Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalına sevilən şairimiz Qulu Ağsəs yeni şeirini təqdim edib. Buyurun, ata həsrətinin ümumiləşdirilməsindən ibarət bu şeiri oxuyun. 

 

 

 

Atam

bu dünyada

o dünyanın

cəhənnəm əzabını çəkib,

 

Qırx bir-qırx beşdə

faşistlərlə döyüşüb Kerçdə -

atəş kəsiləndə,

ya da siqaret fasiləsində

 

Gülablıda odun doğrayıb,

axura ot töküb...

Üzünü xatırlamıram deyə,

hərdən elə bilirəm,

məni öləndən sonra əkib...

 

Bir tikə çörəyin dərdindən

gecə yatmayıb,

gündüz yatmayıb,

tabutdan başqa heç yerdə

ayaqlarını oxxaynan uzatmayıb...

 

Şəkli də qalmayıb

darıxanda  köksümə sıxım,

bütün ömrü dincəlsəm də doymuram -

atamın yorğunluğu

mənim canımdan çıxır...

Tuesday, 22 November 2022 10:30

“Ya özün gəl, ya da xəbər yolla…”

 

İntiqam Yaşar yazır

 

Bir neçə il öncə tanınmış ifaçı Ayşen Mehdiyevanın ifasında "Kara tren" adlı bir mahnı eşitmişdim. Demək olar ki, eşitdiyimdən bu yana o mahnını tez-tez dinləyirəm. Sonra öyrəndim ki, mahnı Türkiyənin məşhur müğənnisi Yavuz Bingölün ifasında Türkiyədə çox sevilib. Ötən dəfə Balıkəsirdə şeir festivalı çərçivəsində təşkil olunan görüşlərin birində Özhan Eren bəylə tanış olduq.  Söhbət əsnasında bildim ki, illərdi dinlədiyim mahnının müəllifi Özhan bəy imiş. Mahnı isə çox ağrılı bir tarixə istinad edir. Birinci dünya savaşının getdiyi  1915-ci illər Türkiyə bir neçə cəbhədə döyüşərkən gedənlərin dönmədiyi, çoxunun taleyinin  bilinmədiyi acıları anladır. Hərbiyə aid daşımaların çoxu qatarlarla olduğundan insanlar stansiyalarda gecələyir, kimisi əsgər yola salır, kimisi dönən yaralı əsgərlərdən öz doğmalarının aqibətini öyrənməyə çalışır, iki sətirlik bir məktubun yolunu gözləyir.  

 

Gözüm yolda gönlüm darda

Ya kendin gel yada haber yolla

Gözüm yolda gönlüm darda

Ya kendin gel yada haber yolla

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Yara bende derman sende

Ya kendin gel yada bana gel de

Yara bende derman sende

Ya kendin gel yada bana gel de

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez.

 

Çox dəyərli, səmimi insan olan Özhan bəy Çanaqqala savaşından bəhs edən "Son məktub" filminin də ssenari müəllifi və rejissorudur.  Filmin 2015-ci ildə Azərbaycanda da təqdimatı olub.

 

Türkiyənin məşhur komediya oyunçusu Cem Yılmaz haqqında İstanbul Baş Prokurorluğuna şikayət daxil olub.

 

“Ədəbiyyat və incəsənət” lent.az-a istinadən xəbər verir ki, "Asılılığa və siqaretə yox!" dərnəyi bu il yayımlanan erotik, komediya serialı "Erşan Kuneri"də spirtli içkini və siqareti hədsiz təbliğ etdiyinə görə aktyordan şikayət edib.

 

Vəkil Ekrem Çatalkaya şikayət ərizəsində "Bir insanın bu qədər israrla bütün filmlərdə siqaret səhnələri qoyması düzgün deyil. Buna ancaq maddi fayda əldə etmək adını vermək olar", - o, bildirib.

Qeyd edək ki, həmin dərnək İstanbul Vergi İdarəsi Bildiriş və Şikayətlərin Qiymətləndirilməsi müdirliyinə ərizə ilə müraciət edərək, Cem Yılmaz haqqında araşdırma aparılmasını və hər hansı bir qanun pozuntusunun aşkar ediləcəyi təqdirdə prokurorluğa məlumat verilməsini istəyib.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVII Bakı Beynəlxalq Caz Festivalına Beynəlxalq Muğam Mərkəzində qala-konsert proqramı ilə yekun vurulub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə çıxış edən israilli musiqiçi Yoqef Şetrit Azərbaycanın İsraildə səfirliyinin açılışından və ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsindən danışıb.

Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.

Noyabrın 15-dən 20-dək keçirilən festivalda yenilənmiş proqramda tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları yer almışdı.

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan oluub. Əslən Şuşalıdır.

 

O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

 

Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

 

Niyazi Z. Hacıbəylinin "Aşıq Qərib", Ü. Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

 

Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazıb, 1944-cü ildə iki hissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb.

 

İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib.

 

Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C. Cabbarlının "Almas", S. Vurğunun "Vaqif”, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılan musiqilərin müəllifidir.

 

Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk dövlətlərinin şair və yazıçılarının əsərləri Özbək dilinə tərcümə olunmuş “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası Daşkənddə “Özbəkistan” nəşriyyatında çap edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu il oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən VII Zirvə toplantısında irəli sürülən təkliflər əsasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri ilə bağlı göstəriş verib.

Özbəkistan Yazıçılar Birliyi və Elmlər Akademiyası tərəfindən hazırlanmış çoxcildlikdə ümumi Türk ədəbiyyatının ən yaxşı nümunələri, Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, eləcə də Türkmənistan və Macar ədəbəbiyyatına dair 629 görkəmli şair, yazıçı və mütəfəkkir əsərləri öz əksini tapıb.

Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Əfzaləddin Xaqani, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Heyran xanım, Natəvan, Seyid Əzim Şirvani, Hüseyn Cavid kimi 200-ə yaxın klassiklərimizin, şair və yazıçının yaradıcılığı ilə 16 cilddə təqdim olunur. Çoxcildlikdə yer almış Azərbaycan əsərlərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbiyyatımıza dair tərcümələrindən də geniş istifadə olunub.

“Türk ədəbiyyatı inciləri” əsərlər toplusunda Məmməd Səid Ordubadi, Məhəmməd Hadi Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Mirzə İbrahimov, Əhməd Cavad, Süleyman Rüstəm, Almas İldırım, Mikayıl Müşfiq, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Anar, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Elçin,  Yunus Oğuz, Ramiz Əskər, Səlim Babullaoğlu, Firuz Mustafa, Qənirə Paşayeva, Əkbər Qoşalının əsərləri də yer alıb.

Özbəkistanda bu möhtəşəm layihənin yaradılmasında 200-dən çox tərcüməçi, 100-dən çox ədəbiyyatşünas və mətnşünas, yazıçı, redaktor və rəssam iştirak edib. Kolleksiya 200 min nüsxə tirajla Daşkənddə çap olunub.

Cari ilin 22 noyabr tarixində Özbəkistan Dövlət Şərqşünaslıq Universitetində Türk dövlətlərinin Özbəkistandakı Səfirlikləri və Mədəniyyət Mərkəzlərinin iştirakı ilə sözügedən layihənin və nəşrlərin geniş təqdimatı keçiriləcək.

Azərbaycanı tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov təmsil edəcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri qardaş ölkənin Türk mədəniyyəti, ədəbiyyatına böyük töhfəsi sayılır və cəmiyyət arasında böyük rezonans yaratmışdır.

Qeyd olunub ki, gələcəkdə sözügedən layihənin davam etdirilməsi, Türk dövlətlərinin müasir dövr ədəbiyyatına dair yeni-yeni şair və yazıçıların əsərləri ilə yanaşı, yalnız Türk dövlətlərini deyil, bütövlükdə Türk dünyası, Türk toplumlarının şair və yazıçılarının da əsərlərinin nəşri nəzərdə tutulub.

 

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir. Səfər çərçivəsində noyabrın 20-də Rabat şəhərində, ICESCO-nun qərargahında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik nümayəndə heyətini salamlayaraq, 2021-ci ilin yanvarında və cari ilin mayında ölkəmizə gerçəkləşən səfərlərindən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini, habelə ölkəmizin Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətlərini və ICESCO-nun elan etdiyi “Qadınlar İli” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də keçirilmiş videokonfrans formatında tədbirdə çıxışını məmnunluqla xatırlayıb. Hər iki səfərində ölkəmizin işğaldan azad edilmiş ərazilərini ziyarət etdiyini deyən Salim Məhəmməd əl-Malik Azərbaycana hər zaman sevə-sevə gələcəyini bildirib.  

ICESCO-nun yeni strategiyasının təşkilatın beynəlxalq nüfuzunun artmasına ciddi təsir etdiyini bildirən nazir Anar Kərimov qlobal böhranlar dönəmində sülh, ədalət və inkişaf dəyərlərinə sadiq qalmağın önəmindən bəhs edib. Nazir, bəzi təşkilatlardan fərqli olaraq, dini, milli və s. mənşəyinə rəğmən mədəni irsin qorunmasını siyasiləşdirməyən ICESCO-nun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələn ilk beynəlxalq təşkilat olduğunu minnətdarlıqla qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən elan edilmiş mədəniyyətlərarası dialoq naminə “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlərdə ICESCO-nun strateji tərəfdaş kimi iştirakından söz açan Anar Kərimov ölkəmiz tərəfindən 2021-ci ildə, postmüharibə dövründə elan edilmiş “Mədəniyyət naminə sülh” qlobal kampaniyasında da təşkilatın tərəfdaşlığının bizim üçün əlamətdar olduğunu deyib.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın bu il 270 illiyinin qeyd edilməsi haqqında məlumat verən nazir ICESCO-ya təqdim edilmiş “Şuşa – İslam Dünyasının Mədəniyyət Paytaxtı 2024” nominasiyasının da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Azərbaycan-ICESCO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nazir Prezident İlham Əliyev tərəfindən təşkilatın ölkəmizdə Regional Ofisinin açılması ilə bağlı sazişə dair müvafiq sərəncamın artıq imzalandığını məmnunluqla diqqətə çatdırıb.

Görüşdə ICESCO-nun müxtəlif bölmə rəhbərləri Azərbaycanla həyata keçirilən ortaq layihələrə dair nazirə məlumat veriblər.

Görüşdən sonra Salim əl-Malik nazir Anar Kərimovu ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib. Bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, ədəbiyyatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir. Ekskursiyanın sonunda Anar Kərimov ölkəmiz adından muzeyə Azərbaycan dilində Qurani-Kərim hədiyyə edib. Qeyd edək Anar Kərimov yeni açılmış muzeylə tanış olan ilk xarici mədəniyyət naziridir.

Sonda ICESCO tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib.

Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start verildi. Mundialın final görüşü dekabrın 18-də keçiriləcək. 29 gün ərzində 32 komanda dünya çempionu olmaq uğrunda mübarizə aparacaq.

Bəs görəsən, azərbaycanlı məşhurlar mundialda hansı komandalara azarkeşlik edəcəklər?

“Ədəbiyyat və İncəsənət” Oxu.Az-ın sorğunu diqqətinizə çatdırır.

Milli Məclisin deputatı  Aqil Abbas  Braziliyaya qonaqlıq təklifi:

“Özümü dərk edəndən Braziliyaya iştirakçılıq etmişəm. Yenə də Braziliya azarkeşlik edəcəyəm. Düzdür, almanlar daha öndədir.

Qətərdə çempionat nəzarəti ən axmaq bir şeydir. Qətərdə işlətməkdən çölə çıxmaq olmur. Futbolçuları məhv etmək lazımdır? Çempionatdan elə bir şey gözləmirəm. Necə Cənubi Afrika Respublikasında keçirdilər, maraqlı oldular, Qətərdə də maraqlı olacağına inanıram. Lakin hər halda futboldur. gücü ki, bütün oyunlara baxacağam. Çempionatın Braziliyanın olmasını istəyirəm”.

A.Abbas qeyd edib ki, Azərbaycanın mundialda iştirakını istəyirdi:

“Bəxtimiz gətirmədi, çempionata düşə bilənk. növbəti dəfə iştirak etdi. Türkiyənin də iştirak etdiyinə görə ifadə olunur. Bununla yanaşı, İtaliya kimi ölkə də kənarda qalıb”.

Hüquqşünas  Sidqi Şövkət ölkə  komandasına iştirakçılıq dəstəkni deyib:

“Futbol tərəfdarı deyiləm. Amma məhz bu çempionatda ölkənin millisinə güclü edəcəyəm. Qardaş Türkiyə iştirak etsəydi, daha yaxşı olardı. Hər halda finala baxacağam”.

“Yeni Sabah” MMC-nin baş redaktoru  Seymur Verdizadə  qeyd edib ki, ədalətli turnir olsun və ən güclü komanda çempion olsun:

“Qatı futbol tərəfdarı deyiləm. Amma Avropa və dünya çempionlarını izləyirəm. Ən böyük arzum odur ki, nə vaxtsa Azərbaycan da bu cür mötəbər turnirlərdə iştirak etsin. Hələ ki bu mümkün deyil”.

S.Verdizadə Fransa yığmasının qalib olmasını tələb etdiyini əlavə edib:

“20-dən gücləndirmək yığma komandasına dəstək edirəm. Təəssüf ki, bu dəfə Türkiyə turnirindən kənarda qaldı. Odur ki, xüsusi iştirak etməyim komanda yoxdur. İstərdim ki, ədalətli turnir olsun və ən güclü komanda çempion olsun. Amma bu komandanın Fransa olmasını istəmirəm”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı fəaliyyətində təmsil edən estrada müğənnisi  Dilarə Kazımova  çempionatla bağlı heç bir fikrinin olmadığını qeyd edib:

“Bu ətrafında heç bir fikrim yoxdur. Çünki bu günə qədər oyunları izləmişəm. Komandaların kimliyi haqqında məlumatsızam. Səhv fikir bildirmək istəmirəm”.

Aktyor  Ə zeynalov futboljda  iştirak etdiyini bildirib:

“Futbol tərəfdarı deyiləm. Amma oyunları işləyir izləyirəm. Ancaq öz komandalarımızın oyunlarını izləyirəm. Son dövrlər üzümüzə ağlayır, ona görə baxıram. “Futbol xəstəsi” deyiləm”.

Deputat  Məlahət İbrahimqızı  yalnız Azərbaycan və Türkiyədə iştirak edən oyunlar izləyir:

“Ümumi oyunlarla maraqlanıram. Dünya üzrə futbol oyunu. Hansı komandalar arasında olduğundan xəbərsizəm. Türkiyə və Azərbaycan oynasa, izləyərəm. Futbola əsasən kişilər baxırlar. Mənim maraq dairəm Azərbaycan, Türkiyədir. “Qarabağ” oynayanda da sevə-sevə izləyirəm. Başqa komandalar oynayanda izləmirəm. Bu komandalara da siyasi nöqteyi-nəzərindən baxıram. İnsanların indi daha vacib şeylər diqqətini çəkir”.

Yazıçı  Varis Yolçuyev  qatı futbol iştirakçısı olduğunu söyləyib:

“Azərbaycan heç vaxt dünya çempionatında olmur. Yaxın perspektivdə də yoxdur. Azərbaycan olmayanda Türkiyəyə qoşuluruq. Türkiyə də iştirak etmir, onlarla birlikdəib. Çempionatın gedişində hansı komandadan xoşum gəlirsə, onun iştirakçısı oluram.

Vaxtı ilə Polşaya, Argentinaya, Niderlanda, İtaliyaya azarkeşlik etmişəm. Onları çox sevirəm. Bizə uyğunluqları var. Mən futbol azarkeşiyəm. Bir oyunu belə buraxmayacağam. Lakin hələ favoritim yoxdur. Kimə tərəflik şərhimi bilmirəm”.

Dramaturq, filosof  Firuz Mustafa  ilə futbolla maraqlanmadığını deyib.

“Qanun” Nəşriyyat Evinin sahibi Şahbaz Xuduoğlu  yalnız “Qarabağ” klubunun oyununu izlədiyini deyib:

“Mənə görə, dünyada ən maraqsız oyun futbol oyunudur. İndiki vaxtda hər kəs futbola görə dəli olub. Lakin mən izləyirəm. Yalnız “Qarabağ” komandasının oyununu izləyirəm. “Qarabağ” komandasının adına görə sevirəm. Başqa heç bir komandanı izləmirəm. Mənim üçün futbol yox səviyyəsindədir”.

Nəzrin Vahid

“Azərbaycan, Qobustan tarixi-bədii qoruğu. Altı mindən çox qayaüstü rəsmlərin tapıldığı unikal yer. Planetdə incəsənətin yarandığı ilk yerlərdən biri”.

 

“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı “Instagram” səhifəsində etdiyi paylaşımda bildirib.

O, burada Ukrayna dilində audiobələdçinin olmasını xüsusi vurğulayıb.

“Xarici internet saytlarında onlarla variantın mövcud olmasına baxmayaraq, Ukrayna dilini deyil, başqa dil seçmək məcburiyyətində qalmaq... Səfər zamanı muzeyə gedib audiobələdçi istəyəndə, onların  çiyinlərini çəkərək - yalnız rusca deməsi... Düşünürəm ki, çoxlarımıza bu hiss tanışdır... Ancaq yaxşı xəbərim var: artıq 32 ölkədə 50 ukraynadilli audiobələdçi peyda olub”, - deyə o, əlavə edib.

Sonda o, bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusən də bunu  mümkün edən dövlətlərə və Ukraynanın bu ölkələrdəki səfirliklərinə təşəkkür edib.

Hörmətli redaksiya. Mədəniyyət naziri Anar Kərimova yeni səlahiyyətlər verildiyi söylənilir. Söhbət hansı səlahiyyətlərdən gedir? Yoxsa, bunlar şayiədir? 

İnarə Göyüşova, Bakı şəhəri

 

“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həqiqətən yeni səlahiyyətlər verilib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, nazirə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək səlahiyyətləri verilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019; № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1841 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.13-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.6.14-cü yarımbənd əlavə edilsin:

“5.6.14. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.