Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı “Poetik qiraət” rubrikasında sizə şair Əlizadə Nurinin “Kam almaq” şeirini təqdim edir. 

 

Arzuların dizinə

Baş qoyaraq yatmışam.

 

Beş günlük bu həyatı

Beş şeirə satmışam.

 

Dünya burdaydı indi-

Görüm hara atmışam…

 

Ulduzlarla oynayıb,

Öz başımı qatmışam…

 

Özgəyə yalan deyib

Özümü aldatmışam…

 

Bir günah eyləmişəm,

Min günaha batmışam.

 

Çox da öyünmə, ay qəm

Səni mən yaratmışam.

 

…Məni çağıran ölüm,

Bir az da döz, çatmışam…

 

“Ədəbiyyat və İncəsənət” portalının xəbər verdiyi kimi, ADA Universiteti, universitetin İnkişaf və Diplomatiya İnstitutu və YUNESKO-nun Azərbaycan Respublikası Milli birləşmə təşkilatçılığı ilə sentyabrın 24-də təlim proqramı açıqlanıb. 

 

Təlimə Afrikanın 14-cü ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və yaradılması komissiyaları.

Oktyabrın 4-də Beynəlxalq Muğam Kərim Mədəniyyət Naziri Anar ovun Afrikadan olan UNESCO üzrə milli komissiyalarının baş katibləri və qurulması ilə müzakirə edildi.

UNESCO-nun ali əsası olan irqindən, cinsindən, dilindən və dinindən asılılıq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların fəaliyyətini inkişaf yolu ilə sülhün və təhlükəsizliyin təminatı prinsiplərinə Azərbaycanın öz töhfəsini verdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə “Bakı Prosesi” qlobal platforması haqqında danışan Anar Kərimov ki, belə bir hərəkatın layihələri kimi çıxışın əsas səbəbi tarixən fərqli dini mənsubiyyəti olan milli-etnik qrupların, icmaların və ictimai mədəniyyətlə bağlı idi. .

Nazir kimi Mədəniyyət Nazirliyi inkişaf il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4culture) beynəlxalq platforması haqqında məlumat verib, layihənin təhlükəsizliyini təmin edib.

Daha sonra çıxış edən ADA Universitetində ixtisasartırma proqramlarının aparıcısı Nərgiz İsmayılova təlim kursu haqqında danışıb. Söyləyib ki, proqramın əsas əsasını təşkil edən Afrika təşkilati ilə UNESCO-nun istehsal etdiyi əməkdaşlıq sayəsində regionda ölkəmizlə bağlı məlumatlılığın birləşməsi, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Nərgizova təhsilin Azərbaycan və Afrika ilə bağlı YUNESKO milli əlaqələri arasında və iki məsələ ilə bağlı komissiyanın gücləndirilməsinə ümidvar olduğunu bildirib, təlimə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.

 

Qeyd etmək lazımdır ki, oktyabrın 8-də başa çatacaq proqramın təqdimatında Azərbaycanın YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan məkanlarını ziyarət edəcəklər.

 

“Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası” Azərbaycan Respublikasında mədəniyyət siyasətini həyata keçirir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, veb-portalda (https://www.culturalpolicies.net/2022/09/29/first-short-profile-of-azerbaijan/) araşdırma və hesabat-məruzə formatında hazırlanmış icmal mövzuları əhatə edir:

 

• mədəniyyət siyasətinin inkişafı fonu, mədəniyyət siyasəti sisteminin inkişafı, əsas xüsusiyyətləri və təşkilati quruluşu;

 

• mədəniyyət siyasəti sahəsində əsaslar, debatlar və perspektivlər, bu sahədə inkişaf;

 

• sektor və sahələr üzrə mədəniyyət müəssisələri;

 

• proseslərin gedişatına dair ölkəyə aid məlumatlar;

 

• milli və mədəniyyət hüququ, və bu kimi.

 

Məlumat üçün bildirək ki, Avropaya “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihə 1998-ci ildən bəri davam etdirilir və Avropa qırxı iki ölkə ilə yanaşı, bir sıra başqa təşkilatlar tərəfindən hazırlanmış milli çıxışlar və təhlillər tədbirləri veb-portalda araşdırılır. Azərbaycan tərəfi bu layihəyə 1999-cu ildə qoşularaq fəaliyyət göstərir. Layihənin təşkilati formatı Mədəniyyət dəyişdirildikdən sonra Azərbaycan Respublikasının Nazirliyi 2021-ci ildən nazir Anar Kərimovun Layihəsi ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tam-hüquqlu üzvlüyünə qəbul edildi (https://www.culturalpolicies.net/about/our-members/).

 

Mədəniyyət siyasəti sahəsində me və standartlara uyğun idarəetmə metodikası və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompensasiyalar Assosiasiyasının qabaqcılologiyasına əsaslanan milli hesabatlar, təhlillər və statistik hesabatlar hal-hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və yüksək səviyyəli əsas mənbələrini təşkil edir (https: //www.culturalpolicies.net/database/search-by-country/). Geniş beynəlxalq auditoriyaya hesablanmış Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən maddi imkanlar haqqında obyektiv informasiyanı dünyanın siyasi, yaradıcı və intellektual işə çatdırmaq kimi enerji imkanları yaradır.

 

“Azərbaycan ilin sonunda Türkiyənin İstanbul şəhərində keçiriləcək kitab sərgisində fəxri qonaq qismində iştirak edəcək.”

 

By sözləri mədəniyyət naziri Anar Kərimov 8-ci Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, qardaş Türkiyə də ilk dəfə olaraq Azərbaycanda keçirilən beynəlxalq kitab sərgisində fəxri qonaq kimi iştirak edir: “Türkiyə sərgiyə 40-dan çox nəşriyyat, yazıçı və çox gözəl bir pavilyonla qatılıb. Bu, çox gözəl bir ənənədir. Bu ilin sonunda isə İstanbulda keçiriləcək kitab sərgisində Azərbaycan fəxri qonaq kimi dəvət olunub, biz də bu dəvəti məmnuniyyətlə qəbul etmişik. Həmin sərgidə fəxri qonaq kimi iştirak edəcəyik”.

 

Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib: “Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir”.

Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir. 

Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Bildirib ki, sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Nazir qeyd edib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.

“Səkkizinci Bakı Kitab Sərgisinin digər əvvəlki illərdən fərqi onun daha geniş formada təşkil olmasındadır. Təbii ki, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olub. Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçən ilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı , ümumiyyətlə kitab sənayesi subyektlərinin sayı keçən ilkindən demək olar ki, 30-40 faiz daha çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə “fəxri qonaq” statusunda iştirak edir. “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib”,- deyə Anar Kərimov bildirib.

Anar Kərimov əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110 –dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var”.

Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyasının davam edəcəyini bildirən Anar Kərimov qeyd edib ki, hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb: “Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq”.

Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib, sərgi iştirakçılarına uğurlar arzulayıb.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dostluq münasibəti əbədi və sarsılmazdır: "Biz daim birlikdə istənilən sahədə tərəfdaşlıq mübadiləsi edirik. Türkiyədə də bu yaxın illər ərzində müxtəlif başlıqda xeyli sayda kitab işıq üzü görüb". 

Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb. Söyləyib ki, kitab cəmiyyətin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.

Qeyd edilib ki, bu ilki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Beş gün ərzində müxtəlif formatda tədbirlər təşkil ediləcəyini bildirən natiqlər bildiriblər ki, sərginin “fəxri qonaq ölkəsi” Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edirlər.

Qeyd edək ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.

 

Oktyabrın 8-də Şuşa Dövlət Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. 

Sözügedən tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb. 

Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir. 

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Wednesday, 05 October 2022 13:30

Yeni ildə ən çox Tarkan qazanacaq

 

Yeni il ərəfəsi yaxınlaşdıqca türk müğənnilərin çıxış edəcəyi proqramlar və qazanacaqları gəlir məlum olmağa başlayıb.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu sənətçilər arasında ən çox maraq doğuran isə Tarkan olub.

Meqastar yeni 2023-cü ili Kiprdə lüks oteldə keçirəcək. Konsert proqramı ilə çıxış edəcək pop ifaçısı 5 milyon lirə (təxmini 458 min manat) gəlir əldə edəcək.

Tarkan bu qiymətlə Yeni ildə ən çox pul qazanan müğənni olacaq.

Wednesday, 05 October 2022 12:30

Avey dağı, səngərlər və məktəblər…

İbrahim İlyaslı yazır

 

Qəribə, sonacan anlamayacağın hisslər yaşadır adama doğulduğun, körpəliyini, uşaqlığını sürdürdüyün köy, ev-eşik, həyət-baca, az qala hər addımından bir xatirən boylanan cığırlar. 

Səhər lap tezdən oyanmışam. Qarşı yatan kutsal Avey dağı. Qara Quzey, Palıdlı meşəsi, Göyrüclü, Dəlləyin yuddu... Düşmən postları ilə üzbəüz igid əsgərlərimizin gecə-gündüz keşik çəkdikləri postlar... Sükutu yalnız örüşə haylanan mal-qara, qoyun-quzu mələşməsi, it hürüşməsi pozur. Kənd hələ tam yuxudan doymayıb. Sol yanımda hər həyətdə olduğu kimi ailə səngər-sığınacağımız... 

Bir azdan həyat qaynayacaq. Qaymaqlıya, Kəmərliyə gedən yoldan maşın səsləri gələcək. Və ən əsası uşaqlar məktəbə yola düşəcəklər. Həyatın gerçək üzü məktəbdir. Hər mənada məktəb... Sabahlarınız məktəblərə açılsın, əzizlərim.

 

Daycest bölümündə oxucularımıza “Ədəbiyyat qəzeti”ndə xalq yazıçısı, AYB sədri Anarla müsahibəni təqdim edirik. Müsahibəni tənqidçi Əsəd Cahangir götürüb. 

 

- Anar müəllim, sizi "Söz dünyası" beşcildliyinizin yayınlanmasından dolayı təbrik edirəm. İlk iki cildin klassiklərə, üçüncünün 60-cılara, dördüncünün özgürlük dönəmi ədəbiyyatı nümayəndələrinə həsr olunduğu, beşincinin isə maarif və mədəniyyətdən bəhs edəcəyi bu layihəni sizin baxış bucağınızdan mədəniyyətimizin tarixi adlandırmaq olar. Müsaidənizlə, seriyanın üçüncü və dördüncü kitabları ilə bağlı sualları "Anara qırx sual" başlığı altında sizə ünvanlamaq istəyirəm. Nəzərə alın ki, suallar həm də oxucuları bu kitabların məzmunu ilə tanış eləmək məqsədi daşıyır. Qırx sualdan birincisi - layihə ilə bağlı ideya necə yarandı?

 

- "Söz dünyası"nın 4 cildinin çıxması dolayısıyla təbrikinə görə təşəkkür edirəm. Haqlısan ki, bu cildlər bir növ mənim ədəbiyyatımızın keçmişinə və bugününə özəl baxışlarımın ifadəsidir. "Söz dünyası" adlı cildlərin yaranma fikri mənim müxtəlif vaxtlarda yazdığım ədəbi portretləri, esseləri bir yerə toplamaq arzusundan doğuldu. Əksəriyyəti doğma dilimizdə yazılmış və sonralar bəziləri rus dilinə çevrilmiş məqalələr toplum halda öncə elə rus dilində "LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana" üçcildliyimin birinci cildində nəşr olundu. "Söz dünyası"nın cildləri isə həm LİK-dəki yazıları əhatə edir, həm də xeyli sayda orda olmayan mətnlərdən ibarətdir.

 

- Layihənin üçüncü cildi 1961-ci ildə yazdığınız, 60-cılardan danışan "Yeni nəsil, yeni nəsr" adlı ilk dəfə işıq üzü görən məqaləylə açılır. Bu məqaləni modern Azərbaycan nəsrinin manifesti kimi anladım. Məqalədə qoyulan əsas məsələ sovet ədəbiyyatına məxsus sxematik insandan özünün bütün mənfi-müsbətiylə canlı insan obrazı yaratmağa çağırış, yəni insanın taleyi ideyasıdır. O illərdə bu məqaləni heç bir mətbu orqanda yayınlaya bilməmisiniz. Maraqlıdır, yazını nə deyib dərc etmirdilər?

 

- 1961-ci ildə (ilini xüsusi vurğulayıram) 23 yaşlı gənc tərəfindən qələmə alınmış bu yazını "Modern Azərbaycan nəsrinin manifesti" adlandırdığın üçün minnətdaram. Bu yazını yazanda, doğrusu, belə bir iddiam olmayıb. Məqsəd sadəcə olaraq həm özümü, həm də nəsildaşım olan bir neçə gənc yazıçını haqsız tənqidlərdən qorumaq, anlamayanlara nəyisə anlatmaq idi. Mənim ilk mətbu hekayəmi - "Keçən ilin son gecəsi"ni o vaxtların nüfuzlu tənqidçisi hesab edilən Qulu Xəlilov şiddətli atəşlə qarşılamışdı. Yəqin ki, yazıma ilk impulsiv səbəb məhz bu tənqidə cavab vermək istəyi olub, amma yazı əsnasında tək özümü müdafiə etmək yox, ümumiyyətlə yeni nəslin yaradıcılıq xüsusiyyətlərini izah etmək - məqsədə çevrilib.

Təbii ki, bu yazı o vaxt çap oluna bilməzdi. Tək ona görə yox ki, ilk iki-üç hekayəsi çap olunmuş gənc müəllifin Qulu Xəlilov kimi mötəbərə cavabı məqbul sayılmazdı (ağlınız hər yerindən kal duranın yaşına-başına baxmadan ən nüfuzlu müəlliflər haqqında hədyan yağdıra biləcəyi indiki zamana getməsin) həm də ona görə ki, "yeni ədəbiyyat" anlayışı o vaxt (elə indi də) çoxlarını qıcıqlandırırdı.

61 il bundan əvvəl yazdığım bu məqaləni indi ilk dəfə üzə çıxararkən mənimçün vacib cəhət ordakı müəyyən sovet terminlərinin işlənməsi deyil, həqiqi ədəbi dəyərlərin bu gün olduğu kimi, o gün də müdafiəsinə qalxdığım üçün duyduğum qürurdur.

 

- "Yeni nəsil, yeni nəsr" Stalindən sonrakı nisbi yumşalma dönəmində yazılıb. Üstəlik də, siz məqalədə partiyanın proqramı və onun XX qurultayının qərarlarına söykənir, tənqidçiləri əsl "sovet tənqidçisinə" yaraşan tərzdə yazmağa, yazıçıları "sovet adamının dolğun obrazını" yaratmağa çağırırsınız. Bu məqalənin müəllifi bizim nəsil ədəbiyyaçıların tanımadığı bir Anardır. Məqalədəki "partiyalı" mövqeyiniz konspiroloji amac güdürdü, yoxsa kommunizmin xoşbəxtlik ideallarına inamını hələ itirməmiş bir gəncin düşüncəsinin ifadəsiydi?

 

- Düzdür ki, məqalə sistemin nisbətən yumşalma dövründə qələmə alınsa da, yazıda o dövrün müəyyən ideoloji ştampları - "sovet adamı", "kommunizm idealları" kimi ifadələr də yer alıb. Bu ifadələr o dövrdəki hər yazıya xas olan trafaretlər idi. Amma diqqətini ona çəkmək istəyirəm ki, heç yerdə çap olunmamış bu yazını, indi müstəqilliyimiz və azad, senzurasız mətbuat dövründə ilk dəfə çap edərkən ən yüngül "kosmetik əməliyyatla" bütün bu ortodoksal ifadələri çıxarıb yazını sığallanmış, daranmış, "müasirləşmiş" şəkildə təqdim edə bilərdim... Amma bu mənim ədəbi əxlaqıma zidd hərəkət olardı. "Yazılana pozu yoxdur" - mənim də ədəbi prinsipimdir. Səhv, ya düz nə yazmışamsa, heç birinin dalından qaçmıram və saxtakarlıq edib heç bir mətnimdə o vaxtkı ifadələri bugünkü istilahlarla əvəz etmirəm.

O vaxt bu trafaretlərin işlənməsinə gəlincə... Bu məqalənin 1961-ci ildə yazıldığını əbəs yerə vurğulamıram. Çünki ta 1968-ci ildə Brejnev tanklarının Praqaya soxulub "gülər üzlü sosializm" idealını darmadağan edənə qədər bir çoxları kimi mənim də bu sistemin islah olunub insaniləşəcəyinə ümidlərim qırılmamışdı. Doğrudur, yaşadığımız cəmiyyətin bütün naqisliklərinə də göz yummurduq. Mənim ili adından bəlli olan "Molla Nəsrəddin - 66" satirik silsiləmlə tanışsansa, dediklərimin boş söz olmadığıyla yəqin, razılaşarsan.

 

- Məqalədə sonrakı yaradıcılığınızla uyuşmayan bir fikir var: "Mürtəce Qərb ədəbiyyatı "İnsan tənhalıq cəhənnəmində, yalqızlıq girdabında çabalayır. O bu cəhənnəmdən çıxa bilməz, təklik tilsimini qırıb başqa insanlara qovuşa bilməz" fikrini yürüdür". Yanılmıramsa, bu çıxarış ekzistensializmin ideya başçısı, "başqaları insan üçün cəhənnəmdir" deyən Sartrdan gətirilib. Sonralar insanın içsəl tənhalığı və başqaları tərəfindən anlaşılmaması kimi ekzistensial mövzu-problematika sizin bir sıra roman, povest və hekayələriniz, özəlliklə də, ünlü "Anlamaq dərdi" essenizin özülündə durdu. Bu məqama gəlməyinizdə Sartrın özü və sözü ilə görüşünüzün rolu olubmu?

 

- "Mürtəce Qərb ədəbiyyatı" da elə o dövrün sovet leksikasına aid olan təbirlərdən, stereotiplərindəndir. Əlbəttə, onda da, indinin özündə də Qərb ədəbiyyatının ucdantutma bütün örnəklərini qeydsiz-şərtsiz qəbul etmirəm. Qərb, ya elə dünya ədəbiyyatında çox bəyəndiyim örnəklərlə bir sırada qətiyyən qəbul etmədiyim nümunələr də az deyil. Amma məsələ bunda deyil. Məsələ ondadır ki, sənin xatırladığın sözləri - Sartrın - "Cəhənnəm - başqalarıdır" kəlamını o vaxt təqdir edə bilməsəm də, insan xislətinə aid tam həqiqət kimi qavrayırdım. Heç vaxt görüşmədiyim Sartrın bəzi fikirləriylə razılaşmaya bilərdim və indi də bilərəm. Amma insanın əbədi tənhalığı haqqında ekzistensializm düşüncəsi ilk gənclik yazılarımdan başlayaraq bir çox əsərlərimdə əksini tapıb. Artıq xatırlatdığım ilk mətbu hekayəmin baş qəhrəmanı Həmidə xala - dörd övlad anası - yeni il gecəsində təkdir və "insana ömrün sonunda yalnız cihazlar qalır - radio, televizor, telefon" kimi "sovet insanına yaraşmayan" bədbin fikirlərə dalır, tənhalıq girdabında təsəllisini mərhum ərinin maqnitofon lentindən eşidilən səsində tapır. İlk iri nəsr əsərim "Ağ liman" povestinin bir fəsli "Təklik tilsimi" adlanır. Bu fəsildə tənhalığın son həddini yaşayan Səftər dayı özü-özünə telefon edir. Povestin başqa fəslində Məmməd Nəsir təkliyinin acısını özü-özüylə nərd oynamaqla ovudur. Əsərin digər personajları da hərəsi bir cür yalqızdır. Nemət də tənhadır, Təhminə də... O dövrdə yazdığım hekayələrin qəhrəmanları - "Mən, sən, o və telefon" hekayəsinin, "Gürcü familiyası"nın personajları da yalqızlığın əzabını çəkirlər. "Dantenin yubileyi"ndə Kəbirlinski də, "Anlamaq dərdi"ndə Mirzə Cəlil də yalqızdırlar. "Dərdimi kimə deyim, dünya dolu adamdır" misrasını yazan Rəsul Rza da tənha idi.

Bütün bu danılmaz faktları "sovet ədəbiyyatı" damğasıyla dışlamaq istəyənlərin heç olmasa bir qırnıq ədəbi vicdanları varmı?

Tənhalıq teması mənim bütün sovet dövrü yazılarımdan qırmızı xətt kimi keçir. O dövrdə sovet ideoloji ehkamlarına zidd əsərlər yalnız açıq dissidentlərin geniş oxucu zümrəsinə qapalı qalan yazıları deyildi, həm də diqqəti insanların tənhalığına, uğursuzluğuna çəkən, "xoşbəxt həyat" şəraitində darıxan, içində boğulan, özünə yer tapa bilməyən biçarələrin acı taleyindən bəhs edən əsərlər idi. Üzr istəyirəm ki, öz yazılarımdan danışıram. Amma başqa qələm dostlarımın da rəsmi ideologiyaya asi olan əsərləri haqqında elə o "Söz dünyası"nın cildlərində geniş bəhs olunub.

 

- Məqalədə yazırsınız ki, "yeni Azərbaycan nəsri"nin tarixi müharibə illərindən başlanır". Bəs, sizcə, Qarabağ davasından necə, ən yeni ədəbiyyatımız doğulurmu?

 

- Şübhəsiz, artıq doğulur və gələcəkdə bu mövzuda daha sanballı örnəklər yaranacaq. Ədəbiyyatdan mətbuat operativliyini tələb etmək olmaz. Ədəbiyyat tarixi hadisələri dərindən dərk etməlidir və bunu etməsi üçün müəyyən zaman tələb olunur. Artıq bu misalı dəfələrlə çəkiblər ki, L.Tolstoyun "Hərb və sülh" epopeyası 1812-ci il müharibəsi iştirakçılarının nəvə-nəticələrinin yaşadıqları dövrdə yarandı.

 

- "Yeni nəsil, yeni nəsr" və ondan iyirmi il sonra yazdığınız ünlü "Nəsrin fəzası" məqalələrini 60-cıların ədəbi kimliyi adlandırmaq olar. Birincidə 60-cıların "doğulduğu" vaxtı, ikincidə isə yeri göstərmisiniz. Vaxt aşağı-yuxarı hamıda eynidir - İkinci Cahan savaşı sonrası! Yer isə hərədə bir cürdür - "Ə.Əylisli və İ.Hüseynov kəndi, İ.Məlikzadə kiçik rayon mərkəzini, Elçin şəhərətrafı qəsəbəni, Rüstəm və Maqsud İbrahimbəyovlar böyük şəhərin ucqar məhəllələrini", Sabir Əhmədli isə bu bölgüdən çıxaraq həm kəndi, həm də urbanistik mühiti təsvir edir. Bəs, özünüzün bədii məkanınız haqda nə deyə bilərsiniz? Bunu böyük şəhərin mərkəzi adlandırmaq olarmı?

 

- Bu suala qismən özün cavab vermisən və mən bu cavabla razıyam. Mənim bədii məkanım şəhərin ziyalı mühitiylə bağlıdır (əlbəttə, tarixi mövzularda, satirik və publisistik yazılarımı istisna etməklə).

 

- "Nəsrin fəzası"nda görkəmli rus ədəbiyyatşünası Mixail Baxtindən gələn daxili məkan anlayışına söykənib yazırsınız: "əgər... yeni Azərbaycan nəsri nümunələrinin əksəriyyətində dünya insanla onu əhatə edən mühit şəklində çox geniş əlaqədədirsə, bizim bugünkü ədəbiyyatımızda elə əsərlər var ki, orada... xarici aləm elə bil personajın daxilində əks olunmuşdur". Məsələni incələsək, birinci halda söhbət realizm, ikincidə isə modernizmdən gedir. Sizin ədəbiyyatda kənd-şəhər bölgüsünü o qədər də sevmədiyinizi bilirəm və bu, ilk baxışdan "şəhərli" bir yazıçının üstünlüyü əksərən kənd idilliyasına verən araşdırmaçılara etirazı kimi görünür. "Nəsrin fəzası" isə göstərir ki, bu daha çox dünyanı mənəvi-psixoloji yöndən qavrayan bir modernistin onu sadəcə coğrafi cəhətdən görən realistlərə etirazıdır. Yəni kənd və şəhər sözün müstəvisi üçün səciyyəvidir, onun fəzasının kəndi, şəhəri yoxdur. Necə fikirləşirsiniz, bu yozumla məqalənin ideya nüvəsinə yaxınlaşa bilirəmmi?

 

- Mülahizələrin maraqlıdır və belə yanaşmaq da sənin haqqındır. Amma mənim ədəbi haqqım da postmodernizmi, özəlliklə onun Azərbaycan versiyasını qəbul etməməkdir. Bəlkə də sənə qəribə gələcək və şübhəsiz, ədəbi tənqid (həm də tək bizm yox, işdi tanış olsalar ümumiyyyətlə, ədəbi tənqid) bu fikirlə razılaşmayacaq. Amma mənim rəyimcə, postmodernist deyil, XX əsrdə sadəcə modernist sayılan Marsel Prust və Frans Kafka - realist yazıçılardır. Keçən əsrin fransız marksist tənqidçisi (sovet təbliğatı sonralar onu revizionist kimi damğaladı). Roje Qarodinin dediyi kimi, "sərhədsiz realizm" mənasında deyil, bu təbirin müstəqim anlamında. Deyəcəksiniz ki, tutalım, Balzak, Stendal, Flober realizmi hara, M.Prust realizmi hara? Mən də cavab verəcəm ki, çox fərqli olsalar da, "Don Kixot" da realist əsərdir, Dostoyevskinin romanları da. Balzak insan xarakterini onun davranışında, hərəkətlərində, başqalarıyla münasibətlərində açır, ətraf aləmin əhatəsində təsvir edir. M.Prust isə insan varlığının daxili mahiyyətini ən incə realist detallarla verir. Paradoksal səslənsə də, mən Marsel Prustun "İtirilmiş vaxtın sorağında" romanlar silsiləsinə bizim Yunus Əmrənin misralarını epiqraf qoyardım: "Bir mən vardır məndə məndən içəri".

Zənnimcə, real dünya qədər yuxular, xəyallar, təsəvvürlər, xatirələr dünyası da gerçəkdir. Belə olduqda nəyə görə məhz bu mövcud paralel dünyanı qələmə alan Frans Kafka realist sayılmasın?

O ki qaldı kənd və şəhər ədəbiyyatı anlayışlarına, mən bunu da yalnız şərti termin kimi qəbul edirəm. Həyatı yalnız kənd həyatı sayanlar da dar düşünürlər, şəhər ziyalısının intellektual aləmindən bəhs edən əsərləri yeganə həqiqi ədəbiyyat sayanlar da...

 

- "Nəsrin fəzası"nda çağdaşlarınızın nəsrindəki tərifəlayiq cəhətləri qeyd etməklə yanaşı, Sabir Əhmədlidə "ibtidai russoçuluğun bezikdirici təkrarını", Əkrəm Əylislidə "şəhər və şəhərlilərin obrazlarınn alınmamasını", Elçində "əhali artıqlığını", "romantik aksesuarlardan bol-bol istifadəni" də vurğulayırsınız. Əksərən parlaq istedadı və bəzən həm də geniş erudisiyası ilə seçilən bu yazarlar tənqidlərinizi necə qarşılayırdılar?

 

- Mənə elə gəlir ki, adlarını çəkdiyin yazıçılar yetərincə geniş miqyasda düşünən insanlardır, odur ki, mənim xeyirxah mövqedən tənqid, irad da yox, sadəcə kiçik qeydlərimi normal qəbul etdilər. Hər halda, heç birindən bu qeydlərimə nə yazılı, nə şifahi etiraz görmədim, hətta barələrində bəhs etdiklərimdən bir çoxu məni bu yazıya görə təbrik etdilər, o cümlədən İsa Hüseynov və Sabir Əhmədov.

 

- "Nəsrin fəzası" məqaləsi nəzəri-estetik yöndən təsdiq edir ki, yarım əsr öncə dünya səviyyəli nəsrimiz olub. Məntiqlə, 90-lardan sonrakı ədəbiyyat irəliyə doğru növbəti addım olmalıydı - axı, bədii söz özgürlük qazanmış, qapalı sovet toplumundan açıq dünya kültürü alanına keçmişik. Amma bir-iki istisnanı çıxmaqla əksinə oldu. Sizcə, nə üçün? Nəhəng tarixi olayların bədii fakta çevrilməsi vaxt istəyirmi? İstedad amili yoxa çıxırmı? Sartrın dediyi kimi, yazıçı potensialının üzə çıxması üçün sovet dönəmində olduğu kimi maneə divarı lazımdırmı? Bir sözlə, özgürlük və ədəbiyyatın gəlişməsi tərs mütənasibdirmi?

 

- Doğrusu, bu suala cavab vermək mənimçün asan deyil. Mən də altmışıncılar nəslinə mənsubam və bu nəslin uğurlarından danışanda bunu subyektiv, təəssübkeş yanaşma sayanlar olur. Bəzən hətta daha əvvəlki və daha sonrakı nəsillərə mənsub olanlar altmışıncıların uğurlarına müəyyən qısqanclıqla yanaşırlar. Bu baxımdan altımıncıları sovet vaxtı "antisovet" müəlliflər kimi, müstəqillik dövründə isə "sovet yazıçıları" kimi qələmə verməyə cəhdlər olunub. (Örnəkləri o vaxtın və indinin qəzetlərində durur). Yalnız bir fakt. Hardasa Alber Kamyunun Nobel nitqində başqa bir nobelçi Andre Jiddən rəğbətlə və razılaşaraq gətirdiyi sözləri xatırlatmışdım: "Sənət əsarətdə canlanır, azadlıqda solur".

Heç də mənim olmayan, amma qismən razılaşdığım bu sitata görə məni nələrdə ittiham etmədilər: az qala azadlığa düşmən kəsilməyimdə, senzuranı bərpa etmək niyyətində.

Andre Jidin və Alber Kamyunun bu şərikli qənaətində müəyyən ifrat olsa da, mühüm fikir budur ki, əsarət sənətin müqavimət, dirəniş gücünü artırır. Ölçüsüz-biçisiz azadlıq isə bəzən məsuliyyətsizliyə səbəb olur.

Doğrudan da, sərt sovet dövrünün ideoloji qadağaları, senzura yasaqları hökm sürərkən altmışıncı-yetmişinci illərdə həqiqi ədəbiyyatımızın müqavimət, dirəniş, etiraz gücü parlaq əsərlərin yaranmasıyla təsdiq olundu.

 

- İsa Muğanna, Sabir Əhmədli, Anar, Maqsud İbrahimbəyov, Elçin, Rüstəm İbrahimbəyov, Yusif Səmədoğlu, Əkrəm Əylisli, İsi Məlikzadə... Öz aralarındakı bütün umu-küsülərə, bəzən ictimailəşən dartışmalara baxmayaraq, ali insani dəyərlərə çağırış ideyası bu istedadlar pleyadasının yaradıcılığından qırmızı xətlə keçir. Bəs, necə oldu ki, 90-cı illərdən sonra həyatın sərt həqiqəti ilə toqquşanda bəzilərində hər şey öz yönünü dəyişdi? Sovet senzurasının qınağından çıxan modern bədii nəsrimiz, sizcə, zamanın sınağından da çıxa bildimi?

 

- Heç kəsin xətrinə dəymədən demək istəyirəm ki, müstəqillik illərində ayrı-ayrı uğurlu əsərlər meydana çıxsa da, küll halında böyük ədəbiyyat yaranmadı. Məsələ bundadır və bunu heç kəs inkar edə bilməz.

Bunun obyektiv səbəbləri çoxdur. Sovet dövründə yalnız ədəbiyyatın az-çox - deyə bildiyi həqiqətlərin indi mediada sərbəst çatdırılması, əyləncəli ucuz seriallarla baş qatan televiziya kanallarının, məsuliyyətsiz internetin, şok şou-şayiələrlə, birgünlük şlyagerlərlə dopdolu növbənöv saytların ciddi sənətlə rəqabəti, yeni nəsillərin "klip" şüuru, yəni uzun-uzadı əhvalatlardan bezib daycest şəklində sıxılmış mətnləri qəbul etməsi və s. və i. a.

Amma məsələ ondadır ki, bütün bu sadaladığım səbəblər, təbii ki, tək Azərbaycana deyil, Rusiyaya və ümumiyyətlə, çağdaş dünya ədəbiyyatına da şamil edilə bilər. Bu gün müasir ədəbiyyatda Çingiz Aytmatov, Şukşin, Trifonov, Rasputin, Aksyonov miqyaslı ədiblər yoxdur.

 

- "Söz dünyası"nın adı nə qədər sadə və iddiasızdırsa, daxili quruluşu bir o qədər orijinaldır. Burda həm özünüzün başqalarına dair yazıları, həm də onların sizin haqqınızda yazıları yer alıb. Seriyanın dördüncü cildində başqalarına bol-bol istinadların səbəbini belə səciyyələndirirsiniz.

"Hər kəs yazısının məsuliyyətini bilməlidir. Bu bir.

Ədəbi meyarları, bədii ölçüləri siyasi münasibətlərə qurban vermək olmaz. Bu iki.

Bu gün yazı yazanda dünən nə yazdığını da unutmamalısan, sabah nə yazacağını da düşünməlisən. Bu üç.

Hissə qapılıb bir şey yazmaq, sonra yazdığının peşmançılığını çəkmək, daha sonra vəziyyət dəyişəndə peşmançılığının peşmançılığını çəkmək mənəvi iflasdır. Bu dörd.

Yazılana pozu yoxdur. Bu da beş".

Bu müddəaları kitabın əsas ideyası saymaq olarmı? Öz müddəalarınızda həddən artıq sərt, tələbkar deyilsinizmi? İnsanın öz suçunu anlayıb, peşmançılıq çəkməsi mənəvi təkamül göstəricisi ola bilməzmi?

 

- Cildlərin mahiyyətini dəqiq müəyyənləşdirmisən. Doğrudan da, bu cildlərdən çıxan yeganə olmasa da, mühüm nəticələrdən biri seçdiyin söz sənətinə məsuliyyətli yanaşmaq öhdəliyidir. Bu fikir kitabda gətirdiyim beş prinsipə əsaslanır. Bu gün bir şey yazanda dünən yazdığını da xatırla, sabahı da düşün... Çünki, doğrudan da, yazılana pozu yoxdur.

Təbii ki, insanın ömrü boyu fikirləri, hətta mövqeləri dəyişə də bilər. Amma bugünkü fikrinə görə dünənki fikrini büsbütün unutmaq, ya unutdurmağa çalışmaq insanın öz vicdanı qarşısında səbatsızlığıdır. Bu, xüsusilə siyasi mövqeyə aiddir. "Dünən elə düşünürdüm, bu gün belə düşünürəm" deyə münasib məqamda sifətini yüz səksən dərəcə dəyişmək konyukturçuluqdur.

 (Davamı var)

 

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, səhnə əsərində Xan qızının həyat və yaradıcılığı öz əksini tapıb, bir şairə, dövlət xadimi və ana kimi onun bənzərsiz obrazı yaradılıb. 

Operada teatrın təcrübəli solistləri (Azər Zeynalov-Xasay bəy, Cahangir Qurbanov-Xasay bəyin əmisi, Tural Ağasıyev-Qara paltarlı, Təyyar Bayramov-Xanəndə) ilə yanaşı, gənc vokalçılar da yer alıblar. Böyük Britaniya Kral Musiqi Akademiyasının məzunu, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Selcan Nəsibli-Natəvan, aparıcı solistlər Taleh Yahyayev-Qasım bəy Zakir, Mahir Tağızadə-Aleksandr Düma, Fəhmin Əhmədli-Hacı Abbas Agah, Rəvanə Əmiraslanlı-Xanəndə qız partiyalarında çıxış ediblər. 

Opera tamaşası ilk dəfə 2003-cü ildə Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulub. Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı – Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşçusu – Xalq artisti Tamilla Şirəliyeva, xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu dəfə Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev təqdim edib. 

Səhnə əsərində tamaşada Xan qızı Xurşidbanunun obrazı ilə yanaşı, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də geniş yer verilmiş və bu günümüzlə səsləşən mövzuya toxunulu

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.