
Super User
İltəriş Kutluq Xaqana aid olduğu düşünülən daş kitabənin təqdimatı BDU-da olacaq
“Ədəbiyyat və incəsənət” xəbər vermişdi ki, Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən abidə kompleksi və daş kitabə aşkar olunub.
Sabah - oktyabrın 4-də Bakı Dövlət Universitetində bu tapıntının təqdimatı və fotosərgisi təşkil olunacaq.
Daş kitabənin özəlliyi “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır.
Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır.
Abidənin kəşfi türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir.
Üşüyür məsafələr… - Nigar Arifdən şeir
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Nigar Arifin “Həyat adlı qatar” şeirini oxucularına təqdim edir.
Bir az gözlərdən uzaq,
Bir az gözümdə dustaq,
Çırpınır arzuların,
Kəpənək qanadları…
Vərəqlərə atılır,
Könlümün söz atları…
Durnalar köçüb gedir
Köhnə diyarımızdan.
Yaş üstünə yaş gəlir,
Söylə, bizə nə qalır,
Küsən baharımızdan?
Hardasa düşüb itir,
Ayağından bir çarıq.
Kasıb ümidlərilə,
Gəzir hey aramızda,
Gəzir səfil ayrılıq…
Asılıb qəlbimizdən
Məhəbbətin bir ucu.
Parçalayır özünü,
Səbrin iti qılıncı.
Üşüyür məsafələr,
Günlər yağışda, qarda.
Geyin dualarımı,
Gələr təzə bahar da.
Sevgimizə yaxşı bax,
Qoyma bu eşqi darda.
Bəlkə bir də görüşdük,
“Həyat” adlı qatarda…
“Bullet train” filmi 231 milyon dollardan çox gəlir əldə edib
Bu arada Hollivud filmlərinin astronomik gəlir əldə etməsi barədə növbəti məlumat yayılıb. Belə ki, Bred Pittin və Couli Kinqin baş rollarda oynadıqları Devid Litçin “Güllədən daha sürətli” (Bullet train) filmi təkcə ABŞ kinoprakatında 100 milyon dollardan çox gəlir əldə edib.
“Ədəbiyyat və incəsənət” RİA Novostiyə istinadən xəbər verir ki, təxminən 90 milyon dollarlıq istehsal büdcəsi ilə film hazırda dünya üzrə 231 milyon dollardan çox qazanc əldə edib.
Tənqidçilərin fikrincə, COVID-dən sonrakı standartlara görə, bu, komiks personajlarının olmadığı orijinal film üçün ciddi nailiyyətdir. Belə ki, 2022-ci ildə Şimali Amerikada cəmi 14 filmin kassa gəlirləri 100 milyon dolları ötüb.
Xatırladaq ki, bu film “Qatıllərin qatarı” romanının səhnə variantıdır. Azərbaycan prokatında isə filmin adı rus mənbələri əsasında tərcümə edilib.
“Dənizə diyirlənən xoşbəxt cəsəd” - Velimir Xlebnikovun şeirləri
Ötən gün Beynəlxalq Tərcüməçilər Günü və Ümumdünya Ürək günü qeyd olundu. Bu münasibətlə bütün TƏRCÜMƏÇİLƏRİ ÜRƏKDƏN təbrik edirik. Bu sahədə iz qoyanlardan biri də gözəl yazarımız Zahid Sarıtorpaqdır.
“Ədəbiyyat və incəsənət” portalı Zahid Sarıtorpağın məşhur rus şairi, rus avanqard poeziyasının, futurizminin banisi Velimir Xlebnikovdan (1885-1922) ürək qoyaraq tərcümələrini oxucularına təqdim edir.
Nədən oxuyursan, qəfəsdəki quş?
Necə tora düşdün, o barədəmi?
yoxsa ki, yuvanı hördüyün haqda,
yoxsa necə gəldi ayrılıq dəmi –
istəkli dostundan ayırdı qəfəs,
o haqda ötürmü bəzi bulu səs?
Yuvanmı yadına düşdü bu anda?–
Necə xoşbəxt idin isti yuvanda?
Bəlkə də tutaraq sən cücüləri
Necə apardın balalarına
O haqda ötürsən bayaqdan bəri?
Yoxsa meşələrin azadlığından,
bəlkə təpələrin ucalığından,
Yaxud çəmənlərin yaşıllığından,
Və ucsuz-bucaqsız çöllərdən bu an
bu cür yanğı ilə sən oxuyursan?
O kiçik pəncərə dalından indi
dünyaya boylanmaq necə miskindi.
Günəşli günlərdə gur nəğmən ilə,
Yorulmaq bilmədən çimirsən elə.
Yadına salırsan olub-keçəni,
Belə unudursan dərdini yəni?
Sonra da dənləri dimdikləyib sən
Eləcə yanğıyla su da içirsən...
6 aprel, 1897.
* * *
Mən özüm tütəyəm öz təranəmə.
Nəfsim dünyanı istəyir.
Üzən burulğan kimi halələrimə
üzüyola ulduzlar axıb-tökülür.
Mən özüm tütəyəm öz təranəmə –
Dünyanın taleyini
ifa edirəm.
1908
* * *
Kisədən
döşəməyə əşyalar səpələnib.
Düşünürəm,
bu dünya
asılmış adamın dodaqlarında
xəfif-xəfif işıq saçan
bir təbəssümdü yalnız.
1908
* * *
Fillər elə döyüşürdü,
dişləri bəyaz daşlara oxşayırdı
rəssamın əli altında.
Marallar buynuz-buynuza elə girişirdi,
elə bilirdin onları qarşılıqlı həvəs və xəyanətlə dolu
qədim bir nikah qovuşdurub.
Çaylar dənizə elə tökülürdü,
sanırdın birinin əli o birinin boğazından yapışıb
boğmaqla məşğuldu.
1910-1911
* * *
Bir cüt əyri xəncər kimi
Batıb göyə qoşa qovaq.
Ölü kimi düşüb qalıb,
Dörd tərəfində torpaq.
Tərk edilib bir ağ saray
Həsrətə, toranlığa.
Bir qayıq üzüb dirənib
Burda qızıl qumluğa.
Gur saçlar qucaqlayır
görüş çağı qadını.
Əlini qoyur çiyninə,
Gülür, çəkir adını.
Qadın o al köynəklini
əylənməyə alınıb gedir.
Səhər o xoşbəxt cəsədi
dənizə diyirlədir...
1911
* * *
Atlar öləndə – nəfəs alır.
Otlar öləndə – quruyur.
Günəş qaralanda – onlar sonur.
İnsanlar öləndə – nəğmə oxuyur...
1912
İslam Dünyası gənc klassik musiqi ifaçılarının XI Beynəlxalq Müsabiqəsinin final mərhələsi keçirilib
Ötən gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə, İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) XI Beynəlxalq Müsabiqəsinin final mərhələsi təşkil olunub.
Bu müsabiqəyə İslam dünyasının fərqli ölkələrini təmsil edən istedadlı gənclər qatılıb.
Ötən illər ərzində yarışmanın coğrafiyası daha da genişlənib. Belə ki, bu il Azərbaycan da daxil olmaqla, Türkiyə, Rusiya (Başqırdıstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi müxtəlif ölkələrdən olan ifaçılar yarışmaya qatılıb. Hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edir. Münsiflər heyətinin sədri Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundovadır. Müsabiqənin münsiflər heyətinin tərkibi yerli və beynəlxalq ekspertlərdən ibarətdir.
Əsası 2012-ci ildən qoyulan müsabiqənin təşkilatçılığını “Kainat” Gənclik Mərkəzi öhdəsinə götürmüşdü, eyni zamanda, Gənclər və İdman Nazirliyi, ICESCO və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası hərtərəfli dəstək göstərməklə layihənin uzunömürlü olmasına təkan verib. “Kainat” Gənclik Mərkəzinin fəaliyyətini son illər həyata keçirdiyi irimiqyaslı beynəlxalq layihələrin əhəmiyyətinə görə uğurlu hesab etmək olar. Ənənəvi beynəlxalq uşaq muğam festivalları, “İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının Beynəlxalq Müsabiqələrinin respublikamızın mədəni həyatında böyük əks-sədaya səbəb olması görülən işlərin nəticəsi kimi dəyərləndirilə bilər. Mərkəz bu gün də ənənəvi layihələrini davam etdirməkdədir. Sevindirici haldır ki, ölkə səviyyəsində uğurla həyata keçirilən gənclər siyasəti konsepsiyasında beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer verilir.
Qeyd edək ki, pandemiya ilə əlaqədar ötən 2 ildə müsabiqə onlayn formatda həyata keçirilmişdi, lakin buna baxmayaraq, İslam dünyası ölkələrinin bu müsabiqəyə marağı artan tendensiyada davam edir. Nəhayət, bu il layihə ənənəvi şəkildə klassik musiqisevərlərin görüşünə gəldi. Müsabiqə ilə bağlı Təşkilat Komitəsinə 100-dən artıq iştirakçının ərizəsi daxil olub və onlardan 80 nəfərə yaxın gənc istedad müvəffəq olaraq hər 2 yaş qrupu (böyük və kiçik) üzrə keçirilən dinləmələrə vəsiqə qazanıb.
V Animafilm Beynəlxalq Animasiya Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edilib
“Bir bilet-bir ağac” şüarı altında keçirilən V Animafilm Beynəlxalq Animasiya Festivalı uğurla yekunlaşıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, 29 ölkədən uşaq və böyüklər üçün çəkilmiş 121 animasiya filminin iştirak etdiyi festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi. Festivaldan əvvəl elan edildiyi kimi bilet satışından əldə olunan vəsait işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və təbiətin sağlamlaşdırılmasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunub.
“Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi adından Qarabağda 412 ağac əkiləcək. Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün V Animafilm Beynəlxalq Animasiya Festivalının təşkilatçıları olan “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi və “Peri film” şirkətinin rəhbərliyinə, o cümlədən əməyi keçən bütün heyətə təşəkkür edib, həmçinin hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası, eləcə də yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa çağırıb.
Qeyd olunub ki, Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin birbaşa təzahürüdür: “Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir”.
Kitabxanada gənc yazıçılarla görüş təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında gənc yazarlar Həsən Kür və Araz Əfəndi ilə görüş keçirilib.
Baş İdarədən bildirilib ki, görüşün keçirilməsində məqsəd cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan yazarları ictimaiyyətə daha yaxından tanıtmaq, onların əsərlərini geniş oxucu auditoriyasına çatdırmaqdır.
Çıxış edən gənc yazarlar həyat və yaradıcılıqları haqqında oxuculara məlumat veriblər. Onlar kitab və mütaliənin insanın mənəviyyatının zənginləşməsində, dünyagörüşünün inkişafında əvəzsiz rolundan söhbət açıb, müəllifi olduqları kitablardan şeirlər səsləndiriblər.
Sonra müəlliflər oxucuların müxtəlif suallarını cavablandırıb.
Xalq teatrlarının yeni Əsasnaməsinin işlənməsi mövzusunda müşavirə keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Xalq teatrlarının yeni Əsasnaməsinin işlənməsi mövzusunda müşavirə keçirilib.
Baş İdarənin yaydığı məlumata görə, əvvəlcə İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova tədbir iştirakçılarını salamlayaraq, müşavirə haqqında məlumat verib.
Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin əməkdaşları və Baş İdarənin rəisi İbrahim Əliyev Xalq teatrlarının yeni Əsasnaməsinin işlənməsi, qanunvericilik və qanunların təkmilləşdirilməsi mövzusunda çıxış ediblər. Xalq Teatrında yaşanan problemlər müzakirə olunub, həmçinin Xalq teatrlarının işçiləri olan quruluş hissə müdirləri, rejissorlar, Xalq kollektivləri və ansambl rəhbərləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Problemlər, istək və təkliflər söylənilib və müşavirə müzakirələrlə sona çatıb.
Bizlərdən türklərə ustad dərsləri
Mədəniyyət təşkilatı təşkilatçılığı, "Mədəniyyət Şəbəkəsi Evi" Assosiasiyasının və TADİV-in birgə təşkilatçılığı ilə 3 oktyabr 2022-ci il tarixində ilk dəfə Azərbaycanlılar və Türkiyə universitetləri arasında mədəniyyət sənətinə baş tutacaq.
Silsilə qüvvələri N Azərbaycan sənətçiləri – Şahinövrəsli caz, Toğrul Əsədullayev kamança, Arslan Növrəsli birlikdə tar ifaçılıq sənəti haqqında türk sənətinə ustad dərsləri keçəcəklər. Tələbələr həm sənətçilərimizin ifasını dinləyəcək, həm də Azərbaycan musiqisinin dərinlikləri haqqında dəyərli biliklər əldə edəcəklər.
“Şuşa söhbətləri”də şanlı Zəfərimizə və mədəniyyət paytaxtımıza həsr olunan ekran əsərlərindən söz açıldı
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Şuşa İli” ilə bağlı mart ayından “Şuşa söhbətləri” (Şuşa danışıqları) müsabiqəni elan edir.
“Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzi layihəsi üzrə “Tarixi Zəfərimizə və mədəniyyət abidəmiz Şuşaya həsr olunmuş ekran əsərləri” mövzusunda üçüncü dəfə görüş keçirilib. Görüşdə tanınmış kino xadimləri, əməliyyatlarda iştirak edirdi.
Fəaliyyəti açıq elan edən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şirkəti Məryəm Qafarzadə layihə haqqında məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət işçisi Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar “Şuşa İli” elan edilib: “Mədəniyyət Nazirliyi kimi idarəmiz Şuşa mədəniyyətinin dirçəlişi üçün bir sıra yönümlü layihələrin həyata keçirilməsini dəstəkləyir. Layihənin əsas əsas məqsədi, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin inkişafı ilə bağlı Qarabağdan plan. İlk görüşdə bir təşəbbüs irəli sürülüb və uğurla reallaşdırılıb. Bugünkü görüş də məhz bu ideyaya xidmət edir. layihə yaratmaq, mədəniyyət və incəsənət xadimləri,
Məryəm Qafarzadə dedi ki, nazirliyin bütün layihələrində Şuşanın tarixi-mədəni hadisələri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacaq.
Daha sonra Mədəniyyət Nazirliyi Audio və interaktiv media sektor müdiri Rüfət Əliyev çıxışında iki ildə nazirlik Qarabağ- Şuşa və Vətən müharibəsi əldə etdiyi ekran əsərləri haqqında məlumat verdi. Bildirdi ki, artıq bu əlavə 70-dən çox film ərsəyə gəlib. Bunlardan 30 ekran əsəri tammetrajlıdır və istehsalı başa çatmaq üçün. Bu filmlər üzərində istehsal edilən “Biz”, “Fulya”, “Böyük qırmızı ev” və digərlərinin adlarını çəkə bilərsiniz. Həmçinin “Həyat, deyəsən, gözəldir” (“Fəryad –2”) filminin çəkilişləri də yekunlaşıb. Bundan əlavə, İctimai Televiziya ilə birlikdə “Görünməyən qəhrəmanlar” silsiləsindən 10 film lentə alınaraq tamaşaçıların ixtiyarına verilib. 2021-ci ildə elan edilən “Böyük Qayıdış” ssenari bankının qalib işlərinin də çəkilişlərinin yekunlaşdığını diqqətə çatdıran sektor müdiri qeyd etdi ki, “Salnaməfilm” studiyası və Bakı Media Mərkəzi ilin noyabrında “Şuşa, sən azadsan!” filmini böyük maraqla təqdim etdi ki, ekran işi maraqla qarşılandı. Hazırda Qarabağ və Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş filmlər lentə alınıb. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin kitabı lentə alınmış “Mehmandarovlar” filmi (rejissor – Yavər Rzayev), ANAMA tədqiqatlarına həsr olunmuş “Minaxataranlar” sənədli filmi, “Qarabağfilm” studiyasında “” futbol klubu haqqında lentə alınmış sənədli film və Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişləri Şuşada və Bakıda davam etdirilir. “Salnaməfilm” studiyası və Bakı Media Mərkəzi ilin noyabrında “Şuşa, sən azadsan!” filmini böyük maraqla təqdim etdi ki, ekran işi maraqla qarşılandı. Hazırda Qarabağ və Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş filmlər lentə alınıb. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin kitabı lentə alınmış “Mehmandarovlar” filmi (rejissor – Yavər Rzayev), ANAMA tədqiqatlarına həsr olunmuş “Minaxataranlar” sənədli filmi, “Qarabağfilm” studiyasında “” futbol klubu haqqında lentə alınmış sənədli film və Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişləri Şuşada və Bakıda davam etdirilir. “Salnaməfilm” studiyası və Bakı Media Mərkəzi ilin noyabrında “Şuşa, sən azadsan!” filmini böyük maraqla təqdim etdi ki, ekran işi maraqla qarşılandı. Hazırda Qarabağ və Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş filmlər lentə alınıb. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin kitabı lentə alınmış “Mehmandarovlar” filmi (rejissor – Yavər Rzayev), ANAMA tədqiqatlarına həsr olunmuş “Minaxataranlar” sənədli filmi, “Qarabağfilm” studiyasında “” futbol klubu haqqında lentə alınmış sənədli film və Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişləri Şuşada və Bakıda davam etdirilir. Hazırda Qarabağ və Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş filmlər lentə alınıb. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin kitabı lentə alınmış “Mehmandarovlar” filmi (rejissor – Yavər Rzayev), ANAMA tədqiqatlarına həsr olunmuş “Minaxataranlar” sənədli filmi, “Qarabağfilm” studiyasında “” futbol klubu haqqında lentə alınmış sənədli film və Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişləri Şuşada və Bakıda davam etdirilir. Hazırda Qarabağ və Şuşanın tanınmış şəxsiyyətlərinə həsr olunmuş filmlər lentə alınıb. “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin kitabı lentə alınmış “Mehmandarovlar” filmi (rejissor – Yavər Rzayev), ANAMA tədqiqatlarına həsr olunmuş “Minaxataranlar” sənədli filmi, “Qarabağfilm” studiyasında “” futbol klubu haqqında lentə alınmış sənədli film və Azərbaycanın böyük bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş sənədli filmin çəkilişləri Şuşada və Bakıda davam etdirilir.
Qeyd olundu ki, Dövlət Film Fondunda ümumilikdə Qarabağ və Şuşaya aid kadrların əks olunduğu 7 film bərpa edilib. 2021-ci ildə Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında təqdim olunub. Həmin festivalın gələcəkdə Türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Qorqud Ata” Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Həmçinin Türkiyənin böyük kino şirkətləri ilə birlikdə şərti adı “Qarabağ Vətən müharibəsi” olan çoxseriyalı filmin çəkilişi nəzərdə tutulur ki, burada filmin əsas aktyor və yaradıcı heyəti Azərbaycan tərəfdən olacaq.
Sektor müdiri filmin çəkilişlərinin Şuşa, Füzuli və Hadrutda aparılacağını dedi.
Çıxışlardan sonra “Şuşa söhbətləri”nin qonaqları səhnəyə dəvət olundu. Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin əməkdaşı Leyla Sarabinin moderatorluğu ilə panel söhbətdə Əməkdar incəsənət xadimi, professor, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov, “Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov Qarabağ və Şuşa mövzusunda kino sahəsində lentə alınan ekran əsərləri barədə düşüncələrini bölüşdülər.
Xalq artisti Vaqif Mustafayev Qarabağ mövzusunda lentə aldığı filmlər haqqında danışarkən kadrarxası məqamlardan söz açdı. “Həyat, deyəsən, gözəldir” (“Fəryad – 2”) filminin çəkiliş prosesinin danışaraq ekran əsərinin noyabrda beynəlxalq festivalda təqdim ediləcəyini dedi. Rejissor Fikrət Əmirova həsr edilmiş sənədli filmin çəkilişləri zamanı Şuşada yaşadığı təəssüratları bölüşdü.
Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov “Şuşa İli” çərçivəsində fondda qorunan Qarabağ və Şuşa haqqında filmlərin bərpasından danışdı. Bildirdi ki, “Şuşa İli” ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər planında DFF-nin arxivində Şuşaya həsr edilmiş sənədli filmlərin və xroniki materialların bərpası və mədəniyyət paytaxtımızda nümayiş etdirilməsi də əksini tapmışdı. Bu xronikalarda ulu öndər Heydər Əliyevin Vaqif poeziya günlərində çıxışı, Xurşidbanu Natəvanın büstünün açılışında iştirakı ilə bağlı kadrlar yer alıb. Tədbirlə planına uyğun olaraq, filmlər bu il Şuşada təşkil edilən mədəni tədbirlərdə nümayiş olunub. Eyni zamanda bu xronikalardan F.Əmirov haqqında və “Mehmandarovlar” filmlərində istifadə edilib. Bu filmlər bir daha Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu sübut edir.
“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov çıxışı zamanı dedi ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının rəhbərliyi tərəfindən bir qrup yaradıldı: “Biz ön cəbhəyə ezam olunduq və məqsədimiz maksimum dərəcədə döyüş zonasına yaxın olmaq, əsgər və zabitlərimizin igidliyi, şücaəti ilə bağlı arxiv kadrları çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu. Vətən müharibəsi bitdikdən sonra həmin kadrlar əsasında bir film ərsəyə gətirilməsi ideyası yarandı. Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. “Şuşa, sən azadsan!” filmi artıq beynəlxalq film festivallarında nümayiş olunur və bununla da Azərbaycanın haqq savaşındakı səsi bir daha dünyaya bəyan edilir”.
Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycanın kino salnaməsində Qarabağ mövzusunda lentə alınan filmlər və onların rejissorları haqqında söz açdı. Bildirdi ki, Qarabağ haqqında ilk ekran əsərini görkəmli rejissor Səməd Mərdanov lentə alıb. O, ilk dəfə 1933-cü ildə “Köçərilər” filmini çəkib. Əfsus ki, bu film qalmayıb. Daha sonra isə “Kəndlilər” filmindəki bir neçə kadr Qarabağda lentə alınır. Mərhum rejissor Əbdül Həsənov Qarabağ mövzusunda vaxtilə silsilə filmlər çəkib. Rejissor 1937-ci ildə lentə aldığı “Qarabağ daşı”, “Şuşa – kurort şəhəri” filmlərində Qarabağın mədəniyyəti, təbiəti haqqında dəyərli materiallar əks olunub. Görkəmli rejissor Hüseyn Seyidzadə “Koroğlu” filminin kadrlarını Əsgəran qalasında lentə aldı. Bu gün kino tarixində adı unudulmuş peşəkar operator, sonradan rejissorluqla da məşğul olan Əlibala Əsgərov 1967-ci ildə “Qarabağa səyahət” adlı sənədli film ekranlaşdırdı ki, həmin filmdə o zamanlar kinostudiyanın direktoru işləyən Xalq artisti Adil İsgəndərovun danılmaz əməyini qeyd etməliyik. Bu filmdə Qarabağın bütün bölgələrini, eləcə də Şuşaya səyahəti əks etdirən görüntülər var. Fond tərəfindən bərpa edilərək rəqəmsallaşdırılan filmlərin əksəriyyəti 1970-1980-ci illərdə lentə alınan ekran əsərləridir.
Panel çıxışlardan sonra tədbir sual-cavabla davam etdi, təkliflər dinlənildi.
“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev çıxışı zamanı Azərbaycan kino salnaməsində 1976-cı ildə lentə alınan “Dərviş Parisi partladır” filminin xüsusi yeri olduğunu dedi. Bildirdi ki, Qarabağ mövzusunda və tarixi torpaqlarımızın əsrarəngiz təbiətinin təbliğ baxımından bu film böyük əhəmiyyəti var. M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında (ssenari – Ədhəm Qulubəyov) lentə alınan bu film (rejissor – Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov) Qarabağ motivlərini dünyada tanıtmaq məqsədilə fransız dilinə dublyaj edilərək Fransa və digər Avropa ölkələrində yayımlana bilər. Cəmil Quliyev bu təklifi dəstəkləyərək əlaqədar qurumlara bununla bağlı müraciət edilməsinin zəruriliyini bildirdi. Görüş fikir mübadiləsi ilə davam etdi.