Super User

Super User

Uzun illər səhnələrdən uzaqda olan İbrahim Tatlisəs özünün ilk xarici konsertini 12 il sonra dünən axşam Belarusun paytaxtı Minskdə mehmanxanada keçirib. İki saatlıq konsertdə İbrahim Tatlisəs tamaşaçıları həyəcanlandırıb.
“Huriyyet” qəzetinin yazdığına görə, “Yalqızam, dostlarım", "Mənim bəbəyim” və  “Mavi, mavi" kimi klassik mahnılar ifa edən İbrahim Tatlisəs səhnədə sevənlərini xoşbəxt edib. İki saata yaxın davam edən proqramın aparıcısı Mehmet Ali Erbil olub.
Tatlisəs izləyicilərinə deyib: "Hər gün Allaha dua edirəm. Mənə səhvlərimi düzəltməyə bir şans verməsi üçün dua edirəm. Başıma gələn o pis olaylar mənə çox təsir etdi. Tarix məni çox dəyişdirdi. İndi hər şeyi daha aydın görürəm. Mən daha pozitiv  bir insan oldum. Ailəmlə, uşaqlarımla, dostlarımla və mahnılarımla yaşlanmaq istəyirəm", - deyə o bildirib.

“Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkün, deputatlar Pərvin Kərimzadə və Müşfiq Cəfərovun, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncənin Cavadxan küçəsi boyunca təşkil edilən ümumşəhər tədbiri Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri” və digər musiqi kollektivlərinin çıxışları izlənilib.
Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və İncəsənət məktəbləri, habelə Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işləri sərgilənib.
“Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri nümayiş etdirilib, Gəncə Dövlət Kukla Teatrının kollektivi tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” nağılı təqdim olunub. Bununla yanaşı, Gəncə idmançılarının şahmat, ağırlıqqaldırma, güləş və digər növlərdə çıxışları izlənilib.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Sonra Gəncə Dövlət Filarmoniyasının önündə konsert təşkil olunub.
Gəncə Urban Mərkəzində “Gəncəsənət” və “GəncəKitab” sərgi-satış yarmarkası da keçirilib. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılıb.
Sonda Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə reallaşan “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq satış-sərgi yarmarkasının keçirilməsində əvəzsiz dəstəyinə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.
Sərginin bağlanış mərasimində günün qonağı yazıçı Toğrul Mehdi olub, həmçinin musiqili qonaqlar dəvət olunub, Xalq artisti Miri Yusif çıxış edib.
Qeyd edək ki, beş gün davam edən VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunub. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak ediblər. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.
Həmçinin sərgidə xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunan, Qarabağın tarixini və mədəniyyətini əks etdirən kitablar, jurnallar və digər çap məhsulları xüsusi yer tutub. Sərgiyə təşrif buyuran hər bir şəxs bu mövzularda olan nəşrlərə diqqət yetirib, şanlı tariximiz, qədim mədəniyyətimizlə bu kitablar vasitəsilə tanış olublar.
İştirakçılar tərəfindən sərgidə satışa çıxarılan bütün kitablara böyük endirimlər edilib. İştirakçılar üçün 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilib.
Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuların nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanışlığını, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Xatırladaq ki, pandemiyadan əvvəl iki ildən bir baş tutan sərgi bundan sonra hər il keçiriləcək.

Monday, 11 October 2021 08:41

“Azərbaycanda kitab dekadası dövrü”

Azərbaycanın əməkdar jurnalisti, tanınmış və sevilən ziyalı Qulu Məhərrəmli Bakıda keçirilən kitab sərgilərinin əhəmiyyətindən bəhs edərək söyləyib:
-Oktyabr ayının ilk ongünlüyünü Azərbaycanda KİTAB DEKADASI dövrü adlandırmaq olar. Bu dekada çərçivəsində Bakı Ekspodakı beynəlxalq kitab sərgisində görkəmli tarixçi Əkbər Nəcəfin yeni çap olunmuş “Şəmsəddin Eldəniz” (Altun kitab, 2021) kitabının təqdimatı əsl bilik bayramına çevrildi. Tarixə yeni baxış, naşirlərin kitab işinə peşəkar yanaşması, gənclərin kitab və millət sevgisi məni çox duyğulandırdı…
 Hesab edirəm ki, həm Ekspodakı, həm də Bakı İdman Oyunları sarayındakı beynəxalq sərgi və milli satış-sərgisi kitabı insanlara daha bir addım yaxınlaşdırdı. Artıq kitaba soyuqluq aradan qalxır, kitab sərgilərdən məktəblərə, evlərə, oradan da insanların şüuruna, həyat və düşüncə tərzlərinə yol açır. Buna yalnız sevinmək, təşəbbüsçülərə və təşkilatçıkara “sağ ol” demək lazımdır.

“Sənə inanıram” teleserialı ilə məşhurlaşmış sevilən aktyor Ruslan Sabirli yeni serialda əsas rol alıb. Söhbət “Coşqun Dəniz” serialından gedir. Aktyor öz sosial media hesabında iddia edir ki, yeni serialda canlandırdığı obrazı da tamaşaçılar “Sənə inanıram”ın Həmidi qədər sevəcəklər.
O yazır: “Sənə inanıram”ın Həmidindən sonra “Coşqun Dəniz”in Coşqununu da səvəcəksiniz.”
Serialda Coşqun obrazını canlandıran Ruslan Sabirli ilə yanaşı digər baş rolu - Dənizi Səhər Əkbər oynayır.
Dəyərli oxucular, sizinlə yeni serialın vaxtını paylaşmaq istəyirik. “Coşqun Dəniz” serialı sabah - 12 oktyabr 19:00-da Space TV kanalında start götürəcək.
Yaradıcı komandaya uğurlar, tamaşaçılara isə xoş seyrlər arzulayırıq.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc yazar Sevinc Yunuslu ilə  Mədəniyyət Komitəsində görüşüb, onu ilk şeirlər kitabının çıxması münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Q.Paşayeva S.Yunusluya Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
S.Yunuslu gənc yazarlara, ümumən  yarıdıcı insanlara göstərdiyi diqqət üçün Komitə sədrinə təşəkkür edib, ilk şeirlər kitabını onunçün imzalayıb.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalının yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məlumdur ki, telekanalın uğurlu fəaliyyətinin vacib göstəricilərindən biri də onun internet platformasında mövcud olan müxtəlif sosial şəbəkələrdəki auditoriyasının baxış sayıdır. Məhz bu səbəbdən də hazırlanan verilişlərin populyarlığı artdıqca, telekanalın yutub platformasındakı “CBC TV Azerbaijan” kanalının Top 10-luğu yaradılıb.

1. “Это Азербайджан”
2. “Служу Родине”
3. “Артефакты Кавказа”  
4. “Актуально сегодня”
5. “На этом точка”
6. “Экономика дня”
7. “Специальный выпуск”
8.”Белые пятна истории”,
9.“English News”
10.“Глобальная дискуссия”

Həmin Top 10-luğun ilk pilləsində, 80 video və 16 min 60 izləyicisi olan “Это Азербайджан” verilişi yerləşir. Verilişdə Azərbaycan və onun tarixi-mədəni irsindən bəhs edilir. Verilişin müəllifi və aparıcısı CBC telekanalının kəşf etdiyi potensiallı kadrlardan biridir. O, telekanalda əvvəl səs rejissoru kimi fəaliyyətə başlayıb. Daha sonra fərqlənməyi bacardığı üçün hazırda müxbir – aparıcı kimi fəaliyyətini davam etdirir.
İkinci yerdə 32 videosu və 14 min 374 izləyici sayı ilə, hərbi-vətənpərvərlik mövzusuna həsr olunan, ölkəmizin hərbi gücünü nümayiş etdirməyə xidmət edən “Служу Родине” verilişi yerləşib.
Üçüncü pillədə, Azərbaycanın arxeoloji və tarixi abidələrinə həsr edilən “Артефакты Кавказа” adlı veriliş durur. Verilişin yutub platformasında cəmi 14 buraxılışı mövcud olsa da, onların baxış sayı artıq 12 min 505-ə çatıb. 529 videosu və 11 min 75 izləyicisi olan “Актуально сегодня” adlı ictimai-siyasi veriliş isə TOP 10-luğun dördüncü pilləsində yer alıb. Onun ardınca 179 buraxılış videosu və 9 min 613 nəfər izləyici sayı ilə “На этом точка” siyasi analitik veriliş, 9 videosu və 8 min 599 baxış sayı ilə iqtisadi mövzulara həsr edilən “Экономика дня”, 760 buraxılış və 7 min 659 baxış sayı ilə “Специальный выпуск” adlı analitik veriliş, tarixi hadisələrə həsr olunan “Белые пятна истории”, həmçinin ingilis dilində xəbərlər - “English News” və 5 min 783 izləyicisi ilə 10-cu yerdə dünyada baş verən prosesləri müzakirəli əks etdirən “Глобальная дискуссия” verilişi gəlir.
Məqsəd hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün operativ və keyfiyyətli formada informasiya təqdim etməkdir.

Ankara şəhərində tanınmış türkiyəli telejurnalist Fulya Öztürkün 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən bəhs edən “Fulya” filminin qala gecəsi keçirilib.
AzərTAC-ın Türkiyə müxbiri xəbər verir ki, qala gecəsində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də filmin baş qəhrəmanı Fulya Öztürk iştirak edib.
Film Vətən müharibəsi ilə bağlı həqiqətlərin media vasitəsilə dünya birliyinə çatdırılmasında Fulya Öztürkün fəaliyyəti əsasında çəkilib.
Müharibə kadrları və çəkilişlər Gəncə, Bərdə, Tərtər, Ağdam və Şuşada aparılıb. Böyük zəfərə aid kadrlar isə Bakı şəhərindəki izdihamlardan götürülüb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, Ordumuzun qəhrəmanlığı, eləcə də işğalçı Ermənistanın mülki əhalimizi hədəf alması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb. Bu prosesdə telejurnalist Fulya Öztürkün reportyorluğu ilə “CNN Türk” telekanalının rolu adıçəkilən filmdə əksini tapır.

Storyfox insan təəccübünə səbəb olan fotolar təqdim edib. Onların ən aktuallarını oxucularımıza təqdim edirik. Hamısı həvəskarlar tərəfindən lentə alınıb və real fotolardır. Yəni ki, heç bir quraşdırıımış səhnə yoxdur.

1-ci foto.
“Dimdik qayaya çıxan cəsur”


Bu gün VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində  növbəti imza mərasimi “Azərkitab - kitab mərkəzi”nin stendində baş tutdu. Yazıçı və motivasiya spikeri, Azərbaycanın Rəsul Rza mükafatı, Ukraynanın Müqəddəs Georgi ordeni, habelə Rusiyanın Fyodr Dostoyevski medalı laureatı Əlibala Məhərrəmzadə çoxsaylı oxucuları üçün kitablarını imzaladı.
Ötən il işıq üzü görən və ədəbi cameədə olduqca yüksək qiymətləndirilən, Bakı nəşrindən əlavə Moskvada da nəşr olunan və hazırda Özbəkistanda nəşriyyat hesabına çıxmağa hazırlanan “Çovdar çörəyi” dramı, eləcə də Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də çıxaraq böyük oxucu auditoriyası qazanmış “Ev tapşırığı. Uğur düsturunu tapmalı” motivasiya kitabı imzalanan kitablar arasında çoxluq təşkil edirdi.
Yazıçı oxucuları ilə yaradıcılığı ilə bağlı planlarını da bölüşdü, sualları cavablandırdı.
“Kitablarım insanlığın əsaslarını başa düşmək, onu anlamaq üçün bir vasitədir. Onlar daha doğru yaşamağın yolunu göstərir. Əminəm ki, kitablarımda oxucularım çox suallara cavab tapa biləcəklər” deyə yazıçı tədbir zamanı öz yaradıcılıq leytmotivini izah etdi.
Xatırladaq ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işini sabah yekunlaşdıracaq.

Fotolar imza saatının müxtəlif anlarını əks etdirir.
Fotoların müəllifi: Samir Əhədovdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.