
Super User
Moskvada Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar “Son iclas” filmi göstərilib
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş kinonümayiş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Son iclas” filminin nümayişi “RetroSpektiva” kinoklubunda keçirilib.
Tədbirin əsas məqsədi gənc müstəqil dövlətin hökuməti tərəfindən çətin şəraitdə hakimiyyətin ötürülməsi barədə qəti qərarın verildiyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) şanlı tarixinin son günlərinin ab-havasını duymağa kömək etməkdir. Filmdə AXC-nin banilərinin respublikanın suverenliyi uğrunda düşmənlərlə son günədək fədakar və inadcıl mübarizə aparmalarından söhbət açılır. Filmdə mühüm tarixi hadisəyə - Azərbaycan Xalq Cümhuriyyətindən uzun illər sonra Azərbaycanın dövlət müstəqilliyi qazanmasına xüsusi diqqət ayrılıb.
“RetroSpektiva” kinoklubu XTNS-dəki “Azərbaycan” pavilyonunun və “Doğma Project” maarifləndirici platformanın birgə layihəsidir. Onun fəaliyyəti müasir Azərbaycan kino sənətinin tanınmasına yönəldilib.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Braziliyada Azərbaycanın Müstəqillik Günü münasibətilə caz konserti təşkil edilib
Braziliyanın paytaxt şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə diplomatik ziyafət, həmçinin Xalq artisti, ustad musiqiçi Ənvər Sadıxov ilə pianoçu bəstəkar, Əməkdar artist Emil Əfrasiyabın iştirakı ilə konsert təşkil olunub.
Azərbaycanın Braziliyadakı səfirliyindən AzərTAC-a bildirilib ki, tədbir Braziliyanın milli ordusunun orkestrinin təntənəli ifasında hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən səfir Rəşad Novruz ölkəmizin qədim adət-ənənələrə, zəngin təbii və insan sərvətlərinə, əzəmətli tarixə və möhkəm müstəqillik təməlinə malik olduğu barədə tədbir iştirakçılarına məlumat verib. Bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyevin praqmatik xarici siyasəti və şəffaf dövlət idarəçiliyi nəticəsində ölkənin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, cəmiyyətinin ildən-ilə gücləndiyini bildirən səfir bu müdrik siyasi xəttin təməlində bir güclü iradənin, bir tarixi şəxsiyyətin durduğunu qeyd edib. O, bu xüsusda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq səviyyədə mövqeyinin tanınması və xalqımızın rifahının təmin edilməsində əvəzsiz rol oynadığını vurğulayıb.
Daha sonra Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri senator Nelsinyo Trace və Braziliya Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmisi çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycanın Braziliya üçün regionda əhəmiyyətli tərəfdaş olduğunu, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün kifayət qədər siyasi iradə, resurs və imkanların olduğunu qeyd ediblər. Hər iki natiq 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını ölkəmizin ilk müstəqillik addımı kimi dilə gətirib. Azərbaycan ilə bütün sahələrdə müsbət dinamikanın qorunmasının və xüsusilə parlamentlər arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir Azərbaycanın ən gözəl caz ənənələri ilə davam edib. İfaçılarımız tərəfindən “Yenilməz batalyon”, “İki dünya”, “Əhməd haradadır - popurri”, “Uzundərə rəqsi”, “Şərq və Qərb”, “Nueva” və Ulu Öndərin əbədi adı şərəfinə “Ataya məktub - ithaf” əsərləri ifa olunub. Əməkdar artist Emil Əfrasiyab “Ataya məktub” musiqisinin mahiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu əsəri Ulu Öndər Heydər Əliyevin şanlı xatirəsinə həsr etdiyini vurğulayıb.
Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Prezident Lula da Silvanın nazir səlahiyyətli müşaviri, Braziliya Hökumətindən iki nazir müavini, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, federal və bəzi ştatların yerli hökumət nümayəndələri, senatorlar və federal deputatlar, KİV nümayəndələri və tələbələr iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Nigar Arif ispan radiosunda
İspan radiosunda - “Radio Eventos” da dünyanın müxtəlif ölkələrindən olan tanınmış şairlərin şeirləri ispanca tərcümədə Kolumbiyadan olan yazar - Laskiaf Amortegui- nin ifasında səsləndirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həmin 18 şair arasında Azərbaycan təmsilçisi, istedadlı gənc şair Nigar Arif də olub. Həmyerlimiz “Correr tras la infancia”(“Uşaqlığın dalınca”) şeiri ilə Azərbaycanı radio antalogiyasında təmsil edib.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
“İRS” jurnalının ərəb dilində növbəti sayı nəşr olunub
“İRS” beynəlxalq jurnalının ərəb dilində “İRS-Turas” adında növbəti sayı nəşr olunub. Jurnalın yeni sayı Azərbaycanın ərəb ölkələri ilə diplomatik, mədəni və iqtisadi əlaqələri haqqında baş redaktor Musa Mərcanlının yazısı ilə açılır. Ərəb tədqiqatçısı Əhməd Tarabikin məqaləsində bu əlaqələrin tarixi, ikitərəfli və çoxtərəfli münasibətlər daha geniş təhlil fonunda oxuculara çatdırılır.
Tanınmış jurnalist Umniya İbrahimin Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edildiyi, hazırda şəhərdə işğalın nəticələrinin aradan qaldırılması üçün fəal iş aparıldığı, Qarabağda tarixi abidələrin və memarlıq irsinin bərpasının həyata keçirildiyi haqqındakı məqaləsi ərəb oxucularının böyük marağına səbəb olacaq. Qarabağ mövzusunun davamı kimi tədqiqatçı Ömər Əhməd işğal olunmuş ərazilərin Ermənistan tərəfindən minalanması, bunun törətdiyi fəsadlar konkret faktlar və fotoşəkillərlə təqdim olunur. Məqalədə qeyd olunur ki, torpağa basdırılmış saysız-hesabsız minalar insanlıq əleyhinə cinayət olmaqla bərabər, onlarla dinc əhalinin ölümünə, şikəst olmasına gətirib çıxarıb. Çox böyük ərazidə basdırılmış minalara görə işğaldan azad edilmiş bölgələrdə insanların öz doğma yurdlarına dönməsi yubanır və müntəzəm faciələrə səbəb olur.
Bunlardan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan İRS-Turasın bu sayında ölkənin milli mətbəxi haqqında ərəb müəllifi Suad Bəşirin, turizm potensialı barəsində Əhməd Sami Elaydinin məqalələri ərəb oxucularına Azərbaycan haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də öz nəfis tərtibatı ilə diqqəti cəlb edir.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı artıb
“Ədəbiyyat və incəsənət” portalı Açıq portfel rubrikasının növbəti statistikasını Dövlət Turizm Agentliyinə istinadən verir.
2022-ci ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı cari ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır. 2023-cü ilin ilk dörd ayının statistikasına əsasən isə Səudiyyə Ərəbistandan olan ziyarətçilər 10-cu yerdə qərarlaşıb.
Hədəf bazarlar sırasında Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İsrail əsas hədəf ölkələr kimi müəyyənləşdirilib. Hazırda Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti Bakı və Ər-Riyad arasında birbaşa reyslər həyata keçirir. Bu həftə Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad Səyahət Sərgisi”ndə də iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
İki gündə 20-dən artıq tədbir! - Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür
“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.
Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.
Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.
Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:
“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...
Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.
...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”
Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.
Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.
Var olun, Cənab Prezident!
Sizinlə qürur duyuruq!
Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
İki gündə 20-dən artıq tədbir! - Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür
“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin “Vətən sevgisiylə çırpınan ürək” yazısını təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.
Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.
Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində “...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq” - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.
Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:
“Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...
Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.
...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!”
Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.
Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.
Var olun, Cənab Prezident!
Sizinlə qürur duyuruq!
Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Heydər Əliyev və Vurğun Ocağı
Səməd Vurğunun Ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir və "Heydər Əliyev və Vurğun Ocağı" adlı sərginin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov açaraq Ulu Öndər Heydər Əliyevin Səməd Vurğun yaradıcılığına və Səməd Vurğun irsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Muzeyin əməkdaşı Xanım Şadlinski Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın Heydər Əliyevlə bağlı yazdığı xatirələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tədbir iştirakçılarına Səməd Vurğunun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda Vurğunun məzarını ziyarət etməsi, Səməd Vurğunun Ev Muzeyini ziyarət etməsi, ailə üzvləri ilə görüşməsi, qızı Aybəniz Vəkilovanın bələdçiliyi ilə Səməd Vurğun Ev Muzeyində görülən işlərlə tanış olması haqqında videoçarx təqdim olunub.
Daha sonra mədəniyyət və incəsənət nümayəndələri musiqili konsert proqramı ilə çıxış ediblər. Tədbirin sonunda qonaqlar Heydər Əliyevin Səməd Vurğunla bağlı xatirə şəkillərindən hazırlanmış fotostendlərlə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
"Çöküş anatomiyası" üçün "Qızıl Palma budağı" – Qələbənin traektoriyası
FRANSA KİNOSUNUN NÖVBƏTİ UĞURU
Qələbə trayektoriyası: "Qızıl palma budağı”nı alan filmin aktyorları və rejissoru layihə üzərində necə işləmələri barədə Euronews-a danışıblar. “Ədəbiyyat və incəsənət” portalının tərcüməçisi efirə növbətçilik edərək bu maraqlı məlumatı sizlər üçün hazırlayıb.
Juli Dyukurno "Titan" filminə görə "Qızıl Palma budağı " aldıqdan iki il sonra, 2023-cü ildə Kann kinofestivalının baş mükafatı yenidən fransız rejissoruna verildi. Bu dəfə qadın rejissora - Castin Trieuya.
Castin Trieunun "Çöküş anatomiyası" üç dildə bir cütlüyün həyatının ən qaranlıq məqamlarını tədqiq edir, cütlüyün qadın obrazını alman aktrisası Sandra Hüller canlandırır. Və bu qadın qətldə ittiham edillr.
CASTİN TRİEU
Rejissor Castin Trieu söyləyir: "Əvvəldən dil bizim üçün çox vacib bir nəsnə idi və həqiqətən lap əvvəldən layihənin mərkəzində idi. Və mütləq həqiqətdir ki, birlikdə belə bir təcrübə əldə etmək çox xoş idi".
SANDRA HÜLLER
Sandra Hüller – milliyyətcə alman olan aktrisa isə söyləyir: "Bir nəfərin qərar verib başqalarına nə edəcəyini söyləməyindənsə, birlikdə işləmək həmişə yaxşıdır. Rejissorun qadın olması mənimçün xüsusən önəmli idi. O, hər kəslə məsələləri müzakirə edir və kollegial olaraq düzgün həll yolu tapmağa çalışırdı. Və bu da gördüyümüz işi o qədər dolğun, şən və fərəhli edirdi ki."
Filmin adından da göründüyü kimi, “Çöküş anatomiyası" bir insanın fatal olaraq çöküşünün, ölümcül düşməsinin təsadüfi olub olmadığını öyrənmək üçün təhlil edir. Məhkəmə isə həqiqətin həmişə aşkarda olmadığını göstərəcəkdir.
FREDERİK PONSAR
Frederik Ponsar – “Еuronews”un şərhçisi isə söyləyir: "Film yalnız bir neçə favoritlərdən biri olsa da, münsiflər heyəti bu xüsusi lenti qalib seçdi və gənc fransız rejissoru çox dərin Avropa filminə görə mükafatlandırdı. Aktiv siyasi mövqe tutaraq Castin Trieu müəllif filmi ideyasını bacarıqla müdafiə edir."
Foto: “Castin Trieu və komandası” - Daniel Kole, müəllif hüquqları / Copyright 2023 the AP.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)
Adilə Nəzər “Aşıq Ələsgər” medalı ilə təltif olunub
Filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər Azərbaycan aşıq ədəbiyyatının əbədiyyət qolu sayılan ustad Aşıq Ələsgər adına çəkdiyi zəhmətlərə görə “Dədə Ələsgər Ocağı" İctimai Birliyi tərəfindən təsis edilən "Aşıq Ələsgər" medalı ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, Adilə Nəzər təltif sevincini media ilə bölüşüb: “Məhz doğum günümdə belə bir təltif həm çox xoş oldu, həm də məsuliyyətimi artırdı. Layiq görənlərə təşəkkür edirəm! Bu özəl gündə tədbiri təşkil edən və iştirakı ilə gözəlləşdirən dostlara təşəkkür edirəm! Nə yaxşı ki varsınız!”
Xatırladaq ki, Adilə Nəzərin Aşıq Ələsgər yaradıcılığı barədə məqalələri o cümlədən portalımızda da dərc edilib.
“Ədəbiyyat və incəsənət”
(30.05.2023)