
Super User
TMİF XƏBƏRLƏRİ - Aktotı Raimkulova YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Fondun 2024-сü il ərzində həyata keçirilmiş layihələri, gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Fond ilə səmərəli əməkdaşlığı xüsusi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Qızlar əmanətdir məlakələrdən” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
Mənim ağ ilanım
yuxuda ag ilan xeyrə yozulur,
ag ilan olan ev, ocaq sayılır.
ömrümə ag ilan gələndən bəri
qəlbim sirr içində alışıb yanır.
mənim ağ ilanım - bir ag qızıl gül,
ətri ətirlərin ən ilahisi.
getsəm yer üzünün hansı yanına,
mənim qulağımda tək onun səsi.
mənim ağ ilanım mehriban, gözəl,
məlakə ruhludu, ruhlar ruhudu.
heyif, aramızda cəpərlər qalxıb,
hər tikan qəlbimin min-min ahıdı.
əsrlər kecəcək, mənim qəbrimin
yanına gələnlər bir ağ ilanı,
görsələr astaca sürüşdü, itdi.
Hərənin bir yerə gedər gümanı...
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
Sən haqqa aşiqisən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə.
Üzündən birçəyi tez ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
Ilham pərisi
...tarixin ən gözəl günlərindən biri
“Şəbü-hicran” qəzəlinin yarandığı gündü...
həmin gün nələr olubsa tarixdə
bu şeirdən sonra gəlir...
kim idi o vədə Füzuli ruhunu
göy üzünə kökləyən,
qəlbini üzən gözəl?
bu ilahi sözləri
bu ilahi nizamla
düzən gözəl...
...bu dünyadan gedə bilməz
o gözəlin ruhu...
hansısa çiçəyin, göy üzünün
gözəliyindən boy verir indi
onun ruhu...
aman, aman!
mən inandığıma inan,
o gözəlin nuru içindəsən...
o gözəldən də gözəlsən...
“Şəbu-hicran” dan da gözəl
şeir yazdıra biləsən...
qızlar əmanətdir məlakələrdən
insanlar hələ
doğulan qız uşaqlarının
məlakələrdən onlara
bir əmanət olduğunu bilmir...
məlakə tək böyütmək əvəzinə
min oyun açırlar
o körpələrin başına...
düşürlər məlakələrin qarğışına.
elə ona görə də yer üzünün
üzü gülmür...
Dəniz kənarında bir qız...
Dəniz kənarında tənha, tək, titrək,
Bir gözəl gənc qız, pəjmürdə, kövrək,
Gələn ağ gəmini seyr eyləyərək
Suallar əlində bilmir neynəsin...
Suallar əlində bilmir neynəsin,
Bilmir öz halını kimlərə desin,
Əlvan çiçəklərdən kömək istəsin?
Qoşulur səmada ağ buludlara...
Qoşulur səmada ağ buludlara,
Bilmir tale onu aparır hara,
Istəyir sirrini desin sulara
Görür batıb səsi, dillənə bilmir.
Görür batıb səsi, dillənə bilmir,
Ömrünün illərin düşünür bir-bir,
Unudub hər şeyi, nə olub? Bilmir,
Gəmi yaxınlaşır, aparsın onu.
Gəmi yaxınlaşır, aparsın onu,
Əynində alova dönür al donu,
-Allahım, nolacaq bu işin sonu?
Düşünə-düşünə dua eyləyir.
Düşünə-düşünə dua eyləyir,
Ruhundan, qəlbindən kömək diləyir,
Ruhu öz hökmünü ona söyləyir,
Qəlbi arzularla, ümidlə dolu...
ahəng içində
...sevgilim bir gözəldi,
bəşər övladı deyil !
mən onu vəsf elədim,
dedilər, -“ röyadı”,
deyil...
dünyanın zərrəsində
əks olunur dünya özü...
dünyada heç bir zərrə
sadəcə, adi deyil...
qəlblərdən doğan işıq
aləmdəki işıqdırmı?
İlahinin bir sirridi,
işıq onun adı deyil.
bir ahəngin içindədi
bu yer üzü, bu göy üzü,
dünya özü...
o ahəngi duya bilmək
bir qismətdi,
sadə deyil.
Qəşəmoğlu!
dediyin hələ nədi?
çox cüzidi,
damlanın milyonda biri,
hələ o ifadə deyil !
Uzaqlardan gələn gəmi
Oyatma yatan qəlbimi,
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər,
Uzaqlardan gələn gəmi.
Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...
Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.
Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.
O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
BİR ŞAİR, BİR ŞEİR -Ağrının simptomları
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Ağrının simptomları məlumdur da. Sancı, narahatçılıq, kəskin həmlə… Bəs ədəbiyyatda o necə təcəssüm olunur? Onda lütfən bu şeiri oxuyun.
Bəlkə göz yaşlarım bir savab olar
Susuz qalan uşaq içəndən sonra.
Bizim aramızdan su keçsə nolar...
O boyda dəryalar keçəndən sonra.
Heçnələr dəyişir bəzən hər şeyi,
Onda gözüm baxmır, danışmır dilim.
Mənə “Yüz yaşa” yox, “Düz yaşa” deyin
Deyin ki, dayanım, yaşaya bilim.
Günəş sən gedəndən olubdur dəli,
Ora-bura qaçır, gəlməyir ələ!
Mən sənə “Günaydın” söyləməyəli,
Günün aydın olur?
-De görüm hələ...
Ayrılıq bir fildir, eşq qarışqadır
Ayrılıq eşq üstə minib elə bil.
Ya məni yaradan Tanrı başqadır,
Ya səni yaradan Tanrı, o deyil...
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Şahmat – ƏLİ ÇAĞLANIN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizlərə Təbrizdən öz salamlarını yetirir və öz yeni hekayəsini təqdim edir.
Bəzən hündür bədbəxtliklərə məğlub olmayan xoşbəxtlikləri unuduruq. Qalib gəldiyimiz anları yaddaşımızın köhnə kolleksiyalara aid olan zirzəmisinin küncünə buraxırıq. Sonra onların toz basıb köhnəldiyini bilib-bilmədən götürürük, qolumuzun uzandığı qədər tullayırıq.
Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq, doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra, onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o, yırtıcılaşır. Sonra o, bizim kim olduğumuzu tanımır. Sonra o...
Yaz havasının qoxusu hər yeri ağzına almışdı. Aprelin ortası idi. Bükülü saxladıqları qırmızı naxışlı xalçaları evin zirzəmisindən çıxartdılar, qonaqların oturacağı otağın ortasına sərdilər. Xalçaların butalarında olan rəngarəngliklər adamın ürəyində sevinc hissi yaradırdı. Ancaq o xalçaları toxuyan hansısa analar, gözlərinin məhsulunu, günlərini həmin xalçalara sərf edərək toxumuşdurlar. O anaların çəkdikləri nəfəslər, birbəbir ilməklərin arasına oturmuşdular, hər bir ilməyin arxasına onların zümzümə elədikləri mahnılar hopmuşdular. Sonra nə olmuşdu? Sonra o xalçaları anaların bükülü belləri kimi büküb qaranlıq zirzəmidə gizlətmişdilər. Qonaqlara yeni görünsün deyə otağa sərmişdilər, o anaların göz məhsullarını, nəfəslərini, zümzümələrini ayaqlamağı düşünmədən, sadəcə evin bəzəyinə yenilik qatmışdılar. O analar, xalçaların ayaq tərəfində toxuduqları butalarını şən mahnılar ilə zümzümə etsələr də, həmin butanın tayını xalçanın sonunda kədərli mahnılar zümzümə edərək toxuyub qurtarmışdılar. Anaların karıxmadan ilməkləri öz yerinə toxumaqları onların həyatda yaşayan insanlara buraxacağı təsirlərə nə qədər diqqətli olduqlarını göstərirdi.
Zirzəmidə toz basmış xalçaları döşədilər. Toz-torpaqlarını alsınlar deyə onları yaş süpürgə ilə süpürdülər. Pəncərələri açdılar. Şüşələrini sildilər. Xalçaların üstünə yatan toz-torpaqlar, evdə fırlanıb özlərini həmin pəncərədən həyətə atıb intihar etsələr də, göyə çəkilirdilər. Yerə düşmədən məhv olurdular. Həmişə intihar göydən yerə düşmək cazibəsi ilə baş vermir, bəzən də göyə çəkilərək intihar prosesi həyata keçirilir.
Həyəti süpürdülər, qapının ağzına su səpdilər. Keçən il, onların qonşusu Qəhrəmanın oğlunun futbol topu qapılarının başında olan lampaya dəymişdi, topa vurulan ağır zərbənin ucbatından lampa ovuq-ovuq olmuşdu. Patronun üzərində lampanın tilişkəsi qalmışdı. Çıxartdılar, patrona yeni işıqlı lampa qoşdular. Hələ qaranlıq çökməsə də, yeni lampanın necə yandığını yoxladılar.
Məhəmməd, dərzi Şakirə təzəcə tikdirdiyi kostyumunu məhəllənin paltar ütüləyəni Mustafadan aldı, qıvraq ayaqları ilə addımlarını tələsik götürüb evə doğru yollandı. Həyət qapısını açıb içəri keçdi. Heç zaman oxunmayan qəzetlərə bükülmüş qara kostyumunu yerə salmasın deyə həyət tərəfindən qapını ayağı ilə üstünə örtdü. Sonra budlarının iki tərəfini də qapıya dayayıb yavaşcadan bağladı.
-Ay kişi, indicə qonaqlar gələr, cəld ol! – deyən qadın, Məhəmmədin həyat yoldaşı Şəhlanın səsi idi.
Şəhla, həyətdə tələm-tələsik iş görə-görə hər şeyi sahmana salmaq istəyirdi. Hələ bəzənəcəyi üçün, qonaqlıqda hansı paltarı geyinəcəyini düşünməyə vaxt ayırmamışdı. Şəhla hər şeyi deyinə-deyinə görürdü, hələ də bəzənə bilmədiyini vurğulayaraq mızıldanırdı. Bu mızıltıları Məhəmməd eşitməsəydi də, yaxşı anlayırdı. Onsuz da bu gün, Şəhlanın ömrünün ən əziz günlərindən hesab olunurdu.
-Nə yaxşı ki, novruz bayramında aldığımız yeni paltarları geyib köhnəltməmişik. – Aylin idi. Başını, axşam qonaqlar oturacağı otağın bir az öncə xalçanın tozları özünü həyətə atıb intihar elədiyi pəncərədən eşiyə çıxardıb dedi.
Dediyi sözə Məhəmməd ilə Şəhladan cavab gözləmədən içəri keçdi. Mobilinə sevgilisi Arazın tərəfindən gələn mesajı oxuyandan sonra təbəssüm ilə yazışmağa başladı.
Məhəmməd, həyəti evin dəhlizinə qovuşduran üç pilləni çıxdı, dəhlizin qapısının ağzında iki əli ilə də kostyumundan yapışdı, kürəyini divara söykədi, sağ ayağında olan ayaqqabının pəncəsi ilə sol ayaqqabısının dabanını sıxdı, sol ayağını azca yuxarı qaldırıb ayaqqabısından çıxartdı. Eyni işi sağ ayağında olan ayaqqabısına da gördü. Şəhlaya deyinmək, mızıldanmaq bəhanəsi yaranmasın deyə çıxartdığı ayaqqabılarını cütlədi. Həyətdən dəhlizə keçdi. Aylin, əlinə daraq almışdı, sarı saçlarını darayırdı. Atasının qarşısına çıxdı. Məhəmməd, qızının boynundan, üzündən öpəndən sonra təbəssüm dodağına qonaraq “Qızım, dayan!” dedi.
Şəhlanın həyətin o başında olduğunu yoxlamaq üçün çevrilib həyətə baxdı. Bir əlində su şlanqını saxlamışdı, bir əli ilə də həyətin tut ağacından qopub kafellərin üzərinə düşən şirələrinə süpürgə çəkirdi. Şəhla, Məhəmmədin səsini eşitsin deyə ağzını həyətə tutub uca səslə - Qızım, qonaqlar gəlməmiş şahmat oynayaq? – dedi. Məhəmmədin ömür boyu ən çox ləzzət apardığı anları, qızı Aylin ilə şahmat oynamaqda keçmişdi. Aylinin şahmat oyununda mahir olduğuna baxmayaraq, indiyə kimi atasını məğlub edə bilməmişdi. Amma oyunun harasındasa səhv etdiyi hərəkətlər onun üçün yeni bir təcrübəyə çevrildiyini düşünərək, o səhvlərin bir daha təkrar olmağına yol verməmişdi, oyunda məğlub olduğunda yeni strategiyalara malik olmuşdu, bu isə onu çox sevindirirdi.
Şəhla, deyinə-deyinə kranı bağlamamış özünü dəhlizə çatdırıb ərinin sağrısını çimdiklədi. Məhəmməd isə arvadını daha artıq əsəbiləşdirmək üçün qızına göz vurub səsini yenidən ucaltdı:
-Hə qızım, oynayaq?
Aylin boylandı, ətrafa göz gəzdirdi, anasının uzaqda olduğunu sezdikdən sonra o da atası kimi səsini ucaltdı:
-Hə ata, gəl oynayaq. – dedi.
-Yaxşı, keç fiqurları qur, kostyumumu geyinib gəlim.
Məhəmməd, sözünü deyib qurtarmamış, pıqqıldayıb güldü, Aylin isə özünü saxlaya bilmədi, gülüşdülər.
-Ay qız, utan! Əslində qonaqlar sənin üçün gəli... – Şəhla, sözünün ortasında başını qaldırıb qızı ilə həyat yoldaşına baxdı, onların güldüyünü, onu ələ saldıqlarını görəndə başını tovlayıb hirsini boğazında uddu.
Gələn qonaqlar Aylinə görə gəlirdilər. Qonaqların tərəfindən qadınlar, bir neçə dəfə söz danışmaq üçün gəlmişdilər, Məhəmmədi, Aylinin evlənməyi üçün razı salmışdılar. O günlər, məhərrəmlik mövsümünün son günləri olduğu üçün - Qohum-qonşular toy tutduğumuzu eşidərlər, dindən ötrü söyüş qalmaz yağdırarlar. – deyə kəbin kəsib şənlik etmək gününü yas günlərindən sonraya tənzimləmişdilər. Məhəmmədin belə şeylərə inancı yox idi, amma öz inancını isə canının qorxusundan heç kimə deyə bilmirdi. Həm də bir tərəfdən qız atası idi, özünü hər yerdə ağır aparmalı idi. Yaşadığı mühit bunu məcburiyyətlə tələb edirdi. – Qız atasısansa cızığından çıxmayacaqsan, yoxsa üstünə damğa yapışdırarlar, qızın yolundan olar – deyən xalqla bir yerdə yaşayırdı. Bir tərəfdən də oğlanın atasının dinə olan inancı yüksək idi. Hər il məhərrəmlik mövsümündə baş yarırdı, şaxsey gedirdi, yas saxlayırdı.
Aylin, sevgilisi Araz ilə evlənmək qərarına gəlmişdilər. Arazın atası ilə Məhəmməd bir-birinə bənzəyirdilər. İkisinin də qalın bığı var idi, gözləri qap-qara, burunları eyni şəkildə, ikisi də bir boyda idilər. Daha sonralar, onlar qayınatalarını əmi səsləyəcəkdirlər.
Məhəmməd, təzəcə ütülənmiş qara kostyumunu geyindi. Şəhla, bəzənib qonaq paltarlarını geyindiyi an, qapının zəngi çalındı. Qonaqlar gəldilər, Aylin, qonaqlara çay gətirdi.
Oğlan tərəfindən gələn ağsaqqal – Arazın dədəsi Sədi, “Allah xoşbəxt eləsin” dedikdə, evdə oturanların hamısı onların xoşbəxt olmaqlarına alqış ilə yekun vurdular.
Məhəmməd, qızının seçiminə güvənirdi. Qızının kimi sevdiyini, xoşbəxt olmasını özü öz həyatında seçdiyinə, Aylinin isə seçimini dəyərləndirməyini illər öncə ürəyində planlaşdırmışdı.
***
Artıq Araz ilə Aylin evli idilər. Bir müddətdən sonra Aylin, hamiləlik xəbərini utana-utana, qızara-qızara qayınanası Məryəm ilə anası Şəhlaya bildirdi. Doqquz ayın Aylin üçün necə ağır günlər olduğuna baxmayaraq, o, ümid dolu hisslər ilə öz uşağını qarnında saxlamışdı. Uşağın adını Anna qoydular. Uşaq üçün alınan hədiyyələrin sayısı bəlli deyildi. Məhəmməd, nəvəsinə aldığı hədiyyələrdə heç bir şeyi gözdən yayındırmamışdı. Oğlanın atası da iki bilərzik almışdı. Anna böyüdüyündən sonra biləyinə taxacaqdırlar, indi körpənin biləyinə çox böyük gəlirdi, yəqin 7-8 yaşına münasib idi.
Aylin, zahı olduğuna görə atasının evində qalırdı. Anası Şəhla, Annanın bütün məsuliyyətini öz öhdəsinə götürmüşdü, sevinə-sevinə qulluq eləyirdi. Aylin, uşaq üçün gətirilən hədiyyələri ayırıb otağın bir küncünə qoydu. Anna, bələkdə idi, dünyada olanların heç birisindən xəbəri olmadan şirin röyalarda seyr eləyirdi. Aylin, qayınatasının hədiyyə aldığı iki bilərziyi götürüb onların çəkisini yoxlamaq üçün bir neçə dəfə əlini yumşaltdı, onların ağırlığını nəzərdən keçirdi. Məhəmmədin səsini eşitdi.
-Qızım, çoxdandır ki, atanla şahmat oynamırsan. Demək daha məni saymırsan, qocalmışam.
Aylin, atasına yaxınlaşıb gülər üzlə üzündən öpdü. Şahmat taxtasını gətirib atasının oturduğu masanın önünə qoydu. Annanın 7 yaşında salacağı bilərzikləri isə masanın üzərinə atdı, bilərziklər bir neçə dəfə fırlandıqdan sonra dayandı. Atası ilə şahmat oynamağa başladı. Şəhla, mətbəxdə iş görürdü.
Oyundan on dəqiqə keçmişdi. Aylin, atasından daha yaxşı oynayırdı. Öz atasından öyrəndiyi strategiyanı onun özünə işlədirdi. Növbə Aylinə çatanda, hansısa şahmat fiqurunu yerindən qaldırandan sonra atasının üzünə baxırdı, xoşbəxtlik təbəssümünü saxlaya bilmirdi.
-Ata, artıq böyümüşəm. Bu dəfə oyunda məğlub olacaqsan. – deyib güldü.
Atasının hər dəfə oyunda deyəcəyi - Məni məğlub edən anasından olmayıb – cavabını gözləsə də, cavab gəlmədi. Sıra Məhəmmədə çatmışdı. Tərpənmədən əlini çənəsinin altına yerləşdirib şahmat oyununun ağ-qara kvadratlarına baxırdı. Aylin, atasının fikrini yayındırmaq üçün bir də həmin sözü gülə-gülə dedi. Yenə də Məhəmməddən xəbər çıxmadı. Heyrətləndi. Axı atası, heç zaman Aylini cavabsız buraxmamışdı?!
Məhəmməd nəyə fikirləşirdi? Nə olmuşdu?
Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq, doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra, onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o, yırtıcılaşır. Sonra o, bizim kim olduğumuzu tanımır. Sonra o...
Qızının sözünü eşitmirdi. Bəlkə də eşidirdi, cavabdeh olmaq istəmirdi. Məhəmməd, on səkkiz il öncəyə, Aylinin yeddi yaşı olduğu zamana qayıtmışdı.
Parkın ortasında, yerdə təzəcə göyərmiş çəmənlərin üstünü gön ayaqqabıları ilə ayaqlaya-ayaqlaya qaçırdı. Ağacların arxasını axtarırdı. Nəzərdə tutduğunu tapmadıqdan sonra o biri ağacların arxasını yoxlamaq üçün keçib gedirdi. Parkın sonunda olan ağaclara çatmamışdan, qaçdığı yerdəcə dayanıb ötdüyü ağacın arxasına baxdı. Aylin, təzəcə əkilmiş bir kiçik daş palıd ağacının altında dayanmışdı, dondurma yeyirdi. Məhəmməd, qızını görduyündə qucaqladı, doyunca boynundan, üzündən öpdü.
-Qızım, burda nə iş görürsən? - deyib nəfəsini dərdi. Məhəmməd, qızını qucaqlayıb onun saçlarını sığalladı.
-Səni kim bura gətirdi? Kimsə sənə bir söz demədi ki? Bu dondurmanı sənə kim alıb?
Aylin, 18 il sonra atası ilə şahmat oynadığı zaman güləcəyi kimi gülə-gülə dondurmaya bir dilim dişini batırdı.
-Ata, mənə dondurmanı dayım, yox, əmim aldı. Dedi ki, sənin atan ilə qardaşam. Ata, sənin qardaşın mənim əmim olur, yoxsa dayım? Hə, anam öyrətdiyi qədər əmim olduğunu bilirəm.
-Kim? Son... Sonra... Nə oldu? – Məhəmməd, stress içində boğulurdu.
Aylin, əlini uzadıb parkın o tərəfindəki dondurmaçını göstərdi:
-Əmim mənə dedi ki, qolundakı bilərzikləri ver, sənə dondurma alım. – Aylin, yenə də dondurmadan bir dilim dişlədi, dondurmanın kakaosu dodaqlarının ətrafını batırmışdı.
Məhəmməd, əl atıb Aylinin qollarına baxdıqda, bilərziklərin oğurlandığını anladı. Təəccüblənərək qışqırdı:
-O kim idi?
-Dayım idi. Yox, əmim. Dedi ki, atanın qardaşıyam. – Aylin, yenə də gülümsədi.
Məhəmməd gön firmasında işləyirdi. İşlədiyi pulları toplayıb qızı Aylinə iki bilərzik almışdı. Onu aldığı zaman Aylinin adı ilə soyadının birinci hərflərini bilərziyin arxasında həkk elətdirmişdi.
Qızının əlindən yapışıb dondurmaçıya tərəf addımladıqda, Aylin aşağıdan yuxarı atasının üzünə baxıb – Ata, sən də mənə dondurma alırsan? – deyib sevindi.
Atası dondurmaçıya yaxınlaşıb dayandılar. – Bağışlayın cənab! – dedi.
Dondurmaçı, sarı saqqallı, arıq bir gənc oğlan idi.
-Buyurun. – deyərək qarşısında qızının əlindən yapışaraq tərləyib dayanan kişinin üzünə baxdı.
Məhəmməd, özünü itirmiş adamlar kimi səsləndi:
-Cənab, indicə burda mənim qızıma bir kişi dondurma alıb, onun hara getdiyini gördünüzmü?
-Məgər siz deyildiniz?
-Yox, mən deyildim. Təəssüflə qızımın bilərziklərini oğurlayıb.
Dondurmaçı bir addım geri çəkilib təəccübləndi.
-Cənab, onu gördünüzmü? Nə təhər bir adam idi? – Məhəmməd, müsbət cavab eşitmək üçün bir az yumşalmışdı.
-Onun boyu siz boyda idi. Sizin kimi bığları var idi. O, qızınızın əlindən yapışıb o tərəfə getdi. – barmağı ilə qızının bir az öncə altında dayandığı daş palıd ağacını göstərdi.
Məhəmməd çevrildi, həmin yerə bir də baxdı. Bayaq qızını tapdığı daş palıdın altında heç kim yox idi. Dondurmaçıya tərəf çevrildi:
-Siz indiyə kimi həmin adamı burda görübsünüzmü?
-Yox, vallah. Görsəm də xatırlamıram. Mənim çoxsaylı müştərilərim olur. Sifətləri yadımda qalmır.
-Ata, mənə dondurma al. – Aylin, yeyib qurtardığı dondurmanın çubuğunu yerə atdı. Heç nədən xəbəri yox idi.
Sarı saqqallı gənc oğlan, qızın atasından söz gözləmədən əlini soyuducuya aparıb bir ədəd dondurma çıxardıb Aylinə tərəf uzatdı. Məhəmməd, dondurmanın pulunu ödədiyində, ağzını açıb yenə də sual soruşmaq istədiyində bir başqa müştəri dondurmaçıya yaxınlaşdı. Məhəmmədin gözləri kişinin yanında dayanan uşağın bilərziklərinə sataşdığı an, dondurmaçıdan soruşacağı sözünü udqundu. Qız uşağı altdan-yuxarı onun əlindən yapışan kişiyə baxdı:
-Əmi, mən dondurmanı çox sevirəm. – dedi.
Dondurmaçı, gülər üzlə soyuducunun qapağını götürdüyü an, Məhəmmədin bir əlində Aylinin əli, bir əlini də atıb qız uşağı tərəfindən əmi səslənən bığlı kişinin biləyindən yapışdı.
-Sən bu uşağın əmisisənmi? – dedi
Kişi diskindi. Sonra özünü ələ alıb – Necə? Sənə nə? – deyərək sərt cavab verdi. Məhəmmədin beynində qalmaqal yaranmışdı. Hamıya şübhəli idi. Kişi, dondurmaçıya üz tutdu:
-Fərhad, bu nə deyir? Ağlını itirib sanki! – deyib əsəbiləşdi.
Fərhad, bir əlində dondurma, o biri qolunu onlara tərəf apardı, savaşmasınlar deyə araya atılıb Məhəmmədi qane etməyə çalışdı:
-Bu mənim dostumun qardaşıdır, adı da Hüseyndir. Hər gün məndən dondurma alar. Lütfən əsəbiləşməyin, sizi anlayıram.
Məhəmməd, qızına tərəf çevrildi:
-Aylinim, qızım, bayaq sənə dondurma alan əmi bu idi?
-Yox, ata, mənim əmim bu deyil! – deyib dondurmasını dişləyərək Hüseynin əlindən yapışan uşağa baxıb gülümsədi.
Məhəmməd, işlədiyi pulu qəpik-qəpik yığıb iki bilərzik almışdı. Onları da oğurlamışdılar. O, bilərzikləri aldığı gün, Şəhlanın gözləri par-par parıldamışdı. Aylin isə sevindiyindən atasının boynundan aslanıb ehtirasla üzündən öpmüşdü. Üçü də sevinmişdilər. Bir gecənin sevinci, illərcə işləyib həmin pulu bir yerə toplamaq ilə bərabər idi. Bir anda sevincin kədərə çevrilməsi daha qorxunc, daha dəhşətli idi.
Evə qayıtdılar. Şəhla, bilərziklərin oğurlandığını eşitdiyində özünü saxlaya bilməyib ağladı. Anasının göz yaşlarını görən Aylin, işin nə olduğunu sezib ağlamağa başladı. Məhəmməd, Aylin ilə Şəhlanın boynundan, üzündən öpüb onlara təsəlli verdi:
-Ağlama qızım. Canın sağ olsun. Allah canımıza dəyməsin, işləyib ondan yaxşısını alaram.
Həyatda hər şey başqa cür təkrar olunsa da, təkrar olunur. Həyatın təkrarlarından qurtarmaq qeyri-mümkündür. Başqa bir zaman, həmin olaylar baş verir. Həmin səhvlər! Amma bu dəfə Məhəmmədin qızı Aylinin bilərziklərini oğurlamamışdılar, onu başqa tərzdə özünə qaytarmışdılar, arada oğurlanan şey; xoşbəxtlik idi. Məhəmməd, etdiyi səhvlərini unutmuşdu, yenə də həmin səhvlərə ayrı cür yol vermişdi. Bunu özü də bilməmişdi. Nəvəsinə hədiyyə alınan iki bilərziyin arxasında Aylinin adı ilə soyadının ilk hərfləri həkk olunmuşdu. Həmin bilərziklər idi.
Aylin, yenə də atasının üzünə baxıb gülə-gülə - Ata, bu dəfə at mənimdir, meydan da mənim. Əlimdən qaça bilməyəcəksən. Artıq böyümüşəm, qalib gələcəyəm. – dedi.
Məhəmməd, birdən-birə özünə gəldi, bir kəskin bıçağın ürəyinə soxulduğu hissi yaşadı, oturduğu yerindən dik atıldı. Boylanıb həyətə baxdı, yağış yağırdı. Qızına baxıb onun təəccübləndiyini görəndə, özünü ələ aldı, Aylin onun vəziyyətini sezməsin deyə gülümsədi. Şahmat oyununda, Aylinin qara fiqurlu ordusu Məhəmmədin ağ şahını mühasirəyə salmışdılar. Şah, mat olmuşdu. Şəhla, mətbəxdə hələ də iş görürdü. Anna şirin yuxuda idi. Aylin isə qalib gəldiyi üçün zəfər sevinci yaşasa da, atasının məğlub olduğuna görə narahat idi, ona hörmətsizlik elədiyini hiss edirdi. Yağış, həyətin kafellərinə dəydikcə şır-şır səsi evə dolurdu. Aylinin əlindən yapışdı:
-Hə qızım, sən artıq böyüyübsən. Bax, uduzdum. Mən bundan sonra şahmat oynamayacağam! – deyib ayağa qalxdı.
Şəhla, nə qədər deyinsə də onun sözünü dinləmədi. Pencəyini geyib on səkkiz il öncə Aylini itirib-tapdığı parka yönəldi, Aylini dondurma yeyərkən tapdığı daş palıd ağacı dirçəlmişdi, altında dayanıb ağladı...
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Labirintin içində - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bir labirintin içindəyəm. Çıxış yolu axtarıram. Hansı yola getsəm də, yenə eyni yerə çıxıram. Sanki bütün yollar bir yerə aiddir. Axı bu doğru deyil. Bir çıxış yolu mütləq ki, olmalıdır. Mən isə həmin yolu tapa bilmirəm.
Artıq günlər keçir və mən bir döngənin içində yox olmaq üzrəyəm. Zaman məfhumunu da unutmuşam. Keçən dəqiqələr, saatlar, günlər... Sanki hamısı bir-birinin içində ərimiş kimi. Burada neçə gün olduğumu belə artıq unutmuşam. Hər gün bir gün əvvəlkindən heç nə ilə fərqlənmir. Bəlkə də mən artıq var deyiləm? Bəlkə də mən bir labirintə çevrilmişəm? Əgər bir çıxış yolu yoxdursa, mən özüm çıxışa çevrilməliyəm.
Qarışmış düşüncələrim məni tarıma çəkir. Mən bu labirintin içində tək başıma mübarizə aparıram. Bu çox çətindir. Saatlarla yerimdə oturub əllərimi üzümə tutaraq bir yol axtarıram. Hər yolu getdiyimi düşünürəm, ancaq bütün yollar yenə mənə çıxır.
İndi mən nə etməliyəm? Yenə də düşünürəm: Bəlkə bu labirintdən kimsə çıxmayıb? Bəlkə bu bir son deyil, başlanğıcdır? Mən hər zaman buradan çıxış yolu axtarmışam. Bəlkə də mən buradan heç çıxmayacam, bura mənim bir hissəmə aiddirsə...
Allah, mənə kömək et. Bu çarəsiz bəndənə bir çıxış yolu göstər. Mən arafda qalmışam. Öz yolumu tapmaqda kömək et. Mənə səndən başqa kimsə kömək edə bilməz. Mən ən çətin anlarımda sənin adınla təssəlli tapdım. Yenə mənə göstər, görə bilmədiklərimi, bacara bilmədiklərimi...
Dualarımın sükut içində əks-sədasını gözləyirəm. Bir cavab yoxdur...
Birdən içimdə bir fərqli duyğu hiss edirəm: “Mən hər zaman buradan çıxış yolu axtarmışam, bəlkə də hər zaman bir yol axtarmaq lazım deyil, sadəcə dayanmaq və buranı anlamağa çalışmaq.”
Ayağa qalxıram. İndi hər şeyə daha fərqli baxıram. Labirintin divarlarına toxunuram. Sanki canlıdır, məndən bir parça kimidir. Bəzi tərəfi isti, bəzi tərəfi isə soyuqdur. Yavaş-yavaş ətrafı dərk etməyə başlayıram. Bura məndən bir hissə olduğunu anlamağa başlayıram. Bəlkə də anlayanda o məni buraxacaq. Artıq tələsmirəm, qaçmıram, bir yol axtarmıram. Sadəcə yerimdə dayanıb gözlərimi yumub dərin bir nəfəs alıram. Var olduğumu hiss edirəm. Gözümü açanda birdən qarşımdakı divar titrəyir və yavaş-yavaş dağılmağa başlayır...
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Tiligiŋizni saklaŋ, Türük bolup kalıŋ! – yəni, dilinizi qoruyun, türk olaraq qalın!
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq Ana Dili Günü hər il fevralın 21-də qeyd olunur və dünyada dil müxtəlifliyini qorumaq məqsədi daşıyır. Bu gün münasibətilə dünya dilləri arasında mühüm yer tutan türk dilləri haqqında geniş məlumat vermək yerinə düşər.
Türk dilləri on milyonlarla insanın ana dili, yüz milyonlarla insanın isə ünsiyyət vasitəsi olduğu böyük bir dil ailəsidir. Onların tarixi minilliklərə söykənir və zamanla müxtəlif bölgələrə yayılaraq zəngin inkişaf yolu keçmişdir.
Türk dillərinin tarixi min illər öncəyə Altay dağları və Orta Asiya çöllərinə gedib çıxır. Dilçilərin əksəriyyəti türk dillərini Altay dil ailəsinə daxil edir və onların Monqol, Tunqus-Mançur, hətta Koreya və Yapon dilləri ilə müəyyən ortaq xüsusiyyətlərə malik olduğunu qeyd edirlər.
Türk dillərinin ilk yazılı nümunələri Orxon-Yenisey abidələri sayılır. Bu abidələr VI-VIII əsrlərə aid olub, qədim türklərin dili və mədəniyyəti haqqında qiymətli məlumatlar verir. Xüsusilə, Göytürk xaqanlığı dövründə yazılmış bu daş kitabələrdə Bilgə Kağan, Tonyukuk və Kül Tiginin adına olan mətnlər var.
Türk dillərinin inkişafını əsasən belə mərhələlərə ayırmaq olar:
1. Qədim Türk Dövrü (V-X əsrlər) – Orxon-Yenisey yazıları, Uygur türkcəsi.
2. Orta Türk Dövrü (XI-XV əsrlər) – Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsəri, Səlcuqlular dövründə fars və ərəb dillərinin təsiri.
3. Yeni Türk Dövrü (XVI-XIX əsrlər) – Osmanlı, Çağatay, Azərbaycan, Tatar və digər yazılı türkcə nümunələrinin formalaşması.
4. Müasir Türk Dövrü (XX əsr – günümüz) – Sovet dövründə latın və kiril əlifbalarına keçid, müstəqillikdən sonra bəzi türk dövlətlərinin yenidən latın qrafikasına keçməsi.
Türk dilləri bugün Avropa, Asiya və Sibir ərazisində geniş yayılmışdır. Türk dillərinin əsas qrupları aşağıdakı kimidir:
1. Qıpçaq qrupu – Qazax, Qırğız, Başqırd, Tatar, Kumık, Qaraqalpaq, Qaraçay-Balkar və s.
2. Oğuz qrupu – Azərbaycan, Türkiyə, Türkmən, Qaşqay, Qaqauz dilləri.
3. Uyğur-Qarluq qrupu – Özbək, Uyğur dilləri.
4. Sibir qrupu – Saxa (Yakut), Tuva, Dolqan, Tofa və s.
5. Xəzər və Volqa boyu dilləri – Çuvaş, Xakas, Altay dilləri.
Türk dillərinin bir çoxu müasir dövrdə böyük danışan kütləsinə sahib olsa da, bəzi türk dilləri yox olmaq təhlükəsi ilə üz-üzədir. Xüsusilə, Rusiyada və Çində yaşayan bəzi türk xalqlarının dilləri (Tuva, Xakas, Dolqan və s.) tədricən danışıqdan çıxır.
Türk dillərinin inkişafı üçün mühüm addımlar:
• Ortaq türkcə layihələri – Türk xalqları arasında vahid ünsiyyət dili yaratmaq cəhdləri.
• Türk dövlətlərinin latın qrafikasına keçməsi – Azərbaycanın, Türkmənistanın, Özbəkistanın latın əlifbasına keçidi.
• Türk Akademiyasının yaradılması – Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstanın birgə təşəbbüsü.
Türk dilləri tarixi, zənginliyi və geniş yayılma arealı ilə dünya dilləri arasında mühüm yer tutur. Bu dillərin qorunması və inkişafı üçün elmi tədqiqatların aparılması, ortaq ünsiyyət vasitələrinin yaradılması və ana dilinin təbliği çox vacibdir. Beynəlxalq Ana Dili Günü münasibətilə hər bir türk xalqları öz ana dillərini qorumaq və inkişaf etdirmək üçün səylərini artırmalıdır.
Bu isə qədim türk abidələrinin dillə bağlı tövsiyyələridir:
1. “Tiligiŋizni saklaŋ, Türük bolup kalıŋ!” (Dilinizi qoruyun, türk olaraq qalın!)
2. “Tilini yoq etgən el, özü yoq bolur.” (Dilini itirən xalq, özü də yox olar.)
3. “Türük tilin unutmaŋ, budunuŋıznı bekleŋ!” (Türk dilini unutmayın, millətinizi qoruyun!)
4. “Til – elniŋ köküdür, kökiŋizni kesmeŋ!” (Dil – xalqın köküdür, kökünüzü kəsməyin!)
5. “Türük bolup yaşa, tiligiŋi yaşat!” (Türk olaraq yaşa, dilini yaşat!)
"Ədəbiyyat və incəsənət"
(21.02.2025)
PA – UORREN BAFFET: “Uğurun sizinçün nə olduğunu anlayın!”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
13-cü qayda:
Uğurun sizinçün nə olduğunu anlayın!
«Şəxsən mənim üçün uğur qazandığım pulun miqdarı deyil, məşğul olduğum işi necə sevməyimdir! Öz işindən tüklərin biz-biz durana qədər misilsiz həzz ala bilirsənsə, bax bu, əsil uğurdur».
***
Daha əvvəl təqdim edilən qaydalar:
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
2-ci qayda
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
3-cü qayda:
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
4-cü qayda
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
5-ci qayda:
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
6-cı qayda
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
7-ci qayda:
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
8-ci qayda:
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
9-cu qayda:
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
10-cu qayda:
Qətiyyətli olun!
«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».
11-ci qayda:
Çökən müəssisədən vaxtında çıxmağa çalışın!
«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».
12-ci qayda:
Həmişə hər şeyin perspektivinə diqqət edin
«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
MİLLİ KİNOMUZ - Bizim sevimli film - “Uzaq sahillərdə”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
1958-ci ildə rejissor Tofiq Tağızadənin ekran əsəri olan “Uzaq Sahillərdə” filmi çəkilmişdir. Kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyada və İtaliyada Alman faşistlərinə qarşı apardığı mübarizəyə həsr edilmişdir.
Mehdi Hənifə oğlu Hüseynzadə və ya məhşur ləqəbi ilə desək Mixaylo 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Leytenant olan Mehdi həmçinin İkinci Dünya Müharibəsi zamanı kəşfiyyat-təxribat qrupunun da rəhbəri idi. 1925-ci ilə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam orta məktəbə daxil olmuşdur. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə məktəbi bitirən Mehdi Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov və Mürsəl Nəcəfovla birlikdə oxumuşdur. Film Mehdinin faşistlərin arasında kəşfiyyatçı həyatını işıqlandırır, macəra və savaş filmi janrı üzərində çəkilmişdir.
Gənc Mehdinin rəsm çəkə bilməsi, bir neçə dil bilməsi və üzünün heç kim tərəfindən görülməməsi özünü gizlədə bilməsi baxımından müsbət xüsusiyyətlər idi. İstər müharibənin gedişində, istərsə də müharibədən sonra Mehdinin qəhrəmanlıqları millət olaraq hər birimizin qəlbində taxt qurmuşdur. Mehdi təxribatçılıq və kəşfiyyatçılıq kimi bacarıqları ilə faşistlərə həm texnika, həmdə canlı qüvvə sarıdan xeyli zərbə vurmuşdur.
Üstündən xeyli müddət keçsə belə Mehdinin gerçəyi andıran əfsanəvi qəhrəmanlıqları bu gün də dillər əzbəridir və ümid edirəm ki, hər kəs Şəhidinin, qəhrəmanının xatirəsini hər zaman uca və əziz tutacaqdır.
P.S: Kaş ki rəssamımız, yazarlarımız daha çox olsaydı. Şəhidlər, qazilər bu millətin qırmızı çizgisidir. Onlar haqqında yazmaq, onların xatirəsini əziz tutmaq bizim vətəndaşlıq borcumuzdur. Nə də olsa bu millətin Mübarizi, Poladı, Emini, Fəxrəddini, Təyyarı çoxdur və çoxalmağa da davam edəcəkdir.
“Ədəbiyyat və İncəsənət”
(18.02.2025)
Erməni dili dünya dilləri arasında türkmənşəli sözlərin ən çox yer aldığı ikinci dildir - ARAŞDIRMA
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandıracaq.
Vaxtı ilə M.Ə.Rəsulzadə “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Çünki dil həmən millət deməkdir”.
Ulu öndərimiz H.Əliyev ana dili haqqında danışarkən, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm! – deyirdi.
Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir. Hamımızın milli kimliyidir.
Beynəlxalq Ana Dili Günü münasibəti ilə müqəddəs dilimizin türk düşməni olan ermənilərin dili üzərində möhtəşəm təsirindən bəhs edən yazımızı Sizlərə təqdim edirik.
ERMƏNİLƏRİN MÖHTAC QALDIĞI AZƏRBAYCAN DİLİ
Tədqiqatçılar göstərirlər ki, hazırda dünyada 7000-dən çox dil vardır. Onların sırasına erməni dili adlı hibrid (melez) bir dil də daxildir. Hansı ki, öz varlığı üçün türk dillərinə, o cümlədən Azərbaycan dilinə borcludur. Çünki dünya dilləri arasında serb-xorvat dillərindən sonra türkmənşəli sözlərin ən çox yer aldığı ikinci dildir. Hələ 1902-ci ildə H.Açaryan adlı erməni dilçi “Türk dilindən erməni dilinə keçən kəlmələr Konstantipolun, Vanın, Qarabağın və Yeni Naxçıvanın dialektləri ilə müqayisədə” kitabında öz dilində, yəni erməni dilində 4262 türk sözü müəyyən etmişdi. O, 1926-cı ildə Bakıda keçirilən türkoloji qurultayındakı “Türk dilinin erməni dilinə təsiri” haqqında çıxışında da etiraf edirdi ki, türk (Azərbaycan) dilinin erməni dilinə təsiri çox böyükdür, bir dildən başqa dilə, adətən, isimlər, az halda sifətlər və çox nadir hallarda feillərin keçdiyi, saylar, bağlayıcı və zərflər isə qətiyyən keçmədiyi halda, nədənsə türk dilindən erməni dilinə bu nitq hissələrinə aid sözlər bərabər səviyyədə və hətta 70-90 faiz səviyyəsində keçmişdir. Görkəmli türk tədqiqatçısı G.Karaağaç özünün tərtib etdiyi “Türk dilindən keçən sözlər lüğəti”ində bu faktı təsdiq edir. Təsadüfi deyildir ki, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq X.Abovyan “Ermənistanın yaraları” kitabında (Yerevan-1939, səh: 80-81) yazırdı: “Bizim dil ən azı 50% türk sözlərindən ibarətdir...”. Elə bunlara görə də akademik M.Ağanbekyan məcburiyyət qarşısında qalaraq deyirdi ki, "Erməni dili hibrid (calaq-melez) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir”.
Türk dillərinin erməni dilinə təsirinin tarixi çox qədimlərə gedib çıxır. Bu barədə ilk tədqiqatın müəllifi, XIX əsrdə yaşamış alman alimi, doktor Mordman yazırdı: “Məlumdur ki, ermənilər hind-Avropa mənşəli xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəsrlik əlaqə nəticəsində alınmış sözləri yox, eramızın IV, V, VI və VII əsrlərində erməni dilində işlənən Turan sözlərini nəzərdə tuturam”. Sonra Mordman V-VI əsr erməni yazılı mənbələrindən topladığı 28 türk sözünü misal gətirir. (M.Məmmədov: “Dillərin qarşılıqlı əlaqəsi”. İrəvan-1986, səh: 5)
Sonrakı əsrlərdə də “qədim erməni dili” həmişə Azərbaycan və digər türk dillərinə möhtac olmuşdur.Akademik T.Hacıyev erməni tarixçisi Girokos Qanzaketsiyə istinadən XIII əsrdə də erməni dilində türk sözlərinin fəal işləndiyini söyləyir, tanqrı, ərə (ər), ağa, saxal (saqqal), yüz (üz), otmaq (ətmək – çörək), oxar (öküz), qoyna (qoyun), aydku (ayı) kimi sözləri nümunə göstərir.
XIV əsrin sonunda Quzey Qafqazda olan xalqları (yunan, erməni, zik, qot, tat, volyak, rus, çərkəz, lək, as, alan, avar, qazıkumux) sadalayan bir xristian yepiskop qeyd edir ki, bunların hamısı tatarca (azərcə) danışırdı. (F.Ağasıoğlu: “Doqquz bitik. Azərbaycan türklərinin islamaqədər tarixi”, I bitik, Bakı-2014, “Ağrıdağ”, səh:11)
H.Açaryanın müəyyən etdiyi 4262 söz isə XV-XIX əsrlərdəki erməni yazılı mənbələrindən aşkarlanmışdır. Bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalbənd, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (qəsd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz) və s. kimi sözləri onlara nümunə göstərmək olar.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Q.Çaxmaqlı (Mehdiyev) isə özünün “Erməni-Türk dil ilişkiləri” məqaləsinin 102-ci səhifəsində göstərir ki, XIX-XX əsrlər erməni yazılarının dilində türk dilinin işlənmə nisbəti 40%-dən yuxarı olmuşdur.
Tədqiqatçılar göstərirlər ki, Azərbaycan dilindən erməni dilinə keçmiş sözlərin çoxunu etnoqrafik və onomastik vahidlər təşkil edir. Etnoqrafik sözlərə yemək adlarından arişta (əriştə), xingal (xəngəl), lavaş, xaşıl (xəşil), piti, hadik (hədik), tolma (dolma), toşab (doşab) və s.; bitki və meyvə adlarından xantipar (qantəpər), tut, pazi (çuğundur), baber (bibər), pasdıq (fısdıq), avelik (əvəlik), qax, hayva (heyva), nar, badırcan (badımcan) və s.; əlamət və keyfiyyət anlayışları bildirən sözlərdən haram, halal, kur (kor), laq (lax), çal, şimşad (şümşad), xarib (qərib), hınayı (xınayı rəng), xart (qart), amlik (əmlik), allam – qallam (həlləm-qəlləm), dmağ (dümağ), baxtavor (bəxtəvər) və s.; musiqi alətləri və oyun havalarının adlarından: zırna (zurna), tutak (tütək), tumbuq (dümbək), saz; “Qaytaqi”, “Qazağı”, “Bahari”, “Ceyrani”, “Koçari”, “Karami”, “Bayati” və s.; peşə-sənət, qohumluq anlayışı bildirən sözlərdən: basdırmaci (kolbasa hazırlayan), daraxçi, dudukçi, zurnaci, qapıçı, nalbənd, qotanci (kotançı), qorukçi (körükçü), kapançi (qapancı), tamurçi (dəmirçi), komurçi (kömürçü), xanum (xanım), xadjı (hacı), baci (bacı), dada (dədə), nana (nənə) və s.; heyvan, quş, balıq adlarından: ceyran, porsiq (porsuq), tavar (davar), yabu (yabı), koç (qoç), sıqır, qunduz, xoroz (xoruz), dzazan (sazan), pisik (pişik), kopak (köpək), ğaz (qaz), bayquş və s.; əşya adlarından qaranti (kərənti), çalma, dopraq (torba), kafkir (kəfkir), tas (ləyən), mom (mum), toxr (toxa), kapkac (tutqac), kyarki (kərki), çval (çuval), sabon (sabun), ketmen (kətmən), basmaq (başmaq) və s. sözləri nümunə göstərmək mümkündür.
Erməni dilində olan onomastik sözlərin də böyük bir qismini türk soyadları təşkil edir. Erməni tədqiqatçısı T.M.Avetisyanın iddiasına görə, «Erməni soyadlarının yalnız 26,3 faizi orijinal erməni dilində yaranmış, digərləri isə başqa dillərdən, o cümlədən türk (Azərbaycan) dillərindən keçmişdir. (T.M.Аvetisyan: “Erməni soyadları”,Yerevan-1986, səh: 112-114, rusca) Əlbəttə, düz demir, bunların sayı daha çoxdur. Elə təkcə Ə.Ələkbərli və E.Qaraqoyunlunun “Türkmənşəli erməni soyadları” əsərində türk (Azərbaycan) mənşəli 1001 erməni soyadının elmi şərhi verilmişdir. Professor A.Bayramov da özünün “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər” adlı məqaləsində göstərir ki, “Azərbaycan antroponomikasında olduğu kimi, erməni onomastikasında işlənən şəxs adları və soyadların əksəriyyəti türkmənşəlidir”. Alim erməni dilinə keçmiş türk mənşəli onomastik vahidləri belə qruplaşdırır: qədim türk-Azərbaycan tayfa adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar-(məsələn: Xalacyan, Avdalyan, Dulqadiryan, Afşaryan, Tataryan və s); peşə, sənət bildirən tayfa adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar- (məsələn: Daraxçiyan, Dolmaçıyan, Dulgəryan, Xarratyan, Dəlləkyan; şəxs adları əsasında formalaşan və erməni dilində işlənən soyadlar- (məsələn: Abasyan, Adilyan, Qanbaryan, Şaxmuradyan, Allaxverdiyan və s.) titul bildirən sözlər əsasında formalaşan və erməni dilində işlənən soyadlar- (məsələn: Ağayan, Paşayan, Atabekyan, Amiryan, Xanoyan, Bekzadyan və s.) ümumi apelyativlər əsasında işlənən familiyalar-(məsələn: Altunyan, Cavanyan, Gozalyan, İgityan, Çobanyan və s.); tərkibində baba, ata, dədə, ana və s. qohumluq bildirən sözlər əsasında formalaşan və erməni dilində işlənən soyadlar- (məsələn: Ulubabyan, Atayan, Ananyan, Babacanyan, Dadayan və s.).
Erməni dillərinə keçmiş sözlərin bir hissəsi də şəxs adlarıdır. Bunlar əsasən mülki və hərbi titul (məsələn: Sardar, Srıbek (Ağabəy), Beqlar, Ağa, Yuzbaşı Orduxan və s.); zoonim və fitonimlər (Ceyran, Sona, Şahbaz, Güli, Qulnaz, Gulnar, Qonça, Maral və s.); qiymətli daş-qaş adları (məsələn: qohar (gövhər), zumrud, almas, sadaf (sədəf), qumuş (gümüş) və s.) və qohumluq münasibətləri, arzu və istək mənalı sözlər (məsələn: ata, arzu, Azad, Ayvaz, Arzuman, Badal, Murad və s.) əsasında yaranıb erməni dilinə keçən şəxs adlarıdır. (Nümunələr A.Bayramovun “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər” adlı məqaləsindən götürülmüşdür.)
Ermənilər nəinki sözlərimizi, eləcə də atalar sözü və zərb-məsəllərimizi, yaxud idiomatik ifadələrimizi də tərcümə etmədən işlədirlər. Onlar bunu bilə-bilə edir, bu yolla Azərbaycan türkcəsindən aldıqları sözlərlə erməni dilini zənginləşdirir, onun poetik imkanlarını artırır, yaradıcılıq işi zamanı rastlaşdıqları boşluqları doldururdular. Pedaqoji elmlər namizədi Y.Arustamyan yazırdı: “Bir çox Azərbaycan atalar sözü və məsəllərini ermənilər tərcümə etmir və olduğu kimi işlədirlər. Ancaq onların bütün təravət və məziyyətini, dərin fəlsəfi məzmununu saxlamaqla tərcümə etmək mümkün deyil”.
Onu da qeyd edək ki, təxmini hesablamalara görə, Ermənistanın toponomik
Fondunun da 30-35 faizi türk mənşəlidir. (A.Qurbanov: “Azərbaycan onomalogiyasının əsasları”, II cild, Türkiyə, İstanbul-2019, “İmak”, səh:209)
Azərbaycan və türk dillərinin erməni dilinə təsiri təkcə leksik alınmalardan ibarət deyil, erməni dilinin fonetikası da bu dillərin güclü təsirinə məruz qalmışdır. Türk, o cümlədən Azərbaycan dilinin təsiri ilə erməni dili morfoloji və sintaksis quruluşunu belə dəyişdirmişdir. Akademik Qraça Açaryan, deyirdi: “...türk (Azərbaycan) dilinin təsiri altında erməni dilinin hətta qrammatik qanunauyğunluğu və qaydaları da dəyişib”. (“Yeni erməni ədəbiyyatı tarixi”, Vağarşabat, 1906, ermənicə). Dilçi və ədəbiyyatşünas M.X.Abeğyan da bunları etiraf edirdi.
Dillər arasında qarşılıqlı əlaqə ta qədim zamanlardan bu günə qədər olmuş, olmaqdadır, yəqin ki, gələcəkdə də olacaq. Əlbəttə, qohum olmayan dillərdə türkmənşəli dil vahidlərinin yer almasında coğrafi areal və qonşuluq prinsipləri mühüm rol oynayır. Lakin qohum olmayan dillərin birindən digərinə keçmiş sözlərin həddindən artıq çox olmasını nə qonşuluq, nə iqtisadi, nə də digər səbəblərlə əlaqəndirmək mümkün deyil. F.Ağasıoğlunun da qeyd etdiyi kimi, iki dilin birləşib qarışıq dilə çevrilməsi mümkün deyil, ona görə də, burada ancaq həmin dillərdən birinin üstünlüyü ilə yeniləşmiş dildən söhbət gedə bilər. E.Əhmədova özünün “Türk kökənli sözlərin dünya dillərində təzahürü” adlı məqaləsində məsələnin mahiyyətini belə izah edir: “Erməni dilində türk sözlərinin kəmiyyət çoxluğu onunla əlaqədardır ki, bu gün erməni kimi tanıdığımız xalqın etnik tərkibinin əsasını qıpçaq türklərindən olan ərmənlər təşkil edir…və eramızın XIII-XVII yüzilliklərində Qara dənizin şimal ərazilərində yaşayan qıpçaq ərmənlərin dili məhz türk dili idi”. (SDU-nun “Elmi xəbərləri”-2020, №2, səh: 14-15) Tarixi faktlar göstərir ki, XI yüzilliyin ortalarında erməni Boqratlılar dövlətinin məhvindən sonra köç edərək Krıma yerləşən ermənilər, daha sonrakı yüzillikdə Qıpçaq türkçəsinin mənimsəyərək rəsmi yazışmalarda və kilsədə istifadə etmişlər. (K.Səmədova: “Ortaq türk leksikasında qıpçaq mənşəli sözlər və Azərbaycan dilində arealları”, Türkiyə, Ankara-2019, səh:43)
Araşdırmaşı İ.Sadıq isə bu barədə deyir ki, “...”erməni dili» anlayışı XIX əsrdən sonra yaranıb. Ona qədər bugünkü ermənilər qrabar və aşxarabar adlanan dillərdə danışıblar. Bunun özü də düşündürücü bir sual doğurur: bir millətin iki dili olarmı? Millətin adının və dilinin bir-birilə bağlılığı olmayan müxtəlif sözlərlə adlandırılması nədən irəli gəlir? Bir millətin iki dili ola bilməz, bu aksiomadır. Qrabar, aşxarabar və erməni sözlərinin bir-birinə uyğunsuzluğu isə ondan ondan irəli gəlir ki, sonuncu bu gün özünü erməni adlandıranların yox, qədim türk tayfası olan ərmənlərin adıdır”. (“Xalq cəbhəsi” qəzeti, 14 aprel 2012-ci il, səh:14)
Türk düşməni olan bu məxluqlar başa düşmək istəmirlər ki, onların əsl adı hay (Hayasa şəhər-vilayətinin adı ilə hay, yəni Hayasa qulu) olub. HaylarınCənubi Qafqaza kütləvi axını isə 1431-ci ildən – erməni kilsəsi üçün indiki Eçmiədzin ərazisinin pulla satın alımasından və 1441-ci ildə erməni dini kafedrasının Kilikiyanın Sis şəhərindən bura köçürülməsindən başlayır. Yerli, türk əsilli xalqların (alban-oğuz, xüsusən türk əsilli və türk dilli xristan qıpçaqları-ərmənlərin) haylaşdırilması da elə bu vaxtlardan başlamışdır. Bu proses XIX əsrin sonlarında başa çatmışdır.
Onlar bir sıra xristianlaşmış və türk əsilli xalqları, həmçinin ərmənləri, yəni bizim “din ayrı qardaşlarımızı” - qıpçaqları haylaşdıra bildilər, onlara qarışdılar. Q. Kapansyan deyirdi ki, ”...haylaşması prosesi başa çatdığı üçün biz artıq yunanca formalaşmış yeni armen-oi, Armen-ia, həm də mümkün qədər hay dili dominantı ilə armen adı altında yeni etnik keyfiyət düşünməliyik”. Beləliklə, özləri erməni (ərmən), dilləri erməni (ərmən) dili oldu. Hazırda iki etnik toplumdan ibarətdirlər: haylardan və haylaşmış ermənilərdən – xristianlaşmış və türk əsilli xalqlardan. (Ə.Ələkbərli və E.Qaraqoyunlu: “Türkmənşəli erməni soyadları”, Bakı-2016, “Qaya”, səh: 5,10,12).
Lakin “mümkün qədər hay dili dominantı ilə” dil yarada bilmədilər. Çünki Qafqazda daha qədim, zəngin, gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu ilə könüllər oxşayan və əsas işlək dil (linqva franka) olan Azərbaycan dili vardı. “Erməni dili” adı ilə meydana çıxan bu dilə ona möhtac idi.
Bəzi erməni alimləri hələ abırsızcasına soruşurlar ki, “Erməni dilinin quruluşundakı dəyişiklik nədən törəyib? Niyə erməni dili quruluşuna görə öz əhatəsində olan və onu işğal edən – latıncaya, yunancaya, fransızcaya, ərəbcəyə, aysoricəyə və hətta kürdcənin quruluşuna uyğun ola-ola birdən-birə bunlardan uzaqlaşır, türk dilinin strukturuna uyğunlaşır? Bu oxşayış nədən irəli gəlir? Bu bir təsadüfdürmi? Erməni dilinin quruluşunun dəyişməsinə səbəb nədir?” Bu gün onlar həm də təəccüb edirlər ki, nə üçün qədim erməni-hay dili olan qrabardan fərqli olaraq çağdaş – XIX yüzil erməni-hay dili olan aşxarabar bu qədər Azərbaycan-türk dilinə yaxındır. Erməni ədəbi dilinin (aşxarabar) banisi Xaçatur Abovyan da təəccübünü gizlətməyərək yazırdı ki, “dünyada iki elə dil tapmaq mümkün deyildir ki, onlar arasında qədim erməni (kilsə) dili (qrabar) ilə yeni erməni (xalq) dili (aşxarabar) arasındakı fərq qədər fərq olsun”. Təəccüblənməyə heç bir əsas yoxdur. Səbəb çox sadədir. Səbəb odur ki, erməni dilinin formalaşmasında türk dilləri (xüsusən qıpçaq-ərmən dili) xüsusi və müstəsna rol oynayıb. Ən çox da ermənilərin xalq dili sayılan aşxarabarın formalaşmasında. Yerli xaçpərəst ərmən türklərinin (türk ermənilərin), həm də müsəlman türklərin dili yeni erməni dilinin formalaşmasında da mühüm rol oynadı. Türkoloq, professor F.Ağasıoğlu da bunu təsdiq edərək yazır ki, digər dillərə nisbətən türk dillərinin hay dilinə təsiri daha qüvvətli olmuş, bu təsirin altında hayların dili hətta hindavropa dilləri üçün xarakterik olan bir sıra əlaməti itirmişdir.
Q. A. Melikişvili bu münasibətlə yazırdı ki, “Qədim yerli əhalinin dili ilə qarışan hay (erməni) dili qalib çıxdı, lakin qalib dilin tərkibində, əsasən leksikasında, assimilyasiya etdiyi məğlub dil qalib dili zənginləşdirdi”.
Yeni erməni dili türk dil sistemi və türk dili leksikası əsasında formalaşdı. Yazıçı X.Abovyanın da etiraf etdiyi kimi, aşxarabarın leksik tərkibinin az qala yarısı türk mənşəli sözlərdir. O, davam edərək yazırdı: “Yeni və qədim erməni dillərinin əsas fərqi danışıq tərzində və sintaktik quruluşundadır. Bu nöqteyi-nəzərdən qədim erməni dili (“qrabar”) Avropa dillərinə oxşayır, yeni erməni dili (“aşxarabar”) isə türk (Azərbaycan) dilinə oxşayır”. (Х.Аbovyan, Naxaşaviq, İrəvan, 1940, ermənicə). Görünür, buna görə fransız tarixçisi J.Ş.Deserbye qeyd edib ki, “Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir”.
Buna görə də başqa bir erməni yazıçısı Qazaros Ağayan deyirdi: “Erməni dilinin qrammatikası türk (Azərbaycan) dili ilə çox oxşardır. Erməni xalqı, aşıqlar onu öyrənəndə, sonra hətta türk (Azərbaycan) dilində danışanda çətinlik çəkmədilər. Hətta indinin özündə bir çox yazıçılar vardır ki, uzaqda olmalarına baxmayaraq türk (Azərbaycan) dilində əla danışırlar....bu dil (Azərbaycan dili) ermənilər üçün doğma kimidir... Məhz buna görə də biz azərbaycanca oxuyuruq”. (Q. Ağayan. “Əsərləri”, III cild, İrəvan-1940, səh. 331, ermənicə). X.Abovyan yazırdı: “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb... bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq”.Tədqiqatların nəticəsində XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə yazıb-oxuyan 400 (G.Tarverdiyana görə, 1300) nəfərə yaxın erməni aşağı müəyyən edilmişdir. N.Nalbandyan isə deyirdi ki, “Ermənilər sağlıq deyərkən də azərbaycanca “yaxşı yol” deyirlər”.
Bir sözlə, Azərbaycan dilinin erməni dilinə təsiri gün kimi aydınıdır. “Qədim erməni dili” öz varlığı üçün türk dillərinin, xüsusən Azərbaycan dilinin qarçısında baş əyməlidir. XX əsrin tanınmış ermənişünası Q.A.Kapansyanın da yazdığı kimi, əgər “Erməni dilindəki...başqa dillərdən alınma sözləri...çıxsaq, erməni dilinin əsasını, özəyini təşkil edən 5 minə qədər söz, 30-a qədər sözdüzəldici və sözdəyişdirici şəkilçi qalır”dı.
Professor A.Bayramov yuxarıda adı çəkilən məqaləsində tamamilə haqlı olaraq yazır ki, “…dilimizin gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu bütün dövrlərdə erməniləri, erməni sair və yazıçılarını məftun etmiş, hazır söz qəliblərindən və deyimlərdən yetərincə faydalanmışlar. Azərbaycan türkcəsinə aid olan sözlərin başqa dillərdə işlədilməsi yaxşıdır, amma sözləri və sözlərin ifadə etdiyi əşya və məfhumları özlərinə çıxmaları elmi saxtakarlıqdır”.
Belə saxtakarlıqlar, xalqımızın mədəni dəyərlərinə sahib çıxmaq cəhdi isə öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, “cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşqul olan” ermənilərin xislətinin bariz nümunəsidir.
Eşq olsun ana dilimizə!
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Şair-qəzəlxan Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş ən gözəl tədbir hansı oldu?
Könül, “Ədəbiyyat və incəsənət”
Mən bir Vahidsevərəm, uşaqlıqdan onun qəzəllərini sevə-sevə oxuyuram və hər dəfə yolum Sumqayıtdan Bakıya düşəndə - Masazır qəsəbəsindən keçərkən mütləq bu dahi yazarın abidəsi önündə dayanıb onu yad edirəm. Bir neçə gün öncə - daha dəqiqi, fevralın 17-də ustadın 130 illik yubileyi günüydü – ölkə miqyasında keçirilən əksər tədbirləri izlədim və mənə belə gəlir ki, Əlağa Vahidin adına layiq ən gözəl tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbir oldu.
Bilməm bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarıların bəxtiyarıdır!
Açdıqca qül camalını, ellər fərəhlənir,
Quya qözəllik aləminin növbaharıdır.
Dünya bu nazənin mələyin həsrətin çəkir,
Xəlqin sevimli afəti, həm şəhriyarıdır.
Yüz dəfə yansaq eşqi oduna, qorxu bilmərik,
Çünki diyarımız bizim Odlar diyarıdır!
Bir vaxt səcdəkah idi atəşpərəslərə
Şəbi-Səba ki, mərkəzi dərya kənarıdır.
Qan etmə, sagi, bağrımızı, badə tez gətir,
Doldur qədəhləri, gecəmiz geçdi, yarıdır.
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri,
Bilmir ki, sevgi aləmi biixtiyarıdır.
Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər:
Biçarə Vahidin bu qəzəl yadigarıdır.
Tədbirə keçid üçün Vahidin məşhur qəzəllərindən birini əbəs söyləmədim. “Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər: Biçarə Vahidin bu qəzəl yadigarıdır” deyən şairin bütün qəzəlləri onun ən gözəl yadıgarlarıdır. Elə bu tədbirin də mayası həmin bu qəzəllərlə yoğrulmuşdu.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Ə.Vahid adına kitabxana filialının birgə təşkilatçılığı ilə keçirilirdi bu tədbir, adı da belə idi: Şair-qəzəlxan Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə.
İndi isə böyük məmnuniyyət hissi ilə tədbirin gedişatı barədə söz açmaq istəyirəm. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. O, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əliağa Vahid haqqında söylədiyi fikirləri səsləndirdi.
Tədbirin aparıcısı 4 №-li kitabxana filialının müdir əvəzləyicisi Kamilə Novruzova tədbir boyu Əliağa Vahidin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verdi.
Şair, yazıçı, jurnalist Əvəz Qurbanlı bildirdi ki, M.Füzuli, S.Ə.Şirvani və Əliağa Vahid Azərbaycanın ədəbiyyat tarixinə düşən şairlərdir. Ə.Vahidin qəzəlləri xanəndələr vasitəsilə xalqa ötürülmüş və sevilmişdir. O qeyd etdi ki, Ə.Vahid hər zaman məşhur olan meyxana sənəti ilə də məşğul olmuşdur.
Qəzəlxan Xəqani Əmini qeyd etdi ki, Ə.Vahidin sadə dildə yazdığı qəzəllərdə dərin fəlsəfi mənalar var. Vahid hər bir ifadəni yerində işlətmişdir. Xəqani Əmini Vahidin qəzəlini səsləndirdi.
Meyxanaçı Mehman Əhmədli çıxışında bildirdi ki, Ə.Vahid sənətkarlığında həm şeir, qəzəl həm, də meyxana vəhdət təşkil etdiyi üçün o, tarixə də böyük sənətkar kimi düşüb. Bütün meyxana deyənlər onu ustad, müəllim kimi qəbul edir. Əliağa Vahid Ağasəlim Çildağ kimi də böyük bir tələbə yetişdirib. O, Ə.Vahidin ölməz sənətkar olduğunu vurğuladı.
Aktyor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Qorxmaz Əlili (Canzadə) bildirdi ki, “Əliağa Vahidin meyxanaları” adlı kitab 1925-ci ildə nəşr olunub. O, Ə.Vahidin həyatı haqqında araşdırmalar apardığını dedi və onun anadan olmasının tarixi haqqında da maraqlı məlumat verdi.
Uşaq yazıçısı, şair, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova “Vahid Ədəbi Məclisi”nin ənənələri haqqında danışdı, bu məclislərin davamlı olacağını bildirdi.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi-esseist Əsəd Cahangir qeyd etdi ki, Ə.Vahid bizim müasirimizdir. Onun sadə dildə yazdığı qəzəlləri söyləyənlər əziyyət çəkmirlər. Ə.Cahangir Vahidin yazdığı qəzəlin Qarabağ müharibəsinin simvoluna çevrildiyini vurğuladı.
Şair, qəzəlxan, Əməkdar mühəndis, texnika üzrə fəlsəfə doktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Əli Ələmi bildirdi ki, Ə.Vahid xalqın şairidir. O, dünyasını dəyişəndə bütün şəhər onun dəfninə yığışmış və onun Fəxri Xiyabanda dəfn olunmasını istəyirdilər. Bütün bunların xalqın ona böyük sevgisindən irəli gəldiyini dedi.
Şair, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis Ə.Vahid haqqında qısa məlumat verdikdən sonra ona həsr etdiyi qəzəlini səsləndirdi.
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov çıxışında qeyd etdi ki, bütün şairlər Vətəni, xalqı tərənnüm etməyə çalışır, amma Ə.Vahid tamam başqadır. O, bildirdi ki, Ə.Vahidə hər zaman yaşayır. Qadir Hüseynov Ə.Vahidə həsr etdiyi şeirini səsləndirdi.
Şair, qəzəlxan Mahcamal Babayeva Ə.Vahid haqqında qısa məlumat verdi. Ə.Vahidi canlı görənlərdən biri olduğunu və onun qəzəllərinə təxmis yazdığını vurğuladı.
Yazıçı, ssenarist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Firudin Qurbansoy Ə.Vahidin həyat və yaradıcılığı haqqında məlumat verdi. Qeyd etdi ki, Vahidin böyüklüyü qəzəli, əruz vəznini qoruyub saxlamasındadır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Ə.Vahid adına 1№-li kitabxana filialı məktəblilər arasında Ə.Vahidin 130 illik yubileyi ilə əlaqədar şeir və inşa müsabiqəsi keçirmişdilər. Tədbirdə müsabiqənin qalibləri Təşəkkürnamə və Diplomla təltif olundular.
Tədbirin bədii hissəsində xanəndə, Beynəlxalq və Respublika müsabiqələri laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova, 22 №-li Uşaq Musiqi Məktəbinin müəllim və şagirdi çıxış etdilər. Müsabiqənin qalibləri AMK nəzdində İncəsənət Gimnaziyasının, 225, 158, 38, 150 №-li məktəblərin şagirdləri Ə.Vahidin şeir və qəzəllərini söylədilər.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar, “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri, geniş ictimaiyyətin nümayəndələri, kitabxananın oxucuları, kitabxanaçılar iştirak etdilər.
Tədbirdə Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş videoçarx da nümayiş olundu.
Bir sözlə, ustad qəzəlxanın əsl adına layiq bir tədbir oldu.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)