Super User

Super User

Вторник, 28 Сентябрь 2021 10:32

Sunay Akının “Yastığındakı çuxur”

Türkiyənin dəyərli şairi Sunay Akının seçmə şeirlərini gənc şair Fərid Hüseyn dilimizə uyğunlaşdıraraq "Yastığındakı çuxur" adı altında nəşr etdirib. 70-dən artıq şeir toplanan kitab 10 ildir ki, Fərid Hüseynin rəhbəri olduğu "Eşq" adlı kitab seriyasından çap olunub.

Xəbər verdiyimiz kimi, “Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə  “İgidlərin sözü!!!” adlı antologiya  işıq üzü görəcək. Bu gündən etibarən döyüşən əsgərlərimzin şerlərini öz ifalarında dinləyicilərə, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə layihə təşkilatçıları YouTube platformasında və digər sosial medialarda təqdim etməyə başlayıb.
“İgidlərin SÖZÜ” kitabında toplanan şerlərin, esselərin içərisində həm də döyüşlər gedən anda yazılanları vardır. Xatırlatmaq istəyirik ki, “İgidlərin SÖZÜ” kitabının ideya müəllifi  “SÖZ” ədəbi layihəsinin rəhbəri  Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” kitabında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov,   mayor Mehman Süleymanov,  şəhid əsgərlər Şahgündüz Cabbarov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin yaradıcılıqları yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı sizə layihəyə qatılmış gənc şair Orxan Səlifovun “Mən şəhid olmuşam, ölməmişəm ki...” şeirini təqdim edir. Şeir Ağdamın Çəmənli kəndində qələmə alınıb.

Mən bu gün şəhidəm, qan içindəyəm,
Ölüm başım üstə günahım kimi.
Yıxılıb, qalmışam səngər icində,
Sahibsiz, boş qalan silahım kimi..

Mən şəhid olmuşam, ölməmişəm ki,
Tanrı şərəf yazdı taleyimizə.
Şəhidlik  ən uca zirvə sayılır,
Həmin o zirvədən baxacam sizə.

Siz də üzülməyin , mən üzülmürəm,
Axı öz arzuma çatıram bu gün.
Torpağın üstündə gəzəsiz deyə,
Torpağın altında yatıram bu gün.

Mən öldüm, nə qaldı məndən geriyə ?
Bir məzarım qalıb, hər yanı daşlı.
Tozlu cəkmələrim, qanlı paltarım,
Hə, bir də anamın gözləri yaşlı...

Вторник, 28 Сентябрь 2021 10:31

Ən möhtəşəm premyeralar Şuşada təqdim ediləcək

“Vətən müharibəsi Azərbaycan tarixinin qürur, şərəf və ləyaqət səhifəsidir. Xoşbəxt adamlarıq ki, bu tarixə şahidlik etmək bizə nəsib oldu. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, yurd-yuva həsrəti ilə yaşayırdı. Taleyinə köçkünlük düşən insanlar bu ağrı-acını yaşasalar da, heç vaxt inamlarını itirmədilər. İndi hamımız torpaqlarımızın azad olunmasının sevincini yaşayırıq. Bu sevinci bizə Ali Baş Komandanımız, Prezident İlham Əliyev yaşatdı”.
Bu sözləri AzərTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov deyib.
“Sentyabrın 27-də erməni təxribatçıları bizə qarşı növbəti çirkin niyyətlərini həyata keçirməyə çalışdılar. Ali Baş Komandanın iradəsi və göstərişi ilə ordumuz əks-həmlə hücumuna başladı. 44 gün davam edən müharibədə Azərbaycanın igid oğulları görünməmiş qəhrəmanlıq göstərdilər və illərdir düşmən tapdağı altında qalan yurd yerlərimiz öz azadlığına qovuşdu. Biz bu 44 gündə nə gördük? Əlbəttə, xalqın öz liderinin ətrafında necə qətiyyət və məhəbbətlə birləşməyini. Böyük ruh yüksəkliyi, şövq, sabaha olan tükənməyən inam. Məhz bu ali keyfiyyətlər bizi Qələbəyə apardı”, - deyə Xalq artisti bildirib.
Azər Paşa Nemətov deyib: “Bu gün Qarabağ azaddır. Birinci və ikinci Qarabağ müharibəsində qanı tökülən şəhidlərimizin ruhu şaddır. Onların qisası düşməndən alınıb. Onların qanı yerdə qalmayıb. Şuşada “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyliyə həsr olunmuş musiqi günləri böyük uğurla başa çatdı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bundan sonra biz Şuşada hələ çox belə tədbirlər keçirəcəyik. İnşallah, Şuşada teatr tamaşaları oynayacağıq. Ən möhtəşəm premyeralarımızı Şuşada təqdim edəcəyik. Bu, bütün teatr xadimlərinin arzusudur”.
Bu gün Qarabağda quruculuq işləri aparıldığını söyləyən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vurğulayıb ki, tezliklə Şuşa, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və başqa rayonlarımız dünyanın ən gözəl şəhərlərinə çevriləcək: “Mən Vətən yolunda canından keçmiş bütün oğullarımızın unudulmaz xatirəsi qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı, şəhid ailələrinə səbir, dözüm və təmkin arzu edirəm. Azərbaycan xalqı bu oğulları heç zaman unutmayacaq”.

İki illik fasilədən sonra Nyu-Yorkun teatr mərkəzi sayılan Brodveydə  yenidən "Tony" mükafatının - teatr sahəsinin “Oskar”ı sayılan mükafatın təqdimetmə mərasimi keçirildi. Pandemiya ilə əlaqəli məhdudiyyətlər səbəbindən "Tony" nin 74-cü mərasimi bir neçə dəfə ertələnmiş, teatrsevərləri intizarda saxlamışdı. Baş mükafat "Mulen Ruj” müziklına (Moulin Rouge) təqdim edildi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat verir.
Bu dəfə teatr "Oskar"ının təqdimedilmə mərasimi - ilin əsas hadisəsi, çoxları onun virtual keçiriləcəyini zənn etsələr də, əyani şəkildə baş tutdu. Zalda iştirak edənlər qoruyucu maskalarda idilər. Mərasimin aparıcısının sözlərinə görə, hər bir qonaq vaksinasiyadan keçmişdi.
28 nominasiyadan baş mükafatdan savayı ayrı-ayrılıqda "Ən yaxşı tamaşa" və "Ən yaxşı remeyk" mükafatları fərqlənir, daha prestijli hesab olunur. Tamaşanın yenidən tərtibatına görə - Ən yaxşı remeyk mükafatını Amerika ordusunun sıralarında irqi problemlərdən bəhs edən "Soldier' s Play" (Əsgər pyesi) qazandı. Laureatlar təqdimat zamanı polisin ötən ilin mayında saxlamasından sonra həlak olmuş afroamerikalı Corc Floydun adını  çəkdilər.
Ən yaxşı tamaşa "The Inheritance” (İrs) oldu.
Brodveydə bütün tamaşaların nümayişi pandemiyaya görə 12 Mart 2020-ci ildə dayandırılmışdı. O zamankı repertuarda 31 tamaşa və müzikl, o cümlədən səkkiz yeni şou var idi. Hələ səkkiz tamaşanın məşqləri gedirdi, onların premyeralarının ötən ilin baharında keçirilməsi nəzərdə tutulurdu. Ta ki builki sentyabrın 14-dək tamaşaçılar intizarda qaldılar, məhz bu tarixdən  Brodvey teatrları yenidən tamaşaçıları qəbul etməyə başladılar. Və ayın sonlarına doğru da dərhal Tony mükafatları təqdim edildi.

Вторник, 28 Сентябрь 2021 10:30

ICESCO-nun 14-cü Baş Konfransına ev sahibliyini Misir edəcək

Bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) 14-cü Baş Konfransına ev sahibliyi Misir edəcək.
Bu barədə xəbər telekanalları Misirin Baş naziri Mustafa Mədbuli ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik arasında Qahirədə keçirilən görüşün nəticəsi olaraq məlumat yayıb.
Məlumata görə, görüşdən sonra ICESCO-nun Baş direktoru Misirin yeni inzibati paytaxtına gedib və burada Baş Konfransın keçiriləcəyi Konqres Mərkəzi ilə tanış olub.
İCESCO rəsmisi Misiri müsəlman dünyasında kifayət qədər nüfuzu olmasına və qədim dünya mədəniyyətinə verdiyi töhvələrə görə dəyərləndirməkdədir.

Qırğızıstanda keçirilən Beynəlxalq Dünya Eposlarının VI festivalı başa çatıb. AzərTAC Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə müstəqilliyinin 30 illiyi və tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala dünyanıın 20 ölkəsindən gələn nümayəndələr qatılıb.
Tədbirdə ölkəmizi kulturoloq və yaponşünas alim Əbülfəz Babazadə təmsil edib.
Sentyabrın 25-dək davam edən festivalda müxtəlif xalqların milli oyunları və rəqsləri nümayiş olunub.
Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar keçirilib.
Azərbaycan aliminin “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzusundakı tədbirdə Türk xalqlarının və yaponların dastan ənənələri, əfsanələri haqqında öz elmi tədqiqatları əsasında hazırladığı “Yapon mədəniyyətində Türk faktoru“ adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ə. Babazadə, eyni zamanda festivalın dünya xalqları mədəniyyətlərinin inteqrasiyası üçün bir platforma olduğunu da diqqətə çatdırıb.

 

28 sentyabr. Beynəlxalq Konfutsi günü

 

Çin tarixi ilə Konfutsinin ad günü səkkizinci Ay ayının 27-ci gününə təsadüf edir, o da bu gündür. Bu müdrik filosofun günündə ən azı onun dillər əzbəri olmuş müdrik kəlamlarını xatırlamaq yerinə düşər. Məsələn, “Heç nə nə gec olur, nə də tez. Hər şey vaxtında olur”. Gözəl deyib, deyilmi? Yaxud, “Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar”. Birini də deyimmi? “Kamil insan gözəl söz deyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır”. Yaxşı, birini də deyim, yekunlaşdırım: ”Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir.” Konfutsinin ən çox yayılan və təqdir edilən fikri isə yəqin ki, bilirsiniz, budur: “Qaranlığı günahlandırmaqdansa bir şam yandır”.

 

Bizə bəzən məhz bu çatışmır: Qaranlıqda bir şam yandırmaq!

 

28 sentyabr. Ümumdünya quduzluqla mübarizə günü

 

İnsanlarda və heyvanlarda rast gəlinən bu xəstəliyin ağır fəsadları olur, təkcə Amerikada hər il bu xəstəlikdən 55 min adam vəfat edir, hər 10 dəqiqəyə bir adam. Bu, böyük göstəricidir. Adətən it qapması nəticəsində bu xəstəliyə tutulan insanın müalicəsi əlbəttə mümkündür, amma bu müalicə çox bahadır, xüsusən inkişaf etməkdə olan ölkələrdə quduzluğun müalicəsi çətin alınır. Bu gün Quduzluqla Mübarizə Alyansı dünya ölkələrinə müraciət edir ki, quduzluğa yoluxanların müalicəsinə diqqət ayırsınlar.

 

Öz aramızdır, Bakıda gecə saatlarında küçələrə hakim olan küçə itləri sürülərini məgər az görmüşük? Adama hücum edərlər, quduzluğa yoluxdurmaq bir yana, parça-parça eləyərlər. Allah qorusun!

 

28 sentyabr. “Səfeh sual ver” günü

 

Bu gün insanlardan bir-birinə səfeh sual vermək tələb olunur, bu, əhval-ruhiyyəni yüksəltməyə, şənlənməyə xidmət edən bir aksiyadır. Səfeh sual kateqoriyasına aid olunan sualları təxmin etmək asandır. Fəlsəfədə belə bir anlam var, səfeh suala səfeh sualla cavab vermək. Maraqlı məntiqdir. Deyilənə görə, bir filosofa “Hansı arılar süd verir” sualı ünvanlananda o, “Bəs hansı inəklər bal verir” sualını cavab olaraq söyləyib. Bəşər tarixində ən səfeh sual isə ABŞ-da bir internet forumunda qeydə alınıb. Bir iştirakçı belə bir sual ünvanlayıb: “Əgər mən özümü yesəm, kilom iki dəfə artar, yoxsa yox olaram?”

 

Bəzən ən yüksək kürsülərdən ən yüksək çinli insanlar elə suallar səsləndirirlər ki, heç insan qəsdən səfeh sual vermək istəyəndə səfehlik dərəcəsi bu qədər yüksək ola bilmir. Elə bizim parlamentdə bu sayaq sualları eşitməyə, bir növ, adətkərdəyik. Çox dərinə getməyək amma.

 

28 sentyabr. Bu günə təsadüf edən əlamətdar hadisələr

 

Aclıqdan azad olunma günü. Daha çox Afrikada aclıqdan əziyyət çəkən insanlara dəstək məqsədini güdür. Beynəlxalq təhlükəsiz abort günü. Ev şəraitində riskli abortlar əleyhinə yönəli bir gündür. Beynəlxalq informasiyaya çatma günü. Məqsəd odur ki, hər bir insanın informasiyanı axtarmaq, tapmaq və yaymaq hüququna malik olması tanınsın. Simxat Tora günü. Yəhudi bayramıdır, Tövratın kütləvi oxunmasının illik siklinin başa çatması və yeni siklin başlamasını özündə ehtiva edir. Lombard günü. 1618-ci ildə Brüsseldə ilk lombardın açılması şərəfinədir. Bricit Bordo günü. 1934-cü ildə dünyanın seks simvolu adlandırılan fransız aktrisanın dünyaya gəlməsi şərəfinədir. Marçello Mastroyani günü. Bu isə dünyaşöhrətli italyan aktyorun 1924-cü ildə doğulması şərəfinədir.

 

Amerikanın da bu gün öz əlamətdar hadisələri var: Oğullar günü. İctimai torpaqlar günü. Yeyib-içmək də öz yerində: Uşaqlarla nahar eləmək günü. Çiyələk cemli piroq günü. Və ən nəhayət, Pivə içmək günü.

 

Varisin “21-30 sentyabrın təqvimi” yazısından

 

 

 

Понедельник, 27 Сентябрь 2021 13:27

“İgidlərin sözü” layihəsindən: Həsən Kür, “Son döyüş”

Xəbər verdiyimiz kimi, “Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə  “İgidlərin sözü!!!” adlı antologiya  işıq üzü görəcək. Bu gündən etibarən döyüşən əsgərlərimzin şerlərini öz ifalarında dinləyicilərə, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə layihə təşkilatçıları YouTube platformasında və digər sosial medialarda təqdim etməyə başlayıb.
“İgidlərin SÖZÜ” kitabında toplanan şerlərin, esselərin içərisində həm də döyüşlər gedən anda yazılanları vardır. Xatırlatmaq istəyirik ki, “İgidlərin SÖZÜ” kitabının ideya müəllifi  “SÖZ” ədəbi layihəsinin rəhbəri  Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” kitabında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov,   mayor Mehman Süleymanov,  şəhid əsgərlər Şahgündüz Cabbarov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin yaradıcılıqları yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı sizə layihəyə qatılmış gənc şair Həsən Kürün “Son döyüş” şeirini təqdim edir:

Son döyüş

(Şeirdə adları çəkilən Raqil və Sübhan eyni gün döyüşə qatılan, eyni gün şəhid olan Salyan rayon, Dayıkənd kəndinin şəhidləridir.)

-Raqil eşidirsən? Mənə cavab ver!
-Sübhan, mən deyəsən yaralanmışam.
Tərpədə bilmirəm heç bir yerimi,
Elə bil ölmüşəm, cansız bir daşam.

-Yox , sən  ölməyəcək, yaşayacaqsan,
İndi harda olsa gələr uşaqlar.
Qardaş ürəyini buz kimi saxla,
Onlar gəlib bizi aparacaqlar.

-Sübhan, sən necəsən? Yaran dərindi?
-Bilmirəm, amma bərk ağrıyır başım.
-Özünü qorxutma, bir az möhkəm ol,
Sən sağ qalacaqsan, əziz qardaşım.

-Komandir! Komandir! Yoldaş leytenant!
-Dayan Sübhan, dayan, yorma özünü.
Deyəsən komandir şəhid olubdur,
Həyata əbədi yumub gözünü.

-Yazıq... yetim qoydu uşaqlarını
Canın qurban verdi Ana Vətənə.
Dünən gecə yarı bir az dərdləşdik,
Qızının şəklini göstərdi mənə.

-Danışma qardaşım, taqətdən düşmə,
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama, açıb qoxlayar.

Bilsin ki içimdən nə hisslər keçib,
Bilsin ki Vətəni necə sevirdim.
Təsəlli tapsın ki, mən şəhid oldum,
Sevinə-sevinə məzara girdim.

-Yox, ölməyəcəksən, belə danışma!
Anan qalmayacaq gözləri ağlar.
Bütün qohumların, bütün dostların,
Gələn il toyuna yığılacaqlar.

Birlikdə gəlmişik cəbhəyə, Raqil,
Kəndə də, birlikdə qayıdaydıq kaş.
Əgər yolumuzu ölüm kəsdisə,
Sən ölmə, yerinə mən ölüm, qardaş.

-Ay Sübhan, bədənim oldu buz kimi,
Gözüm heç bir yeri görmür elə bil...
-Dayan... bir az dayan, ölmə qardaşım,
Raqil... ölmə Raqil... cavab ver Raqil...


Vətəni şəhidlər, qazi, döyüşçü qanı müqəddəs edir. Azərbaycan Ordusunun müzəffər oğulları həm döyüşməyi, həm də söz deməyi bacarırlar. 30 ildir ki, canlarını “uf” demədən Vətənə qurban edən həmin oğulların adları Vətən tarixinə qanları ilə yazılıb. Onların arasında sözü ilə də tarixləşən, yaddaşlarda qalan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsi iştirakçılarımız vardır.
“Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə  “İgidlərin sözü!!!” adlı antologiya  işıq üzü görəcək. Bu gündən etibarən layihə çərçivəsində döyüşən əsgərlərimzin şerlərini öz ifalarında dinləyicilərə, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə layihə təşkilatçıları YouTube platformasında və digər sosial medialarda təqdim etməyə başlayıb. Sözlü-söhbətli igidlərimiz həm də 6 oktyabrda Bakıda keçirilən  Beynəlxalq Kitab sərgisində çıxış edəcəklər.
“İgidlərin SÖZÜ” kitabında toplanan şerlərin, esselərin içərisində həm də döyüşlər gedən anda yazılanları vardır. Bizim şəhidlərimiz və igidlərimiz həm süngüləri ilə döyüşüb, həm də qələmləri ilə tarix yazıblar! Bu şerlər çox gözəldir! Bu şerlərdən güllə səsi, torpaq ətri, barıt qoxusu, qan qoxusu, Vətən qoxusu gəlir!
Xatırlamaq istəyirik ki, “İgidlərin SÖZÜ” kitabının ideya müəllifi  “SÖZ” ədəbi layihəsinin rəhbəri  Nigar xanım Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” kitabında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov,   mayor Mehman Süleymanov,  şəhid əsgərlər Şahgündüz Cabbarov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin  yaradıcılıqları yer alıb.

Понедельник, 27 Сентябрь 2021 09:49

Rembrandt.

“Ulduzlu gecə”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.