
Super User
Qaregin Njdenin bəşəri cinayətləri sayagəlməzdir
“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
10-CU PROSES.
QAREGİN NJDE
İnsan həyatı necə müxtəlifdir. Əksəriyyət xoş işlərlə, qurub-yaratmaqla tarixdə qalır. Amma bəziləri də cinayətlə, baş kəsməklə, qan tökməklə adlarını tarixə yazdırırlar. Cəlladların, killerlərin, diktatorların, manyak qatillərin adlarını tarixin qatlarına qara hərflərlə yazdırması, hər dəfə o qatlar açıldıqca lənətlənmələrini zəruri edir, bu təbiidir. Amma nə yazıq ki, bəzən belələri bir xalqın qəhrəmanına çevrilir, onlara abidələr qoyulur, adlarına küçə-prospekt salınır. Canini qəhrəman edən xalq, əslində, özü də bir cinayət edir, zamanla belə cinayətlər mütləq öz qiymətlərini alırlar.
Bu səhər şərtləşiblərmiş kimi hakimlərin üçü də Divana vaxtından tez gəlmişdi, fransız kruassanı ilə kofe işərək söhbətləşdilər, dərdləşdilər, prosesi təhlil etdilər. Hazırda prosesin kulminasiyası idi. 17 cinayətkarın ən qatılarının mühakiməsi dalbadal məhz prosesin ortasına düşürdü: Andronik, Hamazasp və Njde. İkisinin prosesi artıq bitmişdi, Böyük Divan onlara layiqli cəzalarını vermişdi. Bu günsə Njdeyə Divan qurulurdu. Ermənilərin əslində ən çox anılan, ən çox sevilən, ən böyük milli qəhrəmanları da məhz bu şəxs idi. Hətta proses öncəsi Böyük Divanın xahişi ilə Əsas dünyada ermənilər arasında “Ən sevimli milli qəhrəmanınız kimdir” mövzulu sorğu keçirilmiş, nəticə Njde üçün feyerik qələbəni şərtləndirmişdir. Respondentlərin 78 faizi məhz bu idollaşdırılmaqda olan qəhrəmanın adını çəkmişdir.
Hakimlər prosesqabağı ümidli olduqlarını söylədilər ki, bu prosesi də yüksək səviyyədə, insidentsiz keçirə biləcək, bitəndən sonra da dərindən nəfəs almağı Yaradan onlara çox görməyəcək.
-Qalxın, Divan gəlir!
Kulisdən gələn səsin növbəti elanla davamı eşidilincə (“Bu gün Divanı qurulacaq şəxs erməni nasist ideologiyasının banisi, faşist Almaniyasına xidmət göstərmiş Qaregin Njde kimi tanınan Qaregin Yeqişeviç Ter-Arutyunyandır”) səhnədəki növbəti portretin örpəyi açıldı, iri tüklü papaqlı, qara şəvə bığlı, iri gözləri bərəlmiş, əli silahlı, yaxası patrondaşlı bir şəxs durdu hamının gözü qabağında, amma mühafizəçilər onun özünü zala gətirəndə onu əvvəldən tanımayanlar dərhal anladılar ki, bu şəkil təqsirləndirilənin gənclik çağının şəkliymiş, indisə onun saçları çallaşmışdı. Zil qara kostyumdaydı, altından boğazlı cemper geyinmişdi. Və onu tanımayanlar onu da anladılar ki, hardasa 50-60 yaş verə biləcəkləri bu şəxs Axirət dünyasının sakini olmalıydı, çünki sağ qalsaydı 80 il əvvəl façistlərə xidmət etmişdisə, demək, ən azı yüz-filan yaşı olmalıydı.
Yaşlı Hakim Njdeni çox əsəbi qarşıladı, amma Baş Hakim xeyli təmkinli görünürdü.
-Hə, Qaregin Njde, axır ki, sənin də zamanın yetişdi!
Bu sözlər isə Baş ekspertdən gəldi. O, dərhal da bu müdaxiləsinin səbəblərini izah elədi:
-1943-cü ildə mənim babam, nənəm, atam, iki əmim və bir bibimi Pozdnan şəhərindən esesçilər düz Osventsimə - ölüm düşərgəsinə apardılar. Orada onların hamısı krimatoriyada yandırıldı. Onların tək bir günahı var idi, onlar yəhudi idilər. Yalnız təsadüf nəticəsində atam ordan sağ çıxdı, mən dünyaya gələndən atamın dilindən bax bu Qaregin Njdenin, Dronun, erməni polisaylarının lənətlənməsini eşitmişəm. Bunlar Polşadakı yəhudilərin siyahısını tutub bir-bir hamısını façıstlərin əllərinə verirdilər. 2-ci dünya müharibəsində milyonlarla insanın məhv olmasının baiskarı kimi bu iki cəlladın adı əbədi tarixə düşübdür.
Dərhal ürəyi sözlə dolu olan yaşlı hakim də dilləndi:
-Njdenin cinayətləri tək bir hadisə ilə sərhədlənmir. Bir baxın, bu insan – hərçənd ona insan deməyə mənim dilim də gəlmir, əsrlər boyu nə qədər tarixi dönəmlərin, sistemlərin, hadisələrin cəllad qismində iştirakçısı olub. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlləri Osmanlı inperiyasına qarşı erməni qiyamları, sonra 20-ci əsrin əvvəllərində Bolqarıstan ordusunun tərkibində türklərlə müharibə, sonra 1-ci dünya müharibəsində çar ordusunun tərkibində türklərlə müharibə, dinc türk əhalisinin qətliamı, sonra erməni ordusunun komandanı qismində rus bolşeviklərlə müharibə, erməni kommunistlərinin məhvi, ardınca dinc azərbaycanlı əhalinin qətliamı, sonra Bolqarıstanda, ardınca Amerikada nasist təşkilat yaradaraq erməni gənclərini millətçiliklə zəhərləməsi, sonra 2-ci dünya müharibəsində faşizmə xidmət, müttəfiqlərin ordusuna yetirdiyi ziyanlar, yəhudi soyqırımına verdiyi töhfələr... Məncə, tarixdə belə bir qanlı karyera qurmuş ikinci şəxs olmayıb.
Baş Hakim bütün bu çıxışları dinlədikdən sonra öz tanıtım nitqini saxlamalı oldu, amma hər halda Njdeyə belə bir sual verdi:
-Qaregin Njde, siz özünüzü kim sayırsınız?
Njde dərhal cavab verdi, dedi, mənim özümü kim saymağımdan asılı olmayaraq erməni xalqı məni özünün peyğəmbəri sayır.
Tamaşaçıların etiraz səsləri ərşə qalxdı, Baş Hakim təəccüblə yanında əyləşmiş yaşlı hakimə baxdı, sanki “bu nə çərənləyir” demək istəyirdi, amma yaşlı hakim pıçıldadı ki, həqiqətən millətçilərin əlində oyuncaq olmuş zavallı erməni xalqı bu şəxsi peyğəmbər sayır, ona mavzoley ucaldıb ziyarətinə gedir.
Söz diktor mətninə verildi, müttəhim auditoriyaya təqdim olunmalıydı, bu yerdə gənc hakim də debatlara qoşuldu, söz alıb Ermənistanda hazırkı durumda Njde nasizminin çiçəklənməsinə toxundu.
-Möhtərəm Divan əhli, məhtərəm tamaşaçılar. Ermənistanın bundan öncəki rəhbəri Serj Sarkisyan Almaniyaya – baş nazir xanım Markellə görüşə yollananda faşizmə xidmət etmiş ermənilər barədə, Vermaxtın erməni legionu və onun liderləri barədə ağızdolusu danışıb onlara rəğbət bildirməsi ilə dünyanın tərəqqipərvər əhalisində qəzəb oyatmişdi, xüsusən faşizmdən ən çox əziyyət çəkən yəhudi və rus xalqı bu addımı pisləmişdi. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan isə bu yaxınlarda babasının faşistlərə xidmət etməsi ilə qürur duyduğunu bildirdi. O, Qaregin Njde, general Dro kimi milliyyətcə erməni olan faşistlərə və onların əlaltılarına aşkar rəğbət bəsləməsi ilə tanınmaqdadır. İstisna etmək olmaz ki, Paşinyanın ailəsində, eləcə də digər erməni ailələrində nasizm ideyaları hələ də təbliğ olunur. Faktlar onu göstərir ki, Vermaxtın erməni legionunun fəaliyyətinə Ermənistanın əvvəlki və indiki hakimiyyətləri tərəfindən bəraət qazandırılır. Paşinyan özü Qaregin Njdenin Ermənistanın baş qəhrəmanı olduğunu bəyan edib. Xatırlatmaq lazımdır ki, erməni legionu Vermaxtın tərkibində erməni xalqının nümayəndələrindən ibarət işğalçı dəstə idi. Qondarma “Böyük Ermənistan” xülyaları burada da öz işini görmüşdü, belə ki, bu dəstənin hərbi məqsədi qondarma “Böyük Ermənistan”ın yaradılması idi. Sovet dövründə erməni legionunun tarixi - erməni xalqının rüsvayçılıq tarixi idi, kitablar, digər mənbələr ustalıqla bu tarixi geniş ictimaiyyətdən gizlətməyə çalışırdı. Amma müstəqillik dönəmində ermənilər bu tarixi öz şərəf tarixlərinə çevirdilər, milyonlarla insanın qətlinə fərman vermiş Hitler faşizminə xidmət göstərməklərini qəhrəmanlıq hesab etdilər. Hətta Sarksyan rejimi Yerevanın paytaxtında Qaregin Njdeyə abidə də ucaltdı. Erməni ictimaiyyəti hazırda ad günündə bu faşist cəlladının abidəsini ziyarət edib, ona təzim edərək önünə tər çiçəklər qoymaqla 2-ci dünya müharibəsində həlak olan on milyonlarla insanın ruhunu təhqir edirlər. Ən dəhşətlisi isə Njdeyə mavzoley tikilməsi, mavzoleyin ziyarət yerinə çevrilməsidir.
Baş Hakim gənc hakimə minnətdarlıq bildirib diktor mətnini gözlədiklərini bildirdi, iki diktor səhnəyə çıxıb növbəli şəkildə mətn oxumağa başladılar.
Birinci diktor:
-Qaregin Yeqişeviç Ter-Arutyunyan bütün mənbələrdə Qaregin Njde kimi tanınır. Erməni milli ideologiyası olan tsexakronizmin banisidir. Erməni millətçiləri onu xalqın qəhrəman övladı, ən görkəmli şəxsiyyəti adlandırırlar, halbuki tərəqqipərvər ermənilər onu faşızmə xidmətinə görə lənətləyirlər. Njde 1886 -cı ildə Çar Rusiyasının İrəvan quberniyasının Naxçıvan uyezdinin Kuznut kəndində, ruhani ailəsində dünyaya gəlib, Naxşıvanın rus məktəbində ilk təhsilini alıb, sonra Tiflis gimnaziyasında təhsilini davam etdirib. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olub, amma təhsilini bitirə bilməyib, inqilabçılarla əlaqəsinə görə universitetdən qovulub. Belədə, o gedib Daşnaksütun partiyasına üzv olub.
1906-cı ildə Njde Bolqarıstana gedib, daşnakların Rostom Zoryanın başçılığı altında gizli fəaliyyət göstərən hərbi məktəbində təhsil almağa başlayıb. Burada 400 erməni və bolqar hərbi təlim alıb Türkiyə imperiyası ərazisindəki Şərqi Ermənistan və Makedoniya bölgələrinə qiyam eləməkçün göndərilmişdi.
Mətn ikinci diktora keçdi:
-Njde məktəbi bitirib Qafqaza qayıtdı, Murad Sebastatsinin dəstəsinə qoşuldu, ümumerməni cəbhəsinə üzv oldu. 1909-cu ildə çar hakimiyyəti terror fəaliyyətinə görə 163 daşnakı, o cümlədən də Njdeni həbs etdi, 1912-ci ilədək o, Culfa, Naxçıvan, Novoçerkassk və Peterburq həbsxanalarında yatdı. Həbsdən azad olunan kimi Bolqarıstana keçdi. Orada o, əlinə tüfəng alıb, belinə patrondaşı bağlayıb, başına iri tüklü papaq qoyub, eşmə bığ saxlayaraq 1-ci Balkan müharibəsində bolqarların tərəfində türklərə qarşı vuruşmağa başladı. Həmin dönəmdə o, Androniklə birgə yüzlərlə könüllü ermənini bolqar ordusuna gətirmişdi.
1912-ci ildə Njde ikinci erməni rotasının komandanı təyin olundu. Belomoryedə Yavər paşanın komandanlıq etdiyi türk ordusu ilə döyüşdə şücaətinə görə ona Bolqarıstanın və Yunanıstanın ordenləri, habelə Balkan xalqlarının qəhrəmanı adı verildi.
1913-cü ildə o, yaralandı. Həmin dönəmdə ruslar Njdeyə diqqət göstərirdilər, hətta sonradan Rusiya tarixində əhəmiyyətli yer tutacaq Lev Trotski müxbir qismində Njdedən “Kiyevskiy mısl” qəzeti üçün müsahibə də almış, onu alqışlamışdı.
Mətn yenidən bir diktordan ikinciyə keçəndə yaranan pauzadan istifadə edərək Baş Hakim üzünü ekspertlərə tutub bir sual ünvanladı:
- Qaregin Yeqişeviç Ter-Arutyunyan – bu bəllidir. Bəs niyə Njde? Bu sözün ermənicədən tərcüməsi nədir?
Baş ekspert sualı dərhal cavablandırdı:
-Njde – erməni dilindən “qəribə adam” kimi tərcümə olunur. Bu şəxsin doğrudan da heç bir hərəkətinə öncədən proqnoz vermək mümkün deyildi. Amma mən, daha çox bunu onun qəribəliyi ilə yox, şizofrenikliyi ilə izah edərdim.
Proses başlayandan Baş eksperti qanlı-qanlı süzən Njde bu dəfə ona söz atmaqdan özünü saxlaya bilmədi:
-Gərək o vaxt sənin atanı da cəhənnəmə vasil edərdilər ki, yerində sənin kimi bir nadan qalmayardı.
Tamaşaçılar onun replikasını etiraz və qəzəb səsləri ilə qarşıladılar, Baş Hakim sakitlik yaradıb diktorlardan mətnin oxunmasını davam etmələrini xahiş etdi.
2-ci diktor:
-1-ci dünya müharibəsi başlayanda Njde çar tərəfindən bağışlandı, Tiflisə köçdü. Rusiya ordusundakı könüllü erməni drujinasına başçılıq etdi. Sonra Rus ordusunun erməni-yezit bölməsinin komandiri oldu. 1-ci erməni alayının tərkibində Türkiyə ərazisində -“Qərbi Ermənistanda” döyüşlərdə göstərdiyi şücaətə görə çar tərəfindən Müqəddəs Vladimir ordeni ilə təltif olundu. 1915-ci ildə ona poruçik rütbəsi verildi.
1918-ci ildə o, artıq müstəqillik elan etmiş Ermənistan respublikasında yüksək hərbi vəzifə daşımağa başladı. 1918-ci ildə Vedibasarda qiyama qalxan azərbaycanlılara qan uddurdu.
1919-cu ildə Ermənistan ordusunun kapitanı rütbəsini aldı. Zəngəzurda azərbaycanlıların qətliamında Androniklə bərabər ad çıxartdı. 1919-cu ildə o, Qafan rayonunda hərbi rəhbər təyin olundu. Njde erməni ordusunun komandanı Dronun sağ əli kimi tanınırdı.
1-ci diktor:
-1920-ci ildə bolşeviklər Ermənistanı ələ keçirəndə Njde onlara qarşı mübarizəyə başladı, ona snarapet – yəni, erməni milli ordusunun baş komandanı fəxri adı verildi. Njde öz adamlarını Sovet Ordusunda sabotaj və cəssusluq etməyə yollayırdı, əhali arasında əks təbliğat aparırdı. Oktyabrda o, Zəngəzur qiyamını təşkil etdi, bolşevik ordusunun bir alayını əsir götürdü.
Sonradan – 1947-ci ildə həbs edilərkən istintaq sübut edəcəkdi ki, Njde təkcə bu 3 il ərzində şəxsən 400 türkü və azərbaycanlını, bolşevik rusu və bolşevik ermənini güllələmişdir. Bu adamın tüfəngdən səlist atəş açmaq bacarığı da olub.
Diktorlar effekt yaratmaq üçün pauza yaratdılar.
Hamı qəzəbli baxışlarla qaniçən Njdeyə baxırdı, o isə sakit idi, təmkinli idi. Elə bu təmkiniylə də “Mən ideoloq olmuşam, cəllad olmamışam” söylədi.
Mətni 2-ci diktor davam etdirdi:
-Çar Rusiyasının Zəngəzur bölgəsində Sovet hakimiyyətini qəbul etməyən ermənilər “Dağlıq Ermənistan” adlı yeni respublika qurdular, Njde bu respublikanın prezidenti seçildi. Lenin Njdenin üstünə böyük qüvvə göndərdi, nəticədə Njdenin ordusu məğlub oldu, qondarma dövlət süqut etdi, Njde İrana qaçdı. Həmin dönəmdə Sovet hökuməti separatçılığına görə onun barəsində cinayət işi qaldırmışdı, Daşnaksütun partiyası isə axıradək Dağlıq Ermənistan dövlətini qoruya bilmədiyi üçün onu partiyadan xaric etmişdi.
1922-ci ildə Njde vaxtı ilə qəhrəmanı olduğu Bolqarıstana gedib orada – paytaxt Sofiyada yaşamağa başladı. Ermənistanın milli məsələlərinə Bolqarıstandakı erməni diasporunun rəhbəri kimi qarışdı. O, türklərə və bolşevizmə qarşı ömrünün sonunadək vuruşacağını, erməni xalqını əsarətdən xilas edəcəyini həmişə bəyan edirdi. Tseqakron gənclər qrupunu yaratdı, məqsəd gənclərə millətçilik dərsi vermək, onları azadlığa kökləmək idi. Nəticədə minlərlə erməni gəncinin beyni millətçiliklə zəhərlənirdi. Sonradan politoloq Volker Yakobi elan edəcəkdi ki, Njdenin tseqakronu elə özlüyündə faşizm kimi bir ideologiya idi. Tseqakron sözü– nəsil və din sözlərinin birləşməsindən yaranmışdı. Toma de Vaal isə yazacaqdı: ”Njde bu təşkilatı yaradanda tam faşıst meyilliyini göstərmişdi”.
Erməni müdafiəçilərdən birinin “Düz yazmayıb Vaal” sözləri mətni kəsmək çabası göstərdi, amma mətn davam etdirildi:
-Njde o dönəmdə Amerikaya gedib orada Andlılar ittifaqı da yaratmışdı, Avropada filiallarını açmışdı. Gənclər türklərə və bolşeviklərə düşmən olacaqlarına and içərək Njdenin ətrafında birləşirdilər. O illərdə Njde çoxlu kitablar da yazırdı, dünya ermənilərinin bir lideri olmaq istəyini ortaya qoyurdu. Armenizm ideologiyası da bu şəxsə məxsusdur, mənası isə “Ermənistan – ermənilər üçündür” formulasıdır.
Tezliklə o, Bolqarıstanda erməni millətçi partiyasını yaratdı. Ardınca Erməni milli şurasını yaratdı.
Növbəti pauza yarandı. Njdenin 2-ci dünya müharibəsi dövründəki fəaliyyəti barədə 1-ci diktor danışdı:
-2-ci dünya müharibəsində Erməni milli şurası Fulxandanyan, Baqdasaryan, Davidxanyan, Papazyan, Njde, Dro və Dartovmasyandan ibarət heyətlə nasist Almaniyasının işğal edilmiş torpaqlar üzrə naziri Alfred Rozenburqa Ermənistanda alman koloniyası yaratmaq təklifi irəli sürdülər. Ardınca isə erməni legionu yaratmaq təklifində bulundular.
Njde Erməni legionuna başçılıq edərək faşist Almaniyasının tərəfində qanlı döyüşlərə imza atdı. Bugünkü prosesdə Njdenin məhz bu fəaliyyəti geniş təhlil ediləcək deyə bu barədə çox danışmayıb sonrakı dönəmə adlayırıq. Sovet qoşunları Bolqarıstanı faşistlərdən azad edəndə Njde bu dəfə sovet qoşunlarının başçısı general Tolbuxinə əməkdaşlıq təklif etdi, “Türkiyəylə müharibə edin, mən gedim türkləri qırım“ istəyini dilə gətirdi, amma bu hiyləgərliyi keçmədi, nasistlərlə əlaqəsi tam sübut olunduğu üçün ona qarşı cinayət işi açıldı.
1945-ci ilin oktyabrında o həbs olundu, Moskvaya –Lyublyanka həbsxanasına aparıldı. Faşistlərə xidmətinə görə həyat yoldaşını və oğlunu bolqar hökuməti 1945-ci ildə Sofiyadan Pavlikeniyə sürgün etdi, həyat yoldaşı yeni yaşayış yerində vərəm xəstəliyinə tutulub öldü.
1946-cı ildə Njde Yerevan həbsxanasına etap olundu. Faşistlərə xidmətindən başqa o, Zəngəzur qiyamına görə də müqəssir hesab edilirdi. Üstəlik, etnik təmizləmə apararaq minlərlə azərbaycanlının qətlinin əsas baiskarı sayılırdı. Türklərin öldürülməsi, erməni kommunistlərin öldürülməsi – ayağında onlarca cinayət var idi.
1947-ci ildə məhkəmə ona ən ağır cəzanı kəsdi. Sovetlərdə güllələnmə cəzası qadağan idi deyə o, 25 il həbs aldı, Vladimir həbsxanasına göndərildi. 1955-ci ildə vərəm xəstəliyindən həbsxanada öldü. Nəşini Ermənistan qəbul etmədi deyə onu yiyəsiz kimi Vladimirdə basdırdılar.
Və nəhayət, mətnin sonunu yenidən 2-ci diktor oxudu:
-Amma sonradan nəşin qalıqları Ermənistana gətirildi, 3 yerdə basdırıldı, Postsovet dövründə bu şəxs cinayətkardan milli qəhrəmana çevrildi. Bu gün onun Tseqakron ideologiyası yenə də təbliğ olunur, bu adda partiya da var. Dərsliklərdə Njdenin bölümü çox genişdir, erməni xalqının xilaskarı obrazı verilib ona. Nəşi basdırılan yerlər müqəddəs yerlər adlanır, insanlar onun ziyarətinə gəlirlər.
Njde kultu Ermənistanda çox güclüdür. Ona Qafanda – Xustup dağında ucaldılan memorialda insanlar iki dəfə məzarının ətrafında dövrə vururlar, kahinlər ziyarətçilərə söyləyir ki, Njde peyğəmbər olub.
Bəli, fanatizm bu insanları görün necə kor, kar və lal edib. Njdenin fotoları açıqcaları, poçt markalarını bəzəyir, 100 dram dəyərində qızıl sikkələr onun adınadır, Ermənistan Ordusunun mükafatlarından biri “ Qaregin Njde” medalı adlanır. Haqqında çoxlu bədii, sənədli filmlər çəkilib, kitablar yazılıb.
Yerevanın mərkəzindəki abidəsi isə bürüncdən tökülüb, 5,7 metr hündürlüyündədir.
-Hətta bu qədər!!!
Bir nasistə, cəllada edilən səcdənin miqyası auditoriyanı tam mat qoymuşdu.
Diktor mətni bitəndən sonra Baş Hakim ekspertlərdən xahiş etdi ki, 2-ci dünya müharibəsində erməni legionunun yaradılması barədə ətraflı bilgi versinlər. Baş ekspert məsuliyyəti öz üzərinə götürüb bütün prosesi tək aparmaq həvəsi ilə ilk arayışı təqdim etdi:
-“1941-ci ildə Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda Avropada yaşayan millətçi ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşdilər. Onlar Avropanı işğal etməyə yaxın görünən faşistlərin qundağında sürünüb öz “Böyük Ermənistan” xəyallarını gerçəkləşdirə biləcəklərini düşündülər. Beləcə, bu yeni ideologiyanın müəllifləri 1919-cu ildə daşnak hökümətinin başçısı olmuş A.Xatisyanı tapıb Adolf Hitlerə təqdim etdilər və ermənilərin almanların sadiq dostu, ədalət uğrunda mübarizə aparan xalq olduqlarını bildirirlər. Bu zaman ermənilərin almanlarla guya tarixən eyni bir kökə malik olmaları, hər iki xalqın ari köklü olması iddiasını da irəli sürüb faşizmə meyillərinə don geydirməyə çalışdılar.
Tarixçı Samuel Vimz yazır ki, almanlarla görüşən daşnaklar əllərindəki “sənəd”lərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”.
Erməni Komitəsi adlanan qurumun isə dünya ermənilərinə yazdığı müraciətində deyilirdi: “Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri Yaxın Şərqdə alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Ermənilər İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”.
III Reyx rəhbərliyinə yol tapmaq prosesində general Dro - Drastamat Kanayan xüsusi fərqləndi. Bu həmin Dro idi ki, 1918-1920-ci illərdə Zəngəzurda və Naxçıvanda silahsız azərbaycanlılara hücum etmiş, əliyalın əhalini amansızcasına qətlə yetirmişdi.”
Njde yerindən qışqırdı ki, onda gedin Dronu mühakimə edin də, məndən niyə yapışmısınız.
Baş ekspert cavab hazırladığı məqamda artıq gənc hakimdə cavab variant hazır idi:
-Njde mübarizəni Dronun şagirdi kimi başlayıb onun müəllimi kimi bitirdi!
Cavab sərrast olduğundan Njdedən reaksiya gəlmədi, Baş ekspert də mətnini davam etdirdi:
-“1942-ci ilin dekabrında general Dro və erməni yazıçısı Qaro Gevorkyan Henrix Himlerin qəbulunda olmuş və ona pastor Lepsiusun “Erməni xalqının ölümcül yürüşü” kitabını təqdim etmişdilər. Reyx erməni xalqı barədə məlumatlarla tanış olub, xüsusən bu xalqın Osmanlı və Rusiya imperiyaları daxilində vaxtı ilə törətdikləri qiyam və terrorlarda bir xəyanətkarlıq siması aşkarlayıb onlarla əməkdaşlığa girməyə razılıq verdi, təcili Almaniyada olan erməni mühacirlərlə yığıncaqlar keçirildi, onlardan SSRİ-yə və Türkiyə dövlətinə qarşı istifadə etmək planlaşdırıldı. Berlin ermənilərə SSRİ-yə qarşı müqəddəs müharibəyə hazırlaşmağı tövsiyə etdi.
Hətta bəzi mənbələr iddia edir ki, Hitlerin SSRİ-nin işğalı ilə nəticələnəcək müharibədən sonra Ermənistan SSR-ə müstəqillik verilməsi barədə ermənilərin xahişinə reaksiyası çox müdrik olmuşdu, o, Reyx rəhbərliyinə bildirmişdi ki, belə bir şeyi ağlınıza belə gətirməyin, Çar Rusiyası, Osmanlı imperiyası və SSRİ-yə qarşı üç dəfə xəyanət edənlər mütləq dördüncü dəfə də bizə qarşı xəyanət edəcəklər!”
Hitlerin fikrinin səsləndirilməsi ermənilər əyləşən cərgədə ciddi narazılıq yaratsa da auditoriyaya ciddən ləzzət elədi. Baş ekspert fasilə verəndə Adolf Hitlerin söylədiyi fikri qeyd etmək istəyən bəzi tamaşaçılar ondan dediklərini təkrarlamağı xahiş etdilər.
Cöx çəkmədi ki, Baş ekspert çıxışını davam etdirdi:
-“Daşnak höküməti dağıldıqdan sonra gizlənən, SSRİ hakimiyyətini qəbul etməyən A.Xatisyan 1942-ci ildə Hitlerin xidmətinə girdi. O, Qafqaz-Rostov vilayətində ermənilərin çoxluq təşkil etdiyi Armavir şəhərinə göndərildı ki, erməniləri səfərbər edib Sovet dövlətinin məğlub olmasına yaxından köməklik göstərsin. Erməni millətçiləri isə onun qarşısında yeni vəzifə qoymuşdular: Qafqazı Hitler zəbt edən kimi Xatisyan Zaqafqaziya üzrə qubernator olub Zaqafqaziyada azərbaycanlılara qarşı daha irimiqyaslı qırğınlar törətməliydi.
Faşizmə xüsusi simpatiyası olan Drastamat Kanayandan başqa ortada daha bir fiqur var idi, bu Bolqarıstanda yaşayan, yeni erməni nasizmi ideologiyasını yaradan, faşizm sevgisi ilə yaşayan bizim dostumuz Gareqin Njde idi”.
Baş ekspert və onunla bərabər hər kəs Njde səmtə baxdı.
-“Dro və Njde komandirlər qismində faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edirdılər. Dro kəşfiyyat və təxribat məqsədləri üçün Krım bölgəsində - Simferopolda yerləşən “Dromedar” təşkilatı tərəfindən koordinasiya edilən erməni ordusu yaratmışdı və ona rəhbərlik edirdı. Tezliklə Dro Alman ordusunda - Vermaxtda ermənilərdən təşkil olunan 812-ci taborun rəhbəri təyin edildi. Ermənilərlə razılaşmaya görə Türkiyə dövlətinə qarşı hücüm məqsədilə ermənilər Hitler Almaniyası üçün 100 minlik qoşun toplamalı idi. Bütün bu məsələlər detalları ilə erməni-alman razılaşmasında –“Gertrud” planında əksini tapmışdır. Əvəzində ermənilərə Şərqi Anadolu və Kilikiya vəd olunmuşdu. Erməniləri almanlar tərəfinə cəlb etmək, onları Hitlerə xidmət etməyə çağırmaq məqsədilə Almaniyada “Hayastan” qəzeti nəşr olunurdu. Qəzetin bütün redaksiya heyəti ermənilərdən təşkil olunmuşdu. Qəzet Hitler Almaniyası tərəfindən maliyyələşdirilirdı və III Reyxin təbliğat naziri Gebbelsin birbaşa nəzarətində idi. Njde vaxtaşırı qəzet məqalələri yazmağa da vaxt tapırdı. Mübaliğəsiz olaraq deyə bilərik ki, Türkiyə dövlətinə qarşı alman planlarınının həyata keçməsində 1943-cü ilin ortalarında daşnak könüllülərinin komandiri, general Garegin Njdenin rəhbərliyi altında yaradılmış “Tserakron” təşkilatı əsas rol oynayırdı, onun köməyi ilə gənc ermənilərin SS faşist təşkilatının və digər elit faşist təşkilatlarının üzvləri olmasına şərait yaradılırdı”.
Baş ekspert “Görün bir, gənc nəsli necə zəhərləyirmiş” replikası atdıqdan sonra mətnin davamını oxudu:
-“Kanayan 1942-ci ildə gizlicə Krıma gəlmiş, Krım daşnak bürosuna rəhbərlik etmişdi. Almanların Qafqaz və Türkiyənin işğalı üçün strateji planlarının işlənməsində nasist partiyasının ideoloqlarından olan Alfred Rozenberqi gizli məlumatlara təchiz etmişdir. “Dənizdən dənizə Böyük Ermənistan” xülyasında olan ermənilər, xüsusilə onların “vətənpərvər” liderləri heç vaxt onlara mənsub olmayan torpaqlarda fövqəladə dövlət yaratmaq arzusu ilə alman ordusu sıralarında vuruşaraq minlərlə dinc insanı, o cümlədən yüz minlərlə türkü qətlə yetirmişlər. Bu işdə Sovet ordusu tərəfində müharibəyə yollanıb almanlara əsir düşən, habelə mühacirətdə olan ermənilərdən təşkil olunan 11 döyüş batalyonundan ibarət Erməni legionu özünəməxsus qəddarlığı ilə seçilmişdir. Onlar faşist ordusu tərkibində Krımda, Şimali Qafqazda və Hollandiyada döyüşmüşlər.”
Bu yerdə Baş ekspert çıxışına yenidən ara verdi, monitorda erməni legionlarının yaradılması barədə sənədli kadrlar göstərildi. Kadrlar göstərilə-göstərilə də mətnin davamı oxunuldu:
-“Tarixi mənbələr göstərir ki, Hitlerin 1941-ci ilin noyabrında şərq xalqlarından hərbi birləşmələr yaradılması işi fəallaşıbmış. 1941-ci il dekabrın 22-də silahlı qüvvələrin Ali Komandanlığı erməni legionu yaradılması barədə əmr verib. Legionların yaradılması haqqında dəqiq göstəriş 1942-ci il 8 fevral tarixli yazılı əmrlə reallaşıb. 1942-ci ilin sonunda Polşadan cəbhyə 2 erməni batalyonu - 808-ci və 809-cu batalyonlar yola salınır. 1943-cü ilin əvvəlində onların ardınca 810-cu, 812-ci və 816-cı, 1943-cü ilin ikinci yarısından 814-cü, 815-ci və 817-ci batalyonlar gəlirlər. Bu dövrdə cəbhəyə ümumi sayı 20 min nəfər olan erməni döyüşçüsü göndərilmişdir. Səhra batalyonlarından başqa müharibə dövründə erməni hərbi əsirlərindən alman ordusuna xidmət edən, ancaq döyüş əməliyyatlarında birbaşa iştirak etməyən 22 tikinti, dəmiryolu, nəqliyyat və digər köməkçi yarımbölmələr formalaşdırılmışdır. Bəzi məlumatlara görə, alman III Reyxində xidmət edən ermənilərin sayı 27 min nəfər olmuşdur, onlardan 3000 nəfəri SS və alman “Abver” kəşfiyyatında xidmət etmişdir.”
Elan olunan fasilədən sonra müttəhimlər sırasında əyləşmiş erməni akademiki Abel Aqanbekyan erməni legionları barədə cəfəngiyyat danışıldığını, reallığa uyğun olmayan bilgilər verildiyini söylədi, bildirdi ki, bütün bu məlumatlar maraqlı olan tərəflər tərəfindən hazırlandığı üçün mötəbər sayılmamalıdır. Bu zaman Baş ekspert ondan soruşdu ki, bəs erməni mənbələri necə, onlar mötəbər sayıla bilərmi? Akademikin “Əlbəttə” söyləməsindən sonra Baş ekspert xanım diktorlara erməni tarixçisi Eduard Abramyanın “Erməni legionunun tarixindən” kitabından seçmələri təqdim etməyi xahiş etdi, onlar da təqdim etdilər:
-“1942-ci ildə Stalinqrad döyüşü ərəfəsində Hitler SSRİ-nin qeyri-rus əhalisindən legionlar yaratmaqla Sovet Ordusunu parçalamaq qərarı verdi. Qısa müddətdə tatar, ukraynalı, belorus, latış, gürcü, azərbaycanlılardan ibarət legionlar yaradıldı. Amma bunların hamısının ömrü çox qısa oldu. Yeganə uzunömürlüsü isə erməni legionu oldu.
1942-ci ilin mayında Polşanın Radom şəhəri yaxınlığındakı düşərgədə ilk erməni legionu yaradıldı, bu 1-ci atıcı briqada idi. Onun adı “Vartan Zoravar” (yəni, sərkərdə Vartan), əsgərləri isə Vartanank adlandırıldı. İyunun 20-də Pulavskın mərkəzi meydanında faşist komandanlığının nümayəndələrinin iştirakı ilə ermənilər hərbi and içdilər, Allaha və Adolf Hitlerə and içib axıradək nasional-sosializmə sədaqətli olacaqlarını bildirdilər. Almanlara xidmət göstərən erməni legionunun döyüşçülərinin hərbi andı belə idi: “Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma qədər nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”.
Meydanda faşist Almaniyasının bayrağı və üçrəngli Ermənistan bayrağı asılmışdı.
...Erməni legionundakı döyüşçülər Alman ordusunun köhnə -1939-cu il formasını geyirdilər, pilotkalarında girdə kokarda, tünd yaşıl paqonlar, boz petlisalar, bir də qollarına vurulmuş üçrəngli erməni bayarağı fonunda Armenian sözü fərqləndirmə nişanları sayıla bilərdi.
...Erməni legionunda xüsusi olaraq “Zeytun” adını almış 809-cu batalyon daha məşhur idi. 913 erməni və 45 almandan ibarət olan, almanların 128-ci qrenadyor alayının və 48-ci piyada diviziyasının bir hissəsi olan bu batalyona alman Herman Bekker başçılıq edirdi. Bu diviziya Qafqazda – Nalçik və Mozdok döyüşlərində, eləcə də Kerç yarımadasının müdafiəsində uğurlar qazanmışdı. Xüsusən Kuban vilayətinin müdafiəsində uğurları böyük olmuşdu. Faşistlərə sədaqətlərinə görə erməni döyüşçülərə “Kuban qalxanı” nişanı təqdim olunmuş, ən fərqlənənlər isə general-feldmarşal Evald fen Kleyst tərəfindən minnətdarlıq almış, Dəmir Xaç və Şərq medalları ilə təltif olunmuşdular.
Bu batalyonu Reyx 1943-cü ilin oktyabrında Niderlanda atdı, onlar Atlantik həlqəsini müttəfiqlərdən qorumalı idilər. Sissonda təlimlər keçib1944-cü ilin əvvəllərində Belçikaya – Cənubi Bevelendə adladılar. Avqustda Normandiyaya gəlib çıxdılar, amma müttəfiqlərlə - ingilis, amerikalı və fransızlarla döyüşlərdə məğlubiyyətə düçar olmaqla öz mövcudluqlarını itirdilər.
...Ümumiyyətlə, 2-ci dünya müharibəsi zamanı ermənilərin 11 batalyonu 20 min (əslində 33 min) əsgərlə façistlər tərəfində vuruşurdu. Daha on minlərlə erməni 22 inşaat, rabitə, avtonəqliyyat, dəmiryolu, təsərrüfat batalyonlarında faşistlərə xidmət edirdi...”
Eduard Abramyanın növbəti fikirləri xüsusi vurğu ilə səsləndirildi:
-”Erməni legionuna xüsusi qəddarlıqları ilə seçilən Qaregin Njde və Drastamat Kanayan başçılıq edirdilər. Bu legionda təkcə SSRİ ordusunun almanlara əsir düşən erməni əsgərləri xidmət etmirdi, Avropadakı erməni mühacirləri də xidmət edirdi. Onların ayrı-ayrı nümayəndələri hətta Reyxdə rəhbər vəzifələrədək gedib çıxmışdılar. Ştandartanfürer Vartan Saakyan, qruppenfürer Razmik Nazaryan, kapitan Misak Torlakyan belələrindən idi.”
Mətn bitdikdən sonra Baş Hakim xahiş etdi ki, xarici mənbələrdən erməni legionu barədə daha bir neçə iqtibas səsləndirilsin.
Ardıcıl bir neçə mənbədən faktllar səsləndirildi:
1-ci mənbə Rusiyaya aid idi:
-Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində SSRİ Xalq Daxili İşlər Komissarlığının Rostov vilayət Daxili İşlər İdarəsinin 4-cü bölməsinə raportu Divanda oxunur. Raportda yazılır: “1942-ci ilin avqustunda Rostov-Don şəhərinin işğalı dövründə şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəlib. Qrupa Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərindən könüllülər legionu təşkil etmək səlahiyyəti verilib. Alman qoşunlarının Cənubi Qafqaza müdaxiləsi zamanı bu legion Ermənistanı bolşeviklərdən azad etməli idi. Dronun qrupunun Rostov-Donda olduğu müddətdə təqribən 100 min nəfərlik legion yaradılıb”.
2-ci mənbə İngiltərənin idi:
-İngilis tədqiqatçısı Xrisotor Valkerin “The Survivat of a nation” adlı kitabı Divanda təqdim olunur. Kitabının 357-ci səhifəsində müəllif yazır: “Ermənilər Hitlerin əmrini yerinə yetirmək üçün 30.000 nəfərdən ibarət qoşun yaratmış və II Dünya müharibəsinə çıxarmışdılar. Onlar müvəqqəti erməni hökuməti qurublarmış, Berlin radiosundan yararlanırlarmış. 19, 20, 21 avqust 1936-cı il tarixli “Hayastan” qəzetində yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar olduğunu ifadə etmişdilər. Mənə elə gəlir ki, Adolf Hitlerə faşist olmağı Mussolini yox, ermənilər və onların papazları-patrikləri - vazgenləri öyrətmişdilər”.
Tamaşaçılar bu sitatı alqışladılar.
3-cü mənbə SSRİ rəhbərliyinə aid idi:
-SSRİ Xalq daxili işlər komissarı Beriyanın müharibənin şiddətli dönəmində SSRİ rəhbəri İosif Stalinə yazdığı məktubu Divanda təqdim olunur. Məktubda qeyd edilir: “Alman ordusu tərəfindən yaradılan erməni legionu casusluq və pozuculuq işləri üçün qırmızı ordunun arxa cəbhəsində bir neçə erməni komitəsi yaradıb müstəqil Ermənistanın təbliği istiqamətində iş aparırlar. Dünya erməniləri Almaniyanın “hərbi ehtiyaclarına” sərf etmək üçün vəsait toplayırlar”.
4-cü mənbə yenidən Abramyan oldu:
-Erməni tarixçisi E. Abramyanın 2006-cı ildə Moskvada, Bıstrov nəşr evində çap olunan “Abverdəki Qafqazlılar” adlı kitabı Divanda təqdim olunur. Kitabında müəllif yazır: “Alman Reyxinin himayəsi altında Ermənistan bütün gücü ilə Yaxın Şərqdə alman təsirini möhkəmləndirməyə çalışmaq məcburiyyətindəydi. Bu baxımdan, Erməni Milli Komitəsi, keçmişdə Rusiya və İngiltərənin ermənilərə yaşatdığı acı xəyal qırıqlığına və dəhşətli fəlakətlərə işarə etməyi zəruri bilirdi. Nasist Almaniyası daşnaklara bütün bu xidmətlərinin qarşılığında həm Türkiyədə bəzi əraziləri, həm də Qarabağı, Naxçıvanı və Axalkələk bölgəsinin bir hissəsini söz vermişdi. Həmçinin müharibə zamanı daşnaklar Qarabağ bölgəsinə yerli xalqı Sovet hakimiyyətinə qarşı qaldırmaq üçün xüsusi hərbi qruplar və desantlar göndərmişdir”.
Mənbələr oxunduqdan sonra Baş Hakim Njdeyə “Birdən sözünüz olar” sualını ünvanladı, onun qanlı-qanlı baxışlarından heç də xoşlanmayıb sözü Baş ekspertə verdi. Baş ekspert dedi:
-Arxivlərlə tanışlıq zamanı başqa bir olduqca maraqlı fakta rast gəlindi: 1941-ci ilin ortalarından 1944-cü ilin sentyabrına qədər ermənilər Türkiyədə və bütün Yaxın Şərqdə alman kəşfiyyatı ilə çox yaxın əməkdaşlıq ediblər. Erməni gizli agentləri faşist təbliğatını aparır və yəhudiləri təqib edərək yaxalanmaları üçün faşistlərə kömək edirdilər. Nasist partiyasının ideoloqlarından olan Alfred Rozenberq 1926-1936-cı illər arasında SSRİ-nin Şərqşünaslıq İnstitutunun başçısı olan doktor Artaşes Abegyana ermənilərin antropologiyasını və tarixini tədqiq etmək üçün komissiya yaratmağı tapşırmışdı. Ermənilərin Rozenberqə hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya müharibəsində almanlarla ona görə yaxınlıq edir ki, müharibədən sonra Azərbaycanla birləşib Böyük Turan dövləti yaratsınlar. Ona görə də bu planın qarşısının alınması üçün onlar Türkiyə və Azərbaycan arasında bufer dövlət - “Böyük Ermənistan” yaradılmasını zəruri hesab edirlər.
Prosesin bu yerində yaşlı hakim “erməni legionlarının satqınlığı” mövzusunda faktların açılması üçün vəsadət qaldırdı, bu, Baş Hakimin özünə belə təəccüblü gəldi. O, təəccübünü belə ifadə etdi:
-Necə? Bunlar façistlərə satılıb, təzədən façistləri də satıblar?
Bu mövzu barədə arayışı da Baş ekspert özü təqdim etdi:
-Bəli, hətta faşizmə xidmət edən erməni legionları belə erməni millətçiliyinə xas olan satqınlıq və xəyanətdən uzaq ola bilməmişdi. Belə ki, tərkibində 916 erməni olan 808-ci piyada batalyonu Tuapse uğrunda döyüş zamanı rusların üstünlüyünü sezib güllə atmağı dayandıraraq onların tərəfinə keçmək qərarı qəbul etmişdir. Amma döyüşü hər halda almanlar qazanmış, erməniləri satqınlığına görə Vermaxt cəzalandırmışdı. Onların silahları əllərindən alınmış, hamısı təmir-tikinti işlərinə cəlb olunmuşdu.
Hətta ermənilərin ən məşhur batalyonu olan 809-cu batalyonu da sonda satqınlıq aqibəti gözləmişdi. Belə ki, Normandiya döyüşündə müttəfiqlərin ordusu tərəfindən darmadağın olan 809-çular təslim olub müttəfiqlərin bayrağı altına keçmişdilər.
Növbə Njdenin həbsinə gəldi, Baş Hakim Baş ekspertdən bu barədə bilgi verilməsini xahiş etdi. Baş ekspertin yenə özünün əziyyətə qatlaşmasını gördükdə ona söylədi ki, bayaqdan əziyyət çəkirsiniz, yorulmusunuz, qoy yükü gənclər çəksinlər.
Amma Baş ekspert buna razı olmayıb növbəti mətni oxumağa başladı:
-General Qaregin Njdenin – Ter-Harutyunyanın almanların Berlində yaratdığı “Erməni Milli Şurasının” üzvü kimi xaricdə yaşayan ermənilərin arasında SSRİ-yə qarşı yönəlmiş fəaliyyətlə məşğul olmasına görə 2 noyabr 1944-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə həbs edilərək istintaqa cəlb edilməsi barədə məlumat sənədlərdə bu cürdür: İstintaq müəyyən etmişdir ki, müttəhim Ter-Harutyunyan 1908- ci ildən 1937-ci ilə qədər Daşnaksütun partiyasının üzvü olmuş, 1918-ci ildə daşnak hökuməti tərəfindən millətçi hərbi hissələr yaratmaq məqsədi ilə Zəngəzura göndərilmişdir. Daşnak hökumətinin Zəngəzurdakı silahlı qüvvələrinin komandanı, 1921-ci ildən isə Azərbaycan ərazisində yenicə təşkil edilmiş Ermənistan hökumətinin baş naziri olaraq sovet ordusuna qarşı hərbi əməliyyatlar aparmışdır. Bu şəxs necə ki, minlərlə türkün, azərbaycanlının qətlini həyata keçirmişdir, eləcə də öz millətinin kommunist olan minlərlə üzvünə divan tutmuşdur. Onun əmri ilə bir sıra kommunist və qırmızı ordunun komandirləri həbs olunmuş və güllələnmişdir. Həmçinin, yüzlərlə kommunist, qırmızı ordu mənsubu inqilabi əhval-ruhiyyəli fəhlə və kəndlilər Tatev qayalığından aşağı atılaraq öldürülmüşdür. Sonrakı döyüşlərdə məğlub olan və Almaniyaya qaçan Ter-Harutyunyan alman kəşfiyyatçısı, mayor Drumyun göstərişi ilə 1942-ci ilin payızında Berlində olmuşdur. O, özünün köməkçisi olan Hayk Asatryanın vasitəsilə Bolqarıstanda yaşayan 30 nəfər ermənini Berlinə gətirmişdir. Burada onlar Xoxenbande kəndində yerləşən kəşfiyyat-təxribat məktəbində təlim keçərək Krıma göndərilmişdilər. Onların məqsədi Sovet Ermənistanına keçmək və orada kəşfiyyat-təxribat fəaliyyəti ilə məşğul olmaq idi. Alman ordusunun Ermənistan sərhədlərinə yaxınlaşacağı təqdirdə isə bu adamlar daxildə üsyan qaldırmalı idilər. Faşistlərə işləyən 6 nəfər erməni isə paraşütlə Azərbaycana atılmışdı. Lakin onlar Gəncədə, Xanlarda və Dəstəfurda tutularaq ifşa edilmışdilər.
Baş Hakim prosesin növbəti hissəsini elan etdi:
-İndi də xahiş edirəm ki, ekspertlər Njdenin, ümumən erməni nasistlərinin yəhudilərin əleyhinə yönəlmiş fəaliyyətlərindən ayrıca danışsınlar.
Təbii ki, Baş ekspert bu arayışı da məhz özü oxumaq üçün tribunaya qalxdı. Amma bir neçə dəfə buna cəhd eləsə də oxuya bilmədi, ürəyinin ağrısı doğma xalqına qarşı yönəli ürəkdağlayıcı xəbərləri oxumasına imkan vermədi. Ona su içirtdilər və keçib yerində əyləşməsini təmin etdilər. Mətni isə gənc norveçli ekspert oxudu:
-Bir qədər öncə bu tribunadan ingilis tədqiqatçısı Xrisotor Valkerin “The Survivat of a nation” adlı kitabında yer almış “19, 20, 21 avqust 1936-cı il tarixli “Hayastan” qəzetində erməni müəlliflər yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar olduğunu ifadə etmişdilər” cümləsi səsləndi. Bəli, erməni nasistləri yəhudi millətinə belə yanaşmış, 2-ci dünya müharibəsində bu xalqın fiziki məhvinə yönəli aksiyalara öz töhfələrini vermişlər. 1942-ci ilin sonlarında Erməni Milli Şurasının erməni legionu ilə birləşməsi. nəticəsində II Dünya müharibəsində erməni batalyonları çox sayda yəhudinin qırılmasında əsas rollardan birini oynadılar. Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda hərbi polis kimi istifadə olunurdu. Erməni əsgərlərə almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi.
“Ermənistanın yəhudi icması II Dünya müharibəsi zamanı Vermaxtın tərkibindəki 20000 (30000) nəfərlik erməni legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb”. Bu açıqlama ilə isə İsrail eksperti Arye Qut Amerika yəhudi diasporunun ən populyar “The Algemeiner” qəzetində çıxış edib.
Ermənilərin casusluq fəaliyyəti üçün “Aynxait Şturm” qrupu yaradılmışdı ki, onlar sovet ordusuna arxadan zərbə vurmağın yollarını axtarmaqla yanaşı, əsirlərin içərisində yəhudiləri aşkar etməli idilər. Bu qrupla yanaşı 106 saylı oberqrup yaradılmışdı ki, Stepanyan və Sərkisyan adlı iki erməni ona rəhbərlik edirdi.
Ermənilərin 2-ci dünya müharibəsində faşistlərin kölgəsinə sığınaraq yəhudilərə divan tutmasını öz xadimləri də təsdiqləyiblər. “Modus Vivendi” təşkilatının Ermənistanda yerləşən mərkəzinin sədri Ara Papyan yazır ki, 1915-ci ildə ermənilərə qarşı soyqrımı yəhudilərin planı əsasında olub: “1604-cü ildən bu günə qədər ermənilərin bu günə düşməsinin səbəbi yəhudilərdir və onlar 1918-ci ildə Azərbaycanı işğal etməyimizin qarşısını aldılar. Biz də II Dünya müharibəsində onlardan öz qisasımızı aldıq.”
Bu yerdə yaşlı hakim Baş Hakimin icazəsi ilə müttəhimə bir sual ünvanladı:
-Cənab Njde, siz türkləri bolqarlara və ruslara, rusları ermənilərə, erməniləri antikommunizm ideologiyasına, sovet xalqını və müttəfiqləri faşistlərə, sonradan façistləri müttəfiqlərə satmısınız, öz həyat yoldaşınızı və övladınızı mənfur ideologiyanıza qurban vermisiniz, bəs öz cəbhədaşlarınızı necə, onları da satmısınızmı?
Njde :”Cəfəngiyyat danışırsınız” deyə ona cavab verəndə yaşlı hakim söylədi:
-Müharibənin sonuna yaxın satqınlığının sayı-hesabı olmayan sizin - Qareqin Njdenin utanmadan Stalinə ünvanladığı məktubunda general Dro barədə bu sözlər yazılıb: “Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim.” Halbuki siz Dronu özünüzün müəlliminiz adlandırmışdınız və xəyanətkarlıqda, qaniçənlikdə ondan heç də geri qalmırdınız. Hətta onu dəfələrlə üstələyirdiniz də. 1944-cü il noyabrın 2-də hərbi cani qismində Stalinin xüsusi göstərişi ilə yaradılmış “Smerç” qrupunun üzvü tərəfindən ifşa edilərək tutuldunuz, amma, müəlliminizi ələ verməyiniz belə sizə kömək olmadı..
Prosesi bitirmək vaxtı çatmışdı, bütün cinayətləri sübut olunmuş Qaregin Njdenin hökmünü artıq səsləndirmək vaxtı idi.
Son söz söyləmək məqamı yetişəndə Njde mızıldandı ki, mən bilərəkdən cinayət törətmənmişəm, mən nə etmişəmsə xalqımın, onun azadlığının naminə etmişəm. “Əgər səhv olmuşamsa, xalqım məni bağışlasın” deyərək son sözünü bitirdi. Baş ekspertin “Bəs qətlinə fərman verdiyin yəhudilər, ruslar, ermənilər, türklər, azərbaycanlılar, onlar necə, onlar da səni bağışlasın?” sualı isə havadan asılı qaldı.
Baş Hakim Njdenin qeybedilmə cəzasına məhkum edilməsi xəbərini gözlənilən təntənə ilə deyil, çox adi səsləndirdi, bunu isə ona görə etdi ki, bu şəxsin cinayətləri qarşısında ən ağır cəza alması o qədər adi haldır ki, onu xüsusi pafosla deməyə belə lüzum yoxdur.
Hökm səslənəndən və kulisdən ecazkar xanım səsi ilə prosesin bitdiyi elan olunandan sonra Baş ekspert yavaş-yavaş boşalan Baş meydana göz qoyarkən birdən nəsə xatırladı, mikrofonları söndürüb kabelləri yığan texniki heyətdən xahiş etdi ki, mikrofonun birini qoşsunlar. Mikrofon qoşulduqda o, qalanlara belə bir hadisə barədə danışdı:
-Xanımlar və cənablar! 2012-ci ildə Rusiyanın cənubunda – Armavir şəhərində -Erməni Apostol kilsəsində erməni millətçiləri ağlasığmaz bir işi rellaşdırmışdılar, quldur Qaregin Njdeyə xatirə lövhəsi qoyulmuşdu, şəhər rəhbərinin tarixdən bixəbər rus müşaviri Vladimir Pavlyuçenko da mərasimdə iştirak etmişdi. Armavir şəhərinin sakinləri bundan bərk qəzəbləndilər, necə yəni, alman façistləri onların dədə-babasına qan uddurduğu halda həmin faşistlərə qul kimi itaət etmiş bir şəxsə onların gözü qabağında abidə qoymaq nə imiş? Şəhər rəhbərliyindən xatirə lövhəsinin çıxardılması tələb olundu. Tələb yerinə yetmədikdə Armavir Dövlət Dumasının deputatı Aleksey Vinoqradov lövhəni qara rəngə boyadı. 2019-cu ildə memorial lövhə hər halda oradan çıxarıldı. Mən əminəm ki, gec olar, güc olar. Quldur Njdenin abidəsi Yerevandan da götürüləcək, Qafandakı mavzoleyi də söküləcək! Erməni xalqı qəflət yuxusundan ayılıb əsl qəhrəmanları və əsl cinayətkarları seçə biləcək.
Baş Hakim çıxışını bitirən gözləri yaşarmış Baş ekspertə yaxınlaşıb onun çiyinlərini qucaqladı. İki ədalət keşikçisinin məğrur silueti qaralan havanın fonunda bir müddət tərpənməz qaldı.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Rəsm qalereyası: Arif Hüseynov, “Üzeyir Hacıbəylinin portreti”
Günün fotosu: Braziliya prezidenti Pele ilə vidalaşıb
Günün fotosu: Braziliya prezidenti Pele ilə vidalaşıb
Braziliya prezidenti Lula da Silva mərhum Pelenin dul qalmış həyat yoldaşı Marsiya Aokiyə ürək-dirək verir. Bu foto ünlü futbolçu ilə vidalaşma mərasimindən çəkilib.
Xatırladaq ki, əfsanəvi futbolçu, üçqat dünya çempionu Pele dekabrın 29-da vəfat edib. Onun ölümündən sonra ölkədə üçgünlük matəm elan olunmuşdu.
Foto: Andre Penner/ AP.
11,8 milyon dollarlıq ev də ona xoşbəxtlik gətirməyib
Bu ev gözəlliyinə görə diqqət çəkirdi. Əvvəlki sahibıəri orda qonaq qəbil etməkdən qürur duyurdu. İncə memarlıq elementləri ilə ətraf landşaft bir ansambl təşkil edirdi. Amma zövqlər fərqli olur. Yeni sahibləri yarım il qaldıqdan sonra bu evi satmaq qərarına gəliblər. Bu də təfsilatı.
Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyununda 11,8 milyon dollara aldıqları evi satmaq qərarına gəlib. “Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən bildirir ki, ev Los-Anceles dairəsinin Kalabasas şəhərində yerləşir. Mənzilin təxminən 1,1 min kvadratmetr sahəsi olduğu bildirilir.
Sənətçi atasının qəyyumluğundan çıxdıqdan sonra həyatını "sıfırdan" məhz bu evdən başlamağı planlaşdırırdı.
Mənbə yazır ki, bir müddət mənzildə qalan sənətçi evi bəyənmədiyi üçün onu satmaq qərarına gəlib.
Qeyd edək ki, Britni Spirs 2008-ci ildə narkotik vasitələrdən istifadə səbəbindən və psixi sağlamlığı ilə bağlı problemlərlə üzləşib. O vaxtdan bəri müğənninin maliyyə məsələləri atasının və məhkəmənin təyin etdiyi vəkilin nəzarəti altında olub. 2021-ci ilin noyabrında Los-Anceles məhkəməsi Britni Spirs üzərində atasının qəyyumluğunu rəsmi olaraq ləğv edib.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
2022-ci ilin ən dəbli məşhurlarının adları açıqlanıb
“Ədəbiyyat və incəsənət” Lent.az-a istinadən xəbər verir ki, ən dəbli məşhurların açıqlanan reytinqində məşhur aktyorlar, musiqiçilər və teleaparıcılar yer alıb.
Ən yaxşı zövqə malik məşhurlar arasında birinci olan müğənni Rihanna hamiləlik zamanı səmimi görüntülər nümayiş etdirib. İkinci yeri müğənni Cennifer Lopezlə münasibətləri bərpa etdikdən sonra üslubunu kökündən dəyişən Ben Afflek tutub.
Mütəxəssislər ilk beşliyə iş qadını Marta Stüart, peşəkar tennisçi Serena Uilyams və reper Bad Bunni də daxil ediblər.
Bundan əlavə, ekspertlər Amazon şirkətinin amerikalı əmək təşkilatçısı Kristian Smollsu (Staten-Aylenddəki Amazon işçilərinin aparıcı təşkilatındakı rolu ilə tanınır) də kolleqalarından ayıraraq reytinqə daxil ediblər.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Bu xarabalıqmı “Dövlət tərəfindən qorunur”?!
Köçürülmüş Qıraq Kəsəmən kəndinin sakini Bəxtiyar Babayev vətəndaşlıq mövqeyi nümayiş etdirərək həyəcan təbili çalıb. O, Baku TV-nin əməkdaşlarına çox əhəmiyyətli bir mövzu ilə bağlı müraciət edib, Baku TV də bölgəyə çəkiliş qrupu göndərərək süjet hazırlayıb və yayımlayıb. Söhbətimiz bu süjet barədədir.
Süjetdə bir vaxtlar gördüyü işlərlə bütün Qazax qəzası, Borçalı, Göyçə mahalları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanan İsrafil Ağaya məxsus, bir vaxtlar Qazax mahalının Qıraq Kəsəmən kəndində vüqarla ucalan imarətin baxımsız vəziyyəti göstərilir və bu, həqiqətən də ürək dağlayır. Kəndin ən hündür yerində ucaldılan, dörd istiqamətdə aynası, iki istiqamətdə çıxışı olan, dövrünün möhtəşəm sarayının hazırda uçuq-sökük divarları qalıb.
Dərhal oxucularımıza zəruri bir qeyd bildirək ki, Qıraq Kəsəmən kəndi zamanında çox böyük kənd olub, XIX əsrin əvvəllərində orda iki minə yaxın ev olub. Buna görə də kəndə min evli Kəsəmən də deyilib. Ötən əsrin 60-cı illərində kənddə Su Elektrik Stansiyasının tikilməsi səbəbi ilə əhali köçürülüb. Sovetlərin mənfur siyasəti qədim tarixi və ənənəsi olan böyük bir kəndin sonunu gətirib. Hazırda yurdda qalan yeganə tikili İsrafil Ağanın baxımsız mülküdür. Abidənin üzərində “Dövlət tərəfindən qorunur” sözləri yazılsa da, burda dövlətin nəyisə qorumasından söhbət belə gedə bilməz. Təkrar edirik ki, mülk xarabalığa dönüb.
Bəxtiyar Babayevin məlumatından bəlli olur ki, binanın inşası XIX əsrin sonunda başa çatıb. Bina dövrünə görə əlçatmaz sayılan kirəc və əhəng südünün qarışığından inşa olunub. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib.
Qıraq Kəsəmən kəndində böyük xeyriyyəçilik və abadlıq işləri görən, məscid və məktəblər tikdirən İsrafil Ağanın evinin bu gün bərpaya ehtiyacı var.
Məsələ ilə bağlı Baku TV-nin əməkdaşları Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də müraciət ediblər, Dövlət Xidmətindən bildirilib ki, sözügedən evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulub.
Təki həqiqətən də tədbir görülsün.
Bizim isə sözümüz Qazax-Akstafa bölgəsinin ziyalılarınadır. İsrafil Ağanın yadigarına yiyə durun!
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Təltif olunan xalq rəssamı barədə bilgilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq rəssamı, heykəltəraş Salxab (Səlhab) Məmmədovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etməsi barədə məlumatlandınız. Salxab Məmmədov Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı Salxab Məmmədov barədə bilgiləri nəzərinizə çatdırır. Rəssam təsviri sənətin qrafika, heykəltəraşlıq, qaraminalı keramika və bədii metal kimi maraqlı növlərinin sirlərini dərindən öyrənmişdir.
Salxab Məmmədovun yaradıcılığında görkəmli şəxsiyyətlərin abidələrinin ucaldılması və əlamətdar tarixi hadisələrə həsr olunmuş monumental və dekorativ heykəltəraşlıq əsərlərinin yaradılması xüsusi bir yerə malikdir. Ümummilli lider Heydər Əliyevin Şamaxıda, Xırdalanda, Qahirədə ucaldılmış heykəlləri, Əliağa Vahidin, Mehdi Hüseynzadənin, Fərman Salmanovun (Rusiya), Nizami Gəncəvinin (Roma), Məhsəti Gəncəvinin (Fransa), Xurşidbanu Natəvanın (Fransa), Süleyman Bəy Sulkeviçin və Vəli Bəy Yadigarın heykəllərinin (Varşava), Podmanitski Friqyesrölə həsr olunmuş xatirə lövhəsinin(Evian), “Xocalı” memorial abidəsinin (Berlin), üzərində Ulu öndər Heydər Əliyevin və Roma Papası II İohann Pavelin sözləri əks olunmuş “Dostluq” monumentinin (Polşa), “Çiçəklənmə” kompzisiyasının (Strasburqda), “Düşüncələr və arzular” adlı Azərbaycan abidəsinin əsas ideya və icra müəlliflərindən biridir.
Rəssam həmçinin “Bakıya xoş gəlmisiniz” , “Qobustan nağılları” , “Azərbaycan” , “Mənim Azərbaycanım”, “Bakı motivləri”, Nizami Gəncəvinin “Xəmsə” əsərə həsr olunmuş 16 keramik relyef, “Azərbaycan tarixi”, “Tarazlıq”, Beynəlxalq Muğam Mərkəzinin qarşısındakı muğam mövzusuna həsr olunmuş “Cahargah”, “Şüştər”, “Şur”, “Humayun”, “Bayatı-şıraz”, “Rast”, “Seygah” adlı yeddi kompozisiya və s. rəngkarlıq və qrafika əsərlərinin də müəllifidir.
Ölkənin mədəni həyatında baş verən proseslərdə fəal şəkildə iştirak edən Salxab Məmmədov Riqa, Tallin, Tokio, və İzmirdə keçirilən beynəlxalq sərgilərin təşkilində, Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının qurulmasında, Azərbaycanın kənd təsərrüfatı, sənaye və mədəniyyət sahəsində nailiyyətlərini əks etdirən ümumittifaq əhəmiyyətli sərginin təşkilində böyük rol oynamışdır. O, Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun baş rəssamı vəzifəsini icra etmişdir.
Rəssamın əsərləri Azərbaycanın və bir neçə xarici ölkənin muzey və şəxsi kolleksiyalarda saxlanılır. Salxab Məmmədov “Şöhrət” və "Şərəf" ordenlərinə layiq görülmüşdür.
Şəkildə: Salxab Məmmədova aid monumental abidə
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Prezident Salxab Məmmədovu təltif edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəssam Salxab İsa oğlu Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Salxab Məmmədov Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
“Heç nə aparmaz məndən gedişin” - Aysel Əlizadənin lirik şeirləri
“Ədəbiyyat və incəsənət” portalı doğum günü münasibətilə Aysel Əlizadənin şeirlərini təqdim edir
Yalqızlıq kimi
Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm
Olarsa nə gözəl, olmazsa eybi yox...
Gözəlliyimdən heç nə almaz olmayışın
Heç nə aparmaz məndən gedişin
Çünki mən səni
yorğun bir axşam
bir badə şərab kimi sevirəm.
Olarsa nə gözəl, olmazsa eybi yox
Ölümə hələ var,
Yaşanmalı an hələ çox.
Mən səni yaşanmalı anlardan
biri kimi sevirəm.
Olarsa nə gözəl, olmazsa eybi yox.
Yalqızlığa çarə çoxdu
Gəlmişkən bir şeir oxu
Ya da
gəlmişkən şeir oxuma.
Mən səni
şeirsiz görüşlərdən biri kimi sevirəm.
Hər gələn özüylə şeir gətirməz,
Hərənin öz gəlişi var.
Mən səni
Özüylə özünü gətirən biri kimi sevirəm
Gətir mənə hər yanını
Mənə yalqızlığını gətir.
Məni yalqızlıq qorxutmaz.
Səni yalqızlıq kimi sevirəm...
nə çərçivəsiz
nə şərabsız
nə şeirsiz yaşaya bilirəm
Mən səni...
Qızın həyatı
Bir qız vardı
Üzünü dünyanın boşluğuna tutub
Atalı-analı yetimliyə yaslanıb,
ən yaxın dostlara qısılıb ağlardı.
Bir qız vardı
Məni niyə doğdun soruşardı anasından.
Anasının qatili olacağından qorxardım.
Nəyin dərdini çəkdiyini bilməzdim.
yerbəyer etməyə uşağı yox idi,
Qulluq etməyə əri.
Ocaq başında ömrü çürümürdü
Ancaq nə sirr idisə
Azadlığının qədrini bilmirdi.
Tanrıya hücum çəkirdi:
Məni niyə yaratdın?
Bir qız vardı
Dualarını anlamazdın.
Bilməzdin istəyini.
Siyasətdən danışsan susar,
xoşbəxtlikdən danışsan qorxar,
dindən danışsan coşar,
insandan danışsan deyinərdi.
Dadını çıxar özgürlüyün deyərdim.
Razılaşar, etməzdi.
Bir qız vardı.
Yaşamağı bilməzdi.
Tez-tez necə yaşayırlar soruşardı.
Eyni cavabı verərdim:
Olmayançün üzülüncə, olanı yaşa öncə.
Uzaqlara yol gedincə çatır insan.
Ön cığırı keçməyincə yenisinə çıxa bilərsənmi?
Susar, bəlkə eşitməzdi.
Bir qız vardı.
Xəyallarda uçdu, uçdu.
Yerə enib yerimədi.
Sən
Sən elə gəldin
elə bil bütün gedənlər sənsən.
Hamının yerinə peşman gəldin.
Bir də Sən
Məni də
hardansa tapıb gətirdin.
Belə gəldin
başqa cür...
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Ay işığının seli
Elman Eldaroğlu yazır
Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı... Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. O da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni Müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni Müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki... Ağız da büzə bilərdi, amma əksinə, böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da özünü biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədimiz, onu ad günü münasibəti ilə təbrik etməkdir.
Arzuları çin olsun!
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)