Super User

Super User

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

Göy məscid (Hüseynəli xan məscidi)

İrəvan xanı Hüseynəli xan xeyirxah, ədalətli birhökmdar idi. Öz vətənini canından da əziz tutar, daimxalqı üçün faydalı işlər görməklə insanların rahatlığınıfikirləşərdi. Xanlığın güclənməsində Hüsеynəli хanınəvəzsiz хidmətləri olub. O həm də öz siyasətiyləİrəvanın tam müstəqilliyinə nail olub, qonşu dövlətlərləsülh şəraitində yaşayırdı. 

Bir gün Hüseynəli xan insanlar üçün yeni məscidtikmək qərarına gəldi. İnsanların buradaməskunlaşmasından artıq min illər ötdüyündən çoxböyük bir məscidə ehtiyac var idi. Odur ki, ən yaxşıustaları sarayına dəvət edib, məscidin tikilməsinəgöstəriş verir. Bacarıqlı ustalar qaya daşlarını yarıbməscidin divarlarını hörürlər. Məscidin günbəzinintikilməsi vaxtı çatanda şəhərin kənarında bitənağacların günbəz üçün uyğun olmadığı üzə çıxır. Bu ağacların boyu çox qısa idi. Məscidin tikilməsinəbaşçılıq edən axund sıldırım dağların ətəklərində bitənşam ağaclarını gətirmək üçün qolu güclü qırx cavanseçir. Əmr olunur ki, hərə ən iri, hamar şamağaclarından birini kəsib gətirsin. Gənclər əmri yerinəyetirirlər, lakin onları şəhərin Təpəbaşı deyilənyüksəkliyinə qaldıra bilmirlər. Bu vaxt mollalarcavanların ağacları necə təpəbaşına çıxaracaqlarınıfikirləşirlər, amma çarə tapa bilmirlər. 

Hüseynəli xan bütün yaşlı və müdrik adamları sarayınhəyətinə toplayır, bunu necə  edəcəklərini soruşur. Heçkimdən səs çıxmır. Yalnız bir uşaq: “Qoy aşıqlar qopuzçalıb şam ağacını aparanlardan qabaqda getsinlər, oxusunlar, odunçular bundan ruhlanıb onların ardıncagedər”. Uşağın bu təklifi xanın ürəyincə oldu. Xan: “Məni istəyənlər uşağa xələt versin”- deyib uşağıalqışlayır. 

Möcüzə baş verir. Bir şam ağacını güclə qaldırangənclərin opuzun, qara zurnanın sədaları altında güclərion qat artır, hərə bir şam ağacını çiyninə qoyub deyilənyerə aparırlar. Tezliklə məscidin günbəzi üçün buağacları yonub göy rəngli kaşılı kərpiclə üzləyirlər. Məscidin həyətində fəvvarəli daş hovuz tikib, ətrafınasıx kölgəli ağaclar əkdilər. 

Məscid tikildi. Hüseynəli xan gəncləri alqışladı. Qırxgün, qırx gecə məsciddə ehsan verib, kasıbların qarnınıdoydurdu. 

Qədim türk-oğuz yurdu İrəvənda salınmış Göyməscid 1760-1768-ci illərdə Nəcəfqulu xan Qacarınoğlu Hüseynəli xanın hakimiyyəti dövründə inşaedilmişdir. Bu məscid xalq arasında Göy məscid, yaxud Hüseynəli xan məscidi adlanır. Məscidin adıonun kərpicinin göy rəngdə olması ilə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

İyulun 17-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində növbəti Vaqif Poeziya Günləri başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ilki Poeziya bayramı Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi şənliklərinin davamı kimi təşkil edilib və iyulun 19-dək davam edəcək. 

 

Tədbirə rəsmilər, ədəbiyyat, mədəniyyət və elm xadimləri, habelə Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi münasibətilə ölkəmizdə səfərdə olan türk respublikalarından şair və yazıçılar qatılıblar. 

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi, Şuşa Şəhər İcra Hakimiyyətinin qarşısı və Şuşa Otel-Konqres Mərkəzində tədbirlər təşkil edilməkdədir. 

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin və Poeziya evinin təntənəli açılışı olub. Məhz həmin tədbirdə Ulu Öndər Heydər Əliyev ədəbiyyat xadimlərimizin bu yöndə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.

Qırx iki illik tarixə malik Vaqif Poeziya Günləri işğaldan azad edilmiş Şuşada artıq dördüncü dəfədir təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən birini də Arzu Hüseyn yazıb. 

Onun yaratdığı sevgi mənzərəsində həmişə ayrılıq başda olur. Amma bu mənzərə həm də o qədər canlı, emosional olur ki, adamın içini tərpədir…

Xoş mütaliələr! 

 

Toxunduğum o saçlara nə oldu?

Dodaqların həmin dodaq deyil ki.

Sənə nə var, olan tək mənə oldu,

Başa düşdü, ürək uşaq deyil ki.

 

Sığdırmadım həyatıma başqasın,

Gözlərimə inanardın tanısan.

Mənim üçün indi tamam başqasan,

Mənim üçün sıradansan, hamısan.

 

Bəhanəydi hər zəngim, hər dönüşüm,

Bilirdin ki, asılıyam telindən.

Yandırmadı bu dəfəki öpüşün,

Oynatmadı varlığımı yerindən.

 

Anlamadım  səbəbini bu qışın,

Oyandım ki, nə mən varam, nə də sən.

Nə duamsan, nə ahım, nə qarğışım,

Heçkimimsən, heçnəyimsən, heçnəsən.

 

Ağlamaqdan gözlərinmi yoruldu?

Baxışını yayındırma, görürəm.

Toxunduğum o saçlara nə oldu?

Yad toxundu, yad qoxladı, bilirəm...

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc rəssam Ülkər Baxışovanın sərgisinin açılışı olub.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, sərgidə rəssamın “Naməlum qadın”, “İstanbul. Ayasofya məbədi”, “Bakımız”, “Qədim Qobustan. Yallı”, “Quşların eşqi”, “Sülh”, “Üzüm səbəti”, “Rəqqasə” və “Qoşa minarəli məscid (Əmircan)” adlı əl işləri nümayiş etdirilir.

 

Ülkər Baxışovanın əsərlərində Vətənimizin qədim incəsənətinin modern üslubda təsviri öz əksini tapıb.

 

Sərgi bir ay davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Bu il Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın ədəbi irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, sərgidə ədibin həyat və yaradıcılığına, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlərə, özünün müəllifi olduğu müdrik kəlamlara geniş yer verilib.

Virtual kitab sərgisində ədibin qəzəlləri, poemaları, Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı ədəbiyyat nümunələri haqqında geniş məlumat verilib, müəllifi olduğu “Leyli və Məcnun”, “Bəngu – badə”, “Rind və Zahid”, “Hədiqətus-süadə”, “Şikayətnamə”, “Söhbətül-əsmar” kimi əsərlərin və onun haqqında nəşr edilən “Klassiklər yenə də klassiklər”, “Füzuli qəzəllərinə təxmislər”, “Məhəmməd Füzulinin mətləul-etiqad əsərinin şərhi”, “Eşq sultanı”, “Şəbi-hicran” kimi 20-dən çox kitabın qısa annotasiyası təqdim olunub. 

Sərgi kitabxananın rəsmisaytında https://ryl.az/multimedia/mehemmed-fuzuli-530 yerləşdirilib. 

Kitabxanada, həmçinin “Məhəmməd Füzuli – 530” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli - 530” adlı biblioqrafik bülleten nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Kibercinayətkarlıq halları artdıqca üsullar dəyişir. İnsanlar elektron fəaliyyətə daha çox alüdə olduqca cinayətkarlar da daha həvəslə onları soymağa girişirlər. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bu məlumat diqqətimi çox çəkdi. 

İnternet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Həmin şəxslər inanılmaz bir metod fikirləşiblər. Məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, onların dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında informasiyalar yerləşdiriblər. 

Sonra onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.

Araşdırmalar zamanı həmin şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.

Baş İdarədə faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DİN müraciət edib ki, Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər. 

Bu da fırıldaqçılığın növbəti formasıdır. Halbuki bir müddət öncə yüzlərlə insan “sizə poçt bağlaması gəlib” göndərişi ilə aldanaraq kartlarındakı vəsaitdən məhrum olmuşdular. 

Kibercinayətkarlıq inkişaf edir. Odur ki, vətəndaşlarımız gərək ehtiyatlı olsunlar!

Elə bu yazını hazırlayırdım ki, sosial şəbəkədə mənə mesaj gəldi. “Sizin həmsoyadlınız Bruney sultanlığında vəfat edib, ona məxsus bir milyon dollar sizə çatacaq. Bunun üçün sizə bank hesabı açmalıyıq, 3 dollar ödəniş edin”.

Bəh-bəh. Təklifə baxın e!  

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

İyulun 21-dən avqustun 31-dək Hindistanın paytaxtında UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı konqresi keçiriləcək. Sessiya zamanı 27 obyektin Dünya İrsi Siyahısına daxil edilməsi və təhlükə altında olan Dünya İrsi Siyahısına daha əvvəl daxil edilmiş 124 obyektin qorunma vəziyyəti ilə bağlı təkliflər müzakirə olunacaq.

 

AzərTAC xəbər verir ki, siyahıya İtaliyanın Appi yolu (Regina Viarum), Səudiyyə Ərəbistanının əl-Fau arxeoloji zonasının mədəni landşaftı, müasir tipli insanların meydana çıxması: Cənubi Afrikadakı Pleistosen dövrü məskənləri, Yaponiyanın Sado adasındakı qızıl mədənləri, Çin paytaxtının ideal nizamını təmsil edən bir qrup bina - Pekinin mərkəzi oxu və digər mədəniyyət abidələri daxildir.

 

Xatırladaq ki, bundan əvvəl UNESCO-nun Dünya İrsi Siyahısına Azərbaycandan beş tarixi obyekt daxil edilib.

 

Ümumdünya İrs Komitəsi Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın iki rəhbər orqanından biridir. Onun tərkibinə Konvensiyanın iştirakçısı olan 195 dövlət arasından seçilmiş 21 dövlətin nümayəndələri daxildir. Komitə, Konvensiyanın müddəalarının icrasına cavabdehdir. Xüsusilə, o, yeni obyektlərin Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı təklifləri nəzərdən keçirir və UNESCO ekspertləri tərəfindən hazırlanmış təhlil əsasında artıq Dünya İrsi Siyahısına daxil edilmiş obyektlərin qorunma vəziyyətini qiymətləndirir. Komitə ildə bir dəfə növbəti sessiyalar keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

 

Soyuq idi baxışların, buz kimi

Dalayırdı ürəyimi, bilmədin.

Çox istədim mən tərəfə dönəsən

Ha çağırdım, əl elədim, gəlmədin.

 

Göy buludun göyərmişdi dodağı

Göz yaşını hey səpirdi aşağı

İstisində qızmadığim ocağın

Tüstüsündə kor olurdum, görmədin

 

Boylanırdım  səmt küləyi tərəfə

Baxışlarım tuş gəlirdi kələfə.

Duman çəkdi üstümə ağ mələfə

Saçlarını üç tel edib hörmədin.

 

Belə idi bu dağların havası;

üşüyürdü torağayın yuvası

Bu yerlərin ən pisi, ən yavası

yaxşıların yaxasında, silmədin.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını şair Nadir Yalçın üçün açır. Buyurun.

 

 

Sözün haqqını vermək… Bu ifadəni tez-tez eşidirik. Özü də elə adamlar haqqında, elə yerlərdə, elə situasiyalarda eşidirik ki… “Sözün haqqını verib” deyərək sözü sanbaldan salmaq, yəqin, elə sözün özünə ən böyük xəyanətdi.

 

Etimad Başkeçid haqqında bu ifadəni ürəklə demək olur. Hətta elə demək ki, hamı eşitsin, hamı bilsin, sözün təəssübünü çəkən hamı xəbərdar olsun. O öz istedadı və zəhməti, vicdanlı davranışı hesabına bu ucsuz-bucaqsız söz mülkündə öz yerini, arealını müəyyənləşdirən, özünə, sözünə, sözünün boy-buxununa bələd olan sənətkardır.

 

Etimad Başkeçidin nəsrinin ecazına, tərcüməsinin aliliyinə əvvəllər də bələd idim. Çexovun “Qanun”un “Mini klassika” seriyasında çapdan çıxmış “Çöl” (Bir səfərin tarixçəsi) hekayəsini oxuyandan sonra sadəcə söz tapmadım. Bu qədər qüsursuz mətn ərsəyə gətirmək… Dil Etimad Başkeçid üçün bütün giriş-çıxış qapılarına bələd olduğu bir qəsrdir. O öz qəsrində bəyzadədir. Çünki bilir, dəqiq bilir…

 

Etimad müəllimin son dövrlərdə qələmə aldığı “Günəş topla mənim üçün” hekayəsi master-klass nümunəsidir. Sözügedən hekayə də daxil olmaqla, müəllif əsərlərində elə psixoloji vəziyyətlər yaradır, obraz, tipikləşdirmə, xarakter məsələlərində elə ustalıq nümayiş etdirir ki, şəksiz, belə bir qənaət formalaşır: Etimad Başkeçid özü üçün insan və həyat anlayışlarını aydınlaşdırıb, onu deməyə sözü var və

deyir də…

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rafiq Ələkbərin şeirləri təqdim ediləcək

 

 

Göylərdə ev ucalt

savab daşından

 

Ömür dediyimiz qaraçı köçü,

Beşiyi məlumdur, məzarı harda?

Sonda barışırıq taleyimizlə,

Onu biz yaşadıq, Yazarı harda?

 

Harada gizlədək sevincimizi,

Həyat itirməsin bu incimizi.

Vuraq qayalara külüngümüzü,

Görək, qəm-kədərin azarı harda?

 

Ruhum dil açmasa, sərtləşir ürək,

Ağır əzablara qatlaşır ürək.

Yatdıqca yuxuda yadlaşır ürək,

Bilinmir gileyi-güzarı harda?!

 

İki əllə yapış ömür yaşından,

Bəzən o ayırmır yazı qışından.

Göylərdə ev ucalt savab daşından,

Soruşma, bu yerin bazarı harda?

 

 

Yarımçıq bəndimi 

tamamlamadım

 

Baxırsan, zamana cürətlidir ki,

Hər gün bir dərd qoyur yaşımın üstə.

Dalğalar o, qədər sürətlidir ki,

Sahilə tullanır başımın üstdən.

 

Bəzən gil, palçıqdan məzar tikirəm,

Görən, nə olacaq məzar dibində?!

Eh, gör, mən də nəyin dərdin çəkirəm,

Ağlım başımdadır, pulum cibimdə.

 

Sözü öz dilimdə bişirməmişdən,

Yüz dəfə keçirdim onu ələkdən.

Bu gülü dərirəm, keçib iş-işdən,

Güllər də bezibdi bakirəlikdən.

 

Eh, kiməm, tənhayam, bəlkə adayam,

Onunçün insantək ölə bilmirəm.

Ona xəbər verin, mən buradayam,

Körpü üstündəyəm, gələ bilmirəm.

 

Deyəsən, bu yerdə tükənir sözüm,

Bir uşaqlıq çağım düşür yadıma.

Yerdə ulduz olmaq nəyimə lazım,

Göydə bir ulduza verin adımı.

 

O qız salam verir gözləri ilə,

O qızı mən indi tamam anladım,

Nə qədər sabahlar ötüşsə belə,

Yarımçıq bəndimi tamamlamadım.

 

Boylandım sola da, baxdım sağa da,

Qalmışam məsumtək ortada hələ.

Vaxt tapa bilmədim qocalmağa da,

Necə oturmuşam partada hələ?!

 

Dünyanın həm özü, həm dərdi ağır,

Onu gəzdirirəm bir qolum üstə.

Hamı danışsa da, kim-kimə baxır,

Zaman davam edir öz yolu üstə.

 

 

Göylərdə uçmağı 

bacarmadıqsa

 

Bəzən günəş kimi güldün üzümə,

Bəzən də yolumda duman, çən oldun.

Bu uzun illərin sevda nurundan,

Od alan mən oldum, donan sən oldun.

 

Bəzən düşündüm ki, bu qız görəsən,

Niyə razı qalmır saf diləyimdən?

Qəlbimi açmağa yollar aradım,

Yol açdı dilimə söz ürəyimdən.

 

Göylər od tutmuşdu, yanırdı qürub,

Ruhumsa əsirdi o an təlaşdan.

Bax, o qürub çağı qarşında durub,

"Qız, sənə aşiqəm", - dedim, yavaşdan.

 

Soyuq baxışların bağrımı dəldi,

Söndü ümidlərim, söndü büsbütün.

Yaxşı ki, bir azca insafa gəldin,

"Elçi göndərərsən, baxarıq", - dedin.

 

Elə bil unutdun, dandın bu zaman

Eşqin od çağını, alov çağını..

Sən necə üzümə söylədin, gülüm,

Mənə yox, elçiyə inandığını?

 

Bilmədin içimdə dolaşır nələr,

Varmı, iç dünyamı ölçən ölçülər?!

Sənli ürəyimdə bir sevda mələr,

Necə deyəcəkdi bunu elçilər?!

 

Elçi nə biləydi, mən nə çəkirəm,

Bu iş belə getməz, yox, belə qalmaz.

O vaxt dəniz idi qəlbim səninlə,

İndi ümmanlarla heç belə dolmaz.

 

Elə bil göylərdə uçurdu ruhum,

Ən uca göylərdən bir sözlə düşdüm.

Səndən çox əzablar görsəm də, ancaq,

Bu ağır cavabı gözləməmişdim.

 

Gözümdə kainat talandı yenə,

Daha mənim deyil o ulduz, o ay.

Göydəki qapılar bağlandı mənə,

Yer öz qapısını açdı taybatay.

 

Elçilər söyləsin sözünü qısa,

Elçilər danışsın, biz səssiz qalaq.

Göylərdə uçmağı bacarmadıqsa,

Bir cüt çiçək kimi yerlərdə solaq.

 

 

Şair ruhdur, gözəl mələk

 

Şair ruhdur, gözəl mələk, əzizim,

Cənnət üçün yaranmışlar tək-təkdi.

Bu dünyada şair dərddən üzülər,

Bu dünyada mələk elə mələkdi.

 

Şair - gözəl qohumdular əzəldən,

Hansı dünya, hansı məkan, fərqi yox.

Bu dünyada şairləri üzənlər

O dünyada ruhlarını qoruyur.

 

Şair təbi, gözəl nuru həyatdı,

Kainatda xoşbəxtliyin açarı.

Tanrım, niyə Sən bəndələr yaratdın?!

Gözəlləri şairlərdən qaçırır.

 

Şair Tanrı sevgisindən doğulub,

Gözəl-mələk, lap Tanrının yanında.

Ey gözəllər, şairlərdən qaçmayın,

Qoy birləşək, lap Tanrının yanında.

 

Şair ruhdur, gözəl mələk, dərd-qəmi,

Hamı bilir bir-birindən çəkər kim.

Ey şairlər, siz cənnətə getməyin,

Cənnətdə də ruha mələkdi hakim.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.