Super User

Super User

 

2 oktyabr. YUNESKO-nun “Qeyri maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulmağımızın ildönümüdür

 

Beynəlxalq təşkilatlarla əlaqələr hər bir müstəqil ölkə üçün olduqca əhəmiyyətlidir. Belə təşkilatlardan biri dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO-dur. Qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin qorunması, tanıdılması və təbliği ölkənin mədəniyyət siyasətinin tərkib hissəsidir. 2012-ci ildə qəbul olunmuş Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın 2006-ci il oktyabr ayının 2-də YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulması, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsinin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahılarına daxil edilməsi, bununla bağlı ölkə daxilində və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi həmin siyasətin əməli nəticələridir. Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ilk nümunə kimi Azərbaycan muğamı 2008-ci ildə daxil edilib. 2009-cu ildə Azərbaycan Aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azər­baycan ənənəvi xalçaçılıq sənəti,  2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2014-cü ildə Qadın baş örtüyü olan kəlağayının düzəldilməsi və geyinilməsi incəsənəti, 2015-ci ildə Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı, 2016-cı ildə lavaş çörək bişirmə ənənəsi, 2017-ci ildə Azərbaycan xalq simli çalğı aləti kamança, 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Fəxr edirik, qürur duyuruq.

 

2 oktyabr. Tanınmış Azərbaycan hərbçisi Fərrux Qayıbovun 130 illiyidir

 

Hərb tariximizi yaxşımı bilirik? Deyərdim ki yox. Müharibə edən bir xalqın Hərbiyyə fənnini tədris etməməsi əsla məqbul sayıla bilməz. Gəlin tanınmış hərbçimiz – tarixdəki ilk Azərbaycan pilotu Fərrux Qayıbovu yaxından tanıyaq. O, 1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Salahlıda beşsinifli Rus-Azərbaycan məktəbini bitirərək general Ə.Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxumağa göndərilib, oranı əla qiymətlərlə bitirdikdən sonra Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. Məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənən Fərrux ağa xüsusilə topdan bacarıqla atəş açdığı üçün İsveçrədə hazırlanmış, arxasında “Yunker Fərrux ağa Qayıbov, 1913- cü il” sözləri həkk olunmuş “Qızıl saat” mükafatı alıb. F.Qayıbov Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Aleksandropoldakı 39-cu artilleriya briqadasında xidmət edib, Birinci Dünya müharibəsi (1914-1918) başlananda Qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərilib. F.Qayıbovun komandirlik etdiyi “İlya Muromets N16” təyyarəsinin 4 nəfərlik heyəti vuruşma zamanı almanların bir neçə təyyarəsini məhv edib. Qayıbov şücaətinə görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə),  dördüncü dərəcəli “Müqəddəs Anna” ordenləri ilə təltif olunub. Lakin 1916-cı il sentyabr ayının 12-də gedən qeyri-bərabər döyüş vaxtı 25 yaşlı igid poruçik Fərrux Qayıbovun təyyarəsi vurulub, bütün heyət həlak olub. O vaxt müharibələr humanizm prinsipi ilə aparılırdı, düşməni öldürsən belə onu dəfn etməyə borclu idin. Həlak olmuş poruçiki və onun heyətini alman əsgərləri Almaniyanın Boruno kəndinin qəbiristanlığında dəfn ediblər. Ölümündən sonra Qayıbov ikinci və üçüncü dərəcəli “Müqəddəs Anna”, ardınca da dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenlərinə layiq görülüb.

 

1970-ci illərdə Fərrux ağa Qayıbovun adının əbədiləşdirilməsi məqsədilə Qazaxda üzərinə “İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə” sözləri yazılmış təyyarə abidəsi qoyulub.

 

Düzdür, deyəcəksiniz o ki çar Rusiyasına xidmət edib, amma bu bizim tariximizdir, onda durub SSRİ-yə xidmət edən İkinci dünya müharibəsi qəhrəmanlarımızdan da imtina edəsiyik ki?

 

2 oktyabr. Beynəlxalq zorakılıqsızlıq günüdür

 

İnsanlar özü kimisini hədəf seçib onun hesabına öz fiziki və cismani ehtiyaclarını zorla ödəmək fikrinə düşəndən zorakılıq deyilən nəsnə mövcuddur. Bəzən tək-tək insanlar, bəzən insan qrupu, bəzən də bütöv xalqlar zorakılığa məruz qala bilir. Bu gün beynəlxalq ictimaiyyət zorakılığa yox deyəcək, hamını ədalətli və düzgün olmağa səsləyəcək.

 

2 oktyabr. Ümumdünya oyun günüdür

 

Günümüz üçün çox aktual bir gün. Bu günün anlamı bilirsiniz nədir? Valideyinlər övladlarını məcbur etsinlər ki, onlar bu gün smartfonlarını, planşetlərini, noutbuklarını bir kənara qoysunlar, internet deyilən bir nəsnənin mövcudiyyatını unutsunlar və oyunlar oynasınlar. O oyunlardan ki, internet olmayan zamanlarda biz uşaqkən oynamışıq. Yeddi şüşə, ortadaqaldı, gizlənqaç, bənövşə-bəndə düşə  oyunları vardı, oğlanlı qızlı oynayardıq. Ayrıca oğlanların çilədi, çijik kimi oyunları vardı. İntellektual oyunlar da oynayardıq, kino adları, dəniz döyüşü... Heç bilirsiniz necə maraqlı idi?

 

2 oktyabr. Və daha nəyin günləridir...

 

Beynəlxalq uroloq günüdür. Beynəlxalq sosial pedaqoq günüdür. Ümumdünya hava şarı günüdür. Ümumdünya açıqca hazırlamaq günüdür. Ümumdünya yürümək günüdür. Ümumdünya kənd təsərrüfatı heyvanları günüdür. Ümumdünya ayıqlıq və alkoqolla mübarizə günüdür. Beynəlxalq “çox da dərindən olmayan şənlənmə” günüdür. Mən ancaq beynəlxalqların və ümumdünyaların bir qismini sadaladım. Hər ölkənin də öz günlərini üstünə gəlsək 2 oktyabrın mənzərəsi tam aydın olar. Soyuducudakı yarımçıq araq şüşəsini kanalizasiyaya boşaldıb yürüyə-yürüyə uroloqun qəbuluna get, sonra evə qayıdıb açıqca hazırla, öz sosial pedaqoquna hədiyyə elə, hava şarı kirayələyib onunla səmanın ənginliklərinə qalxa bilməsən də bunu təsəvvür edib çox da dərindən olmayan bir şənlənmə hiss elə nəticədə. Sonra da atı min, iti tumarla, inəyi sağ, toyuğa da kiş de. Bu da səninçün olsun 2 oktyabr.

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

 

 

Teatrların fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarından sonra bu gündən teatrlar qapılarını tamaşaçıların üzünə açır.
AzərTAC xəbər verir ki, bu məqsədlə artıq bir sıra teatrlarda cari repertuarlarda olan tamaşaların məşqlərə başlanılıb və mədəniyyət ocaqları tamaşaçıları qəbul etməyə hazırlaşır.
112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrı bu gündən tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlayacaq. Bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında sənət ocağının sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcək.
Yuğ Dövlət Teatrında da açılış həyəcanı yaşanır. Yaradıcı heyət oktyabrın 1-dən məşqlərə start verib. Teatr rəhbərliyinin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan “Kloun BizZ” tamaşasının (M.Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında, rejissor – Mikayıl Mikayılov) nümayişi planlaşdırılır. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcı fəaliyyətə gəlincə, qeyd edək ki, teatrın binası bir müddətdir ki, əsaslı təmirə dayanıb.
Şuşa Dövlət Musiqili Dram Teatrında məşqlərə oktyabrın 4-dən başlanılacaq. İlk tamaşa isə pandemiya səbəbindən premyerası təxirə düşən “Dovşanın ad günü” (uşaqlar üçün) olacaq.
Bakı Uşaq və Gənclər Teatrı oktyabr ayından tamaşalarını bərpa etməyi planlaşdırır. Uşaqlar və böyüklər üçün tamaşalar paralel bərpa olunacaq. Teatr mövsümü isə 8 Noyabr – Zəfər Günündə açacaq.
Sumqayıt Dövlət Dram Teatrı da yaradıcı işə başlayır. İlk olaraq gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” və “Pələng” monotamaşalarının səhnə həlli tamamlanacaq. Bundan başqa, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri yeni quruluşda səhnələşdiriləcək. “Göyçək Fatma” nağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına veriləcək.
Gəncə Dövlət Kukla Teatrı tamaşaçıları qarşısına pandemiyadan öncə hazırladıqları yeni tamaşalarla çıxacaq. “Xeyir və Şər”, “Quyruqsuz ulağın sərgüzəştləri”, “Bizim bağın gözəli” və “Bremen musiqiçiləri” adlı hər dörd tamaşa premyerasını da etmiş olacaq.
Ağdam Dövlət Dram Teatrı da “4.4 Qısa Tamaşalar Festivalı”na hazırlaşır. Kollektiv paytaxtda teatrsevərlər qarşısına pandemiyadan əvvəl səhnələşdirilmiş “Günahsızlar” tamaşası ilə çıxacaq. Bundan başqa, teatr ilin sonunadək daha iki yeni səhnə işini hazırlamağı planlaşdırır.
Mingəçevir Dövlət Dram Teatrı da pərdələrini açmağa hazırlaşır. Teatrda Mir Cəlal Paşayevin üç hekayəsinin motivləri əsasında lirik-poetik müharibə dramı üzərində iş aparılır. “Leyla” adlı tamaşanın nümayişi 18-24 oktyabr tarixində olacaq. Teatrda yarımçıq qalan səhnə işlərinin də məşqləri davam etdiriləcək.
Qusar Dövlət Ləzgi Dram Teatrı bu gün Abdulla Qurbaninin “Çingiz dastan”ı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcı heyət Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Festivalda Ramiz Duyğunun “Xarıbülbül” tamaşası təqdim olunacaq.
Füzuli Dövlət Dram Teatrı fəaliyyətinə repertuar tamaşası ilə başlayacaq. Akif Həsənoğlunun “Yaddaş” adlı bu səhnə nümunəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Teatr rəhbərliyi oktyabr və noyabr ayları üçün repertuarda olan hərbi-vətənpərvər mövzulu tamaşaların hamısını bərpa etmək niyyətindədir.
Şəki Dövlət Dram Teatrı əsas diqqəti yeni əsərlərin tamaşaya qoyulmasına yönəldib. İlin sonuna qədər İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” və çex yazıçısı Karel Çapekin “Ana” əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusundakı ən məşhur əsərlərdən olan “Ana”ya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verəcək.
Qazax Dövlət Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə yeni səhnə əsəri ilə açmaq istəyir. 2021-ci ilin axırına kimi qırğız yazıçısı Mar Baycıyevin “Duel” (rejissor – Allahverdi Musayev) və ingilis yazıçısı Con Qolsuorsunun “Birincilər və sonuncular” (rejissor – Musa Eyyubov) əsərləri təhvil veriləcək. Məşqlərə isə oktyabrın 5-dən başlanacaq.
Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa artıq səhnə məşqi mərhələsindədir. Bunlar “Varlı ev” və “Ləpələrin nağılı” tamaşalarıdır. Yaradıcı heyət “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Lənkəran teatrı da Karel Çapekin “Ana” faciəsinə müraciət edib. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Teatrın karantindən sonra öz səhnəsində tamaşası isə “Vəfalı Səriyyə” (20-30 oktyabr) olacaq.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri şəhər əhalisinə və şəhərin qonaqlarına konsert təqdim olundu.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, mədəniyyət işçiləri, şəhər ziyalıları, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Konsertin diktoru, Filarmoniyanın aparıcı artisti Mirqasım Əliyev səhnəyə gələrək Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda, eləcə də II Qarabağ Vətən Müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini elan etdi.
Sonra Respublikanın Əməkdar artisti, Filarmoniyanın direktor əvəzi Elçin Elçiyevin bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Orkestri maraqlı konsert proqramını təqdim etdi.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasında rəqslə başladı.
Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova musiqisi Üzeyir Hacıbəylinin, sözləri Nizami Gəncəviyə məxsus olan “Sevgili canan” romansını, Əməkdar artist Kəmalə Tağızadə bəstəkar Oqtay Rəcəbovun “Anam Azərbaycan” mahnısını, Milli Konservatoriyasının tələbəsi Günel Hacıyeva Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyasını, Asəf Zeynallının “Ölkəm” romansını, Xalq artisti Sevinc İbrahimova Fikrət Əmirovun Nizami Gəncəvinin sözlərinə yazdığı “Gülüm” romansını, solist Rüstəm Cəfərov Niyazinin “Vətən nəğməsini”, solist Xəyal Əliyev Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni təqdim etdilər.
Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnını “Gəncəm” triosu, Telman Hacıyevin bəstəsi olan “Gəncəm” mahnısını Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova təqdim etdilər.
Konsertdə Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblı “İgidlər” və “Naz eləmə” rəqslərini təqdim etdi.
Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnə gələrək Xalq Çalğı Alətləri Orkestrinin kollektivinə, ifaçılara, konsertin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirdi.

Şənbə, 02 Oktyabr 2021 10:44

Bu gün beynəlxalq musiqi günüdür

 

1 oktyabr. Beynəlxalq musiqi günü

 

İnternational Music Day. İnsanlığın estetik gözəllikləri sırasında musiqi əvəzsiz yer tutur. O, insanın ruhuna qida verir, hiss və emosiyalarını oyadır. İlk dəfə musiqi gününü 1975-ci ilin bugünkü günündə keçiriblər. YUNESKO tərkibindəki Beynəlxalq Musiqi Şurası (IMC) bu günün qeyd edilməsinin təşəbbüskarı olub. Musiqi barədə o qədər bilmədiklərimiz var ki. Məsələn, beyin qidaya reaksiya verdiyi sürətlə musiqiyə də reaksiya verir. Musiqinin kulminasiya anında o ki deyirik e, tüklərim ürpəşdi, bu, beyinin ayırdığı dofamin maddəsi ilə əlaqədardır ki, bu maddəyə həm də həzz maddəsi deyilir; 1912 – 1948-ci illər tarixindəki Olimpiya oyunlarının proqramına musiqi üzrə də yarışma qatılıbmış. Yarışlar orkestr və instrumental musiqi üzrə solo və xor ifası şəklində keçirilirmiş; Pok ulduzlarının orta statistik ömrü adi insanlarınkından 25 il qısa olur; Ağır rokun “metal” stilində ifa edən bütün musiqiçilərin 19,3 faizi intiharla ömürlərini başa vurur; Xorvatiyanın Zadar şəhərinə yüz minlərlə turist gəlir ki, təbiətin ifa etdiyi canlı musiqini dinləsinlər: dənizə düşən ağ mərmər pillələrin altında yerləşən polietilən borular və rezin səth küləyin və dalğanın toxunuşu ilə elə harmonik və eleqant səs çıxarır ki, ilk dəfə dinləyən şəxs bunun əsil musiqi olmasına əsla şübhə etmir; Bitlz qrupunun dörd üzvünün heç biri not tanımırdı; Fortepiano 12000 ayrı hissələrdən pərçimlənib; 2016-cı ildə dünyada ən çox kompakt disk satan çağdaş müğənni Beyons olub, amma həmin il Motsartın bundan 20 faiz daha çox kompakt diski satılıb – 1, 25 milyon ədəd; Albert Eynşteynin əla skripka ifa etməsi var idi və s. və i.

 

1 oktyabr. Ümumdünya gülüş günü

 

Biz Sovet dönəmində aprelin 1-ni səbirsizliklə gözləyirdik, həmin gün aldatma günü sayılırdı, daha çox adamı aldatmaq və aldanmamağa çalışmaq – hər kəsin kredosu belə idi. Sonralar postsovet məkanında həmin günü gülüş günü kimi təqvimlərə saldılar. Amma dünyada isə Ümumdünya gülüş günü bu il məhz bu gün – oktyabrın 1-də qeyd edilir: World Smile Day. Biz postsovetin bir parçası olmaqdan vaz keçib gəlin özümüzü dünyanın bir parçası hiss edək, belədə, Gülüş günümüz mübarək olsun! Bu gün yaxşı əhval-ruhiyyədə olmaq, pozitivlik nümayiş etdirmək tələb olunur hər kəsdən. Hər kəsin nəyəsə ehtiyacı var. Birinin sonuncu bir milyonu toplayıb varidatını milyarda çatdırmağa, birinin evinə bir çörək almaq üçün zibilxanadan tapaçağı sonuncu karton parçasına. Amma maddi ehtiyac bir yana, mənəvi ehtiyacı ödəməkçün gülüş, yaxşı əhval-ruhiyyə çox vacibdir. Sadəcə gülümsəməklə insan dərhal qaramatdan azad ola bilir. 1999-cu ildən üzü bəri hər ilin oktyabr ayının ilk cüməsinin gülüş günü kimi qeyd edilməsinin kökləri Amerika rəssamı Xarvi Bellə gedib çıxır. Zamanında onu hətta istedadsız sanırmışlar, o, heç cür parlaya bilmirmiş. 1963-cü ildə SMLACA sığorta şirkətindən ona sifariş gəlir ki, vizit kartları üçün nəsə yaddaqalan bir simvol yaratsın. Xarvi oktyabrın ilk cüməsində onlara hırıldayan sarı sifət təqdim edir, indi biz buna smayl deyirik. Sifarişçilər məmnun qalıb ona 150 dollar ödəyirlər, beləcə, çox bəyənilən gülümsəyən smayl dünyaya yol açır.

 

Gülüş doğuran lətifələrə bənzər məzəli hadisələr daim bizi təqib edir, yetər ki, onlara diqqət ayıraq. Birini mən deyim, qalanını da siz deyərsiniz. 90-cı illərin sonları imiş. Bir dəfə rəhmətlik kaman ustamız Habil Əliyev bir tədbirdə iranlı bir musiqiçi ilə tanış olur. Habil Əliyev ondan soruşur ki, neçənci təvəllüdsən? İranda təqvim Hicri-qəməri təqvimidir, təbii ki, bunu hamımız bilirik. İranlı deyəndə ki, 1367-ci ildənəm, Habil Əliyev dərhal “Maşallah, yaxşı qalmısan” söyləyir. 

 

1 oktyabr. Beynəlxalq Ahıllar Günü

 

2002-ci ilin aprel ayında İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisi keçirildi. Bu ümumdünya tədbirində belə bir fikir səsləndi: “Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Lap qədim zamanlardan ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunmuşlar. Onların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür”. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etdi. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.

 

Yaşlı insanların taleyinə respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, ölkəmizin şəhər və rayonlarında da müəyyən qurumlar ərazidə yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir. Gəlin bir ağızdan ahıl insanları təbrik edək!

 

1 oktyabr. Herontoloq günü

 

Herontologiya elmi insan orqanizminin bioloji, psixologi və sosial aspektdən qocalmasını öyrənən elmdir. Bəzən qocalma prosesi erkən baş verir, bəzənsə yubanır. Təbii ki, buna səbəb insanın sağlamlıq durumu, keçirdiyi həyat tərzidir. Bir də, ağ, yaxud qara gün sürməsidir.

 

1 oktyabr. Ağ-qara yayımdan rəngli yayıma

 

Bu gün həm də Beynəlxalq vegetarianlıq günüdür. Ümumdünya kakao və şokolad günüdür həm də. Kofe kakaodan və şokoladdan geri qalarmı? Üstəlik, beynəlxalq kofe günüdür. Həm də CD player günüdür. ABŞ-da bu gün maliyyə ilinin başlanğıc günüdür. ABŞ-da bu gündən məktəb direktorları aylığı başlayır, həm də itləri gəzdirmək həftəsi. ABŞ-ın mətbəx bayramları silsiləsi də davam edəcək. Demokratiya carçıları bu gün Milli Balqabaq üçün ədva gününü qeyd edəcəklər. Azərbaycanda isə bu gün Prokurorluq işçilərinin peşə bayramıdır.

 

1967-ci ilin bu günündə hər bir sovet adamı üçün əsl bayram imiş – televiziya rəngli verilişlər verməyə başlayıbmış. 1949-cu ildə Pekində Çin Xalq Respublikası qurulub. Tarixdə ilk yaxta yarışı isə 1661-ci ilin 1 oktyabrında İngiltərə Krallığında baş tutub, Kral II Karl qardaşı Ceymslə yarışıb və onu keçib. Ola da bilsin ki, Ceyms qorxusundan qardaşına uduzub. Ağzı nədir, kralı keçsin?

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

 

 

Daşkənd Beynəlxalq Film Festivalında Türkiyə kinosuna da geniş yer ayrılıb. Müxtəlif ölkələrin kino günlərinin təşkil olunduğu festival çərçivəsində Türkiyə xüsusi bölməsinin də geniş proqramı var.
AzərTAC xəbər verir ki, festival günlərində Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərlərində Nuri Bilge Ceylanın “Ahlat ağacı” və Semih Kaplanoğlunun “Sədaqətin mənşəyi” də daxil olmaqla ümumilikdə 11 türk filmi nümayiş olunacaq.
Festivalın Türkiyə xüsusi bölməsi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Daşkənddəki səfirliyi və Yerli Düşüncə Dərnəyi tərəfindən hazırlanıb. Film nümayişləri ilə yanaşı Türkiyə ilə Özbəkistan arasında kino sahəsində ortaq layihələr və əməkdaşlıqla bağlı görüşlər də keçiriləcək.
Festivala Türkiyədən Nuri Bilge Ceylan, Reis Çelik, Mahmut Fazıl Coşkun, Ercan Kesal, Oktay Kaynarca, Melisa Aslı Pamuk, Erkan Petekkaya, Nazan Kesal, Filiz Ahmet, Erkan Kolçak Köstendil və Dilan Çiçek Deniz kimi tanınmış rejissorlar və aktyorlar qatılıb.

6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında LIBRAFF stendində baş tutacaq müəlliflərlə görüş və imza saatlarının qrafikini sizlərə təqdim edirik:
    1.    Şah Səlimi Türkay - 6 oktyabr, 11:30
    2.    Leyla Zülfüqarlı - 6 oktyabr, 13:00
    3.    Leyla Şah - 6 oktyabr, 15:00
    4.    Varis Yolçuyev - 7 oktyabr, 11:00
    5.    Özge Uzun - 7 oktyabr, 13:00
    6.    Günel Əsgərova - 7 oktyabr, 15:00
    7.    Orxan Adıgözəl - 7 oktyabr, 15:10
    8.    Bəhram Bağırzadə - 8 oktyabr, 11:00
    9.    Famil Alməmmədov - 8 oktyabr, 13:00
    10.    Zaur Bayramoğlu - 8 oktyabr, 15:00
    11.    Vüsalə Məmmədova - 9 oktyabr, 11:00
    12.    Mail Yaqub - 9 oktyabr, 15:00
    13.    Nərmin Mahmudova - 10 oktyabr, 11:00
    14.    Coşqun Kərimov - 10 oktyabr, 13:00
    15.    Rəsul Həsən - 10 oktyabr, 14:30.

Qarabağ gözəl məkan olsa da, orada hər hansı bir turizm layihəsini həyata keçirmək üçün infrastrukturun inkişafı mütləqdir.
AzərTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində deyib.
O əlavə edib ki, Azərbaycan Turizm Bürosu Qarabağda turizmin inkişafı üçün bir sıra layihələr üzərində işləyir: “Orada ən vacib məsələ infrastruktur məsələsidir. Artıq yollar açılıb Füzulidə aeroport fəaliyyətə başlayıb. Biz buna sevinirik. Əminik ki, bizim layihələrimizə də növbə çatacaq. Ən əsası odur ki, Azərbaycanın siyasətində turizm başlıca rol oynayır”.

 

1-10 oktyabrın təqvimi Varisin təqdimatında

 

 

 

1 oktyabr. Ümumdünya gülüş günü

 

Biz Sovet dönəmində aprelin 1-ni səbirsizliklə gözləyirdik, həmin gün aldatma günü sayılırdı, daha çox adamı aldatmaq və aldanmamağa çalışmaq – hər kəsin kredosu belə idi. Sonralar postsovet məkanında həmin günü gülüş günü kimi təqvimlərə saldılar. Amma dünyada isə Ümumdünya gülüş günü bu il məhz bu gün – oktyabrın 1-də qeyd edilir: World Smile Day. Biz postsovetin bir parçası olmaqdan vaz keçib gəlin özümüzü dünyanın bir parçası hiss edək, belədə, Gülüş günümüz mübarək olsun! Bu gün yaxşı əhval-ruhiyyədə olmaq, pozitivlik nümayiş etdirmək tələb olunur hər kəsdən. Hər kəsin nəyəsə ehtiyacı var. Birinin sonuncu bir milyonu toplayıb varidatını milyarda çatdırmağa, birinin evinə bir çörək almaq üçün zibilxanadan tapaçağı sonuncu karton parçasına. Amma maddi ehtiyac bir yana, mənəvi ehtiyacı ödəməkçün gülüş, yaxşı əhval-ruhiyyə çox vacibdir. Sadəcə gülümsəməklə insan dərhal qaramatdan azad ola bilir. 1999-cu ildən üzü bəri hər ilin oktyabr ayının ilk cüməsinin gülüş günü kimi qeyd edilməsinin kökləri Amerika rəssamı Xarvi Bellə gedib çıxır. Zamanında onu hətta istedadsız sanırmışlar, o, heç cür parlaya bilmirmiş. 1963-cü ildə SMLACA sığorta şirkətindən ona sifariş gəlir ki, vizit kartları üçün nəsə yaddaqalan bir simvol yaratsın. Xarvi oktyabrın ilk cüməsində onlara hırıldayan sarı sifət təqdim edir, indi biz buna smayl deyirik. Sifarişçilər məmnun qalıb ona 150 dollar ödəyirlər, beləcə, çox bəyənilən gülümsəyən smayl dünyaya yol açır.

 

Gülüş doğuran lətifələrə bənzər məzəli hadisələr daim bizi təqib edir, yetər ki, onlara diqqət ayıraq. Birini mən deyim, qalanını da siz deyərsiniz. 90-cı illərin sonları imiş. Bir dəfə rəhmətlik kaman ustamız Habil Əliyev bir tədbirdə iranlı bir musiqiçi ilə tanış olur. Habil Əliyev ondan soruşur ki, neçənci təvəllüdsən? İranda təqvim Hicri-qəməri təqvimidir, təbii ki, bunu hamımız bilirik. İranlı deyəndə ki, 1367-ci ildənəm, Habil Əliyev dərhal “Maşallah, yaxşı qalmısan” söyləyir.  

 

1 oktyabr. Beynəlxalq Ahıllar Günü

 

2002-ci ilin aprel ayında İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisi keçirildi. Bu ümumdünya tədbirində belə bir fikir səsləndi: “Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Lap qədim zamanlardan ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunmuşlar. Onların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür”. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etdi. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.

 

Yaşlı insanların taleyinə respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, ölkəmizin şəhər və rayonlarında da müəyyən qurumlar ərazidə yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir. Gəlin bir ağızdan ahıl insanları təbrik edək!

 

1 oktyabr. Herontoloq günü

 

Herontologiya elmi insan orqanizminin bioloji, psixologi və sosial aspektdən qocalmasını öyrənən elmdir. Bəzən qocalma prosesi erkən baş verir, bəzənsə yubanır. Təbii ki, buna səbəb insanın sağlamlıq durumu, keçirdiyi həyat tərzidir. Bir də, ağ, yaxud qara gün sürməsidir.

 

1 oktyabr. Beynəlxalq musiqi günü

 

İnternational Music Day. İnsanlığın estetik gözəllikləri sırasında musiqi əvəzsiz yer tutur. O, insanın ruhuna qida verir, hiss və emosiyalarını oyadır. İlk dəfə musiqi gününü 1975-ci ilin bugünkü günündə keçiriblər. YUNESKO tərkibindəki Beynəlxalq Musiqi Şurası (IMC) bu günün qeyd edilməsinin təşəbbüskarı olub. Musiqi barədə o qədər bilmədiklərimiz var ki. Məsələn, beyin qidaya reaksiya verdiyi sürətlə musiqiyə də reaksiya verir. Musiqinin kulminasiya anında o ki deyirik e, tüklərim ürpəşdi, bu, beyinin ayırdığı dofamin maddəsi ilə əlaqədardır ki, bu maddəyə həm də həzz maddəsi deyilir; 1912 – 1948-ci illər tarixindəki Olimpiya oyunlarının proqramına musiqi üzrə də yarışma qatılıbmış. Yarışlar orkestr və instrumental musiqi üzrə solo və xor ifası şəklində keçirilirmiş; Pok ulduzlarının orta statistik ömrü adi insanlarınkından 25 il qısa olur; Ağır rokun “metal” stilində ifa edən bütün musiqiçilərin 19,3 faizi intiharla ömürlərini başa vurur; Xorvatiyanın Zadar şəhərinə yüz minlərlə turist gəlir ki, təbiətin ifa etdiyi canlı musiqini dinləsinlər: dənizə düşən ağ mərmər pillələrin altında yerləşən polietilən borular və rezin səth küləyin və dalğanın toxunuşu ilə elə harmonik və eleqant səs çıxarır ki, ilk dəfə dinləyən şəxs bunun əsil musiqi olmasına əsla şübhə etmir; Bitlz qrupunun dörd üzvünün heç biri not tanımırdı; Fortepiano 12000 ayrı hissələrdən pərçimlənib; 2016-cı ildə dünyada ən çox kompakt disk satan çağdaş müğənni Beyons olub, amma həmin il Motsartın bundan 20 faiz daha çox kompakt diski satılıb – 1, 25 milyon ədəd; Albert Eynşteynin əla skripka ifa etməsi var idi və s. və i.

 

1 oktyabr. Ağ-qara yayımdan rəngli yayıma

 

Bu gün həm də Beynəlxalq vegetarianlıq günüdür. Ümumdünya kakao və şokolad günüdür həm də. Kofe kakaodan və şokoladdan geri qalarmı? Üstəlik, beynəlxalq kofe günüdür. Həm də CD player günüdür. ABŞ-da bu gün maliyyə ilinin başlanğıc günüdür. ABŞ-da bu gündən məktəb direktorları aylığı başlayır, həm də itləri gəzdirmək həftəsi. ABŞ-ın mətbəx bayramları silsiləsi də davam edəcək. Demokratiya carçıları bu gün Milli Balqabaq üçün ədva gününü qeyd edəcəklər. Azərbaycanda isə bu gün Prokurorluq işçilərinin peşə bayramıdır.

 

1967-ci ilin bu günündə hər bir sovet adamı üçün əsl bayram imiş – televiziya rəngli verilişlər verməyə başlayıbmış. 1949-cu ildə Pekində Çin Xalq Respublikası qurulub. Tarixdə ilk yaxta yarışı isə 1661-ci ilin 1 oktyabrında İngiltərə Krallığında baş tutub, Kral II Karl qardaşı Ceymslə yarışıb və onu keçib. Ola da bilsin ki, Ceyms qorxusundan qardaşına uduzub. Ağzı nədir, kralı keçsin?

 

2 oktyabr. YUNESKO-nun “Qeyri maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulmağımızın ildönümü

 

Beynəlxalq təşkilatlarla əlaqələr hər bir müstəqil ölkə üçün olduqca əhəmiyyətlidir. Belə təşkilatlardan biri dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO-dur. Qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin qorunması, tanıdılması və təbliği ölkənin mədəniyyət siyasətinin tərkib hissəsidir. 2012-ci ildə qəbul olunmuş Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın 2006-ci il oktyabr ayının 2-də YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulması, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsinin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahılarına daxil edilməsi, bununla bağlı ölkə daxilində və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi həmin siyasətin əməli nəticələridir. Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ilk nümunə kimi Azərbaycan muğamı 2008-ci ildə daxil edilib. 2009-cu ildə Azərbaycan Aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azər­baycan ənənəvi xalçaçılıq sənəti,  2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2014-cü ildə Qadın baş örtüyü olan kəlağayının düzəldilməsi və geyinilməsi incəsənəti, 2015-ci ildə Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı, 2016-cı ildə lavaş çörək bişirmə ənənəsi, 2017-ci ildə Azərbaycan xalq simli çalğı aləti kamança, 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Fəxr edirik, qürur duyuruq.

 

2 oktyabr. Tanınmış Azərbaycan hərbçisi Fərrux Qayıbovun 130 illiyi

 

Hərb tariximizi yaxşımı bilirik? Deyərdim ki yox. Müharibə edən bir xalqın Hərbiyyə fənnini tədris etməməsi əsla məqbul sayıla bilməz. Gəlin tanınmış hərbçimiz – tarixdəki ilk Azərbaycan pilotu Fərrux Qayıbovu yaxından tanıyaq. O, 1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Salahlıda beşsinifli Rus-Azərbaycan məktəbini bitirərək general Ə.Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxumağa göndərilib, oranı əla qiymətlərlə bitirdikdən sonra Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. Məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənən Fərrux ağa xüsusilə topdan bacarıqla atəş açdığı üçün İsveçrədə hazırlanmış, arxasında “Yunker Fərrux ağa Qayıbov, 1913- cü il” sözləri həkk olunmuş “Qızıl saat” mükafatı alıb. F.Qayıbov Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Aleksandropoldakı 39-cu artilleriya briqadasında xidmət edib, Birinci Dünya müharibəsi (1914-1918) başlananda Qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərilib. F.Qayıbovun komandirlik etdiyi “İlya Muromets N16” təyyarəsinin 4 nəfərlik heyəti vuruşma zamanı almanların bir neçə təyyarəsini məhv edib. Qayıbov şücaətinə görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə),  dördüncü dərəcəli “Müqəddəs Anna” ordenləri ilə təltif olunub. Lakin 1916-cı il sentyabr ayının 12-də gedən qeyri-bərabər döyüş vaxtı 25 yaşlı igid poruçik Fərrux Qayıbovun təyyarəsi vurulub, bütün heyət həlak olub. O vaxt müharibələr humanizm prinsipi ilə aparılırdı, düşməni öldürsən belə onu dəfn etməyə borclu idin. Həlak olmuş poruçiki və onun heyətini alman əsgərləri Almaniyanın Boruno kəndinin qəbiristanlığında dəfn ediblər. Ölümündən sonra Qayıbov ikinci və üçüncü dərəcəli “Müqəddəs Anna”, ardınca da dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenlərinə layiq görülüb.

 

1970-ci illərdə Fərrux ağa Qayıbovun adının əbədiləşdirilməsi məqsədilə Qazaxda üzərinə “İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə” sözləri yazılmış təyyarə abidəsi qoyulub.

 

Düzdür, deyəcəksiniz o ki çar Rusiyasına xidmət edib, amma bu bizim tariximizdir, onda durub SSRİ-yə xidmət edən İkinci dünya müharibəsi qəhrəmanlarımızdan da imtina edəsiyik ki?

 

2 oktyabr. Beynəlxalq zorakılıqsızlıq günü

 

İnsanlar özü kimisini hədəf seçib onun hesabına öz fiziki və cismani ehtiyaclarını zorla ödəmək fikrinə düşəndən zorakılıq deyilən nəsnə mövcuddur. Bəzən tək-tək insanlar, bəzən insan qrupu, bəzən də bütöv xalqlar zorakılığa məruz qala bilir. Bu gün beynəlxalq ictimaiyyət zorakılığa yox deyəcək, hamını ədalətli və düzgün olmağa səsləyəcək.

 

2 oktyabr. Ümumdünya oyun günü

 

Günümüz üçün çox aktual bir gün. Bu günün anlamı bilirsiniz nədir? Valideyinlər övladlarını məcbur etsinlər ki, onlar bu gün smartfonlarını, planşetlərini, noutbuklarını bir kənara qoysunlar, internet deyilən bir nəsnənin mövcudiyyatını unutsunlar və oyunlar oynasınlar. O oyunlardan ki, internet olmayan zamanlarda biz uşaqkən oynamışıq. Yeddi şüşə, ortadaqaldı, gizlənqaç, bənövşə-bəndə düşə  oyunları vardı, oğlanlı qızlı oynayardıq. Ayrıca oğlanların çilədi, çijik kimi oyunları vardı. İntellektual oyunlar da oynayardıq, kino adları, dəniz döyüşü... Heç bilirsiniz necə maraqlı idi?

 

2 oktyabr. Bakıda keçirilən dünya ədəbiyyatı forumunun ildönümü

 

2018-ci ildə Rusiyanın Soçi şəhərində BMT-nin himayəsi altında keçirilmiş, 170 dünya yazıçısının qatıldığı Avrasiya Materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl laureatı olmaq xoşbəxtliyi mənə nəsib oldu, estafeti bu yaxınlarda Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan böyük Oljas Süleymenovdan qəbul etmək ikiqat şərəfli idi. Növbəti ildə festivalın Azərbaycanda keçirilməsini təmin etdim. 2019-cu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakı şəhəri festivalı Heydər Əliyev Mərkəzində - yüksək səviyyədə qəbul etdi, Azərbaycan tərəfdən Heydər Əliyev Fondu festivalın tərəfdaşı oldu. Paytaxtımıza dünyanın 53 top yazıçısı – Fernando Rendon, Paolo Ruffilli, Riçard Baumqarten, Tuğrul Tanyol, Toşiko Hirata, Meyer, Radomir Andriç, Kşiştof Zatravski, Marike Langelaar, Silvia Mari, Boris Yevseyev, Raquel Lanseros, Hamid Larbi, Oljas Süleymenov, Koukis Kristos, İddo Natenyahu, Eduardo Espina, Xadaa Sendo, Urmas Vadi, Erlinq Kitelsen, Şota İataşvili, Mamta Saqar, Yevgeni Popov, Leo Butnaru və digərləri (ümumilikdə 150 yazıçı) təşrif buyurdu, ölkəmizlə tanış olmaları səbəbindən Azərbyacan Prezidentinə də minnətdarlıq məktubu ünvanladılar. Onlara Bakıda və Sumqayıtda Şəhidlər Xiyabanları, Qubadakı Memorial Kompleks göstərildi. Yeri gəlmişkən, həmin yazıçılar Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməkdədirlər.

 

Bakı festivalı yazarlarımızın dünya ədəbiyyatına inteqrasiyasında da böyük rol oynadı. Hazırda onlarca yazarımız beynəlxalq festivallara dəvət alır, xarici ölkələrdə dərc edilirlər.

 

2 oktyabr. Və daha nəyin günləri...

 

Beynəlxalq uroloq günüdür. Beynəlxalq sosial pedaqoq günüdür. Ümumdünya hava şarı günüdür. Ümumdünya açıqca hazırlamaq günüdür. Ümumdünya yürümək günüdür. Ümumdünya kənd təsərrüfatı heyvanları günüdür. Ümumdünya ayıqlıq və alkoqolla mübarizə günüdür. Beynəlxalq “çox da dərindən olmayan şənlənmə” günüdür. Mən ancaq beynəlxalqların və ümumdünyaların bir qismini sadaladım. Hər ölkənin də öz günlərini üstünə gəlsək 2 oktyabrın mənzərəsi tam aydın olar. Soyuducudakı yarımçıq araq şüşəsini kanalizasiyaya boşaldıb yürüyə-yürüyə uroloqun qəbuluna get, sonra evə qayıdıb açıqca hazırla, öz sosial pedaqoquna hədiyyə elə, hava şarı kirayələyib onunla səmanın ənginliklərinə qalxa bilməsən də bunu təsəvvür edib çox da dərindən olmayan bir şənlənmə hiss elə nəticədə. Sonra da atı min, iti tumarla, inəyi sağ, toyuğa da kiş de. Bu da səninçün olsun 2 oktyabr.

 

3 oktyabr. Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü

 

İran, rus təsirləri və təzyiqlərinə rəğmən biz xalq olaraq türk xalqıyıq, ona görə də bu gün bizimçün xeyli əlamətdardır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Müstəqilliyin ilk illərindən Azərbaycan Avropa və Asiya ölkələri ilə yanaşı, türkdilli ölkələrlə də diplomatik münasibətlərin yaradılması, onlar arasında ictimai-siyasi, mədəni əlaqələrin bərpa edilməsində yeni bir səhifə açıb. 2009-cu il oktyabrın 3-də Türkdilli Dövlət Başçılarının IX Zirvə görüşünə məhz ölkəmizin ev sahibliyi etməsi, bu mühüm strateji əhəmiyyətli tədbirin tarixi, mədəni irsi ilə zəngin olan Naxçıvanda keçirilməsi də xüsusi əhəmiyyət daşıyıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevin Naxçıvanda iştirak etdikləri zirvə görüşü bir sıra mühüm qərarlarla yadda qalıb. Naxçıvan Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan Bəyannaməsinin imzalanması mühüm hadisə olub. Yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq hökumətlərarası təşkilat kimi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədilə özündə bir sıra missiyaları ehtiva edir. Naxçıvan Bəyannaməsində, həmçinin TÜRKSOY Fondunun yaradılması qərara alınıb. Mənzil qərargahı Bakıda yerləşən “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu” hazırda uğurla fəaliyyət göstərir.

 

3 oktyabr. SSRİ-də OMON-un yaranması günü

 

Perestroykanın övladlarından biri də OMON-dur. Səksəninci illərin sonlarında SSRİ xaos və anarxiya girdabında idi, milli zəmində qırğınlar baş almaqdaydı. Üstəlik, cinayətkar qruplar açıq hərəkətə keçmişdilər, reketçilik hərəkatı tüğyan edirdi. Belə bir zamanda Kreml hakimiyyəti adekvat tədbirlərə əl ataraq 1988-ci ilin 3 oktyabrında milisin nəzdində xüsusi təyinatlı dəstələrin yaradılması barədə qərar verdi.

 

Azərbaycanda OMON sözü ilə bağlı heç də xoş olmayan xatirələr vardır, buna görə də mövzu üzərində çox dayanmayacağıq.

 

3 oktyabr. Eks nazir Misir Mərdanovun 75 illik yubileyi

 

Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabr ayının 3-də Ermənistan SSR İcevan rayonunun Göyərçin kəndində anadan olmuş, 1997-98 ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olmuş bir şəxsdir. Digər ekslərdən fərqli olaraq Misir Mərdanovu maskalı DTX gəlib aparmayıb, taxtdan düşəndən sonra haqqında korrupsiya faktları ilə cinayət işi açılmayıb. Bir sözlə, kişi üzü sulu şəkildə gedib. Odur ki, gəlin cəsarət nümayiş etdirib bir dəfə də eksi təbrik edək.

 

3 oktyabr. Korona, Lui Araqon, Linkoln və II Yekaterina

 

Siz bir qeyd edilən günə baxın: “Adi lampanı elektrik enerjisinə qənaət eləyən lampaya dəyiş”. Günün adı o qədər uzun və təyinatı da o qədər qısadır ki, adam dərhal bunu etməyə səfərbər olur sanki. Göbələkyığanlar günüdür. Bakıda bunu harda etmək olar, anlayışım yoxdur. Pis qızlar günüdür. Allah uzaq eləsin belələrindən. Virusu tanımaq günüdür. DNT-nin bir fraqmenti olan viruslar insan həyatının ayrılmaz hissəsidir, elə insan həyatının qənimi də bu virusların hazırda dünyaya meydan oxuyan bir nümayəndəsidir – korona adlı. Texniklər günüdür. Bayramınız mübarək, sadə peşə adamları. Böyük Britaniyada və CAR-da baba və nənə günüdür. Lüksemburqda ata günüdür. Qazaxıstanda, Qırğızıstanda, Latviyada və Belarusda müəllimlər günüdür. ABŞ-da bu dəfə mətbəxə doluşub yüngül tako gününü qeyd edəcəklər. Nədir bu? Eynən şaurma kimi bir şeydir. İntəhası, lavaşın içinə amerikalılar toyuq və tərəvəzlə yanaşı avakado da qoyurlar. Almanlar isə bu gün Birləşmə gününü qeyd edirlər. 1990-cı ilin bu günündə ikiyə bölünmüş Almaniya birləşib. Sağ əlləri ikiyə bölünmüş Azərbaycanın başına.

 

1952-ci ilin bu günündə Los-Ancelesdə maqnit lentinə ilk videoyazı yazılıb. 1932-ci ildə İrak Böyük Britaniyadan müstəqillik əldə edib. 1897-ci ildə dünyaşöhrətli fransız şairi, sürrealizmin banisi Lui Araqon dünyaya gəlib. O Lui Araqon ki, söyləyib: “Bu yer kürəsində bütün insanlar bir-biriləri ilə qonşudurlar. Bu qonşuluqdan qurtulmaq mümkün deyil, ona görə də insanlar bir-birilərini sevməli və sevməlidirlər”. 1875-ci ildə Sinsinattidə (ABŞ) ilk yəhudi kolleci yaradılıb. 1863-cü ildə Abram Linkoln noyabrın hər sonuncu cümə axşamını xeyirxahlıq günü elan edib. Nəhayət, 1762-ci ildə II Yekaterina Kremldə taxt-taca çıxıb.  

 

4 oktyabr. Cəbrayıl rayonu işğaldan azad edilib

 

2020-ci ilin oktyabrınadək təqvimimizdə rayonlarımızın işğal tarixi deyilən qara günlər mövcud idi, nə xoş bizə ki, indi rayonların işğaldan azadedilmə tarixlərini qeyd edirik. 44 günlük müharibə dövründə ilk azad edilən rayonumuz Cəbrayıl oldu. 8 avqust 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə isə yenidən yaradılmışdı. Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının çox qədim olmasından xəbər verir. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının sahilində yerləşən Cəbrayıl ərazisində sıx Tuqay meşələri olub. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonunun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24300 nəfər olmuşdur. Cəbrayıl rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir.

 

Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunarkən işğal nəticəsində rayona 13.928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məskunlaşıblar. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib. 1994-cü il Horadiz əməliyyatı Cəbrayılın Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 2020-ci il oktyabr ayının 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı, oktyabrın 5-də Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad etdi. Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Yaşasın Azərbaycan Ordusu!

 

4 oktyabr. Ümumdünya kosmos həftəsi və Ümumdünya memarlıq günü

 

Kosmos biz azərbaycanlıların yemi deyil deyə (Rusiyada fəaliyyət göstərən kosmik sfera üzrə mütəxəssislərimizi çıxmaq şərti ilə) dərhal keçək memarlara. 1985-ci ildə Beynəlxalq Arxitektorlar İttifaqının təşəbbüsü ilə təqvimə salınan bu gün ilk əvvəl bu tarixi və şərəfli peşə sahiblərinə ehtiramı ifadə etmək məqsədi güdür. Bu gün sözügedən ittifaqın sıralarında dünyanın 3,2 milyon memarı birləşir. Arxitekturada belə bir deyim var – Binaların gözəlliyini gözə çarpdırmaq üçün ən ideal fəsil payızdır. Buna görə də memarlıq günü payıza təsadüf edir.

 

Bizim Bakını da dünyanın arxitektura şedevrlərinə sahib olan bir şəhər kateqoriyasına aid etmək olar. İstər qədim Qız qalasını, Şirvanşahlar sarayını, İçərişəhəri, istər ötən yüzilliyin yadigarları olan qotik üslüblü hazırda Səadət sarayının, Bakı İcra Hakimiyyətinin, Elmlər Akademiyası Əlyazmalar İnstitutunun yerləşdiyi binaları, istərsə də müasir dövrdə tikilmiş ultramüasir şedevrlər sayılan Alov qüllələrini, Heydər Əliyev Mərkəzini göstərə bilərik. Ploşkolara, Xadidlərə və Əcəmi Naxçıvanidən tutmuş bütün yerli memarlarımıza alqış düşür.

 

4 oktyabr. Ümumdünya heyvanlar günü

 

World Animal Day – insanların heyvanlar üzərində dominantlıq etdiyi bir şəraitdə, hardasa, aciz sayılan heyvanların müdafiəsinə qalxma günüdür. İnsan ev heyvanları adlandırdığı bir qrup heyvanı istismar edir, ov heyvanları və quşları adlandırdığı bir qrup heyvanı ətlərini yeməkçün, başqa bir qrup heyvanı dərisindən, piyindən, dişindən, tükündən istifadə etməkçün ovlayıb məhv edir. Vəhşi adlandırdığı digər qrupu isə, təhlükəsizlik baxımından qırıb-çatır. Nəticə də çox acınacaqlı olur. Statistika dəhşət saçır: Hər saatda Yer kürəsində üç canlı növü qeyb olur. Hər gün flora və faunanın 70 növü tarixə qovuşur. Yerin bioloji müxtəlifliyi azaldıqca azalır. Heyvanların müdafiəsi üçün niyə məhz 4 oktyabrın seçilməsinin isə tarixi belədir: 1226-cı ilin bu günündə katolik ruhani Fransiska Assizsko doğulub, o kəs ki, heyvanları rəsmən ilk himayə edən şəxs sayılır. Və sonda bir maraqlı statistika: dünyada ən çox ev heyvanı saxlanılan ölkə ABŞ-dır. Əhali sayının ev heyvanlarının sayına nisbətinə görə isə dünyada ən çox ev heyvanı saxlayan çexlərdir. Ailələrin 50 faizi evində ev heyvanı saxlayır deyə şexləri heyvanların dostu adlandırırlar.

 

4 oktyabr. Beynəlxalq həkim günü və Xabitat günü

 

“Həkim qız” mahnısı xatirinizdədirmi? Həkimlər insanlığın bir nömrəli xilaskarlarıdır deyibən onları gəlin bir ağızdan təbrik edək. Nə olsun ki, içlərində Hippokratı tanımayan, onun andını içməyən, ən əsası, pasientinə alver gözü ilə baxan həkimlər də var. Yaxşılarla yanaşı pislər hər sahədə var, gəlin bunu unutmayaq. Beynəlxalq həkim günü Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə təqvimə salınıb, bütün dünya həkimlərinin həmrəyliyi günü kimi, hər ilin oktyabr ayının birinci bazar ertəsində qeyd edilir.

 

Ümumdünya Xabitat günü – yəni yaşayış yeri günü. Xabitat – latınca yaşayış üçün münasib olan yerə deyilir. Çox təəssüf ki, bu gün dünyada milyonlarla qaçqın və köçkünlər, eləcə də evsiz-eşiksizlər var. Ofisdə şəraiti yaxşılaşdırmaq günü. Nədir mənası? Qəşəng bir ofis mebeli al, dəftərxana ləvazimatlarına bir az pul ayır, ağıllı və savadlı bir referent götür özünə. Kəsəsi, kağız-kuğaz üzərində yox, həqiqətdə bir ofisin olsun.

 

Britaniyalılar bu gün kitabxanalar həftəsini qeyd edəcəklər. Amerikalılar sizcə dinc durarlarmı, durmazlar. Bu günə onlarda Milli araq günüdür. Əlavə, milli adi tako günüdür. 1993-cü ilin bu günüdə 10 saatlıq hücumdan sonra Rusiyada hökumət qoşunları Ali Sovetin binasını ələ keçirdilər, antiyelsin müxalifətinin liderləri həbs olundu. 1965-ci ildə antivirus proqramının yaradıcısı Yevgeniy Kasperskiy doğulub. 1911-ci ildə dünyada ilk ekskalator istismara verilib, özü də Londonda.  1895-ci ildə sovet kəşfiyyatçısı, bakılı Rixard Zorge dünyaya gəlib. 1883-cü ildə Osmanlı İmperiyası ilə Qərbi Avropanı birləşdirən ilk “Şərq ekspressi” reysə çıxıb. 1669-cu ildə  niderlandlı rəssam Rembrandt vəfat edib. 973-cü ildə dünyaşöhrətli ensiklopediyaçı alim, orta asiyalı Biruni doğulub.

 

5 oktyabr. Ümumdünya müəllimlər günü

 

World Teachers Day. 1994-cü ildə təsis edilən bu əlamətdar gün müəllimlərin vəziyyəti barədə YUNESKO-nun və Beynəlxalq əməyin təşkili təşkilatının Tövsiyələr protokolu imzalamalarının ildönümü şərəfinə qeyd edilir. Yalnız yaxşı müəllimlərin sayəsində gələcək qurulur, bu şərəfli peşə sahiblərinə hər kəs borcludur. Amma dünyanın siması dəyişdikcə, İKT tərəqqisi, təbii fəlakətlər, epidemiyalar, müharibələr , iqtisadi krizislər dünyanın durumuna bir korrektə edir, nəticədə güzəran pisləşdikcə müəllimlik peşəsinin maddi təminatla uzlaşmaması anlamı yaranır. Təsəvvür edin ki, bu gün dünyada ibtidai təhsil üçün müəllim çatışmazlığı rəqəmi 35 milyon nəfərdir. Həyəcan təbili döymək vaxtı deyilmi?

 

Müəllimlər barədə maraqlı faktlar gətirəcəyəm. Müəllimlik peşəsini seçmiş insanların hamısı axıradək dözüm nümayiş etdirə bilmir, onların 33 faizi ilk üç il ərzində seçimindən peşiman olub işini dəyişir. Müəllim – pilot və yanğınsöndürənlə birgə ən stressli peşə nümayəndəsi sayılır. Müəllimlərin 15 faizi öz ixtisası üzrə dərs keçmir.

 

Gəlin müəllimlərimizi səmimi qəlbdən təbrik edək. Bu gün bir zərərli vərdişimizdən qurtulaq onların xətrinə. Bizdə müraciət vasitəsi kimi müəllim sözünün işlənməsi çox uğursuzdur. Bir də görürsən, küçədə dalandara, parkovşikə, limonsatana da müəllim deyirlər. O gün gözümlə gördüm. İşıqforda avtomobilini saxlayan bir qaqaş dilənçi qadını “müəllimə” deyə yanıına çağırıb ovcuna pul basdı. Əlbəttə, heç bir peşədə çalışmaq ayıblı deyil. Amma gəlin unutmayaq ki, müəllimlik bir zirvədir, onu ucuzlaşdırmaq olmaz.

 

5 oktyabr. Payız tənhalığı günü

 

Payıza dədə-babadan qəm-kədər fəsli deyilmirmi, deyilir. Havalar soyuyur, günəş səmadan didərgin düşür, yaşıllıqlar saralıb-solmağa başlayır. Və bütün bunlar insan ovqatına təsir edir, insane kədərlənir, eyni zamanda özünü nədənsə tənha hiss etməyə başlayır. Təqvimə məxsusi bir payız tənhalığı gününün salınmasının səbəbi var, insanları agah eləyirlər ki, indi hamınız kədərlə baş-başasınız və tənhasınız. Buna görə də dərhal əhval-ruhiyyənizi dəyişməyin qeydinə qalın, sevdiklərinizin əhatəsində olun, ünsiyyətdən doymayın, təbiətə çıxın, sarı-qızılı rənglərin yaşılı əvəzləməsində də sevinc işartıları tapıb payızın nəm torpaq qarışıq xəzəl qoxusunu ciyərlərinizə çəkin.

 

5 oktyabr. Nəsə bir yaxşı iş görmək günü

 

Görün necə bir ideal gündür. Əlimizdən lap kiçik bir yaxşılıq yəni gəlmir ki? Kimsə səndən mərhəmət, kimsə diqqət, kimsə insani münasibət umur. Hamıdan hər şeyi əsirgəyə-əsirgəyə yaşamaqdayıq. Yetər ki, bu gün dəyişək, içimizdəki metamarfoz cəmiyyətə, insanlığa bir zərrə xeyir gətirsin. Böyük sücaətlərə gücümüz çatmasa da, ən azı küçədəki səfil bir uşağı yedirtmək, əyilmiş ağacı dik vurub dikəltmək, zəngimizə tamarzı qalmış ağsaqqal-ağbirçəklərimizə zəng vurmaqla onları sevindirmək ki əlimizdən gələr?

 

5 oktyabr. Vanatulular və konstitusiya

 

Beynəlxalq Ceyms Bond günü. Məçhur Agent 007-nin filmlərini kim sevmir ki? Hətta onlardan birinin Bakıda çəkilməsi də nəzərə alınmalıdır. İlk filmin 1962-ci ilin 5 oktyabrında ekrana çıxması şərəfinə bu gün qeyd edilir.  Beynəlxalq fahişəliklə mübarizə günü. Ayrıca turizm adı altında ərəblərə və digər əcnəbilərə göstərilən xidmət sferası olaraq xalqımıza rüsvayçılıq gətirən olaylar var ki, onlar barədə saatlarca danışmaq olar. Nə isə. Amerikalılar bu günü Betti deserti günü kimi qeyd edirlər, nuş olsun. Portuqaliyalılar Respublika, vanuatulular isə Konstitusiya günü kimi. Xüsusən ekzotik Vanatu və konstitusiya anlamı mənə maraqlı gəldi. 83 adada yerləşən, 300 nəfərlik ordusu olan, rəsmən prezidenti olsa da bir neçə nəfər avtoritetdən ibarət Məşvərət şurası tərəfindən idarə olunan bu Sakit okean ada-dövlətində insanlar papa və mama canına, Allah haqqıya- filana deyil, konstitusiyaya and içirlər, təsəvvür edirsiniz?

 

2016-cı ilin bu günündə alimlər insan ömrünün maksimal uzunluğunu hesablayıblar, bu 115 ildir. Ən maksimal istisna isə 125-dir. 2011-ci ilin bu günündə Apple şirkətinin sahibi, maqnat Stiven Jobs dünyasını dəyişib. Onun vəsiyyətlərini bütün dünya oxudu, xatirinizdədirmi? İnsan dünyadan köçən anında etiraf etmişdi ki, dünyada ən böyük xoşbəxtlik pul-para-filan deyil, ən böyük xoşbəxtlik açılan hər yeni səhərə sevinməkdir. 1962-ci ilin bu günündə Bitlz qrupunun ilk sinqlı – Love Me Do işıq üzü görüb. 1880-ci ilin bu günündə klassik operettanın banisi – fransız bəstəkarı Jak Offenbax dünyasını dəyişib. 1864-cü ilin bu günündə kinematoqrafı kəşf edən Lui Jan Lümyer doğulub. 1609-cu ilin bu günüdə isə barokko dövrünün məşhur alman şairi Paul Fleminq dünyaya gəlib.

 

6 oktyabr. Aktyor Nurəddin Mehdixanlının 65 illik yubileyi

 

Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 1974-cü ildə  M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, böyük rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub, təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb, saysız-hesabsız obrazlar yaradıb. Aktyor Azərbaycan Dövlət Teleziziyasında Ə.Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), C.Cabbarlının “Solğun çiçəklər” (Bəhram), N.Həsənzadənin “Kimin sualı var?” (İlham), B.Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) teletamaşalarında iştirak edib, “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev, “Cavid ömrü”ndə Əhməd Cavad, “Məhkumlar”da Polkovnik Hacıyev, alman rejissoru F.Xelmerin “Susuzluq və sevgi”sində Zaza, ABŞ rejissoru A.Helencerin “Burulğan”ında Kişi, “Təlatüm” bədii-televiziya filmində İlyas Şahdağlı, “Cavad xan”da Cavad xan rollarına çəkilib. N.Mehdixanlı 1986-cı ildə Naxçıvan MR-nın “Əməkdar artisti”, 1998- ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2016-cı ildə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Biz onu həm də gözəl qiraət ustası kimi tanıyırıq. Səs tembri insanı büsbütün alüdə edə bilir. Yubileyin mübarək, sənətkar, - deyirik.

 

6 oktyabr. Gəl və apar günü

 

Bu günün qəribə təyinatı var. Genişqəlbli insanlar bir-birinin evinə gedib həmin gün bəyəndikləri bir şeyi hədiyyə olaraq götürüb aparırlar. Gün gözütox insanlara hesablanıb. Heç bir sui-istifadə etmədən onlar dəyərcə ucuz, amma xoşagəlimli bir şey seçirlər adətən. Amerikada, Yaponiyada, Avropa ölkələrində qeyd olunur. Bizlərdə belə bir gün qeyd edilmir yaxşı ki. Onu görərsən, biri o birinin evinə gəlib 10 min manatlıq çılçırağını, o biri bu birinin evinə gəlib qarajındakı 100 min manatlıq çipini “gəl və apar günü”nün şərəfinə hədiyyə istəyə bilər, aləm dəyər bir-birinə.

 

6 oktyabr. Alisa, Tbilisoba, ilk səsli film

 

“Ağılsız papaqçı” günü “Alisa möcüzələr ölkəsində” kitabının qəhrəmanının şərəfinə təsis edilib. Qonşularımız gürcülər bu gün Tbilisi gününü qeyd edirlər. Bayramın adı Tbilisoba adlanır. Təbii ki, Tbilisi bizlərə çox tanışdır. Sovetlər dönəmində Qərb bölgələrimizin əhalisi bizdə kərə yağı talonla verildiyindən ora kərə yağı almağa axışardı. İndi də bizdə aviabiletlər çox baha olduğundan ora təyyarə ilə uçmağa axışır. Tbilisi adı gürcü dilindəki tbili sözündən yaranıb, tərcüməsi isti deməkdir. Ötən gün Həkim gününü qeyd edən dünya bu gün də həkimlərin asissentlərinin gününü qeyd edəcək. Moldova şərab gününü qeyd edəcək. Niyə? Çünki bu kiçik və kasıb ölkə dünyaya şərab ixrac etməklə əhalisinin güzəranını qura bilir. Moldova şərabı ucuz və keyfiyyətli olduğu üçün hətta şərab vətəni Fransada belə yaxşı satılır. O  ki qaldı mətbəxsevər amerikalılara, onların bugünkü bayramları da olduqca orijinaldır – milli əriştə günü.

 

1973-cü ildə Misir və Suriya İsrailə hücum edərək 18 günlük ərəb-yəhudi müharibəsinə rəvac veriblər. 1948-ci ildə dünya tarixinin ən güclü zəlzələlərindən biri baş verib, Aşqabad yerlə yeksan olub. O məsəl var e, “Aşqabad batan kimi batdı”, - onun mənşəyi burdandır. Bu gün Türkmənistanda milli matəm günüdür. 1927-ci ildə Nyu-Yorkda ilk səsli film nümayiş olunub. 1768-ci ildə rus-türk müharibəsi başlayıb. (1774-cü ildə bağlanan sülh müqaviləsinə görə ruslar Qara dənizə çıxış əldə ediblər).

 

7 oktyabr. MDB əleyhinə bəyanat, “Pişiklər”in rekordu, ştrix-kod

 

Bu gün əlamətdar günlərdə bir kasadlıqdır. Ümumdünya məskunlaşma yerlərinin mühafizəsi günü. Vəssalam.

 

2007-ci ildə Çeçenistanın 4-cü prezidenti Doku Omarov Çimali Qafqazda İmarət Qafqaz İslam Dövlətinin yarandığını elan etdi. Nələr baş verdi, ruslar buna necə reaksiya göstərdi, özünüz təsəvvür edin.

 

1992-ci ilin 7 oktyabrında Azərbaycan Milli Şurası respublikanın MDB-yə üzv olması əleyhinə səs verdi. Bu, müstəqillik yolunda çox əhəmiyyətli bir addım oldu, biləsiniz. Dağılmış SSRİ-nin uçqunları altından yeni federativ dövlət qurmaq çabalarını ruslar həmin dövrdə imperiya ambisiyalarını gizləmədən nümayiş etdirirdilər. Yalnız millətsevər fədakarlarımız kommunist əqidəli liderlərimizi Kremldən biryolluq üzülüşməyə məcbur etmək istəyirdi. Mürəkkəb və qarışıq bir dövr idi.

 

1990-ci ildə Səddam Hüseynin İsrailə qaz hücumu hədə-qorxusu nəticəsində İsrail əhalisinə əleyhqazlar paylanılmağa başlanıldı.

 

1982-ci ildə Nyu-Yorkda Tim Raysın “Pişiklər” müziklının premyerası oldu ki, sonradan bu tamaşa dünya rekordu imzaladı – 2000-ci ilə kimi Brodveydə 7486 dəfə tamaşaya qoyuldu.

 

1977-ci ildə SSRİ-nin sonuncu – Brejnev Konstitusiyası qəbul olundu.

 

1952-ci ildə ştrix-kod üçün patent alındı.

 

1926-cı ildə İtaliyada façist partiyası hakimiyyətə gəldi.

 

1913-cü ildə dünyada ilk dəfə Detroytda, Ford zavodunda konveyerdə avtomobil istehsalına başlanıldı.

 

1849-cu uldə Amerika yazıçısı Edqar Allan Po dünyasını dəyişdi.

 

Unutdum deməyə. Əlamətdar günlərin kasad olması heç də o demək deyil ki, amerikalılar bu gün sakit duracaqlar. Əsla belə deyil. Bu gün onlarda milli frappe günüdür. Üstü köpüklü soyuq kofedir frappe.

 

8 oktyabr. Ümumdünya yumurta günü

 

Toyuqlar niyə də öz günlərini bayram etməsinlər ki? Toyuq əvvəl yaranıb, yoxsa yumurta? Bəşəriyyəti ən çox məşğul edən bu suala cavab tapılmayınca və insanlar mətbəxdə tezbazar nəsə hazırlayıb yemək vərdişindən əl çəkməyincə yunurta bəşəriyyət üçün aktual olaraq qalacaq. Egg Commission adlı yumurta məsələlərinə baxan təşkilatın istəyi ilə yaranan bu gündə nəzərə çatdırılacaq ki, bütün dünyada qida rasionuna daxil olan yumurtadan həm də tibbdə, kosmetikada istifadə edilir. Üstəlik də tikintidə. Bəli, bəli. O ki bir zamanlar Zeynalabdın Tağıyevin mülk tikdirəndə sementəvəzi yumurtadan istifadə etdiyi söylənilirdi, indi dünya tikinti industriyası keçmişdən görk alıb inşaat texnologiyalarında yumurtadan istifadə edir.

 

Yumurta ilə bağlı bir uşaqlıq xatirəm var, anam tez-tez mənə qoqlu-moqlu düzəldib yedirdirdi ki, güclü olum. Yumurtanın ağını şıxarıb sarısını şəkər tozu ilə çalardılar, rəngi ağarıb durulunca ondan ləzzətli bir təam yaranırdı. İndi daha rasionda belə qida yoxdur, qoqlu-moqlu arxiv materialına çevrilib. Təəssüf.

 

Yumurtanın qiyməti deyirlər qalxıb, iyirmi qəpik civarındadır. Bu bayram günü Tarif Şurası xalqa əsl töhvə verə bilər, tutalım, yumurtanı 2-3 qəpik ucuzlaşdırar. Onda toyuqlarla bərabər insanların da bayramı olar.

 

8 oktyabr. Svetayeva və Fildinq

 

Tibb işçilərinin bayramları davam edir, bu gün də Beynəlxalq veterinar tibb bacısı günüdür. ABŞ böyük fəxarətlə sendviç gününü qeyd edəcək. Bu azmış kimi, onlar üstəlik, milli varenik (içi kəsmikli və cemli peraşki, təqribən bu cür bir şey) gününə də sevinəcəklər. 1970-ci ilin bu günündə Aleksandr Soljenitsinə ədəbiyyat sahəsində Nobel mükafatı təqdim edilib. 1967-ci ildə Boliviya ordusunun xüsusi təyinatlıları əfsanəvi Ernesto Çe Gevaranı əsir götürərək ertəsi gün güllələyiblər. 1914-cü ildə 1-ci dünya müharibəsi zamanı ilk dəfə aviasiya bombardmanı baş tutub. 1892-ci ildə rus şairəsi Marina Svetayeva doğulub. 1754-cü ildə 18-ci əsr ədəbi realizm cərəyanının ən görkəmli nümayəndələrindən biri olan ingilis yazıçı Henri Fildinq dünyasını dəyişib.

 

9 oktyabr.  Ümumdünya Poçt Günü

 

Ümumdünya Poçt Günü baş qərargahı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranma tarixi ilə bağlıdır. Ümumdünya Poçt İttifaqının yaradılması barədə müqavilə 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində keçirilən beynəlxalq poçt konqresində imzalanıb. 22 ölkənin nümayəndələrinin imzaladığı Bern müqaviləsi ilə beynəlxalq təşkilat kimi təsis olunmuş konqres beynəlxalq poçtun vahid qaydada qəbulunu, daşınmasını və tranzitlə göndərilməsini tənzimləyən Ümumdünya Poçt Konvensiyasını qəbul edib və həmin gün Ümumdünya Poçt İttifaqı təsis olunub. 1880-ci ildən ÜPİ-nin üzvləri arasında məktub korrespondensiyasından əlavə, poçt bağlamalarının, 1891-ci ildən etibarən isə çap nəşrlərinin mübadiləsi müəyyən edilib. 9 oktyabrın Ümumdünya Poçt Günü kimi qeyd olunması ilə bağlı qərar isə 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində qəbul edilib. Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib.

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993- cü ildən ÜPİ üzvlüyünə qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu inkişaf yolu keçib, bu sahədə əldə edilən uğurların məntiqli nəticəsidir ki, son bir neçə ildə Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatına layiq görülüb. Amma gəlin etiraf edək ki, Mirzə Cəlil dövrünün Novruzəli avamlığı olmasa da digər nəsnələr poçtumuza mane olmaqdadır, düzələr deyib gözləyək.

 

9 oktyabr. Ümumdünya xospis və polliativ kömək günü

 

Dilə yatmayan bu kəlmələri əsla eşitməmişəm, ona görə bu gün mənə maraqlı gəldi. Nədir axı xospis və polliativ kömək? Sən demə, bu, sağalmaz xəstəliyə tutulmuş insanlara xüsusi müəssisələrdə ömürlərinin son günlərində göstərilən xidmətdir. Xospis fəlsəfəsi budur – xospis ölüm evi deyil, həyat evidir. Nə qədər təsəlliverivci fəlsəfə olsa da mahiyyətcə xospis elə məhz ölüm evidir. Ora yollanan pasient anlayır ki, ordan meyiti çıxasıdır. Qəribədir, öləcəyini dərk etdiyi anda insan hansı hissləri keçirir? Xatirələrlə baş-başa qalıb aciz və köməksiz halda göz yaşlarımı axıdır, etdiyi səhvlərin iztirablarınımı çəkir, yoxsa qəddar həyatdan, ona pislik edən insanlardan qisas almaq barədə düşünür? Əsl tədqiqat sahəsidir.

 

Amma mən dəqiq bilirəm ki, keçmişdə cəmiyyətlər daha humanist olublar, insana sağalmaz xəstəliyə düçar olduğunu, öləcəyini əvvəlcədən deməyiblər. O vaxtkı tibbi yanaşma insanı vaxtından əvvəl fikrən ölümə sürükləməyin əleyhinə yönəlmişdi. Zira, indi xərçəngə tutulana həkimlər neşə ay yaşayacağını belə deyirlər, bunu ədalətli sayırlar, “qoy insan yarımçıq işlərini tamamlasın” deyə fikirlərini əsaslandırırlar. İndiki qəddar reallıqda boşuna ümid verməmək əsas yer tutur. Amma nə olursa olsun, məncə, qəfil, gözlənilmədən ölmək daha yaxşıdır. Dünyada ölümə hazırlaşmaq qədər dəhşətli heç nə ola bilməz.

 

9 oktyabr. Ayını özünlə aparmalısan

 

Ciddi adamlar ağız büzəcəklər, amma qayğısız, bütün təminatlarla əhatə olunan avropalılar bu gün “Öz yumşaq ayı oyuncağını iş, yaxud təhsil yerinə apar” deyə bir gün icad ediblər, bu gün hamı bir ayı oyuncağını qoltuğuna vurub idarələrə və müəssisələrə, universitet və məktəblərə aparacaq. Bunca qayğısız olmaqmı olar, ilahi?

 

Bu gün həm də qeyri-adi hadisələr günüdür. Gərək diqqətli olub ətrafında cərəyan edən belə hadisələri izləyib tapasan. Adi günlərdə bunlara əhəmiyyət vermirsən, indisə verməli olacaqsan. Məsələn, birini mən deyim, aaaaa, toyuğun ikiqat göz qapağı var imiş ki. Yaxud, aaa, suyun üzərinə qəzet sərəndə o, betondan da möhkəm olurmuş ki.

 

9 oktyabr. Beynəlxalq qəzet korrespondensiyaları günü

 

İnternational Newspaper Carrier Day – oktyabrın ilk tam həftəsinin şənbə gününə təsadüf edən bu gün elektron medianın təzyiqinə baxmayaraq duruş gətirməkdə olan qəzetin diqqət mərkəzində dayanmasına xidmət edir. Korrespondensiyalar – poçt rabitəsi vasitəsilə göndərilən məqalələrdir, bir vaxtlar internet olmayanda ezamiyyətə getmiş müxbirlər öz yazılarını poçt vasitəsi ilə - məktub, yaxud teleqram formasında redaksiyalara göndərərdilər. Operativlik olmurdu, amma prosesin özü həyəcanverici idi, sənin yazını səbirsizliklə redaksiyada gözləyirdilər ki, qəzet sıhifələrinə yerləşdirsinlər. Oxucular isə köşklərdə növbə yaradıb təzə qəzetlərin gətirilməsini gözləyirdilər ki, son xəbərlərdən oxuyub agah olsunlar. İndi harda nə baş verirsə həmin dəqiqə sosial media, saytlar aləmə car çəkir. İndi xəbərin hazırlanması, cilalanması prosesi deyilən bir proses arxaikləşib. Bax belə. Zaman öz sözünü deməkdədir. Bununla belə, gəlin qəzetçiləri təbrik edək. Ölkədə onlar çox az sayda qalıblar, “Yeni Müsavat”, “525-ci qəzet”, “Şərq”, “Ədəbiyyat qəzeti”... Hamısı var olsun, səhnədən əsla  çıxmasınlar.

 

 9 oktyabr. Şindlerin siyahısı

 

Avropada donor və orqan transplantasiyası günüdür. Allah heç kəsi başqasının qanına və orqanına möhtac qoymasın heç vaxt. Yaponiyada Takayama festivalı başlayır. 15-ci əsrdən üzübəri yaponlar bu festivalı keçirirlər, iri gəlinciklər bəzədilib küçələrə düzülür, bambuk bəzəklər, rəngbərəng parçalar aksessuar təşkil edir, həyatın özünün bir butafora olması illüziyası yaradılır. Rumıniyada Xolokost qurbanlarının anım günü, Moldovada pendir günüdür. Gözünə döndüyüm amerikalılar pitsa gününü qeyd edəcəklər. Əlavə olaraq, onlarda həm də pivə günüdür. Keçən dəfə Milli pivə içmək günü idi, indi pivə. Düzü, fərqini bilmirəm. Yəqin yenə pivəni keçən dəfəki kimi içəcəklər, yeyəsi deyillər ki.

 

1989-cu ilin 9 oktyabrında SSRİ-nin Mərkəzi Televiziyası milyonlarla sadəlövh insanın hissləri ilə oynayıb efir vasitəsi ilə Kaşpirovskinin telepatik seanslarının nümayişinə başlayıb. 1975-ci ildə akademik Saxarova Nobel mükafatı verilib. (Arvadı erməni olduğu üçün axıra qədər Qarabağ məsələsində haqsız olan ermənilərin tərəfini tutdu bu nahaq adam). 1974-cü ildə alman biznesmeni Oskar Şindler doğulub, o kəs ki, müharibə illərində 1100 yəhudini xilas edib. Məşhur “Şindlerin siyahısı” filmini xatırladınızmı?

 

1959-cu ildə Boris Nemtsov doğulub - Kremlin divarları önündə siyasi qətlə yetirilmiş həmin o binəva. 1940-cı ildə əfsanəvi Bitlz qrupunun solisti Con Lennon doğulub -  tarixə düşmək məqsədi güdən bir kəmağıl fanatı tərəfindən qətlə yetirilmiş digər bir binəva.

 

10 oktyabr. Azərbaycanın görkəmli filoloq alimi Abbas Zamanovun 110  illiyi

 

Mübaliğəsiz demək olar, elm tariximizdə iz qoyan ən görkəmli alimlərimizdəndir bu şəxs. Abbas Fəttah oğlu Zamanov. 1911-ci il oktyabr ayının 10-da Naxçıvanın Şərur rayonunun Maxta kəndində anadan olub. Valideyin himayəsindən məhrum halda çox acı bir tale yaşayıb. 1921-1927-ci illərdə Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşa­yıb. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra 1929-1937-ci illərdə rəhbər komsomol işçisi kimi çalışıb, sonra “Gənc işçi” və “Ədəbiyyat” qəzetində məsul katib işləyib, Azərnəşrin Bədii ədəbiyyat şöbəsinin müdiri olub. Ali təhsil almağı yaddan çıxarmayıb, 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini qiyabi bitirib, institutda müəllim saxlanılıb. 1940-1941-ci illərdə M.F.Axundov adına Opera və Balet Teatrının direktoru olub, İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra 1948-1960-cı illərdə BDU-nun filologiya fakültəsində baş müəllim, 1960-68- ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, 1968-1971-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, 1971-1979-cu illərdə isə ADUnun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb. A.Zamanov C.Məmmədquluzadənin, M.Ə.Sabirin, Ə.Haqverdiyevin, N.Nərimanovun, S.S.Axundovun, S.Hüseynin, H.Nəzərlinin, S.Ə.Şirvaninin, S.M.Qənizadənin və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. 1967-ci ildə “M.Ə.Sabir və müasirləri” mövzusunda dissertasiya müdafiə edib, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. 1971-ci ildə isə professor elmi rütbəsini qazanıb.

 

1983-cü ildə Abbas Zamanov Azər­baycan EA-nın müxbir üzvü seçilib, 1980-ci ildə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, I dərəcəli “Vətən müharibəsi” ordeni, “Döyüş xidmət­lərinə görə” medalı və bir sıra digər medallarla təltif edilib. 1993-cü il aprelin ayının 1-də Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. 2011-ci il oktyabr ayının 5-də onun100 illik yubileyi təntənə ilə qeyd edilib. Ruhu şad olsun.

 

10 oktyabr. Ümumdünya psixiki sağlamlıq günü

 

1992-ci ildən qeyd edilən bu gün diqqəti psixiki xəstəlikdən əziyyət çəkən insanlara yönəltmək məqsədi güdür. Hazırda dünyada 450 milyon insan bu cür xəstəliklərdən əziyyət çəkir. Qərb ölkələrində hər yeddinci adam ya paranoiddir, ya şizofrenikdir, ya da depressiya, yaxud alkoqolizmdən müalicə alır. Psixiki xəstəliklərin əsas səbəbkarı isə stress adlı düşməndir, o düşmən ki, günümüzün əsas mənfi qəhrəmanıdır.

 

10 oktyabr. “Barabançını qucaqla günü”

 

Bu gün musiqi ansambllarının barabançılarına ehtiram əlaməti olaraq onları qucaqlamaq lazımdır. Barabançı – bizim təbirimizcə nağaraçalanlar. İndi durub həqiqətən gedəsən, “Natiq” ritm qrupunun nağaraçılarından birini, lap elə Natiqin özünü qucaqlayasan ki, qardaş, təqvim belə deyir. Düşünərlər, yəqin bunun ağlı gedib.

 

10 oktyabr. Ermənilərin bugünkü bayramı

 

İndi sizə bir şey deyim, ancaq gülməyin. Bu gün Ermənistanda kimyəvi qoşunlar günüdür. Bunlar yəni belə dərinə gediblər ki, hətta ABŞ, Rusiya kimi hərbi derjavalar belə ayrıca qeyd etmədiyi kimyəvi qoşunlar gününü qeyd edirlər? Hanı bunların kimyəvi silahları, poliqonları, hanı xüsusi hazırlıq məktəbləri? Neçə mütəxəssisləri var bu sahədə? Gülünc və absurddur, gözə kül üfürmək buna deməzlərmi?

 

Sizdən kim lətifə söyləməyi xahiş etsə ona bax bu lakonik lətifəni söyləyin: 10 oktyabr - Ermənistanda kimyəvi qoşunlar günüdür.

 

10 oktyabr. Digər əlamətdar hadisələr

 

Bu gün Ümumdünya evsizlər günüdür. Bomj adlandırdığımız belələrinə bu gün mərhəmət göstərməyiniz yetər. Ölüm hökmü ilə ümumdünya mübarizə günüdür. Ümumdünya sıyıq günüdür. (Mannı sıyığını kim sevməyib ki, uşaqlığında?) Finlyandiyada milli ədəbiyyat günüdür. Ukraynada rəssamlar günüdür. Pakistanda, Honkonqda və Almaniyada babalar və nənələr günüdür. Polşada ağacəkmə, Kubada müstəqillik günüdür. Və ən nəhayət, bu gün Amerikada tortun bəzədilməsi günüdür. Üstəlik, mələk-biskvit günüdür həm də. Ay maşallah!

 

1963-cü ilin bu günündə məşhur türk aktrisası Hülya Avşar dünyaya gəlib. 1943-cü ilin bu günündə ingilis yazışısı Corc Oruel ilk dəfə “soyuq müharibə” terminindən istifadə edib. 1933-cü ilin bu günüdə ABŞ universamlarında ilk dəfə yuyucu vasitə - “poroşok” gözə görünüb. Dreft adlı bu vasitənin üzərinə də belə yazılıbmış: “Möcüzə molekulun sayəsində parçadan çirki sovurub çıxarır”. 1919-cu ildə Antanta RSFSR-ə qarşı iqtisadi sanksiyalar elan edib. 1875-ci ildə rus yazıçısı Aleksey Tolstoy (Lev yox a) dünyasını dəyişib. 1813-cü ildə dünyaşöhrətli italyan bəstəkarı Cüzeppe Verdi dünyaya gəlib. 680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi  - Əli ibn Abu Talibin oğlu, 3-cü şiyə imamı Hüseyn ibn Əli işıqlı dünyadan köçüb.

 

10 oktyabrın şeir payı

 

Payız ovqatlı bir şeir. Gözəl şairimiz, sumqayıtlı  Əşrəf Veysəllinin qələmindən çıxıb. Ayrılıqlar fəslində yenidən görüşmək ümidini qoruyub saxlayanlar üçündür bu şeir.

 

Getdin, bir xəyal oldu

 

Təbəssümlər, qılıqlar.

 

Bu gödək ömrümüzdə

 

Bu uzun ayrılıqlar,

 

Dönəcək bir nəğməyə,

 

Bir az yaşayaq deyə,

 

Dinəcək pərdə-pərdə.

 

Eh, bəlkə bir də, bir də,

 

Bəlkə bir də görüşdük.

 

 

 

Dünyanın hər yerindən 50-yə yaxın teatr Ümumdünya Balet günündə iştirak edəcək və bu əlamətdar hadisə bu il oktyabrın 19-da qeyd olunacaqdır. Bu barədə London Kral baletinin direktoru Kevin O’ Heyr Böyük Britaniyanın paytaxtında keçirilən mətbuat konfransında məlumat verilib.
“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, Kevin O’Heyr “Səkkizinci Ümumdünya Balet günündə indiyədək ən çox iştirakçının təmsil olunacağını elan etməkdən məmnunam. Bu gün bu, əslində, dünyanın ən möcüzəli rəqsi olan baletə ən böyük dəvətdir", - deyə jurnalistlərə bildirib.
Ümumdünya Balet gününün proqramı doğrudan da olduqca zəngin olacaq. London vaxtı ilə saat 11:00-da başlanacaq proqram (Bakı vaxtı ilə  14:00) müxtəlif meydançalardan altı saatlıq onlayn yayımı əhatə edəcək. Belə ki, Kral baleti onun ştatlı xoreoqrafı Ueyn Makqreqor tərəfindən qoyulan yeni baletin məşqlərinin bir fraqmentini göstərəcək. İtalyan şairinin vəfatının 700 illiyinə həsr olunmuş "Dante layihəsi" adlı novator tamaşanın əsasında britaniyalı bəstəkar Tomas Adesin musiqisi dayanır, tamaşaçılar bu tamaşanı da görəcəklər.
Bu ilin yanvarında Avstraliya baletinə rəhbərlik edən Böyük Teatrın keçmiş Baş dirijoru Devid Holberq tamaşaçılara balet sənəti üzrə bütöv bir dərs verəcək. Sonra bir sıra tamaşalardan, o cümlədən "Arlekinada" və "Romeo və Cülyetta"dan məşqlər nümayiş etdiriləcək.
QABT proqramı üç saat nəzərdə tutulub və onu Böyük Teatrın truppa rəhbəri Artem Ovçarenko və solist Ana Turazaşvili aparacaqlar. Yazılan materiallar "Orlando", "Baaderka", "Don Kixot" və "Fironun qızı" kimi baletlərin oxunuşlarının fraqmentlərini özündə birləşdirəcək.
"Ümumdünya Balet Günü sayəsində dünyanın aparıcı rəqs truppaları yenidən birləşə və pərəstişkarları üçün rəqs etməklə daha yaxşı ovqat əldə edə, bu ovqatı bölüşə bilərlər. Bu, sadəcə, bizim işimizdir, bu, bizim gündəlik həyatımızın mahiyyətidir və ilham mənbəyimizdir", - Böyük teatrın balet truppasının rəhbəri Mahar Vaziyevin sözləridir bunlar.
Bir sözlə, baletsevərlər üçün böyük bayram qapımızın kəndarındadır.

24-27 sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak ediblər.
Sərgidə bir sıra ölkələr və 200-dən çox nəşriyyatlar iştirak etmişdir. Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus və ingilis dillərindəki 200 adda kitablar sərgilənmişdir.
Tədbirdə Xalq yazıçısı Anar və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndəsi Nigar Axundova iştirak etmişlər.
Həmçinin, sərgi boyunca maraqlananlara nümayəndə heyəti tərəfindən tariximiz, Qarabağ həqiqətləri, şanlı qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilmiş və bəzi kitablar Azərbaycan stendinin ziyarətçilərinə hədiyyə edilmişdir.
Eyni zamanda sərgi çərçivəsində tədbirin iştirakçılarına cari ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi haqqında məlumat verilmişdir. Gənc oxucular sərgi-yarmarkada Nizami haqqında nəşrlərə böyük marağ göstərmişlər.
Sərgidə Rusiyanın Milli Kitabxanasının, Elmlər Akademiyasının bəzi institutlarının, bir sıra ali təhsil müəssisələrinin və digər dövlət qurumlarının nümayəndələri Azərbaycan stendində sərgilənən bir çox kitablara diqqət göstərmişdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.