Super User

Super User

Millət vəkili Qənirə Paşayeva yaratdığı sosial media qrupunun vasitəsi ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına öz könül dostlarını cəlb edib və ciddi nəticələr ortaya qoyulmaqdadır. Qənirə xanlm kampaniyaya qoşulan dostlarına təşəkkür edərək şəxsi facebook profilində yazıb:

"Var olun, əziz dostlar!

Adanadakı qardaş-bacılarımıza dəstək olduğunuz üçün! Biz birlikdə güclüyük!”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qənirə Paşayeva və onun könül dostları -  “Gözəl Yaşam Mərkəzi”nin rəhbəri Arzu xanım, “Nej Aləmi“ MMC-nin rəhbəri Əliş müəllim, “Dəniz Diş” klinikasının rəhbəri Toğrul müəllim, Hədəf liseyinin rəhbəri Şəmil bəy, dəyərli ziyalılar Kamal bəy, Rəis Rəsulzadə, dəyərli sənətkarımız Gülüstan xanım, dəyərli ziyalılarımız İradə xanım, Almaz xanım, Əsmətxanım müəllimə, Sevda xanım qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Adana vilayəti üçün yardım kampaniyasına qoşulublar. Komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Adanada zəlzələdən zərər görənlərə yardımda bulunublar.

Adana vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq isti geyimlər, quru qidalar, çaylar, isidici cihazlar alaraq Aqro Terminala (Salyan şossesi 22) aidiyyəti üzrə təhvil veriblər.

Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.

Həqiqətən də biz birlikdə güclüyük.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının 50 ilik yubileyi ərəfəsində şeirləri Güneyli soydaşlarımızın Tehranda çıxardığı "XUDAFƏRİN", qardaş Tatarıstanın nüfuzlu "İDEL" və Arxangelskdə çıxan "DVİNA" ədəbiyyat jurnallarında yayınlanıb.  

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əkbər Qoşalının “Çobanbayatı” poeması Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN” (www.khudafarin.ir) jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq, 79-88-ci səhifələrində yayınlanıb. Jurnalın qurucu-baş redaktoru Dr. Hüseyn Şərqidərəcək Soytürkdür. 2 min tirajla yayınlanan “Xudafərin” 19 ildir gün üzü görür. “Xudafərin” Azərbaycanın Quzeyini Güneyinə, Güneyini Quzeyinə tanıtmağa xidmət edən elmi-ədəbi, ictimai araşdırma jurnalıdır.

“İDEL” isə qardaş Tatarıstanın 1989-cu ildən çıxan nüfuzlu ədəbi-bədii, ictimai nəşrdir. Əkbər Qoşalının “İDEL”də yayınlanan şeirlərini tatarcaya tanınmış tatar şair-tərcüməçisi Lenar Şeyx uyğunlaşdırıb.

Arxangelskdə gün üzü görən “Dvina” jurnalı “Quzeyin ədəbi yetişmə yeri” olaraq tərif edilir. “Biz həmyerlilərimizin - milli ədəbiyyatın klassikləri Mixail Lomonosovun, Boris Şerqinin, Fedor Abramovun yaradıcılığına sayğı ilə  yanaşır və miras olaraq qoyuruq” deyən, özünəxas ədəbi gələnəklərə əsaslanan “Dvina” 20 ildir nəşr olunur. Əkbər Qoşalının “Dvina”da yayınlanan şeirlərini ruscaya Moskvada yaşayan istedadlı şair-tərcüməçi Nilufər Şıxlı çevirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

 

Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib. 

 

AzərTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Məqalədə Dənizkənarı Bulvar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.

Ərəb oxucuların diqqətinə Bakının digər görməli yerləri – bulvardakı “Şeytan çarxı”, Təzəpir məscidi, Milli Azərbaycan Tarix Muzeyi haqqında da məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv ölkəsi Türkiyədə baş vermiş, minlərlə insanın tələfatına və yaralanmasına səbəb olmuş güclü zəlzələdən zərər çəkənlər üçün humanitar yardım göstərib.

 

Fond ilk günlərdən faciənin meydana gəldiyi bölgələrə xilasetmə əməliyyatlarına dəstək məqsədilə lazımi təchizatlar göndərilib. Eyni zamanda zəruri körpə qidaları və təşkilatın uşaqlar üçün nəşr etdiyi kitabları Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərinə yola salınıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqının üzləşdiyi faciə zamanı həlak olanların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Thursday, 16 February 2023 15:30

Günün fotosu: Berluskoni bəraət alıb

Günün fotosu: Berluskoni bəraət alıb

 

İtaliyanın eks baş naziri Silvio Berluskoni məhkəmədə bəraət alıb. O, şahidləri pulla almaqda ittiham olunurdu.

Foto:AP

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Rəsm qalereyası: Arif Hüseynov, Xalq nağılları silsiləsindən.

Azərbaycan Respublikasının Xalq artisti, dəyərli sənətkar İlqar Muradovun konsertindən yığılan pulun müəyyən hissəsi Türkiyəyə yardım üçün göndəriləcək. Bu barədə məlumatı xalq artisti öz sosial media hesabında verib:

 

“Son günlər Türkiyədə baş verənlər böyük faciədir. Əsrin fəlakətidir. Bu gün biz Türkiyənin yanındayıq. Dövlət olaraq, xalq olaraq qanı qanımızdan olan qardaşlarımızın yanındayıq. Yüksək dövlət xadimlərindən tutmuş sıravi vətəndaşlara qədər hər kəs əlindən gələn köməyi edir. Biz də düşündük ki, konsertimizdən əldə olunan vəsaitin müəyyən hissəsini Türkiyədəki müvafiq qurumların hesabına köçürək. Biz birlikdə güclüyük!”

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Thursday, 16 February 2023 14:00

“Super Bowl-2023”də Rihanna rüzgarı

Ən çox oxunan xəbər: dünya pop səhnəsinin ulduzu Rihanna  "Super Bowl-2023" mərasimində performansı ilə adından söz etdirib. 

 

“Ədəbiyyat və incəsənət” XXL sənətçi geyimi ilə yanaşı sərvət dəyərində aksesuarları ilə diqqətləri üzərinə cəmləyib. 

Belə ki, Barbados gözəli geyiminə uyğun olaraq, "Jacob & Co" markası tərəfindən hazırlanmış siferblatı isə yaqut qaşlarla bəzədilmiş qırmızı saat seçib. Siferblat 10 karatlıq 360 daşla haşiyələnib, qayışı timsah dərisindən hazırlanıb. Bu aksesuarın qıyməti 72 min dollardır.

Müğənni qulağına monosırğalar və "Messika" klipsalar taxıb. Mütəxəssislər onları təxminən 12 min dollar qiymətləndirirlər.  

Bundan əlavə, müğənni kombinezonunu bəzəyən "Joseph Saidian & Sons"dan üç vintaj brilliant broşun qiyməti təxminən 130 min dollar dəyərindədir.

Rihannanın görünüşünün ən bahalı hissəsi "Bayco" üzüyü idi. Brendin saytında deyilir ki, 19,5 karat ağırlığında ən nadir "Birma" yaqutu 5,7 karatlıq brilyantlarla kəsilib. Sözügedən üzüyün qiyməti bir milyon dollara qədərdir. 

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Thursday, 16 February 2023 13:30

Sabah ənənəvi şeir müsabiqəsi başlayır

Dünya Gənc Türk Yazarlar Birliyi 17 fevral 2023-ci (saat 15:00) tarixində mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və  xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil olunacaq. 15 fevral 2023-cü il tarixinədək 40 yaşa qədər olan gənc yazarlar (istənilən mövzuda bir şeirini ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməklə) müsabiqəyə qoşulublar.   

 

15 fevral 2023-cü il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş "Fərqanə" ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq.  Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və "Fərqanə ədəbi məclisi"nin  birgə təşkilatçılığı ilə Yunus Əmrə İnstitutunda baş tutacaq.

Ünvan: Rəşid Behbudov  142, (Azərbaycan Dövlət Dillər Universitetinin yanı)

Qeyd: keçən il yarışmada qalib gəlmiş şəxslər yarışmaya qatıla bilməz...

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir. 

 

Ötən gün dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçirilib. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunub. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradıblar və əsərlərinə müxtəlif fakturalar veriblər.

Fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçirilib. 

Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verib. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradıblar.

Bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi. 

Fevralın son dərsi 22-də Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.

Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.