Super User
Mədəniyyət naziri Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirib
Xəbər verdiyimiz kimi, Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub.
Səfər barədə geniş icmal ilə novbəti buraxılışlarımızda tanış ola biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, tanınmış yapon yazıçısı Kendzaburo Oe vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı BBC.com-un bu gün yaydığı xəbərə istinad edərək bildirir ki, Oenin vəfatı barədə məlumat bu gün yayılsa da o, 10 gün öncə, martın 3-də dünyadan köçüb.
88 yaşında dünyasını dəyişən yazıçı Nobel mükafatını 1994-cü ildə “poetik güclə reallıq və mifin birləşərək bugünkü insan səfalətinin narahatedici mənzərəsini təqdim etdiyi xəyali dünya yaratdığına görə” alıb.
Qeyd edək ki, Kendzaburo Oe ədəbiyyat üzrə Nobel mükafatı alan ikinci yapon yazıçısıdır.
Və onu da bildirək ki, həmin o 1994-cü ildə ona Yaponiya İmperatorluğunun ali Mədəniyyət Ordeni təqdim ediləndə o, “mən imperiya hakimiyyəti institutunu qəbul etmirəm” deyə mükafatdan imtina etmişdi.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
95-ci dəfə “Oskar” mükafatları təqdim olundu
95-ci “Oskar” mükafatlarının təqdimedilmə mərasimi - razılaşın ki, bütün kinosevərlərin diqqəti martın bu vədələrində Hollivuda yönəlir.
Bəli, martın 12-də mərasim Los-Ancelesin Dolby kinoteatrında, ABŞ teleaparıcısı və komedik aktyoru Cimmi Kemmelin aparıcılığı ilə baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, ilk laureatın adının çəkilməsi özünü çox da gözlətmədi. “Pinocchio Guillermo del Toro” cizgi filmi “Ən yaxşı animasiya filmi” kateqoriyasında “Oskar” mükafatına layiq görüldü.
İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələn macəralardan bəhs edir. “Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı.
Amma təbii ki, hər kəs baş mükafatların kimlərə qismət olacağını gözləyirdi. Beləliklə, ABŞ-nin Los-Anceles şəhərində 95-ci “Oskar” mükafatlandırma mərasimində İlin ən yaxşı filmi “Everything everywhere all at once” (“Hər şey hər yerdə və dərhal”) seçildi.
Mişel Yeo isə bu filmdəki roluna görə, “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazandı.
İlin ən yaxşı aktyoru adına “The Whale” (“Kit”) filmindəki roluna görə Brendan Freyzer layiq görüldü.
Den Kvan və Daniel Şeynert “Everything everywhere all at once” (“Hər şey hər yerdə və dərhal”) filminə görə ən yaxşı rejissor adına layiq görüldülər.
Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görüldü.
Nominantlar siyahısı belə idi:
Ən yaxşı beynəlxalq film
All Quiet on the Western Front
Argentina, 1985
Close
EO
The Quiet Girl
Ən yaxşı animasiya
Guillermo del Toro's Pinocchio
Marcel the Shell with Shoes On
Puss in Boots: THe Last Wish
The Sea Best
Turning Red
Ən yaxşı görüntü müəllifi
All Quiet on the Western Front
Bardo, False Chronicles of a Handful of Truths
Elvis
Empire of Light
Tár
Ən yaxşı vizual effekt
All Quiet on the Western Front
Avatar: The Way of Water
The Batman
Black Panther: Wakanda Forever
Top Gun: Maverick
Ən yaxşı kişi aktyor
Austin Butler - Elvis
Colin Farrell - The Banshees of Inisherin
Brendan Fraser - The Whale
Paul Mescal - Aftersun
Bill Nighy - Living
Ən yaxşı qadın aktrisa
Cate Blanchett- Tár
Ana de Armas - Blonde
Andrea Riseborough
Michelle Williams - The Fabelmans
Michelle Yeoh - Everything Everywhere All At Once
Ən yaxşı rejissor
The Banshees of Inisherin
Everything Everywhere All At Once
The Fabelmans
Tár
Triangle of Sadness
Ən yaxşı film
All Quiet on the Western Front
Avatar: The Way of Water
The Banshees of Inisherin
Elvis
Everything Everywhere All at Once
The Fabelmans
Tár
Top Gun: Maverick
Triangle of Sadness
Women Talking
Ən yaxşı makyaj və saç
All Quiet on the Western Front
The Batman
Black Panther: Wakanda Forever
Elvis
The Whale
Ən yaxşı səs effekti
All Quiet on the Western Front"
Avatar: The Way of Water
The Batman
Elvis
Top Gun: Maverick.
Ən yaxşı köməkçi qadın aktrisa
Angela Bassett - Black Panther: Wakanda Forever
Hong Chau - The Whale
Kerry Condon - The Banshees of Inisherin
Jamie Lee Curtis -Everything Everywhere All at Once
Stephanie Hsu - Everything Everywhere All at Once
Ən yaxşı geyim dizaynı
Babylon
Black Panther: Wakanda Forever
Elvis
Everything Everywhere All at Once
Mrs Harris Goes to Paris
Ən orijinal film musiqisi
All Quiet on the Western Front
Babylon
The Banshees of Inisherin
Everything Everywhere All at Once
The Fabelmans
Ən yaxşı götürülmə ssenari
All Quiet on the Western Front
Glass Onion: A Knives Out Mystery
Living
Top Gun: Maverick
Women Talking
Ən orijinal ssenari
The Banshees of Inisherin
Everything Everywhere All at Once
The Fabelmans
Tár
Triangle of Sadness
Ən yaxşı qısa aksiyon filmi
An Irish Goodbye
Ivalu
Le Pupille
Night Ride
The Red Suitcase
Ən yaxşı qısa animasiya
The Boy, the Mole, the Fox, and the Horse
The Flying Sailor
Ice Merchants
My Year of Dicks
An Ostrich Told Me the World is Fake and I Think I Believe it
Ən yaxşı köməkçi kişi aktyor
Brendan Gleeson - Banshees of Inisherin
Brian Tyree Henry - Causeway
Judd Hirsch - The Fabelmans
Barry Keoghan - The Banshees of Inisherin
Ke Huy Quan - Everything Everywhere All At Once
Ən yaxşı orijinal mahnı
Applause from Tell It Like a Woman
Hold My Hand from Top Gun: Maverick
Lift Me Up from Black Panther: Wakanda Forever
Naatu Naatu from RRR
This is a Life from Everything Everywhere All at Once
Ən yaxşı sənədli film
The Elephant Whisperers
Haulout
How Do You Measure a Year?
The Marsha Mitchell Effect
Stranger at the Gate
Ən yaxşı film dizaynı
All Quiet on the Western Front
Avatar: The Way of Water
Babylon
Elvis
The Fabelmans
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Peşəkar milli teatrın 150 illiyi Milli Dram Teatrında qeyd olunub
Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi daha harada və necə qeyd olunub? Xəbərlərimizi davam etdiririk.
Məsələn, Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub.
Və tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edib, milli teatrımızın tarixindən, keçdiyi inkişaf yolundan danışıb, tamaşaçıları təbrik edib.
Yubiley tədbirində sənət ocağının aktyorları – Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik və Hacı İsmayılova təbrik məktubu və hədiyyə təqdim olunub.
Sonra tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
Tamaşada Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əli Nur, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Elnar Qarayev, Şəlalə Şahvələdqızı, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Mirzə Ağabəyli, Rəşad Bəxtiyarov, aktyorlar İlyas Əhmədov, Şəhla Əliqızı, Ramin Şıxəliyev, İlahə Həsənova, Nigar Güləhmədova, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Elnur Qədirov, Elçin Əfəndi, Vüsal Mustafayev, Elsevər Rəhimov çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Bu məşhurlar əlifbanın son hərfini bilmədi
Ən çox oxunan həftəsonu xəbərini təqdiç edirik. “MTV maqazin" verilişi məşhurlar arasında sorğu keçirib. “Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, şou əhlindən "Əlifbanın sonuncu hərfi hansıdır?", - deyə soruşulub.
Maraqlısı isə odur ki, məşhurların əksəriyyəti bu suala cavab verməkdə çətinlik çəkib.
Belə ki, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Kərim Abasov, Əkbər Əliyev, Şəbnəm Tovuzlu, Manaf Ağayev və Səidə Sultan cavabı bilməyib.
Aparıcı Elgiz Əkbər isə bu sualın ona ünvanlanmasını ayıb hesab edib. Və o da cavab verməyib.
Xəbəri oxuyub utananlara xatırladaq: əlifbamızda sonuncu hərf Z hərfidir.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Tanınmış tarzən Mirzə Sadıqcanın Şuşadakı evi təmir olunacaq
“Azərbaycanın tanınmış tarzəni Mirzə Sadıqcanın Şuşada doğulub boya-başa çatdığı evi təmir olunacaq”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunmuş müxbirinə Şuşa Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılov deyib.
Onun sözlərinə görə, bu ildən təmir-bərpa işlərinə başlanılacaq.
Qeyd edək ki, Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqcanın (Mirzə Sadıqcan) yaşadığı ev XIX əsrə aiddir.
Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni vandallar tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Qəmər Almaszadə barədə film Opera Studiyasında nümayişi olunub
Bakı Musiqi Akademiyasının Opera studiyasında məşhur balerina Qəmər Almaszadənin doğum gününə və Azərbaycan milli teatrının 150 illiyinə həsr olunmuş “Primanın irsi” sənədli filminin premyerası olub.
Filmdə Qəmər Almaszadənin misilsiz yetirmələrinin iştirakı ilə müxtəlif illərin nadir kadrları tamaşaçılara təqdim olunub. Qonaqlar arasında filmin qəhrəmanları vardı, onlar milli balet tarixinə qayğıkeş münasibətə görə müəllifə təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Samir Səmədovdur. Qeyd edək ki, bu, S.Səmədovun artıq üçüncü müəllif işidir.
Filmdə ilk milli balerina və xoreoqraf Qəmər Almaszadənin yaradıcılığından, onun ən istedadlı tələbələrindən, Azərbaycan baletinin əfsanəvi primalarından söhbət açılır.
Qəmər Almaszadə Azərbaycan bəstəkarlarının əksər baletlərində, o cümlədən Qara Qarayevin “Yeddi gözəl” və Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletlərində ilk dəfə baş partiyaları ifa etməklə məşhurdur. 6 yaşından başlayaraq baletlə məşğul olan Q.Almaszadə Azərbaycan Opera və Balet Teatrının baş baletmeysteri və Bakı Xoreoqrafiya Məktəbinin müəllimi kimi Azərbaycan balet məktəbinin inkişafına böyük töhfə verib. Q.Almaszadə xoreoqrafiya ustadlarının böyük nəslini yetişdirib, onlar dünyanın müxtəlif şəhərlərinin səhnələrində çıxış edirlər.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Strasburqda Novruz bayramı muğam konserti və xeyriyyə aksiyası ilə qeyd olunacaq
Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Strasburqda muğam konserti keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muğam konserti “Saint –Pierre –Le-Jeune” kilsəsində keçiriləcək. Tədbir çərçivəsində Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarına dəstək məqsədilə “A.A.P.I.I.” Assosiasiyası (Association d’aide aux personnes issue de l’immigration) tərəfindən könüllü xeyriyyə aksiyası təşkil olunacaq.
Xalqımızın ən əziz bayramlarından olan Novruz yazın gəlişini və təbiətin oyanışını bildirməklə yanaşı, xalqlar və icmalar arasında sülh, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı çoxəsrlik ənənələri özündə təcəssüm etdirir.
Xatırladaq ki, BMT-nin Baş Assambleyası 2010-cu ildə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. 2016-cı ildə isə “Novruz” bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mədəni tədbir vasitəsilə Novruzun ruhu və idealları strasburqlularla bölüşüləcək.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Otaylı-butaylı Azərbaycandan vahid Azərbaycana doğru!
“Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa təşkil edilib
Cənub mövzusu daim gündəmdə saxlanılmaldır. Xüsusən bu həssas dönəmdə diqqətlər Təbrizdədir. Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində “Güney Azərbaycan Hərəkatında qadınların rolu” adlı dəyirmi masa keçirilib. “Ədəbiyyat və incəsənət” portalı TAİB rəsmisi Elnur Eltürkə istinadən xəbər verir ki, tədbir kifayət qədər maraqlı və məhsuldar keçib.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini Eyvaz Hünbətov bildirib ki, Güney Azərbaycan gündəmdə olan bir mövzudur, Azərbaycanın ikiyə bölünməsi mövzusu təkcə Azərbaycanın deyil, eləcə də dünya azərbaycanlılarının və türk dünyasının da probleminə çevrilib.
Eyvaz Hümbətov, həmçinin Prezident İlham Əliyevin bir neçə dəfə Cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verdiyini deyib.
“Hamımız bilirik ki, Güney Azərbaycanda insanların hüquqları pozulur. Orada-tarixi torpaqlarında yaşayan qədim türklər öz doğma dillərində danışa və yaza bilmirlər. Üstəlik fars şovinizminin Azərbaycana qarşı olan təzyiq və təhdidləri də birmənalı olaraq İranın düşmən mövqeyini ortaya qoyur. Azərbaycan qadınları cəsarətli ruhları ilə mübarizələrindən əl çəkməyərək bütöv Azərbaycan naminə bu gün də meydandadırlar. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın nümunəvi, əhatəli fəaliyyəti örnək olaraq bütün Azərbaycan xanımlarına güc verir. Güneydən gələn səsə Quzeydən minlərlə səs verən insanların birliyi bir gün mütləq Azərbaycanı bütövləşdirəcək. “Dəmir yumruq” hələ yerindədir”, - deyə E.Hünbətov vurğulayıb.
Tədbirdə qonaq qismində iştirak edən, İsveçdə yaşayan tanınmış şairə, 30-dan çox kitabın müəllifi, jurnalist Eluca Atalı öz çıxışında qeyd edib ki, Azərbaycan qadını təkcə Güney Azərbaycan hərəkatında deyil, bütün işlərdə fəal və mübarizdirlər: “İsveçdə 16 ildir yaşayıram. Bu günə kimi 30-dan çox kitab yazmışam, kitablarım daha çox fəlsəfi, bədii, miniatür janrındadır, lakin müxtəlif janrlarda da yazıram. Əsas məqsədim uşaqlara, insanlara, dünyaya kamilliyi, insanlığı təbliğ etməkdir. Mən özümü daha çox Bütöv Azərbaycan yazarı olaraq görürəm. Ona görə ki, Azərbaycanın problemi ikiyə bölünəndən sonra başlayıb. Bu yaxınlarda “İran Hizbullah zindanında” adlı kitabımın təqdimatı keçirildi. Bu kitabda İranda islam inqilabının baş vermə səbəbləri, inqilabın İran cəmiyyətinə və bəşəriyyətə gətirdiyi fəlakəti yüksək bədii keyfiyyətlərlə təsvir etmişəm. Eyni zamanda, milli, taleyüklü dərdimiz olan Güney Azərbaycan mövzusu da əsərin mərkəzində durur. Bu gün Güney Azərbaycan şovinist farsların əlindədir. Xaricdə yaşayan bütün azərbaycanlıların ürəyi İranda əzilən insanlarımızın ürəyi ilə bir döyünür. Biz, Azərbaycan qadınları hər zaman olduğu kimi, yenə də, bu hərəkatın iştirakçısı olaraq, Azərbaycan həqiqətlərini və türk xalqlarının həqiqətlərini israrla dünyaya çatdırmaqda davam edəcəyik”.
Daha sonra çıxış edənlər, TAİB-in Qadınlar Şurasının üzvləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya elmləri doktoru Xuraman Hümbətova, şairə Sara Göyçəli, Gənclər Təşkilatının sədr müavini Qadir Quliyev, İdarə Heyətinin üzvləri Nüsrət Paşayev, Zaməddin Həmişəyev, Elnur Eltürk, Şərafət Şəfa, hərbi ekspert Natiq Əlisoy da öz çıxışlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nümunəvi fəaliyyətindən danışaraq, dövlətin qadın siyasətinin uğurlu davam etməsinin bəhrəsi olaraq qadınlarımızın hər sahədə geniş fəaliyyətindən, böyük arenalarda və meydan hərəkatındakı rolundan bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan qadını əxlaqı, zəkası, mədəniyyəti ilə dünya qadınlarına nümunədir. Qırx dörd günlük Vətən müharibəsində şəhid, qazi olanların analarının mətinliyi bunun bariz nümunəsidir.
Bir gün gələcək və ikiyə bölünmüş vətən hökmən birləşəcək!
Amin!
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)
Keçmişdəki oyunları unutmaq yaxşı nəsə vəd etmir
“Ədəbiyyat və incəsənət” portalı yenidən gələcəyimiz olan uşaqlar barədə mövzunu gündəmə gətirir. Əməkdaşımız Malik Məmmədov əski həyatımızdan əsla fərqli olaraq günümüzdə uşaq oyunlarına münasibətin dəyişməsi mövzusu ilə bağlı apardığı araşdırmanı nəhəyət ki, uşaq psixoloqu Yasəmən Səfərzadəyə ünvanlanan suallarla yekunlaşdırıb və beləcə, bir çox suallara cavab tapılıb. Niyə bu gün uşaq oyunları yalnız kompüter və mobil telefonla məhdudlaşır?
Oyun fəaliyyəti yeni bir fəaliyyət növü deyildir. Oyun terapiyası uşağın problemlərini başa düşmək, onun hisslərini və rəftarlarını araşdırmaq və onlarla üzləşərək həll yollarını tapmağa imkan verən bir texnikadır. İlkin insanlar yaranan gündən elə oyun fəaliyyəti də yaranmışdır. Bəs oyun nədir?
Bir uşağın həyatında sevgi, diqqət, yuxu, qidalanma nə qədər əhəmiyyətlidirsə, oyun da bir o qədər əhəmiyyətlidir. Oyun oynarkən uşaqlar xoşbəxt olurlar. Bəzən valideynlər övladlarının oyun oynaya bilmədiklərini, oyun oynarkən aqressivləşdiklərini və xoşbəxt olmadıqlarını düşünürlər. Amma əslində uşaqlar oyun oynarkən öz hisslərini, düşüncələrini, yaşadıqlarını, söyləmək istədiklərini bizə göstərərlər. Və bir uşağın oyun oynarkən xoşbəxt olmaması, aqressivləşməsi, oyun oynaya bilməməsi elə onun həyatının, yaşadıqlarının bir göstəricisidir.
Oyun uşağın çətinliklərlə başa çıxma üsuludur. Biz uşağın oyununa fikir versək, əgər o öz oyununa münasibətlər sistemini, dostları, yoldaşları, valideynləri ilə olan münasibətini mütləq şəkildə yansıdır. Hər bir uşağın özünəməxsus sevgi dili olduğu kimi, bu sevgi dili də onların oyunlarına təsir edir.
Oyun uşaqların inkişafında xüsusilə əhəmiyyətlidir. Sadə bir oyun olan, hamımızın bildiyi amma uşaqlarımızın çoxunun unutduğu, oynamadığı "klas-klas" oyunundan nümunə gətirmək istəyirəm. Sadə görünən bu oyunda uşaq daş parçasını xanaya atdığı zaman, burada onun diqqəti, təfəkkürü, təxəyyülü inkişaf edir. Uşaq həm də sosial təsirə məruz qalır. Bir uşağın oyun prosesində dostları tərəfindən alqışlanması, ona ümid bəslənilməsi, qalib olmasının istənilməsi qədər məğlub olmasının gözlənilməsi də uşağın inkişafına çox müsbət təsir edir. Son zamanlar valideynlərin ən narahat olduğu məsələlərdən biri də "övladım paylaşa bilmir, mən nə etməliyəm". Uşağın paylaşmağını istəyiriksə, əgər oyun zamanı biz bunu ona aşılaya bilərik. Uşaq oyun zamanı daş parçasını dostları ilə paylaşdığı zaman, yaxud özü paylaşa bilməsə belə, başqa birinin paylaşdığını görməsi uşagın davranışına mütləq şəkildə müsbət təsir göstərir.
Belə bir düşüncə tərzi mövcuddur ki, uşaqlar məktəbə gedənə qədər oyun oynaya bilər, artıq məktəb dövrü başladısa uşağın oyun prosesi də sonlanmalıdır. Oyunun yaşı yoxdur. Oyun uşağın həyatının ayrılmaz bir parçasıdır. Biz ona oyun zamanı öz hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradırıq. Və bir uşağın bundam məhrum olması öz hisslərini, yaşadıqlarını, düşüncələrini paylaşa bilməməsi deməkdir.
Bəzən oyuncaqlarla oynanılan oyunlarla inkişaf etdirici məşğələlər, əyləncə tipli məşğələlər səhv salınır. Oyuncaqlarla oynanılan oyunlar uşaqların hisslərini, düşüncələrini, yaşadıqlarını ifadə etməyə şərait yaradır. Uşaq burada istədiyi oyuncaqlardan istifadə edərək özünə mühit yaradır. Ancaq əyləncə tipli məşğələlər də, inkişaf etdirici məşğələlər də uşağın valideynləri ilə vaxt keçirməsi baxımından çox əhəmiyyətlidir. Oyun uşaqların dili, oyuncaqlar isə söyləmək istədikləridir.
Demək, ən azından keçmişdəki oyunların bərpasına cəhd etməliyik!
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)