Super User

Super User

 

Bir elanı diqqətinizə çatdıraq. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) Masallı,Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 16 oktyabr 2022-ci il tarixinə qədər nazirliyin Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Müasir tariximizə qızıl hərflərlə yazılan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü tamam oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızı azadlığı üçün haqq mübarizəsinə başlayıb.

Cəmi 44 gün ərzində Vətən oğullarının misli görünməmiş fədakarlığı və şücaəti ilə otuzillik işğal başa çatdırılıb, Qarabağ və Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad olunub. Ordumuz düşmən üzərində parlaq Qələbə çalıb, xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Daha sonra İkinci Fəxri xiyaban ziyarət olunub. Şəhidlərimizin əziz xatirəsi yad edilib, məzarları önünə tər qərənfillər düzülüb.

 

*

Şəhidlər xiyabanında jurnalistlərə açıqlama verən Elnur Əliyev qeyd edib ki, millət olaraq həmişə şəhidlərimizin xatirəsini uca tutmalıyıq. Onların bu yolu seçib şəhid olmaq kimi ali məramlarını dərk etməliyik: “Bu gün xalqı olaraq hamımız eyni hissləri keçiririk. Öz mədəniyyətimizə, tariximizə sahib çıxırıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.

Среда, 28 Сентябрь 2022 09:32

Günün fotosu: Qazaxıstandan kişilik jesti

Günün fotosu: Qazaxıstandan kişilik jesti

 

Putin rejiminin Ukraynaya elan etdiyi təcavüzkar müharibə fonunda səfərbərlik elan etməsi milyonlarla ölkə vətəndaşının ölkədən qaçmasına səbəb olub. Tək Qazaxıstana 100 min rus qaçıb. 

Rusiya hökumətinin onları geri istəməsi və haqlarında cinayət işi açmaq istəməsi tələbinə isə rəsmi Qazaxıstan rədd cavabı verib.

Ölkənin daxili işlər naziri Marat Axmedjanov bildirib ki, biz ancaq İnterpolun xətti ilə axtarışda olan cinayətkarları təhvil verə bilərik. Müharibədən yayınmaq istəyi isə cinayət deyil. 

Axı müharibə də vətənin müdafiəsi deyil, işğalçı müharibədir!

 

“Ədəviyyat və incəsənət”

 

Fotoda ruslar Alma-ata aeroportunda. 

Foto: Euronews

 

Sabah saat 15:00-da Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənclər Təşkilatları Milli Şurasının və Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı olan qələm sahiblərinin yaradıcılıq nümunələriindən ibarət "Əbədi sevgi - Vətən" kitabının təqdimat mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat Əli Kərim adına Sumqayıt şəhər Poeziya evində keçiriləcək.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar  Birliyi tərəfindən çap olunub.

Вторник, 27 Сентябрь 2022 17:40

“Sazın Ədaləti” adli disk işiq üzü görüb

 

Azərbaycan Aşıqlar Birliyi aşıq sənətinin inkişafında özünəməxsus yeri olan ustad sənətkarlara daim diqqətlə yanaşır. Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunələri nəşr olunur, audio və video disklər buraxılır. 

Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu mediaya bildirib ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub. İki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarındakı bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dübeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dübeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasının 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb. 

Diski aşıq Altay Məmmədli hazırlayıb.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Macarıstandakı Ofisinin rəhbəri Yanoş Hovari ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat yayıb. Görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən çoxsaylı layihələr, eləcə də təşkilatın yaxın aylarda baş tutacaq tədbirlərindən bəhs edib. Eyni zamanda, Fondun prezidenti ortaq məqsədlər istiqamətində Türk Əməkdaşlıq Təşkilatlarının daha sıx tərəfdaşlıq etməsinin önəmini vurğulayıb.

Yanoş Hovari öz növbəsində, Fondun türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi, türk xalqlarının mədəni dəyərlərinin, zəngin keçmişinin və tarixinin beynəlxalq miqyasda təbliği istiqamətində göstərdiyi fəaliyyətini, eləcə də təşkilatın üzv dövlətlər və qeyri-üzv dövlətlər arasında körpü rolunu oynadığını təqdir edib.

Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək, Y.Hovari Qarabağa, xüsusilə Azərbaycanın və türk dünyasının mədəni paytaxtı olan Şuşaya baş tutmuş ziyarəti və orada keçirdiyi görüşlər barədə G.Əfəndiyevaya məlumat verib. Bu xüsusda, Y.Hovari Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Vezpremdən söz açaraq, bu şəhərləri bir araya gətirən mümkün tədbirlər barədə danışıb. 

Bununla yanaşı, görüşdə Fond və Türk Dövlətləri Təşkilatının Macarıstandakı Ofisi arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

 

“Azərbaycanın tarixi şəhəri Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Beynəlxalq Türk Akademiyası olaraq bu münasibətlə Azərbaycan torpaqları, xüsusilə Qarabağda, Şuşada beynəlxalq arxeoloji və kəşfiyyat ekspedisiyası keçirməyi planlaşdırırıq. Təbii ki, bununla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə görüşlər keçirilir.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli bildirib. 

Beynəlxalq Türk Akademiyasının 2009-cu ildə Naxçıvan Sammiti əsasında qurulmuş bir təşkilat olduğunu xatırladan Füzuli Məcidli deyib: “Qurumun mənzil qərargahı Qazaxıstanın Astana şəhərində yerləşir. Təşkilat 2016-cı ildən etibarən bir çox layihələr həyata keçirir. Onlardan biri də tarixi türk mirası istiqamətində aparılan arxeoloji qazıntılardır. Bu işlər bir neçə şəhərdə paralel şəkildə həyata keçirilir. Lakin qazıntılar ən geniş şəkildə Monqolustanda aparılır. Dövlət başçılarımızın təlimatı əsasında bizim və Monqolustanın arxeoloqlarının birgə işi nəticəsində bu ilin avqust ayında çox vacib bir kəşfə imza atılıb. Tapıntı 130 ilin ən böyük kəşfi deyilə biləcək səviyyədə bir tarixi əsəri ortaya çıxartdı. Bu, “Türk” sözünün qədim türkdilli yazılı mənbələrdə ilk qeydə alındığı bir daş kitabədir. Beynəlxalq Türk Akademiyasının üzvü olan dövlətlərimizin arxeoloqları bu işi həyata keçirdilər və belə bir nailiyyətə imza atdılar. Bilgə Xaqan, Kültegin kimi kitabələrdən sonra bu, çox əhəmiyyətli bir tarixi kəşfdir. Tapıntının əhəmiyyəti ondan ibarətdir ki, bu əsər türk yazı tarixinin və “Türk” kəlməsinin yazılı mənbələrdə istifadəsini yüz il daha əvvələ, yəni təxminən yeddinci əsrə aparır. Bu da bizim ortaq türk yazı tariximizin nə qədər qədim və zəngin olduğunu sübut edir”. 

Müsahibimiz deyib: “Bu il Türkiyənin Bursa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini nəzərə alaraq Beynəlxalq Türk Akademiyası kitabənin təqdimatının Bursada keçirilməsi ilə bağlı qərar qəbul etdi. Bunun nəticəsində abidə Bursada həm fotosərgi, həm də tanıtım proqramı ilə ictimaiyyətə təqdim olundu. Qarşıdan gələn günlərdə eyni təqdimatın Bakıda, daha sonra isə bütün türk dünyası ölkələrinin paytaxtlarında keçirilməsi nəzərdə tutulur. Son olaraq bu ilin sonunda 15 dekabr - “Beynəlxalq Türk Dili Günü” münasibətilə Fransanın Paris şəhərində yerləşən UNESCO-nun mənzil qərargahında bu tapıntının beynəlxalq səviyyədə nümayişi keçiriləcək”.

Вторник, 27 Сентябрь 2022 11:00

TÜRKSOY-un Fikrət Əmirova sayğısı böyükdür

 

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən cari il sentyabr ayında Bursa və İzmir şəhərləri, habelə Şimali Kiprdə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “XXIII TÜRKSOY Opera günləri” keçirilmişdir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev və teatrın solisti, vokal ifaçısı Fatimə Cəfərzadə iştirak etmişlər.

Bursa Dövlət Simfonik Orkestri və İzmir Opera Orkestrinin müşayiəti ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, opera ariyaları və türkdilli ölkələrin bəstəkarlarının əsərləri səslənmişdir. Tədbirlərdə eyni zamanda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Şimali Kiprdən solistlər də iştirak etmişlər.

Вторник, 27 Сентябрь 2022 13:00

“Əhməd haradadır?” filminin uzundraz Oqtayı...

 

Daycest bölümündə moderator.az-a müsahibə vermiş "Əhməd haradadır?" filminin "Uzundraz Oqtayı", aktyor-rejissor Novruz Axundovun fikirlərini dərc edirik. 

 

“Artıq yaşlanmışam, heç yerə gedib-gəlmirəm. Tez-tez jurnalistlər zəng edib, müsahibə istəyirlər. Vallah, indi o vaxt olduğu kimi həvəsli deyiləm. Yaş da axı öz sözünü deyir, az yaşım yoxdur. Tez-tez müalicəyə gedib-gəlirəm, səhhətim sözümə qulaq asmır. Evdə oturub televizor izləyirəm, kitab oxuyuram, günümü nəvələrimlə keçirməyi sevirəm. İndi elə yaşımdır ki, çayı da üfürə-üfürə içirəm. 25-30 ildir ki, sənətdən uzaqlaşmışam, təqaüddəyəm."

 

"Sənət həyatımda Adil İsgəndərovun böyük rolu olub. Bu gün də ona rəhmət oxuyuram. Yadımdadır, tələbə idim, ona yaxınlaşıb dedim ki, məni də özünüzlə kinostudiyaya aparın. Universiteti bitirəndə təyinatımı Naxçıvana vermişdilər. Adil müəllimin köməyi ilə təyinatımı kinostudiyaya aldım. Daha sonra kinostudiyada dublyaja yiyələndim. Bu sənəti də mənə Ədil İsgəndərov sevdirmişdi. Hətta məni buna görə Moskvaya da göndərəcəkdi, amma getməyimiz alınmadı. Gənc yaşlarımda teatrda da fəaliyyət göstərmişəm. Kino və teatr sənətini müqayisə etsək teatr daha çətindir. Kinoda sənə maneə olan bəzi nüanslar var. Fikrin ya orda qalır, ya burada. Tam sərbəst ola bilmirsən, həm obrazının sözlərini əzbərləməlisən, həm də oynamalısan" deyə sənətkar bildirib.

Novruz Axundov daha sonra "Uzundraz Oqtay" obrazından danışıb.

"Əhməd haradadır?" filmi mənim ilk çəkildiyim ekran işidir. Ona görə də bu filmi, obrazımı çox sevirəm. Filmə xanım aktrisa tapmaq üçün çox əziyyət çəkdilər. Daha sonra tapdılar. Söhbət Leyla rolunun ifaçısı Töhfə Əzimovadan gedir. Məni operator bu rola təsdiqlədi. Amma Ədil müəllim təkid edirdi ki, başqalarını da yoxlasın! Filmə çəkiləndə gülüş dolu anlar da yaşanırdı. Orada bir yer var. Biz bir-birimizi təqdim edirik. "Uzundraz Oqtay, Saqqal Ramiz" və s. Bu yeri ssenaridə yazılmamışdı, improvizə idi. Ekran işində film boyu gözümdə eynək var. Gözlərim zəif deyildi, bu sadəcə obrazı daha inandırıcı oynamaq üçün istifadə olunurdu. Hətta o vaxt filmə çəkildiyimə görə tələbə təqaüdümü kəsmişdilər. Bundan başqa "İstintaq davam edir" filmində də Oqtay obrazını canlandırmışam"

 

"Biz o vaxt dahi sənətkarları görüb, onlardan dərs alıb bu sənətə gəlmişik. Gəncləri qınamıram, çünki onlar səhnədə görkəmli sənətkarları görməyiblər. Belə olan halda onlardan peşəkarlıq gözləmək olmaz. İndiki rejissorlar, ssenarilər məni cəlb etmir. Kinomuzda ciddi obrazlar çatışmır! Mən o illərdə də efirlərə az çıxmışam, indi isə demək olar ki, çıxmıram. Sənətkar əlçatan olandan sonra hər şey adiləşir"

Вторник, 27 Сентябрь 2022 12:00

Günün fotosu: Ultrasağlar İtaliyada qalib gəliblər

Günün fotosu: Ultrasağlar İtaliyada qalib gəliblər

 

Gözlənildiyi kimi, İtaliyada keçirilən parlament seçkilərində ultrasağlar qalib gəliblər. “İtaliya qardaşları” adlı populist partiyaya Corc Meloni başçılıq edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.