Super User
Maqsud Məmmədovu nazirlik əməkdaşları evində ziyarət etdilər
Görkəmli baletmeyster, Azərbaycan balet sənətinin canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Maqsud Məmmədovun 95 yaşı tamam olub.
Bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirliyin məsul əməkdaşları sənətkarı evində ziyarət ediblər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir müavini sənətkarı yubileyi münasibətilə təbrik edib, cansağlığı arzulayıb. Qeyd olunub ki, peşəkar təhsil almış ilk azərbaycanlı balet artisti olan Maqsud Məmmədov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək baletsevərlərin dərin rəğbətini qazanıb.
Bildirilib ki, Maqsud Məmmədovun Azərbaycan balet sənətinin inkişafındakı xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib. “Xalq artisti” (1970) fəxri adına, “Şöhrət” ordeni (2019) ilə təltif olunan sənətkar 2002-ci ildən Prezident təqaüdçüsüdür.
Sonra Xalq artistinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qocaman sənətkar yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 1929-cu ildə Gəncədə dünyaya göz açan Maqsud Davud oğlu Məmmədov erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bu sahəyə olan həvəsi onu Bakı Xoreoqrafiya Məktəbinə gətirir. Burada yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib. Təhsilini başa vurduqdan sonra taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb. Burada dünya klassiklərinin əsərlərindən mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Dezire (“Yatmış gözəl), Şelkunçik (“Şelkunçik”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərindən parlaq obrazları – Polad (“Qız qalası”), Azad (“Gülşən”), Mənzər (“Yeddi gözəl”), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) böyük uğurla canlandırıb.
Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca bir çox ölkələrdə – Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğatçısına çevrilib.
Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova (1931–2024) ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)
“Tanı, Oxu, Tanıt" layihəsi Qubada
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, Oxu, Tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində ADPU-nun Quba filialınında tədbir keçirilib
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin moderatorluğunu filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova edib.
Tədbirdə açılış nitqində dos.Yusif Alıyev ədəbiyyatın, sözün qüdrətindən bəhs edib, istedadlı gəncləri bu istiqamətdə hər zaman dəstəkləməyə hazır olduğunu, layihənin müqəddəs amala xidmət etdiyini bildirib. Sonra layihə və ədəbiyyat könüllülüyü haqqında geniş məruzələrlə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, DGTYB -nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB başqanı, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin sektor müdiri Mənsur Ağayev, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, gənc şairə Sərvinaz Sərvər çıxış edib, filialda keçirilən bu tipli tədbirlərin gənclər üçün əhəmiyyətini qeyd edib, həmçinin tələbələr ədəbi topluda yer alan şeirləri səsləndiriblər. Sonda layihəyə dəstək olan şəxslər (filialın direktoru dos.Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin müdiri Nəcəf Novruzov, şair Ramiz Qusarçaylı, filialın əməkdaşları p.f.d.Aysel Şeydayeva, Nəhayət Şirinova, Eyvaz Şeydayev, şeir deyən tələbələr) mükafatlandırılıb, iştirakçılara layihə çərçivəsində çap olunmuş kitablar və s. hədiyyə edilib. Xatirə fotosunun çəkilməsi ilə tədbirə yekun vurulub.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Mükafatçıların müsabiqəyə təqdim etdikləri poeziya nümunələri - III. EL ROMAN
Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri artıq bəllidir.
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyidəli Sübhi,
El Roman
“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrini təqdim edir:
III YER
El ROMAN
YARASALAR
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey-
Adamlar torpağa, kağız torpağa...
Göyərsə göylərdə bir ağ göyərçin,
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
Və
Saçların tərəfə çevrilərəm,
Gəl.
Sən kimin olmusan min illər əvvəl?
Adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm, yerin hayandır...
Mağara ağzında cığara yandır,
Məni də bir dəfə yada sal orda...
Mağara?!
Görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir,
Tərsinə asılmış quş qəfəsidir,
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
Adamlar torpağa, kağız torpağa...
YUXU
Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...
Həmin gecə yuxuda özünü görəcəksən-
Dodaqların qırmızı, saçın uzun, laap uzun...
Çöldə eşidəcəksən çirkinliyin səsini,
Evdə atan yeyəcək tikənin yekəsini.
İçində hiss edəndə təklik təhlükəsini
Səndən soruşacaqlar, kimin qızısan, qızım?
Getmək istəyəcəksən, yolun tən yarısında,
Ətirini, donunu, onu unutmasan da,
O gün unudacaqsan bir kitabı masanda,
Bir də açılmayacaq otağının qapısı...
Bir az qocalacaqsan, bir az əsəcək dizin,
Bir az huşun itəcək, bir az əlinin duzu.
Yollara baxacaqsan, belə laap uzun-uzun...
Öləndə belə ölür qadınların yarısı...
Bir də açılmayacaq otağının qapısı...
Öləndə belə ölür qadınların yarısı...
Saçın uzun, laap uzun, dodaqların qırmızı...
Üzüntün tanış gəlir, kimin qızısan, qızım?
* * *
Qaliblərin mükafatlandırılması və təqdimat günü ilə bağlı əlavə məlumat veriləcək.
Təşkilati dəstək: "Kəpəz hospital";
İnformasiya dəstəyi: "Ədəbiyyat və İncəsənət" portalı.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
Три концепции Алиева, чтобы спасти мир
Адем Исмаил Бакуви, политолог и общественный деятель, специально для haqqin.az
Деятельность азербайджанского президента Ильхама Алиева на международной арене, как по отстаиванию территориальной целостности, так и в вопросах генерирования и совершенствования методологии функционирования международных организаций, была настолько эффективной, что даже несмотря на состояние войны с Арменией, Азербайджан был единогласно избран председателем Движения неприсоединения на период с 2019 по 2022 годы, а впоследствии 120 государств-членов этой организации, выразив полное доверие компетенции Азербайджана в качестве страны-председателя, продлили этот статус до 2024 года.
Уникальная многоплановость мероприятий, проведенных на международной арене поражает воображение даже опытнейших дипломатов. Впечатляет глубокое понимание ситуации, а также удивительная проницательность, с которыми Ильхам Алиев реагировал на то, как ведущие международные организации мира - Генеральная Ассамблея ООН, Организация исламского сотрудничества, Движение неприсоединения, Совет Европы, Европарламент и ОБСЕ, принимая постановления и резолюции, призывавшие к деоккупации азербайджанских земель и выводу армянских войск , не могли при этом преодолеть декларативный характер этих решений, демонстрируя политику двойных стандартов в подходах к урегулированию идентичных этнополитических конфликтов.
Алиевское видение Совбеза ООН
Ильхам Алиев, практически, в одиночку сражался с лидерами мирового сообщества, добиваясь реализации искомой заданной миссии международных организаций.
Так, выступая в сентябре 2020 года перед делегатами 75-й сессии Генеральной Ассамблеи ООН, президент Алиев предельно ясно и аргументировано сформулировал историческую необходимость задействования международных механизмов, способных не декларативно, а в реальности, обеспечить выполнение резолюций Совбеза по деоккупации суверенных территорий Азербайджана. В частности, глава азербайджанского государства предложил реформировать Совет Безопасности ООН и включить в его состав постоянных представителей исламских и неприсоединившихся государств.
Впервые Ильхам Алиев озвучил эту идею в ходе переговоров с президентом Египта Абдул-Фаттахом ас-Сиси, состоявшихся 28 января 2023 года в Баку. «Одно постоянное место (в Совбезе ООН – авт.) должно быть отведено членам Организации исламского сотрудничества, и ОИС должна выдвигать своего кандидата на основе консультаций, - подчеркнул глава государства. - Еще одно место постоянного члена должно быть отведено Движению неприсоединения, и это место должна получить страна, которая в нем председательствует».
При этом Ильхам Алиев констатировал, что подобная реформа «была бы справедливой», поскольку имела все шансы сформировать более безопасный и стабильный мир. Несколько раньше, в ноябре 2022 года, Ильхам Алиев в ходе визита в Сербию, призвал мировое сообщество задуматься над степенью эффективности деятельности международных организаций.
На примере бесчисленных попыток урегулировать карабахский конфликт, Ильхам Алиев прямо подчеркивал что ведущие международные организации мира на протяжении многих лет принимали «важные и справедливые решения и резолюции» по поводу ситуации с Арменией и Азербайджаном, что, однако, не помогло найти выход.
В этом контексте президентом Азербайджана были выделены четыре резолюции Совбеза, в которых декларировалась необходимость «незамедлительного, безоговорочного и полного вывода армянских вооружённых сил с территорий Азербайджана». Не без горькой иронии Ильхам Алиев подчеркнул, что в некоторых случаях решения Совбеза ООН выполняются за несколько дней, порой даже за несколько часов, но в случае с Азербайджаном их исполнения не удавалось добиться в течение 27 (!!) лет.
Анализ ситуации, проделанный президентом Азербайджана, раскрыл основу предлагаемых им реформ. Они заключались в тщательной проработке мировым сообществом предложений реформирования международных организаций, способной повысить коэффициент полезного действия.
«В противном случае, - подчеркивал глава государства, - процесс имплементации решений вновь будет подвергаться всевозможным коллизиям, в основном, субъективного характера». Последовательно указывая на деформации в деятельности ООН и других международных организаций, Алиев в течение последних лет неоднократно подчёркивал чёткое и своевременное выполнение Азербайджаном в одностороннем порядке решений Совбеза, в то время, как Армения их откровенно и цинично игнорировала.
Алиевская «модель неприсоединения»
Особого внимания заслуживает деятельность Ильхама Алиева, осуществленная в рамках международного сообщества по борьбе с пандемией COVID-19. Председательствуя в Движении неприсоединения, Азербайджан выдвинул идею проведения специальной сессии Генеральной Ассамблеи ООН, посвященной вопросам глобальной борьбы с пандемией.
В целом же, противостояние Азербайджана, как лидера Движения неприсоединения, проявлениям «вакцинного национализма» во время пандемии, напористость и инициативность президента Алиева в осуществлении глобальных мер в борьбе с пандемией, а также оказание конкретной финансовой и гуманитарной помощи более чем 80 странам, проиллюстрировало приверженность Азербайджана общечеловеческим ценностям. Впрочем, на этом Ильхам Алиев не остановился.
В 2021 году на встрече в Белграде он предложил провести саммит государств-членов Движения неприсоединения и совместно выработать на нем позицию в отношении постковидного периода. В частности, Ильхам Алиев предложил поддержать постпандемическое восстановления Африки и малых островных развивающихся государств. По мнению независимых наблюдателей, за годы, в течение которых Азербайджан председательствовал в Движении неприсоединения, был достигнут ощутимый прогресс.
Меридианы деятельности ДН расширилась, став глобальной политической силой, имеющей сегодня решающий голос в мире. Под председательством Азербайджана, Движение неприсоединения преподало миру урок справедливости, объективного, непредвзятого подхода к решению как глобальных, так и региональных проблем. Причем всё это происходило на фоне оказания интенсивной гуманитарной помощи, объектом которой стали 90 стран мира. Более того, азербайджанское Агентство помощи международному развитию реализовало в разных странах проекты по сокращению безработицы, развитию науки, искусства, здравоохранения и, по рационального использования водных ресурсов, грантовых программ и других.
А с 2018 года Азербайджан стал представлять гражданам стран-участниц Движения неприсоединения стипендии с полным финансированием для получения образования в вузах республики. Поддержав институциональное развитие Движения неприсоединения, Азербайджан инициировал также создание Парламентской сети ДН, первое заседание которой состоялось в Баку в июне 2022 года.
В условиях, когда в мире свирепствует деформация норм международного права, когда предаются анафеме нормы общественной морали, когда в урегулировании этнополитических, сепаратистских и территориальных проблем господствуют дуализм и двойные стандарты, Азербайджан, даже находясь в состоянии военного конфликта с Арменией, является примером внутреннего согласия, а также позитивной моделью общественно-политической и экономической стабильности.
Алиевское представление о «зеленом мироустройстве»
И еще одна концепция Алиева, раскрывающая новый профиль страны, о котором нельзя не сказать: Азербайджан постепенно обретает имидж государства, активно действующего в вопросах охраны природы и экологии нашей планеты. Не случайно Баку избран местом проведения климатического саммита ООН COP29, то есть, мировым центром обсуждения глобальных экологических, климатических и демографических проблем.
Закономерна в этой связи позиция советника Amnesty International по климатической политике Энн Харрисон, заявившей: «Эта сессия может помочь взять курс на успешное проведение в Азербайджане климатического саммита COP29, положив в его основу права человека, в том числе, через определение чёткого пути к полному, скорейшему, справедливому и получающему финансирование процессу поэтапного отказа от ископаемого топлива… Саммит COP29 должен сфокусировать внимание на существенном увеличении масштаба задач климатического финансирования, особенно, для стран, на долю которых исторически приходятся крупнейшие выбросы парниковых газов».
Таким образом, три концепции Алиева внесли и продолжают вносить ощутимый вклад не только в обновление устаревшего, а местами осыпающегося фасада мировой системы дипломатии и межгосударственных отношений, в деятельность ведущих международных организаций и учреждений, но и в становление нового справедливого миропорядка, который и покончит с войной миров и цивилизаций.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
İntizar ədəbiyyatı - Söhrab Tahir, "Öləndə"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın
Öləndən sonra da birlik harayım.
Öləndə kəfənim iki qat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun.
Ortadan qurumuş bir dəli çayda.
Tabutum üstündə oynasın xəzan,
Bölünsün bir xalqın şairi iki.
Ayrı bacıların göz yaşlarından
Mənə iki tayda bir qəbir tikin.
İkili yaşadım həyatımı mən,
İkili səsimdə birləşdi xalqım.
Qovdum ikiliyi öz ürəyimdən,
Böyük ürəyimdə birləşdi xalqım.
Bir gün xalqım üçün şairləşəndə
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə, Xalq birləşəndə
Mən də öz qəbrimdən boylanacağam.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq.
1.
Ağlınızdan keçən hər sərsəm fikri sosial şəbəkədə paylaşmağa məcbur deyilsiniz. Bir az səbir edin, ovqatınız dəyişəcək.
2.
Siz Teylor Qrini tanıyırsınızmı?
3.
Jurnalistlər və yazıçılar hər yerdə bir-birinə bənzəyir.
4.
Müəllim adını uca tutmaq, onunla qürur duymaq gərəkdir. Çünki müəllim obrazı ömür boyu bizimlə yaşayır. Siması daim gözümüzdə canlanan, unutmadığımız, xoş xatırladığımız insanlar sırasında müəllimlər daha çox olur. Onlar təkcə öyrətdikləriylə yadda qalmır, həm də öz auralarıyla həyatımız boyu bizə bələdçi olurlar. Müəllim adının ucalığını qorumaq, ondan güc almaq insanın həyatda möhkəm dayağı, etibarlı söykənəcəyidi...
5.
Aşiq olmaq, sevmək ləyaqətsizliyə yuvarlandırır?
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
BİR SUAL, BİR CAVAB Faiq Hüseynbəyli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
" Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur."
(Volter)
Faiq bəy, məhəbbət ən böyük gücdürmü? Elə deyilsə, söyləyin, nədir ondan güclü olan?
CAVAB
Mənim üçün bu dünyada ən güclü nəsnə SÖZDÜR. Dini baxışlarda dünyanın yaradılışı Sözlə bərqərar olub. Sözün ucalığı Tanrının "Ol" kəliməsində gizlənir. Söz həm ehtirasdı, həm etirazdı, həm də etirafdı. Asilərin də, aşiqlərin də sirri SÖZDƏdir. Söz ayindi, duadı, alqışdı. Söz həm də küfrdü, qarşığdı. Nə qədər trafaret səslənsə də, mənim üçün müqəddəs olan SÖZDÜR.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
“Can...can...Azərbaycan” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər
Zahirə Cabir yazır
“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır.
Xəstəxanada ona tək otaq ayırmışdılar, mane olan kimsə yox idi. Amma gecədən xeyli keçməsinə baxmayaraq gözünə yuxu getmirdi. Məhəmməd Əmin keçən günlərini xatırlayır, 35 il öncə gördüyü övladlarını gözü qarşısında canlandırırdı. Almaniyada ona deyilən sözləri xatırladı: “Oğlun Rəsul güllələnib, ailən Qazaxıstana sürgün edilib, hamısı orada acından, soyuqdan ölüblər.” Bu acı xəbər onun bütün həyatını məhv etmişdi. Yalnız Azərbaycanın istiqlalını yenidən görmək üçün həyatda yaşamış, mücadilə aparmışdı. Sonra silahdaşlarını düşündü. Səhər dostları ilə görüşəcəkdi. Onların qarşısına xəstəxana paltarında çıxmamaq üçün həyat yoldaşından evdən paltarlarının gətirilməsini xahiş etmişdi.
Səhər açıldı. O əynini dəyişib Leyla xanımın gətirdiyi köynək-şalvarını geydi. Paltarların içində üzürdü. Nə qədər arıqladığını, sınıxdığını indi bildi. Səksən kilodan əlli birə düşmüş, alyanaq sifəti kiçilmiş, iri gözləri tutqunlaşıb balacalaşmış, saçları seyrəlmişdi. Mühacirətin ağır sınaqları, şəkər xəstəliyi, yaşlılıq onu tamam əldən salmışdı.
Səhər yeməyini zorla yedi: “Qəribədir, sanki hiss edirəm ki, bu son yeməyimdir. Niyə mən belə oldum?” – qəfildən sancan ürəyini əli ilə sıxıb saxladı.
Həkimdən soruşmazdan qabaq özü bu sualın cavabını tapmaq istədi. Heyhat!
Qayğıkeş, xoş sifətli həkim öncə hal-əhval tutub durumunu soruşdu:
– Bu gün necəsən? Buraya gələndən bəri yaxşılaşma görürsənmü?
– Əlbəttə, yaxşılaşma var. Amma özümü necə hiss etdiyimi deyə bilməyəcəyəm. Fikrim-zikrim bu gün görüşəcəyim dostlarımın yanındadır.
– Onda sizi yüngülcə müayinə ilə kifayətlənərəm.
Həkim onun nəbzini tutdu, təzyiqini ölçdü, ürəyinə, ciyərinə qulaq asdı, əli ilə qara ciyərini, öd kisəsini, dalağını yoxladı. Bir anlığa bədəni titrəyən Məhəmmədin elə bil bütün əzaları gizildədi, süstləşdi. Nəfəsi ağırlaşdı. Həkim baxışlarını ondan gizlədib dedi:
- Yəqin ki, dostlarını görmək üçün ümidsizləşirsən. Elə isə onlarla görüş, sakitləş, ürəyin rahatlansın.
Az keçmədi ki, otağa həyat yoldaşı Leyla xanım, əmisi oğlu Məhəmmədəli, Əbdülvahab Yurdsevər, Kərim Odər, İbrahim Badal, Sultan Hacıoğlu, Behman Turan və digərləri daxil oldu. Məhəmməd çətinliklə qoynundan bayrağı çıxardı və dostlarına uzadıb dedi:
- Xahiş edirəm bu bayrağı otaqdakı pərdənin üstündən ücadan asın. Son kərə onu görmək istəyirəm.
Silahdaşı Məhəmməd Kəngərli bayrağı Məhəmməd Əmindən aldı, dostları ilə köməkləşib onun arzusu ilə bayrağı otaqdakı pərdənin üstündən sancaqla bərkitdi. Məhəmməd Əmin uğrunda canını, varını, övladlarını - hər şeyini qurban verdiyi bayrağa baxıb dərindən ah çəkdi. Müvazinətini toplayıb son dəfə ayağa qalxmaq istədi, bacarmadı, çarpayıya çökərək üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» söylədi və gözlərini əbədi yumdu.
Həyat yoldaşı onu nə qədər səsləsə də o artıq həyatla vidalaşmışdı. Ölüm mələyi onu az öncə xatırladığı doğmaları ilə görüşdürəcəkdi. Dostları Məhəmməd Əminin üzündə ay işığına oxşayan qəribə, hədsiz parlaq nur gördülər.
“Heç bir yaxşılıq əvəzsiz qalmaz" - TƏRCÜMƏ ƏDƏBİYYATI
“Ədəbiyyat və incəsənət” portalı “Heç bir yaxşılıq əvəzsiz qalmaz” pritçasını təqdim edir. Pritça məşhur fransız yazıçısı Aleksandr Düma barədədir. Bu məşhur pritça dünya ədəbiyyatında bir çox hekayə və esselərin yazılmasına təkan verib. Həqiqətən də çox ibrətamiz əhvalatdır.
Pritçanı rus dilindən dilimizə İşıl Yolçiyeva tərcümə edib.
Parisin kənarında, çirkli Maturen-Saint-Jacques küçəsinin ən sonunda darıxdırıcı beşmərtəbəli bir ev vardı. Çardağın altındakı mansardı qıyıq asiyalı gözlərə malik hündür, qıvrımsaçlı bir gənc kirayələmişdi.
Səhər o, köhnə, nimdaş görkəmdə Orlean hersoqunun ofisinə tələsirdi və burada kiçik katib kimi xidmət edirdi. Sıx paltosunun dirsəkləri və pantalonunun dizləri nimdaşlıqdan parıldayırdı.
Gənc xaincəsinə parıldayan yerləri hər gün mürəkkəblə örtürdü ki nəzərə çarpmasın. Orlean hersoqunun ofisində mürəkkəb bol idi axı.
O, çox məhdud qidalanırdı: soğanla və suyla qarışdırılmış çaxırla (Fransada pis şərab kerosindən daha ucuzdur).
Oğlan soğana nifrət edirdi və şəraba da biganə idi.
Yaşadığı evin qarşısında kiçik bir traktir var idi. Qapının üstündə iri balqabaq ölçüsündə misdən şam qozası asılmışdı. Müəssisə elə bu cür - "Şam qozası" adlanırdı.
Bəzən işdən sonra gənc buraya gəlir və uzun müddət qızardılmış kartofun ətirini cyərlərinə çəkirdi. Sonra da traktirin sahibinə utancaq tərzdə deyirdi:
-Mümkünsə bükün…
-Ancaq sən mənə qırx frank borclusan, -deyə Girardo Ata qəzəblənirdi.
-Bir az gözləyin, - gənc onu əmin etmək istəyirdi, - tezliklə varlanacağam və səxavətlə borclarımı ödəyəcəyəm.
Nəticədə o, çardağına bir az qızardılmış kartof apara bilirdi hər dəfəsində. Girardo Ataya olan borcu isə getdikcə artırdı.
Beləliklə, bir gün qıyıq gözləri olan, hündür, qıvrımsaç gənc itdi. Çardağın altındakı otağını eynən parlaq kətan pantalonlarda başqa bir gənc tutdu.
İllər keçdi. "Şam qozası" traktiri tənəzzülə uğradı. Kasıb bir tələbə məhəlləsində yaxşı ürəyə malik meyxanaçının varlanması elə də asan deyil.
Nəhayət, Girardo Ata qapısını qıfıllaylb oradan çıxdı. İndi o, Saint-Germain adlı aristokratik məhəllədə kiçik bir köşkdən ticarət edirdi. Bəlkə trüfel göbələyi və şampandan bezmiş varlılardan biri qızardılmış kartofdan dadmaq istəyəcəkdi hər halda?
Bir dəfə köşkün yanında bir neçə atın çəkdiyi fayton dayandı.
Əvvəlcə gümüş toqqacıqlı keçi dərisindən ayaqqabılar göründü. Sonra faytondakı cənab tam olaraq görüntüyə gəldi. Albalı rəngli palto, qar kimi bəyaz frak və bütün bunların fövqündə qıvrım boz saçlar və gənc asiyalı gözləri.
Müqəddəs Məryəm! Girardo Ata çardaqdakı kasıb gənci dərhal tanıdı. Və gənc də borclu olduğu bu şəxsi tanıdı, onu qucaqladı və geniş sinəsinə sıxdı.
- Mən deyəsən, sizə borcluyam? - zəngin gənc soruşdu.
-Düz iki yüz frank, - tacir həvəslə cavab verdi, - İndi versəydin lap yerinə düşərdi!
-Üstümdə pulum yoxdur, - gənc dedi, - qardaşına elə də çox pul vermirlər. Ancaq səxavətlə ödəyəcəyəm borcumu. Mən sənə ölənədək borcluyam.
Və təəccüblənmiş tacirin çiyninə əliylə vuraraq, o, qapısında qızıl qalunlu canlıq geyinmiş qapıçının xidmət etdiyi lüks bir mənzilə girdi.
Üç ay keçdi. Girardo Ata evə qayıdırdı. Bu gün bir dənə də olsun kartof sata bilməmişdi. Göründüyü kimi, trüfellər və şampan aristokratları o qədər də tez bezdirmirmiş. O, tini döndü və donub qaldı. Onlarla qəşəng ekipaj heyəti Matyuren -Saint-Jacques küçəsini - bir vaxtlar traktiri yerləşən doğma küçəni kəsmişdi. Onun qapısı qıfıllı traktirinin yanında insanlar toplaşmışdı. Parlaq silindrlərdəki bəzənmiş cənablar ayaqlarındakı laklı başmaklarla bağlı qapını döyəcləyərək qışqırırdılar:
- Tez açın, bizim əziz Girardo! Biz acıq!
- Nə məsələdir? - tacir təəccüblə soruşdu. - Mən sizə nəyisə borcluyam?!
Adamlardan biri ona təəccüblə baxdı:
- Bilmirsən, qoca? Bəli, bu "Şam qozası"dır! Fransanın ən dəbli traktiridir.
- Məni lağa qoyursan! - Girardo yazıq-yazıq dedi.
Şəxs cibindən parlaq örtükdə bir kitab çıxardı.
- Oxuya bilirsən?
Baba Girardo başını tərpətdi.
Şəxs kitabı açdı və oxumağa başladı:
- "Həyat indi çəhrayı rəngdə görünür!.."- sözlərini oxuyunca Hersoq qışqırdı. Sonra o və dostları Maturen-Saint-Jacques küçəsindəki gözəl “Şam qozası" traktirinə getdilər, burada çox hörmətli usta Girardo onları doyunca yedizdirdi..."
- Mənə bunu yazanın adını deyin! - təsirlənmiş tacir qışqırdı.
Və cavab eşitdi:
- Aleksandr Düma!
Girardo Ata kitabın müəllifinin rəsmini görüncə dərhal qıyıq gözlərindən onu tanıdı.
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)
“İtirdiyim dostlarla yuxuda görüşürəm…” - ANAR
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın qələmindən nə çıxırsa hər birimiz onu acgözlüklə oxuyuruq. Başqa cür ola da bilməz. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Sizsiz”, “Mən, sən, o və telefon”, “Dantenin yubileyi” kimi şedevrlər yaratmış bir qələm ustasının qələmindən çıxanları sevməmək mümkünsüzdür.
Anarın sosial media hesabında paylaşdığı şeirini sizlərlə bölüşürəm. Bu şeiri ağsaqqalımız vəfat etmiş dostlarına ithaf edib.
İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska filan taxmadan
görüşüb-öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə, susub baxmaqmış.
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində, kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə, onlardı oyaq
Biz burda yuxudayıq?
“Ədəbiyyat və incəsənət”
(03.06.2024)