Kiplinq əhvalatı eşidir və “Mauqli” dünyaya gəlir Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yəqin ki, bir çoxunuz ingilis yazıçısı Kiplinqin qəhrəmanı Mauqli  olan məşhur “Cəngəllik kitabı”nı oxumusunuz. Amma yəqin heç də hamınız bilgili deyilsiniz - hekayənin mövzusu real həyatdan götürülmüşdür.

Sizlərə bu barədə danışacağam.

 

Bu hadisə 1867-ci ildə Hindistanda baş vermişdir. Hindistanda ovçular canavar sürüsünün içində dördayaqla gəzən, insanabənzər altı yaşında bir uşaq görürlər. Onlar canavar sürüsünü izləməyə qərar verirlər. Sürü bir mağaraya girir. Ovçular qərar verir ki, sürünü mağaradan çıxarsın. Girişdə ocaq qalayırlar və canavarlar tüstüdən boğulmamaq üçün mağaranı tərk edirlər. Canavarları öldürən ovçular uşağı özləri ilə götürürlər. Uşağa Dina Saniçar adını qoyaraq, bir uşaq evinə verirlər.

Tapılan bu canavar uşaq insanların arasında özünə yer tapa bilmir. Həkimlərin bütün səylərinə baxmayaraq, Saniçar insan cəmiyyətinə uyğunlaşa bilməyir. Ancaq çiy ət yeyir, gecələr ulayır, dişlərini itiləmək üçün sümük gəmirirdi. Uşağa yazmaq, oxumaq, danışmağı öyrətmək mümkün olmur. Paltar geyindirə bilmirlər. İnsani vərdişlərdən yalnız siqaret çəkməyi öyrənə bilir Dina Saniçar və 34 yaşında vərəmdən dünyasını dəyişir.

26 il sonra bu hadisə barədə eşidib əsər yazmağa ruhlanan Cozef Redyard Kiplinq məşhur “Cəngəllik kitabı”nı yazır.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.