Super User
Bu gün Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında xanəndənin repertuarından mahnılar səsləndiriləcək. Konsertin musiqi rəhbəri Mahir Ordubadidir.
Qeyd edək ki, Sara Qədimova geniş diapazonlu, şirin, məlahətli və ecazkar səsi ilə uzun illər milyonlarla insana sevinc bəxş edib. Görkəmli sənətkar muğamın dərinliyinə, zənginliyinə nüfuz edərək onun ilkinliyini, saflığını göz bəbəyi kimi qoruyub. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq. Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb. Görkəmli sənətkar 2005-ci il mayın 12-də dünyasını dəyişib.
Bursada “Qorqud Ata” Türk Dünyası Film Festivalının açılışı olub
Türk dünyası anlamı günümüzün bir trendinə çevrilib. Bu, alqışlanası haldır. Növbəti fakt: Azərbaycanın iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində tanınmış rejissorlar Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib həmin gün filmlər mükafatlandırılacaq. Ən azından, “Dalan” filminin pyedestalda olacağına inanırıq.
Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm! – Güneydən şeirlər
“Ədəbiyyat və incəsənət” portalının poçtuna Güney Azərbaycandan məktub gəlib. Oxucumuz Kamil Qəhrəmanoğlu yazır:
“Salamlar və uğurlar olsun, əziz Azərbaycanın ədəbiyyat və kültur xadimlərini bir araya toplayan böyük «Ədəbiyyat və incəsənət» dərgisinə, bu dərgidə çalişanlara . Bəli, Cənubi Azərbaycandan - Savalan ətəyindən sizlərə dərin sayğılarım vardır. Bəli, bir neçə "çağdaş şeir" göndərirəm xidmətinizə, umuram, işıq üzü görsün. Sayğılarla: Kamil Qəhrəmanoğlu”.
İki qara atdı gözlərin ...
İki intihar
iki kodeta
iki oğlan cəsədi
iki yaslı gəlin
gözlərinin boyası mor
«büpal»in səmli buludu
«süysü» fac əsi
«Çernobıl»ın atom partlayışı
iki də qalib gözlərin
iki qarğa qoxulu qara üzüm
iki qara bayram
iki edam ağacı
iki bombalanmış gəraylı
iki salam əleyk...
uçə gəlmir gözlərin, köhlən gözlücəm!
gedir məni gözlərin
çapir mənim payiz kefimi
aşır Təbriz qatarımı
köçür dudağimi
uçur kəndimi...
Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm!
ey… Koroğlünün Nigar qəzəbi!
zakasam Afrika gözlərinə
şabaşam «Bakı» əllərinə
«yaman cana sinərdi» gözlərin!
gözlərin Quran, nəhculblağə
qana bələnmiş günah…h…h…h
savablı üsyan
gözlərin dünyanin qan soranlari dı
gözlərin Hitler
Corc dəbliov Buşdu gözlərin
Səddam Hüseyn
dünyanin ikinci savaşinin banisi
Hiroşimanın atomu
Vərziqanin zəlzələsi
və... Kamilin şeiri
“Neskafe” içirəm səni gözlərinə
vəlzzalin əllərinə
əlhəmdi gülüşlərinə
subhan allah gözlərinə... aaaaheyiy…
günəş dabanindan sü içir
haci gilanar gözlərindən və … …
dodağın «Bakı»da bir şəhid qanı
əllərin istiyə salmiş «Müğanı»
batiribdi qana “«Azərbaycanı»
«klibər» saçlarin
«Təbriz”» gözlərin…
Bu cumhüri yaramda...
çürüyüb süyüd hülüsü
ah ... bü cumhüri yaramda
yarali körpə ölüsü
ah ... bü cumhüri yaramda
toydü məndə kifir tan-tan
ağlaşır bütün türkistan
diksinir iki qəbristan
ah ... bü cumhüri yaramda
yarami sərmişlər dara
itdi hürür məndə yara
hürə-hürə bü cumhüra !
ah ... bü cumhüri yaramda
borda bir maral quzusu
hi görür tüfəng yuxusu
gözləri ölü quyusu
ah ... bü cəmhüri yaramda
Con Tolkien ən çox pul qazanan rəhmətəgetmişlər siyahısında birincidir
Bazar ertəsi "Forbe"s jurnalının versiyasına görə son bir ildə ən çox həyatda olmayan məşhurların siyahısı dərc olunub. “Ədəbiyyat və incəsənət” portalı nəşrə istinadən xəbər verir ki, siyahıda birinci yerdə İngilis yazıçısı və filoloqu Riçard Con Tolkien (1892-1973) gedir.
Qeyd edək ki, “Forbes"in reytinqinə 1 noyabr 2021-ci ildən bu ilin 30 oktyabrına qədər mirası ən çox gəlir gətirən 13 mərhum tanınmış sima daxil edilib. Hesablamalara satışdan əldə edilən mənfəət, axın platformalarında dinləmə, lisenziya sövdələşmələrinin bağlanması və s. aid olunub.
Siyahıya daxil olan bütün məşhurlar ümumilikdə 1,6 milyard dollardan çox pul "qazanıblar" ki, bu da ötən ilin göstəricilərindən 72% çoxdur. Bu, "Forbes"in analoji reytinqləri tərtib etməyə başladığı 2001-ci ildən bəri ən əhəmiyyətli illik artımdır.
Reytinqdə ikinci yerdə "Coca-Cola"nın "BodyArmor"dakı payının satışından bir il ərzində 400 milyon dollar "qazanmış" amerikalı basketbolçu Kobe Brayant (1978-2020) qərarlaşıb. Üçüncü yeri bir il ərzində sərvəti 250 milyon dollar artıran britaniyalı musiqiçi və aktyor Devid Boui (1947-2016) tutur.
Siyahıda həmçinin, Elvis Presli (1935-1977), Ceyms Braun (1933-2006), Maykl Cekson (1958-2009) kimi şəxslərin də adı var.
Riçard Con Tolkien yəqin bildiniz kimdir, milyonca tirajla çıxan “Üzüklərin hökmdarı” nı yazan yazıçı.
Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu
Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu
Yeganə o oldu ki, İlham Əliyev və Nikol Paşinyan Vladimir Putinə söz verdilər ki, fikir ayrılığını silah gücüylə həll etməyəcəklər.
Foto: Euronews
Əzizə Mustafazadə Vaqif Mustafazadənin məzarını ziyarət edib
Xalq artisti Əzizə Mustafazadə atası, caz muğamının banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin məzarını ziyarət edib.
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, sənətçi atasının ziyarətinə oğlu ilə birgə yollanıb.
Əzizə həmçinin V.Mustafayevin ev muzeyinə də baş çəkib.
Həmin anları isə o, çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Ə.Mustafazadə uzun müddətdir ki Almaniyada yaşayır. Sənətçi Bakıya ötən bazar konsert proqramı ilə çıxış etməkçün gəlmişdi.
Dünən Mədəniyyət Nazirliyində nə baş verdi? Tutulanlar kimlər idi?
Təbii ki, dünən - noyabrın 1-də Mədəniyyət Nazirliyində baş verənlər gündəmi zəbt etdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi, həbs olunanlar var.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əməliyyat nəticəsində ilk olaraq nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanılıb. Daha sonra nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev nəzarətə götürülüb.
Ən nəhayət, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
Tutulanlar nədə ittiham olunur, hələ bəlli deyil.
Maraqlı bir xatırlatma edək: mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılmışdı və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
Ortada 2 ildə DTX-nın yeni tərkibli Mədəniyyət Nazirliyinə 2 dəfə güzar etməsi faktı dayanır.
Yeri gəlmişkən, DTX tərəfindən hələ heç bir rəsmi açıqlama olmadığı halda mediada Mədəniyyət Nazirliyi və həbs olunanlar haqqında aşağılayıcı məlumatlar yayılır, bizcə bu, etik normalara sığmır.
Mövzunu gündəmdə saxlayacağıq.
Rəsm qalereyası: Soltan Soltanlı, “Pərəstişkar"
Rəsm qalereyası: Soltan Soltanlı, “Pərəstişkar"
Kətan, yağlı boya. 90x86 sm. 2022.
www.soltan-soltanli.com
Aşağı pula toya gedən müğənnilərin zülmü
“Şəhər toyları rayon toylarından baha olur. Rayonda yaşayan insanların o qədər pulu yoxdur. Amma şəhərdə yaşayan insanların imkanı var. Şəhərdə müğənninin dediyi qonorarı verirlər. Amma rayonda gərək insanın imkanını nəzərə alasan".
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Yusif Mustafayev qonaq olduğu "Günün sədası" verilişində deyib.
Az qonorara qanə olduğunu söyləyən sənətçi məhz buna görə ayda 25 toya getdiyini açıqlayıb.
Ən çox oxunan: Alim Qasımov yaşını bilmir
Xalq artisti Alim Qasımov hələ də öz yaşını bilmədiyini açıqlayıb.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə xanəndə "Maqazin plus" verilişinə müsahibəsində deyib.
O, bildirib ki, şəxsiyyət vasiqəsindəki tarix yanlış qeyd olunub.
“Nə doğulduğum ili bilirəm, nə də ayı. Şəxsiyyət vəsiqəmdə də dəqiq deyil, ya 2 il balaca yazıblar, ya 3 il, ya da 1. Hansı ay dünyaya gəldiyimi isə ağıllarına nə gəlib, onu yazıblar. Ad günüm dəqiq bilinmir. Avqustun 14-ü 1957-ci il olaraq qeyd olunub".