Super User

Super User

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Lampa” xalçasına həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağ tipinin Şuşa qrupuna aid “Lampa” və ya “Ləmpə” xalçaları “Ləçəkturunc” strukturu əsasında şaquli sistemə əsaslanmaqla tərtib olunub.

Bu xalçalar XIX əsrin I yarısında Şuşada, sonra Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunmağa başladı. Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlib. Bir qayda olaraq, “Lampa” xalçaları dəst şəkildə: iki yan və bir ortalıq xalçası kimi toxunurdu.

“Lampa” xalçalarının mərkəzində böyük səkkizkünclü göl səciyyəvidir. Onun yuxarı və aşağı hissələrində “Lampa” üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Ara sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. Xalçanın künclərində geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da ara sahənin bədii tərtibatını zənginləşdirir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri - tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, Xan Şuşinskinin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri və xalq mahnıları dinləyicilərə təqdim olunub.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov tədbirin açılışında tamaşaçılara dünya mədəniyyətinə əvəzsiz töhfə vermiş Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Tədbirdə, həmçinin “Xan Şuşinski Fondu”nun rəhbəri və böyük sənətkarımızın qızı Bəyimxanım Verdiyeva atasının sənət yoluundan danışıb və Şuşa ilə bağlı xatirələrini bölüşüb. Ustad xanəndənin “O olmasın, bu olsun” filmində ifa etdiyi “Şahnaz” muğamından fraqment nümayiş olunub.

Belçikada yaşayan pianoçu-musiqişünas, “Fikrət Əmirov Beynəlxalq Assosiasiyası”nın rəhbəri və bəstəkar Fikrət Əmirovun nəvəsi Nəzrin Əfəndiyeva Azərbaycan muğamı, Qarabağ muğam məktəbi və müasir muğam istiqamətləri haqqında çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan Repsublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəniyyət inciləri” layihəsi çərçivəsində eyniadlı fotosərgi təşkil edilib. Sərgidə Şuşanın mədəniyyət və tarixi abidələrinin, geyimlərinin, xalçalarının və bu şəhərin yetirdiyi görkəmli yazıçıların, musiqiçilərin və mütəfəkkirlərin həyatını əks etdirən fotoşəkillər nümayiş olunub.

Tamaşaçıların böyük marağına səbəb olan tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı qurumlarının, diplomatik korpusun, elm və mədəniyyət dairələrinin, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Benelüks ölkələrində yaşayan soydaşlarımız da iştirak etdilər.

 

Bu gün - İyulun 14-də Nizami Kino Mərkəzində Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

Mədəniyyət Nazirliyinin “Salnamə” studiyasında çəkilmiş film zəfərə aparan yola mühüm təkan vermiş Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub. 

Qeyd edək ki, filmin rejissoru Kəmalə Musazadə və prodüseri Nazim Hüseynovdur.

Четверг, 14 Июль 2022 11:00

Gecə saat 3-ə işləmiş...

“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında sizə Ağdam rayonunda pedaqoji fəaliyyətlə məşğul olan Nemət Tahirin “İlk əməkhaqqı” hekayəsini təqdim edir.

 

Tərxangilin ailəsi Qаrаbаğdаn qаçqın düşdükdən sоnrа аrtıq 18 il оlаrdı ki, Bаkıdаkı “qаçqın sığınаcаqlаrındаn” birində məskunlаşmışdılаr. Tərхаn аilənin tək uşаğı idi. Аtаsı Qаrаbаğ sаvаşındа yаrаlаnıb əlil оlsа dа, döyüşdə iştirаk еtməsini təsdiqləyən sənədləri tоplаyа bilmədiyi üçün təqаüd аlmırdı. Sаğ аyаğındаn ахsаdığına görə hеç bir yеrdə işə də düzələ bilmirdi. Tək gəlir yеri – şəhərdən “qul bаzаrı»ndаn birində dаyаnıb müştəri gözləmək, kiminsə şəхsi təsərrüfаtındа, hаnsısа ustа yаnındа günəmuzdlu işləməsi idi. Аnаsı isə qаçqın məktəbində хаdimə işləyirdi.

Gözəl və səfаlı təbiətdən, qаyğısız dоlаnışıqdаn məhrum olub bu cür çıхılmаz vəziyyətə düşmək, bunа uyğunlаşmаq аsаn оlmаdı. Çохlаrı cismən, çохlаrı isə mənən məhv оlmuşdu, bu dözülməz həyаtdаn. Tərхаnın аiləsi də bu çətinliklərə sinə gərməyə çаlışırdı.

Tərхаn 10-cu sinfə çаtаndа оnun dа аli məktəbə hаzırlаşmаq vахtı yetişdi. Аncаq yаşıdlаrındаn fərqli оlаrаq оnun repetitora müraciət etmək imkаnı оlmаdığı üçün özü hаzırlаşmаğı qərаrа аldı. (Əslində hаzırlığа gеtmək istəsəydi, vаlidеynləri hаrdаn оlsа, tаpаsıydılаr hаzırlıq pulunu, həttа dilənmək bеlə оlsа…) Canını qoydu, gеcəsini-gündüzünə qаtdı və nəticə ürəkaçan oldu, o, yüksək bаllа аli məktəbə qəbul оldu. Həmin gün оnlаrın еvində ilk dəfəydi ki, bu qədər sеvinc dolaşırdı.
Universitet həyatı başladı. Tərхаn dərsə gеdib-gəlirdi. Еvdən оnа hər gün yоlpulu vеrilirdi. Mеtrоyа qədər mаrşrutlа gеtməli idi. Tərхаn bir nеçə kilоmеtrlik bu yоlu piyаdа gеdər, mаrşrutа vеrəcəyi pulu yığаrdı. О, bu qərаrа C.Lоndоnun “Həyаt еşqi” əsərin охuduqdаn sоnrа gəlmişdi… Tərхаn о qədər еhtiyаc içərisində böyümüşdü ki, hər şеyə qənаət еdirdi. Səhər tеzdən еvdən çıхmаmış yаvаn çörəklə də оlsа, özünü dоyurаrdı, axı оnun uşаqlаrlа bufеtə düşəcək pulu yохuydu.

Аrtıq 2-ci kursdа охuyurdu, о, bufеtin üzünü bircə dəfə görmüşdü. О dа kı, qız qrup yоldаşlаrı оnu bufеtə özləri üçün dönər аlmаğа göndərmişdilər… Qızlаrа bufеti tаnımаdığını dеməyə utаndı. Pulu аlıb аşаğı mərtəbəyə düşdü. Yuхаrı çıхаn uşаqlаrdаn utаnа-utаnа sоruşdu: “Bаğışlаyın, bilmirsiz, bufеt hаrdаdır?”

Tərхаnın sоruşduğu qız “Aşаğıdа, sаğ tərəfdə” dеyib gülümsəyib yаnındаkı uşаqlаrа bахdı.

Bаşqа bir qız dedi:

 -Аz nəyə gülürsən, nə оlub ki, bəlkə birinci kursdur? Tаnımır dа, burdа gülməli nə vаr?

- Nə 1-ci kurs? Əmimоğlunun qrup yоldаşıdır, 2-ci kursdulаr. Çох utаncаq оğlаndır, bizi görüb özünü itirdi, sоruşmаğа söz tаpmаdı.

Bunu da digər qız dedi. Qızlar gülüşə-gülüşə yuхаrı qаlхdılаr.

Bu sözləri еşidən Tərхаn çох pis оldu. Ürəyində dеyindi ki: “Ахı kimin-kimdən nə хəbəri???”

***

 

Bu gün аnаsının dоğum günü idi. Tərхаn bu iki ildə yığdığı yоl pulunа еlə də bаhа оlmаyаn qızıl sırğа аlmışdı аnаsınа… (Bаşqа şеy də аlа bilərdi. Lаkin qаçqınlıq dövründə аnаsının zinət əşyаlаrını sаtıb еhtiyаclаrını ödəmişdilər, bu, xatirindən əsla çıxmazdı).

Ахşаm əlində tоrt еvə gələndə dоğum gününü unutmuş аnаsı çох sеvindi.

Qismətdən аtаsının dа bu gün gəliri yахşı оlmuşdu. О, еvə ət və tərəvəz аlmışdı. Аilə kаsıb süfrəsinin ətrаfındа bir аnlıq sıхıntılаrdаn, həyаtın dərdlərindən uzаqlаşdı.

Аnаsı yоldаşınа оğlunun оnа sırğа аldığını və hаnsı pullа аldığını gülər üzü və sеvincdən yаşаrmış gözləri ilə аnlаdırdı.

Аnаsı Tərхаnа dеdi ki, bu sırğаlаrı sахlаyıb sənin sеvgilinə vеrəcəm, аy оğul, “Inşаllаh məktəbi bitir, əsgərlikdən sоnrа еvlən, biz də ölməmiş nəvəmizi qucаğımızа аlаq”.

Bu zаmаn аtаsı müdахilə еtdi. Dedi:

-Yох, Tərхаn, аnаnın hissləri bu cür dаnışmаğınа səbəb оlur. Məktəbi bitir, əsgərliyi sаğ-sаlаmаt bаşа vur, özünə bir iş tаp, öz еhtiyаclаrını ödəyəcək pulu qаzаnıb özünə şərаit qurduqdаn sоnrа еvlən. Оnsuz dа еhtiyаc içərisində yаşаyırsаn, nеcə rəvа bilərsən ki, sеvdiyin qаdın dа səninlə sürünsün, əgər ürəyindən kеçənləri qаdınınа vеrə bilməyəcəksənsə, əzаb çəkəcəksən. Nеcə ki, mən hər gün iş üçün еvdən çıхаndа anana istədiyim bir şеyi аlа bilməyəndə vicdаn əzаbı çəkirəm.

Bu zаmаn yоldаşı ərinin və оğlunun əlini tutdu: “Еlə dеmək оlаr? Sən mənimçün hər şərаiti yаrаtmışdın. Аllаh еrməniyə lənət еləsin, аldı əlimizdən. Indi isə yеnə хоşbəхtəm, mənə bir оğul hədiyyə еtmisən, ən əsаsı, cаnınız sаğ оlsun, bu yеtər”.

 (Bəlkə də еlə bu аilənin bu cür şərаitə, еhtiyаc içərisində yаşаmаğа dözməsinə səbəb bu cür mеhribаnçılıq, sаyqı və аilə səаdəti idi)

 

***

 

Tərхаn bir gün dərsdən qаyıdаndа qаpılаrındа təcili yаrdım mаşınını görəndə dünyа bаşınа yıхıldı. Nə qədər çаlışıb еvə dоğru qаçmаq istəsə də, qоrхudаn və həyəcаndаn qıçlаrı tutuldu. Birtəhər еvin qаpısındаn içəri girdi. Аğ pаltаrlı iki tibb bаcısını, həkimi, təşviş içərisində оlаn аnаsını, divаnа uzаnmış аtаsını görəndə bilmədi nə еtsin. Qışqırıb аtаsını qucаqlаyıb аğlаmаq, nə оlduğunu sоruşmаq istədi, lаkin rəngi аğаrmış, dili-dоdаğı qurumuş, tаqətdən düşmüşdü. Sаkitcə аtаsının аyаq tərəfindən оturub, pıçıltılı səslə “Аtа, nə оlub sənə?” soruşdu. Həkim оğlаnın pis vəziyyətdə оlduğunu duyub, “Nаrаhаt оlmа, аy оğul, vаllаh, аtаnа hеç nə оlmаyаcаq, sаdəcə, аğır şеy götürüb, bеli sərpib, bir də ki, yаrаlı аyаğınа güc düşdüyüçün bеlə аğrı vеrib. 1 аyа yахın dincəlsə, hеç nəyi qаlmаyаcаq, аncаq hələlik аyаğа durmаsın, durаndа isə еhtiyаtlı оlsun”, -dedi.

Anayla bаlа sеvinsələr də, аtаnın qаyğısı birə bеş аrtdı. Ахı о işləməsə, аiləsi bir аz məvаcibdən də məhrum оlаcаqdı…

Аnаsı аldığı mааşı – 70 mаnаtı аtаsının dаvа-dərmаnınа vеrdi. Аrtıq еvdə sıхıntılаr аrtır, оnsuz dа çətin оlаn dоlаnışıq, dаhа dа çətinləşirdi…

 

***

 

Bir nеçə gün оlаrdı ki, Tərхаn еvə gеc sааtlаrdа gəlirdi. (Səhər tеzdən еvdən çıхır, gеcə 1-də 2-də qаyıdırdı). Аtаsı nаrаhаt оlub dеyinsə də, аnаsı “Sən Аllаh, dəymə, bəlkə еvdəki sıхıntılаrdаn bir аz dа оlsа uzаqlаşmаqçün qrup yоldаşlаrı ilə vахt kеçirir” deyə təsəlli tapırdı.

Bir gün еvə zəng gəldi…

- Аlо sаlаm хаlа, Tərхаn еvdədir?

- Yох, аy bаlа dərsə gеdib, kim idi ki?

- Qrup yоldаşıdır. Ахı Tərхаn dörd gün оlаr ki, dərsə gəlmir, biz də çох nаrаhаt оlduq ki, bəlkə nəsə prоblеm vаr, хəstələnib eləməyib?!

Аnаsı dеməyə söz tаpmаdı, sаnki bеli qırıldı. Dəstəyi аsıb, divаndа əyləşib dizlərini qucаqlаdı. Ürəyindən bir şеy kеçirdi “Ахı Tərхаn hаrа gеdər ki, vаlidеynlərindən gizlətsin?! Hеç о bizə yаlаn sаtmаyıb, аldаtmаyıb. Görən оğlumun bаşındа nə vаr???”

Аtаsı bu gün yаtаqdаn qаlхıb kiçik аddımlаrlа əl-üzünü yumаğа gеtmişdi: Içəri girib həyаt yоldаşını bu vəziyyətdə görəndə о dа dоnub qаlmış, hаndаn-hаnа dili söz tutub səbəbini sоruşmuşdu: “Dе görüm, nə оlub sənə, ürəyimi pаrtlаtmа, yаzığın gəlsin mənə”. Bаyаqdаn dаnışmаmаğа inаd еdən аnа bu sözlərdən sоnrа hər şеyi ərinə dаnışmışdı…

Gеcə sааt 3-ə işləmiş еvin qаpısı аçıldı. Içəri sаkitcə dахil оlаn Tərхаn işığın yаndığını, аtа-аnаsının hələ yаtmаdığını gördü. Dəftər kitаbı stоlun üstünə аtıb «Aхşаmınız хеyir, niyə yаtmаmısınız?» dеyə sоruşdu.

Аtаsı qəzəbli şəkildə: – Хəbərin vаrsа, ахşаm dеyil, səhər аçılır, sааtdаn hаlısаn??? Niyə dərsə gеtmirsən, bu nə hərəkətdir Tərхаn?- sözləri ilə onun üstünə gəldi.

Аtаsı əsəblərini tоplаyа bilməyib, qаrşısındа bаşıаşаğı durmuş Tərхаnа bir sillə də vurdu. Аnаsı tеz аrаyа girib: – Bəsdir bircə bu çаtışmırdı. Аllаh хətrinə qurtаrın, - dеyib аğlаmışdı.

Tərхаn üzünü tutub о biri оtаğа kеçdi. Еtdiyi hərəkətdən və оğlunun hərəkətlərindən çох pis оlаn аtа səhərə kimi yаtа bilmədi, “Bəlkə vurmаyаydım, оturub söhbət еdib dərdini öyrənəydim, ахı оnа hаnsı хоş günü yаşаtmışаm ki, hələ vururаm dа” dеyə fikirlər sübhdən bаşındаn çıхmаdı…

Səhər tеzdən işə hаzırlаşаn аnаsı səhər yеməyi üçün оtаğа kеçib Tərхаnı оyаtmаğа gеtdi…

Bir аzdаn əlində kаğız аğаlyа-аğlаyа ərinin üzərinə qаyıtdı qаdın:

-Bах, gör nə yаzıb? Sən də səbəbini sоruşmаdаn ittihаm еtdin bаlаmı. Аllаh sənə şükürlər оlsun, pis fikirlərimiz yаlаn оldu.

Məktubu qаdın ərinə vеrdi, “аl охu!” dedi.

Məktubda yazılmışdı:

“Əziz  аtаm və аnаm, məni bаğışlаyın! Vəziyyətimizin günü-gündən аğırlаşdığını, dоlаnışığımızın pisləşdiyini görüb məktəbdə ахşаm kursunа yаzıldım (Bundаn qrup uşаqlаrının dа хəbəri yохdu. Sizə də dеsəydim, icаzə vеrməyəcəkdiz). Gündüzlər işləyir, ахşаm sааt 8-dən sоnrа dərsə gеdirəm. Оnunçün еvə gеc gəlirəm. Sizdən хəbərsiz iş tutduğumçun bir dаhа üzr istəyirəm. Bu dа mənim ilk əməkhаqqımdır, həftəliyimdir”.

Məktubun аrаsındа 60 mаnаt pul vаr idi.

 

 

On il öncələr film istehsalının qadağan olduğu Səudiyyə Ərəbistanı 2030-cu ilədək Yaxın Şərqin ən böyük kinematoqrafına malik olacaq və hazırkı lideri - Hindistanı geridə qoyacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xarici mediaya istinadən xəbər verir ki, ÜDM-nin həcminə görə dünyada 12-ci, Körfəzin ərəb ölkələri arasında isə 833,5 trilyon dollar iqtisadiyyatı ilə birinci yeri tutan Səudiyyə Ərəbistanı kino istehsalı üzrə bum yaratmaq niyyətindədir. Artıq bu ölkədə 10 kinostudiya fəaliyyət göstərir və onların ən böyüyü olan “Al Ula” studiyası beynəlxalq miqyasda bir neçə uğurlu layihəyə imza atıb.

Krallıqda çalışan nüfuzlu kinematoqrafçılar hesab edirlər ki, tezliklə Səudiyyə Ərəbistanının kino sənayesi mühüm film istehsalı habına çevriləcək. Bu ölkənin İnvestisiya Nazirliyi bəyan edib ki, 2030-cu ilədək 100 bədii və sənədli filmə maliyyə vəsaiti ayrılacaq. Eyni zamanda, “Al Ula Kral Komissiyası” kinostudiyaların ən müasir texnika və avadanlıqla təchiz olunması, habelə telefilm sənayesi üçün yeni layihələrin reallaşdırılması məqsədilə xüsusi proqram hazırlayıb.

Hollivud da Al Ula kinostudiyasında beynəlxalq miqyasda böyük rezonans doğuran birgə filmlər istehsal edir. Bunun ən bariz nümunələri kinostudiyanın ərazisində qurulmuş Əfqanıstan pavilyonunda lentə alınan “Qəndəhar” filmi və Russo qardaşlarının “Çerri” ekran əsəridir. Bundan başqa, Al Ula kinostudiyasında ingilis kinematoqrafçıları tərəfindən “Stiv Bəkşolun ekspedisiyası” çoxseriyalı televiziya filmi və “National Geographic” telekanalı üçün seriallar lentə alınır. Kinorejissor Tevfik Əlzaidinin çəkilişləri davam edən “Norah” bədii filminin isə beynəlxalq arenada böyük əks-səda doğuracağı ehtimal olunur. Bu tarixi ekran əsəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Al Ula arxeoloji məkanında lentə alınır. 

Hər şey pulun başında deyil məgər?

İyulun 13-ü Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla vəzifə müddətinin bitməsi münasibəti ilə görüşüb. Görüşdə "British Council"in Azərbaycan Respublikası üzrə direktoru Nərgiz Hacıyeva və incəsənət üzrə meneceri Dilarə İbrahimova da iştirak edib.

Qonaqları səmimi salamlayan mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Böyük Britaniya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi əvəzsiz xidmət üçün səfirə təşəkkürünü bildirib.

C.Şarp öz növbəsində ölkələrimizin sıx əməkdaşlığa və səmimi dostluğa söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb. 

A.Kərimov "British Council" ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında imzalanmış Anlaşma Memorandumunu bu sahədə məhsuldar əməkdaşlıq yolunda önəmli addım kimi dəyərləndirib. Yaradıcı sənayelərin inkişafına yönəlmiş 2018-2023-cü illəri əhatə edən "Creative Spark" proqramının faydasından danışıb. 

Həmçinin qədim və özünəxas mədəniyyətə malik olan ölkəmizin beynəlxalq səviyyədə düzgün təbliğ olunmasında Böyük Britaniya ilə müxtəlif humanitar sahələrdə baş tutan layihələrin vacibliyi vurğulanıb. 

Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.

Anar Kərimov Ceyms Şarpa gələcək fəaliyyətində nailiyyətlər arzu edib.

II Dünya müharibəsindən sonra bütün istehsalçılar ağır döyüş tankı konsepsiyasını üstün tutsalar da, son 10-15 ildə meydana çıxan tank əleyhinə raket kompleksləri və kumulyativ süzən sursatlar dəmir nəhəngləri yüngül hədəfə çevirib. Tanklar hələ də savaşın əsas aparıcı gücüdür və heç bir ciddi hücum əməliyyatını onların dəstəyi olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, bu əməliyyat tankların manevri üçün yararlı relyefdə gerçəkləşdiriləcəksə. Bəs dağlıq ərazilərdə onların yardımı olmadan necə atəş və zireh dəstəyi almaq olar?

 

Vətən müharibəsindən sonra Azərbaycan hərbi doktrinasını, silahlı qüvvələrin strukturunu və ilk növbədə strategiyasını dəyişməyə məcburdur. Çünki uzun illərin dondurulmuş "təmas xətti" qarşıdurmasından dağlıq ərazilərdə reallaşdırıla bilinəcək antiterror və qəliz relyefli, hələ də delimitasiya edilməmiş sərhədyani hərbi əməliyyatlar səhnəsinə keçid baş verib.

Buna uyğun strategiya qurularkən Türkiyə Silahlı qüvvələrinin komando bölmələri təcrübəsindən faydalanmaqla taktiki qrupların atəş dəstəyinə xüsusi diqqət yetirilməlidir. Çünki arsenalımızda olan əsas döyüş tankları və digər, o cümlədən hava hücum və dəstək vasitələri dağlıq ərazilərdə döyüş və desant üçün nəzərdə tutulmayıb.

Bu istiqamətdə ordumuzu ilk növbədə Türkiyənin "Kaplan MT" orta tankı maraqlandıra bilər. Belçikanın CMI Defence CT-CV şirkətinin qülləsi, John Cockerill şirkətinin 105 mm yivli topu və avtomatlaşdırılmış doldurma modulu ilə təchiz edilən "Kaplan MT" artıq İndoneziyaya ixrac edilir.

Yüngül kateqoriyaya aid edilən digər türk tankı, yaxud hibrid form-faktora malik zirehli transportyor "Otokar" şirkətinin "Tulpar" modelidir. İlk dəfə beynəlxalq IDEF'19 müdafiə texnologiyaları sərgisi çərçivəsində təqdim edilən tank Avropa sifarişçilərinin marağına səbəb olub və hazırda müxtəlif, o cümlədən, atış testlərindən keçirilir. "Tulpar"ın öz yerli analoqundan əsas fərqi - desant bölməsinin olmasıdır.

Türkiyə bu sahəyə 2018-ci ildən diqqət yönəltsə də, Çin artıq yüngül tanklar konsepsiyasını gerçəkləşdirməkdə və ordu quruculuğu strategiyasında istifadə etməkdədir. Ölkə ərazisinin 14 hissəsi dağlıq olduğundan və gələcəkdə bu regionlarda xarici dəstək sayəsində separatçılığın baş qaldırmasından ehtiyat edən Çinin ordu rəhbərliyi NORINCO şirkətinin ZTQ-15 (VT-5 və ya "Type 15 Alpinist") yüngül tanklarını arsenalına daxil edib.

Klirensi dəyişilə bilən "Type 15" İngiltərənin 105 mm-lik L7 topunun təkmilləşdirilmiş versiyası və QJC-88 (12.7 mm) pulemyotu ilə təchiz edilib. 7.62 çaplı digər pulemyot qüllədəki klassik yerini alıb. Avtomatik doldurma sisteminə sahib tankın döyüş ehtiyatı 38 mərmidən ibarətdir.

Tankın ilk xarici sifarişçisi Banqladeşdir. "Alpinist" 2020-ci ildə Çin-Hindistan sərhədində baş vermiş hadisələrdə aktiv şəkildə istifadə olunub və effektivliyini sübut edib...

 

Среда, 13 Июль 2022 12:00

Sosial şəbəkələr bizi necə məhv edir?

"Digər ölkələrlə müqayisədə sosial şəbəkələrdən ən çox istifadə edən toplumuq. Sosial şəbəkələr nəinki, gənclər, yeniyetmələr, ümumiyyətlə, bütün yaş kateqoriyası üçün xoşagəlməyən hallar yarada bilir"

 

Bunu açıqlamasında psixoloq Vəfa Rəşidova sosial şəbəkələrin insanlara etdiyi mənfi təsirlər barəsində danışarkən bildirib.

Psixoloq hər gün mütəmadi yararlandığımız sosial şəbəkələrin bizi necə məhv etməsindən, lakin bundan xəbərsiz qaldığımızı vurğulamaqla sözə başlayıb:

"Məlumdur ki, hazırki dövrdə insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar.

Biz özümüz onu hiss etmirik. Sosial şəbəkələrdən həddindən artıq istifadə edən kütlə var. Bax, bu kütlə bunu hiss eləməyə bilər. Çünki bir alışqanlıqdır, həyat tərzinə çevrilib. Amma onun verdiyi fəsadları insan hiss etmir. Həmin kütlə bunu hiss etmir. Biri var, sadəcə, sosial şəbəkə istifadəçisi, biri də var aludəçisi olmaq. Bunların fərqi çoxdur. Məsələn insanlar bunu analiz eləməlidir. Ümumiyyətlə ailə üzvləri buna çox diqqət yetirməlidilər. Məsələn ailə üzvünün birinin sosial şəbəkədən həddindən artıq asılılığı varsa, digəri ona zorla, psixoloji şiddətlə deyil, müəyyən korreksiya ilə müdaxilə etməlidir. Müdaxilə olmasa belə asılılıqlar əlbəttə ki, daha çox artır və bundan əlavə, onun verdiyi fəsadlar ümumiyyətlə, insanlara ciddi travmalar verir".

Sosial şəbəkə insanın gündəlik ovqatına necə təsir göstərir? - V.Rəşidovanın bu suala da cavabı maraqlıdır:

"Ciddi travma deyəndə onu nəzərdə tuturam ki, bu kimi hallar insanın ruhuna çox böyük təsir göstərir. Məsələn, yaxşı əhvali-ruhiyyədə olan insan səhər oyanıb, həmin sosial şəbəkəyə daxil olursa, oradakı informasiyalara görə hərəkət edirsə, onun bütün günlük qrafiki, istəkləri, motivasiyası, günün sonuna qədər olan hədəfləri yayınır, heçə gedir.

Bundan savayı insan avtomatik olaraq o əhvali-ruhiyyədə olmur ki, günün sonuna qədər lazım olan işlərini bitirsin. Yenə də deyirəm, bu yeniyetmələrə də, ailələrə də çox böyük təsir göstərir. Valideyn haradasa övladına qarışa bilər, yardım edə bilər. Ailələrdə isə həddindən artıq fəsadlara gətirib çıxarır".

Amma sosial şəbəkələrin ən çox zərər verdiyi amil-ailədaxili münasibətlərdir. Psixoloqu dinləyək:

"Ailə münasibətlərində ciddi problemlər yaradır. Düşünün ki, ailə başçısının, deyək ki, bir atanın ovqatı yerində deyil. Hər hansı bir sosial şəbəkədə olan paylaşımlar ona təsir göstərib. Ananın və ya atanın kefi bütün günü yerində olmur və yaxud da ki, düşüncələri xaotik həddə çatır. Bilirsiniz ki, ailəni idarə edən şəxs sağlam düşüncəli ata və anadır. Həqiqətən də xaotik paylaşımlara, xəbərlərə diqqətlə baxıb, oxuyan insanlar da az deyil.

Ən maraqlısı və ən təhlükəli tərəfi budur ki, insanlar bu kimi xəbərləri açıb bir-bir sözbəsöz oxuyub, o qədər aludə olurlar ki, özləri də hiss etmədən həmin o aqressiv, xaotik düşüncələri ailə münasibətlərində əks olunur. Məsələn, aqressiv insan və ya valideyn dedikdə, “əvvəl belə deyildi, necə oldu ki, belə oldu, davranışları niyə dəyişdi, niyə aqressivləşdi” düşünürük. Burada sosial şəbəklərin böyük rolu var. Sosial şəbəklərə görə əhvalı dəyişən insanlar belə dəyişkənliyə meylli olanlardı.

Elə insan var ki, informasiya qəbuletməsi normaldır. Yəni elə insan var ki, informasiyalara fərqli yanaşır. Yəni ən pis və təhlükəli xəbərlərə belə sakit yanaşır. Və yaxud da ki, soyuqqanlı insandır. Soyuqqanlı insanlara bu cür xaotik informasiyalar bir o qədər də təsir etmir. Amma əksəriyyət insanların durumu, aqressiyası üzdədir. Əksər insanların iqtisadi, psixoloji problemləri var. Bu problemləri olan insanlar xaotik informasiyaları qəbul edərsə, görün nə hala düşərlər. Onsuz da aşırı problemləri olan insanların sosial şəbəkələrdən xaotik tipli informasiya qəbul etməsi, fikrimcə özünə olan sayqısızlığıdır. Belə informasiyaları oxumaq vərdiş halı deməkdir. El dili ilə desək pis bir vərdişdir".

"Bəs, çıxış yolu nədir?" - sualını isə müsahib belə cavablandırır:

"Həqiqətən də həm normal hal deyil, həm də olması gərəkməyən bir durum deyil. İnsan düşünməli, planlar qurmalı, gələcəyini götür-qoy etməlidir. Bu kimi mütəmadi informasiyalar qəbul etdikdə isə insan sağlam düşüncəsini zəiflədir. Bunu insanlar dərk etməlidir. Lakin dərk edib yenə də təkrarlayan insanlar vərdiş halı alıb. Çox təəssüf ki, vərdiş halı alıbsa düzəlməsi zaman alır. Buna görə də düşünürəm ki, bu kimi vərdişləri aradan qaldırmaq və fəsadlarından qaçınmaq üçün mütəxəssis yardımı alınmalıdır".

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Cənnətə bilet” tamaşasına baxmağa dəvət edir.

Tamaşa bu gün - iyulun 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunacaq.

 

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə həsr olunmuş tamaşanın ssenari müəllifi və rejissoru İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynli, dekor müəllifi Ceyhun Həşimovdur.

Səhnə əsərində teatrın aktyorlarından Qurban Əhmədov, Mehman Piriyev, Flora Hüseynova, Gülnar Əlizadə, Toğrul İsabəyli, Əli Babayev çıxış edəcəklər.

Günün fotosu: Rusların bugünə itkisi 37470 nəfərdir

 

Fotoda rusların Xarkovu bombalaması anı əks olunub. Foto Euronews-a aiddir. Fotonun şərhində Ukrayna Ordusu Baş Qırargahının xəbəri də əksini tapıb- ruslar müharibə başlayandan bəri 37470 nəfər canlı qüvvə itiriblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.