Super User
Sumqayıtda “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib
Mayın 6-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə "Zəfərdən zəfərə gedən yol" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyevin verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində baş tutan tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Qeyd edib ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları heç zaman unudulmayacaq, əsrlər sonra da ehtiramla yad ediləcək.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov geniş məruzə ilə çıxış edib. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın həlledici rol oynadığını qeyd edən polkovnik Cəlil Xəlilov 2020-ci ili Vətən müharibəsində bu qəhrəmanlığın təkrarlandığına diqqət çəkib: "İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutur. Müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan, Bakıya "Qəhrəman şəhər" adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib.
Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində də təkrarladı, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir.
Biz Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətin və Prezidentimizin ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıblar. Biz bu tövsiyələri diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq".
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb: Heç kimə sirr deyil ki, Azərbaycan xalqının tarixi böyük qəhrəmanlıqlarla zəngindir. İstər İkinci Dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığı ilə bütün dünyanın diqqətini cəlb etmiş, gənclərimizin döyüş meydanında sərgilədiyi igidliklər hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmuş, respublikamızın inkişafı üçün daha əlverişli zəmin yaranmışdır.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızn qəhrəmanlıq tarixinə nəzər salıb, xalqımızın və dövlətimizin maraqları naminə Prezident İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Akyotı Raimkulova Rüfət Mahmud ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin yeni təyin olunmuş sədri cənab Rüfət Mahmud ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fondun prezidenti təyinatı münasibəti Rüfət Mahmudu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı zəngin türk mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib, mədəni irsin tədqiqi, mədəni abidələrin bərpası, birgə tədbirlərin təşkili ilə bağlı konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Aktotı Raimkulova “İçərişəhər” kimi unikal memarlıq və tarixi məkanın beynəlxalq səviyyədə tanıdılması, onun idarəetməsi ilə bağlı müsbət təcrübənin Türk dövlətləri ilə bölüşülməsinin vacibliyini vurğulayıb, İçərişəhər”in bu irsin qorunması məqsədilə Fondun hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirib.
Rüfət Mahmud Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirərək, Türk mədəniyyətinin zənginliyini əks etdirən təşəbbüslərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib və Fond ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.
Görüş qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
PORTAL AKADEMİYASINDA - Abituriyentin uğur formulu
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Abituriyentin uğur formulu
Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.
Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).
Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.
Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.
Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.
Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:
A. Diqqət və yaddaş
Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.
Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.
Növbəti qaydanı sizə sabah təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Türk xalqlarında bitki adlarının semantik və mifoloji təhlili
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə türk xalqlarında bitki adlarının semantik və mifoloji təhlilini təqdim edəcəyik. Kifayət qədər maraqlı mövzudur.
Təbiət və onun ayrılmaz parçası olan bitkilər qədim türk xalqlarının gündəlik həyatında, inanclarında, mədəniyyətində və dilində özünəməxsus yer tutmuşdur. Bitkilər yalnız qida və şəfa mənbəyi kimi deyil, həm də simvolik və mifoloji anlam daşıyaraq türk dünyasında zəngin semantik qatlara malik olmuşdur. Bu yazıda bitki adlarının semantik və mifoloji təhlili aparılacaq, türk mədəniyyətində onların yeri və funksiyası müxtəlif tarixi və folklor nümunələri əsasında işıqlandırılacaqdır.
Bitki adlarının dil və düşüncə sistemində yeri
Qədim türk dillərində bitkilərlə bağlı sözlər yalnız sadə adlar deyil, çox vaxt onların funksiyasına, görünüşünə və simvolik mənasına bağlı olaraq formalaşmışdır. Məsələn, “ardıç” sözü həm konkret bir bitki adını bildirir, həm də qoruyucu, müqəddəs ağac anlamı daşıyır. Ardıc ağacı türk xalq inancında pis ruhları qovmaq üçün istifadə edilən tütsü mənbəyi olmuşdur. Xüsusilə Altay və Sibir türkləri arasında “ardıç tütsüləməsi” xəstənin gözəgörünməz pisliklərdən təmizlənməsi üçün əsas rituallardan biri hesab edilirdi.
Eynilə, “yovşan” bitkisi qədim türk toplumlarında həm dərman, həm də simvolik qoruyucu vasitə kimi tanınırdı. Orta Asiya türkləri bu bitkini evin girişinə asaraq “şeytanın girməməsi” üçün qoruyucu saymışdılar. Dil baxımından da bu adın içində “yov” – “dəf etmək, uzaqlaşdırmaq” kökü qoruyucu semantik fon yaradır.
Bitkilərin mifoloji varlıq kimi qavranması:
Türk mifologiyasında bəzi bitkilər müqəddəs varlıqlar kimi qəbul olunmuşdur. Qədim türk dastanlarında ağaclar vasitəsilə yaradılış və nəsil məsələləri izah olunur. Məşhur "Oğuz Kağan" dastanında Oğuzun analığı bir işıq içindən doğulur, bu işıq isə dağ və ağac simvolikası ilə əlaqələndirilir. Bu, ağacın (və bütövlükdə bitki dünyasının) yaradıcı güc daşıması ilə bağlı inancın təzahürüdür.
Yakut türklərinin miflərində isə “Ürüng Ayıx Toyon” adlı Tanrı ağacların kökü ilə yerə, budaqları ilə göyə bağlıdır. Bu isə ağacların yalnız bitki deyil, həm də kosmosla əlaqə vasitəsi olaraq qəbul edildiyini göstərir. “Dünya ağacı” anlayışı da türk mifologiyasında geniş yayılmışdır – bu ağacın gövdəsi aləmləri birləşdirən ox funksiyası daşıyırdı.
Ritual və ictimai həyatda bitkilər:
Bitkilər toy, yas və digər ayinlərdə də fəal rol oynamışdır. Məsələn, bəzi bölgələrdə gəlin evindən çıxarkən başına qovaq yarpaqları səpilirdi ki, bu da qovaq ağacının “bərəkət və təmizlik” simvoluna çevrildiyini göstərir. Digər tərəfdən, yas mərasimlərində istifadə olunan müəyyən otlar və güllər həm duyğusal, həm də simvolik mesaj daşıyırdı – məsələn, Səlcuq türklərində “xarı bülbül” gülü şəhidlərə ithaf olunmuşdu.
Bəzi bitkilərin isə konkret cəmiyyət təbəqələrinə xas istifadəsi var idi. Məsələn, dağlıq bölgələrdə yaşayan köçəri türklər arasında dərman otları ilə məşğul olan şifəçilər (baxşılar) bitkiləri “canlı varlıq” kimi tanıyır və onlarla “ünsiyyətə” girirdilər. Bu da onların təkcə biologiya deyil, həm də ruhani baxımdan qavranmasına səbəb olurdu.
1. Altay və Sibir Türklərində:
Altay və Şərqi Sibir türkləri üçün ardıç ağacı müqəddəs sayılmış, onun tüstüsünün şeytanları və xəstəlikləri qovduğuna inanılmışdır. Xüsusilə "ardıç tütsüləməsi" ritualı bu bölgədə xalq təbabətinin mərkəzində dayanırdı. Şaman (kam) ayinlərində ardıcın yanması ilə çıxan tüstü "göy tanrıya qapı açan vasitə" sayılırdı.
Əlavə olaraq, şam ağacı (çam) uzunömürlülüyün və sabitliyin simvolu olmuşdur. Qışda yaşıl qalan bu ağac həm fiziki, həm də ruhani möhkəmliyi ifadə edirdi. Çam ağacı ətrafında edilən dualar “diri qalmaq”, “çətinlikləri aşmaq” niyyəti ilə edilirdi.
2. Anadolu Türklərində:
Anadolu türkləri arasında xarı bülbül gülü şəhidliyin simvoluna çevrilmişdir. Bu çiçək, xüsusilə Qarabağ bölgəsində, şəhidlərin məzarına əkilir və onun üstündə bülbülün ağlaması ilə bağlı əfsanələr yaranmışdır. Bu, bitkinin həm estetik, həm də milli-mənəvi bir dəyər daşıdığını göstərir.
Dəfnə yarpağı həm mətbəxdə, həm də xalq təbabətində geniş istifadə olunsa da, onun qoruyucu gücə sahib olduğuna dair inanc da yayılmışdır. Dəfnə, bəzi Anadolu nağıllarında cadugərlərə qarşı qoruyucu vasitə kimi təqdim olunur.
Reyhan (fesleğen) isə “təmizlik”, “paklıq” və “bərəkət” simvoludur. Toy mərasimlərində gəlinlərin üzərinə səpilən reyhan yarpaqları ailənin xoşbəxt və sağlam qalması üçün rəmz halına gətirilmişdir.
3. Orta Asiya Türklərində:
Orta Asiya çöllərində yaşayan türklər üçün yovşan (artemisia) müqəddəs bitkilərdən biri idi. Köç zamanı çadırların ətrafına yovşan basdırılardı ki, bu da həm ətrinin bəd nəzəri uzaqlaşdırdığına, həm də ilan və həşəratları qovduğuna inamla bağlı idi. Mifoloji baxımdan isə yovşan “Yer Tanrıçasının nəfəsi” sayılırdı.
Qara zirə (nigella) isə qədimdən dərman bitkisi olmaqla yanaşı, qoruyucu funksiyaya da malik idi. Doğum sonrası qadınlara və körpələrə verilən “zirəli su” onların bədənini “soyuq enerjidən” təmizləmək məqsədi daşıyırdı. Bəzi bölgələrdə qara zirə qapının üstündə torbada asılaraq “bəd göz”dən qorunma üçün istifadə olunurdu.
4. Volqa və Qafqaz Türklərində:
Volqa boyu tatarlar və başqırdlar arasında qovaq ağacı "ata-ana ağacı" sayılmış və qəbiristanlıqlarda qovaq əkilməsi adəti geniş yayılmışdır. Bu, ağacın ruhlarla əlaqələndirilməsinə dair inancı əks etdirir. Qovaq, həm də müxtəlif türk dastanlarında “ilk insanın altına sığındığı ağac” kimi təqdim olunur.
İydə ağacı isə xüsusilə bayramlarda, Novruz ərəfəsində istifadə edilən simvolik bitkidir. Onun çiçəkləri sevgi, təmizlik və bərəkətin müjdəçisi sayılır. Qafqazda bəzi türk tayfaları iydənin çiçək açmasını “yazın gəlişi” və “bərəkətin başlanğıcı” kimi qarşılayırdılar.
Türk xalqlarında bitkilər yalnız flora elementləri kimi deyil, həm də dərin semantik və mifoloji qatlara sahib mədəni varlıqlar kimi qəbul olunmuşdur. Onlar dilimizdə obrazlı ifadələrə, dualara, simvollara çevrilərək xalqın düşüncə sistemini formalaşdırmış, ritual və sosial həyatın ayrılmaz parçası olmuşdur. Bu sahənin daha geniş araşdırılması, həm dilçilik, həm də etnoqrafiya baxımından türk dünyasının zəngin mənəvi irsini açmaq üçün mühüm addım olacaqdır.
Bu nümunələr göstərir ki, türk xalqları arasında bitkilər yalnız təbiət obyektləri deyil, həm də dərin mifoloji, dini və sosial mənalara malik simvollardır. Hər bölgədə fərqli bitkilər seçilsə də, onların qoruyucu, şəfalı və simvolik funksiyaları ümumi türk mədəni düşüncəsinin ortaq təməlini əks etdirir. Bu mövzu həm linqvistik, həm də etnoloji baxımdan tədqiqata açıq və zəngin sahədir.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
GAP Antologiyasında Nuriyyə Lövhün “İndi dünyada qan qusulur” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.
Nuriyyə Lövh
Binab
İNDİ DÜNYADA QAN QUSULUR
Şeirin nəfəsi geri sayıma düşmüşdü
Qələmi,
Balamı, səni gətirmədilər.
Əlim,
Öpüşüm,
Baxışım,
Acı olduğu üçün...
Amma qoy deyim sənə
Aaaaaay oxucum
Dinləyicim
İnan
Ey özüm təki üsyankar, inan...
Dərdin çoxu da yoluxucu xəstəliyindən deyil
Qəfəsdə təngə gəlir nəfəsim
Vətən çicəkləri solur ürəyimin vulkanında
və millət nisgilini
Daşıya bilməyən çiyinlərimdən aslanıb
qara sevgi.
İndi əllərim əsitməyə düşsə də
Dilimin tutulmasına izin verməmişəm.
Niyə ki, güneyli-quzeylisindən 1400 çiçək yağacaq əllərimə vətən...
Düzdür kələmələr xırıldayır xırxıramda
Və
Ventilyatorla çəkirəm acı sancıları
Amma xəstəliyə inanan deyil polad iradəm.
Axı
Təkcə mən deyiləm ki,
Yer kürəsinin dəli sızıltıları işini bitirib yazıq bəşərin kövrək kürəklərində...
İndi burda elə bu saat 1400-cü günəş cücərir sinəmin daş yarasından
İndi gecə quşları baladan çıxırlar ağ ciyərlərimin qaranlıq böcəklərində.
Pekin ilə Vaşinqton!
Hərdən nə isə Moskvaya süqut edir gözlərimin gücsüzlüyündə...
Mən isə ağ ciyərimin
Sən isə serum-saatın
Pərəstar dostum isə O2-nun eniş-yoxuşuna
Cum-culuq tər içində cummuşuq.
Üçümüz də bilirik
Zalımların hansı felinə uymuşuq.
İndi dünyada qan qusurlur
Humanizmin çeşidli düşuncəsi
Yer kürəsinin atlantasını
Ortadoğu ölkələrinin
Özünü qonşularından tez
və ucuz satan yollarını
Şəhərin balalarıma çatdıran
bütün xəritələrini
Bir də gözlərini
Hə gözlərini çəkirəm
Xəstəxananın şahmatı tavanında
İndi burda bütün isimləri qusaraq
Təkcə talanmış vətəni həzm edə bilirəm
uca röyalarımda
Daşını, kəsəyini, çiçəklərini,
O tay-bu taylı dağlarını, dərələrini, təpələrini
Bütün hər nəyini
Sinirsiz çəkirəm
Vətəndaşların, dildaşların
Ürəklərini kədərsiz, yarasız çəkirəm...
İndi atrovent
Qıtlığına düşüb bu talanmış çevrədə
Və
Sevgilim Qafqaza yürüyüb çiçəkli qıçlarıyla
Bəlkə nəfəs gətirə quzeydən
Yaramı sağaltmaq üçün...
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib
Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib. Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin moderatoru Kanadanın keçmiş Multikulturalizm və Vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. Dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.
Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçün minnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.
Tədbirdə Ontario parlamentinin millət vəkilləri Rudy Cuzzetto (Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo (Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (Kris Qlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (Kristin Vonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (Andrea Hezel) iştirak ediblər. Onlar mərkəzin böyük işlər gördüyünü, bu işlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldə etdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilə rəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirin təşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb.
Günel İsmayılovanın piano müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.
Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızın milli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı, Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühüm işlər görür.
Aşağıdakı linkdən Kanadada “Azərbaycan İrs Günü” adlı tədbirlə bağlı video materialı izləmək mümkündür:
https://youtu.be/Q5YI2Y2Mets?si=7moYP-VmDDgIx4y6
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Milli-mənəvi dəyərlərimiz
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Yaşadığımız ortam, şərait nə cür olursa olsun, milli-mənəvi dəyərlərimiz hər zaman hər şeydən üstündür. Bu gün həmin dəyərlərimiz barədə söhbət etmək istəyirəm. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.
Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb. Əgər Sovetlərdən əvvəl Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə, keçmiş SSRİ-nin dövründə ölkədə cəmi 17 məscid vardı. Hazırda isə Azərbaycanda 2054 məscid mövcuddur.
İslam dini -xalqımızın milli-mənəvi sərvəti
1993-cü ilin, iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də bir yenilik etdi. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa olundu, bir çoxları yenidən bərpa edildi. Bir sözlə dini dəyərlərimiz yenidən canlandı. Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahı məhz Heydər Əliyevin tapşırığı əsasında dövlət hesabına yenidən inşa olundu. Təsadüfi deyil ki, Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki, dinimiz xalqımızın milli-mənəvi sərvətidir: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.
Tolerantlıq ənənələri və milli- mənəvi dəyərimiz
Bu bir reallıqdır ki, bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Hətta qeyri-İslam dinindən olan insanlar üçün də Azərbaycanda kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar inşa edilib. Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir.
Dil milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi
Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilir. Bu mənada Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olub.
Muğam xalqımızın genetik kodu
Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Prezident İlham Əliyevin qayğısının nəticisidir ki, son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.
Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır. Buna nümunə olaraq müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidinin Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilməsini göstərmək olar.
Birmənalı şəkildə qeyd etmək olar ki, muğam xalqımızın incisi, onun genetik kodudur. Muğam nəsillərdən-nəsillərə keçərək Azərbaycan xalqının qan yaddaşında qalıb, onun ürəyində əbədi iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır”.
Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam ensiklopediyası. Və nəhayət, Muğam Mərkəzi.
Milli mənəvi dəyərlərin qorunmasında məqsədyönlü fəaliyyət
Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır.
Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
MARAQLI FAKTLAR – Şir 20 saat yatır, kosmosda gözdən yaş axmır, dəniz atlarında uşağı erkək doğur…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dəyərli oxucular. Maraqlı faktlar rubrikasını çox bəyəndiyiniz bəllidir. Əlbəttə ki, bu sayaq məlumatlar qərbdən şərqə, 7-dən 77-yə hamı üçün maraqlıdır. Bu dəfə bir neçə mənbəni ələk-vələk edib sizlər üçün aşağıdakıları toplaya bildik:
- Ahtapotların üç ürəyi var.
İki ürək qanı qəlsəmələrə, biri isə bədənə pompalayır. Üzgüçülük edəndə isə bədənə qan vuran ürək dayanır!
- Yerin ən isti yeri Liviya səhrasında qeydə alınıb.
1922-ci ildə Əl-Əziziyə şəhərində 57.8°C temperatur ölçülmüşdü.
- Şir gündə orta hesabla 20 saat yatır.
Yəni şirlər, əslində, savannaların "yatan kralı"dır.
- İnsan burnu 1 trilyon fərqli qoxunu ayırd edə bilir.
Əvvəllər bu rəqəm daha aşağı hesab olunurdu, amma son araşdırmalar bunu sübut edib.
- Kosmosda ağlamaq mümkündür, amma göz yaşları axmaz.
Sıfır cazibədə göz yaşları üzdə köpük kimi yığılır.
- Dəniz atları (sea horse) övladlarını atalar dünyaya gətirir.
Dişi dəniz atı yumurtaları erkəyə ötürür və erkək onları daşıyaraq doğur.
- Kərgədanların dərisi o qədər qalındır ki, silah gülləsinə belə bəzən davam gətirə bilir.
Amma yenə də çox həssas və təbiətdə təhdid altında olan heyvanlardır.
- Mavi balina dünyanın ən böyük heyvanıdır – həm də tarix boyunca yaşamış bütün canlılar arasında.
Onun ürəyi bir avtomobil ölçüsündə ola bilər və ürək döyüntüsünü 3 kilometr uzaqdan eşitmək mümkündür.
- Delfinlər bir-birilərini adla çağırırlar.
Onlar xüsusi səs siqnalları ilə digər delfinləri fərqləndirib çağırırlar – yəni "dil"ləri var.
- Qarışqalar özlərini "zombi" edə bilən göbələklərlə yoluxa bilər.
Ophiocordyceps adlı göbələk qarışqanın beynini ələ keçirir və onu idarə edir. Elm buna “zombi-parazit” deyir.
- Axsaq timsahlar düz qaçarkən atdan da sürətli ola bilərlər.
Sürətlə hücum zamanı qısa məsafədə 17-20 km/saat sürətə çata bilirlər.
- Tarantul hörümçəkləri yırtıcılarından qorunmaq üçün arxa ayaqları ilə tüklərini “atırlar”.
Bu tükcüklər dəridə qaşınma və yanmaya səbəb olur.
- Elektrikli ilanbalığı 600 volta qədər enerji buraxa bilir.
Bu qədər enerji ilə 5 nəfərlik ailənin lampasını yandırmaq olar.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
“Hər kitab mənim üçün bir insandlır” – PORTRET CİZGİLƏRİ
Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Akif Şahbazov: “Sahibkar o adama deyirlər ki, təyyarəyə, gəmiyə minib, ailəsini burada qoyub gedir uzaq-uzazq ellərdən mal gətirməyə. Bütün riskləri də göz altına alır. Həmin mal gəlib çatacaq, çatmayacaq, hamısı sual altındadır. Deməli, sahibkarın həyatı, bütün işləri, hər şeyi risk altındadır”.
Sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olanlar çoxdur. Amma, əfsus ki, onların çoxu hətta gördükləri işin nə olduğunu və bu işdən necə pul qazanıb, ətrafında olan işçilərini və öz ailəsini dolandırmağı, dövlət büdcəsinə kömək etməyi yaxşı bilmirlər. Məhz ona görə də bu işlə məşğul olanlar bir müddət sonra, bu işdən ayrılırlar və çox vaxt da özlərini yox, başqalarını günahlandırırlar. Məhz ona görə də mən deyirəm ki, “ Sahibkarlıq Allah vergisidi”. Necə ki, müəllimlik, hakimlik, həkimlik, yazıçılıq, incəsənət işçisi olmaq Allah vergisi olduğuna kimi bu müqədds sahə də Allah vergisidi. Bu yazımda sizi həmin Allah vergisi olan bir şəxsiyyətlə daha yaxından tanış etmək istəyirəm.
ARAYIŞ:
May ayının 5-də artıq 56 yaşı tamam olan Akif Səfər oğlu Şahbazov 1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaqlı kəndində kəndçi ailəsində anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinifinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da, mənfur, nankor qonşularımız olan ermənilərin türklərə olan nifrətinə görə ona qızıl medal verməyiblər. Amma Akif Şahbazov bundan ruhdan düşməyib. Həzrəti Əlinin bu sözlərini özünün ali məqsədi eləyib: “Mənə bir hərif öyərədənin köləsi olaram”. Müəllimlərini və valideynləri çox sevib. Çünki onlar ona təkcə hərifləri yox, elmin sirlərini öyrədiblər. O, artıq orta məktəbi bitirəndə yüksək kamil düşüncəyə malik olub. Dostumuz Akif Şahbazov deyir ki, “ artıq orta məktəbi bitirəndə mən, gələcək həyatımı necə quracağımı başa düşmüşdüm. Və başa düşmüşdüm ki, bir insan qarşısına hansı məqsəd qoyursa və səbrlə ona doğru gedirsə, gec-tez ona çatacaq”.
DEPORTASİYA
O, 1987-ci ildə ordu sıralarına çağrılıb və Moskva vilayətinin Serpuxova şəhərində hərbi xidmətdə olub. Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı törətdiyi ixtişaşlar başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideynləri də Qərbi Azərbaycanda yaşayan üç yüz mindən çox həmvətənlilərimiz kimi Ermənistandan deportasiya olunublar və Sumqayıt şəhərində məskunlaşıblar. Akif də hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Akif Şahbazov ilk əmək fəaliyyətinə Sumqayıt Boruyayma zavodunda çilingər kimi başlayıb. Ailə vəziyyəti ağır olduğundan, belə qərara gəlib ki, ali təhsilini yalnız axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə Sankt-Peterburq şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. O, oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən və müəllimlərinin hörmət bəslədiyi bir tələbə olub. Çünki Viktor Hüqonun bu kəlamı həmişə onun amalı olub: “Xeyirxah olmaq çətin deyil, ədalətli olmaq çətindir”. Məhz buna görə də Akif Şahbazov təkcə tələbə yoldaşlarına yox, həm də onu əhatə eləyənlərə qarşı həmişə ədalətli olub.
Səkkiz il bundan qabaq, tanınmış göz həkimi, ictimai xadim, maraqlı yazıçı, publisist Hümbət Həsənoğlunun yaratdığı Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü olan Akif Şahbazov, idarə heyyətinin bütün üzvləri tərəfindən sevilir və onun hər çıxışı çox maraqla qarşılanır. Çünki o, hər bir fikrini reallığa söykənərək deyir. Ən maraqlısı budur ki, bu gün də Akif Şahbazov özü üçün yox, ətrafında oıanlar üçün yaşayır. Hərbərlik etdiyi “Məktəbli aliəsi” kollektivinin işçiləri üçün yaşayır. Yəni ilk öncə onları düşünür. Onlaarın problemini həll edir. Bax, belələrinə deyirlər: “Əsl rəhbər”.
ƏMƏK FƏALİYYƏTİ
Ailələri çətin dolandığına görə Akif Şahbazov səhər işə gedib, axşam təhsil alıb və gecə yenə də növbəyə gedib ki, ailənin dolanışığına köməklik etsin. Hətta boş vaxtlarında “qul bazarına” gedib, orada da iki ustanın əlinin altında fəhlə işləyib ki, heç olmasa 50-60 manat pul qazansın və böyük ailələri korluq, əziyyət çəkməsinlər. 1996-cı ildə ali təhsilli mütəxəsis kimi İqtisadiyyat Universitetini bitirib. Təhsil aldığı bu altı ildə iş yerində də Akif Şahbazovun böyük inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi zavoduna Boru Yayma zavodundan köçürmə yolu ilə keçib. Burada olan Metal-Qab zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Onun bacarığını, savadını görüb az bir vaxtda burada vəzifə pillələrində inkişaf edərək, kadrlar şöbəsinin rəisi, material üzrə mühasib, baş mühasib olub.
Elə həmin vaxtı “Azərikimya” Dövlət Şirkəti yaranıb. Şirkətin nəzdində də Təmir-Tikinti idarələri fəaliyyətə başlayıb. O vaxtı da Akif Şahbazovu 9 nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi təyin ediblər. Sonra onu 1 nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi vəzifəsinə keçirbilər. Bu artıq həmin dövr idi ki, şeytan xislətli Mixail Qorbaçovun yenidənqurma adlı bic siyasəti nəticəsində SRRİ kimi nəhəng dövlət dağılmağa doğru gedirdi. Həmin dövrdə də artıq iş yerlərinin bağlanması, müəsisələrin çökməsi, parçalanması başlanmışdı. Çox yaxşı intusiyaya, uzaqgörən siyasətə malik Akif Şahbazov da artıq başa düşür ki, Sovetlər ölkəsinin sonu yaxınlaşır. Əgər burada qalıb işləsə gələcək üçün heç bir perspektivi olmayacaq. Çünki Həzrəti Əlinin bu kəlamını Akif Şahbazov elə həmin vaxtlar öz beyninə yazmışdı: “ Dövlətin dini ədalətdir. Ədaləti olmayan dövlət dinsizdir və gec-tez dağılacaq”. Ona görə də çevik hərəkətlə 1991-ci ildən sahibkarlıq fəaliyyətinə başlayıb.
SAHİBKARLIQ
Belə ki, həmin vaxtı Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətə başlamaqla özünü sahibkarlıqda sınayıb. O, görüb ki, məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlara ehtiyac çox böyükdür. Ona görə də bu işlə məşğul olmağa başlayıb. Həqiqətən də həmin vaxtı belə mallar Azərbaycanda qıt idi və çətin tapılırdı. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görə və məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığından o, bu boşluğu doldurmaq məqsədi ilə və geniş çeşidli etmək üçün Sumqayıt Mərkəzi Univermağın yaxınlığında olan “Sputnik” adlı sənaye malları univermağında ayrıca icarəyə yer götürüb. Beləliklə, 1992- ci ildə Bakı və Sumqayıtda ilk dəfə ayrıca məktəbli malları, dəftərxana ləvazimatları olan xüsusi mağazanı məhz Akif Şahbazov yaradıb. Bununla da imkanlarını bir az da genişlənib. Az bir vaxtda artıq Sumqayıtdakı Sülh küçəsində, mərkəzi bazara yaxın yerdə yer alıb və orada 60 kvadrat metr yerdə mağaza tikdirib. Həmin mağaza da məktəbli malları və dəftərxana ləvazimatlı mağazası olub. Sonra həmin mağazanın ikinci mikrorayonda filiallarını açıb. Artıq sahibkarlıqda lazım olan təcrübə əldə eləyən Akif Şahbazov belə qərara gəlib ki, bu malları özü istehsal etmək üçün bir müəssisə yaratsın. Bununla bağlı ayrıca yer götürüb və ora lazım olan aparatlar, dəzgahlar, maşınlar gətirməklə məktəbli malları və dəftərxana ləvazimatları olan məhsullar istehsal etməyə başlayıb və ayrıca mətbəə-poliqrafiya yaradıb. Bu müqəddəs işdən möhkəm yapışan Akif Şahbazov uzun illərdir ki, məktəb malları və dəftərxana ləvazimatları istehsal etmək sahəsində ən yaxşı mütəxəssis olub və yaratdığı böyük mətbəə, poliqrafiya respublikada tanınır. Burada həm də bədii, sənədli kitablar çap etdirməklə və bu kitabları da öz mağazalarında satdırmaqla, çoxlu müştəriləri, kitabsevərləri də ətrafına toplaya bilib Akif Şahbazov. Sumqayıtdakı bütün məktəblilər və yaşlı oxucular da məhz Akif Şahbazovun rəhbəri olduğu mağazalara gəlirlər. Çünki bu mağazalarda Sumqayıtdakı bütün mağazalardan həm məktəbli malları, həm dəftərxana ləvazimatları və həm də kitablar çox ucuz qiymətə satılır. Bu iş, məhz elmlə, ziyalılarla bağlı olduğuna görə Akif Şahbazov bu işi özünə müqəddəs iş və şərəf bilir. Onu da vurğulayım ki, bu gün Bakı şəhərində və bölgələrdə olan demək olar bütün məktəbli mağazaları Akif Şahbazovun həm maraqlı məsləhətləri və həm də dəyərli ziyalı kimi böyük dəstəyi ilə uğurlar əldə edirlər. Akif Şahbazovun məsləhətilə Bakıda açılan məktəbli mağazaları alıcı çoxluğuna görə daha tez inkişaf etsələr də, amma onların rəhbərləri bu gün də Akif müəllimin məsləhətlərindən yararlanırlar.
MEDAL TƏLTİFİ, BƏLƏDİYYƏ ÜZVLÜYÜ...
Bütün bu illərdə Akif müəllimin çəkdiyi zəhmət hədər getməyib. Belə ki, keçən ilin oyabr ayında Sumqayıt şəhərinin 75 illik yubileyində ölkə başçımız cənab İlham Əliyevin sərəncamı ilə Akif Şahbazov “Tərəqqi” medalı ilə təltif olunub. Bu ilin əvvəlində keçirilən Bələdiyyə seçkilərində Akif Şahbazov çox böyük səs çoxluğu ilə Sumqayıt Bələdiyyəsinə seçilib. Biz inanırıq ki, Akif müəllim Sumqayıt Bələdiyyəsinin inkişafı üçün çox işlər görəcək. Çünki o, müasir düşüncəli, yüksək təfəkkürlü, yenilikçi sahibkar və iş adamıdır. Ona görə də Azərbaycan iqtisadiyyatını, sahibkarlığını dirçəltmək üçün belə uzaqgörən sahibkardan, yüksək təşkiltçı insandan lazım olan kimi istifadə etmək lazımdır. O, idarə heyyətinin üzvü olduğu Qərbi Azərbaycanlıların Cəmiyətinin Sumqayıt şöbəsi üçün də böyük işlər görə bilər. Çünki bir siyasətçi kimi də çox yetkin insandır. Mən, onunla ad günüdə, çox yüksək, Avropa standartlarına uyğun səviyyədə qurulmuş, geniş çeşidli Sumqayıt Məktəbli nağazasında bu müsahibəni apardım. İstəyirəm siz də onun orijinal fikirlərilə tanış olasınız əziz oxucular.
MÜSAHİBƏ
-Akif müəllim, salam. Necə oldu ki, siz Sumqayıt şəhərindəki 2-ci mikrorayonun zirzəmisində mağaza yaradası oldunuz?
- Çox maraqlı sualdır. Xarici ölklərə gedəndə görürdüm ki, birinci mərtəbələrdə demək olar ki, yaşayış yoxdur. Ona görə də fikirləşirdim ki, bizdə də bunlar gec-tez qeyri-yaşayış sahələri olacaq. Belə qərara gəldim ki, burada bir üç otaqlı mənzil alım. Sonra iki otaqlı bir mənzil də aldım. Sonradan bu binanın zirzəmisinə baxış keçirtdim. Baxış keçirən zaman gördüm ki, yuxarı mərtəbələrin təmirindən yaranan bütün zibilləri zirzəmiyə töküblər. SSRİ dövründən olan bütün kanalizasiya sistemi də istismar müddətini başa çatdırmışdı. Ona görə də bütün kanalizasiya suları da zirzəmiyə axırdı. Mən bu zirzəmini çirkab sularından, siçovullardan, ağcaqanadlardan təmizləmək və bu boş zirzəmidə fəaliyyət göstərmək üçün belə bir qərara gəldim ki, buranın təmizlənməsi işinə başlayaq. İlk öncə fikirləşəndə əlbəttə, bura bizim sahəyə yarayan bir iş deyildi. Çünki zirzəmidə həmişə nəmişlik olur. Və orada kitabla bağlı iş, ağlagələn və işimizə yarayan bir iş deyildi. Çünki bizdə kitab işidi. Amma buna baxmayaraq mən bu riskə getdim. Mən lap uşaq yaşlarımdan riskə getməyi xoşlayıram. Zaman-zaman bu zirzəmini təmizlədik. Zirzəmiyə çirkab sularının buraxılması nəticəsində özül panellər artıq çürümüşdü. Onları bərpa etmək üçün, yerə armobeton bərkitmə işləri aparmaqla bu zirzəmini tam quru vəziyyətə gətirdik. Avropa satndartlarına uyğun gözəl sahəyə çevirdik. Orada havalanma işini yüksək səviyyədə qurduq. Beləliklə də, burada artıq heç bir nəmişlik olmadı. Bununla da kitablarımıza, kağız məmulatlarımıza da heç bir maneə yoxdur. Özünüz də bunu görürsünüz.
- Elədi. Çox gözəl, yaraşıqlı mağazadır. Bu gün işlə məşğul olanların hamısını sahibkar adlandırırlar. Amma əslində belə deyil. Bu adamların içərisində mülkədarlar da var. Sahibkarla, mülkadarın fərqi nədir?
-Sahibkar öz işinin sahibkarı deməkdir. Yüz nəfərdən Allah cəmi 3-4 nəfərə bu istedadı verir. Mülkadarlıqla sahibkarlığı qarışdırmaq olmaz. Sahibkar malına, canına, puluna, mülkünə risk eləyən insanlar qrupuna daxildir. Onun məqsədi odur ki, yeni iş yerləri yaratsın. Yaradıcılıqla məşğul olsun. Mülkədar isə bir yeri alır, icarəyə verir və oradan özü üçün pul qazanır. Bu artıq sahibkarlıq demək deyil. Sahibkar o adama deyirlər ki, təyyarəyə minib, öz həyatını riskə atır. Ailəsini burada qoyub gedir mal gətirməyə. Həmin mal da gəlib çatacaq, çatmayacaq hamısı sual altındadır. Deməli, sahibkarın həyatı, bütün işləri, hər şeyi risk altındadır. Mülkədar isə hansı yollarlasa binalar, obyektlər alır və onları icarəyə verir. Oturur öz evində və həmin icarəyə verdiyi yerlərdən pul qazanır. İstədiyi kimi istirahət eləyir. Öz həyatını keyf içində yaşayır. Ona görə də artıq zamanıdır ki, biz sahibkarla, mülkədarı bir-birindən ayıraq. Mülkədara yox, sahibkara dəstək olmalıyıq. Sahibkar pulun sahibi deyil və pul haqqında da düşünmür. Sahibkar işinin sahibidi. Və istəyir iş qursun, işlər yaratsın. Bu, bir növ xəstəlikdir. Özü də xoş xassəli bir xəstəlik və həm də cəmiyyətin xeyrinə olan bir xəstəlikdir. Təsəvvür edin ki, sahibkar həmişə risklər altında olduğuna görə canı xəstədir. Evində demək olar ki, heç nəyi yoxdur. Əlinə də beş manat düşürsə bir iş qurur. Ya da gedib bankdan yüksək faizlə kredit götürüb işlər qurur. Özünü gərginlikdə, zorluqda məhz ona görə saxlayır ki, nə isə yaratsın. Bax, məhz bu insanlara dövlət tərəfindən lazım olan şərait yaratmaq lazımdır ki, onlar geniş iş yerləri açıb, işsizlik probleminin müsbət həll olunmasında dövlətə köməklik etsinlər.
Bir daha vurğulamaq istəyirəm ki, sahibkarlara şərait yaratmaq lazımdır ki, onlar öz işlərini lazım olan kimi görsünlər. İşsizliyin qarşısını rahat ala bilsinlər.
-Siz orta məktəbi əla qiymətlərlə bitiribsiniz. Ayrı-ayrı müəssisələrdə aparıcı vəzifələrdə işləyibsiniz və böyük uğur qazanıbsınız. Niyə siz məhz həmin sahələri yox, məktəbli işini seçdiniz?
-Bu, çox maraqlı sualdır. Mən başa düşdüm ki, ruhum elə buradadır və mən bu işi başqalarından daha çox sevirəm. Burada uşaqlarımıza, gələcək nəslimizə daha böyük xeyir verə bilərəm. Bilirsiniz ki, dünyanın 70 faizi sudur. İnsan orqanizminin də 70 faizi mayedir. İnsanın iş həyatı da 70 faizdən ibarətdir. Ona görə də mən məktəbli mağazalarını yaratmaqla öz iş həyatımı tapdım. İndi yalnız bu işlə məşğul oluram. Bax, mağazada gördüyünüz bu kitabların hər biri mənimçün bir insandır. Dahi Nizami Gəncəvi də görün kitab haqqında necə gözəl kəlam deyib:
-Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxartdım.
Mən də bu şöbələrə girəndə, buradakı kitabların hər birini bir insan kimi görürəm. Ona görə də insanları tanımaq, onları müşahidə etmək, dəyərləndirmək lazımdı. Bu kitabları oxuyan insanlar, orada yazılanları öz həyatında tətbiq edə bilərlərr. Biz, yüksək səviyyəli bir mətbəə də qurmuşuq. Çünki cənab prezidentimiz İlham Əliyevin sahibkarlığa dəstəyini gördüyümüzə görə yeni-yeni layihələr üzərində işləməyə başlamışıq. Bunu nəzərə alaraq, işsizliyin qarşısını almaq üçün biz istehsal sahəsini də düşündük. Hal-hazırda biz, istehsal sahəsi də qurduq. Çox sağ olsun cənab Prezidentimizin sahibkarlığın inkişafına belə dəstək verməsi, bizi bu işləri görməyə ruhlandırıb. Bizə olan bu köməkdən, inamdan ruhlanıb, işimizi daha da qabağa aparacağıq. İnşallah. Təki sağlıq, əmin-amanlıq olsun.
P. S.
Dostumuz Akif Şahbazov uzun illərdir ki, Çin Xalq Respublikasına işgüzar səfərlərə gedir və orada görülən işlərlə yaxından tanış olub və onları burada tətbiq etmək istəyir. Və hətta bəzi işləri tətbiq də edir. Onun ən böyük arzusu budur ki, Çin Xalq Respublikasında gedən yüksək quruculuq işləri Azərbaycanda da olsun. İnanır ki, belə də olacaq. Çünki ölkə başçımız cənab İlham Əliyev də bu yaxın günlərdə Çin Xalq Respubublikasında olub və oradan böyük təəssüratla qayıdıb. Artıq Çin Xalq Respublikası ilə Azərbaycan Müstəqil Respublikası arasında olan viza rejimi ləğv olunub. Bu, özü çox uğurlu addımdır. Deməli, bundan sonra insanlarımız istədiyi vaxtı Çin Xalq Respublikasına gedəcək və çinlilər də Azərbaycana gələ biləcəklər. Bu da iqtisadiyyatımızın inkişafına çox köməklik edəcək. Və biz, ona da inanırıq ki, Akif Şahbazov kimi sahibkarlara, yüksək təşkilatçı, dərin bilikli iqtisadçı insanlara da lazım olan şərait yaradılacaq ki, uzun illərdir Çin Xalq Respublikasında öyrəndiklərini Azərbaycannda tətbiq etsinlər və onlarla lazım olan ticarət əlaqələri qura bilsinlər. D
ünya şöhrətli, çinli filosof Konfutsinin bu kəlamları həmişə Akif Şahbazovun ali məqsədləri olub: “Xeyirxah adam heç zaman ədalət hissini itirməməli, başqalarını öz iradəsinə zorla tabe etdirməməli, buna müxtəlif fikirlər müstəvisində nail olmalıdır”. “ Xeyirxah adam xeyirxah kimi doğulmayıb, hətta ən xeyirxah ailəyə mənsub olsa da, o, bunu həyatda qazanır və bunun üçün əsas prinsiplər – özünə və başqalarına münasibət, həyat fəaliyyətinə, xalqın adət-ənənələrinə və kitaba münasibətdən ibarətdir”.
Sizi Akif Şahbazovla tanış etdik. Belə həmyerlilərimiz varsa, demək, həyat gözəldir!
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
GÖZƏLLİKLƏR - Quel parkı
Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə Gözəlliklər rubrikasında Avropanın cənub-qərbinə - İspaniyaya səyahət edirik. Kataloniyanın paytaxtı olan əsararəngiz Barselona şəhərinə.
Əlbəttə ki, bu şəhər dünyada daha çox eyniadlı klubu ilə tanınır, o klubda ki, əfsanəvi Messi də top qovurdu.
Amma Barselona öz inanılmaz arxitektura şedevrləri ilə daha çox tanınmağa layiqdir.
Şəhərin əsas qürur rəmzlərindən biridir Quel parkı. Onu uzaq 1900-1914-cü illərdə Antonio Qaudi ərsəyə gətirmişdir. Möcüzəvi tikililəri, abidələri ilə göz oxşayan bu sehirli park şəhərin şimal ərazisində, 17 hektar ərazidə qərarlaşıb.
Barselonaya kim gedirsə, mütləq ora baş çəkir.
Qaudi bir əfsanədir, bu ad hələ də ispanlar üçün canlıdır.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)


