
Super User
“SÖĞÜT” mecmuasında Kamal Abdulla Dosyası - Bahtiyar Aslan
Türkiyənin önəmli ədəbiyyat dərgilərindən biri olan “Söğüt”də Xalq yazıçımız Kamal Abdulla ilə bağlı geniş bir dosye hazırlanıb. Burada dəyərli söz adamlarının (o cümlədən Xalq şairi Ramiz Rövşənin) Kamal Abdulla barədə yazıları da yer alıb.
Bəxtiyar Aslanın bu haqda yazısını diqqətinizə çatdırırıq.
Türkiye’nin önemli edebiyat dergilerinden biri olan Söğüt’te Azerbaycan’ın büyük âlimi ve yazarı akademik Kamal Abdulla ile ilgili geniş bir dosya hazırlandı.
Dergi, Kamal Abdulla’nın eserlerinin de yayınlandığı Ötüken Neşriyat bünyesinde basılıyor. Esasen Söğüt hem genç hem de hayli yaşlı bir dergi. Çünkü Söğüt, yıllar önce, Ötüken Neşriyat’ın kurulduğu yıllarda bir süre yayınlanmış, sonra kapanmış aradan onca yıl geçtikten sonra aynı isimle, aynı yayınevi bünyesinde, yeni nesil tarafından yayınlanmaya başlamış. Dergi, iki ayda bir çıkmaktadır ve her sayısında bir kişi ya da mesele hakkında dosya hazırlamaktadır.
Kamal Abdulla dosyası oldukça hacimli bir dosyadır. Derginin genel yayın yönetmeni Sinan Terzi, derginin takdim yazısında dosyaya geniş yer ayırmış. Dede korkut çalışmalarının önemini vurgulayan ve büyük yazar için neden böyle bir dosya hazırlandığını izah eden yazının bir yerinde Sinan Terzi şunları söylüyor:
Bu sayımızda Söğüt’ün kapağında işte böyle bir emek sahibinin, Dede Korkut’un anlaşılması uğruna senelerini harcayan Kamal Abdulla’nın ismi var. Günümüzde Dede Korkut okumalarımıza katkıları, sıra dışı yorum ve analizleri ile öyle inanıyorum ki bu alanda kalem oynatan herkesin büyük hürmet ve sevgisini kazanan Kamal Abdulla, Dede Korkut köprüsü üzerinde tutabileceğimiz güçlü ellerin sahibidir. Bugünün yargılarıyla geçmiş hakkında hüküm vermek yerine, bugünün bilinciyle geçmişin terazisine ayna tutup, dümdüz okumalarla sıradanlaştırılan, derununa inilemeyen metinleri yeni yorumlarla Türk milletinin ve insanlığın istifadesine sunmak ne büyük iştir. Kendisine şükran ve minnet borçluyuz. Başta bu dosyanın hazırlanmasında büyük emekleri olan Bahtiyar Aslan olmak üzere değerli katkıları ile dosyamızı zenginleştiren bütün isimlere çok teşekkür ediyoruz. Umuyoruz ki kaynak hüviyetindeki bu dosya, ilgili herkesin kütüphanelerinde arşiv niteliğine haiz olarak yer alacaktır.
Dosyanın hemen başında Bahtiyar Aslan’ın büyük yazarımızla yaptığı geniş uzunca bir röportaj yer alıyor. Dergi sayfasıyla 12 sayfa tutan bu zengin muhtevalı röportajda Kamal Abdulla, doğumu, çocukluğu, gençliği, sanat ve edebiyata yönelişi, akademik çalışmaları hakkında bilgiler veriyor. KamalAbdulla’ya yöneltilen sorular belli ki Türk okuyucusunun gözünde insan ve yazar olarak bir Kamal Abdulla fotoğrafı oluşturmak istiyor. Röportaj, Kamal Abdulla’nın sanat ve akademik hayatının -belki buna kaderinin demek de mümkündür- bir şekilde Dede Korkut ile kesiştiğini gösteriyor. Uzun yıllardır Dede korkut hakkında çalışan yazarımız, belli ki destan hakkında düşünmeye, yeni sorular sormaya ve bu soruların cevaplarını aramaya devam etmektedir. Röportajdan Kamal Abdulla’nın ailesini, akademik çevresini, akrabalarının onun hayatındaki etkisini, akademik hayata yönelişini, yetişmesinde emeği olan büyük isimleri, dostluklarını öğrenmek mümkün.
Bu röportajı yine Bahtiyar Aslan’ın gerçekleştirdiği nispeten kısa iki röportaj takip ediyor. Bunlardan birincisi Gayr-i selis mantık konusunda birlikte çalışmalar yaptığı (Gayr-i Selis Mantık ve Kitab-ı Dede Korkut ve Gayr-i Selis Mantık ve Dil-Nitq) Rafiq Aliyev’dir. Röportajın sorularına bakılırsa daha çok Kamal Abdulla’nın beşerî yönü ortaya konulmak isteniyor. Bu sebeple de ilk soru, insan olarak KamalAbdulla’yı öğrenmeyi amaçlıyor. Rafiq Aliyev bu ilk soruya büyük yazarın önemli hususiyetlerinden birinin sadakat olduğunu söyleyerek cevap veriyor. Aliyev’e göre dışardan bakıldığında biraz soğuk (belki de ciddi demek de mümkün) görünen Kamal Bey’in aslında içerisinde bir çocuk yaşamaktadır. Esasen sanat da bir bakıma her zaman bu çocuktan beslenir. Belki de edebiyatın bir oyun olduğunu, içimizdeki çocuğun oyun ihtiyacından kaynaklandığını düşünmek mümkün. Aliyev devamında bu büyük âlimin her zaman akılla hareket ettiğini, bağırma, öfke gibi zaafların onda pek olmadığını söylüyor.
Azerbaycan’ın büyük şairi Ramiz Rövşen ise ta okul yıllarında başlayan dostluklarından, nasıl tanıştıklarından, dostluklarının nasıl geliştiğinden ve bugüne kadar nasıl devam ettiğinden söz ediyor. Ramiz Rövşen’e göre Kamal Abdulla’nın eserlerinde hayatın, gerçeğin nerede bittiğini, oyunun ya da fantastiğin nerede başladığını anlamak mümkün değildir. Dolayısıyla onun hikâyelerini realist bir gözle okumak da mümkün değildir.
Rövşen daha sonra Kamal Abdulla’nın Azerbaycan edebiyatındaki yerini belirlemeye çalışıyor ve şöyle diyor:
Kamal, birçok konuda kuralları yıkan adamdır. Biliyorsunuz edebiyata şiirle başlayıp sonradan ilme yönelen birçok adam vardır. İlimde kendini tam olarak ispat ettikten sonra edebiyata geçen ve edebiyatta da kendini ispat eden insan çok nadirdir. Hem edebiyatta hem ilimde başarılı olmak gerçekten de çok zordur. Umberto Eco’yu söylemiyorum. Fakat şunu ifade edeyim ki, en azından 2000’li yıllar Azerbaycan edebiyatını Kamal olmadan düşünebilmek mümkün değildir. Bu dönem Azerbaycan edebiyatının en ciddi hadiselerinden biri Kamal’dir. Yani Kamal olmasa 2000’li yıllar Azerbaycan edebiyatında çok büyük bir eksiklik hasıl olur. Kamal’inromanları, hikâyeleri, povestleri fotoğrafı tamamlıyor.
Bu röportajları Türkiye’de halk edebiyatı alanında önemli çalışmalar yapan ve Kamal Abdulla hakkında önemli makaleler kaleme alan, büyük âlimin bazı eserlerini Türkiye Türkçesine aktaran Ali Duymaz’ın “Korkutşinas Kamal Abdulla” başlıklı yazısı takip ediyor. Duymaz, yazısında Kamal Abdulla’nın Dede Korkut Destanı üzerine yaptığı çalışmalardan söz ediyor ve dikkat çeken tespitlerden bazılarını değerlendiriyor. Öte yandan bilindiği üzere KamalAbdulla, Dede Korkut metinlerini sanat eserlerine de taşımış, mesela Yarımçık El Yazma eserinde ve Laokoon’da metni iki romanın da merkezine yerleştirmiştir. Ali Duymaz, yazarın bu tutumunu şöyle değerlendiriyor:
Bu bağlamda Kamal Abdulla, Dede Korkut’un restorasyonundan söz eden, onu muasır bir edebî metin olarak görmeye eğilimli anlayışıyla özgün bir çizgi çizmiştir. Belki de bu tarzını daha iyi ifade etmek ve geniş kitlelere ulaştırmak için postmodern yaklaşımlar barındıran bir roman kaleme alma ihtiyacı hissetmiştir. Bu roman Dede Korkut Kitabı’nın “yarımçık” yani “eksik” bir elyazmasının bulunduğu kurgusundan hareketle metnin değişik yorumlama ve güncellemelerle tamamlanması gerektiğini düşündürten bir eserdir.
Azerbaycan’ın genç bilim adamı ve yazarlarından biri olan Nargis İsmayilova ise dosyaya “Kamal Abdulla’nın Üç Boyutlu Labirenti” adlı yazıyla katkıda bulunuyor. İsmayilovayazısında Kamal Abdulla’nın dünya ve Azerbaycan edebiyatındaki yerini, eserlerindeki milli unsurları, eserlerin postmodern yanlarını kısaca izah ediyor. İsmayilova, KamalAbdulla ve Postmodernizm adlı bir eser neşretmişti. Yazıdan da anlaşıldığı gibi İsmayilova, ciddi bir akademik birikime sahip. Bu birikim onun metinlere çok soru sormasına yani bir anlamda çok farklı açılardan yaklaşmasına sebep oluyor. Metni iyi anlamak, yorumlamak da o metne çok soru sormakla ilgili bir şeydir. Dolayısıyla bu kısa yazıda bile İsmayilova, Kamal Abdulla’nın sanatına dair yazılması, araştırılması gereken birçok konuya temas ediyor.
Reşad Mecit ise “Kendi İçinde Saklanan Adam” başlıklı yazıyla dosyada yer alıyor. Bir hatıra metni gibi olan yazı 1990’lı yıllarda başlayan dostluğun bugüne kadar nasıl sürdüğünü anlatıyor. Ancak Mecit satır aralarında bize Kamal Abdulla’nın psikolojik portresini de çiziyor. “Kendi İçinde Saklanan Adam” ibaresi zaten Mecit’in görünmeyen KamalAbdulla’yı açığa çıkarma çabasına işaret ediyor. Reşad Mecit’in bu şiirsel yazısında büyük yazarın eserleriyle ilgili yetkin tespitler de yer alıyor.
Azerbaycan’ın büyük folklor âlimi Muhtar İmanov ise “Romanda Mit Modeli: Sahte Kahraman” adlı yazısıyla dosyaya katkı sağlıyor. Yazıda, Yarımçık El Yazma adlı romanda postmodern unsurların nasıl kullanıldığı ve KamalAbdulla’nın bu eserle alışılmışın dışına nasıl çıktığı anlatılıyor. İmanov, yazara yöneltilen olumsuz eleştirilerin gerisinde yerleşik düşüncenin dışına çıkmasının yattığını ileri sürüyor.
Dosyanın son yazısı Türkiye’de Kamal Abdulla hakkında bir doktora tezi kaleme alan akademisyen Fatih Keskin’e ait: “Sırlar ve Sınırlar Ötesinin Yolcusu: Kamal Abdulla”. Keskin, yaptığı doktora çalışması sebebiyle de Türkiye’de büyük yazar hakkında söz söyleme salahiyetine sahip birkaç isimden biridir. Keskin, oldukça uzun olan yazısında Kamal Abdulla’yıve sanatını birçok yönden ele alıyor ve değerlendiriyor.
Ötüken Neşriyat bünyesinde yayınlanan Söğüt dergisi 30. sayısında Kamal Abdulla için altmış küsur sayfalık bir dosya hazırladı. Kanaatimce son derece önemli bir dosya. Ancak belli ki yazar ve eserleri hakkında yazılacak çok şey var. Zira bu yazılarda bile işaret edilen her biri bir makale olabilecek çok mesele var.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Sumqayıtlılara layiqli töhfə
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Əməkdar jurnalist Eyruz Məmmədovun “Azəri” nəşriyyatı tərəfindən maraqlı oçerklərlə zəngin “Sumqayıt sabahın şəhəri” kitabı gözəl məkanımızın 75 illik yubileyinə ən dəyərli töhfədir.
Burada Sumqayıtın tarixinin bəhs olunmaqla yanaşı, onun quruculuq işlərində fəallıq göstərmiş təəssübkeşlərinin gərgin əməyi və böyük zəhməti də qələmə alınmışdır. Kitab hər bir oxucunun Sumqayıt haqqında müfəssəl məlumat almasında mühüm rol oynayır.
kitabda doğma şəhərimizin keçmişi, şanlı tarixi ilə tanış olmazdan öncə şəhər rəhbərlərinin hər birinin bu şəhərdə özünəməxsus yeri və rolu qeyd edilibdir. Müəllif oxuculara üz tutaraq yazır ki, ağ saçlı Xəzərin sahilində salınan bu şəhərin inkişafında danılmaz əməyi olan rəhbərlərlə yanaşı, Sumqayıtın tikintisində çalışan, öz qabarlı əlləri ilə şəhəri pillə-pillə ucaldan fədakar və zəhmətkeş insanlarımızı unutmaq olmaz. Həmçinin əlavə edir ki, Sumqayıt sülhsevər, humanist, dostluq və qardaşlıq şəhəridir.
Burada əməyi olan fəxri vətəndaşlarımızla da buyurun, yaxından tanış olun. Maraqlı foto-şəkillər əks olunan, eyni zamanda, genişvə məzmunlu məqalələr dərc edilən nəfis tərtibatlı kitabın sonunda Sumqayıtda anadan olan, lakin ölkə xaricində yaşayan soydaşlarımızın şəhərimizlə bağlı xoş sözləri də öz əksini tapıb.
Eyruz Məmmədovun kitabın hazırlanmasında, yazılmasında gərgin əmək sərf etməsi göz qabağındadır. Ona sonsuz oxucu rəğbəti arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Möcüzə şəhərə hədiyyə
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
“Sumqayıt” qəzetinin Baş redaktoru, “Tərəqqi” medallı Sübhan Qafar oğlu Quliyevin “Möcüzə şəhər” kitabı yaxın günlərdə oxucuların ixtiyarına verilib.
Kitabda Sumqayıtın tarixi salnaməsi, dünəni və bu günü, qurucuları, əmək qəhrəmanları, ictimai xadimləri, istehsalatda hünər göstərən mühəndisləri, alimləri, müəllim və həkimləri, yazıçı və şairləri, incəsənət ustaları, bir sözlə, zəhmət bahadırları və onların əmək fəaliyyəti, cəfakeşliyi və fədakarlığı geniş əks olunub.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi, ölkə rəhbəri cənab İlham Əliyevin Sumqayıtın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı, şəhərin necə möcüzəyə çevrilməsi barədə ətraflı bəhs edilib.
Uzun illərin jurnalist araşdırması, gərgin çalışması nəticəsində ərsəyə gələn yeni nəşrdə müəllif müxtəlif məqalələr, müsahibələr, oçerk və zarisovkaları məharətlə, yüksək peşəkarlıqla qələmə alaraq ayrı-ayrı bölmələrdə təqdim edib.
Qeyd edək ki, adı çəkilən kitab Sumqayıt şəhər İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyi ilə işıq üzü görüb, böyük marağa səbəb olmaqla yanaşı, Sumqayıtın 75 illik yubileyinə bir töhfədir.
Sübhan Quliyevi təbrik edir, ona daha böyük yaradıcılıq uğurları diləyirik!
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Gülüş klubunda İlon Mask
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
İlon Mask təklif irəli sürüb ki, Amerika məmurlarının əqli qabiliyyətlərini yoxlamaq üçün test keçirilsin.
Buna səbəb Texas vilayətindən fəaliyyətdə olan 81 yaşlı konqressvumən Key Qreyndjerin küçədə itməsi səbəbindən demensiya xəstəsi olan qocalar evinə götürülməsi olub.
2.
İnsanın arxasınca danışmaq düzgün deyil. Üz-üzə danışmaq da qorxuludur.
Bəlkə yandan cəhd edək?
3.
Bir gün işıq, su və qaz bekar idilər, ha fikirləşdilər ki, nəylə başlarını qatsınlar, dedilər, gəlin qiymətlərimizi qaldıraq.
4.
Qadın yataq otağından səslənir:
-Hardasan, mənim şahzadəm?
Kişinin səsi tualetdən gəlir:
-Burdayam, həyatım, ağ atın belindəyəm!
5.
Dünyanın sonu Ermənistana gələndə deyəcək ki, deyəsən mən burda olmuşam axı!
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Allah məni bağışlasın...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə 2025-ci ildə ilk görüşümüzdə sizlərlə yenidən Əlizadə Nuridir.
Hər gün bir az böyüdərək,
Göyə qaldırmışam səni-
Allah məni bağışlasın...
-deyir şair. Sevgiyə bundan gözəl vəsfmi olar?
Xoş mütaliələr!
Yandım, amma kül olmadım -
Qoy ah məni bağışlasın.
Bu günahı sən bağışla,
Günah məni bağışlasın.
Çağırmadın...qadın, bəlkə
Yaddan çıxıb adım bəlkə?
Sabaha çıxmadım bəlkə-
Sabah məni bağışlasın.
Ətrini gülə atmışam,
Dərdimi günə atmışam...
Bir quşa güllə atmışam-
Məni bağışlasın o quş,
Silah məni bağışlasın.
Baş yıxılıb, bədən qalıb,
Dərdimiz bir çətən qalıb...
Arada bir vətən qalıb-
Mən o şahı bağışlayım,
O şah məni bağışlasın.
İsidərmi bu şam səni?
Səhər məni, axşam səni.
Hər gün bir az böyüdərək,
Göyə qaldırmışam səni-
Allah məni bağışlasın...
“Ədəbiyyat və incəsənət”
(08.01. 2025)
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni, YAXUD SEMESTR SƏRGÜZƏŞTLƏRİ
Harun Sultanov, “Ədəbiyyat və incəsənət”
Mən kollecdə qrup nümayəndəsi olmuşam. İkinci kursda bizə fəlsəfədən dərs deməyə başladılar. Semestrin əvvəlləri idi. Jurnal işləri və digər məsələlər üzündən fəlsəfə dərsinə girməyə vaxt tapmırdım. Üstəlik həm də işlədiyim üçün çox çətin olurdu. Müəllimin də dərsinə cəmi bir neçə dəfə
girmişdim…
…Bir gün mənə dedi: “Soltanov, sənin siman xoşuma gəlmir. Çox dikbaş və açıq sözlüsən. Dərsimə girmə.” Mən isə hələ yeniyetməlikdən çıxmış bir axmaq olaraq öz-özümə dedim: “Girmə də, onsuz starostasan.”
İlin bu vaxtları idi. Şöbəyə girəndə tütor dedi:
– Bala, sən fəlsəfədən limitdəsən. Xəbərin var?
– Bəs başqa imkan var? – deyə soruşdum. Tütor isə belə cavab verdi:
– O müəllim, sənə imkan tanımayacaq.
Mən həm tələbə idim, həm də ayrı yaşayırdım. Kəsr kreditlərini ödəməyə pulum hardandı? Öz-özümə dedim: “Cəhənnəm, get dərsində otur. Ən azından imtahana girişin olsun.”
Gəldim auditoriyanın qarşısına. Qapını döyüb ədəblə icazə istədim. Adımı ona dedikdə müəllim dedi:
– Sənə deməmişdim dərsimə girmə?
Bir az tələbə üzsüzlüyümlə təkid etdim. O isə mənə bir şans verdi:
– Sənə 3 sual verəcəyəm. Cavab versən, fənnimdən və imtahanımdan azad olacaqsan. Əks təqdirdə mən təqaüdə çıxana kimi diplom ala bilməyəcəksən.
İtirəcək bir şeyim yox idi. “Buyurun, müəllim, sualınızı verin,” – dedim özünəinamlı səslə.
– Soltanov, de görüm, saat neçədir? – deyə başımın üzərindəki saata baxaraq soruşdu.
– Saat 3-ə 5 dəqiqə qalıb.
– Atan saat 3 tamamda xaricə gedir. 20 il sonra geri dönəcəyi barədə xəbər almışam. Get atanla görüş gəl. Nə döyürsən gözünü? Get görüş gəl.
Deyib məni otaqdan çıxardı.
İndi koridorda var-gəl edirəm. “Görəsən, bu nə dedi mənə? Mən necə gedim? Necə qayıdım? Axı atam evdədir? Bu nə iş idi mən düşdüm?” Bu fikirlərdən qrup yoldaşım məni ayıltdı. Dedi ki, müəllim mənə 5 dəqiqə də bonus veribmiş və mən yenidən otağa getməliymişəm. Həmişəki kimi özünəinamımı qoruyaraq otağa daxil oldum.
– Soltanov, – müəllim aşağılayıcı gülüşlə dedi, – nə gec gəldin?
– Həə, müəllim, bir az elə oldu. Amma görüşdüm, gəldim. Kaş Nicatı dalımca göndərməsəydiniz, mən artıq atamla Virciniyaya getmişdim. Yanında mənə yer də almışdı. Hələ stüardessanın nömrəsini də almışdım.
Bütün qrup gülüşürdü. Müəllim illərin əzəməti ilə qrupu susdurub mənə dönərək dedi:
– De görüm, necə getdin?
Bu dəfə mən gülərək cavab verdim:
– İnsan nədən ibarətdir? Təbii ki, bədən və ruhdan.
– Aha?
– Məsələn, arxada Vüqar dərsdə yatıb. O, bizdən və bu danışıqdan xəbərsizdir. Siz deyə bilərsinizmi ki, onun ruhu harda, kiminlə görüşür?
– Deyə bilmərik.
– Bəs onda mənim necə gedib gəldiyimi necə sorğuya çəkə bilərsiniz ki, müəllim?
Bu cavabım müəllimi həqiqətən heyrətə gətirdi. Axı mən improvizasiya etməkdə çox mahir idim. Üstəlik ruhumu hər zaman qorumağı bacarmışam. Müəllim mənə ikinci sualı verməyə hazırlaşırdı. Nəhayət dilləndi:
– Sənə ikinci sualım olduqca çətindir. Bəlkə də izahsızdır. Bu səbəbdən sənə bir az vaxt verib, sonra verəcəyəm bu sualı. Amma nisbətən qane etsən, üçüncü sualı da verəcəyəm.
– Buyurun.
Müəllim üzünü qrupa tutaraq soruşdu:
– Gənclər, eşq, sevgi nədir? İki qarşı cins arasında olan məhəbbət nədir?
Qrup yoldaşlarım cavablar verirdi: “Eşq fars fəlsəfəsinə görə...”, “eşq şərq fəlsəfəsinə görə...”, “eşq ruhların birləşməsidir...” və s. Müəllim mənə dönərək soruşdu:
– Səni qane edən varmı? Hansını qəbul edirsən?
– Ay müəllim, mən heç birini qəbul etmirəm.
– Bəs cavabın?
– Müəllim, unutmayın, eşq bir otdur.
Hər kəs gülürdü. Müəllim isə qrupu sakitləşdirib mənə baxaraq dedi:
– Harun, Bakılı olduğunu bilirdim. Amma narkoman, nəşəxor olduğunu bilmirdim. Heyf bu gəncliyimizə.
Mən pərt olmuşdum. Müəllimə acı bir baxış atdım. O isə anlamış kimi dedi:
– Fikrini izah edə bilərsənmi?
– Müəllim, ot görmüsünüz, yəqin ki, hər yerdə. Adi yaşıl ot bir buğda dənəsindən nə boyda cücərib çıxır. O, otun toxumu özündən dəfələrlə dərinə basdırılır. O, yerdən yuxarı qalxdıqca sağ qalmaq üçün böcəklərlə savaşır, daşları dəlir, vuruşur. Nəhayət gün üzünə çıxır. Sonra nə olur? Sizin kimi, mənim kimi biri onun bütün əziyyətlərini görmür və tapdalayıb onu soldurur. Və bitir. Eşq də bunun kimidir. Əgər dəyib dolaşan olmasa, o toxum havayla eşqini yaşasa, yenidən yüzlərlə toxum dünyaya səpələyə bilərdi.”
Hamı mat-məəttəl baxırdı. Müəllim isə mənə adımla müraciət edərək dedi:
– Çıx bayıra, gözüm görməsin səni.
Mən ədəblə təşəkkür edib çıxdım. Qayıb yazmadı. Semestr imtahanında isə nəzarətçi mənə dedi:
– Sən axı yazmısan. Vərəqini görmüşəm.
Məni zaldan çıxardı.
Bax beləcə qiymətimi də aldım!
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
MƏHƏMMƏD FÜZULİ: Dünən, bu gün və sabah
Əkbər QOŞALI, “Ədəbiyyat və incəsənət” üçün
Məhəmməd Füzuli! – 530 il bundan öncə Gündoğar (Şərq) poeziyasına, Dünya ədəbiyyatına, Türk-İslam fəlsəfi, ədəbi, mədəni fikrinə Gün kimi doğmuş sənətkar-şəxsiyyət!..
530 il! – Heç də hər çinar, hər əsər, hər sənətkar, hətta hər dövlət (və digər kateqoriya hadisələr), dəyərlər, imzalar bu qədər yaşaya bilmir və bundan sonra da yaşarlı olma imkanını göstərə bilmir. 530 ilin ən azı son yüzilində (və əlbəttə, ondan öncəki yüzillərdə də), Məhəmməd Füzulinin şəxsiyyəti, yaradıcılığı, dönəmi, mühiti, Füzulidən öncəki ədəbiyyat-mədəniyyət hadisələri, onların Füzulidəki təcəllaları, Füzulinin özündən sonrakılara ustadlığı o qədər yazılıb, öyrənilib, araşdırılıb, elə bil, deməyə daha söz qalmayıb kimi gəlir adama... Amma indi XXI yüzillikdəyik; süni intellekt, informasiya-kommunikasiya texnolojiləri (İKT), insan fikrinin yeni qatları mövcuddur; ona görə də, Məhəmməd Füzuli şəxsiyyətinə, yaradıcılığına, mühitinə, Füzulidən öncəkilərin Füzulidə “cəmləşməsi”nə, Füzulinin özündən sonrakılara verdiklərinə yeni baxışı ifadə etməyə çalışmaq özü bir mübarək çalışmadır.
Füzuli kimi fenomenal şəxsiyyətin yaradıcılığına XXI yüzilin fəlsəfi, kulturoloji və texnoloji perspektivlərindən baxış həm zərurət, həm də böyük bir yenilik potensialına malikdir. Bu mövzuda yazılmış əsərlər, yorumlar və araşdırmalar saysız-hesabsız olsa da, yeni dönəmin düşüncə sistemləri və elmi-nəzəri müəyyənlikləri Füzuliyə fərqli prizmadan yanaşma imkanları yaradır.
Məhəmməd Süleyman oğlu Füzuli (1494-1556) Gündoğar (Şərq) poeziyasının ən görkəmli nümayəndələrindən biri olaraq, yüzillər boyunca bəşəriyyətin estetik və mənəvi dünyasını işıqlandırıb. Onun yaradıcılığı yalnız öz dönəminin ədəbi mühitində deyil, həm də zamanüstü fəlsəfi və kulturoloji dəyərlər sistemində özünəxas mövqeyə sahibdir. Füzuli “eşq”, “ağrı” və “mənəvi həqiqət”ləri poeziyasında elə şəkilləndirib, elə ifadə edib ki, bu ifadələr XXI yüzildə də insanlığın fundamental axtarışları ilə səsləşir. Çağdaş dönəmdə – süni intellekt, texnoloji transformasiya və postmodernist çağın mənəvi boşluqları içərisində – Füzuli irsinə yeni yanaşmalar formalaşdırmaq həm zərurət, həm də intellektual çağırış kimi xarakterizə oluna bilər.
1.
Füzuli yaradıcılığı özündən öncəki klassik Gündoğar poeziyasının ən dərin fəlsəfi-estetik qatlarını parlaq şəkildə əks etdirir. O, Nizami Gəncəvi, Xaqani Şirvani və b.-nın yaradıcılığından ilhamlanaraq, eşq və ilahi vəhdət mövzularına yeni çalarlar bəxş edib. Füzulinin “Leyli və Məcnun”u meydana çıxdıqdan sonra, Nizaminin “Leyli və Məcnun”u, özünün “Xəmsə”dəki yerini “Yeddi gözəl”ə verdi desək, günah olmasın gərək...
Üstəlik, Nizami öz “Leyli və Məcnun”unda oğlu Məhəmmədə nəsihət verərək, belə buyurmuşdu:
“Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da”...
Ulu Nizaminin vəfatından 285 il sonra doğulan başqa bir Məhəmməd, vaxt gəldi-vədə yetişdi Füzuli oldu və oğul Məhəmmədə edilən nəsihəti, sanki qeyri-səlis məntqilə “neytrallaşdırdı”, şeirlə ucaldı, şeiri ucaltdı! Məhəmməd adının ulular üçün kəsb etdiyi energetik anlamları da unutmadan, öz oğlu Məhəmmədə nəsihət verən Nizaminin, Məhəmməd Füzuli yaradıcılığı ilə şad olduğuna inanıram... Yeni qüdrətli sənətkarın meydana çıxması öncəki qüdrətli sənətkarı, nəinki kölgədə qoyur, tam tərsinə, sanki onun fiziki ömrü çatmayan işləri davam və inkişaf etdirir... Əgər Nizami Gəncəvi Məhəmməd Füzulinin, Füzuli Nizaminin dönəmində yaşasaydı, hər ikisi eyni ritm, ahəng içində yazıb-yaradardı, bəlkə...
Füzuli üçün eşq (necə deyərlər) yalnız fərdi bir hiss deyil, (belə demək mümkünsə) kosmik bir güc – varlığın mahiyyətini idrak vasitəsidir:
“Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı”? –
Bəli, Füzulinin “eşq” fəlsəfəsi insan mənliyinin kainatla vəhdətini ifadə edir. Füzuli İslam sufizminin əsas təlimlərini şeirlərində bədii obrazlarla canlandıraraq, oxucunu mənəvi idraka səsləyir. Onun səsi bu gün də duyulur... Onun çağırışları yenə də güncəldir... Bu, həm Füzuli yaradıcılığının bəşəri siqlətini, eyni zamanda, Füzulinin yaradıcılıq qüdrətinin səciyyəsini göstərir.
Füzulinin poeziyasında zaman və məkan anlayışları nisbi xarakter daşıyır.
Bəlli olduğu kimi, Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi (ÜNN) fizikada fəza-zamanın, kütlənin və enerjinin qarşılıqlı bağını aydınlaşdıraraq, bəşəriyyətin elmi dünyagörüşünü kökündən dəyişdirdi. Lakin bu nəzəriyyə yalnız fizika sahəsi ilə sınırlandırılmamağı haqq edir; mədəniyyətlərarası bağlar, qlobal dəyişikliklər də, bu universal nəzəriyyənin şərtləri çərçivəsində yenidən düşünülə bilər. Ədəbiyyatın göyüzünü düşünsək, sənətləri, mədəniyyətləri məkan-zaman topologiyasının obyektləri kimi qəbul etmək, poeziyanın, ədəbiyyatın, mədəniyyətin dinamikasını daha dərindən anlamaq üçün yeni bir yanaşma təqdim etmiş olar.
Örnəyi, ÜNN-də hər bir gözləmçi üçün “nisbi” olan məkan və zaman, mədəniyyətlərarası bağlarda da özünəxas oxşar bir məntiqi əsas yaradır. Hər bir mədəniyyətin, ədəbiyyatın öz “məkan”ı, “fəzavi-zaman koordinatları” vardır; bu da onun inkişaf trayektoriyasını, ətraf mədəniyyətlərlə qarşılıqlı təsirini və tarixi proseslərə reaksiyasını müəyyən edir.
Əgər ədəbi-mədəni presessiya (ədəbiyyatda, mədəniyyətdə presessiya) anlayışı, bir mədəniyyətin inkişafında dış təsirlərlə zəif dəyişikliklər və ya “şüalanma”lar kimi qəbul görərsə, deyə bilərik ki, bu, bir ədəbiyyatın, mədəniyyətin öz oxundan çıxmasına, lakin hələ də sabit bir məkan, fəzavi-zaman içində qalmasına səbəb olur. Örnəyi, müstəmləkə dönəmi təsirləri ilə müəyyən mədəniyyətlərin “presessiya xətti” yaranmış olur və müstəmləkəçilik yalnız hərbi-siyasi məzmun daşımır. Əgər ümumtürk coğrafiyasını, əcdadımızın qurduğu xanədanlıqların möhtəşəm dönəmlərini göz önündə tutsaq, postmüstəmləkə hadisələrini də vurğulamış olarıq. Onu da vurğulamış olarıq ki, qüdrətli sənətkarlar, bəlkə, sövq-təbii, inersiya ilə bəlkə, konkret ruhi-mənəvi mandat-missiya ilə öz dil varlıqlarını, mili kimliklərini bütün zorluqlara inad bir bayraq kimi ucaldıblar. – Füzuli kimi!
Ədəbiyyatda, mədəniyyətdə qravitasional zaman ləngiməsi, ədəbiyyatlar, mədəniyyətlər arasında qarşılıqlı təsirlərin, hər yeni dönəmə xas texnologiyanın və gələnəklərin yaratdığı “kütlə”nin zaman alqısını yavaşlatması və ya sürətləndirməsi kimi qəbul edilə bilər. Örnəyi, Füzuli dönəmində fərqli ictimai-siyasi, ideoloji, iqtisadi, dini (təriqət, məzhəb), milli, hərbi, ümumən mədəni axınlar sürətlə yayılır (və ya özünə çəkilirdi)... Bütün bunlar isə necə deyərlər, ədəbiyyatın, mədəniyyətin gələnəksəl zaman konseptini ləngidir yaxud tətikləyirdi; çünki ədəbiyyat, mədəniyyət fərqli dinamikaların təsiri altındaydı. O dönəm üçün irəli sayılan bəzi (özəlliklə, iqtisadi, hərbi) texnolojilərin tətbiqi ilə sənət, mədəniyyət sanki zaman “şüalandırır” və bu, mədəniyyətlərarası bağların sürətini artırırdı.
Dinin, təriqətin işığına və İmam Hüseyn məqbərəsinin kölgəsinə poetik anlam yükləyən sənətkar, necə deyərlər, fiziklər sayağı “İşığın əyilməsi”nə - dominant mədəniyyətin, başqa bir mədəniyyətin özünü təqdim etməsinə təsir göstərməsi, onların “əyilmiş” formada təqdiminə bələd idi. Dominant İslam ümmətçiliyi, Gündoğar klassikası, öz milli inkişaflarının zəruriliyindən imtina etməmiş xalqların mədəni irsini “eksotika” və ya “digərlik” prizmasından təqdim edirdisə, bütün bunlar, Bayat boyundan olan dahi sənətkarın diqqətindən, qələmindən yayına bilərdimi?.. Ona görə də, Füzuli öz yaratdıqları ilə öz mənsub olduğu milli mədəniyyətin göyüzünü genişləndirirdi... Ədəbiyyatın, mədəniyyətin göyüzü də, fiziki kainat kimi genişlənir, lakin bu genişlənmə qeyri-bərabərdir; Tanrının yaratdıqlarının, kainatın dəyərləri ilə birgə sənətin estetik dəyərləri ilə yaradılmışların göyüzü yaratma mexanizmləri və bu işin nəticələri, əlbəttə, fərqlidir. Bax, örnəyi, bizim çağımızda İKT-nin, sosial medianın, süni intellektin təsiri ilə bəzi mədəniyyətlər öz fəza-zaman koordinatlarını genişləndirir, bəziləri bu dinamikada “arxa plan”da qalırsa, Füzulinin çağında da, o dönəmçün yeni meydana gələn sosial, texnoloji alətlər, bu genişlənmə nəticəsində qlobal mədəniyyət xəritəsində yeni “mədəniyyət ocaqları”nın yaranmasına gətirib çıxarırdı...
Bəli, Füzuli poeziyasında zaman və məkan konseptləri nisbi xarakteri ilə seçilir.
Bu, onu bizim çağın fəlsəfi konseptləri – özəlliklə, “zamanın fəlsəfəsi” ilə səsləşdirir. Haydeggerin “Varlıq və zaman” konsepti ilə müqayisədə Füzulinin “vəhdət” konsepti insanın kainatda varolma səbəbini axtaran bədii-fəlsəfi təhlillə üst-üstə düşür.
Bəlli olduğu kimi, “Varlıq və zaman” 1927-ci ildə nəşr olunduğu andan etibarən dünya miqyasında intellektual hadisəyə çevrilib və Avropa fəlsəfəsində XX yüzilin əlamətdar əsərlərindən biri kimi tanınıb. Kitab XX yüzil fəlsəfəsinə, özəlliklə də ekzistensializm, hermenevtika və dekonstruksiyaya önəmli təsir göstərib. – Bəli, “varlıq” ən ümumi anlayışdır, mövcudatlar olmadan varlıq da ola bilməz; onlar bir-biri ilə sıx bağlıdır. Üstəlik, varlıq ancaq zamanın üfüqündə dərk edilə bilər... Var olan Füzuli irsi, yaşayan Füzuli sənətkarlığı kimi...
2.
Postmodern dönəmdə mətnlərin yenidən oxunması və fərqli kontekstlərdə təhlili Füzuli irsinə də yeni baxışlar gətirir. Füzuli mətnləri dilin poetik imkanlarını maksimum şəkildə istifadə edir və bununla da oxucunu mənəvi anlam axtarışına cəlb edir.
Füzuli şeirlərinin struktur təhlili göstərir ki, onun dilində hər bir söz yalnız dışarı anlama deyil, çoxqatlı anlam sisteminə işarə edir. Mətnin açılması üçün oxucunun fəal iştirakı vacibdir. Beləliklə, Füzuli oxucusu çağdaş “interaktiv mətn” anlayışı ilə qarşılaşır.
Süni intellektin təkmilləşdiyi bir dönəmdə, klassik poeziyanın yaradıcı dəyəri, ruhu müzakirə mövzusudur. Füzulinin poeziyasında insan duyğusunun dərinliyi və bənzərsizliyi, süni intellektin imitasiyasını aşan bir həqiqət kimi özünü göstərir. Füzuli yaradıcılığı bizə xatırladır ki, əsl incəsənət “yaradıcı təfəkkür”ün məhsuludur və bu təfəkkür insan varlığının mahiyyətini ifadə edir.
3.
Füzuli yaradıcılığının bəşəri önəmi onun mədəniyyətlərarası körpü rolu ilə də sıx bağlıdır. Füzulidən öncəki klassik irs onun şeirlərində “toplanır”; Füzulidən sonrakı dönəmlərdə isə bu irs davam etdirilir və yeni anlam qazanır. Onun poetik fəlsəfəsi həm Gündoğar, həm də Günbatar mədəniyyətindəki “universal insanlıq” ideyasına xidmət edir.
530 yaşlı Füzuli, fərqli mədəniyyətlərə mənsub olan insanlara üz tutur:
- Günbatar fəlsəfəsindəki “varoluş” problemi (Sartr, Kamyu) ilə Füzulinin “aşiqin fəryadı” oxşar anlamlar daşıyır;
- Gündoğar mədəniyyətindəki “vəhdət” və “fəna” ideyaları isə onun poetik dünyasında kainatla qovuşmağa xidmət edir. Füzuli sənətkarlığı böyük bir mədəniyyət, sənət hadisəsi olaraq, əl (qələm-kağız qardaşlığı), ağıl və ruhi güc birliyi ilə yaradılan bütün pozitivlərin poetik sərgisidir. Füzuli yaradıcılığı könül ziyafəti, könül süfrəsidir...
Beləliklə,
Ustadlar ustadı Füzulinin yaradıcılığı XXI yüzilin texnoloji və mənəvi çağırışları fonunda yenidən qiymətləndirilməlidir. Onun əsərləri, bir yandan insan mənəviyyatının dərinliyinə enərək, bu günün mənəvi boşluqlarını doldura biləcək bəşəri dəyərlər təklif edir; digər yandan, süni intellekt və texnologiya dönəmində insan təfəkkürünün yaradıcı gücünü xatırladaraq, “həqiqi sənət” anlayışını, ruhi gücü, sənətin estetik dəyər və çağırışlarını bir daha təsdiqləyir.
Füzulinin “dünən”i – bizim üçün klassik məktəb, “bu gün”ü – dəyərləndirmə, “sabah”ı isə – mənəvi dirçəlişə aparan yol xəritəsi kimidir. O, zamanüstü bir poeziya ilə bəşəriyyətin əbədi axtarışlarına bədii cavablar təqdim edir...
Bəli, tarixi zəmin qorunaraq, Füzulinin fəlsəfi dərinliyinin XXI yüzilin şərtlərinə, çağırışlarına necə uyğunlaşa biləcəyi, özəlliklə, süni intellekt dönəmində insan duyğusunun və mənəviyyatının əsas təmsilçilərindən biri kimi Füzuli yaradıcılığı yenidən dəyərləndirilməlidir. Kulturoloji yanaşma ilə, Füzulinin fəlsəfi ismarıclarının universallığı, gələcəyə işıq saçan xarakteri elmi əsaslarla incələnməlidir.
Ustadlar ustadının ruhuna şadlıq, füzulişünaslara yeni yaradıcılıq uğurları diləyirəm!
“Gətirdi əciz, görüb eşq müşkül olduğunu,
Qamu hünərlərə ustad gördügün könlüm.
Degildi böylə, dəmində bir əhli-işrət idi,
Bu qanlar içməgə möhtad gördügün könlüm.
Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,
Əsiri-möhnəti-Bəğdad gördügün könlüm”...
(Yazının davamı olacaq)
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Uorren Baffet: “Qətiyyətli olun!” -DAHİLƏRDƏN ÖYRƏNƏK!
“Ədəbiyyat və incəsənət” portalı DAHİLƏRDƏN ÖYRƏNƏK rubrikasında bu gün sizlərə dünyaşöhrətli investor, filantrop Uorren Baffetin “Uğur qazanmaq qaydası” təlimindən ilk 10 bəndi təqdim edəcəyik. Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.
Qayda 1
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
Qayda 2
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Qayda 3
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Qayda 4
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Qayda 5
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
Qayda 6
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
Qayda 7
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
Qayda 8
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
Qayda 9
Öz vəsaitinizlə yaşayın!
«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital toplayın».
Qayda 10
Qətiyyətli olun!
«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
PA - Uğur üçün 15 keyfiyyət – 4.Yüksək səviyyəli təhsil ala bilmək
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
YAXŞI TANIMADIQLARINIZ – yazıçı Abdulla bəy Divanbəyoğlu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Tanımadıqlarınız” – bu rubrikada söhbət yalnız məhdud dairədə tanınan, amma geniş kütləyə məlum olmayan köhnə dövr sənətkarlarından gedir. Bu gün sizlərə Abdulla bəy Divanbəyoğlu barədə danışacağıq.
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də _"Nəşri-maarif" və "Nicat"_ cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir.
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906)və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı "Şahzadə və Əbdül"_əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959).
"Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911)və s. hekayələri, "Parlaq ulduz" (1912)felyetonu və s. kimi əsərləri də vardır.
Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirmişdir (1923–1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur (1923–1927). 1930-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləmişdir.
Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır.
Dövri mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunmuşdur. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilmişdir.
1934 -cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir.
1936-cı il yanvarın 6-da vəfat etmişdir.
Allah rəhmət eləsin Amin.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)