Super User

Super User

Günün fotosu: Time-ın versiyasında Zelenski ilin ən nüfuzlu adamı seçilib

 

Ukrqyna prezidenti Vladimir Zelenski Time jurnalı oxucularının versiyasında 2022-ci ilin ən nüfuzlu adamı seçilib. 

Siyahı jurnalda mayın 23-də dərc ediləcək.

 

Foto: Euronews

 

Tofiq Məlikli “Vaqon”da Dağlarca ilə poeziya və həyat söhbətləri... –

 

Fazil Hüsnü Dağlarcanın şeirləri Tofiq Məliklinin təqdimatında

 

Janrın sərhədlərinə sığan və sığmayan mətnlər – Azər Turanın qurultayqabağı publisistika məruzəsi

 

Vaqif Yusifli – Hekayəçi (Təranə Vahidin yaradıcılığı haqqında)

 

Gülxani Pənah – Taleyin yazısı... (Rəsul Rza haqqında)

 

Cavanşir Yusifli – Müharibədən necə yazmalı... (Orxan Həsəninin “Qırmızı ayaqqabılar” hekayəsi haqqında)

 

İlqar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin regional bölmələrinin və internet resurslarının fəaliyyəti haqqında məruzə

 

Rahid Ulusel – Vaqif Bəhmənli – özü və sözü barədə

 

Mahirə Quliyeva – Natəvan qədərli şairə

 

Sayman Aruz - Praktik irfanda insan azadlığı, ya ixtiyar məsələsi

 

Kənan Hacı – Sözə çevrilmiş səs. İki səs, bir söz ustadının xatirəsinə (Xanəndə Mirzə Güllər haqqında)

 

“Həqiqəti yazmaq asan məsələ deyil...” – “Fikir bucağı”nın qonağı şair Oqtay Şamildir (Söhbətləşdi: Tural Cəfərli)

 

Səddam Laçın – “Öldürən qəbirlər” (Hekayə)

 

Rəvan Cavid – Roman və ya miflərin tale oyunu (Şamxal Həsənovun “Səs və ya qırmızı” romanı haqqında)

 

Aləmzər Əlizadə - Mən də şükür deyirəm (Rəşad Məcidin “Səbəbi sənsən” kitabı haqqında düşüncələr)

 

Əlövsət Bəşirli – “Üzlərdə təbəssüm” (Hekayə)

 

Həmçinin bu sayımızda Nəriman Həsənzadə, Barat Vüsal, Sərvaz Hüseynoğlu, Elnur Uğur, Rafiq Oday, Zaur Ustac, Tural Turan, Kəmaləddin Qədim, Məhyəddin Məhərrəmoğlu və Zahid Avşar Eloğlunun şeirlərini oxuya biləcəksiniz.

 

Mənbə: Edebiyyatqazeti.az

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Konfransın dördüncü və sonuncu plenar sessiyasında “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi ilə ekosistemlərin qorunması” mövzusunda müzakirələr aparılıb. Plenar sessiyada spikerlər - İslam dünyası təhsil, elm və mədəniyyət təşkilatının (ICESCO) “Dayanıqlı və ağıllı şəhərlər” layihəsinin koordinatoru Fuad El Ayni, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Basaran, Biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasov çıxış ediblər. 

Konfransda çıxış edənlər bildiriblər ki, “Ağıllı şəhər” konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda bununla bağlı müxtəlif təlimlər keçirilməlidir. 

Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyinin aclıq və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. “Ağıllı kənd” layihəsinin həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə üçün gözəl plan olduğu bildirilib. 

Panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bağlanış mərasimi keçirilib.

CIBS Europe şirkəti və Milli QHT Forumu sizə inanılmaz bir layihə təqdim edir. Türkiyənin ən tanınmış fizioqnomisti, "Yüzebakan adam - Dünyanın Ən Yaxşı Üz Oxuma Mütəxəssisi" patentini almış Ahmet Akca və Profayler Təbriz Hacınskinin təqdimatında “İNSAN TANIMA SƏNƏTİ" layihəsi ilə tanış olacaqsınız. Layihə ödənişsizdir.

“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, “İNSAN TANIMA SƏNƏTİ” insan şəxsiyyətinin üz əzələlərinin formalaşması vasitəsi ilə tanınmasıdır. Bu təlimdə iştirak etməklə qarşınızdakı insanın foto və ya canlı olaraq üz əzələləri vasitəsi ilə xarakterini müəyyən edə biləcəksiniz.

Bir şeyi unutmayın: Hər bir insanın həyatını necə yaşaması onun birbaşa simasında əksini tapır... 

Beləliklə, Şəxsi İnkişaf Yarmarkası + 2 saatlıq təlim + Sertifikat - bunlar hamısı sizə ödənişsiz başa gələcək. Seminar 30 % nəzəriyyə, 70 % isə praktikanın üzərində qurulacaq.

 

Keçirilmə yeri: Ask Arena (keçmiş “Şəfa” stadionu)

Tədris müddəti: 1 gün 

Başlanma tarixi: 22.05.2022

Başlanma saatı : 15:00

 

Təlimdə 6000 nəfərin iştirakı nəzərdə tutulmuşdur. Saat : 11:00-18:00 -dək Şəxsi İnkişaf Yarmarkası fəaliyyət göstərəcək. 

 

BURADAN QEYDİYYATDAN KEÇƏ BİLƏRSİNİZ:

 https://docs.google.com/forms/d/1dN8SbuqEMJ6X0wYNBkQyy5jOsj8gzaSbcCipR-I65EM/edit

 

Ətraflı məlumat və qeydiyyat üçün telefon nömrəsi (055) 374-80-63

#cibs #insantanima #tabrizhajinski #ahmetakca

Günün fotosu: Avropada anomal istilər olacaq

 

Bu həftəsonu Avropada, xüsusən İspaniya və Fransada anomal istilərin müşayiət olunacağı bildirilir. Elə bu gün İspaniyada 39, Ftansada 30 dərəcə isti qeydə alınıb.

Son dəfə mayın bu vədəıərində belə istilər 20 il öncə qeydə alınıb.

 

Foto: Euronews

Renessans dövrünün düha rəssamı Mikelancelo Buanorratinin (Michelangelo Buonarroti) (1475-1564) nadir rəsmi 23 milyon avroya Christie's Ticarət Evinin hərracında satılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı France-Presse agentliyinə istinadən məlumat verir.

 

Öncələr elə düşünürdülər ki, sözügedən rəsm dahi rəssamın hansısa şəyirdi tərəfindən çəkilib. Lakin 2019-cu ildə Christie's ekspertləri müəyyən edə bildilər ki, əsər qələm və qəhvəyi mürəkkəblə yerinə yetirilib və rəssamın özü tərəfindən yaradılıb. Rəsmə Mikelancelonu 1425-ci ildə rəssam Mazaççonun "Neofitlərin vəftiz olunması" freskası ilhamlandırıb.

Ticarət ərəfəsində təşkilatçılar Hon Konq və Nyu-York qalereyalarında ümumi baxış üçün rəsmi nümayiş etdiriblər. Bununla yanaşı, aprel ayında rəsmin ilkin qiyməti 30 milyon avro olub.

Qeyd edək ki, italyan heykəltəraş, rəssam, memar və şairi Mikelancelo Qərb incəsənətinin inkişafına böyük təsir göstərmişdir. Onun ən məşhur əsərləri arasında Sikstin kapellasının tavan (1508-1512) rəsmidir ki, buraya 300-dən artıq fiqur, Davidin Florensiya heykəli və Vatikanda Müqəddəs Pyotr kilsəsində saxlanılan "Pieta" (Məsihin ağlaması) heykəltəraşlıq kompozisiyasını göstərmək olar.

 

 

.

 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-dən 27-dək Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, "Piano sizə ilham versin!" şüarı altında təşkil olunacaq I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək. 

 

Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.

Festival klassik musiqi sədaları ilə açılacaq. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənəcək.

Növbəti konsertdə çıxış edəcək kvartetin tərkibinə Argentina, Belçika və Estoniyadan ən yaxşı musiqiçilər daxildir. Onları köhnə tanqo ənənəsinə olan ümumi ehtiras birləşdirir, onların köhnə və yeni tanqo klassikasının birləşməsindən yaranmış oynaq və nikbin musiqi alovunu Azərbaycandan hərarətli rəqs duetləri müşayiət edəcək.

Maks Villavekkia və Los Avrora qrupunun çıxışı flamenkoda, sanki artıq oturuşmuş klassikada yeni nəfəsdir. Flamenko səhnəsində xariqələr yaradan insanlar nəhayət ki, Bakıdadırlar.

Qırğızıstanlı Vikram Ruzaxunov bütün Mərkəzi Asiya regionunda cazın populyarlığında mühüm rol oynamış məşhur caz pianoçusudur.

Güvenç Dağüstün və Tanini Trionun musiqisi hər biri uğurlu beynəlxalq karyeraya malik eklektik və maraqlı musiqiçilərin ifasında yaranan türk bədii lirik mahnısıdır.

Valid Ağayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Respublika və Beynəlxalq müsabiqələr laureatlarının çıxış edəcəyi “Gənclərə dəstək” layihəsinin iştirakçılarının konserti də festivalın maraqlı təqdimatlarından olacaq.

Həmçinin festival çərçivəsində Kəmalə Əlizadənin müasir musiqi axşamı təşkil olunacaq. K.Əlizadə Azərbaycanla İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, İsrail, Niderland Krallığı, İtaliya arasında keçirilən “Dante ilə Füzuli dialoqu” kimi müxtəlif festivallarda bədii rəhbər, bəstəkar və pianoçu kimi fəaliyyət göstərib.

Vadim Abramov təkcə virtuoz piano ifaçısı deyil, o, ilk növbədə, emosional, rəqsə dəvət edən və həmişə heyrətamiz harmoniyalarla ilhamlandıran, ovsunlayan və cazibədar bir ab-havadır.

Nərgiz Əliyevanın lirik musiqisinin müşayiəti ilə Tərlan Növrəslinin yeni "Qarabağıma gəl" kitabının təqdimatı da yaddaqalan tədbirlərdən olacaq. Tərlan Növrəsli minlərlə romantik fəlsəfi şeirin, romanların, poemanın, elmi məqalələrin, dərsliklərin, proqramların, tədris-metodiki əsərlərin, müxtəlif nəşrlərdə çap olunmuş elmi məqalələrin müəllifidir.

Helqe Lin. İki ənənənin – Amerika və Skandinaviyanın sintezi. Müxtəlif mədəniyyətlər arasında körpülər qurmaq və təzadlarla məşğul olmaq həmişə onun yanaşmasının mərkəzində olub. Bu körpü geniş, ornamental və melodikdir. O, texniki virtuozluğu ilə, həyəcanlandıra bilən formaların zənginliyi, ilham və təsir imkanlarının geniş spektri ilə valeh edir, bu, müasir həyatla qırılmaz əlaqədir. O, introspektiv, minimal və ritmikdir.

Səidə Zülfüqarovanın ifasında Qriqin fortepiano konserti solo karyerasından kamera musiqisinə qədər şoular yaratmaqdan tamamilə fərqli mənşəli sənətçilərlə çıxış etməyə, enerjili, innovativ senarilərə qədər onun zəngin, axtaran və araşdıran şəxsiyyətini parlaq şəkildə əks etdirir. Eləcə də Vurğun Vəkilovun ifasında S.Raxmaninovun möhtəşəm II konserti. Adı gənc istedadların “Qızıl kitabı”na düşən və xüsusi aylıq təqaüdə layiq görülən klassik pianoçu. 2017-ci ildə "Prezident Gənclər Mükafatı"na layiq görülüb və hazırda Alfred Kortonun sinfində, "Ecole Normale de Musique de Paris"-də təhsil alır.

Marek Novotnı bir çox musiqi layihələri və ansambllar ilə eksperimentlər aparıb və qastrollarda olub. Onun son musiqi təcrübələri Chang-Şa/ÇİN Festivalının Qran-Prisinə layiq görülüb.

Züleyxa Usubova, Rövşən Əmrahov və Əyyub Əliyev Bakıdan olan üç istedadlı musiqiçidir. Onları müsabiqələrdəki qələbələr, uğurlu musiqi layihələri və musiqiyə böyük sevgi birləşdirir.

Festivala maestro Şahin Növrəslinin çoxdan gözlənilən konserti ilə yekun vurulacaq. Caz, klassik və muğamın çılğın vəhdəti, istənilən tamaşaçını heyran edəcək ifa tərzi.

Festival haqqında daha ətraflı məlumatı yarışmanın veb-saytından- https://bakupianofestival.com/ əldə etmək olar.

Publisist Elman Eldaroğlu yazır: 

“Yeganə eloğlumdur ki, bütün dillərə tərcümə etsəm belə, haqqında deyəcəyim SÖZ ruhun cahargah təsnifidir… 

Eşitməmək karlara, görməmək korlara aiddir. Biz nə karıq, nə də kor. Onun böyüklüyünü görür və dəyərləndiririk. Bəlkə də dili açılsaydı əlahəzrət SÖZün ən yaxşısını kar deyər və gözü açılsaydı gözəlliyin ən alisini kor görərdi…

Bəli, Sabir adındakı “bir” sözü təsadüfi deyil, seçildiyi üçün qismətinə düşüb. Və mənim, sənin, onun, yəni biz yardımlıların qürur yeridir. Axı seçilmək hər kəsə nəsib olmur…

Mayın 20-si Allahın seçib araya-ərsəyə gətirdiyi xalq şairi Sabir Rüstəmxanlının ad günüdür- Hamarkənddən dünyaya boylandığı gündür. Belə günləri çox olsun!

Təbrik edirəm!”

Biz də görkəmli şairimizi səmimi qəlbdən təbrik edirik!

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

 

Milli Kitabxanadan AzərTAC-a bildirilib ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov deyib: “Bu gün “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunun yeni nəşr etdiyi “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanın təqdimatına toplaşmışıq. Sabir Rüstəmxanlı bütün duyğularını, azadlıq arzularını, vətəndaşlıq borcunu, xalqının taleyindən nigaranlığını öz əsərlərində qələmə alıb”.

Tərtib edilmiş biblioqrafik göstərici haqqında məlumat verən direktor vurğulayıb ki, bu vəsait yazıçı haqqında ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Sabir Rüstəmxanlının kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən bütün nəşrlər toplanıb. Vəsaitdə şairin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb. 

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Sabir Rüstəmxanlının yubileyi münasibətilə Nizami adına Ədəbiyyat İnstitutu “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiya nəşr edib. “Sabir Rüstəmxanlı bütün oxucu kütləsinin etibarını qazanan bir sənətkardır. Vətəndaşlıq poeziyası, milli istiqlal ruhu, müstəqillik ideyaları, dövlətçilik onun yaradıcılığının əsas ana xəttini təşkil edir. Fəxrlə deyə bilərəm ki, Sabir Rüstəmxanlı Azərbaycanın milli istiqlal mübarizəsinə çox böyük töhfələr verib. O, həm şair, həm də deputat kimi fəaliyyət göstərərək şair ideyaları ilə siyasi ideyalarını birləşdirib. Bu gün də Sabir Rüstəmxanlı hər iki cəbhədə – həm ədəbiyyatda, həm də siyasi müstəvidə öz fəaliyyətini uğurla davam etdirməkdədir”,- deyə akademik vurğulayıb. 

İ.Həbibbəyli Milli Kitabxananın nəşri olan “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının məzmunundan, mövzu əhatəliliyindən, eləcə də onun həcminin böyüklüyü barədə danışıb. 

AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas alim, professor Tehran Əlişanoğlu çıxış edərək biblioqrafiyaların tədqiqatçılar üçün əhəmiyyətli nəşr olduğunu vurğulayıb. Monoqrafiya barədə məlumat verən T.Əlişanoğlu bildirib ki, kitabda Sabir Rüstəmxanlının həyat və yaradıcılığını tam əhatə etməyə çalışıblar.

Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli Sabir Rüstəmxanlı haqqında belə gözəl tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, S. Rüstəmxanlı yaradıcılığını 3 dövrə bölmək olar. Birinci mərhələ 70-ci illəri əhatə edir ki, bu mərhələdə Sabir Rüstəmxanlının şairlik keyfiyyətləri ortaya çıxır. İkinci mərhələ şairin yaradıcılığında yeni mərhələ hesab edilə bilər. Bu mərhələdə onun yaradıcılığının yeni xüsusiyyətləri “Gəncə qapısı”, “Qan yaddaşı”, “Sağ ol, ana dilim” kimi əsərlərdə əks olunur. Ən nəhayət üçüncü mərhələdə o, Azərbaycan türk poeziyasının “atəş xəttinin” önünə keçir. Bildirib ki, Sabir Rüstəmxanlı daim bəşəri ideyalarla yaşayıb-yaradıb, ürəyi daima xalqı, milləti üçün döyünüb.

Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Yazıçılar Birliyi adından Sabir Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib. O, S.Rüstəmxanlının ictimai fəaliyyətindən, cəsarətli çıxışlarından və onunla bağlı olan xatirələrdən bəhs edib. 

Tədbirin davamında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, şair Məmməd İsmayıl, Milli Məclisin deputatları Nizami Cəfərov, Əlövsət Ağalarov və başqaları çıxış ediblər.

Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edən hər kəsə, təşkilatçılara təşəkkürünü bildirib. Biblioqrafiya, onun bölmələri, əhatə genişliyindən bəhs edərək əməyi keçən hər kəsə minnətdarlığını çatdırıb.

Sonda iştirakçılar Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.

 

Mədəniyyət Nazirliyinin “Rənglənmiş tarix" Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı” layihəsi çərçivəsində Sumqayıt Poeziya Evində fotosərgi nümayiş olunub. 

 

Sərginin məqsədi Şuşa musiqiçilərinin gənclər arasında tanıdılmasına xidmət edir. 

Sərgi iştirakçıları Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin rəqəmsal üsullar ilə rənglənmiş fotolarını izləyib. 

Sərgidə layihə, o cümlədən fotosu rənglənmiş musiqiçilər haqqında gənclərə ətraflı məlumat verilib, onlar sosial platformalarda Şuşa musiqiçilərinin tanıdılmasında fəal olmağa dəvət edilib. 

Məlumat üçün qeyd edək ki, "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən fevral-may ayları ərzində icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu günə qədər layihə çərçivəsində ölkənin fərqli regionlarında 10 fotosərgi açılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.