
Super User
Tarixin 17 ən mənfur ermənisi
“Ədəbiyyat və incəsənət” portalı fəlsəfə doktoru, yazıçı Adəm İsmayıl Bakuvinin seçimində tarixin 17 ən mənfur ermənisini təqdim edir. Növbəti seçimdə daha 24 mənfur erməni ilə tanışlığınız baş tutacaq.
Stepan Zatikyan
20-ci əsrdə dünyanı bürüyən, çoxsaylı insan qətlinə, dağıntı və fəsadlara səbəb olan terror aktlarına görə.
Vardan Aravelsi
Sonradan erməni millətçiliyini insani cinayətkarlıqlara sürükləyən, qonşu dövlətlərə ərazi iddialarına həvəsləndirən saxta Böyük Ermənistan tarixinin yazılmasına görə.
Arutyun Şaxrikyan
Yaşadığı Osmanlı İmperiyasına xəyanətinə, erməni qiyamlarının təşkilinə, türk xalqının qətlimında iştirakına görə.
Mkrtıç Xrimyan
Yaşadığı Rus İmperiyasında rus millətinin nümayəndələrinin qətlinin təşkilinə, din pərdəsi altında müsəlman dinindən olan insanların fiziki məhvinə çağırışlara görə.
Yepiskop Mesrop
Dünya siyasətinə “yataq anlaşması” kimi üzdəniraq, rüsvayçı bir təcrübənin gətirilməsinə, erməni qadınları lazımi adamların yatağına sürükləməsinə görə.
Erməni mədəniyyət xadimləri
Digər xalqların, əsasən də qonşu azərbaycanlıların minillik mədəniyyət nümunələrini oğurlayıb erməni xalqının adına saxtalaşdırmaları çabasına görə.
Andronik Ozanyan
Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirdiyinə görə.
Asatur Vaçyants
1918-ci ilin martında Bakı şəhərində yerli azərbaycanlılara qarşı təşkil olunmuş bolşevik-daşnak genosidinin təşkilatçılığında roluna görə.
Amazasp Srvantsyan
1918-ci ilin aprelində Azərbaycanın Quba uyezdində yaşayan çoxmillətli əhaliyə, o cümlədən yəhudilərə qarşı həyata keçirilən qətliamın əsas siması olduğuna görə.
Qaregin Njde
Sovet hakimiyyətinin ilk ilində çoxsaylı erməni kommunistlərinin öldürülməsinə, erməni gənclərini nasizm ideologiyası ilə zəhərləməsinə, 2-ci dünya müharibəsi dövründə faşistlərin tərəfində döyüşən Erməni legion yaratmasına görə.
Kirk Kerkoryan
Dünyanın ən böyük kazino inhisarçısı olduğuna, çox sayda evlər yıxdığına görə.
Eduard Qriqoryan
Azərbaycan Respublikasının Sumqayıt şəhərində erməni millətçiliyinin ən şərəfsiz aktına imza ataraq millətlərarası münaqişəyə od vurmaq üçün öz ermənilərini öldürməsinə, zorlamasına görə.
Telman Qdlyan
Sovetlər dönəmində özbək xalqını müstəntiq kimi “Pambıq işi” adlanan saxta bir işlə olmazın məhrumiyyətlərə düçar etməsinə görə.
Abel Aqanbekyan
Sonradan əksər SSRİ respublikasında millətlərarası münaqişələrin yaranmasına səbəb olan “Qarabağ problemi”nin ideoloqu olması səbəbindən.
Mento Melkonyan
Bəşər tarixində Xolokostla bir sırada duran bir qətliamın – Xocalı qətliamının əsas icraçılarından biri olmasına, Xocalı və Xocavənd bölgələrində tarixin min illik qədim izlərini, ən qədim tarixi abidələri yerlə yeksan etdirməsinə görə.
Zori Balayan
Yazıçı, ziyalı adına ləkə gətirərək həm birbaşa, həm də dolayısı ilə tarixdə hətta ən qatı quldurdan betər qanıçənlik missiyası yerinə yetirdiyinə görə.
Kim Qardaşyan
Porno industriyanı çiçəkləndirən, fahişəliyin leqallaşdırılmasına əmək sərf edən, əxlaq ehkamlarını uçurub dağıdan fəaliyyətinə görə.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
Bu gün “Baku Cinema Breeze” beynəlxalq film festivalı açılır
Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə ilk dəfə “Baku Cinema Breeze” adlı böyük film festivalı keçiriləcək.
Tədbirin açılış mərasimi bu gün - oktyabrın 2-də Heydər Əliyev Mərkəzində olacaq.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, "Baku Cinema Breeze" indiyədək ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcəklər.
Festival çərçivəsində şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platforma rolunu oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də təşkil olunacaq. “Omarket”in açılışı oktyabrın 3-də Heydər Əliyev Mərkəzində reallaşacaq.
Qeyd edək ki, festival müddətində Nizami Kino Mərkəzində, “CineMastercard Azərbaycan” kinoteatrında, “YARAT” Müasir İncəsənət Məkanında, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək və yerli ekosistemi bir çətir altında birləşdirməkdir.
“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayacaq.
Qeyd edək ki, audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
“Bir direktor, bir şagird” layihəsində Könül Məmmədli və Zeynəb Nəbiyeva
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
ŞAGİRD
Mən, Nəbiyeva Zeynəb Anar qızı 261 nömrəli məktəb-liseyin 10-cu sinfində təhsil alıram. 2017-ci ildən karate idmanının şotokan növü ilə məşğul oluram. 2019-cu ildə "OLYMPIC HOPES" yarışında 1-ci yerə layiq görülmüşəm.
2020-ci ildə Azərbaycan vado-kia karate -do klubunun uşaqlar ve yeniyetmeler arasında "Bilik Günü"nə həsr olunmuş yarışında 2-ci yerə, 2022-ci ildə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu illiyinə həsr olunmuş yarışda 1-ci yerə, 2022-ci ilde "Caspian Open" yarışında 1-ci yerə, 2023-cü ildə qara kəmərə layiq görülmüşəm. 2023-cü ildə "GRAND PRIX AZERBAYJAN" yarışında 1-ci yerə layiq görülmüşəm. 2023-cü ilin fevral ayında Birləşmiş Ərəb Əmirliyinin Fujeyra şəhərində keçirilən liqa çempionatında 2-ci yeri qazanmışam. 2023-cü ildə Moldovada keçirilmiş "Karate Tournament Bars Cup" yarışında şəxsidə 1-ci yer, komanda üzrə isə 2-ci yerə layiq görülmüşəm. 2024-cü ildən Dünya Avropa yarışlarına lisenziya qazanaraq Milli yığmanın üzvüyəm.
ESSE
İdman mənim həyatımda böyük və əvəzolunmaz bir rola malikdir. Aktiv həyat tərzi uşaqlıqdan bəri mənim gündəlik həyatımın ayrılmaz hissəsinə çevrilib. İdman mənim üçün yalnız fiziki fəaliyyət yox, həm də mənəvi güc, intizamlılıq və uğura gedən yolda motivasiya mənbəyidir. İdmanın bu günədək mənə nə qədər fayda verdiyini izah etmək istərdim.
İdman mənə sağlam həyat tərzinin vacibliyini öyrətdi. Gündəlik məşqlər sayəsində bədənim daha güclü və dözümlü oldu. Mən özümü daha enerjili və xoşbəxt hiss edirəm. İdman mənə sağlam qidalanmanın, lazımi dərəcədə yuxunun və düzgün istirahətin nə qədər vacib olduğunu öyrətdi. Bütün bu faktorlar bir-biri ilə sıx əlaqəlidir və idmanla məşğul olmaq mənim üçün bu əlaqəni dərk etməyə kömək etdi.
İdmanın mənə verdiyi ən vacib dərslərdən biri də intizam və özünəinamdır. Belə ki, məşqlərim zamanı qarşıma məqsədlər qoyur və onları əldə etmək üçün əlimdən gələni edirəm. Bu yanaşma yalnız idmanda yox, həm də həyatın digər sahələrində özünü göstərir. Məqsədlərə çatmaq üçün səbirli olmağı, özümü idarə etməyi və heç vaxt təslim olmamağı öyrəndim. İdman sayəsində öyrəndim ki, planın və iradən varsa, uğur qaçılmazdır.
Komanda-əsaslı idman növləri isə mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Komanda oyunları zamanı komanda yoldaşlarımla birgə işləmək, bir-birimizə dəstək olmaq və ortaq məqsədə çatmaq üçün əməkdaşlıq etmək mənə böyük təcrübə qazandırır. Bu, həyatın hər sahəsində vacib olan bir səriştədir. Komanda-əsaslı idman növləri mənə başqalarına qarşı hörmət, əməkdaşlıq və qarşılıqlı anlaşma fəlsəfələrini aşılayır.
Mənim üçün idman yalnız fiziki inkişaf deyil, həm də mənəvi inkişaf vasitəsidir. Hər bir uğur və ya məğlubiyyət mənə həyatda önəmli dərslər verir. Uğursuzluqlarım məni gücləndirir və gələcəkdə daha yaxşı olmaq üçün motivasiya verir. Uğurlarım isə məni qürurlandırır və daha böyük nailiyyətlərə çatmaq arzusunu artırır.
Sonda demək istərdim ki, idman mənim üçün yalnız bir hobbi deyil, həm də həyat tərzidir. O, mənim şəxsiyyətimi formalaşdırır, özümə olan inamımı artırır və həyatda uğur qazanmaq üçün vacib olan keyfiyyətləri aşılayır. Gələcəkdə də idmanla məşğul olub həm fiziki, həm də mənəvi inkişafımı davam etdirmək istəyirəm.
İdman həyatımın əvəzsiz və ayrılmaz hissəsidir.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
Ağlamaq, mənə elə gəlir ki, kədərin ən aşağı qatıdı... - SON DƏRƏCƏ KƏDƏRLİ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Ədəbi mühitdə adətən oktyabr ayına Cavidlər ayı deyirlər.
Çünki dahi Hüseyn Cavid ailəsinin üç üzvü - Hüseyn Cavid, Ərtoğrul Cavid və Turan Cavid məhz oktyabr ayında dünyaya gəlib.
Bu gûn onlardan birinin - Cavid ailəsinin 2000-ci illərə qədər yaşayıb fəaliyyət göstərmiş yeganə üzvü, ömrünü Hüseyn Cavid və Ərtoğrul Cavid irsinin toplanıb tərtib və təbliğ olunmasına və Cavidlər ailəsinin xatirəsini yaşadacaq ev muzeyinin yaradılmasına həsr edən, "fədakarlıq və mətanət mücəssəməsi", "Cavid xəzinəsinin qoruyucu mələyi" adlandırılan muzeyşünas, teatrşünas, mətnşünas Turan xanım Cavidin doğum günüdür.
Turan Rasizadə 1923-cü ildə oktyabr ayının 2-də Bakıda dünyaya gəlmişdir.
1937-ci ildə atası Hüseyn Cavid vətən xaini damğası ilə həbs olunmuş, 1939-cu ildə Sibirə - Maqadana sürgün olunmuşdur. Qardaşı Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq ordu sıralarına çağırılmış, lakin xalq düşməninin oğlu olduğu üçün cəbhəyə deyil Gürcüstana cərimə batalyonun işləməyə göndərilmişdir.
Orada ağır işlərdə çalışdığına görə ağciyər xəstəliyinə-vərəmə yoluxan Ərtoğrul Cavid bir müddət hospitalda müalicə olunmuş, həmçinin bu müddət ərzində müəyyən bəhanələrlə onun təxris olunması yubadılmışdır.
1943-cü ilin sentyabr ayında nəhayət ordudan tərxis olunan gənc dahi Əziz Şərifin vasitəsi ilə Naxçıvana gətirilmiş, noyabr ayında vəfat etmişdir.
Ərtoğrulun vəfatından sonra Turan xanım anası Mişkinaz xanımla birlikdə tək qalmışdır.
Mişkinaz Cavid bir çox "vətən xaininin" həyat yoldaşı kimi Akmola göndərilməsə də onlar yaşadıqları evdən çıxarılmışdılar.
Hələ yeniyetməlik çağlarından vətən xaininin qızı damğasına məruz qalmış, maddi və mənəvi, olduqca çətin bir həyat yaşamış Turan xanım 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil almış və 1950-1983-cü illərdə həmin institutda müəllim kimi fəaliyyət göstərmişdir.
O, Azərbaycanın ilk qadın teatrşünaslarından biri olmuşdur.
1968-ci illərdə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışmışdı. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləmişdi. Hüseyn Cavidin 1958-2004-cü illərdə nəşr olunmuş bütün kitablarının tərtibçisi Turan xanım olmuşdur.
O, heç vaxt ailə həyatı qurmamış bütün ömrünü Hüseyn Cavid və Ərtoğrul Cavid irsinin toplanıb tərtib və təbliğ olunmasına və Cavidlər ailəsinin xatirəsini yaşadacaq ev muzeyinin yaradılmasına həsr etmişdir.
Hüseyn Cavidin bütün əsərlərini toplamış, məhv edilən əsərlərinin bir qismini rejimdən gizlədilərək qorunub saxlanılan əlyazmaları sayəsində, bir qismini də əzbər bildiyi və yaddaşında qoruyub saxlaması sayəsində bərpa edərək latın əlifbası ilə nəşrini həyata keçirmişdir.
Turan xanıma çətin zamanlarında Üzeyir Hacıbəyovun, Əziz Əliyevin və Heydər Əliyevin böyük qayğısı olmuşdur.
O, 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 1997-ci ildə Hüseyn Cavid mükafatı laureatı, 2002-ci ildə Prezident təqaüdçüsü, 2000-2004-cü illərdə Dövlət Əfv Komissiyasının üzvü olmuşdu.
O, 2004-cü il sentyabrın 12-də 81 yaşında vəfat etmiş və Naxçıvanda Hüseyn Cavidin ailə məqbərəsində ailə üzvlərinin yanında dəfn olunmuşdur. Dahi Cavidin bir zamanlar dediyi kimi ölüm kimilərini ayrısa da kimilərini də birləşdirir. Eyni ilə Turan xanımı Cavid ailəsinin digər üzvlərinə qovuşdurduğu kimi.
Ruhları şad olsun!
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
Yaltadakı “Qaranquş yuvası” qəsri bizim neft puluna tikilibmiş -SƏYAHƏT
Aida Eyvazlı ilə Türk dünyasına səyahət rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Ağ Məscidədir. İndi bu şəhər Simferopol adlanır. Ordan da Yaltaya dönəcəyik.
Təkcə krımlıların ürəyində deyil, böyük Türk tarixində adı əbədiləşən Ağməsciddən danışaq. Əslində şəhərin tarixi skiflərin dövrünə qədər gedib çıxır. Bəzi mənbələrdə Ağməscid yurdunun yaşının 50 min il olduğu qeyd edilir. Bu gün rusların yenidən işğal etdiyi bu qədim türk torpaqları Sovet illərində Krım Muxtar Vilayəti kimi status aldı. Paytaxtı isə Simferopol şəhəri oldu.
Krım yarımadasını gəzmək üçün əslində bütün yollar paytaxt Simferopoldan keçir və buraya qayıdır.1944-cü il 18 mayda bir gecənin içərisində “vətən xaini” kimi Krımdan sürgün edilən Krım tatarları da dünyanın bütün yollarından gəzib keçdikdən sonra, 1985-ci ildən etibarən doğma ata yurdlarına köç etməklə, şəhərin dağlıq hssəsində və mərkəzində yerləşməyə başladılar. (Onların başlarına gətirilən fəlakətlər bir başqa mövzunun söhbətidir. Hələlik isə Krımımızı gəzirik).
Bir qayda olaraq, Krıma gələnlər mütləq Qara dənizin sahilində dincəlməyə üstünlük verirlər. İki əsrdən artıqdır ki, bu yarımada tursitləri qəbul etməkdədir. Krım Ukraynanın tərkibində olanda burada turizm çox yüksək səviyyədə inkişaf etmişdi. Simferopolun 37 kilometrliyində yerləşən Yaltaya trolleybusla 40 dəqiqəyə gedib çatmaq olur. Məcara axtaran turistlərin əksəriyyəti Simferopoldan yaltaya trolleybusla getməyə üstünlük verirdilər. Dolanbac dağ yolları və aşırımları ilə Yaltaya getməyin başqa ləzzəti var. Bu yolla irəlilədikcə yolun sol tərəfində Qara dəniz aydın görünür. Dağlarda isə ilin fəsillərinə uyğun olan gözəllik mənzərələrindən doymaq olmur. Əslində Krımı addım-addım gəzəndə bu yerlərin Azərbaycana nə qədər çox bənzədiyinin fərqinə varırsan. Krım yarımadası kiçik Azərbaycandır. Bizim ərazilərə çox bənzəyir.
Yaltaya gələn insanlar daha çox dənizin sahilində hündür qayalıqda yerləşən “Qaranquş yuvası” qəsrinə çıxıb, bu hündürlükdən Krımı seyr etməyə üstünlük verirlər. İçərisində onlarla filmlər çəkilən “Qaranquş yuvası”nın maraqlı tarixçəsi var. Bu gözəl və əsrarəngiz gözəlliyyə malik olan “Qaranquş yuvası” qəsri, sən demə, Azərbaycanın neft puluna tikilib. Bu haqda isə bizə Krım Azərbaycanlıları çəmiyyətinin sədri Rəhim Hümbətov danışdı. O dedi:
-Yaltada qala-saray kimi məşhur olan, qayanın 40 metr hündürlüyündə yerləşən “Qaranquş yuvası”ının indi 103 yaşı var. Lakin Krımın Yalta şəhərinin Qaspralı qəsəbəsində yerləşən Qaranquş yuvası 1873-cü ildə Yekaterina taxta oturandan sonra inşa edilib. Yaxın Avropa ölkələrindən buraya torpaq almaq üçün axışıb gələn tacirlərdən biri saray həkimi, həm də Yalta şəhərinin idarəçilik sisteminin üzvü Albert Tobin Qayaya sahiblənir, burada taxtadan ev tikir. Gəlib gedənlər, görənlər bu kiçik daxmanı “Qaranquş yuvası” adlandırırlar. Məlum olmayan səbəblərə görə, Tobin qayanın kənarındakı evini tacir Anna Raxmaninovaya satır. A. Raxmaninova öz dövründə Moskvada ən bahalı mülklərin sahibi kimi məşhurlaşmışdı. Aldığı mülklərdən yaxşı gəlir götürərərək, onları publik mərkəzlərə çevirə bilirdi. 1911-ci ildə isə səhhəti ilə əlaqədar olaraq, onun bahalı mülklərinə marağı azaldığından, həmin binanı Bakıda neft milyonçusu olan alman əsilli baron fon Ştenqeylə satır. Təbii ki, Ştenqeyl bu bahalı “Qaranquş yuvası”nı Bakıdan qazandığı neft pullarınn hesabına alır və dərhal orada bərkitmə, bərpa və yenilənmə işləri aparır. Buna görə əsil adı Avrora qayası olan bu yerə Moskvadan modernist-memar Leonid Şervudu dəvət edir. Şervuddan qəsri qotik üslubunda tikməsini xahiş edir. Şervud öz növbəsində Fransada məşhur memar Oqyust Rodendən dərs almışdı. Ona görə də həm məkanın, həm də ətraf aləmin gözəl təbiətini və mənzərəsini nəzərə alan istedadlı memar burada nadir sənət nümunəsini yenidən yaradır. Bu pilləkənli kompozisiya kiçik ərazidə yerləşsə də, fundamentin eni 10 metr, uzunluğu isə 20 metr olur. Binanın hündürlüyü isə 12 metrdir. Memar qalanın içərisində dəhliz, qonaq otağı, ikinci mərtəbəyə-- qülləyə qalxan pilləkənlər və iki yataq otağı tikməklə bu möcüzəli sənət əsərini tamamlayır. Mülkün ətrafında isə balaca bağ salır. Zatən Krımın torpağı o qədər məhsuldardır ki, burada nə əksən bitir. Balaca qəsrin gözəlliyinə heyran olan baron fon Ştenqeyl memardan zəhmət haqqını əsirgəmir. Onu müxtəlif hədiyyələrlə də mükafatlandırır. Artıq 1914-cü ildə ildə köhnə daşlardan tikilmiş balaca daxmanın yerində möhtəşəm bir qəsr dayanmışdı. Qəsrin sahibi bu sevinci çox yaşamır. 1914-cü ilin 28 iyulunda başlanan birinci Dünya Müharibəsinə görə alman əsilli neft milyonçusu Rusiya İmperiyasının hüdudlarını tərk etmək məcburiyyətində qalır. “Qaranquş yuvası”nı isə tez-tələsik rus taciri və xeyriyyəçisi Pavel Şelaputinə satır.
1927-ci ildə Yaltada güclü zəlzələ olur. Dənizdə zəlzələnin gücü 9 bala çatır. Qaranquş yuvasının qarşısındakı bağ uçulub Qara dənizə tökülür. Məşhur krımlı rəssam İvan Konstantinoviç Ayvozovski də “Doqquzuncu val” rəsm əsərini bu tufandan sonra çəkir.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanınəsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, Kamal Abdullanın qranulaları:
1.
Yağışlar yağar Allaha sarı,
Yağışlar yağar dərgaha sarı,
Yağışlar yağar üzüyuxarı
Üzüaşağı yağmaz yağışlar.
2.
Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər tinində yaddan az qala çıxmaq istəyən, amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır.
3.
Dədə Qorqud: “Ol qızın üç canavər qalınlığı, qaftanlığı vardı.” Qanturalı Sarı donlu Selcan xatuna yetişmək üçün üç vəhşi heyvana qalib gəlməli idi. Vüsala bundan sonra yetişmək, qaftanları bir-bir çıxarmaq mümkün olardı. Azərbaycan ədəbiyyatının ən parlaq metaforası!
4.
“Vaxt gələcək ağrımız örtüləcək çiçəklə,
Bütün yaralarımız yenidən bitişəcək.
Hər şey qurtaracaqdır xoşbəxt bir gələcəklə
- Soldu nar çiçəkləri, indi nar yetişəcək.”
5.
“Kitabi-Dədə Qorqud”da Bəkil oğlu İmranın həlak etmək istədiyi kafir ondan soruşur: - Yigit, aman. Sizin dinə nə derlər? Dininə girdim. Yaxud başqa bir boyda Uruz yaxınlaşmaqda olan yağı barədə atasına sual edir: - Yağı nəyə derlər, baba? Yenə də bir başqa boyda Dəli Domrul Əzrayıla sorur: - Ya bəs can verən, can alan Allah taalamıdır? Bütün bu “sadəlövh suallar” bu gün ən azından təbəssüm doğursa da, əslində, hadisələrin cərəyan etdiyi vaxtın çox uzaq qədimliyə aid olduğunu göstərir. Belə ki, bu suallar yarandıqları vaxt müstəqim şəkildə verilir və anlaşılırdı.
6.
Qəti hökmlərə ehtiyatla yanaşmaq lazımdır. Onların gözlənilməz keçmişləri ola bilər.
7.
Ciddi arxeoloqlar deyir ki, Şliman, əslində, Troyanı yox, tapmaq istədiyini, yəni, arzu etdiyini tapmışdır.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 30.Nə etməli?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
30.
NƏ ETMƏLİ?
Mənəvi-əxlaqi dəyərlər aşılamasını və harmonik şəxsiyyətin formalaşmasındakı rolunu və əhəmiyyətini, tibbi baxımdan oxumağın insan psixologiyasına və səhhətinə müsbət təsirlərini nəzərə alaraq mütaliəni vərdişə çevirmək lazımdır. Bu işdə yaşlılar uşaqlar və gənclər üçün nümunə olmalıdırlar. Çünki uşaq və gənclərin təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir.
Bilmək lazımdır ki, uşaq və gənclərin mütaliəsi onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Uşaqlıqda və gənclikdə oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və onun sonrakı inkişafına təsir göstərir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin də məsələyə baxışı diqqət çəkir. O yazır:“Oxunan səhifələrin sayının çoxluğu kimsənin yaxşı oxucu olduğunu göstərməz. Oxumaq yazılı sözləri tanıma, sözlərin mənalarının nə olduğuna qərar vermə və bu sözlərin mənalarının dərk edilməsi kimi bir çox bacarığı tələb edən olduqca kompleks bir əməliyyatdır. Çoxdan sübut edilmişdir ki, adını oxuduğu obyektin nə olduğunu bilən insan oxuma və anlamada daha sürətli olur.
Sürətli oxu səmərəli mütaliənin əsas şərtlərindəndir. Bunun üçün oxucu fasilələrlə oxuya, "sözləri deyil, fikirləri görməyə" (yəni tək - tək sözləri deyil, söz qruplarını oxumağa), səhifə ilə (monitorla) göz arasında normal məsafə saxlamağa və səhifəyə dikbucaq altından baxmağa, yalnız gözlərdən istifadə etməyə, nə oxuyacağını və necə oxuyacağını əvvəlcədən müəyyən etməyə, oxu texnikası qaydalarına əməl etməyə çalışmalıdır. Ənənəvi qiraət zamanı dərkolunmanın (qavramanın) dərəcəsi 60 %, sürətli qiraətdə isə 80 % təşkil edir. Orta qiraət bacarığı (və ya adəti) olan insanın gözləri bir kitab sətrində 12-16, sürətlə qiraət edənin isə 2-4 duruş edir. Sürətli qiraət zamanı gözlər yavaş qiraətə nisbətən daha az yorulur.
Hazırda həyatımıza elektron kitablar və elektron mütaliə də daxil olmaqdadır. Birmənalı olaraq bunu rədd etmək və qarşı çıxmaq mümkün deyil. Amma bir məsələ var ki, bu gün heç də bütün kitabların elektron versiyası yoxdur. İnternet olmayan kəndlər var. Ən vacibi şair S.Rüstəmxanlının da dediyi kimi, elektron kitablar və elektron mütaliə heç vaxt ənənəvi kitabı və ənənəvi mütaliəni əvəz edə bilməz. “Ənənəvi formada kitab oxumağa üstünlük verənlərin bir sıra tutarlı dəlilləri var. Onlar kitabla fiziki təmasdan, kağızın qoxusundan, vərəqlərin çevrilməsindən, sətirlərin altından xətt çəkib qeydlər aparmaqdan, səhifə kənarlarını qatlamaqdan, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqədən və bu zaman yaranan atmosferdən zövq aldıqlarını bildirirlər. Hətta araşdırmalara görə, yaponlar uşaqlarına hələ körpə vaxtlarından kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiri ilə mütaliəyə meyillənsinlər.
Neyrobioloqlar da bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, hətta kitabın üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır”.
Hər nə olsa da, elektron kitablardan və elektron mütaliədən imtina düz deyil.
İstər ənənəvi, istərsə də elektron mütaliədə kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, düzgün kitab seçimi mütaliədə əsas şərtdir ki bu barədə də əvvəlki bölümlərdə geniş bəhs etmişdik.
Növbəti: 31.Gənclər heçmi kitab oxumur?
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
Şəhidlər barədə şeirlər - Famil Həsənzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Famil Həsənzadə
Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Famil Həsənzadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruh içində ruh igid,
Can içində can oğul,
Səni salamlayıram,
İgid, qəhrəman oğul.
Şəhidlik zirvəlikdə,
Dağlara tən olurmuş.
Torpağa qan damanda,
Torpaq vətən olurmuş.
Şəhidlər də vətən tək,
Müqəddəsdir, əzizdir.
Şəhid qanı və ruhu,
Səma kimi təmizdir.
Təmizliyin, paklığın,
Sağın, solun mübarək.
Beyləqandan Şuşaya,
Zəfər yolun mübarək.
Bu vətən sən adlıdır,
Sən də vətən adlısan.
Füzuli, Zəngilansan,
Cəbrayıl, Qubadlısan.
Əbədisən bu xalqa,
Ocaq kimi, pir kimi.
42 gün döyüşdün,
Gizir komandir kimi.
Düşməndən təmizlədin,
Neçə rayon, dağ, kəndi.
Tanrıya çatdığın yer, -
Şuşanın Sığnaq kəndi.
Adına tarix üstə,
Fərmanlar yazılacaq.
Sənin tək oğullara,
Dastanlar yazılacaq.
Yazılacaq vətənin,
Ürəyinə hər şəhid,
Səni salamlayıram,
Qələbə, zəfər şəhid.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
“İstikbalimizin İstiklali” - Ayşe Nur Sivri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“İstikbalimizin İstiklali”
Ayşe NurSivri
Kara bulutlar sarmış çepeçevre her yanı. Fırtına üstüne fırtına kopmuş, taş üstünde taş kalmamıştır. Bu hengameden kurtulan hâlâ umutla bakan yüzlerce çift göz. İşte o umutları yeşertecek adeta çöl topraklarına düşen su misali bir ışık gerekliydi. Bu ışık öyle bir ışık olmalıydı ki, coşkunun, hürriyetin, esaretin bitişinin timsali olmalıydı.
Sene 1921. Savaştan yeni çıkmış, yoksulluğun, acının, yasın dibine vurmuş, lakin başı her daim dik olan bir millet. Her evde, her yürekte cayır-cayır yanan ateş, gözlerde yaş vardı; ama dilde tek bir kelime, o da “hürriyet”. Bütün bu acının, kederin tek bir devası olabilir ancak. Cephedeki şehit ataların, gözü yaşlı feryat eden anaların, daha körpecik dulların, beşikteki biçare yetimin asla boyun eğmeyeceğinin ve ilelelbet de böyle olacağını anlatan bir marş. Kanla sulanmış topraklarıma yaraşır, mavi göklerin ay yıldızına sevda olacak bir marş.
Günler geçer. Yüreğinde yalnız Allah ve vatan aşkı olan bir şair geliverir. Sırtında bir paltosu bile yoktur. Yardıma muhtaçtır, ama onun umurunda mı ki? “Vatan olmadan elde neyleyim malı-mülkü?” der. Tacettin Dergahı’ndaki küçük odasına çekiliverir usulca. Aklında tek bir düşünce vardır: Hürriyet.
Mart ayıdır. Akif’in kalbine nakşeden vatan sevdası kaleminden süzülür âdeta bir inci tanesi edasıyla. “Korkma!” diye başlar insanı hayran bırakan mısralarına. Lakin bir sorun baş gösterir. Kaleminin mürekkebi bitmeye yüz tutmuştur. Peki durabilir mi? Yarım kalabilir mi bu büyük aşk? Kim, ne engel olabilirdi? Aldı ellerine çiviyi, kazıdı dergâhın duvarlarına bir-bir mısraları. Çok sürmeden bitmişti kendine hayran bırakan o mükemmel şiir.
Meclis’te herkes heyecan içinde beklemekteydi. Coşku ve gururla haykıra-haykıra defalarca kez okundu “İstiklâl Marşı”. Umutla bakan o başı dimdik millete en güzel armağanı vermişti yüce gönüllü insan. Ondan başka kim yazabilirdi ki, milletin ruhunu yansıtan bir marşı? Elbette ki, kimse! Artık bir marştan öteydi. Ay-yıldızın sevdası, ağlamaktan göz pınarları kurumuş anaların feryadı, yetim kalan yavrumun ışığıydı. Şehit olan on beş yaşındaki atalarımın verdiği mücadelenin simgesi idi. Şehitlerimize “sizleri unutmadık, unutmayız” demenin bir başka şekliydi İstiklal Marşı.
“Garbın afakını sarmışsa çelik zırhlı duvar,
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusun, korkma! Nasıl böyle bir imanı boğar
“Medeniyet!” dediğin tek dişi kalmış canavar?!”
Özgürlüğü, iman gücünü her bir dizesine en güzel hâliyle işlemiş güzel insan. Sarsa da dört yanımızı düşman, yıkamaz yüzlerce gönüldeki köklü imanı. Biz Türk milletiyiz, aç yatarız, yeri gelir susuz kalırız; ancak Vatan olmadan yaşayamayız. Kanla sularız bu topraklarını, ama veremeyiz. İşte kazanılan bu destansı zaferin yüreğimize perçem-perçem işlenmiş hâlidir “İstiklal Marşı”.
Şiirlerini bir araya getirdiği “Safahat”ına “İstiklâl Marşı”nı dahil etmez. “O, Türk milletine aittir” der. Sözlerine devam eder yüce gönüllü insan: “Allah bu millete bir daha “İstiklal Marşı” yazdırmasın.” O günden bu yana hepimizin yüreğine nakşedildi bu sözler. Bize düşen ise bu duaya iştirak etmektir, asırlar boyu atalarımızın kurup, canla-başla koruduğu, uğruna şehit olduğu bu Vatanı korumak, mavi gökte al bayrağın gölgesinde marşımızı başı dik bir şekilde söylemektir.
“Dalgalan sen de şafaklar gibi, ey şanlı hilal!
Olsun artık dökülen kanlarımın hepsi helal!
Ebediyen sana yok, ırkıma yok izmihlal,
Hakkıdır hür yaşamış bayrağımın hürriyet!
Hakkıdır Hakk’a tapan, milletimin İstiklal!”
Bu Vatan kolay alınmadı. Binlerce neferin kanı ile sulanmadık bir tek kara parçası dahi yoktur. Verilen bu zorlu mücadelenin hakkını ödemek mümkün değil. Çiğnetmedi atalarımız, çiğnetmez de torunları bu kutsal toprakları.
Şehit olan binlerce askerimizi ve gönüllere taht kuran şairimiz Mehmet Akif Ersoy’u rahmetle ve minnetle anarım. Allah hepsinden razı olsun.
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)
Romina Pauer, Stinq və Levitan
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün 2 oktyabrdır.
Bu gün dünyaya gəlmiş məşhur mədəniyyət xadimləri kimlərdir? Buyurun.
ROBERT MİXANOVİÇ
Xorvatiya mədəniyyəti tarixində ən ünlü simalardan biri, Yuqoslaviya heykəltəraşlığının banisi.
1872-ci ildə Zaqrebdə dünyaya gəlib, 1940-cı ildə orada da vəfat edib.
ROMİNA PAUER
Bu ad ola bilsin hər kəsə tanış deyil, amma onun oxuduğu Feliçita mahnısı A-dan Z-yə, 7-dən 77-yə hamıya tanışdır. Bu italiyalı xanım müğənni həyat yoldaşı Al Bano ilə möhtəşəm mahnılar ifa edərək yaddaşlara həkk olunub. Həm də aktrisa, rəssam olan Rominanın bir üstünlüyü də gözəlliyi idi.
1951-ci ABŞ-da, Los-Ancelesdə dünyaya gəlib.
SİYAVUŞ MƏMMƏDZADƏ
Əməkdar İncəsənət Xadimi, şair, tərcüməçi.
Xüsusən rus dilinə mükəmməl tərcümələri var.
1935-ci ildə Bakıda anadan olub, 2022-ci ildə orada da vəfat edib.
STİNQ
Əsl adı-soyadı Qordon Metyu Tomas Sammer olan məşhur ingilis müğənnisi, həm solo ifaları, həm də “Thr Police” qrupundakı solistliyi ilə dünyada tanınıb və sevilib. Qremmi mükafatçısıdır.
1951-ci ildə Uollzenddə doğulub.
TEYMUR KƏRİMLİ
Akademik, tanınmış ədəbiyyatşünas, yazar, Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru.
1953-cü ildə Ordubad rayonunda dünyaya gəlib.
TURAN CAVİD
Dövlət Teatr Muzeyinin direktoru, Hüseyn Cavidin Ev museyinin yaradıcısı və rəhbəri, Hüseyn Cavidin qızı.
1923-cü ildə Bakıda anadan olub, 2004-cü ildə orada da vəfat edib.
YURİ LEVİTAN
İnanılmaz səs tembrinə malik sovet diktoru. Xüsusən İkinci Dünya Müharibəsində müharibə xəbərlərini çatdırması ilə məşhurlaşmışdır, onun səsini milyon səsin içindən asanca ayırd etmək olur.
1914-cü ildə Vladimirskdə anadan olub, 1983-cü ildə Moskvada vəfat edib.
Allah bütün vəfat edənlərə rəhmət eləsin, sağ olanlara cansağlığı versin!
“Ədəbiyyat və incəsənət”
(02.10.2024)