirənmək gücünə malik olduğunu göstərir. Onun həyat mübarizəsi həm tarixi yaddaşın qorunmasına, həm də Xocalı həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən canlı şahidlik kimi dəyərləndirilir.

 Üç il düşmən əsirliyində qalmış Səidə də Azərbaycan qadınının yaşadığı fiziki və psixoloji sarsıntıları, onun taleyində əks olunan acı həqiqətləri müharibə və əsirlik travmasının insan psixologiyasına təsirini göstərən dramatik bir həyat hekayəsinin təqdimatıdır. Əsərdə üç il düşmən əsirliyində yaşamış Səidənin taleyi və onun  sonrakı həyatında formalaşan psixoloji vəziyyəti olduqca təsirlidir. Səidənin əsirlikdə başına gələnlər əsasən travmatik yaddaş, sosial təcrid və insanın daxili dünyasında yaranan psixoloji müdafiə mexanizmləridir.

Səidənin xatirələrində bahar obrazı xüsusi simvolik məna daşıyır. Adətən yenilənmə və ümid rəmzi olan bahar onun yaddaşında əksinə, qorxu və ağrı ilə assosiasiya olunur. Bu, travma sonrası yaddaşın necə dəyişdiyini və insanın müəyyən zaman və məkan simvollarını psixoloji ağrının tetikleyicisinə çevirdiyini göstərir. Qadının sözlərində baharın təbiətdə həyatın oyanışını ifadə etməsinə baxmayaraq, onun yaddaşında qan və ölüm qoxusu müharibə travmasının dərinliyini ortaya qoyur.

Səidənin əsirlikdən sonra seçdiyi həyat tərzi Durdanə Ağayevadan çox fərqlidir.  Onun Dürdanə Ağayevadan fərqli olaraq cəmiyyətdən uzaqlaşması, kimliyini gizlətməsi və özünü “ruhi xəstə” kimi tanıtdırması – travma sonrası sosial təcridin və özünü müdafiə instinktinin nəticəsidir.  Bu davranış forması psixologiyada travmatik təcrübədən sonra yaranan özünütəcrid və güvən böhranı ilə izah olunur. Qadının insanlarla deyil, bir itlə emosional bağ qurması isə onun itirdiyi ailə və övlad hissinin simvolik kompensasiyasıdır. O, iti “oğlum Ruslandır” (Meyxoş Abdullanın “Əsir qadın” romanında hadisələr real gerçəkliklə qələmə alınıb) adlandıraraq analıq hissini başqa bir obyekt üzərində yaşatmağa çalışır. Bu, psixoloji travmadan sonra yaranan substitusiya və emosional boşluğun doldurulması mexanizminə nümunədir.

Əsərdəki təsvirlər – köhnə, qaranlıq və baxımsız ev mühiti – qadının daxili psixoloji vəziyyətinin metaforası fiziki məkanın dağılmış və tərk edilmiş görünüşü onun daxili dünyasında baş verən sarsıntılarıdır. Bunlar əsirlikdən qayıtdıqdan sonra bir qadının  insan psixologiyasında yaratdığı emosional gərginliyi göstərir.

Hər iki qadın obrazı- Dürdanə Ağayeva və Səidə xanım müharibə və əsirliyin insan psixikasında yaratdığı dərin izləri, yaddaş travmasını və insanın yaşamaq üçün yaratdığı psixoloji müdafiə mexanizmlərini təsirli şəkildə təqdimidir. Onların taleyi yalnız fərdi bir həyat hekayəsi deyil, həm də müharibənin insan ruhuna vurduğu sağalmaz yaraların simvolik ifadəsidir.

Xocalı faciəsi zamanı əsir düşmüş qadınların taleyi müharibənin insan həyatına və psixologiyasına vurduğu dərin yaraları aydın şəkildə göstərir. Bu hadisələri yaşamış qadınların həyat hekayələri yalnız fərdi talelərin təsviri deyil, həm də müharibə travmasının sosial və psixoloji nəticələrinin canlı ifadəsidir. Əsirlik şəraitində yaşanan qorxu, qeyri-müəyyənlik, fiziki və mənəvi təzyiqlər onların yaddaşında silinməz izlər buraxsa da, bu qadınlar böyük iradə və mənəvi güc nümayiş etdirərək həyatlarını yenidən qurmağa çalışmışlar.

Durdanə Ağayeva kimi real şahidlərin xatirələri və Meyxoş Abdullanın “Əsir qadın” əsərində təqdim olunan Səidə obrazı əsirlik travmasının müxtəlif tərəflərini göstərməklə yanaşı, insanın ən ağır sınaqlara belə dözə bilən mənəvi potensialını da ortaya qoyur. Hər iki nümunə göstərir ki, müharibənin yaratdığı sarsıntılar insan psixikasında uzunmüddətli izlər buraxsa da, sosial dəstək, milli-mənəvi dəyərlər və yaşamaq iradəsi bu travmaların öhdəsindən gəlməkdə mühüm rol oynayır.

Xocalı əsirliyini yaşamış qadınların həyat hekayələri həm tarixi yaddaşın qorunması, həm də müharibə travmasının sosial-psixoloji aspektlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu talelər insan iradəsinin gücünü, qadınların mənəvi dözümlülüyünü və milli yaddaşın formalaşmasında onların mühüm rolunu göstərən dəyərli həyat nümunələri kimi qiymətləndirilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hüquqşünas, vəkil və yazıçı-publisist Lətifə Orucun (Lətifə Oruc qızı Əliyevanın)“Sirli gedişlər” romanı artıq özbək dilində gün üzü görüb. “Sirli gedişlər” daha öncələr daha üç dilə çevrilmişdir və indi ədəbiyyatsevərlərin diqqətinə özbək dilində təqdim olunur.

 

Əsərin mərkəzində həyatın mürəkkəb “sirli gedişləri” ilə üzləşən qəhrəman obraz dayanır: onun taleyi, qarşılaşdığı sınaqlar, ailə bağları və peşəkar hüquq mübarizəsi oxucuda dərin təəssürat yaradır. Romanın süjet xətti ermənilərlə bağlı tarixi və ictimai məqamlar, vətənpərvərlik və mənəvi-fəlsəfi elementlərlə zəngindir, finalı isə azad olunmuş Şuşada simvolik qonaqlıq səhnəsi ilə bitir. 

Əsərin strukturu səkkiz fəsildən ibarətdir və bədii təsvirlərlə zəngin obrazlar fonunda insanın iç dünyası, həyatın gözlənilməzlikləri və ədalət uğrunda mübarizə kimi mövzular işıqlandırılır. 

Kitabın “Önsöz”ünü Xalq şairi Sabir Rüstəmxanlı yazmışdır, redaktoru isə tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlıdir.

Budur, əsər indi özbək dilində də oxucular üçün əlçatandır və qardaş ölkədə tanıdılıb; o, ədəbiyyatsevərlər üçün yeni mədəni-estetik təcrübə vəd edir.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.