
Super User
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah - avqustun 26-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-29° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Birinci ledi
Avqustun 26-sı Mehriban Əliyevanın növbəti ad günüdür
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Allah-Təala müqəddəs kitabımızda çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və yerin–göyün, bütün kainatın da Sahibi özüdür. Yəni Onun iradəsindən kənarda kainatda heç nə baş verə bilməz.
Əl–Bəqərə surəsinin, 116-cı ayəsində yazılıb: – “Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!”. Və Hədid surəsinin, 57-ci ayəsi isə daha konkret olaraq insanın alın yazısının əvvəlcədən təyin olunduğuna bir işarədir: – “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir hadisə yoxdur ki, Biz onu yaratmamışdan əvvəl, o “lövhi-məhfuzda” yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”
Hesablamalara görə dünyada mövcud olan yeddi milyard altı yüz milyondan çox insanın yaşadığı 245 ölkə var. Onlardan cəmi 193-ü rəsmi tanınan dövlətdir. Sizə zarafat gəlməsin, səkkiz milyarda yaxın adamın arasından 193 insandan biri olmaq təsadüfi ola bilməz. Bu təyinatda hökmən Allahın iradəsi var. O, istəməsə heç bir təyinat baş tutmaz…
Müdrik, uzaqgörən, zəkalı xanımdır. İpək kimi qəlbi var, xeyirxah və mərhəmətlidir, insanları sevindirməkdən, ehtiyacı olanlara yardım etməkdən zövq alır. Daxili dünyasının zənginliyi onu daha da nurlu, işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır və taleyinə yazılan təyinatı icra edir…
Deyir ki,- “Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar oldular. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq, sonda həmin institututa rəhbərlik etdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum…”
İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir. Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Nizam-intizama önəm verir, qarışıqlığı sevmir…
“Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram…”- söyləyir.
Mehriban, nəzakətli xanımdır. Son dərəcə diqqətlidir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Əmin olmadan heç zaman qərar vermir. Qərar verdisə, tərəddüt etmədən həyata keçirməyə tələsir. Ətrafdakılara soyuq münasibət göstərmir, biganə deyil, həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır…
Deyir ki,- “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır…”
Dövlətini, xalqını sevən, vətənpərvər insandır. Dünyada rəsmən tanınan dövlətlərin sırasında Azərbaycanın da bayrağının olmasından qürur duyur…
“Biz 31 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır…”- söyləyir…
Qürurlu və ləyaqətlidir. Əsilzadələrə xas olan davranış qaydaları var. Xaraktercə ciddi olduğundan yalanı, qeyri-səmimiliyi sevmir. Bəli, haqqında söhbət açdığım Mehriban xanım Əliyevanı düşmən üzərində zəfər çalmış ölkənin birinci xanımı kimi hamı çox sevir və ona inanırlar…
Avqustun 26-sı Mehriban xanımın növbəti ad günüdür. Bu ölkənin sadə bir vətəndaşı kimi, mən də Onu ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat, işlərində müvəffəqiyyətlər arzulayıram…
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Sənin də öz filmin olacaq!!!
Diqqət! Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu avqustun 29-da Natəvan klubunda “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsidir.
Məruzəçi mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaq.
Görüşə həm kino sahəsində öz sözünü demiş ssenaristlər, həm də bu sahəyə marağı olan yazıçılar, xüsusən gənc yazıçılar dəvət olunur.
Başlama vaxtı: 15.00
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Allah qapısını açsın!
“Ədəbiyyat və incəsənət” Cavid Zeynallının bu günün təqvimiylə bağlı olan bir yazısını diqqətinizə çatdırır.
Əjdər Ol 65 illik yubileyini qeyd edir. İnanıram ki, inşallah, növbəti doğum gününü azadlıqda, doğmalarının yanında qeyd edəcək.
Allah qapısını açsın! Şairi bu gözəl şeiri ilə təbrik edirəm.
Ömür
Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!
Yağlı vədlər, yaman "ayır-buyur"lar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!
Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!
Neynəsən də, hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!
Keçmək olmur payızından, yazından,
Üzülürsən bir gözəlin nazından,
Əşşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!
Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da, deyin: "Var!",
Əjdər Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Çingiz Aytmatov ilk dəfə “Cəmilə”ni məhz ona oxumuşdu
Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Neçə vaxtdır ki, Çingiz Aytmatov haqqında kitab üzərində işləyirəm. Yazdığı əsərlərin bəzisini yenidən oxuyuram. Haqqında Azərbaycan, Türk, rus dillərində olan kitablara, məqalələrə göz yetirirəm. Xeyli maraqlı faktlarla qarşılaşıram. Ən çox ilgimi çəkən məqamlardan biri Çingiz Aytmatovun Cənubi Azərbaycanlı şair İsmayıl Cəfərpur haqqında dedikləridir.
1982-ci ildə mərhum şair Şahmar Əkbərzadə Qırğızıstana gəlir. Səfərinin məqsədi Bakıda işlədiyi redaksiyanın tapşırığı ilə Çingiz Aytmatovdan müsahibə almaq olub. Sonralar Şahmar müəllim Çingiz Aytmatovla çox yaxın dost olsalar da, həmin 1982-çi ildə baş tutan görüş onların ilk görüşü olub. Mənim o görüş haqqında müfəssəl yazmaq fikrim yoxdur. Sadəcə həmin ğörüşdəki bir məqam haqqında yazmaq istəyirəm. Şahmar müəllimin yazdığına görə, söhbətə başlamazdan əvvəl ortaya çay gəlir və Çingiz Aytmatovun ilk sözü:
-İsmayıl Cəfərpuru tanımırdız ki?...- olur.
Şahmar müəllim:
-Gözəl tanıyırdım. Tanışlığımız da vardı-deyir.
Çingiz Aytmatov:
-Bax, tanıdığım ilk azərbaycanlı o rəhmətlik idi. Moskvada ali ədəbiyyat kurslarında bir yerdə idik. Qiyamət oğlan idi. Azərbaycanı hər üzünə mənə o tanıdıb. O vaxt zootexniklikdən ədəbiyyat aləminə yenicə qədəm qoymuşdum. “Cəmilə"ni də ilk dəfə ona oxumuşam- deyir.
İndi çox adamın tanımadığı, haqqında çox təsadüfü hallarda (o da sadəcə ad çəkməklə) danışılan İsmayıl Cəfərpur ilgimi niyə bu qədər çəkib... İsmayıl Cəfərpur əslən İran Azərbaycanındandır. Salmas mahalının Sədəqiyan kəndində anadan olub. Vətənpərvər gənc olan ismayıl 1940-cı illərdə Təbrizdə Milli Azadlıq Hərəkatına qoşulub. Azərbaycan Milli Hökuməti dövründə partizan hərəkatının rəisi,
daha sonra Salmas şəhərinin hərbi komendantı olub. 1945-ci ilin sonunda isə Təbriz Şəhər milis idarəsinin rəisi olub. Milli hökumət dağılandan sonra Şimalı Azərbaycana pənah gətirib.
İsmayıl Cəfərpurla bağlı şəxsən mənə maraqlı olan daha mühüm bir məsələ var. İsmayıl Cəfərpur Moskvada Ali ssenarı kurslarında təhsil almamışdan əvvəl Bakı Dövlət Universitetində təhsil alıb. Atam İmamverdi Əbilov da Bakı Dövlət Univrersitetində həmin illərdə oxuyub. İsmayıl Cəfərpurla tələbə kimi yataqxanada da eyni illərdə qalıblar.
Atam həmişə onun haqqında son dərəcə böyük ehtiramla söz açırdı. Ona olan hörməti, ehtiramı o qədər böyük idi ki, mən özüm də görməzə-bilməzə (hətta bir şeirini belə oxumamışdım) qiyabi də olsa ona böyük hörmət edirdim. Atamın kitabxanasında göy üzlü, nazik üz qabıqlı bir kitab var idi (o kitab indi də atamın kitabxanasındadır). Səhv etmirəmsə Cənublu şairlərin kollektiv şeirləridir. 40-ci illərdə Təbrizdə çap olunub. Həmin kitabçada İsmayıl Cəfərpurun da şeri var idi. Və ismayıl Cəfərpur şeiri olan səhifəyə köhnə əlifba ilə atam üçün uzun bir avtoqraf yazmışdı.
Yuxarıda yazdığım kimi, atam İsmayıl Cəfərpur haqqında həmişə ürək genişliyi ilə söhbət açırdı. Bir dəfə İsmayıl Cəfərpurla birlikdə, 50-ci illərin axırlarında Əliağa Vahidi də qonaq etmişdilər.
Atam bu əhvalatı da həmişə xoş bir ovqatla yad edirdi.
İsmayıl Cəfərpur 1977-ci ildə vəfat edib.
Sonda bir hadisəni də xatırlamaq istəyirəm. 1994-cü ilin sentyabrında atam Azərbaycan nümayəndə heyətinin tərkibində İraqa-Füzulinin 500 illik yubileyinə getmişdi. Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, elminin ən görkəmli xadimlərinin təmsil olunduğu o məşhur Füzuli təntənələrində Azərbaycan nümayəndə heyəti Kərbəlada, Bağdadda, Kərkükdə olmuşdu. Qayıdanda İrandan qayıtmışdılar, doğma Təbrizi, Ərdəbili... gəzmişdilər. Salmasda da olmuşdular. Atam deyirdi ki, ilk dəfə olduğum Salması sanki əvvəllər də bir neçə dəfə görmüşdüm. İsmayıl mənə Salmaşdan o qədər danışmışdı ki...
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
S/n |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri |
Qəbulun keçirildiyi şəhər, rayon |
Əhatə olunan şəhər və rayonlar |
Qəbulun keçirildiyi gün |
Baş prokuror Kamran Əliyev |
Şabran |
Şabran, Siyəzən, Xızı |
01 |
|
Gənclər və idman naziri Fərid Qayıbov |
Şabran |
Şabran, Xaçmaz |
06 |
|
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev |
Astara |
Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı |
11 |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
12 |
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova |
Tərtər |
Tərtər, Bərdə |
13 |
|
Ədliyyə naziri Fikrət Məmmədov |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
14 |
|
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev |
Cəlilabad |
Cəlilabad, Biləsuvar, Cəbrayıl |
14 |
|
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev |
Ağcabədi |
Ağcabədi, Ağdam, Laçın |
15 |
|
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov |
Quba |
Quba, Qusar |
15 |
|
10. |
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov |
Göygöl |
Göygöl, Daşkəsən |
15 |
11. |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı |
Ucar |
Ucar, Kürdəmir, Göyçay, Zərdab |
19 |
12. |
Energetika naziri Pərviz Şahbazov |
Füzuli (Horadiz şəhəri) |
Füzuli, Beyləqan, Xocavənd |
22 |
13. |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev |
Mingəçevir |
Mingəçevir, Yevlax |
22 |
14. |
İqtisadiyyat naziri Mikayıl Cabbarov |
Astara |
Astara, Lənkəran, Lerik |
22 |
15. |
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov |
Şəki |
Şəki, Qax |
22 |
16. |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov |
Masallı |
Masallı, Yardımlı |
22 |
17. |
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
22 |
18. |
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev |
Biləsuvar |
Biləsuvar, Cəlilabad, Cəbrayıl |
22 |
19. |
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev |
Kürdəmir |
Kürdəmir, Ucar, Zərdab |
22 |
20. |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev |
Şirvan |
Şirvan, Hacıqabul |
27 |
21. |
Daxili işlər naziri Vilayət Eyvazov |
Masallı |
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı |
28 |
22. |
Mədəniyyət naziri Adil Kərimli |
Mingəçevir |
Mingəçevir, Yevlax |
28 |
23. |
Elm və təhsil naziri Emin Əmrullayev |
İmişli |
İmişli, Beyləqan, Saatlı, Sabirabad, Xocavənd |
29 |
24. |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov |
Göygöl |
Göygöl, Daşkəsən |
29 |
25. |
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov |
Yevlax |
Yevlax, Mingəçevir |
29 |
26. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev |
Sabirabad |
Sabirabad, Saatlı, İmişli, Hacıqabul |
29 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi təqdim olunub
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanaraq təqdim olunub.
Virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, muğamımızın tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə link vasitəsilə tanış olmaq olar.
Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaradıb. O, bədii yaradıcılığın müxtəlif sahələrində, həmçinin musiqi yaradıcılığı sahəsində qiymətli sərvətlər meydana gətirib. Muğam dünya musiqi xəzinəsinin incisidir. Xalqımız üçün muğam həm musiqi, həm fəlsəfə, həm insanın ruhunu oxşayan sənət nümunəsidir.
Xalqımızın mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə dövlət tərəfindən xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr müstəsna rol oynayır. O, muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.
Qeyd edək ki, 2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
Sabah Laçın şəhəri günüdür
Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanaraq təqdim olunub.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə rəsmi sənədlər, fotolar, eləcə də Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə Laçın şəhəri haqqında, həmçinin Vətən müharibəsi, Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 2023-cü il iyulun 31-də Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamış, hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günlərinin təntənəli şəkildə qeyd olunması ilə bağlı göstəriş vermişdir. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)
“Azərbaycan kinosu ilə bağlı ümidim yalnız iki şəxsədir”
Ötən həftə görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ənvər Həsənov da doğum gününü, 73 yaşını qeyd etdi. Xatırladaq ki, Ənvər Həsənov 1965-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyasına bağlayıb. Burada lentə alınan “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar yaradıb.
Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib. Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətçi 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
“Yeni Müsavat”ın əməkdaşı Xalq artisti ilə söhbətləşib, bu və digər məsələlər ilə bağlı açıqlamalarını alıb.
Həmin müsahibəni “Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə təqdim edir.
- Ənvər bəy, isti yay mövsümünü necə keçirirsiniz? Əhvalınız, sağlamlığınız necədir?
- Vəziyyətim, halım heç deyiləsi deyil. Ömür boyu ayaq üstə, fəaliyyətdə olan, işləyən adam indi gəlib evdə oturub. Xəstəliklər bir tərəfdən, havaların tez-tez dəyişməsi, maqnit qasırğasının olması digər tərəfdən məni tamam haldan salıb. Ağrımayan yerim yoxdur. Beləliklə, oturmuşam evdə, televizora baxıram, qarşımda krossvodlar, vəssalam...
- Bəs bu yay mövsümü istirahətə gedə bilmədiniz?
- Xəstəxanadan sonra mən insult keçirdim, ona görə də maşın sürə bilmirəm. Həmçinin bəzən “sudorqa”lar tutur, yəni mənə çətindir. Bir dəfə dostlarım gəlib məni bir həftəlik Nabrana apardılar. Amma uşaqları tək qoya bilmədiyim üçün tez qayıtdım. İndi oturub fikirləşirəm ki, bəlkə tək özüm Gəncəyə gedim, bir həftəlik istirahət edim.
- Niyə məhz Gəncə?
- Orada dostlarım var, istəyirəm gedib onları yada salım. Amma bu barədə dəqiq heç nə bilmirəm. Bütün sümüklərim ağrıyır, hamısı da hərəkətsizlikdən, istilikdən.
- Bir neçə gün öncə 73 yaşınız oldu. Necə keçirtdiniz, dostlarınız gəldimi?
- Doğrusu, dostlarıma doğum günüm olacağı barədə heç nə deməmişdim. Çünki son günlərim çox ağır keçmişdi. Bir neçə dostum, həmçinin Elxan Qasımov rəhmətə getdi. Bütün bunlar deyiləsi deyil. Yəni heç kəsə demədim ki, ad günüm olacaq. Buna baxmayaraq, 6-7 maşın adam evimə gəldi, məni təbrik etdi. Hətta gecə saat 11-də gələn də var idi.
- Yəqin ki, televizorda çəkildiyiniz filmləri görəndə o günlər, həmin çəkilişlər üçün darıxırsınız.
- Əlbəttə, darıxıram. Baxa-baxa da “Allah rəhmət eləsin” sözü dilimdən düşmür, çünki o cür gözəl sənətkarları itirdik. Doğrudur, bu, həyatın qanunudur, insanlar doğulurlar, sonra dünyasını dəyişirlər... Amma bir tərəfdən sevinirəm ki, yaxşı ki, zamanında bu filmlər çəkilib, o filmlər ki, ədəb-ərkan, adət-ənənə, hörmət-izzət məktəbidir. Gənc nəsil o filmlərə baxa-baxa hörmət-izzət qabiliyyəti götürüb, öyrəniblər. Amma, çox təəssüf ki, indiki nəsil daha çox kompüterə qurşanıb, bütün işlərini onun arxasında görür. Mənim də övladlarım da o cümlədən, hərəsi öz otaqlarında oturub kompüterlə işlərini görürlər.
“Özümə görə heç vaxt heç kəsə ağız açmamışam”
Mən 59 il Azərbaycan filmində çalışmışam, 70 filmdə iştirak etmişəm. Hansı filmə baxırsan mənim adım var. Nə yaxşı da ki, varam. İndi isə heç nə yoxdur, hara baxırsan saqqallılardır. Məni bir neçə dəfə filmə, seriala dəvət edəndə dedim ki, məni bağışlayın, mən o saqqallılarla işləyə bilmərəm. Onlar “taliban”, vəhhabidirlər, ya necə, başa düşə bilmirəm. Həmin saqqallılara baxanda düşünürəm ki, onların əqidələri başqa cürdür, bizim kimi deyillər. Ona görə də evdə oturmuşam, çölə-bayıra da çıxmıram.
- Sosial şəbəkələri də izləyə bilirsinizmi?
- 2007-ci ildə çox ağır qəza keçirtmişdim, başım partlamışdı. Həmin vaxt damarımın birini düzgün tikməyiblər deyə, o vaxtdan mən yuxu nədir bilmirəm, daim başımda ağrılar, qulağımda səslər var. Bu ağrılar məni öldürür. Ona görə internetə yaxın gedə bilmirəm. İstifadə etdiyim telefon da köhnə model telefondur, sadəcə, zəng gəlib-gedir. Bununla belə onun özü belə mənə mənfi təsir edir. Təzə nəsə xəbər olanda mənə zəng edib deyirlər.
- Bu sualı niyə verdim, “Babək”, “Dədə Qorqud” filmlərində tərəf müqabiliniz olan Rasim Balayev bu günlərdə sosial şəbəkələrdə tənqid atəşinə tuş gəldi. Gah aldığı “İstiqlal” ordeninə, gah da müxtəlif mətbuat orqanlarına verdiyi açıqlamalara görə “yıxıb-sürüdülər”. Bu məsələdən xəbəriniz varmı?
- Bəli. Xəbərim var, zəng edib deyirlər. Əlbəttə ki, sənətkarlara qarşı bu cür mövqe adamı incidir. Mən də bu sənətin nümayəndəsiyəm. Rasim Balayevlə bağlı məsələyə nə deyim ki... O, kinoya 1973-cü ildə “Nəsimi” filmi ilə gəlib. Mən isə artıq 1965-ci ildən “Azərbaycanfilm”də işləyirdim. Rasim Balayev kinoya gələnə qədər mənim 7-8 filmim var idi, o cümlədən “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma”, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi, ”Dəli kür", “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”.
Ondan sonra isə əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra Rasim Balayevlə “Babək” filmində görüşdüm. Ona at sürməyi, rus bölümünü öyrədən mən olmuşam. Yəni bunu bir dost, sirdaş, sənət insanı kimi etmişdim. Amma, sözün düzü, biz çox az bir yerdə oturmuşuq. “Dədə Qorqud”, “Babək”, “Arxadan vurulan zərbə” filmindən sonra ünsiyyətimiz az olub, arada yalnız “salaməleyküm” olub. İndi bu olanlar haqda nə deyə bilərəm ki...
1981-ci ildə Türkan Şorayın əri Süleyman bəy məni Türkiyəyə işləməyə dəvət etmişdi. Dedim ki, yox e, mən Azərbaycandan kənarda qala bilmərəm. O zaman da kommunal evdə, 7 qonşu ilə birgə yaşayırdım. Allah İlham Əliyevə cansağlığı versin ki, 69 yaşımda mənə “Xalq artisti” adı, 70 yaşımda ev, bu il isə Prezident təqaüdü verdi. Bu özü çox böyük dəyərdir. Doğrudur, əslində mən bunları həddindən artıq gec aldım, bəlkə də 30 il əvvəl almalı idim. Sadəcə, özümə görə heç vaxt heç kəsə ağız açmamışam. Prezident sağ olsun ki, ömrümün sonlarına yaxın məni mükafatlandırdı.
- Ən çox hansı obrazınız üçün darıxırsınız, sizə daha çox əzizidir?
- Allah Adil İskəndərova rəhmət eləsin, mən onun tələbəsi olmuşam. Sevinirəm ki, öz müəllimlə 3 filmdə tərəf müqabili olmuşam. Əvvəlcə 4 il kinoaktyor studiyasında tələbəsi olmuşam, daha sonra isə İncəsənət Universitetinə daxil olub onun sinfinə düşmüşdüm. Məni görəndə dedi ki, “diplomunu dünən almısan, bu qədər filmin var, beynəlxalq kino festivalından Azərbaycana birinci kişi mükafatını sən gətirmisən”, hələ üstəlik, indi də universitetə təhsil almağa gəlmisən? Dedim ki, neyləyim, evdə dedilər ki, mütləq universitet diplomun olmalıdır. Güldü, dedi ki, “yaxşı, gəl otur”.
Adil İskəndərov biz tələbələrə deyirdi ki, olar bilər ki, sizin kinoda rolunuz epizodik, ya ikinci dərəcəli, ya da əsas rol ola bilər, siz heç vaxt onların arasında fərq qoymamalısınız, çünki siz onları qəlbinizdən, daxilinizdən keçirib oynayırsınız. Mən də Adil İskəndərovun bu tövsiyəsini əsas götürdüm. Məni indi Murad, Cəlal, Sirac, Şahbaz bəy kimi çağırırlar, amma mən bu obrazlarımın arasında heç bir fərq qoymamışam, hər biri mənim üçün çox əziz, doğmadır.
- Ənvər müəllim, bilirsiniz, artıq iki kino ittifaqı birləşir, bir kino qurumu yaranır...
- Mənim eşitdiyimə görə, sentyabr ayında yığıncaq olacaq, iki ittifaq dağılacaq, bir kino birliyi yaranacaq. Mənim fikrimi bilmək istəsəniz, həmin birliyə rəhbərlik edə biləcək yeganə istəkli, qabiliyyətli adam Cəmil Quliyevdir. Çünki Cəmil Quliyev həm ssenaristdir, həm Dövlət Film Fondunun direktoru, həm də aktyordur. Bu gün ondan başqa kinoya ürəyi yanan adam heç kimi görmürəm. Doğrudur, Rasim Balayev də yaxşıdır. Amma o da artıq yaşlıdır, gəzə, dura bilmir. Şəfiqə Məmmədova da ki, Allah göstərməsin, Azərbaycan kinosunu mələtdi, ağlatdı. On görə də quruma rəhbər kimi yeganə Cəmil Quliyevi görürəm. Özüm də çalışacam ki, həmin tədbirdə iştirak edim.
- Sizcə, bundan sonra milli kinomuz ayağa qalxa biləcəkmi?
- Sözün düzü, Mədəniyyət Nazirliyinə yeni rəhbər təyin olunan Adil Kərimliyə çox ümidliyəm. Mən şəxsən onunla iki dəfə danışmışam. Özü mənə zəng edib hal-əhvalımı tutub, daha sonra Kino Forumuna dəvət edib. Tədbirrdə də çıxışlarını dinlədim, sənətə, mədəniyyətə dəyər, qiymət verən, sevən, məhəbbət bəsləyən adamdır. Hələ ki, sağam, ona dəstək olmağa hazıram. Azərbaycan kinosunun gələcəyi ilə bağlı ümidlərim nazir Adil Kərimli və Cəmil Quliyevədir. Allah onların işlərini avand etsin.
“Ədöbiyyat və incəsənət”
(25.08.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
5-Cİ DƏRC
Dörd yeniyetmə gənc oğlan boyunlarında kəpənək, ağ köynəkdə və qara şalvarda səhnəyə çıxıb növbə ilə məşhurların kəlamlarını səsləndirməyə başladılar:
- “Oobusnamə” eposu: Ermənilərin eybi bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı olmaları, ağasına düşmən çıxmalarıdır.
- Böyük Roma tarixçisi Korneliy Tasit: Bu bir ikiüzlü xalqdır ki, həm xarakterinə, həm də coğrafi yerləşməsinə görə rimlilərə nifrət, parfiyalılara qibtə aparmaqdadır.
- Aqvaniyanın gerçək tarixini yazmış tarixçi Moisey Xorenatsi: İndi olduğu kimi keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır.
- Qədim Roma tarixçisi Ovidiy: Ermənilər də xalqdır, amma evdə dörd ayaq üzərində gəzirlər.
- Böyük fransız yazıçısı və səyyahı Aleksandr Düma: Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevrilmişlər.
- Dünyaca məşhur sərkərdə və Fateh-hökmdar Əmir Teymur: Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər. Düzdür, onların arasında hərdən yaxşıları ilə də rastlaşarsan, amma ümumilikdə yaramaz millətdir. Heç vaxt üzünə söz deməyib mədəni görünər. Amma ilk əlverişli məqamdaca zəhərləyər.
- Böyük rus şairi Aleksandr Puşkin: Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən.
- İsveç səyyahı Adam Mets: Ermənilər ağ insanlar arasında ən pis qullardır. Onların zəif qaməti və çirkin ayaqları var. Heç bir şeydən utanmırlar, oğurluqla tanınırlar. Əgər sən erməni xidmətçisini bir an sərbəst buraxsan, səni quyunun dibinə qədər aparacaq. O, qamçı altında qorxduğu üçün çalışır.
- Tanınmış rus dramaturqu və diplomatı Sergey Qriboyedov: Mərkəzi Rusiya torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə bir tayfadandırlar ki, bir neçə il yaşadıqdan sonra bütün dünyaya car çəkəcəklər ki, bu torpaqlar bizim atalarımızın, ulu babalarımızındır”
- Məşhur fars şairi Sədi Şirazi: Erməni yer üzünün ilanı, insanlığın düşmənidir.
- İngilis səyyahı Uilson: Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər.
- Alman səyyahı Alfred Kyorte: Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın. Erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir…
- 20-ci əsrin əvvəllərinin “Russkoe znamye” qəzeti: Son 40 il ərzində bu millət bizə öz simasını tam olaraq göstərdi. Bu, ən nalayiq, ən yalançı, ən qəddar və cinayətkar xalqdır. Belələrinə muxtariyyət vermək yox, onları daim təzyiq altında saxlamaq lazımdır.
Müttəhimlər sırasından “Bu sitatlar dayandırılsın! Biz etiraz edirik!” nidalarının yeni dalğası ucaldı, bununla belə, sitatların oxunuşu davam etdirildi:
- Fransız səyyahı Qraf De Şöle: Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkmələri məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilmədim.
- Dünyaşöhrətli tarixçi və sosioloq Karl Marks: Ermənilər ilk xalqdırlar ki, yaşamaq üçün öz qadınlarını başqa xalqların kişilərinin altına itələmişlər.
-Rus tədqiqatçısı V. L. Veliçko: Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi… Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər.
-Gürcü yazıçı və mütəfəkkiri İ. Çavçavadze: Ermənilər gürcülərə məxsus olan xram və monastırlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və onların əvəzinə erməni yazıları ilə əvəz edirlər.
- Fransız alimi de-Ban Eçmiədzin kilsəsinə səfəri haqqında: Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı.
-Rus diplomatı general Mayevski: Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar.
- Rusiya yazıçısı Olqa Smurova: Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər.
Baş Hakim yeniyetmələrə “Hərəniz dörd-beş kəs sitat söylədiniz, məncə bəs edər. Keçin yerlərinizə. Bizi çox uzun və ağır proses gözləyir, işimiz həddən artıq çox olacaq” söylədi, onların keçib yerlərində oturmalarını baxışları ilə xeyli müşahidə etdi. Sonra Baş Hakim tamaşaçı kütləsinə göz qoydu. Nəhayətsiz dənizə bənzəyirdi insan kütləsi. Insanlarin üzlərində sonsuz maraq, prosesə həvəs müşahidə edilməkdə idi. Əlbəttə ki, mövzu olduqca geniş və maraqdoğuran idi. Sonra Divanın İşlər Vəkilindən xahiş etdi ki, tetrlaşdırılmış səhnə nümayiş olunsun.
Az sonra səhnədə üstünə erməni heroqlifləri ilə yazılar yazılmış iki sütun quruldu, qirmızı taxt gətirildi. Ucu tac şəkilli, qulaqlı cəngavər paltarı geyinmiş qızılımtıl libaslı şəxs gəlib taxtda əyləşdi. İki nəfər əllərində yelpik onun başını yelpikləməyə başladılar. Bir nəfər üzərində iki üzbəüz dayanmış qartal həkk olunmuş bayraq gətirib dalğalandırdı. Bir ağ libaslı qadın isə əlindəki papirusdan oxumağa başladı. O oxuduqca səhnəyə başqa personajlar da gəlir, müharibə, ölüm-itim səhnələri quraşdırılırdı.
Ağlibaslı qadının oxuduğu mətn isə buydu:
- Eradan əvvəl 1-ci əsrdə Şərqdə böyük bir imperiya təşəkkül tapmağa başladı. Bu, 1-ci Artaşesin yaratdığı Böyük Ermənistan idi. Eramızdan əvvəl 190-cı ildən təşəkkül tapmış bu İmperiya xüsusən qüdrətli çar - Böyük 2-ci Tiqranın başçılığı dönəmində öz sərhədlərini daha da genişləndirməyə müvəffəq olmuşdu. Onun sahəsi 312 kvadrat kilometrə çatmışdı, ərazisi Kürdən İordan dənizinə, Aralıq dənizindən Xəzər dənizinədək uzanırdı. Son dəfə onun hücumu ilə Parfiya və Finikiya dövləti çökəsi oldu. Ardınca İberiya, Kolxida, Qafqaz Albaniyası və Gürcüstan ələ keçirildi. Ön Asiya da erməni vassallığını qəbul etməli oldu. Suriya, Fələstin, İudeya kimi dövlətlər imperiyaya daxil edildilər. Məğlubedilməz 2-ci Tiqran Parfiyanı ələ keçirəndən sonra Parfiya çarlarına məxsus Çarlar çarı fəxri titulunu da qazanmış oldu.
70-ci ildə 2-ci Tiqran ilk dəfə Roma İmperiyası ilə danışıqlara getdi, dünyanın ən güclü imperiyası ilə sağlam münasibət qurmaq çox vacib idi. O dövrdə qonşu Pont dövləti və onun padşahı 6-cı Mitridat bütün Ön Asiyanı işğal etmiş, müharibəni Avropayadək – Balkanlaradək aparıb çıxarmışdı. Amma Roma İmperiyası bu dövlətin işğallarının qarşısını almış, aralarında qısa surədə 3 müharibə olmuş, 84-cü ildə bağlanan müqavilə ilə Pontun əldə etdiyi bütün torpaqlara Roma İmperiyası sahib olmuşdu. Bundan başqa, Mitridad Romaya misilsiz xərac vermək məcburiyyətində qalmışdı.
Gücünü azacıq bərpa etdikdən sonra Mitridad 74-cü ildə yenidən Roma İmperiyası ilə müharibəyə başladı. Böyük Ermənistan bu müharibələrə qarışmır, 2-ci Tiqran öz siyasətini davam etdirirdi. Həmin ildə onun qoşunları Ön Asiyadakı Kapadokiyanı ələ keçirdilər, 300 min əhalini köçürdülər. Amma bu yandan Pont çarı Mitridad qarşısında öhtəlikləri olan 2-ci Tiqran (O, Mitridadın qızı Kleopatra ilə evlənmişdi) istər-istəməz Roma-Pont münaqişəsinə qoşulası oldu. Belə ki, Roma sərkərdəsi Lukullun rəşadətli vuruşması nəticəsində növbəti müharibəni də uduzan, qoşunları darmadağın olan Mitridad Ermənistana pənah gətirdi. O, paytaxt Tiqranakertə sığındı. Bu da Ermənistan üçün ağır nəticələrə gətirib çıxardı, Roma İmperiyası ilə münasibətləri bilmərrə pozdu. Ermənistan Romanın gücünü nəzərə almadı, gələcək təhlükəni görə bilmədi. 70-ci ildə Lukull 2-ci Tiqranın yanına öz elçisi Klavdini göndərdi ki, 2-ci Tiqran Mitridadı ona təhvil versin. Amma 2-ci Tiqran bundan imtina etdi.
Yerindən bir nəfər durub ucadan tarixçi alim olduğunu və bu tarixin həqiqəti əks etdirmədiyini söyləyəndə Baş Hakim ona səbirli olmağı və mətni sonadək dinləməyi tövsiyyə etdi.
Oxunuşu qara libaslı ecazkar diktor davam etdirdi, dərhal heyranlarının alqış sədaları qopdu:
-Geri dönərkən Klavdi Ermənistan ərazisində təxribatlar törətdi, xalqları 2-ci Tiqran başda olmaqla ermənilər əleyhinə yönəltdi, onları ayağa qalxıb mücadilə etməyə səslədi. Roma özü isə cəmi bir ay sonra Ermənistana hücum etdi. 69-cu ildə romalılar Tiqranakerti mühasirəyə aldılar, bir ay çəkən mühasirədən sonra şəhəri ələ keçirməyə müvəffəq olub, bununla da Böyük Ermənistanı çökdürdülər. Amma 68-ci ildə Roma daxilində başlanan üsyanlar Lukullun qoşunlarını geri çəkilməyə məcbur etdi, 66-cı ildə 2-ci Tiqran nisbətən zəifləmiş Roma ilə Artaşatda sülh müqaviləsi bağladı, Ermənistan bəzi torpaqlarını itirsə belə yenə də kifayət qədər böyük ərazi ilə Romanın müttəfiqi statusu qazandı.
2-ci Tiqranın ölümündən sonra taxt-taca sahib olan onun oğlu 2-ci Artavazd neytral siyasət tutdu, torpaqları artırmaq yox, olub-qalanları qorumaq qeydinə qaldı.
53-cü ildə Romanın Parfiya ilə müharibədə uduzması Ermənistana imkan verdi ki, romalıların aldıqları torpaqları geri qaytarsın, bir az da qüdrətlənsin.
36-34-cü illərdə sərkərdə Mark Antoniy ilə yenidən güclənən Roma Ermənistana qarşı müharibəyə başladı, danışıq adı altında romalılar erməni çarını öz düşərgələrinə çağırıb orada edam etdilər. Bununla belə, Ermənistan yalnız növbəti torpaq itkisinə məruz qalıb öz mövcudiyyatını qoruyub saxlaya bildi.
Eramızın 3-cü əsrində Ermənistana Sasanilərin fars dövlətinin basqını oldu, 1-ci Şapur Albaniya və İberiyanın ardınca Ermənistanı ələ keçirdi. Amma Romanın köməyi və müdaxiləsi ilə Ermənistan yenidən azad olundu, İran və Roma Ermənistanın müstəqilliyini qəbul etdilər, bununla belə, Ermənistan Romanın nüfuz dairəsində qaldı.
Bununla belə, Sasanilər müntəzəm Ermənistana hücumlar edir, dövləti zəiflədirdilər. Eləcə də daxili taxt-tac davaları, əsarətdə olan xalqların vaxtaşırı üsyanları Böyük Ermənistanı gücdən salırdı. Hətta 374-cü ildə saraydaxili çaxmnaşmalar öz epogey nöqtəsinə çatdı, çar Pap qətlə yetirildi.
378-ci ildə Ermənistan Sasani İranı ilə Roma arasında bölüşdürüldü, beləcə Böyük Ermənistan süqut etdi, ermənilər dövlətçiliklərini itirdilər.
Teatrlaşdırılmış çıxış bitdikdən, iştirakçılar getdikdən və səhnə boşaldıldıqdan sonra Divanın Baş Hakimi mikrofonunu işə saldı, amiranə səslə söylədi:
- Əziz Divan üzvləri və tamaşaçılar. Siz duydunuzmu bu mətndə nə qədər uyğunsuzluq, nə qədər məntiqsizlik var? Tarix budurmu? Zaman-zaman bax bu eşitdiyiniz Böyük Ermənistan mifi erməni xalqının iki bəlasından biri və birincisidir. Erməni millətçiləri “su gələn arxa bir də gələr” türk məsəlinə istinad edib bu xəyali dövləti bərpa etməkçün qonşularına torpaq iddiası ilə çıxış etməkdədirlər. Birinci bəla ilə onlar özlərindən “qüdrətli və döyüşkən millət” obrazı yaratmaqdadılar. Onların ikinci bəlası isə 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında guya genosidə məruz qalmaları, milyon yarım erməninin guya qətlə yetirilməsidir, sürgün olunmasıdır. Bu ikinci bəla ilə isə onlar göz yaşı axıdır, “zavallı və yazıq millət” obrazına keçid edirlər. Və bir də, onların bir xəstəliyi də var, özlərini dünyanın ən qədim xalqı adlandırmaq, diqqətəlayiq hər şeyi öz adlarına çıxmaq. Nuhun gəmisini Ermənistana gətirib çıxarmaq kimi adi sayılacaq həyasızlıq bir yana, İsa peyğəmbərin erməni olması kimi adidən kənar həyasızlıqlara belə bunlar əl atırlar, bu da, digər xalqlara təhqirdir, üstəlik, tarixin saxtalaşdırılmasına cəhd olaraq cinayətdir.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(25.08.2023)