![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Alı Həsənli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Alı Həsənliyə ithaf olunub.
ALI NOFƏL OĞLU HƏSƏNLİ
(22.06.1995.-21.11.2020.)
Əslən Borçalı elindən olan, Bakı şəhərində anadan olmuş, Bakıdakı 220 nömrəli orta məktəbin və ADNSU-nun məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
A L I
Dostlar, gəlin Alını biz yaxından tanıyaq,
Qorxmaz qəhrəmandır o, onu xalqa tanıdaq.
Alı Vətən istəkli, Vətən sevdalısıydı,
Ərənlərin ərəni, oğulların xasıydı.
İki bacının əziz, istəkli qardaşıydı,
Təkcə qardaş deyildi, həm də bir sirdaşıydı,
Ananın həm fərəhi, həm də qüruru idi,
Atanın ümidləri, fəxri, uğuru idi.
Ocağa bir hərarət, evə yaraşıq idi,
Sevirdi Vətənini, yurduna aşiq idi.
Sakitdi, təmkinliydi, həm də istiqanlıydı,
Yurdumuzun vurğunu, sonsuz vətəncanlıydı.
Zəhməti, işi sevər, daima çalışardı,
Sanki vaxtla -zamanla inamla yarışardı.
Lap kiçik yaşlarından Alı çəkirdi zəhmət,
Kim tər tökərsə əgər qazanar, xətir- hörmət.
Məktəbə gedən zaman bəli, altı yaşında,
Hər bir suala vardı cavab – onun “başında”.
Əlaçıydı, məktəbi əlalarla bitirdi,
Mühəndis olmaq üçün ali məktəbə girdi.
Vətənə qulluq, xidmət necə müqəddəs işdi,
Budur, əsgərlik vaxtı gəldi, çatdı, yetişdi.
Hərbi xidmətdə Alı möhkəmləndi, bərkidi,
Hamı sevirdi onu, cəsur mərdi, igidi.
Əsgərlik xidmətini, vurub uğurla başa:
“- Dedi, ən böyük arzum, dərddən qurtulsun Şuşa.”
Bir gün SOCAR-da işə qəbul olundu Alı,
Xeyir işlər görməkdi, onun məqsəd-amalı.
Vətənin dar günündə Vətən deyib yeridi,
Bildi mərdlik zamanı, bildi hünər yeridi,
Atəşə döndü Alı, alov oldu, od oldu,
Önündə namərd düşmən suya döndü, əridi.
Qızğın döyüşlər gedir, bir an döyüş səngimir,
Hərə öz yerindədir, heç bir əsgər ləngimir.
Dayanmayır Alıgil, bax, necə vuruşurlar,
İşıqlı gündüz olsun, ya gecə vuruşurlar.
Cəbrayılda düşmənlə qanlı döyüş zamanı,
Tanımaq olmayırdı cəsur, mərd qəhrəmanı.
Taleyin qismətidir pələng kimi bu igid,
Əziz canından keçdi, oldu müqəddəs şəhid.
Düşməni məğlub etdi, ordumuz gəldi qalib,
Xalqımız torpağına, elinə oldu sahib.
Alı ürəklərdədir, hər bir zaman o sağdır,
Nə qədər xalqımız var, Alı yaşayacaqdır.
Düşmənin üzərində şanlı zəfər çalınıb,
Şərəfsiz düşmənlərdən, gözəl Şuşam alınıb.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Uorren Baffet: “Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 bənddən ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.
Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 8
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Qasım Qasımzadənin Sovet rejimi dövründə Türkiyə sevgisi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Dərgidə kitab təqdim ediləcək. İntiqam Qasımzadənin atası, mərhum şair Qasım Qasımzadə ilə bağlı xatirələri, şairin Türkiyə həsrəti, bu mövzuda yazdığı qeydləri ilə tanış olacaqsınız.
DƏRGİDƏ KİTAB
NƏRİMAN QASIMOĞLU
"TÜRKİYƏ HƏM SİZİNDİ, HƏM DƏ BİZİM"
Azərbaycanda və Türkiyədə iki ölkənin münasibətlərinə dair xeyli işlək, lakonik bir ifadə çoxlarının dilində səslənir. Qarabağ savaşında Azərbaycanın zəfərini həm də bir növ rəmzləndirən ifadədir: “Bir millət, iki dövlət”.
İstər Türkiyədə, istər Azərbaycanda siyasilər bunu dillərinə gətirdikcə alqış qazanırlar.Ancaqazadambilirki,buifadəyəaidməzmunuilkdəfəsürəklialqışlar altında yüksək tribunadan car çəkən kim olmuşdur. Bəri başdan desəm ki, dörd yaşlı bir qız çocuğu, oxucunu təəccüb bürüyər.Axı necə, nə zaman, harada?
Ötən əsrin 70-ci illərinin sonları olardı. Türkiyə müğənnisi MüşərrəfTezcan (sonralar Müşərrəf Akay) Bakıda anşlaqla keçən qastrol konsertində idi.
Zaman o zaman idi ki, “millətlərin yeni tarixi birliyi” kimi sovet ideologiyasının qələmə verdiyi “sovet xalqı” məfhumu ətrafında Azərbaycanda təbliğat səngimirdi. Sovet İttifaqında yaşayan xalqlar milli kimliklərini “sovet xalqı”na qurban verməyə məhkum bir duruma salınmışdı.
Amma bizdə bu da vardı ki, ruslaşmanın “sovet xalqı” qiyafəsində şüurlara yeridilməsinə Azərbaycanlıların intellektual, milli ziyalı kəsimi müqavimətsiz deyildi. Belə ziyalılara öncüllük edənlər Azərbaycan türkcəsində əsərlər yazan yazıçılar, şairlər idilər. Yaxşı iş yeri tapmaq, rəsmi qurumlarda çalışmaq, karyera qurmaq üçün ruscanın məcburi olduğu bir vaxtda Azərbaycan yazıçılarıruslaşmaya hətta məişət səviyyəsində belə müqavimətli idilər, övladlarını məhz milli məktəblərdə oxutdurur, onların milli ruhda tərbiyəsinə çalışırdılar. Bu tərbiyənin içində ailələrdə Türkiyəyə sevgi təlqinləri də yer alırdı.
Yaxşı xatırlayıram, Qasım Qasımzadə həmişə deyirdi ki, sovetlər Azərbaycanda bizimkiləri öz içində əridib nə zamansa bitirsələr də, bitməyəcəyik, çünki Türkiyə var. Yəni ümid yeri olan Türkiyə.
Qasım Qasımzadənin Türkiyə sevgisinin dərin kökləri vardı. Bu barədə bir qədər sonra. Qayıdıram Müşərrəf xanımın Bakıdakı o məşhurkonsertinə.
Konsert indiki Heydər Əliyev, ozamankı Lenin sarayında keçirilirdi. Qasım müəllim çox çətinliklə bilet tapıb bizi ailəlikcə konsertə aparmışdı.
Müşərrəf xanım hər gözəl şarkı ifasından sonra gül dəstələrinə qərq edilirdi. Olduqca duyğulu idi, onun bu tövrü Türkiyə sevdalısı seyrçilərə də aşkar sirayət etmişdi. Şarkılar bitincə səhnəyə qalxıb gül dəstələrini ona verənlər əsasən gənclərdən ibarətdi.
Konsertə gülsüz gəlmişdik. Sözün açığı, gül almağa fürsət də tapmamışdıq. Belə konsertlərə biletlərin bir qismini musiqi başlayana qədər hökumətrəsmilərinin əqrəbası üçün saxlayırdılar. Görünür, ya onlardan hələ soraq yoxidi, ya da elə Qasım müəllimin özünə xatir telefonla sarayın müdirinə etdiyi xahiş cavabsız qalmamışdı,müdir “gəlin, sizin üçün yerlər olacaq” demişdi və biz tələm- tələsik, çətinliklə özümüzü oraya çatdıra bilmişdik.
Müşərrəf xanımı gül dəstələrinə qonaq etməkdən ötrü səhnəyə qalxanlar arasında valideynlərinin tapşırığını canfəşanlıqla yerinə yetirən və bunu özlərinə əyləncə bilən azyaşlı uşaqlar da az deyildi.
Müşərrəf xanımı sevdirən həm də əlində mikrofon ara-sıra seyrçilərlə həvəslə ünsiyyətə girməsi, gözəl natiqliyi, bəlli bir intellekt sərgiləməsi, səhnədə sərbəst davranışları, ümumiyyətlə, sovetlərin səhnə xadimləri üçün müəyyənləşdirdiyi qəliblərdən fərqli ampluada olması idi. Bir sözlə sənətçi xanım konsertauditoriyası ilə məhrəm bir əlaqə yaratmağa tam nail olmuşdu.
Konsertin bir məqamında oxuduğu şarkıdan sonra sevənlərini yenə səhnədəcə qarşılayıb bağrına basır. Bir uşaq yaxınlaşır ona. Gül dəstəsini uzadır. Diqqətcil, həssas xanım duyur bu uşağın ona nə isə deyəcəyi var. Dərhal mikrofonu uzadır uşağın dillənən dodaqlarına sarı. Uşaq:
– Türkiyəhəmsizindir,həmbizim,– deyir.
Və sarayı alqış sədaları bürüyür. Müşərrəf xanım şövqə gəlir, onun üçün də təbii olaraq gözəl bir fürsət yaranıb ki, könlündəkiləri daha aşkar büruzə versin:
– Nasılsöylədin,yavrum,tekrarsöylesene?!
Uşaq təkrarlayır:
– Türkiyəhəmsizindir,həmbizim!
Yenə alqışlar...
Özüdəuşağınardınca:
– Türkiyəhəmsizindir,həmbizim,–deyir.
Seyrçi alqışlarınınbudəfəki ünvanıtəkcəxanım sənətçideyil.Görünür,bunu hiss etdiyindəndir ki, səhnədə azərbaycanlı uşaqla zaldakılar üçün ucadan səslənən ekspromt bir dialoq qurur:
– Oğlanmısın,kızmısın,yavrum?
– Qızam.
– Saçlarınaneyapmışsın,nedenhiçsaçlarınyok?
– Saçımı qırxıblar.
– Kaç yaşındasın?
– ...
– Hm...Neçeyaşınvardiyesoruyorum.
– Dördyaşım var.
– Allah korusun seni nazardan. Seni şuraya gönderen annene, babana teşekkür ederim, sağ olsunlar. Hadi, bir kez dahi söylermisin? Nasıl dedin? Türkiye...
– Türkiyəhəmsizindir,həmbizim!
Alqışlar qopur. Müşərrəf xanım qızcığazın üzündən-gözündən öpüb bağrına basır.
Çox keçmir, sarayın iki qadın əməkdaşı səhnəyə hər iki tərəfdən bitişik pillələrın qarşısını Ərəbzəngi (“Şah İsmayıl dastanı”nda kişi geyimində qadın pəhləvan obrazı) kimi kəsdirir və heç kimə daha imkan vermirlər xanım sənətçi ilə ünsiyyətə girsin.
Gül dəstələrini aşağıdan yuxarıya uzatmalı olurlar, müğənni də aşağı əyilərək minnətdarlıqla gülləri götürür. Amma ona bu möhnəti yaşadan KQB – Dövlət Tərlükəsizlik Komitəsi qarşısında borclu qalmır. Mikrofonla ucadan alt mənası hamıya aydın ifadələrini səsləndirir:
– Tüm alkışlarınızdan, güzel çiçeklerinizden, sevgilerinizden dolayı ben sizin önünüzdə eyiliyorum, onların yok. Bu nasıl bir gün, ellerimiz ellerinize ulaşmıyor.
Vəbusözlərinardıncadahüznlünəğmələr...
Nəğmələr hüznlü idisə də, seyrçilər konserti üzlərində təbəssümlə tərk edirdilər. Mən də Qasım Qasımzadənin təbəssümlə parlayan gözlərinə baxıb gülə- gülə demişdim: "Hə, necədir səninçün, sovetlərin on illərlə apardığı təbliğatı bir konsert alt-üst elədi".
Bu, indilərdə baş versəydi, şəksiz, sıradan bir əhvalat təsiri bağışlayardı,amma o zamanlar siyasi basqı altında olan azərbaycanlıların adi bir mədəniyyət tədbirində könlündən keçən mətləbin mikrofonla Lenin sarayında səsləndirilməsi, həqiqətən, hadisə idi. Elə bir hadisə ki, üstündən 40 ildən artıq müddət keçsə belə, xatırlayanlarını hələ də riqqətə gətirir. Yetmiş yaşını haqlamış bir şairimiz, Hafiz Rüstəm danışdığım bu xatirəni yad edərək deyir: “Bu təəssürat məni çox kövrəltdi yox, gizlətmirəm, ağlatdı. O səhnə indi də xatirimdən silinmir. Sanki son dərəcə əziz, doğma, bizdən olan bir mələk (bizlərdə məlaikə çağırılan) səhnəyə göydən enmişdi – bizim şirin, azacıq fərqli ləhcəmizdə oxuyurdu, süzürdü. Təkcə bütün salon yox, bütün ölkə onun şaqraq səsini acgözlüklə dinləyir, o ilahi səsə biçilmiş plastik üz-göz, əl-qol-ayaq hərəkətlərini dayanmadan alqışlayırdılar! O zaman Müşərrəf Akayın səhnəyə çıxan körpə uşaqla süni ögeylik buzunu sındıran, iki dövlət və bir milləti birləşdirən dialoqu indi də ictimai-siyasi həyatımızdan qırmızı xətt kimi keçir: “Türkiyə həm sizindir, həm bizim!”
80-ci illərin əvvəlləri olardı. Bir dəfə Qasım müəllim çalışdığı MilliElmlər Akademiyası binasında yerləşən Nizami adına Ədəbiyyat İnstitutuna gedəcəkdi. Avtomobilimə əyləşdi. Bizimlə eyni binada yaşayan Xalq yazıçısı Hüseyn Abbaszadənin də gedəcəyi yer vardı, bizə qoşuldu. Avtomobil elə yerindən təzəcə tərpənmişdi ki, Hüseyn bəy birdən:
– Qasım, sənə xoş bir xəbər deyim, Türkiyədə, deyəsən, neft yataqları tapılıb. Hüseyn bəy yaxşı mütaliəçi idi, hansısa qəzetə istinadən bunu deyirdi. Qasım bəy də qayıdasan:
– Aysənixoşxəbərolasan...
HüseynbəyavtomobildənenəndənsonraQasımQasımzadəyəzarafatyana:
– Sən də lap ağını çıxartdın, pantürkizmin də dərəcəsi var, daha bu qədər olmaz, heç Bakı neftinin sənə dəxli yoxdur, o ki qala Türkiyədə hələ yeri- yatağı bəlli olmayan neftin! – dedim.
İkimizdəgüldük.Dedi:
– Zarafat bir yana, millətimizin gələcəyindən ötrü bizə Türkiyənin qüdrətli olması çox vacibdir...”
Qasım Qasımzadəyə bu sözləri dedirdən bir səbəb də vardı: Türkiyənin qüdrətli olmadığı bir zamanına şahidlik etmişdi.
1968-ci ildə Azərbaycan yazıçılarından ibarət böyük bir dəstənin tərkibində xanımı Tamara Ələkbərqızı ilə Türkiyədə səfərdə olmuşdu. Sovetlərin dövründə, xaricə çıxışların olduqca məhdud olduğu bir dönəmdə Azərbaycandan bir qrup ziyalıya imkan yaratmışdılar ki, qardaş ölkəni turist qismində birgə ziyarət etsin.TürkiyəsevdalısıQasımQasımzadəhəminsəfərdənboltəəssüratvəsilsilə şeirlərlə qayıtdı.
Türkiyədən dönəndə “On günün təəssüratları” yazısını qələmə aldı və “Azərbaycan gəncləri” qəzetinin on sayında ardıcıl olaraq dərc etdirdi. Türkiyə həqiqətlərini azərbaycanlılara öz ətraflı qeydlərilə müjdələyən Qasım Qasımzadənin bu yazısını, demək olar, oxumayan qalmadı, oxucular səhərlər növbəyə dayanıb qəzet köşklərindən çox ucuz qiymətə, 2 qəpiyə satılan “Azərbaycan gəncləri”ni alırdılar.
Qasım Qasımzadənin Türkiyə silsiləsindəki şeirlərindən biri “İki bayraq” adlanır.BuşeirQasımbəyinozamanindikikimiqüdrətliolmayanTürkiyəsarıdan narahatlığını, baxın, necə ifadə edir:
Birbayraqvartəkulduzlu,
Şölə saçır hilal ona.
DalğalanırDardaneldə
Saçaqları yana-yana.
Qanadlanırdövreləyib
Zaman-zaman,dünən,bugün–
Gah yaxın, gah uzaq düşür
AmalındanAtaTürkün.
Birbayraqdaçoxulduzlu…
Boğazlarda sönür, yanır.
Tək ulduza şölə salıb
Şərəfini onun danır.
Türk övladı, tədbirini,
Əncamınıindidənçək.
Çoxyubansan,oçoxulduz
Tək ulduzu söndürəcək…
İndi çoxulduzlu bayrağı olan supergüc qarşısında qüdrətli Türkiyənin əyilməzliyi, həqiqətən, qürurvericidir.
Qasım Qasımzadənin 1968-ci ildə yazdığı Türkiyə xatiratı əhatəli bir yazıdır. Görünür, gələcək yazısını planlaşdırırmış deyə, xeyli qeydlər götürürmüş. Etnoqrafik təsvirlərdən tutmuş, gəzdiyi yerlərə, muzeylərə dair hər şeyindəqiqliklə, görüşdüyü şəxslərlə söhbətlərinin təfərrüatlarına qədər təqdimatı Türkiyəyə gediş-gəlişin məhdud olduğu, yazıçılar üçün isə, ümumiyyətlə, əlçatmaz bir zamanında qardaş ölkəni sovet Azərbaycanının oxucularına əməlli-başlı tanıtdırır. Xatirat belə başlıqlarla təqdim edilir: “İstanbulda nə var, nə yox”; “Bu dağlar ulu dağlar”; “Möcüzələrdən üçü”; “Tamaşalı, bulaqlı yollar”; “Haldun Tanerin teatrı”; “O, Türkiyəni necə görmək istəyirdi”; “Qəzetlərə də baxırdıq...”; “Doğma mahnılar”; “Bələdçimiz Erdənbəy”; “Ölümsüz ot”.
Bu sonuncu hissə yazdıqlarının bir növ ümumiləşdirilməsi səciyyəsindədir. Necə olub "qlavlit"dən – sovet senzurasından keçib deyə, təəccüblənirəm. Türk ədibi Yaşar Kamal Azərbaycan yazıçıları ilə səfərləri sonunda mehmanxanada vidalaşıbmış, amma buna baxmayaraq, təyyarə meydanına da gəlibmiş. “Onu buraya gətirən dostluq duyğusu deyildimi?” – yazır Qasım Qasımzadə. Əlbəttə, o zamanın “qlavlit”indən keçsin deyə, sadəcə “dostluq duyğusu” deyir. Sonra yazır: “Görkəmli ədib həyatı, təbiəti bilməyin zərurətindən söhbət salıb dedi ki, o, “Ölümsüz ot” adlı əsərində nağıllardan eşitdiyi bu əfsanəvi bitkidən söhbət açıbmış. Kəndli oxucularından biri ona irad tutubmuş ki, bu bitki əfsanəvi deyil, həqiqətən, mövcuddur. Yazıçı həmin bitkini görməkdən ötrü oxucunun dəvəti ilə kəndə gedibmiş. Ölümsüz ot kiçik tağlar atan, kökü isə torpağın altında xırman-xırman yayılan bitkidir. Onun üzdəki tağını, yaxud torpaqdakı kökünün tellərini nə qədər kəsib töksən də, bircə buğumundan belə boy atıb böyüyür, yenidən üzə çıxa bilir. Ölümsüz ot barədə bu həqiqət nədənsə məni çox düşündürdü. Təbiət və insan həyatında bir-birini xatırladan cəhətlər az deyildir. İnsanlar arasındakı, xalqlar arasındakı doğmalığı, ünsiyyəti, mehribanlıq tellərini qırıb tökmək, məhv etmək mümkün deyildir. Çünki bu tellər çox-çox dərinliklərə rişələr atıb yayılmışdır. Ölümsüz otun kökləri kimi!”
TürkiyəsəfərindənilhamlananQ.Qasımzadəninyazdığısilsiləşeirlərdəbelə misralar var:
Bosfor sahilinə düşdü güzarım,
Nağılmı, röyamı, bilə bilmədim.
Çoxaldı sevincim, artdı məlalım,
Ağlayabilmədim,güləbilmədim.
Sevincinin səbəbidəmir pərdələr arxasından Türkiyə iləvüsalıdırsa,məlalı bu vüsalın qısa müddətldə başa çatacağı ilə bağlıdır...
İndi təsəvvür edirəm, Qasım Qasımzadə bu günlərə kimi yaşayıb məşhur “Şuşa bəyənnaməsi”ndə Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə yanaşı, qüdrətli Türkiyənin Cumhur Başqanı Ərdoğanın imzasını görə bilsəydi, hansı coşqulu bir əhvalda olardı.
Şuşanın, Laçının işğalını ağır bir dərd kimi yaşayan şair 1992-ci ildə yazırdı: “Əgər biz inansaq ki, Şuşa biryolluq əlimizdən çıxıb, Xocalı həqarəti, Laçın bədnamlığı ilə barışası olacağıq, elə bilirəm, Azərbaycan qeyrətli hər birvətəndaşın fikrini ifadə edib deyərdim ki, onda daha yaşamağın mənası qalmamışdır. Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa təkcə bugünümüz yox, tariximizdir, sərkərdələr, sənətkarlar yetirən əcdadımızın yadigarıdır, Pənah xanı, İbrahim xanı, Vaqifi, Nəvvabı, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Üzeyir bəyi, Seyidi,Xanı, Bülbülü yetirən diyardır. Şuşabizim qartal qıyyalı, bülbül cəh-cəhliyuvadır.BunagörədəindiŞuşasızgünlərimdəmənözümüyuvasız quş sayıram...
Ərşəqalxıbnaləmmənim,
Alınıbdır Qalam mənim.
Əsirdüşübciyərparam,
Şuşammənim,balammənim.
Şəhid bağrı dəlik-dəlik,
Şüşə qəlbim cilik-cilik.
Şənlikedir,şonquyubdur
ŞahevimdəŞöklüMəlik.
KəsilibdirXaçınyolu,
Dağılıbdı Laçın yolu,
MəmmədƏmindurubgəlir,
İgidlərim, açın yolu.
Millətimin atasıdı,
Ruhuzəfərbutasıdı.
Birharayvar,on səkkizin
Bu gün əksi-sədasıdı:
“UrusgəlirAbdallara,
Etibar yoxdu bunlara;
Soruşun,türklərhardadı,
Topları çəkin yallara”.
Misriqılınchanı,hanı?–
Sel-sel ola gavur qanı!..
Hayandadır bugünümün
Soltan bəyi, Pənah xanı?
Hayandadır,hayandadır
BamsıBeyrək,XanBayandır?
Türk oğlu, çox qandırıbsan
Ermənini, yenə qandır.
BuraNəbi oylağıdır,
Laçın,tərlanyığnağıdır.
Bir həmləsi, bir uçuşu
Quzğun cəmini dağıdır.
Qarlı qışın da yazı var,
Toy-düyünün də yası var.
Basmaqistərqurduköpək,
Arxası – ağ ayısı var.
OnadaBozqurddeyərlər,
Şəstini çətin əyələr;
Min il nəslini öyüblər,
Minilnəsliniöyərlər”.
Bu yazı Ədəbiyyat qəzetində dərc ediləndən az sonra Qasım Qasımzadənin ağır xəstəliyə düçar olduğu aşkarlanır. O, məhz Türkiyədə sağalacağına inanır. Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin tapşırığı ilə onu qardaş ölkəyə göndərirlər. İstanbulun Haseki xəstəxanasında müalicə almağa başlayır. Orada keçirdiyi anların bir qismini yazdığı gündəlikdə qeydə alır:
“14aprel,1993
Ötən gecə narahat yatmışam. Dolaşıq-qarışıq yuxular da əl çəkmir. Turqut Özal Bakıdadır. Görək ermənilərə qarşı qəti tədbirdə onun fəaliyyəti nədən ibarətolacaq. Əbülfəz Elçibəyi tez-tez göstərirlər (tv kanallarında – N.Q.).Allah ona bu ağır sınaqdan çıxmaqda kömək eləsin! Vallahi, billahi, ən səmimi ürək sözümdür ki, bu halımda mənə silah versinlər, ən şiddətli döyüş xəttinə gedim, qanım torpağımaqarışsın. Bilmirəm butəmənnamınecəçatdırım ki,məni qınamasınlar… Gərək də qınamazlar. Çünki ömrüm boyu milli mənafedən başqa mənafeyim olmayıb.
14-15aprel 1993
İndicə (s.12:30) Bayram (xalq yazıçısı Bayram Bayramov – N.Q.) zəng vurdu. Dedi ki, Turqut Özal Ali Məclisdə çox yaxşı çıxış elədi. Dedi ki, ermənilər çıxmasalar (işğal etdikləri torpaqlarımızdan – N.Q), zorla çıxardacağıq.
17aprel1993
Televiziya xəbər verdi ki, Turqut Özal ağır vəziyyətdə xəstəxanaya götürüldü. Hər beş dəqiqədən bir vəziyyətinin ciddiliyi barədə mə’lumat verilirdi. Nəhayət, saat 14-da “Turqut Özal öldü” deyə ekranda yazıldı. Mənə çox təsir etdi. Dünən Bakıdansəsigələn,bizimüdafiəyəqalxacağındandanışangüvəncimiziitirdik.Çox sarsılmışam...”
Beləliklə,özxəstəliyiniTürkiyənindərdiiləbirgəyaşamalıolur...
Əlbəttə, indi ruhu şaddır Qasım bəyin. Həm Qarabağ sarıdan, həm Türkiyə sarıdan. Düşünürəm, elə Turqut Özalın da ruhu şaddır...
Qasım Qasımzadənin gündəliklərində Türkiyə sevgisinin çox uzaq illərdə yarandığına dairmaraqlı məlumatlarlarla rastlaşıram. Söhbətonun əzəldənsevdalısı olduğumillidəyərlərəbağlılığınınibtidaibirəlamətindəngedir:Türkiyətürkcəsinə sevgisindən.
Onun haqqında çoxlarının bilmədiyi bu məqam 1988-1992-ci illərə aid qeyd dəftərçəsində belə ifadə olunur: “Mən Universitetdə (1944-cü ildə) Şərqşünaslığın türk şöbəsinə girmişdim. Türk dili müəllimimiz Cabar Cabarov idi. Çox intellektli bir ziyalı idi. Türkcə yazdığım “Türk əsgər marşı”nı (gərək ki, 1945-ci, ya da 1946-cı il olardı) ona etibar edib verdim ki, oxusun. Səhəri güngəlib dedi, sən odla oynayırsan, yavrum, böylə işlərlə məşğul olmaq yaramaz. Demə, Cabar müəllim DTK (Dövlət Təhlükəsizlik Komitəsi – N.Q.)-nın polkovniki imiş. Hərbi tərcüməçi sifəti ilə. Yəni taleyim tükdən asılı imiş o dəhşətli dövrdə. Görünür, mənə yazığı gəlib, ya da özü elə, sadəcə, humanistmiş. Onu da deyim ki, Cabar həm də radioda türk verilişləri üzrə diktor işləyirdi. Nəbi də (şair Nəbi Xəzri – N.Q.) o zaman Azərbaycan dili üzrə diktor idi. Bu barədə mənim həmkarım kimi Nəbiyə də deyib ki, ona de, belə işləri buraxsın. Həmin şeiri,təəssüf ki, tapa bilmirəm (gizlətmiş, ya da cırmışam, yadıma gəlmir, hələ də axtarıram, bəlkə, tapıldı). O zaman türkcə başqa bir şeir də qələmə almışdım. O şeirin qaralamasını “Vətən uğrunda” jurnalının 1943-cü il tarixli 1-2 saylı cildinin içəri səhifəsinə yazmışdım. İndi təsadüfən rastıma çıxdı. Üzünü köçürdüm. İlk varıantı latın hürufatındadır”.
O uzaq 1945-ci ildə gənc şairin ilk qələm təcrübələrindən biri kimi jurnal qabığının iç tərəfinə Türkiyə türkcəsində yazdığı və çox sonralar gəncliyinə aid türklük xatirəsi kimi qeyd dəftərçəsinə köçürdüyü o “başqa bir şeir” Azərbaycan türkcəsinə çevrilmədən oradaca qalır. İndi bu xatirə yazısında həmin şeirin, məncə, yeri görünür:
YOLUNUBEKLİYORUM
Sebanınməskəniolmuşgülüstan,
Bir sorak vermiyorvefalı dostan.
Hala ufuklarda kızarmamış tan.
Bülbülün sesine uyanıp hemen,
Güzelim,yolunubekliyorumben.
Güneşgökyüzünüateşeyaktı,
Çimen sinesine bin lale taktı,
Zulmet örpeyini göke buraktı,
Sen bizim illeregelmedin neden?
Güzelim,yolunubekliyorumben.
Dakikamayoldu,saatlarımyıl,
Geçir mayıs günü hey pırıl-pırıl,
Barırahmediptebirmarhametkıl,
Nafile kendini sakın, tutma gen,
Güzelim, yolunu bekliyorum
Senbanagitdedin,benqamlibaktım,
İçten bir ah çektim, alemi yaktım,
Eski sevdaların hepsin buraktım,
Gel,seninaşkındagönlümolsunşen,
Güzelim, yolunu bekliyorum ben.
Dalıram hüsnünle bahar eyyamı,
Mahtapın seyrine mayıs akşamı.
Benzer cemalına göklerin şamı,
Güneş hifet çeker güzelliyinden,
Güzelim,yolunubekliyorumben.
“Birbusesun”dedim,“olamaz”dedin,
Dedim: “kurbanınım”, danış az dedin,
Bin şaka gösterdim “oyunbaz” dedin,
Sallayıp elini kayb oldun hemen,
Güzelim, yolunu bekliyorum ben.
Ormanafaşolsunsirrimizniçin?
Bentenhaselvolum,sentekgüverçin.
Uçup-uçup bir an dinlenmek için
Köksümde boy atan dala kon herden,
Güzelim, yolunu bekliyorum ben.
Yeri gəlmişkən, qeyd dəftərçələrində yazılmayan, ancaq özünün vaxtilə mətbuata verdiyi bir müsahibəsində toxunduğu epizodu da xatırladardım. 22 yaşlı tələbə Qasıma onun əsl-nəslini yaxşı tanıyan yaşlı yazıçılarımızdan biri o zaman deyibmiş:
– Şairsən, özün də bəy nəslindən, təkcə elə türk şöbəsində oxumağın yetər ki, hökumət sənə pantürkist damğası vurub təqib etsin, yaxşısı budur, türk şöbəsindən keç filologiya şöbəsinə.
Qasım bu tövsiyəyə qulaq asır, universitet rəhbərliyinə ərizə ilə müraciət edərək təhsilini filologiya şöbəsində davam etdirir.
Universitetin türk bölməsindən yadigar qalan bir maraqlı ədəbiyyat faktına da onun arxivindəki dərftərlərdən birində rast gəldim. Türkiyə yazıçılarının əsərlərindən, qəzetlərdən parçaları bu dəftərlərə köçürürmüş. “Qaragöz” qəzetində dərc edilmiş bir xəbər diqqətimi çəkdi. 2-ci dünya müharibəsi illərində Qara dənizdə batmış bir alman yük gəmisi haqqındadır:
“Karadenizdebiralmanşilebibatırıldı
BirkaçgünevellimanımızdankalkarakKaradenizeaçılan2.700tonilatoluk “Tiyoles” şilebi Kilyosun’un 8 mil açığında bir torpil yarası alarak hemen batmıştır.Şilebinmürettabatıkarasularımızharicindekendisinerefakatetmeğe başlıyan alman himaye gemileri tarafından kurtarılmıştır”.
(“Karagöz”)
Dəftərə köçürdüyü bu qəzet xəbəri diqqətimi niyə çəkdi? Məlum etdim ki, ozamankı Türkiyə mətbuatında gedən həmin məlumat 23 yaşlı gənc Qasımın “Sular pərisi” adlandırdığı ilk poemasının yazılmasına təkan veribmiş. Yazısını 1945-ci ildəmartın3-dəbitirmişdi.İndiyədəkçapolunmamışəsərdir. Şair özü də poemasını çapa vermək üçün cilalamamış, qaralama vəziyyətində saxlamışdır deyə, düşünürəm o zaman dərc etdirmək fikrində də olmamışdır. Əslində, poema sovet senzurasının tələblərinə cavab vermədiyindən əsəri heç çap etməzdilər də.
Müharibə dövrünə aid lirik sətirlərdə ifadə olunan süjet bundan ibarətdir ki, dənizdə fəlakətə uğramış bir gəminin yaşlı matrosu onu xilas etmiş düşmənlərinin gəmisindədir. Əvvəl-əvvəl milli mənsubiyyətləri aydın olmayan matros yığınında gedən söhbətdən məlum olur ki, əsirlikdə olsa da, nicat tapan yaşlı matrossovetlərin rəqibi tərəfdən olan birisidir, yəni almandır. Poemada “alman”, “faşist” kimiozamankıişləksözləryoxdur.Heç“sovet”,“bizimkilər”,“düşmən”kimi
sovet dövrünün müharibə ədəbiyyatına xas sözlər də işlənmir poemada. Yalnız bir yerdə təyin etmək olur ki, matroslar sovetlərə aiddir. Alman kimliyində anlaşılan əsir, matrosların diqqət kəsildiyi bir yerdə qağayıların nədən dəstə-dəstə cəmləşdiyini onlara izah edir. Deyir, qağayılar (poemada “martılar”) dənizortasında harasa cəm olaraq qonurlarsa, deməli, orada fəlakət qurbanları qərq olmuşlar və qurbanlıqları özlərinə yem etmək üçün sulara baş vururlar. Sonra həmin əsir belə fəlakətlərdən biri haqqında söhbət açır.
Bu söhbəti Q.Qasımzadənin təsvirində öncə belə izləmək olur ki, göydə üç təyyarə ilə bir təyyarə arasında ağır döyüş gedir. Tək təyyarənin üzərində ulduz nişanı var. Oxucu bu nişandantəyyarənin sovetlərə məxsus olduğunu kəsdirəbilir. Döyüşdə iki təyyarəni pulemyot atəşi ilə sıradan çıxaran pilotun ulduz nişanlı təyyarəsi də zədələnir.Qəhrəman pilot təyyarəsini salamat qalan düşmən təyyarəsinə çırpır, katapult edərkən isə həlak olaraq sulara gömülür.
Saçıdağıldıküləkdə,
Ah,okidilbərmələkmiş,
İnandırram gözəllikdə,
Cəsurluqda o qız təkmiş.
...Birmənanısaldıyada
O uçuşun nihayəti.
Sığışamaz liraya da
Omənanınşeriyyəti.
Göy dalğalar yakadılar
Onun siyah saçlarını.
Cəm oldu orda martılar
Bulmaqçünyemşikarını.
Bu misralardan bilinirki,katapultedənqəhrəman“siyahsaçlarını”dalğaların “yakadığı” qız imiş. Söhbətin sonrasında “siyah saçlı” təyyarəçi qızın azərbaycanlıolduğuaydınlaşır.
Yaşlıəsirmatrosgördüklərinidanışandansonraonuxilasetmişləriçindəbir gəncin hönkürdüyünü görür. Gənc cibindən çıxardığı şəkli ovcunda tutur, şəklə baxaraq ağlayır: həlak olan pilot qız onun sevgilisi imiş. Əsir matros onu ovundurmağa çalışır: qədim Misirdə məhsul bol olsun deyə, ən gözəl qızları Nil çayınaatırmışlar;“odlarölkəsi”ndəisəƏhriməninqəzəbindəntəbiifəlakətlərbaş verərkən xalq nicat tapsın deyə, yurdun ən gözəl qızı ilahi qüdsiyyətin gücünə sığınaraq özünü pərvanətək oda atırmış.
Poema bu misralarla bitir:
Xeylikeçmişogünlərdən...Dənizyenəodənizdir,
Çəmən üzlü səmalar da qaraltısız, ləkəsizdir.
Deyirlərki,obakirqızzülmətbağrısöküləndə,
Tutqun dəniz səmasına qızıl şəfəq töküləndə
Su içindən pəri kimi asimana qanad açır,
Sonsuz göylər aləminə cəmalından şölə saçır.
Deyirlər ki, o güldükcə nur tökülür yanağından,
Pərvazedirqumrukimiqəhqəhələrdodağından.
Fəzalarda büsat qurur bir ruhani xülya kimi,
Yenə cumur dalğalara gözdən itən röya kimi.
DiqqətçəkənbaşqabirməqamAzərbaycantürkcəsindəyazdığıpoemasında Türkiyə türkcəsinin təsiri ilə“martı”, “siyah” və s. kəlmələrin işlədilməsidir.
Yuxarıda qeyd etdiyim dəftərdə gənc Qasımın Türkiyənin ünlü yazar, ədəbiyyatçı, qəzetçi, siyasətçi və diplomatı Ruşen Eşref Ünaydından gətirdiyi bir sitat da yer alır:
“RuşenEşref,“Damla-damla”isimlikitaptanbirparça:
Ressam gider, resmi kalır; şair ölür, şiiri kalır; mimar yıkılmış, yapısı ayakta; bestekar susmuş, bestesi kulakta!..
Bucihanhepyaratılmışlarıncihanımıki,yaratanlarbirerhiçgeçip gidiyor?!.”
…Qasım Qasımzadənin gəncliyindən ömrünün sonunadək yaşatdığı Türkiyə sevgisi, heç şübhəsiz, Azərbaycanın milli istiqlal idealları ilə sıx bağlı idi. Ancaq bunun başqa bir səbəbi də varmış.
Bir dəfə ondan ali təhsil üçün niyə məhz türk şöbəsini seçdiyini soruşmuşdum. Demişdi, atası Xansuvar bəyin Türkiyə, Anadolu türkləri haqqında hərzamandiləgətirdiyixoşsözlər,görünür,yeniyetməikənonunşüuraltısında özü də duymadan Türkiyəyə xüsusi rəğbət yaradıbmış. Onda ağlıma gəlməmişdi dərinə gedib babam Xansuvar bəydə bu sevginin nədən qaynaqlandığını Qasım müəllimdən soruşum. Amma sonradan ipucunu nənəm Arəstə xanımdan eşitdiyim sözlərdən aldım.
Deməli, Arəstə xanımın xeyli yaşlandığı 80-ci illər idi, şəkərdən əziyyət çəkirdi,üstəlik, görmə qabiliyyəti xeyli zəifləmişdi. Qasım müəllim onu gözününmüalicəsiüçünMoskvayaaparmış,oradaaldığımüalicəgörməsindəciddi irəliləyişə səbəb olmamışdı.
Yeri gəlmişkən, Arəstə xanım 1918-ci ildə Azərbaycan Cümhuriyyyəti qurulanda milli hökumətin təyinatı ilə Zəngəzurda qəza rəisinin müvavini işləmiş, əhali içində xeyli nüfuz qazanmış, sonradan sovet hökumətinin təqiblərinə məruz qalmış məşhur Şahsuvar bəy Kələntərovun (Hüseynbəyov) qızı idi. Biz nəvələrinə atasından qürurla söhbət açardı. Onun ara-sıra səsləndirdiyi şeir parçalarının içində bir bəndi, yeridir, burada da diqqətə çatdırım. Cümhuriyyət dövründən qalma xalq yaradıcılığı nümunələrindəndir:
QoşungəldiAbdallara,
Topları çəkin yallara.
Etibaryoxdubunlara,
Gedingörüntürklərnecoldu.
Q.Qasımzadə bu bəndi belə yozurdu: “qoşun” işğalçı qırmızı ordudur, bölgələrdə sovet hakimiyyətini qurmağa gəlib; Cümhuriyyətin hələ təslim olmamış fəalları camaatı silahlı müqavimətə çağırır; gələnlərin yerli fəhlə-kəndlilərəazadlıq, bərabərlik gətirmək şüarları saxtadır, onlara etibar etmək olmaz; əsl azadlığı, milli müstəqilliyi qazanmaqda bizə türk qoşunları yardım edib, indi yenə də onların gəlişinə ehtiyac var.
Qəribədir, tarix bir qədər başqa məzmunda həm də təkrarlanır, deyəsən. Şeir bəndində “Abdallar” indiki Laçın dəhlizi ərazisidir, rusların “sülhməramlı qoşunları” yenə oradadır. Amma nə yaxşı, durum fərqlidir. Bu yaxınlarda o ətrafda Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının keçirdiyi birgə hərbi təlim yaxın gələcəyin daha fərqli olacağına ümid verir.
Arəstəxanımındilindəndüşməyənbaşqabirbənddəvardı:
Qatar gəlib dayandı,
Körpəbalamoyandı.
Gedin deyintürklərə,
Gəncəqana boyandı.
Qatar Cümhuriyyətimizi devirən 11-ci qırmızı ordunun qatarıdır. Sonuncu misra 1920-ci il may ayının son günlərində işğala qarşı həyata keçirilmiş və xeyli insan tələfatı ilə nəticələnmiş Gəncə üsyanına işarədir…
Arəstə xanım Moskvada müalicəsindən narazı qalmışdı deyə, oğlu Qasıma deyir, axı onu müalicə üçün niyə də Türkiyəyə aparmasın, oranın həkimləri daha yaxşı olar. Türkiyəyə gediş-gəlişlərin çətin vaxtları idi. Bilmədim Qasım müəllim bu çətinliyimi ona anlatmaq istəyirdi, ya nə isə başqa şey deyəcəkdi, demək istədiyi sözünü kəsən qohumlarımızdan biri Arəstə xanıma ərkyana, zarafatla:
– Ay arvad, qoy oturmuşuq, gedərsən, orada ölüb-eləyərsən, yad yerdir,qalarıq məəttəl ki, səni harada, necə dəfn edək, nə işin var axı o uzaqlarda, – dedi.
– Nə olar axı, ora da bizim dədə-baba yurdumuz, orda ölsəm, nə yaxşı, orda da dəfn edərsiniz.
Sonralar öyrəndim ki, Arəstə xanım ulu babalarının türkiyəli olduğunu nəzərdə tuturmuş. 18-ci əsrdə Türkiyənin Amasiya bölgəsindən köç edib Azərbaycanın indiki Qubadlı ərazisində yurd salıblarmış. Burada Xocaisaqlı kəndinin əsasını da onlar – İshaq Xocanın Qarabağ xanlığı qoşunlarında yüksək hərbi postlar tutmuş törəmələri qoyublarmış.
Şəksiz ki, Qasım Qasımzadənin Türkiyə sevgisinin belə bir bioloji səbəbi də vardı...
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Mədəniyyət könüllüləri - onlar mədəniyyətə könül veriblər
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət sferasında kürəklərinə “mədəniyyət könüllüləri” sözləri yazılmış gənc oğlanlar və qızlar günümüzün vacib personalarına çevriliblər, belə ki, 2023-cü ilin aprelindən üzübəri bir mötəbər kütləvi nədəniyyət tədbiri onlarsız ötüşmür. Onlar mehriban, qayğıkeşdirlər, ən əsası, mədəniyyəti sevirlər, missiyalarına ürəklə yanaşırlar.
Dəvət alıb iştirak etdiyimiz növbəti tədbur Nizami Kino Mərkəzində düzənlənmişdi və "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunmuş toplantısı idi.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, incəsənət nümayəndələri və ictimai xadimlər iştirak edirdilər.
Biz əvvəlcə mədəniyyət könüllülərinin il ərzində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduq.
Tədbirin açılışında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlar təqdim olundu.
FƏRİD CƏFƏROV
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini, vaxtı ilə Gənclər Fonduna rəhbərlik edən və gənclərə gözəl bələd olan Fərid Cəfərov bildirdi ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayırlar. 2023-cü ilin aprel ayında yaranan “Mədəniyyət Könüllüləri” İctimai Birliyi yarandığı gündən ölkəmizin mötəbər mədəni tədbirlərində fəallıq nümayiş etdirir. Mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə çox yaxından iştirak edib və onların fəaliyyəti olduqca təqdirəlayiqdir.
ÜLVİYYƏ BƏBİRLİ
Daha sonra “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çlxış etdi, bildirdi ki, mədəniyyət könüllüləri 2023-cü il ərzində həyata keçirilən layihələrdə - Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, Muğam Aləmi: 6-cı Beynəlxalq Musiqi və “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində, Özbəkistan və Qazaxıstanın mədəniyyət, Vaqif Poeziya günlərində, həmçinin Füzuli və Laçın şəhəri günlərində iştirak ediblər. Hazırda çox sayda gənci ətrafında birləşdirən mədəniyyət könüllüləri ölkəmizin mədəni həyatında baş verən bütün tədbirlərə qoşulurlar və mədəniyyətə könül vermək üçün həqiqətən böyük səy göstərirlər. İctimai Birliyin təşkilatçılığı ilə cari ildə müxtəlif tədbir və layihələr – “Sən də Oxu!” adlı flaşmob, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı, “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi, istedadlı gənclərin tanıdılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə “Aparıcı kastinqi” və müxtəlif ali təhsil müəssisələrində gənclərlə görüşlər təşkil olunub.
Toplantıda Milli Məclisin deputatı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artistləri Nurəddin Mehdixanlı, Faiq Sücəddinov və Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev mədəniyyət könüllülərini təbrik edərək onlara uğurlar arzuladılar.
Yekunda 2023-cü il ərzində həyata keçirilən tədbirlərdə xüsusi fəallığı ilə seçilən 10 gənc “İlin mədəniyyət könüllüsü” mükafatı ilə təltif olundu.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəxri üzvləri - solistlər Türkay Cəfərlinski, İlkin Dövlətov, Orxan Hüseynli və Ərəstun Quliyev tərəfindən unudulmaz bəstəkarımız Elza İbrahimovanın “Ey Vətən” mahnısının səsləndirilməsi ilə tədbirə yekun vuruldu.
Bəli, bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, dövlətə xeyir gətirir. Bu, gənclərimizin istedadını, biliklərini aşkara çıxarmaqla yanaşı, kadr hazırlığı üçün də çox önəmlidir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Ey həyat, sən nə qəribəsən!
OQTAY KAZIMİNİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
İlk dəfə “Qayıt” mahnısını Flora Kərimova oxuyaraq milyonlara sevdirmişdi. Sonra Aybəniz Haşımova bu mahnıya ikinci həyat bəxş etdi, dillər əzbəri etdi. Ötən gün bu mahnını bəstələyən Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günü idi. Tək bu mahnınımı? Onun onlarca mahnısı var ki, repertuarları bəzəyir.
Oqtay Kazımi Azərbaycan musiqisinin mahnı janrının ən böyük bəstəkarları sırasındadır, mən bunu mübaliğəsiz deyirəm.
O həm də musiqi tariximizə ilk rok operanın müəllifi kimi düşüb.
Yoxluğundan 13 il keçib.
Mahnıları ilə yaddaşlarda, ürəklərdədir.
Anadan olmasının 91-ci ildönümü tamam olan bəstəkar Astara şəhərində anadan olub.
1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub.
1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoyub, musiqi sənətinin müxtəlif janrlarında özünü sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Onun yaradıcılığında mahnı janrı isə qeyd etdiyimiz kimi, xüsusi yer tutub.
Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları” və “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.
Ruhu şad olsun!
Bu yazıya isə “Qayıt” deyil, “Ey həyat, sən nə qəribəsən” başlığını seçdim. Çünki gedənlər qayıtmaz, amma onlara qarşı hansısa haqsızlıq, ədalətsizlik olarsa, həyatın qəribəliyinə təəccüblənə bilərik.
Bu isə oğlu İlqar Kazımovun xatirələrindəndir: “Atam heç kəsə tabe olmağı sevmirdi. Heç bir işdən ötrü kiməsə ağız açmazdı. Hətta çox ehtiyac içində yaşadığımız dövrdə belə, heç kəsdən nəsə xahiş eləməyib. Həm də, çox sadə adamıydı. Yazdığı mahnılara görə müğənnilərdən pul götürməzdi…”
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Gözdağın mənimdir, gözün özgənin....
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bu gün tanınmış şair, publisist, pedaqoq, jurnalist Şahmar Əkbərzadənin doğum günüdür.
Özün özgənin
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
Öz sevdan özünü qarğışa salıb,
Ömrün qara qalıb, yağışa qalıb,
Taleyin tüstünlə baş-başa qalıb,
Tüstün mənimkidir, közün özgənin.
Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Səni
Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da çatsan…
Bilsəm ki, yandırıb-yaxsan bir odsan
Yenə gözüm üstə qoyaram səni
Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara
Gündə baxışından alsam min yara
Xeyirxah mələyim sayaram səni.
Ölüncə yanında əsir qalaram
Verdiyin əzaba layla çalaram,
Vaxt gələr çevrilib torpaq olaram
Gəlsən hənirtindən duyaram səni.
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub.
Şuşa Pedaqoji texnikumunu və M.F.Axundov adına Dillər İnstitutunu bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, daha sonra Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək həmin qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
2001-ci ildə Vektor Beynəlxalq Elmlər Akademiyası Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təsis edib.
2014-cü ildə isə onun adını daşıyan "Şahmar Ədəbi Məclisi" təsis olunmuşdur.
Göy buludsuz, çay bulaqsız çağlamaz,
Yalqız arı pətəkdə şan bağlamaz.
Hicran dağı hansı qəlbi dağlamaz,
Kök üzülsə budaq vaxtsız solar heyyy!
Budağlara o dövranlar qayıtmaz,
O qartallar, o tərlanlar qayıtmaz.
O elatlar, o karvanlar qayıtmaz
Binələrin gözü yolda qalar heyyy!
Şahmar, bəsdir, zildə durma, keç bəmə,
Dağ üstündən dağı çəkmə sinəmə.
Məhəbbətin kökü varsa, qəm yemə -
Qoca dünya boşalar hey, dolar heyyy!
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Bu gün tanınmış müğənni Zeynəb Xanlarovanın doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Biz balaca olanda hər yeni ilin gəlişini, Yeni il proqramını həm də ona görə izləyirdik ki, saatlar 24.00-ü vuranda ilk olaraq ekrana Zeynəb Xanlarova çıxardı və o, dalbadal 3-4 yeni mahnısını ifa edərdi. Zeynəb xanım o qədər məşhur, o qədər populyar idi ki, populyarlıqda ona heç kəs çata bilmirdi.
Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktəbində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Uzun müddət Leylinin Məcnunu Xalq artisti Arif Babayev idi, yaşlı nəsil yəqin yaxşı xatırlayar. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.
Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 87 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Bu gün Beynəlxalq kino günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kim kinonu sevmir ki?
Uşaqdan böyüyə hamını maraqlandıran bir mədəniyyət sahəsidir kino. Bir vaxtlar cəmi 2 telekanal vardı, gündə 1-2 film nümayiş etdirilərdi, o da əsasən Sovet filmləri. Odur ki, insanlar xarici kino eşqiylə kinoteatrlara gedərdilər. İndi yüzlərlə telekanal, ən son texnologiyalı kinoteatrlar var, amma indi kinoya 90 faiz insan YouTube platformasından baxır. Və bu gün onların hamısı üçün özəl bir gündür.
Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər.
Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.
Elə bu yerdə onu da qeyd edək ki, hazırda kino Azərbaycanda mədəniyyətin prioritet sahəsi elan edilib, ölkəmizdə Kino forumları, yerli və beynəlxalq səviyyəli kinofestivallar, ssenari müsabiqələri keçirilir, ölkəmizə ustad dərsi keçmək üçün dünyaşöhrətli rejissorlar dəvət olunur.
“Bu kino ki var, çox qəliz şeydir” deyirdi “Bəyin oğurlanması” filminin qəhrəmanı.
Həqiqətən də beləymiş.
“Ədəbiyyat və incəsənət”
(28.12. 2023)
Drayzerin, Yeseninin ölümü və Beynəlxalq Saqqız Günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - dekabrın 28-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq. Təbii ki, bir mədəniyyət portalı olaraq ilk qeyd edəcəyimiz bayram Kino günüdür, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür, bunlar barədə bu yazıda yox, ayrıca bəhs edəcəyik.
İndisə keçək digər mətləblərə.
Kart oyunu günü
İlk dəfə Çində yayılan, boş vaxt keçirməyə və əyləncəyə hesablanan kart oyunu əfsus ki, sonradan bir qumar predmetinə çevrilib, kimlərəsə haram pullar gətirib, kimlərisə müflisləşdirərək bədbəxt edib. Ona görə də bizlər bu günü qeyd etməsək yaxşıdır.
Vifleem uşaqları, Türkmənbaşı və 152 illik saqqızçeynəmə təcrübəsi
Günahsız Müqəddəslər günü. Fransada qeyd ediləcək bu gün qədim tarixdə İrodun əmri ilə öldürülmüş Vifleemin iki yaşa çatmamış uşaqlarının xatirəsinə həsr olunan matəm günüdür. Kalmık xalqı da bu gün matəm gününü qeyd edir, 1943-cü ildə Stalinin kommunist rejimi tərəfindən 100000 kalmıkın Sibirə deportasiyası zamanı həlak olanların xatirəsi anılır. Dünya başdan-başa təzadlı deyildirmi? İspaniyada isə bu gün gülüş günüdür, Els Enfarinats adlı festival keçirilir.
1999-cu ilin bu günündə Türkmənistanda qüvvəyə minən qanuna görə Saparmurat Niyazov ömürlük prezident elan edilib. ( O, bundan sonra cəmi 7 il yaşamağa macal tapıb). 1987-ci ilin bu günündən ta ki 1988-ci ilin 2 yanvarınacan Kiprdə 76 yaşlı qadın Kivel Papaioannou mağazanın liftində ilişib qalmaqla dünyada “ən çox liftdəqalma” rekorduna imza atıb. Tətildən sonra mağazanı açanda liftdə qadın qaldığını aşkar edib onu xilas edən işçilər ağbirçək qadının 5 gün liftdə necə sağ qalmasına sadəcə təəccübləniblər.
1973-cü ilin bu günündə Parisdə Aleksandr Soljenitsinin “QULAQ Arxipelaqı” kitabı ilk dəfə nəşr olunub. 1953-cü ildə dünya tarixinin ən virtuoz piano ifaçısı, fransız Riçard Klayderman doğulub. (Bu il bu dahi ifaçı Bakı konqress Mərkəzində möhtəşəm konsert verdi, kim şanslı olub onu canlı izləyə bildi?)
Pol de Sennevilin yazdığı "Adelina üçün ballada" Klaydermanı əsl ulduza çevirib, bu əsər dünyanın 38 ölkəsində 22 milyon nüsxə ilə satılıb, vaxtınız olsa bu gün həmin o kompozisiyanı dinləyin.
1945-ci ilin bu günündə Kaliforniyada “Dahi”, “Amerika faciəsi” və “Kerri bacı” kimi ölməz əsərləri ilə adını dünya ədəbiyyat tarixinin qızıl səhifələrinə yazmış Amerika yazıçısı Teodor Drayzer dünyadan köçüb. 1925-ci ilin bu günündə o cümlədən Mərdəkanda da yaşayıb yaratmış böyük rus şairi Sergey Yesenin intihar edərək həyatını bitirib.
1923-cü ilin bu günündə Eyfel qülləsinin memarı Qustav Eyfel dünyadan köçüb. 1908-ci ilin 28 dekabrı İtaliya xalqına dəhşətli bəla gətirib, tarixdə Avropa ərazisində ən güclü zəlzələ Cənubi İtaliyada baş verib, 250 min insanın həyatına son qoyulub.
Saqqızı sevənlər əlbəttə ki, içimizdə az deyil. 1869-cu ilin bu günündə amerikalı Uilyam Sempl kəşf etdiyi saqqıza patent alıb. Demək, 152 ildir ki, insanlar bu məşğuliyyətə qurşanıblarmış.
Mərhum alimin və mərhum şairin doğum günləri
1926-cı ilin bu günündə anadan olmuş akademik Nəriman Quliyev ömrünün altmış ilə yaxın bir dövrü ərzində öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr verib. O, bu sahə üzrə ana dilində yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi də akademikin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirəlayiqdir. Xidmətlərini nəzərə alaraq 2011- ci ildə Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı alimi “Birliyin ulduzu” mükafatı ilə təltif edib. Onun əvəzsiz xidmətləri dövlətimiz və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. Nəriman Quliyev 2014-cü il may ayının 20-də vəfat edib. Ruhu şad olsun!
1941-ci ilin dekabrının bu günündə anadan olmuş şair Şahmar Əkbərzadə isə həm lirik şeirləri, həm də jurnalistika fəaliyyəti ilə seçilib. O, Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olub. Bədii yaradıcılıqla 1985-ci ildən məşğul olmuş Şahmar Əkbərzadənin “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kimi kitabları işıq üzü görüb, əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib, 1996-cı ildə şeirlərinə görə “Araz” ali ədəbi mükafatına layiq görülüb. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat edib, ruhu şad olsun. “Vektor” Beynəlxalq Elmlər Akademiyasının rəhbəri Elçin İsgəndərzadə tərəfindən 2000-ci ildən şairin adına beynəlxalq ədəbiyyat mükafatı təsis edilib və həmin mükafat 2001-ci ildən bu günədək 70-dən çox şairə, o cümlədən 15 xarici ölkə şairinə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(28.12.2023)
Ölkəmizdə qadın təşkilatları koalisiyası yaradılıb
Qadınlar həmişə cəmiyyətimizdə fəallıqları ilə seçiliblər, dövlət idarəçiliyində məxsusi yer tutublar, iqtisadiyyat, təhsil və elm, mədəniyyət sahələrində uğurlara imza atıblar.
Azərbaycan qadını adı həm də ona görə şərəflidir ki, o, Vətənimizin xilaskarı olan oğullar dünyaya gətirib, yetişdirib.
Bu günsə qadınlarımız barədə sizlərə “Ədəbiyyat və incəsənət” portalı olaraq yeni xəbərimiz var. “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatı birləşərək Koalisiya təşkil edib, koalisiya qadınlarımızı vahid məqsəd ətrafında bir araya gətirib.
Koalisiyanın fəaliyyətinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, onların daha nizamlı və mütəşəkkil fəaliyyətinə təkan verəcəyinə inam ifadə olunub.
İndi isə daha geniş:
Dekabrın 26-da “Bərabər İnkişaf Naminə” devizi ilə 9 qeyri-hökumət təşkilatının birləşərək təsis etdiyi Koalisiya tərəfindən 500-ədək müxtəlif sahələri təmsil edən – ictimai xadimlər, elm və təhsil sahəsində çalışan, eləcə də qeyri-hökumət təşkilatları və özəl sektorun nümayəndələri olan qadınların iştirakı ilə Azərbaycan Qadınlarının Forumu keçirilib.
Sözügedən koalisiyanın rəhbəri Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova, üzvləri “Azərbaycan Türkiyə Sosial Tərəqqiyə Yardım” İB-nin sədri Nigar Helmi Abbasbəyli, “Zəfər” şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova, “Gender və İnsan Hüququ Araşdırmalar Birliyi”nin sədri Rəna Mirzəzadə, Gənc Demokratlar İnsitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubova, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdıyeva, “Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək” İB-nin təsisçisi Aygün Səmədovadır.
Forumda Koalisiyanı təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər, həmçinin bolqar, avar, rus və talış etnik qruplqarının nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan xalqının müxtəlif təbəqələrinin nümayəndələri, ictimai-siyasi, sosial-mədəni həyatda yaxından iştirak edən qadınlar bugünki reallıqlar fonunda ölkəmizin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər.
Çıxış edənlər xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın və onun layiqli davamçısı prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə əldə edilən uğurlara diqqət çəkərək əlavə ediblər ki, qısa müddət sonra ölkədə keçiriləcək prezident seçkilərində ölkəmizin davamlı inkişafı, xalqımızın firavanlığı naminə hüquqlarımızı daim müdafiə edən Yeni Azərbaycan Partiyasının yeganə namizədini dəstəklədiklərini ifadə ediblər.
Sonda “Bərabər İnkişaf Naminə” Azərbaycan Qadınlarının Forumunun Bəyannaməsi qəbul edilib.
Sənəddə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi çərçivəsində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, qərarqəbuletmə və özəl sektorda, o cümlədən yerli ərazi və özünüidarəetmə orqanlarında gender bərabərliyinin təşviqində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, innovativ inkişafı təmin edən yeni texnologiyalara əlçatanlığın artırılması, xüsusilə qızlar və qadınların bu prosesə daha geniş cəlb olunması kimi məsələlər öz əksini tapıb.
Eyni zamanda, “Bərabər İnkişaf Naminə” Forumda Azərbaycan qadınlarının təmsilçiləri seçki hüququ olan vətəndaşımızı, ölkəmizin bütün ərazisində keçiriləcək prezident seçkilərində fəal iştiraka, xüsusilə qadınları və gənc qızları bu taleyüklü siyasi prosesin önündə gedərək vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırıblar.
“Ədəbiyyat və incəsənət”
(27.12.2023)