Super User

Super User

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahramonlar”) adlı kitab işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı mərkəzə istinadən xəbər verir ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşr Birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edir.

Nəşrdə Milli Qəhrəmanın ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumatlara yer verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir.

Kitabda İ.Aznaurovun dostları, ailə üzvləri, silahdaşları, yaxınlarının onunla bağlı xatirələri də verilib. Geniş oxucu kütləsinin marağına səbəb olacaq kitabda Milli Qəhrəmanın həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə yanaşı, valideynlərinin, övladlarının, dostlarının, ailə fotoşəkilləri də yer alıb.

"Ön söz"ün müəllifi Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. “Ön söz”də qeyd olunur ki, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuş, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovulmuş, şəhər və kəndlərimiz viran olunmuş, dağıdılmış, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün düşmüşlər. Bu ədalətsizliklə barışmayan xalqımızın qeyrətli, mübariz oğulları Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşaraq, öz canlarını fəda ediblər.

Bu cür qəhrəmanlardan biri də əslən Axıska türklərindən olan, Özbəkistanın qədim Buxara şəhərində dünyaya göz açan, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurovdur. Qədim köklərə malik üç qardaş türk xalqı – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladı olan İ.Aznaurov Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı, işğal altında olan bir çox yurd yerlərimizin azad edilməsində xüsusi şücaət və igidlik göstərərək, qəhrəmancasına şəhid olub.

Nəşrdə vurğulanır ki, İ.Aznaurov kimi qəhrəman oğullarımızın başlatdığı müqəddəs mübarizəni doğulan, yetişən, formalaşan vətənpərvər Azərbaycan gəncləri davam etdirmiş, rəşadətli Azərbaycan Ordusunun əzmkar döyüşü, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan Vətən torpaqları azad edilmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan Respublikasının ozamankı Prezidenti Heydər Əliyevin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Eyni zamanda, kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fikrinə isnad edilir: "Bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaqlar".

“Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab gənc nəsillərə Vətənə sədaqət, xalqa məhəbbət, vətənpərvərlik hissləri aşılayan nəşr nümunəsi kimi də oxuculara tövsiyə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Çərşənbə, 30 Avqust 2023 11:00

İppolit Ten: “Sənətdə ideal haqqında”

Məti Osmanoğludan “Gənc yazarlar üçün nəzəriyyə dərsi”

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyytaşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu gün o, sizlərə İppolit Tenin “Sənətdə ideal haqqında” adlı məqaləsini tərcümə edərək təqdim edir.

Bu gün sizə məqalənin 3-cü hissəsi çatdırılacaq.

 

 

 

İppolit TEN

 

 

SƏNƏTDƏ İDEAL HAQQINDA

(Sent-Bövə həsr olunur)

 

Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.

 

 

 

III

 

Bədii yaradıcılığın tərifi. – Yerinə yetirməli olduğu iki şərt. – Bu iki şərtin necə yerinə yetirilməsindən asılı olaraq, bədii əsərlərin böyük və kiçik dəyəri. – Təqlid sənətinə tətbiq. – Necə və hansı məhdudiyyətlərlə eyni qayda qeyri-təqlidi sənətlərə aiddir?..

Bunun üçün əldə etdiyimiz tərifi hissə-hissə nəzərdən keçirəcəyik. Hansısa nəzərəçarpan, görkəmli xarakterə üstünlük vermək – sənət əsərinin məqsədi budur. Deməli, əsər həmin məqsədə nə qədər yaxınlaşsa, şübhəsiz ki, bir o qədər mükəmməl olacaqdır; başqa sözlə: bu şərtlər nə qədər dəqiq və dolğun ifadə olunsa, həmin əsər bədii əsərlərin ümumi miqyasında və ya ierarxiyasında bir o qədər yüksək yer tutacaqdır. Burada zəruri şərt var: xarakterin mümkün qədər üstün olması və mümkün qədər görkəmli olması. Sənətkarın qarşısındakı bu iki öhdəliyə daha yaxından nəzər salaq. Yığcamlıq üçün yalnız təqlid sənətini, heykəltəraşlığı, dramatik musiqini, rəssamlığı və ədəbiyyatı, əsasən də sonuncu ikisini təhlil edəcəyəm. Bu, kifayətdir, çünki sizə təqlidi sənətlər ilə qeyri-təqlidi sənətlər arasında əlaqə məlumdur. Onların hər ikisi xüsusilə nəzərə çarpan bir xarakteri üstün tutmağa çalışır. ...Yeganə fərq ondadır ki, təqlidi sənətlər, rəssamlıq, heykəltəraşlıq və poeziya üzvi və əxlaqi əlaqə formalarını əmələ  gətirir və real predmetlərə uyğun əsərlər yaradır, digər incəsənət növləri, yəni dar mənada musiqi və memarlıq isə real mövzulara uyğun gəlməyən əsərlər yaratmaq üçün riyazi münasibətləri bir araya gətirir. Lakin bu cür qurulmuş simfoniya və ya məbəd də yazılmış bir şeir və ya təsvir edilmiş bir sima kimi canlı varlıqlardır, çünki onlar da mütəşəkkil varlıqlardır, onların bütün hissələri bir-birindən asılıdır və eyni rəhbər prinsiplə idarə olunur; onların da öz fizionomiyası var, onlar da müəyyən niyyət nümayiş etdirirlər, həm də özünəməxsus ifadə ilə danışırlar, eləcə də məlum təsiri yaradırlar. Bütün bunlara görə onlar da digərləri kimi ideal yaradılmışlardır, eyni yaranma qanunlarına və tənqidin müəyyənləşdirdiyi eyni qaydalara tabedirlər; onlar bütün sənət əsərləri sırasında ayrıca bir qrupu təmsil edirlər və bəzi məlum məhdudiyyətlərlə əvvəllər onlardan kənarda aşkar edilmiş həqiqətlər onlara da aiddir.

 

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dalğalan, ay-ulduzlu, al qırmızı Türkiyə bayrağı. Türk dünyasının birlik rəmzi! 1936-cı ilin Avqustu! Türkün var olan günü!

Türkiyə Cümhuriyyətinin şanlı tarixində bir çox önəmli gün və bayramlar var. Bunlardan biri 30 avqust Zəfər bayramıdır. Bu bayram şanlı türk ordusunun və xalqının yazdığı bir dastanın hekayəsidir. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qəti mübarizə aparmış, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçmiş və onların uğrunda ölümdirim savaşına qalxmışdır. Bu savaşlar gedişində 50 milyondan artıq şəhid vermiş türk milləti hər dəfə tarixə yeni səhifələr yazmışdır. Bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır.

O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb.

Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qutlanıb. Rəsmi olaraq Zəfər bayramı 1936- ci ilin may ayında elan olunub.

Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirirlər, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir. Bu gün Türkiyə, Kıbrıs ilə yanaşı, çiyin-çiyinə qardaş Azərbaycan da Zəfər bayramını böyük sevinc hissilə qeyd edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ölkənin Türküstan vilayətinin Otrar bölgəsində “Böyük İpək Yolu üzərində toxuculuq və zərgərlik” mövzusunda beynəlxalq sənət sərgisi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgidə 6 türk ölkəsindən - Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan gələn el sənətkarları iştirak ediblər.

 

Tədbir türk xalqlarının mədəni-mənəvi irsini təbliğ etmək, nəsillərə ötürmək, türk birliyini və əməkdaşlığını gücləndirmək məqsədilə həyata keçirilib.

 

Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan nümayəndəsi, layihə rəhbəri Talgat Muxanov, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin mədəniyyət komitəsinin sədri Kumis Seyitova, Otrar bölgəsinin Valisi Saken Sultanxanov, Mərkəzi Asiya və Sakit Okean Ölkələri Sənətkarlar Şurasının vitse-prezidenti, “Bizim irs” İctimai Fondunun prezidenti, Qazaxıstan Sənətkarlar İttifaqının sədri Ayjan Bekkulova çıxış ediblər.

 

Qeyd olunmalıdır ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının çoxəsrlik maddi-mənəvi sərvətləri ilə bağlı layihələrə dəstək verərək, türk dövlətləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində ümumtürk irsini tanıdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.

Mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupunun çıxışı və rəqs proqramları, “Arşı mal alan” filminin nümayişi keçiriləcək.  

 

Həmçinin Mədəniyyət Nazirliyi nümayəndələri və Albaniya hökuməti rəsmiləri arasında bir sıra  görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli avqustun 29-da Tovuz rayonunda vətəndaşları qəbul edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan öncə nazir Adil Kərimli və Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov Ümummilli lider Heydər Əliyevin Tovuz rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.  

Tovuz rayon Nizami adına Mədəniyyət evində keçirilən qəbulda əsasən Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak ediblər. 

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, tarixi abidələrin vəziyyəti ilə bağlı təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub. 

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. 

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

Nazirlik Ədəbiyyat Fondu ilə birgə “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirib

 

Xəbər verdiyimiz kimi, avqustun 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Ədəbiyyat Fondu “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin məqsədi keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsi olub. 

Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun məruzəçisi olduğu tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseynbəyli, Xəyal Rza, birliyin dramaturgiya seksiyasının müdiri Firuz Mustafa, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, Ultra production şirkətinin rəhbəri Pərviz Məmmədov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazarlardan Yunus Oğuz, Yaşar, Rüstəm Dastanoğlu, Kənan Hacı, Firudin Qurbansoy, Aysel Fikrət, gənc yazarlardan Fərid Hüseyn, Ülviyyə Heydərova, Habil Yaşar, Uraqan Abdullayev və digərləri iştirak ediblər. 

Öncə ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi ilə yaxşı dramaturji materialın mövcud olması asılılığından bəhs edilib. Mədəniyyət naziri Adil

Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəkilib, kino industriyasının əvvəlki dönəmlərdə yazıçılar üçün bağlı olan qapılarının taybatay açıldığı bəyan edilib. 

Daha sonra Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinin kino siyasətini tam olaraq tədbir işçilərinə açıqlayıb. 

Bəs bu siyasət nədən ibarətdir? 

Tədbirdən sonra “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Orxan Fikrətoğludan suala cavab alıb. 

Orxan Fikrətoğlu aşağıdakıları açıqlayıb: 

 

-Mədəniyyət Nazirıiyinin yeni komandasının kino siyasətində Kino Agentliyinin yaradılması, Kino Forumunun keçirilməsi, filmlərin məhz ən yaxşılar tərəfindən çəkilməsi üçün ədaləti bərqərar etməklə müsabiqə elan edilməsi gözlə görünən əsas nəticələrdir. Yeni kino strategiyasının ilk bəhrəsi olan müsabiqə özündə filmlərin 5 xətt üzrə  maliyyələşəcəyini ehtiva edir:

-Dövlət sifarişi ilə çəkilən filmlər - ilk öncə milli-mənəvi və sənət dəyərlərinə xidmət edəcək filmlər;

-Kommersiya filmləri - daha çox gəlir əldə etməyə hesablanan, bir sözlə, “kassa filmləri”;

-Sənət filmləri (art-hauslar) –istedadlı rejissorlarımızın öz seçim və istəkləri ilə çəkdikləri, beynəlxalq kinofestivallarda təmsil olunacaq yüksək zövq filmləri;

-Debüt filmlər – gənc rejissorların debüt işləri;

-Tələbə filmləri - İncəsənət Universitetinin və digər kino təhsili verən ali məktəb tələbələrinin çəkdikləri filmlər.

Beləliklə, peşəkar və həvəskar hər bir kəs kino çəkmək şansı əldə edir. 

Onu da əlavə edim ki, qısa müddətdə bu müsabiqənin elan edilməsi ilə yanaşı parçalanmış və iki kinematoqrafçılar ittifaqında cəmləşən kino cameəsi birləşdirilib, “Debüt studiyası” bərpa edilib,  mediasının maliyyələşdirilməsinə başlanılıb. 

Bu gün Mədəniyyət Nazirliyi ən əvvəl prodüsser mərkəzlərinin çoxalmasında və təkmilləşməsində maraqlıdır. İkinci - bazarın və rəqabətin yaranmasında maraqlıdır. Seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların müəyyənləşdirilməsində maraqlıdır. Və bu sahələrdə artıq canlanma hiss edilməkdədir.

Ölkəmizdə kino festivallarının keçirilməsi ənənəvi hal alacaq. Beynəlxalq anima, doko və kiçikhəcmli filmlər festivallarını maliyyələşdirməklə mədəniyyət nazirliyi eyni zamanda ölkəmizə təşrif buyuran tanınmış əcnəbi kino mütəxəssilərini panel müzakirələrinə cəlb etmək, Azərbaycan kinosu barədə bilgiləri dövriyyəyə buraxmaq fikrindədir. Tədricən A kateqoriyalı festivallara çıxmaq, ölkədə kino pavilyonları tikmək məqsəd kimi götürülür.

Mədəniyyət Nazirliyi dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsində maraqlıdır. Hətta onları maliyyələşdirməkdə də. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60-70 faiz yerli işçilərdən – azərbaycanlı mütəxəssilərdən istifadə etsinlər. Nəticədə yeni kadrlar hazırlanacaq, hazır kadrların isə kino təcrübəsi artacaq.

Yeni kadrların hazırlanması prosesində tələbələrin xaricdə təhsil almasına önəm veriləcək, ssenaristlərin təkmilləşdirilməsində xeyli işlər görüləcək. Animasiya Akademiyası açılacaq, milli animasiya filmlərinin çəkilməsi prioritet sayılacaq.

Kinoaktyor truppası bərpa ediləcək, texniki heyət üçün hər 6 aydan bir kvalifikasiya kursları keçiriləcək, dünyanın qəbul etdiyi ən yüksək avadanlıqlarla işləyən peşəkarlar dəvət ediləcək ki, bizdəki texniki heyətə ustad dərsləri keçsinlər. Bu dərsləri mənimsəyənlər müvafiq sertifikatlar alacaqlar.

Kinoteatrlarda göstərilən əcnəbi filmlərin dublyaj keyfiyyəti məsələsi də önəm daşıyır, buna görə dublyaj studiyaları yaradılacaq, yüksək səviyyədə tərcümə mətnlərindən istifadə ediləcək.

Kinoteatrlarda Azərbaycan filmlərinin nümayişinə üstünlük veriləcək və bu filmlər üçün üstün prokat şərtləri müəyyənləşəcək. Bir sözlə, Azərbaycan kinosu reanimasiyadan çıxıb sağlam həyata qovuşacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Çərşənbə, 30 Avqust 2023 09:00

Şamaxıdan Bakının “Gülüstan” sarayınacan

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcəyi xəbərini artıq sizlərə çatdırmışıq. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 1-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 2-3-də isə Bakı şəhərində davam edəcək.

Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği,  teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq.  

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

Çıxışçılar arasında ədəbiyyatımızın və elmimizin tanınmış simaları: Nizami Cəfərov, Rəfael Hüseynov, Kamal Abdulla, Ramiz Rövşən, Aqil Abbas, Çingiz Abdullayev, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Varis, Əli Əmirli, Elnarə Akimova, Aqşin Yenisey, Sayman Aruz, Azər Turan, Şahbaz Xuduoğlu, Şəmil Sadiq, Əkbər Qoşalı, Qəşəm Nəcəfzadə, Qismət olacaq. 

Ədəbiyyatımızın mənafeyi naminə gözəl bir tədbirin keçiriləcəyi şübhəsizdir. 

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

 

Avqustun 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Ədəbiyyat Fondu “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin məqsədi keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsidir. 

Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun məruzəçisi olduğu tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, Azərbaycan Yazıçılar Birliyinin katibləri İlqar Fəhmi, Elçin Hüseynbəyli, Xəyal Rza, birliyin dramaturgiya seksiyasının müdiri Firuz Mustafa, Azərbaycan Kino Agentliyinin şöbə müdiri Rəşad Qasımov, Ultra production şirkətinin rəhbəri Pərviz Məmmədov, rejissor Adil Azay, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazarlardan Yunus Oğuz, Yaşar, Adəm İsmayıl Bakuvi, Rüstəm Dastanoğlu, Kənan Hacı, Firudin Qurbansoy, Aysel Fikrət, gənc yazarlardan Fərid Hüseyn, Ülviyyə Heydərova, Habil Yaşar, Uraqan Abdullayev və digərləri iştirak ediblər. 

Öncə ədəbiyyatla kinonun vəhdətindən, yaxşı filmlərin çəkilməsi ilə yaxşı dramaturji materialın mövcud olması asılılığından bəhs edilib. Mədəniyyət naziri Adil Kərimlinin kinodakı durğunluğu aradan qaldırmaq üçün atdığı zəruri tədbirlərə diqqət çəkilib, kino industriyasının əvvəlki dönəmlərdə yazıçılar üçün bağlı olan qapılarının taybatay açıldığı bəyan edilib. 

Daha sonra Orxan Fikrətoğlu Mədəniyyət Nazirliyinin kino siyasətini tam olaraq tədbir işçilərinə açıqlayıb. 

Kino Agentliyinin yaradılması, Kino Forumunun keçirilməsi, filmlərin məhz ən yaxşılar tərəfindən çəkilməsi üçün ədaləti bərqərar etməklə müsabiqə elan edilməsi gözlə görünən əsas nəticələrdir. 

Yeni kino strategiyasının ilk bəhrəsi olan müsabiqə özündə filmlərin 5 xətt üzrə  maliyyələşəcəyini ehtiva edir:

-Dövlət sifarişi ilə çəkilən filmlər - ilk öncə milli-mənəvi və sənət dəyərlərinə xidmət edəcək filmlər;

-Kommersiya filmləri - daha çox gəlir əldə etməyə hesablanan, bir sözlə, “kassa filmləri”;

-Sənət filmləri (art-hauslar) –istedadlı rejissorlarımızın öz seçim və istəkləri ilə çəkdikləri, beynəlxalq kinofestivallarda təmsil olunacaq yüksək zövq filmləri;

-Debüt filmlər – gənc rejissorların debüt işləri;

-Tələbə filmləri - İncəsənət Universitetinin və digər kino təhsili verən ali məktəb tələbələrinin çəkdikləri filmlər.

Beləliklə, peşəkar və həvəskar hər bir kəs kino çəkmək şansı əldə edir. 

Nəzərə çatdırılıb ki, qısa müddətdə bu müsabiqənin elan edilməsi ilə yanaşı parçalanmış və iki kinematoqrafçılar ittifaqında cəmləşən kino cameəsi birləşdirilib, “Debüt studiyası” bərpa edilib,  mediasının maliyyələşdirilməsinə başlanılıb. 

Bu gün Mədəniyyət Nazirliyi ən əvvəl prodüsser mərkəzlərinin çoxalmasında və təkmilləşməsində maraqlıdır. İkinci - bazarın və rəqabətin yaranmasında maraqlıdır. Seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların müəyyənləşdirilməsində maraqlıdır. Və bu sahələrdə artıq canlanma hiss edilməkdədir.

Ölkəmizdə kino festivallarının keçirilməsi ənənəvi hal alacaq. Beynəlxalq anima, doko və kiçikhəcmli filmlər festivallarını maliyyələşdirməklə mədəniyyət nazirliyi eyni zamanda ölkəmizə təşrif buyuran tanınmış əcnəbi kino mütəxəssilərini panel müzakirələrinə cəlb etmək, Azərbaycan kinosu barədə bilgiləri dövriyyəyə buraxmaq fikrindədir. Tədricən A kateqoriyalı festivallara çıxmaq, ölkədə kino pavilyonları tikmək məqsəd kimi götürülür.

Mədəniyyət Nazirliyi dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsində maraqlıdır. Hətta onları maliyyələşdirməkdə də. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60-70 faiz yerli işçilərdən – azərbaycanlı mütəxəssilərdən istifadə etsinlər. Nəticədə yeni kadrlar hazırlanacaq, hazır kadrların isə kino təcrübəsi artacaq.

Yeni kadrların hazırlanması prosesində tələbələrin xaricdə təhsil almasına önəm veriləcək, ssenaristlərin təkmilləşdirilməsində xeyli işlər görüləcək. Animasiya Akademiyası açılacaq, milli animasiya filmlərinin çəkilməsi prioritet sayılacaq.

Kinoaktyor truppası bərpa ediləcək, texniki heyət üçün hər 6 aydan bir kvalifikasiya kursları keçiriləcək, dünyanın qəbul etdiyi ən yüksək avadanlıqlarla işləyən peşəkarlar dəvət ediləcək ki, bizdəki texniki heyətə ustad dərsləri keçsinlər. Bu dərsləri mənimsəyənlər müvafiq sertifikatlar alacaqlar.

Kinoteatrlarda göstərilən əcnəbi filmlərin dublyaj keyfiyyəti məsələsi də önəm daşıyır, buna görə dublyaj studiyaları yaradılacaq, yüksək səviyyədə tərcümə mətnlərindən istifadə ediləcək.

Kinoteatrlarda Azərbaycan filmlərinin nümayişinə üstünlük veriləcək və bu filmlər üçün üstün prokat şərtləri müəyyənləşəcək.

Diskussiya şəklində davam edən tədbir olduqca səmərəli keçib. 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Günün fotosu: Avropada dəhşətli istiləri indi də qasırğa və leysan əvəzləyib

 

Foto: Euronews

Avropa qitəsində hökm sürən dəhşətli istilər indi də qasırğa, leysan və sellə əvəz olunub. 

İspaniyada rekord yağıntı qeydə alınıb. Malyorka güclü külək və leysan yağışdan dağıntılara məruz qalıb, Palma və Kalviya şəhərlərini su basıb. 

İtaliyada isə (şəkildə) “Poppeya” siklonu cövlan edir. 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.