Super User

Super User

 

Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx surətdə bağlıdır. O, 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib, 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən mahir baletmeyster xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması sahəsində yorulmadan çalışıb. 

 

Əminə Dilbazi klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olub. Görkəmli ifaçının repertuarı öz rəngarəngliyi ilə səciyyələnib. “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verən mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzəyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib. Əminə Dilbazi həm də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.

AzərTAC xəbər verir ki, bu barədə aprelin 22-də Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən baletmeyster, Xalq artisti Əminə Dilbaziyə həsr olunmuş “Prima” sənədli filminin yenidən bərpa edilmiş variantının təqdimat mərasimində danışılıb.

1992-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş film “Sənətkar taleləri” silsiləsindən milli rəqqasə Əminə Dilbazinin həyat və yaradıcılığına həsr olunub.

Filmin yaradıcı heyəti və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, filmin operatoru, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov, Əməkdar artist Ötkəm İskəndərov, Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə milli rəqs sənətimizin şahzadəsi Əminə Dilbazinin həyat və yaradıcılığı barədə ətraflı bəhs edib, mərhum baletmeysterlə əlaqədar xatirələrini bölüşüblər. Qeyd edilib ki, Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrini yaşatmaqda müstəsna xidmətlər göstərən Əminə Dilbazi uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirib.

Filmin rejissoru Tofiq İsmayilovun qızı Sevinc Rzayeva atasının film üzərində yaradıcılıq işindən danışıb.

Əminə Dilbazinin oğlu Mikayil Hacıyev anasının xatirəsini əziz tutduqlarına görə ailə üzvləri adından onun sənət yoldaşlarına, filmin yaradıcı heyətinə təşəkkür edib.

Təqdimat mərasimi “Prima” sənədli filminin bərpa olunmuş yeni variantının nümayişi ilə başa çatıb.

 

ƏdəbiyyatBu gün - aprelin 23-ü Dünya Kitab və Müəllif Hüquqları Günüdür(World Book and Copyright Day). Bu gün 1995-ci ildə UNESCO tərəfindən dünya şöhrətli müəlliflər – ingilis şairi və dramaturqu Vilyam Şekspirin (1564-1616), ispan yazıçısı Migel de Servantesin (1547-1616) və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın (1539-1616) xatirəsinə (üçü də 23 apreldə vəfat edib) ehtiram olaraq təsis edilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ötən gün bu əlamətdar tarix mümasibəti ilə Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar keçirilib.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanov tədbir haqqında məlumat verib. Qeyd edib ki, kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, məkan və zaman çərçivəsindən kənarda ideya mübadiləsini təmin edir: “Dünya Kitab və Müəllif Hüquqları Gününü qeyd edərkən biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarətçilərinə, kitabxanalara və s. lazımi qiymət də veririk. Lakin o da bir həqiqətdir ki, erməni müəllifləri tarixə aid yalanlarla dolu kitabları çap edir və bunlarla erməni sayağı “mənbə” yaradırlar. Bu vebinarı keçirməkdə məqsədimiz erməni saxtakarlığını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir”.
Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, ermənilər əsrlər boyu tarixi saxtakarlıqla məşğul olublar: “Təəssüflər olsun ki, ermənilər bir çox Qərb dövlətlərini, onların alimlərini bu saxtakarlığa inandırmağa nail olublar. Erməni saxtakarlığına qarşı ölkəmizdə müəyyən addımlar atılsa da, ancaq qarşıda görüləsi işlər çoxdur. Hazırda qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının irsi və sivilizasiyası ilə bağlı Qərbdə əsasən birmənalı bir yanaşma mövcuddur. Bu, ermənilərin maraqlarına uyğun olan bir yanaşmadır. Bu sahədə həqiqətlərin bizim tərəfimizdə olmasına baxmayaraq, biz dünyanı, xüsusi ilə də Qərb alimlərini buna inandıra bilməmişik”.
Daha sonra bildirilib ki, Vətən müharibəsində Azərbaycanın  öz torpaqlarını işğaldan azad etməsi ilə yeni mərhələ başlayıb. Vətən müharibəsi şanlı Zəfərlə başa çatsa da, informasiya müharibəsi bundan sonra da davam edəcək. Bunu dövlətimizin başçısı da dəfələrlə qeyd edib. Bu informasiya müharibəsində bizim ən vacib alətlərimizdən biri də düzgün, uzunmüddətli və nəticəyönlü strategiyanın müəyyən edilməsidir. Bu strategiyanın tərkib hissələrindən biri də alimlərlə, tarixşünaslarla, etnoqraflarla və digər mütəxəssislərlə mütəmadi işin aparılmasıdır. 
Anar Kərimov deyib: “Düşünürəm ki, aidiyyəti müəssisələrimiz, o cümlədən Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi də əlaqələndirici şəkildə bu sahədə proseslərə öz töhfəsini verə bilər”.
Nazir vurğulayıb ki, Mədəniyyət Nazirliyi artıq ADA Universiteti ilə birgə dünyada olan müxtəlif araşdırmaçıların ölkəmizə dəvət edilməsi və Azərbaycan tarixi, mədəniyyəti, memarlığı sahəsində araşdırma aparmaq üçün müəyyən bir proqram hazırlamağı planlaşdırır: “Bu sahədə müxtəlif ölkələrdən elə gənc araşdırmaçılarla işləmək istəyirik ki, hələ ermənilərin saxta miflərlə onların beyinlərini zəhərləməyib. Bu araşdırmaçılarla əməkdaşlıq gələcəkdə bizə mənbələr, elmi resurslar verəcək. Nəticə etibarilə də biz bunlarla saxta erməni mifologiyasını növbəti dəfə dağıtmağa nail olacağıq. Necə ki, biz 44 günlük müharibə zamanı uydurma mifologiyasını dağıtdıq. Amma informasiya mübarizəsində də əlimizdə lazım olan şəbəkələr olmalıdır ki, uğur əldə edək”.
Daha sonra vebinar AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov və digərlərinin çıxışları ilə davam edib.

Суббота, 23 Апрель 2022 09:00

Mədəniyyət Nazirliyi yeni aksiyaya başlayır

 

Mədəniyyət Nazirliyi hər kəsi Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır! Bu məlumatı “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən verir.

 

2021-ci il 28 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilmişdir. Ağdam İşğal və Zəfər muzeyləri kompleksi ümumilikdə 22 hektara yaxın ərazini əhatə edəcəkdir. Ağdam şəhərinin müəyyən bir hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında memorial kimi nümayiş etdirilməsi nəzərdə tutulur. 17.23 hektar ərazini əhatə edəcək bu kompleks müasir üslubda dizayn edilmiş muzey binası, xatirə gölü, memorial bağ və dağıntılardan ibarət olacaqdır. Ağdam Zəfər Muzeyi kompleksi 5 hektara yaxın ərazini əhatə edəcək və bu bölmə müasir dizayna malik bina, Bayraq meydanı və Zəfər arenası hissələrindən ibarət olacaqdır. Ağdamda Dövlət başçısı tərəfindən bayrağın qaldırıldığı ərazidə Bayraq meydanı təşkil ediləcək, muzeyin binası və arena bu meydanın yaxınlığında yerləşəcəkdir.

Hazırda Ağdam İşğal və Zəfər muzeyləri kompleksinə daxil olan muzeylər ilə bağlı məzmunun hazırlanması istiqamətində işlərə başlanılmışdır.  

Ağdama aid maddi-mədəniyyət nümunələri, əşyalar, şəkillər, videolar və digər materiallara sahib, həmçinin Ağdamla bağlı xatirələri olan vətəndaşlarımız Ağdam İşğal və Zəfər muzeylərinin fondunun yaradılmasında iştirak edə bilər. Bununla bağlı aşağıda qeyd edilən əlaqələndirici şəxsə bu barədə məlumat verilməsi xahiş olunur.

Əlaqələndirici şəxs: Sədi Mirseyibli (tel: 012-498-83-51, 050-480-40-33)

Пятница, 22 Апрель 2022 18:00

“Bu qurultayın adı Zəfər qurultayıdır”

“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.

 

Bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir”, - dövlət başçısı deyib.

 

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi başa çatıb. 

 

 

Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın ekspertləri tərəfindən 30 finalçını müəyyənləşdirmək yolunda növbəti addım atılaraq 50 nəfərlik Long list (Uzun siyahı) açıqlanıb. “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun müsabiqə mərhələsinin Uzun siyahısını diqqətinizə çatdırır:

 

 

 

1. Ələsgər Əhmədov (Ələsgər Əhməd). Poeziya.

 

2. Elroman Əlizadə (El Roman). Poeziya.

 

3. Vüqar Babazadə. Nəsr.

 

4. Cavid Qədir. Nəsr.

 

5. Mehdi Dostəlizadə. Poeziya.

 

6. Nərgiz İsmayılova (Nargis). Nəsr.

 

7. Cavid Nəcəfov. Poeziya.

 

8. Anar Məcidzadə. Poeziya.

 

9. Habil Yaşar. Nəsr.

 

10. Aypara Mehmanova (Aypara Ayxan). Poeziya.

 

11. Murad Muradov. Nəsr.

 

12. Cavid Qasımov. Poeziya.

 

13. Arzu Gülabiyeva. Poeziya, nəsr.

 

14. Bahəddin Salman. Nəsr.

 

15. İntiqam Cavanşir (İntiqam Yaşar). Poeziya.

 

16. Ümid Nəccari. Poeziya.

 

17. Tural Cəfərli. Poeziya.

 

18. Ulucay Məmmədov (Ulucay Akif). Poeziya.

 

19. Orxan Həsənov (Orxan Həsəni). Nəsr.

 

20. Ayxan Ayvaz. Nəsr.

 

21. Emin Əlizadə (Eminquey). Poeziya.

 

22. Ramil Əhməd. Poeziya.

 

23. Fərid Hüseyn. Poeziya.

 

24. Gülnar Hüseynova (Gülnar Ümid). Poeziya.

 

25. Rəvan Cavid. Poeziya.

 

26. Oğuz Ayvaz. Poeziya, nəsr.

 

27. Elvin Əlizadə. Poeziya.

 

28. Həsən Zeynallı (Həsən Kür). Poeziya.

 

29. Ümid Əsədov (Ümid Sadə). Poeziya.

 

30. Aynur Seyidov (Seyid Aynur). Poeziya.

 

31. Günel Ağayeva (Günel Balakişi). Poeziya.

 

32. Nadir Rzalı (Nadir Yalçın). Nəsr.

 

33. Gülmalı Məmmədov (Səddam Laçın). Poeziya, nəsr.

 

34. Təvəkgül Boysunar. Nəsr.

 

35. Nicat Məmmədzadə (Nicat Azər). Nəsr.

 

36. Cavid Zeynallı. Nəsr.

 

37. İlkin Əliyev. Nəsr.

 

38. Elvin Məmmədov. Nəsr.

 

39. Elvin İntiqamoğlu. Poeziya.

 

40. Nigar Ağalarova (Nigar Arif). Poeziya.

 

41. Günel Hacıyeva. Nəsr.

 

42. Elşad Səfixanov (Elşad can Şamil). Nəsr.

 

43. Əfsər Abdullayev. Poeziya.

 

44. Ruslan Cahangirli (Ruslan Dost Əli). Poeziya.

 

45. Emin Piri. Poeziya.

 

46. Nərminə Ələkbərova (Jasmin). Poeziya.

 

47. Gülay Tahirli. Poeziya.

 

48. Qoşqar Qaraçaylı. Poeziya.

 

49. Faiq Hüseynbəyli. Poeziya.

 

50. Pərviz Cəbrayılzadə (Pərviz Əliyaroğlu). Nəsr.

 

 

 

Nəzərinizə çatdıraq ki, 30 nəfərlik Short list (Qısa siyahı) aprelin 26-da açıqlanacaq.

 

Bu gün tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Azərbaycanın Əməkdar Artisti  Həsən Əblucun anadan olmasının 80-cı ildönümüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təkrarolunmaz səsə malik Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.

H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.

O, cəmi 52 il yaşayıb. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı ən gözəl bir dönümündə  ayrılan Həsən Əbluc yaddaşlarda da elə səsi ilə qalıb. 

Ruhu şad olsun!

Пятница, 22 Апрель 2022 14:36

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

 

 

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur. 
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Biennaledə ölkəmiz “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusundakı milli pavilyonla iştirak edir. 

 

Şəhərin ən izdihamlı məkanlarından birində - Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), Infinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir.

Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Azərbaycan pavilyonunda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda, ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini sərgi iştirakçılarına çatdırır.

Sərgidə təmsil olunan müəllif-rəssam Ramina Səadətxan Venesiya Biennalesində ilk dəfə iştirak etməsi ilə fəxr etdiyini deyir.

Fotoqraf-rəssam Əqdəs Bağırzadə Biennaledə “The other side of me” layihəsi ilə çıxış edir. “Bir azərbaycanlı, bir foto-rəssam kimi mən doğrudan da qürur duyuram ki, bu festivalda, bieannaledə iştirak elədim. Bu, Heydər Əliyev Fondunun dəstəyi və iştirakı ilə ərsəyə gəlib. Doğrudan da Azərbaycanı burada təmsil etmək bizim üçün böyük məsuliyyətdir”, - deyə o qeyd edib.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir.

İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. Azərbaycan bu il artıq 8-ci dəfədir müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunan Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 27-dək açıq olacaq.

 

Dovşana döndərdi nər kişiləri

Qaçanın yoldaşı oldu ehtiyac.

Qapıdan çıxartdıq pəncərəmizdən

Axıb evimizə doldu ehtiyac.

 

Yatdıq darı gördük, dar yuxumuzda,

Xəstəlik tapıldı bir çoxumuzda,

Ölüncə fırlandıq öz oxumuzda

Yorulduq, yerində qaldı ehtiyac.

 

Qurudu bağımız barlı ölkədə,

Üşüyə bilmədik qarlı ölkədə,

Dilənçi doğulduq varlı ölkədə,

Bizi qapı-qapı saldı ehtiyac.

 

Oğullar qocaldı qul bazarında,

Rüşvət moda mindi pul bazarında,

Kəbinlər kəsildi dul bazarında,

Çoxunun arvadı oldu ehtiyac.

 

Söylə, yalanmıdır dediyim sözlər?

Yalan danışmaqdan qızardı üzlər,

Az olduq, daz olduq, qaz olduq bizlər,

Dartıb tükümüzü yoldu ehtiyac.

 

Tezliklə Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq. Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatda olmaqla 2600-dən çox tarix mədəniyyət abidələri var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix mədəni abidələrdir. Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa edilib. Həmçinin Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur”, - deyə Azad Cəfərli diqqətə çatdırıb.

Başqa bir xəbər isə Bakı xanlarının sarayı ilə bağlıdır, sarayın bərpası başa çatıb və yaxın vaxtlarda sarayın açılış mərasimi keçiriləcək.

Bu xəbəri isə həmin tədbirdə “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışı zamanı səsləndirib. O deyib:

“Digər tarixi abidələrlə yanaşı, Bakı xanlarının sarayının da bərpası nəzərdə tutulmuşdu. Artıq bərpa işləri yekunlaşıb. Yaxın zamanlarda onun açılışı olacaq və ziyarətçilərin ixtiyarına veriləcək”.

 

Yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir ziyalıların çıxışları, müəlliflərin və digər ədəbiyyat nümayəndələrinin səsləndirdikləri maraqlı nümunələrlə zəngin keçib. Layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar layihənin önəmindən, gənc yazarlarla oxucular arasında bu cür tədbirlərin vacibliyindən söz açıb. Qarşıdakı təqvimlərdə təşkilatın Sumqayıt şəhərində bir çox ədəbi layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib. Tədbirin sonunda təşkilatçılara Dünya Gənc Türk Yazarlar Birliyinin diplomları təqdim olunub.

Qeyd edək ki, "Gəncliyin sözü" kitabı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.