Super User
“Azərkitab” fəaliyyətini genişləndirir
Ölkənin ən stajlı kitab yayını mərkəzi - “Azərkitab” öz fəaliyyətini genişləndirməkdədir. Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq belə qoyulmur.
Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir.
Bu problemin çözülməsi üçün ölkənin ən qocaman kitab mərkəzi - “Azərkitab” kitab təbliğatı Mərkəzi köklü tədbirlər həyata keçirir. Bunlardan biri yeni fəaliyyətə başlamış “Azərkitab” yayınları vasitəsi ilə “Renessans” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində yayın evi yazarların kitablarını ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirməkdə iddialıdır, yüksək satış faizi təmin etməkdə də həmçinin.
Unutmayın, təkcə istedad bestseller yazmağa kifayət etmir!
“Azərkitab” kitab təbliğatı mərkəzinin “Azərkitab” yayınları, “Renessans” qrupu Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası) ünvanında fəaliyyət göstərir. Əlaqə nömrəsi: +994 51 3047525.
Peşəkar kitabçılar yazarları əçəkdaşlığa dəvət edirlər.
Hazırda “Azərkitab” yayınlarında yazıçı Varisin yeni “Qızıl cib saatı” romanı çapa hazırlanır. Eyni zamanda yazıçının ölkədə ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı da yeni redaktədə çapa hazırlanır.
Yayın evi oxuculara digər xoş sürprizlər də hazırlayır.
“Ədəbiyyat və incəsənət” (15.12.2022)
İnsanları aqressiv edən nədir?
Hər gün yolda olarkən – avtobusda, metroda insanların aqressivləşdiyini müşahidə edirik. Münasibətlərdəki əvvəlki harmoniya itmiş kimi görünür. İnsanların sözləri sanki bir-birinin boğazından keçmir. Adi bir söz söylədikdə belə, üzlərdə nifrət hiss olunur. Bəs son vaxtlar insanlardakı bu qədər hirsin, aqressiyanın səbəbi nədir?
Psixoloq Günel Qurbanova deyir ki, insanın rahat və sağlam yaşaması üçün müəyyən şərtlər mövcuddur: “Abraham Maslounun “Ehtiyaclar piramidası” nəzəriyyəsinə baxsaq, bunların arasında birinci yerdə fizioloji tələbat durur. Hansı ki, pandemiya dövründə həm işsizlik, həm də qapanmayla əlaqədar insanlarda “qıtlıq və aclıq” psixologiyası çox aktivləşmişdi. İkinci şərt güvəndə olmaqdır. Pandemiya dövründə sağlamlığımız təhlükədə idi, hətta bir çox insan xəstəlik səbəbiylə doğmalarını itirdi. Üçüncü yerdə sevgi və aid olmaq gəlir. Pandemiya dövründə insanlar dostlarından ayrı düşdü, bəziləri sevgilisindən ayrıldı və s. Dördüncü şərt hörmət və özünü qiymətləndirmədir. Bir çox insan pandemiyada işini itirdi, biznesi bağlandı, özgüvəni zədələndi. Beşinci şərt isə yaradıcılıq, problem həll etmə bacarığı, önyarqı olmadan həqiqətləri qəbul etməkdir. Hansı ki, pandemiya dövründə insanlar çox tez-tez çarəsizliklə üzləşdi, evdən kənarda hobbiləri ilə məşğul ola bilmədilər və s. Gördüyünüz kimi, pandemiya bu piramidanın hər mərhələsini zədələyib”.
Psixoloqun fikrincə, pandemiya əksər insanların içində yatmış olan travmaları oyatdı və çoxaltdı: “İnsanların içində təşviş, itirmə, ölüm qorxusu kimi duyğular artıb. Bizdə bu dövrdə müharibə də oldu, bir çox insanlar doğmalarını itirdilər. Bunların hamısı insanın düşüncələrinə, həyata baxış tərzinə ciddi şəkildə təsir edir. İnsanlar var olan problemi qəbul edib, həyatında və özündə müəyyən şeyləri müsbətə doğru dəyişməyə çalışmalıdır. Dəyişə bilməyənlər isə mütləq psixoloji dəstək alsın”.
Sosioloq Sahib Altay isə bildirdi ki, insan və cəmiyyət sosiallığın üzərində qurulub: “Təbii ki, insanlar 1-2 il müddətinə evə qapadılanda, əmək fəaliyyətindən uzaqlaşanda, sosial, ictimai münasibətlər sərhədlənəndə aqressiya baş verməli idi. İnsan psixologiyası monotonluğa, sakitliyə ziddir. Əgər biz dörd divarın arasında eyni adamları görür, eyni həyat tərzi sürürüksə, psixologiyamız təbii ki, yerində olmur”.
S.Altayın sözlərinə görə, azərbaycanlılar karantin sözü ilə koronavirus pandemiyası dövründə tanış olub: “Avropa bundan əvvəl vəba və digər pandemiyaları görmüşdü. Biz xalq olaraq pandemiyadan əlavə müharibə ajiotajı da yaşadıq. Müharibə travması elədir ki, uzun müddət davam edir. Biz bundan sonra da xeyli müddət o travmaları, aqressiyanı, stressi cəmiyyətdə müşahidə edəcəyik”.
Sosioloq qeyd etdi ki, ölkəmizdə insanlar arasında aqressiyanın artmasının bir səbəbi də ictimai məsələlərdir: “Azərbaycanda insanların aqressivləşməsinin artmasına pandemiyadan və müharibədən sonrakı bahalaşma, gəlirlərin aşağı olması da təsir edir. 21-ci əsrin istehsal məhsulundan, son model telefonundan istifadə edirik, son model maşın sürürük, ancaq 21-ci əsrin düşüncəsinə, hüququna uyğun həyat yaşamırıq.
S.Altay dedi ki, insanların aqressivləşməsinin bir səbəbi də yeni davranışlar sisteminə keçiddir: “Yaratdığını, məna tapdığını ortadan qaldırıb yerinə yeni bir nəsnə gətirəndə, insanda təbii ki, boşluq yaranır. O boşluq da stress doğurur. İnsanların köhnə mədəniyyəti ortadan qaldırıb yerinə yenisini gətirməsi o boşluğu doldurmur. Hazırda dünyada kütləvi savadsızlıq, fəlsəfədən uzaqlaşmaq tendensiyası var. Artıq insanlar məna axtarışının deyil, bəsit yaşam tərzi sürməyin tərəfdarıdırlar. Düşünmək çətin olduğuna görə əylənmək önə keçib. Bu da zaman keçdikcə insanlarda aqressiya yaradır. Çünki məna axtarışı dövründə eqomuzu təmin etmək üçün müxtəlif nəsnələr yaratmışdıq. O nəsnələr, mədəni xüsuslar ortadan qalxdıqca, təkcə əyləncə insan ruhunu və eqosunu doydurmur. Əvvəl məna qoşunu var idisə, indi ortada böyük bir əyləncə qoşunu hökm sürür. Elm, texnologiya inkişaf edir, ancaq ümumi düşüncəyə çevrilmir”.
Sosioloq qeyd etdi ki, insan həyatının texnologiya sayəsində dəyişməsi də aqressiyaya səbəb olur: “Müxtəlif texnoloji vasitələr, maşınlar, sənaye təchizatları, insan sayının artması, yaşayış məntəqələrində olan sıxlıq, hər yerdə növbə gözləmə məcburiyyəti və s. də insanları bezdirir. Yəni müasir yaşam tərzi, inkişaf təkcə müsbət nəticə vermir. Düşüncə inkişaf etdikcə, həyat haqqında məlumatlar artdıqca, insanı xoşbəxt edən şərtlər də artır”.
Zərif Salmanlı
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Ən çox oxunan: Müğənni Nəvai 30 milyonluq avtomobil alıb
Bizim zənginlərimiz necə ki, burada, eləcə də yaşadıqları xarici ölkələrdədə israfçı həyatı aevirlər. Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) avtomobili ilə diqqət mərkəzinə düşüb. Belə ki, azərbaycanlı məşhur yaşadığı və karyerasını davam etdirdiyi Rusiyada özünə "Rolls-Royce" model yeni lüks avtomobil alıb. Xatırladaq ki, bu marka Britaniyaya aiddir.
Sözügedən avtomobilin dəyəri təxminən 500 min dollar (850 min manat) civarındadır. Yarım milyonluq avtomobilin Rusiya valyutası ilə qiyməti 30 milyon rubl təşkil edir.
Böyük pullardır, deyilmi?
“Ədəbiyyyat və incəsənət”
(15.12.2022)
3-CÜ PROSES ARUTYUN ŞAXRİKYAN
“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
Tamaşaçılar ayağa qalxaraq alqış sədaları altında hakimlərin öz yerlərinə keçmələrini müşayiət etməyə başladılar. Hakimlər öz yerlərinə keçər-keçməz kulisdən gələn əsrarəngiz səs növbəti proses barədə tamaşaçıları bilgiləndirdi:
-Divanı qurulan növbəti şəxs Şaxrikyan Arutyun Mkrtıçeviçdir.
Portretlərdən birinin ağ örpəyi götürüldü, kostyum-qalstukda, ziyalı görkəmli bəyaz saqqallı birini görcək tamaşaçılar şaşırdılar. Axı ziyalı adı ilə cinayətkarlıq əsla bir-biri ilə uyuşmur.
Bu an eynən şəkildəki görkəmdə olan şəxs iki mühafizəçinin müşayiəti altında Müttəhimlər kürsüsünə gətirildi.
Şaxrikyan yerinə keçən kimi yerindən qışqırdı:
-Mən başa düşmürəm, məni niyə mühakimə edirsiniz. Mən ziyalıyam, hüquqşünasam, bura mənim yerim deyil.
Bugünkü proses öncəsi Baş Hakimin gənc həmkarı ilə qısaca ayaqüstü söhbəti olmuşdu, gənc həmkarı ona yataq əlili olan qonşusunun prosesə ünvanladığı fikirlərini çatdırmışdı. Bu fikirlərin Divanda səsləndirilməsi yerinə düşərdi, prosesdə ittihamçı tərəfin ittiham olunan tərəf üzərində əlavə dividendlər götürməsini təmin edərdi. Odur ki, Baş Hakim Şaxrikyanın işinə başlamazdan öncə sözü gənc həmkarına vermək qərarına gəldi. O, öncə auditoriya ilə atəşin salamlaşıb söylədi:
-Bildiyiniz kimi, Divan, xüsusən Böyük Divan axirətdə çox populyardır, hamı onu gözləyir, izləyir. Divan hər gün çoxsaylı müraciətlər, eyni zamanda ürək sözləri, təriflər alır. Bizim bir pərəstişkarımız əlil olduğu səbəbindən proseslərimizi şəxsən izləyə bilməsə də burda iştirak edən övladları hər şeyi ona bircə-bircə danışırlar. Onun erməni millətçiliyi ilə bağlı prosesimizə ismarıcı var, mən prosesə başlamazdan öncə sözü gənc həmkarıma vermək istəyirəm ki, həmin ismarıcı burada səsləndirsin.
Gənc hakim məmnuniyyətlə sözə başladı. Özü də sinədəftərliyini büruzə verərək heç bir qeydə filana baxmadan aşağıdakıları söylədi.
-Cənab Baş Hakim, hörmətli Divan əhli, tamaşaçılar. Həmin şəxs Böyük Divanın erməni millətçiliyi məsələsinə baxdığını eşidib maraq xatirinə vikipediyada “dünyanın ən məşhur qatilləri” yazaraq axtarış verib. İstəyib görsün, terrorizm və soyqırımı cinayətləri üzrə ixtisaslaşdırılmış ermənilərin “yan” soyadına orada da rast gələ biləcəkmi. Nəticə ağır olub. Düz 3 erməninin soyadı dünyanın ən məşhur qatilləri sırasındadır. Böyük nəticədir. Erməni xalqı üçün qürurvericidirmi, bilmir, ancaq başqa xalqlar, onun fikrincə, bundan utanc duyarlar. Həmin şəxsin mənə ötürdüyü informasiyanı mən burda səsləndirirəm.
Demək, qatil Almazyan Zaven Sarkisoviç. 1969-1970-ci illərdə SSRİ-nin Rostov-na-donu adlı rus və Voroşilovqrad adlı ukrain şəhərlərində seriya qətlləri həyata keçirmişdir. Peşəcə yükdaşıyan olan, “polad barmaqlı”, habelə “Voroşilovqrad manyakı” təxəllüslü bu şəxs qadınlara qarşı seksual hərəkətlər edib sonra onları boğub öldürürmüş. O, həm də nekrofil idi, meyitlərə qarşı seksual istək nümayiş etdirirmiş. 1970-ci ildə 23 yaşında ölüm cəzasına məhkum olunub.
Asatryan Valeriy Qeorqieviç. “Ölüm rejissoru” təxəllüslü bu seriya qatili və pedofil doğulduğu Yerevan şəhərindən Rusiyanın baş şəhəri Moskvaya köçərək 1988-ci-1990-cı illərdə orada Nabokovun “Lolita” əsərinin qəhrəmanlarını seksual cəhətdən yamsılamaqla qətllər həyata keçirirmiş. 1996-cı ildə 38 yaşında ölüm cəzası almışdır.
İonesyan Vladimir Mixayloviç. SSRİ-nin adı ictimai rezonans doğurmuş ilk seriya qatillərindən biri. “Mosqaz” təxəllüslü bu şəxs evlərə Moskva qaz idarəsinin əməkdaşı kimi daxil olub qətllər və soyğunçuluq törədirdi. Uzun illər onun adı şəhər sakinləri üçün qorxu və vahimə yaradırdı. Maraqlıdır ki, bu manyak qatil Orenburq şəhər musiqili komediya teatrının aktyoru idi. Ayağında xüsusi qəddarlıqla seçilən 5 qətl hadisəsi var idi. 1964-cü ildə 27 yaşında ona qarşı güllələnmə hökmü icra edilmişdir. Onun müdhiş cinayətləri bir neçə bədii və sənədli filmlərdə lentə alınaraq böyük tamaşaçı kütləsi qazanmışdır.
Qonşum çox istəyirdi ki, məişət cinayətkarları sayılmaları səbəbindən Böyük Divanda mühakimələri baş tutmayacaq bu şəxslərin adları və cinayətləri, hər halda burada səslənsin, tamaşaçılar erməni cinayətləri barədə səthi yox, tam məlumatlı olsunlar. Budur, onun istəyi həyata keçdi. Mən də öz adımdan və qonşumun adından Divana, möhtərəm Baş Hakimimizə bizə tribuna verdiyi üçün minnətdarlıq bildirirəm.
Gənc hakim çıxışını bitirib auditoriyada hədəflərinə qarşı yaratdığı nifrət dalğasını seyr edə-edə yerində əyləşdi, xeyli rahatlandığını hiss etdi.
Prosesin davamı Şaxrikyanın növbəti etiraz sədaları ilə gəldi:
-Gedin həmin o Mosqaz deyilən caniyə divan qurun, mən ziyalıyam. Onsuz da bir dəfə haqsızlığa məruz qalıb məhkəməsiz-filansız qəddar türklər tərəfindən edam olunmuş, işıqlı dünyadan köç etmişəm. Barı, qoyun bu Axirət dünyasındasa rahat yaşayım.
Yaşlı hakim onun cavabını yerindəncə verdi:
-Cənab Şaxrikyan, doğrudan siz günahınızın nə olduğunu bilmirsiniz? Sizin əliniz Osmanlı İmperiyasında yaşayan on minlərlə türkün qanına batıb. Üstəlik, sizin ideoloqu olduğunuz “Osmanlıda erməni muxtariyyatı” hərəkatı, ondan doğan antitürk qiyamları öz həmvətənlilərinizə də ağır zərbələr vurub, iki xalq arasındakı münasibət tam düşmənçilik səviyyəsinə çatıb, müdafiə məqsədi ilə Osmanlı dövləti həmvətənlilərinizi sürgün etməyə məcbur olub, dinc ermənilər Suriyanın çöllərində qırılmağa məhkum olublar. Bütün günahlar sizindir, cənab Şaxrikyan!
Şaxrikyan yaylıq çıxarıb gözünün yaşını sildi:
-Zatən ağlamıram, gözümə mirvari suyu yığılır, mənə əziyyət verir. Demək, möhtərəm hakim, əgər məqsədiniz obyektiv Divan qurmaqdırsa, gəlin mən sizə bir sirr açım. 1915-ci illərdə Osmanlıda türklərin qətliamını əsasən Hamazaspın, Dar Pastirmaçiyanın, Andronikin, Karakinin, Hayk Liantsın və Kerinin komandanlığı altında erməni dəstələri həyata keçirdiyindən, siz məhz bu şəxsləri müttəhimlər kürsüsündə oturtmalısınız, mən zavallını yox.
Baş Hakim ona düzəliş etdi:
-Hamazaspın adı Quba qətliamında, Andronikin adı Zəngəzur qaətliamında keçir, hər ikisi Divanın hökmünə məruz qalacaqlar. Siz özünüzdən danışın.
Şaxrikyan heç cür təslim olmaq istəmirdi:
-Möhtərəm hakim, yaxşı, bəs Osmanlı parlamentinin deputatı, "Hnçaq" terror təşkilatının ideoloqu Stepan Ter Danielyan necə? Əsas fiqur odur, məndə təkzibedilməz faktlar var, onun şəxsən törətdikləri barədə. Bu adama türklər şərəf verdilər, deputat seçdilər, amma o...
Hakim onun sözünü kəsdi:
-Cənab Şaxrikyan, Ter Danielyan da Osmanlıdakı türk qırğınlarının təşkilatçılarından olub, amma bu ittiham prosesinə Divan məhz sizi seçib, çünki mənbələrdə ən çox sizin adınız hallanır, siz daha iri fiqur olmusunuz, əliniz daha çox qana batıb. Hətta qaniçənliyinizin və vəhşiliyinizin masştabına görə Atom ləqəbi almısınız.
Şaxrikyan iniltili səs çıxartdı:
-Mən heç nə etməmişəm.
-Bəs atom ləqəbi?
-Bunu fizika elmində axtarışlar apardığım üçün mənə veriblər.
-Xeyir, sizin fizikaya heç bir dəxliniz yoxdur. Siz atom kimi dağıdıcı olduğunuz üçün bu adı almısınız.
Tamaşaçı alqışları altında diktor mətni davam etdi:
-Osmanlı təbəəsi olmuş bu şəxs tarixdə ən qatı türk düşməni olan ermənilərdən biri kimi qalıb. 1860-cı ildə Osmanlı İmperiyasının Sivas vilayətinin Şapin-Karahisar şəhərində dünyaya gəlib. Erməni milli-azadlıq hərəkatının ən məşhur üzvlərindən biri, hüquqşünas, ”Erməni məsələsi” traktatının müəllifidir. Nitra və Atom təxəllüsləri ilə tanınıb. Konstantinopolda Mərkəzi erməni kollecini bitirib, ardınca Konstantinopol Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra 1889-1895–ci illərdə Trapezundda hüquqşünas işləyib, tədricən vəkilliyə başlayıb. Həyatı boyu onlarca erməni millətçisinin siyası proseslərdə vəkili olub. Siyası fəaliyyəti Daşnaksütun partiyası ilə bağlıdır. Eləcə də cinayətləri.
Şaxrikyan iniltili səs çıxartdı və yenidən diktor mətnini kəsmiş oldu:
-Mən heç nə etməmişəm.
Hakim “Təqsirsizlik prezumpsiyası deyilən anlayış var, prosesdə cinayətiniz sübut olunmasa siz azad ediləcək, sizdən üzr istəniləcək”- deyə onu susmağa məcbur etmək istədi. Şaxrikyanın növbəti “Mənə dəyən maddi və mənəvi ziyan da kompensə olunsun” sözləri isə diktor mətninin gurluğu altında qalıb it-bat oldu.
-1895-ci ildə baş vermiş Həmidiyyə qətliamı zamanı Şaxrikyan Osmanlı jandarmeriyası tərəfindən həbs edilmiş, 13 ay həbsxana həyatı yaşamışdır. 1897-ci ildə həbsdən qaçaraq Rusiyaya - Batumiyə, oradan da Tiflisə keçmişdir. Tezliklə Daşnaksütun partiyasının göstərişi ilə İranın Səlmas vilayətinə getmiş, orada millətçi Xanasor yürüşünü təşkil etmişdir. Partiyanın 1899-cu il konqresində Şaxrikyan vəzifə alaraq partiyanın Bakı bürosunun rəhbəri təyin olunmuşdur. Çarizmin təşkil etdiyi 1905-ci il erməni-müsəlman davasında ermənilərin silahlandırılmasında şəxsən əsas rol oynamışdır. Türkiyədəki Gənc Türklər inqilabından sonra oraya qayıtmış, gənctürklərin ermənilərə verdikləri imtiyazdan istifadə edərək aktiv siyası fəaliyyətini davam etdirmişdir. Erməni Milli Yığıncağına Üsküdərdən deputat seçilmişdir. Həmin dönəmdə o, “Azatamart” qəzeti üçün millətçi məqalələr də yazmışdır. 2-ci dünya müharibəsində rus və ingilislərin Osmanlı ilə müharibəsi fonunda Şərqi Osmanlıda “Böyük Ermənistan” qurmaq xülyası ilə Şaxrikyan ideoloji iş aparmış, qətliamların törədicisi kimi tanınmışdır. 1915-ci ildə Osmanlı hökumətinin qərarı ilə edam olunmuşdur.
Şaxrikyan yenə ucadan danışmağa cəhd etdi, amma onun mikrofonunu söndürdülər, Baş Hakim sözə başladı:
-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Prosesimizin ən maraqlı məqamlarından birinə çatmışıq. Osmanlıda erməni məsələsi. Günü bu gün də bu mövzu dünyanın gündəmindədir. Divanın əvvəlki iclaslarında qeyd edildi ki, ermənilər “Böyük Ermənistan” deyərək öz əzəmətlərini nümayiş etdirməklə yanaşı “erməni genosidi” deməklə göz yaşı da axıdırlar. Bu hər iki rıçaq onların türklərə qənim kəsilməkçün əsas silahıdır. Yəni, loru dillə desək, hər iki halda onlar öz dəlləkliklərini türklərin üzərində eləyirlər. Birinci mövzu ilə bağlı kifayət qədər Divanımızda danışıldı, davamı da gələcək, bu gün ikinci mövzuya keçid edəcəyik. Nədir bu “erməni genosidi”? Diqqət etsək görərik ki, ermənilər son iki əsrdə Türkiyədə və Azərbaycanda törətdikləri dəhşətli soyqırımları və deportasiyaları, həmçinin dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri amansız terror əməliyyatlarını ört-basdır etmək, beynəlxalq ictimaiyyətdə özləri haqqında "əzabkeş millət" imici formalaşdırmaq üçün uzun onilliklərdir ki, “erməni genosidi”ndən yapışırlar, hər il aprelin 24-nü "erməni genosidi günü” kimi qeyd etməkdədirlər. Niyə bəs 1915-ci il? Birinci dünya müharibəsi dövründə - 1915-ci ildə guya Osmanlı türkləri onları "soyqırımı"na məruz qoyub. Halbuki arasında yaşadıqları xalqlara qarşı daim düşmən mövqedə dayandıqlarının, satqınlıq və riyakarlıqlarının, törətdikləri cinayətkar aksiyaların, millətlərarası münaqişələrin əsas qızışdırıcıları qismində çıxış etdiklərinin qarşılığında bu millətə xüsusi status verən, dillərinə, dinlərinə hörmət və ehtiramla yanaşan, hüquqlarını qoruyan məhz Osmanlı imperiyası olub. O vaxt planetimizin ən nəhəng imperiyalarından biri olan, qədim və zəngin dövlətçilik mədəniyyətinə malik bu qüdrətli ölkə bir tərəfdən çar Rusiyasının, digər tərəfdən İngiltərənin hücumlarına məruz qaldı. Bu məqamda iç dünyaları xəyanət mənbəyi olan erməni millətçilərinin siması dərhal üzə çıxdı. "Böyük Ermənistan" arzularını reallaşdırmaq üçün rus çarı II Nikolayın yağlı vədlərinə aldanan Anadolu erməniləri türklərə qarşı sürətlə silahlanmağa başladılar və bu silahlanma həmin ərazilərdə yüz minlərlə dinc müsəlman əhalisinin kütləvi qırğınları ilə sonuclandı. Mən sözü ekspertlərə verirəm. İlk arayış ermənilərin antitürk meyillərinin başlaması barədə olsun mümkünsə.
Hazır olan ekspertlər dərhal belə bir arayiş ortaya çıxartdılar. Baş ekspertin tövsiyyəsi ilə bu arayışı vaxtı ilə həmin bu mövzuda doktorluq dissertasiyası yazmış alman ekspert oxudu:
-Tarixi mənbələrə istinadən söyləyək ki, Osmanlıda erməni məsələsinin, dolayısı ilə “Böyük Ermənistan” qurulması planının ilk izi 1699-cu ilə gedib çıxır, həmin il erməni məlikləri katolikos Minası erməni tarixində ermənilərin milli-azadlıq hərəkatının ən görkəmli nümayəndəsi hesab edilən İsrayil Oriyə qoşub Almaniyaya yola salırlar. İsrail Ori özgə torpaqlarını ələ keçirmək üçün hazırladıqları 36 bənddən ibarət planı da özü ilə Almaniyaya aparır. Elə bu planla tanış olan kimi, alman knyazı İohann Vilhelm ermənilərin hiyləsini və niyyətini başa düşüb onları saraydan qovdurur.
Bütün bu axtarışlara rəhbərlik edən İsrail Ori İtaliyada, Almaniyada və Avstriyada apardığı danışıqlardan sonra heç bir Avropa dövlətinin ermənilərin hiyləsinə uyub Türkiyə ilə müharibəyə girməyəcəyinə tam əmin olduqdan sonra son ümid yerini Rusiyaya bağlayır. Belədə, “Böyük Ermənistanı” yaratmaq Osmanlıdan xeyli zəif olan İran torpaqlarına – Cənubi Qafqaza transfer olunur.
1701-ci ilin yayında İsrail Ori arximandrit Minası da yanına alıb I Pyotrun görüşünə yollanır. Almaniya knyazı İohann Vilhelmə təqdim etdikləri “proqramı” bir qədər təkmilləşdirilmiş şəkildə rus çarı İ Pyotra təqdim edirlər. I Pyotr Qafqazla, xüsusilə Azərbaycanla çoxdan maraqlanırdı. Məhz buna görə də ermənilərlə marağı üst-üstə düşürdü. Pyotr axır ki, işğalçılıq iştahını boğa bilmir, ermənilərə havadarlığı öz boynuna götürür və İsrail Orini polkovnik rütbəsi ilə təltif edərək Səfəvilər dövlətinə göndəriləcək nümayəndənin başçısı təyin edir. İsrail Ori 1703-cü ildə uydurduğu “Ermənistan”ın xəritəsini hazırlayıb I Pyotra təqdim edir. Xəritədə Azərbaycanın qədim İrəvan xanlığından, Zəngəzur, Qarabağ mahallarından, bir də Anadolunun bir hissəsindən bəhs olunur.
Mənbələrdən aydın olur ki, ermənilər birinci Pyotrdan sonrakı bütün rus çarları ilə əlaqə saxlayıblar. Ermənilərin əsl böyük qardaşı I Nikolay olmuşdur. O, 21 mart 1828-ci il tarixli fərmanı ilə ermənilərin üstündən “qul” adını götürmüşdür. Belə ki, tarixi mənbələrə görə həmin vaxta kimi ermənilər yer üzərində rəsmən qul adlanan iki xalqdan biri olmuşdur.
-Mən etiraz edirəm. Bu şər və böhtandır!!!
Müttəhimlər sırasından bir nəfər durub səhnəyə atılmaq istəyəndə onu mühafizəçilər saxladılar. Digəri isə özünü soyuqqanlı apardığını büruzə verdiyini nümayiş etdirməklə sözünü keçirmək istədi:
-Zori, özünüzü ələ alın, əsəblərinizi cilovlayın, etirazın sivil yolu var. Mən cənab Baş Hakimə vəsadət qaldırıram ki, Çar Nikolayın erməni xalqı barədə söylədiyi xoş sözlər burada səsləndirilsin. Onun çar malikanəsindəki bir rəsmi ziyafətdə erməni xalqı barədə badə qaldırılması burda xatırlansın, onun dediyi tost burda təkrarlansın.
Baş Hakim dərhal vəsadəti rədd etdi, bunu onunla izah etdi ki, Divan Çar Nikolayın erməni xalqına simpatiyası olduğunu danmır, bunu etiraf da edib. Odur ki, sözügedən tərif nitqinin səsləndirilməsi prosesə heç bir fayda verən deyil, buna sadəcə vaxt itkisi demək olar.
Bundan sonra alman ekspert şıxışını davam etdirdi:
-1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan Rusiya ilə İran arasında rəsmən bölündü. Beləliklə, İrandan Cənubi Qafqaza, xüsusilə İrəvan xanlığına və Azərbaycana ermənilərin kütləvi axını başlandı. Erməni mənbələrində də bu, açıq-aydın göstərilir. Məsələn, erməni tarixçisi V.A.Parsamyan yazır: “1828-ci il mart ayının 20-də I Nikolay Türkmənçay müqaviləsini təsdiq etdi. Martın 21-də isə Naxçıvan və İrəvan xanlıqlarının yerində erməni vilayətinin yaradılması haqqında fərman imzaladı”.
1829-cu ildə bağlanmış Ədirnə müqaviləsindən sonra isə Türkiyədən də Cənubi Qafqaza xeyli miqdarda erməni gətirildi. Mənbələr qeyd edir ki, təkcə Ərzurumun arxiyepiskopu Karapet Cənubi Qafqaza minə yaxın erməni gətirmişdi.
1828-1830-cu illər arasında Zaqafqaziyaya İrandan 40 mindən artıq, Türkiyədən isə 84 min erməni köçürülmüşdü.
Ekspert çıxışının bu yerində yaşlı hakim Baş Hakimin icazəsi ilə mövzuya bir aydınlıq gətirmək istədiyini bildirdi, icazə alıb bunları söylədi:
- Divandakı proseslərdən mənimçün ən böyük maraq doğuranı məhz Osmanlıda erməni məsələsidir, çünki 19-cu əsrin sonlarında hazırkı Türkiyə ərazisini bürüyən qətliamlardan başlayan həmin məsələ bu gün də Azərbaycanıın Qarabağ bölgəsinin işğalı ilə gündəmdədir. Yəni, çox uzun, məşəqqətli bir prosesdir. Mən təklif edirəm ki, erməni məsələsinin kortəbii başlanğıclarından ümumi danışmayaq, buna bizə sutka əsla kifayət etməyəcək, gəlin dərhal təşkilatlanmalarından başlayaq, planlı, genişmiqyaslı işlərindən bəhs edək.
Baş Hakim kolleqasının fikrini dəstəkləyib ekspertlərdən bunun təmin olunmasını xahiş etdi, ekspertlər dərhal əvvəlki mətni saxlayıb yeni mətn axtarmağa başladılar. Bu vaxt Şaxrikyan da söhbətə qarışıb “Bilirəm, “Qnçak”dan danışacaqsınız, amma vicdanıma and olsun ki, mənim o partiya ilə heç bir əlaqəm olmayıb” sözlərini hakimlərin üzərinə tuşladı. Amma ekspert mətni artıq oxunmaqda idi. Ekspertlər arasında erməni millətçi təşkilatları üzrə ixtisaslaşmış fransalı ekspert aramla əlindəki kağızı oxumaqda idi:
-Əsası 1887-ci ildə Cenevrədə erməni tələbə Avetis Nazarbekyan tərəfindən qoyulan “Qnçak” (ermənicədən tərcümədə “Zəng”) partiyası türkçülük əleyhinə yönəlmiş “Böyük Ermənistan” uğrunda savaşın ilk irimiqyaslı təşkilatlanması oldu. Bu partiyanın proqramında Rusiya, İran və Türkiyədəki bütün erməniləri öz bayrağı altında birləşdirərək Osmanlı İmperiyasının “Qərbi Ermənistan” və “Şərqi Ermənistan” adlandırdıqları Samsun, Van, Ərzurum, Kilikiya və digər bölgələrində “Böyük Ermənistan” yaratmaq, eləcə də Rusiya İmperiyasına aid İrəvan quberniyası, Qarabağ, Qazax, Zəngəzur, Axalkalaki, Axarsix və başqa Azərbaycan və Gürcüstan torpaqlarını da buraya birləşdirmək nəzərdə tutulmuşdu.
Həmin partiyanın fəaliyyətinin üç ili ərzində az qanlar axıdılmadı. Belə ki, 1890-1892-ci illərdə Zeytun və Samsunda ermənilərin üsyanı təşkil edildi. Erməni silahlı dəstələrinin əli ilə 65 mindən artıq silahsız türk qocaları, qadınları, uşaqları məhv edildi. Bu erməni silahlı dəstələrinə çar ordusunun zabitləri başçılıq edirdi. Qərbin hakim dairələri tərəfindən qızışdırılan ermənilər Türkiyənin 1862, 1878 və 1884-cü illərdə Zeytun, 1880-ci ildə Samsun, 1884-cü ildə Van vilayətlərində milli qırğınlar törətdilər.
Baş Hakim çıxışçı ekspertə minnətdarlıq bildirib sonrakı illərə keçid almaq zərurətini dilə gətirdi və sözün növbəti ekspertə verilməsini xahiş etdi.
Şaxrikyan bu dəfə yerindən atıldı, “Xahiş edirəm yalnız faktlarla danışılsın. Özü də faktlar türk mənbələrinə yox, üçüncü tərəflərə aid olsun” söylədi, Baş Hakim üzünü Baş ekspertə tutdu:
-Xahiş edirəm məhz həmin cür də olsun.
Ekspertlər qısa məşvərətdən sonra milliyyətcə yunan olanına növbəti mətni oxumaq səlahiyyəti verdilər. Yunan ekspert kürsüyə çıxıb dərhal oxumağa başladı:
- Məşhur Amerika tarixçisi Jorj De Malevilin "1915-ci il erməni faciəsi" kitabında göstərilir ki, "Erməni terror və quldur birləşmələri tərəfindən planlı surətdə məhv edilən Şərqi Anadolunun dinc müsəlman əhalisindən 1915-ci ilin fevral ayında olsa-olsa 1 milyon 600 min nəfər qalmışdı. İş o yerə çatmışdı ki, hətta bir çox rus zabitləri insan qanına susayan ermənilərin törətdikləri qırğınlardan, əldən düşmüş qocalara, qadınlara, südəmər körpələrə belə, rəhm etmədən, hamısını ucdantutma qırıb doğramalarından hiddətlənmiş, erməni cəlladlara qarşı güc tətbiq etməyə başlamışdılar. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər və qətl-qarətlərlə yanaşı, erməni təbliğat-təşviqatının açıq-aşkar ikiüzlülüyü Osmanlı dövlətinin səbr kasasını daşırdığından Türkiyənin Ali Baş Komandanının əmri ilə 1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyi bütün erməni komitələrinin - İstanbuldakı və Türkiyənin digər iri şəhərlərindəki terror təşkilatlarının dərhal bağlanması barədə sərəncam verdi. Elə həmin gün müxtəlif vəzifə kürsülərində əyləşib, özlərini türk xalqına dost libasında təqdim etsələr də, dövlətçilik əleyhinə gizli təxribati işlərlə məşğul olan 2345 nəfər cinayətkar erməni lideri həbs edildi. Paralel olaraq da, erməni təhlükəsini dəf etmək üçün Osmanlı höküməti Şərqi Anadolu ermənilərini Suriyaya köçürməyə başladı. Ermənilər məhz həmin həbs-qətimkan tədbirinin və köçürmənin başlandığı günü - 1915-ci il aprelin 24-nü "türklərin ermənilərə qarşı genosid günü" kimi qeyd etməyi planlaşdırdılar".
Şaxrikyan ekspertin susmasından dərhal istifadə edib yenidən yerindən qışqırdı:
-Mənim zavallı qohum-əqrabam da sürgün olundu. Bu əsl genosiddir. Amma bu mənbədə faktlar təhrif edilib. Başqa xarici mənbə də varmı?
Baş Hakim ekspertlərə nəzər yetirdi:
-Yəqin ki var, deyilmi?
Ekspertlərin rəhbəri başını tərpətdi, yunan ekspert yerini amerikalı ekspertə verdi. Amerikalı ekspert Brodvey soyuqqanlığı ilə aram-aram oxumağa başladı:
- Məşhur Amerika alimi C.S.Şou yazırdı ki, "1915-ci ildə rusların türklərə qarşı apardıqları cinayətkar müharibədə erməni generallarından Hamazaspın, Pastirmaçiyanın, Andronikin, Karakinin, Liantsın və Kerinin komandanlığı altında 24 minə yaxın erməni əsgəri, 11 kazak taboru, bir kazak alayı, minlərlə erməni könüllüsü iştirak edirdi. Onların ümumi sayı 50 min nəfərdən artıq idi. Onlar Türkiyənin müxtəlif bölgələrində etnik təmiz zonalar yaratmaq üçün yüz minlərlə dinc sakini qılıncdan keçirib qanına qəltan etmiş, ev-eşiklərini yandırıb külünü havaya sovurmuş, insan cəsədlərindən nəhəng tonqallar çatmışdılar. Bu cinayətkar aksiyalardan hiddətlənmiş türk hökuməti Van gölü ətrafında yaşayan və Osmanlı imperiyasına qarşı mübarizədə ruslara canfəşanlıq göstərən satqın erməniləri müharibə zonasından ölkənin uzaq guşələrinə köçürmüş və köçürmə zamanı ermənilərdən bir qrupu xəstəlikdən öz dünyasını dəyişmişdi. Sonralar erməni tarixçiləri bu köçürməyə "erməni soyqırımı" damğası vurmuş və türkləri tənqid hədəfinə çevirmək üçün bu faktdan böyük məharətlə istifadə etmişlər. Halbuki Amerika alimlərinin məlumatlarına görə həmin vaxt erməni quldur və terror dəstələri tərəfindən qətlə yetirilən müsəlmanların sayı ölən ermənilərin sayından qat-qat çox idi”.
Müttəhimlər sırasından erməni müttəhimlərin sözçülərindən biri bu fakta etiraz etdi, dərhal ona alternativ daha 7 mənbə göstərildi, o susanda isə amerikalı ekspert mətnin davamını oxudu:
-1915-ci il iyunun 22-də hökumət qoşunları Van şəhərinə daxil olarkən onların gözləri qarşısında dəhşətli bir mənzərə canlanmışdı: meyitlər bir-birinin üstünə qalaqlanmışdı. Erməni terror birləşmələri burada vaxtında qaçıb canını qurtara bilməyən bütün müsəlman əhalini - türkləri, azərbaycanlıları, kürdləri vəhşicəsinə qətlə yetirmiş, 1000 körpəni diri-diri boğmuşdular. Həmin il iyulun 1-də rus generalı Nikolayev öz məlumatında təkcə Van şəhərində 15 min nəfər türkün ağır işgəncələrə məruz qalmasından, bu ağlasığmaz cinayətin Tero və Xeso adlı iki erməni qulduru tərəfindən törədildiyindən söz açır və insanlıq simasını itirmiş həmin qatilləri topların qarşısına qoyub güllələməyə çağırırdı. Ermənilər gülləyə qənaət etmək məqsədilə bəzən türk əhalisini kütləvi şəkildə zəhərləmək metodundan da istifadə edirdilər. Amerika tarixçisi Stenford C.Şou "Osmanlı imperatorluğunun tarixi" kitabında yazırdı ki, "Birinci dünya müharibəsi ərzində müsəlmanların ermənilər tərəfindən dəhşətli, amansız, kütləvi qırğını davam etmişdir. Bir milyondan çox türk kəndlisi doğma ocaqlarından didərgin düşmüşdür. Minlərlə qaçqın tikə-tikə doğranmış, qol və ayaqları, burun və qulaqları kəsilmiş, gözləri çıxarılmışdı. Həmin qırğınların əsas təşkilatçılarından və ideoloqlarından biri "Daşnaksütun" terror təşkilatının üzvü, Atom ləqəbli Arutyun Şaxrikyan idi.
Şaxrikyan yenidən yerindən dik atıldı:
-Mən etiraz edirəm, mənim adım çəkilməsin, çünki adımı oraya sonradan da sala bilərdilər.
Amma Baş Hakim onun etirazını qəbul etmədi, ekspertlər əllərindəki dəlil-sübutları yaxınlaşdırıb bir-bir Şaxrikyana göstərdilər, o, ürəyini övkələyib “Niyə siz alman Armin Teofil Veqnerin yazdıqlarından bəhs etmirsiniz? Mən Divanın birtərəfli keçirilməsi qənaətindəyəm” söylədi, Baş Ekspert “Sizin almanınıza da gələcəyik, narahat olmayın” söyləyib kürsüdəki ekspertə rəyinin davamını oxuması işarəsini verdi, o da oxudu:
-Erməni millətçiləri həmin ildə Türkiyənin Abaağa, Bitlis, Tərcan, Malazagird, Edremid vilayətlərində də dəhşətli yanğınlar və qətliamlar törətmiş, təkcə Qars və Ərdahanda 30 min günahsız türkü vəhşicəsinə qətlə yetirmişdilər. Həmin qətllərin əsas törədicilərindən biri "Hnçaq" terror təşkilatının ideoloqu, Türkiyə parlamentinin deputatı Stepan Ter Danielyan olmuşdu. Ən dəhşətlisi budur ki, o iblis xislətli vəhşi öz seçicilərinin belə bütün ailə üzvləri ilə birlikdə qətlə yetirilməsini, körpələrinin diri-diri tonqalda yandırılmasını əmr etmişdi.
Şaxrikyan yerindən qışqırdı:
-Mən deyirdim də, ondan yapışmaq lazımdır, məndən yox.
Ekspertsə oxumaqda idi:
- Erməni tarixçilərinin qondarma məlumatlarına görə, guya birinci cahan hərbi illərində Osmanlı imperiyasında 2 milyon 300 min erməni yaşayırmış. Halbuki Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, həmin vaxt onların sayı cəmi 1 milyon 200 min nəfər olub. Erməni tarixçilərinin yazdığına görə, guya 1915-ci ildə Anadoluda türklər tərəfindən 1 milyon 500 min nəfər erməni qətlə yetirilib. Halbuki statistik məlumatlara görə, həmin vaxt Anadoluda maksimum 600 min nəfər erməni həlak olub. Əksəriyyəti də köçürmə vaxtı, bir türk gülləsinə belə tuş gəlmədən, sadəcə, aclıq və xəstəlikdən həlak olub. Ermənilər isə qarşılığında məşhur Amerika alimi Castin Makkartinin "Anadolu erməniləri 1912-1922-ci illərdə" əsərində yazdığı kimi, "1915-ci ildə 600 min, bütövlükdə 1912-1922-ci illərdə isə 2 milyon 500 min günahsız türkü öz doğma ata-baba torpaqlarında amansızcasına qətlə yetirmiş, şəhər və kəndlərini yandırıb xarabazara çevirmişlər". Müsəlmanları son nəfərinədək qırıb torpaqlarına sahib olmağı qarşılarına məqsəd qoymuş ermənilərin hətta rus-türk müharibəsində döyüş zonasından yüz kilometrlərlə kənarda yerləşən Sivas əyalətində dinc və əmin-amanlıq şəraitində yaşayan 180 min nəfər türkü qılıncdan keçirib qətlə yetirmələri faktı məlumdur.
Baş Hakim üzünü Şaxrikyana tutdu:
-Cənab Şaxrikyan, həm siz, həm də digər millətçilər ermənilərin Osmanlı imperiyasında sıxışdırılmasını iddia edib erməni xalqını qiyama sürükləmisiniz, nə ilə əsaslandırarsınız bu iddianızı?
Şaxrikyan könülsüz halda cavab verdi:
-Türklər bizə kölə kimi baxırdılar.
Baş Hakim ekspertlərə səsləndi:
-Zəhmət olmasa 67-ci arayışı səsləndirin.
Həmin arayış dərhal səsləndirildi.
“Osmanlı İmperiyasında ermənilərin vəziyyətinə dair arayiş. 1910-15-ci illərdə müsəlman türklər öz təbəələri olan xristian ermənilərə qarşı çox humanist davranıblar. Bir çox mənbələr bunu sübut edir. Məsələn, ermənilərə aid “Jamanaq” nəşriyyatının çap etdiyi “Türkiyədəki ermənilər haqqında həqiqət” kitabında yazılıb: Osmanlı dövlətində ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 411 yüksək məmur vəzifəsi daşıyan var idi. Xarici işlər naziri Qabriel Noradunkyan, İmperiya silahlı qüvvələri qərargah rəisinin müavini Bazazardem, Xarici İşlər Nazirliyində müşavir Ohanes Sərkis paşa və Artin Dadyan paşa, Şəhərsalma naziri Marşal Qarabet Artin Davud paşa, Türkiyə Teleqraflar Ümumi Sekretarı Tors Serpos Əfəndi, Poçt və Teleqraflara Nəzarət naziri Oskan Mardikyan, Senator Ohanes Kuyumçyan paşa, Maliyyə və xəzinə naziri Aqor Kazaçyan, Belçikada səfir Diran Aleksan bəy, Londonda səfir Yetvart Zöhrab Əfəndi, İtaliyada səfir Hirant Düz bəy, Vyanada səfir Qarabet Artin Davud paşa idi.
1461-ci ildən İstanbulda erməni patriarxlığı fəaliyyət göstərirdi, 1863-cü ildən Erməni Milli Məclisi fəaliyyət göstərirdi.
Bir fakta diqqət edin. Fransanın Marsel şəhərində 14-cü Lüdovik erməni mətbəəsini bağlamışdı, halbuki Osmanlıda isə 1700-cü ildən erməni mətbəəsi fəaliyyət göstərirdi, Monax Muxtarın ermənicə kitabı – ilk qaranquş idi. 1859-cu ildən ermənicə qəzetlər çıxırdı, 1866-cı ildə təkcə İstanbulda 14 ermənicə qəzet çıxırdı.
Təsəvvür edin, Odisnom Çarlz Eliot özünün «Türkiyə Avropada» (1900) kitabında qeyd edib: «Hətta 1877-1878-ci illərdə, rus-turk müharibəsindən sonrakı illərdə türklər və ermənilər əla dostluq şəraitində yaşayırdılar... Ruslar erməni kilsələrini, məktəblərini və dinini sıxışdırırdılar, türklər isə tamamilə əksinə, bütün işlərdə daha səbrli və daha çox sərbəstlik verən idilər... Ermənilər türklərin arasında yaşamaqlarından razı idilər... Sərvət tərəzisi də artıq Türkiyədə tamamilə xristianların xeyrinə idi. Türklər onlara səmimi-qəlbdən inanırdılar”.
Fransız sosioloqu Marsel Leartın araşdırmalarına görə Anadoluda 166 sahibkarın 141-i , 9800 dükançıdan 6800-ü, 150 xarici ticarət kommersantından 127-si, 153 sənayeçidən 130-u erməni idi.
Türkiyə Ermənistanı deyilən ərazidə 803 erməni məktəbində 2088 müəllim və 81226 şagird fəaliyyət göstərirdi. 1861-ci ildə İstanbulun Qalatasaray liseyində hüquq bölməsində təhsil alan 52 gəncdən 45-i, tibb bölməsində təhsil alanların isə hamısı erməni idi”.
Baş Hakim arayışı səsləndirən ekspertə minnətdarlıq bildirib Şaxrikyana üz tutdu:
-Bəs buna nə deyirsiniz?
Şaxrikyan susdu. Belədə Baş Hakim yenidən ekspertlərə müraciət etdi:
-Xahiş edirəm indi də 38 saylı arayış səsləndirilsin, erməni məsələsinin necə formalaşmasına aid əlavə faktlar gətirilsin.
Dərhal ekspertlər sözügedən arayışı səsləndirdilər:
-1914-cü ildə Parisdə çıxan, rumın diplomatı T.Dcuvara aid “Türkiyəni parçalamaq üçün 100 plan” əsərindən iqtibas edirik: Osmanlı imperiyasını parçalayıb torpaqlarını ələ keçirmək – böyük xristian dövlətlərinin əsas məqsədi olub, bu işdə də milli azlıqlardan alət kimi istifadə ediblər. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra erməni məsələsi gündəmə gəlib, Şərqi Anadoluda ermənilərə muxtariyyat verilməsi barədə Berlin müqaviləsi imzalanıb, onu imzalayan altı tərəf – Almaniya, Avstriya-Macarıstan, İtaliya, Fransa, İngiltərə və Rusiya Türkiyədə erməni məsələsinə nəzarət və daxili işlərə qarışmaq hüququ əldə ediblər.
20-ci əsrin əvvəllərində Fransanın maliyyəsi ilə Osmanlıda terror qruplaşmalarının 3 qərargahı – Monarqada, Doqquzevlərdə, Lefkoşedə fəaliyyət göstərirdi. Kipr adasında isə erməni hərbi düşərgəsi salınmışdı. Fransız hərbçiləri orada erməni döyüşçülərə hərbi təlim keçirdi. Anadoludan ora gəlmiş erməni liderləri Strak, Kirkor, Karabet və Arti erməni döyüşçülərə rəhbərlik edirdi. The Rayel Engineer şirkəti tərəfindən tikintisi həyata keçirilmiş bu düşərgədə 102 çadır qurulmuşdu, özəl kilsə, hətta həbsxana var idi. Erməni yardım komitəsi yaradılmışdı, Yunanıstanın Larnaka konsulu M.Vatibella, Fransanın Larnakadakı konsulunun vəkili Mons Marçel Marqaret, ABŞ-ın Lefkoşo konsulluğunun agentlik rəhbəri George Vilsonun bu komitəyə aşkar dəstəyi hiss olunurdu. Yunanıstandan, Fransadan, ABŞ-dan yardım adı altında pullar gəlirdi, bu pullarla Urfada, Maraşda, Antepdə və Adanada minlərcə günahsız türk qətlə yetirilirdi.
Baş Hakim bu yerdə xahiş etdi ki, mümkünsə erməni qiyamlarına maddi yardım edənlərin konkret adları çəkilsin. Azacıq hazırlıqdan sonra ekspertlər belə bir siyahını təqdim etdilər:
-Arayiş: 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında millətçi ermənilərə yardım kampaniyalarında iştirak edən bəzi qurumlar və şəxslər:
Amerikalı Rokfellerlər,
Boston Beynəlxalq Erməniləri Müdafiə Komitəsi,
ABŞ erməni yardım komitəsi,
London erməni cəmiyyəti,
London erməni cəmiyyətinin tərkibindəki Protestant Kişilər Federal Məclis Təmsilçiliyi,
Kipr Rum İttihad-Birlik klubunun Misir Müdafiə-Milliyyə Komitəsi,
Kipr Yüksək Komissar Yardım Fondu,
Lefkoşa Thecoraides firması.
Siyahı səsləndikdən sonra Baş Hakim Baş ekspertdən Osmanlıda erməni xəyanətkarlığını sübut edən konkret faktlar istədi, təbii ki, prosesə ciddi hazırlıq getdiyindən mötəbər mənbəyə aid istənilən fakt əldə idi, fars ekspert sözügedən faktları səsləndirdi:
-Ermənilərin yaşadıqları dövlətə xəyanətlərini əks etdirən yüzlərcə fakt var. Onlar 1917-ci ildə Fələstində general Allebinin başçılıq etdiyi Antanta qoşunları tərkibində Osmanlıya qarşı vuruşublar, Fransız qoşunlarının tərkibinə Cənub-Şərqi Anadolunun işğalında iştirak ediblər (1369 türklər yaşayan yaşayış məntəqəsini dağıdıblar), 1920-də Fransa ilə birgə Çukurovanı tutublar, öncə isə ruslarla birgə Vanı. Qafqaz cəbhəsində 250 min erməni rusların tərəfində türklərə qarşı vuruşub.
Ermənilərin türklərə yönəli xəyanətkar siyasətlərində əsas yeri isə erməni qiyamları tutur. Təkcə 1895-ci ildə Osmanlı İmperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində erməni qiyamları baş tutub:
29 sentyabr – Divriqi, 2 oktyabr –Trabzon, 6 oktyabr – Eqin, 7 oktyabr – Dəvəli, 9 oktyabr – Akhisar, 21 oktyabr – Ərzincan, 25 oktyabr – Bitlis, 26 oktyabr – Bayburt, 27 oktyabr – Maraş, 29 oktyabr – Urfa, 30 oktyabr – Ərzurum, 2 noyabr – Diyarbəkir, 2 noyabr – Siverek, 4 noyabr –Malatya, 7 noyabr – Xarput, 9 noyabr – Ərəbkir, 15 noyabr – Merzifon, 15 noyabr – Sivas, 16 noyabr – Antep, 18 noyabr – Maraş, 22 noyabr – Muş, 3 dekabr – Kayseri, 3 dekabr – Yozqat.
Arayış səslənəndən sonra Baş Hakim yenidən müttəhimə səsləndi, onun sözünün olub olmadığını sordu, o yenə tutuquşu kimi hey günahsızlığını təkrarlayanda bir daha ekspertlərə müraciət etdi, bu zaman “erməni genosidi” anlayışına açıqlama gətirilməsi üşün 127 saylı arayışın oxunmasını xahiş etdi. Bu arayış da dərhal səsləndi.
-Osmanlının parçalanmasında ABŞ, Fransa, İngiltərə, Almaniya və Rusiya - ən əsas güc mərkəzləri maraqlı idilər, buna görə də “erməni genosidi” məsələsi də məhz bu mətbəxlərdə bişmiş qarışıq bir yeməkdir. “Erməni genosidi” ideyasının xaç atası 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədəki səfiri olmuş Henri Morqentau sayılır, onu ora səfir göndərən ABŞ prezidenti Vudro Vilson demişdi ki, səni Osmanlıya səfir göndərirəm, hərçənd, tezliklə o dövlətdən əsər-əlamət qalmayacaq. Morqentau erməni komitəçisi Arsak Şmavonyanı özünə 1-ci köməkçi götürmüşdü. Amerika missionerləri həmin dönəmdə erməniləri protestant xristianları edirdi, protestantlığı qəbul edən gəncləri Amerikada oxumağa yollayırdılar, ABŞ-da antitürk kampaniyası ilə məşğul olan əsl erməni koloniyası yaradılmışdı. Guya 1915-ci ildə 600 min -1 milyon erməninin məhv edilməsi barədə isə Morqentau səfirlik dönəmi bitəndən sonra öz kitabında yazmışdı.
“Erməni genosidi” ideyasının 2-ci xaç atası İohann Lepsius olub. Missioner, alman pasportlu bu şəxs 1914-cü ildə Berlində alman-erməni cəmiyyətini də yaradıb.
3-cü əsas ideoloq isə ingilis Ceyms Brays olub. Ingilis-erməni cəmiyyətinin sədri olan bu şəxs Osmanlı ermənilərinin protestant kilsənin himayəsinə girməsinə can atıb, 626 səhifəlik “Osmanlı imperiyasında ermənilərə münasibət” adlı kitabında saxta erməni soyqırımı iddiasını irəli sürüb. Amma müasir Ermənistanda isə ən çox alman Armin Teofil Veqner yad edilir...
Bu yerdə Baş Hakimin sağında əyləşmiş gənc hakim yerindən söz atdı:
-Bu Şaxrikyan deyən almandır, eləmi?
Baş ekspert bunu təsdiqləyib ekspertlərə mətnin oxunuşunu davam etdirmək barədə işarə verdi. Arayışın davamı oxundu:
- Guya soyqırımına şahid olduğunu iddia edən Armin Teofil Veqner bir zamanlar ermənilərin öldürdüyü türk kəndlilərinin fotolarını türklərin öldürdüyü ermənilər kimi Avropada yayıb, bununla da böyük çaşqınlıq yaratması ilə məşhurdur. Onun erməni təəssübkeşliyi barədə “Erməni anaları”, “Armeniada” oçerkləri çap edilib, hətta Osmanlının böyük siyası xadimi Tələt paşanı qətlə yetirən terrorçu S. Teyleryanın məhkəməsində Veqner antihumanizm mövqeyi sərgiləyərək müdafiəçi qismində çıxış da edib.
Baş Hakim özünü saxlaya bilməyib yerindən replika atdı:
-Bu da cənab Şaxrikyanın almanı.
Arayış tamamlandı:
-Hazırda Veqnerin adına Yerevanda küçə var, onun qəbrindən götürülmüş torpaq isə Soyqırım muzeyində saxlanılır.
Bu vaxt prosesə olduqca yaxşı hazırlaşmış Baş ekspert hamiya sual etdi:
-Sual oluna bilər, Erməni soyqırımı gününü ermənilər bəs niyə məhz aprelin 24-də qeyd edirlər? Onlar bunu Osmanlı ermənilərinin Suriyaya köçürülməsi günü adlandırırlar, əksər mənbələr də bunu iddia edirlər. Yəqin publika da bunu həqiqət sayır. Deyilmi?
Yerlərdən “bəli”, “elədir” sədaları yüksələndə Baş ekspert sözünün davamını gətirdi:
-Amma bu, həqiqəti əks etdirmir. Köçürmə may ayında olub. 24 aprel 1915-ci ildə isə erməni millətçiləri çevriliş edib Anadoluda erməni dövləti yaratmaq istəyirdi, məndə bununla bağlı Britaniya arxivlərindən götürülmüş təkzibedilməz faktlar var, ermənilər əyləşən sıraya dap proses öncəsi bu faktları ötürmüşəm ki, məni təkzib edib vaxtımızı ala bilməsinlər. Çevriliş edəcəkləri günü ermənilər öncədən “Erməni dövlət günü” adlandırmışdılar, amma Osmanlı hökuməti bu niyyətlərindən duyuq düşüb onların niyyətlərini gözlərində qoydu, bütün milli erməni komitələri bağlandı, həbslər həyata keçirildi. Məlumata görə həmin gün 2345 nəfər erməni aktivisti həbs edildi. Əlimizdə Eçmiadzin katalikosu Gevorkun həmin gün ABŞ Prezidentinə məktubu var, katalikos prezidentə yalvarır ki, amanın günüdür, müsəlmanlar xristianları qırır, gəl bizi xilas elə.
Baş ekspertin dəyərli çıxışı bitdikdə yaşlı hakim Baş Hakimdən söz istəyib çıxış etdi:
-Möhtərəm auditoriya. Bir belə vətəndaşını qılıncdan keçirən, satqınlıq edib bir belə torpağının əlindən çıxmasına səbəb olan bir millətə qarşı məcburən sərt tədbir həyata keçirən, bununla belə, yenə də öz humanistliyini göstərən türklərə, düzü, bu məhkəmə prosesində böyük simpatiyam yaranıb. Mən istəyirəm ki, söylədiyimi təsdiqləyən bir sənədi sizə oxuyum. İcazənizlə.
Baş Hakim buna icazə verdiyini bildirdi, amma xahiş etdi ki, kolleqası azacıq gözləsin, belə ki, prosesdə Osmanlıda erməni vəhşətlərini öz gözləri ilə görmüş iki rus hərbçisinin şahidliyinə müraciət etməyin zamanı yetişmişdi. O, xahiş etdi ki, prosein bu məqamında Çar ordusunun polkovnik-leytenantı Qryaznovun 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportu diktorlar tərəfindən oxunsun.
Diktor deyilən mətni oxudu:
-“Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi”.
Mətn bitəndə Baş Hakim növbəti mətnin oxunmasını istədi:
-İndi də xahiş edirəm ki, qanlı Ərzincan hadisələri barədə rus ordusunun generalı L. Odişelidzenin xatirələri oxunsun.
Diktor növbəti mətni oxudu:
-“11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz belə xəndək saymış və cinayətlərin üstünü açmışdı”.
Baş Hakim əsəblərini cilovlaya bilməyib hayqırdı:
-Bunun bir adı var, o ad millətçilik-filan deyil, o ad qanıçənlikdir, vəhşilikdir.
Yaşlı hakim də onun sözlərini təkrarladı, sonra isə Baş Hakimin icazəsi ilə bayaq vəd verdiyi sənədi çıxarıb oxumağa başladı:
-“Osmanlı dövlətinin 27 may 1915-ci il Təhcir , yəni köçürülmə qanunu.
1. Köçürülməsi lazım bilinən ermənilər bütün heyvan və daşına bilinəcək əmlaklarını özləri ilə apara biləcəklər;
2.Onlar gedəcəkləri yerlərə qədər təhlükəsiz şəkildə aparılacaqlar:
3.Yollarda onların rahatlıqları, can və mal təhlükəsizlikləri təmin olunacaq;
4.Getdikləri yerlərdə onların tam yerləşdirilmələrinə qədər güzəranlarını və yeyib-işməklərini təmin etmək üçün hər cür yardım ediləcəkdir;
5.Onlar ən əlverişlı şəhər və kənd zonalarında yerləşdiriləcəklər;
6.Maddi vəziyyətlərindən asılı olaraq onlara maddiyyat ödəniləcəkdir;
7.Hökumət tərəfindən onlara ev tikiləcəkdir;
8.Əkinçiliklə məşğul olanlar, sənətkarlar istənilən texnika və materiallarla təmin olunacaqlar;
9.Boşaldılan şəhər və qəsəbələrdə ermənilərə aid daşınmaz əmlakın siyahısı tutulacaq, onların qiymətləri müəyyənləşəcək, bu miqdarda pul köçürülülənlərə ödənəcək;
10.Onların istifadəsində olmuş dükanlar, fabriklər, anbarlar, zeytunluq, tutluq, meyvə bağları icarəyə veriləcək, gələn gəlir həmin köçürülən mal sahiblərinə veriləcək.
Hakim sənədi oxuyub bitirib çıxışına ara verdi, auditoriya alqış ucaltdı, sonra hakim davam etdi:
-Hörmətli auditoriya, həmin dövrdə Osmanlı çox ağır müharibə şəraitindəydi, ölkədə böhran hər sahədə özünü göstərirdi. Köçürülməyə müharibə, sərt qış, yol və daşıma vasitələrinin azlığı, qida və dərman çatışmazlığı ciddi əngəl törətdilər. Buna görə də insan itkilərini anlaşıqlı qarşılamaq bizim borcumuzdur. Erməni mənbələri 3 milyon öləndən dəm vurur. Amma Osmanlının Daxili İşlər Nazirliyinin 7 dekabr 1916-cı ildə Baş Nazirliyə verdiyi raporta görə cəmi 703000 nəfər köçürülmüş, bunlardan 300000-i yollarda və yeni yaşayış məskənlərində ölmüşdür. Erməni genosidi deyilən şey məhz budur, əziz auditoriya.
Yaşlı hakimin çıxışından sonra müttəhimlər sırasındakı səs-küy bir müddət səngimədi. Baş Hakim orada əyləşənləri ədəb-ərkana dəvət edib bildirdi ki, çox sayda əcnəbi müəllif erməni genosidi məsələsinə, türk-erməni münasibətlərinə dair açıqlama vermək istəyinə bulunaraq Divana müraciət edib. Çox təəssüf ki, onların hamısına söz vermək mümkünsüzdür, bununla belə, bəzi müəllifləri şahid qismində dindirmək prosesin xeyrinə olar.
Odur ki, o, bir neçə nəfərə ardıcıl söz verdi. Onlar auditoriya mikrofonu qarşısında sırayla dayanıb öz xırda çıxışlarını etdilər.
-Söz verilir ingilis yazıçısı və publisisti S.F.Dikson-Consona. O,1916-cı ildə yazdığı «Ermənilər» kitabından bəzi epizodları danışacaq.
-Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü var - o da hakimiyyətləri üçün yeni bir fürsətdir. 1878-ci il Berlin sazişinə görə, onu imzalayan ölkələr Osmanlıya nəzarət və onun daxili işlərinə qarışmaq hüququna malik oldular. Bu bəndlər ermənilərdə belə bir fikir oyatdı ki, onların Osmanlı dövlətindən xüsusi imtiyazlar almağa ixtiyarları var. Bu da onları asanlıqla erməni məmləkəti və ya erməni dövləti yaratmaq ideyasına təhrik etdi.
Ermənilər 1876-1878-ci il rus-türk müharibəsi dövründə Tiflisdə gizli sui-qəsd təşkilatını yaradaraq fəaliyyətə başladılar, onun Nyu-Yorkda, Londonda, Parisdə və Vyanada şöbələrini təşkil etdilər. İngiltərədə erməni tərəfdarı olan cəmiyyətlər erməni vətəndaşını belə qələmə verirdilər: «O, fağır, yumşaq təbiətli, sakit, əkib-becərən, zəhmət və əziyyətlə qazandığı mal-dövlətini əlindən alan qəddar məmurlar tərəfindən əzilən bir adamdır... Onlar ara-sıra öz xristian ənənələrinə görə şəhid olurlar... Onlar heç kəsə əziyyət verməyən dinc adamlardır”. Halbuki belə deyildi, tam əksi idi.
1876-cı ildə Kiçik Asiyada ümumi üsyan qaldırmaq cəhdi boşa çıxan erməni «inqilabçılar»ı xarici ölkə səfirlərini müdaxiləyə sövq etmək ümidi ilə İstanbulda bir-birinin ardınca daha təhlükəli planlar qurdular. Onlar tapança və qumbaralarla silahlanaraq Osmanlı bankına hücum etdilər və on iki mühafizəçini öldürdülər, avropalı işçiləri girov götürdülər və binanı partlatmaqla hədələdilər. Xarici səfirlər Babi-Alidən sui-qəsdçilərin salamat qalmasına zəmanət ala bildilər. Eyni zamanda Böyük Pera küçəsinə də qumbaralar atıldı və İstanbulun bu boş küçəsindəki evlərin damında özlərinə mövqe tutmuş sui-qəsdçilər küçədən keçən adamlara da atəş açdılar.
1896-cı ildə İstanbula «Nyu-York Hərald» qəzetinin müxbiri kimi gəlmiş jurnalist Sidney Veytman yazırdı ki, o, küçə vuruşmaları zamanı ermənilərin qumbaralarından və güllələrindən yaralanmış 40-a qədər türk əsgərinin yatdığı xəstəxanaya da gedib. Həmin gün polis Pera küçəsindəki bir mənzildə çoxlu qumbara və partladıcı maddələr tapmışdı. Deyilənlərə görə, onları bura ermənilər ruslarla gizli razılaşma vasitəsilə gətiriblərmiş.
Ən nəhayət, onu deyim ki, «...erməni tərəfdarları» 1915-ci ildə ölənlərin sayını şişirtmək və dəfələrlə təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər. Məlumdur ki, onlar qədim bir Şərq məsəlinə uyğun hərəkət edirdilər: «Yalanı bir günlüyə burax, onu dərk etməyə yüz il lazım geləcək».
-Söz verilir ingilis səyyahı Çarlz Vilsona. O, 1915-ci ildə İstanbulda hadisələrin düz episentrində olub.
-Ermənilər əsas etibarilə şərqli idilər, sadə və ağıllı idilər, öz işlərində bacarıqlı idilər, qədim əxlaq normaları və adətlərə çox bağlı idilər, lakin acgöz və tamahkar idilər, fitnəkar və araqızışdıran idilər, heç kəsi bəyənmirdilər, onlar xırda bir işi şişirtməkdə istedad sahibi idilər, intriqa yaratmağı sevirdilər. Onlar əvvəlcədən fikirləşmədən və hazırlaşmadan daha düşüncəsiz siyasi cinayətlər törədəcək, heç bir tərəddüd etmədən özlərinə və başqalarına ziyan vuracaq və dağıntı gətirəcək qədər fərqli idilər; onlar hətta öz qardaşlarını belə təsadüfi qazanc, qənimət xatirinə qurban verəcək şəxslər ididir; ən az inandıqları adamlarla belə əyri niyyətlər xatirinə geniş miqyasda əlbir olurdular; bir tərəfdən hayıf çıxmaq üçün öz milli problemlərini bir kənara atır, özləri üçün təhlükəli anlarda isə vaxtilə onların mənafeyinə xidmət edən adama xəyanət edir və onun haqqında təhqirlər, söyüşlər yağdırır, onu biabır edirdilər...
Erməni «inqilabçıları» ədavət etdikləri adamlarla vuruşmaq xatirinə öz dini normalarını belə tapdalayırdılar; Konstantinopoldakı erməni terrorçuları hətta öz həmvətənləri arasında qırğın alovunu yandırmaq məqsədilə bombalar da partlatmışdılar.
-İndi də söz verilir amerikalı yazıçı Mark Sayksa.
-Ermənilərin «qeyri-təbii» adətləri vardı. Başqa qüvvətli dövlətləri onlara kömək etməyə vadar etmək üçün özlərini təhlükəyə məruz qoyurdular. Məndə olan əsaslı dəlillər belə qənaətə gəlməyə imkan verir ki, bu bədbəxtlər türkləri cinayətkar kimi qələmə vermək və Amerikanın Türkiyəyə müharibə elan etməsi ümidi ilə amerikalı missionerləri öldürmək planı qurmuşdular. 1896-cı ildə isə Malaya bölgəsində fransız rahiblər monastırdan qaçarkən bu əclaf köpəklər 200 yardlıq məsafədən onları atəşə tutmuşdular ki, avropalılardan birinin öldürülməsi güclü dövlətləri bu işə qarışmağa vadar etsin.
Şahid ifadələri bitdi, tamaşaçılar bu yerdə hər üç çıxışçını şiddətlə alqışladılar. Baş Hakim üzünü Şaxrikyana tutdu:
-Sözünüz qaldımı, cənab Şaxrikyan?
Şaxrikyan nəsə demək istədisə də bunu deyə bilmədi, nitqi tam tutuldu. Belədə Baş Hakim söylədi:
-Mən, cənab Şaxrikyan, sizin” Erməni məsələsi” adlı kitabınızdan bir sitat gətirmək istəyirəm son olaraq. Düşünürəm ki, tamaşaşılarımız da etiraz etməz.
Yerbəyerdən “əlbəttə”, “maraqlıdır”, “buyurun” nidaları ucaldı.
Baş Hakim not dəftərinə baxıb ora yazılanları oxumağa başladı:
-“Gələcək “birləşmə assimilyasiyasında deyil, vahidlik siyasətindədir, daha doğrusu, plüralist birlik siyasətindədir. Təbiətin müxtəlifliyini silin, kainatın müxtəlifliyini silin, kainatın uniformasını yaradın. Onda siz təbiətin gözəlliyini, harmoniyasını, onun həyatiliyini silmiş olacaqsınız. Təbiətin müxtəlifliliyi, orda ki, adama elə gəlir ki, hər bir element digəri ilə münasibətdə müxtəliffikirliliyə, qarşıdurmaya aparır, faktiki isə bu, harmoniyadan keçərək kainatın əbədi hərəkətliliyinin möhtəşəmliliyini formalaşdırır”.
Baş Hakim azacıq susub əlavə etdi:
-Şərhini verimmi? Hər bir fərd, hər bir hərəkat, hər bir siyası qurum öz müxtəlif yönlü siyası baxışı ilə sonda ümumi işə - Böyük Ermənistanın yaradılmasına xidmət etməlidir. Nasizmin fərqli çaları. Adolf Hitlerdən xeyli əvvəl yaradılmış “digər xalqların külü üzərində bir xalqın mövcudiyyatı” ideologiyası. Bu ideologiya isə ən böyük təpkiyə, tənbehə, ən nəhayət, cəzaya layiq görülməlidir.
Tamaşaçıların alqışları altında Baş Hakim məhkumun hökmünü oxudu:
-Divan yekdil qərarla əlini türk xalqının qanına bulayan, eləcə də öz xalqını sonsuz məhrumiyyətlər yaşamağa məcbur edən Şaxrikyan Arutyun Mkrtıçeviçə qeybedilmə cəzası kəsir. Divan hökmün dərhal icra edilməsini tələb edir.
Şaxrikyanın “məni əfv edin”, “məni bağışlayın”, “səhv yolda olmuşam, lütfən bağışlayın” kimi ibarələri dənizdə batanın saman çöpündən yapışması demək idi, çünki bu masştabda törədilən cinayət cəzasız qala bilməzdi. Amma son peşmançılıq, fayda verməsə belə, hər halda gözəldir. Gec olan heç olmayandan hər halda daha dəyərlidir.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Edamlara rekviyem
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Yusif Nəğməkarın “Edamlara rekviyem” şeirini təqdim edir.
Edamlara rekviyem
(İranda edamlar davam edir)
Vaxt içrə itib gedirik,
Boş qalır könül damımız...
Zamanı ötüb gedirik;
Ötən zaman -- edamımız...
...Dar ağacı təpələnir
Arazın sağ sahilində.
Hiddətimiz ləpələnir;
Çağlayırıq su dilində...
Qəzəbim can çökümüdür,
And keşiyində durmuşam...
Hər misram ölüm hökmüdür;
Edama edam qurmuşam!..
Günümüz geri köçündə --
SƏTTƏRXAN anımındadır.
Edamlar için içində,
Nicat xalq qınamındadır!..
Qəzvin...Gilan... qadağalar...
Urmiya...Ərdəbil...Zəncan...
Təbrizdədir yad yağılar...
Halına can, AZƏRBAYCAN!..
Azadlıq eşqinə görə
Sussun irtica -- işvari!..
Ruhuyla meydana girə
XİYABANİ, PİŞƏVARİ!..
Düşünürəm acı-acı:
Yara yanan yar az oldu...
Ümidimə dar ağacı --
İçdiyim dərd ARAZ oldu...
Addım at, and içilməzlik;
Adam əməl adamıdır...
Haqq nahaqdan seçilməzlik
Ədalətin edamıdır!..
"KƏLMEYİ-ŞƏHADƏT" - deyə
Cəllad qan çiləyir dində
dildə RƏBBİ öyə-öyə,
Şeytan fitnəsi qəlbində...
Həddi yoxmudur cəzanın?!
Hərə bir cür ölür müdam...
Suçu nə alın yazanın?!
Allah əmri deyil edam!..
...Mən də "müqəssir" adında
yanıb, qora çəkilirəm...
Min yol xəyal qanadında
qalxıb dara çəkilirəm...
Bəlkə dönüb TANRI üzü;
Hikkəlidir yerdən yana?!.
Hara baxır GÖZÜN gözü --
Sahib yoxmu bu cahana?!
Hüzur qəsri qurdurmayan
Yerin, Göyün kor süsüdür...
Edamları durdurmayan
Dünya edam kürsüsüdür!..
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
“Multiperspektivdə” davam edir
YARAT Müasir İncəsənət Məkanı “Multiperspektivdə” adlı 17 türkiyəli rəssamın yeni qrup sərgisini təqdim etməkdədir. Kimdir onlar? Sərgidə Setenay Alpsoy, Selçuk Artut, Vahap Avşar, Osman Bozkurt, İpek Duben, Işıl Eğrikavuk və Jozef E.Amado, Nezaket Ekici, Cevdet Erek, Ahmet Rüstem Ekici və Hakan Sorar, Özlem Günyol və Mustafa Kunt, Hakan Gürsoytrak, Ali Kazma, Serhat Kiraz və Seyhun Topuz.
Onların son illər yaratdıqları əsərləri sərgidə yer alıb. YARAT-ın baş kuratoru Fərəh Ələkbərli sərginin konsepti barədə mediaya belə bir açıqlama verib: “Multiperspektiv anlayışı insanların əsrlər boyu müstəvi üzərində təsvir etdikləri dünyanı üçölçülü səviyyəyə çatdıran bir düşüncə tərzidir. Bu günün özündə belə primitiv düşünən, hadisələrə səthi yanaşan insanlar çox zaman yanlış qərarlar qəbul edir. Sərginin ən ümdə məqsədi insan zəkasını müstəviyə müxtəlif görmə bucaqlarından yanaşmağa çağırış etməkdir”.
Sərginin kuratoru Fırat Arapoğlu “Multiperspektivdə” sərgisinin 1 ilə ərsəyə gəldiyini söyləyib. Bildirib ki, sərgidə bir qrup türk sənətçilərinin çoxperspektivlik mövzusuna fokuslanan əsərləri nümayiş olunur.
Sərgidə diqqət çəkən əsərlərdən biri də Serbiyanın konseptual və performans rəssamı Marina Abramoviçin tələbəsi olmuş Türkiyə əsilli Nəzakət Ekicinin göstərdiyi üç saatlıq performansdır. Sənətçi daş üzərində öz konturlarını cızdıqca üst-üstə geyindiyi 7 ədəd paltarı bir-bir əynindən çıxarır. Hərəkətsiz vəziyyətdə üzündəki donmuş mimika ilə tamaşaçılar arasında əlaqə yaradır, sonra performansı davam etdirir. Sonda o, Qobustandakı qayaüstü rəsmlərə istinad edərək öz çılpaq imicini ortaya qoyur.
Sərgi dünyanı təsvir etmək, onu yenidən qavramaq və habelə hadisələrin necə baş verdiyini izah etmək üçün vertikal metaforalardan istifadə olunur.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu müxtəlif aspektlər və onlar arasındakı təzadların nümayişi sayılacaq sərgidə film nümayişi, panel müzakirələri də baş tutacaq, mühazirələrdən ibarət geniş ictimai proqram müzakirəsi təşkil olunacaq.
Bu gün sürətli urbanizasiyanı yaşayan dünyaya vertikal baxmaq nə məna kəsb edir? Yerin vertikal quruluşunu necə anlamaq olar? Son zamanlara qədər bizim dünyəvi biliklərimizdə üfüqi perspektiv üstünlük təşkil edirdi, ona görə də coğrafiya düz səthi xəritələrdə göstərilirdi. Geosiyasət anlayışı xəritələr və qlobuslar üzərində təşkil edilmiş ənənəvi milli dövlətlərə aiddir.
Müasir milli dövlətləri, coğrafi və geosiyasi elmləri formalaşdırmaq üçün xətti perspektiv zəruri idi. Coğrafiya və geosiyasət dövlətlərin üfüqi dünyagörüşündə regional güc və ərazi uğrunda necə mübarizə apardıqlarını izah edirdi. Belə bir perspektiv dünyanın üçölçülü quruluşunu nəzərə almır. İncəsənət, memarlıq və geologiyada bununla bağlı müzakirələr aparılsa da, gündəmdə hələ də xətti perspektiv mövzusu üstünlük təşkil edir.
İngilis coğrafiyaşünası Dorin Massi 1994-cü ildə yazırdı ki, "xəritədə sərhədlər yerləri müəyyən etmir". Əslində, onlar "sosial münasibətlərdə və şəbəkələrin anlamasında ifadə olunan məqamlardır". Çağımızda bu münasibətlərin əksəriyyəti kiçik yerlərdən keçir. "Multiperspektivdə" isə onların dünya miqyasında bir-biri ilə qarşılıqlı və vertikal şəkildə təşkil olunmuş əlaqələrinə əla nümunədir. Sərgi insan təcrübəsi ilə sıx şəkildə üst-üstə düşən material və coğrafi baxımından multiperspektiv formaları araşdırır. Vertikal və digər məkan metaforaları ünsiyyəti yenidən qurub yaratmaq üçün işləyir; vertikal birbaşa sosial həyatın fiziki təcrübəsindən irəli gəlir və insanların sosial və siyasi dünyanı necə qavramasına və formalaşmasına fəal təsir göstərir.
Konseptual olaraq, sərgi sürətlə urbanizasiyalaşan dünyamızın siyasi, sosial və şəhər mübarizəsini belə çoxölçülü və tənqidi perspektivdən təqdim edir. Sərgi bütün hadisə, mühit və dünyaları təsvir etmək, təcrübədən keçirmək və təhlil etmək, habelə bunun necə baş verdiyini problem kimi vurğulamaq üçün vertikal metaforalardan istifadə edir. Biz buna nail olduqda, bu, şəhərə, siyasətə, həyata və coğrafiyaya tənqidi, vertikal və həqiqətən də hərtərəfli baxışlarımızı inkişaf etdirərək "dünyanı yenidən görməyə" imkan verəcək.”
Qeyd edək ki, 2023-cü il aprelin 30-dək davam edəcək sərgidə film nümayişi, panel müzakirələri və mühazirələr təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” (14.12.2022)
«Uğur formulu» anlayışı nədir?
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz uğurun nə olduğu barədə qısa bilgilər aldıq. Necə ki, bir ali məktəb məzunu üçün uğur sərfəli iş tapmaqda, bir sahibkar üçün gəlirli biznes layihəsində, bir yazıçı üçün populyar bestseller yazmaqda, bir idmançı üçün çempionluqda, bir müğənni üçün ulduz olmaqda, bir aşiq üçün sevgilisinə qovuşmaqda, bir əsgər üçün generallıqda, bir ağır xəstə üçün sağlamlıqdadır, eləcə də çəkməçinin, papaqçının, yanğınsöndürənin, kosmonavtın, bir sözlə hər bir kəsin öz uğur ünvanı vardır.
Hamı uğur qazanmaq istəyir, uğur qazananlar öz uğur yollarının sirlərini bölüşür, spikerlər bu barədə kitablar yazırlar. İllərdir ki, ən müxtəlif uğur formulları yaranır, bundan sonra da, bəşəriyyət durduqca belə formullar yaranmaqda davam edəcək.
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.
Düşünməyin ki, xoşbəxtlik yalnız var-dövlətli olmaqdadır. Mən milyonları olan, uğurlu karyerası ilə qürrələnən, ancaq ailəsində ciddi problemlər yaşanan, ailə həyatı cəhənnəm əzabı olan insan tanıyıram. Və yaxud, kiloyla qızılı, nəticəsinə və kötükcəsinə belə bəs edən pul-parası olan, ancaq ağır, sağalmaz xəstəlikdən bulud kimi tutqun insan tanıyıram. Pul çox şeyi həll edir. Amma pul hər şeyi həll etmir. Urəyincə işi, babat şəraiti, gözəl ailəsi, dəmir kimi orqanizmi və hədəflərə vurmaq məharəti olan, uğura doğru addım-addım irəliləyən insan, bax, ən böyük xoşbəxt həmin insandır.
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
2. Qarşıya məqsəd qoymaq
İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.
Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.
Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.
Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.
Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.
Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.
3. Planlaşdırma
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.
4. Hazırlaşmaq
Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək lazımdır, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq lazımdır.
Öncə öz vəziyyətiniz, hiss və emosiyalarınızı idarə etməyi öyrənməlisiniz. Məqsədin vizuallaşdırılması, xəyali obrazının yaradılması emosional vəziyyətlə bilavasitə bağlı olur. Məşhur deyim var, deyirlər – əgər varlı olmaq istəyirsənsə, özünü varlı hesab et, sağlam olmaq istəyirsənsə xəstəliyi və həkimləri unudaraq hər gün sağlam adam halı yarat, xoşbəxt olmaq istəyirsənsə, ol!
Heç vaxt naşükür olmayın, əlinizdə olan hər şey üçün şükür edin. Hər gün özünüzdə yaxşı əhval-ruhiyyə, optimizm, hər şeyə pozitiv münasibət yaradın. Unutmayın, yaxşı fikirlər sizə yaxşılıqlar gətirəcək, pis fikirlərsə pisliklər.
Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.
Məqsədə çatmaq üçün qərar qəbulunda müstəqillik şərti mütləqdir, eləcə də qətiyyət çox vacib keyfiyyətdir.
Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.
Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.
Karlos Kastenada yazır: «Biz gah özümüzü güclü, gah aciz edirik və bu halın hər ikisinə də eyni qüvvə sərf edirik».
Belə isə, niyə biz öz qüvvəmizi özümüzü aciz etməyə sərf edək?
İnsanın fiziki vəziyyəti də onun hissləri və emosiyaları ilə bağlıdır. Buna görə də dik oturmaq, dik gəzmək, gülümsər çöhrəyə malik olmaq çox vacibdir.
Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.
Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.
Və uğurlu insan olmaq üçün, unutmayın ki, mütləq özünüzdə intuisiya formalaşdırmağı bacarmalısınız. Düşünmə qabiliyyətinizə əl gəzdirməli, tez qərar qəbul etmə xüsusiyyətinizi formalaşdırmalısınız.
İntuisiya formalaşdırmaq üçün sakitliyi dinləmək effektiv rol oynayır. Gün ərzində heç olmasa yarım saat insan özü ilə qalmalı, bu zaman daxili dialoqu dayandırmalıdır.
İntuisiya nədir? Psixoloqlar buna bəzən daxili səs, bəzən altıncı hiss deyirlər. Amma heç bir halda intuisiyanı mifik bir şey hesab etmək olmaz. Amerikalı neyropsixoloq Robert Sperri 1981-ci ildə Nobel mükafatını məhz intuisiyanın fövqəladi bir hiss olmadığını, beyinin sağ yarımkürəsinin normal funksiyası olduğunu sübut etdiyi üçün almışdır. Belə ki, o, bəyan etmişdir ki, beyinin sol yarımkürəsi məntiqə və abstrakt təfəkkürə cavab verdiyi halda beyinin sağ yarımkürəsi informasiyanı obrazlar şəklində qəbul edib araşdırma xüsusiyyətinə malikdir. Bir sözlə, intuisiya şüuraltı alternativ ağıldır, əslində o, hamıda var, ancaq kimlərdəsə inkişaf edib, kimlərdəsə yox. Demək, treninqlər vasitəsi ilə onu hər kəs gücləndirə bilər. Bəs nə cür?
- Öz intuisiyanızla dostlaşın. İlk öncə öyrənin ki, şüuraltınız sizə hansı siqnalları göndərir;
- İntuisiyanızın necə yarandığını öyrəndikdən sonra onu lazımi anlarda işə salmağı öyrənin;
- İntuisiyanıza azadlıq verin, gün ərzində bir çox ağlasığmaz ehtimallar irəli sürün, get-gedə düzgün ehtimallarınız sayca xeyli artacaq;
- Məntiq çərçivəsindən qopun, daha çox yaradıcı təxəyyülə meyl edin.
Düşünmək, analiz etmək, tez qərar qəbul edə bilmək qabiliyyətinizə isə ən müsbət təsir edə biləcək bir şey şahmat oyunu ola bilər. Xüsusən seytnot vəziyyətindəki adi şahmat, yaxud, blits-şahmat oyunu.
Şəxsən mən özüm hazırkı düşünüb dərindən analiz edə bilmək, eləcə də ani qərar verə bilmək qabiliyyətim üçün şahmat oyununa çox borcluyam.
5. Fəaliyyətə başlamaq
Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».
Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.
Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.
Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.
6. Nəticə əldə etmək
Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.
Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Əlbəttə, kitab boyunca həm bu uğura gedən 6 addım, həm də digər addımlar barədə ən müxtəlif fikirlərlə, mövqelərlə də tanış olacaqsınız.
Hələlik isə bir şey deyim:
Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Bəşir Səfəroğlu sərxoş obrazını elə gözəl oynadı ki, onu...
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
ADİL İSGƏNDƏROV
(1910-1978)
***
“Əhməd haradadır” filminin çəkilişləri gedirdi. O ərəfədə Musiqili Komediya teatrına Lütvəli Abdullayevin dəvəti ilə səhnəciklərdən ibarət komik parçalara baxmağa getmişdim. Səhnəciklərdə Bəşir Səfəroğlu bir-neçə sərxoş obrazı oynayırdı. Tamaşdan sonra səhnə arxasına keçib aktyor dostlarımı təbrik etdim. Üzümü Bəşirə tutub:
– Sabah Lütvəli ilə bir yerdə çəkilişə gələrsən, – dedim.
Bəşir də, Lütvəli də çaşıb qaldı. Bəşir:
– Hara gəlim, Adil müəllim? – deyib, xəbər aldı.
– Lütfəli hara gəlmək lazım olduğunu sənə başa salar.
Ertəsi gün kostyumerə tapşırdım ki, Bəşirin əyninə bir ağ pencək, ağ köynək, şlyapa və qara şalvar götürsünlər.
Bəşiri “Əhməd haradadır?” filmində epizodik sərxoş roluna çəkdim. Həmin obraz ssenaridə yox idi, sadəcə, Bəşirin koloritli aktyor olmağı, istedadı kiçik bir epizodla bu filmə əlavə rəng qatdı.
***
Bir gün kinostudiyada işləyim vaxtlar idi. Həyətdə gəzişirdim. Birdən bizim orta yaşlı , amma avara aktyorlardan biri mənə yaxınlaşdı. O qədər içmişdi ki, ayaq üstə güclə dura bilirdi. Ailəsindən təzə ayrılmışdı.
– Adil müəllim, mənə təcili 150 manat verməsəz özümü də öldürəcəyəm, iki uşağımı da.
Əl atdım cibimə, cəmi 100 manat pulum var idi.
– Al götür, cəmi 100 manatım var, – deyib, pulu ona uzatdım.
Adam əlini geri çəkdi.
– Yox, nə danışırsız, Adil müəllim, mənə 150 manat lazımdır.
Başımı bulayıb:
– Sən belə elə də, – dedim, – özünü öldür, uşaqlarla işin olmasın. 100 manatı apar uşaqlara ver.
Adam bir də gözümə görünmədi.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Ayının sevgisi ilə dovşanınkı qətiyyən eyni ola bilməz
Şəmil Sadiq yazır
Əslində pedaqogika “çətin tərbiyə olunan uşaq” ifadəsini sevməz. Bunu “tərbiyə etməkdə çətinlik çəkdiyimiz, bacarmadığımız hallar”la əvəz etsək, daha münasib olar.
Bizim baxış bucağımızdan baxsaq, insanlar dünyaya tərbiyəsiz gəlir. Lüt doğulur, həm cismani, həm də əxlaqi. “Əxlaq” sözünü də insan kəşf edib. Hər bir toplum özü istədiyi kimi tərbiyə edir insanı, ona görə də dünya rənglidir, hər cəmiyyətin öz ənənəsi, dəyərləri var. Bu gün bizim üçün qəbuledilməz hansısa insani davranış başqa bir toplum üçün ənənəvidir, dəyərdir.
Balabilgələr bir fərddir, hər biri bağçaya, məktəbə gəlməmişdən bir ananın, bir ailənin tərbiyəsini, yaşam qaydalarını mənimsəyib gəlir. Ailələrin də tərbiyə üsulu müxtəlif cür ola bilər, avtoritar, demokratik, xaotik, liberal və s. Ona görə də hər kəsdən, hər şeyə eyni reaksiyanı gözləmək bir müəllim üçün yanlışdır. Bundan başqa uşaqların psixoloji durumlarının da fərqli olması onları fərqləndirən əsas amildir.
Sevmək ən gözəl duyğudur, ayının sevgi nümayiş etdirməsi ilə dovşanınkı qətiyyən eyni ola bilməz. Halbuki hər ikisi eyni duyğunu verir öz balasına. İnsanlar da belədir, eyni şeyə reaksiyalar müxtəlif ola bilir. Bir müəllimin işi bunun fərqində olmasıdır. 15-20 nəfərlik bir sinfin hər bir uşağının fərd olmasını qəbul edib, sonra sinfə girməlidir. Bunu qəbul etmədikcə müəllim heç bir halda uğur qazana bilməz.
Məktəblərdə, siniflərdə, xüsusən də yeni qurulan məktəblərdə, yeni girdiyiniz siniflərdə uşaqlar arasındaki fərqi daha tez hiss edərsiniz, bunun üçün ilk şey fərdi yanaşma metodlarını işə salmağınız olar.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)
Musiqili Teatr azyaşlılar üçün “Sehrli nəğmə” hazırlayıb
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaq və gənc tamaşaçılar üçün nəzərdə tutulan beynəlxalq layihə – “Sehrli nəğmə” musiqili tamaşasının premyerası olacaq.
Bu barədə sənət ocağının mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova AzərTAC-a məlumat verib.
Qeyd edib ki, “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri dekabrın 18-də saat 14:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Vurğulanıb ki, Musiqili Teatra dəvət olunan Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.
Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.
Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.
Onun sözlərinə görə, tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.
Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli, Cəmilə Mənsurova iştirak edəcəklər.
Səhnə əsərində səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)