Super User
Azərbaycanlı kinorejissor Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib
Azərbaycanlı kinorejissor və prodüser, “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kinofestival Moskvada keçirilir. Burada 25 ölkədən 65 film təqdim olunacaq. Festivalın mətbuat xidmətindən bildirilib ki, əsas müsabiqə proqramına Avstriya, Böyük Britaniya, İtaliya, Çin, Meksika, Hollandiya, Peru, Portuqaliya, Rusiya və Fransa istehsalı olan filmlər daxildir.
Azərbaycanlı kinorejissor Fariz Əhmədov qısametrajlı filmlər müsabiqəsinin münsiflər heyətinə üzv seçilib. Onunla yanaşı, filmləri rejissor və ssenarist Vladimir Qolovnev (Rusiya), kinematoqrafçı və rəssam Kamilla Rodrigez Triana (Kolumbiya) qiymətləndirəcəklər.
Bu il “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalı səkkizinci dəfə keçiriləcək.
“Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “ Atlı-itli” xalçasına həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Atlı-itli” xalçasının kompozisiyası qədim tarixə malik “Ovçuluq” xalçaları ilə bağlıdır. XX əsrin əvvəlində “ovçuluq” bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birinə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.
Təqdim olunan xalçada sürməyi yerlik üzərində stilizə olunmuş qırmızı rəngli at və boz rəngli it təsvirləri ara sahənin əsas elementləri kimi şaquli şəkildə ritmik olaraq təsvir olunub. Xalçanın ara sahəsində at və it təsvirləri ilə yanaşı, quş təsvirlərinin verilməsi ov atributlarına işarədir. Bəzi doldurucu elementlərin isə haşiyə qurşağının naxışları ilə semantik əlaqə yaratması Qarabağ xalçaçılığına xarakterikdir.
Qubaya Əmir Pəhləvan gəlmişdi…
Şənbə günü Qubadakı “Azərkitab” kitab mərkəzində Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşü giriş sözüylə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı, şair Ramiz Qusarçaylı açaraq Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb, onun həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Quzey Kıbrıs Cümhuriyyətinin Dövlət mükafatlarının laureatı olması barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, şair Şahin Fazil çıxış edərək bildirib ki, o, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, "Baku", "Bakı" axşam qəzetlərində, "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyıb və ədibin bu günə kimi 30 kitabının Azərbaycanda, 20 kitabınln Ukraynada, 7 kitabinln keçmiş postsovet respublikalarında, 15 kitabınln isə Avropa ölkələrində və Amerikada çap olunmasından və əldə etdiyi ədəbi nailiyyətlərindən həmişı qürur hissi keçirib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev öz çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xəttilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", “Şəhriyar”, “Svilizasiya beşiyi-Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib.
ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva öz çıxışında belə görüşlərin əhəmiyyətini xüsusi olaraq qeyd edərək Əmir Pəhləvana filialının tələbələriylə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib.
Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ceyhun Ağabəyov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlaləddin Budadoğlu, eləcə də qubalı, qusarlı və xaçmazlı şair və yazıçılardan Mövlud Ağamməd, Sərvinaz Sərvər, Telman Təravət, Cavanşir, Sabir Nemətov, Nəzər Mirzəyev, Pənah Elqəm, Güləli Bağban, Gülnaz Qubalı, Asvar Tufandağlı, yerli ziyalılar adından Yaqub Kərimov, Xanbikə Səlimova və başqaları çıxış edərək Əmir Pəhləvana suallar ünvanlayıblar və şeirlərini oxuyublar.
Görüşün sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə danışıb və maraqlı görüş üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Təbii ki, bölgələrimizdə bu sayaq tədbirlər nə qədər çox olsa o qədər yaxşıdır.
Sənin qələminə dəyməz bu dünya - İqbal Nəhmətin şeiri
Öz dərdi özünə bəs edən şair,
Sən kimin dərdini çəkirsən, adam?
Salam ver salamın alınsın yetər,
Gülümsə, sonra da cavab ver, şadam.
Bu azad ölkədə qələm götürüb,
Hər sözü, kəlməni yazmaq olmayır.
Öz dərdi özünə bəs edən şair,
Pulsuz məzarı da qazmaq olmayır.
Sən kimin dərdini çəkirsən belə,
Qoyub yurd- yuvanı qaçanlarınmı?
Verib öz yerini qara tikana,
Özgə bağçalarda açanlarınmı?
Yığıb ətrafına pisi, nadanı
Yaxşı qapıları döyməz bu dünya.
Nə olsun böyükdü yeri-göyü var,
Sənin qələminə dəyməz bu dünya.
Düz olmaq, düz qalmaq, düz yaşamaqdı
Bir budaq sınmağa məhkum, əyilsə.
Sən kimin dərdini çəkirsən, adam?
Adam sandıqların adam deyilsə.
Günün fotosu: Neft ölkələri milyardlar qazanıblar
Günün fotosu: Neft ölkələri milyardlar qazanıblar
Səüdiyyə Ərəbistanının əsas neft kompaniyası olan Saudi Aramco öz rekord gəliri barədə məlumat yayıb. Kompaniya ilin birinci yarısında 87, 9 milyard dollar qazanıb ki, bu da ötənilkindən 90 faiz çoxdur.
Neftin qiymətinin qəfil sıçrayışını Ukrayna müharibəsi və pandemiyadan sonra iqtisadiyyatın dirçəldilməsi şərtləndirib.
Yeri gəlmişkən, neftin qiymətinin qalxması Azərbaycana da əlavə milyardlar gətirib.
Foto: Euronews
Türkiyənin məşhur müğənnisi İntizar Azərbaycana gəlib.
“Ədəbiyyat və incəsənət” olay.az-a istinadən xəbər verir ki, sənətçi Bakıdakı məşhur restoranların birində səhnə alıb.
O, gecədə populyar mahnılarını səsləndirib. İntizar həm də Azərbaycan mahnısı olan "Qara göz"ü oxuyub.
Beyonsun "I'm That Girl" klipinin tizer-treyleri yayımlanıb
Dünyaşöhrətli Amerikalı ifaçı Beyons buraxdığı son "Renaissance" albomunda yer alan "I'm That Girl" mahnısının tizer-treylerini nümayiş etdirib.
“Ədəbiyyat və incəsənət” portalı daily.afisha.ru saytına istinadla xəbər verir ki, ifaçı "I'm That Girl" mahnısının klipinin tam videosunu nə vaxt buraxacağı barədə məlumat hələ ki, verməyib. Qeyd edilir ki, tizer-treyler bütün videovintaj effektləri, dəbdəbəli məqamlar və əlbəttə ki, paparazzi çaşqınlığı ilə müşayiət olunur.
Xatırladaq ki, iyulun 29-da Beyons altı ildən sonra ilk albomu olan “Renaissance”ı buraxmışdı ki, bu barədə portalımız məlumat yaymışdı. Buraxılış günü 16 mahnıdan ibarət olan albom Spotify-da dinləmə rekorduna imza ataraq 43 milyon dəfə dinlənilmiş və ilk həftədən bir qədər sonra "Break My Soul" sinqlı Billboard Hot 100 musiqi çartında birinci olmuşdu.
Həqiqətən də Beyonz çox sevilir.
İlahi, o kənddə nələr var idi – Elvin Əlizadənin şeirləri
Elvin Əlizadə 1993-cü ilin fevral ayında Zəngilan rayonunun Ağalı kəndində dünyaya gəlib.
Həmin ilin oktyabr ayından məlum hadisələrlə bağlı ailəsi Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşıb. O, Sumqayıt şəhərinin 25 saylı tam orta məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 2014-15-ci illərdə Beyləqan rayonunda hərbi xidmətdə olub. 2016-cı ildən bu günə kimi Sumqayıtda Əli Kərim adına Poeziya Evində çalışır. Şeirləri məktəb illərindən bu günə kimi dövri mətbuatda çap olunur. 2022-ci ilə “-29” adlı ilk şeirlər kitabı nəşr olunub. Prezidentin illik təqaüdünə və Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb.
Elvin Əlizadə Silk Way Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun finalçısı və diplomantıdır.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata..
Tikdiyin evlərdən əsər yox idi,
Vəhşilik adında əsər var idi..
Otların üstündə əsgər izləri,
Daşların dibində zəfər var idi.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata!
Nə köhnə yerində şaftalı bağı,
Nə də üzümlükdə üzüm var idi.
Mən ordan çıxanda dil açmamışdım,
Qayıtdım, deməyə sözüm var idi.
Yerdə iməkləyən izim var idi.
Dünən Zəngilana getmişdim, ata!
Neçə güllələnmiş başdaşı gördüm.
Evlərin yerində çay daşı gördüm.
Çay nəyə deyirsiz? Enli dərəydi
İçində sevincdən göz yaşı gördüm.
Keçdim Babaylıdan, Məmmədbəylidən
Yollar Ağalıya burulur, ata.
Gözü yolda qalan Həkəri ki var
Bulanıq suları durulur, ata.
Deyəcəm bəlkə də inanmıyassan,
Oralar yenidən var olur, ata,
Oralar yenidən qurulur, ata!
Dünən kəndimizə getmişdim, ata!
Tikdiyin evlərdən əsər yox idi.
İlahi, o kənddə nələr yox idi.
Bayraq
Dostların qürur yeri, düşmənlərin göz dağı,
Dalğalan göy üzündə, Azərbaycan bayrağı!
Sənə təzim etməkçün düzənliklər dağ olub,
Şəhid qanına batan bu parça bayraq olub!
Sən ən gözəl şeirsən, ən alovlu misrasan,
Parça dediyim nədir?
- Canımızdan parçasan!
Dağımızdan ucasan, daşımızdan ucasan,
Əyilməyən, dik qalan başımızdan ucasan!
Başım üstə yerin var, gözüm üstə yerin var,
Namusunu qoruyan neçə igid, ərin var!
Səni Xudafərində görənlər fikirləşir-
Bir Bayrağın altında əbədiyyət birləşir!
Neçə adət-ənənə, mədəniyyət birləşir,
Güneydən quzeyəcən istiqamət birləşir!
Dalğalandığın hər yer Azərbaycan sayılır,
Göy rəngin Göytürklərdən bizə nişan sayılır!
Səndə Demokratiya, Cümhuriyyət birləşir.
Sənin yaşıl rəngindən Azan səsi yayılır.
Ay-ulduzlu gecədən doğan bir səhərin var,
Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var!
Sən bu Müqəddəs Günə əmanət qoruyurdun,
Bilirdik, Qarabağda Mübarək zəfərin var!
Sumqayıt
Hamının hər səfərdən geri döndüyü yer var.
Bizi də varlığıyla tamamlayan şəhər var.
Günəşini Xəzərdən salamlayan şəhər var.
Dərdini başqa yerdə ovuda bilmir adam,
Burda öz sevdiyini unuda bilmir adam.
Küçələri upuzun, ayrılıqları qısa,
Qarşılaşır hardasa...
Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,
Bu gün dünənki deyil, sabah bugünkü deyil.
Kiçik məhəllələrdən böyük şəhərə dönüb.
Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.
Dəqiq xatırlamıram mən o həmin illəri,
Uşaqlığımdan bəri
Bir ağ göyərçin qonub dənizin sahilinə.
Hamı tamaşa edir bu ağ donlu gəlinə
Onu hər an qoruyan, arxasında dayanan
Xəzər adlı qardaşın başının tacıdır o.
Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,
Dostluğun acıdır o.
Onu ucaldanların ağarmış saçıdır o.
Bu möhtəşəm şəhərin sülh olsa da nişanı
Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.
Böyüdü böyüməmiş, gör necə də böyüdü.
Özü də Göyərçinlə bir həyətdə böyüdü,
bir küçədə böyüdü.
Burda çox şəhidlərə canlı tarix yazıldı.
Şanlı şəhərimizə şanlı tarix yazıldı.
Üstündən əskilmədi böyüklərin nəzəri,
Doğrultdu öz adını:
“İstedadlı gənc qızlar, gənc oğlanlar şəhəri”-
Qəhrəmanlar şəhəri.
Yenə qoruyur səni külüng vuran kişilər,
Həmin əllərdəsən sən.
Nigaran olmasınlar səni quran kişilər,
Əmin əllərdəsən sən,
Əmin əllərdəsən sən !!!
Payız qadın
Hava yaman soyuqdur, soyuq baxışlarıntək,
Payız yağışı yağır, sənin göz yaşlarıntək...
Sizin məhəllənizin
yem axtaran sərçəsi,
ac gəzən pişiyi var.
Nə mənim, nə onların isti ev-eşiyi var.
Sizin eyvanın altda üşüyür bir ağac tək,
Mən də təkəm halına yandığım bu ağactək.
Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.
İntihar eləyirlər hansısa yüksəklikdən.
Yarpaq əgər bezibsə, payız bir bəhanədir...
Eşqi gözdən salmağa ucuz bir bəhanədir.
Hərənin öz sevgisi, inancı, dini olur.
Payız da yarpaqların qiyamət günü olur.
Mən payızı sevirəm, payız da gəlib çıxıb.
Sabah durub görərsən o qız da gəlib çıxıb...
Memar Fuad Seyidzadənin vəfatından 50 il ötdü
Uzaq gəncliyimizin unudulmaz dostu... Yaddaşlara həkk olan insan... Əsl kişi ləyaqətli və nəcabətli insan... Gənc, yaraşıqlı və mehriban oğlan... Bakıda 60-cı illər gəncliyinin mütərəqqi rəmzi... Böyüklə böyük, kiçiklə kiçik... Qardaşımdan yaxşısı yox idi...
Görkəmli memar, rəssam, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, gözəl dost, xeyirxah insan Fuad Seyidzadə yaddaşlarda belə qalıb.
AzərTAC memar Fuad Seyidzadənin anım günündə dostlarının, tanışlarının xatirələrinə nəzər salmaqla, 34 illik işıqlı ömrün bəzi məqamlarını təqdim edir.
Fuad Seyidzadə 1938-ci il iyunun 16-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Bağır Seyidzadə dövrün ictimai-siyasi və mədəniyyət xadimlərindən biri, diplomat, jurnalist və tərcüməçi idi. Müxtəlif məsul vəzifələrdə çalışmış Bağır Seyidzadə Azərbaycanın ilk kinematoqrafiya nazirlərindən biri (ilk nazir Rəsul Rza, ikincisi Bağır Seyidzadə) olub. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazır: “Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımca danışmağa çalışan bəzi demaqoqların ağzından vurdu. Atası kimi Fuad da eyni nəcib xasiyyətə malik idi”.
Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə ilk dəfə Təbrizdə gedən Fuad sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə qəbul olub. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsilini davam etdirib. Tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak edib, çəkdiyi rəsmlər müxtəlif mükafatlara layiq görülüb. Onun “Sumqayıt - peyk şəhər” layihəsi Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə təltif edilib. Bu uğur institut üçün böyük hadisə idi. Ali məktəbi bitirəndən sonra təyinatla “Azərdövlətlayihə” İnstitutunda işləyib. Az sonra isə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik edib, istedadlı mütəxəssisləri ətrafına toplayıb. Arzusu bu büronu geniş profilli layihə institutuna çevirmək idi. O dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə İçərişəhərin ərazisi məhz Fuad Seyidzadənin rəhbəri olduğu büroya həvalə olunub. Bakı şəhərinin dizaynı ilə də bu büro məşğul idi.
Əməkdar memar Rasim Əliyev (1934-2021) yazırdı: “Keçmiş SSRİ-nin bir çox şəhərlərində tikilən mehmanxana və restoranlar məhz Fuad Seyidzadənin layihələri əsasında həyata keçirilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev bizə tez-tez gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlı insanları çox sevirdi. Sonrakı illərdə həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi”.
Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan Fuad Seyidzadə qeyri-adi istedada, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik idi. Xalq rəssamı Tahir Salahov (1928-2021): “O, dünyaşöhrətli memarlardan Nimeyerin, Le Korbuzyenin, Kenzo Tanqenin yaradıcılığına bələd idi. Joltovskini, Vlasovu, Lukini öyrənmişdi. Eyni zamanda, Azərbaycanın istedadlı, gözəl memarları Mikayıl Useynov, Sadıq Dadaşovla yaxından tanış idi. Yəni o, həm milli, həm də dünya memarlıq incəsənətinin bütün palitrasını dərindən bilsə də, ilk növbədə, çoxəsrlik Azərbaycan memarlığının vurğunu idi. Bu mənada keçmişlə bu günü birləşdirmək, sintez etmək onda çox gözəl alınırdı.
Fuad Seyidzadə çoxəsrlik Azərbaycan memarlığına məkanın, həcmin və müstəvinin müasir tərzdə dərk olunması anlayışını gətirdi, bütün arxitektura elementləri arasında əlaqəni diqqətlə yoxlayaraq onları ahəngdar şəkildə və ümumilikdə qızıl hissənin klassik nisbətləri ilə birləşdirdi”.
Gənc memar layihələrində novatorluğa, yeni ideyalara meyil göstərərək klassik, milli, modern üslubların vəhdətinə nail olmağa çalışırdı. O zaman SSRİ-nin bütün respublikalarında evlər eynitipli layihə üzrə tikilirdi. Bu standartlardan çıxmaq üçün memarlar çox çətinlikləri dəf etməli idilər. Fuad Seyidzadə belə bir şəraitdə memarlıq sənətinə gəlmişdi. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri Fuad Seyidzadə olub. Onu institut illərindən tanıyan Həsən Həsənov yazır: “Fuadın əsas məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin, hər məhəllənin öz servis sistemi olsun, məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti olsun və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Əfsuslar olsun ki, bu, sona qədər davam etmədi”.
Fuad Seyidzadə rəssamlarla, heykəltaraşlarla birgə çoxlu iş görür, axtarışlarını davam etdirirdi. İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopolda ucaldılmış Sapundağ abidə kompleksi heykəltaraş Ömər Eldarovla birgə işin məhsuludur. Sankt-Peterburqda tikilmiş “Bakı” restoranı (Oleq İbrahimovla birgə), habelə heykəltaraş Tokay Məmmədovla memar-dizayner kimi həyata keçirdiyi layihələr zəngin sənət duyumunun ifadəsidir. Tokay Məmmədovun (1927-2018) xatirələrindən: “Fuad çox incə təbiətli, yüksək zövqlü, mən deyərdim ki, təbii zövqlü insan idi. Məsələn, bəzi insanlar mütləq musiqi duyumuna malik olduğu kimi, o da mütləq zövqə malik idi. Eyni zamanda, o, hər şeyi böyük peşəkarlıqla yerinə yetirirdi. Bu, çox vacib məqamdır”.
Dünya memarlığının nailiyyətlərini dərindən bilən F.Seyidzadənin layihələri orijinallığı ilə seçilirdi. Xalq rəssamı, tanınmış heykəltaraş Fuad Salayev yazır: “O, “köhnə Bakı”ya vurulsa da, paytaxtın yeni simasını yaratmaq ideyalarına can atan memar idi. Yeni düşüncəli insan idi: yüksək zövq, məkanın orijinal, “təzə” görünüşü. Yeni fikirlərlə coşub-daşırdı. Qərbə və Şərqə səfərlərində gözəlliyə heyran olurdu. Bakını da yeni, gözəl meydanlarla, küçələrlə, müasir yollarla görmək arzusunda idi”.
Azərbaycanın rayonlarında tikilən qonaq evləri, Bakıda funikulyor qarşısındakı meydan (heykəltaraşlar Q.Sücəddinov və A.Mustafayevlə birgə), Rəsul Rzanın, Tahir Salahovun, İran səfirinin bağ evləri F.Seyidzadənin zəngin təxəyyülündən xəbər verirdi. Sənət dünyasındakı ilk addımları elə mətin və uğurlu olmuşdu ki, yaşlı həmkarları da gənc memarın nailiyyətlərindən qürur duyurdular. Bacısı Dilarə xanım: “Daim öz üzərində çalışır, mütaliə edirdi. Nə qədər jurnallara abunə olmuşdu. Fransaya səfəri zamanı oradan özünə yalnız Le Korbuzyenin albomunu alıb gətirdi. Həmişə deyirdi ki, Nyu-Yorku yaradan Le Korbuzye oldu, Barselonanı yaradan Qaudi oldu”.
Ümumiyyətlə, Fuad Seyidzadə hərtərəfli istedada malik insan idi. Bu istedad isə onda çox erkən özünü göstərmişdi. O, uşaqlıqdan rəssamlığı çox sevib və bu sahədə ilk dərslərini atasından alıb. Hələ orta məktəbdə çəkdiyi rəsmlərini Xalq rəssamı Mikayıl Abdullayev bəyənib, onun rəyinə əsasən, Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa götürülüb. Onun rəsmlərində həyat gerçəkliyi əlvanlığı ilə əks olunmaqla yanaşı, duyğu və düşüncələri də rənglərin dili ilə ifadə olunub. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib. O, Bağır Seyidzadəyə təkid edirmiş ki, oğlu dirijorluq sənətinin arxasınca getsin. Fuad Seyidzadə Qərbin dahi bəstəkarlarının – Motsartın, Baxın, Listin əsərlərini sevə-sevə ifa edirdi. O, 60-cı illərdə xüsusilə dəbdə olan caz musiqisinin vurğunu idi, lakin qəlbində ən böyük yeri yenə də muğam və xalq mahnılarımıza ayırırdı. Ürəyinə yatdığı mahnıları fortepianoda gözəl improvizə ilə ifa edirdi. Xatirələrdən məlum olur ki, Fuad görkəmli cazmen Vaqif Mustafazadə ilə də dostluq edib. Xalq yazıçısı Elçin: “Vaqif o zaman “Araz” kinoteatrındakı orkestrdə piano çalırdı. Fuadla kinoteatra gedib, Vaqifi gözləyə-gözləyə konsertə qulaq asırdıq, sonra da şəhərə gəzməyə çıxırdıq. Bəzən “Yeni Avropa” mehmanxanasının (indiki “Lukoyl” ofisi) ikinci mərtəbəsində restoranın yanındakı bufetə girirdik. 1960-1970-ci illərdə Ələsgər dayının o bufeti Bakıda ədəbiyyat, sənət adamlarının xudmani bir klubuna çevrilmişdi”.
Bəstəkar Aqşin Əlizadə (1937-2014): “O vaxtlar Fuad üçün bir mahnı yazmışdım. Təcrübəm az idi, mahnını axıra çatdıra bilməmişdim. Mahnının sonunu Fuad özü tamamladı. Sonralar həmişə mənə baxıb gülə-gülə o mahnını oxuyardı. Mənə də ləzzət eləyərdi”.
Fuad Seyidzadə yaddaşlarda, həmçinin çox xeyirxah insan kimi qalıb. Həmişə gülümsəyərdi, ucadan danışmazdı – bütün bunlar onun ziyalılığından, yüksək intellekt sahibi olmasından, tərbiyəsindən irəli gəlirdi. Böyüyün-kiçiyin yerini bilməsi, özünəməxsus cazibəli xüsusiyyətə malik olması Fuadı hamıya sevdirirdi. Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyev (1941-2021): “O, həm də necə deyərlər, “böyüklə böyük, kiçiklə kiçik” idi. Onu sevirdilər, ona hörmətlə yanaşırdılar, onun fikirlərini yaşlı nəsil də nəzərə alırdı. Mən bilirəm ki, Mikayıl Useynov, atam Tofiq Quliyev ona necə hörmət və məhəbbət bəsləyirdilər”.
Gənc memar elə bir mənalı və parlaq ömür sürüb ki, haqqında söylənilən xatirələr həm də həmin dövrün gəncliyi barədə geniş təsəvvür yaradır. Həmyaşıdları onu Bakının 60-cı illər gəncliyinin mütərəqqi rəmzi adlandırırdılar. Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun (1939-2015) xatirələrindən: “60-cı illərin ikinci yarısında, 70-ci illərdə gənclər arasında çox böyük iş aparılırdı. Gənclər klubu yaradılmışdı, gənclərin görüşləri keçirilirdi. Bütün bu məsələlərdə ən fəal iştirak edən isə Fuad Seyidzadə idi. Bu görüşlər o qədər maraqlı, o qədər sərbəst şəraitdə keçirdi ki, saatdan xəbər tutmurduq. Çox qəribədir ki, professionallar ola-ola, professional rejissorlar, yazıçılar, ssenariçilər ola-ola bu klubdakı görüşlərin, toplantıların ssenaristi də, rejissoru da memar Fuad Seyidzadə olurdu”.
Xalq yazıçısı Elçin: “60-cı illərdə Bakının “Torqovı” küçəsi indiki mobil telefonların, internetin işini daha istiqanlı görürdü, gənclər arasında daha məhrəm və mehriban ünsiyyət yaradırdı. “Torqovı” axşamlar orada gəzməyə çıxanların və hamısının da heç olmasa sifətdən bir-birini tanıdığı cavanların sosial mənşəyindən asılı olmayaraq, Bakının kübar sifətinin göstəricisi idi... Fuad Bakının ən yaraşıqlı, dəblə geyinən, sayılıb-seçilən cavanlarından biri idi və o zaman – 60-cı illərdə Bakının ən gözəl qızı ilə görüşürdü və bu da “Torqovı” ab-havasına, “Torqovı” aurasına xüsusi kolorit verən faktlardan biri idi”.
Xatirələrdən o da məlum olur ki, ötən əsrin 60-cı illərində yaradıcılığın bir çox sahələrində yeni ab-hava başlanmışdı. Həmin illərin istedadlı gəncləri yenilik həvəsi ilə yaşayıb-yaradırdılar. Onların yenilik axtarışı ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq sahələrində dəyərli əsərlərin yaradılması ilə nəticələndi. Öz peşəsini sevərək insanlara xidmət etmək bu insanların başlıca amalı idi. Onlar hamısı bir-birinə formalaşmaqda kömək edir, bir-birinin seçdiyi ixtisasa çox böyük hörmətlə yanaşırdılar. Onlarda nə paxıllıq, nə də intriqa var idi. Onlar 60-cı illərin övladları idilər. Vaqif Səmədoğlu (1939-2015): “Bakıda, Azərbaycanda bir qrup ziyalı gənc eyni amala, hərə öz sənətində eyni məqsədə xidmət etdiyi üçün bir-birlərindən yapışdılar”.
Memar, rəssam, musiqişünas, fəlsəfənin, ədəbiyyatın, kino sənətinin dərin bilicisi... Bütün bunların ucalığında dayanan isə Fuad Seyidzadənin işıqlı şəxsiyyəti idi. Xalq rəssamı Toğrul Nərimanbəyovun (1930-2013) xatirələrindən: “O zaman mən böyük tarixi əsəri tamamladım və azərbaycanlı qəhrəmanın təsviri üçün mənə müasir obraz lazım idi. Mənim prinsipim belədir: əgər tarixi şəxsiyyəti çəkirəmsə, onda mən həmin obrazda müasir konkret insana əsaslanmalıyam. Məhz Fuad öz görkəmində və daxili aləmində məqsədyönlülüyü və romantikanı cəmləyirdi və mən öz qəhrəmanımı onun timsalında seçdim”
Akademik Ömər Eldarov, Xalq artisti Fərhad Bədəlbəyli, habelə memarlar Yusif Qədimov, Rüfət Şərifov, Adil Muxtarov, Rafiq Behbudov, heykəltaraş Qorxmaz Sücəddinov və başqalarının xatirələrində Fuad Seyidzadə cavan, ciddi baxışlı, düşüncəli və işıqlı siması ilə dəyişməz qaldı.
Valideynlərini çox sevən Fuad ailədə qayğıkeş övlad, qardaş idi, ər və ata idi. O deyirdi: “Atamız ağlımız, anamız qəlbimizdir”. Bağır Seyidzadə və Qeys xanım övladlarını həm sevir, həm də onların bilik qazanması üçün tələbkarlıq göstərirdilər. Bu ailədə valideynlər arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Bağır Seyidzadə deyirdi ki, mənim dayağım mənim xanımımdır. Bütün bunların övladların tərbiyəsinə, həyat tərzinə çox böyük təsiri olub. Bacısı Dilarə xanıma məktubları Fuadın daxili dünyasından, həyata nikbin baxışından xəbər verir: “Orada mənim bütün dostlarıma məsləhət gör ki, əgər işləri qaydasında getməsə əyləşsinlər, şirin çay içsinlər və ikinci oktavanın re-diyez notunu aşmadan 3-4 saat sakitcə söhbət etsinlər. Qoy, onların şüarı belə olsun: əgər yaşından, xasiyyətindən, dünyagörüşündən asılı olmayaraq bütün insanlar hər bir hərəkətdən əvvəl əyləşsələr, fikirləşsələr, səmimi söhbət etsələr, hövsələsiz olmasalar və insana o qədər də xas olmayan rəzil duyğuları bir kənara qoyub ona daha çox xas olan nəciblik və qarşılıqlı hörmət hissini rəhbər tutsalar, onlar xoşbəxt olacaq. Belə yaşamaq düzgün olacaq”. Bu fikirlər, eyni zamanda, yazıb-yaratmaq qabiliyyətinin göstəricisidir. Axı, onun atası Bağır Seyidzadə görkəmli jurnalist, sözün qədir-qiymətini bilən gözəl tərcüməçi idi.
Fuad Moskvada aspiranturada oxuyan bacısı Dilarəyə uzaqdan-uzağa olsa belə mənəvi dəstək olurdu. Ona ünvanlandığı məktublarından birində yazırdı: “Biz səhərəcən işdə qalanda - səhər saat 6-da dan yeri söküləndə, Baxın Passakaliya əsərinə qulaq asanda, bir 15 dəqiqə özümüzə istirahət verəndə, inan ki, biz insanlara, həyata dəhşətli bir sevgi-məhəbbət hiss edirik. Görünür ki, “İş insanın cövhəridir” anlayışı tamamilə doğrudur. Biz adətən əməyin bizə ruhən nə verdiyinin fərqinə varmırıq. Ancaq bu fərqi görəndə isə çox xoşbəxt oluruq. Bunu sənə - mənim üçün sevimli və əziz olan insana da arzu edirəm. İnanıram ki, belə də olacaq”. Bu sətirlər 26 yaşlı Fuadın zəngin mənəvi aləmindən xəbər verir. Bacısı Dilarə xanım deyir: “Müasir ruhlu insan idi. Eyni zamanda, onda çox böyük sintez var idi: Avropa və Şərq. Bütün bunlarla yanaşı, əsl Azərbaycan övladı idi, vətənpərvər idi”.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə üçün Fuad həm qardaş, həm dost, ən başlıcası ideal idi: “Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Mir Fuadı, Mir Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyamı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm”.
Ülvi Seyidzadə isə atasını tanıyan insanlardan “Adam da atasına bu dərəcədə oxşayar?!” sualını tez-tez eşidir. O deyir: “Atam Fuad Seyidzadə həyatdan çox erkən köçdü. Onun cəmi 34 yaşı var idi. O, mənə, yeganə övladına zəngin irs – xeyirxah işləri ilə qazandığı ad və nurlu xatirə qoyub: atamı tanıyanların hamısı onun yaxşı dost və böyük estet olduğunu söyləyir”.
Azərbaycan mədəniyyətində, memarlığında, təsviri sənətində orijinal dəst-xəti ilə əbədiləşən görkəmli sənətkar haqqında xatirələrdən bu qənaətə gəlmək olur ki, Fuad Seyidzadənin ömrü qısa olsa da, yaradıcılığının miqyası çox geniş idi. Sinəsində coşan arzuları onu çox zirvələrə aparacaqdı. Lakin bütün arzular və ümidlər bir yay günü qırılır – 1972-ci il avqustun 6-da şənbə günü Nabranda istirahət edən oğlu Ülviyə baş çəkməyə gedərkən Xaçmaz yolunda Fuad qəzaya düşür. Heydər Əliyevin tapşırığı ilə hadisə yerindən vertolyotla Bakıya gətirilir, həkimlərin bütün səylərinə baxmayaraq, avqustun 14-də dünyasını dəyişir.
“Fuad gənc yaşlarında faciəli şəkildə həlak olmasaydı, o, şəhərimiz, ölkəmiz üçün neçə-neçə binalar, istedadlı işlər yaradardı”, - fikrini isə onu tanıyanların hamısı təəssüflə söyləyir.
Keçən əsrin 60-70-ci illərində tikilən eynitipli binaları xoşlamayan Fuad Seyidzadə bu gün Bakıda inşa olunan müasir, hündürmərtəbəli binaları görsə idi, qəlbi fərəhlə dolardı. Fuad Seyidzadə Azərbaycanı çox sevirdi. O, bütün yaradıcı fəaliyyətində Azərbaycanı təbliğ edir, Vətənə, doğma yurda məhəbbətini əks etdirirdi. Fuad Seyidzadə Azərbaycanı azad və yüksək inkişaf edən diyar kimi görməyi arzulayırdı. Bu gün Azərbaycan müstəqil, yüksək səviyyədə inkişaf edən, inamla addımlayan dövlətdir. Arzu edirik ki, Fuad Seyidzadənin oğlu və nəvələri xoşbəxt və firavan yaşasınlar.
Salman Rüşdü lənətlənib – sui-qəsddən sonra yazıçının son durumu
Hindistan əsilli britaniyalı yazıçı Salman Ruşdi IVL aparatına qoşulub və çox güman ki, bir gözünü itirəcək – bu barədə “Ədəbiyyat və incəsənət” portalı New York Times qəzetində yazıçının agentinin yayılan məlumatına istinadən xəbər verir.
Ötən günlərdə Nyu-York ştatının qərbində ictimai təşkilatda mühazirə oxumağa hazırlaşan dünyaşöhrətli müəllifə bıçaq hücumu olması barədə xəbər yaymışdıq. Ruşdi boyun və qarın yarası alıb. Tədbirin aparıcısı isə başından zədələnib.
Mühafizəçi, eləcə də zalda olan insanlar sui-qəsdçini yaxalamağa kömək ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, söhbət 24 yaşlı Nyu-Cersi sakini Hadi Matardan gedir. O, müsəlmandır.
Ruşdinin ünvanına bir neçə onillik ərzində hədə-qorxu gəlirdisə də, Nyu-York polisinin nümayəndəsi Yucin Stanişevskinin sözlərinə görə, cinayətin motivləri barədə hələ nəsə danışmaq tezdir: "Biz Federal Təhqiqatlar Bürosu və Ofis Şerifi ilə birlikdə vəziyyəti aydınlaşdırırıq".
Halbuki, hamıya gün kimi aydındır. Yazıçı tutduğu suçun bədəlini ödəməkdədir.
75 yaşlı Salman Ruşdi "Gecə yarısı uşaqları", "Utanc", "Mavrın vida ahları" kimi romanların müəllifidir. Onu təqibə uğradan isə məşhur “Şeytan ayələri” romanıdır. Tənqidçilərin magik realizm janrına aid etdikləri "Şeytan ayələri" adlı bestseller İranda, eləcə də əsərin küfr elan edildiyi Hindistanda - yazıçının doğma ölkəsində qadağan edilib. 1989-cu ildə İranın ali dini lideri Ayətulla Xomeyni hətta inanclıları yazıçıya divan tutmağa çağırıb. İranın dini təşkilatlarından biri isə Ruşdinin öldürülməsinə görə 3 milyon dollardan çox qonorar təklif edib.
Rüşdi həmin əsərində Məhəmməd peyğəmbəri aşağılamışdı. Allahın lənətinə gəlmiş bu insan indi kor olacaq. Bundan sonra da onu yaxşı heç nə gözləyən deyil. Müqəddəsliyə çamur atanların aqibəti dəhşətli olur.
В адрес Рушди поступали угрозы на протяжении нескольких десятилетий. По словам представителя полиции Нью-Йорка Юджина Станишевски, ещё рано делать выводы о мотивах преступления: "Мы выясняем обстоятельства совместно с ФБР и офисом шерифа".
75-летний Салман Рушди – автор романов "Дети полуночи", "Стыд", "Прощальный вздох мавра". Его бестселлер "Сатанинские стихи", который критики относят к жанру магический реализм, был запрещён в Иране, а также родной стране писателя Индии, где произведение сочли богохульным. В 1989 году верховный лидер Ирана аятолла Хомейни призвал к расправе над писателем. Одна из религиозных организаций Ирана предлагала более 3 миллионов долларов за убийство Рушди.