
Super User
SONUMUZ HARA GEDİR? - Sırğalı oğlanlara xitabən
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
2006-2012.
Biz ki Novruz gəlməmişdən 1 ay əvvəldən tonqal taxtalarını hazır edən, sözün əsl mənasında bayramı coşqu ilə qarşılayan uşaqlar idik. Qonşuluğunda olan hər kəsin dadına çatan hər işini yoluna qoyan uşaqlar idik. Hər şey möhtəşəm idi, ta ki modemlər, sosial şəbəkələr çıxana və uşaqların real həyatdan virtual həyata keçid etdiyi anadək.
Zamanında çəkilən "Uşaqlığın son gecəsi" filmi məncə elə 2006-2012-ci illər aralığında çəkilməli idi. Çünki məhz internet həyatımıza girəndən sonra dəyişdik və cılızlaşdıq. Zamanında dostlarımızla bir parkda, kafedə görüşər, halını soruşardıq. İndi isə whatsapp'la bir görüntülü danışırıq və hər şey onunla da bitir. Azərbaycan 2012-ci ildə EuroVision mahnı müsabiqəsinə ev sahibliyi əldə edəndən sonra həmən o saf, gülüşü gözəl uşaqlar yerini başı yolkaya bənzər, özü isə sırğalı "cavanlara" buraxdı. İndi harada hər şeyə rəğmən xasiyyətini və görkəmini dəyişməyən birini görsək bərk-bərk qucaqlayırıq.
2012~2016.
Vəziyyət getdikcə qəlizləşməkdə idi. Çox şeydən anlayışı olmayan, tək dərdi dizinin qanaması olan uşaqlar indi tamam fərqli məntiq və düşüncəyə sahib bir toplumla qarşı-qarşıya idi. Elə bu ərəfələrdə dadımıza 2016-cı ilin 4 günlük aprel döyüşləri çatdı. Və bəzilərimizin içində hələ də əsl insan qaldığına sevindik. Hər nə qədər qısa çəksə belə 1994-cü ilin Horadiz əməliyyatından sonrakı ilk hərbi qələbəmizə sevindik və bu, bizdə müəyyən dərəcədə sitimul və ayıqlıq yaratdı. Azad olunan ərazilərimizə nə qədər baxıb sevinirdiksə bu yolda canını, qanını fəda edən ŞƏHİDLƏRİMİZƏ bir o qədər üzülürdük.
2016~2020.
Aprel əməliyyatlarından sonra ölkədəki abu-hava əvvəlki vəziyyətinə qayıtmağa başlayırdı. Yenə sırğalı "kişilər" və yenə də başı kraskalı "cavanlar".
Bəzilərimizin ağlında bir düşüncə var idi "bir bəhanə ilə bu ölkəni tərk etmək lazımdı". Çünki müharibə şəraitində yaşayan və 1.000.000-dan artıq qaçqını və minlərcə şəhidi olan bir millətin bu cür "insanlarla" rastlaşmağı ağır mənzərə idi. 2020-ci ildə imdadımıza bu dəfə COVİD-19 virusu çatdı. İnsanların sürətli şəkildə ölümü və virusun sərt dalğası AZƏRBAYCANDAN DA yan keçmədi və nəticədə quru sərhədləri bağlandı. Azad yaşam yerini 81:03 icazə tarifinə buraxdı. Bu virusun yayılması yenə də özümüzə müsbət təsir etdi. Gözlərimiz bir müddətlik də olsa "yolkalı insanları" görmədi. Manqol hökmdarı Çingiz xanın bir sözü var, deyir ki "əgər Türklər ayağa qalxsa cəhənnəmdə şeytanı əsir alar", millətimiz və ordumuz bu misala sadiq qaldı və 2020-ci ilin sentyabr ayında içimizi çürüdən və günü-gündən bizi geriyə çəkən erməni vandalizmi izlərinin sonunu gətirdi. 44 gün çəkən Vətən müharibəsi noyabrın 10-unda Ermənistanın ağ bayraq qaldırması ilə bitdi və 30 ilə yaxın ATƏT-in edə bilmədiyini "DƏMİR YUMRUQ" etdi.
Bəli, tam-tamına 30 illik həsrət bitmişdi. Çox əziyyət çəkdik, çox ŞƏHİD verdik, amma sonunda içimizdə qanqren olan bu yaranı kəsib atmağı bacardıq. Bütün dünyanın qaçıb gizləndiyi qapanmalara səbəb olduğu COVİD-19-un belə bizim vətən eşqimizi sınamağa hünəri çatmadı.
2020~2025.
Bu şanlı qələbənin ardından ordu quruculuğu qaldığı yerdən davam elədi. Ermənilərin dinc dayanmadığını görən xalq və ordu birliyi yenidən işə düşdü. "DƏMİR YUMRUQ" 2023-cü ildə ermənilərin bir daha başını "partlatdı" və üzərində ŞƏHİDLƏRİN qanı olan şanlı bayrağımız XANKƏNDİDƏ, XOCALIDA, cəmi QARABAĞDA dalğalandı.
Hərşeyi qoyaq bir kənara, ən azından ŞƏHİDLƏRİMİZƏ xatir sırğadan, kraskadan çıxıb kişi kimi, insan kimi yaşayaq.
Fikirlərimi bir misra ilə bitirirəm: "İnsan deyilən varlıq əgər bilsə insan sözünün hikmətini, bilsə insan nədir, insan deməz insan özünə"
ALLAHIN yaratdığı vücudu şəkildən şəkilə salmayaq. Nədə olsa o biri dünyada nə başımızda saç rəngi, nə də qulağımızda sırğa olacaq.
"Ədəbiyyat və İncəsənət"
(21.10.2024)
Bu gün Almatıda Beynəlxalq Kukla Teatrları Festivalı açılır
II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı bu gün öz işinə başlayır. Ayın 24-dək davam edəcək festivalda Azərbaycan nümayəndəliyi də iştirak edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC Almatı şəhərinin akimliyinə istinadla məlumat yayıb. Məlumata görə, bu il festivalda ev yiyələrindən və Azərbaycandan başqa Çin, Polşa, Çexiya, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan və Rusiyanın ən yaxşı kukla teatrı kollektivləri iştirak edəcəklər.
Qazaxıstan Dövlət Kukla Teatrı tərəfindən Almatı şəhəri akimliyinin dəstəyi ilə keçirilən festivalın təşkilatçılarının məqsədi tamaşaçıları müasir kukla tamaşaları ilə tanış etmək, beynəlxalq yaradıcılıq əlaqələrini gücləndirmək və teatr sahəsində yaradıcı ideyaları dəstəkləyəcək platforma yaratmaqdır.
II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı şəhərin mədəni həyatında parlaq hadisə, kukla sənəti ustaları arasında təcrübə və fikir mübadiləsi üçün mühüm platforma olacaq.
Festival çərçivəsində qeyri-adi kukla personajları ilə müxtəlif ab-havada tamaşaların nümayişi ilə yanaşı, maarifləndirici yaradıcılıq görüşləri və ustad dərsləri də keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – Uğurlu olmaq üçün oxumalısan
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
7.
UĞURLU OLMAQ ÜÇÜN OXUMALISAN !
Müasir dövrdəuğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir? Bunu anlamaq üçün mütaliə prosesini bir qədər incələyək.
Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği – günümüzdə hər bir ziyalının, mədəniyyət, ədədbiyyat, kitabxana işçisinin fəaliyyətinin əsas istiqamətidir. Kitab və mütaliənin təbliği üzrə proqram əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi ilə həyata keçirilir, lakin əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Yeniyetmə və gənc kadrların mütaliə xarakteri isə hər gün dəyişir. Onlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yeni başlayan oxucu çox vaxt özü də nə istədiyini, nə oxuyacağını bilmir. Demək, bizlərin daim təbliğat işləri aparmasına böyük ehtiyac vardır.
Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirənlər bu vaxtlarının heç olmasa bir saatını kitab oxumağa ayırsalar, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı, vaxtlarını dəyərləndirmiş olarlar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar.
Növbəti: 8. Müatliə nədir?
“Ədəbiyyat və incəsənət”
(20.10..2024)
Akademik Rus Dram Teatrı Şəkidə qastrolda olub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir.
Oktyabrın 17-də aksiya çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki şəhərində A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında hazırlanmış tamaşanı təqdim edib.
AzərTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və xoreoqrafı Raulya Turkkan, səhnə tərtibatçısı Səmra Axundova, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
Şəkili sənətsevərlər tamaşanı böyük maraqla qarşılayıblar. Şövqlü aktyor oyunu, nağılvari dekorasiya, təsirli musiqi tamaşaçılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, ötən ilin əvvəllərindən həyata keçirilən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
“Zor olacak” -Ebru Yılmaz
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Zor olacak”
Ebru Yılmaz
Tam unuttum derken,
Ya da unuttum diyerek kendimi kandırırken,
Kimseye bizden bahsetmeyerek
Yaşatıyorum derinlerde seni...
Bizi anlatsam anlamıyorlar,
Suçu ikimizde de buluyorlar.
Doğru da diyorlar; ama anılarımızı bilmiyorlar...
Ah, olmasaydı bu anılar!
Gezdik seninle birlikte her yeri,
Ama baştan belliydi sonumuzun böyle biteceği.
Duamız belliydi,
Bu hikayenin sonu böyle bitmemeliydi.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
|
Aşıq Molla Cüməyə həsr olunmuş “Musiqi kimliyimiz” layihəsi başa çatıb
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı Filarmoniyaya istinadən xəbər verir ki, bağlanışda Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov, Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında "Şərili, "Şəqayi Gəraylı", "Təbriz Gəraylısı", "Ofşarı", "Naxçıvanı", "Baş sarıtel", "Kərəm gözəlləməsi", "Koroğlu dubeytisi", "Hüseyni" səsləndirilib.
Qeyd edək ki, daha əvvəl "Musiqi kimliyimiz" layihəsi Aşıq Ələsgər və Aşıq Şəmşirə həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
Düşüncə blokadası… - Əskişehirdə yeni yazı
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
44 km - bu, Zəngilanla Naxçıvan (Ordubad) arasındakı “qara zolağ”ın uzunluğudur;
Azərbaycan Silahlı Qüvvələri Arazboyu torpaqlarımızı düşmən tapdağından azad edənədək (27.09.2020-22.10.2020), Naxçıvanla o istiqamətdə daha 100 km uzaqlaşmışdıq: işğal altında olan ərazilərə girə bilmirdik və Naxçıvana ya Arazın o bir üzündən uzun yol qət edərək, ya da hava yolçuluğu ilə səfər edirdik.
Naxçıvanla Azərbaycanın digər bölgələri arasında (Allah qoymasa, “bufer bölgə” qarışıq) üst-üstə 140 km-dən artıq “keçilməz sədd” yaradan düşmən, bu aralığı əbədi etmək istəyirdi. 44 km-lik qara zolağı qorumaq - bu, düşmənin keçmişdə bəlkə minimum, hazırda isə maksimum məqsədidir.
O qara zolaq qərinələr öncə heç yoxuydu, sonra (yanılmıramsa) 26 km-lə başladı və aram-aram 44 km-ə çatdırıldı. Aha, 44-mü?! Deyəsən axı, “052” kimi, “44” də hayların kabusudur. Bilsələrdi, 1 km o yan-bu yan edərdilər… 43 onlarçün daha az təhlükəni simvolizə edərdi, çün 45 də, 44-ün üzərinə 1 günlük antiterror tədbirləri əlavə olunanca alınan rəqəmin özüdür ki var. İnşallah belə getsə, hayların tutarqalıq rəqəmi qalmayacaq: işğal günləri zəfər günləri ilə artıqlamasıyla və möhkəm şəkildə əvəzlənib. Nə, 8 may - “Dağlarda toy” qalıb, nə, “olmazsa-olmaz” Laçının işğal günü - 16 may qalıb… Şəhər günlərimiz təqvimimizi süsləməkdə, keçmiş işğalçıları kədərə boğmaqdadır.
Ötən gün isə Zəngilan Şəhəri Günü idi! - Uğur, qürur dolu günlər paradının Zəngilan bayramı!
Ağbəndli, Mincivanlı Zəngilan - “zəngin alan”ımız nə üçün çox önəmliydi? -
Birincisi,
Həm Arazın o tayından bəriyə-anrıya qanunsuz gəliş-gediş sıfırlanmış oldu, həm də, 44 günlük müharibədə “44 km-lik “qara zolağ”adək gedib çıxmağımız tarixi uğurun özüydü! Zəngilan və onun Ağbəndi qurtulumayınca, biz, işğalçı ilə sərhədin son bəndinə çıxmış sayılmazdıq. Ağını çıxarmış işğalçının gözünə ağ damızdırmadan və keçmiş uğursuzluqları ağlamadan iş bitmiş sayılmazdı!
İkincisi,
zatən, zamanında dəmir yollarının qovşağı olmuş Zəngilan, yeni dönəmin də avtomobil, dəmir və hətta, hava yolu qovşağı olmağa iddialı bir yerdir.
Üçüncüsü,
zəngin olsun ya olmasın, səfalı olsun, dağ-dərə olsun - fərq etməz, Vətənin hər qarışı önəmlidir, əlçəkilməzdir! - Buna görə!
Önəmli məqamları daha da saymadan, onu deyək ki, “Böyük Qayıdış”ın ilk ünvanı Zəngilanın Ağalı kəndi oldu. Ağalı “Böyük Qayıdış”ın başladığı, böyüdüyü yerdir. Ağılsız düşmənin ən yaxşı halda poliqon kimi istifadə etdiyi, məskunlaşdırmağa gücü yetmədiyi yerlərdə ağıllı kənd salmışıq. - Bunun özü bütün haysevərlərə də, kainatın ruhuna da gözəl ismarıcdır!
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev azad Zəngilana indiyədək düz 12 dəfə səfər edib. Gəlin o günləri muncuq kimi bir sapa düzək:
Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdığı
23.12.2020-ci il tarixindən sonra, dövlət başçısı 14.02.2021, 26.04.2021, 20.10.2021, 26.10.2021, 27.05.2022, 19.10.2022, 04.05.2023, 28.09.2023, 29.09.2023, 18.05.2024 və nəhayət 03.10.2024-cü ildə yenə Zəngilanda olub, təməllər atıb, açılışlar edib. Bu il, bu ay gerçəkləşmiş axarıncı səfərin proqramına baxaq:
-“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi;
-Beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi;
-104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanışlıq;
-Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq;
- “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak… -
Budur, Zəngilanda, Gündoğar Zəngəzurda, Qarabağda həyat qaynayır!
Bəli,
20 oktyabr - Zəngilan Şəhəri Günüdür!
Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir. İnfrastruktur layihələrinin şaxələndirilməsi öz yerində, eləcə də, sakinlərin məşğulluğu qayğısına qalınır. Əlbəttə, məktəb, bağça, tibb məntəqəsi, poçt, bank, habelə “ASAN”, “DOST”, KOB-a dəstək xidmətləri artıq mövcuddur.
Zəngilandakı “DOST Aqropark” adlı layihə isə Azərbaycan ilə Türkiyə şirkətlərinin birgə müəssisəsidir.
Ayrıca, Gündoğar Zəngəzurun, Qarabağın “Yaşıl enerji” bölgəsinə çevrilməsi sürəcində yaşıl Zəngilanın özəl yeri, göyü, küləyi, suyu… bir sözlə, rolu vardır.
Yuxarıda vurğuladığımız kimi,
Zəngilan, necə deyərlər, yol qovşaqları ilə, logistik layihələrlə zəngindir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisinin böyük strateji önəmi danılmazdır. Dəmir və avtomobil yolları burada yenidən gündoğardan günbatara, günbatardan gündoğara keçəcək və ən əsası, Naxçıvana, oradan da Anadoluya yol açılacaq!.. “Yol- iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” (Ümummilli lider Heydər Əliyev).
İşğaladək yalnız Xocalı hava limanı varkən, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra, Qarabağ və Gündoğar Zəngəzur Füzuli, Zəngilan, Laçın Beynəlxalq hava limanları ilə süsləndi.
Bu hava limanları o bölgələrin inkişafı baxımından önəmli faktora çevrilib. Böyük infrastruktur layihələri üç-beş illik, qısa bir dönəm üçün deyil, uzunvadili tikilir və bilirik ki, bu günün sabahı var!
Zəngilandan danışırıqsa, Zəngəzur dəhlizinə vurğular etməsək, illa olmaz! Bu dəhlizin açılması, Naxçıvan Muxtar Respublikasını uzun illərin blokadasından çıxaracaq. - Bu, özlüyündə böyük hadisə olacaq; lakin başqa önəmli məqamlar da vardır. Düşüncə, fikir, leksion blokadasından çıxmaq iqtisadi blokadadan çıxmaqdan az önəm daşımır. Bir zamanlar leksionumuz “Minsk qrupu”, “mərhələli həll”, “5+2”, “təmas xətti”, “işğal reallığı”, “Ohonyan xətti”, “Yevlaxa qədər”, “Kürədək”, “adsız yüksəkliklər, “fortifikasiya”, “Qarabağa qanunsuz səfərlər” və s… ilə yüklənmişdisə, indi Zəngəzur, Göyçə, İrəvan daha tez-tez işlətdiyimiz sözlərin başında gəlir. Zəngəzur, Göyçə, İrəvan - qələbəmizdə, qələmimizdə, qəlbimizdədir! O torpaqlar barışa, insanlığa, mədəniyyətə, haqq-ədalətin təntənəsinə nə üçün həsrət qalmalıdır?..
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
“Yaxşı ki, siz varsınız, zirvələrə açılan, geniş qapılarsınız…” - SÖVKƏT ƏLƏKBƏROVANIN 102-Cİ DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Avtomobildə gedərkən radioda, lap elə evdə əyləşib televizora baxarkən təsadüfən efirə gedən mahnılarını demirəm, şüurlu şəkildə, bilə-bilə heç Şövkət Ələkbərovanın mahnılarını səsləndirib dinləmisinizmi?..
Haradansa səs gəlir: “Sizi Şövkət Ələkbərovanın ifasında “Dərələr” mahnısını dinləməyə dəvət edirik. Musiqisi Emin Sabitoğlunun, sözləri Nəbi Xəzrinindir.”
Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr
Yaşıl-yaşıl dərələr
Sizlərə vurğunam mən
Bəzəyiniz şəfəqdən
Günəş çıxar üfüqdən
Ovuc-ovuc zər ələr,
Dərələr, dərələr, dərələr
Ovuc, ovuc zər ələr
Quş kimi üstünüzdə
Qanad çalım dərələr
Şamlıqda bir axşamlıq
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr.
Sizlərdən yollar keçər
Siz yaxşı ki, varsınız
Zirvələrə açılan,
Geniş qapılarsınız.
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr...
Bəli, dünən - oktyabrın 20-si unudulmaz sənətkar Şövkət Ələkbərovanın doğum günü idi.
1922-ci ildə Bakıda dünyaya gəlmişdi. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirmişdi. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdu. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti idi.
Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdi. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyaraq, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdu. Və bu müsabiqə ilə də Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsası qoyuldu...
1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi...
İndi Bərzəxdə nə etdiyini bilmirəm, amma bu dünyada hələ də onun yeri görünür. Mövludu mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
Teatr binasının qalıqları qarşısında tamaşa - AĞDAM TEATRINDAN AKSİYA
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ağdam Dövlət Dram Teatrının növbəti tamaşası 31 il sonra doğma məkanda - Ağdam şəhərində, erməni qəsbkarları tərəfindən dağıdılmış teatrın qalıqları qarşısında nümayiş etdirildi.
Belə ki teatrın əməkdaşları "Mübariz" tamaşasını Ağdam Dövlət Dram Teatrının qalıqları qarşısında nümayiş etdirməklə sənəd məbədinə yenidən həyat qayıtdığını göstərmək istədilər.
Burada "Mübariz" tamaşasının seçilməsi də rəmzi bir məna daşıyır. Çünki bizə qələbə qazanmağın mümkün olduğunu Mübariz İbrahimov təkbaşına göstərmişdi.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)
ДВАЖДЫ ГЕРОЙ - 19 октября 1989 года были остановлены испытания на Семипалатинском полигоне
Игорь Крупко, доктор философии, заместитель директора по науке и внешним связям Международного центра сближения культур под эгидой ЮНЕСКО
В столетии, сокращенном войнами, голодом, репрессиями и ядерными испытаниями, испытывали не только атомные бомбы, но и целые народы. В Казахстане тех лет слишком многие литераторы и лингвисты, деятели политики и культуры были уничтожены. Имена их до сих пор символизируют потерянные возможности прерванных биографий нации.
Выжить вопреки
Эта формула применима к истории казахов в ХХ веке. Однако вопреки всему в народе появились герои, испытавшие право казахской культуры говорить с миром на равных. Сумевшие заставить мир слышать и откликаться на их слова и поступки.
Благодаря творчеству Олжаса Сулейменова, с 1960-х годов в Казахстане происходило оздоровление общественного сознания, и, как результат, в конце 1980-х началось физическое оздоровление народа после 40-летних ядерных испытаний.
Для Казахстана 1960-1970-1980-е годы — три десятилетия обретения исторической памяти и достоинства. Десятилетия осознания своего исторического права не быть изгнанником на земле, отмеченной культурной традицией и памятью о Чокане Валиханове, Абае, Шакариме, Мухтаре Ауэзове, интеллигенции «Алаш»…
Тридцатилетием измеряется поколение. Его герои совершили почти невозможное, воспитав за эти годы поколение народа, который в момент исторического экстремума поднялся в рост и выступил против всеобщей угрозы жизни на земле.
В ноябре 1989 года представители движения «Невада-Семипалатинск» участвовали в организации забастовки шахтеров Караганды. Требования организаторов были в основном экономические. Невадовцы настояли на включении в список главного пункта — остановить испытания ядерных зарядов. В тот год акции «Невады» остановили испытания 11 бомб из 18 запланированных. Последний, 7-й, взрыв раздался 19 октября, когда еще шла забастовка.
Движение и его лидер выступили с требованием: «Мы считаем этот взрыв, 19 октября 1989 года, последним в истории испытаний. Если раздастся еще хоть один, забастовка будет продолжена до указа президента СССР о полном завершении испытаний. К нашей забастовке присоединятся все крупные предприятия КазССР».
Такое обращение они отослали срочным письмом в Москву. И оно подействовало. Седьмой взрыв оказался последним, ознаменовав наступление мира на казахстанской земле, 40 лет страдавшей от ядерного проклятия.
Больше ни одно испытание на Семипалатинском полигоне не проводилось.
Эту дату, 19 октября, уже давно необходимо включить в календарь знаменательных и памятных дат Казахстана. День, когда казахские рабочие проявили свое понимание истории.
Память мира
Движение объединило не только народ Казахстана, но и почти все антиядерные движения мира. В результате его деятельности 19 октября 1989 года были остановлены испытания на Семипалатинском полигоне, а затем замолчали все пять полигонов мира, создан Глобальный антиядерный альянс, в Алма-Ате проведен конгресс «Избиратели мира против ядерного оружия». Так, народ Казахстана воспринял свою 40-летнюю боль как общую боль мира.
Движение подарило миру шанс отказаться от своего ядерного конца — продолжить свой маршрут в будущее. Неслучайно архивы «Невады» были включены в реестр документального наследия человечества «Память мира». В этом году движению исполнилось 35 лет.
В своей книге «Так было…» Олжас Сулейменов так вспоминает проведение конгресса «Избиратели мира против ядерного оружия» и то, что было после: «…Общая атмосфера конгресса, насыщенного кислородом чистых намерений, поступков и надежд. Нам было дано на себе это почувствовать. Возможно, кто-то в этот момент потихоньку делал себе карьеру, но мы, не скрываясь, участвовали в создании нового мира и его надежд.
Не забыть вдохновением наполненный зал конгресса избирателей и парламентариев! Ни одного занудного доклада, ни одной речи по бумажке. Никаких обвинений, жалоб, проклятий. Говорили профессионально и экспромтом о новой данности – молчит Семипалатинский полигон, молчит полигон на Новой Земле. Советский Союз прекращает испытания, а может, уже прекратил! «Дело за нами!»
«Если сохранишь своих поэтов гордыми,
я скажу, что ты велик, мой народ, мой герой!» — Олжас Сулейменов, 1962
Ближе к завершению слово взял бывший генерал, много лет отдавший американскому ядерному оружию. После выхода на пенсию примкнул к антивоенному движению и завоевал авторитет активной деятельностью. Он, заканчивая свое выступление, напомнил, что завершаются все сроки выдвижения кандидатов на Нобелевскую Премию Мира: вручение уже в октябре. Можно опоздать, а самое важное событие, достойное этой Премии, конечно, — остановка испытаний ядерного оружия. «Предлагаю конференции выдвинуть на эту Премию руководителя Движения "Невада-Семипалатинск" Олжаса Сулейменова!».
Зал с минуту поддерживал предложение генерала.
Я вышел на трибуну. Помню основные тезисы своего заключительного слова: «Мы убедились, что способны многого добиться, если объединить народную дипломатию с парламентской. Еще большего можно достичь, если объединить все антиядерные, антивоенные организации Мира в Глобальный Альянс. Учредительную конференцию надо провести в Нью-Йорке, в зале Штаб-квартиры ООН. Такая символика придаст Альянсу дополнительной энергии.
Каждый участник будущего Альянса должен знать стратегию наших общих действий. Мы не боремся с правителями и правительствами. Мы будем работать с избирателями в тех странах, где они имеют влияние на избираемых. Избиратель должен потребовать от кандидата в депутаты, в конгресс, сенат, во все парламенты стран Атомного Клуба включить в свои программы единый наказ — выступать против оружия массового уничтожения, прежде всего, ядерного. Такой наказ должен получить от своих избирателей каждый кандидат на пост президента или премьер-министра.
А что касается Нобелевской Премии, — я поднял над головой раскрытую ладонь. Это жест нашего Движения, протест против пяти полигонов Земли. Замолчали пока только два. Наша работа продолжается: мы должны остановить и остальные – в штате Невада, на атолле Мороруа, в пустыне Лобнор. Давайте остановим все полигоны. И когда это случится, мы сами придем в Нобелевский комитет и потребуем свою премию!»
Зал аплодировал значительно дольше, чем генералу.
Вернувшись в Америку, генерал, видимо, убедил свою организацию не упускать Премию этого года, и сразу после возвращения на родину выдвижение состоялось. Выдвинули самого генерала за активную антиядерную деятельность, приведшую к сокращению испытаний.
Исчезнувшие награды
Американские партнеры, вероятно, почувствовали какую-то неловкость от случившегося. Через несколько месяцев мне позвонил Узакпай Караманов — Председатель Совета Министров КазССР и радостно сообщил: «Олжас! Сүйінші! На твое имя в канцелярию пришел денежный перевод из какого-то американского Фонда – 628 тысяч долларов!»
(Позже я понял, что это был ответ американцев на мой отказ от Нобелевской премии. Своеобразная компенсация. Вероятно, часть первоначально круглой суммы, аналогичной Нобелю, ушла на налоги.)
— Новость хорошая, с меня пол-литра. Когда приходить за премией?
— Сегодня доложу президенту, оформим, как следует, и пригласим получать.
Он доложил президенту. И был уволен.
Президент присвоил себе эти деньги. Видимо, сильно нуждался в долларах. С этого началась его активная деятельность на новом посту.
Американцы были несколько озадачены, потому что никакого ответа и благодарности не дождались.
Первый Орден Почетного Легиона
Похожий случай произошел позднее и с французской наградой.
Первый французский посол в Казахстане Бертран Фессар де Фуко осенью 1992 года сообщил мне, что Президент Миттеран по пути в Пекин решил сделать остановку в Алма-Ате на пару часов. И вручить мне награду за антиядерную деятельность – Орден Почетного Легиона.
«В 11 утра будет вручение. Но не в посольстве. Вас пригласят. В 12 месье Президент отбудет в аэропорт».
Миттеран прилетел в назначенное время. Я сижу, жду звонка. Тишина.
Оказалось, Назарбаев встретил его и сообщил, что «Сулейменов сейчас в отъезде». Миттеран оставил орден — чтобы передали, когда я вернусь. И улетел в Пекин.
Вскоре я увиделся с послом и спрашиваю: «А где орден?».
Фуко развел руками. Он понял, что здесь происходит.
Через некоторое время Назарбаев через МИД настоял, чтобы посла отозвали во Францию…»
Олжас Сулейменов, «Так было…»
Спустя 30 лет (за это время выросло уже новое поколение) справедливость восторжествовала. В 2022 году новый Президент Французской Республики Эммануэль Макрон подписал приказ о награждении Олжаса Омаровича Орденом Почетного Легиона в степени офицера.
Конечно, свои поступки Олжас Сулейменов совершал не ради получения орденов или званий. Все они отмечают путь, доступный только герою: орден «За заслуги» (Ингушетия), орден князя Ярослава Мудрого V степени (Украина), орден «Слава» (Азербайджан), орден искусств и литературы (Франция), орден «Дружба» (Азербайджан), звание Герой Труда Казахстана, орден Восходящего солнца (Япония), орден «Честь» (Азербайджан).
Раз в столетие эпоха избирает человека, который, разгадав слова, адресованные векам, совершает поступки, оказывающиеся смыслом и оправданием поколений. Но к кому из великих мы относились соразмерно их исторической роли?
Страна должна гордиться своими героями, которых признает и слышит мир. По каждому из них судят о целом народе.
Стань мастером, и твой народ уважаем. Вот формула патриотизма Олжаса Сулейменова, доступная всем.
Газета «Бакинский рабочий» в статье «Гражданин мира» 20 января 2024 года опубликовала слова азербайджанского Президента Ильхама Алиева, обращенные к казахскому поэту: «В самые трудные для нашей страны времена вы были рядом с азербайджанским народом... Мы не забываем это и высоко ценим. Азербайджанский народ любит Вас, Ваше творчество. Ваша гражданская позиция достойна большого уважения».
Фото: Церемония вручения Ордена Почетного Легиона 16 июня 2022 года
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)